Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-828/2021 07.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Qazaxıstan Respublikası, Pavlodar vilayətinin Ekibastuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2nvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyrisi ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, qeyrisi naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda - ümumi təmiz çəkisi 7545 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda - ümumi təmiz çəkisi 780 qram olan psixotrop maddə metamfetamini qoyduğu yer barədə Təqsirləndirilən şəxs əvvəlcədən məlumat vermiş, bu məlumatı aldıqdan sonra Təqsirləndirilən şəxs 16 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı körpünün üzərindən içərisində narkotik vasitə və psixotrop maddə olan bir ədəd qara rəngli çantanı götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı ünvan 2nvanda evin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı mebelin arxasında həmin qara rəngli idman çantasının içərisində saxlamışdır. 19 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi, ev 55 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 395 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nvana baxış keçirilən zaman evin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı mebelin arxasından bir ədəd qara rəngli idman çantasının içərisindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1625 qram, 1550 qram, 1880 qram, 1800 qram və 295 qram olmaqla ümumilikdə təmiz çəkisi 7150 qram olan, üzərindən aşkar edilmiş heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 780 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 02 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, 2020-ci ilin avqust ayında “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Bəhruz adlı şəxs ilə tanış olmuşdur. Onunla əvvəllər dostluq münasibəti saxladığına görə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini ona vermişdir ki, “Whatsapp” sosial şəbəkəsində danışsınlar. “İnstagram” sosial şəbəkəsində onunla danışanda Bəhruzun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bilməmişdir. Bəhruzla onun istifadəsində olan +98-***-***-**-** saylı nömrə ilə “Whatsapp” sosial şəbəkəsində danışan zaman söhbət əsnasında ona anasının xəstə olduğunu, qızına baxa bilmədiyini söyləmişdir. Bəhruz da ona narkotik vasitə göndərəcəyini, narkotik vasitəni dediyi ünvana çatdırandan sonra ona pul verəcəyini təklif etmiş, o da razılaşmışdır. 2020-ci ilin oktyabr ayının axırlarında Bəhruz Sumqayıt şəhərində “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı körpünün üstünə qara rəngli sellofan bükümdə narkotik vasitə qoydurduğunu, həmin narkotik vasitənin üzərində 300 manat pul göndərdiyini deyərək onu həmin yerdən götürməsini bildirmişdir. O da həmin yerə gedərək bir ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitələri və zəhmət haqqı qismində ona çatası 300 manat pulu götürmüşdür. Bundan sonra narkotik vasitələri Bəhruzun dediyi ünvanlara çatdırmışdır. Belə ki, o narkotik vasitəni Bəhruzun dediyi yerlərə qoyaraq öz telefonu şəklini ilə şəklini çəkib Bəhruza atmışdır. Narkotik vasitəni kimin götürməyindən isə xəbəri olmamışdır. 2020-ci ilin noyabr ayının əvvəllərində Bəhruz yenə də əvvəlki ünvana sellofan torba ilə narkotik vasitə və üzərində 400 manat pul göndərmişdir. O, həmin narkotik vasitələri də götürüb Bəhruzun dediyi ünvanlara çatdırmış və şəkillərini çəkib ona göndərərək oradan uzaqlaşmışdır. “Whatsapp” sosial şəbəkəsində Bəhruzla danışan zaman sonuncu yenə də “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı körpünün üzərinə çantada narkotik vasitə və onu paylamağına görə 300 manat pul qoyduğunu bildirmişdir. O, Bəhruza bunun daha sonuncu olduğunu, bir də narkotik vasitə göndərməməsini, qızı olduğu üçün tutulmaqdan qorxduğunu bildirmiş, sonuncu da onunla razılaşmışdır. O, 16 noyabr 2020-ci il tarixdə Bəhruzun göndərdiyi narkotik vasitəni götürmək üçün Sumqayıt şəhərində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı körpünün üzərinə getmiş və orada bir ədəd qara rəngli idman çantasında olan narkotik vasitələri götürüb yaşadığı evə gətirmişdir. Həmin çantanı açaraq içərisindən bir ədəd bükümdə olan narkotik vasitəni götürüb Bəhruzun dediyi ünvana çatdırmaq üçün cibinə qoymuşdur. Lakin o, narkotik vasitəni həmin ünvana çatdıra bilməmişdir. Çünki 19 noyabr 2020-ci il tarixdə saat 20:00 radələrində yaşadığı ünvanın yaxınlığında tək piyada gəzən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu baş idarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkil təqdim olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyi izah edilərək bununla bağlı videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Bundan sonra videoçəkilişdən istiaflə edilməklə onun üstünə baxış keçirilməyə başlanmışdır. Bakış keçirilməzdən əvvəl ona üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini, həmin gödəkçənin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu, bir ədəd şəxsiyyət vəsiqəsini, iki ədəd açarı və 3 manat pulu təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı başqa əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş bir ədəd bükümdəki narkotik vasitə tərəzidə çəkilmiş, daha sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Mobil telefonu və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüş, iki ədəd açar və 3 manat pul isə onun özünə qaytarılmışdır. Bundan sonra onun yaşadığı mənzilə baxış keçirməsi üçün polis əməkdaşları və vəkili ilə birlikdə ünvan 2nvanda yerləşən evinə getmişlər. Baxış zamanı o, evinin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağındakı mebelin arxasında saxladığı bir ədəd qara rəngli idman çantasını təqdim edərək Bəhruz adlı şəxsin göndərdiyi narkotik vasitələrin qalan hissəsinin həmin çantada olduğunu bildirmişdir. Bundan sonra çanta açılaraq içərisinə baxış keçirilmiş və oradan 05 ədəd bükümdə narkotik vasitə, bir ədəd bükümdə psixotrop maddə və iki ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr elektron tərəzidə çəkilmiş, iki ədəd elektron tərəzi ilə birlikdə götürülərək qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. O, özü heç vaxt narkotik maddələrdən istifadə etməmişdir və qaçaqmalçılıq cinayətinin törədilməsinə də heç bir aidiyyəti yoxdur. O, həbs edildikdən sonra azyaşlı qızı tam nəzarətsiz qalmışdır. İflic səbəbindən yataq xəstəsi olan anası da onun övladına baxmaq, himayə etmək iqtidarında deyildir. O, tutulduqdan sonra uşağına növbə ilə qonşular baxırlar. Bütün bu halların nəzərə alınaraq barəsində humanist qərar qəbul edilməsini, narkotik vasitələrin və psixotrop maddələrin ona aidiyyəti olmayan hissəsi ilə bağlı cəzalandırılmamasını, yalnız həqiqətən törətdiyi əmələ görə ən yüngül cəza təyin edilməsini və təyin ediləcək cəzanın uşağı böyüyənə qədər təxirə salınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 19 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi, ev 55 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni, həmin gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, bir ədəd şəxsiyyət vəsiqəsini, iki ədəd açarı və üç manat pulu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilərək zərfə qoyulmuş, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, iki ədəd açar və üç manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin narkotik maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində qoyulan yerdən üç gün əvvəl əldə etdiyini, həmin maddələri “Bəhruz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırmalı olduğunu, əvəzində “Bəhruz” adlı şəxsin ona 300 manat pul verdiyini, qalan narkotik vasitəni yaşadığı evdə saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını, özünün narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün könüllü razılıq ərizəsi yazdıqdan sonra vəkili ilə birlikdə ünvan 2nvana getmişlər. Təqsirləndirilən şəxs evdə qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, sonuncu da yaşadığı evə daxil olaraq evin girişindən sağ tərəfdə yerləşən yataq otağındakı mebelin arxasında olan bir ədəd qara rəngli idman çantasını təqdim etmişdir. Həmin çantanın içərisinə baxış keçirilən zaman çantanın içərisindən beş ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə, bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş və iki ədəd elektron tərəzi ilə birlikdə həmin qara rəngli çantanın içinə qoyularaq qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir. Daha sonra qonaq otağına və yataq otağına baxış keçirilmiş, lakin baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa əşya və predmet aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizasının 20 noyabr 2020-ci il tarixli, 6/2547 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 395 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” yazısı olan qara rəngli çantasında olan 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1625 qr, 1550 qr, 1880 qr, 1800 qr və 295 qr, ümumi təmiz çəkisi 7150 qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 780 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 2 (iki) ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş heroinin ümumi təmiz çəkisi 7545 qramdır (7 kq 545 qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 7544,8 qram, metamfetaminin qalıq çəkisi 779,95 qram təşkil etmişdir (cild 1, iş vərəqə 47-52). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 yanvar 2021-ci il tarixli, 142 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 141-142). Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişin köçürüldüyü “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 19 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa könüllü təqdim etməsi təklif olunmuş, sonuncu da əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni, həmin gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, bir ədəd şəxsiyyət vəsiqəsini, iki ədəd açarı və üç manat pulu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin narkotik maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində qoyulan yerdən üç gün əvvəl əldə etdiyini, həmin maddələri “Bəhruz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırmalı olduğunu, əvəzində “Bəhruz” adlı şəxsin ona 300 manat pul verdiyini, qalan narkotik vasitəni yaşadığı evdə saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını, özünün narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm zərfə qoyularaq möhürlənmişdir (cild 1, iş vərəqə 30-33). Evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 19 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi, ev 55 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, sonuncu da evin girişindən sağ tərəfdə yerləşən yataq otağındakı mebelin arxasında olan bir ədəd qara rəngli idman çantasını təqdim etmişdir. Həmin çantanın içərisinə baxış keçirilən zaman çantanın içərisindən beş ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə, bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş predmetlər həmin qara rəngli çantanın içinə qoyularaq qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir (cild 1, iş vərəqə 36-39). Əməliyyat tapşırığına verilmiş 30 dekabr 2020-ci il tarixli, 008-6473-1220 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, onun yaxın əlaqələrini, İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərini müəyyən etmək məqsədilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxslə birgə əlaqəsinin olmasına, “Bəhruz” adlı şəxsin həmin narkotik vasitələri və psixotrop maddəni digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə göndərdiyinə dair əlavə məlumatlar əldə edilmiş, lakin “Bəhruz” adlı şəxsin və cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır (cild 1, iş vərəqə 129). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 avqust 2010-cu il təvəllüdlü bir azyaşlı uşağı var (cild 1, iş vərəqə 136) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 114-115). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə irəli sürülərək göstərilmişdir ki, o, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, bu məqsədlə “Bəhruz” adlı şəxs naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 7545 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 780 qram psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddəni qoyduğu yer barədə Təqsirləndirilən şəxs əvvəlcədən məlumat verdikdən sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı körpünün üzərindən 16 noyabr 2020-ci il tarixdə içərisində narkotik vasitə və psixotrop maddə olan 01 ədəd qara rəngli çantanı götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı ünvan 2nvanında evin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı mebelin arxasında həmin qara rəngli idman çantasınının içərisində saxlamışdır. Lakin məhkəmə istintaqı aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxs qarış ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxs tərəfindən... külli miqdarda ümumi təmiz çəkisi 7545 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 780 qram psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddəni qoyduğu yer barədə Təqsirləndirilən şəxs əvvəlcədən məlumat verdikdən sonra” Təqsirləndirilən şəxs onları Sumqayıt şəhərində yerləşən körpünün üzərindən götürmüşdür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əslində bütövlükdə satışın təşkili ilə bağlı da hər hansı razılaşma əldə etməmişdir, onun razılaşması yalnız telefonla veriləcək təlimatdan sonra narkotik vasitəni və psixotrop maddəni bəlli bir yerə aparıb çatdırmaqdan – satışda yalnız bu funksiyanı həyata keçirməklə iştirak etməkdən ibarət olmuşdur. Narkotik vasitəni Sumqayıt şəhəri ərazisinə gətirib konkret yerlərə yerləşdirən, habelə onları özünün sonradan qoyacağı yerdən götürəcək şəxslər barədə hər hansı məlumatı olmayan Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə çatdırma ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi əməlin bu tövsifedici əlamətinin təsiri altına düşməsi üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Ona görə də Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətini törətməkdə ittiham edilməsi yalnız fərziyyələrə söykənir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinin xaric edilməsini qanuni və əsaslı hesab edir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi xaric edilməli, o məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X10 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı külli miqdar təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır ( iş vərəqə 21,67-68, 92-94). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertizadan sonra qalıq çəkisi 7544,8 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 779,95 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərilərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 48,197). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə bir məsələni də qeyd edir ki, cinayət işinin materiallarında olan Qazaxıstan Respublikasının aidiyyəti qurumları tərəfindən 31 avqust 2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin və AZE 10559566 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, surətindən görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2010-cu il tarixdə Qazaxıstan Respublikasının Pavlodar Vilayətinin Ekibastuz şəhərində qız övladı doğulmuşdur. Uşağın atası kimi “İvan Abdullayev” göstərilmiş və sənəddə ata haqqında bu məlumatın ananın göstərişi ilə yazılması barədə qeyd aparılmışdır. Təqsirləndirilən şəxsin övladı olan X9 anası ilə birlikdə yaşamış və anası tutulduqdan sonra qonşuların himayəsində qalmışdır. Təqsirləndirilən şəxs anası ilə bağlı 39 №-li şəhər poliklinikası tərəfindən verilmiş 14.01.2021-ci il tarixli tibbi kartadan çıxarışa əsasən 1958-ci il təvəllüdlü X2 beyin infarktı nəticəsində sol tərəfli hemiplegiya diaqnozu qoyulmuşdur, həmin xəstəliklə bağlı nitqi də qüsurludur, poliklinikada qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxsin ifadəsinə əsasən yataq xəstəsi kimi özünün daimi qulluğa ehtiyacı olan anası onun övladını, yəni nəvəsini himayə etmək iqtidarında deyildir. Göründüyü kimi, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs himayəsində olan azyaşlı övladının qayğısına qalmaq imkanından imkanından məhrumdur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs himayəsində olmuş və ondan dolanacaq baxımından tam asılı olan uşağının normal yaşayışı üçün şərait yaradılmasının təmin edilməsi üçün tədbir görərək onun himayəyə verilməsini təmin etməlidir. Təqsirləndirilən şəxs məhkəmədən övladının qohumu - xalası X1 himayəsinə verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qohumu – xalası X3 da ərizə ilə məhkəməyə müraciət edərək bacısı nəvəsinin, yəni Təqsirləndirilən şəxs övladı X7 himayə etməyə və onun qayğısına qalmağa razı olduğunu, özünün də bunu arzuladığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 160-cı maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Ona görə də məhkəmə hazırkı vəziyyətdə həbsdə olan Təqsirləndirilən şəxs övladı - 13 avqust 2010-cu il təvəllüdlü X7 təqsirləndirilən şəxsin qohumu X1 himayəsinə verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7544,8 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 779,95 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərilərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs övladı - 13 avqust 2010-cu il təvəllüdlü X9 (şəxsiyyət vəsiqəsi AZE № ********) qohumu - 10 dekabr 1960-cı il tarixdə Neftçala rayonunun Kərpiçni kəndində doğulmuş, ünvan 3 ünvanda qeydiyyatda olan X1 himayəsinə verilsin. Himayəyə verilmənin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkəcəyi müddəti əhatə edəcəyi (X4 18 yaşının tamam olması halı istisna edilməklə) nəzərə alınsın. Hazırkı hökmün X9 ilə bağlı hissədə icrası zamanı Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasının, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qəyyumluq və himayəçiliklə bağlı müddəalarının tələblərinin icrası və ona nəzarət aidiyyəti qəyyumluq və himayəçilik orqanlarına həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-828/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-828/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver