Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-828/2022 22.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1974-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Seyif Fərid” adlı şəxslə 2021-ci ilin noyabr ayının sonlarında istifadəsində olan ***-***-**-** saylı mobil telefonun “whatsap” proqramı ilə əlaqəyə girərək, 500 manat pul müqabilində sonuncunun tapşırığı ilə narkotik vasitələri və psixotrop maddələri ona bildirəcəyi ünvanlara çatdırmaq təklifini qəbul edərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz olaraq satışını təşkil etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bir bağlamada təmiz çəkisi 130,0 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada və bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 545,0 qram, 1,270 qram, ümumi təmiz çəkisi 546,27 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, digər bir ədəd bağlamada təmiz çəkisi 1015,0 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və 1 ədəd qaşığı Binəqədi rayonu, Sulutəpə qəsəbə dairəsində reklam plakatının altından götürüb əldə edərək, yaşadığı ünvan 2 ünvanının zirzəmisinə gətirərək orada televizorun arxa hissəsində gizlətmiş, bundan sonra həmin narkotik vasitədən bir bağlamada təmiz çəkisi 130,0 qram olan külli miqdarda heroini özü ilə götürüb əynindəki şalvarın sol yan cibinə qoyub saxlayaraq daşıyarkən, o, 04 dekabr 2021- ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 18:20 də ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 4 ünvanında yerləşən BNMİ-nin inzibati binasına gətirilmiş və üzərinə video-çəkiliş keçirilən zaman o, əynindəki şalvarın sol yan cibində saxladığı bir bağlamada təmiz çəkisi 130,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gün saat 20:50- də onun yaşadığı evin zirzəmisinə baxış keçirilərkən orada televizorun arxa hissəsində gizlədilmiş bir ədəd sellofan torbanın içərisində bir ədəd bağlamada və bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 545,0 qram, 1,270 qram, ümumi təmiz çəkisi 546,27 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər bir ədəd bağlamada təmiz çəkisi 1015,0 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi və bir ədəd qaşıq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verdiyi üçün həmin ifadəni təsdiq etmir. Saxlanılan zaman üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. O, narkotik vasitələrin istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi saxlanılan zaman üzərindən narkotik vasitə və psixotrop maddənin aşkar olunmaması, ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verməsi, narkotik vasitələrin yalnız istifadəçisi olması və satışı ilə heç vaxt məşğul olmamasına dair xüsusatları özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, ibtidai istintaq zamanı 05 dekabr 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs və 06 dekabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, o, narkotik vasitə və psixotrop maddələri təxminən 6 aydır istifadə etmişdir. 2016-ci ildə o, İran İslam Respublikasının “Məşəd” şəhərinə ziyarətə getmiş və orada təsadüfən “Seyif Fərid” adlı şəxslə dostlaşaraq mobil telefon nömrəsini ona vermişdir. Bir müddətdən sonra “Seyif Fərid” ona mobil telefonunu xatırlamadığı nömrəsi ilə vatsap proqramı ilə 2021-ci ilin təxminən noyabr ayının sonlarında onun 077-500-00- 24 nömrəsinə zəng etmiş və Bakı şəhərində Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən dairədə reklam plakatın altında gizlədilmiş sellofan torbada narkotik və psixotrop maddələrin olduğunu, onları həmin yerdən götürüb onun göstərişi ilə deyilən ünvanlara qoymağı, bu işlərin qarşılığında ona 500 manat məbləğində pul verəcəyini təklif etmiş, özü narkotik vasitə aludəçisi olduğu üçün onun təklifi ilə razılaşmışdır. Sonra o, həmin yerə getmiş, 1 bağlamada təmiz çəkisi 130,0 qram narkotik vasitə heroini, 1 bağlamada və bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 545,0 qram, 1,270 qram, ümumi təmiz çəkisi 546,27 qram psixotrop maddə metamfetamini, digər bir ədəd bağlamada təmiz çəkisi 1015,0 qram narkotik vasitə heroini, bir ədəd elektron tərəzi və 1 ədəd çay qaşığını Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən dairədə reklam plakatının altından götürüb onları üzərində daşıyaraq yaşadığı ünvan 5 ünvanına gətirmiş və evinin zirzəmisində olan televizorun arxa hissəsində gizlətmişdir. 04 dekabr 2021-ci idə “Seyif Fərid” ona zəng etmiş və həmin narkotik vasitədən 1 bağlamada çəkisi 130,0 qram olan heroini götürüb özündə saxlamağı, bir qədər vaxtdan sonra onu hansı ünvana aparıb qoymağını bildirəcəyini demişdir. O, bağlamanı evinin zirzəmisindən götürüb şalvarının cibinə qoymuş və küçəyə çıxıb piyada küçə ilə getməyə başlamışdır. Həmin gün saat 18:20-radələrində Nərimanov rayonu, A.M.Cümə küçəsi, məhəllə 1969 ev 4 ünvanının qarşısında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, özlərini təqdim etdikdən sonra, onun qanunsuz olaraq narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər. Sonra o, BNMİ-nin inzibati binasına gətirilmiş və ona hüquqlarının müdafiə olunması ilə bağlı seçdiyi vəkil təyin olunmuşdur. Bundan sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi barədə qərarla tanış edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarışın keçirilməsi başlanılmış və şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində saxlanılan qanunsuz nə əşya varsa, onları təqdim edilməsi təklif edilmişdir. O, könüllü olaraq əynindəki şalvarın sol yan cibində saxladığı 1 bağlamada təmiz çəkisi 130,0 qram olan narkotik vasitə heroini masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və əynindəki şalvarın sağ yan cibindən 26 manat pul, 1 ədəd açar, sürücülük vəsiqəsi, plastik bank kartı, "Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun, müdafiəçisinin və təhqiqatçı tərəfindən imzalanmışdır. Özünə məxsus bir ədəd "Samsung” markalı mobil telefon, plastik bank kartı və sürücülük vəsiqəsi götürülmüş, 1 ədəd açar və 26 manat pul isə onun özünə geri qaytarılmışdır. O, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Seyif Fərid” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında ona 500 manat məbləğində pul veriləcəyini, narkotik vasitə aludəçisi olduğunu və təxminən 1 ildir narkotik vasitə olan heroindən istifadə etdiyini, həmçinin yaşadığı binanın özünə aid olan zirzəmisində də narkotik və psixotrop maddələrin olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Sonra yaşadığı evin qarşısına getmişlər və ona yaşadığı evin ona aid olan zirzəmisində saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuş, o və vəkili bu barədə qərarla tanış olmuşlar. Bundan sonra o, zirzəmidə olan böyük ölçülü televizorun arxa hissəsindən içərisində bir ədəd elektron tərəzi, bir ədəd qaşıq, bir bağlamada narkotik vasitə olan heroin və iki bağlamada psixotrop maddə olan metamfetamin olan sellofan torbanı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və elektron tərəzi, qaşıq və həmin kütlələr içərisi boş olan həmin torbaya qoyularaq qablaşdırılmış, möhür ilə möhürlənmiş və üzəri onun, müdafiəçisinin və təhqiqatçı tərəfindən imzalanmışdır. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə BNMİ-nə etimad doğuran, qərəzsiz mənbədən xx xxxxx 1974-cii ildə Lənkəran şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı raportla Baş idarənin rəhbərliyinə məruzə edildikdən sonra müvafiq qaydada əməliyyat tədbirinin keçirilməsinə və əməliyyat qrupunun təşkil olunmasına dair qərar qəbul edilmişdir. Əməliyyat qrupuna o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid3 daxil edilmişlər. Bundan sonra 04 dekabr 2021-ci il tarixdə saat 18:20 dəqiqədə ünvan 7 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edərkən ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona qanunsuz olaraq narkotik və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasını bildirmişlər. Sonra ona hüquq və vəzifələri izah edilmiş, hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların intensiv olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs üzərində və paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raportla Baş idarənin rəhbərliyinə məruzə edilmişdir. Onunla araşdırma aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X1 həvalə edilmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən onun şübhəli şəxs qismində tutulmasına dair qərar qəbul edilmişdir. Onun hüquqlarının müdafiəsi ilə bağlı özünün xahişi ilə dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video-çəkilişlə şəxsi axtarış keçiriləcəyinə dair qərar qəbul edilmiş və həmin qərarla o və müdafiəçisi tanış olunmuşdur. Hüquq və vəzifələri izah edildikdən sonra saat 19:45 dəqiqədə şəxsi axtarış və götürmə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və əynindəki şalvarın sağ yan cibindən 26 manat pul, 1 ədəd açar, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, plastik bank kartı, içərisində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə qabı ilə birlikdə elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə birlikdə 136 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon, plastik bank kartı və sürücülük vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, bir ədəd açar və 26 manat pul şübhəli şəxsin özünə geri qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Seyif Fərid” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında sonuncunun ona 500 manat məbləğində pul verəcəyini, narkotik vasitə aludəçisi olduğunu və təxminən bir ildir narkotik vasitə olan heroindən istifadə etdiyini, üzərindən aşkar olunmuş plastik bank kartına narkotik vasitələrin satışından əldə olunmuş pulların yüklənəcəyini, həmçinin yaşadığı binanın özünə aid olan zirzəmisində də narkotik maddə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə video çəkilişlə aparılmışdır. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmiş, protokola bir ədəd DVD diski əlavə olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi və götürmə haqqında qərarla tanış olduqdan sonra o, baxışın keçirilməsinə dair razılıq ərizəsini təqdim etmişdir. Həmin gün saat 20:50-də onun, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 8 ünvanına gəlmişlər və baxışın keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin zirzəmidə olan böyük ölçülü televizorun arxa hissəsindən içərisində bir ədəd elektron tərəzi, bir ədəd qaşıq, bir bağlamada açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə və iki bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan torbanı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 1 kq 26 qram, metamfetaminə bənzər kütlələrin çəkisi qablaşdırma ilə birlikdə 556 qram olmuşdur. Daha sonra həmin kütlələr, bir ədəd elektron tərəzi və bir ədəd qaşıq torbaya qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs məxşus zirzəmiyə baxış keçirilmiş, dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı olan “Seyif Fərid” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu Sulutəpə qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi lə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında sonuncunun ona 500 manat məbləğində pul verəcəyini, həmin zirzəminin açarının yalnız özündə olduğunu bildirmişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq təklif edilmişdir. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokola bir ədəd DVD diski əlavə edilmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində polis nəfəri vəzifəsində işləyən Şahid3 da Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş məhkəmə kimyəvi ekspertizasının 05 dekabr 2021-ci il tarixli, 6/5374 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd sarı rəngli parça torbada olan; - üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 130,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd parça torbada bir ədəd bağlamada və bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 545,0 qram, 1,270 qram ümumi təmiz çəkisi 546,27 qram olan kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 1015,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 2 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə və bir ədəd qaşıqda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər iki ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün olmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının 07 dekabr 2022ci il tarixli, 2921 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilliyini dərk etmək, onları idarə etmək iqtidarındadır, Buna görə də şəxs Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2022-ci il tarixli 4935 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinə əlavə edilmiş 04 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19-45-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, polis kapitanı Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid3, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video-çəkilişlə şəxsi axtarış keçiriləcəyinə dair qərarla tanış edilmiş və vəzifələri izah edildikdən sonra saat 19-45 dəqiqədə şəxsi axtarış və götürmə başlanılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və əynindəki şalvarın sağ yan cibindən 26 manat pul, 1 ədəd açar, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, plastik bank kartı, “Samsung” markalı mobil telefon aşkar edilərək. götürüldüyü görünmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə qabı ilə birlikdə elektron tərəzidə çəkildiyi və çəkisi qablaşdırma ilə birlikdə 136 qram olduğu, aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürləndiyi, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalandığı, bir ədəd “Samsung” markalı mobil telefon, plastik bank kartı, və sürücülük vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürüldüyü, bir ədəd açar və 26 manat pul şübhəli şəxsin özünə geri qaytarıldığı görünmüşdür, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Seyif Fərid” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında sonuncunun ona 500 manat məbləğində pul verəcəyini, narkotik vasitə aludəçisi olduğunu və təxminən 1 ildir narkotik vasitə olan heroindən istifadə etdiyini, üzərindən aşkar olunmuş plastik bank kartına narkotik vasitələrin satışından əldə olunmuş pulların yüklənəcəyini, həmçinin yaşadığı binanın özünə aid olan zirzəmisində də narkotik maddə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdildiyi görünmüşdür. Bundan başqa cinayət işininə əlavə edilmiş 04 dekabr 2021-ci il tarixli “ünvana baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 04.12,2021-ci il tarixdə saat 19- 45-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, polis kapitanı Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid3, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi və götürmə haqqında qərarla tanış edilmiş, həmin gün saat 20:50 dəqiqədə baxışın keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildiyi, bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin zirzəmidə olan böyük ölçülü televizorun arxa hissəsindən içərisində bir ədəd elektron tərəzi, bir ədəd qaşıq, bir bağlamada açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə və iki bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan torbanı təqdim etdiyi, sonra həmin kütlələr elektron tərəzidə çəkildiyi və heroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 1 kq 26 qram, metamfetaminə bənzər kütlələrin çəkisi qablaşdırma ilə birlikdə 556 qram olduğu, daha sonra həmin kütlələr, bir ədəd elektron tərəzi və bir ədəd qaşıq içərisi boş olan torbaya qoyularaq qablaşdırılaraq möhürləndiyi və üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalandığı, sonra Təqsirləndirilən şəxs məxşus zirzəmiyə baxış keçirildiyi, dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədiyi Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı olan “Seyif Fərid” adlı şəxsin vasitəsi ilə Bİnəqədi rayonu, Sulutəpə qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi lə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında sonuncunun ona 500 manat məbləğində pul verəcəyini, həmin zirzəminin açarının yalnız özündə olduğunu, qeyd edilən ünvanda narkotik vasitə olması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdiyi əks olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də cinayət təqibi üzrə toplanmış digər mötəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri obyektiv həqiqəti əks etdirir və məhkəmə həmin ifadələri sübüt növü kimi qəbul edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək saxlanılan zaman üzərindən narkotik vasitə və psixotrop maddənin olmaması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmaması, narkotik vasitə və psixotrop maddələrin yalnız istifadəçisi olması cinayət işi üzrə dindirilmiş şahid ifadələri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə də təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs mənzilindən və üzərindən aşkar olunaraq götürülən narkotik vasitə və psixotrop maddənin külli miqdarda olması, onların ayrı-ayrı bağlamada olması və mənzilindən bir ədəd elektron tərəzinin və qaşığın aşkar edilməsi onun narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində və mənzilində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Samir Şaverdiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və ailəli olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 -cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Nərimanov rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 1144,9 qram narkotik vasitə heroin, qalıq qalmış 546,17 qram psixotrop maddə-metamfetamin, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi və bir ədəd qaşıq məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə videoçəkilişləri əks etdirən 02 ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz ) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Nərimanov rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 1144,9 qram narkotik vasitə heroin, qalıq qalmış 546,17 qram psixotrop maddəmetamfetamin, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi və bir ədəd qaşıq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə videoçəkilişləri əks etdirən 02 ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-828/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-828/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver