Məhkəmə qərarları › İş №1(101)-828/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-828/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-828/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Mərkəz Vəkil Bürosunun vəkilli Müdafiəçi2, Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum edilmiş, Sumqayıt şəhəri, Yataqxana 5, Məhəllə 41 ünvanında qeydiyyatda omaqla, Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən nömrəsiz fərdi tikilidə yaşamış hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan “Mehdi” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Bakı şəhərinin Yasamal rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 9,243 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1la birlikdə qanunsuz əldə edib həmin maddədən iki ədəd bükümdə 4,738 qram çəkidə ayırıb qablaşdıraraq öz üzərində, iki bükümdə 4,505 qram çəkidə isə Təqsirləndirilən şəxs1 ayırıb satış üçün qablaşdıraraq qanunsuz olaraq öz üzərində daşıyarkən onun Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 mart 2023-cü il tarixdə, saat 17:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Təqsirləndirilən şəxs1la birlikdə ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər, orada xidməti otaqların birində saat 19:55-dən etibarən özünün üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,882 qr, 2,856 qr, ümumi təmiz çəkisi 4,738 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,212 qr, 2,293 qr, ümumi təmiz çəkisi 4,505 qram çəkidə külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür Təqsirləndirilən şəxs1 təqsirləndirilir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan “Mehdi" adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Bakı şəhərinin Yasamal rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 9,243 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz əldə edib həmin maddədən iki ədəd bükümdə 4,505 qram çəkidə ayırıb qablaşdıraraq öz üzərində, iki bükümdə 4,738 qram çəkidə isə Təqsirləndirilən şəxs2 ayırıb satış üçün qablaşdıraraq qanunsuz olaraq öz üzərində daşıyarkən onun Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 mart 2023-cü il tarixdə, saat 17:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Təqsirləndirilən şəxs2la birlikdə ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər, orada xidməti otaqların birində saat 19:55-dən etibarən özünün üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,212 qr, 2,293 qr, ümumi təmiz çəkisi 4,505 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,882 qr, 2,856 qr, ümumi təmiz çəkisi 4,738 qram çəkidə külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Mehdi adlı iranlı şəxs bir müddət imiş ki ona narkotik təklif edirmiş. Axırda o da təklifini qəbul etmiş və Yasamala narkotiki götürməyə getmiş və orada polislər tərəfindən tutulmuşdur. Daha sonra onu polis idarəsinə aparmışlar, amma o qəbul etməmişdir. Orada onu zirzəmiyə aparıb bir neçə nəfəri göstərib hədə-qorxu gələrək “səni də bu hala salarıq” demişlər. Video-çəkiliş zamanı da öz istifadəsi üçün olduğunu demişdir. 1997-ci ildən narkotik istifadəçisidir. İranlı ilə telefon vasitəsi ilə tanış olmuşdur. İlk öncə iranlı ona zəng etmiş, pul qarşılığında satmağı təklif etmişdir, amma pulu yox imiş. Danışıqları narkotik barədə olmuşdur, pulu olmadığı üçün almamışdır. Nar mobil operatorundan istifadə etmişdir. O həmin mobil operatora məxsus nömrə vasitəsi ilə narkotiklər barədə danışıblar. Emin onun məhəllə yoldaşı imiş və o da narkotik istifadəçisi imiş. Eminlə birlikdə narkotik vasitə istifadə etməmiş və əldə etməmişdir. Günorta saat 2-də tutulmuşdur. Saxlanılan zaman üzərində telefon olmuşdur. Çəkiliş zamanı üzərindən çıxan narkotik vasitə ona aid olmamışdır. Üzərində Nar mobil operatoruna məxsus nömrə olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 7-8 nəfər polis əməkdaşı onu saxlamışdır. Onu Yasamal ərazisində saxlamışlar və saxladıqları zaman çəkiliş olmamışdır. Oradan baş idarəyə aparmışlar. Onu Eminlə ayrı maşında aparmış. Onları saxlayan şəxslər özlərini təqdim etməmişlər. Saat 2-dən 8-ə qədər maşında gəzdirmişlər. İdarəyə getdikdən təximini 4-5 saat sonra çəkiliş olmuşdur. Həmin gün üzərində narkotik vasitə olmamışdır. Mehdi ilə telefon vasitəsi ilə əlaqə saxlayırmış. Polis idarəsində olarkən öz istifadəsi üçün olduğunu bildirmişdir. Yasamala Eminlə bir yerdə getmişlər. Eminlə birlikdə istifadə edəcəkmiş. O inanmışdır ki, pulsuz verəcək. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Nicatla o qonşu imiş. Nicat ona tanışının pulsuz mal verəcəyini demiş və gedib götürməyi təklif etmişdir. Onlar gedib ora çatan zaman polislər onları tutmuşlar. Onun istifadəsində Bakcell mobil operatoruna məxsus nömrə olmuşdur. Həmin nömrə ilə yalnız məhəllə uşaqları ilə aralarında narkotiklə bağlı mesajlaşmalar olmuşdur. Onları saxlayan zaman saat 1-2 radələri imiş. Yasamalda narkoloji dispanserin yanında tutulmuşlar. Onlar konumda göstərilən yerə çatana yaxın polislər onları tutmuşlar. Tutan zaman polis əməkdaşları üzərlərini axtarsalar da heç nə olmamışdır. Onlar tutulduqdan 4-5 saat sonra çəkilişə başlamışlar. Onlara fiziki təzyiq göstərildiyi üçün məcbur qalıb etiraf etmişlər. Ən sonda razılaşmışlar ki, şəxsi istifadələri üçün sənədləşdirsinlər. Ona iranlının pulsuz mal verəcəyini Nicat demişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində narkotik vasitə olmaması, özlərini narkotik vasitənin satışında təqsirli bilməmələri və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmalarına dair verdikləri ifadələri ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq, inandırıcı saymır və onların ifadəsini özlərini müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Martın ayının 9-u daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılmışdır. Tərəflərindən təqsirləndirilən şəxslər baş idarəyə aparılmış və üzərlərinə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı 2 büküm aşkar olunmuşdur. Narkotiki sosial şəbəkə vasitəsilə iran vətəndaşından 1200 manat qarşılığında əldə etdiyini bildirmişlər. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxsləri axşam saat 5 radələrində saxlamışlar. Saxladıqdan az müddət sonra şəxsi axtarış aparılmışdır. Vəkil gələnədək təqsirləndirilənlər təhqiqatçının otağında saxlanılmışdır. O da həmin otaqda olmuşdur. Əməliyyat qrupunda 4 nəfər olmuşlar. Saxlanılan hər iki şəxs baş idarəyə birgə aparılmışdır. Şəxsləri idarəyə apardıqları maşın boz Hyundai markalı olmuşdur. Təqsirləndirilən şəxslərə qarşı müqavimət və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid5, digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Murad Azayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən iki ədəd bükümdə ümumilikdə 4,505 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin sağ yan cibindən iki ədəd bükümdə ümumilikdə 4,738 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılması video görüntüylə qeydə alınaraq, dvd diskə köçürülmüş və dvd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1463 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 aşkar edilmiş 02 ədəd bükümdə olan maddə (imza Təqsirləndirilən şəxs1)” yazısı və imzalar olan zərfdəki 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,212 qr və 2,293 qr, ümumi təmiz çəkisi - 4,505 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici görünüş əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 2(iki) ədəd bükümdəki metamfertamin və vət. Təqsirləndirilən şəxs2 aşkar edilmiş 2(iki) ədəd bükümdəki metamfetamin (10 mart 2023-cü İl tarixli 6/1462 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi: 4,505 qr, tədqiqata sərf edildi: 0,10 qr, qalıq: 4,405 qram (Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1462 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs2 aşkar edilmiş 02 ədəd bükümdə olan maddə (imza Təqsirləndirilən şəxs2)” yazısı və imzalar olan zərfdəki 2(iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,882 qr və 2,856 qr, ümumi təmiz çəkisi - 4,738 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici görünüş əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi: 4,738 qr, tədqiqata sərf edildi: 0,10 qr, qalıq: 4,638 qram. (Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, X2 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-320/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-320/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-458/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 09 mart 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müvafiq olaraq götürülmüş 02 ədəd “Samsung” markalı mobil telefon aparatlarına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd “Samsung" markalı boz rəngli mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı “Bibinin Oqlu” kimi qeyd olunmuş +**********97 saylı, adı “Fatime” kimi qeyd olunmuş +**********27 saylı, adı “MEHDİ" kimi qeyd olunmuş +**********05 saylı, adı “MEHDİ 2" kimi qeyd olunmuş +**********91 saylı, adı “Mehdi Atası” kimi qeyd olunmuş +**********07 saylı, adı “Nesir İran” kimi qeyd olunmuş +**********12 saylı, adı “NESİR İRAN 2” kimi qeyd olunmuş +**********77 saylı, adı “RAMİN iran” kimi qeyd olunmuş +**********57 saylı və adı “Xanım" kimi qeyd olunmuş +**********14 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp" ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər" bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında “SADAT” kimi qeyd olunan istifadəçinin Təqsirləndirilən şəxs1 09 mart 2023-cü il tarixdə “ay Emin Nicata denən ki, Rövşən gəlmişdi ondan patı istəyirdi, dedim yoxdur, hardasa bir saata zada xəbər edərik, dedi yoxdu vapşe heç? onluq çıxartdı bəs onluq patı ver dedim yoxu, dedi Nicata de gör nə deyir, ağlı nə kəsir...yenə soruşdu ki, bəs onluq patı yoxdu? mən də dedim yoxdu” səsli mesaj yollaması, adı kontaktlar siyahısında “MEHDİ 2” kimi qeyd olunan İran İslam Respublikasına məxsus GSM nömrə İlə qeydiyyatdan keçmiş istifadəçiyə Təqsirləndirilən şəxs1 09 mart 2023-cü il tarixdə “Mehdi maşını salmışıq da Mehdi sən konumu atırsan? At konumu” səsli mesaj yollaması, adı kontaktlar siyahısında “Nesir İran" kimi qeyd olunan İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçinin Təqsirləndirilən şəxs1 09 mart 2023-cü il tarixdə “Zakazdayam. Nə desəz onu atacam mənə tez deyin, Nicatdan soruş neçə dənədir mən də deyim bağlasın...Nicata denən 50 vuracaq, çünki mal bahalaşıb, sərf eləmir mən özüm malı 28- 29-a verirəm..deyirəm 9 kola 1 daş bağlasın” səsli mesaj yollaması, Təqsirləndirilən şəxs1 da ona cavab olaraq “Yaxşı nesir..bağlatdır" sözlərinin yazması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 istifadəsində olmuş bir ədəd “Samsung” markalı qara rəngli mobil telefon aparatına keçirilən baxış zamanı həmin cihazın işlənmiş vəziyyətdə olaraq plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralı olması məlum oldu. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı “Mehdi” kimi qeyd olunmuş +**********05 saylı, adı "Mu” kimi qeyd olunmuş +**********93 saylı, adı “Nəsrulla Abi” kimi qeyd olunmuş +**********14 və adı “Ramin İran” kimi qeyd olunmuş +**********257 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 077-303- 95-92 saylı gsm nömrə ilə qeydiyyatdan keçmiş “whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. konket olaraq isə adı kontaktlar siyahısında “mehdi” kimi qeyd olunmuş iran islam respublikasına məxsus gsm nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin istifadəçinin Təqsirləndirilən şəxs2 09 mart 2023-cü il tarixdə yolladığı “çıx indi konum gəlir sənə..beş dəqiqəyə atıram şəkillə konumu” səsli mesajına Təqsirləndirilən şəxs2 “maşındayıq gedirik biz..çıxmışıq da...mehdi səsi təzədən at yaxşı eşidilmir..biz yoldayıq az qalıb bakıya çatmağımıza..ay mehdi biz çatdıq ora..nə oldu? konumu at ki heç olmasa 2 metri də konumla gedək...konum gəlməmiş bizi nəyə çıxardırsan? yenə başladın mehdi? tez ol” səsli mesaj yazması, buna cavab olaraq iranlı həmsöhbətin ona sözügedən ünvanın və gizlədilmiş maddənin işarələndiyi yeri və koordinatları (konumu) göndərməsi, cavab olaraq da Təqsirləndirilən şəxs2 “səbrli ol bu dəqiqə xəbər deyirik sənə, beş dəqiqə səbrli ol adam çoxdur burda” səsli mesaj göndərməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 məxsus olan iki ədəd “samsung” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün bmcmi-nin nh-nə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, «azerfon» mmc-dən daxil olmuş xx.xx.2023-cü il tarixli azf/lgl- 6500/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı gsm mobil telefon nömrəsinə aid 11 mart 2022ci il tarixdən 11 mart 2023-cü il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs2 qəbul etdiyi qısa sms-lərin içərisində ***-***-**-** gsm nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə tarixdə “qan iceniy elysen? malin ola ola uwaqlari qoyursan lomkada? udilenyan var harasa? vapwe cix qapya geliy sobet elemeye”, ***-***-**-** gsm nömrənin abunəçisinin 16.11 2022-ci il tarixdə “nici hardasan...patı var... sadet deyir ona vermişem”, 077-310-98- 06 gsm nömrənin abunəçisinin müxtəlif tarixlərdə “qaqa manam ceyhun hardasa 3 dayqaya qapvızdayam bıdana çıxarsan isim var manam bırda kecendafakı qızdı usagdan masını goturmusam galiram yoldayam... nomramı bloka atmısan ay nici çıxart... qaqa bır sey sad olsa mana dena manda bıdana butoy goturumda yada yarı yaxsı qadan alaram gozduyurem pul tamizdı...ay nici neynıyırsan qaqa he ? qaqa ramın pulu indi verib nece edayha qardaşım bıdana yarımçıq kola ıcmeye bıdanada 10 fannta qaqa lazımdı tela baxan kimi yığda manı ağrıyıram”, ***-***-**-** gsm nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “necesen ureim qurban zeng elemisen yatmiwame ygdm mehmana dedi yatb qaldr dedm qaldirmadi omrum agriyram 50m pulm varda tema isdrdm dedi he var tema dursn ozune dicem yigar seni gelersen pulmu saxliyram ureim lap 50m vererem sene yari verersen 20mda bele ehtyacdisa qalar sora rawodarq durdun meni ygda tez”, ***-***-**-** gsm nömrənin abunəçisinin müxtəlif tarixlərdə “nicat sabahun xeyir menem anardi gece men masin tapib gele bilmedim yatmamisansa kecimde oyana...axsamun xeyir qaqas menem anardi yarim kola duzeler”, ***-***-**-** gsm nömrənin abunəçisinin 10.01 2023-cü il tarixdə “5patida duzatsin”, ***-***-**-** gsm nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə “salam.qaqaw yan lazımdı.yunus katej”, ***-***-**-** gsm nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə “qaqaw mənəm yunus.yarı kola.5mant.pati”, ***-***-**-** gsm nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə “...birdeki geliremde emi temiz olurda sende” mətnli qısa yazışmaların Təqsirləndirilən şəxs2 göndərmələri məlum olmuş. bundan başqa, Təqsirləndirilən şəxs2 öz növbəsində ***-***-**-** gsm nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “hardasan sen qaqaw gelim gotrumde seni camat aqri acidadi”, ***-***-**-** gsm nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “saat 12 kimi gozduyurem 1 _e 10 deqe iwdemiw seni gelib evinde bax gor neynirem elemiyen oglaninda var yoxun s**im menim 320 m diq malim 300 yoxa 320 saat 12”, ***-***-**-** gsm nömrənin abunəçisinə xx-xx-2022-ci il tarixdə “adil burdayam mene buraz pati ver deme yoxumdu bilremki varda senin kimi zabordan duşmey istemiremde iceri anam gildeyem nece deqeye gelim ora bele istersense bomba temam var ac teli pul zad istemirem qorxma”, ***-***-**-** gsm nömrənin abunəçisinə xx-xx-2022-ci il tarixdə “xalaoqlu bir denede ayrl yarl alinar onunda üstünden menimçin nol bir atarsan menimkinin üstün e o yarlnlda nol dörd edersen... xalaoqlu 3 dene yarl 3 de nol dörd olsun menede nol 3 ayrl verersen” və ***-***-**-** gsm nömrənin abunəçisinə xx.xx.2023cü il tarixdə “gelirem yoldayam çatana yaxln sene deyecem cix esmiranin yanindaki köşkün qarşisina verim” mətnli mesajlar yazması məlum olmuşdur. bundan başqa, baxış zamanı məlum olmuşdur ki, araşdırılan dövr ərzində Təqsirləndirilən şəxs2 bir neçə dəfə olaraq İran İslam Respublikasına məxsus olan +**********57, +**********77, +**********05 və +**********91 saylı GSM nömrələrlə zəngli əlaqə saxlamışdır. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli BKC/LGL- 9963/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** caünbi GSM moMpayə aid 11,03.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 055- ***-**-** saylı GSM nömrəsindən ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə müxtəlif tarixlərdə “xalaoqlu ALLAH haqqi sennen ayrilani mal goturmami$am ba$im xereb olub...fanta var kolanan deyi$en var deyi$de menimcin...Cındır yarı apardın atdın mene...Çetdiyib verrrik...Birazdan götüreceyik xalaoğlu...Ne qeder pulun var... Xeber edecem gelersen...He o temadandı...Bayaq dedin ki 20 m var...Daşda var kolada var. Kola 30 manat nicatda...Onu 25 manat ele gel 4 mk rayona... Xalaoğlu men qalmalı oldum gel malıda daşıda götür ged...Varyoxun s***m nicatda ölür menbe Allah haqqı yoxdu...Pullarıda getir qazobalonuda götür gel nicatgiie...Bir dene çet dobru verecem sene...Gözdiyirik...Birazdan gedeceyik xeber eliyerem”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “**********781510...”, +**********26 saylı İran İslam Respublikasına məxsus GSM nömrənin abunəçisinə müxtəlif tarixlərdə “Emindi dayl...Salam dayl... Emindi”, ***-***-**-** GSM nömrənin abunəçisinə müxtəlif tarixlərdə "Biraz sebirli ol götürüb gəlim xeber eliyecem sene...20-25 DEQİQEYE DÜZELER...TEMA VAR QAQA BİR QR...”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə“**********575826 kapital”, ***-***-**-** GSM nömrənin abunəçisinə müxtəlif tarixlərdə “**********575826 kap... 1 bir 1bir 2 yarlmda bir...1 dene yarı”, ***-***-**- ** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “**********575826kapital”, ***-***-**- ** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “Kamal görürem işin alınmır, gelib pulu götürey başqa yerden işimizi aşırdaq berk ağrayırıq başqada bir qepiyimiz yoxdur sonrada gec ol”, ***-***-**-** GSM nömrənin abunəçisinə müxtəlif tarixlərdə “4098 5844 6484 0477 leo bank. Rizvanov Şahin...İnanırsan neçe gündi xalaoğlu menimde veziyetim çox pisdir. Ne pul var, ne mal var balamın canı ölürdüm bu gün xalamoğlu gelib çıxardıb veziyetden meni”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci i! tarixdə “Yetim 3 dene istiyen var... Mene he yox de”, ***-***-**-** GSM nömrənin abunəçisinə 17.11 2022-ci il tarixdə “Yetim Allah haqqı ne qeder adam yığdlm alınmadı...Yetim sen öl düzelir... Kiri sadan götürürem...1 dene yarı nicat götürür... Yarıda sizinçin... Çıxaq burdan deyim gel apar otağın içinde sesin exo verir nicat eşider...Seni axtarır nicat deyir borcu var ona göre deyirem sesini eşitməsin...Nicatln ağzı qızışıb söhbetə çıxırıq yetim sebirli ol... Götürmüşəm üstümdedi yetim...”, ***-***-**-** GSM nömrənin abunəçisinə müxtəlif tarixlərdə “Sen öl gedirik konuma nicatnan... Yetim tema lazım olsa de... Yarı 30 manat... Daşda var... Nicatgilde olacam...Nicatın pulun niye vermirsen niye bele eliyirsen... Konumdayıq... Ay qaqaş atmadılarda beyaq... Qaqaş birinnendi tek kola var birdeki men nicatgildeyey bura gelsen...borcdanda 5 -10 manat getirmelisen... Yetim biraz sebirli ol döz puluda düzelt 10 ele. Eve gelende zeng edecem”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “Beyaqki çet 4 dene”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “Tema var gedib onu götürek”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “Yetim sene rastvor getirirem girib padyezde vurarsan”, ***-***-**-** GSM nömrənin abunəçisinə müxtəlif tarixlərdə “Yetim beyaq nicat yanımdaydı...Ona göre adboy verirdim...Konumnan geldik...Sebirli ol nicatgildeyem... Götüren kimi gelecem size...balamın canı gözdüyirik alınan kimi sizdeyem... Almmasada başqa yerden düzüb qoşacam...Sen narahat olma...Gedib saraydan alacam...Sene qurban olaram biraz döz... Allah haqqı hele gedmemişik... Allah haqqı nicatın malı yoxdu... Pulu seher tezden vurmuşuq helede deyirlər gözdüyin... Bizde gözdiyirik... Mence bunnan sora olar bize mal atmazlar qaldı sehere... Allah haqqı coratdada veziyet pisdi saraydada veziyet pisdi bir iki kanaldan maraqlanmışıq deyirlər yoxdu...Alınsa bir vurumluq olsada seni getib görecem narahat olma ay yetim...O temanı eride bildi o uşaq mene bir xeber de... Başqa yerden yaxşı tema götürey”, ***-***-**-** GSM nömrənin abunəçisinə müxtəlif tarixlərdə “Çingiz varyoxun s***m mende o temadan vurmuşam... Anam qebri başqa təmamız yoxdu ay yetim... And olsun Alllaha seninlə görüşdim e onda konumnan gelirdik... Çingiz sen öl daş yoxdu qaqa ancaq maldı”, ***- ***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2023-cü il tarixdə “Tema var lazım olsa de yetim”, 077- ***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2023-cü N tarixdə “Ceyhun men nicatgildeyem o mal nece maldı yaxşıdısa gel nicatgile gedey götürey birdene yarbala. Emindi he yox deyirsen yaxındadı”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2023cü il tarixdə “Kolaya el çatır”, bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan 077- 303-95- 92 GSM nömrəyə müxtəlif tarixlərdə “**********575826 kapital... Nici hardasan Patı var” mətnli mesajlar yazmaları məlum olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 qəbul etdiyi qısa SMS-lərin içərisində ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Xala oglu 20manat pulum var goturde... Eybi yox senin Allaha and olsun iwun duwer mene hec eybi yoxdu 2gundu meni agrida qoyursan gozum qalib sendeki zeng edeceysen neslin sikim hec eybi yoxdu fiso... Ne olsun bes mene soz verdin axi indi nese verirsen mene gelim yadaki pul u nan nese ali nar tez bazar yari birde fanta cet he...Mene nese verceysen indi gelen kimi deqiq de bilimde he...Qaqaw 20manatim var mene yari kola 1dene fanta duzeler tez he?... Xala oglu taksi pulunda menniydi llitir abqura 1de 15 qiramliq gumuw uzuyu verirem 1de10 manat pul verirem menimcin 1kola 1de fanta set narmalni duzub qowub getirde...Tez nicatnan elaqe saxta 05 pati 05 de kola xeyirimiz var a... Xala oglu dawda isdiyen var 5diy 3dene yarim kola... Ay qardawim 1baw ot lazimdi 10 manatlig nicatda gor var...Gor yari var yaxwi maldan gelim tez bir cetde pati 30manat puldu ter temiz...XalA oglu 20manat duzelderem pirosda 15m kola Smanatdigda pati isdiyirem duzeler deqiq yaz yarim saata duzeidim temiz yigim seni 20 temiz duzelderem dawdaa...Xala ogluu o terefde gör daw duzeler yarim mawin temiz pula bizimdə xeyirimiz var qaqaw Vallahh”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Aj jetim .10 m varimdi nejnemek olar...Aj jetim necesen evdejem vezijet pisdi axrijiram belke zapaşda bir Sadet deyir ona vermişem tike varindi cixim vezije... Aj birat jarim litir kola alinar... Aj jetim 3 4 dene lazimdi açda telni... Jetim bidene jari lazimdi alinirsa 10 15 deqeje gözdüjüm joxsa gedim corata”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Dost indi gele bilmirəm..sabaha mene 2 dene yari 5 diyde pati saxla sabah tezden gelib goturecem... EMİN SALAM TEMA VAR GELİM GOTURUM FARSİVA PULUDA DEYİŞİM... TEMA VAR QAQA BİR QRAM LAZİMDİ”, ***- ***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “aj jetim nese var 5 duz 5 qola duzeler naxd elimdedi vezijetimde pisdi bawiva donum xeber dede mene axrijiram gedim bwqa jere bir kelme he jox jazda men”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “aj jetim axridan jatada bilmirem qalmiwam nejnejim gedim corata oxrewdi olurem alndi iwiviz 4 manatim var qalmiwam kimin jana gedim bidene sevindirde meni...aj jetim gelmemisense miqajet ol aaa puromoj qapija şurdur tuta tutdu burda aslanin tukanin icinden patandart ozude aparib baki jixir uwej ax ir ejtijatdi ol...biciqan patin olar belke...Xalogi vezyet gergindi 05 İazmdi he yox cavab verde”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Xalogi vezyet gergindi 05 İazmdi he yox cavab verde”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Ay yetim 9 manat duzeldmiwem bidenede uzuk var onada baxardun... Aj jetim bidene qiram lazimdi var ja jox bir söz de”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Dost pati var koku na dəyişmək olar”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “ay brat bidene butov isdiyirdim e”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Ay emin men yerimnen qalxa bilmireme pul varda bidene yarim 5diyde pati alindira bilersen qardawuncun.veziyet cox pisdi etaga...Ay emin veziyet pisdiye qardawimv yarim kola ver .qalan pati 20m-dan cox eliyire AHAhaqi... Emin bele now elisenki lomkadiyame qaqaw.alinmir di alinmirda.lazim doy gelim yarimcig kolani ver.cixiramda burdan”, 055- ***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “AY YETİM AC SOZUM VAR, 25METR PARCA VARİYDİ GELİM”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022- ci il tarixdə “Ay Emin kola lezetditdiydi bided alinar ?”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə "Necesen menem yunus.30.var”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Salam.qaqaw dunen seni gözduyurem.yari kola.yari pati... Mene 1 qram.k.lazimdi.yunus.SOmant var... Qaqaw yari lazimdi... Qaqaş 3 dene yari bala düz qoş e/e gelirem mehleye... 3ədəd yari.var.?...Salam.ataw mene 25 mant,pati.yari kola.olar?...Salam.ataw mənə yan lazımdı.25.manat varımdı”, 055-247-47- 01 GSM nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə "Emin salam yardim elivi uzatda mene agridan olurem...Bidene cetde olsa eybi yox teki agridan cixim basiva donerem”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə "Salam qaqa menem elvin.imkan olsa qaqava 3 xet bir sey verersende.”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə “Qaqaw 25mant var.yan düzələr?”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə “Yusifdi helesinden yari lazimdi”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2023-cü il tarixdə “Mene yari koia 10pati düzel Emin nolar” mətnli qısa mesajların Təqsirləndirilən şəxs1 göndərmələri məlum olmuş olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə şahid qismində dindirilmiş Şahid1, Şahid4 və Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar istintaqa vermiş olduqları ifadələrini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 3279 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 3289 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə yazılı şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 il 09 ay 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 02 ay 26 gün vaxtından əvvəl şərti azad olunmaqla xx.xx.2019-cu ildə cəzasını çəkib qurtarmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanı tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməli həmin dövrdə ağır cinayətlər təsnifatına aid olsa da, 09 noyabr 2017-ci il tarixli, 247 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 180.2-ci maddənin sanksiyasında “dörd ildən səkkiz” sözləri “üç ildən yeddi” sözləri ilə əvəz edilmişdir və hazırda həmin əməl az ağır cinayətlər təsnifatına aidddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin məcəllənin 83.3, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Göründüyü ki, Təqsirləndirilən şəxs2 hazırki əməlini Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-225/2023 nömrəli hökmündən əvvəl törətdiyindən və eyni zamanda məhkəmə cinayət törətmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə müəyyən edilmiş cəzasını xx.xx.2020-ci il tarixdə tam çəkib qurtardığı gündən iki ildən cox müddət keçdiyindən, onun indiki əməlini cinayətin residivi kimi qəbul etmir. Hazırki hökm Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-225/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən birləşdirilməklə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu edilərək cinayət işinə əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan qohumluq nəlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2006-cı il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barələrində təqsirli bilindikləri cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəza seçilməli və cəzalarını tutulduqları vaxtdan- xx.xx.2023-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,405 qram kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,638 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus “Samsunq ” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ekspertiza xərci təşkil edən 228(iki yüz iyirmi səkkiz) manat müştərək qaydada alınıb dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən həmin istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd dvd diskin və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 02 ədəd cd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05(beş) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 09 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05(beş) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-225/2023 saylı hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq 06(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 09 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci təşkil edən 228(iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,405 qram kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,638 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edisin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən həmin istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd dvd diskin və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 02 ədəd cd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus “Samsunq ” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar