Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-829/2020 23.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BakıAğırCinayətlərMəhkəməsinin hakimləri, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər MahmudovİlhamAğaoğluvəQəniyevFaiqƏsədoğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlətittihamçısıAzərbaycan Respublikası Baş Prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhər Pro-Bono vəkil bürosunun vəkili MuradovElsevərİsmayıloğlu, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 87-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, ev 11-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 00:10 radələrində ünvan 1 saylı ünvanın qarşısında, keçmiş kürəkəni Zərərçəkmiş şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimenti ödəməməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qarın boşluğundan qəsdən bir dəfə bıçaqla vuraraq ona böyük piyliyin və köndələn çəmbər bağırsaq divarının zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Əlimurad oğlu məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid2 onun qzıdır, Pərviz isə onun kürəkəndir. Pərviz onun qızı ilə evlənən zaman o, işləri ilə əlaqədar Rusiya Federasiyasında olmuşdur. Onlar ailə qurduqdan təxminən 3 ay sonra, o, Azərbaycan Respublikasına geri qayıtmışdır. Qızı Mədinə ilə Pərvizin münasibətləri 2 il normal olmuş, lakin Pərviz daha sonra ifrat dərəcədə dinə meylli olması səbəbindən qızı Mədinəni incitməyə başlamışdır. Daha sonra Pərvizin onun qızını incitməsinin şahidi olmuş və onun da təkidi ilə qızı Mədinə Pərviz ilə ayrılmış və onun evinə gəlmişdir. Bir müddət keçdikdən sonra maddi cəhətdən sıxıntıları olması səbəbindən qızı ilə birlikdə Yasaml Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qərarı ilə aylıq 540 manat aliment kəsilmiş, lakin, Pərviz məhkəmənin qərarına məhəl qoymamış və ümumiyyətlə kəsilmiş olan alimenti ödəməmişdir. O, xx xxxx 2020-ci il tarixdə evdə olarkən Pərviz ona zəng edərkən Pərvizə alimenti nə üçün ödəmədiyi ilə əlaqədar irad tutmuşdur. Pərviz isə onu və ailəsini nalayiq ifadələrlə təhqir edərək görüşmək istədiyini bildirmişdir. Pərvizə metronun “Gənclik” stansiyasının yaxınlığına gəlməyini təklif etmişdir. Pərvizə ora gəlməyəcəyimi bildirmiş və bundan sonra isə axşam saat 12 radələrində Nizami rayonu, Tofiq Abbasov küçəsi 6 ünvanında yerləşən binanın qarşısında görüşmək barədə razılaşmışlar. O, xx xxxx 2020-ci il tarixdə gecə saat 24 radələrində həmin yerə gəlmiş, orada təxminən bir neçə dəqiqə gözlədikdən sonra Pərviz özünə məxsus olan avtomobil ilə ona yaxınlaşmış və avtomobildən düşmüşdür. Orada olan zaman Pərviz ona məhkəməyə müraciət etdiyini irad bildirmiş və uşaqlarını geri istəmişdir. Elə bu zaman Pərvizə məxsus olan avtomobilin qabaq hissəsindən Etibar düşmüşdür. Bundan sonra Pərviz üzərinə gələrək onu təhqir etmiş və ona demişdir ki, onu indi burada vurub pis günə salacaq, onu əsəbiləşdirməsin, uşaqları ona versin. O, qorxub bıçağı çıxarmış, onu qorxutmaq üçün Pərviz tərəfə uzatmış və yaxın gəlməməsini demişdir. Elə bu zaman Pərviz onun üstünə atılmış, həmin vaxt Pərviz qarın nahiyəsindən xəsarət almışdır. O, qarın nahiyəsini tutaraq “Etibar bu məni vurdu” deyə qışqırmışdır. Bundan sonra qorxaraq nə edəcəyini bilməmiş və oradan çıxıb getmişdir. Əməlindən peşimandır, hazırda zərərəkmiş şəxslə barışmışdır, məhkəmədən ona qarşı humanist cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmədətədqiqedilmişdigərsübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ildə Şahid2 ilə dini yolla ailə həyatı qurmuşdur. Mədinə ilə metronun «Qara Qarayev» stansiyasının yaxınlığında kirayə mənzildə yaşamışlar. Təxminən 4 il ərzində Mədinə ilə münasibəti normal olmuşdur. 2019-cu ilin noyabr ayında məlum olmayan səbəbdən qayınatası Təqsirləndirilən şəxs həyat yoldaşı Mədinəni həkimə aparmaq adı ilə öz evlərinə aparmış, bundan sonra həyat yoldaşı evə qayıtmamışdır. 2019-cu ilin dekabr ayından başlayaraq bir neçə dəfə ona məhkəmədən çağırışlar gəlmiş, lakin o, heç bir məhkəməyə getməmişdir. Sonradan məlum olmuşdur ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə ona 3 övladına görə ümumilikdə aylıq 510 manat olmaqla aliment kəsilmişdir. xx xxxx 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs zəng vuraraq nəyə görə məhkəməyə müraciət etdiklərini, məhkəməsiz də övladlarına görə pul ödəməyə hazır olduğunu bildirmişdir. Axşam saatlarında Rəhim zəng edərək onu görüşə dəvət etmişdir. Təxminən saat 24 radələrində dostu Etibar ilə birlikdə, «Lyuks» marketin yaxınlığında Rəhim ilə görüşmüş, təxminən bir neçə dəqiqə söhbət etdikdən sonra, Rəhimin sərxoş olduğunu görüb getmək qərarına gəlmişdir. Üzünü çevirib getmək istəyən zaman qəfildən qarnından ağrı hiss etmişdir. Baxdıqda Rəhimin əlində olan bıçaqla qarın nahiyəsindən bir dəfə vurduğunu görmüşdür. Rəhim bıçağı ona tərəf uzadıb yaxın gəlməməsini, yoxsa vuracağını deyib geriyə çəkilib getmişdir. Bundan sonra Etibar onun avtomobilini idarə edərək onu 3 saylı X2 aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Müsabi oğluifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, evdə olarkən Pərviz zəng edərək qayınatası Rəhim ilə aralarında narazılıq olduğunu, Rəhimin onunla görüşmək istədiyini, görüşə çağırdığını və danışıb görüş təyin etdiklərini bildirmişdir. Pərviz ondan xahiş etmişdir ki, birlikdə qayınatası Rəhimlə görüşməyə getsin, qayınatası ilə şəxsi söhbətləri var, maşında otutub gözləyər. Pərviz gəlib onu evdən götürmüş və təxminən saat 24 radələrində Pərvizin idarə etdiyi avtomobillə Nizami rayonu, Tofiq Abbasov küçəsi 6 ünvanında yerləşən «Lyuks» marketin yaxınlığına getmişlər. Həmin yerə çatdıqda maşından düşməmişdir. Pərviz maşından düşüb qayınatası Rəhimlə görüşməyə getmişdir. Təxminən 3-5 dəqiqə sonra Pərviz maşına tərəf gəlmişdir. Bu zaman maşından yerə düşdükdə görmüşdür ki, Pərviz qarın nahiyyəsini tutub. Pərviz ona qaynatasının deyəsən onu bıçaqla vurduğunu demişdir. Həmin vaxt Pərvizin qayınatası Rəhimin əlində bıçaq bir az kənarda dayandığını görmüşdür. O, Rəhimə bildirmişdir ki, «Ayıb deyilmi siz qohumsunuz». Bu vaxt Rəhim üzünü çevirib digər tərəfə getmişdir. Pərviz maşına oturmuş və o, Pərvizin avtomobilini idarə edərək Pərvizi 3 saylı X2 aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 5 il bundan qabaq ortaq tanışları vasitəsi ilə Pərviz ilə tanış olmuş, bir müddət sonra onunla dini nikahla ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları dünyaya gəlmişdir. Pərviz ailə həyatı qurduqdan sonra bir müddət münasibətləri normal olmuşdur. Sonradan Pərviz onu incitməyə başlamışdır. Atası bu barədə bildikdən sonra Pərviz ilə ayrılmaq qərarına gəlmişdir. Pərvizdən ayrıldıqdan sonra üç övladı ilə birlikdə valideynlərinin yaşadığı mənzilə qayıtmışdır. Bir müddət keçdikdən sonra maddi cəhətdən sıxıntı yaşadığından, Yasaml Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə aylıq 540 manat aliment kəsilmişdir. Lakin, Pərviz məhkəmənin qərarına məhəl qoymamış və ümumiyyətlə kəsilmiş olan alimenti ödəməmişdir. Pərviz bir neçə dəfə zəng edərək nəyə görə boşandığını soruşaraq ondan və valideynlərindən bunun əvəzini çıxacağını bildirmişdir. 2020-ci ilin mart ayının 2-dən 3-nə keçən gecə saat 01 radələrində evdə olarkən atası Təqsirləndirilən şəxs evə gəlmiş və Pərviz ilə görüşüb onunla dava etdiyini bildirmişdir. Səhəri gün atası polis bölməsinə çağırılanda məlum olmuşdur ki, atası gecə Pərviz ilə mübahisə edərkən ona bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE-nın PA və ETT birliyinin Nizami rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 267 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs böyük piyliyin və köndələn çəmbər bağırsaq divarının zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarət deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şərait və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yarana bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterinə əsasən demək olar ki, xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın boşluğundan bir dəfə vuraraq xəsarət yetirdiyi bıçaq məhkəmə-ballistik ekspertizasına təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 3/113 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərindəki zavod işarələrində pozuntu və konstruksiyasında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE-nın PA və ETT birliyinin məhkəmə-tibbi kriminalistik şöbəsinin xx.xx.2020-ci il tarixli 194/2020-MTKŞ saylı rəyində qeyd edilmişdir ki, X1 məxsus sviterin və maykanın ön hissəsinin aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş X1 məxsus sviterin və maykanın ön hissəsinin aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın ön divarında olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE-nın PA və ETT birliyinin məhkəmə-tibbi biologiya şöbəsinin xx.xx.2020-ci il tarixli 314/2020-MTBŞ saylı rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilən X1 məxsus sviter və mayka üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, həmçinin alfa, beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri O - alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X1 məxsus ola bilər. Təqdim edilən bıçaq üzərində isə qan aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X6 xx.xx.2020- ci il tarixli ambulator kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının 852 saylı ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs hər hansı bir psixi xətəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-psixoloji ekspertizası üzrə nəticədən göründüyü kimi Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Emosionallıq, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi-psixi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərkən əqli və psixi inkişafı, intellektual imkanları nəzərə alınmaqla, öz hərəkətlərini idarə etmək, mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəlişəkildə obyektiv hüquqi qiymət verərəkməhkəməbelə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsittihamolunduğucinayətəməli məhkəməistintaqızamanıtamsübutayetirilmişdir. Məhkəməəməlinhüquqitövsüfiməsələsinimüzakirəedərəkhesabedirki, ŞəfiyevRəhimƏlmuradoğlununəməliistintaqorqanıtərəfindənAzərbaycanRespublikasınınCi nayət Məcəlləsinin126.1-ci maddəsiilədüzgüntövsifedilmiş və o, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsiüçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AzərbaycanRespublikasının 59-cu maddəsinəəsasənTəqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və sonuncunun ondan şikayət və tələbinin olmamasıvəhərəkətlərindənsəmimipeşmanolmasıcəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasənəməlində cəzasını ağırlaşdıran halların olması müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, eləcə də zərərçəkmiş şəxsin onun kürəkəni olmasını, törədilmiş cinayətin ictimai təhlükəliliyinin aradan qaldırılmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, eləcə də 3 azyaşlı nəvələrinin hazırda faktiki onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirəcək şəxs olmasını vəhərəkətlərindənsəmimipeşmanolmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür, odur ki, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məqsədə uyğun hesab edilir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2019-cuiltarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə 74 manat məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Nizami Rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli uzunqol köynək və bir ədəd qara rəngli mayka məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsdavranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsbarəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə 74 (yetmiş dörd) manat məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Nizami Rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli uzunqol köynək və bir ədəd qara rəngli mayka məhv edilsin. Hökmdən, elanolunduğuandan20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-829/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-829/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver