Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-829/2021 17.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər- Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri-X4 qızı, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X9, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhər 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cu il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Masallı şəhəri, Puşkin küçəsi, ev 35 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Bolluq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş “Rza” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlmişdir. Bu məqsədlə o, “Rza” adlı şəxsə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla narkotik vasitəni keçirməyə köməklik etmiş, daha sonra “Rza” adlı şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 23,133 (iyirmi üç tam, mində yüz otuz üç) qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Masallı rayonunun girişində quraşdırılmış “63 km” yol nişanının altında yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu bir ədəd sellofan bağlamada 23,133 (iyirmi üç tam, mində yüz otuz üç) qram çəkidə narkotik vasitə heroini istintaq zamanı müəyyən edilməmiş vaxtda və şəraitdə qeyd olunan yerdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib iki ədəd şəffaf sellofan və bir ədəd gümüşü rəngli ayrı-ayrı kağız bükümlərə bölüb satış üçün əvvəlcədən hazırlayaraq üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax magistral yolunun 14-cü kilometrliyində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığına daşımışdır, Bu barədə Azərbaycan Respublikası DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 27 sentyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 21-50 radələrində qeyd edilən ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına aparılmışdır. Orada saat 23-24 radlərindən etibarən onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman o zaman əynində olmuş ağ rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümlərdə və bir ədəd gümüşü rəngli kağız bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ayrıayrılıqda təmiz çəkiləri 19,046 (on doqquz tam, mində qırx altı) qram, 4,025 (dörd tam, mində iyirmi beş) qram və 0,062 (sıfır tam, mində altmış iki) qram olmaqla, ümumi təmiz çəkisi 23,133 (iyirmi üç tam, mində yüz otuz üç) qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı şəhərində daimi qediyyatda olsa da, həmin iş üzrə həbs olunduğu vaxtan əvvəl Bakı şəhəri, Xəzər rayonu, Bolluq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, lakin mütəmadi olaraq Masallı rayonuna gedib-gəlmişdır. O, taxta alveri ilə məşğul olmuş və bu yolla ailəsini dolandırmışdır. Onu da bildirmək istəyir ki, həmin iş üzrə həbs olunmazdan əvvəlki bir neçə ay ərzində o, narkotik maddə olan heroindən istifadə etmiş, lakin heç vaxt hər-hansı bir narkotik maddənin satışı ilə məşğul olmamışdır. Ona qarşı irəli sürülmüş ittiham bağlı bildirmək istəyir ki, 2020-ci ilin yaz aylarında o, daimi yaşadığı Masallı rayonunda olan zaman təsadüfən İran İslam Respublikasının vətəndaşı olan özünü “Rza” kimi adı kimi təqdim edən bir şəxslə tanış olmuşdur. Aralarında olan söhbət zamanı həmin şəxs onun narkotik vasitə olan heroindən istifadə etdiyini bilmiş və ona təklif etmişdir ki, onun hesabına pul göndərsə, una ucuz qiymətə narkotik vasitə göndərə bilər. O, həmin şəxsin təklifini qəbul etmiş və onlar bir-birlərinin mobil telefon nömrələrini götürmüşlər. Bundan sonrakı dövrdə o, «Rza» ilə telefon əlaqəsi saxlayavran ona öz istifadəsi üçün az miqdarda narkotik vasitə heroin sifariş etmiş, «Rza» ona dediyi hesab nömrəsinə pul yüklədikdən sonra isə sonuncu ona Masallı rayonu ərzisində həmin narkotik vasitənin gizlədildiyi yeri ona izah etmiş və o da öz nöbəsində həmin narkotik vasitəni götürüb istifadə etmişdir. Sonuncu dəfə 25 sentyabr 2020-ci il tarixdə o, Bakı şəhərində olan zaman “Rza” ilə telefon əlaqəsi saxlayaraq ona öz istifadəsi üçün heroin və ağrıkəsici maddə kimi istifadə etmək məqsədi ilə metadon həbləri sifariş vermişdir. “Rza” ona razılıq verərək onun dediyi hesab nömrəsinə altı yüz manat pul yükləməsini demiş və o, “Milliön” bankomat aparatı vasitəsi ilə «Rza»nın ona dediyi hesab nömrəsinə həmin məbləğdə pul göndərmişdir. Bundan sonra “Rza” onunla telefon əlaqəsi saxlayaraq onun sifariş etdiyi narkotik vasitəni Masallı rayonunun girişində “63 km” yol nişanının alt hissəsində gizlətdiyini bildirmişdir. Bundan sonra o, Masallı rayonuna həmin yerə gedərək bir ədəd sellofan bağlamada olan heroini oradan götürmüşdür. Bağlamanı açıb açıb yoxladıqda onun içərisində sifariş etdiyi metadon həbləri olmadığına görə o, “Rza” ilə telefon əlaqəsi saxlayan zaman bu barədə ona demişdir. «Rza» isçə bir neçə günə metadon həblərini də ona göndərəcəyini demişdir. Bundan sonra o, həmin maddədən istifadə etmək üçün həmin sellofan bükümdən bir ədəd kiçk büküm ayıraraq üstündə saxlamışdır. Onu da bildirmək istəyir ki, o zaman Masallı rayonuna gedərkən o, Bakı şəhəri Babək prospektində yerləşən avtomobil icarəsi yerindən günü qırx manata olmaqla “Hyundai Accent” markalı, **-NU-*** dövlət nömrə nişanlı avtomobil icarəyə götürmüş və Masallı rayonuna həmin avtomobildə tək getmişdir. Həmin narkotik vasitəni götürdükdən sonra 27 sentyabr 2020-ci il tarixdə axşam saatlarında o, Bakı şəhərinə yola düşmüşdür. Masallı şəhərin çıxışında orada avtobuslar dayandığı yerin yanından keçən zaman o, idarə etdiyi avtomobili saxlayaraq oradakı mağazaya daxil olub özü üçün siqaret alıb çölə çıxmışdır. Həmin vaxt orada o, sifətdən tanıdığı həmyerlisi Ramin adlı şəxsi görüb onunla salamlaşmış və onunla söhbət edən zaman Ramin Bakı şəhərinə gəlmək üçün oradakı dayanacaqda marşrut avtobusu gözlədiyini ona demişdir. O isə Raminə Bakı şəhərinə getdiyini bildirmiş və idarə etdiyi avtomobildə başqa heç kəs olmadığına görə onunla birlikdə getməsini demişdir. Ramin onun təklifi ilə razılaşmış və marşrut avtobusuna yol haqqı kimi verəcəyi on manat pulu ona yanacaq pulu kimi verəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə yola düşmüş və yolda yanacaqdoldurma məntəqəsində Raminin verdiyi on manat pula o, idrarəetdiyi avtomobilə yanacaq doldurmuşdur. Lakin, onlar Bakı şəhəri “Binə” ticarət mərkəzinə çatmamış yolda dayanmış mülki geyimli şəxslər onun idarə etdiyi avtomobili saxlamasını işarə etmiş və o, avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt həmin mülki geyimli şəxslər ona yaxınalaşaraq xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını ona bildirmişlər. O, özünü polis təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirmiş və onu, həmçinin onunla birlikdə olmuş həmyerlisi Ramini də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin idarədə olan zaman bir nəfər vəkil onun müdafiəçisi kimi dəvət edilmiş və sonra isə videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Həmin vaxt o, hər şeyi etiraf edərək üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş və o zaman əynində olan şalvarın cibində saxladığı iki ədəd sellofan bükümündə və bir ədəd kağız bükümündə olan heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin həmin narkotiki «Rza» adı ilə tanıdığı bir nəfər iranlının vasitəsi ilə öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Onu da bildirmək istəyir ki, o zaman onunla birlikdə olan həmyerlisi Ramin adlı şəxsin də üzərinə baxış keçirilmişdir. Lakin, Raminin üzərindən ümumiyyətlə heç bir qanunsuz maddə aşkar olunmamışdır. O, polis əməkdaşlarına Raminin onda olan narkotikə heç bir aidiyyəti olmadığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş və onun özü, onun müdafiəçisi kimi iştirak edən vəkil də həmin protokolu imzalamışlar. Bir daha bildirir ki, «Rza» adlı şəxsin vasitəsi ilə əldə etdiyi həmin heroini o, yalnız öz istifadəsi üçün almışdır və narkotiki kiməsə satmaq fikri olmamışdır. «Rza» adlı şəxsin həmin narkotik vasitəni nə zaman və harada əldə etdiyi İrandan Masallı rayonuna necə gətirdiyi ona məlum deyil. Buna görə də ona qarşı irəli sürülmüş ittihamla bağlı özünü Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli hesab etmir. O, həmin «Rza» adlı şəxsin soyadını və ünvanını bilmir. «Rza» özünün iİranda yaşadığını bildirmiş və onunla telefon əlaqəsi saxlamışdır. Onun telefon nömrəsini xatırlamır. Lakin, onu da bildirmək istəyir ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun üzərinə baxış keçirilən zaman onun üzərindən özünə məxsus olan bir ədəd “Samsung” və bir ədəd “Redmi” markalı telefonlar aşkar edilərək ondan götürülmüşdür. Həmin telefonlarda «Rza» adlı şəxsin də ona zəng etdiyi mobil telefon nömrəsi olmuşdur. Həmin «Rza» adlı şəxsin vasitəsi ilə əldə etdiyi heroin cəmi bir ədəd kiçik selollofan bükümdə olmuşdur. Lakin, həmin narkotiki onun qoyulduğu yerdən götürdükdən sonra həmin narkotikdən az bir hissəsini öz istifadəsi üçün iki kiçik bükümə qoyub üstündə saxlamışdır. Hadisə günü saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı, həmçinin orada onun üzərinə baxış keçirilən zaman hər-hansı bir polis əməkdaşı tərəfindən ona qarşı təsir və ya təzyiq olmamış və o, hadisə necə olmuşdursa, elə də bildirmişdir. Onun özü narkomaniya xəstəliyindən əziyyət çəkir və buna görə həmin heroini o, öz istifadəsi üçün almışdır. Həmin heroini sifariş edən zaman həmin «Rza» adlı şəxs heroinin çəkisinin təxminən iyirmi qram olduğunu demiş və ondan həmin heroinə görə və göndərəcəyi metadon həblərinə görə ona cəmi altı yüz manat pul göndərməsini demiş və buna görə də o, «Rza»nın ona dediyi hesab nömrəsinə həmin məbləğdə pul göndərmişdir. Əldə etdiyi həmin heroinin hər-hansı bir hissəsini kiməsə satmamış və yaxud onun bir hissəsini kiməsə satmaq fikri olmamışdır. «Rza» adlı şəxsin ona göndərdiyi heroini İran İslam Respublikasından Masallı rayonuna «Rza»nın özü gətirdiyi və yaxud kiminsə vasitəsi ilə göndərdiyi barədə onun məlumatı yoxdur. Yuxarıda qeyd etdiyi kimi, “Rza” onunla telefon əlaqəsi saxlayaraq onun sifariş etdiyi narkotikin Masallı rayonunun girişində “63 km” yol nişanının alt hissəsində gizlətdiyini bildirmiş və bundan sonra onun özü həmin yerə gedərək orada gizlədilmiş heroini oradan götürərək öz üzərində saxlamışdır. Həmin narkotik vasitənin Azərbaycan Respublikasına qanunsuz yolla, yəni qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə onun özünün heç bir aidiyyəti yoxdur. Qeyd etdiyi kimi, o, yalnız «Rza» adlı şəxsçə telefonda heroin və metadon sifariş etmiş və oradan götürdüyü heroinin Masallı rayonuna kim tərəfıindən gətirildiyi ona məlum deyil. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 31-33-cü vərəqlərində olmaqlda «Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 sentyabr 2020ci il tarixli protokol ona tanışdır və həmin protokola «şübhəli şəxs Təqsirləndirilən şəxs» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Protokolda göstərildiyi kimi, 27 sentyabr 2020-ci il tarixdə saat 21-50 radələrində o, Qaradağ rayonu, Bakı-Qazax magistral-yolunda “Binə” ticarət mərkəzinin yaxınlığında tanışı Ramin Miriyev adlı şəxslə birlikdə saxlanılaraq idarə etdiyi “Hyundai Accent” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə baxış və şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, üzərində narkotik vasitə heroin olmasını bildirmiş və o zaman əynində olmuş ağ rəngli şalvarının sağ yan cibində olan iki ədəd sellofan-bükümü və bir ədəd kağız bükümü könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Üzərinə baxış keçirilən zaman o, əynində olmuş şalvarının arxa cibində olan bir ədəd “Samsung A7” və bir ədəd “Redmi” markalı telefonları da çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin o, təqdim etdiyi bükümlərin içərisində heroin olduğunu və həmin narkotiki şəxsiyyəti barədə dəqiq məlumatı olmadığı özünü ona “Rza Cəfəri” adı ilə təqdim etmiş bir nəfər iranlıdan əldə etdiyini, həmin şəxslə 24-25 sentyabr 2020-ci il tarixdə telefon əlaqəsi saxlayaraq ona narkotik vasitə heroin və metadon həbləri sifariş verdiyini, ödəmə terminalı vasitəsi ilə həmin şəxsin hesabına 600 manat pul köçürdüyünü etiraf etmişdir. Hadisə günü, yəni 25 sentyabr 2020-ci ildə “Rza Cəfəri” adlı şəxsin bildirdiyi ünvana, yəni Masallı rayonunun giriş hissəsinin yaxınlığında narkotik vasitənin gizlədildiyi yerdən gedib götürüb və üzərində saxlamaqla Bakı şəhərinə yola düşdüyünü bildirmişdir. Onun üzərinə baxış keçirilən zaman onun üzərindən cəmi 20 manat pul, "xxxx"a aid iki ədəd plastik kartı və "xxxx"a aid bir ədəd plastik kart və həmçinin özünə məxsus bir ədəd kiçik qeydiyyat kitabçası da aşkar olunaraq götrülmüşdür. Onun üzərində aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə və bir ədəd kağız bükümdə olan narkotik vasitə heroin onun yanında bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənib götürülmüş və onun özü də həmin zərfin üzərində imza etmişdir. Onun üzərinə şəxsi axtarış və baxış keçirildikdən sonra o zaman onunla birlikdə olmuş Ramin Miriyevin də üzərinə baxış və şəxsi axtarış keçirilmişdir. Lakin, protokolda göstərildiyi kimi Raminin üzərindən heç bir qanunsuz maddə aşkar edilməmişdir. Həmin protokolun doğruluğunu təsdiq edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində bir ədəd «Samsung» markalı və bir ədəd «Redmi» markalı mobil telefonlar oluşdur və həmin telefonlar da ondan götürülmüşdür. «Samsung» markalı mobil telefonda o, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən, «Redmi» markalı telefonda isə ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Elan edilməklə ona təqdim edildmiş cinayət işinin müvafiq olaraq 104-105-ci və 106-110-cu vərəqlərində olmaqla “Mobil telefon aparatları və digər əşyalara baxış keçrilməsi haqqında” 30 sentyabr 2020-ci il tarixli protokol və həmin protokola əlavə olunmaqla mobil telefon üzrə məlumatları üzrə çıxarışfotoşəkillər ona tanışdır. Həmin protokolla iş üzrə ibtidai istintaq zamanı öz müdafiəçisinin iştirakı ilə tanış edilmişdir. İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən ondan aşkar edilərək götürülmüş həmin mobil teleonlara baxış keçirilçn «Samsung» markalı, «A7» modelli mobil telefon aparatının işlək vəziyyətdə olub istifadə üçün yararlı olmaqla onun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olduğu, həmin mobil telefonun kontaktlar qovluğunda “EPAS” adı ilə qeyd olunmuş +**********75 saylı, “Epsin” adı ilə qeyd olunmuş +**********98 saylı, “Sahin” adı ilə qeyd olunmuş +**********98 saylı, "Zaur” adı ilə qeyd olunmuş +**********29 saylı İran İslam Respublikasına məxsus nömrə istifadəçiləri müəyyən olunduğu, mobil telefon aparatına yüklənmiş “Whatsap Business” sosial şəbəkə tətbiqində onun istifadəsində olmuş ***-***-**-** nömrə ilə onunla həmin sosial şəbəkədə İran İslam Respublikasına məxsus olan +**********75 saylı nömrə ilə “EPAS” adı ilə qeydiyyatdan keçmiş istifadəçi arasında yazılı və səsli yazışma olduğu müəyyən edildiyi, “Epas” adlı kontaktın 23.09.2020-ci il tarixdə saat 04:14 radələrində “Azad salam, gecən xeyrə qalsın, mən elə səni güdürdüm. Azad bu olmadı da qardaşıva nağdı yetirəsən, 4 gün 5 gün qabaq hələ 600 manat pul vururusan sonra da deyirsən Əfşin sən məni boş yerinə qoyursan, əvəzi biraz əlavə verəsən, yox-hələ lap kəsirsən.” sözlərini yazması, onun özünün isə həmin şəxsin hesabına “Milliön” aparatı vasitəsilə 23.09.2020- ci il tarixdə 600 manat pulun və 25.09.2020-ci il tarixdə 670 manat pulun köçürülməsi barədə qəbzlərin şəklini göndərdiyi müəyyən edildiyi ona aydındar. Həmçinin «Redmi» markalı, «9A» modelli mobil telefon aparatına baxış keçirilçn zaman həmin mobil telefonun işlək vəziyyətdə olub üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi olduğu, həmin mobil telefonun da kontaktlar qovluğunda “Efsin” adı ilə qeyd olunmuş +**********75 saylı İran İslam Respublikasına məxsus nömrə istifadəçisi müəyyən olunduğu ona aydındır. Həmçinin onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd kiçik ölçülü qeydiyyat kitabçasına keçirilmiş baxış zamanı isə kitabçada müxtəlif şəxslərin adları yazılmaqla onların telefon nömrələri qeyd olunduğu, həmin kitabçada “Orxan-690, Ağa-800, Elçin- 840, Zaur-1370, Ruslan-400 və digər adlar qeyd edilməklə, müvafiq rəqəmlər üzrə hesablamalar aparıldığı, o cümlədən Anar 1750, 2750+5250, təzə 8000 alacağa, opşim 8000», «40x21 =840, 145 man. verdi, 840-145=700», «19-u sen. verdim təzə 600 +köy 600=1200+700=1900, 25 sen. aldım 750 man. 1900-750=1150», “verib Fizi 500+1500+1300=3300» mətndə əlyazmaların olması və muxtəlif riyazi hesablamaların aparıldığı müəyyən olunduğu ona aydındır. Həmin kitabçada o, muxtəlif şəxslərlə öz aralarında olan pul məsələləri ilə bağlı qeydlər aparımşdır. Lakin, həmin hesablamaları narkotik vasitələrin alınması və ya satılması ilə bağlı deyildir. Özündə olan həmin mobil telefonlarla o, həqiqətən iranlı «Rza» adlı şəxslə danışıqlar aparmış və həmin şəxsə o zaman narkotikə görə altı yüz manat pul göndərmişdir. Bir daha bildirir ki, «Rza» adlı şəxsin vasitəsi ilə əldə etdiyi narkotik vasitə heroini o, yalnız öz istifadəsi üçün əldə etmişdir. Hər-hansı bir narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamışdır. Qanunsuz yolla narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqda özünü təqsirli hesab edir və buna görə peşmançılıq çəkir. İşə düzgün baxılıb onun əməlinin Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün işin faktiki hallarına uyğun olmaqla məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri və məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onu ilk dəfə əməliyyat tədbiri keçirilib sonuncunu yaxaladıqları vaxt görmüşdür. Belə ki, 27 sentyabr 2020-ci il tarixdə işlədiyi Baş idarəyə ünvan 4 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələri əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əldə olunmuş həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün onun tərəfindən idarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə rəsmi qaydada qərar qəbul edilmişdir. Həmin qərara əsasən əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik edilməsi ona həvalə edilməklə idarənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 həmin qrupun tərkibinə daxil edilmişlər. 27 sentyabr 2020-ci il tarixdə onlar tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 21-50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax magistral yolunun 14-cü kilometrliyində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs həmin vaxt idarə etdiyi “Hyundai” markalı avtomobildə həmin vaxt sonuncu ilə birlikdə olan bir nəfər şəxslə birlikdə onlar tərəfindən saxlanılmışdır. Onlar öz xidməti vəsiqələrini həmin şəxslərə göstərərək özlərini təqdim etmiş və həmin şəxslərin şəxsiyyətlərini aydınlaşdıraraq həmin şəxslərdin birinin Təqsirləndirilən şəxs, digərinin isə sonuncunun tanışı olan Ramin Miriyev adlı şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs onqun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onunla birlikdə olmuş Ramin adlı şəxslə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Bu barədə idarə rəhbərliyinə məruzə olunduqdan sonra rəhbərlik tərfəindən ilkin araşdırmanın aparılması Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin baş təhqiqatçısı Mirata Seyidova həvalə olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Bakı şəhəri 16 saylı Vəkil bürosundan bir nəfər vəkil müdafiəçi qismində dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra isə onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs və sonuncunun yanında olmuş Ramin Miriyevin üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində nə kimi qanunsuz əşya və maddələr varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə heroin olduğunu bildirərək o zaman əynində olan şalvarının cibindən üç ədəd xırda büküm çıxararaq könüllü təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu-sual zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxsin vasitəsi ilə Masallı rayonunda əldə etdiyini bildirmişdir. Həmin bükümlər onların yanında açılıb yoxlanılan zaman iki ədəd sellofan və bir ədəd kağız bükümlərin içərisində kəskin iyli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. Həmin bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırıldıb möhürlənib götürülmüş, Təqsirləndirilən şəxs və digjər iştirakçılar həmin zərfin üzərində imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış keçirilən zaman onun üzərindən ona məxsus iki ədəd mobil telefon və bir neçə ədəd plastik bank kartları da aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hərhansı bir başqa qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. O zaman Təqsirləndirilən şəxs yanında olmuş Ramin Miriyev adlı şəxsin də üzərinə baxış keçirilmiş, lakin sonuncunun üzərindən hər-hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Bu barədə təhqiqatçısı Mirata Seyidov tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi he bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldıqdan sonra onların və həmçinin dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı avtomobilə də baxış keçirilmişdir. Lakin, həmin avtomobildən hər-hansı bir narkotik vasitə və ya başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən yaxalanıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı, orada onun üzərinə baxış və şəxsi axtarış keçirilən zaman şəxsən onun özü və yaxud digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman sonuncu üzərində narkotik vasitə olan heroin oldğunu etiraf etmiş və həmin narkotik vasitəni qarşılıqlı qaydada telefon əlaqəsi saxladığı İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini həmin «Rza» adlı şəxsə özü sifariş etdiyini və bunun müqabilində həmin şəxsin dediyi hesaba altı yüz manat pulu qabaqcadan ödədiyini, sonra isə həmin narkotik vasitəni Masallı rayonunda həmin «Rza» adlı şəxsin ona dediyi gizlədilmiş yerdən özü götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin və həmin «Rza» adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün onlar tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, lakin hal-hazırki vaxta qədər müsbət nəticə əldə olunmamışdır. Onlara Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyəti olduğu, yəni onun külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək bu kimi maddələrin satışı ilə də məşğul olması barədə əməliyyat məlumatı olmuşdur. Onlarda Təqsirləndirilən şəxs konkret olaraq hər-hansı bir şəxsə narkotik vasitə satdığı barədə məlumat olmamışdır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 31-33-cü vərəqlərində olmaqlda «Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 sentyabr 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokola «iştirak etdi Şahid2» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Protokolda göstərildiyi kimi 27 sentyabr 2020-ci il tarixdə onlar tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 21-50 radələrində Bakı şəhəri, Bakı-Qazax magistral yolunun 14-cü kilometrliyində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında onlar Təqsirləndirilən şəxs həmin vaxt sonuncu ilə birlikdə olmuş Ramin Miriyev adlı şəxslə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladıqdan sonra onları həmin avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Daha sonra həmin İdarənin İstintaq və Təhqiqat İdarəsinin baş təhqiqatçısı Mirata Seyidov tərəfindən dəvət edilmiş müdafiəçi və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış aparılmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasını bildirmiş və o zaman əynində olan ağ rəngli şalvarının sağ yan cibində olan iki ədəd-şəffaf sellofan-bükümü və bir ədəd kağız bükümü, şalvarının sol arxa cibində bir ədəd qəhvəyi rəngli pul qabını və şalvarının sağ arxa cibində olan bir ədəd “Samsung A7” və bir ədəd “Redmi” markalı telefonları çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofan büküm və bir ədəd gümüşü rəngli kağız bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər açılıb yoxlanıldıqda onların içində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olması aşkar edilmişdir. Verilmiş suallara cavab olarq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd şəffaf sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroini şəxsiyyəti barədə dəqiq məlumatı olmdığı İİR vətəndaşı “Rza Cəfəri” adlı şəxsdən aldığını bildirmişdir. Həmçinin həmin şəxslə təxminən beş ay əvvəl Masallı rayonunda tanış oldugunu, təxminən 24-25 sentyabr 2020-ci il tarixdə “Rza Cəfəri” ilə telefon əlaqəsi saxlayıb ona narkotik vasitə heroin və metadon həbləri sifariş verdiyini, ödəmə terminalı vasitəsi ilə həmin şəxsin hesabına altı yüz manat pul köçürdükdən sonra 25 sentyabr 2020-ci ildə “Rza Cəfəri” adlı şəxsin bildirdiyi ünvana, yəni Masallı rayonunun giriş hissəsinin yaxınlığında narkotik vasitənin gizlədildiyi yerdən gedib həmin narkotik vasitəni götürüb üstündə saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin narkotik vasitəni götürdükdən sonra metadon həblərinin olmadığına görə “Rza Cəfəri” adlı şəxslə əlaqə saxladığını və sonuncunun metadon həblərini ona iki-üç gündən sonra göndərəcəyini bildirdiyini demişdir. Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış keçirilən zaman o zaman əynində olan şalvarının arxa cibindən cəmi iyirmi manat pul, iki ədəd "xxxx"a aid və bir bir ədəd "xxxx"a aid plastik kartı və bir ədəd qeydiyyat kitapçası aşkar edilərək götrülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götrüldmüş, Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin zərfin üzərində imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə olmuş digər şəxsin, yəni X5 adlı şəxsin də üzərinə baxış keçirilmişdir. Lakin, həmin şəxsin üzərindən qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya maddə aşkar edilməmiş və Ramin Miriyev tanışı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatsız olduğunu bildirmişdir. Həmin protokol onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Həmin protokolun doğruluğunu təsdiq edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Əlibala oğlu Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək, 27 sentyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 21-50 radələrində Bakı şəhəri, Bakı-Qazax magistral yolunun 14-cü kilometrliyində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında onlar tərəfindən Təqsirləndirilən şəxs və həmin vaxt sonuncu ilə birlikdə olmuş Ramin Miriyevin “Hyundai Accent” markalı avtomobildə saxlanılarq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı, bu barədə idarə rəhbərliyinə məruzə edildikdən sonra həmin idarənin baş təhqiqatçısı Mirata Seyidov tərəfindən dəvət edilmiş müdafiəçi və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış aparıldığı, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasını etiraf edərək o zaman əynində olan ağ rəngli şalvarının yan cibində olan iki ədəd sellofan bükümü və bir ədəd kağız bükümü, şalvarının sol arxa cibində bir ədəd qəhvəyi rəngli pul qabını və şalvarının sağ arxa cibində olan bir ədəd “SamsungA7” və bir ədəd “Redmi” markalı telefonları çıxardıb təqdim etdiyi, həmin bükmülərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olması aşkar edildilyi, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini İİR vətəndaşı “Rza Cəfəri” adlı şəxsdən aldığını, 24-25 sentyabr 2020-ci il tarixdə həmin şəxslə telefon əlaqəsi saxlayaraq ona narkotik vasitə heroin və metadon həbləri sifariş eğdiyini, bunun müqabilində ödəmə terminalı vasitəsi ilə həmin şəxsin hesabına altı yüz manat pul köçürduyünü, bundan sonra 25 sentyabr 2020-ci il tarixdə həmin “Rza Cəfəri” adlı şəxsin bildirdiyi ünvana, yəni Masallı rayonunun giriş hissəsinin yaxınlığında narkotik vasitənin gizlədildiyi yerdən həmin narkotik vasitəni götürüb üstündə saxladığını, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddələrin bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götrüldmüş, Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin zərfin üzərində imza etdikləri, daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə olmuş digər şəxsin, yəni X5 adlı şəxsin üzərinə baxış keçirildiyini, lakin həmin şəxsin üzərindən qanunla qadağan edilmiş hərhansı bir əşya və ya maddə aşkar edilmədiyi, bu barədə təhqiqatçısı Mirata Seyidov tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunduğu və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu imzaladığını bildirmişdir. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Azərbaycan Respubölikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis mavyoru Elxan Tağızadə tərəfindən Təqsirləndirilən şəxs üzərində cəmi 23,133 qram çəkidə narkotik vasitə aşkar olunması faktı ilə bağlı toplanmış material üzrə sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə başlanıb icraata qəbul edilərək həmin iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 1, iş vər. 1). İşdə olan raportdan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 həmin idarənin rəisinə 27 sentyabr 2020-ci il tarixli raportla müraciət edərək, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vsitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat əldə olunduğunu bildirərək, həmin məlumatın yoxlanılması ilə əlaqədar əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi xahiş etmişdir. (cild 1, iş vər. 4). “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 27 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, xx xxxx 1969-cu ildə ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən nörməsiz fərdi ayşayış evində faktiki yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda X3 qanunsuz olaraq özündə saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitə və psixotrop maddələrin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması üçün «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilməsi qərara alınmışdır. (cild 1, iş vər. 5-6). “Şübhəli şəxsin tutulması haqqında” 27 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə şübhəli şəxs qismində 27 sentyabr 2020-ci il tarixdə saat 21-50 radələrində Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasında müdafiəçi,- Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X15 iştirakı ilə tutulmuşdur. (cild 1, iş vər. 23). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respubltikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş təhqiqatçısı Mirata Seyidov tərəfindən Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili X23 və əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşlarının iştirakı ilə, həmin idarəyə daxil olmuş məlumat əsasında 27 sentyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 21-50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax magistral yolunun 14-cü km-də yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında tanışı X5 ilə birlikdə saxlanılaraq idarə etdiyi “Hyundai Accent” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq aparılmış və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə, 27 sentyabr 2020-ci il tarixdə saat 23-24 radələrində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah edilərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan ağ rəngli şalvarının sağ yan cibində olan iki ədəd-şəffaf sellofan-bükümü və bir ədəd kağız bükümü, şalvarının sol arxa cibində bir ədəd qəhvəyi rəngli pul qabını və şalvarının sağ arxa cibində olan bir ədəd “SamsungA7” və bir ədəd “Redmi” markalı telefonları çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofan büküm və bir ədəd gümüşü rəngli kağız bükümün içində narkotik vasitə heroin olduğunu bildirmiş və həmin bükümlər açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd şəffaf sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vaşitə heroini anket məlumatlarını dəqiq bilmədiyi İİR vətəndaşı “Rza Cəfəri” adlı şəxsdən aldığını, həmin şəxslə təxminən beş ay əvvəl Masallı rayonunda tanış oldugunu, təxminən 24-25 sentyabr 2020-ci il tarixdə “Rza Cəfəri” ilə telefon əlaqəsi saxlayıb ona narkotik vasitə heroin və metadon həbləri sifariş verdiyini, ödəmə terminalı vasitəsi ilə həmin şəxsin hesabına 600 manat pul köçürdüyünü, 25 sentyabr 2020-ci ildə “Rza Cəfəri” adlı şəxsin bildirdiyi ünvana, yəni Masallı rayonunun giriş hissəsinin yaxınlığında narkotik vasitənin gizlədildiyi yerdən gedib götürüb və üzərində saxlamaqla daşıdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni götürdükdən sonra metadon həblərinin olmadığını görüb “Rza Cəfəri” ilə əlaqə saxladığını və sonuncunun isə metadon həblərini 2-3 gündən sonra göndərəcəyini bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroni və sifariş verdiyi metadon həblərini sonra özü istifadə edəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan şalvarının arxa sol cibindən çıxardığı pul qabının içində olan 20 manat pulu, iki ədəd “**********917269” və “**********322410” nömrəli "xxxx"-a məxsus plastik kartı, bir ədəd “**********673992" nömrəli Beynəlxalq Bank”-a məxsus plastik kartı və bir ədəd qeydiyyat kitapçasını təqdim etmişdir. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 saylı möhür əksi möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdlr. Aşkar edilmiş 20 manat pul və bir ədəd pulqabı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytanlmışdır. Şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən və şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılaraq həmin idarəyə aparılmış X2 üzərinə baxış keçirilmişdir, Baxış zamanı Ramin Miriyev əynindəki şalvarının sağ yan cibində olan bir ədəd “Huawei” markalı mobil telefonu, şalvarının sol yan cibində olan on manat pulu, bir ədəd siqaret qutusunu və bir ədəd alışqanı çıxardıb təqdim etmişdir. Baxış zamanı Ramin Miriyevin üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək İdigər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Ramin Miriyev şübhəli şəxs Təqsirləndirilən şəxsla həmyerli olduğunu, 27 sentyabr 2020-ci il tarixdə Masallı şəhərində onunla təsadüfən görüşdüyünü və Təqsirləndirilən şəxs Bakı şəhərinə gəldiyi üçün onun idarə etdiyi avtomobillə Bakı şəhərinə gəldiklərini, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatsız olduğunu, özünün narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Ramin Miriyevin üzərindən aşkar edilmiş pul və digər əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs tanışı Ramin Miriyevin dediklərini təsdiq etmişdir. Şəxsi axtarış 27 sentyabr 2020-ci il tarixdə saat 23-58 radələrində başa çatmış, şəxsi axtanş və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmış və həmin videogörüntülər əks olunmuş bir ədəd DVD disk həmin protokola əlavə edilmişdir. (cild 1, iş vər. 31-33, 34). “Baxış və götürmə aparılması haqqında” 26 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 01-30 radələrində Azərbaycan Respubltikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş təhqiqatçısı Mirata Seyidov tərəfindən, Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili X23, həmçinin əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **- NU-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin “Hyundai Accent” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-dən icarəyə götürdüyünü bildirmişdir. Həmin avtomobilə baxış keçirilən zaman avtomobilin salonundan "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs verilmiş etibarnamə aşkar edilərək götürülmüşdür. Baxış zamanı həmin avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmış və həmin videoçəkiliş əks etdirilmiş bir ədəd DVD disk həmin protokola əlavə edilmişdir. (cidl 1, iş vər. 37-38, 39). İş üzrə təyin edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2020-ci il tarixli 6/2011 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N.6” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə qablaşdırılmış üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,062 qram, 4,025 qram, 19,046 qram ümumi təmiz çəkisi 23,133 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respyublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in 1 siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi-23,133 qram, tədqiqata sərf edildi-0,09 qram, qalıq-23,043 qram. (cidl 1, iş vər. 53-57). Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 4(005)-1135/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vər. 98-102) “Mobil telefon aparatları və digər əşyalara baxış keçrilməsi haqqında” 30 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X10 tərəfindən həmin ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülməklə cinayət işinin materiallarına əlavə edilmiş «Samsung» markalı, «A7» modelli və "Redmi” markalı, «9A» modelli mobil telefon aparatları, iki ədəd "Kapital Bank” və bir ədəd •Beynəlxalq Bank”-a məxsus olan plastik bank kartları və bir ədəd qeydiyyat aparmaq üçün kiçik ölçülü kitabçaya (bloknota) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqda baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, «Samsung» markalı, «A7» modelli mobil telefon aparatı işlək vəziyyətdə olub istifadə üçün yararlıdır və üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil GSM nömrələri vardır. Baxış zamanı məlum olmuşdur ki, həmin mobil telefonun «Kişiler» (kontaktlar) qovluğunda “EPAS” adı ilə qeyd olunmuş +**********75 saylı, “EPSİN” adı ilə qeyd olunmuş +**********98 saylı, “Sahin” adı ilə qeyd olunmuş +**********98 saylı, "ZAUUR” adı ilə qeyd olunmuş +**********29 saylı İran İslam Respublikasına məxsus nömrə istifadəçiləri müəyyən olunmuşdur. Mobil telefon aparatının “SMS” qovluğuna keçirilmiş baxış zamanı müxtəlif yazışmaların olması müəyyən olunsa da, iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Daha sonra mobil telefon aparatına yüklənmiş “Whatsap Business” ünsiyyətmübadilə sosial şəbəkə tətbiqində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi profili vasitəsilə aparılmış danışıqlara baxış keçirilən zaman orada Təqsirləndirilən şəxsla həmin sosial şəbəkədə İran İslam Respublikasına məxsus olan +**********75 saylı nömrə ilə “EPAS” adı ilə qeydiyyatdan keçmiş istifadəçi arasında yazılı və səsli yazışma olduğu məlum olmuşdur. Həmin yazışmalara baxış keçirilən zaman “EPAS” adlı kontaktın 23.09.2020-ci il tarixdə saat 04:14-də “Azad salam, gecən xeyrə qalsın, mən elə səni güdürdüm, Azad bu olmadı da..qardaşıva nağdı yetirəsən, 4 gün 5 gün qabaq hələ 600 manat pul vururusan sonra da deyirsən Əfşin sən məni boş yerinə qoyursan..əvəzi biraz əlavə verəsən..yox-hələ lap kəsirsən...” sözlərini yazması, Təqsirləndirilən şəxs da onun hesabına “MilliÖN” aparatı vasitəsilə 23.09.2020- ci il tarixdə 600 manat pulun və 25.09.2020-ci il tarixdə 670 manat pulun köçürülməsi barədə qəbzlərin şəklini göndərməsi müəyyən edilmişdir. Baxış zamanı müəyyən edildi ki, «Redmi» markalı, «9A» modelli mobil telefon aparatı işlək vəziyyətdə olub istifadə üçün yararlıdır və üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi vardır. Baxış zamanı məlum olmuşdur ki, həmin mobil telefonun. «Kişiler» (kontaktlar) qovluğunda “EFSİN” adı ilə qeyd olunmuş +**********75 saylı İran İslam Respublikasına məxsus nömrə istifadəçisi müəyyən olunmuşdur. Mobil telefon aparatının “SMS” qovluğuna keçirilmiş baxış zamanı müxtəlif yazışmaların olması müəyyən olunsa da, hər-hansı bir yazışma aşkarlanmamışdır. Plastik bank kartlarına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, iki ədəd üzərilərində müvafiq olaraq **********322410 və **********917269 nömrələr olan göy rəngli plastik bank kartları "xxxx" ASC tərəfindən, bir ədəd qızılı rəngli üzarində "RAHİMA ASHRAF ZADA” sözləri ilə **********673992 rəqəmləri həkk olunmuş yazılar olan plastik bank kartı isə "xxxx" tərəfindən verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd gümüşü rəngli kiçik ölçülü qeydiyyat kitabçasına (bloknota) keçirilmiş baxış zamanı kitabçanın ilk iki səhifəsində müxtəlif şəxslərin adları yazılmaqla qarşısında telefon nömrələri qeyd olunmuşdur. Bundan başqa, həmin kitabçada “Orxan-690, Ağa- 800, Elçin-840, Zaur-1370, Ruslan-400, Samir-200, 1400, 4100, 3050..1800+1300+500+1750+700+1100... 10200-5300...4900”, 1300+300+500+500+500+500...3600+600=4200...4200+1100=5300”, “1400 Əli, 300 Ali, 1500 Ağa, 340 Niyaz, 670 Dayı, 70 Zaur, 500 Vili, 2100 Mirzə...Samir 200...7100- 4900=2200”, “Samir 200, Ağa 900, Cabir 500, Zaur 400, Deni 730, Mirzə 2100, Əlisa 1400, Anar 1750...2750+5250..təzə 8000 alacağa...opşim 8000”, Denə ver. 0,9 .17 .2200...40x21 =840...0.0 .17 .2200..145 man. verdi...84O- 145=700.. 19-u sen. verdim təzə 600+köy 600=1200+700=1900...25 sen. aldım 750 man...1900-750=1150”, “verib Fizi 500+1500+1300=3300.. verə.. 5300+2600+1400 9300-3300=6000-3000..” əlyazmaların olduğu müəyyən olunmuşdur. Baxış zamanı hər iki mobil telefonunda istintaq marağı kəsb edən hallar skrinşot formasında çəkilərək fotocədvəl şəklində çap edilib protokola əlavə edilmişdir. (cild 1, iş vər. 104-105, 106-110). İş materiallarında olan X13 tərəfindən imzalanmış qəbzdən görüünr ki, rəhbəri olduğu "xxxx" MMC-şikəti tərəfindən icarəyə verilmiş və onun mülkiyyətində olan “Hyundai Accent” markalı **-NU-*** qeydiyyat niişanlı nəqliyyat vasitəsini açarları ilə birlikdə İstintaq orqanından təhvil almışdır. (cidl 1, iş vər. 132). Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 5(0005)-863/2020 saylı 08 oktyabr 2020ci il tarixli “istintaq hərəkətlərinin aparılmasına dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömərlərədən 27 iyun 2020-ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrələrin apardıqları telefon danışıqlaırnın hansı stansiyalardan ötürülməsi barəəd anten məlumatları, qəbul olunna və gönədrilən SMS-lərin siyahııs, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına hər bir nömrəsini nsahi binin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqlar və məlumatlar “Azercell Telecom”, "xxxx" və "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. (cidl 1, iş vər. 142-144) Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 5(005)-862/2020 saylı 08 oktyabr 2020-ci il tarixli “istintaq hərəkətlərinin aparılmasına dair” qərarından görünür ki,Təqsirləndirilən şəxs adına "xxxx" və "xxxx" ASC bank hesabının olub-olmması və hansı nömrəli bank hesablarının qeydiyyata alınması, həmçinin **********32210 və **********917269 nömrəli "xxxx" ASC-yə məxsus və **********673992 nömrəli “Azərbaycan Beynəlxaq Bankı” SC-yə məxsus bank hesablarına dair məlumatlar, hesbların kimin adına qeydiyyata alınmaıs, həmin bank hesbalarına hzırki vaxtadək hansı elektron mənbələrdən hansı üsulla və hansı məbləğdlərdə pul vəsaitlərinin köçürüldüyü, hesablardan bu vaxtadək hansı tarixlərdə, hansı məbləğlərdə pul vəsaitlərinin kimlər tərəfindən çxıarıldığı, ümumilikdə hansı məbləğdə pul vəsaitlərinin hesablardan çxıarıldığına dair maliyyə əməliyyatları bank hesablarının vəziyyəti barədə şəxsi və bonkamatlarda pul əməliyyatları həyata keçirilən zaman qeydə alınmış foto və video görüntülər "xxxx" və "xxxx" ASC-dən ələ keçirilməsi qərara alınmışdır. (cild 1, iş vər. 145-146). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 5(002)-121/2020 saylı 01 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçrilməsinə dair” 27 sentyabr 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cidl 1, iş vər. 148). Azərbaycan Respubliası Masallı RİHB-nın Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümyəndəsi tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatda olmaqla, yaşayır və ailə tərkibi, arvadı X6, qızları 2007-ci təvəllüdlü X7 və 2009-cu il təvəllüdlü X1 ibarətdir, yaşadığı ərazidə müsbət xarakterizə olunur. (cidl 1, iş vər. 151-153). “Telefon danışıq məlumatlarına baxış keçirlməsi haqıqnda” 21 noyabr 2020-ci il tarixli protokoldan görüünr ki, "xxxx" MMC-dən daxil olmuş 02.11.2020-ci il tarixli BKC/LGL- 22635/20 saylı məktubla müşayiət olunan 01 ədə diskə baxış keçrilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid olan 27 iyun 2020-ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində ələ keçirlmiş məlumatların “SMS” və “Zəngllərin Detallaşması” bölməsinə keçirilən baxış zamanı müxtəlif telefon nömrələri abunəçiləri ilə yazışmaların olması müəyyən edilsə də, iş üzrə sübut əhəmiyyətinə malik hal müəyyən edilməmişdir. (cild 1, iş vər 165). Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 5(005)-843/2020 saylı 30 sentyabr 2020ci il tarixli “Əməliyyat-axtarış tədbriinin apaırlması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən Fariz Vəliyev tərəfindən təsdqi edilmiş 27 sentyabr 2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. (cild 1, iş vər. 167-168). “Baxış keçirilməsi haqqında” 12 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan C01061950 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə 2015-ci ildən etibarən bir neçə dəfə Biləsuvar nəzarət– buraxılış məntəqəsindən İran İslam Respublikasına keçməklə ölkə hüdudlarını tərk edərək geri qayıtmış və sonuncu dəfə 11.10.2019-cu il tarixdə saat 03:20-də Azərbaycan Respublikaısnın dövlət sərhədini Astara nəzarət-buraxılış məntəqəsindən İran İslam Respublikasına keçməklə ölkə ərazisini tərk etmiş, 11.10.2019-cu il tarixdə saat 05:10-da həmin sənəddən istifadə etməklə Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Həmin tarixdən etibarən Təqsirləndirilən şəxs ölkə hududlarını tərk edib, İran İslam Respublikasına keçməsi müəyyən edilməmişdir. (cild 1, iş vər. 169). “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 17 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 03.11.2020-ci il tarixli 23207 saylı məktubla müşayiət olunan 01 ədə diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid olan 27 iyun 2020-ci il tarixdən 27 sentyabr 2020-ci il tarixəədk müddət ərzində ələ keçirilmiş məlumatların “SMS” və “Zənglərin Detallaşdırılması” bölməsinə keçirilən baxış zamanı müxtəlif telefon nömrələrinin abunəçiləri ilə yazışmaların olması müəyyən edilsə də iş üzrə sübut əhəmiyyətinə malik hal müəyyən edilməmişdir. (cidl 1, iş vər. 172). “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 19 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 16.11.2020-ci il tarixli AZF/LGL- 13583\20 saylı məktubla müşayiət olunan 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* saylı GSM mobil telefon nömrəsinə aid olan 27 iyun 2020-ci il tarixdən 27 sentybar 2020-ci il tarixədək müddət ərzində ələ keçirilmiş məlumatların “SMS” və “Zənglərin Detallaşdırılması” bölməsinə keçirilən baxış zamanı müxtəlif telefon nömrələrinin abunəçiləri ilə yazışmaların olması müəyyən edilsə də iş üzrə sübut əhəmiyyətinə malik hal müəyyən edilməmişdir. (cidl 1, iş vər 173). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən verilmiş 30.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 02.03.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24.06.2010-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (cild 1, iş vər.187-188). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama espertizasının 30 noyabr 2020-ci il tarixli 3327 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 1998-ci ildən narkotik vasitə olan tiryəkdən istifadə etməyə başlayıb, həmçinin bir ildir ki, mütəmadi olaraq, hər gün, gün ərzində iki dəfə narkotik vasitə heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vər. 189-190). “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 20 yanvar 2021-ci il tarixli qərradan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən itiham elan olunması və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, cinayət işi materiallarından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə əldə etmə, daşıma və saxlama xüsusatına görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılması haqqında qərar qəbul edilməsi, "xxxx" ASC və "xxxx" ASC-dən əldə olunacaq bank məlumatlarının müvafiq qaydada araşdırılaraq bu istiqamədə istintaqın davam etdirilməsi cinayət işinin materiallarından külli miqdarda narkotik vasitələrin əldə edildiyi mənbəyinə görə ayrılacaq cinayət işi üzrə aparılan istintaqda qiymət verilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və bir ədəd paketdə qablaşdırılmış tədqiqatdan sonrakı qalıq 23.043 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınması, iş üzrə şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 01 ədəd DVD disk, 01 ədəd “Samsung A7” markalı və 01 ədəd “Redmi A9” markalı mobil telefonlar maddi sübut kimi tanınması və plastik bank kartları ilə birlikdə saxlanılmasından ötrü BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, “Azercell Telecom” MM, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş məlumatların əks olunduğu CD dislklərin maddi sübut kimi tanınmadan iş materiallarına əlavə edilməsi, 27 sentyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş bir ədəd DVD disk in iş materiallarına əlavə olnması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, X11 barəsində cinayət təqibin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyunbdai Accent” markalı **-NU-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilməsinin videoçəkilişi əks olunmuş bir ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kiçik ölçülü qeydiyyat kitabçası maddi sübut kimi tanınmadan təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılması qərar alınmışdır. (cild 1, iş vər. 215-230). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni ttiham elan edilmişdir. (cild 1, iş vər. 237-238). “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 22 yanvar 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işinin materiallarından külli miqdarda narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. (cild 1, iş vər. 256-257). Məhkəmə baxışında tədqiq edilmiş 02 ədəd «DVD» diskdə olan videgörüntülərdə “Baxış və götürmə aparılması haqqında” 28 sentyabr 2020-ci il tarixli protokol, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 sentyabr 2020-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolların əyani əks etdirildiyi DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmiş videogörüntülər və yuxarıda qeyd edilən digər iş materialları ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə heç bir aidiyyəti olmadığı, narkotik vasitələrin satışı ilə məşğul olmadığı və qanunsuz yolla əldə etmiş olduğu külli miqdarda nakrkotik vasitə olan heroini yalnız öz istifadəsi üçün əldə etdiyinə dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitələr miqdarını, narkotik vasitələrin iki ədəd sellofan və bir ədəd kiçik ölçülü kağız bükümlərə bölünməsini, həmçinin onun üzərinə şəxsi axtarış və baxış zamanı aşakar edilərək götürülmüş bir ədəd «Samsung» markalı və bir ədəd «Redmi» markalı mobil telefonları üzrə qarşılıqlı telefon əlaqələri və muxtəlif abonentlərlə aparılmış yazışaların mətni və həmçinin bir ədəd qeydiyyat kitabçasında pul vəsaitlərinin alınması və s. ilə bağlı aparılmış yuxarıda qeyd edilən qeydlərin mətnlərini və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci və 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli hesab etməyərək, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmədiyi, qanunsuz yolla əldə etmiş olduğu külli miqdarda narkotik vasitə heroini yalnız öz ismtifadəsi üçün əldə etdiyi barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri özünü müdafiə xarakteri məqsədi daşımaqla, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci və 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların təqsirkarın özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr, psixotrop maddələr və prekursorlar olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Təqsirləndirilən şəxs işin hallarında təsvir olunan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İİR-dan Azərbaycan Respublikasına gətirilməsi cinayətinin icrasında rolu olmamış, yalnız narkotik vasitələri əldə etməyi qabaqcadan vəd etməklə köməkçi kimi cinayətdə iştirak etmişdir. Məhkəmə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında sadalanan mövqeləri, iş materiallarında olan sübutlarla müəyyən edilmiş Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə köməklik göstərməklə yuxarıda qeyd olunan cinayət əməllərini törətməsini, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini bildiyi narkotik vasitələrlə yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi ilə Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi nəticəsində özünün də gəlir əldə etməklə cinayətlərin törədilməsində faktiki olaraq marağı və motivinin olması kimi işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi iş materiallarında olan sübutlarla tam təsdiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki təqsirləndirilən şəxs verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdləri kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs öz əməlini qismən etirf edib peşan olması, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mueyib oğlunun əvvəllər cinayət məsuliyyətinə cəlb edilməklə Masallı Rayon Məhkəməsinin 02 mart 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi və 24.06.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunduğu və həmin vaxtdan müvafiq vaxt keçdiyinə görə Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin müddəalarına əsasən o, məhkumluğu olmayan şəxs hesab olunmalı, onun ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası DİN-İN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd kağız paketdə qablaşdırılmaqla tədqiqata sərf olunduqdan sonra qalıq qalan 23,043 (iyirmi üç tam, mində qırx üç) qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, cinayət işinə əlavə edilməklə 28 sentyabr 2020-ci il tarixdə keçirilmiş “Baxış və götürmə aparılması haqqında” və “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətlərinin protokolların əlavə edilmiş, videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk və "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən istintaqa təqdim edilmiş 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə törətməkdə təqsirli bilinib, CM-nin 32.5, 206.2-ci maddələri ilə 5 (beş) il müddətinə və CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası DİN-İN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd kağız paketdə qablaşdırılmaqla tədqiqata sərf olunduqdan sonra qalıq qalan 23,043 (iyirmi üç tam, mində qırx üç) qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilstin. Cinayət işinə əlavə edilməklə 28 sentyabr 2020-ci il tarixdə keçirilmiş “Baxış və götürmə aparılması haqqında” və “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk və "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən istintaqa təqdim edilmiş 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-829/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-829/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver