Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-829/2022 13.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mirzəyev və partnyorları» vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 noyabr 2004cü ildə Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2004cü il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 03 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, məhəllə 1055-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, naməlum mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 4 (dörd) ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri -0,406 qram, 1,602 qram, 1,266 qram, 0,878 qram, ümumilikdə təmiz çəkisi 4,152 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nin əməkdaşları tərəfindən 07 sentyabr 2021-ci il tarixdə saat 17:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ cibindən 4 (dörd) ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,406 qram, 1,602 qram, 1,266 qram, 0,878 qram, ümumilikdə təmiz çəkisi 4,152 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan «Digital Scale» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitədən istifadə etməmiş, nə də ki, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Əksinə o, hadisədən bir müddət əvvəl Suraxanı RPİ-nə gedərək məhəllədən narkotik vasitənin satışı ilə məşğul olanların yığışdırılması barədə bildirmişdir. 07.09.2021ci il tarixdə təxminən axşam saatlarında, təxminən 25 nəfər polis əməkdaşları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yaşadığı evə gəlib evi alt-üst edib dağıtmışlar. Evdən heçnə tapılmamışdır. Sonra həmin polislər onu Suraxanı Rayon Pİ-nin 30-cu PB-nə gətirmişlər. Orada ona 2-3 büküm vermişlər və bildirmişlər ki, bu bükümlərin ona məxsus olmasını deməlidir. O, həmin bükümlürin ona məxsus olmadığını bildirmişdir. Onu rəisin otağına aparmışlar. Rəisin stolunun üstündə tərəzi də var imiş. O, narkotik vasitənin ona məxsus olmadığını demişdir. X14 Kamerasına aparıb döyüb, ona bildirmişlər ki, həmin bükümdə olan narkotik vasitəni o, boynuna götürüb ona məxsus olmasını deməlidir. O, israr edib ona məxsus olmamasını bildirdikdə, onu yenə MSK-na aparıb döyüb qaytarmışlar. Beləliklə, onu 4 dəfə MSK-na aparıb döyüb gətirmişlər. Sonda o, döyülməməyi üçün məcbur olub həmin bükümlərdə olan narkotik vasitənin ona məxsus olmasını kamera qarşısında bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş, zədə də almışdır. Onu ekspertizaya aparanda ondan qan almadan rəy yazılmışdır. Onun narkotik vasitə ilə bağlı heç kəslə telefon danışığı olmamışdır. Onu küçədən deyil, gəlib evindən aparmışlar. O, döyüldüyü üçün məcbur olub etiraf etmişdir. O, deyə bilməz onu nə üçün narkotik vasitə ilə bağlı tutmuşlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 35-36-cı vərəqələrində olan izahatında, cinayət işinin 54-55 və 67-68-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...təqribən 3 aya yaxındır ki, heroin kimi tanıdığım narkotik maddədən çəkmək yolu ilə istifadə edirəm. Sonuncu dəfə təxminən 2 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən tanımadığım şəxsdən 10 manata öz şəxsi istifadəm üçün siqaretin qırmızı rəngli kağızında bükülmüş heroin kimi tanıdığım narkotik vasitəni aldım, bir qismini istifadə etdim qalıq hissəsini 4 hissəyə bölərək sonra istifadə etməyim üçün üzərimdə saxladım. 07.09.2021-ci il tarixdə təxminən saat səhv etmirəmsə 17:00 dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yaşadığım evin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs mənə yaxınlaşıb özlərini təqdim etdilər və məni yaxınlıqda olan PŞ-nə gətirərək təhvil verdilər. ...Baxış zamanı mənə üzərimdə hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildi. Məndə üzərimdə saxladığım 4 ədəd siqaretin qırmızı rəngli kağzıından ibarət bükümdə heroin kimi tanıdığım narkotik vasitəni, 1 ədəd «Digital Scale» markalı tərəzini təqdim etdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatı və ifadələrini təsdiq etmir, ona təqdim olunmuş imzalar onun imzasıdır, lakin, o, izahatı və protokolları oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 32-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu təsdiq etmir. O, həmin protokolu bir daha döyülməmək üçün imza etmişdir. Elan olunmuş cinayət işinin 53-cü vərəqəsində olan diskə baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolda olan imza onun imzasıdır, oxumadan imza etmişdir. Protokolu təsdiq etmir. Elan olunmuş cinayət işinin 207-208-ci vərəqələrində olan təqsirləndirilən şəxsə qarşı işgəncə tətbiq edilməməsinə dair Suraxanı Rayon Prokurorluğunun cinayət işinin rədd edilməsi barədə qərarına əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, düz qərar deyil, onu döymüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu PB-də əməliyyat müvəkkili işləyir. Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq istifadəsi və satışı ilə məşğul olması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə dərhal rəhbərliyə raportla məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Onun və Suraxanı RPİ-nin 30-cu PB-də əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirlərinin icrasına başlanılmışdır. 07.09.2021-ci il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında olduğunu müəyyən edərək narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduğuna görə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla PŞ-nə gəlmişdir. Orada təhqiqatçı, polis kapitanı Emin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifəlri izah edilmiş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə bildirilmiş və ona üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ cibindən 04 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş kütlələri və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılıb baxıldıqda bükümlərdə narkotik vasitə heroinə oxşar kütlələr olduğu müəyyən edilmişdir. Axtarış davam etdirilmiş, lakin onun üzərindən təqdim etdiyi bir ədəd elektron tərəzidən və 04 büküm narkotik vasitə heroinə oxşar kütlədən başqa heçnə aşkar edilib götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələri saxlanılmamışdan iki gün əvvəl Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 4 ədəd bükümlər və 01 ədəd elektron tərəzi zərfə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış oluqldan sonra Təqsirləndirilən şəxs tərəfindən və bütün iştirakçılar tərəfindən protokol və möhürlənmiş zərf imzalamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, videoçəkiliş zamanı təqsirləndirilən şəxs özü narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxsi evindən aparmamışlar. Onlar təqsirləndirilən şəxsin evində olmamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə dəvət olunarkən və polis şöbəsində olarkən ona heç bir psixi, fiziki təsir göstərilməmiş və ona qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PB-nin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də tədqiq etmişdir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, baş leytenant Rasim Quluyevin 07 sentyabr 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, baş leytenant Rasim Quluyevin 07 sentyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 5 (010)-425/2021 saylı qərarından görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin polis baş leytenantı X12 tərəfindən qəbul edilmiş 07 sentyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi vəifəsini icra edən, polis polkovnik leytenantı Namiq Məmmədovun 07 sentyabr 2021-ci il tarixli, Ə 53-097-21 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, satması və istifadəsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməməsinə heç bir etirazının olmadığını bildirmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən 04 ədəd siqaretin qırmızı rəngli kağızından ibarət büküm 1 ədəd qara rəngli “Digital Scale” sözləri yazılmış tərəzini təqdim etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləri açaraq içərisində kakos kimi tanıdığı narkotik maddə olduğunu, bu narkotik maddəni 2 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən tanımadığı şəxsdən 10 manat pul ödəyərək öz şəxsi istifadəsi üçün aldığını, bir qismini istifadə etdikdən sonra qalıq hissəsini istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və bir ədəd tərəzi qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 41-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli, 6/3949 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən götürülmüş...» yazısı və imzalar olan zərfdəki 4 (dörd) bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,406 qram, 1,602 qram, 1,266 qram, 0,878 qram, ümumi təmiz çəkisi 4,152 qram tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və bir ədəd üzərində «Digital Scale» yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümükün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr»-in İ siyahısına daxildir. Cinayət işinin 53-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 oktyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsrafil oğlunun üzərinə şəxsi axtarış aparılmasını özündə əks etdirən bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən 4 (dörd) ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş narkotik vasitə heroinə oxşar kütləni və bir ədəd üzərində «Digital Scale» yazısı olan elektron tərəzini çıxarıb təqdim edir, axtarış davam etdirilir, axtarış zamanı onun üzərindən təqdim etdiyi kütlələrdən və bir ədəd elektron tərəzidən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitəyə bənzər kütləni saxlanılmamışdan iki gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər və tərəzi götürülmüşdür. Cinayət işinin 107-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 12 sentyabr 2021-ci il tarixli əriəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, nömrəsiz evdə axtarış aparılmasına razıdır. Cinayət işinin 108-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 sentyabr 2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, nömrəsiz evdə axtarış aparılmış və axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Axtarış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 118-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 21 sentyabr 2021-ci il tarixli, 19708 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına hazırda "xxxx" Telekom MMC-də nömrə qeydə alınmamışdır. Cinayət işinin 120-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 30 sentyabr 2021-ci il tarixli, BKC/LGL-16852/21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına hazırda "xxxx" MMC-də nömrə qeydə alınmamışdır. Cinayət işinin 121-122-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 08 oktyabr 2021-ci il tarixli, AZF/LGL-25125/21 saylı məktubdan görünür ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. Cinayət işinin 160-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-dən daxil olmuş 01 yanvar 2022-ci il tarixli, ***-*******53 saylı məktubdan görünür ki, aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmaqla yanaşı, narkotik vasitələrin satışı ilə məşğul olması, qəsəbədə “Baba” və “Mayor” ləqəbi narkotik vasitə satıcısı kimi tanınması müəyyən edilmişdir. Cinayət işinin 196-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X12 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, şahid Rasim Quluyev istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək, 07.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxladıqdan sonra, üzərinə keçirilmiş şəxsi axtarış zamanı 1 ədəd elektron tərəzini və 4 ədəd bükmdə narkotik vasitəni Təqsirləndirilən şəxs özünün təqdim etdiyini bildirmişdir. Cinayət işinin 199-201-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid2 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək, 07.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxladıqdan sonra, üzərinə keçirilmiş şəxsi axtarış zamanı 1 ədəd elektron tərəzini və 4 ədəd bükmdə narkotik vasitəni Təqsirləndirilən şəxs özünün təqdim etdiyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 220-221-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru X1 25 fevral 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən sonuncunun əldə etdiyi narkotik maddənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə iclasında "xxxx" MMC-dən 16 mart 2022-ci il tarixli, AZF/LGL -5293/22 saylı məktubla daxil olmuş Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms məlumatlarına baxış zamanı aşağıdakılar müəyyən edilmişdi: -22-03-2021-ci ildə saat 03:25:29-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsinə “MENEM İSA OZ NOMREMİ YİG TECİLİ YARİM LAZİMDİ”; -22-03-2021-ci ildə saat 03:43:14-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsinə “Menem ısa 05 ver coldeye istiyen var” ; -22-03-2021-ci ildə saat 03:51:32-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsinə “Baba sene bidenede narmalni telefon verirem sehere kimi el tut seher vermesem telefonlarin 2de senin olsun. allahaqqi seher verib goturecem telefonlari yarima gore batirmayacamki. ”; -03-04-2021-ci ildə saat 20:35:52-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsinə “Birde axsamin xeyir baba mindim manatliga 15 deqiqeye butanin yanindayam qurban sene yubadmada danis onunla veziyetim pisdi 5,-6 manat pati dede 3-4 man”; -16-04-2021-ci ildə saat 22:44:37-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsinə “Babasi imkan olsa seherkin dawnan qariwdir axwamda qardawin sencin eliyer sahad 7de sizdeyem gecikmiyim 8e 10 deyqe qalmiw iwde olmaliyam gecikmiyim gec”; -02-07-2021-ci ildə saat 15:33:23-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsinə “BABA BU İCİB .. BASİVA DONUM TEZ YOLA SAL MENİ. BİRDEKİ TEMİZ YARİ OLSUN XAİW EDİREM” Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, onda hər hansı narkotik vasitənin olmadığını, narkotik vasitələrdən istifadə etmədiyini və narkotik vasitənin satışı ilə məşğul olmadığını, istintaq zamanı ona işgəncə verdikləri üçün fərqli ifadələr verdiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə məhkəmədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, cinayət işinin 207-208-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun müstəntiqi X5 06 yanvar 2022ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə 440- C-21 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə göndərilmiş SMS mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 sentyabr 2021ci il tarixli tələbnamədən və cinayət işinin 124-125-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2003-cü il tarixli, 1-315 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 noyabr 2004-cü ildə Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2004-cü il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 03 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 116-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 20 sentyabr 2021-ci il tarixli, 7924 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 117-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji X15 şəxsindən daxil olmuş 21 sentyabr 2021-ci il tarixli, 3159 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinin 119-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 şəxsindən daxil olmuş 28 sentyabr 2021-ci il tarixli, 19/51-10685 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 182-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 X11 məhkəmə psixiatrik espertizasının 19 noyabr 2021-ci il tarixli, 2723 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və.s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi poxuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 184-185-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 X7- Narkoloji tibbi yoxlama ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 4828 nömrəli rəyindən görünür ki, müayinə zamanı X2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 206-cı vərəqəsində olan 056910 nömrəli vəsiqənin təsdiq olunmuş kserosurətindən görünür ki, X4 müharibə veteranıdır. Məhkəmə Təqsirləndirilən şəxs müharibə veteranı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 07 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 27-ci vərəqəsində olan 07 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 79-82-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 4(010)-453/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,032 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməli, üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,032 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-829/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-829/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver