Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-829/2024 23.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X2 üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi: Mərkəz Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 07 avqust 1996-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri 20 Yanvar küəsi 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu R.Quliyev küçəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı Əli adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində gizlətdiyi ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 5,669 qram çəkidə narkotik vasitə heroini həmin yerdən qanunsuz əldə etmiş, əldə etdiyi narkotik vasitə heroini ünvan 3 ünvanının qarşısına daşıyaraq üzərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 avqust 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 4 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 20:38-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda 5,669 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o 7 avqust tarixində Nərimanov ilə Gəncliyin kəsişməsində tutulmuşdur. İran vətəndaşı ilə tanışlığı olmamış, iranlı özü ona yazmışdır. O isə həmin ərəfələr istifadəçi olduğu üçün iranlıya pul yollayıb narkotik istəmişdir. Ancaq götürməyə gedəndə iranlı ona fırıldaq gəlmişdir. Üstündən bir il keçdikdən sonra ondan pulunu geri istəmişdir. Daha sonra binaya girmiş və narkotiki götürdükdən sonra tutulmuşdur. İranlı ilə olan yazışmalarla tanış olmuşdur. O heçnə yazmırmış, iranlı da ona yazırmış. Onu Nərimanovda saxlamışlar. Tutulduqdan sonra isə Banditizmə aparmışlar. Çəkiliş aparılmış və üstündə narkotik vasitə olmuşdur. İranlı şəxsin ona borcu var imiş və ona özü “borcun əvəzində sənə narkotik verim” yazmışdır, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, şəxsi istifadəsi üçün olmuşdur. O iranlıya pul atmışdır ki, ona narkotik göndərsin, amma iranlı göndərməmişdir. Götürdüyü narkotik üzərində olmuşdur. Dostu ondan narkotik istəmiş, o da vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. Ayaz adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Məlumatın dəqiqliyini yoxlamaq üçün o və həmkarları tərəfindən Ayazın olduğu yer müəyyən olunmuşdur. Ayaz adlı şəxs saxlanılmış və idarəyə aparılmışdır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitəni satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 07 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, etiraz etmədiyini bildirdikdən sonra, onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung" markalı mobil telefon, şalvarın sol yan cibindən isə 10 manat pul əskinaslarmı çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində qəhvəyi rəngli,spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini 2 gün əvvəl, yəni 05 avqust 2023-cü il tarixdə Bakı şəhərində anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadə etmək məqsədi aldığını və üzərində saxlayıb daşıdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. Eyni zamanda aşkar edilmiş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4223 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs Rüfət oğlunun üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,669 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 5,669 qram, tədqiqata sərf ediidi-0,05 qram, qalıq-5,619 qram".(ekspertiza tədqiqatın dəyəri 65 (altmış beş)) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1193/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 5(005)-1355/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 07 avqust 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 11 avqust 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilmiş¸ baxış zamanı “Whatsapp” mesajlaşma mübadilə sistemi bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 903 *** ** ** mobil nömrə istifadəçisinin “İrani Eli” adı altında qeydə alındığı müəyyən edilmiş, Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlaşma mübadilə sistemində ***-***- **-** GSM mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi aşkar edilmişdir. Baxış zamanı “İrani Eli" adı altında qeydə alınmış +98 903 *** ** ** mobil nömrə istifadəçisi ilə 07 avqust 2023-cü il tarixdə olan vaxt ərzində foto, səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. “İrani Eli” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 98 903 *** ** ** mobil nömrə istifadəçisi ilə arasında səs yazıları və SMS mətnlərinin hər birinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Həmin mesajlar aşağıdakı kimidir: 07 avqust 2023-cü il - Ayaz qardaş, neynədin? Nə iş gördün? Götürdün? Mənə bir xəbər verdə, bilim. Daş olmada 5(beş) dənə kola idi.(səs yazı) - Mənə bir xəbər verdə, Zəng edirəm, götürmürsən. Neynədin götürdün? Mənə bir hə, yox de. (səs yazı) - Ay Ayaz cavab verdə. Mənim bayaqdan kəlləmi yarırdın. Cavab ver. Mənə bir hə, yox de. Nə iş gördün? Mən burda nigaran qaldım. Götürdün, götürmədin? Mənə bir hə, yox deginən bilim. Zəng edirəm götürmürsən. Mesaj yazıram cavab vermirsən. Daş olmada. 5(beş) torpaq daş qoyulacaqdı. Daş olmadı deyə, ancaq 5(beş) kola qoyduq, (səs yazı) - Ay Ayaz telefona cavab verdə. Həmişə beləsən. Haçan gedib mal götürürsən, telefona cavab vermirsən. Telefona cavab verdə. Həmişə beləsən. Səhər deyəcəksən ki, nə bilim yanımda mal varıydı deyə cavab vermədim, nə olmadı. Həmişəki kimi cavab verdə mənə, (səs yazı), mobil telefonun “Qalareya" bölməsində olan foto şəkilə baxış zamanı həmin fotoşəklin məzmunundan “Whatsapp" mobil tətbiqində “İrani Eli” adı altında qeydə alınmış İran İslam Respublikasının vətəndaşının Təqsirləndirilən şəxs göndərdiyi 2(iki) ədəd fotoşəklin olması müəyyən edilmişdir, fotoşəkillərdə içərisində narkotik vasitə olması güman edilən bağlamanın olduğu ünvan və qoyulduğu yer əksini tapmışdır. Bundan əlavə, baxış zamanı “Samsung” markalı mobil telefon aparatının yaddaşında yaşıl rəngli “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Rowen Martinski” adı altında qeydə alınmış Azərbaycan Respublikasının mobil operatoruna aid ***-***-**-** mobil nömrə istifadəçisi ilə 06 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. “Rowen Martinski” adı altında qeydə alınmış Azərbaycan Respublikasının mobil operatoruna aid ***-***-**-** mobil nömrə istifadəçisi ilə arasında SMS mətnlərinin hər birinə baxış keçirilmişdir. Həmin mesajlar aşağıdakı kimidir: 06 avqust 2023-cü il - Axşamın xeyir -Tapdın bir şey qaqaş?” -Yo -Mən soruşdum, ancag cetnendi -Yari laximsi -Nəsə tapsam deyərəm -Rəhimdə yohti? -Gaga burda bir nəfərdə var 30m verir daşta ustundə verir -Failin nömrəsin at Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx-xx-2023, **********58, **********87, “Qardasim 10 kola alindirmaq olar senol berk lomkadayam samaxinkadayam bu cox zeifdi ozunde cekib baxarsan bunu getirib elvinin yaninda qaytarib mene”, xx-xx-2023, **********58, **********63, “Qaqaw “ deyiwsen gelim, xx-xx-2023, **********58, **********63, “Exii yari kola alinar?,” xx-xx-2023, **********58, **********59, “Qedew 2 qram kola lazimdi hel elemek olar, xx-xx-2023, **********58, **********31, “Gardas tanis bariga, xx-xx-2023, **********58, **********66,” Gaga kola var barte, xx-xx-2023, **********58, **********69 “Tema lazim olsa xeber ele kola var mende wesi mesi ozde atom, xx-xx-2023, **********58, **********63, “Qaqaw 05 kola alınır.” Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 5186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 07 avqust 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 65 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,619 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişini özündə əks etdirən 01 ədəd dvd və Bakcell MMC-dən daxil olmuş 01 ədəd cd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (altmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05(beş) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 65 (altmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DİN–in BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,619 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişini özündə əks etdirən 01 ədəd dvd və Bakcell MMC-dən daxil olmuş 01 ədəd cd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-829/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-829/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver