Məhkəmə qərarları › İş №1(101)-83/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-83/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-83/2020 28.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri- X20 və X7 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 və X12 Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə1 Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 Müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Huseyn oğlunun iştirakları ilə xx xxxx 1965-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, işləməyən, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, bina 61, mənzil 130-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə xx xxxxxx 1985-ci il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Qasımov küçəsi ev 14, mənzil 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və həmin əməllərin o cümlədən bir epizodu üzrə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 şərikli biznes fəaliyyəti ilə məşğul olub sement, boya və digər tikinti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs5 məxsus 50000 (əlli min) manat pulu 2013-cü ilin may ayında “Muğan Bank” Xəzər filialının yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 və öz növbəsində Təqsirləndirilən şəxs2 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 şərikli biznes fəaliyyəti ilə məşğul olub sement, boya və digər tikinti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs4 məxsus pulları vahid niyyətlə əhatə olunmuş qəsdlə - 2013-cü il yanvar ayının sonunda 60000 (altmış min) manat və 30000 (otuz min) manat məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 15692 (on beş min altı yüz doxsan iki) manat təşkil edən 20000 (iyirmi min) ABŞ dolları məbləğində pulu, xx xxxxxx 2013-cü ildə 20000 (iyirmi min) manat məbləğində pulu, 2013-cü ilin fevral ayı ərzində müvafiq olaraq 16000 (on altı min) manat, 11000 (on bir min manat) manat, 9000 (doqquz min) manat və 12000 (on iki min) manat məbləğlərdə pulu, 2013-cü ilin fevral ayı ərzində həmin dövrün məzənnəsi ilə 1963 (bir min doqquz yüz altmış üç) manat təşkil edən 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində pulu, həmin dövrün məzənnəsi ilə 3533 (üç min beş yüz otuz üç) manat təşkil edən 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində pulu, həmin dövrün məzənnəsi ilə 23547 (iyirmi üç min beş yüz qırx yeddi) manat təşkil edən 30000 (otuz min) ABŞ dolları məbləğində pulu, 2013-cü ilin mart ayı ərzində müvafiq olaraq 4000 (dörd min) manat, 24000 (iyirmi dörd min) manat, 30000 (otuz min) manat, 6000 (altı min) manat məbləğlərdə pulu, həmçinin 2013-cü ilin mart ayı ərzində həmin dövrün məzənnəsi ilə 9420 (doqquz min dörd yüz iyirmi) manat təşkil edən 12000 (on iki min manat) ABŞ dolları məbləğində pulu, həmin dövrün məzənnəsi ilə 2983 (iki min doqquz yüz səksən üç) manat təşkil edən 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində pulu, həmin dövrün məzənnəsi ilə 942 (doqquz yüz qırx iki) manat təşkil edən 1200 (bir min iki yüz) ABŞ dolları məbləğində pulu, 2013-cü ilin aprel ayı ərzində 2700 (iki min yeddi yüz) manat və 8000 (səkkiz min) manat məbləğlərdə pulu, həmçinin 2013-cü ilin aprel ayı ərzində həmin dövrün məzənnəsi ilə 1648 (bir min altı yüz qırx səkkiz) manat təşkil edən 2100 (iki min yüz) ABŞ dolları məbləğində pulu, həmin dövrün məzənnəsi ilə 9809 (doqquz min səkkiz yüz doqquz) manat təşkil edən 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində pulu, 2013-cü ilin may ayı ərzində müvafiq olaraq 5000 (beş min) manat, 7000 (yeddi min) manat, 16000 (on altı min) manat, 6700 (altı min yeddi yüz) manat məbləğlərdə pulu, 2013-cü ilin iyun ayında isə 14000 (on dörd min) manat pulu,- ümumilikdə 350937 (üç yüz əlli min doqquz yüz otuz yeddi) manat məbləğində pulu sonuncunun ofisinin yerləşdiyi ünvan 2 ünvanda alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin əmələ görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 şərikli biznes fəaliyyəti ilə məşğul olub sement, boya və digər tikinti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 məxsus pulları vahid niyyətlə əhatə olunmuş qəsdlə xx xxxxxx 2012-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 78480 (yetmiş səkkiz min dörd yüz səksən) manat təşkil edən 100000 (yüz min) ABŞ dolları məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 75341 (yetmiş beş min üç yüz qırx bir) manat təşkil edən 96000 (doxsan altı min) ABŞ dolları məbləğində pulu və xx xxxxxx 2013-cü il tarixdə 100000 (yüz min) manat məbləğində pulu,- ümumilikdə 253821 (iki yüz əlli üç min səkkiz yüz iyirmi bir) manat məbləğində pulu sonuncunun yaşadığı ünvan 3 ünvanda alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və həmin əmələ görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs1 tanışlarının yüksək vəzifəyə təyin olunacağını, həmin şəxs vəzifəyə təyin olunduqdan sonra Zərərçəkmiş şəxs1 vəzifəyə təyin etdirəcəklərini, bu məqsədlə ona maddi köməklik göstərilməsinin vacib olmasını və vəzifəyə təyin olunandan sonra verilən pulların onlar tərəfindən qaytarılacağını yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 məxsus pulları vahid niyyətlə əhatə olunmuş qəsdlə xx xxxx 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 50999 (əlli min doqquz yüz doxsan doqquz) manat təşkil edən 65000 (altmış beş min) ABŞ dolları məbləğində pulu, xx xxxx 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 54915 (əlli dörd min doqquz yüz on beş) manat təşkil edən 70000 (yetmiş min) ABŞ dolları məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 78430 (yetmiş səkkiz min dörd yüz otuz) manat təşkil edən 100000 (yüz min) ABŞ dolları məbləğində pulu, xx xxxxxxxx 2013-cü il tarixdə 64000 (altmış dörd min) manat məbləğində pulu, xx xxxxxxxx 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 25886 (iyirmi beş min səkkiz yüz səksən altı) manat təşkil edən 33000 (otuz üç min) ABŞ dolları məbləğində pulu və xx xxxxxxx 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 227447 (iki yüz iyirmi yeddi min dörd yüz yeddi) manat təşkil edən 290000 (iki yüz doxsan min) ABŞ dolları məbləğində pulu,- ümumilikdə 501677 (beş yüz bir min altı yüz yetmiş yeddi) manat pulu sonuncunun yaşadığı ünvan 4 ünvanda alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 və öz növbəsində Təqsirləndirilən şəxs2 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 şərikli biznes fəaliyyəti ilə məşğul olub sement, boya və digər tikinti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 məxsus pulları vahid niyyətlə əhatə olunmuş qəsdlə,- 2014-cü ilin yanvar ayının əvvəlində həmin dövrün məzənnəsi ilə 39225 (otuz doqquz min iki yüz iyirmi beş) təşkil edən 50000 (əlli min) ABŞ dolları məbləğində pulu, 2014-cü ilin yanvar ayının ortasında həmin dövrün məzənnəsi ilə 23535 (iyirmi üç min beş yüz otuz beş) manat təşkil edən 30000 (otuz min) ABŞ dolları məbləğində pulu, 2014-cü ilin fevral ayının əvvəlində həmin dövrün məzənnəsi ilə 15690 (on beş min altı yüz doxsan) manat təşkil edən 20000 (iyirmi min) ABŞ dolları məbləğində pulu, 2015-ci il aprel ayının sonunda həmin dövrün məzənnəsi ilə 42148 (qırx iki min yüz qırx səkkiz) manat təşkil edən 40000 (qırx min) ABŞ dolları məbləğində pulu, 2015-ci ilin may ayının əvvəlində həmin dövrün məzənnəsi ilə 31494 (otuz bir min dörd yüz doxsan dörd) manat təşkil edən 30000 (otuz min) ABŞ dolları məbləğində pulu,ümumilikdə 152092 (yüz əlli iki min doxsan iki) manat pulu Abşeron rayonu «Xırdalan» dairəsinin yaxınlığında alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 və öz növbəsində Təqsirləndirilən şəxs2 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 şərikli biznes fəaliyyəti ilə məşğul olub sement, boya və digər tikinti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs3 məxsus 55000 (əlli beş min) manat pulu xx xxxxxxxx 2015-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov 1a ünvanda ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yaşayır. Ona qarşı irəli sürülmüş ittihamla bağlı bildirir ki, onun iş üzrə keçən zərərçəkmiş şəxslərin hər-hansı birini aldadaraq onların pulunu ələ keçirmək fikri olmamış və həmçinin bununla bağlı onunla tanışı Təqsirləndirilən şəxs2 arasında heç bir razılaşma olmamışdır. Belə ki, onun özü ali təhsilli olmaqla 1992-ci ildə Azərbaycan İnşaat Universitetini bitirmişdir. İş üzrə keçən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 o, 1991-ci ildən tanıyır və Ramillə iş yoldaşı olmuşlar. Belə ki, o zaman onun özü Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər X13 rayon şöbəsində işləmişdir. Zərərçəkmiş şəxs1 isə həmin idarədə Mənzillərin və bağ sahələrinin özəlləşdirilməsi şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2009-cu ildə həmin işdən azad edildikdən sonra o, tanışı Təqsirləndirilən şəxs2 ilə birgə tikinti-təmir işləri ilə məşğul olmağa başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs2la o, 2009-cu ildə tanış olmuşdur. O zaman Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən «Layf Sentr» adlanan ərazidə onun özünə məxsus mənzil olmuşdur və Təqsirləndirilən şəxs2 təxminən bir il müddətində həmin mənzildə təmir işləri aparmışdır. Beləliklə, o zaman Arazla yaxından tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır. Orada təmir işlərini başa çatdıqdan bir müddət sonra isə o, həmin mənzili sataraq Bakı şəhəri Nizami rayonu ərazisinə, yəni 8-ci km qəsəbəsinə köçmüşdür. Əvvəlki mənzilini satmağına səbəb isə Ayazın dediyinə görə onun özü tanımadığı şəxslərə Ayazın 52000 manat borcu olması olmuşdur. O zaman dostluq etdiklərinə görə Ayaz ondan borcu ödəməyə ona köməklik etməsini xahiş etmişdir. Buna görə də o, oradakı mənzilini 130000 manata sataraq həmin puldan əvvəlcə 20000 manat, daha sonra isə 12000 manat olmaqla iki dəfəyə Ayaza cəmi 32000 manat borca pul vermişdir ki, Ayaz öz borcunu bağlasın. Qalan pula isə onun özü biznes fəaliyyəti ilə və yaxud hər hansı bir fəaliyyətlə məşğul olmaq istəmişdir. Ayaz onun əlində müəyyən məbləğdə pul olmasını və biznes işi ilə məşğul olmaq istədiyini bildiyinə görə ona birgə iş qurmağı təklif etmişdir. Ayaza inamı olduğuna görə onun təklifi ilə razılaşmış və onlar birgə fəaliyyət göstərməyə və müxtəlif tikinti yerlərinə sement satmağa başlamışlar. Belə ki, Ayaz Qobu qəsəbəsində Şahin adlı şəxsdən ucuz qiymətə kisələrə qablaşdırılmış vəziyyətdə sement materialı alaraq «Port Baku» şirkətinə və mənzil tikintisi ilə məşğul olan digər şirkətlərə satmışdır. Onu da bildirmək istəyir ki, həmin şirkətlərə sementin satılmasını və digər biznes işlərini Ayaz özü təşkil etmiş və onun özünün həmin işlərə heç bir qarışacağı olmamışdır. Onun özü isə həmin şirkətlərin məsul işçilərindən heç birini tanımamış və onlarla ünsiyyətdə olmamışdır. Ona qarşı irəli sürülmüş ittihamla bağlı bildirmək istəyir ki, Ayazla şərikli biznes işi qurandan sonra onun özünün tanışı olan bir neçə şəxs onun Ayazla şərikli biznes işi qurduqlarını bilərək, həmin işə qoşulmaq istədiklərini bildirmişlər. X24 də həmin şəxslərdən biri olmuşdur. Belə ki, iş üzrə zərərçəkmiş kimi keçən Zərərçəkmiş şəxs5 o, təxminən 1994-1995-ci illərdən tanıyır və onunla həmişə yaxşı münasibətlərdə olmuşdur. Zərərçəkmiş şəxs5 bank sahəsində işləmişdir. Yaxın bir tanış kimi o, Elmandan dəfələrlə borca pul almışdır. Həmçinin Zərərçəkmiş şəxs5 özü ona biznes fəaliyyətində qazanc əldə etmək üçün bir neçə dəfə pul vermişdir. O isə ondan aldığı pulları artıqlaması ilə, yəni əlavə qazanc verməklə Elmana qaytarmışdır. Sonuncu dəfə, yəni 2013-cü ilin may ayında Elman biznes işi ilə bağlı onun özünə növbəti dəfə 50000 manat pul vermişdir. Onun özü isə həmin pulu tam halda Təqsirləndirilən şəxs2 vermişdir. Lakin, sonradan Ayaz həmin pulu biznes işlərinə qoyduğunu, lakin ziyana düşdüyünə görə pulu qaytarmaq imkanı olmadığını ona bildirmiş və həmin pulu geri qaytarmamışdır. Buna görə də o, Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməkdə və onun 50000 manat pulunu ələ keçirməkdə özünü təqsirli hesab etmir. İş üzrə keçən Zərərçəkmiş şəxs4 da o, uzun müddətdir ki, tanıyır və əvvəllər onunla qonşuluqda yaşamışlar. Onunla münasibəti həmişə yaxşı olmuşdur və hal-hazırda da aralarında heç bir ədavət yoxdur. Ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni şərikli biznes işi ilə bağlı 2013-cü il yanvar ayından 2013-cü ilin iyun ayına kimi hissə-hissə olmaqla Zərərçəkmiş şəxs4 məxsus cəmi 350937 manat pulu Ayaz ilə birlikdə ələ keçirməkdə, yəni ona qarşı dələduzluq etməkdə o, özünü təqsirli hesab etmir. Bununla bağlı bildirmək istəyir ki, o dövrdə Zərərçəkmiş şəxs4 ona və Təqsirləndirilən şəxs2 şərikli biznes işi qurmaq üçün bir neçə dəfə pul vermişdir. Tarixləri dəqiq xatırlamasa da 2013-cü ilin yanvar-iyun ayları ərzində onda olan məlumata görə onlar tərəfindən Nəsimi Həmdovdan 350937 manat məbləğində deyil, daha az məbləğdə, yəni cəmi 111000 manat pul alınmışdır. Həmin puldan 50000 manat pulu Nəsimidən şəxsən onun özü almış, qalan 61000 manat pulu isə Nəsimi bu barədə ona bildirərək Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 əlavə pullar alması barədə onun özünün məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 bununla bağlı ona heç bir söz deməmiş və ona pul verməmişdir. Onun özü Zərərçəkmiş şəxs4 aldığı 50000 manat pulu da biznes işi ilə bağlı Təqsirləndirilən şəxs2 vermişdir. Belə ki, qurduqları biznes işini, yəni tikinti materiallarının alqı-satqısını Təqsirləndirilən şəxs2 özü həyata keçirmişdir. Bununla bağlı Ayazın kimlərlə alqı-satqı etdiyi və nə kimi işlər gördüyü barədə onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 o zaman inandığına görə bütün işləri ona həvalə etmişdir. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni Təqsirləndirilən şəxs2 ilə birlikdə öz tanışı Zərərçəkmiş şəxs1 şərikli biznes fəaliyyəti ilə məşğul olmaq adı aldadaraq 2012-ci ilin dekabr ayında ondan 100000 ABŞ dolları pulu, 2013-cü ilin yanvar ayında 96000 ABŞ dolları məbləğində pulunu və 2013-cü ilin avqust ayında isə əlavə olaraq 100000 manat məbləğində pulunu ələ keçirərək ona qarşı dələduzluq etməkdə, həmçinin Zərərçəkmiş şəxs1 yüksək vəzifəyə təyin etdirəcəyi adı ilə aldadaraq 2013-cü ilin iyun ayından 2013-cü ilin oktyabr ayına kimi olan müddət ərzində hissəhissə olmaqla Ramildən cəmi 501677 manat pulu alaraq ona qarşı dələduzluq etməkdə o, özünü təqsirli hesab etmir. Yuxarıda qeyd etdiyi kimi, Zərərçəkmiş şəxs1 o, 1991-ci ildən tanıyır və onunla birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsində işləmişlər. Təqsirləndirilən şəxs2la tanış olub onunla iş birliyi qurandan sonra bir müddət sonra Zərərçəkmiş şəxs1 onun Təqsirləndirilən şəxs2la birlikdə tikinti materiallarının alqı-satqısı ilə məşğul olduğunu bilərək onu bu işə şərik kimi qoşmağı ondan xahiş etmişdir. Bu barədə o, Təqsirləndirilən şəxs2la danışıb söhbət etmiş və Ayaz buna razılıq vermişdir. Bundan sonra, 2012-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nərimanov rayonu «Montin» qəsəbəsində yerləşən mənzilini sataraq 100000 ABŞ dolları pulu, 2013-cü ilin yanvar ayında isə 96000 ABŞ dolları pulu biznes fəaliyyətin ilə məşğul olmaq üçün şəxsən onun özünə vermişdir. Onun özü isə Ramildən aldığı həmin pulları biznes işlərini genişləndirmək üçün Təqsirləndirilən şəxs2 vermişdir. Biznes işi qurmaq üçün 2013-cü ilin avqust ayında isə onun özü Ramildən pul almamış və sonuncunun əlavə olaraq 100000 manat pulu Ayaza verib-vermədiyi barədə onun özünün dəqiq məlumatı yoxdur. Onu da bildirmək istəyir ki, Ramil həmin məbləğdə pulları ona verdikdən sonra o, Ayazla birlikdə öz biznes işlərini davam etdirmiş və bir neçə ay ərzində Ramilə qazanc kimi hər ay üçün 6000 ABŞ dolları pul vermişlər. Lakin, bir müddət keçdikdən sonra onların işləri ləng getməyə başlamışdır. Belə ki, muxtəlif tikinti obyektlərinə və şirkətlərə verdikləri tikinti mallarına görə ödənişlər gecikməyə başlamış və onlara ödəniş edilməmişdir. Onu da bildirmək istəyir ki, həmin biznes işlərini Təqsirləndirilən şəxs2 özü idarə etdiyinə görə onun özü bu barədə Ayazın deməsindən bilmişdir. Buna görə də nə kimi şəxslərin onlara borclu qalmaları barədə onun özünün məlumatı yoxdur. Onun özünün və Təqsirləndirilən şəxs2 «Yolçu» dedikləri baxıcının adından istifadə edərək onun özünün yüksək vəzifəyə təyin olunacağı və Zərərçəkmiş şəxs1 da vəzifəyə aparacağını bildirərək sonuncudan dəfələrlə pul istədiyi və bununla bağlı Zərərçəkmiş şəxs1 öz qohum və dostlarından borc pul alaraq xx xxxx 2013-cü il tarixdə 65000 ABŞ dolları, xx xxxx 2013-cü il tarixdə 70000 ABŞ dolları, xx xxxxxx 2013-cü il tarixdə 100000 ABŞ dolları pulu, həmçinin Masazır qəsbəsindəki torpaq sahəsini sataraq xx xxxxxxxx 2013-cü il tarixdə 64000 manat pulu, «Toyota» markalı avtomobilini sataraq xx xxxxxxxx 2013-cü il tarixdə 33000 ABŞ dolları pulu, bundan başqa öz qızı Leylanın mənzilini də sataraq xx xxxxxxx 2013-cü il tarixdə 290000 ABŞ dolları məbləğlərdə olan pulları ona və Təqsirləndirilən şəxs2 verdiyi barədə Zərərçəkmiş şəxs1 dediklərini tam təsdiq etmir. Zərərçəkmiş şəxs1 ona və Təqsirləndirilən şəxs2 pulları yalnız şərikli biznes işi ilə bağlı vermişdir. Onun özünün hər-hansı bir vəzifəyə təyin olunması və Zərərçəkmiş şəxs1 da vəzifəyə təyin etdircəyi adı ilə onun özü və yaxud Təqsirləndirilən şəxs2 Ramildən pul almamışlar. Zərərçəkmiş şəxs1 pulları onlara şərikli biznes işi qurub özü də qazanc əldə etmək üçün vermiş və qeyd etdiyi kimi onlar əvvəlki dövrdə Ramilə hər ay 6000 ABŞ dolları pulu gəlir kimi vermişlər. Şəxsən onun özünə Zərərçəkmiş şəxs1 xx xxxx 2013-cü il tarixdə 65000 ABŞ dolları, xx xxxx 2013-cü il tarixdə 70000 ABŞ dolları və xx xxxxxx 2013-cü il tarixdə 100000 ABŞ dolları pul verməmişdir. Həmin məbləğlərdə pulun Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 verilib-verilməməsindən onun məlumatı yoxdur. Lakin, 2013-cü ilin avqust-sentyabr ayları ərzində Zərərçəkmiş şəxs1 Masazır qəsəbəsində olan torpaq sahəsini 64000 manata, həmçinin özünə məxsus avtomaşını isə 33000 ABŞ dollarına sataraq həmin pulları bu barədə ona xəbər verməklə Təqsirləndirilən şəxs2 vermişdir ki, onlar öz biznes işlərini genişləndirsinlər. Bundan başqa 2013-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 Bakı şəhəri «Odlar yurdu» universiteti ilə üzbəüz yerləşən yeni inşa edilmiş binada olan dördotaqlı mənzilini 290000 ABŞ dollarına sataraq həmin puldan dəqiq xatırlamadığı məbləğdə pulu onun yanında Təqsirləndirilən şəxs2 vermişdir ki, biznes işinə sərf etsinlər. Həmin puldan 10000 ABŞ dolları pulu Zərərçəkmiş şəxs1 özünə götürmüş və dəqiq xatırlamadığı məbləğdə pulu isə Ramilin kürəkəni Samir götürmüşdür. Təqribən 20000 ABŞ dolları pulu isə Zərərçəkmiş şəxs1 öz ailə üzvülərinin və onun ailə üzvlərinin Türkiyə Respublikasının Antalya şəhərinə istirahətə getmək üçün ayırmış və onlar birlikdə həmin şəhərə gedərək orada dincəlmişlər. Onu da bildirmək istəyir ki, o zaman Zərərçəkmiş şəxs1 öz mənzilinin qiymətinin daha yüksək olduğunu bildirərək, verdiyi pulun bigrə biznes işinə qoydularına görə onun mənzilin qiymətini 400000 ABŞ dolları kimi hesablanmasını onlardan tələb etmişdhir və onlar Ramilin təklifi ilə razılaşmışlar. Beləliklə, birgə biznes işi qurmaq üçün 2012-2013-cü illər ərzində Zərərçəkmiş şəxs1 ona və Təqsirləndirilən şəxs2 təxminən 930000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulların əsas hissəsi tikinti materiallarının alınmasına sərf edilmişdir və bu işlərlə birbaşa Təqsirləndirilən şəxs2 məşğul olmuşdur. Şərikli işlədikləri dövrdə onlar Zərərçəkmiş şəxs1 gəlir kimi bir neçə ay ərzində aylıq olaraq 6000 manat, dörd dəfə isə 13000 manat olmaqla cəmi 52000 manat, bundan başqa dörd dəfə 4500 manat olmaqla əlavə olaraq cəmi 18000 manat pul ödəmişlər. Həmin pulları Ramilə onun özü yox, Təqsirləndirilən şəxs2 aparıb vermiş və bu barədə ona bildirmişdir. Həmçinin onlar Ramilə çatdırmaq üçün Ramilin kürəkəni Samirə təxminən 120000 ABŞ dolları pul vermişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 Ramilə bir neçə dəfə əldə etdikləri gəlirdən onun özünün iştirakı ilə müxtəlif məbləğlərdə pul vermişdir. Lakin, xeyli vaxt keçdiyinə görə həmin məbləğləri dəqiq xatırlamır. Nəhayət son nəticədə onların Zərərçəkmiş şəxs1 cəmi 400000 ABŞ dolları borcu yaranmışdır. Belə hesab edir ki, Zərərçəkmiş şəxs1 aldıqları bütün pulları birgə biznes işi qurmaq üçün Təqsirləndirilən şəxs2 götürdüyünə görə onun özünün Zərərçəkmiş şəxs1 borcu yoxdur. Çünki qurduqları biznes işinə Təqsirləndirilən şəxs2 rəhbərlik etmişdir. Bir daha bildirir ki, onun özü hansısa vəzifəyə getmək üçün və yaxud Ramili vəzifəyə aparacağı adı ilə sonuncudan heç vaxt pul istəməmiş və bu məqsdlə Zərərçəkmiş şəxs1 ona heç vaxt pul verməmişdir. Onun özünün vəzifəyə gedəcəyi və onların işlərinin yaxşı gedəcəyinə Zərərçəkmiş şəxs1 inandırmaq üçün sonuncunu qəsdən «Seyid» adlı baxıcı ilə tanış etdiyi və bununla bağlı xeyli məbləğdə pulunun ələ keçirildiyi barədə Zərərçəkmiş şəxs1 dedikləri həqiqəti əks etdirmir. Onun özü həmin «Seyid» adlı şəxsi əvvəllər tanımamış və həmin şəxslə öz tanışı Şahid5 vasitəsi ilə tanış olmuşdur. Belə ki, təxminən 2013-cü ilin yaz aylarında keçmiş sinif yoldaşı Şahid5la görüşüb söhbət edən zaman Nadirə işlərinin düz getmədiyini bildirmişdir. Nadir isə ona əvvəllər onun da işlərində və ailəsində problemlər yarandığını və bu məqsədlə “Seyid” adlı baxıcıya müraciət etdiyini və həmin şəxsin ona köməkliyi dəydiyini, yəni onun mənzilindən cadu taparaq həmin cadunu zərərsizləşdirdiyini ona bildirmişdir. Nadirə inandığına görə onu həmin adamla tanış etməyini xahiş etmiş və Nadir onu «Seyid» ləqəbli həmin şəxslə, yəni adını sonradan bildiyi Biləsuvar rayon sakini Şahid12 adlı şəxslə onu tanış etmişdir. Tanışlıqdan sonra Şahid12 onun özünə və ailə üzvlərinə cadu edildiyini, ona məxsus avtomobil və yaşadığı mənzildə cadu olduğu bildirmiş, ona məxsus avtomobildə və yaşıdığı evdə cadu aşkar etmiş, həmçinin «Seyid» onun özünün və ailə üzvlərinin şəkillərini müxtəlif qəbristanlıqlarda taparaq ona təqdim etmişdir. Bununla bağlı onun həmin «Seyid» ləqəbli şəxsə, yəni Şahid12 inamı yaranmış və bu barədə Zərərçəkmiş şəxs1 danışdıqda sonuncu həmin şəxsi onun mənzilinə dəvət etməsini ondan xahiş etmişdir. Bundan sonra «Seyid» onunla birlikdə Zərərçəkmiş şəxs1 mənzilinə getmiş və həmin mənzildə olan şkafdan bir bükülü çıxarmış və onun cadu olduğunu bildirmişdir. Bundan sonra «Seyid» Zərərçəkmiş şəxs1 köhnə iş yerinin yaxınlığında ağacın dibindən, həmçinin Novxanı qəbiristanlığında və başqa yerlərdən amilin RaRamilin özünün və ailə üzvlərinin şəkillərini taparaq çıxarmışdır. «Seyid» qəbiristanlıqlardan çıxardığı hər şəkil üçün onlardan bir baş qara qoyun və həmçinin pul da tələb etmişdir. Bu kimi işlərinə görə onun özü və Zərərçəkmiş şəxs1 «Seyid» ləqəbli həmin şəxsə, yəni Şahid12 təxminən 70000 manatdan artıq məbləğdə pul ödəmişlər. Həmin məbləğin təxminən 40000 manatını onun özü, qalan pulları isə «Seyid»ə Zərərçəkmiş şəxs1 özü ödəmişdir. Onu özü həmin pulları «Seyid»ə ona inandığına görə ödəmişdir. «Seyid» ləqəbli baxıcı Şahid12 Zərərçəkmiş şəxs1 evinə sonuncunun özünün xahişi ilə aparmış və bununla bağlı onun özünün heç bir şəxsi marağı olmamışdır. Özünü mələk kimi təqdim edən «Yolçu» adlı baxıcını onun özü şəxsən tanımır. Həmin «Yolçu» adlı şəxsin adından istifadə edərək Zərərçəkmiş şəxs1 pullarını ələ keçirmək barədə onunla Təqsirləndirilən şəxs2 arasında heç bir söhbət olmamışdır. Zərərçəkmiş şəxs1in evində olan söhbət zamanı o, Zərərçəkmiş şəxs1 vəzifəyə gedəcəyini bildirmişdir. Lakin, bununla bağlı Ramildən hər-hansı məbləğdə pul istəməmiş və gələcəkdə onu hər-hansı bir vəzifəyə təyin etdirəcəyini deməmişdir. Dəqiq tarix yadında deyil, lakin xatırlayır ki, Zərərçəkmiş şəxs1in evində olan zaman tanışı Təqsirləndirilən şəxs2 tanışı olan bir falçının olmasını bildirərək öz telefonundan onun özü tanımadığı bir şəxslə söhbət etmişdir. Lakin, Təqsirləndirilən şəxs2 məhz «Yolçu» deyilən şəxslə danışıdığını və həmin şəxsin onun yüksək vəzifəyə gedəcəyini bildirdiyini və «Yolçu» adlı həmin şəxsin də onun vəzifəyə getməsi üçün ona pul verilməsini məsləhət gördüyü barədə Təqsirləndirilən şəxs2 onun yanında Zərərçəkmiş şəxs1 bir söz deməmişdir. Həqiqətən 2013-cü ilin oktyabar ayında o, öz həyat yoldaşı Mətanət və digər qohumları, Təqsirləndirilən şəxs2 və həmçinin sonuncunun valideynləri ilə birlikdə Zərərçəkmiş şəxs1 evinə elçi gedrək sonuncunun qızı Leylanı öz oğluna nişanlamışlar. Lakin, sonradan Ramillə münasibətləri pisləşdiyinə görə həmin nişan pozulmuşdur. Zərərçəkmiş şəxs1la qohumluq əlaqəsi qurmaq üçün onun özü və yaxud həyat yoldaşı Mətanət həmin qohumluq əlaqəsinin qurulmasının vacib olmasını güya «Yolçu» adlı mələyin məsləhət gördüyü barədə bir söz deməmişlər və bununla bağlı Zərərçəkmiş şəxs1in dediklərini təsdiq etmir. Zərərçəkmiş şəxs1 qızı Leylanı öz oğluna nişanladıqdan bir müddət sonra o, Zərərçəkmiş şəxs1 təcili olaraq öz qızı Leylanın mənzilini sataraq pulu ona verməsini dediyi, Zərərçəkmiş şəxs1 bundan imtina etdikdə isə onun özü, həyat yoldaşı Mətanət və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1in evində olarkən Təqsirləndirilən şəxs2 telefonda həmin «Yolçu» deyilən şəxslə danışaraq sonuncunun Ramilin həmin evi sataraq pul ona verməsi, üç aydan sonra isə həmin mənzilin Ramilin özünə qayıdacağı, bununla yanaşı hər 15 gündən bir Ramilə 13333 manat pul veriləcəyini dediyi və məhz bundan sonra Zərərçəkmiş şəxs1 öz qızı Leylanın mənzilini satdığı barədə Zərərçəkmiş şəxs1in dediklərini təsdiq etmir. O zaman, yəni 2013-cü ilin oktyabar ayında həqiqətən Zərərçəkmiş şəxs1 öz qızı Leylanın mənzilini sataraq şərikli biznes işlərini genişləndirmək üçün pulun bir hissəsini Təqsirləndirilən şəxs2 vermişdir. Lakin, onun özü və yaxud Təqsirləndirilən şəxs2 «Yolçu» adı deyilən baxıcının adından heç vaxt istifadə etməmiş və belə bir ad çəkməmişlər. Belə hesab edir ki, «Yolçu» adlı şəxsin adından istifadə olunması Ramilin özünün uydurmasıdır. Onunla «Seyid» ləqəbli Şahid12 arasında «cadu tapıb çıxarmaq» adı ilə Zərərçəkmiş şəxs1 aldadaraq onun pulunu ələ keçirmək barədə heç bir razılaşma olmamışdır. Onda olan məlumata görə X28 Bayramovun evindən və başqa yerlərdən çoxlu cadu çıxarmışdır və buna görə Ramil həmin şəxsə təxminən 30000 manat pul ödəmişdir. Bununla bağlı onun özünün heç bir maddi marağı olmamışdır. Şahid12 nə kimi caduları və nə yolla tapıb aşkarladığı ona məlum deyil. O zaman onun özü də Şahid12 baxıcı olmasına inanmışdır. Zərərçəkmiş şəxs1 alınmış bütün pullar onun özündə olması barədə Təqsirləndirilən şəxs2 göstərdiklərini təsdiq etmir. Zərərçəkmiş şəxs1 pulların çox hisssini Təqsirləndirilən şəxs2 vermişdir. Zərərçəkmiş şəxs1 onun özünə əlbəəl olaraq cəmi 194000 ABŞ dolları pul vermişdir və həmin pulu da o, Təqsirləndirilən şəxs2 vermişdir. Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın bir hissəsi onun özü tərəfindən ödənilmişdir. Belə ki, 120000 ABŞ dolları pulu Ramilin kğrəkəni Samirə Təqsirləndirilən şəxs2 onun adından vermişdir ki, Ramilə versin. Həmçinin o, Şamaxı rayonunun Məlhəm kəndində olan torpaq sahəsini də o, Ramilə vermişdir. Lakin, həmin torpağı Zərərçəkmiş şəxs1 öz adına keçirdib-keçirtməməsi barədə onun məlumatı yoxdur. Ramil X2 özü tanış etmişdir. Zərərçəkmiş şəxs1 qızı Leylanın mənzilini 290000 ABŞ dollarına satdıqdan həmin puldan 40000 ABŞ dolları məbləğində pulu şəxsən özü götürdüyü barədə Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini təsdiq etmir. Həmin puldan hər-hansı bir məbləğdə pulu onun özü götürməmişdir. 2013-cü ilin yanvar-iyun ayları ərzində şəxsən onun özü Zərərçəkmiş şəxs4 cəmi 110000 AZN pulu, onun xahişi ilə isə 171400 manat pulu və cəmi 88600 ABŞ dolları pulu şəxsən özü Zərərçəkmiş şəxs4 alaraq həmin pulun da bir hissəsini ona verdiyi barədə Təqsirləndirilən şəxs2 göstərdiklərini təsdiq etmir. Əvvəl də qeyd etdiyi kimi Zərərçəkmiş şəxs4 111000 manat məbləğində pulun alındığı barədə onun məlumatı vardır. Belə ki, həmin pulun 50000 manatını Nəsimidən şəxsən onun özü almış, qalan 61000 manat məbləğində pulu isə Nəsimi bu barədə ona deyərək Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 Nəsimidən əlavə pullar aldığı barədə onun məlumatı yoxdur. Bu barədə Ayaz ona deməyib və ona hər-hansı məbləğdə pul verməmişdir. Ona qarşı irəli sürülmüş ittihamla bağlı iş üzrə ibtidai istintaq zamanı o, öz müdafiəçisinin iştirakı ilə geniş ifadə vermişdir. Həmin ifadələrinin doğruluğunu təsdiq edir. Əvvəllər də göstərdiyi kimi şərikli biznes işi qurub qazanc əldə etmk üçün onun özü Zərərçəkmiş şəxs1 və digər şəxslərdən müəyyən məbləğlərdə pul almışdır. Lakin, həmin pulları biznes işlərini genişləndirmək üçün Ayaza vermişdir və buna görə də həmin məsələlərə görə Ayaz cavabdehlik daşımalıdır. Ona qarşı irəli sürülmüş ittiham, yəni tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 şərikli biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə aldadaraq 2014-cü ilin yanvar ayından 2015-ci ilin may ayının əvvəllərinədək olan müddət ərzində hissə-hissə olmaqla cəmi 152092 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməkdə də özünü təqsirli hesab etmir. Zərərçəkmiş şəxs2 o, təxminən 2012-2013-cü ildən Təqsirləndirilən şəxs2 vasitəsilə tanımışdır. Yaxın münasibətləri olmamış və həmçinin aralargnda hez bir ədavət yoxdur. Təqsirləndirilən şəxs2 Firuz Dadaöovdan hansı tarixlərdə və hansı məbləğlərdə pul alması barədə onun özünün heç bir məlumatı yoxdur və bu barədə Təqsirləndirilən şəxs2 ona bir söz deməmişdir. Şəxsən onun özü Zərərçəkmiş şəxs2 heç vaxt pul istəməmiş və ondan hər-hansı məbləğdə pul almamışdır. Buna görə də Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edərək onun pulunu ələ kesirməkdə özünü təqsirli hesab etmir. Onun özü Türkiyə Respublikasında olanda Zərərçəkmiş şəxs2la telefon əlaqəsi saxlamış və ona Ayazın borcunu bağlayacağını demişdir. 2014-cü il may ayının əvvəlində o, Zərərçəkmiş şəxs2la telefon əlaqəsi saxlayaraq onunla birlikdə Bərdə şəhərinə getmişlər. Lakin, o zaman aralarında olan söhbət zamanı o, Firuza özünün Bərdə rayonuna deputat göndəriləcəyini deməmiş və ondan hər-hansı məbləğdə pul istəməmişdir. Həmin hissədə Zərərçəkmiş şəxs2 göstərdiklərini təsdiq etmir. O, Zərərçəkmiş şəxs2 onun Təqsirləndirilən şəxs2 verdiyi pulların qaytarılmasında köməklik edəcyini demişdir. Lakin, sonradan maddi imkanı olmadığından Firuza hər-hansı məbləğdə pul verməmişdir. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni öz tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs3 şərikli biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə aldadaraq 2015-ci ilin sentyabr ayında onun 55000 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etməkdə özünü təqsirli hesab etmir. Belə ki, onun özü Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Onu da bildirmək istəyir ki, sonradan Təqsirləndirilən şəxs2 deməsindən sonuncunun Zərərçəkmiş şəxs3 şərikli biznes işi görmək üçün pul aldığı barədə məlumatı olmuşdur. Onun özü 2013-2015-ci illərdə dəfələrlə Türkiyə Respublikasına gedib-gəlmişdir. Sonuncu dəfə isə o, 2015-ci ilin noyabr ayında Azərbaycanı tərk edərək Türkiyə Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Onun istintaqdan qaçıb gizlənmək fikri olmamışdır. Türkiyə Respublikasına getməkdə məqsədi orada müalicə almaq olmuşdur. Barəsində cinayət işi olması barədə isə 2018-ci ilin iyul ayında, yəni Türkiyə Respublikasında həbs olunandan sonra bilmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 irəli sürmüş olduqları iddia tələbləri ilə tam razı deyil. Belə hesab edir ki, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın çox hissəsi ödənilmişdir. Qurduqları biznes işlərinə Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi və pulları o zaman Təqsirləndirilən şəxs2 götürdüyünə görə belə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyana görə əsas etibarı ilə Təqsirləndirilən şəxs2 cavabdehlik daşımalıdır. O, iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın aradan qaldırılmasına çalışmış, bununla bağlı ona bir qədər vaxt verilməsini xahiş etmişdir. 2013-2015-ci illər ərzində onun özünün istifadəsində ***-***-**-**, ***-***-**-** və hal-hazırda xatırlamadığı mobil telefon nömrələri olmuş və öz tanışları ilə o əsasən həmin telefon nömrələrindən istifadə etməklə əlaqə saxlamışdır. Elan edilməklə ona təqdim edilmiş cinayt işinin 1-ci cildinin 76 və 77-ci vərəqlrində olmaqla Bakı şəhəri 50 saylı Notariat kontorunda xx xxxxxx 2013-cü il tarixdə təsdiq edilməklə Zərərçəkmiş şəxs1 onun özünə xx xxxxxx 2012-ci il tarixdə 194000 ABŞ dolları borc pul verdiyini etiraf etdiyi və Zərərçəkmiş şəxs1 olan həmin borc pulu xx xxxxxx 2014-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürdüyü barədə və həmçinin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 xx xxxxxx 2013-cü il tarixdə 732300 ABŞ dolları borc pul verdiyini bildirdiyi və Təqsirləndirilən şəxs2 həmin borcu etiraf etdiyi və borc pulu xx xxxxxx 2014-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürdüyü barədə həmin müqavilələr ona tanışdır. Həqiqətən həmin tarixdə onun özü və Təqsirləndirilən şəxs2 həmin notariat kontorunda Zərərçəkmiş şəxs1 qeyd edilən məbləğlərdə borclu olmalarını etiraf etmiş və həmin müqavilələri təsdiq etmişlər. O zaman onlar həmin notariat kontoruna Zərərçəkmiş şəxs1 xahişi ilə birlikdə getmişlər. Şəxsən onun özü Zərərçəkmiş şəxs1 cəmi 194000 ABŞ dolları pul götürdüyünə görə onun özünün adına tərtib edilmiş müqavilədə həmin məbləğ göstərilmişdir. Qalan pulları Ramildən Təqsirləndirilən şəxs2 götürdüyünə görə sonuncu Ramilə o zaman 732300 ABŞ dolları məbləğində borclu qaldığını etiraf etmişdir. Həmin müqavilə üzrə Zərərçəkmiş şəxs1 vəd etdiyi 194000 ABŞ dolları məbləğində pulu Ramilə ödəməmişdir. Zərərçəkmiş şəxs1 götürdüyü bütün pulları biznes fəaliyyəti ilə məşğul olmaq üçün Təqsirləndirilən şəxs2 vermişdir və buna görə də belə hesab edir ki, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı Təqsirləndirilən şəxs2 cavabdehlik daşıyır. O, özünü iş keçən zərərçəkmiş şəxslərə qarşı dələduzluq etməkdə təqsirli hesab etmir. Belə ki, iş üzrə keçən zərərçəkmiş şəxslərdən şəxsən aldığı pulları şərikli biznes işi qurmaq üçün Təqsirləndirilən şəxs2 vermiş, lakin biznes işləri alınmadığına görə zərərçəkmiş şəxslərdən aldıqları pulları onlra tam qaytara bilməmişlər. Bir daha bildirir ki, onun iş üzrə keçən zərərçəkmiş şəxsləri aldadıb pullarını ələ keçirmək niyyəti olmamışdır və buna görə də özünü onlara qarşı dələduzluq etməkdə təqsirli hesab etmir. İş üzrə zərərçəkmiş şəxs kimit keçən Zərərçəkmiş şəxs1 və digərləri özləri şərikli biznes işi qurmaq üçün ona müəyyən məbləğdə pul vermişlər. Belə hesab edir ki, Zərərçəkmiş şəxs1 şəxsən ona verdiyi pulla bağlı o, dəymiş maddi ziyanı tam olaraq aradan qaldırmışdır. Digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı da aradan qaldırmağa çalışır və bununla bağlı yaxın vaxtlarda lazım olan tədbirləri görəcəkdir. Lakin, hal-hazırda maddi imkanı olmadığına görə ziyanı aradan qaldırılmamışdır. Himayəsində övladlarının olmasını, iş üzrə vurulmuş maddi zərərin bir hissəsini aradan qaldırdığını nəzərə alaraq barəsində azadlıqdan məhkum etmə ilə bağlı olmayan ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1985-ci ildə Ağstafa rayonunda anadan olmuşdur. Bakı şəhəri, Sabunçu qəsəbəsində qeydiyyatda olsa da, barəsində olan əvvəlki iş üzrə həbs olunan vaxta qədər, yəni 2016-cı ilin may ayına kimi o, öz ailə üzvləri ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşamışdır. O zaman o, muxtəlif adamlara məxsus mağazaları icarəyə götürərək tikinti materiallarının alqı-satqısı və həmçinin fərdi ev və mənzillərin təmiri işlər ilə məşğul olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs1lə də onun tanışlığı məhz mənzil təmiri işləri ilə bağlı olmuşdur. Belə ki, təxminən 2009-cu ilin ortalarında o, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «Layf Sentr» yaşayış kompleksində mənzil təmiri işləri ilə məşğul olan zaman orada qonşuluqda yaşayan əvvəllər tanımadığı bir nəfər şəxs, yəni o zaman tanış olduğu Təqsirləndirilən şəxs1 onun gördüyü işi bəyənmiş və onun da mənzilində təmir işləri görməsini ondan xahiş etmişdir. Buna görə də o, Azadinin də mənzilini təmir etmişdir. Beləliklə, münasibətləri yarandığına görə sonradan Azadinin təklifi ilə onunla tikinti materiallarının alqısatqısı ilə bağlı birgə iş birliyi qurmuşlar. Lakin, son nəticədə Təqsirləndirilən şəxs1 günahı ucbatından onun özü külli məbləğdə ziyana düşmüşdür. Onun özünün iş üzrə keçən zərərçəkmiş şəxslərin hər-hansı birini aldadaraq onların pulunu ələ keçirmək niyyəti olmamış və bununla bağlı onunla Təqsirləndirilən şəxs1 arasında heç bir razılaşma olmamışdır. Buna görə də ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi o, özünü təqsirli hesab etmir. Belə ki, iş üzrə keçən zərərçəkmiş şəxslərdən pulların çox hissəsini Təqsirləndirilən şəxs1 almışdır və birgə iş fəaliyyəti ilə bağlı pulların yalnız bir hissəsini ona vermişdir. Lakin, Təqsirləndirilən şəxs1 bütün günahı onun üzərinə atmağa çalışır. Belə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla bağlı Təqsirləndirilən şəxs1 özü cavabdehlik daşımalıdır və irəli sürülmüş iddia tələbləri ilə razı deyil. Belə hesab edir ki, istintaq orqanı ona qarşı qərəzli mövqe tutaraq Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri də onun üzərinə atmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə o, Zərərçəkmiş şəxs1 və başqa adamlara qarşı dələduzluq etməkdə bağlı Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək beş il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin, sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən onun cəza müddəti artırılaraq səkkiz il müəyyən edilmişdir və hal-hazırda o, həmin hökm üzrə cəza çəkir. Barəsində olan əvvəlki iş üzrə də o, Zərərçəkmiş şəxs1la bağlı epizodda özünün günahsız olmağını bildirmişdir. Özünün günahsız olmasını sübut etmək üçün o, hazırki iş üzrə keçən bütün zərərçəkmiş şəxslərin dindirilməsini müstəntiqdən xahiş etmişdir. İş üzrə keçən zərərçəkmiş şəxslərdən aldığı pulların çox hissəsini o, hissə-hissə Təqsirləndirilən şəxs1 yə vermiş, qalan hissəsini isə şərikli biznes işlərinə xərcləmişdir. Lakin, tikinti materiallarının alqı-satqısı ilə bağlı qurduqları biznes işi uğursuz alınmış və buna görə də zərərçəkmiş şəxslərdən şəxsən götürdüyü pulları onlara tam olaraq qaytara bilməmişdir. İş üzrə zərərəçəkmiş şəxs kimi keçən Zərərçəkmiş şəxs1la o, Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanış olmuşdur. Qeyd etdiyi kimi 2009-cu ilin yaz aylarında o, Nərimanov rayonu ərazisində yerləşən «Layf Sentr» yaşayış kompleksində olan mənzillərdən birində təmir işləri aparan zaman Təqsirləndirilən şəxs1lə tanış olmuş, sonra isə təxminən bir il ərzində Azadinin mənzilində təmir işləri aparmışdır. O zaman o, Azadinin həm dostu və həm də iş yoldaşı olan Zərərçəkmiş şəxs1la tanış olmuşdur. Belə ki, Ramil və Azadi mütəmadi olaraq sonuncunun mənzilinə gəlib-gedərək təmir işlərinin gedişatı ilə maraqlanmışlar. Həmin mənzildə təmir işlərini qurtarandan sonra onun Azadi ilə münasibətləri davam etmiş və o, əvvəllər Azadinin ciddi bir adam olmasına inanmışdır. Təxminən 2012-ci ilin ortalarında Azadi onun təmir etdiyi mənzili satmış və onun tikinti materiallarının alqı-satqısı işləri ilə məşğul olduğunu bildiyinə görə onun biznes işinin genişləndirilməsi və həm də özünün də qazanc əldə etməsi üçün ona təklif etmişdir ki, mənzilin satışından əldə etdiyi vəsaitin bir hissəsini onun biznes işinə qoysun. O, buna etiraz etməmiş və Azadi təxminən 130000 manat pulu hissə-hissə ona vermişdir. O isə həmin pulla orta bazar qiymətindən ucuz qiymətə Qaradağ rayonu ərazisindən sement alaraq satışını təşkil etmiş və əldə etdiyi qazancı Azadi ilə öz aralarında bölüşdürmüşdür. Belə ki, o zaman təxminən aya ümumilikdə 5000-10000 manat civarında pul qazanmışlar. Həmin ərəfədə Azadi ona öz dostu Zərərçəkmiş şəxs1 da öz mənzilini satdığını və mənzilin satışından əldə etdiyi pulu onların biznes işinə sərmayə kimi qoymaq istədiyini bildirmiş və Ramili özlərinə şərik götürməyini ondan xahiş etmişdir. O, buna etiraz etməmiş və Azadi təxminən 2012-ci ilin dekabr ayında 96000 ABŞ dolları pulu Ramildən götürərək hissə-hissə ona vermişdir. Aralarında olan razılaşmaya əsasən həmin pulun müqabilində onlar ayda 6000 ABŞ dolları pulu Ramilə qazanc olaraq verməli olmuşlar. Bundan sonra, yəni 2013-cü ilin yanvar ayından etibarən təxminən dörd-beş ərzində onlar aylıq qazanc olaraq 6000 ABŞ dolları pulu Ramilə vermişlər. Təxminən 2013-cü ilin yanvar ayında Azadi ona zəng edərək Ramilin xaricdə olduğunu, lakin sonuncunun əlavə sərmayə qoymaq istədiyini ona bildirmiş və pulu Ramilin həyat yoldaşı Fərqanədən evlərindən götürməsini ondan xahiş etmişdir. O isə öz növbəsində 2013-cü ilin yanvar ayı ərzində bir neçə dəfəyə 100000 ABŞ dollar pulu Ramilin arvadı Fərqanədən onların evində götürmüşdür. Sonra isə Ramil sərmayə kimi qoyduğu həmin cəmi 196000 ABŞ dolları pula o, muxtəlif tikinti materialları alaraq onların satışını təşkil etmişdir. Lakin, aldığı malları satış üçün verdiyi yerlərdən pulları vaxtında ala bilmədiklərinə görə gecikmələr olmuş və müntəzəm olaraq hər ay Ramilə qazanc verə bilməmişlər. Onların işləri ləng getdiyi həmin dövrdə, yəni 2013-cü ilin yaz aylarında o, Təqsirləndirilən şəxs1 və sonuncunun dostu Nadir ilə birlikdə çayxanada oturub söhbət edən zaman Azadi işlərin getməməsindən gileylənmiş, Nadir isə tanışı olan bir baxıcının olduğunu və həmin şəxsin işlərin nə üçün getməməsini izah edə biləcəyini bildirmişdir. Azadi isə həmin şəxslə görüşmək istədiyini Nadirə bildirmişdir. Nadir isə həmin adama, yəni sonradan adını bildiyi Seyid Mircabir adlı şəxslə görüş təyin etmişdir. Təxminən bir-iki gün sonra o, Azadi ilə görüşərkən Azadi ona Nadir ilə birlikdə həmin Seyid deyilən şəxslə görüşdüyünü və sonuncunun onun mənzilindən cadu aşkar etdiyini və həmin adama inandığını ona bildirmişdir. Bundan daha sonra həmin Seyid adlı şəxs muxtəlif qəbiristanlıqlardan Azadinin və sonuncunun ailə üzvlərinin şəkillərini aşkar edərək çıxartmışdır. Azadi həmin adama inandığına görə sonuncuya təxminən 50000 manat pul verdiyini ona demişdir. Həmin ərəfədə Azadi həmin Seyid adlanan şəxs barəsində Ramilə demiş və sonuncu həmin şəxsi onun evinə aparmasını xahiş etmişdir. Buna görə də o, Azadi, sonuncunun arvadı Mətanət, Nadir və həmin Seyid deyilən şəxslə birlikdə Ramilgilin evinə getmişlər. Orada mənzilə daxil olarkən Seyid qapının böyründə olan şkafı göstərərək orada cadu olmasını demiş və şkafın üstündən bir büküm götürərək onlara göstərmişdir. Seyid həmin bükümü açdıqda orada müxtəlif yazılar olmasını görmüşlər. X25 sonuncunun köhnə iş yerinin yanında, həmçinin Novxanı qəbirstanlığında cadu bastırıldığını demiş və onlar birlikdə həmin yerə getdikdə Seyid torpağı qazaraq Ramilin və sonuncunun ailə üzvlərinin şəkillərini taparaq onlara göstərmişdir. Bundan sonrakı dövrdə də Seyid Ramilin və sonuncunun ailə üzvlərinin şəkillərini müxtəlif qəbirstanlıqlardan çıxarmışdır. Sonradan Ramilin deməsindən ona məlum olmuşdur ki, Seyid Ramildən buna görə təxminən 30000 manat pul almışdır. Aralarında olan söhbətlər zamanı Seyid Azadini nazir vəzifəsi gözlədiyini və yaxın müddətdə nazir olacağını, həmçinin Azadinin Ramili böyük vəzifəyə aparacağını bildirmişdir. Seyidin bu kimi hərəkətlərindən sonra onların biznes işi normal getməyə başlamış və tikinti materiallarının alınması üçün onlara sifarişlər gəlməyə başlamışdır. Buna görə də onun özündə də Seyidə bir baxıcı kimi inam yaranmışdır. Əvvəllər nisyə götürdükləri malların pullarını tam verə bilmədikləri üçün materialları satan şəxslər həmin ərəfədə onlardan borclarının bağlanılmasını tələb etmiş, lakin onlarda nəğd pul olmadığı üçün Azadi pula görə Ramilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 isə Masazır qəsəbəsində olan torpaq sahəsini sataraq əldə etdiyi 60000 manat pulu onun özünə vermişdir. Belə ki, Ramillə torpağın satılması üçün müştəri tapmış və notariat kontorunda alğı-satqıdan sonra müştərinin verdiyi 60000 manat pulu özü götürmüşdür. Sonra isə həmin pulu borcu olduğu yerlərə vermişdir. Bundan başqa Azadi biznes işlərinin genişləndirilməsi üçün Ramildən 2013-cü ilin iyun ayında 65000 ABŞ dolları və təkrar olaraq 70000 ABŞ dolları, 2013-cü il avqust ayında isə iki dəfəyə cəmi 200000 ABŞ dolları pul götürmüş və onlar həmin pulları öz biznes işlərinə sərf etmişlər. Bundan başqa Ramil 2013-cü ilin sentyabr ayında «Toyota» markalı avtomobilini sataraq onlara 33000 ABŞ dolları pul vermişdir. Həmin ərəfədə X8 öz oğlu Mansura almaq istədiyini bildirmiş və razılıq əsasında Leylaya nişan getmişdir. Bundan sonra tikinti materiallarının alınması üçün pul lazım olduğuna görə Azadi Ramilə pul verməsini xahiş etmiş və Zərərçəkmiş şəxs1 2013-cü ilin oktyabr ayında öz kürəkəni Samirin köməkliyi ilə qızı Leylanın mənzilini 290000 ABŞ dollarına satmışdır. Zərərçəkmiş şəxs1 razılığı ilə həmin puldan 140000 ABŞ dolları məbləğində pulu Samir özünə götürmüş, qalan puldan 90000 ABŞ dolları pulu onun özünə vermişlər. Həmin puldan 20000 ABŞ dolları məbləğində pul Ramilin özündə qalmış, 40000 ABŞ dolları məbləğində pulu isə Azadi özünə götürmüşdür. O zaman öz aralarında olan razılaşmaya əsasən onun özü, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 həmin puldan 20000 ABŞ dollarını Türkiyəyə gedib istirahət etmək üçün xərcləmişlər. Belə ki, təxminən 2013-cü ilin oktyabr ayının sonlarında onun özü, Təqsirləndirilən şəxs1 öz oğlu Mansur və həyat yoldaşı Mətanət, həmçinin Zərərçəkmiş şəxs1 öz həyat yoldaşı Fərqanə, qızı Leyla və kürəkəni Samir birlikdə Antalya şəhərinə getmiş və orada «Mərdan Palace» otelində bir həftə qalmışlar. Onlar Bakı şəhərinə qayıtdıqdan bir müddət sonra Azadi oğlu Mansurun Leyla ilə olan nişanını geri qaytarmışdır. Bundan sonra Ramil pullarını onlardan tələb etməyə başlamış və onlardan polisə şikayət edəcəyini bildirmişdir. Buna görə də Azadi və onun özü Ramilə ondan aldıqları pulları qaytaracaqlarını bildirmiş və onunla birlikdə notariat kontoruna gedərək öz borclarını təsdiq etmək barədə ayrı-ayrılıqda borc müqavilələri bağlamışlar. Həmin borc müqavilələrinə əsasən 194000 ABŞ dolları pulu Azadi, 732300 ABŞ dollarını isə onun özü Ramilə verməli olduqlarını təsdiq etmişlər. Bundan sonrakı dövrdə onlar Zərərçəkmiş şəxs1 üç dəfə 13000 manat olmaqla 39000 manat, təxminən beş dəfə 4500 manat olmaqla 22500 manat və bundan başqa 120000 ABŞ dolları pulu isə hissə-hissə vermişlər. Bundan sonra da onlar dəqiq xatırlamadığı məbləğlərdə pulları Ramilə qaytarmışlar. Lakin, biznes işində ziyana düşdükləri və maddi imkanları olmadığına görə Zərərçəkmiş şəxs1 götürdükləri pulları ona tam qaytara bilməmişlər. Onun özü və Təqsirləndirilən şəxs1 qurduqaları biznes işi, yəni tikinti materiallarının alğı-satqısı işini genişləndirmək üçün Zərərçəkmiş şəxs1 təxminən cəmi 926300 ABŞ dolları məbləğində pul götürmüşlər. O zaman 1 ABŞ dollarının manata olan məzənnəsi 68 qəpikdən bir qədər yüksək olmuşdur və Ramildən manatla da aldıqları pulları nəzərə alanda həmin məbləğ yaranır. Zərərçəkmiş şəxs1 və iş üzrə keçən digər zərərçəkmiş şəxslərdən şəxsən özü götürdüyü pulları onlara tam qaytara bilməməsinin səbəbi Təqsirləndirilən şəxs1lə birlikdə qurduqları şərikli biznes işi, yəni tikinti materiallarının alqı-satqısı ilə bağlı ziyana düşmələri olmuşdur. Ziyana düşmələrinin səbəbi aldığı tikinti materiallarını sərfəli qiymətlərə sata bilməməsi olmuşdur. Öz bizneş işləri, yəni 2012-2014-cü illər ərzində hansı satış məntəqələrindən nə kimi tikinti materialları aldıqları və həmin malları kimlərə satdıqları barədə onun özündə heç bir rəsmi sənəd yoxdur. Hansı şəxslərə bu kimi malları satdığını dəqiq xatırlamır, lakin qurduğu biznes işi ilə bağlı onun özünə borclu qalan şəxs yoxdur. Seyid Mircabir adlı şəxsi onun özü əvvəllər tanımamış və yuxarıda qeyd etdiyi kimi həmin baxıcı ilə onu və Təqsirləndirilən şəxs1 sonuncunun tanışı Nadir adlı şəxs tanış etmişdir. Onun özü həmin Seyid Mircabir adlı şəxslə Təqsirləndirilən şəxs1 və sonuncunun həyat yoldaşı Mətanətlə birlikdə bir neçə dəfə Zərərçəkmiş şəxs1 evində olmuşlar. Zərərçəkmiş şəxs1la Seyid Mircabiri Azadi tanış etmişdir və bununla bağlı onun özünün heç bir şəxsi marağı olmamışdır. Onun özünü mələk kimi təqdim edən «Yolçu» adlı baxıcı ilə heç bir tanışlığı yoxdur və bu adda adamla heç vaxt telefon söhbəti aparmamış və həmin şəxsin adından Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 pul verməsini heç vaxt deməmişdir. Belə hesab edir ki, onun «Yolçu» adlı baxıcının adından istifadə etməsi Ramilin öz uydurmasıdır. Onun özü Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs1 evində olarkən onların biznes işlərində çətinliklər yarandığına görə o, Azadinin xahişi ilə sonucunun tanışı olmaqla Qazax rayonunda yaşayan falçı Emin adlı şəxslə telefon əlaqəsi saxlayaraq həmin problemlərin çözülməsi yolunu soruşmuşdur. Lakin, həmin şəxs ona belə bir söz deməmiş və onun özü də onun adından Zərərçəkmiş şəxs1 həmin şəxsin Azadiyə pul verməsini lazım bildiyini heç vaxt deməmişdir. Onun özü Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 yüksək vəzifəyə təyin olunacağını və onu da vəzifəyə aparacağını deməmiş və bu adla ondan heç vaxt pul istməmişlər. Barəsində olan əvvəlki məhkəmə hökmünə əsasən o, təqsirli bilinmişdir ki, öz tanışı Təqsirləndirilən şəxs1 ilə birliklə Zərərçəkmiş şəxs1 şərikli biznes işi qurmaq üçün 2012-2013-cü illlər ərzində Zərərçəkmiş şəxs1 253821 manat pulunu ələ keçirmişlər və həmçinin həmin dövrdə Zərərçəkmiş şəxs1 sonuncunun vəzifəyə təyin olunanacağı adı ilə onun 501677 manat məbləğində pulunu ələ keçirmişlər. Bir daha bildirir ki, onun Zərərçəkmiş şəxs1 aldadaraq onun pulunu ələ keçirmək niyyəti olmamış və o, Zərərçəkmiş şəxs1 onu hər-hansı bir vəzifəyə təyin etdircəyini heç vaxt söz verməmiş və bu adla ondan hər-hansı məbləğdə pul almamışdır. Onun özünün barəsində əvvəl olan cinayət işinin istintaqı zamanı o, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyandan 13333 manat pulu ona ödəmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 irəli sürmüş olduqları iddia tələbləri ilə razı deyil. Qurduqları biznes işlərinə faktiki olaraq Təqsirləndirilən şəxs1 özü rəhbərlik etdiyi, onun özü isə Azadinin göstərişlərini yerinə yetirdiyinə görə belə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs1 cavabdehlik daşımalıdır. İş üzrə zərərçəkmiş şəxs Elman Hüsyenli ilə o, Təqsirləndirilən şəxs1 vasitəsi ilə 2013-cü ilin əvvəllərində tanış olmuş və onların dostluq etdiklərini bilmişdir. Azadinin deməsindən sonuncunun öz işləri ilə bağlı Elmandan bir neçə dəfə pul götürdüyünü eşidib bilmişdir. Xatırlayır ki, 2013-cü ilin əvvəllərində Azadi ona Zərərçəkmiş şəxs5 50000 manat pul götürdüyünü demiş və həmin məbləğdə pulu aparıb ona çatdırmasını ondan xahiş etmişdir. Buna görə də həmin məbləğdə pulu və əlavə olaraq üç min manat pulu aparıb iş yerində Elmana vermişdir. Bundan bir müddət sonra, yəni 2013-cü ilin may ayında Azadinin deməsindən ona mlum olmuşdur ki, Azadi Elmandan biznes fəaliyyəti üçün 50000 manat pul almışdır. Lakin, Azadi Elmandan aldığı puldan onun özünə hər-hansı məbləğdə pul verməyib. Azadinin Elmandan aldığı pulu hara sərf etdiyi barədə onun məlumatı yoxdur. Buna görə də bununla bağlı ona qarşı irəli sürülmüş ittihamda, yəni Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs5 şərikli biznes işi qurmaq adı ilə aldadaraq 2013-cü ilin may ayında onun 50000 manat pulunu ələ keçirməkdə özünü təqsirli bilmir. Belə hesab edir ki, həmin məbləgdə pula görə Təqsirləndirilən şəxs1 özü cavabdehlik daşımalıdır. İş üzrə digər Zərərçəkmiş şəxs4la Xan oğlu ilə o, təxminən 2012-ci ildə Təqsirləndirilən şəxs1 vasitəsilə tanış olmuş və onun Azadinin dostu olmasını bilmişdir. Zərərçəkmiş şəxs4la həmişə yaxşı münasibətdə olmuşdur və aralarında heç bir ədavət yoxdur. Lakin, ona qarşı irəli sürülmüş ittihamda, yəni Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq Zərərçəkmiş şəxs4 şərikli biznes işi qurmaq adı ilə aldadaraq 2013-cü il yanvar-iyun ayıları ərzində onun cəmi 350937 manat məbləğində pulunu ələ keçirməkdə özünü təqsirli hesab etmir. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs2 şərikli biznes işi qurmaq adı ilə aldadaraq 2014-cü ilin yanvar-may ayları ərzində onun cəmi 152092 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməkdə də özünü təqsirli hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs2 o, 2012-ci ildən tanıyır. Firuz onun Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşadığı küçədə öz ailəsi ilə birlikdə yaşamış və orada kiçik ərzaq dükanı işlətmişdir. Yaxın bir tanış kimi Firuzla həmişə yaxşı münasibtdə olmuş və aralarında heç bir ədavət yoxdur. Əvvəllər onun özü bir neçə dəfə Firuzdan borc pul alaraq sonra ona qaytarmışdır. O zaman Təqsirləndirilən şəxs1 qurduqları biznes işi ilə bağlı ona və bu işə sərmaye qoya bilən tanışlarına böyük qazanc verəcəyini dəfələrlə vəd etmişdir. O, Azadinin dediklərinə inanmış və buna görə də öz tanışı Zərərçəkmiş şəxs2 da Azadi ilə birlikdə biznes işi qurduqlarını və qazanc əldə etməsi üçün bu işə pul qoymasını demişdir. Lakin, onun Zərərçəkmiş şəxs2 aldatmaq və onun pullarını ələ keçirmək niyyəti olmamışdır. Firuz onların biznes işinə, yəni tikinti materiallarının alqı-satqı işinə pul qoymağa razılıq vermişdir. 2014cü ilin yanvar ayının əvvəllərində şəxsən onun özünə Firuz 50000 ABŞ dolları pul vermişdir. Həmin pulu o, Təqsirləndirilən şəxs1 ilə birlikdə biznes işlərinə xərcləmişlər. Bundan sonra 2014cü ilin yanvar ayının sonlarında o, Azadinin xahişi ilə Firuzdan 20000 ABŞ dolları pul almış və həmin pulu hissə-hissə olmaqla o zaman Türkiyə Respublikasında olan Təqsirləndirilən şəxs1 bank vasitəsilə göndərmişdir. Bundan sonra təxminən 2014-cü ilin fevral ayının əvvəllərində onun özü Zərərçəkmiş şəxs2 30000 ABŞ dolları pul almış və həmin pulu da Azadinin göstərişinə əsasən öz biznes işlərinə xərcləmişlər. Onu da bildirmk istəyir ki, həmin dövrdə Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasında olmuş və orada biznes işi qurduğunu ona bildirmişdir. O zaman Azadi Türkiyədən onunla telefon əlaqəsi saxlayaraq orada inşa etdirdiyi binaların üstünün bağlanması və satışa çıxarılması üçün ona əlavə olaraq 70000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. O isə öz növbəsində Firuza Azadi ilə gördükləri biznes işi ilə bağlı əlavə pul lazım olduğunu demiş və sonuncu razılıq vermişdir. Buna görə də o, Firuzdan 2015-ci il aprel ayının sonununda 40000 ABŞ dolları pulu, sonuncu dəfə isə 2015-ci il may ayının əvvəllrində 30000 ABŞ dolları pul almışdır. Həmin pulun bir hissəsini o, Azadiyə Türkiyə Respublikasına göndərmiş, qalan hissəsini isə Azərbaycan Respublikasına qayıtdıqdan sonra Azadiyə vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs2 aldığı pulların çox hissəsini Azadiyə vermişdir. Onu da bildirmək istəyir ki, o zaman Təqsirləndirilən şəxs1 ona öz tanışlarının köməkliyi ilə yüksək vəzifəyə gedəcəyini, özünün deputat seçiləcəyini və ya Hesablama Palatasında yüksək vəzifəyə təyin olunacağını və tanışlarından aldığı pulları artıqlaması ilə qaytaracağını dəfələrlə bildirmişdir. Bu barədə Azadi Firuza və digər tanışlarına da bildirmişdir. Son nəticədə Azadi yalan vədlər verərək aldığı pulları qaytarmamışdır. Buna görə də belə hesab edir ki, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs1 aradan qaldırmalıdır. Ona qarşı irəli sürülmüş digər ittihamda, yəni Təqsirləndirilən şəxs1lə əlbir olub Zərərçəkmiş şəxs3 şərikli biznes fəaliyyəti ilə məşğul olub qazanc əldə etmək adı ilə aldadaraq onun 55000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməkdə özünü təqsirli hesab etmir. Həmin məbləğdə pulu onun özü Zərərçəkmiş şəxs3 almışdır, lakin onu aldatmaq niyyəti olmayıb. Belə ki, o, Zərərçəkmiş şəxs3 2012-ci ildən tanıyır və onunla həmişə yaxşı münasibətlərdə olmuşlar. Mədət Zərərçəkmiş şəxs2 qaynıdır və Masazır qəsəbəsində onların yaxınlığında yaşamışdır. O, Zərərçəkmiş şəxs3 dediklərini təsdiq edir və həqiqətən 2015-ci ilin sentyabr ayında o, Təqsirləndirilən şəxs1 xahişinə əsasən Zərərçəkmiş şəxs3 cəmi 55000 manat pul almış və həmin pulu Azadinin göstərişi ilə birlikdə biznes işlərinə xərcləmişlər. Lakin, biznes işində ziyana düşdüklərinə görə Mədətdən aldığı pulu ona tam olaraq qaytara bilməmişlər. Onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxs1 dəfələrlə Mədətlə telefon əlaqəsi saxlayaraq onun pulunu qaytaracağını demişdir. X15 adlı dostu da Mədətlə görüşüb danışaraq ondan şikayət etməməsini xahiş etmişdir. Lakin, son nəticədə Azadi hər-hansı bir məbləğdə pulu Zərərçəkmiş şəxs3 qaytarmayıb. İş üzrə ibtidai istintaq zamanı ona qarşı heç bir təzyiq və ya təsir olmamışdır və ona qarşı irəli sürülmüş ittihamla bağlı istintaq zamanı geniş ifadə vermişdir. İş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs1lə birlikdə şərikli biznes işi qurmaq adı ilə Zərərçəkmiş şəxs4 aldadaraq 2013-cü il yanvar-iyun ayıları ərzində onun cəmi 350937 manat məbləğində pulunu ələ keçirməkdə özünü təqsirli hesab etmir. Həqiqətən həmin dövrdə Təqsirləndirilən şəxs1 təklifi ilə Zərərçəkmiş şəxs4 təxminən həmin məbləğdə pulu biznes işi ilə bağlı onlara vermişdir. Həmin pulların bir hissəsini Nəsimidən Azadi özü almış, lakin həmin pulları ona verməmişdir. Şəxsən onun özü 2013-cü ilin yanvar ayında 20000 ABŞ dolları, 2013-cü ilin fevral ayı ərzində hissə-hissə olmaqla 16000, 11000, 9000 və 12000 manat, həmçinin 2500, 4500 və 30000 ABŞ dolları pulu, 2013-cü ilin mart ayı ərzində 4000, 24000, 30000 və 6000 manat pulu, həmçinin 12000, 3800 və 1200 ABŞ dolları məbləğində pulu, 2013-cü ilin aprel ayı ərzində isə 2700 və 8000 manat pulu, həmçinin 2100 və 12500 ABŞ dolları pulu, 2013-cü ilin may ayı ərzində isə 5000, 7000, 16000 və 6700 manat məbləğində pulu Azadinin sözü ilə şəxsən əlbəəl şəhərin müxtəlif yerlərində Zərərçəkmiş şəxs4 biznes işlrini genişləndirmək üçün almışdır. Həmin məbləğlərdə pulu Azadinin xahişinə əsasən şəxsən onun özünə verdiyi barədə Zərərçəkmiş şəxs4 ifadəsini təsdiq edir. Dəqiq məbləği xatırlamır, lakin Nəsimidən aldığı pulların çox hissəsini o, hissə-hissə Təqsirləndirilən şəxs1 vermişdir. Qalan hissəsini isə Azadi ilə birlikdə biznes işlərinə xərcləmişlər. Onun özü 2013-cü ilin iyun ayında sonuncu dəfə 14000 manat pulu Azadinin sözü ilə əlbəəl Zərərçəkmiş şəxs4 sonuncuya məxsus ofisin qarşısında almışdır və bununla bağlı Zərərçəkmiş şəxs4 dediklərini təsdiq edir. Ümumilikdə 2013-cü ilin yanvar-iyun ayları ərzində cəmi 281400 manat və 88600 ABŞ dolları pulu Azadi və onun özü Zərərçəkmiş şəxs4 almışlar. Həmin puldan cəmi 110000 manat pulu Nəsimidən Azadi şəxsən özü alıaraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onun özü isə Azadinin deməsindən sonra cəmi 171400 mant və həmçinin cəmi 88600 ABŞ dolları məbləğində pulu şəxsən Nəsimidən almışdır. Zərərçəkmiş şəxs4 şəxsən özü götürdüyü pulların da bir hissəsini hissə-hissə Təqsirləndirilən şəxs1 vermişdir. Qalan hisssini isə Azadinin göstərişi ilə biznes işlərinə xərcləmişilər. Lakin, tikinti materiallarının alqı-satqısı ilə bağlı qurduqları biznes işində ziyana düşdüyümüzə görə və Təqsirləndirilən şəxs1 ona pul vermədiyinə görə Zərərçəkmiş şəxs4 şəxsən özü götürdüyü pulları ona tam qaytara bilməmişdir. Sonrakı dövrdə şəxsən onun özü Nəsmi Həmidova 6600 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs1 isə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs4 təxminən on beş min manat pul qaytarmışdır. Belə hesab edir ki, Zərərçəkmiş şəxs4 şəxsən özü götürdüyü pulları da Təqsirləndirilən şəxs1 verdiyinə görə Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs1 ödəməlidir. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs2 55000 manat məbləğində pulu o, Təqsirləndirilən şəxs1 göstərişinə əsasən almışdır. O zaman Zərərçəkmiş şəxs2 özü də Təqsirləndirilən şəxs1lə telefon əlaqəsi saxlayaraq həmin məbləğdə pulu ona verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 55000 manat məbləğində pulu götürən zaman həmin pulu Azadi ilə birlikdə 20 gün müddətinə qaytaracaqlarını və əlavə olaraq qazanc kimi 5000 manat pul verəcəklrini vəd etdiyi barədə Zərərçəkmiş şəxs3 dediklərini təsdiq edir. xx xxxxxxxx 2015-ci il tarixdə də o, Zərərçəkmiş şəxs3 55000 manat məbləğində pulu götürən zaman onunla birlikdə Bakı şəhəri 20 saylı notariat kontoruna getdikləri və həmin pulu qaytaracağına onu əmin etmək üçün onunla həmin tarixdə orada «Borcun etirafı haqqında müqavilə» bağladığı və həmçinin öz anası X3 adına Abşeron rayonu Masazır qəsəbəsində olan evin sənədlərini ona verdiyi barədə Zərərçəkmiş şəxs3 dediklərini təsdiq edir. Zərərçəkmiş şəxs3 götürdüyü 55000 manat puldan cəmi 3200 manat pulun onun özü və qohumları tərəfindən Zərərçəkmiş şəxs3 qaytarıldığı barədə sonuncunun ifadəsini təsdiq edir. Bir daha bildirir ki, onun Zərərçəkmiş şəxs3 aldatmaq niyyəti olamış, biznes işində ziyana düşdüyü və Təqsirləndirilən şəxs1 hər-hansı bir məbləğdə pul vermədiyinə görə Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanı aradan qaldıra bilməmişdir. 2013-2014-cü illərdə onun özünün istifadəsində ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olmuş, Təqsirləndirilən şəxs1lə və həmçinin iş üzrə zərərçəkmiş şəxslərlə həmin telefon nömrələrindən istifadə etməklə əlaqə saxlamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-**, ***-***-**-** və halhazırda xatırlmadığı mobil telefon nömrələri olmuşdur. Elan edilməklə ona təqdim edilmiş cinayt işinin 1-ci cildinin 77-ci vərəqində olan Bakı şəhəri 50 saylı Notariat kontorunda xx xxxxxx 2013-cü il tarixdə təsdiq edilməklə, Zərərçəkmiş şəxs1 onun özünün xx xxxxxx 2013-cü il tarixdə 732300 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etdiyi və həmin borc pulu xx xxxxxx 2014-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürdüyü «Borcun etirafı müqavilə»si ona tanışdır və həmin müqaviləni öz imzası ilə təsdiq etmişdir. O zaman Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs1 münasibətləri pozulduğuna görə sonuncunun tələbi ilə onlar birlikdə Bakı şəhəri 50 saylı Notariat kontoruna getmiş və hər biri Ramildən götürdüyükləri pulların məbləği barədə borc müqavilələri bağalmışlar. Müqavilədə göstərildiyi kimi onun özü 732300 ABŞ dolları məbləğində pulu, Təqsirləndirilən şəxs1 isə Ramildən 194000 ABŞ dolları məbləğində pulu götürdüyünü etiraf etmişlər. Sonrakı dövrdə dövrdə onlar təxminən 180000 ABŞ dolları məbləğində pulu hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 ödəmişlər. Onu da bildirmək istəyir ki, Zərərçəkmiş şəxs1 şəxsən özü götürdüyü pulların çox hissəsini Azadiyə verdiyi və sonuncu Ramilə olan borclarını tezliklə bağlayacaqlarını ona vəd etdiyinə görə, o zaman 732300 ABŞ dolları məbləğində pulu Ramilə ödəməli olduğu barədə həmin müqaviləni imzalamışdır. Lakin, biznes işində ziyana düşdükləri və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 götürdükləri pulların tam qaytarılması üçün heç bir tədbir görmdiyinə görə Ramilə olan borclarını tam ödəyə bilməmişlər. Elan edilməklə ona təqdim edilmiş cinayt işinin 5-ci cildinin 113 və 114-cü vərəqlrində olmaqla Bakı şəhəri 20 saylı Notariat kontorunda xx xxxxxxxx 2015-ci il tarixdə təsdiq edilməklə «Borcun etirafı barədə mücərrəd müqavilə» ona tanışdır. Həqiqətən həmin müqaviləni özü imzalayaraq Zərərçəkmiş şəxs3 55000 manat borcu olduğunu etiraf etmiş və həmin pulu xx xxxxxx 2015-cü il tarixədək ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Yuxarıda qeyd etdiyi kimi Zərərçəkmiş şəxs3 götürdüyü 55000 manat pulu Təqsirləndirilən şəxs1 göstərişinə əsasən biznes işlərinə sərf etdikləri, lakin Azadinin pulu qaytarmaq üçün heç bir tədbir görmədiyinə görə Mədətdən aldığı pulu ona qaytara bilməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayt işinin 5-ci cildinin 132-ci vərəqində olmaqla onun özünə məxsus AZE P3698479 nömrəli pasportun birinci səhifəsinin kserosurəti olan vərəqin arxa hissəsində azərbaycan dilində latın əlifbası ilə «mən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 170000 ABŞ dolları almışam, həmin pulu xx.xx.2016-cı ildə qaytarmağı söz verirəm» məzmunda olan əlyazmanı şəxsən özü yazıb imzalayaraq Firuza vermişdir. Yuxarıda qeyd etdiyi kimi Zərərçəkmiş şəxs2 aldığı pulların çox hissəsini Təqsirləndirilən şəxs1 verdiyi, sonuncu Firuzun pulunu tezliklə qaytaracağını o zaman onu əmin etdiyinə görə o, Firuza onun pulunu 2016-cı ilin yanvar ayının sonuna kimi qaytaracağı barədə ona qəbz yazıb vermişdir. Lakin, Təqsirləndirilən şəxs1 öz vədlərinə əməl etmədiyinə görə Zərərçəkmiş şəxs2 və digər zərərçəkmiş şəxslrə olan borclarını qaytara bilməmişdir. Onun iş üzrə keçən zərərçəkmiş şəxslərin hər-hansı birini aldadıb pullarını ələ keçirmək niyyəti olmamışdır. Buna görə də özünü dələduzluq cinayət əməli törətməkdə təqsirli hesab etmir. Törətdiyi əmələ görə, yəni Təqsirləndirilən şəxs1 vədlərinə inanaraq iş üzrə zərərçəkmiş şəxslərdən muxtəlif məbləğlərdə pul alaraq Azadiyə verdiyi və həmin şəxslərə bununla bağlı maddi ziyan vurduqlarına görə peşmançılıq çəkir. Himayəsində iki azyaşlı övladlarının olmasını, iş üzrə vurulmuş maddi ziyanın bir hissəsinin onun tərəfindən ödənildiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədəni xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları onlar özlərini təqsirli bilməmələrinə baxmayaraq, onların özlərinin hadisələrin baş vermə vaxtı, yeri və şəraiti, iş üzrə keçən zərərçəkmiş şəxslərdən hansı məqsədlə nə kimi məbləğlərdə pullar aldıqları barədə işinin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qismən etirafedici qarşılıqlı ziddiyətli ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslər və şahid ifadələri, sənədlər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilimiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, öz ailə üzvüləri ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşayır və 2004-cü ildən etibarən bank fəaliyyəti sahəsində çalışır. İş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 1990-cı ildən tanıyır və həmin vaxtdan yaxın tanış kimi dostluq etmişlər. Aralarında heç bir ədavət yoxdur. İş üzrə digər Təqsirləndirilən şəxs2la isə sonradan Azadinin vasitəsi ilə tanış olmuş, lakin onunla yaxın münasibəti olmayıb. Hadisə ilə bağlı bildirmək istəyir ki, təxminən 2013-cü ilin mart ayında Təqsirləndirilən şəxs1 onun işlədiyi Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 31 ünvanda yerləşən “Muğan Bank” Xəzər filialına gələrək artıq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində işləmədiyini və tikinti ilə bağlı biznes fəaliyyətinə başladığını bildirmişdir. Azadi həmçinin öz biznes fəaliyyəti ilə bağlı çoxlu proyektlərin olduğunu, bununla bağlı xeyli vəsait lazım olmasını, lakin «Hacı» olduğu üçün kredit almaq, yəni faizə pul götürmək onun üçün haram olduğuna görə kredit almaq istəmədiyini ona bildirmişdir. Həmin söhbət zamanı Azadi ona təklif etmişdir ki, onun biznes fəaliyyətinə müəyyən məbləğdə pul qoysun. Bununla da ona kömək etmiş olsun və həm də ona müəyyən miqdarda qazanc əldə etsin. O isə bununla bağlı fikirləşib bir cavab deyəcəyini bildirmişdir. Bundan təxminən bir həftə sonra Azadi yenidən onun işlədiyi banka gələrək tikinti işləri ilə bağlı bir biznes məsələsi olduğunu, bununla bağlı özü 50000 manat pul qoymaq istədiyini, o da bu işə 50000 manat pul qoysa, bir ay sonra onların həm qoyduqları pulu, həm də adama 3000 manat qazanc götürəcəklərini ona bildirmişdir. O zaman o, Azadiyə inandığına görə elə oradaca 50000 manat məbləğdə pulu əlbəəl Azadiyə vermişdir. Bundan təxminən bir ay sonra Azadi ona zəng edərək həmin işə qoyduğu 50000 manat pulu və əlavə olaraq 3000 manat pulu qazanc olmaqla Ayaz adlı şəxslə ona göndərdiyini demişdir. Bundan bir neçə saat sonra əvvəllər tanımadığı həmin şəxs, yəni Təqsirləndirilən şəxs2 onun iş yerinə gələrək 50000 manat pulu və həmçinin 3000 manat pulu da qazanc olmaqla ona vermişdir. Bundan təxminən 10-15 gün sonra Azadi ona zəng vuraraq həyat yoldaşının əməliyyatı üçün ona təcili olaraq 25000 ABŞ dolları pul lazım olduğunu demişdir. O isə elə həmin gün 25000 ABŞ dolları pulu şəxsən özü Azadinin Bakı şəhəri Nizami rayonunda yaşadığı evinə apararaq əlbəəl ona vermişdir. Bundan bir neçə gün sonra Ayaz onunla telefon əlaqəsi saxlayaraq həmin pulu qaytarmaq istədiyini demiş və onlar ikilikdə görüşən zaman Azadi 25000 ABŞ dolları pulu ona qaytarmışdır. Onu da bildirmək istəyir ki, son nəticədə Azadi onu bu yolla aldatdıqdan sonra o, maraqlandıqda Azadinin həyat yoldaşının o zaman heç bir əməliyyat olunmadığını bilmişdir. Beləliklə, Azadi ondan iki dəfə pul alıb geri qaytarmaqla onda özünə qarşı o zaman böyük etibar yaratmışdır. Daha sonra, yəni 2013-cü ilin may ayında Azadi onun işlədiyi banka gələrək biznes işi ilə bağlı 50000 manat pul lazım olduğunu demiş, həmin məbləğdə pulu ona verməsini xahiş etmiş və sonra həmin pulu, həm də qazancı gətirib ona verəcəyini bildirmişdir. o, Azadiyə inandığına görə onun təklifi ilə razılaşmış və 50000 min manat məbləğində pulu əlbəəl Azadiyə vermişdir. Lakin, bundan xeyli müddət keçdikdən sonra Azadidən xəbər çıxmamış və bundan sonra bir müddət onu tapa bilməmişdir. Sonradan Azadi bir neçə dəfə onunla telefon əlaqəsi saxlayaraq hər dəfə yaxın günlərdə pulunu qaytaracağını vəd etmişdir. Bir müddət sonra isə Azadi onun işlədiyi banka gələrək yenə də həmişəki kimi yaxın vaxtda pulunu qaytaracağını demiş, o isə artıq onun sözlərinə inanmadığına görə heç bir qazanc istəmədiyini və ona verdiyi 50000 manat pulu geri tələb etmişdir. Azadi o zaman əlini ürək nahiyyəsinə tutaraq özünü pis hiss etdiyini, bir neçə dəqiqədən sonra onun yanına qayıdacağını bildirərək onun iş yerini tərk etmiş və bundan sonra Azadi onun yanına qayıtmayaraq ondan qaçıb gizlənməyə başlamışdır. Bundan bir neçə ay sonra o, Azadini Şüvəlan qəsəbəindəki bağında tapmış və ondan qəti şəkildə pulunu tələb etmih, pulunu qaytarmasa ondan şikayət edəcəyini bildirmişdir. Azadi isə yenə yalan vədlər verərək narahat olmamağını və ondan götürdüyü 50000 manat pulu yaxın vaxtda qaytaracağını bildirmişdir. Lakin, bundan sonra Azadi onunla bütün əlaqələri kəsmiş və o, Azadini tapa bilməmişdir. Bundan xeydi müddət sonra, yəni təxminən 2016-cı ilin ortalarında Azadi Türkiyə Respublikasından ona zəng vuraraq ondan şikayət etməməyini xahiş etmiş və həmişəki kimi yenə yalan vədlər verərək yaxın vaxtda ölkəyə qayıdacağını və onun pulunu qaytaracağını vəd etmişdir. Son nəticədə isə Azadi onu aldadaraq ona hər-hansı məbəlğdə pul qaytarmamışdır. Buna görə də Təqsirləndirilən şəxs1 ona vurulmuş maddi ziyanı, yəni 50000 manat pulu ödəməsini tələb edir. Təqsirləndirilən şəxs1 ona vurulmuş maddi ziyanı aradan qaldırmadığı halda ona qanunauyğun cəza təyin olunmasını məhkəmədən xahiş edir. Azadi həmin 50000 manat pulu təxminən bir ay müddətində ona qaytaracağını və həm də mənə qazanc da verəcəyini bildirmişdir. Qazancın məbləği barədə Azadi ona bir söz deməmişdir. O, Azadiyə inandığına görə, yəni əvvəllər də ondan pul alıb qaytardığına görə o, öz iş yerndə, yəni «Muğan Bank»ın Xəzər filialının yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda 50000 manat məbləğində pulu əlbəəl Azadiyə vermişdir.Yuxarıda qeyd etdiyi kimi Təqsirləndirilən şəxs2 o, sonradan Azadinin vasitəsi ilə tanımışdır. Şəxsən Təqsirləndirilən şəxs2 ondan heç vaxt pul istəməmiş və özü də ona hər-hansı məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs1 sonuncu dəfə ondan aldığı 50000 manat pulu öz biznes işləri ilə bağlı Təqsirləndirilən şəxs2 verdiyi barədə ona bir söz deməmişdir. Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 tikinti materiallarının alıq-satqısı ilə bağlı bir-birlərinə pul verib-vermədikləri ona məlum deyil. Yuxarıda qeyd etdiyim kimi Təqsirləndirilən şəxs1 öz biznes işi adı ilə sonuncu dəfə ondan ələbəl 50000 manat pul alaraq, sonradan onunla əlaqələri kəsmiş və son nəticədə onun pulunu qaytarmamışdır. Ona cəmi 50000 manat məbləğində maddi ziyan dəymişdir və həmin pulu Təqsirləndirilən şəxs1 tələb edir. Mənə vurulmuş maddi ziyanla bağlı vaxtında mülki iddia tələbi ilə müraciət edə bilməmişəm. Təqsirləndirilən şəxs1 mənə dəymiş maddi ziyanı aradan qaldırmadığına görə ona ciddi cəza təyin olunmasını məhkəmədən xahiş edir. Digər Təqsirləndirilən şəxs2 isə qanunamüvafiq cəza təyin olunmasını məhkəmənin səlahiyyətinə buraxır. İş üzrə zərərçəkmiş məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 öz ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri Bakıxanov qəsəbəsində yaşayır və fərdi sahibkarlıqla məşğuldur. Onun özü Qarabağ müharibəsi veteranıdır və ikinci qrup Qarabağ müharibəsi əlilidir. İş üzrə Təqsirləndirilən şəxs1 o, bir qonşu kimi uzun müddətdir ki, tanıyır və onunla həmişə yaxşı münasibətlərdə olmuşlar, aralarında heç bir ədavət yoxdur. Həmçinin Azadinin kiçik qardaşı Şahid9lə də yaxşı münasibətləri vardır. Təqsirləndirilən şəxs2 isə sonradan Azadinin vasitəsi ilə tanımışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, Azadi mütəmadi olaraq onun işlədtdiyi ofisə gəlib-getmişdir. Azadinin onun dayısı Firudinlə də yaxın müasibətdə olmuş və Azadi onun dayısına Naxçıvanda yerləşən sement zavodunun bütün satış işlərininin ona həvalə edildiyini demişdir. 2013-cü ilin yanvar ayının əvvəllərində Azadi öz tanışı olan Ayaz adlı şəxslə onun işlətdiyi ofisə gələrək onun dayısı Firudinlə söhbət söhbət edərək ona həvalə olunmuş işlə bağlı, yəni sement satışına başlamaq üçün ona 60000 manat pul lazım olduğunu, qısa vaxt ərzində həmin pulu və əlavə olaraq 1100 manat pulu qazanc kimi verəcəyini demişdir. Dayısı Firudində həmin vaxt pul olmadığına görə Azadi həmin pulu ondan istəmiş və o, Azadiyə inandığıma görə elə həmin gün Azadiyə Ayazın yanında əlbəəl olaraq 60000 manat pulu vermişdir. Bundan təxminən 10-12 gün sonra Azadi Ayaz ilə birlikdə onların ofisinin qarşısına gələrək ondan aldığı 60000 manat pulu və əlavə olaraq 1100 manat pulu qazanc kimi ona əlbəəl vermişdir. Bundan bir müddət sonra, yəni 2013-cü ilin yanvar ayının sonlarında Azadi özünün işlətdiyi ***-***-**-** mobil nömrəsindən ona zəng edərək «Xarı Bül-bül» restoranına dəvət etmiş və orada söhbət əsnasında Azadi öz biznes fəaliyyəti üçün müəyyən məbləğdə pul verməsini xahiş etmiş, həmçinin yaxın vaxt ərzində ondan aldığı pulu, həm də qazancı ona verəcəyini bildirmişdir. O zaman Azadiyə inamı olduğuna görə ona inandığını bildirərək bununla bağlı onu pis vəziyyətdə qoymamasını xahiş etmişdir. Azadi isə ona narahat olmamasını, hər şeyin öz qaydasında olacağını, lakin ona bu dəfə daha çox məğləğdə, yəni təxminən 200000 manat pul lazım olduğunu bildirmişdir. O isə həmin məbləğdə pulu olmadığını, lakin yenə görüşüb məsləhətləşəcəklərini demişdir. Bundan sonra Azadi ilə yenə görüşüb bu barədə söhbət etdikdə onun təklifi ilə razılaşmış, lakin pulu hissə-hissə verə biləcəyini bildirmişdir. Bundan sonrakı dövrdə 2013-cü ilin yanvar ayının sonlarında iki dəfəyə onun özünün ünvan 7 ünvanda yerləşən ofisində 60000 və 30000 manat məbləğlərində pulu, 2013- cü ilin fevral ayının 3-də isə «Neolit» restoranının yaxınlığında 20000 manta pulu əlbəəl Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa 2013-cü ilin yanvar ayının 28-də 20000 ABŞ dolları pulu isə Azadinin deməsinə əsasən Ayaza vermişdir. O zaman Ayaz onun ofisinə Azadinin oğlu Mansurla birlikdə gəlmiş və pulu sonuncunun iştirakı ilə vermişdir. Azadi dəfələrlə onunla telefon əlaqəsi saxlayaraq lazım olan məbləğdə pulu Ayaza verməsini ondan xahiş etmiş, o isə hər dəfə Ayaza pul verəndə qabaqcadan Azadiyə zəng edib bu barədə soruşmuşdur. Azadi isə ona narahat olmamasını, biznes işlərinin yaxşı getdiyini, verdiyi pulları qazancla birlikdə ona verəcəyini, lakin biznes işini böyütmək üçün yenidən pul lazım olduğunu bildirmişdir. O da Azadiyə inandığına görə, həm də qoyduğu pulu çıxartmaq üçün yenidən Azadiyə pullar verməyə başlamışdır. Onlara verdiyi pullarla bağlı qeydlər aparmaqla o, 2013-cü ilin fevral ayı ərzində hissə-hissə olmaqla 16000, 11000, 9000 və 12000 manat pulu, həmçinin 2500, 4500 və 30000 ABŞ dolları pulu Azadinin sözü ilə şəxsən əlbəəl Ayaza Bakı şəhərdə müxtəlif yerlərdə vermiş və Azadi həmin pulların biznes fəaliyyətlərini genişləndirmək üçün lazım olduğunu ona bildirmişdir. Bundan başqa o, 2013-cü ilin mart ayı ərzində hissə-hissə olmaqla 4000, 24000, 30000 və 6000 manat pulu, həmçinin 12000, 3800 və 1200 ABŞ dolları pulu, 2013-cü ilin aprel ayı ərzində 2700 və 8000 manat pulu, həmçinin 2100 və 12500 ABŞ dolları pulu, 2013-cü ilin may ayı ərzində 5000, 7000, və 6700 manat pulu, 2013-cü ilin iyun ayında isə sonuncu dəfə 14000 manat pulu o, Azadinin sözü ilə şəxsən əlbəəl Təqsirləndirilən şəxs2 vermişdir. Azadi onunla hər dəfə telefon əlaqəsi saxlayaraq pulu Ayaza verməəsini ondan xahiş etmiş və pulların onlar öz biznes fəaliyyətlərini genişləndirmək üçün lazım olduğunu bildirmişdir. Beləliklə, 2013-cü ilin yanvar-iyun ayları ərzində cəmi 281400 manat pulu və bundan başqa cəmi 88600 ABŞ dolları məbləğində pulu o, Təqsirləndirilən şəxs2 Azadinin deməsinə əsasən şəxsən vermişdir. Azadi və Ayaz ona həmin pulları verdiyi dövr ərzində hissə-hissə olmaqla təxminən 29000 manat pulu qazanc adı ilə vermişlər. Lakin, sonradan onların ona qazanc adı ilə verdikləri pulları onu aldatmaq üçün verdiklərini başa düşmüşdür. Onu da bildirmək istəyir ki, Azadi həmin pulları onlara verdiyi dövr ərzində dəfələrlə ona Bərdə rayonunda deputat olacağını və yüksək vəzifələrə gedəcəyini, hətda onun qardaşını da öz yanına işə götürəcəyini bildirmişdir. Həmin pulları onlara verdikdən sonra, yəni 2013-cü ilin ortalarından etibarən 2-3 ay ərzində o, dəfələrlə Azadi və Ayazın mobil telefonlarına zəng etmiş, lakin həmin şəxslər ya telefona cavab verməmiş, ya da hər dəfə muxtəlif bəhanələr gətirərək onun pulunu yaxın vaxtda qaytaracaqlarını vəd etmişlər. Buna görə də 2013cü ilin sonlarından etibarən o, Azadi və Ayazdan onlara verdiyi pulları geri tələb etməyə başlamış, onlar yenə də muxtəlif bəhanələr gətirərək vaxt uzatmağa başlamışlar. Təxminən 2014-cü ilin yaz aylarında Azadi ona Türkiyə mobil nömrələrindən zəng edərək bizneslə bağlı Türkiyə Respublikasında olduğunu, oradakı işlərini qaydasına salıb ondan aldığı bütün pulları qaytaracağını bildirmiş, o isə məcburiyyət qarşısında qalaraq bir müddət gözləməli olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs2 da onunla telefon əlaqəsi saxlayaraq ona verdiyi pulların Azadidə olduğunu və pulun qaytarılması ilə bağlı özü də Azadi ilə danışdığını ona bildirmişdir. Həmçinin Ayaz o zaman mobil telefon vasitəsilə ona bağ evinin şəkillərini göndərərək həmin bağın Azadiyə məxsus olmasını, Azadinin həmin bağı satıb onun pulunu qaytarmağı qohumlarına tapşırdığını ona bildirmişdir. Təqsirləndirilən şəxs2 ona həmin bağ evinin harada olmasını bildirməmiş, lakin onun özü həmin fotoşəkillərdə olan bağ evinin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşdiyini öyrənmişdir. O zaman Azadi onunla telefon əlaqəsini kəsdiyinə görə o, həmin bağın yerini öyrənərək Azadini tapmaq üçün dəfələrlə həmin ünvana gedərək onu tapmağa çalışmışdır. Nəhayət 2015-ci ilin mart ayında o, həmin bağa gedib onun sahibini soruşduqda Azadini orada tapa bilmişdir. O zaman Azadinin dostu Ceyhun adlı şəxs, Azadinin oğlu Mansur və adını unutduğu bir qohumu da bağ evində olmuşlar. O, Azadini görən kimi həmin şəxslərin yanında ondan öz pullarını tələb etməyə başlamış, Azadi isə ona bir gün vaxt verməsini xahiş edərək, özünün vəzifəyə gedəcəyini və buna görə bağdan heç yerə gedə bilmədiyini bildirmişdir. Bunun səhərisi gün Azadi saat 16-17 radələrində ona zəng vuraraq qısa vaxt ərzində, yəni 2015-ci ilin aprel ayının 15-17 arası 170000 manat pulu ona verəcəyini, qalan məbləği isə may ayının 20-nə kimi qaytaracağını bildirmişdir. Lakin, həmin vaxt bitməsinə baxmayaraq Azadi və yaxud Ayaz ona heç bir məbləğdə pul verməmişlər. Buna görə də o, Azadidən onlara verdiyi pulları qəti şəkildə tələb etməyə başlamış və əks halda ondan şikayət edəcəyini bildirmişdir. Bundan sonrakı dövrdə Azadi ona verməli olduğu pulun əvəzinə ona Bakı şəhəri Binəqədi rayonunda yerləşən təxminən dəyəri 80000 manat dəyərində olan avtomobil ehtiyat hissələri dükanı, sonra isə Bakı şəhəri «Moskva Univermağı» ilə üzbəüz yeni tikilmiş binada təxminən dəyəri 115000 manat olan 135 kv. metrlik mənzil təklif etmiş, o isə onun həmin təklifləri ilə razılaşmayıb. Bundan başqa Azadi ona verməli olduğu pula görə «Duzlu göl» deyilən ərazidə daş hasara alınmış dəyəri təxminən 90000 manat olan 0,35 ha torpaq sahəsini də təklif etmiş, o isə artıq ona inanmadığına, həmin əmlaklarla bağlı problem ola biləcəyindən çəkindiyinə görə onun təkliflərini qəbul etməmiş və puluu verməsini tələb etmişdir. Daha sonra Azadi Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektindəki evinin sənədini gətirib ona vermişdir ki, həmin evi banka girov qoyub pul götürsün və bu yolla onun pulunu qaytarsın. Lakin, həmin evin girov qoyulması ilə bağlı sənədləşmə məsələlərində problem çıxdığına görə həmin məsələ alınmayıb. Daha sonra Azadi onu Binəqədi rayonunda «Baksol» yolunun yanında yerləşən tikinti materialları sexinə dəvət edərək həmin sexin ona məxsus olmasını bildirmiş və oradakı təxminən 153000 manat dəyərində olan xammal materialı 120000 manat dəyərində qəbul etməsini təklif etmişdir. O isə yenə də onun təklifini qəbul etməmiş və pullarını qaytarmasını tələb etmişdir. Bundan sonrakı dövrdə Azadi ona şəxsən 4000 manat pul qaytarmışdır. Daha sonra isə Azadi öz oğlu Mansurun vasitəsilə ona hissə-hissə olmaqla 3000, 2500 və 4000 manat pul göndərmişdir. Beləliklə, Azadi ona o zaman cəmi 13500 manat pul qaytarmışdır. Onu da bildirmək istəyir ki, sonradan ona məlum olmuşdur ki, Azadinin ona Binəqədi rayonu ərazisində göstərdiyi tikinti materialları sexi, həmçinin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən bağ evi də Azadiyə məxsus deyildir. Azadi onu aldatmaq üçün həmin əmlakların ona məxsus olmasını bildirmişdir. Daha sonra, yəni 2015-ci ilin noyabr ayında Azadi bu barədə heç nə bildirmədən Türkiyə Respublikasına qaçıb getmişdir. O, Ayazla və Azadinin qohumları ilə əlaqə saxlayaraq Azadinin onun pullarını qaytarmasını tələb etmiş, daha sonra Azadi özü Türkiyə Respublikasından dəfələrlə ona zəng edərək hər şeyin yaxşı olacağını və onun pullarını qaytaracağını vəd edərək onu aldatmaqda davam etmişdir. Azadi Azərbaycan Respublikasında olmadığına görə o, Azadinin evinə zəng edərək onun həyat yoldaşı Şahid10 pullarını qaytarmalarını tələb etmiş, X15 adlı dostu dəfələrlə onunla zəngləşərək onunla görüşüb söhbət etmiş və hər dəfə Azadiyə vaxt verməsini ondan xahiş etmişdir. Onu da bildirmək istəyir ki, Azadi Türkiyə Respublikasına çıxıb getdikdən sonrakı dövrdə Azadinin həyat yoldaşı Şahid10 ona 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 isə ona cəmi 6600 manat məbləğində pul göndərmişdir. Beləliklə, hal-hazırki vaxta qədər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyi pullardan ona cəmi 21100 manat pul qaytarmışlar. Odur ki, iş üzrə verdiyi mülki iddia tələbinin tam təmin olunaraq ona vurulmuş maddi ziyan olmaqla cəmi 350937 manat məbləğində pulun, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 manat pulun iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş edir. Bir daha bildirir ki, 2013-cü ilin yanvar-iyun aylarında onlara verdiyi pullara görə Ayaz və Azadi ona ümumilikdə 29100 AZN xeyir vermişlər. Onlara verdiyi pulun bir hissəsini ABŞ dolları ilə verdiyini nəzərə alaraq onun hesablamalarına görə həmin şəxslərin ona olan borcları 380000 AZN olmuşdur. Lakin, o öz pulunu qaytarmaqlarını tələb edəndən sonra ona cəmi 21000 manat qaytarıldığından, iş üzrə iddia ərizə ilə müraciət edərkən 350937 manat iddia tələbi yazmışdır. O, Təqsirləndirilən şəxs1 şəxsən cəmi 111000 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs2 pulu Azadiyə görə vermişdir, çünki Azadiyə qarşı inamı olmuşdur. Həmin dövrdə onun özünün istifadəsində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olmuşdur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la həmin telefon nömrələrindən istifadə etməklə əlaqə saxlamışdır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurulmuş maddi ziyanı aradan qaldırmadıqlarına görə onlara ciddi cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 1993-cü ildən 2009-cu ilə kimi Bakı şəhər Reyestr Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Təxminən 1993-cü ildə o, Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Belə ki, Azadi onunla birlikdə qeyd olunan idarədə işləmişdir. 2009-cü ildə Respublika Prezidentinin sərancamına əsasən həmin idarə Əmlak Komitəsinə birləşdirilmiş və əməkdaşlar işdən azad olunmuşlar. Onun Azadi ilə dost münasibətləri yaranmış və ailəlikçə bir- birilərinin evinə gedib gəlmişlər. Belə ki, ona və ailəsinə məxsus Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 47 A ünvanda yerləşən, 18 nömrəli 4 otaqlı mənzili olmuşdur. O zaman o, həmin mənzili ayda 800 manata kirayə verərək ailəsini dolandırmış və bu barədə Azadinin də məlumatı olmuşdur. Lakin, son nəticədə Təqsirləndirilən şəxs1 öz dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə onu aldaraq onun külli məbləğdə pulunu mənimsəmiş və hal-hazırki vaxta qədər ona vurulmuş maddi ziyan tam ödəməmişlər. İş üzrə digər Təqsirləndirilən şəxs2la isə o, təxminən 2008-ci ildə Azadinin vasitəsi ilə tanış olmuşdur. Belə ki, o zaman Təqsirləndirilən şəxs2 Azadinin Bakı şəhəri «Layf sentr» adlanan binada olan mənzilini təmiri ilə məşğul olmuş və orada işləyən ustalara nəzarət etmişdir. O zaman Azadi Ayazla onu tanış etmiş və Ayazı tərifləyərək ona öz böyük oğlu kimi münasibət bəslədiyini ona bildirmişdir. Təxminən 2012-ci ilin sentyabr ayında Azadi ona sement və digər tikinti materiallarının alqı-satqısı ilə məşğul olduğunu, həmin biznes işinin sərfəli olduğunu bilidirərək ona təklif etmişdir ki, həmin mənzilimi satsın və əldə olunmuş pulu ona versin ki, öz biznes fəaliyyətini genişləndirsin və əldə olunmuş qazancdan ona həmin mənzili kirayə verdiyi puldan qat-qat artıq qazanc versin. Həmin vaxt Azadi ondan öz biznes işi ilə bağlı 100000 ABŞ dolları pul istəmiş və həmçinin bildirmişdir ki, verdiyi pulu geri istəsə, deyilən vaxt pulunu qaytaracaqdır. O isə Azadiyə həmin təklifi barədə fikirləşərək cavab verəcəyini demişdir. Buna görə də o, Azadinin təklifini öz həyat yoldaşı ilə müzakirə etmiş, Azadini uzun müddət tanıdıqları və ailəvi dostluq etdiklərinə görə onun təklifini qəbul etmişdir. Bundan sonra, yəni 2012-ci ilin oktyabr ayında o, həmin mənzili satmaq qərarına gələrək orada yaşayan kirayeşinləri mənzildən çıxartmış və bundan bir müddət sonra isə həmin mənzilini 196000 ABŞ dollarına satmışdır. Sonra isə mənzili həmin qiymətə satdığı barədə Azadiyə bildirmişdir. Təxminən 2012-ci ilin dekabr ayının son günlərində Azadi ona zəng edərək onunla Bakı şəhəri Nərimanov parkında olan çayxanada görüşüb onunla söhbət etmişdir. Söhbət zamanı Azadi bir daha ona təklif etmişdir ki, satdığı evin pulundan ona 100000 ABŞ dolları pul versin, həmin pulu gördüyü biznes işinə yatırtsın. Həmçinin hər ay ona 6000 manat qazancdan pul verəcəyini, nə vaxt istəsə pulunu geri qaytaracağını bildirmişdir. O, Azadiyə tam inandığına görə onunla razılaşmış və bundan bir neçə gün sonra, yəni xx xxxxxx 2012-ci il tarixdə Azadi onun ünvan 8 ünvanda yerlşən yaşadığı mənzilə gəlmiş və o, öz həyat yoldaşı Fərqanənin və qızı Leylanın yanında 100000 ABŞ dolları pulu Azadiyə vermişdir. Bundan bir neçə gün sonra, yəni 2013-cü ilin yanvar ayının əvvələrində o, öz oğlunun yanında xarici ölkədə olarkən Azadi «Skayp» vasitəsilə onun oğlu Ənvərə zəng etmiş, sonra isə onunla danışaraq qurduğu iş üçün əlavə pul lazım olduğunu demiş və mənzilinin satışından qalan 96000 ABŞ dolları pulu da ona verməsini xahiş etmişdir. Həmçinin həmin ayın sonunda 6000 manat qazancı üstünə qoyaraq onun pulunu qaytaracağını bildirmişdir. Onun özü xarici ölkədə olduğum üçün Azadiyə demişdir ki, həmin pulu həyat yoldaşı Fərqanədən götürsün. Azadi isə ona bildirmişdir ki, həmin pulu Fərqanədən dostu Ayaz götürəcəkdir. Sonra o, öz həyat yoldaşı Fərqanəyə «Skayp» vasitəsilə zəng vuraraq Azadiyə yenə pul lazım olmasını demiş və evdə olan 96000 ABŞ dollarını Azadinin dostu Ayaza verməsini demişdir. Təxminən xx xxxxxx 2013-cü il tarixdə həyat yoldaşı Fərqanə ona zəng vuraraq Ayaz onlar gəlib evdən 96000 ABŞ dollarını götürdüyünü bildirmişdir. Təxminən 2013-cü ilin yanvar ayının sonlarında o, Bakı şəhərinə qayıtmış və təxminən 2013-cü ilin fevral ayının ortalarında Azadi ona zəng edərək ona söz verdiyi 6000 manat pulun hazır olmasını bildirmiş və həmin pulu ona necə çatdırmasını soruşmuşdur. Həmin vaxt o, öz işləri ilə bağlı rayonda olduğuna görə Azadiyə pulu evlərinə çatdırmasını demiş, sonuncu isə pulu Ayaz aparıb verəcəyini bildirmişdir. Bundan bir neçə saatdan sonra həyat yoldaşı Fərqanə ona zəng edərək Ayazın 6000 manat pulu gətirib çatdırdığını bildirmişdir. 2013-cü ilin fevral ayının sonlarında Azadinin həyat yoldaşı Mətanət onun həyat yoldaşı Fərqanə ilə birlikdə Məkkə şəhərinə «Ümrə» ziyarətinə getmiş, x xxxx 2013-cü il taricxdə isə ziyarətdən qayıtmışlar. Lakin, həmin ilin mart ayı başa çatandan sonra Azadi ona pul verməmiş, pulu sement verdiyi şəxslərdən ala bilmədiyini və buna görə də ona pul verə bilmədiyini bildirmişdir. x xxxxx 2013-cü il tarixdə onun özü Türkiyədə əməliyyat olunmuş, təxminən x xxxxx 2013-cü il tarixdə Azadi ona baş çəkmək üçün İstanbul şəhərinə gəlmişdir. Orada Azadidən biznes işlərinin nə yerdə olmasını soruşduqda Azadi yaxın vaxtda vəzifəyə gedəcəyini, sənədləri nazirin stolunun üstündə olduğunu və biznesə qoyduğu bütün pulları toplayaraq həmin vəziyə üçün sərf edəcəyini demişdir. Həmin söhbətdən o, Azadinin ondan öz pulunu və qazancı istəməməsinə işarə etdiyini başa düşmüşdür. Bir müddət keçəndən sonra o, Bakı şəhərinə qayıtmış və növbəti dəfə Azadi ilə görüşüb söhbət edərkən Azadi ona öz yaxın qohumlarının ona cadu etdiklərini və buna ona görə də işlərinin getmədiyini bildirmişdir. Bundan bir neçə gün sonra Azadi ilə yenidən görüşən zaman sonuncu ona öz sinif yoldaşı Nadirin onu «Seyid» ləqəbli bir falçı ilə tanış etdiyini və həmin falçının onun özünün maşınından və digər yerlərdən cadular tapdığını ona danışmışdır. Onu da bildirmək istəyir ki, həmin ərəfədə öz həyat yoldaşı Fərqanə tibbi əməliyyat olunmalı olmuş və sonucunun deməsindən o zaman ona məlum olmuşdur ki, əməliyyatdan qabaq Azadinin həyat yoldaşı Mətanət onun arvadı Fərqanəyə sonuncunun şəkilini falçı «Seyid»ə göstərdiyini və sonuncunun həmin qadına, yəni onun həyat yoldaşı Fərqanəyə və ailə üzvlərinə cadu edildiyini, əgər cadu çıxarılmasa həmin qadının əməliyyatdan sağ qalmayacağını bildirmişdir. Həyat yoldaşı isə bu sözlərdən qorxaraq Mətanətdən xahiş etmişdir ki, həmin «Seyid»i onların evinə gətirdib və caduları çıxartsın. Təxminən 2013-cü ilin aprel ayının son günlərində o, öz həyat yoldaşı Fərəqanə ilə evdə olarkən, Azadi, sonuncunun həyağ yoldaşı Mətanət, həmçinin Təqsirləndirilən şəxs2 və əvvəllər tanımadığı bir nəfər şəxslə onların evinə gəlmişlər. Azadi onu həmin şəxslə tanış edərək həmin şəxsin «Seyid» ləqəbli falçı olduğunu bildirmiş, həmin şəxs isə onların mənzilində əlində olan kitabı açdıqdan sonra cadunun çox olmasını, bir gün ərzində iki cadudan əlavə çıxara bilməyəcəyini onlara bildirmişdir. Sonra isə həmin «Seyid» adlı şəxs onların mənzilində qapının yanındakı şkafın üstündə cadu olmasını bildirmiş, Azadi Ayaza qalxıb şkafın üstündən cadunu götürməsini demiş, Ayaz şkafın üstündən bir ədəd kiçik bağlama götürərək onu həmin «Seyid»ə təqdim etmişdir. «Seyid» isə bağlamanı açaraq onun içindəki cadunu ləğv etdiyini bildirmidir. Bundan sonra «Seyid» başqa bir yerdə də cadu olmasını bildirmiş, buna görə də o, öz həyat yoldaşı Fərəqanə ilə öz maşınında, Azadi, Mətanət, Ayaz və «Seyid» isə Azadinin maşınında onun özünün köhnə iş yerinin yanına, yəni Bakı şəhəri «Montin bazarı»nın yaxınlığına getmişlər. Orada «Seyid» əlində olan kitabı açaraq orada olan bir ağacın dibini göstərərək həmin yeri qazmağı demiş, Ayaz həmin yeri qazaraq oradan kiçik bir bağlama çıxararaq «Seyid»ə vermiş, sonuncu isə həmin bağlamanı açaraq oradan onun şəklini çıxartmış və sonra cadunu ləğv edəcəyini onlara bildirmişdir. Bundan sonrakı dövrdə həmin «Seyid» ləqəbli şəxs mütəmadi ollaraq onların evinə gəlib-gedərək müxtəlif yerlərdən güya cadular çıxarmışdır. Bu yolla, Azadi və Ayazın tanışı olan həmin «Seyid» deyilən şəxs, yəni adının Cabir olduğunu sonradan bildiyi həmin şəxs güya ki, caduları təmizləmək adı ilə onu və ailə üzvülərini aldadaraq bu adla ondan hissə-hissə olmaqla təxminən 30000 manat pul almışdır. Bundan sonrakı dövrdə də Təqsirləndirilən şəxs1 güya ki, özü yüksək vəzifəyə gedəcəyi və onu da bir işə qoyacağı adı ilə onu və ailə üzvülərini aldadaraq ondan yenə pullar almışdır. Belə ki, təxminən 2013-cü ilin iyun ayının əvvəllərində o, öz ailə üzvüləri ilə birlikdə bağ evində olarkən, Azadi öz arvadı Mətanət, həmçinin Ayaz və onların dostu Nadir öz həyat yoldaşı ilə onlara qonaq gəlmişlər. Orada olan söhbət zamanı o, Azadidən biznes işinin nə yerdə olmasını soruşduqda, Azadi ona öz dostu Şahin adlı şəxsin işlə əlaqədar Qazaxıstana getdiyini və oradan qayıdandan sonra onun özünün yüksək vəzifəyə təyin olunacağını ona bildirmişdi. Daha sonra Azadi, Mətanət və Ayaz onlardan bir qədər kənara çəkilərək öz aralarında nəsə söhbət etmiş, sonra isə onların yanına qayıtmışlar. Bu vaxt Ayazın mobil telefonuna haradansa zəng gəlmiş və Ayaz hamıya sakit olmağı, «Yolçu» adlı baxıcının ona zəng etdiyini demişdir. Daha sonra həmin şəxs Ayaza nə deyirsə Ayaz həmin şəxsin sözlərini onlara təkrar söyləmişdir. Belə ki, Ayaz həmin şəxsin ona dediklərini, yəni «sağında oturan şəxs, sənin ən yaxın dostundur» və sonra isə Ayaz əlini Azadiyə tərəf uzadaraq həmin adamın sözlərini təkrarlayaraq «onun o qədər yüksək vəzifəsi olacaqdır ki, sizə də iş verəcək. Sənədlərin nazirin stolunun üstündədir, sən seçilmisən» sözlərini demiş, daha sonra isə Ayaz həmin şəxsin sözlərini təkrar edərək orada oturanların hamısına hərəsinə bir xoş söz demişdir. Həmin şəxslə telefonda danışıb qurtarandan sonra Ayaz onlara bildirmişdir ki, danışdığı şəxs «Yolçu» adlı mələkdir və Allah tərəfindən Azadinın hansısa yaxşı əməlinə görə ona yardım edilməsi üçün göndərilib. O zaman onun özü və həyat yoldaşı Fərqanə Ayazın dediklərinə tam inanmışlar. Bundan sonrakı dövrdə də Azadi, Mətanət və Ayaz mütəmadi olaraq onların evinə gəlib-getmiş və onların evində olan zaman Ayaz yenə də həmin «Yolçu» dediyi şəxslə telefonla danışaraq həmin şəxsin dediyi sözləri onlara çatdırmışdır. Növbəti dəfə onların evində Ayaz yenə həmin «Yolçu» ilə telefonla danışaraq güya ki, onun sözlərini onlara çatdıraraq onlara demişdir ki, Azadi vəzifəyə getməlidir və ona maddi yardım etmək lazımdır, həmçinin əlini ona tərəf uzadaraq maddi yardımın onun tərəfindən olunmasını demişdir. Beləliklə də, o zaman onun özü və həyat yoldaşı inanmışlar ki, həqiqətən də Azadi vəzifəyə gedəcək və sonra isə onu da bir işlə təmin edəcəkdir. O zaman, yəni 2013-cü ilin may-iyun aylarında onların evində olan söhbətlər zamanı Azadi özü yaxın vaxtda yüksək vəzifəyə gedəcəyini və bununla bağlı ona 200000 ABŞ dolları pul lazım olmasını demiş, o isə həmin məbləğdə pulu olmadığını ona bildirmişdim. Azadi isə hər dəfə ona müraciət edərək bununla bağlı ona borc pul tapmağını və işləri düzələndən sonra həmin pulu qaytaracağını bildirmişdir. Buna görə də o, bacanağı Rafaeldən 65000 ABŞ dolları borc pul almış və xx xxxx 2013-cü ildə öz evində Azadiyə və Ayaza Azadinin həyat yoldaşı Mətanətin yanında vermişdir. Daha sonra isə öz qudası Aydından 70000 ABŞ dolları borc pul alaraq 2013-cü ilin iyun ayının sonlarında Azadi, Mətanət və Ayaz onun evində olan zaman onlara vermişdir. Bundan təxminən bir ay sonra, yəni 2013-cü ilin avqust ayının əvvələrində yenə də Azadi, Mətanət və Ayaz onların evində olarkən Ayaza zəng gəlmiş və Ayaz «Yolçu» dedikləri şəxsin yenə ona zəng etdiyini demiş və həmin şəxsin sözlərini təkrar edərək «Yolçu»nun 100000 manat pulu Azadiyə verməyini təklif etdiyini, həmin pulu Azadiyə versə onun dolanışığının tam təmin olunacağını və hər ay güya ki, ona 7900 manat pul veriləcəyini demişdir. O, Ayazın həqiqətən də «Yolçu» dedikləri bir mələyin sözlərini ona dediyinə inanmış və buna görə də onlara bildirmişdir ki, Azadinin işləri düzəlməsi üçün əlindən gələni edəcəkdir. Buna görə də o, öz dostu Camala müraciət edərək x xxxxxx 2013-cü il tarixdə ondan 100000 manat borc pul götürmüş və elə həmin tarixdə öz evində Camalın yanında Azadiyə və Ayaza vermişdir. Ayaz isə ona özündə olan kitabçaya imza etdirmişdir ki, güya ki, ona ayda 7900 manat pul verəcəkdir. Bundan sonra, yəni təxminən 2013-cü ilin avqust ayının axırlarında yenə də Azadi, Mətanət və Ayaz onların evində olarkən, yenidən «Yolçu» adlandırdıqları şəxsdən Ayaza zəng gəlmiş və Ayaz həmin şəxslə telefonda danışaraq, «Yolçu»nu Azadinin vəzifə işi düzəlməsi üçün 100000 ABŞ dolları pul vermək lazım olduğunu ona demişdir. Buna görə də o, yenidən borc almaq üçün öz əmisi Nurəddinə müraciət edərək sonuncudan 100000 ABŞ dolları pul alaraq xx xxxxxx 2013-cü il tarixdə həmin məbləğdə pulu Azadiyə və Ayaza vermişdir. Bundan bir müddət sonra, yəni 2013cü ilin əvvəllərində Azadi, sonuncunun arvadı Mətanət və Ayaz növbəti dəfə onların evində olan zaman yenə də Ayaza «Yolçu» adlı şəxsdən zəng gəlmiş və Ayaz həmin şəxslə telefonda danışaraq, «Yolçu»nun onun öz torpaq sahəsini və maşınını satıb pulu Azadiyə verməyinin lazım olduğunu dediyini ona bildirmişdir. O, yenə də Ayazın dediklərinə inanaraq Masazır qəsəbəsində öz ailəsinə məxsus olan 0,16 ha torpaq sahəsini Ayazın vasitəsi ilə 64000 manata satmış və həmin pulu Ayaz torpağı alan adamdan notariat kontorunda özü götürmüşdür Daha sonra isə o, özünə məxsus «Toyota» markalı avtomaşını 33000 ABŞ dollarına sataraq həmin pulu da Azadinin sözü ilə Ayaza vermişdir. Daha sonra 2013-cü ilin oktyabr ayında yenə də Azadi, Mətanət və Ayaz onların evində olarkən, Mətanət ona «Yolçu» adlı mələyin onun qızı X6 ərə verməli olmasını, güya ki, onların kəbinlərinin göylərdə kəsildiyini dediyini ona söyləmişdir. Bundan bir neçə gün sonra, yəni xx xxxxxxx 2013-cü il tarixdə Azadi öz arvadı Mətanət, Ayaz öz atası və anası, Azadın dostu Ceyhun da öz arvadı Nərminə ilə, həmçinin Azadinin Mehdi və Eldar adlı qardaşları və Mehdinin həyat yoldaşı, Mətanətin bacısı və anası onların evinə elçiliyə gəlmişlər. O, deyilənlərə inanaraq öz qızı Leylanın hərisini vermişdir. Bundan bir neçə gün sonra Azadi öz arvadı Mətanət və Ayazla birlikdə yenidən onların evində olan zaman yenə də Ayaz «Yolçu» dedikləri şəxslə telefonda danışaraq sonuncunun sözlərindən onlara demişdir ki, «sübh namazı vaxtı mələklər qurban kəsmək üçün onun evində kamodun üstünə 300 manat pul qoyublar, Azadi çıxıb pulu götürsün, üç qurban alınıb kəsilsin, ikisi paylanılsın, biri isə ailənizdə qalsın». Bundan sonra Azadi kamodun üstünə çıxaraq orada olan vazanın içindən konvertin içərisində olan 1300 manat pulu götürüb onlara göstərmişdir. Onun özü və ailə üzvüləri heç vaxt ora pul qoymadıqlarına görə bu hal onları heyrətləndirmiş və onların həqiqətən «Yolçu» adlı mələyin sözlərinin onlara dediklərinə inanmışlar. Bundan bir neçə gün sonra Azadi ona demişdir ki, vəzifəyə getmək məsələsini həll etməsi üçün təcili olaraq qızı Leylanın mənzilini satıb pulu ona versin. O isə özündə olan bütün pulları və borca aldığı pulları da ona verdiyini bildirərək öz qızının evini satmayacağını Azadiyə bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra Azadi öz arvadı Mətanət və Ayaz ilə birlikdə onların evində olarkən yenə də Ayaza «Yolçu» adlı şəxsdən zəng gəlmiş və Ayaz həmin şəxslə danışandan sonra həmin şəxsin adından söyləmişdir ki, «Yolçu deyir ki, Ramil evi qızı üçün alıb və evi satmaq istəmir. Qoy Ramil evi satsın və pulu Azadiyə versin, üç aydan sonra həmin mənzil Ramilin özünə qayıdacaqdır və hər 15 gündən bir Ramilə 13333 manat pul veriləcək». O, yenə də Ayazın onlara «Yolçu» adlı mələyin sözlərini çatdırdığına inanmışdır. Buna görə də digər qızımın həyat yoldaşı Şahid4 vasitəsi ilə həmin mənzili 290000 ABŞ dollarına satmış və həmin pulu xx xxxxxxx 2013-cü ildə öz evində Azadiyə və Ayaza vermişdir. Onun öz qızı Leylanın mənzilini də satıb pulu Azadigilə veməyini biləndən sonra digər qızı Niqar və sonuncunun həyat yoldaşı Mahmud Azadi və Ayazdan şübhələnmiş və Nigar Ayazın arvadı Mətanətə Ayazın nə kimi işlərlə məşğul olmasını MTN-nin işçilərinin köməkliyi ilə yoxlatdırdığını demişdir. Mətanət Nigarın sözlərini həmin şəxslərə çatdırmış və bundan bir neçə gün sonra növbəti dəfə Azadi, Mətanət və Ayaz onların evində olan zaman yenə də Ayaza «Yolçu» deyiln şəxsdən zəng gəlmişdir. Ayaz həmin şəxslə telefonda danışdıqdan sonra onlara sonuncunun adından «Yolçu» deyir ki, onlar təcili olaraq Azərbaycanı tərk etməlidirlər və burada qalsalar onları təhlükə gözləyir» bildirmişdir. Onun özü yenə də Ayazın dediklərinə inanmışdır. Həmin söhbət zamanı Azadi Azərbaycandan birlikdə getməyi məsləhət görmüşdür. Bundan sonra Azadi öz ailəsinə, həmçinin ona və həyat yoldaşına biletlər almış və onlar birlikdə Antalya şəhərinə getmişlər. Sonradan ona məlum olmuşdur ki, o zaman onlar Antalyada olan zaman onun xəbəri olmadan Ayaz Nigara gizlin zəng vuraraq MTN-nə verdiyi ərizəsini geri götürməsini və əgər onu yoxlatdırsa, onun ərinə sadiq olmamağını deyəcəyini bildirmişdir. Nigar da bu barədə öz həyat yoldaşı Mahmuda danışıbmış. Belə ki, orada təxminən bir həftə qalıb onlar Antalyadan qayıtdıqdan sonra, yenidən Azadi, Mətanət və Ayaz onların evinə qonaq gəlmiş və bu zaman qızı Nigar həmin söhbəti açaraq Ayazın ona gizlin zəng vuraraq dediklərini hamının yanında bildirmiş və Ayazdan nə səbəbə ona şər atdığını soruşmuşdur. Ayaz isə Nigarın öz ərinə sadiq olmaması barədə olan sözləri ona «Yolçu» adlandırdığı şəxsin dediyini və həmçinin Nigarın ərinə sadiq olmaması barədə videogörüntü də nümayiş etdirə biləcəklərini demişdir. Qızı Nicar isə Ayazdan belə bir videogörüntü varsa onu hamının yanında göstərməsini tələb etmişdir. Həmin vaxt Ayaz bu söhbətdən yayınmağa başlamışdır. O, Ayaz və Azadinin artıq onun ailə üzvülərini şantaj etməyə başladıqlarını başa düşmüş və əsəbləşərək Ayazı Azadini sonuncunun arvadı Mətanət ilə birlikdə öz evindən qovub çıxartmış və həmçinin onlara verdiyi pulları geri qaytarmalarını tələb etmiş, əks təqdirdə polisə şikayət edəcəyini bildirmişdir. Həmin söhbətdən təxminən bir iki gün sonra Azadi ona zəng vuraraq xahiş etmişdir ki, polisə şikayət etməsin və pulları tezliklə qaytaracaqdır. Həmçinin Azadi bildirmişdir ki, ona pul borcları olmasını notariusda rəsmi qaydada təsdiq edə bilərlər. O, Azadinin təklifi ilə razılaşmış və xx xxxxxx 2013-cü il tarixdə öz dostu Şahid3 ilə birlikdə notariat kontoruna gedərək orada Azadi və Ayazla görüşmüşlər. Orada o, yenə onlardan pulunu vermələrini tələb etmişdir. Ayaz və Azadi isə həmin ilin dekabr ayının sonuna kimi ona olan bütün borclarını ödəyəcəklərini söz vermişlər və bununla bağlı onlarla onun arasında notariatda borc müqaviləsi bağlanmışdır. Belə ki, onunla borc müqavilələri bağlayaraq Ayaz ondan cəmi 732300 ABŞ dolları, Azadi isə 194000 ABŞ dolları pul aldıqlarını və həmin pulları ona qaytaracaqlarını təsdiq etmişlər. Onların söz verdikləri vaxt bitən zaman, yəni 2013-cü ilin dekabr ayında o, öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən dəfələrlə Azadiyə zəng vursa da, sonuncu onun zənglərinə cavab verməmiş və o, Azadini bir müddət tapa bilməmişdir. Ayaza dəfələrlə zəng vurandan sonra Ayaz bir dəfə onunla görüşərək ona cəmi 13333 manat pul vermişdir. Qalan pulları da qaytaracağını söz verərək onlardan polisə şikayət etməməyini xahiş etmişdir. Lakin, sonrakı dövrdə nə Azadi nə də ki, Ayaz ona hər-hansı məğbləğdə pul ödəməmiş və ondan qaçıb gizlənməyə başlamışlar. Buna görə də 2015-ci ilin mart ayında o, həmin şəxslərdən polisə şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Azadi və Ayaz şərikli bizneş işi qurub qazanc verəcəkləri adı ilə başqa adamları da aldadaraq onların da pullarını ələ keçirmişlər. Bununla bağlı 2016-cı ildə Təqsirləndirilən şəxs2 həbs olunmuş və sonra isə sonuncuya səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Həmçinin həmin məhkəmə hömünə əsasən onun mülki iddia tələbi də təmin olunaraq ona dəymiş maddi zərərin Təqsirləndirilən şəxs2 alınması qərara alınmışdır. Lakin, hal-hazırki vaxta qədər ona vurulmuş maddi ziyan ödənilməmişdir. Buna görə də iş üzrə irəli sürdüyü mülki idda tələbinin tam təmin edilərək ona vurulmuş maddi ziyan olmaqla cəmi 755498 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manat pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş edir. Yuxarıda qeyd etdiyi kimi, Azadi sement və tikinti materiallarının alveri ilə məşğul olmağı ilə əlaqədar hər ay qazancdan ona 6000 manat pul verəcəyini o zaman vəd etdiyinə görə o, xx xxxxxx 2012-ci il tarixdə öz evində Azadiyə 100000 ABŞ dolları pul vermişdir. xx xxxxxx 2013-cü il tarixdə isə həyat yoldaşı Fərqanə öz evlərində Ayaza 96000 ABŞ dolları pul vermişdir. Daha sonra yenə də iş görüb qazanc əldə etmək üçün xx xxxxxx 2013-cü ildə Azadiyə və Ayaza 100000 manat pulu öz evində vermişdir. Azadinin yüksək vəzifəyə təyin olunması və gələcəkdə onu da işlə təmin etməsi üçün isə 2013-cü ilin iyun-sentyabr ayları ərzində hissə-hissə olmaqla o, cəmi 558000 ABŞ dolları pulu öz evində Azadiyə və Ayaza vermişdir. Onun özünün və həyat yoldaşının dini savadsızlıqlarından istifadə edrək Azadi və Ayaz «Yolçu» dedikləri şəxsin köməkliyi ilə onların pullarını ələ keçirmişlər. Ayaz «Yolçu» dedikləri şəxslə onların yanında dəfələrlə telefonda danışıb və onlar da həmin şəxsin dediklərinə inanıb onlara pul vermişlər. Lakin, həmin «Yolçu» adlı şəxs kənarda qalmış və məsuliyyətə cəlb olunmamışdır. Təqsirləndirilən şəxs1 qaçıb Türkiyədə gizləndiyinə görə sonuncu barəsində onun özü şəxsən İnterpola şikayət etmişdir və yalnız bundan sonra Azadini tapıb Azərəbaycana gətirmişlər. «Yolçu» adı ilə deyilən şəxsi onun özü tanımır və onunla heç bir telefon söhbəti olmayıb. Azadiyə biznes üçün verdiyi pulllara görə dəqiq müddət danışmamışlar. Belə ki, Azadi onu öz işinə şərik etdiyini və verdiyi pulları guya sement biznesinə yatırdığını və onun daimi olaraq gəlir əldə edəcəyini demişdir. Əvvəlki vaxtda biznes işi ilə bağlı Azadi ona hər ay 6000 manat pul verəcəyini demiş, sonradan biznes işi üçün 100000 manat pul verdikdən sonra isə Azadi hər ay ona gəlir kimi 7900 manat pul verəcəklərini bildirmişdir. Lakin, 2013-cü ilin fevral ayında Azadi Ayazın vasitəsi ilə bir dəfə 6000 manat pul verdikdən sonra həmin şəxslər ona gəlir adı ilə heç bir məbləğdə pul ödəməmişlər. Azadiyə verdiyi pullara görə heç kəs onun özünə 120000 ABŞ dolları məbləğində pul qaytarmamış və verdiyi pulların əvəzində ona torpaq sahəsi verilməmişdir. Yuxarıda qeyd etdiyi kimi Təqsirləndirilən şəxs1 ona qızı Leylanın evini satıb pulu ona verməsini xahiş etsə də, əvvəlcə o buna razılıq verməmişdir. Lakin, Ayaz həmin şəxslə telefonda danışıb güya ki, «Yolçu» adlı mələyin bunu məsləhət gördüyünü dedikdən sonra, o, o zaman onun sözlərinə inanaraq buna razlıq vermiş və kürəkəni Şahid4 vasitəsi ilə qızı Leylanın mənzilini 290000 ABŞ dollarına sataraq həmin pulu Azadiyə Ayazın iştirakı ilə vermişdir. Həmin puldan onun özü hər-hansı məbləğdə pulu özünə götürməmişdir. O zaman onunla öz kürəkəni Şahid4 arasında borc məsələləri olmuşdur, lakin həmin mənzili satandan sonra kürəkəni Samir həmin 290000 ABŞ dolları pulu ona çatdırmış, o isə həmin pulu Azadiyə vəzifəyə getməsi üçün vermişdir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurduqları maddi ziyanı ödəmədiklərinə görə onlara ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. Həmin Seyid adlı şəxsi Azadi və Ayaz onun evinə o zaman cadu təmizləmək adı ilə gətirmişlər. Azadinin həyat yoldaşı Mətanət onun həyat yoldaşına Seyid adlı şəxsin onun xəstə olduğunu bildirdiyini demiş və onun həyat yoldaşını bununla qorxutmuşdur. Həmin «Seyid» adlı şəxsə o, 30000 manat pul vermişdir ki, güya ki, həmin şəxs onun ailəsinə qarşı olan caduları təmizləyəcəkdir. Belə hesab edir ki, həmin «Seyid» adlı şəxs də Azadi və Ayazla əlbir olub onu aldadıblar. Onun özünün «Yolçu» adlı şəxsin kim olması barədə məlumatı yoxdur. Lakin, belə hesab edir ki, həmin şəxs də Azadi və Ayazla əlbir olub onu aldadıblar. Həmin «Seyid» və «Yolçu» adlı şəxslərin və həmçinin Təqsirləndirilən şəxs1 həyat yoldaşı Şahid10 barəsində istintaq orqanı tərəfindən cinayət barəsində cinayət işinin başlanması rədd olunduğu ona məlumdur. Lakin, qərardan şikayət etməmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmamışdır. Onun əsas tələbi ondan ibarətdir ki, həmin şəxslər onu vurduqları maddi zayanı ödəsinlər. Lakin, həmin şəxslər uzun müddət ərzində onun aldadaraq onun pulunu qaytarmamışlar. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunauyğun olaraq ciddi cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərmişdir ki, öz ailə üzv ləri ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində yaşayır. Onun özü Qarabağ müharibəsi veteranı olmaqla ikinci qrup əlildir. Qarabağ müharibəsindən qayıtdıqdan sonra yaşadığı Abşeron rayonunda kiçik sahibkarlıqla məşğul olmuşdur. İş üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 2012-ci ildən tanıyır və onunla dostluq etmişlər. Belə ki, Ayaz o zaman onun yaşadığı küçədə ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Onun özü isə həmin küçədə kiçik ərzaq dükanı işlətmişdir. Ayaz onun işlətdiyi dükana mütəmadi olaraq gəlib-getmiş və bir qonşu kimi yaxın münasibtləri yaranmışdır. Ayazın maddi çətinliyi olanda əvvəllər ona borca pul da vermişdir. İş üzrə digər Təqsirləndirilən şəxs1lə isə sonradan Ayazın vasitəsi ilə tanış olmuşdur. Həmin şəxslərə qarşı heç bir qərəzli münasibəti yoxdur. Hadisə ilə bağlı bildirmək istəyir ki, təxminən 2013-cü ilin əvvəllərində Ayaz ona zəng edərək onunla görüşüb söhbət etmək istədiyini bildirmiş və onunla Xırdalan şəhərində görüşüb söhbət edən zaman Ayaz öz yaxın dostu olan Azadi adlı şəxslə birlikdə tikinti materiallarının alqısatqısı ilə bağlı biznes işi qurduqlarını bildirmişdir. Həmçinin Ayaz yaxın bir adam kimi ona onların biznes işinə pul qoymasını təklif etmiş və ona da qazanc verəcəklərini bildirmişdir. O, Ayaza inandığı və ona etibar etdiyinə görə onun təklifini qəbul etmişdir. Həmin söhbətdən bir neçə gün sonra, təxminən 2013-cü ilin əvvələrində Ayaza biznes fəaliyyəti üçün 3000 manat pulu o, «Xırdalan» dairəsi adlanan yerdə ikilikdə ona vermişdir. Bunun qarşılığında Ayaz ona ayda 350 manat qazanc verəcəyini bildirmişdir. Bundan sonrakı dövrdə vəd etdiyi qazancı, yəni 350 manat pulu Ayaz ona təxminən 7-8 ay ərzində vermişdir. Bundan sonra Ayaz ona sərmayəni artırmağı təklif etmiş və böyük qazanc əldə etmək üçün çoxlu maya lazım olduğunu ona bildirmişdir. Ayaza tam inamı olduğuna görə o, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən həyət evini 50000 ABŞ dollara sataraq 2014-cü ilin yanvar ayının əvvəllərində həmin pulu, yəni 50000 ABŞ dolları pulu Ayaza «Xgrdalan» dairəsində ikilikdə vermişdir. Bundan təxminən iki həftə sonrao, Ayazla görüşüb Bakı şəhəri «Nərimanov parkın»da çay içərkən Ayaza zəng gəlmiş və Ayaz ona «müəllim»in, yəni Azadinin Türkiyədən zəng vurduğunu ona bildirmişdir. Onun yanında o zaman Ayaz Azadi ilə telefonda zox səmimi, söhbət etmiş və Ayaz öz biznes işlərinin öz qaydası ilə getdiyini telefonda Azadiyə bildirmişdir. Həmin söhbətdən təxminən 10-15 dəqiqə sonra Ayaza yenidən zəng gəlmiş və onların söhbətindən o, Azadinin Ayazdan onun evinə gedib 20000 ABŞ dolları pul götürməsini və həmin pulu onun bank kartına vurmasını xahiş etdiyini bilmişdir. Bundan bir neçə dəqiqə sonra Azadidən Ayazın telefonuna təkrar zəng gəlmiş və onların telefon söhbətindən o, Azadinin öz seyfinin açarını özü ilə təsadüfən Türkiyəyə apardığını dediyini və buna görə də Ayazdan başqa yerdən pul tapıb ona göndərməsini xahiş etdiyini bilmişdir. Həmin telefon söhbətindən sonra Ayaz onun yanındaonun özü tanımadığı bir neçə şəxsə zəng vuraraq ona 20000 ABŞ dolları pul lazım olduğunu demiş, lakin heç bir məbləğdə pul tapa bilməmişdir. Həmin telefon söhbətlərindən sonra Ayaz ona «Azadi müəllim»ə təcili olaraq 20000 ABŞ dolları pul lazım olduğunu və bu işdə onlara köməklik etməsini ondan xahiş etmişdir. X16 yaxın vaxtda yüksək vəzifə sahibi olacağını, onun ya deputat seçiləcəyi, ya da Hesablama Palatasına yüksək vəzifəyə təyin olunacağını ona bildirmişdir. O, Ayaza inandığı, həmçinin Azadi adlı şəxsin ciddi bir adam olduğunu zənn edərək, Ayazın xahişini rədd etməmiş və yaxın vaxtda həmin məsələdə köməklik edcəyini Ayaza bildirmişdir. Bundan bir neçə gün sonra o, öz dostu İlqara zəng vuraraq ona 20000 ABŞ dolları pul lazım olduğunu və həmin pulu bir aya qaytaracağını bildirmişdir. Dostu İlqar həmin məbləği ona çatdırmış və o, həmin pulu 2014-cü ilin yanvar ayının sonlarında «20 Yanvar» dairəsində ikilikdə Ayaza vermişdir. Bundan bir neçə gün sonra Ayaz ona zəng vuraraq işlərinin qaydasında getmədiyini və müştəriləri itirməmək üçün ona əlavə olaraq 30000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Buna görə də o, Mingəçevir şəhərində yaşayan qaynı Əkbərə zəng vuraraq sonuncudan 30000 ABŞ dolları borc pul istəmişdir. Əkbər həmin məbləğdə pulu ona göndərmiş, o isə həmin pulu təxminən 2014-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri «Nərimanov parkında» əlbəəl Ayaza vermişdir. Onu da bildirmək istəyir ki, artıq həmin dövrdə biznes işlərinin yubandığını bildirərək Ayaz ona verdiyi pullara görə ona heç bir qazanc verməmiş, yaxın vaxtda işlərini qaydasına salacağını və ondan götürdüyü pulları qazancla birlikdə ona qaytaracağını hər dəfə vəd etmişdir. Təxminən 2014-cü ilin sonu-2015-ci ilin əvvəllərin Ayaza ona zəng vuraraq Azadinin Türkiyədən Bakı şəhərinə gəldiyini və sonuncunun onunla görüşüb tanış olmaq istədiyini demiş və onu Masazır qəsəbəsində yerləşən «Luqana» adlanan restorana dəvət etmişdir. O, həmin restorana gedərək orada Ayazın iştirakı ilə Azadi ilə görüşüb tanış olmuşdur. Görüş əsnasında Azadi Ayazı tərifləyrək Ayazın onun mənəvi oğlu olduğunu ona bildirmişdir. Onlara verdiyi pullarla bağlı söhbət edən zaman isə Azadi ona yaxın günlərdə alacaqları olduğunu və həmin pulu alan kimi onun qazancını verəcəklərini bildirmişdir. Həmin görüş zamanı Ayaz Azadinin yaxın vaxtda yüksək vəifəyə təyin olunacağını bir daha demiş və Azadi özü də biznes işləri ilə bağlı hər şeyin öz qaydasında olacağını ona bildirmişdir. Həmin görüşdən təxminən 15-20 gün sonra Ayaz biznesdən gələn qazanc olduğunu bildirərək ona 2800 manat pul göndərmiş, lakin bundan sonrakı bir neçə ay ərzində Ayaz müxtəlif bəhanələr gətirərək ona heç bir qazanc verməmişdir. Buna görə də o, Ayazdan verdiyi pullara görə qazancı verməsini tələb etmiş və həmçinin demişdir ki, əgər qazancını verə bilmirsə verdiyi pullarını geri qaytarsın. Ayaz isə işlərin qaydasına düşəcəyini bildirərək bir qədər gözlməsini ondan xahiş etmişdir. Həmin dövrdə Azadi dəfələrlə Türkiyədən +**********146 mobil telefon nömrəsindən onun özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək narahat olmamasını, bütün pullarını qazancı ilə birlikdə qaytaracaqlarını ona bildirmişdir. Bununla bağlı Ayaz ilə söhbt edən zaman sonuncu ona Azərbaycanda tikinti işləri zəiflədiyindən Azadinin həmin biznesi Türkiyənin İstanbul şəhərində davam etdirdiyini bildirmiş, həmçinin Azadinin orada üç ədəd 16 mərtəbəli bina inşa etdirdiyini demişdir. Bundan bir müddət sonra, yəni 2015-ci ilin aprel ayının əvvəllərində Ayaz ona zəng vuraraq Azadinin Türkiyədən ona zəng edərək Türkiyədə tikdirdiyi binaların üstünün bağlanması və satışa çıxarılması üçün əlavə olaraq 70000 ABŞ dolları pul lazım olduğunu ona bildirmişdir. Bununla bağlı Ayaz ona dəfələrlə zəng edib yalvar-yaxar edərək həmin 70000 ABŞ dolları pulu tapıb onlara verməsini xahiş etmiş və onlara verdiyi bütün pulunu onların, yəni Azadi ilə Ayazın 2015-ci ilin may ayının ortalarında qaytaracaqlarını bildirmişdir. O, əlacsız qalaraq onlara verdiyi pulların batmaması üçün Ayazın təklifi ilə razılaşmışdır. Buna görə də o, 2015-ci ilin aprel ayının sonunda əvvəlcə 40000 ABŞ dorlları pulu, 2014-cü il may ayının əvvəlində isə əlavə olaraq 30000 ABŞ dolları pulu «Xırdalan» dairəsində görüşüb Ayaza ikilikdə vermişdir. Bundan təxminən bir həftə sonra Azadi özü ona zəng vuraraq Bakı şəhərində olduğunu bildirmiş və Bərdə şəhərinə birlikdə getməyi ondan xahiş etmişdir. O, bunun səbəbini soruşduqda Azadi yolda ona hər şeyi izah edəcəyini demişdir. Buna görə də o, Azadi ilə görüşərək onunla birlikdə Bərdə şəhərinə getmişlər. Yolda söhbət edən zaman Azadi ona Bərdə şəhərinə deputat göndəriləcəyini və buna görə də bəzi işlərini görmək üçün ora getdiyini bildirmişdir. Aralarında olan söhbət zamanı Azadi ondan götürdükləri pulları qazancı ilə birlikdə 2015-ci ilin iyun ayının ortalarına kimi özü ödəyəcəyini bildirmişdir. Onlar Bərdə şəhərinə gedib qayıtdıqdan bir neçə gün sonra o, Azadinin xahişi ilə onunla keçmiş «Ulduz» metrostansiyasının yanında görüşmüş, oradan isə Azadiyə məxsus Şüvəlan qəsəbəsində yerləşən bağ evinə getmişlər. Orada söhbət edən zaman Azadi yenə ona onun Bərdə şəhərinə deputat göndəriləcəyini, artıq bu məsələnin həll olunduğunu bildirmişdir. Azadi həmçinin bu işi ilə bağlı yetimlər evinə 25000 ABŞ dolları kömək etmək üçün ona pul lazım olduğunu demiş və həmin məbləğdə pulu ona verməsini ondan xahiş edərək 2015ci il iyun ayının 15-də ona 200000 ABŞ dolları pul verəcəyini və ona olan bütün borcu bağlayacağını bildirmişdir. O isə hər-hansı məbləğdə pulu olmadığını və bütün pullarını Ayaza verdiyni bildirmişdir. Bundan sonrakı dövrdə Azadi onunla əlaqə saxlamayıb. Sonradan ona məlum olmuşdur ki, Ayaz və Azadi başqa adamları da aldadaraq onların da pullarını ələ keçiriblər və Azadi qaçıb Türkiyəyə getmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, Şüvəlan qəsəbəsindəki bağ evi Azadiyə məxsus deyil və həmin evi kirayə olaraq götürübmüş. Beləliklə, Təqsirləndirilən şəxs2 öz tanışı Təqsirləndirilən şəxs1lə birlikdə şərikli biznes işi qurmaq adı ilə onu aldadaraq 2014-cü ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan vaxt ərzində hissəhissə olmaqla onun cəmi 170000 ABŞ dolları pulunu ələ keçiriblər. Onu da bildirmək istəyir ki, Azadi 2015-ci ildə Azərbaycan Respublikasını tərk edib Türkiyə Respublikasına qaçıb getdikdən sonrakı dövrdə o, Ayazdan yenə pulunu geri tələb etdikdə, Azadi və Ayazın Ceyhun adlı dostu onunla dəfələrlə əlaqə saxlayaraq ondan şikayət etməməsini xahiş etmiş və Azadinin bütün pulları geri qaytaracağını vəd etmişlər. Həmçinin Azadi özü də Türkiyədən ona zəng vuraraq bir qədər vaxt verməysini xahiş etmiş və onun pullarını qaytaracağını vəd etmişdir. Onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxs2 ona cəmi 170000 ABŞ dolları borcları olduqları və həmin pulu 2016-cı ilin yanvar ayının sonuna kimi qaytaracağı bardə ona yazılı qəbz yazıb təqdim etmişdir və o, həmin qəbzi istintaqa təqdim etmişdir. Son nəticədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona hər-hansı məbləğdə pul ödəməmişlər. Odur ki, iş üzrə irəli sürdüyü mülki iddia tələbinin tam təmin olunaraq ona vurulmuş maddi ziyan olmaqla o zamankı məzənnə ilə cəmi 152092 manat məbləğində pulun və həmçinin dövllət rüsumu kimi ödədiyi otuz manat pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş edir. Aralarında olan söhbətlər zamanı Azadi ona onun özünə avtomobil, oğluna isə ev verəcəyini vəd etmişdir. Verdiyi cəmi 170000 ABŞ dolları pulu o, hissə-hisə Təqsirləndirilən şəxs2 vermişdir və Ayaz həmin pulu Azadi ilə şərikli biznes işinə xərclədiklərini dəfələrlə ona bildirmişdir. Azadi ilə görüşüb söhbət edən zaman o, Azadiyə onların biznes işinə cəmi 170000 ABŞ dolları pulu sərmaye kimi qoyduğunu dəfələrlə bildirmiş, Azadi isə bunu təsdiq edərək qoyduğu pulun əvəzinə qazancla birlikdə ona cəmi 200000 ABŞ dolları pul ödəyəcəyini bildirmişdir. Lakin, ona hər-hansı məbləğdə pul ödəməmişdir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurulmuş maddi ziyanı aradan qaldırmadıqlarına görə onlara qanunauyğun olaraq cəza təyin olunmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 öz ifadəsində götərmişdir ki, o, Qarabağ müharibəsi veteranı və İİ qrup Qarabağ əlilildir. Qarabağ müharibəsindən qayıtdıqdan sonra Bərdə şəhərində yaşamış və kiçik sahibkarlıqla məşğul olmuşdur. 2008-ci ildə öz ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və 2010-cu ildən etibarən öz ailə üzvüləri ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində yaşayır. İş üzrə digər Zərərçəkmiş şəxs2 onun yeznəsidir və Təqsirləndirilən şəxs2la Firuzun vasitəsilə tanış olmuşdur. Belə ki, Ayaz Masazır qəsəbəsində Firuzun yaşadığı küçədə öz ailəsi ilə birlikdə kirayə evdə yaşamış və aradabir onu Firuzun işlətdiyi ərzaq dükanına gəlib-gedəndə görmüşdür. Təxminən 2015-ci ilin yay aylarında Firuzun deməsindən ona məlum olmuşdur ki, Firuz Ayazla şərikli olaraq tikinti materiallarının alqı-satqısı ilə məşğul olurlar. 2015-ci ilin sentyabr ayının əvvəllərində o, Firuzun ərzaq dükanında olarkən Ayaz da həmin dükana gəlmişdir. Orada aralarında olan söhbət edən zaman Ayaz bildirmişdir ki, öz biznes işi ilə bağlı ona 55000 manat pul lazımdır ki, işlərini yoluna qoya bilsin. Həmçinin ona demişdir ki, əgər biznes işinə görə ona 55000 manatı pul versə, 20 gün müddətinə həm borcunu qaytaracaq, həm də üstündə ona 5000 manat qazanc pul verəcəkdir. Həmçinin Ayaz ona demişdir ki, tam əminlik yaranması üçün öz anası X3 adına olan evin sənədlərini gətirib ona verəcəkdir.Həmçinin ona demişdir ki, onun pulunu qaytaran zaman evin sənədlrini ondan geri götürəckədir. Ayaz onun yeznəsi Firuz ilə dostluq etdikləri və həmin işə Firuz da pul qoyduğuna görə o, Ayazın həmin təklifi ilə razılaşmışdır. Bundan bir müddət sonra, yəni xx xxxxxxxx 2015-ci il tarixdə o, Ayazla birlikdə Bakı şəhəri 20 saylı notariat kontoruna getmiş və orada o, Ayaza 55000 manat pul vermiş və pulun verilməsini həmin notarit kontorunda rəsmiləşdirmişlər. Belə ki, həmin gün, yəni xx xxxxxxxx 2015-ci il tarixdə aralrında «Borcun etirafı haqqında müqavilə» bağlanmış və həmin müqaviləni imzladıqdan sonra o, 55000 manat pulu Ayaza vermişdir. Ayaz isə öz anası X3 adına Abşeron rayonu Masazır qəsbəsində olan şəxsi həyət evinin sənədlərinin əsillərini ona vermişdir. Lakin, Ayazın vəd etdiyi vaxt, yəni 20 gün keçəndən sonra Ayazdan bir xəbər çıxmamışdır. Buna görə də o, Ayaza zəng vuraraq ona verdiyi 55000 manat pulunu geri qaytarmasını xahiş etmişdir. Ayaz isə biznes işində çətinlik yarandığını, lakin onun pulunu qaytarmaq üçün «Unibank»dan kredit götürəcəyini bildirmişdir. Həmçinin kredit götürməsi üçün öz anasının adına olan evin sənədlərinin əsillərinin ona lazım olduğunu, yəni sənədlərin banka evi girov kimi qoyub kredit götürə bilməsi üçün lazım olduğunu bildirmişdir. Həmin dövrdə o, Ayaza inandığına görə sonuncunun anasının adına olan evin sənədlərinin əsillərini Ayaza vermişdir. Bundan bir neçə gün sonra Ayaz ona zəng edərək evin sənədlərinin əsillərini gətirib ona vermək istədiyini bildirmişdir. Buna görə də o, Ayazla «Xırdalan» dairəsində görüşmüş və Ayaz evin sənədlərini ona vermişdir. Lakin, evə gəlib həmin sənədlərə diqqətlə baxdıqda o, həmin sənədlərin əsl deyil, onların surətləri olduğunu görmüşdür. Buna görə də o, Ayazın mobil telefonuna bir neçə dəfə zəng vurmuş, lakin Ayaz onun zənglərinə cavab verməmişdir. Bundan bir neçə gün sonra o, Ayazı axtarıb tapmış və ondan nə səbəbə görə evin sənədlərin əsillərini ona vermədiyini soruşmuşdur. Ayaz isə cavabında evin sənədlərinin əsli başqa bankda olmasını ona bildirmişdir. Həmçinin Ayaz onun pulunu tezliklə qaytaracağını, ondan götürdüyü pulu şərikli biznes işlərinin böyüyü olan «Azadi müəllim» adlandırdığı şəxsə verdiyini bildirmiş, o isə Ayaza həmin adamı tanımadığını və pulnu qaytarmasını ondan tələb etmişdir. Bundan sonrakı dövrdə Ayazın anası ona həminn 55000 manat puldan 2400 manat, 800 manat pul isə Ayaz özü ona qaytarmışdır. O zaman ona məlum olmuşdur ki, Ayaz və Azadi onun yeznəsi Firuzu aldadaraq onun cəmi 170000 ABŞ dolları pulunu lə keçirmişlər. Onu da bildirmək istəyir ki, o, Ayazdan pulu tələb edəndən bir müddət sonra Azadi özü onun istifadəsində olan ***- ***-**-** mobil telefonuna zəng edərək Ayazın onun mənəvi oğlu olduğunu Ayazın problemini həll edəcəyini bildirmişdir. Lakin, sonrakı dövrdə Azadi və yaxud Ayaz ona hər-hansı məbləğdə pul ödəməyiblər. Sonradan ona məlum olmuşdur ki, Ayazla və Azadi şərikli biznes işi qurmaq adı ilə başqa adamları da aldadaraq onların da pulunu lə keçirmiş və başqa adamları da aldatdığına görə Təqsirləndirilən şəxs2 həbs edilmişdir. Azadi isə 2015-ci ildə Azərbaycan Respublikasını tərk edib Türkiyə Respublikasına qaçmışdır. Onu da bildirmək istəyir ki, öz pulunu tələb etdiyi dövrdə Azadi ilə Ayazın Ceyhun adlı dostu onunla telefon əlaqəsi saxlayaraq və həmçinin onunla görüşərək şikayət etməməsini xahiş etmiş və Azadinin tezliklə Bakı şəhərinə qayıdacağını onun və Firuzun da pullarını geri qaytaracağını bildirmişlər. Lakin, son nəticədə onun pulunu qaytarmayıblar. Buna görə də iş üzrə irəli sürdüyü mülki idda tələbinin tam təmin edilərək ona vurulmuş maddi ziyan olmaqla cəmi 55000 manat məbləğində pulun, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 manat pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş edir. Zərərçəkmiş şəxs2 demsindən ona məlum olmuşdur ki, Firuz hissə-hissə olmaqla cəmi 170000 ABŞ dolları pulu Ayaza vermişdir və sonuncu onun da pulu qaytarılmayıb. Onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxs2la onun arasında notariat qaydasında bağlanmış borc müqaviləsinin surətini və həmçinin Ayazın öz anasının adına olan evin sənədlərinin surətlərini o, istintaqa təqdim etmişdir.Onun özünə ümumilikdə 55000 manat mbləğində ziyan dəyib və həmin zərərlə bağlı ona cəmi 3200 manat pul qaytarılmışdır. Baş vermiş həmin hadisədən sonra onun özünün «Kapital Bank»a borcum yaranmışdır və ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurulmuş maddi ziyanı ödəmədiklərinə görə onlara qanunauyğun cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiєdir ki, iş üzrə Zərərçəkmiş şəxs1 onun qardaşı oğludur. İş üzrə Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs1 yaxın dostlarından biri kimi tanıyır və aralarında heç bir ədavət yoxdur. Digər Təqsirləndirilən şəxs2la isə heç bir münasibəti və tanışlığı olmayıb. Hadisə ilə bağlı bildirmək istəyir ki, təxminən 2013-cü ilin yay aylarında qardaşı oğlu Ramil ona müraciət edərək dostu Təqsirləndirilən şəxs1 yüksək vəzifəyə təyin olunacağını və öz işlərini həll etməsi üçün Azadiyə 100000 ABŞ dolları borca pul vemək lazım olduğunu demişdir. Həmçinin Ramil özündə olan pulların hamısını biznes işi ilə bağlı Azadiyə verdiyini bildirmişdir. Bir dost kimi Azadiyə köməklik etməsi üçün Ramil onadan xahiş etmişdir ki, ona 100000 ABŞ dolları borc pul versin ki, Azadiyə versin. Həmin ərəfədə onun özünün Bakı şəhəri Heydər Əliyev prospekti 106 ünvanda yerləşən müəssisəsi olmuş və həmin müəssisənin torpaq sahəsini satmışdır. Bu barədə Ramilin məlumatı olmuş və sonuncu yaxın vaxta ondan aldığı pulu qaytaracağını bilirmişdir. Ramil onun qardaşı oğlu olduğu və həmçinin Azadini onun yaxın dostlarından biri kimi tanıdığı üçün o, Ramilə 100000 ABŞ dolları borc pul vermiş, Ramil isə həmin pulu təxminən 5-6 ay ərzində ona qaytaracağını bildirmişdir. Bundan sonrakı dövrdə Ramillə görüşüb söhbət edən zaman Ramil dostu Azadinin vəzifəyə getmək məsələsinin bir qədər yubandığını və bununla bağlı ona əlavə pullar da verdiyini ona bildirmişdir. Lakin, 2013-cü ilin sonlarında o, Ramildən məsələnin nə yerdə olduğunu soruşduqla, Ramil Azadi ilə münasibətlərinin pozulduğunu və Azadinin onu aldadaraq küllü miqdarda pulunu aldığını və ona verdiyi pulları qaytarmadığını bildirmişdir. Buna görə də Ramilə bununla bağlı polisə şikayət etməsini məsləhət görmüşdür. Sonradan Ramilin deməsindən ona məlum olmuşdur ki, Azadi istintaqdan qaçıb gizlənərək Türkiyə Respublikasına getmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 Ramili şərikli biznes işi qurmaq və özünün yüksək vəzifəyə təyin olunacağı adı ilə aldadaraq onun külli məbləğdə pulunu və o cümlədən onun özünün Ramilə borc kimi verdiyi 100000 ABŞ dolları pulunu da lə keçirmişdir. Onun özü təqaüdçüdir. Təqsirləndirilən şəxs1 Ramilin xeyir-şər mərasimlərindən Ramilin yaxın dostlarından biri kimi tanımışdır. Onda olan məlumata görə Azadi Ramildən təxminən 800000 ABŞ dollarına yaxın məbləğə pul götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Həmin şəxslərlə yaxın münasibəti olmayıb və aralarında heç bir ədavət yoxdur. İş üzrə zərərçəkmiş şəxs kimi keçən Zərərçəkmiş şəxs1 isə onun əsgərlik dostudur. O, Zərərçəkmiş şəxs1 həmin şəxslərə küllüi məbləğdə pul verməsinin şahidi olmuşdur. Yaxın münasibətlərdə olduqlarına görə Zərərçəkmiş şəxs1la həmişə bir-birlərinə köməklik etmişlər. Xatırlayır ki, təxminən 2013-cü ilin avqust ayında Zərərçəkmiş şəxs1 ona müraciət edərək borca 100000 manat pul istəmiş, o isə Ramildən həmin məbləğdə pulun ona nə üçün lazım olmasını soruşmuşdur. Ramil isə dostluq etdiyi Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2la birgə biznes işləri olduğunu və Azadi ondan işi genişləndirmək üçün həmin məbləğdə pul istədiyini ona bildirmişdir. O zaman onun özündə həmin məbləğdə pul olmadığına görə o, özünə məxsus olmaqla Binəqədi rayonu Rəsulzadə qəsəbəsində olan 12 sot torpaq sahəsini satmış və əldə etdiyi 100000 manat pulu Ramilin evinə aparıb sonuncuya vermişdir. Elə həmin gün Ramil ondan götürdüyü pulu onun yanında Azadi ilə Ayaza vermişdir. Təxminən 2013- cü ilin noyabr ayının sonlarında Ramil ona Azadi ilə Ayaz onu aldadıqlarını və onlara verdiyi pulunu qaytarmadıqlarını bildirmişdir. Həmin şəxslərə verilmiş pulun bir hissəsini Ramil ondan borc kimi götürdüyünə görə o, Ramiln iştirakı ilə Azadi və Ayazla görüşüb söhbət etmişlər. Həmin söhbət zamanı Ramil həmin şəxslərdən öz pullarını geri qaytarmaların tələb etmiş və əks təqdirdə onlardan polisə şikayət edəcəyini bildirmişdir. O zaman Ramilin deməsindən ona məlum olmuşdur ki, Ramil ondan borc olaraq götürdüyü yüz min manatdan əlavə həmin şəxslərə təxminən yeddi yüz əlli min ABŞ dolları da pul vermişdir. O zaman Azadi Ramildən şikayət etməməsini xahiş etmiş və söz vermişdir ki, yaxın vaxtda Ramildən götürdükləri bütün pulları ona qaytaracaqdır. Həmçinin Azadi bildirmişdir ki, pulu qaytaracağı barədə notariat kontorunda rəsmi sənəd verəcəkdir. Buna görə də o, o zaman Ramillə birlikdə Bakı şəhəri «Qara Qarayev» metrostansiyasının yaxınlığında yerləşən 50 saylı notarial kontora getmiş, orada Azadi və həmçinin Azadi Zərərçəkmiş şəxs1la borc müqaviləsi bağlayaraq ondan aldıqları pulları təxminən iki ay ərzində qaytaracaqlarını yazılı qaydada təsdiq etmişlər. Lakin, bundan sonrakı dövrdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ramildən qaçıb gizlənmyə başlamış və sonuncunun pulunu qaytarmayıblar. Buna görə də Ramil həmin şəxslərdən polisə şikayət etmişdir. Onu da bildirmək istəyir ki, sonrakı dövrdə Ramil ondan borc kimi aldığı pulu ona hissəhissə olmaqla qaytarmış, lakin öz pulunu həmin şəxslərdən ala bilməmişdir. Onda olan məlumata görə Azadi və Ayaz Ramildən ümumilikdə təxminən 750000 ABŞ dolları və 150000 AZN məbləğdə pul almışlar. Təqsirləndirilən şəxs2 həmin pulların alınmasında nə kimi rolu olması barədə onun özünün dəqiq məlumatı yoxdur. Lakin, yuxarıda qeyd etdiyi kimi 2013-cü ilin avqust ayında Zərərçəkmiş şəxs1 ona borc kimi verdiyi 100000 manat pulu onun yanında əlbəəl olaraq Azadiyə vermişdir və Ayaz da orada iştirak etmişdir. Həmin 750000 ABŞ dolları pulun Zərərçəkmiş şəxs1 tərəfindən Azadiyə hissə-hissə verilmiş, lakin həmin pulların verilməsində onun özü yuxarıda qeyd etdiyi kimi cəmi hər dəfə iştirak etməmişdir. Onun borc kimi verdiyi 100000 manat pulu Ramil öz bağ evində onun və Ayazın yanında şəxsən Azadiyə verilmişdir. Həmin vaxt bağda Ramilin həyat yoldaşı, dostları olan İlham adlı şəxs də olmuşlar. Zərərçəkmiş şəxs1 bağı Novxanı qəsəbəsində yerləşir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşayır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarda heç bir münasibəti olmayıb. Həmin adamların adlarını sonradan Zərərçəkmiş şəxs1 deməsindən eşidib bilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 onun mənim qudamdır və ailəvi olaraq yaxın münasibətimiz vardır. Təxminən 2013-cü ilin yay aylarında Zərərçəkmiş şəxs1 ona bir neçə ay müddətinə pul lazım olduğunu bildirərək, ondan borca pul istəmişdir. O zaman özündə evdə 70000 ABŞ dolları məbləğində pul olduğuna görə həmin pulu borc olaraq Zərərçəkmiş şəxs1 vermişdir. Onu da bildirmək istəyir ki, o zaman Ramil ona həmin pulun nə üçün lazım olduğu barədə bir söz deməmişdir. Bundan bir neçə ay sonra, yəni 2013-cü ilin sonlarında onun özünə pul lazım olduğuna görə o, Ramilə müraciət edərək imkanı varsa onun pulunu qaytarmasını xahiş etmişdir. Ramil isə özündə olan bütün pulları və o cümlədən ondan borc götürdüyü pulu da köhnə iş yoldaşı olmaqla dostluq etdiyi Təqsirləndirilən şəxs1 verdiyini ona bildirmişdir. Həmçinin ona bildirmişdir ki, öz tanışı Təqsirləndirilən şəxs1 yüksək vəzifəyə təyin olunacağı və həmçinin onu tikinti materiallallarının alqı-satqısı ilə bağlı öz biznes işinə şərik edəcəkləri adı ilə Təqsirləndirilən şəxs2 adlı şəxs ilə birlikdə onu aldadaraq ondan külli məbləğdə pul almışlar, lakin onun pulunu qaytarmayıblar. O zaman Ramil həmin şəxslərdən öz pulunu geri tələb etdiyini və həmin şəxslərin isə onlara vaxt verməsini xahiş etdiklərini və buna görə də ondan götürdüyü pulu bir müddət sonra qaytaracağını bildirmişdir. Sonradan Ramilin deməsindən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun pulunu qaytarmadıqlarına görə Ramil həmin şəxslərdən polisə şikayət etmişdir. O, Azadi və Ayaza Ramil tərəfindən pulların verilməsinin şahidi olmamış və bu barədə ona Ramilin deməsi əsasında məlumatım olmuşdur. Məhkəmə iclasında şahid qismində Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 o, təxminən 2000-ci ildən tanıyır və həmin vaxtdan dostluq edirlər. İş üzrə digər Təqsirləndirilən şəxs2 da xeyli müddətdir ki, tanıyır və onunla münasibətləri yaxşıdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da tanıyır və onlarla münasibəti yaxşıdır, lakin həmin şəxslərin Təqsirləndirilən şəxs1, həmçinin Təqsirləndirilən şəxs2 arasında pul haqq-hesabları olması barədə qabaqcadan məlumatı olmamışdır. 2015-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs2 özü ona zəng edərək Ayazın ona müəyyən məbləğdə pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 isə Azadi ilə Ayaza pul verdiyi barədə Nəsimi bu barədə ona bildirdikdən sonra, yəni 2015-ci ilin mart ayında məlumatı olmuşdur. Zərərçəkmiş şəxs3 da Ayaza pul verdiyi barədə isə ona təxminən 2016-cı ilin yanvar ayının əvvəllərində məlumatı olmuşdur. Zərərçəkmiş şəxs5 ilə isə onun yaxın münasibətləri olmayıb və sonuncunun Təqsirləndirilən şəxs1 pul verdiyi barədə məlumatı yoxdur. Onu da bildirmək istəyir ki, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı məbləğdə pul verdikləri barədə onun özünün dəqiq məlumatı yoxdur. Lakin, həmin şəxslərin Azadigilə pul verdiklərini bildikdən sonra o zaman bu barədə bir dost kimi Ayazdan soruşmuş, sonuncu isə həmin şəxslərdən Azadi ilə birlikdə pul aldıqlarını və aldıqları pulları tikinti materiallarının alqı-satqısı ilə əlaqədar öz biznes işlərinə qoyduğunu bildirmişdir. Onu da bildirmək istəyir həmin şəxslərlə münasibəti olduğu, həmçinin Azadi və Ayazla dostluq etdiyinə görə o, Ayazın xahişi ilə 2016-cı ilin yaz aylarından etibarən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və həmçinin Zərərçəkmiş şəxs3la dəfələrlə görüşüb söhbət edərək onların pulunu qaytarması üçün Ayaza vaxt verməsini xahiş etmişdir. Bununla bağlı onun özünün heç bir şəxsi marağı olmamış, onların aralarında olan pul haqq-hesabı ilə bağlı, aralarındakı mübahisələri sülh yolu ilə həll olunmasına çalışmışdır. Bir daha bildirmək istəyir ki, həmin zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı məbləğlərdə pul verdiyikləri barədə onun dəqiq məlumatı yoxdur. Ayazın deməsinə görə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 verdikləri pullar Azadi ilə şərikli biznes işlərinə qoyduqlarını bildirmişdir. Onu da bildirmək istəyir ki, Azadi öz işləri ilə bağlı o zaman Türkiyə Respublikasına gedib-gəlmiş və orada onunla telefon əlaqəsi saxlamışdır. Aralarında olan telefon söhbətləri zamanı o, Azadiyə həmin şəxslərin narazıçılıq etdiklərini demiş, Azadi isə götürdükləri pulların Təqsirləndirilən şəxs2i verildiyini və həmin şəxslərin pullarının qaytarılması üçün çalışdığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 başqa adamlardan da pul alıb qaytarmadıqlarına görə həbs olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs2 və yaxud Təqsirləndirilən şəxs1 daha kimlərdən pul aldıqları barəçdə onun özünün məlumatı yoxdur. Zərərçəkmiş şəxs4la o, 2015-ci ilin mart ayında görüşüb tanış olmuş və o zaman Nəsiminin deməsindən sonuncunun Ayaza şərikli biznes işi qurmaq üçün xeyli məbləğdə pul verdiyini eşidib bilmişdir. Lakin, pulun məbləği barədə dəqiq məlumatı yoxdur. 2015-ci ilin mart ayında Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 bağ evinə gəldiyi, həmin vaxt onun özü orada olduğu və Zərərçəkmiş şəxs4 Azadi Praşayevdən pullarını tələb etdiyi, Azadinin isə ona vaxt verməsini xahiş etdiyi barədə Zərərçəkmiş şəxs4 göstərdiklərini təsdiq edir. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs1 yaxın vaxtda yaxşı bir vəzifəyə gedəcəyini Zərərçəkmiş şəxs4 deyib-demədiyini dəqiq xatırlamır. Zərərçəkmiş şəxs3 o, Zərərçəkmiş şəxs2 qohumu kimi tanımışdır və aralarında heç bir ədavət yoxdur. Zərərçəkmiş şəxs3 o, Zərərçəkmiş şəxs2 qohumu kimi tanımışdır və aralarında heç bir ədavət yoxdur. olmamışdır. Azadi Türkiyə Respublikasına çıxıb getdikdən sonra onun özü Zərərçəkmiş şəxs3la zəngləşərək Təqsirləndirilən şəxs2la birlikdə onunla görüşüb ondan Ayazdan və Azadidən şikayət etməmələrini xahiş etdikləri barədə Zərərçəkmiş şəxs3 dediklərini təsdiq edirəm. Lakin, həmin görüş zamanı o, Azadinin tezliklə Bakı şəhərinə qayıdacağını Mədətin və Firuzun pullarını geri qaytaracağını Firuza deməmişdir. Ümumiyyələ Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Ayaz Məhərəmova hansı məbləğdə pul verdikləri barədə onun dəqiq məlumatı yoxdur. Onun həmin şəxslərlə görüşüb söhbət etməsinə səbəb aradakı mübahisəni xoş yolla həll olunmasına kömək etmək istəməyi olmuşdur. Bununla bağlı onun özünə heç bir məbləğdə pul verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, halhazırda Biləsuvar rayonunda icarə torpaqlar götürüb arpa, buğda əkini ilə məşğul olur. Onun özü orta təhsillidir, lakin uşaq vaxtlarından Biləsuvar rayonunda mədrəsədə dini dərslər almışdır. Dini dərsləri Biləsuvar rayonunun Zəhmətabad kəndində yerləşən məsciddə Hacı Əhməddən almışdır. Həmçinin onun nəsli seyid nəsli olduğu üçün o, dinə yaxın adamdır və onda «Cəmil də əbad» kitabı mövcuddur. Həmin kitabda insanların taleyi ilə əlaqədar müxtəlif yazılar oxumaq olar. Belə hesab edir ki, onda həmin bacarıq vardır. Bununla əlaqədar ona müxtəlif şəxslər müraciət edir və o, çalışıb həmin şəxslərə köməklik edir. Şahid5la o, təxminən 20xx xxxxx 2004-cü ildə tanış olmuş və onunla münasibəti yaranmışdır. Təxminən 2013-cü ilin yay aylarında Nadir ona bir tanışı olduğunu və həmin tanışının onunla görüşmək istədiyini bildirmiş və o, buna öz razılığını vermiş və həmin şəxslə görüşüb tanış olmuşdur. Görüş zamanı ona məlum olmuşdur ki, Nadirin tanışının adı Təqsirləndirilən şəxs1dir. Görüş zamanı o, Azadinin maşınına əyləşmiş və həmin vaxt onun özünün başından ağrı tutmuş və o, Azadiyə onun maşınında cadu duası olmasını demişdir. Həmin vaxt o, hiss etmişdir ki, maşında olan dua Azadinin oturduğu oturacağının yanındadır və Azadi özü əlin uzadaraq həmin duanı götürmüş və həmin dua bükülmüş kağız parçası şəklində olmuşdur. Daha sonra Azadi ona işlərinin getmədiyini bildirmiş və ondan xahiş etmişdir ki, ona bir neçə dua yazsın ki, işləri düzəlsin. O, buna razılıq vermiş və onlar birlikdə Azadinin yaşadığı «Neftçilər» metrosunun yanında yerləşən mənzilinə getmişlər. Orada o, Azadinin həyat yoldaşı Mətanətlə tanış olmuşdur. Orada o, «Cəmil də əbad» kitabına baxdıqda hiss etmişdir ki, Azadiyə olunmuş cadular qəbirstanlıqda basdırılıb. Səhərisi gün onlar görüşərək birlikdə Qəbələ rayonuna getmiş və orada olan kəndlərin birində yerləşən qəbirstanlıqda köhnə qəbirin birinin yanında yerə basdırılmış bir cadu duası aşkar edib çıxartmışlar. Daha sonra Bakı şəhərində də iki qəbistanlığa gedərək orada da cadu duaları aşkar etmişlər. Bundan sonra Azadinin həyat yoldaşı Mətanət ona tanışları olan «Yolçu» adlı baxıcının olduğunu, həmin şəxslə əlaqə saxladığını və həmin «Yolçu» adlı şəxsin ona caduların təmizləndiyini bildirmişdir. O isə Mətanətə öz tanışları olan baxıcı olduğu halda nə üçün ona müraciət etməkdiklərini soruşmuş, Mətanət isə həmin «Yolçu» adlı şəxsin cadu çıxara bilmədiyini, lakin digər işlərində onlara köməklik göstərdiyini bildirmişdir. Bundan bir neçə gün sonra Azadi və Mətanət ona onların ailəvi dostları olduğunu və həmin şəxslərin də evinə gedib orada cadunun olub-olmamasını yoxlamağı ondan xahiş etmiş və o, buna razılıq vermişdir. Bundan sonra onlar birlikdə Nərimanov rayonu ərazisində yerləşən «Life Centre» adlanan binada olan bir mənzilə getmişlər. Orada Azadi və Mətanət ona Ramil və Fərqanə adlı şəxslərlə tanış etmişlər. O zaman ona məlum olmuşdur ki, Fərqanə əməliyyat olunmaq üçün xəstəxanaya getməli idi, lakin əməliyyatdan qorxurdu. Bununla bağlı Fərqanə ondan nə baş verəcəyini soruşmuş, o isə kitaba baxaraq əməliyyatın uğurla keçəcəyini onlara bildirmişdir. Sonra isə Fərqanə ondan onların mənzilində cadu olub-olmamasını soruşmuş, o isə kitaba baxaraq bildirmişdir ki, mənzildə cadu vardır. Sonra isə Ramil onun özü göstərdiyi gül dibcəyindən, həmçinin yataq otağında olan şifonerin arxasından özü cadu dualarını aşkar edərər çıxartmışdır. Bundan başqa o, Ramilin keçmiş iş yerinin yanına, yəni Nərimanov rayonu ərazisində yerləşən BT-nin yaxınlığında olan ağacın dibindən və muxtəlif qəbirstanlıqlardan onlara aid cadu dualarını aşkar edərək birlikdə çıxartmışlar. Onu da bildirmək istəyir ki, o zaman Azadi ona öz tanışları olan «Yolçu» dedikləri şəxsin ona yaxın vaxtlarda deputat olacağını dediyini bildirmiş və bu məsləyə görə kitaba baxmasını ondan xahiş etmişdir. O isə özündə olan kitaba baxaraq Azadinin vəzifəyə gedəcəyini görmədiyini ona bildirmişdir. Bu söhbətdən sonra həmin şəxslər ondan uzaqlaşmış və onlarla ünsiyyəti kəsilmişdir. Bundan təxminən bir il sonra Ramil ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş və o, öz tanışı olan Nadirlə birlikdə Ramil ilə görüşüb söhbət etmişlər. Həmin söhbət zaman Ramil ondan Azadidən xəbəri olub-olmamasını soruşmuş, o isə Azadi ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Həmin vaxt Ramil ona Azadi ilə Ayazın onu aldadaraq 900000 manat pulunu aldıqlarını, lakin pulunu qaytarmadıqlarını və həmçinin Nigar adlı qızına da şər atdıqlarını bildirmişdir. O isə həmin şəxslərlə əlaqə saxlamadığın və onlar nə kimi işlərlə məşğul olmaları barədə məlumatı olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 Azadinin mənzilində birinci dəfə olarkən görüb onunla tanış olmuş və Azadi Ayazı ona öz oğulluğu kimi təqdim etmişdir. Caduların təmizlənməsi ilə bağlı Azadi və Ramil ona müəyyən məbləğlərdə pul vermişlər, lakin həmin şəxslər ona onlar dedikləri məbləğlərdə pulu nə Azadidən, nə də ki, Ramildən almamışdır. O, qeyd etdiyi yerlərdə cadu olmasını özündə olan «Cəmil də əbad» kitabını açaraq bilmişdir. Onun özü 2015-ci ilədək bu kimi işlərlə məşğul olmuşdur, lakin həmin vaxtdan hal-hazırki vaxta qədər belə hallar olmayıb. Onun özü «Yolçu» adlı baxıcını şəxsən tanımır, lakin o, dəfələrlə «Yolçu»nun adını həm Azadidən, həm Mətanətdən, həm də ki, Ayazdan eşitmişdir. Azadinin həyat yoldaşı Mətanət, Azadi və Ayaz dəfələrlə onun yanında telefonla «Yolçu» dedikləri şəxslə danışmışlar. Xatırlayır ki, bir neçə dəfə onlar, yəni onun özü, Azadi, Ayaz, Mətanət Ramingilin bağ evində olarkən, orada Ayaz telefonla «Yolçu» dedikləri şəxslə danışadanışa hamının yanında Azadiyə yaxınlaşaraq «Yolçu»nun tezliklə Azadinin vəzifə məsələsinin həll olunacağını dediyini bildirmişdir. Bu kimi səöhbətlər ona pis təsir göstərdiyi üçün o, həmin şəxslərdən ayrılmışdı. O, Mətanətdən və Ayazdan eşitmişdir ki, həmin «Yolçu» dedikləri şəxs Qazax rayonunda yaşayır. Lakin, həmin şəxsin kimliyi barədə onun özünün məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun yeznəsidir. Aralarında heç bir ədavət yoxdur. Təxminən 2013-cü ilin sonlarından Firuzun Ayaz adlı şəxsə tikinti materiallarının alqı-satqısı ilə bağlı biznes üçün müəyyən məbləğdə pul verdiyi barədə onun məlumatı olmuşdur. Belə ki, bu haqda ona Firuz özü demişdir. Firzudan eşitdiyinə görə Firuz heç bir işə qarışmayıb və həmin biznesi Ayaz adlı şəxs idarə etmişdir. Firuz yalnız qazanc üçün Ayaz adlı şəxsə sərmayə olaraq pul vermişdir. 2014-cü ilin yanvar ayının sonu, yaxud fevral ayının əvvəllərində Firuz ona zəng vuraraq Ayaz adlı şəxsə biznes fəaliyyəti üçün 30000 ABŞ dolları pul verməli olduğunu bildirərək, ondan 30000 ABŞ dolları borc pul istəmişdir. O, Firuzun xahişini qəbul etmişdir. Buna görə də özünün ehtiyatda saxladığı 30000 ABŞ dolları pulunu təxminən 2014-cü ilin fevral ayının əvvəllərində yol marşrutu ilə Mingəçevir şəhərindən Bakı şəhərinə göndərmişdir ki, Firuz həmin pulu götürsün. Sonra Firuz həmin pulu götürmüş və bu barədə ona zəng edərək bildirmişdir. Bildiyi qədərilə Firuz həmin pulu, yəni ondan borc aldığı 30000 ABŞ dollarını biznes fəaliyyəti üçün Ayaz adlı şəxsə vermişdir. Firuzdan deməsindən ona məlum olmuşdur ki, ondan aldığı puldan başqa Firuz Ayaz adlı şəxsə biznes fəaliyyəti üçün yenə də əlavə pullar vermişdir. Lakin Ayaz isə Firuza qazanc verməmiş və Firuzun verdiyi pulları da geri qaytarmışdır. Lakin, onun özünün Firuzun Ayaz adlı şəxsə verdiyi pulların məbləği barədə dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 öz ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində yaşayır. İş üzrə keçən təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır, lakin onunla yaxın münasibətim olmayıb. Təqsirləndirilən şəxs1lə isə əvvəllər heç bir tanışlığı olmayıb. İş üzrə zərərçəkmiş şəxs kimi keçən Zərərçəkmiş şəxs2 onun uzaq qohumumdur və həmçinin onunla aralarında dostluq münasibətləri vardır. X29 Paşayev və Təqsirləndirilən şəxs2 pul verdiyi barədə məlumatı vardır və bu barədə müstəntiqə ifadə vermişdir. Belə ki, təxminən 2013-cü ilin sonlarında Firuzun deməsindən ona məlum olmuşdur ki, Firuz Ayaz adlı şəxsə tikinti materiallarının alqı-satqısı ilə bağlı şərikli biznes işi qurublar və bununla bağlı Firuz həmin adama müəyyən məbləğdə pul vermişdir. 2014-cü ilin təxminən yanvar ayının sonlarında Firuz ona zəng vuraraq Ayaz və onun şəriki olan Azadi adlı şəxsə 20000 ABŞ dolları pul çatdırmalı olduğunu bildirmişdir. Firuz özündə həmin məbləğdə pul olmadığını deyərək bunun üçün ondan 20000 ABŞ dolları borc pul istəmiş və onun pulunu bir ay ərzində qaytaracağını bildirmişdir. Firuzla yaxın dost münasibətlərində olduğuna görə buna etiraz etməmiş və elə həmin gün 20000 ABŞ dolları pulu Firuza borc olaraq vermişdir. Bundan təxminən iki ay sonra Firuzla söhbət edən zaman Firuz ona öz borcunu bir müddət sonra qaytaracağını bildirmişdir. Bununla bağlı ondan onların biznes işinin nə yerdə olmasını soruşduqda, Firuz Ayaz adlı şəxsə xeyli məbləğdə pul verdiyini, lakin Ayaz adlı şəxsin müxtəlif bəhanələr gətirərək biznes işlərinin getmədiyini bildirdiyini və ona heç bir qazanc vermədiyini ona demişdir. Sonradan Firuz ona Ayaz və Azadi adlı şəxslərin onu aldadaraq külli məbləğdə pulunu aldıqlarını və onun pulunu qaytarmadıqlarını bildirmişdir. Qeyd etdiyi kimi, Zərərçəkmiş şəxs2 ondan borc kimi götürdüyü 20000 ABŞ dolları pulu Ayaza öz biznes işləri ilə bağlı verəcəyini bildirmişdir. Lakin, onun özü pulun Ayaza verilməsində iştirak etməmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 cəmi hansı məbləğdə pul verdiyi barədə onun dəqiq məlumatı yoxdur. Lakin, Firuz ondan borc kimi götürdüyü pul da daxil olmaqla Ayaza külli məbləğdə pul verdiyini, lakin öz pulunu geri ala bilmədiyini ona bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. Təqsirləndirilən şəxs1 və ailəsini o,atasının dostu kimi tanımışdır. Azadi və oğulluqu olan Ayaz dəfələrlə atasını aldadaraq ondan küllü miqdarda pullar almışdılar. Hər dəfə onlar atasının evinə gəlirmişlər və müxtəlif cəfəngiyyatlar danışaraq atasını və anasını inandırırdılar və özlərinə lazım olan pulları alırdılar. O, və bacısı Gülnara məxsus Masazır kəndində yerləşən 0,16 ha torpaq sahəsi olmuşdur. Təxminən sentyabr ayının əvvələrində atası ona demişdir ki, həmin torpağı satır, Ayaz həmin torpağa müştəri tapıb və bacısı ilə birlikdə notariat kontoruna getmələrini və torpağı alan adamın adına rəsmiləşdirməyi ondan xahiş etmişdir. O, da Gülnarla birlikdə Xırdalan şəhərində olan 2 saylı notariat kontoruna getmişlər və orada alqı satqını rəsmiləşdirmişlər. Həmin vaxt Ayazda notariat kontoruna gəlmişdir və pulu gözləyirmiş, atası ona demişdir ki, pulu alan kimi Ayaza versin. Müştəri alqı-satqıdan sonra 64.000 manat pulu ona vermiş, o, da həmin pulu Ayaza vermişdir. Həmin vaxt Gülnarəni yoldaşı Samir gətirmişdir. Növbəti dəfə Azadi Ayaz və Mətanət anasıgildə olarkən o, Mətanətə demişdir ki, Ayazı MTN vasitəsi ilə yoxlatdıracaqdır. Bu söz Mətanətin xoşuna gəlməmişdir və ona görə də Azadi təklif etmişdir ki, Bakı şəhərindən getsinlər və Antaliyada istirahət etsinlər. Atasıgil Azadinin ailəsi ilə birlikdə Antaliyaya getmişlər və təxminən bir həftə orada olmuşlar. Bir neçə gündən sonra onun telefonuna bir nəfər zəng etmiş, o, dəstəyi qaldırmış və görmüşdür ki, zəng edən Ayazdır. Ayaz ona hədə qorxu gəlmiş ki, əgər o, Ayaz barəsində araşdırmanı davam etdirsə, onun ailəminə deyəcək ki, o, həyat yoldaşına sadiq deyil vÿ onu biabır edəcəkdir. O, isə Ayazla sərt danışaraq nə bilir etsin demiş və dəstəyi qoymuşdur. Daha sonra anası ona zəng etmiş və Ayaz barəsində nə araşdırma apardığını soruşmuşdur, o, isə anasına bildirmişdir ki, heç bir araşdırma aparmır, sadəcə Ayazı qorxutmaq və ifşa etmək üçün bu sözləri demişdir. Daha sonra valideyinləri qayıtmışlar və o, onların mənzilində olarkən bu sözləri Ayazın, Azadinin və Mətanətin yanında demişdir, həmin vaxt Ayaz çaşmış, bu vaxt Ayaz telefonu götürmüş və demişdir ki, sakit olun Yolçu ona zəng edir, Yolçu ilə danışandan sonra Ayaz bildirmişdir ki, Yolçu ona deyib ki, Niqarın əxlaqsızlığın dekar ayının 13də onların evində divarda film kimi göstərəcəkdir, bu vaxt o, demişdir ki, əgər həqiqətəndə gücü varsa həmin kinonu indi göstərsin. Bu vaxt atası əsəbləşmiş və onları evlərindən qovmuşdur. Daha sonra Azadi, Mətanət və Ayaz bir daha atası gilə gəlməmişlər və atası onlardan şikayyət etmişdir. (cild 3, iş vər. 5-7). Məhkəmə baxışı zamanı ifadəsi elan edilməklə iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 öz iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs1 2009-cu ilə kimi Bakı şəhər Reyestr Xidmətində müxtəlif vəzifələrdə işləmiş və Təqsirləndirilən şəxs1 ərinin keçmiş iş yoldaşı olmaqla aralarında yaxşı münasibətlər olmüş və ailəvi dostluq etməklə bir-birlərinin evlərinə gedibgəlmişlər. O zaman onların ünvan 10 ünvanda 8 nömrəli 4 otaqlı mənzilləri olmuş və həmin mənzili yoldaşı Ramili o zaman ayda 800 manata kirayə vermiş və bu yolla ailəsini dolandırmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, «Layf sentr» adlanan binada yerləşən mənzili olmuş və həmin mənzilin təmiri ilə Təqsirləndirilən şəxs2 məşğul olmuş və o zaman sonuncunu görüb tanış olmuşdur. Təxminən 2012-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 Bakı şəhəri Ağa Neymətulla küçəsində olan mənzillərini sataraq ona 100000 ABŞ dolları pul verməsini xahiş etmiş, həmin pulnan öz işlərini görərək Ramilə qazanc verəcəyini vəd etmişdir. Həyat yoldaşı Ramil işləmədiyi, həmçinin Azadini və ailəsini uzun illər tanıdıqlarına görə onlar Azadinin sözlərinə inanmışlar və həmin təklifi qəbul etmişlər. Bu məqsədlə əri X26 küçəsində olan mənzillərini təxminən 2012-ci ilin oktyabr aygnda 196000 ABÖ dollargna sataraq bu barədə Azadiyə bildirmişdir. Təxminən xx xxxxxx 2012-ci il tarixdə Təqsirləndirilən şəxs1 onların evlərinə gəlmiş və həyat yoldaşı Ramil 100000 ABŞ dolları pulu onun yanında Azadiyə vermişdir. Təxminən 2013-cü ilin yanvar ayında əri Ramil oğullarının yanında xarici ölkədə olarkən ona zəng edərək Azadinin onlara göndərəcəyi şəxsə 94000 ABŞ dolları pul verməsini tapşırmışdır. Təxminən xx xxxxxx 2013-cü il taridə o, öz evində olarkən Təqsirləndirilən şəxs2 onlara gəlmiş və o, Ramilin dediyi kimi 94000 ABŞ dolları pulu Ayaza vermişdir. 2013-cü ilin fevral ayının ortalarında Ayaz yenidən onların evlərinə gəlmiş və ona 6000 manat pul vermişdir. O isə əri Ramilə zəng edərək bu barədə ona bildirmişdir. 2013-cü ilin fevral ayının sonlarında Azadinin yoldaşı Mətanət ona onlarla birlikdə «Ümrə» ziyarətinə geiməym təklif etmişdir. Əri Ramil buna etiraz etməmiş və xx xxxxxx 2013-cü il tarixdə o, Azadinin yoldaşı Mətanət ilə birlikdə Məkkə şəhərinə «Ümrə» ziyarətinə getmiş, x xxxx 2013-cü ildə isə onlar ziyarətdən qayıtmışlar. Təxminən x xxxxx 2013-cü il tarixdə əri Ramil İstanbul şəhərində əməliyyat keçirmiş, onun özü o vaxt Ramiln yanında olmuşdur. Təxminən x xxxxx 2013-cü il tarixdə Azadi Ramilə baş çəkmək üçün onların yanına İstanbul şəhərində olan xəstəxanaya gəlmişdir. Orada əri Ramil Azadidən işlərin nə yerdə olmasını soruşmuş, Azadi isə yüksək vəzifəli biri şəxsin qohumu ilə birlikdə iş gördüyünü, həmin şəxsin yaxın müddət ərzində onu yaxşı bir vəzifəyə qoyduracağına söz verdiyini, bütün qazandığı və əlində olan pulu vəzifəyə getmək üçün sərf elədiyini bildirmişdir. Onlar Bakı şəhərinə qayıtdıqdan bir müddət sonra onun özü əməliyyat olunası olmuşdur. Həmin vaxt Azadinin həyat yoldaşı Mətanət ona onun şəklini «Seyid» adlı falçıya göstərdiyini, həmin falçının ona və ailəsinə cadu olunmasını və əməliyyatdan qayıtmayacağını dediyini ona söyləmişdir. Bu söhbət onu qorxutmuş və o, Mətanətə demişdir ki, həmin falçını onların evinə gətirsin. Təxminən 2013-cü ilin aprel ayının son günlərində o, həyat yoldaşı ilə birlikdə evlərində olarkən, Azadi, Mətanət, Ayaz və yanlarında bir nəfər şəxs onlara gəlmişlər. Azadi onlara bildirmişdir ki, həmin şəxs «Seyid» adlı falçıdır. Həmin «Seyid» onların evində əlində olan kitabı açaraq, onlarda cadunun çox olduğunu, lakin iki cadudan əlavə bir gündə çıxara bilməyəcəyini onlara bildirmişdir. Sonra isə «Seyid» onların mənzilində qapının yanındakı şkafın üstündə cadu olmasını demiş və həmin vaxt Azadi Ayaza qalxıb şkafın üstünə və oradan cadunu götürməyi demişdir. Ayaz isə şkafın üstündən bir bağlama götürərək Seyidə təqdim etmişdir. «Seyid» bağlamanı açaraq cadunu ləğv etdiyini onlara demişdir. Daha sonra «Seyid» başqa bir yerdə də cadu olduğunu və həmin yerə maşında getmək lazım olduğunu bildirmişdir. Ona görə də o, yoldaşı Ramil ilə öz maşınlarında, Azadi, Mətanət, Ayaz və «Seyid» isə Azadinin maşınında onlar əri Ramilin köhnə iş yerinin yanına «Montin bazarı»nın yaxınlığına getmişlər. Orada «Seyid» yenə də əlində olan kitabı açaraq orada olan bir ağacın dibini göstərərək həmin yeri qazmağı göstəriş vermişdir. Ayaz Azadinin sözü ilə həmin yeri qazmış və oradan bir bağlama çıxararaq «Seyid»ə vermişdir. «Seyid» isə həmin bağlamanı açaraq oradan ərinin şəklini çıxarmış və cadunu ləğv edəcəyini demişdir. Bundan sonrakı dövrdə bir güdən bir «Seyid» onların evinə arvadıyla gəlib-gedərək müxtəlif yerlərdən cadular çıxarmış və caduları təmizləmək üçün onlar «Seyid»ə təxminən hissə-hissə olmaqla 30000 manat pul vermişlər. Bundan sonra onun özü əməliyyat olunmuş və hər şey öz qaydasında keçmişdir. Təxminən 2013cü ilin iyun ayında onlar bağ evlərində olarkən Azadi, sonuncunən həyat yoldaşı Mətanət, Ayaz və onların tanışı olan Nadir də öz həyat yoldaşı onların bağ evinə qonaq gəlmişlər. Onlar bir masa arxasında oturub bir qədər söhbət etdikdən sonra Azadi, Mətanət və Ayaz onlardan bir qədər kənara çəkilib öz aralarında nəsə söhbət edib onların yanına qayıdaraq yenə də masanın arxasına əyləşmişlər. Həmin vaxt Ayaza zəng gəlmiş və Ayaz hamıya sakit olmağı və «Yolçu» adlı şəxsin ona zəng etdiyini bildirmişdir. Həmin şəxslə telefonda danışan zaman «Ayaz» «Yolçu» dedikləri şəxsin sözlərini onlara təkrar etmişdir. Belə ki, həmin vaxt Ayaz əlini onun əri Ramilə tərəf uzadaraq həmin şəxsin sözündən demişdir ki, «Sağında oturan şəxs sənin ən yaxın dostundur». Onu da bildirmək istəyir ki, həmin vaxt masanın arzasında əri Ramilin sağında Azadi oturmuşdur. Daha sonra Ayaz əlini Azadiyə uzadaraq həmin şəxsin sözləri ilə «Onun o qədər yüksək vəzifəsi olacqdır ki, sizə də iş verəcək, sənin sənədlərin nazirin stolunun üstündədir, sən seçilmisən» sözlərini demişdir. Daha sonra isə Ayaz həmin şəxsin adından masanın arxasında oturmuş başqa şəxslərə müxtəlif xoş sözlər demişdir. Bundan sonra isə Ayaz telefonla danışdığı, yəni sözlərini təkrarladığı şəxsin «Yolçu» adlı mələk olmasını və həmin mələyin hamının keçmişini, həmçinin gələcəyini dediyini söyləmişdir. Ayaz həmçinin demişdir ki, həmin şəxs Allah tərəfindən Azadının hansısa yaxşı əməlinə görə ona yardım edilməsi üçün göndərilmişdir. Onun özü və həyat yoldaşı Ramil dindar adam olduqlarına görə o zaman bu söhbətlərə inanmış və Ayazın hansısa mələyin sözlərini onlara söylədiyini düşünmüşlər. Bundan sonrakı dövrdə də Azadi öz arvadı Mətanət və Ayazla birlikdə dəfələrlə onların evinə gəlib-getmiş və hər dəfə Ayaz yenə də «Yolçu» dedikləri şəxslə danışaraq onun dediyi sözləri onlara çatdırırmışdır. Bu kimi söhbətlər zamanı Ayaz «Yolçu»nun Azadinin yaxın vaxtda yüksək vəzifəyə gedəcəyini söyləmişdir. Növbəti dəfə, yəni təxminən 2013-cü ilin iyun ayının əvvəllrində Azadi, Mətanət və Ayaz onların evində olan zaman Ayaz yenə həmin «Yolçu» ilə telefonda danışmış və onun sözlərini onlara təkrarlayaraq Azadinin vəzifəyə gedəcəyini və Azadiyə maddi yardım etmək lazım olduğunu demiş və həmin vaxt əlini onun həyat yoldaşı Ramilə tərəf uzadaraq maddi yardımın onun tərəfindən olunmasını həmin şəxsin dediyini onlara söyləmişdir. Beləliklə onun özü və həyat yoldaşı Ramil o zaman tam şəkildə inanmışlar ki, həqiqətən də Azadi vəzifəyə gedir və sonra isə Azadi onun əri Ramili də bir işlə təmin edəcəkdir. Bundan bir neçə gün sonra əri Ramil ona Azadinin ondan 200000 ABŞ dolları borca pul istÿdiyini və güya ki, həmin pulun vəzifəyə getmək üçün ona lazım olduğunu dediyini ona bildirmişdir. Həmin ərəfədə onlarda həmin məbləğdə pulu olmamışdır. Əri Ramil isə borca pul tapıb Azadiyə verəcəyini ona demiş və deyilənlərə inandığına görə o, buna etiraz etməmişdir. Bununla bağlı əri Ramil bacısının həyat yoldaşı Rafaeldən 65000 ABŞ dolları borca pul almış və xx xxxx 2013-cü il tarixdə onlar evdə olarkən məbləğdə pulu Ramil Azadiyə və Ayaza vermişdir. Daha sonra əri Ramil qudaları olan Aydından 70000 ABŞ dolları borc pul almış və həmin pulu da öz evlərində Azadi ilə Ayaza vermişdir. Bundan bir müddət sonra, yəni təxminən 2013-cü ilin avqust ayının əvvələrində yenə də Azadi, Mətanət və Ayaz onların evində olan zaman Ayaza yenə də zəng gəlmiş və Ayaz «Yolçu» adlı mələklə danışdığını bildirərək, sonuncunun 100000 manat məbləğində pulun Azadiyə vermək lazım olduğunu, bununla onların özlərinin də maddi baxımdan tam təmin olunacaqlarını və hər ay onlara 7900 manat pul veriləcəyini həmin şəxsin sözlərindən onlara söyləmişdir. Onlar yenə də Ayazın dediklərinə inanmış və əri Ramil öz dostu Camaldan 100000 manat pulu borca alaraq həmin pulu da Azadəyə və Ayaza vermişdir. Bundan təxminən iki həftə sonra, yəni 2013-cü ilin avqust ayının axırlarında Azadi, Mətanət və Ayaz növbəti dəfə onlara gəlmiş və onlar birlikdə oturub söhbət edən zaman yenə də Ayazın mobil telefonuna zəng gəlmişdir. Ayaz yenə də güya ki, «Yolçu» adlı mələkdə danışdığını bildirərək, həmin şəxsin adından əri Ramilə demişdir ki, «Yolçu»nun Azadinin vəzifə işi düzəlməsi üçün sonuncuya 100000 ABŞ dolları pul vermək lazım olduğunu dediyini onlara söyləmişdir. Buna görə də onlar yenə Ayazın sözlərinə inanmışlar. Buna görə də əri Ramil öz əmisi Nurəddindən 100000 ABŞ dolları borc pul almış və xx xxxxxx 2013-cü il taridə öz evlərində həmin pulu Azadiyə və Ayaza vermişdir. Bundan bir neçə gün sonra, yəni sentyabr ayının əvvələrində Azadi, Mətanət və Ayaz onların evində olan zaman yenə də Ayaza «Yolçu»dan zəng gəlmiş və Ayaz həmin şəxslə danışaraq «Yolçu»nun ki, əri Ramilin torpağını və maşınını satıb Azadiyə pul verməsini dediyini onlara bildirmişdir. Buna görə də əri Ramil Masazır qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsini Ayazın köməkliyi ilə 64000 manata sataraq həmin həmin pulu onlara vermiş, həmçinin «Toyota» markalı avtomaşını da sataraq əldə etdiyi 33000 ABŞ dolları pulu da öz evlərində Ayaza vermişdir. Bundan təxminən bir ay sonra, yəni 2013-cü ilin oktyabr ayında Azadi, Mətanət və Ayaz növbəti dəfə onların evində olarkən Ayazın arvadı Mətanət onlara demişdir ki, güya «Yolçu» deyib ki, onlar öz qızı X6 ərə verməlidirlər və güya ki, onların kəbinləri göylərdə kəsilmişdir. Onun özü və əri Ramil yenə bu sözlərə inanmış və buna etiraz etməmişlər. Bundan bir neçə gün sonra, yəni xx xxxxxxx 2013-cü il taridə Azadi, Mətanət, Ayaz, Ayazın atası və anası, Azadın dostu Ceyhun öz arvadı Nərminə ilə, həmçinin Azadınin Mehdi və Eldar adlı qardaşları və Mehdinin həyat yoldaşı, Mətanətin bacısı və anası onlara elçiliyə gəlmi və onlar öz qızı Leylanın hərisini vermişlər. Bundan bir neçə gün sonra Azadi öz arvadı Mətanət və Ayazla yenidən onların evlərinə qonaq gəlmiş və həmin vaxt yenə də Ayaz «Yolçu» dedikləri şəxslə telefonda söhbət etmiş və sonuncunun sözlərini onlara çatdıraraq demişdir ki, «Yolçu» deyir ki, «sübh namazı vaxtı mələklər qurban kəsmək üçün onlara 1300 manat pul qoyublar kamodun üstünə, Azadi çıxıb o pulu götürsün, üç qurban alınıb kəsilsin, ikisi paylanılsın, biri isə ailənizdə qalsın». Bu sözləri Ayaz onlara dedikdən sonra Azadi kamodun üstünə çıxmış və orada olan vazanın içindən konvertin içərisində 1300 manat pulu götürərək onlara göstərmişdir. Bu hadisə onların Azadi gilə qarşı onlan inamını daha da artırmışdır. Belə ki, onun özü və digər ailə üzvüləri heç vaxt həmin yerə pul qoymamışlar və buna görə də həmin pulun ali qüvvələr tərəfindən onlara göndərildiyinə inanmışlar. Bundan bir müddət sonra əri Ramil ona Azadinin ona qızları Leylanın mənzilini satıb pulu ona verməsini xahiş etdiyini, lakin buna razı olmadığını Azadiyə bildirdiyini ona demişdir. Həmin söhbətdən bir neçə gün sonra Azadi, Mətanət və Ayaz onların evinə qonaq gəlmiş və yenə də Ayaza kimdənsə zəng gəlmişdir. Ayaz «Yolçu» dediyi şəxslə danışandan sonra sonuncunun sözlərini onlara çatdıraraq söyləmişdir ki, Yolçu deyir ki, «Ramil qızı Leyla üçün aldığı mənzili satmaq istəmir, Ramil mənzili satmalıdır və pulu Azadiyə verməlidir. Üç aydan sonra həmin mənzil Ramilin özünə qayıdacaq və hər 15 gündən bir Ramilə 13333 manat pul veriləcəkdir». Onlar yenə də Ayazın «Yolçu» dedikləri mələklə danışdığına inanmış və həmin mənzili də satıb pulu Azadiyə vermək qərarına gəlmişlər. Buna görə də əri Ramil digər qızının kürəkəni Samirin vasitəsi ilə həmin mənzili 290000 ABŞ dollarına satmışdır. Həmin mənzili satandan sonra Samir həmin pulu onlara çatdırmış və xx xxxxxxx 2013-cü il tarixdə əri Ramil həmin məbləğdə pulu öz evlərində Azadiyə və Ayaza vermişdir. Onu da bildirmək istəyir ki, qızı Leylanın mənzilini satıb pulu Azadiyə verdikdən sonra qızı Niqar və sonuncunun həyat yoldaşı Mahmud Azadi və Ayazdan şübhələnmişlər. Buna görə də qızı Nigar onlara bu barədə qabaqcadan bildirmədən Ayazın arvadı Mətanətə Ayazı MTN-nin vasitəsi ilə yoxlatdırdığını demişdir. Mətanət Nigarın sözlərini ciddi qəbul etmiş və növbəti dəfə Azadi, Mətanət və Ayaz onların evində olarkən, yenə də Ayaza «Yolçu» zəng vurmuşdur. Həmin şəxslə telefonda söhbət etdikdən sonra Ayaz onlara demişdir ki, «Yolçu» deyir ki, təcili olaraq Azərbaycanı tərk etməlidirlər, burada onları təhlükə gözlənilir. Bundan sonra Azadi öz ailəsinə və onların ailəsinə biletlər almış və onlar, yənir onun özü, qızı Leyla və həyat yoldaşı Ramil, Azadi və həyat yoldaşı Mətanət, həmçinin Ayaz da onlarla birlikdə Antalya şəhərinə getmişlər. Orada bir oteldə bir həftə qaldıqdan sonra onlar Bakı şəhərinə qayıtmışlar. Onu da bildirmək istəyir ki, onlar o vaxt Antaliyada olarkən, Ayaz Mətanətlə birlikdə onu qırağa çəkərək Nigarın onu yoxlamaq üçün MTNnə müraciət etdiyini və bu məsələnin «Yolçu»nu qəzəbləndirdiyini demişdir. Ayaz həmçinin bu barədə heç kəsə deməməsini xahiş etmiş və xəbərdarıq edərək demişdir ki, bu sözləri o, kimə desə, həmin adam daşa dönəcəkdir. Bu söhbət ona çox pis təsir etmiş və o, bu məsələni öyrənmək üçün gizlincə öz qızı Niqara zəng vuraraq ondan Ayazdan şikayət edib-etmədiyini soruşmuşdur. Nigar isə telefonda ona bildirmişdir ki, bu sözləri Mətanət gili yoxlamaq üçün yalandan demişdir və əslində isə heç bir yerə müraciət etməmişdir. Həmçinin qızı Nigar bildirmişdir ki, onlar Bakıya qayıtdıqdan sonra hər şeyi özü ona danışacaqdır. Onlar Antalya şəhərindən qayıtdıqdan bir neçə gün sonra Azadi öz həyat yoldaşı Mətanət, oğlu Mənsur və dostu Ayazla birlikdə yenə onlara qonaq gəlmişlər. Həmin şəxslərin onlara gəldiyini bilərək, qızı Niqar da onlara gəlmişdir. Azadigil Niqarı onlara gələcəyini bilmədiklərinə görə onu görüb təcüblənmişlər. Həmin vaxt qızı Nigar onların yanında demişdir ki, onlar Antaliyada olarkən Ayaz oradan onun mobil telefonuna zəng edərək ona hədə-qorxu gəlmiş və demişdir ki, əgər onu MTNdə yoxlatdırsa o, da onun həyat yoldaşına Nigar ona sadiq olmadığını deyəcəkdir. Qızı Nigar bu sözləri deyəndən sonra üzünü Ayaza tutaraq ona dediyi sözlərini sübut etməsini ondan tələb etmişdir. Bu zaman Ayazın mobil telefonuna zəng gəlmiş və Ayaz telefonu götürərək «Yolçu»nun ona zəng etdiyini zəng etdiyini demiş, həmin şəxslə telefonda danışdıqdan sonra isə Ayaz bildirmişdir ki, «Yolçu» deyib ki, Niqarın əxlaqsızlığını dekabr ayının 13-də onların evində film kimi onlara göstərəcəkdir. Həmin vaxt qızı Nigar belə bir videogörüntü varsa onu dərhal nümayiş etdirmələrini tələb etmişdir. Bu zaman əri Ramil Ayaz və Azadinin hərəkətlərindən əsəbləşmiş və onları öz evlərindən qovmuşdur. Lakin, bunun səhrisi gün Azadi öz arvadı Mətanətlə birlikdə onlara gəlmiş və Azadi «Yolçu» dedikləri şəxsə tam inandığını və əgər dekabrın 13-də həmin filmi göstərməsələr Ayazı özü cəzalandıracağını bildirmişdir. Əri Ramil isə Azadiyə artıq onlara inanmadığını və «Yolçu» dedikləri şəxsin adından istifadə edərək onları aldatdıqlarını demiş və Azadidən onlara verdiyi pulları geri qaytarmasını tələb etmiş, həmçinin qızı Leylaya gətirdikləri üzüyü isə geri qaytaracaqlarını bildirmişdir. Azadi isə ərini sakitləşdirməyə çalışaraq yaxın vaxtda onlardan götürdüyü pulu qaytarcaqlarını demiş və onlara borclu olması barədə yazılı qəbz verə biləcəyini demişdir. Ayaz və Azadinin bu kimi hərəkətləri onların ailə üzvülərinə çox pis təhsir etdiyinə jörə onlar Azadigilnən qohum olmaq istəmədiklərini bildirərək qızı Leylanın hərisi üçün verilmiş əşyaları geri qaytarmışlar. Bundan sonrakı günlər ərzində əri Ramil Azadi ilə telefon əlaqəsi saxlayaraq pulunun qaytarılmasını ondan tələb etmiş və əks təqdirdə onlardan polisə şikayyət edəcəyini bildirmişdir. Bundan bir iki gün sonra Azadi onlara zəng vuraraq polisə şikayyət etməmələrini xahiş etmiş və onların pullarını tezliklə qaytaracağını demişdir. Həmçinin Azadi ona vaxt verilməsini xahiş edərək onlara borclu olması barədə notaritda rəsmi müqavilə bağlamağı təklif etmişdir. Bundan sonra əri Ramil Ayaz və Azadi ilə birlikdə notariat kontoruna gedərək həmin şəxslərin onlara külli məbləğdə pul borcu olması barədə müqavilə bağlamışlar. Bundan bir müddət sonra isə əri Ramil həmin şəxslərin barəsində polisə şikayət ərizəsi ilə müraciət etmişdir. (cild 2, iş vər. 229-234). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan “Cinayət işi materiallarından cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, həmin ********* nömrəli cinayət işi həmin tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və X17 cinayətlərin İstintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə sabiq baş müstəntiqi T.Ağamirov tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublitkası CM-nin 178.3.2-ci maddələri ilə təqsirləndiriləmələrinə dair ilkin istintaq edilmiş ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs1 barəsində ayrılmış və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. (cild 1, iş vər. 1-3). İş materiallarında olmaqla Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və X17 cinayətlərin İstintaqı şöbəsinə vermiş olduğu xx xxxxx 2016-cı il tarixli ərizənin kserosurətindən görünür ki, həmin tarixdə Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 həmin idarəyə şikayət ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 öz arvadı Şahid10 Çəpər qızı və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə onu aldadaraq xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan müddət ərzində cəmi 926300 ABŞ dolları məbləğində pulunun ələ keçirildiyini, həmçinin yüksək vəzifəyə keçəcəyi və onu işlə təmin edəcəyini vəd etdiyini bildirmişdir. Həmin ərizə ilkin istintaq edilmiş ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vər. 64, 65). İş materiallarında olmaqla Bakı şəhəri 50 saylı Notariat kontorunda xx xxxxxx 2013-cü il tarixdə təsdiq edilməklə Reyestrdə 7E-24/15322 № üzrə və həmçinin Reyestrdə 7E-24/15320 № üzrə qeydə alınmış qeydə alınmış «Borcun etirafı müqavilə»lərnin təsdiq olunmuş surətlərindən görünür ki, həmin müqavilələlər Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 xx.xx.2012-ci il tarixdə 194000 (yüz doxsan dörd min) ABŞ dolları məbləğində borc pul verdiyini bildirdiyi və Təqsirləndirilən şəxs1 isə həmin tarixdə ondan 194000 (yüz doxsan dörd min) ABŞ dolları məbləğində borc pul aldığını etiraf etdiyi və həmin borc pulu xx.xx.2014-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürdüyü barədə, həmçinin Zərərçəkmiş şəxs1 Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il tarixdə 732300 (yeddi yüz otuz iki min üç yüz) ABŞ dolları məbləğində borc pul verdiyini bildirdiyi və Təqsirləndirilən şəxs2 isə həmin tarixdə ondan 732300 (yeddi yüz otuz iki min üç yüz) ABŞ dolları məbləğində borc pul aldığını etiraf etdiyi və həmin borc pulu xx.xx.2014-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürdüyü barədə, həmçinin rəsmiləşdirilmişdir. (cild 1, iş vər. 76, 77). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2016-cı il tarixli № 012-20705-1216 saylı məktubu ilə istintaq orqanına təqdim edilməklə xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi barədə təqdim edilmiş məlumat-çıxarışdan görünür ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs2 xx.xx.2013cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində X18 aeroportundan sistematik olaraq təyyərə ilə Türkiyə Respublikasının İstanbul, həmçinin Antalya şəhərlərinə gedərək həmin aeroportdan ölkəyə qayıtmışdır. (cild 1, iş vər. 103, 105-105). Tutma haqqında protokol və məhkəmə qərarının surətindən görünür ki, ilkin istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə xx xxx 2016-cı il tarixdə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2016-cı il il tarixdə ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham elan olunmuş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli iş №4 (009)- 457/2016 saylı qərarı ilə onun barəsində əvvəli xx xxx 2016-cı il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 123-124, cild 2, iş vər. 7-9, 32-34). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2016-cı il tarixli № 012-23929-1216 saylı məktubu ilə istintaq orqanına təqdim edilməklə xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2012 -cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi barədə təqdim edilmiş məlumat-çıxarışdan görünür ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs1 xx.xx.2012-ci il tarixdən xx.xx.2015-cı il tarixədək olan müddət ərzində X18 aeroportundan sistematik olaraq təyyərə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə gedib-gəlməklə həmin tarixdə ölkəni yenə tərk edərək, xx.xx.2015-ci il tarixdə RF Moskva şəhərindən təyyərə ilə X18 aeroportundan ölkəyə qayıtmış, sonuncu dəfə isə xx.xx.2015-cı il tarixədə X18 aeroportundan təyyərə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə gedərək ölkəni tərk etmişdir. (cild 2, iş vər. 113, 115-117). İş materiallarında olan qərarların surətindən görünür ki, ilkin istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və X17 cinayətlərin İstintaqı şöbəsinin xüsusil˙ mühüm işlər üzrə sabiq baş müstəntiqi T.Ağamirov tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında 2012-2013-cü illər ərzində Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmələri ilə bağlı, xx xxxx 2016-cı ildə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılmış, sonuncu istintaqdan qaçıb gizləndiyinə görə ittiham elan edilməsi məqsədi ilə onun tutulması üçün həmin tarixdə onun barəsində axtarış elan olunmuşdur. (cild 2, iş vər. 157-158, 159-160). İş materiallarında olan məhkəmə qərarından görünür ki, ilkin istintaq edilmiş ********* nümrəli cinayət işi üzrə istintaq orqanının təqdimatına əsasən Təqsirləndirilən şəxs1 istintaqdan qaçıb gizləndiyinə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli iş №4 (009)-801/2016 saylı qərarı ilə onun barəsində əvvəli tutulduğu vaxtdan hesablanmaqla 4 (dörd) ay həddində «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vər. 264-265). İş materiallarında olmaqla məhkəmə qərarlarının surətindən görünür ki, ilkin istintaq edilmiş cinayət işinin istintaqı zamanı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli iş №4 (009)-1026/2016 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 orlunun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə sonuncunun barəsində əvvəllər seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş, bununla bağlı həmin qərardan verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli iş №4 (103)-690/2016 saylı qərarı ilə təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qeyd edilən qərarı dəyişdirilmədən saxlanılmışdır. (cild 3, iş vər. 48-51, 52-54, 55-63). Azərbaycan Respublikası ƏN Ağstafa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2008-cu il tarixli AZ-İİ № 127882 saylı və xx xxxx 2011-ci il tarixli AZ-İİ № 706154 saylı X1 kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx xxxx 2008-ci təvəllüdlü və xx xxx 2010-cü il təvəllüdlü azyaşlı övladları vardır. (cild 3, iş vər. 121, 122). Azərbaycan Respublikası Ağstafa rayon İHB-nın Tatlı kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 23/q saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağstafa rayonunun Tatlı kəndində qeydiyyatdadır və daimi yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 3, iş vər. 124, 125). «İş üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işi ayrılması haqqında» xx xxxxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və X17 cinayətlərin İstintaqg öübəsinin xüsusilə mühüm işlər üzrə sabiq baş müstəntiqi T.Ağamirov tərəfindən Təqsirləndirilən şəxs2 və Paöayev Azadi Paöa orlunun Azərbaycan Respublikassı CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələri üzrə ilkin istintaq edilmiş ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikassı CM-in 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (cild 3, iş vər. 126-159). «İş üzrə icraatın dayandırılması haqqında» xx xxxxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və X17 cinayətlərin İstintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə sabiq baş müstəntiqi T.Ağamirov tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikassı CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istintaqdan gizləndiyi üçün həmin tarixdə iş üzrə icraat AR CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (cild 3, iş vÿr. 164-165). «Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata götürülməsi haqqında » xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikassı CM-in 178.3.2-ci maddəsi ilə olan hazırki ********* nömrəli cinayət işi həmin tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və DİN-nin Baş İstintaq və X17 cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Ş.Ə.Həsənov tərəfindən icraata qəbul edilərək həmin iş üzrə ibtidai istintaq davam etdirilmiş, xx xxxxxx 2017-ci il tarixdə isə iş üzrə icraat AR CPM-in 53.1.3-cü maddəsinə əsasən onun tərəfindən yenidən dayandırılmışdır. (cild 3, iş vər. 166-168, cild 4, iş vər. 1-2). İş materiallarında olan məhkəmə qərarının surətindən görünür ki, ilkin istintaq edilmiş ********* nömrəli cinayət işi istintaq orqanının təqdimatına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli iş №5 (004)-1368/2017 saylı qərarı ilə xx xxxx 2013-cü il tarixdən xx xxxxxx 2013-cü il tarixədək və xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və çıxan SMS mətnlərinin məzmunu, həmçinin hansı antena əhatə dairəsinə istifadə olunması barədə məlumatların «xxxxxxxxxxxxxxxx» MMC-dən götürülməsi qərara alınmışdır. (cild 3, iş vər. 280-281). İş materiallarında olan məhkəmə qərarının surətindən görünür ki, ilkin istintaq edilmiş ********* nömrəli cinayət işi istintaq orqanının təqdimatına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli iş №5 (004)-1633/2017 saylı qərarı ilə xx xxxx 2013-cü il tarixdən xx xxxxxx 2013-cü il tarixədək və xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı və Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və çıxan SMS mətnlərinin məzmunu, həmçinin hansı antena əhatə dairəsinə istifadə olunması barədə məlumatların «xxxxxxx» MMC-dən götürülməsi qərara alınmışdır. (cild 3, iş vər. 282). Yuxarıda qeyd edilən məhkəmə qərarlarının icrası ilə bağlı «xxxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxxx 2018-ci il tarixli 564 saylı məktubu ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***- **-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri üzrə müvafiq dövr üzrə məlumatlar olan bir ədəd CD disk, həmçinin «xxxxxxx» MMC-nin xx xxxxxx 2018-ci il tarixli BKC/LCL-537/18 saylı məktubu ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı və Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri üzrə müvafiq dövr üzrə məlumatlar olan bir ədəd CD disk istintaq orqanına təqdim edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmçinin «Diskə baxış keçirilməsi haqqında» xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və DİN-nin Baş İstintaq və X17 cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Ş.Ə.Həsənov tərəfindən qeyd edilən CD disklərdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı qeyd edilən mobil telefon nömrələrindən qarşılıqlı telefon əlaqələri olduğu, lakin iş üzrə əhəmiyyət daşıya biləcək hal müəyyən edilməmişdir. (cild 4, iş vər. 6-7, 10-11, 73). İş materiallarına əlavə edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli iş № 1(101)-67/2018 saylı hökmünün surətindən görünür ki, həmin məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur ki, o, digər şəxslərə də qarşı dələduzluq cinayət əməli törətməklə yanaşı, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı olan qeyrisi ilə qabaqcadan əlbir olub qrup halında Zərərçəkmiş şəxs1 şərikli biznes fəaliyyəti ilə məşğul olub sement, boya və digər tikinti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq, xx xxxxxx 2012-ci ildə həmin dövrün məzənnəsi ilə 78480 manat təşkil edən 100000 ABŞ dollarını, xx xxxxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 75341 manat təşkil edən 96000 ABŞ dollarını və xx xxxxxx 2013-cü ildə 100000 manat pulunu davamlı olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncunun yaşadığı ünvan 11 ünvanda alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 253821 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və həmçinin bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə öz tanışı olan həmin digər şəxs ilə qabaqcadan əlbir olub qrup halında Zərərçəkmiş şəxs1 həmin tanışının yüksək vəzifəyə təyin olunacağını, vəzifəyə təyin olunduqdan sonra Zərərçəkmiş şəxs1 vəzifəyə təyin edəcəyini, bu məqsədlə həmin şəxsə maddi köməklik göstərilməsinin vacib olmasını və vəzifəyə təyin olunandan sonra verilən pulların həmin şəxs tərəfindən qaytarılacağını yalandan vəd verib aldadaraq, xx xxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 50999 manat təşkil edən 65000 ABŞ dollarını, xx xxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 54915 manat təşkil edən 70000 ABŞ dollarını, xx xxxxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 78430 manat təşkil edən 100000 ABŞ dollarını, xx xxxxxxxx 2013-cü ildə 64000 manat pulunu, xx xxxxxxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 25886 manat təşkil edən 33000 ABŞ dollarını və xx xxxxxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 227447 manat təşkil edən 290000 ABŞ dollarını davamlı olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 11 ünvanda alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 cəmi 501677 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin məhkəmə hökmünə əsasən X4 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəl xx xxx 2016-cı il tarixdən hesablanmaqla, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalında həbsə alınmışdır. Həmin hökümdən həmçinin görünür ki, qeyd edilən edilən iş üzrə məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 mülki iddia tələbi irəli sürərək ona vurulmuş maddi ziyan olmaqla cəmi 755498 (yeddi yüz əlli beş min dörd yüz doxsan iki) manat məbləğində pulun Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini xahiş etmiş, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmiş olduqları cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 cəmi 755498 (yeddi yüz əlli beş min dörd yüz doxsan iki) manat məbləğində maddi ziyan vurulmaqla həmin maddi ziyanla bağlı 13333 (on üç min üç yüz otuz üç) manat məbləğində pulun Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 ödənildiyi nəzərə alınaraq, həmin hökm üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tələbi təmin edilərək ödənilməmiş qalan 742165 (yeddi yüz qırx iki min yüz altmış beş) manat pulun Təqsirləndirilən şəxs2 və qeyrisindən alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. (cild 4, iş vər. 12-54). İş materiallarında olmaqla Bakı şəhəri Binəqədi RPİ-nin xx xxxxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, ilkin istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə barəsində axtarış edilmiş xx.xx.1965-ci il tarixdə Bərdə rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 xx xxxx 2018-ci il tarixdə Türkiyə Respublikasının Antalya şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmış və barəsində ekstradisiya məsələsinin həll olunması məqsədilə «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 4, iş vər. 63). İş materiallarında olmaqla müvafiq məhkəmə qərarının icrası ilə bağlı «xxxxxxxxxxx» QSC-nin xx xxxxxx 2019-ci il tarixli 04 saylı məktubu ilə istintaq orqanına təqdim edilmiş bank hesabı çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs1 adına həmin bankda qeyd edilən tarixədək kredit öhdəliyi, xarici pul köçürmə əməliyyatları olmamış, onun adına «xxxxxxxxxx» QSC-nin «Azadlıq» filialında xx.xx.2012-ci il tarixdə 30000 (otuz min) ABŞ dolları məbləğində əmanət açılmış və xx.xx.2012-ci il tarixdə isə bağlanmışdır. (cild 4, iş vər. 14-165). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxxxx 2016-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun əməkdaşları tərəfindən Türkiyə Respublikasının səlahiyyətli nümayəndələrindən qəbul edilərək Bakı İstintaq təcridxanasına təhvil verilmişdir. (cild 4, iş vər. 203). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin əməkdaşları tərəfindən Türkiyə Respublikasının səlahiyyətli nümayəndələrindən qəbul edilərək Bakı İstintaq təcridxanasına təhvil verildiyi nəzərə alınaraq, Azərbaycan Respublikası DİN BİTİ-nin müstəntiqi Ş.Ə.Həsənov tərəfindən xx xxxxxx 2019-cu il iarixli qərarla hazırki ********* nömrəli cinayət işi üzrə icraat təzələnib iş üzrə ibtidai istintaq davam etdirilmişdir. (cild 4, iş vər. 205-206). «xxxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxxx 2019-cu il tarixli 1571 saylı məktubundan görünür ki, həmin MMC-də qeyd edilən tarixə iş üzrə Təqsirləndirilən şəxs1 adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı, vət. Şahid4 adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı, Şahid12 adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri qeydə alınmışdır. (cild 4, iş vər. 226). İş materiallarından görünür ki, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BİTİ-nin Ağır cinayətlərin İstintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Ş.Həsənov tərəfindən Təqsirləndirilən şəxs1 həmin əmələ görə məhkum olunmuş Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yuxarıda qeyd edilən şəraitdə, yəni xx xxxxxx 2012-ci il tarixdən xx xxxxxxx 2013-cü il tarixədək olan müdət ərzində Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmələri ilə bağlı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə xx xxxx 2016-cı il tarixli qərar xx xxxxxx 2019-cu il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 elan edilərək həmin tarixdə o, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (cild 5, iş vər. 6-8, 15-26). İş üzrə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BİTİ-nin Ağır cinayətlərin İstintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Ş.Həsənov tərəfindən Təqsirləndirilən şəxs1 həmin əmələ görə məhkum olunmuş Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yuxarıda qeyd edilən şəraitdə, yəni xx xxxxxx 2012-ci il tarixdən xx xxxxxxx 2013-cü il tarixədək olan müdət ərzində Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla sonuncuya qarşı dələduzluq etmələri ilə bağlı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə xx xxxx 2016-cı il tarixli qərar xx xxxxxx 2019-cu il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 elan edilərək həmin tarixdə o, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (cild 5, iş vər. 6-8, 15-26). İş materiallarında olmaqda Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli iş № 1(105)-16/19 saylı qərarının surətindən görünür ki, həmin iş üzrə dövlət ittihamçısının protesti, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və M.S.Hacıyevin vermiş olduqları apellyasiya şikayətləri təmin edilərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hükmğ dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (cild 5, iş vər. 58-75). İş materiallarında olan ərizədən görünür ki, Abşeron rayonu Masazır qəsəbə sakini Zərərçəkmiş şəxs2 xx xxxxxx 2019-cu il Azərbaycan Respublikası DİN-nə şikayət ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tərəfindən şərikli biznes işi quracaqları adı ilə onu aldadaraq 2014-2015-ci illər ərzində hissə-hissə olmaqla cəmi 170000 ABŞ dolları məbləğində pulunu ələ keçirdiklərini bildirmiş və ona vurulmuş maddi ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. (cild 5, iş vər. 90-91). İş materiallarında olan ərizədən görünür ki, Kəlbəcər rayon sakini Zərərçəkmiş şəxs3 xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nə şikayət ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən şərikli biznes işi quracaqları adı ilə onu aldadaraq xx xxxxxxxx 2015-ci il tarixdə 55000 manat məbləğində pulunu ələ keçirdiklərini və ona vurulmuş maddi ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. (cild 5, iş vər. 94). İş materiallarında olmaqla «Könüllü təqdim etmə və götürmə haqqında» xx xxxxxx 2019cu il tarixli protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 həmin tarixdə istintaq orqanına aşağıda qeyd edilən sənədlərin kserosurətlərini təqdim etmiş və cümlədən: Bakı şəhəri 20 saylı Notariat kontorunda xx xxxxxxxx 2015-ci il tarixdə təsdiq edilməklə Reyestrdə 3M-97 № üzrə qeydə alınmış «Borcun etirafı barədə mücərrəd müqavilə»nin surətindən görünür ki, həmin müqavilə Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 Kəlbəcər rayon sakini Zərərçəkmiş şəxs3 55000 (əlli beş min) manat məbləğində borcu olduğunu etiraf etdiyi və həmin borc pulu xx.xx.2015-cü il tarixədək ona qaytarmağı öz öhdəsinə götürdüyü barədə rəsmiləşdirilmişdir. Həmin protokola əlavə edilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, **********64-10301 reyestr №-li Texniki pasport, həmçinin Seriya RX № ******* saylı Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və torpaq sahəsinin Ölçü eskizinin surətlərindən görünür ki, həmin sənədlər vət. X5 xüsusi mülkiyyətində Abşeron rayonu Masazır qəsbəsində 130,4 kv metr sahəsi olan fərdi yaşayış evi və 0,0173 ha torpaq sahəsi olması barədə verilmişdir. (cild 5, iş vər. 112, 113, 114, 115, 116-117). «Könüllü təqdim etmə və götürmə haqqında» xx xxxxxx 2019-cu il tarixli protokol və ona əlavə edilmiş əlyazma qəbzin kserosurətindən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 istintaq orqanına Təqsirləndirilən şəxs2 adından yazılmaqla, sonuncuya məxsus AZE P3698479 nömrəli pasportun ilk səhtfəsinin kserosurəti əks etdirilmiş bir ədəd vərəqin arxa hissəsində olan əlyazma qeydini təqdim etmiş və həmin sənəddən görünür ki, həmin əlyazma azərbaycan dilində latın əlifbası ilə aşağıdakı mətində yəni,- «Mən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 170000 ABŞ dolları almışam, həmin pulu xx.xx.2016-cı ildə qaytarmağı söz verirəm. İmza: Təqsirləndirilən şəxs2, İmza: Zərərçəkmiş şəxs2 Q.O., İmza: Zərərçəkmiş şəxs3» tərtib edilməklə imzalar edilmişdir. (cild 5, iş vər. 131, 132). İş materiallarında olan ərizədən görünür ki, Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nə şikayət ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 biznes işi quracaqları adı ilə onu aldadaraq 2013cü il ərzində külli miqdarda pulunu ələ keçirdiklərini bildirmiş və ona vurulumş maddi ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. (cild 5, iş vər. 161-163). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının xx xxxxxx 2019cu il tarixli xx/xx-1102 saylı məktubundan görünür ki, ki, axtarışda olmuş Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına təhvil verilmiş və xx xxxxxx 2019-cu il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. (cild 5, iş vər. 211). İş materiallarında olan ərizədən görünür ki, Bakı şəhər sakini Zərərçəkmiş şəxs5 xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs1 biznes işi quracaqları adı ilə onu aldadaraq 50000 manat pulunu ələ keçirdiyini bildirmiş və bununla bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir. (cild 5, iş vər. 237). Azərbaycan Respublikası DİN İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx xxxx 2019-cu il tarixli № 921-3846-1219 saylı məktubundan görünür ki, Ankara İNTERPOL-un MMB-sindən daxil olmuş məktubda bildirilmişdir ki, Türkiyə Respublikasının səlahiyyətli orqanlarının məlumatına əsasən xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Antalya L-tipli cəzaçəkmə müəssisəsində həbsdə saxlanılmışdır. (cild 5, iş vər. 290). İş materiallarında olmaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli iş № 4(009)-208/2019 saylı qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 (iki) ay ayadək, yəni xx xxx 2019-cu il tarixə kimi uzadılmışdır. (cild 5, iş vər. 303-306). İşdə olan Bakı şəhəri Nizami MKTB 57 saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti bina 61, mənzil 130-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və daimi yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 6, iş vər. 19). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən həmin xx xxxx 2018-ci il tarixli hökm dəyişdirilərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. (cild 6, iş vər. 20). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 6, iş vər. 21). «İş üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxxxx 3019-cu il tarixli qərardan görünür ki, həmin ********* №-ci cinayət işi üzrə telefon əlaqələri barədə «xxxxxxxxxxxxxxxx və «xxxxxx» MMC-dən dəqdim edilmiş CD disklər iş üzrə sübut kimi qiymətləndirilmiş, “Yolçu” adlı şəxs, həmçinin Şahid12 və Şahid10 barəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 6, iş vər. 22-59). «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» xx xxxxx 2019-cu il tarixli və xx xxxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin əmələ görə məhkum olunmuş Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yuxarıda qeyd edilən şəraitdə xx xxxxxx 2012-ci il tarixdən xx xxxxxxx 2013-cü il tarixədək olan müdət ərzində Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etməklə yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 məxsus 50000 (əlli min) manat pulu 2013-cü ilin may ayında ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla; -2013cü il yanvar ayından 2013-cü ilin iyun ayınadək olan müddət Zərərçəkmiş şəxs4 məxsus cəmi 350937 (üç yüz əlli min doqquz yüz otuz yeddi) manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla; -2014-cü ilin yanvar ayından 2015-ci ilin may ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus cəmi 152092 (yüz əlli iki min doxsan iki) manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla; eyni üsulla Zərərçəkmiş şəxs3 məxsus 55000 (əlli beş min) manat pulu xx xxxxxxxx 2015-ci il tarixdə ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla,- dələduzluq etmiş olduqları barədə onlara yeni ittiham elan olunmuşdur. (cild 6, iş vər. 76-79, 99-101). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasg CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən həmin xx xxxx 2018-ci il tarixli hökm dəyişdirilərək ona təyin edilmiş cəza müddəti 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2016-cı il tarixdən hesablanmaqla, cəzaçəkmə müddəti xx xxx 2024-cü il tarixdə bitir. Məhkum Təqsirləndirilən şəxs2 cəzaçəkmə yeri üzrə müsbət xarakterizə olunur. (cild 6, iş vər. 131). İş materiallarına əlavə edilməklə mülki iddia ərizəsindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs3 baş vermiş dələduzluq hadisəsi ilə əlaqədar ona vurulmuş maddi ziyan olmaqla cəmi 55000 (əlli beş min) manat məbləğində pulun, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul vəsaitlərinin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə tutulması barədə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilməklə mülki iddia ərizəsindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 baş vermiş dələduzluq hadisəsi ilə əlaqədar ona vurulmuş maddi ziyan olmaqla cəmi 152092 (yüz əlli iki min doxsan iki) manat məbləğində pulun, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul vəsaitlərinin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə tutulması barədə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilməklə mülki iddia ərizəsindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs4 baş vermiş dələduzluq hadisəsi ilə əlaqədar ona vurulmuş maddi ziyan olmaqla cəmi 350937 (üç yüz əlli min doqquz yüz otuz yeddi) manat məbləğində pulun, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul vəsaitlərinin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə tutulması barədə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilməklə mülki iddia ərizəsindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 baş vermiş dələduzluq hadisəsi ilə əlaqədar ona vurulmuş maddi ziyan olmaqla cəmi 755498 (yeddi yüz əlli beş min dörd yüz doxsan səkkiz) manat məbləğində pulun, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul vəsaitlərinin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə tutulması barədə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilməklə «Əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi haqqında» Forma 88 №-li 4449003AAA7C saylı xx.xx.2019-cu il tarixli arayışçıxarışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 «Sol böyrəyin xərçənginə görə aparılmış əməliyyatdan sonrakı vəziyyəti ilə bağlı ona xx.xx.2024-cü il müddədək üçüncü dərəcəli əlillik məyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında tetibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməli törətməkdə təqsirli olmaları onların özlərinin hadisələrin baş vermə yeri, vaxtı, inkişafı ardıcıllğı, zərərçəkmiş şəxslərdən muxtəlif vaxtlarda almış olduqları pul vəsaitlərinin məbləğləri, həmin pulları məhz şərikli biznes işi qurmaq üçün almış olduqları barədə məhkəmədə verdikləri işin faktiki hallarına uyğun mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, telefon danışıqlarına dair əldə olunmuş məlumatlar, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə keçən zərərçəkmiş şəxslərin pullarını ələ keçirmək barədə onların arasında heç bir razılaşma olmadığı, yuxarıda qeyd edilən cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmədikləri, Təqsirləndirilən şəxs1 iş üzrə keçən zərərçəkmiş şəxslərdən qeyd edilən məbləğlərdə olan pulların çox hissəsini özü almadığı, özü birbaşa aldığı pulları guya mövcud olan biznes fəaliyyətini idarə etdiyi üçün Təqsirləndirilən şəxs2 verdiyi, bununla bağlı bütün pul hesablaşmalarını Təqsirləndirilən şəxs2 özü həyata keçirdiyi, son nəticədə Təqsirləndirilən şəxs2 onun özünü də aldatdığı, öz növbəsində Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan zərərçəkmiş şəxslərdən qeyd edilən məbləğlərdə olan pulların çox hissəsini Təqsirləndirilən şəxs1 verdiyi, bir qismini isə guya mövcud olan biznes fəaliyyətlərinə yatızdırdıqları, həmin pulları mənimsəmədikləri, biznes faliyyətlərində ziyana düşdüklərinə görə zərərçəkmiş şəxslərdən aldıqları pulları onlara qaytara bilmədikləri barədə olan hissədə onların ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onların yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı təqqiq edilmiş yuxarıda qeyd edilmiş mötəbər sübutlarla tam təsdiq olunmuşdur. «Azərbaycan Respublikasının Cinayət Məcələsində dəyişikliklər edilməsi haqqında» xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.61.7-ci bəndinə əsasən isə AR CM-in 177-ci maddəsinin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilmişdir. “Qeyd: 1. Bu Məcələnin 177.1, 178.1 və 179.1-ci maddəərində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcələnin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddəərində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. 2. Bu Mÿcÿlÿnin 177- 182-ci, 185-187-ci vÿ 189-1-ci maddÿÿrindÿ “xeyli miqdar” dedikdÿ, beş min manatdan yuxarı, lakin əli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. 3. Bu Məcələnin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddəəri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcələnin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcələnin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.” Yuxarıda qeyd edildiyi kimi, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri dələduzluq cinayətlərini 2012-cü ilin dekabr ayından xx xxxxxxxx 2015-ci il tarixə kimi olan dövr ərzində, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 məxsus 50000 (əlli min) manat pulu 2013-cü ilin may ayında ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş olduqları, təkrarən, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2013-cü il yanvar ayının sonundan 2013-cü ilin iyun ayınadək olan müddət ərzində ümumilikdə 350937 (üç yüz əlli min doqquz yüz otuz yeddi) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş olduqları; bundan başqa, Təqsirləndirilən şəxs1 həmin əmələ görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs2 ilə təkrarən, xx xxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək olan müddət ərzində ümumilikdə 253821 (iki yüz əlli üç min səkkiz yüz iyirmi bir) manat məbləğində pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 kğlli miqdarda ziyan vurmaqla dələduzluq etmiş olduqları; bundan başqa, Təqsirləndirilən şəxs1 və həmin əmələ görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən, vahid niyyətlə əhatə olunmuş q˙sdl˙ xx xxxx 2013-cü il tarixdən xx xxxxxxx 2013-cğ il tarixədək olan müddəi ərzində ümumilikdə 501677 (beş yüz bir min altı yüz yetmiş yeddi) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş olduqları, bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2014-cü ilin yanvar ayının əvvəlindən 2015-ci ilin may ayının əvvəlinədək olan müddət ərzində ümumilikdə 152092 (yüz əlli iki min doxsan iki) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Firuz Dadaєova kğlli miqdarda ziyan vurmaqla dələduzluq etmiєolduqları və bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxxx 2015-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus 55000 (əlli beş min) manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş olduqları müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən törətmiş olduqları yuxarıda qeyd edilən dələduzluq cinayət əməllərini, həmçinin Təqsirləndirilən şəxs2 təqsirli bilinərək məhkum olunduğu və o cümlədən qeyd edilməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən törətmiş olduğu yuxarıda qeyd edilən dələduzluq cinayət əməllərini törətdikləri zaman qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin redaksiyasında 178.3.2-ci maddənin sanksiyasında yeddi ildən on iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu. Lakin, xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasə dəyişdirilərək CM-in 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhruetmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası yüngülləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 10.3-cü maddəsinə görə isə, əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların yuxarıda göstərilən şəraitdə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etməklə törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin olunarkən xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasına edilmiş dəyişikliklər nəzərə alınmalı və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan maddənin sanksiyası həddində müəyyən müddətdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi, xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanununa əsasən əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla) tövsif edilməsi üçün vurulmuş ziyanın məbləğinin əlli min manatdan artıq olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (xeyli miqdarda ziyan vurmaqla) tövsif edilməsi üçün isə vurulmuş ziyanın məbləğinin beş min manatdan yuxarı, lakin əli min manatdan artıq olmayan məbləğdə olması nəzərdə tutulmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri dələduzluq cinayətlərini 2012-2015-ci ərzində törətdikləri və o cümlədən onlar qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 məxsus 50000 (əlli min) manat pulu 2013-cü ilin may ayında ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş olduqları iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Bununla yanaşı, həmin əməlin istintaq orqanına əvvəllər məlum olmamaqla Zərərçəkmiş şəxs5 həmin şəxslər tərəfindən ona qarşı qeyd olunan dələduzluq əməlini törətmələri barədə yalnız xx xxxxxx 2019-cu il tarixdə istintaq orqanına müraciət etmiş olduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların digər şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmələri ilə yanaşı, həmçinin Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş olduqları ilə bağlı onlara müvafiq olaraq xx xxxxx 2019-cu il və xx xxxxx 2019-cu il tarixlərdə Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara yeni ittiham elan olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 məxsus 50000 (əlli min) manat pulu 2013-cü ilin may ayında ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş olduqları ilə bağlı epizod üzrə törətdikləri dələduzluq əməli öz tövsifedici əlamətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə az ağır cinayətin törədildiyi gündən isə yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyası dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müdddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibini yaradan onlara verilmiş ittihamın birinci epizodu olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 məxsus 50000 (əlli min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla həmin dələduzluq əməlini 2013-ci ilin may ayında törətmişlər. Lakin, göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yuxarıda qeyd olunan epizod üzrə az ağır cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdikləri vaxtdan cinayətin təsnifatı üzrə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən olunmuş yeddi il olmaqla cinayət məsuliyyətinə cəlb edilmə müdddəti artıq keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri az ağır cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibini yaradan onlara verilmiş ittihamın birinci epizodu olmaqla, yəni 2013-cü ilin may ayında Zərərçəkmiş şəxs5 məxsus 50000 (əlli min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla ona qarşı da dələduzluq etmələri epizodü üzrə, müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hazırki iş üzrə Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxx 2016-cı il tarixdən hesablanmaqla 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən isə həmin xx xxxx 2018-ci il tarixli hökm dəyişdirilərək ona təyin edilmiş cəza müddəti 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və məhkum Təqsirləndirilən şəxs2 hal-hazırda əvvəlki hökm üzrə cəzaçəkmə müəsissəsində saxlanılmaqla həmin hökm üzrə cəzaçəkmə müddəti xx xxx 2024-cü il tarixdə bitir. İş üzrə irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə təqsirləndirildiyi dələduzluq cinayət əməllərini iş üzrə digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2012-ci ilin dekabr ayından xx xxxxxxxx 2015-ci il tarixə kimi olan dövr ərzində törətmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə o cümlədən təqsirli bilindiyi ağır cinayət olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlllərini Təqsirləndirilən şəxs1 ilə birlikdə onun özü barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişlər. xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiliklər nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin,- Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi,- tələblərinə əsasən; 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 66.4. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən isə həmin hökm dəyişdirilərək ona təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin tələblərinə əsasən hazırki hökm üzrə ona təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli və həmin əvvəlki hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət əməli törətməkdə təqsirli bilindikləri nəzərə alınaraq, təyin olunan cəzanı Azərbaycan Respublikasg Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli axtarış üzrə Türkiyə Respublikasının Antalya şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq saxlanıldığı xx xxxx 2018-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli əvvəlki hökm üzrə müəyyən edilmiş xx xxx 2016-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərildiyi kimi onlara qarşı törədilmiş dələduzluq cinayət hadisələri ilə əlaqədar ona vurulmuş maddi ziyan olmaqla iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar o cümlədən: Zərərçəkmiş şəxs3 cəmi 55000 (əlli beş min) manat məbləğində pulun, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun, Zərərçəkmiş şəxs2 cəmi 152092 (yüz əlli iki min doxsan iki) manat məbləğində pulun, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun, Zərərçəkmiş şəxs4 cəmi 350937 (üç yüz əlli min doqquz yüz otuz yeddi) manat məbləğində pulun, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun, Zərərçəkmiş şəxs1 isə cəmi 755498 (yeddi yüz əlli beş min dörd yüz doxsan səkkiz) manat məbləğində pulun, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə tutulması barədə mülki iddia tələbləri irəli sürərək, həmin iddia tələblərinin tam təmin olunmasını xahiş etmişlər. Həmin iş üzrə aparılmış ibtidai və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yuxarıda göstərilən şəraitdə dələduzluq cinayət əməlləri törədərək zərərçəkmiş şəxs, mülki iddiaçılar: Zərərçəkmiş şəxs3 cəmi 55000 (əlli beş min) manat məbləğində, Zərərçəkmiş şəxs2 cəmi 152092 (yüz əlli iki min doxsan iki) manat məbləğində, Zərərçəkmiş şəxs4 cəmi 350937 (üç yüz əlli min doqquz yüz otuz yeddi) manat məbləğində, Zərərçəkmiş şəxs1 isə cəmi 755498 (yeddi yüz əlli beş min dörd yüz doxsan səkkiz) manat məbləğində maddi ziyan vurmuş olduqları öz təsdiqini tapmış və yuxarıda qeyd edilən zərərçəkmiş şəxslər irəli sürmüş olduqları iddia tələbləri ilə bağlı hər biri ayrı-ayrılıqda dövlət rüsumu kimi 30 (otuz) manat vəsaiti müvafiq qaydada ödəmişlər. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli iş № 1(101)-67/2018 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur ki, o, digər zərərçəkmiş şəxslərə də qarşı dələduzluq cinayət əməli törətməklə yanaşı, qeyrisi ilə də, yəni ilkin istintaq edilmiş cinayət işi və hazırki cinayət işi üzrə də öz təsdiqini tapmaqla öz tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 şərikli biznes fəaliyyəti ilə məşğul olub qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq xx xxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixə olan müddət ərzində sonuncuya məxsus 253821 (iki yüz əlli üç min səkkiz yüz iyirmi bir) manat manat məbləğində pulu ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş olduqları, həmçinin təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup halında Zərərçəkmiş şəxs1 vəzifəyə təyin olunacağı, bundan sonra verdiyi pulların ona qaytarılacağını yalandan vəd verib aldadaraq xx xxxx 2013-cü il tarixdən xx xxxxxxx 2013-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus cəmi 501677 manat məbləğində pulu ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş olduqları və beləliklə ümumilikdə Zərərçəkmiş şəxs1 cəmi 755498 (yeddi yüz əlli beş min dörd yüz doxsan səkkiz) manat məbləğində maddi ziyan vurmuş olduqları öz təsdiqini tapmışdır. Bununla yanaşı, ilkin aparılmış cinayət işi üzrə də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 mülki iddia tələbi irəli sürərək ona vurulmuş maddi ziyan olmaqla cəmi 755498 (yeddi yüz əlli beş min dörd yüz doxsan iki) manat məbləğində pulun Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini xahiş etmişdir. Həmin ilkin baxılmış cinayət işi üzrə Təqsirləndirilən şəxs2 şəxsiyyəti müəyyən edilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmiş olduqları cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 cəmi 755498 (yeddi yüz əlli beş min dörd yüz doxsan iki) manat məbləğində maddi ziyan vurulmaqla, həmin maddi ziyanla bağlı 13333 (on üç min üç yüz otuz üç) manat məbləğində pulun Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 ödənildiyi nəzərə alınaraq, həmin hökm üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tələbi təmin edilərək ödənilməmiş qalan 742165 (yeddi yüz qırx iki min yüz altmış beş) manat pulun Təqsirləndirilən şəxs2 və qeyrisindən alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmış və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin xx xxxx 2018-ci il tarixli məhkəmə hökmü həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 irəli sürmüş olduğu iddia tələbi ilə bağlı həmin iddia tələbinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən qismən təmin edilərək Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan olmaqla cəmi 755498 (yeddi yüz əlli beş min dörd yüz doxsan səkkiz) manat məbləğində maddi ziyandan 13333 (on üç min üç yüz otuz üç) manat məbləğində pulun Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 ödənildiyi nəzərə alınaraq, ödənilməmiş qalan 742165 (yeddi yüz qırx iki min yüz altmış beş) manat pulun Təqsirləndirilən şəxs2 və qeyrisindən alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alındığı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin məhkəmə hökmü qeyd edilən hissədə dəyişdirilmədən saxlanıldığı nəzərə alınaraq, üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyandan ödənilməmiş qalan cəmi 742165 (yeddi yüz qırx iki min yüz altmış beş) manat məbləğində pul, həmçinin iş üzrə dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edildiyi kimi, ilkin aparılmış iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zaman iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs4 baş vermiş dələduzluq hadisəsi ilə əlaqədar cəmi 350937 (üç yüz əlli min doqquz yüz otuz yeddi) manat məbləğində maddi ziyan vurulduğu öz təsdiqini tapmışdır. Bununla yanaşı, Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanla bağlı sonuncunun tələbinə əsasən iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cəmi 21100 (iyirmi bir min bir yüz) manat qaytarıldığı müəyyən olunmuşdur. Odur ki, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs4 iş üzrə irəli sürmüş olduğu mülki iddia tələbi qismən təmin edilərək, ona vurulmuş maddi ziyanla bağlı ödənilməmiş qalan cəmi 329837 (üç yüz iyirmi doqquz min səkkiz yüz otuz yeddi) manat məbləğində pul, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada onun xeyrinə tutulmalıdır. Həmçinin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zaman iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs3 baş vermiş dələduzluq hadisəsi ilə əlaqədar cəmi 55000 (əlli beş min) manat məbləğində maddi ziyan vurulduğu öz təsdiqini tapmışdır. Bununla yanaşı, Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanla bağlı sonuncunun tələbinə əsasən iş üzrə təqsirləndirilən şəxslər tərəfindən cəmi 3200 (üç min min yüz) manat ona qaytarıldığı müəyyən olunmuşdur. Odur ki, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs3 iş üzrə irəli sürmüş olduğu mülki iddia tələbi qismən təmin edilərək, ona vurulmuş maddi ziyanla bağlı ödənilməmiş qalan cəmi 51800 (əlli bir min səkkiz yüz) manat məbləğində pul və dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada onun xeyrinə tutulmalıdır. Həmçinin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zaman iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 baş vermiş dələduzluq hadisəsi ilə əlaqədar cəmi 152092 (yüz əlli iki min doxsan iki) manat məbləğində maddi ziyan vurulduğu öz təsdiqini tapmış və bununla bağlı ona vurulmuş maddi ziyanla bağlı heç bir ödəniş edilməmişdir. Odur ki, hazırki cinayət işi üzrə iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 iş üzrə irəli sürmüş olduğu mülki iddia tələbi tam təmin edilərək Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyan olmaqla cəmi 152092 (yüz əlli iki min doxsan iki) manat məbləğində pul, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada onun xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edildiyi kimi, həmin iş üzrə aparılmış ibtidai və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yuxarıda göstərilən şəraitdə dələduzluq cinayət əməlləri törədərək həmçinin iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 50000 (əlli min) manat məbləğində maddi ziyan vurmuş olduğu öz təsdiqini tapmış, lakin həmin iş üzrə ibtidai istintaq və yaxud məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs5 iş üzrə müvafiq qaydada iddia tələbi ilə müraciət etməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs5 vurulmuş maddi ziyanın ödənilməsinə dair məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə Zərərçəkmiş şəxs5 müvafiq qaydada iş üzrə mülki iddia ərizəsi vermədiyindən ona vurulmuş maddi ziyanın ödənilməsinə dair qərar qəbul etmək hazırki iş üzrə mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. İş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 iş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən müvafiq qərarlarla zərəçəkmiş qismində tanınmış əvə ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutumuş hüquqları izah edilsə də o, iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi verməmişdir. Azərbaycan Respublikasg CPM-nin 180.2-ci maddəsinə görə isə, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs5 ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət hüququ olduğu izah edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyətini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 daimi yaşayış müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmadığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olması, müsbət xarakterizə olunması, böyrək xəstəliyindən əziyyət çəkməklə ona üçüncü dərəcə əlillik müəyyən olunduğunu onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Mÿhkÿmÿsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikasg Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayÿt qanunvericiliyinÿ görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda mÿhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin mğvafiq normalargngn tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Bununla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. İş üzrə maddi sübutlar: iş üzrə təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 xx.xx.2012-ci il tarixdə 194000 (yüz doxsan dörd min dörd yüz) ABŞ dolları məbləğində borc pul verdiyini bildirdiyi və sonuncunun həmin məbləğdə borclu olmasını etiraf etdiyi və həmin pulu xx.xx.2014-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürdüyü barədə Bakı şəhəri 50 saylı Notariat kontorunda xx xxxxxx 2013-cü il tarixdə təsdiq edilmiş «Borcun etirafı müqaviləsi»nin surəti, həmçinin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il tarixdə 732300 (yeddi yüz otuz iki min üç yüz) ABŞ dolları məbləğində borc pul verdiyini bildirdiyi və sonuncunun həmin məbləğdə borclu olduğunu etiraf etdiyi və həmin pulu xx.xx.2014-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürdüyü barədə Bakı şəhəri 50 saylı Notariat kontorunda xx xxxxxx 2013-cü il tarixdə təsdiq edilmiş «Borcun etirafı müqaviləsi»nin surəti, Təqsirləndirilən şəxs2íóí Zərərçəkmiş şəxs3 55000 (əlli beş min) manat məbləğində borcu olduğunu etiraf etdiyi və həmin borc pulu xx.xx.2015-cü il tarixədək ona qaytarmağı öz öhdəsinə götürdüyü barədə Bakı şəhəri 20 saylı Notariat kontorunda xx xxxxxxxx 2015-ci il tarixdə təsdiq edilmiş «Borcun etirafı barədə mücərrəd müqavilə»nin surəti, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 170000 (yüz yetmiş min) ABŞ dolları pul aldığı və həmin pulu xx.xx.2016-cı ildə qaytarmağı öz öhdəsinə götürdüyü barədə Təqsirləndirilən şəxs2 adından yazılmış əlyazma qəbzinin kserosurəçti, «xxxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxxx 2018-ci il tarixli 564 saylı məktubu ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri üzrə telefon əlaqələri və sms yazışmaları barədə məlumatlar olan bir ədəd CD disk, həmçinin «xxxxxxx» MMC-nin xx xxxxxx 2018-ci il tarixli BKC/LCL-537/18 saylı məktubu ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsi üzrə müvafiq dövr üzrə telefon əlaqələri və sms yazışmaları barədə məlumatlar məlumatlar olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlınılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, məhkəmə məsrəfləri və xüsusi müsadirənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-354 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlgqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Türkiyə Respublikasında tutulduğu xx xxxx 2018-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi az ağır cinayətlər təsnifatına daxil olan ona verilmiş ittihamın birinci epizodu olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs5 məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həmin dələduzluq cinayəti epizodu üzrə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi ) il 6 (altı) ay müddətinə azadlgqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli iş № 1(101)-67/2018 saylı hökmü dəyişdirilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli iş № 1(105)-16/19 saylı qərarı Təqsirləndirilən şəxs2 təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxx 2016-cı il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi az ağır cinayətlər təsnifatına daxil olan ona verilmiş ittihamın birinci epizodu olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs5 məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həmin dələduzluq cinayəti epizodu üzrə cəza təyin edilməsin. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 iş üzrə irəli sürmüş olduqları mülki iddia tələbi tam təmin edilsin. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada vurulmuş maddi ziyan olmaqla cəmi 152092 (yüz əlli iki min doxsan iki) manat məbləğində pul, həmçinin dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul Zərərçəkmiş şəxs2 xeyrinə tutulsun. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 irəli sürmüş olduqları mülki iddia tələbi qismən təmin edilsin. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada vurulmuş maddi ziyandan ödənilməmiş qalan cəmi 329837 (üç yüz iyirmi doqquz min səkkiz yüz otuz yeddi) manat məbləğində pul və dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul Zərərçəkmiş şəxs4 xeyrinə, həmçinin vurulmuş maddi ziyandan ödənilməmiş qalan cəmi 51800 (əlli bir min səkkiz yüz) manat məbləğində pul və dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul Zərərçəkmiş şəxs3 xeyrinə tutulsun. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 irəli sürmüş olduğu iddia tələbi ilə bağlı həmin iddia tələbinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən qismən təmin edilərək Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan olmaqla cəmi 755498 (yeddi yüz əlli beş min dörd yüz doxsan səkkiz) manat məbləğində maddi ziyandan 13333 (on üç min üç yüz otuz üç) manat məbləğində pulun Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 ödənildiyi nəzərə alınaraq, ödənilməmiş qalan 742165 (yeddi yüz qırx iki min yüz altmış beş) manat pulun Təqsirləndirilən şəxs2 və qeyrisindən alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alındığı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin məhkəmə hökmü qeyd edilən hissədə dəyişdirilmədən saxlanıldığı nəzərə alınaraq, üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyandan ödənilməmiş qalan cəmi 742165 (yeddi yüz qırx iki min yüz altmış beş) manat məbləğində pul, həmçinin iş üzrə dövllət rüsumu kimi ödədiyi 30 (otuz) manat pul iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Zərərçəkmiş şəxs1 xeyrinə tutulsun. İş üzrə Zərərçəkmiş şəxs5 izah edilsin ki, ona vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları yer üzrə müvafiq məhkəməyə müraciət edə bilər. İş üzrə maddi sübutlar: iş üzrə təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 xx.xx.2012-ci il tarixdə 194000 (yüz doxsan dörd min dörd yüz) ABŞ dolları məbləğində borc pul verdiyini bildirdiyi və sonuncunun həmin məbləğdə borclu olmasını etiraf etdiyi və həmin pulu xx.xx.2014-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürdüyü barədə Bakı şəhəri 50 saylı Notariat kontorunda xx xxxxxx 2013-cü il tarixdə təsdiq edilmiş «Borcun etirafı müqaviləsi»nin surəti, həmçinin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il tarixdə 732300 (yeddi yüz otuz iki min üç yüz) ABŞ dolları məbləğində borc pul verdiyini bildirdiyi və sonuncunun həmin məbləğdə borclu olduğunu etiraf etdiyi və həmin pulu xx.xx.2014-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürdüyü barədə Bakı şəhəri 50 saylı Notariat kontorunda xx xxxxxx 2013-cü il tarixdə təsdiq edilmiş «Borcun etirafı müqaviləsi»nin surəti, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 55000 (əlli beş min) manat məbləğində borcu olduğunu etiraf etdiyi və həmin borc pulu xx.xx.2015-cü il tarixədək ona qaytarmağı öz öhdəsinə götürdüyü barədə Bakı şəhəri 20 saylı Notariat kontorunda xx xxxxxxxx 2015-ci il tarixdə təsdiq edilmiş «Borcun etirafı barədə mücərrəd müqavilə»nin surəti, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 170000 (yüz yetmiş min) ABŞ dolları pul aldığı və həmin pulu xx.xx.2016-cı ildə qaytarmağı öz öhdəsinə götürdüyü barədə Təqsirləndirilən şəxs2 adından yazılmış əlyazma qəbzinin kserosurəti, «xxxxxxxxxxxxxxxx» MMCnin xx xxxxxx 2018-ci il tarixli 564 saylı məktubu ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri üzrə telefon əlaqələri və sms yazışmaları barədə məlumatlar olan bir ədəd CD disk, həmçinin «xxxxxxx» MMC-nin xx xxxxxx 2018-ci il tarixli BKC/LCL-537/18 saylı məktubu ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi üzrə müvafiq dövr üzrə telefon əlaqələri və sms yazışmaları barədə məlumatlar məlumatlar olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar