Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-83/2021 18.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X10 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, X5 və Rahilə Novruz qızı Məmmədovanın katibliyi ilə, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 (mülki iddiaçı), Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 (mülki iddiaçı), Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1in nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs2 nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Nümayəndə2, Zərərçəkmiş şəxs5 nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi qaydada fəaliyyət göstərən vəkillər X3, Müdafiəçi2, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X12, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxx 1966-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, «xxxx» MMC-də rəhbər, «xxxx» MMC-də kommersiya direktoru vəzifələrində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, N.Tusi küçəsi, ev 2, mənzil 58-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qismində qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib Şamaxı rayonu, Kirovka kəndində şərikli istirahət mərkəzi tikib daha baha qiymətə satmaqla gəlir əldə edib yarı böləcəkləri barədə yalan vəd verib aldadaraq 2006-cı ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində Şamaxı rayonunda və Bakı şəhərində müxtəlif ünvanlarda hissə-hissə həmin dövrün məzənnəsi ilə 29.155 manat 53 qəpik təşkil edən 31.746 ABŞ dolları pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs5 ümumilikdə 29.155 manat 53 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib Quba rayonu, Digah kəndində şərikli üç ədəd taxta ev tikib satmaqla gəlir əldə edib yarı böləcəkləri barədə yalan vəd verib aldadaraq 2008-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Dərnəgül Bazarı»nda bir dəfəyə 20.000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs6 ümumilikdə 20.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib altı aya pulunu ödəyəcəyi barədə yalan vəd verib aldadaraq 2011-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, «Nizami» metrostansiyasının yaxınlığında bir dəfəyə həmin dövrün məzənnəsi ilə 12.600 manat təşkil edən 16.000 ABŞ dolları dəyərində ümumi çəkisi 84 qram olan boyunbağı, sırğa, üzük, qolbaqdan ibarət briliyant qaşlı dəsti ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 12.600 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Xaçmaz rayonu, Palçıqoba kəndində yerləşən, ucuz qiymətə satılan modern tipli avtomatlaşdırılmış fındıq zavodunu adına alıb özəlləşdirəcəyi və şərikli işlədib qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq zavodun alınması adı ilə 13 sentyabr 2011-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, «Nizami» metrostansiyasının yaxınlığında həmin dövrün məzənnəsi ilə 46.724 manat 04 qəpik təşkil edən 59.400 ABŞ dolları pulunu və zavodun özəlləşdirilməsi adı ilə 2011-ci ilin noyabr-dekabr aylarında Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən «Əmlak Məsələləri Dövlət Komitəsi»-nin qarşısında 80.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 126.724 manat 04 qəpik külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Quba rayonu, Amsar kəndində torpaq sahəsi almaq üçün 5.000 manat pulunun çatmadığını deyərək iki-üç aya qaytaracağı barədə yalan vəd verib aldadaraq 06 may 2014-cü il tarixdə Quba şəhərində yerləşən notariat kontorunun qarşısında bir dəfəyə 5.000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs3 5.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib 2014-cü ilin sonuna qədər dəyərini ödəyəcəyi barədə yalan vəd verib aldadaraq 17 iyul 2014-cü il tarixdən başlayaraq 29 avqust 2014-cü il tarixədək olan dövr ərzində Quba şəhəri, Heydər Əliyev küçəsində yerləşən «Tikinti materiallarının satışı mağazası»ndan 17.000 manat dəyərində müxtəlif tikinti materiallarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs4 17.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Şahid1 aparıcısı olduğu «Sport Maqazin» verilişinin çəkilişi üçün pul lazım olmasını deyərək 2014-cü ilin sonuna qədər pulu qaytaracağı barədə yalan vəd verib aldadaraq 2014-cü ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Koala park»ın yaxınlığında bir dəfəyə 20.000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1ə 20.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1in etibarından sui-istifadə edib ünvan 3 ünvanında yerləşən üçotaqlı 512 saylı mənzilin ucuz qiymətə satıldığını, həmin mənzili alıb daha baha qiymətə satmaqla qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq 2014-cü ilin noyabr ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Koala park»ın yaxınlığında bir dəfəyə həmin dövrün məzənnəsi ilə 125.520 manat təşkil edən 16.0000 ABŞ dolları pulunu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1ə 125.520 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilən ittihamla təqsirli bilməyərək hər bir epizod üzrə ayrı-ayrılıqda ifadə vermişdir. Zərərçəkmiş şəxs2 epizodu üzrə bildirmişdir ki, Səadət tələbə yoldaşı İlqar Bədəlovun bacısının sinif yoldaşı olmuş, həmin vaxtlar onun müalicə həkimi Gülşən xanımın vasitəsilə 2007-ci ilin yayında ilk dəfə «Pin House» restoranında tanış olmuşlar. Belə ki, həmin vaxtlar Səadət həbsdən yeni azad olunmuş, Gülşən xanımın təşəbbüsü ilə onun azadlığa çıxmasını qeyd etmişlər. Bu zaman Səadətlə ünsiyyəti yaranmış, sonuncu ona uzun müddət Almaniya və Fransada kürü satışı, sonralar isə Dubay və Türkiyədən zinət əşyaları gətirib Bakıda satması, qaçaqmalçılığa görə həbs olunması barədə danışıb, onun işləri ilə maraqlanmış, birbirlərinin telefon nömrələrini götürmüşlər. Növbəti görüşlərin birində Səadət ona təklif etmişdir ki, əgər onu kotec tikintisində özünə şərik etsə, Türkiyədən perefabrik evlər gətirdər, kotec tikintisi ilə yanaşı bu evlərin satışı ilə də birgə məşğul olarlar. Lakin həmin perefabrik evlərin gömrük rüsumu və daşınma xərcləri yüksək olduğundan bu iş baş tutmamışdır. Bundan sonra Səadət bir qadınla Həsən Əliyev küçəsində şərikli özəlləşdirdiyi tikiş fabrikinin yerində yüksəkmərtəbəli yaşayış binası tikməyi təklif etmiş, razılaşsa da, Səadətin fabrik sahibi ilə yaranan mübahisəsi ucbatından bu iş də alınmamışdır. Növbəti görüşlərində Səadət əvvəllər özü məşğul olduğu şuba, dəri emalı, gəlinlik paltarlarının tikişi sexi qurmağı təklif etmiş, bu dəfə onunla razılaşmamışdır. Həmin ərəfədə kirayəçisi olduğu Bakı Yeni Elektrik Mühərrikləri zavodunun termo-plast sexini icarəyə götürmək istəməsi barədə bilən Səadət onu bu işdə özünə şərik etməyi xahiş etmiş, razılaşmışlar. Bu iş üçün lazım olan 200.000 ABŞ dolları dəyərindəki qəlibləri Türkiyədən gətirtməyi Səadət, Dubaydan 200.000 ABŞ dolları dəyərində xammalı gətirtməyi isə o öz üzərinə götürmüş, lakin mövcud makinalarla istehsalını planlaşdırdıqları çeşidlərlə rəqabətə tab gətirə bilməyəcəklərini görüb bu işdən çəkilmişlər. Həmin ərəfədə Səadət Xaçmaz rayonunda 150 hektar torpaq alıb fındıq bağları salmağı təklif etmiş, birlikdə Xaçmaza gedib Xaçmazlı, Qubalı tanışlarının köməyi ilə torpaq sahələri tapmışlar, lakin torpaqların qiyməti baha olduğu üçün bu iş də alınmamışdır. Həmin ərəfədə Qazaxıstan vətəndaşları ilə tanış olmuş, onlar onun Quba və Qusarda quraşdırdığı kotecləri görüb bəyəndiklərini və Qazaxıstanın Aktau şəhərində yüz iyirmi ədəd ikimərtəbəli kotec sifariş etmək istədiklərini bildirmişlər. Bununla əlaqədar 2007-ci ilin yayında Aktau şəhərinə getmiş, orada taxta materialları, işçi qüvvəsi və digər tikinti materialları çox yüksək qiymətə olduğundan bu işi alınmamışdır. Sifarişçilərdən biri «Aktau-Siti» layihəsinin baş podoratçısı idi və ona müştərək beton zavodu qurmağı təklif etmişdir. Təklifi qəbul etmiş və həmin ilin payızında Aktau şəhərində «xxxx» MMC-ni təsis etmiş, beş illik müqavilə ilə Ənvər adlı azərbaycanlıdan 1850 kv.metr sahəsi olan qeyriyaşayış sahəsini icarəyə götürüb, tələbə yoldaşı İlqar Bədəlovun təklifi ilə həmin binanın həyətində 300 kv.metr sahəsi olan Bakıda öz sexində taxta materiallarından istehsal etdiyi restoran-pub quraşdırmışdır. Əsas məqsədi «Aktau-Siti» layihəsində tikinti ilə məşğul olmaq idi. Qazaxıstandakı planlarından Səadətin xəbəri olmuşdur. 2007-ci ilin sonu və ya 2008-ci ilin Novruz bayramı ərəfəsində Qazaxıstana gedərkən Səadət də onunla gedib şərikli iş qurmaq istədiyini bildirmiş, birlikdə Akatu şəhərinə getmişlər. Həmin ərəfədə iqtisadi böhran başladığından «Aktau-Siti» layihəsi təxirə salınmışdır. Bundan sonra da Səadətlə münasibəti davam etmiş, Səadət onu bacısı Sevinc, sonuncunun oğlu Toğrul, qardaşları Kamran və İlham, rəfiqəsi Sevinc Babayeva, Elnarə ilə tanış etmiş, bir neçə biznes layihələri, o cümlədən geyim mağazası açmağı, «Almalı» super marketlər şəbəkəsi bağlanarkən həmin şəbəkənin 8-ci mikrorayondakı mağazasını icarəyə götürməyi təklif etmiş, lakin onun təkliflərini qəbul etməmişdir. 2009-cu ilin əvvəllərində Səadət zəng edib Mərkəzi Univermaqda işləyən bir nəfərdən qızıllarının pullarını ala bilmədiyini deyib, ona bu işdə kömək etməyi xahiş etmiş, onu prokurorluqda işləyən qohumu ilə tanış etmiş və həmin adamın köməyi ilə Səadət pullarını geri almışdır. 2010-cu ilin aprel ayında Səadət onunla Dubayda iş gördüyü qızılçı tanışları ilə sərfəli iş qurmağı razılaşıb, amma «xxxx»ın Bakı filialına faizə verdiyi pulları geri ala bilmədiyi üçün bu işi qura bilmədiyini, əgər ona 250.000 ABŞ dolları pul versə götürəcəyi xeyrin 50%-nə şərik edəcəyini bildirmişdir. Həmin ərəfədə Səadət bildirmişdir ki, rəfiqəsi Sevinc ona 110.000 ABŞ dolları borcludur, amma söz verdiyi vaxt ötsə də, onun pulunu qaytarmır, öyrənib ki, Sevincin başqa adamlara da borcu var, ona görə həmin borcu rəsmiləşdirmək istəyir, bundan başqa Sevinc onun «xxxx»la yaranmış problemlərini həll etməyi ona söz verib, buna görə onunla münasibətlərini korlamaq istəmir və ondan xahiş etmişdir ki, formal olaraq onunla 50.000 manata dair borc müqaviləsi bağlasın və o, həmin müqaviləni Sevincə göstərib onunla da borc müqaviləsi bağlasın. Səadətə etibar etdiyi, eləcə də ona sərfəli biznes təklif etdiyi üçün sözünü yerə salmamış, borc müqaviləsi bağlamağa razılıq vermişdir. Xocalı prospektindəki notariat kontorunda aralarında 20.000 manata dair saxta borc müqaviləsi bağlanmışdır. Bundan iki-üç həftə sonra 01 may 2010-cu ildə Badamdar qəsəbəsindəki 36 sot (faktiki 54 sot) torpaq sahəsini sabiq X13 rəhmətlik Yavər Camalova 1000,300 ABŞ dollarına satmış, lakin alıcının xahişi ilə məbləğin hamısı rəsmiləşdirilməmişdir. 09 may 2010-cu ildə Səadətlə görüşmüş, sonuncu kredit götürməsinə kömək etmək üçün ondan 25.000 ABŞ dolları borc istəmiş, həmin məbləğdə, əlavə olaraq lom qızıl alması üçün əlavə 20.000 ABŞ dolları pulu ona vermişdir. Sonrakı günlərdə yəni, 13 may 2010-cu ildə Səadət ondan lom qızıl alması üçün 60.500 ABŞ dolları, 05 iyun 2010-cu ildə 30.000 ABŞ dolları, 07 və 30 iyun 2010-cu il tarixlərdə qardaşı Kamranın vasitəsi ilə 25.000 və 1.000 ABŞ dolları, 08 iyun 2010-cu ildə isə 80.000 ABŞ dolları olmaqla 09 may 2010-08 iyun 2010-cu il ərzində 261.500 ABŞ dolları məbləğdə pul almışdır. 2010-cu ilin sentyabr ayında Ukraynadakı biznesi ilə bağlı Səadətdən pullarını geri istəmiş, lakin sonuncu pulunun bir qismini qaytarsa da, hamısını qaytarmamışdır. 2011-ci ilin mart ayında Səadət ona bildirmişdir ki, qızılla bağlı çox sərfəli yeni variantı var, üç banka hər ay on kiloqram qızıl 100 qramlıq külçələr satmağı razılaşıb, bu işdə 50%-ə şərik olmağı üçün 200.000 ABŞ dolları yatırtması lazımdır. 07 aprel 2011-ci ildə Səadətin qızıl külçələr təklifinə görə 63.000 ABŞ dollarını Bakıda evinin qarşısında və ya aeroportda ona vermiş, birlikdə İstanbula getmişlər. Orada Səadətin saxta külçə işi ilə məşğul olduğunu müəyyən etmiş, Səadət özü də bunu etiraf etmişdir. Bunun cinayət olduğunu deyib, ona verdiyi pulları geri istəmiş, çox çətinliklə 33.000 ABŞ dollarını geri almışdır. Səadət bundan sonra saxta qızıl işlərinə girməyəcəyinə dair söz verdiyi üçün Bakıya qayıtdıqdan sonra ona qızıl biznesi üçün 29 aprel 2011-ci ildə 70.000 ABŞ dolları, 23 may 2011-ci ildə isə 10.000 ABŞ dolları pul vermişdir. Daha sonra Səadətin təkidi ilə birlikdə fındıq biznesinə başlamışlar. Bu məqsədlə Xaçmaz rayonunun Palçıqoba kəndində 200.000 manata satışa çıxarılmış fındıq zavodunu 180.000 və ya 185.000 manata almışlar. Bütün bu işbirlikləri nəticəsində Səadətin ona 30.560 ABŞ dolları qızıl biznesindən, 25.000 manat zavodu almaq üçün verdiyi behdən, 10.000 manatdan artıq zavod üçün aldığı makinalara və təmirə görə, 140.000 manatdan artıq isə xam fındığın alınmasına məsrəf etdiyi pullardan borcu olmuşdur. Bundan başqa Səadət həbs olunma dönəmində ondan kömək istəmiş, tələbə yoldaşı Tərlan Hüseynovun vasitəsi ilə ona kömək etmişdir. Səadətin onunla birlikdə fındıq biznesinə yatıracağı pulların, götürəcəyi kreditlərin alınmaması ucbatından 105.000 manat ziyana düşmüşdür. Səadətin verdiyi vədlər boş çıxdığı üçün məcbur olub fındıq biznesini dayandıraraq zavodun sahibinə verdiyi 50.000 manatın (10.000 manat nağd pul və 40.000 manatlıq fındıq ləpəsi) 40.000 manatını geri istəmişdir. Buna görə Zərərçəkmiş şəxs1 «razborka» qurmuş, lakin pulları geri qaytarılmamışdır. Belə ki, İlyas gələcək qayınatası Nurəli Məmmədovun həmin fındıq zavodunu almaq istədiyini, buna görə zavodun sənədləri ilə tanış olmaq, zavoda baxmaq istəməsini bildirmiş, bu səbəbdən özündə olan sənədləri, zavodun sahibi ilə bağladığı müqaviləni İlyasa vermişdir. Hansı ki, həmin sənədləri İlyas Səadətə verib, bu yolla sonuncunun vasitəsi ilə ona torba tikir. Səadətə ancaq beh müqaviləsi vermişdir. Səadətin onu aldatdığından, ona borclu olmasından İlyasın da məlumatı olmuşdur. Belə ki, 2012-ci ilin oktyabr-noyabr aylarında İlyas nişanlısına toy qızılı almaq üçün ondan 10.000 manat borc istəmiş, Səadətin ona borc əvəzi verdiyi qızıl komplekti toydan sonra pulunu ödəmək şərti ilə İlyasa vermiş, İlyas qızılları Mərkəzi Univermaqda yoxlatdığını, həmin qızılların maksimum 4.000-5.000 ABŞ dolları dəyəri olduğunu ona söylədiklərini bildirmiş, özü də qızılları bir neçə zərgərə göstərmiş və məlum olmuşdur ki, Səadətin 14.500 ABŞ dolları borcun əvəzində verdiyi qızıl komplekti 4.000-5.000 ABŞ dollar məbləğdə qiymətləndirilir. Səadətin fırıldaqçılığından əsəbləşib qardaşı Kamrana bu barədə demiş, lakin Səadəti tapa bilməmişdir. Həmin vaxt İlyas məsləhət etmişdir ki, Səadət barədə «bandotdelə» şikayət etsin, lakin onunla razılaşmamış, Səadətin Bakıya qayıdacağını gözləyəcəyini bildirmişdir. 2015-cil ilin sonları və ya 2016-cı ilin əvvələrində X6 yanında qarşılaşmış, həmin vaxt Səadət bildirmişdir ki, Türkiyədən yeni qayıdıb, pulu olmadığı üçün utandığından üzü gəlib ona zəng etməyib, bu illər ərzində başına oyunlar gəlib, 110.000 ABŞ dolları və beş kiloqram qızılı rəfiqəsi Sevincdə (sabiq millət vəkili Gülər Əhmədovanın cinayət işində adı keçən Sevinc Babayeva) batıb və sair. Həmin vaxt Səadət ona borclu olduğu pullara görə onun barəsində «bandotdelə» şikayət etmək istəməsi barədə İlyasdan eşitdiyi üçün ondan incidiyini də bildirmişdir. O, isə Səadətə heç vaxt bu fikrə düşmədiyini bildirərək, əksinə İlyasın ona böhtan atması barədə danışmışdır. Söhbət zamanı Səadət ona qızıl komplekti guya maya dəyərinə verdiyini, İlyasın isə həmin qızılları ondan ucuz qiymətə almağa çalışdığını demiş, onun bu yalanından əsəbləşdiyi üçün aralarında mübahisə yaranmış, Səadət səsini ucaltmış, bu zaman iki polis nəfəri onlara yaxınlaşaraq Səadəti şər-böhtançı kimi çoxdan tanıdıqlarını deyib ona ərazini tərk etməyi məsləhət görmüşlər. Səadətin bu yolla onu şərləyəcəyindən ehtiyat edərək oranı tərk edib qardaşı Kamranın işlətdiyi ət dükanına gedib Səadətin hərəkətləri barədə ona danışaraq xahiş etmişdir ki, Səadətin ona olan borcunu və vurduğu ziyanın geri qaytarılmasına kömək etsin. Kamran ev bölgüsündə Səadətin ona, qardaşına və bacısına qarşı haqsızlıq edib, ata mülkünü öz adına keçirdiyi üçün onunla küsülü olduqlarını, buna baxmayaraq bacısı Sevinc vasitəsilə ona kömək etməyə çalışacağını bildirmişdir. Bundan sonra bir neçə dəfə Kamranla görüşmüş, lakin bu görüşlər heç bir nəticə verməmişdir. Beləliklə həmin vaxtdan Səadətlə düşmən münasibətləri başlamışdır. Səbəb Səadətin iti nəfsi, yalan vədləri, ona qarşı qeyri-səmimi münasibəti, onu dəfələrlə aldatması və sonda şərləmək cəhdi olmuşdur ki, buna da artıq etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 epizodu üzrə bildirmişdir ki, 2010-2015-ci illərdə ona qarşı külli miqdarda dələduzluq etmiş Zərərçəkmiş şəxs1 öyrətməsi və təşkilatçılığı ilə barəsində yalan ərizə yazmış Ruslanla da 2015-ci ilin yay aylarından düşmən münasibətindədirlər. Buna səbəb Ruslanın ona borclu olduğu pulları qaytarmaması, 2004-2005-ci illərdə ona yalan vədlər verməsi nəticəsində külli miqdarda maddi ziyan çəkməsi olmuşdur. Ruslanla eyni məktəbdə oxusalar da, məktəb dövründə heç bir əlaqə və ünsiyyətləri olmamış, ilk dəfə 1991-1992-ci illərdə Ruslanın bibisi oğlu, özünün isə həmin vaxtlar işçisi olmuş Azər Xıdırovun vasitəsilə Bakı şəhərində iş yerində tanış olmuşlar. Bundan bir neçə ay sonra Azərin təklifi ilə Ruslana 20.000 ABŞ dolları verib Moskvaya göndərmiş, Ruslan həmin pullarla Moskvadan bir neçə şokolad məhsulları- snickers, mars, bounty və sair alıb qatarla Bakıya göndərmiş, Azər isə həmin malları Bakıda qəbul edib ona və qardaşlarına məxsus komisyon mağazalarda və «20 yanvar» dairəsi yaxınlığındakı topdan satış bazasında satdırıb, pullarını ona verir, o da həmin pulları təkrar Ruslana göndərirmiş. Bu qayda ilə Ruslanla bir ilə yaxın ticarət əlaqəsi olmuş, sonra Bakı-Moskva qatarı işləmədiyi üçün işləri dayanmışdır. Bundan sonra Ruslan ona kafe işində şəriklilik təklif etmiş, lakin razılışmamışdır. Daha sonra 2004-cü ilin mart ayında Ruslan onun işlədiyi «AzərkəndSutəhcizat» İstehsalat Birliyinə gəlib, uzun müddət mebel satışı ilə məşğul olmuş tanışı Rəfael Cəfərovla həyata keçirməyi planlaşdırdığı mebel işinə şərikliyi təklif etmiş, bu dəfə təklifini qəbul etmişdir. Bununla əlaqədar Rəfaelin adına beş illik icarə müqaviləsi bağlanmış, həmin işə görə Ruslana ümumilikdə 86.100 ABŞ dolları məbləğdə pul vermişdir. 2005-ci ilin əvvəllərində Şamaxı rayonunun Nağaraxana bələdiyyəsi ərazisindəki torpaq sahəsini 350.000 ABŞ dolarına sabiq millət vəkili Rəfael Cəbrayılova satmağı razılaşmış, Rəfael müəllim torpağının əvəzində ona «Şərq» bazarının yanında inşa etdirdiyi hündürmərtəbəli yaşayış binasından 350 kv.metr mənzil sahəsi və 175.000 ABŞ dolları pul təklif etmiş, bu barədə Ruslanla danışaraq birlikdə gedib mənzil seçməyi xahiş etmişdir. Həmin vaxt Ruslan demişdir ki, torpağını satmasın, tezliklə götürəcəyi 500.000 ABŞ dolları məbləğdə kreditin 100.000 ABŞ dollarını mebel biznesinə qoyub, 350.000 ABŞ dollarını isə sözügedən torpağında istirahət mərkəzi tikdirib onunla birlikdə 50% şərik olub, özü və qayınatası Ələsgərlə həmin obyekti işlədəcəklər. Ruslanın bu təklifini də qəbul etmişdir. 2005-ci ilin mart-aprel aylarında «Bakı Elektrik Mühərrikləri zavodu»nun ərazisində mebel istehsalı sexi qurmuş, Ruslan da özünün xahişi ilə həmin sexə şərik olmuş, bu işə alacağı kreditdən 50.000 ABŞ dolları yatıracağına söz vermiş, lakin bir aydan sonra sexin baş ustası Rüfətlə dava salmış və həmin gündən onunla sexə olan şərikliyini dayandırmışdır. Hərçənd Ruslan nə sexin qurulmasına, nə də dövriyyəsinə bir manat olsun pul yatırmamış, ümidlərini ancaq götürəcəyi kreditə bağlamışdır. 2005-ci ilin may ayının sonlarında tələbə yoldaşlarının dəvəti ilə məzunların görüş tədbirində iştirak etmək üçün Kiyev şəhərinə getmiş, buna qədər aprel ayının sonlarında Ruslan və həmin vaxtlar evində təmir aparan Asif adlı mühəndislə Şamaxı rayonuna gedib Nağaraxana bələdiyyəsi ərazisində yerləşən torpağına baxış keçirərək tikintiyə başlamaq üçün lazım olan təmizlik və başqa görüləcək işləri müəyyənləşdirmiş, daha sonra isə usta və fəhlələrin yaşaması üçün Nağaraxana kəndində ev kirayələmişlər. Növbəti günlərdə Ruslan Asifi və onun on-on iki nəfər işçisini götürüb Şamaxıya gedərək ona tapşırdığı işlərə başlamışdır. Kiyevdə olarkən tələbə yoldaşı Viktor Makedonun kotec tikintisi ilə məşğul olduğunu bilib onun quraşdırdığı koteclərə baxıb, ondan tikintinin texnologiyasını öyrənmişdir. Bundan başqa Şamaxıdakı işlərinin ucuz başa gəlməsi üçün iki ədəd «Kamaz» markalı özüboşaldan avtomobil alıb Bakıya gətirmək üçün tələbə yoldaşı Sergeydən kömək istəmiş, Bakıya qayıdandan sonra Rəfael ilə Ruslanı Ukraynaya göndərib həmin maşınları Bakıya gətirtmişdir. Ruslanın kredit məsələsi uzandığı üçün təklif etmişdir ki, Şamaxıdakı işlərin ləngiməməsi üçün ona razılıq versin ki, mebel satışından daxil olan pullarından götürüb Şamaxıdakı işləri gördürsün, kredit alan kimi həmin, yəni onun pullarını özünə ödəyər. Bu fakt Ruslan tərəfindən istintaqa sübut kimi təqdim olunmuş 07 fevral 2007-ci ildə hər ikisinin xətti ilə yazılmış qeydlərdə də öz təsdiqini tapır. Baxmayaraq ki, müstəntiq bu qeydlərini iş materiallarına mötəbər sübut kimi əlavə edib guya ki, bu onun tərəfindən borcun etirafını təsdiq edən qəbzdir və guya 2011-ci ildə yazılıb, amma əfsuslar olsun ki, bu qeydlərin 2011-ci il deyil, 2007-ci ildə yazıldığına diqqət yetirilməyib. Kiyevdən qayıtdıqdan on-on iki gün sonra «BYEMZ»nin ərazisində mebel sexinin qarşısında nümunə və sınaq üçün bir ədəd ikiotaqlı xol, sanitar qovşaq və eyvandan ibarət taxta kotec quraşdırmış, Ruslan koteci görəndə təklif etmişdir ki, Şamaxıda tikəcəkləri istirahət mərkəzində də bu tip koteclər quraşdırsınlar. Bununla əlaqədar Ruslanla birlikdə 2005-ci ilin iyul ayında Şamaxıdakı torpağında iki ədəd kotec quraşdırmış, Ruslan onu kreditin guya bu gün-səhər düzələcəyinə inandırmış, o da işlərin gecikməməsi üçün nöbəti ay altı ədəd də kotec hazırlatmış, lakin Ruslanın obyektə işıq xətti çəkdirməməsi səbəbindən kotecləri quraşdıra bilməmiş, işıq xəttinin çəkilişini gözləmiş, Ruslan isə mebel satışından daxil olan pullarla bir sıra qara işləri gördürmüşdür. 2005-ci ilin oktyabr ayında İsmayıl Mənsimov həbs olunduğundan Ruslanın kredit məsələsi baş tutmamış, sonuncu da başqa yolu olmadığını, Şamaxıdakı tikinti işlərini davam etdirmək üçün kafesini satışa çıxaracağını bildirmişdir. Ruslanın kredit məsələsi alınmadığından mebel salonunda da çeşid azlığından bu iş də effektsiz olmuşdur. Həmin vaxt Ruslan Kərim adlı mebellərin istehsalı ilə məşğul olan həmyerlilərini şərikliyə dəvət etmiş, lakin mebelə yatırmağa pulu olmadığı üçün Kərim onun təklifini rədd etmiş, o da məcbur olub mağazanı sahibinə geri qaytarmışdır. Mağazanı geri qaytarmamışdan əvvəl Ruslan ona söz vermişdir ki, mebellə bağlı təklifinə görə onun 100.000 ABŞ dollarına yaxın pulunu mənasız yerə dövriyyədən çıxarıb, vurduğu ziyanı kompensasiya etməsi üçün kafesini satanda ona bir il yarım müddətinə 100.000 ABŞ dollarını faizsiz borc verəcək ki, onun yalan vədlərinə görə etdiyi ziyanları bu pulun qazancı ilə əvəzləşdirsin. 2005-ci ilin noyabr-dekabr aylarında Ruslan ona zəng edib demişdir ki, tələbə yoldaşı Zamanın qardaşı Rəhman Şamaxıda quraşdırdığı kotecləri görüb bəyənib, o da öz obyektinə bu tip koteclər və öz torpaq sahəsində yaşayış üçün bağ evi sifariş etmək istəyir. Lakin məsafə uzaq olduğu, eləcə də qarşıdan qış gəldiyi üçün onun bu sifarişini əvvəlcə qəbul etməmiş, sonradan Ruslanın israrı ilə razılaşmış və Rəhmanla üçlükdə görüşmüşlər. Rəhmanın sözlərindən məlum olmuşdur ki, sifarişçi «Şərur İnşaat» firmasının sahibi İsfəndiyardır. İsfəndiyar Göygöl rayonundakı «Cənnət Məkan» istirahət mərkəzində qırx ədəd 50 metr kvadratlıq ikiotaqlı kotec sifariş vermiş və şərt qoymuşdur ki, koteclər 01 iyul 2006-cı ilə kimi hazır olmalıdır. Qiymət razılaşdıqdan sonra qış olduğu üçün deyilən tarixədək yalnız iyirmi ədəd kotec istehsal edib quraşdıra biləcəyini demiş, sifarişçi ödəniləcək məbləğin yarısını nağd, yarısını isə Xarici İşlər Nazirliyinin arxasında və ya Babək prospektində, ATS-in yaxınlığında inşa etdiyi hündürmərtəbəli binalardan mənzil verməklə əvəzləşdirəcəyini bildirmişdir, razılaşmışlar. Həmin gün İsfəndiyar məbləğin yarısını ona nağd şəkildə ödəmiş, digər yarısına görə isə üç-dörd aydan sonra Babək prospektindəki binadan bir ədəd üçotaqlı mənzil verməsi üçün müqavilə bağlamışlar. Şəxsiyyət vəsiqəsi almadığı üçün mənzilin müqaviləsini Ruslanın adına bağlamışlar. Ruslanla razılıqları belə olmuşdur ki, bu sifarişi götürsə icra zamanı tapşırıqlarını yerinə yetirəcəyi halda onu 30% xeyirə şərik edəcəkdir və Ruslan razılaşmışdır. Bu faktı 2005-2006-cı illərdə bloknotuna yazdığı, surətlərini ifadəsinə əlavə etdiyi qeydləri təsdiq edir. Eləcə də lazım olsa, həmin vaxt işçiləri olmuş şəxslər məhkəməyə gəlib bu faktı öz ifadələri ilə təsdiq edə bilərlər. Sonradan İsfəndiyarın ona pul əvəzi verdiyi üçotaqlı mənzili Ruslanın xahişi ilə tanışı Gülnarəyə satmış və bu zaman Ruslanın ona bununla əlaqədar 22.000 ABŞ dolları borcu qalmışdır. 2007-ci ilin əvvəllərində Ruslan kafesi plana düşdüyü üçün sata bilmədiyini söyləmiş, həmin ərəflərdə Şamaxı RPŞ-dən Yadulla adlı sahə inspektoru zəng edib, koteclərin qapı-pəncərələrinin, döşəmə və sair oğurlandığını demişdir. Bu barədə Ruslan «nalamıxa» vurub konkret bir söz deməmiş, onun Şamaxıda iş görmək fikri olmadığını başa düşüb nahaqdan pullarını Şamaxının çöllərinə səpdiyini düşünmüşdür. Həmin vaxt Ruslanla hesabat etmiş və sonuncu bildirmişdir ki, özündən 4.000 ABŞ dolları Şamaxıdakı işlərə pul sərf edib, amma pulu nə vaxt və nəyə xərclədiyini deyə bilməmişdir. Bundan sonra Ruslanla əlaqəsi kəsilmişdir. Son dəfə Ruslanla 2007-ci ilin yayında onun yaşadığı evin həyətində görüşüb, ondan pullarını istəmiş, Ruslan da kafesinin söküldüyünü və dövlət tərəfindən ona torpaq verildiyini, pulu olmadığını bildirmişdir. Həmin ərəfədə təsadüfən gördüyü Ruslanın bibisi oğlu bildirmişdir ki, Ruslan kafeyə görə 1.000.500 manat və ya dollar kompensasiya alıb. Bundan sonra Ruslana zəng edib kotec işindən (mənzilin satışından) borclu qaldığı pulu istəmiş, Ruslan kafenin əvəzində kompensasiya kimi «rus qəbiristanlığı» ərazisində verilən torpağı satan kimi borclu olduğu pulu qaytaracağını, 100.000 dollar iki illik faizsiz pul verəcəyinə söz vermişdir ki, mebel satışında etdiyi ziyanı həmin 100.000 dollarla qazanacağı pulla əvəzləşdirsin. Bundan sonra Ruslanla yenidən əlaqəsi kəsilmiş, məcbur olub onun qardaşına zəng etmiş, sonuncu bildirmişdir ki, Ruslan boşanıb və Almaniyaya qaçıb. Zərərçəkmiş şəxs1 ilə münasibəti yaranandan sonra Ruslanın borcu barədə ona danışmış və onun vasitəsilə Ruslanla telefon əlaqəsi yarada bilmiş, bu əlaqə zamanı aralarında mübahisə yaranmışdır. Buna baxmayaraq müəyyən səbəblərdən Ruslandan şikayətçi olmamış, Ruslan isə İlyasın sözü ilə ona qraşı şikayətçi olmuşdur. Çünki, Ruslan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etməmişdən xeyli əvvəl İlyas bu barədə oğluna demişdir. İlyas öz «işinin» xatirinə Ruslanla qardaşlıq edir. Bütün bu hallar təsdiq edir ki, İlyas öz böhtanlarına ağlabatan don geyindirmək, istintaq və məhkəmədə onun barsində pis fikir formalaşdırmaq istəyir və buna istintaqda nail olubdur. Ruslanın onun barəsindəki ittihamı həqiqəti əks etdirmir, yalan və quramadır, İlyasın növbəti oyunudur. Zərərçəkmiş şəxs1 epizodu üzrə bildirir ki, İlyas onun sürücüsü olmuşdur. İlyasa heç bir məbləğdə pul borcu olmamışdır və ola da bilməzdi. Əksinə İlyasın özünün ona pul borcu olub və ona olan borclarını, anasına məxsus əmlaka görə verdiyi pulları qaytarmamaq üçün bu cinayət işi ilə ört-basdır etmək istəyir. 2015-ci ilin ilk aylarında İlyasla aralarında sement alveri ilə bağlı müxtəlif biznes sövdələşmələri olmuş, İlyas aprel-iyul aylarında ona hüquqi və sürücülük xidmətləri göstərmişdir. İlyasın dələduzluq əməlləri barədə prokurorluğa şikayət etdikdən bir ay sonra İlyas onun barəsində şikayət etmişdir. İlyasın Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ona qarşı şikayətçiyə çevirməsi, qeyri-rəsmi birgə yaşadığı, hazırda münaqişədə olduğu Şahid1 əlehinə «şahid» kimi istifadə etməsi, düşmənindən ona «100.000 ABŞ dolları borc alıb verməsi» faktları onun şikayətinin qondarma, «özünümüdafiə xarakterli əməl» olduğunu təsdiq edir. İlyasdan heç vaxt 160.000 ABŞ dolları və ya 20.000 manat pul almamışdır. Əksinə İlyasın ona 166.000 ABŞ dolları və 32.500 manat pul verəcəyi vardır. Həmin puldan 19.100 manat və 3.000 ABŞ dollarını 07 aprel 2015-ci il tarixdən 06 iyul 2015-ci il tarixədək olan dövr ərzində Mehmanə və digərləri haqqında cinayət işinin başlanılması üçün aidiyyəti vəzifəli şəxslərə təqdim etmək üçün ondan almışdır. Zərərçəkmiş şəxs4 epizodu üzrə bildirmişdir ki, ondan ümumiyyətlə tikinti materialları almamışdır. Kamalın ona məxsus olan sementin satışını həyata keçirməsindən 11.759 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs3 epizodu üzrə ondan borc almamasını, əksinə Ələkbərin törətdiyi yol qəzası ilə əlaqədar ona 5.000 manat borcu olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs6 epizodu üzrə bildirmişdir ki, həmin ittihamın yalan-böhtan olduğu Şamilin ibtidai istintaqdakı ziddiyyətli ərizə, izahat, ifadələri, 03 fevral 2020-ci il tarixdə məhkəmə iclasında eyni xususatlar barədə verdiyi daban-dabana zidd ifadələri, suallara verdiyi cavabları ilə öz təsdiqini tapır. Belə ki, Şamil 28 fevral 2017-ci ildə Bakı şəhər Prokurorluğuna və Bakı şəhər Baş Polis İdarsinə yazdığı ərizədə 2008-ci ilin oktyabrnoyabr aylarında guya şərikli iş qurmaq adı ilə ondan 25.000 ABŞ dolları aldığını göstərdiyi halda, məhkəmədə etiraf etmişdir ki, ona heç vaxt heç bir məbləğdə əlbə-əl pul verməmişdir. Bundan başqa Şamil 31 iyul 2017-ci ildə istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ondan 25.000 ABŞ dolları aldığı həqiqət deyil. Guya Şamil 2008-ci ildə keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ona Quba rayonunda tikilməsini sifariş etdiyi üç ədəd taxta kotecin tikintisinə lazım olan tikinti materiallarının alınmasına 20.000 manat pul xərcləyib. Eləcə də bu ifadəsinin sonunda Şamil göstərib ki, 2008-ci ildə Dərnəgül bazarında onun 20.000 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasındakı ifadəsində Şamil etiraf etdi ki, guya Hüseyn Bağırovun sifariş etdiyi koteclərin layihə işlərinə görə Qəbələnin kəndində diş həkimi işləyən bacısı oğlu Rəsula 5.000 manat, icarəyə götürdüyü sexin icarə haqqını, kafe təşkil etmək üçün 3.000 manat, materialların Bakıdan Qubaya daşınmasına və yadından çıxardığı başqa işlərə, xidmətlərə görə kimlərəsə 20.000 manat pul xərcləyib. Halbuki, onun dedikləri yalan və quramadır, bunu təsdiq edən mötəbər sübutlar və çoxsaylı şahidlər var. Bundan başqa Şamil istintaqdakı ifadəsində onun barəsində polisə şikayət etməyi ona «şikayətçi» Zərərçəkmiş şəxs1in təklif etdiyini göstərdiyi halda, məhkəmə iclasında verdiyi ifadəsində «şahid» Mehmənə Zeynalovanın 2017-ci ildə ona zəng edib barəsində polisə şikayət etməyi təklif etdiyini söylədi. Şamil bu ifadələri ilə əslində təsdiq etdi ki, barəsindəki qondarma cinayət işinin sifarişçiləri və böhtan kompaniyasının təşkilatçıları özünün ifadələrində göstərdiyi kimi İlyas və Mehmanədir. Eyni zamanda Şamil istintaqdakı ifadəsində sözügedən tikinti prosesində İlyasın onun işçisi olduğunu dansa da, məhkəmə iclasında verdiyi ifadəsində etiraf etmişdir ki, sözügedən tikintiyə görə ona çatacaq 65.000 manat pulu, 2010-cu ildə Rövşən müəllim ona çatdırmaq üçün İlyasa verib. Bu İlyasın həmin tikintidə onun işçisi, köməkçisi olduğunu təsdiq edir. Baxmayaraq ki, İlyas bu faktı öz ifadələrində danır. Bundan başqa Şamilin ifadələrindəki qeyri-reallıqlar da onun ittihamının yalan olduğunu təsdiq edir. Belə ki, Şamil 31 mart 2017-ci ildə istintaqa verdiyi ifadəsində göstərib ki, guya kotec tikintisini şərikinə görməyə və əldə edəcəkləri gəliri aralarında bərabər bölməyə razılaşmışlar. Lakin məhkəmə iclasındakı ifadəsində Şamil söylədi ki, guya o, ona demişdir ki, «bu biznes mənim olduğu üçün gəlirin 60%-i mənim, 40%-i sənin olsun». Kim özünə çatacaq 100.000-150.000 qazancı 1987-2008-ci illər ərzində cəmi bir dəfə toyda təsadüfən rastlaşdığı, on illərlə heç bir ünsiyyəti olmadığı maklerə, dəllala peşkaş edər?! Bundan başqa Şamil istintaqdakı ifadəsində göstərmişdir ki, guya doqquz il ərzində ondan pulunu tələb etməməyinə səbəb, dostu X7 tərəfindən işdən çıxarılması qorxusu olub. Halbuki, Mehdi 300 manata qulluq edən adi mütəxəssis idi və heç Hüseynqulu müəlllim onun tabeliyində belə bir adamın işlədiyini bilmirdi. Çünki, Mehdi nazirlikdə deyil, meşə departamentində işləyirdi, 20.000 manat da Mehdi üçün əlçatmaz zirvə idi və o heç vaxt Şamilə deyə bilməzdi ki, «20.000 manatı Elxanın əvəzindən mən sənə ödəyəcəyəm». Zavallı Mehdi heç işə gəlib-getməyə avtobusa pul çatdıra bilmirdi, kasıbçılığı da üz-gözündən, üst-başından körpə uşağa da bəlli idi və dəfələrlə onu işlə təmin etməsini ondan xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Elxanla 2007-ci ildə X14 ərazisində Kamal adlı tanışı vasitəsi ilə tanımış olmuşdur. Həmin vaxt Elxanla birlikdə gələn dostu İlqar, Quba rayonunda Qəçrəş yolunda torpaq almaq istəyirmişlər. Onun isə həmin yerdə 5 sot torpaq sahəsi olmuşdur. Lakin onların torpaq almaq məsələsi alınmamışdır. Həmin dövrdən sonra Elxanla tanışlığı olmuş və sonralar aralarında işgüzar münasibətlər yaranmışdır. O həmin dövrlərdə kömür və sementin xarici ölkələrdən gətirilməsini və satışını təşkil etməklə məşğul olurmuş. Sonradan isə bilmişdir ki, Elxan Şamil ilə taxta evlər tikirlər. Elxan İlyasın yanına gəlib işinin olmadığını, işsizlikdən qəzet oxumaqdan bezdiyini deyirmiş. 2013-cü ildə sement işində İran İslam Respublikasından sement gəlişi dayandığı üçün şəriki Rahid ona demişdir ki, «Evro Sement» var, həmin sementin Rusiyadan Azərbaycana gətirilməsini təşkil etmək lazımdır. O da Rusiyada olan bir dostu ilə danışmış. O da ona bir nəfər türk vətəndaşının adını vermiş və onun sementi Azərbaycana gördəlilməsini təşkil edə biləcəyini bildirmişdir. Elxan da həmin vaxt yanında olduğu üçün demişdir ki, onun “xxxx” MMC-nin firmasının adına sementin vurulmasını, Gömrük Komitəsində tanışı olduğunu və sementin gətirilməsini təşkil edə bilər. Ona görə də Elxanı sement işinə şərik etmişlər. Sonra o həmin işlə əlaqədar Elxanı da götürüb Moskva şəhərinə getmiş, həmin işlə əlaqədar 5000 manat məbləğində pul xərcləmiş və nəhayət sementin gətirilməsi məsələsi alınmışdır. Sementin qazancına Elxanı da özlərinə şərik etmişlər. 2014-ci ilin noyabr ayına qədər sement gətirmişlər. 2014-cü ilin noyabr ayında Elxan ondan 20.000 manat pul istəyrək demişdir ki, onun qeyri-rəsmi ikinci arvadı Mehmanənin işlədiyi televiziya kanalında proqram çəkilişləri üçün həmin pul lazımdır. O da Elxanla Bakı şəhəri Nəsimi rayonu ərazisində görüşərək Koala parkın yanında ona 20.000 manat pul vermişdir. 1 ay sonra isə Elxan ona zəng edərək Yasamal rayonu ərazisində, yeni tikilən binadan 3 otaqlı mənzili 160.000 ABŞ dollarına almaq istədiyini, sonra həmin mənzili baha qiymətə satıb, oradan əldə etdiyi qacanca onu də şərik edəcəyini demişdir. O yenə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Koala parkın yanında 160.000 ABŞ dolları pulu Elxanla görüşüb ona vermişdir. 2014-ci ili dekabr ayında Elxana demişdir ki, borcları ilə bağlı hesablaşsınlar. 2015-ci ilin əvvəllərində Elxan ona öz xətti ilə iltizam yazaraq 20.000 manat bir, 160.000 ABŞ dollarını qaytaracağını qeyd etmişdir. Sonralar isə Elxan ona demişdir ki, Mehmanə ilə aralarında problemlər çıxmış, ondan aldığı 160.000 ABŞ dollarına Mehmanəyə ev almışdır. Elxan demişdir ki, həmin evi satıb onun pulunu qaytaracaq, ya da ki, evi onun adına qeydiyyata salacaqdır. O əvvəllər polis orqanların işlədiyi üçün Elxan ona demişdir ki, “sən polislərin əli ilə Mehmanyə zəng elətdir və onu qorxut ki, Mehmanə razılaşıb evi sənin adına keçrilməsinə razılıq versin”. Sonralar Elxanın məsləhəti ilə o yalandan Kürdəmir rayon polis şöbəsində izahat yazmışdım ki, güya Mehmanəyə 10.000 manat pul vermişdir. Sonra bu məsələni atasıbiləndə ona məsləhət görmüşdür ki, teleqram vuraraq yalan izahat verdiyini polisə bildirsin. O da atasının sözünə görə polisə teleqram vuraraq izahatı düz vermədiyini bildirmişdir. Bir neçə müddət sonra Elxan işləri ilə əlaqədar vəkil kimi tutduqlar Cəsarət Quliyevin yanında özü ona həmin məbləğdə pulların borcu olmasını etiraf etmişdir. Elxan sonralar isə onu şərləməyə başlamış və onu Yasamal rayon prokurorluğuna çağıraraq əvvəl yalan verdiyi izahata görə ifadəsini almışlar. O da ifadəsində bildirmişdir ki, izahatı Elxanın sözlərinə görə vermişdir. Sonralar həmin pul ilə bağlı Cəsarət Quliyev onun adından Xətai rayon Məhkəməsinə mülki iddia ərizəsi yazmışdır. Sonra Elxangil iddia ərizəsini Yasamal rayonuna ünvanladılar. Sonralar məhkəmələrdə süründüyünü görüb Elxandan qəti şəkildə pullarını tələb etmişdir. Elxanın ona təqdim etdiyi iltizama görə də Quba rayon məhkəməsinə müracət etmişdir. Zərərçəkmiş şəxs1 suallara cavab olaraq göstərmişdir ki,Elxana pulları verəndə yanlarında başqa adam olmamış, Elxana 20.000 manatı verəndən təxminən 20 gün sonra 160.000 ABŞ dollarını da vermişdir. Elxan 2014-ü ilin sonlarında pulu qaytarmalı imiş, o, Elxandan pulu 2015-ci ilin əvvəllərindən pulu tələb etməyə başlamışdır. İbtidai istintaq zamaın son verdiyim ifadəni təsdiq etdiyini, istifadəsində ***-***-**-** telefon nömrəsi olduğunu bildirmişdir. Elxan ona etibarnamə vermişdir. X17 adlı tanışı olmuş, o, bıçaqla adam vurmuş, Mais 20.000 manatlıq olan torpağını 6000 manata satmışdır. Elxanın əlavə etibarnamə verməsini xatırlamıram. Mən Qubalı olduğum üçün mənə etibarnamə vermişdi ki, torpağa çıxarış alım. Elxana pul verəndə onun Elxanla işgüzar münasibəti bitmişdir. Sement işində onun şəriki Rahiblə Elxan dalaşaraq onu söymüşdür. Sement "Benkont" şirkətinin adına sifariş olunurmuş. Həmin şirkət Elxanın adına olan yalançı şirkət imiş. Kürdəmir polis şöbəsinə Elxanla 2 dəfə, 1 dəfə də Cəsarətlə getmişdir. Pulu o, Elxana maşında vermiş, sonra Elxanla çay içmişlər və hərə öz evinə getmişdir. Elxan iltizam tərtib edəndə o iştirak etməmiş, iltizamı harda verməsini xatırlamır, ya Bakı şəhərində ya da Qubada vermişdir. O, telefon danışığı zamanı Elxandan pulunu istəmiş, bununla bağlı Elxana mesaj yazmamışam, mesaj yazmağı xoşlamamışdır. 2015-ci ilin əvvəllərindən Elxanla münasibətləri pozulmağa başlamış, Elxanla münasibəti pozulandan sonra aralarında yazışma ola bilərdi. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona dəymiş 20.000 manat, habelə 160.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 125.520 manat olmaqla cəmi 145.520 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinin təmin edilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Moskva dövlət universitetində oxuyanda digər tələbə yoldaşı Orxan və İlqar vasitəsi ilə Elxanı tanımışdır. Özü ticarətlə məşğul olmuş və ikra satışı etmişdir. İlqar və Elxan ona demişdilər ki, Qazaxıstan Respublikasında ikra ticarətini təşkil edə bilərlər. O da onların sözünə görə Qazaxıstan Respublikasına getmiş və orada onların adamları ilə görüşüb anlamışdır ki, onlar bu ticarəti təşkil edə bilməzlər. Sonra Elxanla telefon danışıqları olanda ona demişdir ki, onu bir obyekti olub, obyekti dövlətə vermiş, onun əvəzinə Elxana pul veriblər, Qubadan torpaq sahələri var, Ağcəbədi rayonunda vağzalı özəlləşdirmişdir. Elxan demişdir ki, restoran işinə girmək istəyir. Sonra isə Restoran işini də görə bilməmiş və batırmışdır. Elxan ona təklif etmişdir ki, 100.000 ABŞ dolları pulu vardır, onunla Dubay şəhərinə gedərək şərikli qızıl alveri etsinlər. 100.000 ABŞ dollarına qızıl almışlar amma sata bilməmişlər. Elxan pulunə ondan istəmiş, o daonun pulunu vermişdir. 2010-cu ilin yaz aylarında Elxan ona fındıq alveri etdiyini demiş, biznes fəaliyyəti üçün ona təcili 25.000 ABŞ dolları pul lazım olmasın, fındıqları gətirib satandan sonra onun pulunu qaytaracağını bildirmişdir. Elxanla 10 aprel 2010-cu il tarixdə Bakı şəhərində Xocalı prospektində yerləşən notarusa getmişlər və 25.000 ABŞ dollarını manata hesablayıb aralarında müqavilə bağlamışlar, o, Elxana 25.000 ABŞ dolları pul vermiş, Elxan ona söz vermişdir ki, fındıqları gətirib satıb, onun pulunu verəcəkdir. 2010-cu ilin yay aylarında Elxanın restoran işi getmədiyi üçün maddi vəziyyəti yaxşı olmamışdır. Lakin Elxan ona çoxlu obyeklərinin, evinin və Qubada torpaq sənədlərini olmasını göstərmişdir. 2011-ci ildə Elxan ona təklif etmişdir ki, Xaçmaz rayonunda satılan modern tipli avtomatlaşdırılmış fındıq zavodu var, zavodun sahibi ərəbdir və zavodu dəyərindən aşağı satır. Elxan demişdir ki, həmin zavodun real qiyməti 500.000 dollarıdır, əslində isə sahibi ərəb oduğu üçün zavodu 185.000 manata satır. Elxanla Xaçmaz rayonuna gedib həmin zavoda baxmışlar, Elxan demişdir ki, o, həmin zavodu özü almaq istəyir, lakin əlində pulu yoxdur, o razı olsa və pul tapa bilsə həmin zavodu Səadətin adıma almağa və gələcəkdə işlətməyə ona kömək edə bilər, həm əvvəl ona verdiyi 25.000 dolları qaytarar, həm də zavodu birgə işlədib qazanc əldə edərlər. O, Elxana demişdir ki, onun pulu «Texnika Bank»da batıbdır. 13 sentyabr 2011-ci ildə «AccesBank»ın Babək filialından 60.000 (altmış min) ABŞ dollar kredit götürmüş və həmin pulu fındıq zavodu ilə bağlı Elxana vermişdir. Elxan ona 16.09.2011-ci il tarixli “Alqı-satqı” müqaviləsi və findıq zavodunun sənədlərini təqdim etmiş və bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinə zavodu özəlləşdirmək üçün pul verilməlidir. Elxan Əmlak Məsələləri Dövlət Komitəsi ilə danışdığını bildirmişdir. Elxan ona həmçinin xaricdən 2 ədəd Cip avtomobillərini gətirərək sataraq pul əldə edib fındıq zavoduna yatıracağını bildirmişdir. 2011-ci ilin dekabr ayında 80.000 manat pulu götürüb, bacısı oğlu Toğrula demişdir ki, onu maşınla Əmlak Komitəsinə aparsın. Elxanla həmin Komitənin yanında görüşmüşlər. Bacısı oğlu Toğrulun və onun tanışının yanında 80.000 manat pulu Elxana vermişdir. Elxan pul götürüb Komitənin binasına girmiş, 30-40 dəqiqədən sonra Elxan gəlib demişdir ki, “səni təbrik edərəm, özəlləşmə baş tutcaq”. 1 ay sonra isə Elxanın telefonları sönülü olduğu üçün onu tapa bilməmiş, Elxanın başqa telefon nömərələrini tapıb pulu qaytarması ilə bağlı SMS-lər yazmış, lakin Elxan pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs2 suallara cavab olaraq bildirmişdir ki, Elxana Nizami metrosunun yanında 16.000 ABŞ dolları dəyərində qızıl boyunbağı vermiş, Elxan həmin qızılı arvadı üçün aldığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona dəymiş 16.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 12.600 manat, 59.400 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 46.724,04 manat və 80.000 manat olmaqla ümumilikdə 139.324,04 manat məbləğində pulunu tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o həmin dövrdə tikinti materiallarının pərakəndə satışı ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs 2014-cü ildə tanışı Zərərçəkmiş şəxs1 vastəsi ilə tanımışdır. Elxan tez-tez Quba rayonuna gəlirmiş. 06 may 2014-cü il tarixdə Elxanla Quba şəhərində görüşmüş və Elxan Quba rayonunda Ənsar kəndində torpaq sahəsi alması üçün 5000 manat pulunun çatmadığını bildirərək ondan 5000 manat məbləğdə pul istəmişdir. Həmin pulu 2-3 ay ərzində qaytaracağını demişdir. O da İlyasla telefonda əlaqə saxlamış, İlyas Bakı şəhərində olduğunu və Elxana pul verməsində heç bir problem olmayacığını bildirmişdir. O da həmin məbləğdə pulu Elxana Quba şəhərində noturusun binasının yanında vermişdir. Sonralar Elxanın dediyi vaxtdan keçdikdən sonra Elxan onun pulunu qaytarmamış, o da ondan pulunu istəyəndə isə onu nalayiq söyüşlərlə təhqir etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ondan 5.000 manat pulun alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən on ildir Quba şəhəri, Heydər Əliyev küçəsində yerləşən mağazada tikinti materiallarının satışı ilə məşğul olur. Həmin mağazanın digər hissəsində atası Ənvər Həsənov alqı-satqı ilə məşğul olur. Zərərçəkmiş şəxs1 yeddisəkkiz ildir tanıyır, aralarında işgüzar münasibət olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1dən sement alaraq işlədiyi mağazada satmışdır. Təqsirləndirilən şəxs İlyasın şəriki kimi tanımışdır. 2014-cü ilin iyul ayından avqust ayınadək olan müddətdə Təqsirləndirilən şəxs tapşırığı ilə öz mağazasından Quba rayonu, Nügədi kəndində yerləşən evində tikinti işləri aparan Azər adlı şəxsə hissə-hissə olmaqla ümumilikdə 20.000 manatlıq nisyə tikinti materialları vermiş, həmin ərəfədə Elxan ona 3.000 manat pul ödəmişdir. Elxan 3.000 manat pulu verəndən sonra qalan 17.000 manat pulunu istəmiş, Elxan İlyasa verdiyi 10.000 manat pulu ondan almağı, yerdə qalan 7.000 manatı özünün ödəyəcəyini bildirmişdir. Bu barədə İlyasa dedikdə, sonuncu bildirmişdir ki, Elxan ona 10.000 manat pul verməmişdir, o heç özü Elxandan alacaqlarını ala bilmir. Hətta pulunu Elxandan almaq üçün Azər ilə də görüşmüş, Azər demişdir ki, özü də Elxanı tapa bilmir. O, Elxana zəng edib onun barəsində polisə şikayət edəcəyimi demiş, 2015-ci ildə Elxan ona demişdir ki, ondan şikayət etməsin, ona vaxt versin pulunu ödəyəcəkdir. Lakin Elxan 17.000 manat pulunu qaytarmamışdır. Sonralar isə onun telefonların zəng çatmamış və onun barəsində şikayət etmişdir. Elxana malları qaimə faktura ilə verməmiş, malları verəndə malların siyahısını yazır, həmin siyahının bir surətini özündə saxlayır, bir surətini də “whatsapp” vasitəsi ilə Elxana göndərirmiş. Elxan da razılıq verəndən sonra malları Azər gəlib götürürmüş. Tikinti materiallırını Elxana verəndə İlyasdan soruşmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona dəymiş ümumilikdə 17.000 manat maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisi kimi çoxdandır tanıyır, eyni orta məktəbdə oxumuşlar, valideynləri onun müəllimi olmuşdur. Bundan başqa özü sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan Təqsirləndirilən şəxs həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Özünün Bakı şəhərində kafesi vardı, satandan sonra tanışı Rəfael ilə mebel işi ilə məşğul olmağa başlamışlar. Hətta Elxan da bu işdə onunla şərik olmuş, 70.000-80.000 ABŞ dolları dəyərində mal vurmuşlar. Həmin dövrlərdə yəni, 2006-cı ilin sonu, yaxud 2007-ci ilin əvvəllərində Elxan ona bildirmişdir ki, Şamaxı rayonunun Kirovka kəndində 3 hektar torpaq sahəsini 50.000 ABŞ dollarına alıb, orada istirahət mərkəzi tikmək istəyir və təklif etmişdir ki, istirahət mərkəzinin tikintisi ilə əlaqədar olaraq o da şəxsi vəsaitindən pul qoysun, gələcəkdə istirahət mərkəzinin tikintisi başa çatandan sonra həmin obyekti 500.000 ABŞ dollarına satıb ona da qazancın yarısını verəcək, yaxşı qazanc əldə etmiş olarlar. Tikintidə istifadə olunması üçün ona müxtəilf vaxtlarda hissə-hissə 35.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin İstirahət mərkəzi tikilən kənddən olan bir nəfər tanışı ona zəng edərək bildirmişdir ki, Elxan orada tikilmiş taxta evləri söküb satır. Həmiçinin öyrənmişdir ki, Şamaxı rayonu Kirovka kəndində olan həmin torpaq sahəsini Elxan 50.000 ABŞ dollarına deyil, 25.000 ABŞ dollarına almışdır və ona 50.000 dollara aldığını demişdir. O buna görə onunla həmin işdən şəriklikdən ayrılmışdır. 2008-ci ildən o, Rusiyaya getmiş, 2008-2009-cu illərdə Elxanla hesab-kitab etmişlər, Elxan demişdi ki, ona 31.000 ABŞ dolları borcu qalır. Pulu verəcəyini desə də verməmişdir. Onun valideynləri müəllimi olduğu üçün ondan şikayət etməmiş, sonralar isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edəndə bilmişdir ki, ondan başqa onun barəsində 5 nəfər şəxs də şikayət edib. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ona qarşı 31.746 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 29.155,53 manat pul tələbi var. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində ifadə vermiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1985-ci ildən tanıyır, hər ikisi Kiyev şəhər X4 təhsil almışlar. İnstitutu biritdikdən sonra yolları ayrılmış, 1997-1998-ci illərdə Təqsirləndirilən şəxslə başqa bir tələbə yoldaşları Orxan Kərimovun toy mərasimində təsadüfən görüşmüşlər. Söhbət əsnasında Elxan ona bildirmişdir ki, hazırda tikinti sektorunda bizneslə, taxta evlərin (fin evlərinin) tikintisi ilə məşğul olur, şəxsi mebel sexi var. Həmin gündən sonra uzun müddət Elxanla görüşməmişlər. Təxminən 2007-ci ildə digər tələbə yoldaşı Mehdi Abdullayev zəng vurub Ekologiya naziri X11 rayonunda üç ədəd taxta ev tikdirmək istədiyini, bu işi yaxşı bacaran tanışı varsa çalışdırmağı xahiş etmiş, Elxanı xatırlayıb, on il əvvəl görüşdüyündən digər tələbə yoldaşlarından soraqlayıb onun mobil telefon nömrəsini tapıb, zəng vuraraq ev tikintisi ilə məşğul olub-olmadığını soruşmuş, Elxan da məşğul olduğunu demiş, «Nizami» metrosunun yaxınlığında görüşüb, çayxanada oturub söhbət etmişlər. Elxan da evləri tikməyə razılıq vermişdir. Nazir Hüseynqulu müəllimə Elxan bir neçə kataloq təqdim etmişdi və Hüseynqulu müəllim 3 ev tikiləcəyini demişdir. Hüseynqulu müəllim özünün olan evinin hər kvadratını 450 manatdan, digər 2 evin isə hər kvadratı üçün 500 manatdan tikilməsi hesablanmışdı. Sonra Elxan ona demişdir ki, bu iş onundursa, neynirsən qazancın 5 faizini, gəl şərikli bu evləri tikək, ona qazancın 40 faizini təklif etmişdir. O da razılaşdır. Bacım oğlu layihə hazırlayan olduğu üçün 5.000 manat layihə hazırlaması üçün ona vermiş, bundan başqa icarəyə götürdüyü sexin icarə haqqını, kafe təşkil etmək üçün 3000 manat, materialların Bakıdan Qubaya daşınmasına və yadından çıxardığı başqa işlərə, xidmətlərə görə ümumilikdə 20.000 manat xərcləmişdir. Elxan isə 10.000 manat xərcləmişdir. Tikintininin pulu Hüseynqulu müəllim tərəfindən Elxana hissə-hissə verilirdi. Sonra Elxan ona və David adlı işçini Quba rayonunun Digah kəndinə göndərmişdir. Sonra Elxandan pul istəyəndə Mehti ona zəng edib demişdir ki, Elxandan pul istəməsin. Elxan Mehtiyə zəng edib deyirmiş ki, Şamil ondan pul istəsə, gedib Hüseynqulu müəllimə deyəcəkdir ki, Mehti və Şamil evlərin tikintisi üçün ondan əlavə faiz pulu tələb edirlər. Sonralar Elxandan pulunu tələb edəndə ona uşaqlarını öldürəcəyi ilə hədələmiş, o da qorxub onun barəsində şikayət etməmişdir. Sonralar isə 2017-ci ildə Elxanın ikinci həyat yoldaşı Mehmanə ona zəng edib demişdir ki, Şamil qardaş, Elxandan pulunu istəmə, Elxan axtarışdadır, sən də get onun barəsinə polisə şikayət ərizəni ver. Sonralar David də ona zəng edib şikayət etməsini deyəndən sonra Elxan barəsində polisə şikayət ərizəsi yazmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ona 20.000 manat məbləğində vurduğu maddi ziyanın ödənilməsinin təmin edilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2009-cu ildən etibarən ər-arvad kimi yaşamışlar. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yaxın dostu və şəriki kimi təxminən 2010-cu ildən tanımışdır. 2015-ci ilin əvvəllərində Elxanla İlyasın aralarında olan telfon danışıqlarandan ona məlum olmuşdur ki, Elxanın İlyasa 100.000 ABŞ dollarından çox pul verəcəyi var. İlyas dəfələrlə Elxana zəng etmiş, lakin Elxan İlyasın telefonuna cavab verməmişdir. İlyasın Elxana pulu nə məqsədlə verməsini isə bilməmişdir. Ər-arvad münasibətində olduqları müddətdə Elxan ona xərclik üçün pul versə də, çəkilişlərlə bağlı pul verməmişdir. Yaşadığı mənzili özü almış, həmin mənzillə bağlı Elxanla arasında mülki məsələ olubdur. Elxanın kimdənsə pul almasını görməmişdir. Elxan demişdir ki, İlyasa 100.000 dən artıq pul verəcəyi var, lakin həmin pulu ona vermiyəcək, İlyası elə bir hala salacaq ki, 1000 manat pula onun yanında fəhlə işləyəcək. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 dostu İsmayılov Toğrula görə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs2 Toğrul İsmayılovun xalasıdır. 2011-ci ilin noyabr-dekabr aylarında Toğrulla birlikdə çay içərkən Səadət ona zəng vurub təcili Əmlak Məsələləri Dövlət Komitəsinə getməli olduğunu deyib onu ora aparmasını xahiş etmişdir. Toğrul da onunla birlikdə getməyi təklif etmiş, o da razılaşmışdır ki, birlikdə Səadəti Nərimanov prospektindən götürüb Toğrulun avtomobili ilə Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinə aparsınlar. Onlar Əmlak Komitəsinin qarşısına getmişlər və bir neçə dəqiqə sonra adını sonradan bildiyi Elxan ora gəlmişdir. Elxan ora gələndə Səadət Xanım maşından düşmüş və Elxanla maşınının düz yanında görüşmüş və ona əlində olan bağlamanı vermişdir. Elxan Əmlak Komitəsinin binasına getmiş, Səadət avtomobilə gəlib arxa oturacağa əyləşmişdir. O, Elxana Xaçmazda fındıq zavodunun özəlləşməsi ilə bağlı sənədləşmə aparması üçün 80.000 manat pul verdiyini bildirmişdir. 30 dəqiqə sonra Elxan onların olduğu avtomobilə yaxınlaşaraq arxa oturacağa əyləşmiş və Səadətə 20 gün ərzində zavodu onun adına özəlləşəcəyini bildirmişdir. Sonra Elxan maşınından düşüb getmiş, onlar isə X8 aparıb düşürmüşlər. Bundan sonra Elxanı 1 dəfə də Mərkəzi Univermağın yanında görmüş, Səadət ona yaxınlaşaraq ondan pulunu tələb edəndə Elxan maşının sürüb uzaqlaşıb getmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarındakı 03.01.2015-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs öz xətti ilə həmin iltizamı yazıb Zərərçəkmiş şəxs1 ünvan 5 ünvanının alınması üçün 160.000 ABŞ dolları və «Sport Maqazin» verilişinin çəkilişi üçün 20.000 manat pulu aldığını etiraf edib, pulu 01.03.2015-ci il tarixədək sözü gedən mənzili satmaqla qaytaracağını, pulu qaytara bilməsə sözü gedən mənzili içindəki avadanlıqlarla birgə İlyas Hüseynin adına sənədləşdirəcəyini öhdəsinə götürmüş, iltizamı heç bir təzyiq və təhdid olmadan özü yazdığını qeyd edib imzası ilə təsdiq etmişdir (cild 01, iş vərəqi 8- 9; cild 04, iş vərəqi 132). Cinayət işinin materiallarındakı Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 20.11.2015-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi, məzmununda cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən səs yazısı olan yaşıl rəngli, üzərində «Hansmann» CD-R-52X700 mb/80Min qeydləri aparılmış diskə baxış zamanı yaddaşında «neizvestniy ispolnitel» adlı faylın olduğu müəyyən edilmiş, fayl səsləndirilməklə stenoqramı tərtib edilmiş və stenoqramın mətni aşağıdakı kimidir: Səsyazmanın əvvəlində bir nəfər kişi «mən nəql eliyim, yoxsa sən nəql eliyirsən?» soruşur. Şərti olaraq həmin danışan «K1» kimi qəbul edilmişdir. İkinci kişi isə «fərqi yoxdur» deyir. Həmin danışan şəxs şərti olaraq «K2» kimi qəbul edilmiş və istintaqla həmin şəxsin Zərərçəkmiş şəxs1 olması müəyyən edilmişdir. Həmin vaxt «K1» bildirir: «bu kişi ilə neçə illərdir ki, dostluq edirik, şərikli biznesimiz var, Ukraynada yaşamışam, oxumuşam» deyir. Bu zaman şərti olaraq «K3» kimi qəbul edilən şəxs (X9) «harda?» sualını verir. Bundan sonra «K1» bildirir:-«Orda yaxşı dostlarım var, bir dənə də burdan dostum var Kiyevdə tələbə yoldaşımdı, nəsə bunnan getdik Kiyevə görüşə, orda biznesmiznes söhbəti, orda dedilər sizinkilər burdan qoz aparır. Mən də bu işlərdən uzaq bir adamam. Gəldik bura, bu oğlan da Xaçmazdıdı, dostum axtardı zavod tapdı və biz də Kiyevnən danışdıq, təzdən getdik bu kişi də biznən bir yerdə idi, pul məsələsi, bu getdi pul tapdı gətirdi, getdik ordan bura yetmiş beş maşın bizdən ancaq qabıqlı qoz istəyən var idi Xaçmazda bir zavod Fərhad adında. Gəldi nə isə beş-altı yerdə on maşın gəldi, gördük bu pulu verə bilmir, məcbur olduq tökdük bura. Nəisə sözü onda yox, bu biznes olmadı, on üç-on dörd maşınla bağladıq. Bu kişi də cuhutdan ayı bir faiz idi də, pul yox idi axı əldə», həmin vaxt «K2» müdaxilə edərək «0,1» deyir. «K1» davam edir:- «nəsə həmin vaxtı bu qoz məsələsində ərəblər gəldi biznən tanış oldu. «Nuts» firmasının nümayəndələri min ton və artıq. Danışdıq, cəlb elədik hamısı yerli adamları, hamı qozunu, fındığını bizə verəcək. Zavod götürdük arendaya, pul verdik, 50.000 bir verdim, 10.000 də bir verdim remontuna, rekanstruksiyasına ki, sezonun axırına hamısının pulunu veririk. Təzdən qiymətlər qalxdı, keçən ilki qiymətlər deyildi, iş dayandı və səbəb oldu yenə bax bu qəhrəman var, əsərin qəhrəmanı qız, axşam dava düşdü, dava deyəndə bunun günahı ucbatından, piyan idi, vurdu həmin ərəbin başına şey butulkasınnan, o da qorxuya düşdü, dörd maşın göndərmişdir, hə gedirəm gəlirəm, ərəb itdi getdi. Bunnan da işimiz sarvat oldu. Həmin vaxt da əldə pul ... (anlaşılmır). Ondan qabaq hələ ərəblə mən getdim Omana, ora bağlı ölkədir, Oman, viza verdi bir dostumnan getdim, əldə də xeyli pul var idi, faiz yazmasın, qazanaq, ordan guya sport maşınlar gətirib satacayıq, burda şey olunca da. May, sentyabr, oktyabr ayına qədər. Getdim ordan iki dənə bahalı «Honda Krastau» var bahalı şəhərdə sürürlər onlardan gətirmişəm. Gətirdik, burda da o deyilən qiymət, servis də söz vermişdi, deyilən qiymətə alınmadı, nəsə başladıq yenə fındıq işinə. Həmin momentdə də deyim də sizə siz də bağışlayın mən 2008-ci ildə bir sevgili canana ilişmişdim, cavan qızdı, ağıllı qızdı, bunlarla da hamıynan dostdu, bu da gündə ev tuturam orda dalaşır çıxır, burda dalaşır çıxır, nəbilim bəlkə də variant imiş. İlyasnan da dostdu, hamı buna bacı-qardaş, bu münasibətdə, Bəs ordan pul götürəyin ev alın, sonra şey eliyərik də, qazancım olacaq da açığı bir yerdə də mən bunları atmaq fikrim yoxdu, normalnı qızdı xoşum da gəlir. Bəs şey eliyək fındıqdan adama 700.000-750.000 pul qalmalıdı, pulu bağlayarıq o şərtlə ki, evi salırıq kreditə, sonra o pul yenə ortada olur. Evi aldıq, ev xarabanın da kupçası MTK sədri on günə verirəm, on gün oldu aylarla, illərlə bu günə qədər də kupça verilməyib, qaz verilməyib belə qalıb. O birisi işlərimiz alınmadı, 2013-cü ildə razılığa gəldik ki, evi sataq bu kişinin pulunu bağlayaq. Evə də içiynən bir yerdə 160.000 xərc çəkilib. 127.000-130.000-ə alınıb, 30.000 də içi. Özü də dedi ki, utanıram İlyasın pulunu da görürəm belə elə. Bu da dedi ki, eybi-yox, eybi yox, eybi yox. Biz də keçmişdik Azərbaycana sement gətirirdik Rossiyadan, «Eurosement»in nümayəndəsi idik burda ikimiz, pul var idi. Təzədən bu qız şey elədi ki, özüm işə girirəm, özüm evi ipoteka eliyəcəm, işə də girirdi, təzdən onda da məndən pul aldı, ATV-di nədi idman verilişinin aparıcısı. Orda da pul aldı ki, mənə 40.000 düşəcək, 50.000 düşəcək, yanvarda dedim bəs hanı pullar? Dədəsi türməyə düşüb, baxmışam da yenə deyirəm, normalnı adam, daha sizdə kişi, mən də kişi maral, dünya gözəli, savad, intellekt, hamısı yerində. Pul dedi bu 30.000 də burax bir proyektimiz var, yoxsa pul verdi yoxdu, dədəm də alkaşdı, pullar hamısı mənim üstümdədi. Deməli bir dəfə bu alıb evin 160.000 dollarını, 35.000 dədəsini türmədən çıxardım, vəkiliydi, moşennik idi. Bu kişidən alınıb verilişin puluna bir dəfə 20.000 manat, bir də 160.000 evin pulu. Bir də Əsəddən dostumnan 15.000-15.000 götürdüm, o cəhənnəm. Bu kişinən də münasibət korlanırdı, mən götürdüm buna raspiska verdim bu qızın yanında özü də. Ayıb elədim də, dedim şübhəyə düşmə. Bu verilişi gözlüyürdüm, yanvarda veriliş bağlandı. Yanvarda bildim ki, deməli pullar gəlmiyəcək. Mən də götürdüm elə Qubadaydıq yazdım verdim, dedim ala qardaş. Həmin vaxt «K3» sual verərək deyir:-«İlyasa yazdız, qız da qol çəkdi, yoxsa yox?». «K1» cavab verir: «Yox, deyirəm ayıb eliyirdi də bu kişinən, onnan qıznan da abır-həyə var ki, ev mən almışam da bu borcu mənə verib, mən almışam evi...» (cild 01, iş vərəqi 158-160). Cinayət işinin materiallarındakı «xxxx» MMC-nin 24.11.2015-ci il tarixli 27666 nömrəli məktubundan görünür ki, 050 311-80-79, 050 200-52-00, 050 262-10-58, 050 444-10-44 saylı GSM nömrələrin 01.09.2015-16.10.2015-ci ilədək olan müddətdə mövcud olan «sms» mətnlərinə və abunəçilərinə dair təqdim olunmuş məlumatlarda bəzi «sms»-lər müxtəlif simvollardan istifadə edilərək göndərildiyindən sistemdə rəqəmlər şəklində qeyd olunması səbəbindən açıqlanılması texniki cəhətdən mümkün deyildir; disk (cild 01, iş vərəqi 198-199). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin 04.12.2021-ci il tarixli 016-56992-1215 nömrəli məktubundan görünür ki, QİŞ-nin kompüter uçot bazasına görə Təqsirləndirilən şəxs adında və etibarnamə əsasında istifadəsində qeydiyyatda olan «Toyota Land-Cruiser», «VAZ21074» minik, «ZAZ1100557» yük avtomaşınları olmuşdur (cild 01, iş vərəqi 202-204). Cinayət işinin materiallarındakı Zərərçəkmiş şəxs4 ibtidai istintaqa təqdim etdiyi, Təqsirləndirilən şəxs verdiyi tikinti materiallarının siyahısından görünür ki, 17.07.2014-cü il tarixdən 29.08.2014-cü il tarixədək olan dövr ərzində 20.200 manat dəyərində müxtəlif tikinti materiallarının verilməsinin, yalnız bir dəfə 04.08.2014-cü il tarixdə tikinti materiallarına görə 3.000 manat pulun ödənilməsinin qeydiyyatı aparılmışdır (cild 02, iş vərəqi 12-15). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********62 nömrəli 11.12.2015-ci il tarixli məktubundan görünür ki, xidmətin ərazi idarələrində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına Quba rayonu, Birinci Nugədi kəndində yerləşən 0,10 ha. həyətyanı torpaq sahəsi və Quba rayonu, Amsar kəndində 0,92 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır (cild 02, iş vərəqi 22). Cinayət işinin materiallarındakı Təqsirləndirilən şəxs 24.12.2015-ci il tarixli ərizəsindən görünür ki, o Zərərçəkmiş şəxs4 atası Ənvər Həsənovdan onun prorab və ustalarının 11.706 manat dəyərində tikinti materiallarını götürdüyünü etiraf edərək tikinti materiallarının siyahısını ərizəsinə əlavə edib istintaqa təqdim etmişdir (cild 02, iş vərəqi 27-32). Cinayət işinin materiallarındakı Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 24.12.2015-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunan Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat axtarışı elan edilmiş Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır. Cinayət işinin materiallarındakı Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 19.01.2016-cı il tarixli qərarından görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmışdır (cild 02, iş vərəqi 38-39). Cinayət işinin materiallarındakı Zərərçəkmiş şəxs5 ibtidai istintaqa təqdim etdiyi, Təqsirləndirilən şəxs tərtib edib imzaladığı 07.02.2007-ci il tarixli əlyazmasından görünür ki, Zərərçəkmiş şəxs5 Şamaxıya 31.746 ABŞ dolları pul xərclədiyinin qeydiyyatı aparılmışdır (cild 02, iş vərəqi 60). Cinayət işinin materiallarındakı «xxxx» MMC-nin 05.02.2016-cı il tarixli 3005 nömrəli məktubundan görünür ki, «xxxx Telecom» MMC-də qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən «sms» mətnlərinin qeydiyyatı aparılmır; disk (cild 02, iş vərəqi 61-62). Cinayət işinin materiallarındakı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5(011)- 145/17 nömrəli 21.08.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs adına olan Quba rayonu, Birinci Nugədi kəndində 0,10 ha. həyətyanı torpaq sahəsi və Quba rayonu, Amsar kəndində 0,92 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur (cild 03, iş vərəqi 11). Cinayət işinin materiallarındakı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.10.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli bu barədə məhkəmə qərarının icra edildiyi (Təqsirləndirilən şəxs) tutulduğu andan hesablanmaqla «həbs» qismində qətimkan tədbiri seçilmişdir (cild 03, iş vərəqi 20-21). Cinayət işinin materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin tərtib etdiyi 18.06.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2019-cu il tarixdə, saat 14:00-da Bakı şəhəri, Nizami rayonu ərazisində tutularaq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.10.2017-ci il tarixli 4(011)-538/17 nömrəli qərarına əsasən Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir (cild 04, iş vərəqi 244). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22.11.2017-ci il tarixli 2(102)-8186/17 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış uydurma əqdin, 03.01.2015-ci il tarixli iltizamın etibarsız hesab edilməsi iddiasına baxan məhkəmə kollegiyası iddiaçı Təqsirləndirilən şəxs kassasiya şikayətini təmin etməmiş, iltizamın etibarsızlığı barədə Təqsirləndirilən şəxs dəlili əsassızdır və bu dəlil Zərərçəkmiş şəxs1 qarşısında olan maddi məsuliyyətdən yayınmasına xidmət edir. Həmin iltizam cinayət təqibi üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsinə köməklik edən əşya-sənəd olduğundan maddi sübut kimi tanınmışdır ( cild 05, iş vərəqi 27-31) Cinayət işinin materiallarındakı Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 23.07.2019-cu il tarixli protokoldan görünür ki, «xxxx» rabitə operatorundan əldə edilmiş 05.02.2016-cı il tarixli 3005 nömrəli məktuba qoşma kimi əlavə edilmiş, üzərində «Verbatim» markalanma nişanı olan «CD-R» diskin yaddaşına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinin antenn əhatə dairəsi yoxlanılarkən müəyyən edilmişdir ki, 06.05.2014-cü il tarixdə, saat 12:56-dan başlayaraq Təqsirləndirilən şəxs istifadəsindəki 050 ***-**-** mobil telefon nömrəsi Quba rayonu ərazisində aktiv istifadədə olmuş, həmin tarixdə göstərilən nömrə ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan 070 ***-**-** mobil telefon nömrəsi arasında bir neçə dəfə danışıqlar aparılmışdır (cild 05, iş vərəqi 3746). Cinayət işinin materiallarındakı Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 03.08.2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzləşdirmə aparılmalı olan xidməti otağa daxil olub Zərərçəkmiş şəxs3 yaxınlaşaraq onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir edib ona qarşı ifadə verəcəyi təqdirdə özü və ailə üzvlərinə qarşı nalayiq hərəkətlər edəcəyi ilə hədələmiş və üzləşməkdən imtina etmişdir (cild 05, iş vərəqi 137). Cinayət işinin materiallarındakı Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 08.08.2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə səsləndirmiş, Təqsirləndirilən şəxs üzünə deyilənlərin yalan olduğunu bildirib münasibətlərinin olduğu dövrdə Zərərçəkmiş şəxs1 tərəfindən onun külli miqdarda pulunun dələduzluqla ələ keçirildiyini söyləmiş, üzləşmənin davam etdirilməsindən imtina etmişdir. Təqsirləndirilən şəxs təqsirsiz olduğunu və Zərərçəkmiş şəxs1 tərəfindən əmlakının ələ keçirilməsini təsdiq edən dəlil kimi Zərərçəkmiş şəxs1 göndərdiyi «İlko salam, hardasan, niyə sönmüsən?, pul hazırdır?» mətnli «sms»i göstərmişdir. Lakin iş materiallarına əlavə edilmiş, müdafiə tərəfinin özünün 05.12.2018-ci il tarixli vəsatətinə əlavə edilmiş 357 vərəqdən ibarət sənədlərin 131-ci vərəqəsində olan, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1ə «WatsApp» vasitəsilə 08 iyul 2015-ci il tarixdə, saat 21:14-də yazdığı «İlko salam, hardasan, niyə sönmüsən?, pul hazırdır» mətnli «sms»dən görünür ki, sonda yazılmış «pul hazırdır» cümləsi sual cümləsi deyil, nəqli cümlədir və pulun hazır olduğunu qətiyyətlə ifadə edir; Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1lə üzləşmədən iki dəfə (Zərərçəkmiş şəxs1in özünün, ailəsinin ünvanına ağır, nalayiq ifadələr səsləndirib münaqişə yaratmaqla və müdafiəçilərini qəsdən göndərməklə) imtina etmişdir (cild 06, iş vərəqi 27-30; 112-124; 185). Cinayət işinin materiallarındakı notariat qaydada təsdiq olunmuş 10.04.2010-cu il tarixli borc müqaviləsinin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun 20.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs2 borc alması barədə müqavilə bağlanmışdır (cild 06, iş vərəqi 217). Cinayət işinin materiallarındakı 03.02.2010-cu il tarixli №PF-003-10 nömrəli ipoteka müqaviləsi və eyni tarixli №PF-004-10 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, «xxxx» ASC tərəfindən Zərərçəkmiş şəxs2 160.000 manat məbləğində kredit verilmişdir (cild 06, iş vərəqi 218-223). Cinayət işinin materiallarındakı 13.09.2011-ci il tarixli №02R000020406 kredit müqaviləsindən görünür ki, «xxxx» QSC tərəfindən Zərərçəkmiş şəxs2 60.000 ABŞ dolları kredit ayrılmış, komissiya tutularaq 59.400 ABŞ dolları pul verilmişdir; ödəniş planı (cild 06, iş vərəqi 224-227). Cinayət işinin materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 14.10.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 07, iş vərəqi 28-29). Cinayət işinin materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20065 nömrəli 27.09.2019-cu il tarixli ekspert rəyindən görünür ki, «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs məxsusdur, fonoqramdakı danışıqlar spontandır, danışan diktorların emosional və psixofizioloji vəziyyətində ekstremallıq hiss olunmur, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir (cild 07, iş vərəqi 46-51). Cinayət işinin materiallarındakı Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin sübutların qiymətləndirilməsi haqqnıda 24.10.2019-cu il tarixli qərarından görünür ki, məhkəmə-fonoskopik ekspertizasının rəyinə əlavə edilmiş disk və 03.01.2015-ci il tarixli iltizam cinayət təqibi üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsinə köməklik edən əşya-sənəd olduğundan maddi sübut kimi tanınıraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 07, iş vərəqi 52-76). Cinayət işi üzrə Zərərçəkmiş şəxs6 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı 20.000 manat məbləğində olan iddiasının təmin edilməsini xahiş etmiş və məhkəmənin 20.12.2019-cu il tarixli qərarı ilə mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi, heç kimin pulunu ələ keçirməməsi, zərərçəkmiş şəxslərin ona qarşı yalan ifadə vermələri barədə verdiyi ifadələrə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikasının CM-nin 59, 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 (mülki iddiaçı), Zərərçəkmiş şəxs2 (birinci epіzod üzrə- 2011-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, «Nizami» metrostansiyasının yaxınlığında bir dəfəyə həmin dövrün məzənnəsi ilə 12.600 manat təşkil edən 16.000 ABŞ dolları dəyərində ümumi çəkisi 84 qram olan boyunbağı, sırğa, üzük, qolbaqdan ibarət briliyant qaşlı dəsti ələ keçirməklə vədinə əməl etməyərək zərərçəkmiş şəxsə 12.600 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi hissədə) və Zərərçəkmiş şəxs3 qarşı törətmiş olduğu dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin epizodlar üzrə o, təqsirli bilinməli, lakin barəsində cəza təyin edilmədən ittiham hökmü çıxarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 2006-cı ilin yanvar ayından sentyabr ayına kimi olan müddət ərzində Şamaxı rayonunda və Bakı şəhərində müxtəlif ünvanlarda istirahət mərkəzinin tikintisində istifadə etmək adı ilə hissə-hissə olmaqla cəmi 31.746 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 29.155,53 manat; Zərərçəkmiş şəxs6 2008-ci ilin oktyabr-noyabr aylarında tikinti işinə sərf etdiyi cəmi 20.000 manat; Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə etmək yolu ilə 2011-ci ilin iyun ayının sonlarında həmin dövrün məzənnəsi ilə 12.600 manat təşkil edən 16.000 ABŞ dolları; Zərərçəkmiş şəxs3 torpaq sahəsi almaq üçün 06 may 2014-cü il tarixdə 5.000 manat məbləğində aldığı pulları qaytarmamışdır. Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayətin törədildiyi gündən yeddi il, ağır cinayətin törədildiyi gündən on iki il, xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsində göstərilir ki, «bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan, «külli miqdar» dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan, «xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı məbləğ başa düşülür. Bu mənada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qarşı 31.746 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 29.155,53 manat; Zərərçəkmiş şəxs6 qarşı 20.000 manat; Zərərçəkmiş şəxs2 qarşı həmin dövrün məzənnəsi ilə 12.600 manat olmaqla xeyli miqdarda; Zərərçəkmiş şəxs3 qarşı isə 5.000 manat məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə məhkəmə ittiham hökmü çıxarır. Bəraət hökmü və ya ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda məhkəmə bu Məcəllənin 39.1.3-cü (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə)) maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza kimi müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-nin 46-cı maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəliliyini, şəxsiyyətini nəzərə alıb, onun dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququnun saxlanmasını qeyri-mümkün hesab edərək barəsində dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrumetmə növündə əlavə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 yuxarıda göstərilən hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsinə görə mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354-cü maddəsində göstərilir ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması kimi qərarlardan biri qəbul olunur. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 tərəfindən 20.000 manat, habelə 160.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 125.520 manat olmaqla cəmi 145.520 manat məbləğində və Zərərçəkmiş şəxs6 tərəfindən 20.000 manat məbləğində maddi ziyanın ödənilməsi barədə təqdim olunmuş mülki iddialar tam təmin edilməli, Təqsirləndirilən şəxs əməli nəticəsində Zərərçəkmiş şəxs1ə cəmi 145.520 manat, Zərərçəkmiş şəxs6 20.000 manat məbləğində dəymiş maddi ziyan ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs adına olan Quba rayonu, Birinci Nugədi kəndində 0,10 ha. həyətyanı torpaq sahəsi və Quba rayonu, Amsar kəndində 0,92 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınan məhkəmə-fonoskopik ekspertizasının rəyinə əlavə edilmiş disk və 03.01.2015-ci il tarixli iltizam cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 15ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Təqsirləndirilən şəxs cəzaçəkmsini əvvəli tutulduğu gündən, yəni 18 iyun 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 (mülki iddiaçı), Zərərçəkmiş şəxs2 (birinci epіzod üzrə- 2011-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, «Nizami» metrostansiyasının yaxınlığında bir dəfəyə həmin dövrün məzənnəsi ilə 12.600 manat təşkil edən 16.000 ABŞ dolları dəyərində ümumi çəkisi 84 qram olan boyunbağı, sırğa, üzük, qolbaqdan ibarət briliyant qaşlı dəsti ələ keçirməklə vədinə əməl etməyərək zərərçəkmiş şəxsə 12.600 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi hissədə) və Zərərçəkmiş şəxs3 ilə bağlı epizodlar üzrə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı tutulduğu gündən, yəni 18 iyun 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 mülki iddianın mülki-prosessual qaydada verilmə qaydası izah edilsin. İş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 tərəfindən 20.000 manat, habelə 160.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 125.520 manat olmaqla cəmi 145.520 manat məbləğində və Zərərçəkmiş şəxs6 tərəfindən 20.000 manat məbləğində maddi ziyanın ödənilməsi barədə mülki iddialar tam təmin edilsin. İş üzrə Təqsirləndirilən şəxs adına olan Quba rayonu, Birinci Nugədi kəndində 0,10 ha. həyətyanı torpaq sahəsi və Quba rayonu, Amsar kəndində 0,92 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınan məhkəmə-fonoskopik ekspertizasının rəyinə əlavə edilmiş disk və 03.01.2015-ci il tarixli iltizam cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-83/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-83/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver