Məhkəmə qərarları › İş №1(101)-83/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-83/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-83/2023 25.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri - X6 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndələri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Sadiq oğlunun iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, pensiyaçı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin noyabr ayında tanışı Zərərçəkmiş şəxs özünü işgüzar şəxs kimi göstərib uğurlu biznes fəaliyyəti ilə məşğul olmasına inandıraraq Sumqayıt şəhərində avtosalon icarəyə götürüb orada Almaniya Federativ Respublikasından və Gürcüstandan gətirəcəyi avtomobilləri satıb əldə olunan qazancın yarısını ona verəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2018-ci ilin noyabr ayında sonuncunun yaşadığı ünvan 2 ünvanının yaxınlığında həmin dövrün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları pulu və 2019-cu ilin yanvar ayında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 119.000 manat təşkil edən 70.000 ABŞ dolları pulu onun etibardan sui-istifadə və aldatma yolu alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə həmin dövrün məzənnəsi ilə 289.000 manat təşkil edən 170.000 ABŞ dolları məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin fevral ayının sonlarında tanışı Zərərçəkmiş şəxs özünü işgüzar şəxs kimi göstərib uğurlu biznes fəaliyyəti ilə məşğul olmasına inandıraraq Ukraynadan akkumlyator gətirib Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci km. bazarı” adlanan bazarın yaxınlığında avtomobil ehtiyat hissələri satılan mağazada və Sumqayıt şəhərində yerləşən maşın bazarında satıb əldə olunan qazancın yarısını ona verəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2019-cu ilin fevral ayının sonlarında sonuncunun yaşadığı ünvan 2 ünvanının yaxınlığında həmin dövrün məzənnəsi ilə 85.000 manat təşkil edən 50.000 ABŞ dolları pulu onun etibardan suiistifadə və aldatma yolu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 85.000 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin noyabr ayında tanışı Zərərçəkmiş şəxs özünü işgüzar şəxs kimi göstərib uğurlu biznes fəaliyyəti ilə məşğul olmasına inandıraraq Sumqayıt şəhərində avtosalon icarəyə götürüb orada Almaniya Federativ Respublikasından və Gürcüstandan gətirəcəyi avtomobilləri satıb əldə olunan qazancın yarısını ona verəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2019-cu ilin avqust ayında sonuncunun yaşadığı ünvan 2 ünvanının yaxınlığında həmin dövrün məzənnəsi ilə 68.000 manat təşkil edən 40.000 ABŞ dolları pulu onun etibardan suiistifadə və aldatma yolu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 68.000 manat təşkil edən 40.000 ABŞ dolları məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs qarşı dələduzluq etməmiş, Zərərçəkmiş şəxs iş görmək məqsədi ilə ümumilikdə 260.000 ABŞ dolları məbləğində pul götürmüş, daha sonra 11 ay ərzində Zərərçəkmiş şəxs ümumilikdə 273.000 ABŞ dolları məbləğində pul qaytarmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Ona verilmiş ittiham əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs 1983-cü ildən tanıyır. Belə ki, o, Adillə birlikdə Bakı şəhəri, Dərnəgül prospektində yerləşən “Avto detal” zavoduna işləmişlər. Dostluq münasibətləri olmuşdur. 2015-ci ilə qədər yollara asfalt örtüyü çəkilənədək işlərin görülməsində mexanik kimi işləmişdir. Bundan başqa 1990 və 2000- ci illərin əvvəllərində Rusiya və Ukraynadan minik və yük avtomobillərin təkərlərini respublikaya gətirib 8 km. bazarında və Sumqayıt şəhərindəki maşın bazarında satırmış. 2018-ci ilin sonlarında Adil ona istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq onu “Gənclik” metrosunun yaxınlığına çağırmışdır. Həmin ərəfələrdə o, Sumqayıt şəhərində “İlkin” tikinti şirkətində kranların texniki təhlükəsizlik qaydalarına nəzarət edirmiş. Adillə idarə etdiyi avtomobildə söhbət zamanı Adil ondan harada işlədiyini soruşmuşdur. O da, işlədiyi yeri demişdir. Adil ona belə bir təklif etmişdir ki, birlikdə avtomobil ehtiyat hissələri mağazası açıb işlətsinlər. O isə Adilə demişdir ki, avtomobil ehtiyat hissələri mağazası işlətməkdənsə, avtosalon açıb avtomobil alqı-satqısı ilə məşğul olmaq daha sərfəlidir. Almaniyadan və Gürcüstandan avtomobillər gətirib satacağını Adilə demişdir. Adil də razılaşmışdır. Adil ona demişdir ki, avtomobillərin Azərbaycana gətirilməsi və satılması işinə qarışmayacaq, bu işə görə yalnız pul verəcək və ona verdiyi pulun 5 faizini qazanc kimi hər ay ondan götürəcək. O da razılaşmışdır. O, Adilə demişdir ki, bu işi görmək üçün daha çox pul qoysa, daha çox gəlir götürmək olar. 2018-ci ilin noyabr ayının ortalarından dekabr ayının sonlarınadək bu işə görə Adildən iki dəfəyə 100.000 (bir yüz min) ABŞ dolları pul götürmüşdür. Aralarında razılığa görə pulun mayasını nə qədər işlədə bilirdisə, işlətməli imiş, əgər bu ticarət sərf etməsəydi pulun mayasını da, qaytarmalı imiş. Adil pulu ona yaşadığı evin yaxınlığında Maqsud Əlizadə küçəsində vermişdir. O, avtomobilləri gətirib satmaq üçün bu işdə təcrübəsi olan oğlu Şahid2 demişdir ki, avtosalon icarəyə götürsün və orada gətirəcəkləri avtomobilləri satsınlar. Ramin də, Sumqayıt şəhəri, Sülh küçəsində Dədə Qorqud şadlıq evinin yaxınlığında təxminən 120- 130 kvadrat metrlik avtosalon icarəyə götürmüşdür. İcarə haqqı 1600 manat olmuşdur. Avtosalonun sahibi Elnur adlı şəxs olmuşdur. Əslən Cəbrayıl rayonundan olan Biləcəri qəsəbəsində yaşayan X3 (mobil: ***-***-**-**) Almaniyadan və Gürcüstandan işlənmiş və təzə avtomobillər gətirirmiş. Xaləddin yeznəsi X5 qonşusu olduğuna görə Xaləddinə təklif etmişdir ki, onun üçün də Almaniyadan avtomobil gətirsin. Xaləddin yol pulu kimi hər avtomobilə 2000 manat alacağını demişdir. O da razılaşmışdır. O, ilkin olaraq 10.000 ABŞ dolları Xaləddinə vermişdir. Xaləddin həmin pulla bir ədəd “Hyunday A30” və bir ədəd “Reno Megan” markalı avtomobilləri Almaniyadan öz və qohumlarının adına gətirmişdir. Həmin avtomobillərin gömrük rüsumlarını o ödəmişdir. Həmin avtomobilləri avtosalona gətirmişlər və satmışlar. Bu minvalla Xaləddinə pulları hissə-hissə verirmiş ki, avtomobilləri gətirsin. 2019-cu ilin yanvar ayında Adildən bu iş üçün 70.000 ABŞ dollar pul istəmişdir. Çünki avtomobillərin mühərrik həcminə görə gömrük rüsumları artırılırmış. Buna görə də, daha çox avtomobil gətizdirmək istəyirmiş. Adil 70.000 (yetmiş min) ABŞ dolları pulu yaşadığı Maqsud Əlizadə küçəsində ona vermişdir. O da, avtomobillərin satışından götürdüyü qazancdan 8.500 ABŞ dollar pulu Adilə vermişdir. Avtosalona Almaniyadan və Respublikada aldığı avtomobilləri yığmış, satış zəif gedirmiş. Gömrük rüsumları artırıldığı üçün insanlar avtomobil almağı təxirə salmışdılar. Buna görə də, paralel olaraq Ukraynadan minik və yük avtomobilləri üçün akkumlyator gətizdirib satmaq qərarına gəlmişdir. Adilə bu barədə demişdir. Adil ona bildirmişdir ki, onun üçün fərqi yoxdur, o, nə işlə məşğul olur, əsas odur ki, ona qazanc versin. O, bunun üçün Adildən 50.000 (əlli min) ABŞ dolları pul istəmişdir. Adil də, 50.000 manat pulu yaşadığı Maqsud Əlizadə küçəsində ona vermişdir. Adil ona demişdir ki, ümumilikdə verdiyi 220.000 ABŞ dollarına görə ona 40.000 (qırx min) ABŞ dolları ona qazanc verməlidir, buna görə də, aralarında pul məsələsini notarial qaydada razılaşma ilə sənədləşdirsinlər. O da razılaşmışdır. 03 aprel 2019-cu il tarixdə 14 saylı notariat ofisində aralarında razılaşma imzalanmış, razılaşmaya görə o, Adildən ümumilikdə 260.000 (iki yüz altımış min) manat pul alır və əldə olunacaq gəlirin 50 faizini Adilə verməyi öhdəsinə götürür. Əslində Adil pulu ona sələmə vermişdir. Lakin razılaşmada pulu ona faiz kimi verdiyini göstərmək istəmirmiş. O, Adildən pul aldığı aydan başlayaraq hər ay ona verilmiş pulun 5 faizini Adilə verirmiş. Adil 2019-cu ilin yay aylarında ona demişdir ki, başqa hansı gəlirli kommersiya işi ilə məşğul olmaq məsləhətdisə, ona pul buraxsın. O da, Adilə demişdir ki, oğlunun tanışı və məhəllə uşağı X12 santexnika malları bir neçə ildir ki, respublikaya gətirir və Sumqayıt şəhərində icarəyə götürdüyü anbarda saxlayır, hissə-hissə mağazalara satır. O, Adilə təklif etmişdir ki, bu işdə yaxşı qazanc götürmək olar, lakin bu işi Bəhruzla görmək lazımdır. Adil də razılaşmışdır. O, oğlu Raminə demişdir ki, belə bir işlə Bəhruzun vasitəsilə məşğul olmaq istəyir. Ramin onu Bəhruzla görüşdürmüşdür. Bəhruz demişdir ki, Çinə gedib malları sifariş verdikdən 5-6 ay sonra sifariş verilən mallar Azərbaycana gəlir. Bəhruza məxsus anbar santexnik malları ilə dolu olmuşdur. O, Bəhruza demişdir ki, dostu Adil bu iş üçün pul vermək istəyir, ancaq hər ay pulun mayasının 5 faizini ona verməlidir. Bəhruz isə ona demişdir ki, o, dindardır, namaz qılır, ona görə nə faizə pul götürür, nə də, faiz verir. Bəhruz ona təklif etmişdir ki, pulun faizini verə bilməz, lakin verdiyi pullar Çindən 5-6 ay ərzində malları gətirib satdıqdan sonra verdiyi pulun 50 faizi miqdarında qazanc verə bilər. O, isə Adilə bu cür deməmiş, Adilə demişdir ki, hər ay verdiyi pulun 5 faizini verərlər. 2019cu ilin iyun ayında Adildən yaşadığı Maqsud Əlizadə küçəsində 240.000 (iki yüz qırx min) ABŞ dolları pul almış və Adilə demişdir ki, pulu Bəhruza verəcək ki, Çindən santexnika malları gətirsin. Adil də, razılaşmışdır. O, həmin pulun 230.000 ABŞ dolları pulu yaşadığı evdə oğlu Raminin iştirakı ilə Bəhruza vermişdir. X17 məxsus anbara da, baxmış və inanmışdır ki, Bəhruz bu işlə peşəkar qaydada məşğul olur. 10.000 ABŞ dolları pulu avtomobil alışına xərcləmişdir. Bəhruz ondan pulu alandan bir neçə gün sonra Çinə getmişdir. 2 aya yaxın Çində qaldıqdan sonra geri qayıtmış və demişdir ki, 600.000 (altı yüz min) ABŞ dolları qiymətində santexnika malları sifariş vermişdir. Buna qədər isə hər ay Adildən götürdüyü 500.000 ABŞ dollarının 5 faizini sonuncuya verirmiş. Bəhruz ona demişdir ki, sifariş verdiyi malların bir hissəsinin pulunu ödəyib, digər hissəsini ödəməmişdir, 350.000-400.000 ABŞ dolları mallara görə ödənilməlidir. Buna görə də, 2019-cu ilin sentyabr ayında iki dəfəyə Adildən yaşadığı Maqsud Əlizadə küçəsində 200.000 ABŞ dolları pul almışdır. Həmin pulun 150.000 ABŞ dollarını Bəhruza evində və sonuncu dəfə isə Bəhruza məxsus anbarda ona vermişdir. Bəhruz 20.000 ABŞ dolları qiymətində avtosalondan iki avtomobil nisyə götürdüyü üçün 20.000 ABŞ dolları pulu Bəhruza verəcəyi pulun üstündən onun razılığı ilə götürmüşdür. Qalan 30.000 ABŞ dollar pulu isə avtomobil alqı-satqısına xərcləmişdir. 2019-cu ilin iyul, avqust, sentyabr aylarında hər ay 25.000 olmaqla ümumilikdə 75.000, oktyabr ayında isə 35.000 ABŞ dolları Adilə faiz kimi vermişdir. 75.000 və 35.000 ABŞ dolları Bəhruzla onun pulunun faizləri olmuşdur. Bundan sonra 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar və fevral aylarında hər ay 15.000 ABŞ dolları olmaqla, ümumilikdə 60.000 ABŞ dolları Adilə vermişdir. 60.000 ABŞ dolları Adilin ona verdiyi 300.000 ABŞ dolları pulun faizi olmuşdur. Əslində Adil ümumilikdə onlara 660.000 ABŞ dolları pul vermişdir. Sadəcə olaraq ona verdiyi 260.000 ABŞ dolları pulun faizi kimi 40.000 ABŞ dolları ona pul qaytarmalı olduğuna görə aralarında belə razılaşma olmuşdur ki, ondan aldığı pul 300.000 ABŞ dolları puldur. 02 yanvar 2020-ci il tarixdə aralarında razılaşma imzalanmışdır. Razılaşmada qeyd olunmuşdur ki, o, 300.000 ABŞ dollar pulu iş görmək üçün bir il müddətinə geri qaytarmaq şərti ilə alır. Həmin razılaşmanı o, imzalamışdır. Ona təqdim olunan razılaşmaları o, imzalamışdır.Həmin razılaşmaların bir nüsxəsi ondadır. 2020-ci ilin yanvar və fevral aylarında ümumilikdə Adilə 30.000 ABŞ dolları pul vermişdir. 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında Adilə ümumilikdə 19.000 ABŞ dolları faiz kimi pul vermişdir. Adilin ona verdiyi pulun faizindən 60.000 ABŞ dolları pulu işin başlanğıcı olduğuna görə verəcəyi faiz puldan çıxılmışdır. O, indiyədək Adildən götürdüyü pulun faizi kimi 266.500 manat Adilə pul vermişdir. Həmin pulun 102.000 ABŞ dollarını Bəhruz ona vermişdir ki, Adilə versin. Adil isə iddia edir ki, o, cəmi 148.000 ABŞ dolları pul vermişdir. Adil düz danışmır. Vaxtilə mərhum bacısı əri Ziyadxan ona borclu olduğu üçün əvəzində ona 7 kq qızıl verməyi söz vermişdir. X9 öldürdükləri üçün ona qızıl verə bilməmişdir. O da, Adilə zarafatyana demişdir ki, mərhum bacısı əri ona 7 kq qızıl verib kənddə basdırmış, lakin harada basdırdığını tapa bilmir. Adil isə təkidlə ona demişdir ki, Adili həmin kəndə aparsın, sonuncu qızılı tapar. O da, əlacsız qalıb Adili Kürdəmir rayonu, Ərəbxana kəndinə aparmışdır. Orada qardaşı Əliqulu yaşayır. Onlar ilk olaraq Əliquluya məxsus kafeyə getmişlər. Əliquluya demişdir ki, zarafatyana Adilə kənddə qızıl basdırdığını demişdir, Adil isə ona məcbur edib ki, kəndə gedib qızılları tapaq. Əliqulu da, Adilin yanında ona demişdir ki, Adilə düzünü danış. O, Adilin ondan əl çəkməsi üçün yalandan demişdir ki, həmin qızılları başqasına verməyi söz vermişdir. Akkumlyator alışına 100.000 ABŞ dollarından artıq pul qoymuşdur. Bir hissəsi də, avtomobillərin alışına qoymuşdur. Akkumlyator satışında ziyana getməsə də, hər ay Adilə verdiyi pulun faizini məhz həmin pullarla verirmiş. Avtomobillərin satışından qazanc götürə bilməmişdir. Belə ki, avtomobil satdığı şəxslərdən bir neçəsi borclarını qaytarmamışlar. Misal olaraq Bakı şəhər sakini Şahid4 (***-***-**-**) oğlu Ramindən aldığı avtomobillərin pulundan 74.000 manat borcu vardır. Onlar üçün Almaniyadan avtomobil gətirən Xaləddinin (***-***-**-**) də, ona 13.000 manat borcu vardır. Başqa borclu olan şəxsləri oğlu Ramin tanıyır. Çünki, Ramin avtomobilləri satırmış. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, vurulmuş maddi ziyanı tələb etdiyini və Təqsirləndirilən şəxs ağır cəza verilməsini, verdiyi mülki iddianın təmin edilməsini, həmçinin Bəhruz Eyvazovun da məsuliyyətə cəlb edilməsini xahiş etdiyini qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, əvvəllər ticarətlə məşğul olmuşdur. Rusiya Federasiyasına fındıq, nar və başqa kənd təsərüfatı məhsulları göndərirmiş. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs Əliqayıb oğlunu 1983-cü ildən tanıyır. Belə ki, Abasqulu ilə Bakı şəhəri, Dərnəgül prospketində yerləşən “Avto detal” zavoduna işləmişlər. Onunla birlikdə həmin illərdə avto hissələr gətirmək üçün ezamiyyətə getmişlər. Növbəti dəfə alça ticarəti ilə əlaqədar Tumendə birlikdə olmuşlar. O, Abasqulunu düzgün insan kimi tanımışdır. 1986-cı ildə zavoddan işdən ayrıldıqdan sonra Abbası bir müddət görməmişdir. O, Dəmiryol idarəsində işləyən vaxtları 2000-ci ilin əvvəllərindən 2018-ci ilə kimi ildə 1-2 dəfə görüşmüşlər. Həmin ərəfədə Abasqulu ona bir neçə işlər təklif edib amma onun üçün maraqlı olmamışdır. 2018-ci ilin payız aylarında Abasqulu onunla telefon əlaqəsi qurub, sonra “Gənclik” metrosunun yaxınlığında evinin yanında görüşmüşlər. Abasqulu ona təklif etmişdir ki, birlikdə avtomobil alqı-satqısı ilə bağlı ticarət işi görsünlər. Abasqulu ona bildirmişdir ki, işlənmiş avtomobilləri Almaniyadan və Gürcüstandan gətirəcək, bu işdə yaxşı qazanc olacaq. Onun həmin sahədə anlayışı olmadığından Abbas ona demişdir ki, bütün işin məsuliyyətini öz üzərinə götürür, o, yalnız pul verəcək, avtomobili Almaniyadan və Gürcüstandan Azərbaycana gətirmək, burada satışını təşkil etmək və gömrük rüsumlarını ödəmək, işlərinin hamısını öz öhdəsinə götürmüşdür. O da, fikirləşmişdir ki, Abasqulu avtomobilləri Almaniyadan gətizdirəcək və bu işdə yaxşı qazanc olacaq, həm də fikirləşmişdir ki, Abasqulunun bir oğlu Almaniyada yaşayır, oğlunun vasitəsilə gətirəcəkdir. Abasqulu ona demişdir ki, pulu ondan hissə-hissə alacaq, ilkin olaraq 50.000-100.000 ABŞ dolları pul verəcəkdir. Pulun mayasından başqa ona qazanılan qazancın yarısını verəcək. Pulun mayasını da, bu işdə qazanc götürə-götürə bir il ərzində ona qaytaracaqdır. Abasqulunun sərfəli təklifi onu şirnikləndirmiş və o da razılıq vermişdir. Abasqulu ona söz vermişdir ki, hər ay qazanc əldə edəcək və ona qazancın yarısını verəcək. 2017-ci ildə o, özünə məxsus Bakı şəhərində Türkiyə səfirliyinin yaxınlığında dörd otaqlı mənzilini qarajı ilə birlikdə 300.000 (üç yüz min) ABŞ dolları dəyərində satmış və pulu saxlamışdır ki, sərfəli ticarət olsa, məşğul olsun. 2018-ci ilin noyabr ayında Abasqulu ondan 100.000 ABŞ dolları pulu Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yerləşən “Neftçi baza” idman kompleksinin yaxınlığında götürmüşdür. O, Abasqulunun idarə etdiyi avtomobilə əyləşib 100.000 ABŞ dolları pulu sonuncuya vermişdir. Abasqulu oğlu Raminlə Sumqayıt şəhəri, Sülh küçəsində avtovağzalın yaxınlığında avtosalon icarəyə götürüb işlətməyə başlamışlar. Dekabr ayının sonlarında ilk dəfə Abasqulu ona 5.000 ABŞ dolları qazanc vermişdir. 2019-cu ilin yanvar ayında Abasqulu bu iş üçün ondan əlavə 70.000 ABŞ dolları pul istəmişdir. O da, həmin məbləğdə pulu Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində Abasquluya vermişdir. 2019-cu ilin yanvar ayının sonunda ona qazanc kimi 8.500 ABŞ dolları pul vermişdir. 2019-cu ilin fevral ayının sonunda Abasqulu bu iş üçün həm də, Ukraynadan xeyli sayda akkumlyator gətirməsi üçün ondan əlavə 50.000 ABŞ dolları pul istəmişdir. Abasqulunun dediyinə görə Ukraynadan gətirəcəyi akkumlyatorları 8 km. bazarında avtomobil ehtiyatları hissələri satılan mağazalara və Sumqayıt şəhərində maşın bazarına satacaqdır. O da, həmin məbləğdə pulu yaşadığı Maqsud Əlizadə küçəsində Abasquluya vermişdir. Abasquluya verdiyi ümumilikdə 220.000 ABŞ dolları pul müqabilində Abasqulu ona 40.000 ABŞ dolları qazanc verməli imiş. Bu məbləği Abasqulu özü hesablamışdır. O, Abasquluya təklif etmişdir ki, hər ehtimala qarşı aralarındakı pul məsələsini notariusda sənədləşdirsinlər. Abasqulu aprel ayının 3-də ona qazanc kimi 40.000 ABŞ dolları verəcəyi var imiş. Ona görə də, o, Abasquluya demişdir ki, notariusda razılaşmada ondan 260.000 ABŞ dolları pul aldığını və 31 dekabr 2019-cu il tarixədək həmin məbləğdə pulu ona qaytaracağını öhdəsinə götürsün. Abasqulu da, razılaşmışdır. 14 saylı notariat ofisində 03 aprel 2019-cu il tarixdə aralarında razılaşma imzalanmışdır. Abasqulu razılaşmada bir daha təsdiq etmişdir ki, ondan 260.000 ABŞ dollar pul alıb və qazancın 50 faizini ona verməlidir. 2019-cu ilin may və iyun aylarında ona hər ay 13.000 ABŞ dolları olmaqla, ümumilikdə 26.000 ABŞ dolları pul vermişdir. 2019-cu ilin avqust ayının sonlarında Abasqulu ondan bu iş üçün 40.000 ABŞ dolları pul istəmişdir. O da, yaşadığı Maqsud Əlizadə küçəsində Abasquluya 40.000 ABŞ dolları pulu vermişdir. Toplamda Abasquluya verdiyi pulun məbləği 260.000 ABŞ dolları, razılaşmaya görə isə 300.000 ABŞ dolları olmuşdur. Abasqulunun dediyinə görə 80.000 ABŞ dolları pulu santexnik malların alınmasına, 100.000 ABŞ dolları avtomobil alışına, 120.000 ABŞ dolları pulu isə akkumlyator alışına xərcləmişdir. Abasqulu ona mütəmadi olaraq deyirmiş ki, Almaniyadan avtomobillər gətirir. O, hələ Abasquluya pul tam verməmişdir ki, sonuncu ona demişdir ki, ona verdiyi 100.000 ABŞ dolları pulla “SOCAR”-dan işlənmiş avtomobilləri ucuz qiymətə alıb avtosalona gətirib. O, avtosalona getmişdir. Həmin avtomobillərə baxmışdır. Avtomobillər işlənmiş və çox da, yaxşı vəziyyətdə deyilmiş. Ona görə o, Abasquluya irad bildirmişdir ki, niyə görə yerli və işlənmiş avtomobillər alıb-satır, niyə görə ona söz verdiyi kimi Almaniyadan avtomobillər gətirməmişdir. 2019-cu ilin sentyabr ayında Abasqulu ona demişdir ki, Kürdəmir rayonu, Ərəbxana kəndində 7 kilodan artıq qızılı var. O, Abasquluya sual vermişdir ki, qızıllar səndə hardandır. Abasqulu ona demişdir ki, bacısının mərhum yoldaşı Tümendə ticarətlə məşğul olur və ona köməklik edirmiş və birlikdə böyük maşınlar üçün təkər gətirib satırmışlar. Bacısının əri ona borcu yaranmış və borcun əvəzinə 7 kilodan artıq lom şəkilində qızıllar verib. Bunu ona görə açıqlayır ki, Abasqulu ondan əlavə santexnika işi görmək üçün pul istəmişdir. O, Abasquluya demişdir ki, qızılı kömək edib satsın, pulunu götürsün. Abasqulu demişdir ki, kənddə basdırıblar, tapa bilmir. O, Abasqulunu götürüb həmin kəndə getməyi qarara almışdır. Abasqulu 1-2 gün geciktirib getmək istəmirmiş. O, hiss edirmiş ki, Abasqulu onu aldadır və ona görə bu işin axırına çıxmaq üçün kəndə Abasqulu ilə getmişdir. Kəndin girəcəyində Abasqulunun qardaşı Əliqulunun kafesinə getmişlər. Kafedən Əliqulu ilə birlikdə kənddə evlərinə getmişlər. Həyətə girməmiş maşını bayırda saxlamışlar. Əliqulu avtomobilə yaxınlaşıb Abbasa demişdir ki, “görürəm Adil müəllim saf adamdır, hər şeyin düzünü de”. O, bu sözü eşidən kimi Abasquluya demişdir ki, “qayıdaq Bakıya”. O, yolda Abasquludan soruşmuşdur ki, “bu nə məsələdir” sonuncu isə ona heçnə deməmişdir. Balaya çatanda Abasqulu ona demişdir ki, SUM unverimağına 1 kiloya yaxın qızıl vermiş, labaratoriyadan keçirib hamısını götürəcəklər. O, bundan sonra Abasquludan qızıl haqqında heç nə soruşmamışdır. Çünki, Abasquluya verdiyi pulun əvəzində həmin ərəfələrdə sonuncu ona aybaay qazanc verirmiş. Sırf Abasquluya birinci dəfə verdiyi 260.000 ABŞ dolları pulun qazanc kimi sonuncunun dediyinə görə ona 199.500 ABŞ dolları pulu 2019-cu ilin dekabr ayının sonlarınadək verməli imiş. Həmin yerdə qalan 100.000 ABŞ dollarının 40.000 ABŞ dolları 3 aprel notariusda əvvəlcə razılaşdırdıqları kimi 220.000 ABŞ dolları pulun üstünə gəlib toplam 260.000 ABŞ dollarına notariusda sənədləşdirmişlər. Yerdə qalan 100.000 ABŞ dollarının 60.000 ABŞ dolları Abbas oğlunu işə düzəltdiyi üçün bağışlamışdır. Aralarında razılığa görə ona verdiyi 300.000 ABŞ dolları pulu ona qaytarmalıdır. Abbas əgər, 300.000 ABŞ dolları pulu 2019-cu ilədək qaytarsaydı, onda qazanc ona verməli deyilmiş. Lakin 2020-ci il üçün ona qazanc ümumiyyətlə verməmişdir. O, Abbasdan tələb etmişdir ki, ona verdiyi pullarla aldığı santexniki mallarını, avtomobilləri və akkumlyatorları ona göstərsin. Abbas isə yayınırmış. Ona göstərməkdən imtina edirmiş. Abbas ona demişdir ki, “sən məndən pulunu istə, malı neynirsən” Abbas ona yazılı sürətdə maşın, akkumlyator, santexnika mallarının siyahısı barədə qaralama kağızlar vermişdir. O, Abbasa demişdir ki, malların harada olmasını və kimə verdiyini desin və göstərsin. Abbas isə yayınırmış. Sonra ona demişdir, onun başına gələn problem oğlu Raminin üzündən gəlib və Abasqulu demişdir ki, oğluna zəng edir, oğlu telefonu götürmür və onunla əlaqəyə çıxmır ki, sözünü desin. Abbasın dediyinə görə sonuncunun oğlu Ramin maşın, santexnika və avto hissələrinin ticarəti ilə məşğuldur və 1 ildir verdiyi malların pulunu ala bilmir. Onun Abasquluya verdiyi 260.000 ABŞ dolları puldan cəmi ona qazanc kimi 46.500 ABŞ dolları pul verib, qalan 102.000 ABŞ dolları pulu 2020-ci ilin noyabr ayında bilmişdir ki, Bəhruz ondan aldığı 400.000 ABŞ dolları pulun qazancı kimi Abasquluya verib ki, ona versin. Lakin Abasqulu bu barədə ona deməyib, özünün gördüyü işdən götürdüyü qazanc kimi ona vermişdir. Abasqulıı oğlu Raminlə birlikdə ona qarşı dələduzluq edərək pullarını ələ keçirmişdir. Abasqulu ona demişdir ki, oğlu Ramin onu bu vəziyyətə salıb. Çünki, avtosalonda avtomobilləri Abasqulu deyil, Ramin satırmış. O, Abasquludan tələb etmişdir ki, onun pulu ilə aldığı malları və avtomobilləri kimlərə veribsə, birlikdə gedib pulları alsınlar. Lakin Abasqulu hər dəfə onu yola vermişdir. O, artıq tam əmindir ki, Abasqulu onun pullarını oğlu ilə birlikdə öz şəxsi ehtiyaclarına xərcləmiş, ona yalan vədlər verməklə şirnikləşdirib və bu yolla pulları ondan almağa nail olmuşdur. O, heç inanmır ki, avtosalonda gördüyü avtomobillərin hamısını Abasqulu almışdır. Çünki, o, mütəmadi olaraq avtosalona gedib baxırmış. Avtosalonda avtomobillər olurmuş. Abasqulu pulu vermədiyi üçün o, 2020-ci ilin yanvar ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi yazmışdır. Həmin ərəfədə o, Abasqulunun icarəyə götürdüyü avtosalona gedəndə görmüşdür ki, avtosalonda ümumiyyətlə avtomobil yoxdur. Halbuki, bir ay əvvəl o, avtosalonda və avtosalonun qarşısında 30-35 ədəd avtomobil olmuşdur. Belə çıxır ki, bir ay ərzində bu qədər avtomobilləri satıb pulunu ələ keçirib, ya avtomobilləri başqa yerə aparıb gizlədib, ya da, avtomobillər ayrı-ayrı şəxslərə məxsus olub. Həmin şəxslər avtomobillərini satmaq üçün Abasqulunun avtosalonda qoymuşlar. Abbas iddia edir ki, guya o, verdiyi pulun müqabilində qazanc kimi 265.000 (iki yüz altımış beş min) ABŞ dolları pul vermişdir. Lakin Abasqulu yalan danışır. Abbas ona cəmi 148.500 (yüz qırx səkkiz min beş yüz) ABŞ dolları pul verib. Həmin pulun 102.000 ABŞ dolları pulu da, Bəhruz Abasquluya verib ki, ona versin. O, Abasquluya hər dəfə pul verəndə 1 ABŞ dolları 1.7 manata bərabər olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Məmmədah oğlu ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes 190” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 2019-cu ilin fevral ayınadək Almaniyadan öz adına avtomobil gətirirmiş. O, əmisi oğlu, dayısı, dayısıoğlu və başqa tanışları ilə birlikdə Almaniyaya gedib oradan avtomobili sürərək gətirirmişlər. 2019-cu ilin fevral ayında adına çox avtomobil gətirdiyindən vergi borcları yaranmışdır. Buna görə də, Vergilər Nazirliyi tərəfindən onun sərhədkeçməyinə qadağan qoyulmuşdur. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs 3 ilə yaxındır ki, tanıyır. Abasqulunun kürəkəni Ədalət onun qonşusudur. Abasqulu ilə Ədalətin vasitəsilə tanış olmuşlar. Ədalətin qohumları üçün o, Almaniyadan avtomobil gətirib satdığı üçün Ədalət onu Abasquluya məsləhət görmüşdür. 2018-ci ilin sonlarında Abasqulu ona demişdir ki, Abasqulu üçün mütəmadi olaraq Almaniyadan satış üçün avtomobil gətirsin və Azərbaycanda satsın. Abasqulu Sumqayıt şəhərində avtosalon icarəyə götürüb işlədirmiş. Bakı və Sumqayıt şəhərlərində də, Abasqulu avtomobil almış və ya barter yolu ilə avtosalonda satırmış. Birinci dəfə Abasqulu ona Nizami metrosunun yaxınlığında 7.000 AVRO pul vermişdir. Abasqulu ona pulu ABŞ dollar ilə verəndə o, Abasquluya demişdir ki, avtomobili AVRO ilə alırlar, ona görə də, Abasqulu ABŞ dollarını AVRO-ya çevirmiş və ona vermişdir. İkinci dəfə də, 1.000 ABŞ dolları pulu Abasqulu evində ona vermişdir. Razılığa görə o, öz adına avtomobilləri gətirməli imiş. Gömrük rüsumlarını isə Abasqulu verirmiş. Abasqulu yalnız avtomobillərin alış pulunu verirmiş, zəhmət haqqını və digər xərcləri isə avtomobilləri gətirdikdən sonra verməli imiş. O, Abasqulu üçün bir ədəd “Hyunday A30” və bir ədəd “Reno Megan” markalı avtomobil gətizdirmişdir. Həmin avtomobillərdən başqa Almaniyada “Kia Cerato” markalı avtomobil də almışdır. Lakin həmin avtomobili Almaniyanın Nyunberq şəhərində saxlamışdır ki, yenidən Almaniyaya qayıdanda gətirər. Abasquludan həmin avtomobilin pulunu almışdır. Lakin 2019-cu fevral ayında Vergilər Nazirliyi tərəfindən sərhədkeçməyinə qadağan qoyulduğu üçün Almaniyaya gedə bilməmişdir. Abasqulu oğlu Raminin tanışını Almaniyaya göndərmişdir ki, həmin aldığı avtomobili gətizdirsin. Həmin avtomobilin almağına sənədləri də, Abasquluya vermişdir. Hətta üç dildə avtomobilə gətirəcək şəxsə etibarnamə vermişdir. Lakin həmin avtomobili polis cərimə meydançasına apardığı üçün avtomobili gətirə bilməmişlər. Buna görə də, onun cəmi Abasquluya 3500 AVRO, yəni 7000 manat borcu vardır. “Kia Cerato” markalı avtomobili 3500 AVRO-ya Abasquluya verməli imiş. Əgər avtomobili gətirə bilsə, Abasquluya borcu olmayacaqdır. Bundan başqa Abasquludan pul almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs böyük qardaşıdır. Abasqulu ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Münasibətləri yaxşıdır. Abasqulu hələ sovet dövründə avtodetal zavodunda işləmişdir. Müxtəlif komersiya işləri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs isə qiyabi tanımışdır. Abasqulu Adil adlı dostunun olduğunu söhbət zamanı ona demişdir. Lakin Adili görməmişdir. Təxminən 1 il əvvəl X11 kəndinə gəlmişlər. O, həmin ərəfələrdə həmin kənddə özünə məxsus yeməkxana işlədirmiş. Onlar yeməkxanaya gəlmişlər. Adili ilk dəfə həmin vaxt görmüşdür, Abasquludan nə əcəb Adillə kəndə gəldiyini soruşmuşdur. Abasqulu ona demişdir ki, yalandan Adilə deyib ki, ata evinin həyətində qızıl basdırılıb, həyəti qazıb qızılı çıxaracaq. Ona görə də, Adilin təkidi ilə kəndə gəlmişlər. Adil də, deyirmiş ki, ekskvator gətirib həyəti qazaq. O, Abasqulunu kənara çəkib demişdir ki, həyətə gəlsələr, qızıl axtarmaq adı ilə biabır olarlar. Buna görə də, Abasquluya demişdir ki, Adilə həqiqəti desin. Adil də, həmin vaxt başa düşmüşdür ki, qızıl söhbəti yalan söhbətdir. Abasqulu ona demişdir ki, Adildən 650.000 ABŞ dolları sələmə pul götürüb, pulun 400.000 ABŞ dollarını Çindən santexnik mallarını gətirib satışı ilə məşğul olan Bəhruza verib. Bəhruz Çindən həmin pulla mal sifariş verib. Qalan pulları isə avtomobil ticarətinə xərcləyib. Çindən mallar gəlmədiyi üçün Adilə vəd verdikləri pulun faizini verə bilmirlər. 2020-ci ilin sentyabr Adil ona zəng vurub onunla görüşmək istədiyini bildirmişdir. O da, Bakıya gələndə təxminən sentyabr-oktyabr aylarında Adil, Abasqulu, oğlu Ramin və Bəhruzla Bakı şəhərində “Qurd Qapısı” adlı restoranda görüşmüşlər. Adil qardaşı oğlu ilə gəlmişdir. Adil Abasquluya verdiyi pulun mayasını və pulun faizlərini geri tələb edirmiş. O da, qardaşına məsləhət görmüşdür ki, Adillə razılaşsın. Adil pulun faizi ilə birlikdə təxminən 1.100.000 ABŞ dolları pul tələb edirmiş. Orada Bəhruz demişdir ki, oktyabr ayının sonlarınadək Çindən malları gələcək və ilkin olaraq 200.000 ABŞ dolları pul verə bilər. Qalan pulları da, aybaay növbəti ilin mart ayında kimi Abasqulu ilə verəcəkdir. Adil isə razılaşmamış və bildirmişdir ki, pulun hamısını 2020-ci ilin noyabr ayının sonunadək ödəsinlər. Bəhruz da, demişdir ki, əgər malları vaxtında gəlsə, çalışıb pulları Abasqulu ilə qaytaracaqdır. Sonra onlar ayrılmışlar. 2020-ci ilin dekabr ayında Adil ona zəng vurub onunla görüşmək istədiyini demişdir. Onu Sumqayıt şəhərinə Bəhruza məxsus anbara çağırmışdır. O da, oraya getmişdir. Abasqulu da, oraya gəlmişdir. Bəhruz Adilə demişdir ki, malları anbara gəlib, satıb pulu qaytaracaqdır, əgər gözləyə bilmirsə, anbarda 400.000 ABŞ dolları qiymətində santexnik mallarını götürsün. Adil isə razılaşmamış və bildirmişdir ki, “mən sizə pul vermişəm, mal verməmişəm ki, əgər mal istəsəydim, pulu Çinə özüm göndərirdim və mal gətizdirərdim”. Adil ona demişdir ki, bütün pulları Abasquluya verib, Bəhruza əlbəəl pul verməmişdir, Adilin pulunu Abasqulu qaytarmalıdır. Abasqulunun dediyinə görə pulun faizi kimi Adilə 265.000 ABŞ dolları pul qaytarıb, lakin ticarətdə qazanc əldə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, santexnik avadanlıqlarının topdan satışı ilə məşğul olmuş və həmin malları Çin Xalq Respublikasından gətirmişdir. Əvvəllər yaşadığı evin birinci mərtəbəsində həmin malları topdan satmışdır. Daha sonra Sumqayıt şəhərində təxminən 300 kvadrat metr ölçüdə anbar icarəyə götürüb orada Çindən gətiridiyi santexnik mallarını topdan satmışdır. Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanımış, Abasqulunun oğlu Şahid2la uşaqlıq dostu olmuşdur. Ramin də onun kimi bir müddət santexnik malların satışı ilə məşğul olmuşdur. 2019-cu ilin əvvəllərində Abasqulu Sumqayıt şəhərində avtosalon icarəyə götürüb işlətmişdir. Avtomobillərin satışını Ramin və Abasqulunun kürəkəni Ədalət təşkil etmişdir. 2019-cu ilin təxminən may-iyun aylarında Şahid2 ona demişdir ki, santexnik malların alınmasına külli miqdarda pul qoysa yaxşı qazanc götürmək olarmı?. O da demişdir ki, nə qədər bu işə çox pul qoyulsa bir o qədər də qazanc çox götürmək olar. Ramin demişdir ki, atasının dostu bu iş üçün bir milyon ya da bir milyon beş yüz min ABŞ dollar pul verə bilər. Raminin dediyinə görə avtosalon işinə görə də atasının dostu pul vermişdir. Sonra o, Abasqulu və Ramin Novxanı qəsəbəsində çayxanada birgə görüşmüşlər. Abasqulu demişdir ki, bir milyon ABŞ dollar pulu birdəfəlik dostu Adil verəcək, razılığa görə dördü qazanca şərik olmalı idilər. Əgər qazanc hər ay 10000 ABŞ dollar olardısa 5 min ABŞ dollar Abasqulu ilə Adilə, qalan 5 min ABŞ dollar pulu isə onunla Ramin arasında bölünməli idi. O, demişdir ki, bir milyon ABŞ dollar pulu bu işə yatırsalar il yarım iki il ərzində həmin pulun bir qatını qazanmaq olar. Əgər Adil pulun mayasını istəsə, gərək 5-6 ay qabaqcadan bu barədə ona desin. O, bu halda pulun mayası ilə Çindən mal sifariş verməyərək pulu toplayıb versin. Abasqulu da razılaşmışdır. Həmin ərəfələrdə Abasqulu evində ona 230000 ABŞ dollar pul vermişdir. Qalan 770000 ABŞ dollar pulu da bir ay ərzində Adil verəcək. O, Abasquluya demişdir ki, «onda mən Çinə gedib malları sifariş verim və malların behini verim, sonra qalan pulları verəndə pulunu tam ödəyərəm». O, 2019-cu ilin iyul ayında Çinə getmişdir. Orada təxminən 730000 ABŞ dollar qiymətində santexnik malları sifariş vermişdir. 250000 ABŞ dollar pulu sifariş verdiyi mallar üçün beh kimi vermişdir. Santexnik malların Azərbaycana gəlməsi ay yarım ya iki ay çəkmişdir. O, avqust ayının sonlarında Çindən Azərbaycana qayıtmışdır. O, Çinə gedəndə də anbarda xeyli sayda santexnik malları olmuşdur. Azərbaycana gələnə kimi Abasqulu ondan 35000 ABŞ dollar borc pul istəmişdir, O da Abasquluya 35000 ABŞ dollar pul vermişdir. Abasqulu yalnız 5000 ABŞ dollar pulu qaytarmışdır. İkinci dəfə 2019-cu ilin sentyabr ayında Abasqulu ona 150000 ABŞ dollar pul vermiş və bildirmişdir ki, «Adil bundan artıq pul vermir». O da demişdir ki, axı bir milyon ABŞ dollarına razılaşmışlar, çünki o, 700000 ABŞ dollar qiymətində malların sifarişini və behini vermişdir, malların pulunu verməsə verdiyi behlər də və mallar da batar, Azərbaycana göndərilməz. Hətta Adil onun anbarıına baxmağa gəlmişdir. O, Adili ilk dəfə anbarda görmüşdür. Adil ona deməmişdir ki, Abasquluya pulu faizə verib. O, Abasqulunun avtosalonundan «Passat CC» markalı avtomobili nisyə götürmüşdür. 20000 ABŞ dollar borclu qalmışdır. Ona görə də Abasqulu ona 170000 ABŞ dollar deyil, 150000 ABŞ dollar vermişdir. O da həmin 150000 ABŞ dollar pulu Çinə göndərmişdir. Abasqulu 150000 ABŞ dollar pulu verəndə ona demişdir di ki, Adil pulu faizlə verib, pulun 5 faizi miqdarında hər ay pul verməlidir. Buna görə Abasqulu ilə aralarında mübahisə düşmüşdür. X13 pulu faizə verdiyini ona deməmişdir. Abasqulu ilə mənşə pulun qazancı ilə bağlı razılaşmışdılar. Ona görə də o, pulun faizi ilə bağlı Abasqulu ilə razılaşmamış, ona demişdir ki, yalnız qazancdan verəcək. Sifariş verdiyi malların pulunu tam verə bilmədiyi bir qism malları hissə-hissə 2020-ci ilin may ayınadək gətirmişdir. Abasqulunun ona verdiyi pulla sifariş verdiyi malların hamısını demək olar ki, anbara gətirmişdir. Lakin 730000 ABŞ dollar qiymətində Çində mal sifariş verdiyi üçün malların hamısını gətirə bilməmişdir. Adilin Abasqulu vasitəsilə verdiyi pulu həmin mallara görə Çində fabriklərə ödəmişdir. Malların çox hissəsi gəlməyib. Çünki həmin malların behini versə də malların pulunu tam vermədiyinə görə mallar göndərilməyib. Buna baxmayaraq 250000 ABŞ dollar pulu hələ də Çində beh kimi fabriklərdə qalmışdır. Bu ona görədir ki, Adil söz verdiyi kimi bir milyon dollar pulu verməmiş, 730000 ABŞ dollar qiymətində mallar Azərbaycana gömrük rüsumları ilə birlikdə təxminən bir milyon ABŞ dollara başa gəlirdi. Abasqulunun ona verdiyi pul müqabilində Çindən sifariş verdiyi mallar Azərbaycana gələnədək o, pulun faizi kimi Abasquluya 102000 ABŞ dollar pul vermişdir. O, elə bilirdi ki, Adil Abasqulu vasitəsilə ona söz verdiyi kimi bir milyon ABŞ dollar pul verəcək. Buna görə də Çindən 730000 ABŞ dollar qiymətində mal sifariş vermişdir. Əgər Abasqulu ona desəydi ki, Adil bu qədər pul verməyəcək, o bu qədər mal üçün beh verməzdi və behi də Çində indiyədək qalmazdı. Pandemiya ilə əlaqədar anbarda olan mallar zəif satıldığı üçün o, Çindən sifariş verdiyi malların pulunu hələ də tam verə bilməmiş, buna görə də həmin malları gətizdirə bilməmişdir. Çünki karantin reyimində ümumiyyətlə anbardan mallar alınmamış, rayonlara gediş-gəliş olmadığına görə mal göndərə bilməmiş, tikintilər dayanmışdır. Gətirdiyi mallar tikintidə və təmirdə istifadə olunduğuna görə karantin rehmində tikintilər və təmir çox az olduğuna görə alıcı çox az olmuşdur. Buna baxmayaraq o, Abasquludan aldığı pulun hər ay faizini Abasqulu vasitəsilə Adilə vermişir. 2020-ci ilin dekabr ayında o, Adil və Abasqulu anbarda görüşmüşlər. Adilin təklifi ilə üçü razılıq ərizəsi imzalamışlar ki, o, Abasquludan aldığı 400000 ABŞ dollar pulu Adilə qaytaracaq. Bundan başqa Adilə təklif etmişdir ki, anbardan 400000 ABŞ dollar qiymətində mal götürə bilər. Adil isə razılaşmayaraq bildirmişdir ki, Abasqulu haqqında polisə şikayət edəcək, onun haqqında bir şərtlə şikayət etməyəcəkdir ki, əgər malları sata bilmirsə həmin pulun faizini versin. O da məcbur qalıb razılaşmışdır. O, 2021-ci ilin yanvar, fevral və mart ayı daxil olmaqla hər ay 10000 ABŞ dollar, ümumilikdə isə 30000 ABŞ dollar Adilə vermişdir, bir dəfə sürücüsünə, iki dəfə isə Adilə «Atatürk» parkı ilə üzbəüz öz ofsində vermişdir. 2021-ci ilin mart ayının əvvəllərində Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunmuşdur. Adil ona demişdir di ki, onun barəsində şikayət etməyib, Abasqulu barəsində edib, onunla razılaşması qüvvədədir. Lakin sonradan Adil ondan tələb etmişdir ki, pulu bir ay ərzində ona qaytarsın. O, Adilə demişdir ki, mallar anbardadır, hissə-hissə satır, üstəlik malların bir hissəsini nisyə buraxdığı üçün ona borclu olanlar var, malları hissə-hissə satıb pulunu da hissə-hissə verəcək. Adil isə razılaşmamışdır. Əslində onun Adilə 268000 ABŞ dollar borcu olmuşdur. 132000 ABŞ dollar Adilə pulun faizi kimi versə də, faktiki olaraq o, qazanc götürməmişdir. Adilin verdiyi sözə görə onun Çində behi qalmış, ona görə də Adilə verdiyi pulu mayası kimi hesablamışdır. Doğrudur aralarında olan razılaşmada Adilə 400000 ABŞ dollar borclu olduğunu qeyd etmiş, həmin razılaşmada o, 300000 ABŞ dollar borclu olduğumu qeyd etdirmək istəmiş, Adil isə ona demişdir ki, o, razılaşmada 400000 ABŞ dollar qeyd etsin və pulun qaytarılması üçün ona vaxt verəcəkdir. O da buna görə razılaşmışdır. Adil özü də ona etiraf etmişdir ki, bir milyon dollar vermək niyyəti olub, Lakin Abasqulu ona yalan danışdığı üçün ehtiyat edib Abasquluya qalan vəd verdiyi pulu verməmişdir. Abasqulunun dediyinə görə Adildən aldığı pulun müqabilində ona 160000 ABŞ dollar puldan artıq faiz vermişdir. Adil isə Abasqulunun cəmi 46000 ABŞ dollar pul verdiyini bildirmişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. Əvvəllər inşaat materialları satılan mağazalara səyyari qaydada santexnik malları satmaqla məşğul olmuşdur. 2017-ci ildən 2019-cu ilin yanvar aymadək Sumqayıt şəhəri, Sülh küçəsində avtovağzalın qarşısında avtosalonda satıcı işləmişdir. 2019-cu ilin yanvar ayında isə atası avtomobil alqı-satqısı ilə məşğul olmağa başladığından satıcı kimi işlədiyi avtosalonu atası icarəyə götürmüşdür. Aylıq icarə haqqı 1.600 manat olmuşdur. Atasının tanışı Zərərçəkmiş şəxs adını eşitsə də, sonuncunu görməmişdir. Adili imkanlı şəxs kimi tanıyırmış. Atası 2018-ci ilin sonlarında ona demişdir ki, avtomobil alıb salonda satmaq istəyir, buna görə də, ondan xahiş etmişdir ki, avtomobil alqı-satqısında ona kömək etsin. O da, razılaşmışdır. Avtosalonu Elnur adlı şəxsdən icarəyə götürmüşdür. Atası pulu Adildən almışdır. Atası avtomobilləri onun vasitəsi ilə alırmış. O, avtomobilləri özünə məxsus avtomobilləri satan şəxslərdən alırmış. Cəmi 2 ədəd avtomobili atası Xaləddin adlı şəxsin vasitəsilə Almaniyadan gətizdirmişdir. Həmin avtomobillər “Hyunday A30” və “Reno rnegan” markalı avtomobillər olmuşdur. 8 ədəd avtomobilin Almaniyadan gətirilməsi üçün Xaləddin sifariş versə də, sonuncu avtomobilləri gətirə bilməmişdir. Xaləddinə atası 8 ədəd avtomobillərin pulunu vermişdir. Xaləddin həmin avtomobillərin pulundan nə qədər atasına qaytardığından xəbərsizdir. Hər ay atası Adilə pul verirmiş. Lakin nə qədər verdiyini bilmir. O, avtosalonu 2019-cu ilin əvvəllərindən 2020ci ilin sentyabr ayınadək işlətmişdir. Xeyli sayda müxtəlif markalı avtomobillər alıb salonda satmışdır. Hər satılan avtomobilin pulunu atasına verirmiş. Hər avtomobil satışından atası ona 100-200 manat arası qazanc verirmiş. Avtomobilləri nağd satırmış. Avtomobilləri o, ayrı-ayrı şəxslərdən satın alanda alqı-satqı müqaviləsi əsasında adına keçirirmiş. Çünki, artıq xərc imiş, onsuz da, satmaq üçün alırmış. Avtomobili ona satan şəxs onun adına baş etibarnamə verirmiş. O da, etibarnamə əsasında avtomobilləri satırmış. X10 və Şahid4 adlı şəxslərə bir neçə dəfə avtomobil nağd satdığı üçün onlara etibar edirmiş. Buna görə də, Ramin Zeynalov 2019-2020-ci illərdə ayrı-ayrı vaxtlarda ondan 6 ədəd avtomobillərin pulunun bir hissəsini verməklə götürmüşdür. Həmin avtomobillər 29.000 manat qiymətində 2003-cü il buraxılışlı “Range Rover”, 2002 və 2006-ci il buraxılışlı iki ədəd, 16.500 manat və 26.000 manat qiymətində “BMW X5” markalı, 2013-cü il buraxlışlı 23.000 manat qiymətində “Hyunday sonata”, 2008-ci il buraxlışlı 26.000 manat qiymətində “Lexus” sedan tipli avtomobil və 2008-ci il buraxlışlı 24.000 manat qiymətində “Kodilak” markalı avtomobillərdir. Ramin həmin avtomobillərin pulunun bir hissəsini ödəsə də, qalan hissəsini ödəməmişdir. Ramin həmin avtomobillərin pulundan 30.000 manat borcludur. Ramin həmin avtomobillərin hamısını satıb. Ramin əvvəllər ərzaq mağazaları icarəyə götürüb işlədirmiş. Raminin hazırda harada yaşadığını bilmir və sonuncu ilə əlaqə yarada bilmir. Şahid4 2019-2020-ci illərdə ayrı-ayrı vaxtlarda 5-6 ədəd avtomobili nisyə satmışdır. Şakir həmin avtomobillərin pulunun az bir hissəsini ödəmişdir. Şakir ona verdiyi avtomobilləri ucuz qiymətə satıb pulunu toyuq alverinə qoyduğunu və alverdə ziyan etdiyini ona bildirmişdir. Şakir 74.000 (yetmiş dörd min) manat avtomobillərin pulundan borclu qalmışdır. Həmin avtomobillərə 2004-cü il buraxlışlı 15.000 manat qiymətində 10- 745 qeydiyyat nişanlı, “BMW 745” markalı, 1996-cı il buraxlışlı 11.000 manat qiymətində “Mercedes” (dörd fara) markalı, 2004-cü il buraxlışlı 11.000 manat qiymətində “Opel Vectra” markalı, 2006-cı il buraxlışlı **-SU-*** qeydiyyat nişanlı “Mercedes GL” markalı, 2004-cü il buraxlışlı 18.500 manat qiymətində **-DR-*** qeydiyyat nişanlı “Porsche KN” markalı avtomobillərdir. Şakirlə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayırmış. Şakirə avtomobilləri Sumqayıt şəhərində yerləşən 4 saylı notariat ofisində baş etibarnamə ilə satırmış. Bircə “Mercedes GL” markalı avtomobili qonşusu Sənanın adına olan baş etibarnamə əsasında Şakirə satmışdır. Bundan başqa Yevlax rayon sakini Elşad adlı şəxsə 2006-cı il buraxlışlı 24.000 manat qiymətində “Audi Q7” markalı, **-RP-*** qeydiyyat nişanlı avtomobili satmışdır. Elşad yalnız avtomobilin pulundan 8.000 manat verib, qalan 16.000 manat pulu verməmişdir. Buna görə də, Elşada avtomobili satanda sonuncuya notarial qaydada yalnız sürmək üçün etibarnamə vermişdir. Razılığa görə Elşad qalan 16.000 manat pulu verikdən sonra avtomobilə görə baş etibarnamə verməli imiş. Hazırda Elşadın harada olduğunu bilmir. O, bu barədə Sumqayıt şəhər yol polis şöbəsinə ərizə vermişdir. Avtomobili axtarışa vermişdir, eyni zamanda Elşada sürmək üçün verdiyi etibarnaməni ləğv etmişdir. Bundan başqa heç kəsə nisyə avtomobil satmamışdır. Nağd satdığı bütün avtomobillərin pulunu atasına vermişdir. Aldığı hər avtomobilin üstünə bəzən 2.000, bəzən 1.000, bəzən də, 500 manat qoyub satırmış. Avtosalonda bacısı əri Ədalət Ağayev də, onunla birlikdə satıcı işləyirmiş. Avtosalonda atasının Adildən aldığı pulla nə qədər avtomobil alıb-satdığını bilmir. Bu barədə qeydiyyat aparmamışdır. O, avtomobilləri satdıqca pullarını atasına verirmiş. Atasına qaytarmalı olduğu pul 102.000 manatdır. Yəni 102.000 manatı atasına verməlidir ki, atası da, Adilə versin. Qalan pulları atasının haraya xərclədiyini bilmir. Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Ağdərə uğrunda döyüşdə yaralandığı üçün 3-cü qrup əlillik dərəcəsi almışdır. Əvvəllər toyuq alveri ilə məşğul olmuşdur. İcarəyə götürdüyü ‘'Daewoo” markalı yük avtomobili ilə toyuq satan firmalardan toyuq götürüb Bakı şəhəri ərazisində xırda mağazalara paylayırmış. Sumqayıt şəhər sakini Şahid2 2018-ci ildən tanıyır. Ramin Sumqayıt şəhərində avtosalonda işləyir. 2019-cu ilin təxminən yaz-yay aylarında Ramin ona demişdir ki, Sumqayıt şəhərində avtosalon icarəyə götürüb işlədir. Ramin ona təklif etmişdir ki, Raminə avtomobillər versin, sonuncu da, onun üçün satsın. O da, razılaşmışdır. O, Raminin işlətdiyi avtosalona gedib baxmışdır. Avtosalonda avtomobillər olmuşdur. İlk olaraq Ramin 2004-cü il buraxlışlı “BMW 745” markalı avtomobili 15.000 manat qiymətində baş etibarnamə ilə ona qısa müddətdə pulunu vermək şərtilə vermişdir. O, həmin avtomobili 15.000 manat qiymətində sata bilməmişdir. Çünki, avtomobildə bəzi nasazlıqlar olmuşdur. O, Raminə bu barədə demişdir. Ona görə də, avtomobili 13.500 manat qiymətinə satmışdır. Ramin ona demişdir ki, ona verəcək digər avtomobillərdə qiymətdə endirim edəcək, bu dəfə avtomobilin pulunu ona tam versin. O da, 13.500 manat pulun üstünə 1.500 manat qoyub iki gün ərzində Raminə vermişdir. Bu minvalla Ramin ona ayrı-ayrı vaxtlarda “Porsche KN”, “Mercedes GL”, “Opel Vectra” və “Mercedes” markalı avtomobilləri notarial qaydada təsdiq olunmuş baş etibarnamə ilə vermişdir. Ramin avtomobilləri ona baha qiymətə satmaq üçün verirmiş. O isə Raminə deyirmiş ki, onun verdiyi avtmobillərə dediyi qiymətə alan yoxdur, Ramin isə ona deyirmiş ki, borcları çoxdur, bazar qiymətinə avtomobili satsın. O da, bazar qiymətlərinə uyğun avtomobili satıb Raminlə razılaşdığı kimi ona çatası 400-500 manat pulu götürüb qalan pulu Raminə verirmiş. Ramin də, onunla razılaşırmış. Raminin ona verdiyi avtomobillərin heç birisini bazar qiymətindən aşağı satmamışdır. Doğrudur, həmin avtomobilləri bazar qiymətindən maksimum 500-700 manat aşağı satmışdır ki, çox gözləməsin. Çünki, Ramin özü deyirmiş ki, borcları var, avtomobili tez satsın. Avtomobili hansı qiymətə satırdısa, Raminə bu barədə deyirmiş. Ramin də, onunla razılaşırmış. Yalnız 2006-cı il buraxlışlı “Mercedes GL” markalı avtomobilin satışından Raminə 12.500 manat borcu vardır. Belə ki, Ramin ona bu avtomobili 32.000 manat qiymətində baş etibarnamə ilə nisyə vermişdir. Lakin həmin avtomobilin bazar qiyməti 32.000 manat deyil, 15.000-17.000 manat arasında olmuşdur. O, avtomobili Raminə qaytarmışdır ki, dediyi qiymətə avtomobili alan olmaz. Ramin adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Ramin həmin avtomobili sata bilmədiyi üçün ona avtomobili yenidən verib demişdir ki, bazar qiymətinə satsın. O da, həmin avtomobili adını xatırlamadığı şəxsə 15.000 manata satmışdır. Avtomobili satdıqdan sonra Raminə bu barədə demişdir. Ramin ona demişdir ki, avtomobili çox ucuz satsın. 15.000 manatı Bakı şəhərində 20 yanvar dairəsində vermişdir. Ramin ona demişdir ki, avtomobilin ən azı bazar qiyməti 27.500 manatdır, borcları çoxdur. Ramin ona bildirmişdir ki, o, Raminə avtomobilin pulundan 12.500 manat verməlidir. Raminin borcları çox olduğuna görə o, Raminə 12.500 manat verməyi öhdəsinə götürmüşdür. Ramin avtosalonu işlədə bilmədiyi üçün oradan çıxmışdır. Ramini uzun müddətdir ki, görmür. Onun Raminə sonuncu ilə razılaşdığı kimi 12.500 manat borcu vardır. Bundan başqa Raminə və atası Abasquluya borcu yoxdur. Cinayət işinin 2-ci cildinin 141-143-cu və cinayət işinin 3-cü cildinin 25-ci vərəqlərində olan "xxxx" MMC-nin 15 iyul 2021-ci il tarixli, BKC/LGL-10079/21 nömrəli məktuba əlavə edilmiş bir ədəd “CD” diskə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində aranan və arayan nömrələrin siyahısının və abonentlərin şəxsiyyətləri barədə məlumatın, sms-lərin məntlərini, qeyd olunan mobil nömrələrlə ilə aparılan danışıqların qeydə alındığı inzibati ərazi vahidi (şəhər (rayon) qəsəbə, kənd, küçə, şosse və s. inzibati ərazi vahidləri qeyd olunmaqla) barədə məlumatlar məhkəmə qərarı əsasında "xxxx" MMC-dən ələ keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində ***-***- **-** saylı mobil nömrə ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə arasında mütəmadi olaraq danışıqların baş vermişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 2-ci cildinin 87-88-ci vərəqələrində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablamaqla 03 ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 85-ci vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək 615.000 ABŞ dollarının və dövlət rüsumu üçün ödənilmiş 1314 manat pul vəsaitinin cavabdeh Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia qismən təmin edilməlidir. Təqsirləndirilən şəxs mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Nəsibov X1 Adil Sərxan oğluınun etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, təkrarən özgənin əmlakını külli miqdarda ələ keçirməklə dələduzluq etməsi, bunun nəticəsində zərərçəkmiş şəxsə 442.000 (dörd yüz qırx iki min) manat ziyan vurulması təsdiq edildiyindən mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 442.000 (dörd yüz qırx iki min) manat və dövlət rüsumu olaraq ödənilmiş 832 (səkkiz yüz otuz iki) manat, ümumilikdə 442.832 (dörd yüz qırx iki min səkkiz yüz otuz iki) manat pul tutularaq Zərərçəkmiş şəxsına ödənilməlidir. İddia tələbi qalan hissələrdə rədd edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə məsrəfi yoxdur. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Mülki iddia qismən təmin edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxsınun mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs 442.000 (dörd yüz qırx iki min) manat və dövlət rüsumu olaraq ödənilmiş 832 (səkkiz yüz otuz iki) manat, ümumilikdə 442.832 (dörd yüz qırx iki min səkkiz yüz otuz iki) manat pul tutularaq Zərərçəkmiş şəxsına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) anzdan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar