Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-830/2022 28.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslandırılmış müalicə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə, külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamış və satmış, eləcədə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs cinayətin haqqında icraat ayrlmış başqa şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 25 may 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Azadlıq” metro stansiyasının qarşısında başqa şəxslə əvvəlcədən aralarında olan razılaşmaya əsasən satış məqsədi ilə qanunsuz olaraq 600 manata külli miqdarda 15,690 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 0,633 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edən narkotik vasitə olan bir ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində bir ədəd “F/M 4C” göstəricili dərman həbini, 0,450 qram çəkidə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini, tərkibində klonazepamın təsir maddəsinin ümumi miqdarı 0,008 qram təşkil edən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunan psixotrop maddə hesab edilən 4 ədəd klonazepam həblərini, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə ümumi təmiz çəkisi 2,838 qram olan Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursor hesab edilən kalium permanqanatı, tərkibində qabapentinin təsir maddəsinin ümumi miqdarı 0,600 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan Azərbaycan Respublikasında güclü təsir edən maddələrin siyahısına daxil edilmiş bir ədəd üzərində “Gabagamma 300 mg” göstəriciləri olan dərman konvolyutunda 2 ədəd dərman kapsulunu və tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan Azərbaycan Respublikasında güclü təsir edən maddələrin siyahısına daxil edilmiş bir ədəd üzərində “Siklodol 2 mq” göstəricisi olan dərman konvolyutunda 20 ədəd dərman həblərini əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanında yerləşən evində saxlamış, 25 iyun 2021-ci il tarixdə saat 10 radələrində qanunsuz əldə etdiyi nakotik vasitə olan heroinin 1,002 qram və psixotrop maddə olan metafetamenin 0,054 qram hissəsini həmin ünvanda 30 manat müqabilində tanışı Şahid1 satmış, 25 iyun 2021-ci il tarixdə saat 13:00-da Şahid1 ünvan 3 ünvanda Binəqədi RPİ CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, polis idarəsinə gətirilib şəxsi axtarış aparılarkən əynindəki boz rəngli idman şalvarının sol yan cibindən 03 büküm şəffaf sellofana bükülmüş çəkisi 0,308 qram, 0,335 qram və 0,359 qram olmalqa ümumi təmiz çəkisi 1,002 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 01 büküm 0,054 qram ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüş, sonra 29 iyun 2021-ci il tarixdə Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında keçirilmiş baxış zamanı evinin yataq otağında 13 ədəd şəffaf selofan bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,909 qram, 1,887 qram, 0,374 qram, 0,392 qram, 3,594 qram, 1,770 qram, 1,739 qram, 0,390 qram, 0,350 qram, 0,370 qram, 0,448 qram, 0,433 qram 2,032 qram, ümumi təmiz çəkisi 14,688 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan neroin, bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,436 qram olan və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,197 qram olan, ümumi təmiz çəkisi 0,633 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edən narkotik vasitə olan bir ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində bir ədəd “F/M 4C” göstəricili dərman həbi, kibrit qutusunda olan bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,396 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin, tərkibində klonazepamın təsir maddəsinin ümumi miqdarı 0,008 qram təşkil edən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunan psixotrop maddə hesab edilən bir ədəd şəffaf selofan bükümdə 4 ədəd klonazepam həbləri, ümumi təmiz çəkisi 2,838 qram olan Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursor hesab edilən kalium permanqanatı, tərkibində qabapentinin təsir maddəsinin ümumi miqdarı 0.600 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan Azərbaycan Respublikasında güclü təsir edən maddələrin siyahısına daxil edilmiş bir ədəd üzərində “Gabagamma 300 mg” göstəriciləri olan dərman konvolyutunda 2 ədəd dərman kapsulu və tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan Azərbaycan Respublikasında güclü təsir edən maddələrin siyahısına daxil edilmiş bir ədəd üzərində “Siklodol 2 mq” göstəricisi olan dərman konvolyutunda 20 ədəd dərman həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ağ ciyərinin xəstəliyi ilə bağlı bədənində ağrıları olduğuna görə o, təxminən iki ilə yaxındır ki, el arasında “kakos” kimi adlanan narkotik vasitəsi olan heroin qəbul etmişdir. Heroini o, üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərdən əldə edirdi. 25 iyun 2021-ci il tarixdə ona Bakı şəhəri, Binəqədi RPİ-dən zəng gəlmiş və zəng edən polis əməkdaşı onu polisə dəvət etmişdir. Polisə anası Kəmalə Babayeva ilə birlikdə getmişdir. Orada ona məlum olmuşdur ki, Şahid1 ad-soyadlı bir nəfər şəxs narkotik vasitəyə görə tutulmuş və həmin şəxs narkotik vasitəni ondan, yəni Təqsirləndirilən şəxs əldə etdiyini bildirmişdir. Lakin o, Şahid1 adlı şəxsi tanımır və ona heç bir vaxt narkotik vasitəsi satmamışdır. Polislər gələn zaman onun üzərində də heç bir qanunsuz əşya aşkar olunmamışdır. Buna baxmayaraq polis idarəsində şəxsi axtarışı keçirmiş və boz rəngli idman şalvarının sol yan cibindən 3 büküm kakos və bir büküm metafetamin aşkar edilmişdir. Həmin vasitələr ona məxsus deyildir. Bundan sonra onu anası ilə birlikdə yaşadığı ünvan 5 ünvanına axtarış aparılması üçün aparmışlar. Evində ona məxsus otaqda 5qram yarım heroin, 1 həb metadon və bir büküm metafetamin, həmçinin bir bükümdə olan marqansovka aşkar edilmişdir. Bunu bu gün məhkəmədə də etiraf edir. Lakin polis əməkdaşları tərtib etdikləri protokolda evindən ona məxsus əşyalardan başqa marixuana, psixotrop maddə hesab edilən klonazepam həbləri, «Siklodol» adlı dərman həbləri aşkar etdiklərini göstərmişlər, onun bunlardan xəbəri yoxdur. Bildirir ki, onun Mehdi adlı iranlı tanışı olmamış, ondan heç nə əldə etməmişdir. Ona ibtidai istintaq zamanı verdiyi ifadələri, həmçinin üzərinə və evinə baxış keçirilən zaman tərtib olunmuş protokolların məzmunu elan edilmişdir. Verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı Mehti adı ilə təqdim etmiş şəxsdən alırdı. Mehti narkotik vasitəsini daha ucuz qiymətə satdığı üçün o, çalışırdı ki, istifadə edəcəyi narkotik vasitələrini ondan əldə etsin. Mehtidən alacağı narkotik vasitə daha ucuz başa gəlməsi üçün o, ondan daha böyük miqdarda narkotik vasitəsi alırdı. Sonradan isə, isitifadə etdiyi narkotik vasitəsinin dəyərini ödəmək məqsədi ilə o, Mehtidən əldə etdiyi narkotik vasitələrinin bir hissəsini tanışlarna satmağa başlamışdır. Narkotik vasitələrini satmağa başlayanda alıcılar ondan el arasında “şüşə” adlanan psixotrop maddə olan metamfetamini və güclü təsir edən dərman preporatlarını satmağı xahiş etmişlər. Buna görə də müştərilərinə satmaq üçün o, son zamanlar Mehtidən el arasında “şüşə” adlanan psixotrop maddə olan metamfetamin və müxtəlif növdə güclü təsir edən dərman preporatları almağa başlamışdır. Sonuncu dəfə o, Mehtidən 25 may 2021-ci il tarixdə saat təxminən 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Azadlıq” metro stansiyasının yaxınlığında 600 manata narkotik vasitələri olan heroin, qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin və müxtəlif növdə güclü təsir edən dərman preporatları alıb satmaq məqsədi ilə aparıb hazırda yaşadığı evdəki öz otağında gizlətmişdir. 25 iyun 2021-ci il tarixdə, səhər təxminən saat 10 radələrində o, yaşadığı evin yaxınlığında olarkən əvvəllər tanıdığı Şahid1 ona yaxınlaşaraq bədənində ağrıları olduğunu bildirib ondan 30 manat dəyərində narkotik vasitəsi istəmişdir. O, da həmin pulun müqabilində Raminə üç büküm el arasında “kakos” kimi adlanan narkotik vasitəsi olan heroin və bir büküm el arasında “şüşə” adlanan psixotrop maddə olan metamfetamin vermiş və Ramin çıxıb getmişdir. Mehtidən aldığı qalan narkotik vasitələri olan heroini, qurudulmuş marixuananı, psixotrpop maddə olan metamfetamini və müxtəlif növdə güclü təsir edən dərman preporatlarını 29 iyun 2021-ci il tarixdə otağında keçirilmiş baxış zamanı o, könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Odur ki, o, özünü İran vətəndaşı kimi təqdim etmiş Mehti adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməmiş və 29 iyun 2021-ci il tarixdə yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələrini və psixotrop maddələrini Mehtidən öz şəxsi istifadəsi üçün almışdır. Lakin ibtidai istinta zamanı verdiyi əvvəlki ifadələrini, həmçinin üzərinə və evinə baxış keçirilməsinə dair protokolların məzmununu qismən təsdiq edir. Bəli, o, narkomandır və narkotikin müxtəlif növlərindən istifadə edir. Əldə etdiyi vasitələr də məhz şəxsi istifadəsi üçün olmuşdur. Bu səbəbdən özünü qismən təqsirli bilir. Məhkəmə iclasında barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı başqa cinayət işi olan Şahid1 hal-hazırkı iş üzrə şahid qismində dindirilərək ifadəsində göstərmişdir ki, o, narkomandır və bununla bağlı məhkumluğu vardır. 25 iyun 2021-ci il tarixdə səhər təxminən saat 10 radələrində Bakı şəhəri Binəqədi rayonu DSK yolunda olan fərdi evdə 30 manata üç büküm el arasında kakos adlanan narkotik vasitə olan heroin və bir büküm el arasında şüşə adlanan psixotrop maddə olan metafetamin almışdır. Həmin evdə 3 nəfər şəxsi görmüşdür. Onların heç birini tanımır. «Maştağalı» ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs həmin şəxslərin arasında olub-olmamasını deyə bilməz, sifətləri yadında qalmamışdır. İstintaq zamanı ondan soruşmuşlar ki, «Maştağalı» ləqəbli şəxsi tanıyır, yaxud tanımır. O da bildirmişdir ki, belə bir şəxsi tanımır. Bununla belə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, guya o, «Maştağalı» ləqəbli Təqsirləndirilən şəxs tanıyır və heroinlə metafetamini 30 manata məhz ondan əldə etmişdir. Həmin ifadələrini bu gün təsdiq etmir. Qeyd etmək istəyir ki, ona heç bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Mahirin ağ ciyərləri xəstə olduğu üçün o, həqiqi hərbi xidmətdən azad edilmiş, orta məktəbdə təhsilini başa çatdırandan sonra heç yerdə işləməmiş və daimi maşğuliyyəti olmamışdır. Yaşadıqları evdə o, Mahirə bir otaq ayırmış, lakin Mahir başqa bir qadınla sonuncunun evində çox vaxt olmuş, axırıncı ayı isə onun yanında qalmışdır. 2021-ci il iyun ayının axırlarında Mahiri polisə çağırmışlar. O da oğlu ilə birlikdə polisə getmiş, orada bilmişdir ki, narkotiklə tutulmuş bir nəfər şəxs narkotiki Mahirdən əldə etdiyini bildirmişdir. Bundan sonra polisdə oğlunun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, sonra isə o, polis idarəsində qalmış, oğlu isə polislərlə birlikdə yaşadıqları evə getmiş və polis əməkdaşları Mahirin qaldığı otaqdan adlarını belə bilmədiyi qanunsuz əşyalar aşkar etmiş, həmçinin Mahirin yatdığı otaqda şkafın içindən 2 balaca bükümdə marqansovka, yəni, kalium permanqanat aşkar etmişlər. Polisin evində etdiyi axtarışdan sonra evdən şkafın içindən 4.500 manat məbləğində pul yoxa çıxmışdır. Lakin ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsində bu pul barədə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, xx.xx.2021-ci il tarixdə ərazidə,yəni Binəqədi rayonu DSK yolu, Mədən 1, korpus 43 ünvanında narkotik vasitələrin dövriyyəsində şübhəli olan Şahid1 saxlanılaraq 5-ci PB-nə gətirilmiş və orada təhqiqatçı Əli Əliyev onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. Baxışda o, həmkarı X3 və kriminalist Nəsimi İsmayılov iştirak etmişlər. Baxış zamanı Şahid1 özü könüllü olaraq idman şalvarının cibindən 3 ədəd sellofan bükümü və bir ədəd qızılı rəngli kağız bükümü təqdim edərək 3 ədəd bükümdə kakos olmasını, bir ədəd kağız bükümdə isə şüşə olduğunu bildirərək həmin maddələri xx.xx.2021-ci il tarixdə səhər saat 10 radələrində Binəqədi kəndində «Maştağalı Mahir» kimi tanıdığı şəxsdən 30 manata əldə etdiyini bildirmişdir. Bölmə tərəfindən keçirilmiş tədbirlərin nəticəsində müəyyən edilmişdir ki, «Maştağalı Mahir» kimi tanınan şəxs Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 43, ev 483-də yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs bölmənin digər əməkdaşları tərəfindən saxlanılaraq təhqiqatçıya təqdim olunmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr saxladığını bildirdiyi üçün onun evində digər əməkdaşlarla yanaşı o da baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında o iştirak etməmişdir. Mahir evində könüllü olaraq öz otağında gizlətdiyi heroin, qurudulmuş marixuana, metamfetamin və güclü təsir edən dərman həblərini aşkar etmişlər. Uzun müddət keçdiyi üçün həmin maddə və vasitələrin çəkisini və sayını xatırlamır. Həmin baxış videoçəkilişlə aparılmış, baxışa dair protokol tərtib olunmuş, həmin protokolu baxışın iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs də könüllü və sərbəst şəkildə imzalamışdır. Şifahi olaraq isə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 30 manat müqabilində Binəqədi kənd sakini Şahid1 3 büküm kakos və bir kağız bükümdə şüşə adlanan vasitələri 30 manata satdığını etiraf etmişdir. Evinə baxış zamanı, yəni onun iştirakı olduğu tədbirdə Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin kiçik inspektoru X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu DSK yolu, Mədən 1 ünvanında narkotik vasitələrin dövriyyəsində şübhəli olan Şahid1 həmkarı Zaur Babazadə ilə birlikdə saxlayaraq 5-ci PB-nə gətirmiş və təhqiqatçı Əli Əliyevə təqdim etmişlər. Sonuncu Şahid1 üzərinə onların iştirakı ilə videoçəkilişlə baxış keçirmiş, Şahid1 masanın üzərinə 3 sellofan büküm və bir ədəd kağız bükümü qoyaraq bildirmişdir ki, 3 ədəd bükümdə kakos, bir ədəd kağız bükümdə isə şüşə deyilən narkotik maddə və vasitələr var. O, həmin maddələri xx.xx.2021-ci il tarixdə səhər saat 10 radələrində Binəqədi kəndində «Maştağalı Mahir» kimi tanıdığı şəxsdən 30 manata əldə etdiyini bildirmişdir. Bölmə tərəfindən keçirilmiş tədbirlərin nəticəsində müəyyən edilmişdir ki, «Maştağalı Mahir» kimi tanınan şəxs Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 43, ev 483-də yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs bölmənin digər əməkdaşları tərəfindən saxlanılaraq təhqiqatçıya təqdim olunmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr saxladığını bildirdiyi üçün onun evində digər əməkdaşlarla yanaşı o da baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında o iştirak etməmişdir. Mahir evində könüllü olaraq öz otağında gizlətdiyi heroin, qurudulmuş marixuana, metamfetamin və güclü təsir edən dərman həblərini aşkar etmişlər. Uzun müddət keçdiyi üçün həmin maddə və vasitələrin çəkisini və sayını xatırlamır. Həmin baxış videoçəkilişlə aparılmış, baxışa dair protokol tərtib olunmuş, həmin protokolu baxışın iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs də könüllü və sərbəst şəkildə imzalamışdır. Şifahi olaraq isə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 30 manat müqabilində Binəqədi kənd sakini Şahid1 3 büküm kakos və bir kağız bükümdə şüşə adlanan vasitələri 30 manata satdığını etiraf etmişdir. Evinə baxış zamanı, yəni onun iştirakı olduğu tədbirdə Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin rəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi döngə 6-da yaşayan Şahid1 qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumati daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 saxlanılaraq Binəqədi RPİ-nə gətirilmiş, üzərinə həmin tarixdə baxış keçirilərkən üzərindən 04 ədəd bükümlər aşkar edilmiş, bükümlər açılarkən “kakos” və “şüşə” adlanan narkotik vasitə aşkar edilmişdir. Sorğu zamanı Şahid1 ondan aşkar edilmiş narkotik vasitələri xx.xx.2021-ci il tarixdə “Maştağalı Mahir və Maarif” adı ilə tanınan qardaşlardan 30 manat müqabilində aldığını bildirmişdir. Əməliyyat tapşırığının icrası zamanı “Mahir və Malik” qardaşlarının Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Mədən 1, Korpus 43, ev 483-də yaşayan Təqsirləndirilən şəxs və X10 olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirtilməsi haqqında” 29 iyun 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs və anası Şahid2 razılığı ilə ünvan 1 ünvanında yerləşən yaşadıqları evə baxış keçirilmiş, baxış zamanı evdən 13 ədəd bükümdə narkotik vasitəsi olan heroinə bənzər kütlə, 1 ədəd şəffaf siqaret selofan bükümdə narkotik vasitəsi olan qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə, 1 ədəd kağız bükümdə narkotik vasitəsi olan qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə, 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 1 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində bir ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili metadondərman həbi, 1 ədəd üzərində “Gabagamma 300 mg” göstəriciləri olan dərman konvolyutunda iki ədəd sarı rəngli dərman kapsulu, 1 ədəd üzərində “Üiklodol 2 mq” göstəriciləri olan dərman konvolyutunda 20 ədəd ağ rəngli dairəvi formalı dərman həbləri, 1 ədəd sellofan bükümdə 4 ədəd ağ rəngli dairəvi formalı dərman həbləri, 2 ədəd kiçik ölçülü polietilen paketdə bənövşəyi rəngli metal parlağına malik maddələr, bir ədəd 20 Azərbaycan manatı və bir ədəd 50 ABŞ dolları pul əskinasları, iki ədəd bıçaq, bir ədəd avtomobil **-GO-*** dövlət qeydiyyat nişanı və bir ədəd avtomobil **-VR-*** dövlət qeydiyyat nişanı aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 240.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2640 saylı rəyindən müəyyən olunur ki;
1. üzərində “Azərbaycan Respublikası DİN-yi Zərflər üçün № 172 dairəvi möhür əksləri olan: - bir ədəd zərfdəki 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,909 qram, 1,887 qram, 0,374 qram, 0,392 qram, 3,594 qram, 1,770 qram, 1,739 qram, 0,390 qram, 0,350 qram, 0,370 qram, 0,448 qram, 0,433 qram, 2,032 qram, ümumi təmiz çəkisi 14,688 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir; - bir bükümdə təmiz çəkisi 0,396 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - bir ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində bir ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbininəsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,40 qram təşkil edir; - bir ədəd üzərində “Gabagamma 300 mg” göstəriciləri olan dərman konvolyunda 2 ədəd sarı rəngli dərman kapsulunun əsas təsiredici maddə qabapentindir və həmin kapsulların tərkibində qabapentinin təsir maddəsinin ümumi miqdarı 0,600 qram təşkil edir; - bir ədəd üzərində “Üiklodol 2 mq” göstəricisi olan dərman konvolyunda 20 ədəd ağ rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi triheksifenidildir (siklodol) və həmin həblərin tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir; - bir ədəd sellofan bükümdə 4 ədəd ağ rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi klonazepamdır və həmin həblərin tərkibində klonazepamın təsir maddəsinin ümumi miqdarı 0,008 qram təşkil edir; - iki ədəd kicik ölçülü polietilen paketdə ayrı-ayrılıqda təmiz çəkisi 1,729 qram, 1,109 qram, ümumi təmiz çəkisi 2,838 qram olan bənövşəyi rəngli metal parlaqlığına malik maddələr kalium permanqanatdır.
2. üzərində “ Saxlanan şəxs Şahid1 (imza)...” sözləri olan: - üç ədəd bükümdə ümumi təmiz çəkisi 0,912 qram olan narkotik vasitə heroinlə üzərində “Azərbaycan Respublikası DİN-yi Zərflər üçün № 172 dairəvi möhür əksləri olan bir ədəd zərfdəki 13 ədəd bükümdə ümumi təmiz çəkisi 14,688 qram olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkibinə görə eynidirlər, bir bükümdə təmiz çəkisi 0,034 qram olan psixotrop maddə metamfetaminlə bir bükümdə təmiz çəkisi 0,396 qram olan psixotrop maddə metamfetamin kimyəvi komponent tərkibinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-nin siyahısına (Siyahı İİ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qabapentin və triheksifenidil (siklodol) 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Kalium permanqanat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursolar”-ın İV Siyahısına daxildir. Klonazepam 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİİ) daxildir. Məhkəmədə elan edilib araşdırıliış məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/615 saylı rəyindən müəyyən olunur ki, kağız paketdə bir ədəd şəffaf siqaret sellofanında təmiz çəkisi – 0,436 qram, bir ədəd kağız bükümdə təmiz çəkisi – 0,197 qrambitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi – 0,633 qramdır. Məhkəmədə elan edilib araşdırıliış məhkəmə-narkolojı ekspertizasının 26 avqust 2021-ci il tarixli, 3080 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi). Ağciyər vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan hal-hazırda məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür Məhkəmədə elan edilib araşdırıliış ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 2596 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya öz əməlini idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Onda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xəsiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya əməlini idarə etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış 2 nömrəli klinik xəstəxanasının 1/03 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin göndərişinə əsasən xx.xx.2015-ci ildən 3.02.2015-ci il tarixədək Bakı şəhəri 2 nömrəli xəsəzanasında “mülayim ifadə olunmuş isterik nevroz, anamnezində özünükəsmələr ilə primitiv şəxsdə (dissosiativ-konversion pozxuntu)» diaqnozu ilə stansionar müayinədə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «Respublika Rsixatriya Xəstəxanası» X12 7753 saylı, xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslandırılmış müalicə müəssisəsinin 2695 saylı, xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs «Ağciyər vərəmi» diaqnozu ilə İMM-n daxil olmuş, xroniki «C» viruslu hepatit» kliniki diaqnozu təsdiqlənmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 14,558 qram çəkidə heroin, 0,593 qram çəkidə qurudulmuş marixuana, 0,346 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ½ hissədə metadon dərman həbi, 1 ədəd üzərində “Gabagamma 300 mg” göstəriciləri olan dərman konvolyutunda tərkibində qabapentinin təsir maddəsinin 1 ədəd kapsulu, 1 ədəd üzərində “Üiklodol 2 mq” göstəricisi olan dərman konvolyutunda tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin 19 ədəd həbi, 1 ədəd sellofan bükümdə tərkibində klonazepamın təsir maddəsinin 3 ədəd həbi, 2 ədəd kicik ölçülü polietilen paketdə kalium permanqanatın 2,738 qram çəkidə qalmış hissəsi maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nə təhvil veridişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək, həbsdə olduğu iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmış və ona 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 20 oktyabr 2021-ci il tarixdən hesablanır. Hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə “polisin nəzarəti altın vermə” qətimkan tədbiri seçilmişdir və o həbsdən azad olunmuşdur Təqsirləndirilən şəxs hal-hazırkı iş üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəza baxılmış iş üzrə təyin ediləcək cəza ilə qismən və ya tamamilə birləşdiriməklə qəti cəza təyin edilməli və cəzanın əvvəli 29 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş Şahid1 məhkəmədə birbirini tanımamaları, birincinin digərinə narkotik vasiə və psixotrop maddə satmaması barədə ifadələrini həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirilir. Belə ki, ibtidai araşdırma zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs Şahid1 tanıdığını və ona xx.xx.2021-ci il tarixdə 30 manata üç büküm heroin və bir büküm metafetamin satdığını, Şahid1 isə xx.xx.2021-ci il tarixdə 30 manat ödəməklə DSK yolunda yaşayan Təqsirləndirilən şəxsm üç büküm heroin və bir büküm metafetamin aldığının göstərmişdir. Həmçinin Şahid1 barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən CM-nin 234.2-ci maddəsi ilə çıxarılmış xx.xx.2021-ci il tarixli hökmdən müəyyən olunur ki, o xx.xx.2021-ci il tarixdə təxminən saat 10:00 radələrində tanışı Təqsirləndirilən şəxs 30 manat nəğd pul ödəyərək üç ədəd bükümdə təmiz çəkisi 1,002 qram narotik vasitə olan heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,05 qram psixotrop maddə olan metafetamin əldə etmişdir. Şahid1 barəsində olan məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində 25 iyun 2021-ci il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Mədən 1, Korpus 43 ünvanının yaxınlığında yaşayan “Maştağalı” ləqəbli Təqsirləndirilən şəxs 30 manata üç büküm heroin və bir büküm metafetamin əldə etməsini göstərmişdir. Cinayət işinin materiallarından da müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhz Şahid1 barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat tədbirlərinin nəticəsində 29 iyun 2021-ci il tarixdə saxlanılmışdır. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə aşkar edilmiş narkotik vasitələrin miqdarı və növ müxtəlifliyi, narkotik vasitələrinin çəkilib bağlamalara bölünməsi əməlinin narkotik vasitələrin satışı kimi qiymətləndirilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Həmçinin həmin qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş narkotik və psixotrop maddələrəin külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Lakin Təqsirləndirilən şəxs C viruslu hepotit xəstəsi olmasını nəəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsini cəza çəkdiyi müəssisənin tibbi xidmətin tövsivi əsasında tətbiq edilməsini mümkün sayır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları aşkar etməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 29 iyun 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış 14,558 qram çəkidə heroin, 0,593 qram çəkidə qurudulmuş marixuana, 0,346 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ½ hissədə metadon dərman həbi, 1 ədəd üzərində “Gabagamma 300 mg” göstəriciləri olan dərman konvolyutunda tərkibində qabapentinin təsir maddəsinin 1 ədəd kapsulu, 1 ədəd üzərində “Üiklodol 2 mq” göstəricisi olan dərman konvolyutunda tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin 19 ədəd həbi, 1 ədəd sellofan bükümdə tərkibində klonazepamın təsir maddəsinin 3 ədəd həbi, 2 ədəd kicik ölçülü polietilen paketdə kalium permanqanatın 2,738 qram çəkidə qalmış hissəsi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 148,28 (yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 180 AZN (yüz səksən manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə, CM-nin 240.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 08 (səkkiz) il 06 (alt) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs C viruslu hepotit xəstəsi olmasını nəəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi cəza çəkdiyi müəssisənin tibb xidmətinin tövsivi əsasında tətbiq edilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış 14,558 qram çəkidə heroin, 0,593 qram çəkidə qurudulmuş marixuana, 0,346 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ½ hissəsə metadon dərman həbi, 1 ədəd üzərində “Gabagamma 300 mg” göstəriciləri olan dərman konvolyutunda tərkibində qabapentinin təsir maddəsinin 1 ədəd kapsulu, 1 ədəd üzərində “Üiklodol 2 mq” göstəricisi olan dərman konvolyutunda tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin 19 ədəd həbi, 1 ədəd sellofan bükümdə tərkibində klonazepamın təsir maddəsinin 3 ədəd həbi, 2 ədəd kicik ölçülü polietilen paketdə kalium permanqanatın 2,738 qram çəkidə qalmış hissəsi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 148,28 (yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 180 AZN (yüz səkən manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.