Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-830/2024 09.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X7 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1991-ci ildə Ağsu rayonu, Elabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağsu rayonu, Elabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sarı rəngli sellofan bükülüdə təmiz çəkisi 2,186 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 15 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan dairəsi yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə gətirilmiş, 15 aprel 2023-cü il tarixdə, saat 19:50 dəqiqədə üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı bir ədəd sarı rəngli sellofana bükümdə təmiz çəkisi 2,186 qram, külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Əvvəllər “nəşə” istifadə etdiyinə görə məhkumluğu olmuşdur. Narkotik vasitə olan “kakos”u falqada çəkərək istifadə etmişdir. Narkotik vasitə almaq üçün ailəsinə müraciət edib onlardan pul istəməmişdir. Özü mebel ustası işləyərək 1000 manat maaş alır. 15 aprel 2023-cü ildə, gecə saat təxminən 00:30-da Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən yaşadıqları evdə olan zaman qardaşı ona 4 nəfər polis əməkdaşının onu evin qarşısında gözlədiyini demiş, o evdən çıxanda polislər ona Biləcəri qəsəbəsində oğurluq olduğunu, onun kameraya düşdüyünü deyərək onu 6-cı Polis Bölməsinə aparmışlar. Yəni o Xırdalan dairəsində saxlanılmamış, onu evdən bölməyə aparmışlar. Bölmədə onu müavinin otağına aparmış, Vaqif müəllim ona telefonda video göstərmiş və həmin şəxsin o olub-olmadığını soruşmuş, o isə videodakı şəxsin o olmadığını, heç bir oğurluq etmədiyini bildirmişdir. Həmin oğurluq nəticəsində evdən televizor və 3500 manat pul oğurlanmışdır. Polislər onu bölmədən əmisigilə aparmış, oğurladığı əşyaları orada gizlətdiyini demiş, oraya baxış keçirmiş, lakin heç nə aşkar etməmişlər. Həmin vaxt əmisi və arvadı evdə olmamış, uşaqları isə evdə olmuşdur. Onu 6cı Polis Bölməsində 1 gün saxladıqdan sonra, səhəri gün saat 10:00-da onu Binəqədi rayon Polis İdarəsinə aparmış, orada oğurluğu boynuna alması üçün ona işgəncə vermiş, əllərini skoçla bağlayıb dəyənəklə döymüşlər. Bədənində xəsarət izləri də olmuşdur. Onu döyən şəxs məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 olmuşdur. Bədənində, kürəyində döyülmə izləri qalmışdır. Oğurluğu edən şəxsin tutulduğu məlum olandan sonra onu yenidən 6-cı Polis Bölməsinə aparmışlar. Bölmədə müavin ona çəkiliş aparılacağını bildirmiş, bundan sonra təhqiqatçı onun cibinə narkotik vasitə qoymuş, çəkiliş zamanı həmin narkotik vasitəni cibindən çıxarmışlar. Həmin gün isə onun üzərində narkotik vasitə olmamışdır. Polis bölməsində müavin ona 48 saat ərzində buraxılacağını bildirmiş, o da buna inanmışdır. Polis bölməsində olarkən ona vəkil təyin olunmuş, lakin vəkil belə bir halın ədalətsizlik olduğunu bildirərək çəkilişdən imtina etmişdir. Çəkilişdə iştirak edən şahidləri əvvəl görməmişdir. Həmin şəxslər onu bölməyə gətirən 4 nəfər polis əməkdaşı arasında olmamışlar. Daha sonra o prokurorluğa, oradan da məhkəməyə aparılmışdır. Adını xatırlamadığı prokurorun yanında olmuş, olan qanunsuzluqları ona da danışmışdır. Həm prokurorluqda, həm də məhkəmədə baş verənləri izah etmişdir. Məhkəmədə həmin vəkil onu müdafiə etmişdir. Məruz qaldığı qanunsuzluqlarla bağlı heç yerə şikayət etməmiş, kimə şikayət edəcəyini bilməmişdir. Saxlanılan zaman üzərində telefon olmuş, bölmədə telefonu alınmış, polis idarəsində telefonu olmamışdır. Məhkəmədə azadlığa buraxıldıqdan sonra qardaşı telefonu 6-cı Polis Bölməsindən götürmüşdür. Əmisi arvadının adı Şahnazdır, onunla heç bir mübahisəsi olmamış və Şahnaz ondan şikayət etməmişdir. Əməliyyatçılar narkotik vasitəni onun evinin arxasına tullamışlar, ona görə də Şahnaz əsəbiləşmişdir ki, «sənə görə onlar mənim həyətimə narkotik vasitə atıblar». Narkotik vasitələrdən istifadə etdiyi üçün peşmandır. Hal-hazırda könüllü olaraq müalicə kursu keçir. Abşeron rayon Polis İdarəsində də barəsində narkotik vasitədən istifadə etdiyi üçün cinayət işinə baxılır. Lakin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Ona görə də onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən zaman ona qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə müvafiq sənədləşdirmə işləri aparılmış, ondan və bölmənin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. O, Şahid2lə birlikdə 15 aprel 2023-cü il tarixdə, saat təxminən 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan dairəsi yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edərək ona yaxınlaşmış, özlərini təqdim edərək 6-cı Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim edilmiş, təhqiqatçı tərəfindən sənədləşdirmə işləri aparıldıqdan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli sellofan bükülünü çıxararaq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükülünün içərisindəkinin narkotik vasitə heroin olduğunu, onu həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində tanımadığı şəxsdən 30 manata istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs o və Şahid2 tərəfindən saxlanılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş, onlar tərəfindən də hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs barəsində onlarda əvvəllər hər hansı məlumat olmamış, Təqsirləndirilən şəxs oğurluqla bağlı saxlanılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində onda əvvəllər hər hansı məlumat olmamışdır. Təqsirləndirilən şəxs tutulandan sonra əmisi arvadı olduğunu bildirən bir nəfər qadın bölməyə gəlmiş və Təqsirləndirilən şəxs hər axşam onların yaşadıqları evin həyətinə dəmiryolu tərəfindən gəlib hasardan içəri tullanaraq narkotik vasitə istifadə etdiyini, buna görə də Ruslanı dəfələrlə həyətdən qovduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfininin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O əvvəllər məhkum olunmuş, 2011-ci ildə azadlığa buraxılmışdır. Həmin vaxtdan ailəsi ilə birlikdə yaşayır. Lakin oğlunun nə vaxtdan narkotik maddə istifadə etdiyini bilmir. Ruslanın narkotik vasitəni haradan alması barədə məlumatı yoxdur. Özü narkotik vasitə istifadə etmir, qardaşı isə narkotik vasitə istifadəsinə görə məhkum olunmuşdur. Oğlu tutulmazdan 1 il qabaq qardaşıgilə, yəni Biləcəri qəsəbəsindəki evlərinə gedib-gəlmiş, sonra isə getməmişdir. Hazırda qardaşıgillə münasibətləri yoxdur, qardaşının arvad Şahnazın telefon nömrəsini bilmir. Onu və oğlunu polis əməkdaşları evdən avtomobillə adam vurmaq adı ilə bölməyə aparmış, ora çatdıqdan sonra isə onları oğurluq üçün gətirdiklərini demişlər. Həmin vaxt Şahnaz da bölmədə olmuşdur. Ruslanı aparan zaman o qışqıraraq üzərinə narkotik maddə atdıqlarını demişdir. O hadisə baş verən günün səhəri günü “055 502 39 06” nömrəsi ilə 2 dəfə 102-yə zəng etmiş, oğlunu oğurluqla bağlı gətirdiklərini və onun cibinə narkotik atdıqlarını demişdir. Sonrasında isə onu da bölməyə çağırmışlar, lakin o qorxduğundan bölməyə getməmişdir. Məhkəmə iclasında müdafiə tərəfininin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O narkotik vasitədən istifadə etmir, qardaşı isə istifadə edir. O əlindən gəldiyi qədər narkotik vasitədən istifadə etməməsi üçün qardaşına məsləhətlər vermişdir. “Opel” markalı, “**-BY- ***” dövlət qeydiyyat nömrəli avtomaşın ona məxsus olmaqla taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları atasını, anasını və qardaşını yaşadıqlar evdən götürərək oğurluq adı ilə, onun özünü isə Bakı şəhərdə saxlayaraq Xırdalanda maşınla adam vurduğunu deyərək 6-cı bölməyə aparmış, lakin bölməyə daxil olan zaman onu qeydiyyata almamış, qardaşını içəri salmış, digərləri, o, anası və atası isə çöldə qalmışlar. Onlar işlərin bu yerə gəlib çıxacağını bilməmiş, baş verənlər haqqında heç bir yerə şikayət etməmişlər. Atası baş verənlər haqqında 102-yə məlumat vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Ruslan mebel ustalığı ilə məşğul olur. O bir ana kimi uşaqları ilə yaxşı məşğul olmuşdur. Oğlu Ruslanın narkotik vasitədən istifadə etdiyini bilmir. Gecə saat 2 radələrində tanımadığı 3 nəfər polis əməkdaşı evə gələrək oğlunu oğurluq adı ilə 6-cı bölməyə aparmışlar. Ruslanı aparan zaman yoldaşı və oğlu da onlarla polis bölməsinə getmişlər. Oğlu 3 gün orada qaldıqdan sonra onun oğurluq etmədiyini bilmiş və narkotik ilə yükləmişlər. Belə ki, 3 gün ərzində oğlunu yaşadıqları məhləyə gətirmiş, ancaq maşından düşürməmiş və evdən paltarını götürərək, guya həmin paltarla oğurluq etdiyini demişlər. Sonrasında onlar Şahnazgilin evində axtarışa getmiş, lakin orada da heç nə tapa bilməmişlər. Bu hadisədən sonra Şahnaz heç bir yerə şikayət etməmişdir. Onun həyat yoldaşı bu məsələ ilə bağlı 102 xidmətinə məlumat vermiş, lakin onlar bu məsələ ilə maraqlanmamışlar. Müstəntiq onlara bu işi 6-cı bölmənin rəisinin etdiyini demişdir. O narkotiklə bağlı bölmədə oğluna nə dediklərini bilmir. Onun oğlu günahsızdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Əvvəllər Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində kiber cinayətlərlə bağlı talamalara qarşı əməliyyat müvəkkili işləmişdir. Hal-hazırda Abşeron Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs şəxsən görməmiş, şəkilini isə polis idarəsində görmüşdür. 2023-cü ilin aprel ayında xidmətdə olmuş, xidmət apardığı ərazidə silsilə oğurluqlar baş verdiyindən hətta gecə qrupu da yaradılmışdır. Ərazidə Vaqif adlı mənzil oğrusu ilə bağlı 4 nəfər saxlanılsa da onların arasında Təqsirləndirilən şəxs olmamışdır. 6-cı Polis Bölməsinin qeydiyyat kitabında Təqsirləndirilən şəxs onun tərəfindən gətirilməsinin qeydə alınmasının səbəbini bilmir. Çünki təqsirləndirilən şəxsi bölməyə o gətirməmiş və ya idarəyə aparmamışdır. Ola bilsin ki, məsul növbətçi tərəfindən texniki səhvə yol verilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili işləyir. 2023-cü ilin aprel ayı ərzində onun tərəfindən oğurluq hadisələri ilə bağlı şəxslərin bölmələrə təhvil verilməsi halları olmuşdur. Lakin dəqiq tarixləri, bölmələri və şəxsləri xatırlamır. 6-cı Polis Bölməsinin qeydiyyat kitabında Təqsirləndirilən şəxs onun tərəfindən gətirilməsinin qeydə alınmasının səbəbini bilmir. Çünki Təqsirləndirilən şəxs onun tərəfindən saxlanılmamış, bölməyə təhvil verilməmişdir. Ola bilər ki, qeydiyyat zamanı səhvə yol verilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 2023-cü ildə aprel ayında Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində məsul növbətçi olmuşdur. Təqsirləndirilən şəxs bölməyə kimlər tərəfindən, hansı vaxta gətirildiyini uzun müddət keçdiyindən dəqiq xatırlamır. Qaydalara əsasən bölməyə daxil olan şəxslərin hansı səbəbdən, kimin tərəfindən gətirilməsi, gətirilmə tarixi və saatı, şəxsiyyəti barədə məlumatlar qeydiyyat kitabında qeyd olunur. 15 aprel 2023-cü il tarixdə qeydiyyat kitabında Təqsirləndirilən şəxsla bağlı qeydiyyatı səhv apardığından barəsində xidməti araşdırılma aparılmış və həmin səhvə görə ona töhmət verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı şübhəli kimi gətirmişlər, amma o kitabda səhv yazmışdır. Ardıcıl qeydiyyat kitabında Ruslanın adının iki dəfə olması səhvlikdir. O, Ruslanı bir dəfə görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru polis leytenantı Şahid2, Binəqədi Rayon Polis İdarəsinin KTQ-nin ekspert kriminalisti X9, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən sarı sellofana bükülmüş 1 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır: ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, sarı sellofana bükülmüş bükümün içərisində olan vasitənin el içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə həmin bükümü 15 aprel 2023-ci il tarixdə, günorta saatlarında Binəqədi rayonu, Xocasən qəsəbəsində tanımadığı şəxsdən 30 manat müqabilində alaraq üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış saat 19:50-də başlanmış, 20:15-də başa çatmışdır. Şəxsi axtarış aparılarkən “Panasonic” markalı videokameradan istifadə edilmişdir (cild 1, i/v 35-37). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 15 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/2239 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,186 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi – 2,186 qram, tədqiqata 0,050 qram sərf edilmiş, 2,136 qram qalıq qalmışdır (cild 1, i/v 44-46). - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,186 qram olan sarı rəngli kristalik maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğu nəzərə alınmaqla maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təqdim edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD disk maddi sübut əhəmiyyətinə malik olduğu nəzərə alınmaqla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü cinayət işinin materiallarına əlavə edilib saxlanması nəzərə alınmışdır (cild 1, i/v 125-132). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5121 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 114-115). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023cü il tarixli, 2225 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda öz hərəkətlərini ölçüb-biçmək və cinayətləri törədən anda düzgün qavrayıb, təsvir edə bilmək imkanına malik olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyəti və onun baş verənləri, düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, i/v 117-119). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və ona əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli, 1(012)-216/2015 nömrəli hökmündən görünür ki, X2 hazırda ödənilməmiş məhkumluğu yoxdur (cild 1, i/v 98, 99-103). - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və həmin tarixli protokoldan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 412/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, məhkəmənin 17 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 20, 21, 83-89). - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 105-106). - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, BKC/lGL- 15604/23 nömrəli məktubdan görünür ki, sorğu ilə əlaqədar əldə olunmuş mümkün məlumatlar məktuba əlavə edilmiş qoşma şəklində təqdim edilir. ********* saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. - Həmin məktuba əlavə edilmiş CD diskə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. - Bakı şəhər Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-46-3/2-2011/2023 nömrəli məktuba əlavə edilmiş 6-cı Polis Bölməsinin “Gətirilmiş şəxslərin qeydiyyat kitabı”dan qeyd olunmuş hissənin kserosurətindən görünür ki, 565 sıra nömrəsində Təqsirləndirilən şəxs “şübhəli” qismində Binəqədi RPİ-nin əməkdaşları Şahid3 və C.Tağıyev tərəfindən xx.xx.2023-cü il tarixdə (saat qeyd olunmayıb) bölməyə gətirilmiş, izahatı alınaraq həmin tarixdə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. 566 nömrə altında qeydə alınmış Təqsirləndirilən şəxs “narkotik” səbəbi ilə Şahid1 və Şahid2 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 17:30-da bölməyə gətirilmiş, təhqiqatçı X.Şükürova həvalə olunmuş, xx.xx.2023-cü il tarixdə, saat 20:30-da isə Yasamal RPİ-nə təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-3/224.328/23 nömrəli məktubdan görünür ki, audioyazıların saxlanma müddəti bitdiyindən 2023-cü ilin aprel ayı üzrə daxil olan məlumatın araşdırılması mümkün deyildir. - Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 46/2-49515/23 nömrəli məktubdan görünür ki, Binəqədi RPİ-nin MSY xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək təmirə bağlandığı üçün Azadov X10 RPİ-nin MSY-nə təhvil verilmişdir. - Bakı şəhəri, Yasamal rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-53/2-1251/2024 nömrəli məktubdan və ona əlavə edilmiş “”MSY-də saxlanılan şəxslərin uçotu kitabı”ndan çıxarılmış qeydiyyatın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Arif oğlu xx.xx.2023-cü il tarixdə, saat 19:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş və müstəntiq Fəxrəddin Şirəliyevin qərarı əsasında xx.xx.2023-cü il tarixdə, saat 18:50-də MSY-dən buraxılmışdır. - Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 46/2-5237/2024 nömrəli məktubdan görünür ki, Azadov X6 RPİ-nın 6-cı PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixiotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə təxminən saat 18:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan dairəsi yaxınlığında saxlanılaraq 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 Vəli oğlu və sahə inspektoru Şahid2 tərəfindən PB-nin inzibati binasına gətirilmiş, buna dair polis bölməsinin “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda 6-cı PB-nin məsul növbətçisi, polis kapitanı Şahid5 tərəfindən “565” sıra sayı altında qeydiyyat aparılarkən şəxsi polis bölməsinə gətirmiş əməkdaşların adları və soyadları səhvən “Şahid1, Şahid2” yox, “Şahid3, C.Tağıyev” kimi, “izahatı alındı buraxıldı, Binəqədi RPİ-nin istintaq Şöbəsinə təhvil verildi” kimi qeyd olunmuşdur. Həmin nöqsan qeydiyyat sona çatmamış məlum olmuş, buna görə də kitabda gətirilmə saatı da göstərilmədən qeydiyyatın aparılması saxlanılmışdır. DİN-nin müvafiq təlimatına əsasən “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda düzəliş aparılmasının yolverilməzliyini nəzərə alaraq məsul növbətçi Şahid5 tərəfindən “566” sıra sayı altında yenidən qeydiyyat aparılaraq Təqsirləndirilən şəxs polis bölməsinə gətirmiş əməkdaşları ad və soyadları düzgün olaraq - Şahid1, Şahid2 kimi göstərilmiş, gətirilmə saatı qeyd olunmuş, təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış, həmin tarixlərdə Binəqədi RPİ-nin X14 təmir işləri ilə bağlı müvəqqəti işləmədiyi üçün tutulmiş şəxs Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Yuxarıda göstərilən nöqsanlara yol verdiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nin məsul növbətçisi, polis kapitanı Şahid5 barəsində xidməti yoxlama aparılaraq barəsində inzibati tənbeh tədbirləri görülmüşdür. - Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 46/2-11732 nömrəli arayışdan görünür ki, Binəqədi RPİ-nin 6-cı PBnin məsul növbətçisi, polis kapitanı Şahid5 xidməti vəzifəsinə məsuliyyətsiz yanaşaraq xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023cü il tarixdə 6-cı PB-nin inzibati binasına gətirilməsi ilə bağlı “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”nda düzgün qeydlər aparmadığına görə barəsində xidməti yoxlama aparılmış, xidmətdə müsbət xarakterizə olunduğundan ciddi xəbərdarlıq elan olunmuş, gələcəkdə analoji nöqsanlara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi görüləcəyi nəzərinə çatdırılmışdır. - Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 46/2-20711/2024 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə daxil olan və çıxan şəxslərin qeydiyyat kitabında xx.xx.2023-cü il tarixdə aparılmış qeydlərdə Təqsirləndirilən şəxs Arif oğlu barədə məlumat yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini satış məqsədi olmadan külli miqdarda əldə edib saxlayaraq daşıması özü tərəfindən inkar edilsə də məhkəmə icraatında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirərək qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə həm şübhəli şəxs qismində, həm təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, həmçinin barəsində qətimkan tədbirinə baxılan zaman verdiyi ifadəsində 15 aprel 2023-ci il tarixdə günorta saatlarında şəxsi işi ilə əlaqədar Binəqədi rayonu, Xocasən qəsəbəsinə getdiyini, marşurut avtobuslarının sonuncu dayanacağında bir nəfərlə rastlaşdığını, söhbət nəticəsində onda satmaq üçün narkotik vasitə heroin olduğunu, bir bükümünü 30 manat təklif etdiyini, bir ədəd sarı rəngli sellofana bükülmüş narkotik vasitə heroin ondan alaraq əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyduğunu, 15 aprel 2023-cü il tarixdə, saat təxminən 18 radələrində Binəqədi rayonu, Xırdalan dairəsi yaxınlığında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları olduqlarını bildirib, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, Binəqədi RPİ-nin 6-cı PB-yə aparıldığını, bölmədə xidməti otaqda üzərində şəxsi axtarış aparılmamışdan əvvəl əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxadığı bir ədəd sarı rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoyduğunu bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı bildiridyi halların heç birini ibtidai istintaq zamanı bildirməmiş, bununla bağlı hər hansı vəsatət və şikayətlə müraciət etməmişdir. Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixdə gətirilmiş şəxslərin qeydiyyat kitabında Təqsirləndirilən şəxs adının iki dəfə qeyd edilməsi ilə bağlı məhkəmə hesab edir ki, bu həqiqətən də məsul növbətçinin səhvi nəticəsində baş vermiş haldır. Həmin səhvə görə məsul növbətçi müvafiq intizam tənbehinə məruz qalmışdır. Bu hal həmçinin müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid3, Şahid5, X3 ifadələri ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın ədalətli məhkəmə araşdırılması hüququna dair 6-cı maddəsinin 3(c) yarımbəndi təqsirləndirilən şəxsə qarşı məhkəmə icraatının müdafiə hüququ adekvat şəkildə təmin edilmədən həyata keçirilməsinin qarşısının alınmasına yönəlmiş olsa da, məhdudiyyətsiz müdaxilə arqumentinin istifadəsini təmin etmir. Həmin hüquqdan istifadə edən zaman bilərəkdən cinayət mühakimə icraatında iştirak edən şahid və ya hər hansı başqa şəxsin cəzalandırılmalı olan davranışı haqqında yalan məlumat verilməsi halında təqib edilə bilməyəcəyini düşünmək cinayət törətməkdə ittiham olunan şəxslərin müdafiə hüququ anlayışını həddindən artıq şişirtmiş olardı (Brandstetter Avstriyaya qarşı iş üzrə 28 avqust 1991-ci il tarixli Qərar). Məhkəmə qeyd olunanları hərtərəfli, tam və obyektiv təqdiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs və onun ailə üzvü olan atası Asif Azadovun, anası Reyhan Azadovanın, qardaşı Hakim Azadovun ifadələri özünü müdafiə xarakterü daşımaqla təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq məqsədi güdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və “ev dustaqlığı” qətimkan tədbirində olduğu 03 (üç) ay – 90 (doxsan) gün müddət bir günə bir gün hesablanmaqla, yəni 03 (üç) ay ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbs olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli məhkəmə iclas zalından həbs olunduğu, yəni 09 iyul 2024-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 81 (səksən bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ümumilikdə qalıq çəkisi 2,136 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2152/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və “ev dustaqlığı” qətimkan tədbirində olduğu 03 (üç) ay müddət bir günə bir gün hesablanmaqla, yəni 03 (üç) ay ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ümumilikdə qalıq çəkisi 2,136 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-830/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-830/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver