Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-830/2025 20.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X13 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X17, təqsirləndirilən şəxs Heydərova (Həbibova) Elnarə Dostəli qızının, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili İsrafilov X26 iştirakları ilə xx xxxx 1985-ci ildə Türkmənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı, biri yetkinlik yaşına çatmayan iki uşağı olan, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 60 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Heydərova (Həbibova) Elnarə Dostəli qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Heydərova (Həbibova) Elnarə Dostəli qızı satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamaqla daşımış, Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 avqust 2024-cü il tarixdə, saat 17:15-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinə gətirilmiş, idarənin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman saçının içərisindən 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,276 qram, 0,148 qram, ümumi təmiz çəkisi 0,424 qram olan xeyli miqdarda ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1,387 qram, 1,357 qram, 1,134 qram, ümumi təmiz çəkisi 3,878 qram olan külli miqdarda qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Heydərova (Həbibova) Elnarə Dostəli qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, anası və üç övladı ilə birlikdə anasının ünvan 2 yerləşən evində yaşamış, özü fərdi qaydada saç ustası kimi işləyib uşaqlarını saxlamışdır. Birinci əri Əşrəf Həbibovdan boşandıqdan sonra Heydərova soyadını götürsə də şəxsiyyət vəsiqəsini dəyişməmişdir. Faktiki nikah münasibətlərində olduğu və azyaşlı uşağının atası Fərid Zeynalov narkotik vasitə satdığına görə məhkəmənin hökmünə əsasən məhkum edilmişdir. Uşaqları halhazırda anasının himayəsindədir. Özü mütəmadi olaraq narkotik vasitələrdən istifadə etsə də heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. 03 avqust 2024-cü il tarixdə, saat 16:00 radələrində ünvan 5 ünvanı yaxınlığında Şövqü adlı şəxsdən 200 manat ödəməklə “kakos” kimi tanınan narkotik vasitə heroin və “patı” kimi tanınan psixotrop maddə metamfetamin almışdır. Aldığı narkotik vasitələr 03 bükümdə olmuş, dəqiq çəkiləri barədə aldığı zaman məlumatı olmamışdır. Belə ki, hər dəfə narkotik vasitə almaqda çətinlik çəkdiyindən Şövqüdən əlində olan bütün “mal”ın ona verilməsini istəmişdir. Şövqüdən aldığı bükümləri saçında gizlətmişdir. Elə həmin gün, yəni 03 avqust 2024-cü il tarixdə, saat 17:15 radərində ünvan 3 ünvanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Yasamal rayon Polis İdarəsinin NMB-nin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə polis idarəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və bundan sonra bir yerdə Yasamal rayon Polis İdarəsinin inzibati binasına getmişlər. Polis idarəsində olan zaman ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah edilmiş, sonra təhqiqatçının xidməti otağında videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşya və maddəni könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da saçının içərisində gizlətdiyi 03 ədəd ağ kağızda bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümlərin üzərində yazıların olmasını həmin zaman görmüşdür. “Fər-25” yazısı olan 01 ədəd bükülü açılan zaman içərisində “20-k” yazısı olan kağız bükümün içərisində 01 ədəd kakos (heroin) və 01 ədəd gümüşü siqaret kağızının içərisində ağ rəngli kristal halında olan metamfetamin aşkar olunmuşdur. Digər üzərində “Mə-40” yazısı olan 01 ədəd bükülü açılan zaman içərisində 01 ədəd qəhvəyi rəngli maddə kakos (heroin) aşkar olunmuşdur. Digər üzərində “Gün-30” yazısı olan 01 ədəd ağ kağız bükülü içərisində 01 sellofan bükümdə heroin, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş maddə ağ rəngli kristal halında olan metamfetamin aşkar olunmuşdur. Həmin yazılar onun tərəfindən yazılmamışdır. Ola bilsin ki, Şövqü başqa şəxslərə satmağı nəzərdə tutduğu narkotik vasitələri ona vermişdir. Üzərindən həmçinin qırmızı rəngli içində 29 manat olan pul kisəsi, saçına taxdığı bir ədəd gün eynəyi, “Redmi Not 8” markalı telefon, “Davidoff” yazısı olan siqaret qutusu, bir ədəd alışqan, bir ədəd qızıl sep, bir cüt sırğa, iki ədəd qolbaq aşkar olunmuşdur. Pul və pul kisəsi, qızıl əşyaları ona qaytarılmışdır. Narkotik vasitələr, həmçinin telefon qablaşdırılaraq götürülmüşdur. Sənədləşmə işlərinə imza etmişdir. Narkotik vasitənin və psixotrop maddənin kimdən əldə etdiyini soruşduqda o, bildirmişdir ki, Abay Kunanbayev küçəsi 80 ünvanında yaşayan Şövqü adlı şəxsdən 200 manat civarında özünün istifadəsi üçün almışdır. Həmin Şövqü adlı şəxs ona ünvan 6 ünvan yaxınlığına gedərək görüşmüş, lakin Şövqü adlı şəxsin qeyd etdiyi ünvanda yaşayıb yaşamamasını bilməmişdir. “Elçin” adlı şəxsi tanımır. Ona hər hansı narkotik vasitə satmamışdır. O ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Telefonundan aşkar edilmiş yazışmalarla bağlı heç nə deyə bilmir. Həm “kakos”, həm də “patı” istifadə etmişdir. Narkotik vasitə istifadə etdiyi üçün çox peşmandır. Həbs olunduqdan sonra da istifadə etməmişdir. Himayəsində bir azyaşlı oğlu və yetkinlik yaşına çatmayan qızı vardır. Böyük oğlu əsgər getmişdir. Uşaqları hal-hazırda xəstə və heç bir yerdə işləməyən anasının himayəsindədir. Qeyd olunanları nəzərə alaraq onun əməlinin tövsif edilməsini və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Heydərova (Həbibova) Elnarə Dostəli qızını əvvəllər tanımamış, onunla qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. Bakı şəhəri Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Yasamal rayon Polis İdarəsinin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 03 avqust 2024-cü il tarixdə ondan, NMB-nin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuş, əməliyyata rəhbərliyi İkin Rzayev həyata keçirmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, saat 17:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 29 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu Bakı şəhər Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər.Həmin vaxtı Təqsirləndirilən şəxs razılaşaraq birlikdə Polis İdarəsinə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən saçının içərisindən 03 ədəd ağ kağız büküm çıxarıb təqdim etmişdir. Həmin bükümlərdən “Fər-25” yazısı olan 01 ədəd büküm açılan zamanı içrəisindən “20-k” yazısı olan kağız bükümün içərisindən 01 ədəd narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd gümüşü siqaret kazığının içərisindən ağ rəngli kristal şəkildə psixotrop maddə metamfetaminə oxşar maddə, digər üzərində “Mə- 40” yazısı olan 01 ədəd büküm açıldıqda içərisində 01 bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə, digər üzərində “Gün-30” yazısı olan 01 ədəd ağ kağızın içərisindən 01 ədəd selofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd gümüşü siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddəyə oxşar kütlələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd bükümün içərisində «kakos» kimi tanınan narkotik vasitə heroin, digər 02 ədəd bükümlərin içərisində isə «patı» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, 03 avqust 2024-cü il tarixdə saat 16:00 radələrində ünvan 5 ünvanından Şövqi adlı şəxsdən 200 manat pulun müqabilində özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmayan əşyalar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 05 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamşdır. Təqsirləndirilən şəxs bir neçə gün əvvəl tərəflərindən Elçin Qəribov adlı şəxs saxlanılmış və o, üzərindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Elçin Qəribov barəsində cinayət işi hal-hazırda məhkəmənin icraatındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 da Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 göstərmişdir ki, o Təqsirləndirilən şəxs (Həbibovanı) tanımır, onunla qohumluq və düşmənçiliyi yoxdur, onu ilk dəfədir ki, məhkəmə iclas zalında görür. O, narkotik vasitələrin istifadəsinə görə əsassız olaraq həbs olunmuş və hazırda barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmaqla iş üzrə yekun qərar çıxarılmamışdır. O, “Sovetski” adlanan ərazidə böyümüş, lakin həbs olunana qədər Suraxanı rayonu ərazisində yaşamışdır. Onun narkotik vasitə almaq istədiyi qadın Təqsirləndirilən şəxs deyil, polislər onu döyərək Elnarə adlı şəxsin adını çəkməyə məcbur etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X5 tərəfindən tərtib olunmuş, Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkilləri Şahid2, Şahid1, Şahid3, Bakı şəhəri Yasamal RPİ-nin PPXB-nin polis nəfəri X6, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X10 tərəfindən imzalanmış 03 avqust 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 17:15-də ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs saçının içərisindən 03 ədəd ağ kağızda büküm çıxarıb təqdim etdi. Həmin bükümlərdən “Fər-25” yazısı olan 01 ədədi açılan zaman içərisində “20-k” yazısı olan həmin kağız bükümün içərisində 01 ədəd kakos (heroin) və 01 ədəd gümüşü siqaret kağızının içərisində ağ rəngli kristal halında olan metamfetamin aşkar olundu. Digər üzərində “Mə-40” yazısı olan 01 ədəd büküm açılan zaman içərisində 01 qəhvəyi rəngli maddə kakos (heroin) aşkar olundu. Digər üzərində “Gün-30” yazısı olan 01 ədəd ağ kağızın içərisində 01 sellofan bükümdə heroin, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş maddə ağ rəngli kristal halında olan metamfetamin aşkar olundu. Narkotik maddələri kimdən əldə etdiyini soruşduqda o Abay Kunanbayev küçəsi 80 ünvanında yaşayan Şövqü adlı şəxsdən 200 manat civarında aldığını bildirdi. Bundan başqa o, sol əlində olan qırmızı rəngli pul kisəsini və saçına taxılı 01 ədəd gün eynəyini, arxa sol cibindən içərisində ***-***-**-** olan açıq mavi rəngli “Samsung Note 8” markalı telefonu, arxa sağ cibindən üzərində içərisində siqaretlər olan “Davidof” yazısı olan siqaret qutusunu təqdim etdi. Həmin pul kisəsi açılan zaman içərisində 29 manat pul, 01 ədəd alışqan, 01 ədəd qızıl sep, 01 cüt sırğa, 02 ədəd qolbaq aşkar olundu. Üzərindən aşkar olunmuş pul kisəsi içərisindəki pul və əşyalarla, siqaret qutusu, 01 ədəd gün eynəyi əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarıldı. Üzərindən aşkar olunmuş maddələr ekspertizaya təqdim olunmaq üçün 01 ədəd zərflə qablaşdırıldı, üzərindən aşkar olunmuş mobil telefon materiala əlavə olunması üçün 01 ədəd zərflə qablaşdırılaraq götürüldü. Bundan sonra üzərinə şəxsi axtarış keçirən zaman üzərindən qanunla qadağan olunan heç bir əşya və ya predmet aşkar olunmadı. Şəxsi axtarış və götürmə zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkiliş həyata keçirildi. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Şəxsi axtarış saat 18:55-də başladı, 19:20də qurtardı (cild 1, i/v 36-37). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı vaxt çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 03 avqust 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/3974 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş: Azərbaycan Respublikası DİN “Zərflər üçün 42” möhür əksi, “/imza/ Təqsirləndirilən şəxs; /imza/ Şahmarov.M; /imza/ Əfəndiyeva İlahə; /imza/ Şahid1; /imza/ Şahid2; /imza/ Şahid3” yazılar olan zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri; 0,276 qr; 0,148 qram; ümumi təmiz çəkisi: 0,424 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,387 qr; 1,357 qr: 1,134 qram; ümumi təmiz çəkisi: 3,878 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindır. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına Siyahı İ) daxildir, Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 0,424 qram, tədqiqata sərf edildi – 0,1 qr (hər oby-0,05 qr)., qalıq – 0,324 qr (1-2 №-li ob). Heroin təmiz ümumi çəkisi – 3,878 qram, tədqiqata sərf edildi- 0,15 qr (hər oby-0,05 qr)., qalıq – 3,728 qr. (3-5 №-li ob.). (cild 1, i/v 46-50). - “Maddi sübut kimi tanınma haqqında” 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 3,878 qram narkotik vasitə heroinin, təmiz çəkisi 0,424 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonrakı qalıq çəkisi 3,728 qram narkotik vasitə heroinin, qalıq çəkisi 0,324 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Yasamal RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 88). - 13 oktyabr 2024-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən 16 sentyabr 2024-cü il tarixdə Bakı Şəhər Yasamal RPİ-nə daxil olmuş 11 sentyabr 2024-cü il tarixli, 19707 nömrəli məktuba əlavə edilmiş “telefon danışıqlarının və əhatə dairəsinin” qeyd olunduğu bir ədəd diskə baxış keçirilmişdir. Diskə keçirilən baxış zamanı müəyyən edildi ki, "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsusdur. Hazırda ***-***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan şəxs və ya şəxslərin istifadəsində olan mobil nömrəsindən 04 may 2024-cü il tarixdən 05 avqust 2024-cü il tarixə qədər müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə aşağıdakı fərqli danışıqlar və sms yazışmaları aparılmışdır. Belə ki, xx/xx/2024 23:41:36, **********00 – **********67 “Kola va”, xx/xx/2024 22:14:06 **********43- **********67 “Eli 7 m var 1 10 ver seher 3m atıjam”, xx/xx/2024 21:32:06 **********82 – **********67 “Mene lazimdi gram pati, 0,5 kola ve lirika, borc da gaytararam”, xx/xx/2024 11:21:47 **********06 – **********67 “Eli das istiyirdim”, xx/xx/2024 23:55:23 **********38- **********67 “Eliw menen cefer etaaga bunlar direnib ki pati doyur temada mende biraz p duzeld. Goturum verum de Allaha and olsun pati doyur bu”, xx/xx/2024 02:37:55 **********00 – **********67 “Kakos var dasla deysmek olar”, xx/xx/2024 22:28:03 **********82 – **********67 “Sende liri var?”, xx/xx/2024 22:35:35 **********82 – **********67 “Sen cani amma dobriy goy”, xx/xx/2024 03:47:07 **********67 – **********11 “Gel sumkavida gotur tez gedin.indi isveran qonşu gelib itderi tokecey bura sizi gorse”, xx/xx/2024 08:51:40 **********06 -**********67 “Das varindi”, xx/xx/2024 02:03:23 **********37 – **********67 “Elnare qadasi 35 k 10 p X41 abratni vurmuwam a qadam”, xx/xx/2024 02:03:28 **********37 – **********67 “1deki , qurban sene qonagim var narmalni eliyersende qadasi”, xx/xx/2024 01:31:48 **********37- **********67 “ELnare menem Dawqin gelmey isdiyirem mehleye 3o k 1o p , yigiram acda”, xx/xx/2024 02:22:24 **********68 – **********67 “Eliw dosdumun bidene Samsung galaxy A11 varidi 64 yaddaw super vezyette deyiwmek olar onla 0,7 falan”, xx/xx/2024 05:13:06 **********07 – **********67 “X36 X37 ? X46 And Verirem 1 Ogluvun , 1 Balavin Canina ! Qonağ larim Var, X45 Lazimdi 25 ManaTda PuL var”, xx/xx/2024 02:03:27 **********12 – **********67 “NOLAR QİZ GELİB YANİMA QONAQDİ BUNA DAS LAZİMDİ XAYİŞ EDREM İMKAN V, xx/xx/2024 21:14:51 **********00 - **********67 “Ğel da 10 manatlıq getir 10 var da”, xx/xx/2024 17:43:34 **********97 – **********67 “X47 Ne Diyirem 2 X43 Catiram Uje”, 3/06/2024 18:11:09 **********97 – **********67 “Eİiw X44 Vezyet Pisdi”, xx/xx/2024 00:17:43 **********67- **********00 “Aslan tez mene karta 10manat at..gelib catim ıc sene deyim gelersen das goturersen..yolda qalmisam..**********362973-leobank kartidi”, xx/xx/2024 04:14:34 **********31 – **********67 “Pay vermey isteyirem 0.5 sene”, xx/xx/2024 10:37:01 **********00 - **********67 “Eliş ibişin mamasıdı, qapıdayam, 10 cet verdə, pulı verim sənə”, 2/07/2024 07:10:17 **********67 – **********60 “Kamil noldu camaat oturub burda das yolu gozduyure eeee”, xx/xx/2024 11:13:40 **********70 – **********67 “Elişcan 30m lx duzalar? Fariddi”, xx/xx/2024 01:11:16 **********51 – **********67 “Eliş mənəm ibiş zəng gəldi torpağa görə istiyirsen? Birde Mətləbə v”, xx/xx/2024 18:37:23 **********70 – **********67 “Eliş yarimi neca eliyak?san cani neyniyim”, 6/07/2024 22:31:20 **********79 – **********67 “Salam 30 torpaxğ 5 das 150 nin yanidayam”, xx/xx/2024 23:49:24 **********79 – **********67 “Qapivizdayam 25 tnrpaq das biraz”, xx/xx/2024 03:34:49 **********70 – **********67 “Coxsaxol butov kunu kozdiyan man şuluya muluyu tema vermisan mana b”, xx/xx/2024 15:35:46 **********70 – **********67 “Elişcan 70 80 m var nasa olar elamak?”, xx/xx/2024 16:32:30 **********72 – **********67 “Elişcan fariddi.80m elimda qalim,neyniyak?”, xx/xx/2024 18:57:31 **********72 – **********67 “Menemelxan telefonu ac.men m10 atdim 25 man ve menim elimde da 25man var.50man tema lazimdi.cavab ver”, xx/xx/2024 16:08:01, **********70 - **********67 “Elş 40m qalxim?” məzmunlu ismarıclar müəyyən olunmuşdur. Bundan başqa, keçirilən baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə 17:15-də Bakı şəhər, Nizami küçəsində olması müəyyən edilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən yazışmaların mətnlərini əks etdirən yazılar çıxarılaraq protokola əlavə olunmuşdur (cild 1, i/v 119-183). - Həmin CD diskə məhkəmədə baxış keçirilən zaman 13 oktyabr 2024-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Not 8” markalı mobil telfona baxış keçirilən zaman iş üzrə əhəmiyyətli hallar müəyyən edilməmişdir (cild 1, i/v 231-232). - “Sübutların qiymətləndirilməsinə dair” 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 01 ədəd «Redmi Not 8» markalı mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etmədiyindən saxlanmasından ötrü Yasamal RPİ-in maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır (cild 1, i/v 237- 251). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 7310 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 208-209). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X31 xx.xx.2024-cü il tarixli, 3288 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Elnarə Dostəli qızı hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 217-218) - Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 53-1/2-4671/24 №-li məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə heroin və psixotrop maddə metamfetaminin sonuncunun konkret olaraq haradan, kimdən əldə etməsini və ya tapmasını, eləcə də onun əvvəllər narkotik vasitələr qəbul etməsini və narkotik vasitələrin satışı ilə məşğul olmamasını, kimlərəsə narkotik maddə satmasını, onunla cinayət əlaqəsində kimlərinsə olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 8 ünvanında Şövqü adlı şəxsin yaşamasını və həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tapşırığında göstərilənlərdən başqa digər xüsusatlar müəyyən olunarsa dərhal məlumat veriləcəkdir (cild 1, i/v 196). - 03 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 4(004)-741/2024 nömrəli və 03 dekabr 2024-cü il tarixli, 4(004)-1067/2024 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin sonuncu qərarı ilə onun həbsdə saxlama müddəti 18 dekabr 2024-cü il tarixinədək uzadılmışdır (cild 1, i/v 22, 24, 79-81). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 198). - 3 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli doğum haqqında arayışın surətindən görünür ki, atası X12, anası Təqsirləndirilən şəxs olan X14 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. - Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ №227892, xx.xx.2013-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2006-cı ildə Təqsirləndirilən şəxs doğulmuş X7 atası hesab edilmişdir. - Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ №227893, xx.xx.2013-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2009cu ildə Təqsirləndirilən şəxs doğulmuş X3 atası hesab edilmişdir. - Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ №-li, 212938, xx.xx.2015ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, vətəndaş X18 və X8 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin 06-cı ayının 24-cü günündə 252 № ilə qeyd edilmişdir. Kişiyə Həbibov, qadına Heydərova soyadı verilmişdir. - Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat sahəsinin xx.xx.2025-ci il tarixli, 23 №-li arayışdan görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs M.Fətəli küçəsi 4 saylı evin nömrəsiz mənzilində oğlu – 2006-cı il təvəllüdlü X19, 2009-cu il təvəllüdü qızı X15, 2018-ci il təvəllüdü oğlu X16 ilə birlikdə qeydiyyatsız yaşayırlar. - Məhkəmənin icraatında olan 1(101)-701/2025 nömrəli cinayət işi üzrə ittiham aktından görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 24 iyul 2024-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Təzə Pir” məsçidinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Elnarə” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,369 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 24 iyul 2024-cü il tarixdə saat 19:10-da Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 9 ünvanının qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,369 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 800 qram olduqda isə xüsusilə külli miqdarda narkotik vasitə, metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 400 qram olduqda isə xüsusilə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Heydərova (Həbibova) Elnarə Dostəli qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi ilə xeyli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşıması özü tərəfindən inkar edilsə də, məhkəmə icraatında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş qanunsuz maddələrin iki növə, yəni psixotrop maddə metamfetamin və narkotik vasitə heroinə aid olması, onların xırda bükümlərdə olmaqla üzərində qeydlərin olması, həmçinin təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon nömrəsi ilə aparılmış sms yazışmalarında əksər hallarda məhz ondan şərti olaraq narkotik vasitə və psixotrop maddələrin istənilməsi Təqsirləndirilən şəxs (Həbibovanın) məhz narkotik vasitələrin və psixortop maddələrin satışı ilə məşğul olmasına dəlalət edə biləcək hallardır. Bundan əlavə maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilən zaman, həmçinin təqsirləndirilən şəxsin şübhəli şəxs qismində verdiyi ifadəsindən müəyyən edilmişdir ki, təhqiqatçının, həmçinin müdafiəçinin suallarına cavab olaraq Heydərova (Həbibova) Elnarə Dostəli qızı bükülülərin üzərində olan qeydlərin özü tərəfindən edildiyini, “Fər-25” yazısı olan bükülü fərqli olduğuna görə həmin qeydi etdiyini, “Mə-40” yazısı olan bükülünün özünə aid olduğunu, “Gün-30” yazısının isə Günay adlı şəxsdən aldığı 30 manatın müqabilində ona verəcəyi üçün qeyd etdiyini, özü narkotik vasitə istifadəçisi olduğuna görə üzərində “Gün-30” və “Fər-25” yazıları olan 2 bükümdəki maddələri digər şəxslərə verməkdə məqsədi öz istifadəsi üçün narkotik vasitəyə ödədiyi pulu əldə etmək olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs (Həbibovanın) üzərindən aşkar edilmiş maddələri məhz özünün şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınması məqsədi güdür və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş digər sübutlarla təkzib olunur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən Heydərova (Həbibova) Elnarə Dostəli qızının əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu maddəsinə istinad etməklə təqsirləndirilən şəxs Heydərova (Həbibova) Elnarə Dostəli qızının himayəsində biri azyaşlı, biri yetkinlik yaşına çatmamış iki uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Heydərova (Həbibova) Elnarə Dostəli qızının cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Heydərova (Həbibova) Elnarə Dostəli qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs Heydərova (Həbibova) Elnarə Dostəli qızının barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 60 (altmış) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Heydərova (Həbibova) Elnarə Dostəli qızının üzərindən aşkar edilərək götürülmüş, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunduqdan sonraki qalıq çəkisi 3,728 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,324 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından İsrafilov X26 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Heydərova (Həbibova) Elnarə Dostəli qızının müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 2559/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 36 saylı Vəkil Bürosunun vəkili İsrafilov X40 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs Heydərova (Həbibova) Elnarə Dostəli qızına göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından İsrafilov X26 vəkil işlədiyi Bakı şəhəri, 36 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Heydərova (Həbibova) Elnarə Dostəli qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Heydərova (Həbibova) Elnarə Dostəli qızı ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Heydərova (Həbibova) Elnarə Dostəli qızının cəza çəkməsinin əvvəli 03 avqust 2024cü il tarixdən hesablansın. Heydərova (Həbibova) Elnarə Dostəli qızının barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Heydərova (Həbibova) Elnarə Dostəli qızına narkomaniyadan məcburi müalicə təyin edilsin. Heydərova (Həbibova) Elnarə Dostəli qızından 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunduqdan sonraki qalıq çəkisi 3,728 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,324 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixli Heydərova (Həbibova) Elnarə Dostəli qızının üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından İsrafilov X26 vəkil işlədiyi Bakı şəhəri, 36 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva
Məhkəmə qərarları › İş №1(101)-830/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-830/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver