Məhkəmə qərarları › İş №1(101)-831/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-831/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-831/2020 25.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şabanov Ayaz Səfər oğlunun, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Ağayev Elman Qulu oğlunun iştirakı ilə, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Xəzər rayon məhkəməsinin x xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş) məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Əliyev Fuad Fəsad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlu xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Şabanov Ayaz Səfər oğlunun qarın nahiyyəsinə qəsdən bir zərbə endirib sonuncuya nazikbağırsaqvəbağırsaqmüsaqirəsininzədələnməsiiləmüşayiətolunanqarnınöndivarınınqarınboşl uğuna (daxilə) nüfuzedən 1 ədəddeşilmiş-kəsilmişyarası ilə nəticələnən xəsarət yetirərək Ayaz Şabanovun həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Əliyev Fuad Fəsad oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdə tək yemək yeyib bir qədər spirtli içki qəbul etmişdir. Bundan sonra həyətdə işləməyə başlamış və işini görüb qurtardıqdan sonra siqaret almaq üçün təxminən saat 21 radələrində yaşadığı evdən çıxıb yaxınlıqda yerləşən mağazaya getmişdir. Həyətdə iş görmək üçün istifadə etdiyi mətbəx bıçağı gödəkcəsinin cibində qalmışdır. Mağazaya bir qədər qalmış uzaq qohumu Ayazın mağazadan çıxıb evinə tərəf, yəni ona tərəf gəldiyini görmüşdür. Ayaza yaxınlaşıb hara getdiyini soruşmuş və onun qoluna girib “gəl söhbət edə-edə gedək” demişdir. Onlar söhbət edərək birlikdə evə tərəf qayıdan zaman Ayazın onu yola verdiyini görmüşdür. Buna görə də hirslənib mətbəx bıçağını cibindən çıxararaq Ayazın qarın nahiyəsindən bir dəfə zərbə vurmuş və qorxduğundan bıçağı da özü ilə götürüb oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Bir qədər keçdikdən sonra yaşadığı ünvana gələn polis əməkdaşlarına baş verənləri olduğu kimi danışıb onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getmiş və cinayətdə istifadə etdiyi bıçağı polislərə təqdim etmişdir. Ayazla aralarında münasibət soyuq olmuşdur. Əliyev Fuad Fəsad oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Şabanov Ayaz Səfər oğlu ifadəsində göstərmişdir ki,xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində yaşadığı məhəllədə olan mağazaya gedib siqaret almışdır. Sonra da Türkan qəsəbəsində mərkəzi yolla piyada evə qayıdarkən yolda uzaq qohumu Fuad Əliyevlə rastlaşmışdır. Fuad onu görən kimi ona yaxınlaşıb hara getdiyini soruşduqda o, evə getdiyini demişdir. Bu vaxt Fuad ona yaxınlaşmış və qolunu onun qoluna salıb demişdir ki, “birlikdə söhbət edə-edə gedək”. Fuadın içkili olduğunu bildiyindən mübahisə olmaması üçün ona bir söz deməmişdir. Sonra onlar birlikdə mərkəzi yolla bir qədər gedib məhəllələr tərəfə, yəni dalana dönüb bir qədər də getdikdən sonra Fuad cibindən çıxardığı bıçaqla qəflətən bir dəfə onun qarın nahiyəsindən vurub qaçmışdır. O da geriyə, yəni mərkəzi yola tərəf qaçmışdır ki, orada ona yardım etsinlər. Qışqırığını eşidən qəsəbə sakini Zaur Əliyev köməyə gəlmiş və o, hadisəni olduğu kimi Zaura danışmışdır. Zaur da özünə məxsus avtomobillə onu dərhal Türkan qəsəbəsində yerləşən Təcili Yardım Stansiyasına aparmışdır. Oradan isə onu Sabunçu Xəstəxanasına aparmışlar. Fuadın ona nəyə görə bıçaqla xəsarət yetirdiyini bilməmişdir.Təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlu ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nağıyev Rəşad Şirin oğlu ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə digər polis nəfəri Zaur Həsənov və Xəzər RPİ-nin 1-ci PŞ-nin baş əməliyyat müvəkkili Şəhriyar Əhmədovla birlikdə 6354 çağırışlı avtopatrulda Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində xidmət aparmışlar. Həmin gün saat 21 radələrində Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin Türkan qəsəbəsi üzrə sahə inspektoru Nicat Kərimov onlarla əlaqə saxlayıb Türkan qəsəbəsi, Xanlar küçəsində bıçaqlanma hadisəsinin baş verdiyini və dərhal həmin yerə getmələrini demişdir. Onlar da dərhal 6354 çağırışlı avtopatrul ilə həmin yerə getmişlər. Həmin yerə çatarkən onlara məlum olmuşdur ki, Türkan qəsəbə sakini Əliyev Fuad Fəsad oğlu Xanlar küçəsində qonşusu Şabanov Ayaz Səfər oğlu ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla Ayaz Şabanovu vuraraq xəsarət yetirmişdir. Əliyev Fuad Fəsad oğlunu müəyyən edib onu Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirib təhvil vermişlər. Fuadın Ayazı nəyə görə bıçaqladığını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Həsənov Zaur Rafik oğlu şahid Nağıyev Rəşad Şirin oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid Əhmədov Şəhriyar Aydın oğlunun və Kərimov Nicat Şükür oğlunun ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, onlar şahid Nağıyev Rəşad Şirin oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər (cild 1, iş vərəqə 112-113; 128-129). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid Əliyev Zaur Dilavər oğlunun ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, zərərçəkmiş şəxs qismində dindirilmiş Şabanov Ayaz Səfər oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 126-127). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlunun ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, o, ifadəsində qeyd etdiyi hadisə yerinin ünvanını göstərərək ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 65-66). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki,təqsirləndirilən şəxs ƏliyevFuadFəsadoğlununtəqdimetdiyi 1 ədədbıçaqgötürülmüşdür. ƏliyevFuadFəsadoğlubildirmişdirki, təqdimetdiyihəminbıçaqla xx xxxx 2020-ciiltarixdəBakışəhəri, Xəzərrayonu, Türkanqəsəbəsi, XanlarküçəsindəŞabanovAyazSəfəroğlunuvuraraqxəsarətyetirmişdir. Həminbıçaqdəstəkvətiyədənibarətolubümumiuzunluğu 21 sm-dir. Tiyəbozumtulrənglisərtmetalmaterialdanibarətolub 11 smuzunluğundadır. Tiyəortahissədə 2 smenindəvə 0,1 smqalınlığındadır. Tiyəninüzündə “ÇUST” yazısıvardır. Bıçağındəstəyi 10 smuzunluğundaolmaqlaşəffafplastikmaterialdandır, dəstəyineni 1,3 sm, qalınğıisə 1 sm-dir (cild 1, iş vərəqə 9-10). Cinayət işinin materiallarında olan sərxoşluq hallarınınbütünnövlərinintəyiniməqsədiiləaparılmıştibbimüayinənin xx xxxx 2020-ci il tarixli 1/1541 saylı protokolundangörünür ki, ƏliyevFuadFəsadoğlundayüngüldərəcəlialkoqol sərxoşluğu müəyyən olunmuşdur (cild 1, iş vərəqə 12). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X6 17 aprel2020-ci il tarixli 281 saylı rəyindən görünür ki, 1975-ciiltəvəllüdlüŞabanov Ayaz Səfər oğlunun bədənində aşkar edilmiş xəsarət nazikbağırsaqvəbağırsaqmüsaqirəsininzədələnməsiiləmüşayiətolunanqarnınöndivarınınqarınboşl uğuna (daxilə) nüfuzedən 1 ədəddeşilmiş-kəsilmişyarasıdeşici-kəsicialətin (olabilsinki, bıçağın) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylıKlinikiŞəhərXəstəxanasınamüraciətindənazəvvəlolmaqlaqərardagöstərilən xx xxxx 2020ciiltarixəuyğungəlmişvəhəyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olmuşdur. Hadisəhaqqındaməlumatlaravəqeydolunanxəsarətinxarakterinəvəlokalizasiyasınaəsasəndeməkol arki, A.S.Şabanovunbədənindəqeydolunanxəsarətinkənarşəxstərəfindənyetirilməsiinandırıcıdır. A.S.Şabanovunbədənindəaşkaredilmişxəsarətekspertizayatəqdimedilmişbıçaqla, eləcədə, otiplidigərbıçaqlarlayetiriləbilərdi (cild 1, iş vərəqə 92-94). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X6 xx xxx 2020-ci il tarixli 321/2020 MTBŞ saylı rəyindən görünür ki, Şabanov Ayaz Səfər oğlunun şəxsiyyət vəsiqəsinin keserosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu 0(İ)-dir. Əliyev Fuad Fəsad oğlunun şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vəsiqəsinin kserosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu A(İİ)-dir. Ekspertizaya təqdim olunmuş 1 ədəd bıçaq, A.S.Şabanova məxsus köynək, mayka üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrup tədqiq olunduqda yalnız H antigeni alınmışdır. H antigeni 0(İ) qrupun əsasını təşkil edir. Bu qan ləkələri AB0 sistemi üzrə 0(İ) qruplu şəxsə, o cümlədən, Şabanov Ayaz Səfər oğluna məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş 1 ədəd bıçaq üzərində qan aşkar olunmamışdır (cild 1, iş vərəqə 131-135). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X6 xx xxx 2020-ci il tarixli 196- MKTŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Şabanov Ayaz Səfər oğluna məxsus sviterin və maykanın ön hissəsinin sol-aşağı nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin ucu əyilib deformasiya olduğuna görə bu bıçaqla müqayisəli müayinə üçün eksperiment aparılmamışdır. Ona görə də Şabanov Ayaz Səfər oğluna məxsus paltarlar üzərində aşkar edilmiş zədənin bu bıçaqla yetirilibyetirilməməsi haqqında fikir demək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş Şabanov Ayaz Səfər oğluna məxsus sviterin və maykanın ön hissəsinin sol-aşağı nahiyəsində aşkar edilmiş 1 ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın ön divarında olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşmüşdür. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilməmişdir (cild 1, iş vərəqə 137-140). Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlunun xx xxxx 2020-ci il tarixdə Şabanov Ayaz Səfər oğluna bədən xəsarəti yetirdiyi 1 ədəd bıçaq və həmin hadisə zamanı Şabanov Ayaz Səfər oğlunun əynində olmuş 1 ədəd köynək və 1 ədəd mayka iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Xəzər RPİ-nə təhvil verilmişdir (cild 1, iş vərəqə 141-146). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlu Xəzər rayon məhkəməsinin x xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 72; 109-110). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlu əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlunun əməlində cinayətlərin residivi mövcud olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlu həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs Şabanov Ayaz Səfər oğlu təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlunun zərərçəkmiş şəxs Şabanov Ayaz Səfər oğlu ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlunun əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlunun törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Xəzər rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 61-63). Təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə təqsirləndirilən şəxs Əliyev Fuad Fəsad oğlu əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi mövcud olduğundan görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsində saxlanılan1 ədəd bıçaq, 1 ədəd köynək və 1 ədəd mayka Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Əliyev Fuad Fəsad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Əliyev Fuad Fəsad oğlu həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əliyev Fuad Fəsad oğlunun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Əliyev Fuad Fəsad oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsində saxlanılan1 ədəd bıçaq, 1 ədəd köynək və 1 ədəd mayka Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Əliyev Fuad Fəsad oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar