Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-832/2022 04.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X9 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X6, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştiraklarıı ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü bağlar küçəsi ev 10 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü bağlar küçəsi ev 10 ünvanında yerləşən özünə məxsus evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib 23 avqust 2021-ci il tarixədək olan müddət ərzində külli miqdarda ümumilikdə 464 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, eyni zamanda istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 31 kiloqram 497,965 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 39 ədəd ümumi təmiz çəkisi 17 kiloqram 905 qram yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkilərin hissələrini əldə edib özünə məxsus yaşadığı ünvana daşımaqla saxlamış, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması və narkotik vasitələri üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdə saat 22:20-də Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü bağlar küçəsi ev 10 ünvanın qarşısında saxlanılaraq yaşadığı həmin evin həyətinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən, evin həyətinin bağ sahəsindən və həyətdəki 9 ədəd dibçəklərdən qanunsuz olaraq əkilib yetişdirilməklə kultivasiya edilmiş külli miqdarda, yəni ümumi çəkisi 975 kiloqram olmaqla 464 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, dibçəklərin yanındakı 15 ədəd şüşə balon və bankalarda ayrı-ayrılıqda təmiz çəkiləri 55,0 qram, 355,0 qram, 130,0 qram, 200,0 qram, 65,0 qram, 155,0 qram, 100,0 qram, 175,0 qram, 195,0 qram, 210,0 qram, 175,0 qram, 115,0 qram, 160,0 qram, 36,515 qram, 11,450 qram və 33 ədəd yeşikdə təmiz çəkiləri 29 kiloqram 360 qram olmaqla ümumilikdə külli miqdarda 31 kiloqram 497,965 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkibkərinə görə narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana və evin qarşısında yerə sərilmiş 39 ədəd ümumi təmiz çəkisi 17 kiloqram 905 qram yaş vəziyyətdə, əkilib–becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik təbiətli çətənə (kanabis) bitkilərinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddət Almaniya Federativ Respublikasında yaşamış, orada ailə həyatı qurmuş, himayəsində iki övladı var. Atası Təqsirləndirilən şəxs səhhətində yaranmış ciddi problemlərə görə o, yaşlı valideyinlərinin qayğılarına qalmaq üçün Azərbaycana qayıdaraq özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü bağlar küçəsi ev 10 ünvanında yerləşən evdə yaşamışdır. Narkotik vasitə marixuanadan təxminən 1 ildir ki, istifadə edir. Narkotik vasitə marixuananın toxumlarını təxminən 1 il bundan öncə hazırda adını xatırlamadığı tanışından almışdır. Belə ki, həmin şəxs təxminən bir kiloqramdan artıq marixuana toxumlarını ona verərək özünə lazım olmadığını demiş, o da, nə vaxtsa istifadə etmək məqsədilə həmin toxumları özündə saxlamışdır. Tibb sahəsində işlədiyi vaxtlarda kannabis bitkisindən alınmış yağın insan sağlamlığına olan faydaları haqqında eşitdiyinə görə o, onurğa sütununda yaranmış problemin həlli məqsədilə 2021-ci ilin aprel ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü bağlar küçəsi ev 10 ünvanında yerləşən evin həyətyanı sahəsində və dibçəklərdə onda olan marixuana toxumlarını əkmiş və həmin toxumların cücərdiyini görüb onlara aqrotexniki qaydada qulluq etmişdir. Onun heç vaxt həmin marixuana toxumlarını sonradan qurudub satmaqla qazanc əldə etmək məqsədi olmamışdır. 2021-ci ilin iyul ayının sonlarında marixuana kolları artıq yetişdiyindən onları yığıb qurutmağa başlamış, tutulmamışdan bir neçə gün öncə kolların arasından yararsız olanları şüşə balonlara və yeşiklərə yığıb daha sonra yandıraraq məhv etmək məqsədilə evin qarşısına yığmışdır. 23 avqust 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin qarşısında olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları ondan özünü təqdim etməyimi xahiş etdikdə, o özünü təqdim edərək şəxsiyyəti haqqında məlumatları dedikdən sonra polis əməkdaşları onun yaşadığı bağ evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməklə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirmiş və o, buna etiraz etməyərək buna razılıq vermişdir. Yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı polis əməkdaşları ona təklif etmişlər ki, yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkisi kollarını onlara göstərsin. Bundan sonra polis əməkdaşlarını yaşadığı evə dəvət edib, videoçəkiliş aparılmaqla dibçəkdə və həyətyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkisi kollarını, həmçinin qurutduğu marixuanaları polis əməkdaşlarına göstərmişdir. Baxış zamanı bitkilərin bir hissəsinin əvvəlcədən torpaqdan çıxarılması, həmin bitkilərin evin qarşı hissəsində yeşiklərə və şüşə balonlara yığılması, eyni zamanda torpaqdan çıxarılmış çətənə bitkilərinin kollarının bir hissəsinin yarpaqları və hissələrinin yığılaraq yerə sərilmiş vəziyyətdə olması müəyyən edilmiş, sorğu zamanı dibçəklərdə və həyətyanı sahədə əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri kolları olduğunu, 2021-ci ilin aprel ayında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su verərək onlara qulluq etdiyini bildirmişdir. Daha sonra aşkar edilmiş çətənə bitkiləri və qurudulmuş marixuanalar ekspertizaya təqdim olunması üçün polis əməkdaşları tərəfindən tərəzidə çəkilərək qablaşdırılmış və həmin qablaşdırılmaların üzərinə imza etmiş, aşkar edilmiş kütlələr qablaşdırıldıqdan sonra müvafiq protokolun tərtib edilməsindən ötrü Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gəlmiş, orada yaşadığı evə baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuş protokolun tərtibatına dair etiraz daxil olmadığından tərəflərindən imzalanmışdır. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin olunmuş, sonra şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Eyni zamanda üzərindən aşkar edilmiş siqaret və 200 manat pul ona geri qaytarılsa da, ona məxsus “Redmi” markalı mobil telefon götürülmüş, şəxsi axtarış başa çatdıqdan sonra protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. İbtidai istintaq orqanlarına verdiyi ilkin ifadələrində çətənə bitkilərini əkməkdə məqsədinin onları yetişdirib sonra qurudaraq satıb qazanc əldə etmək və özü üçün istifadə etmək olduğunu göstərsə də, hazırda həmin ifadələri təsdiq etmir. Onun maddə cəhətdən problemləri olmamışdır ki, o, çətənə bitkisi məhz bu məqsədlə əkib becərsin. Törətdiyi əməldən peşmandır. Ailəsinin yeganə qazanc mənbəyi olmaqla, atasının hazırda yataq xəstəsi olmasını, valideyinlərinin ağır durumda olmalarını, himayəsində iki övladının olmasını, həmçinin özünün səhhətində yaranmış ciddi problemləri nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin külli miqdarda Bakı şəhəri, Səbail rayonu ərazisində kultivasiyası ilə məşğul olması və narkotik vasitələri üzərində gəzdirməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. 23 avqust 2021-ci il tarixdə idarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, təhqiqat qrupunun təhqiqatçısı X3 və baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom X4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən evinin qarşısına yaxın olan məsəfədə saxlamışlar. Özlərini təqdim edərək, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məluatları müəyyən etmişlər və barəsində qəbul edilmiş qərarla tanış etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin giriş hissəsinin sol tərəfindən dibçəklərdə çətənə bitkiləri yetişdirdiyini, həmçinin yaşadığı evin həyətyanı sahəsində çətənə kollan yetişdirdiyini, bundan başqa dibçəklərdə olan çətənə kollarının yanında narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə dəvət edilmiş aqronomun iştirakı ilə baxış keçirilərkən aşkar olunmuş külli miqdarda çətənə kolları qablaşdırılmış, daha sonra dibçəklərin yanında olan içərilərində açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olan şüşə balonlar, həmçinin içərilərində açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olan yeşiklər və ayrıca olaraq asfalt örtüyün üzərinə yığılmış açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş kütlələr müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış, müvafiq qablaşdırma həyata keçirildikdən sonra dəvət edilmiş baxışda iştirak edən aqronomun iştirakı ilə evin həyətyanı sahəsinə baxış keçirilərkən ümumi sayı hesablanmış çətənə kollarına bənzər kollar aşkar edilmiş, aqronom tərəfindən həmin kollara baxış keçirilərkən həmin kolların meyvə ağaclarının arasında gizlədilməklə əkildiyini, xüsusi suvarma sistemi ilə təchiz edilməklə, aqro-texniki qaydada qulluq edilməklə yetişdirilən çətənə kolları olduğunu bildirmişdir. Bundan sonra həmin çətənə kollar torpaqdan çıxarılaraq müvafiq qaydada qablaşdırlmış və üzəri möhürlənərək imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş çətənə kollarının və qurudulmuş marixuana kütlələrinin hamısının özünə məxsus olduğunu, həmin çətənə kollarının toxumlarını təxminən 1 (bir) il bundan əvvəl tanımadığı şəxsdən əldə etdiyini, aşkar olunuş çətənə kollarını isə təxminən 2 ay bundan əvvəl öz şəxsi istifadəsi məqsədi ilə əkib becərdiyini qeyd etmiş, baxış keçirilib qurtardıqdan sonra Baş İdarəyə geri qayıtmış və baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmiş, şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Baxış zamani Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra videoçəkiliş dayandırılaraq protokol tərtib edilmiş, protokol uca səslə oxunduqdan sonra bütün iştirakçılar imza etmişlər. Keçirilmiş əməliyyat tədbiri və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı sonuncuya qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. “Təqsirləndirilən şəxs” adlı şəxsin qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin külli miqdarda Bakı şəhəri, Səbail rayonu ərazisində kultivasiyası ilə məşğul olması və narkotik vasitələri üzərində gəzdirməsi bərədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsin daxil olmuş əməliyyat məlumatını yoxlamaq və “Təqsirləndirilən şəxs” adlı şəxsi cinayət başında ifşa etmək məqsədilə 23 avqust 2021-ci il tarixdə Şahid1 rəhbərliyi və idarənin digər əməliyyat müvəkkili Şahid3, təhqiqat qrupunun təhqiqatçısı X3 və baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom X4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən evinin qarşısına gedərək, sonuncunu yaşadığı evə yaxın olan məsəfədə saxlamışlar. Özlərini təqdim etdikdən sonra onlar tərəfindən Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilərək o, barəsində qəbul edilmiş qərarla tanış edilmiş, daha sonra isə ona yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin giriş hissəsinin sol tərəfindən dibçəklərdə çətənə bitkiləri yetişdirdiyini, həmçinin yaşadığı evin həyətyanı sahəsində çətənə kollan yetişdirdiyini, bundan başqa dibçəklərdə olan çətənə kollarının yanında narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə dəvət edilmiş aqronomun iştirakı ilə baxış keçirilərkən külli miqdarda çətənə kolları aşkar edilərək, qablaşdırılmış, daha sonra dibçəklərin yanında olan içərilərində açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olan şüşə balonlar, həmçinin içərilərində açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olan yeşiklər və ayrıca olaraq asfalt örtüyün üzərinə yığılmış açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış, müvafiq qablaşdırma həyata keçirildikdən sonra dəvət edilmiş baxışda iştirak edən aqronomun iştirakı ilə evin həyətyanı sahəsinə baxış keçirilərkən külli miqdar təşkil edən çətənə kollarına bənzər kollar aşkar edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş çətənə kollarının və qurudulmuş marixuana kütlələrinin hamısının özünə məxsus olduğunu, bildirərək, aşkar olunuş çətənə kollarını bir neçə ay əvvəl həm öz şəxsi istifadəsi, həm də təhqiqat aparmaq məqsədi ilə əkib becərdiyini qeyd etmiş, baxış keçirilib qurtardıqdan sonra Baş İdarəyə geri qayıtmış və baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Keçirilmiş əməliyyat tədbiri və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı sonuncuya qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin əməkdaşı Şahid3 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru Şamxal Nəcəfov tərəfindən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü bağlar küçəsi ev 10 ünvanında yerləşən özünə məxsus evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib 23 avqust 2021-ci il tarixədək olan müddət ərzində külli miqdarda ümumilikdə 464 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, eyni zamanda istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə ганунсуз олараг külli miqdarda цмуми тямиз чякиси 31 kiloqram 497,965 грам кустар цсулла щазырланмыш narkotik vasitə qurudulmuş marixuananı və 39 ədəd ümumi təmiz çəkisi 17 kiloqram 905 qram yaş vəziyyətdə, əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkilərin hissələrini ялдя едиб özünə məxsus yaşadığı ünvana дашымaqla saxlamış, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması və narkotik vasitələri üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdə saat 22:20-də Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü bağlar küçəsi ev 10 ünvanın qarşısında saxlanılaraq yaşadığı həmin evin həyətinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən, evin həyətinin bağ sahəsindən və həyətdəki 9 ədəd dibçəklərdən qanunsuz olaraq əkilib yetişdirilməklə kultivasiya edilmiş külli miqdarda, yəni ümumi çəkisi 975 kiloqram olmaqla 464 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, dibçəklərin yanındakı 15 ədəd şüşə balon və bankalarda ayrı-ayrılıqda təmiz çəkiləri 55,0 qram, 355,0 qram, 130,0 qram, 200,0 qram, 65,0 qram, 155,0 qram, 100,0 qram, 175,0 qram, 195,0 qram, 210,0 qram, 175,0 qram, 115,0 qram, 160,0 qram, 36,515 qram, 11,450 qram və 33 ədəd yeşikdə təmiz çəkiləri 29 kiloqram 360 qram olmaqla ümumilikdə külli miqdarda 31 kiloqram 497,965 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkibkərinə görə narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana və evin qarşısında yerə sərilmiş 39 ədəd ümumi təmiz çəkisi 17 kiloqram 905 qram yaş vəziyyətdə, əkilib–becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik təbiətli çətənə (kanabis) bitkilərinin hissələri aşkar edilərək götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır (cild 01, iş vər. 1). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətova ünvanladığı 23 avqust 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə raportla məruzə edərək, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin külli miqdarda Bakı şəhəri, Səbail rayonu ərazisində kultivasiya ilə məşğul olması və narkotik vasitələri üzərində gəzdirməsi bildirilmiş və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunaraq yaxalaması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir (cild 01, iş vər. 04). “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs oğlunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması və yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmış və həmin qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi tərəfindən təsdiq edilmişdır (cild 01, iş vərəqə 05- 06). “Baxış keçirilməsi və götürmə haqqında” 24.09.2021-ci il tarixli protokoldan görünür ki, əsasən, 23 avqust 2021-ci il tarixdə saat 22:20-də Təqsirləndirilən şəxs məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsinə baxış keçirildiyi zaman oradan 9 ədəd dibçəkdə ümumi sayı 31 ədəd olan çətənə kollarına bənzər kollar, içərilərində açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olan balonlar, bankalar, yeşiklər və ayrıca olaraq asfalt örtüyün üzərinə yığılmış açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, evin bağ sahəsindən baxış keçirilərkən ümumi sayı 433 (dörd yüz otuz üç) ədəd təşkil edən çətənə kollarına bənzər kollar aşkar edilərək götürülmüşdür. Həmin əməliyyataxtarış tədbirini əks etdirən görüntülər olan bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin videogörüntüləri əks etdirən DVD disk və heroin iş üzrə maddi sübut kimi tanınmışdır. (cild 01, iş vərəqi 19-22,) Məhkəmə-bioloji ekspertizasının 24 avqust 2021-ci il tarixli 7/829 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış 04 (dörd) ədəd sintetik torbada ayrıayrılıqda təmiz çəkiləri: 1)7045qram, 2)7005qram, 3)6715qram, 4)8595qram, ümumi çəkisi 29360qram (29kq360qram) bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində“ şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış bir ədəd sintetik torbada 07 (yeddi) ədəd 3 litrlik balonda ayrı-ayrılıqda təmiz çəkiləri 1)55,0 qram 2)355,0 qram, 3)130,0 qram, 4)200,0 qram, 5)65,0 qram, 6)155,0 qram, 7)100,0 qram ümumi çəkisi 1060 qram (1kq060qram) bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış bir ədəd sintetik torbada 06 (altı) ədəd 3 litrlik balonda ayrıayrılıqda təmiz çəkiləri: 1)175,0 qram, 2)195,0 qram, 3)210,0 qram, 4)175,0 qram, 5)115,0 qram, 6)160,0 qram və 02 (iki) ədəd 720 qramlıq şüşə bankada 7)36,515q ram, 8)11,450 qram, ümumi çəkisi 1077,965 qram (1kq077,965qram) bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış göy rəngli bağlamada və baş-başa keçirilmiş sintetik bağlamada ümumi sayı 464 (dörd yüz altmış dörd) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 975000 qram (975,0kq) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış bir ədəd şəffaf sellofan bağlamada 39 (otuz doqquz) ədəd, nəm vəziyyətdə ümumi çəkisi 17905 qram (17kq905qram) olan bitki hissələri narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş altı ədəd sintetik torbada olan marixuanalar, çətənə (kannabis) bitkiləri və çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 53-56). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 avqust 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 1, iş vər. 70- 71). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-844/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 98-103). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnfromasiya İdarəsindən verilmiş 16.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər. 119-120). Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşadığı dövr ərzində barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır (cild 01, iş vər. 126-127). Ambulator məcburi narkoloji ekspertizasının 24.11.2021-ci il tarixli 4659 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı nadir hallarda narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. Hal-hazırda müayinə zamanı narkotik vasitələrdən sui-istifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur. Hal-hazırda narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılıq yoxdur. Öz psixi vəziyyətinə tənqidi münasibəti vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən periodik istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxsn narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 164-165). İşdə olan AZİİ№591750 və AZİİ№591752 saylı döğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki övladı var. Cinayət işinin materiallarına əlavə olunmuş Salyan Rayon Mərkəzi Xəstəxanasının 11.04.2022-ci il tarixli arayışından görünür ki, X2 hər iki oynaqlarının deformasiyaedici qonartrozu, dayaq hərəkər funksiyalarının pozulması diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Göründüyü kimi həmin siyahıda narkotik vasitə marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı – 5 qram, külli miqdarı isə 500 qramdan artıq olması nəzərdə tutulmuşdur. Bundan başqa qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (İİİ siyahı) miqdarları çətənə növlü bitkilər 3-15 ədəd olmaqla xeyli miqdar kimi, 16 ədəd və daha artığı külli miqdar hesab olunur. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış aparılması haqqında” 23 avqust 2021-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntü və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək kultivasiya etməsinin satış məqsədi ilə deyil, gələcəkdə həmin bitkilərdən alınmış yağdan şəxsi istifadə etməsi məqsədilə kultivasiya etdiyi barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan çətənə bitkilərinin toxumlarını yaşadığı ünvan 5 ünvanın həyətyanı sahəsində əkdiyi andan artıq cinayət əməli başa çatmışdır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan toxumları əkdikdən sonra müntəzəm olaraq suvarmaqla və ətrafındakı digər yabanı otlardan təmizləməklə qulluq etmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunda narkotik vasitələrin emalı və istehsal edilməsi anlayışlarına ayrıca şərh verilməmiş, onların emalı və istehsalı ilə bağlı hərəkətlər narkotik vasitələrin hazırlanması anlayışına daxil edilmişdir. Bununla əlaqədar məhkəmələrə izah olunsun ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik tərkibli bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəlmiş hərəkətlər, belə maddələrin istehsalı dedikdə, onların davamlı şəkildə qanunsuz hazırlanmasına qəsdən yönəlmiş hərəkətlər (xüsusi avadanlıqlardan istifadə etməklə, belə maddələrin bu məqsədlər üçün nəzərdə tutulmuş istehsalat sahəsində və qablaşdırılmış şəkildə hazırlanması), bu maddələrin emalı dedikdə isə onların saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə qəsdən yönəldilmiş hərəkətlər başa düşülməlidir. Şəxsə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz hazırlamağa və ya emal etməyə görə ittiham irəli sürülərkən hazırlanmış və ya emal olunmuş narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxil edilib-edilməməsi, onun istehlak və istifadə üçün hazır olub-olmaması, kənar qatışıqlardan təmizləndikdən sonra preparatda narkotik vasitələrin və psixotrop maddələrin hansı qatılıqda olması müəyyənləşdirilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs özünə məxsus həyətyanı sahədə əkdiyi narkotik tərkibli çətənə bitkilərinin hissələrini toplayaraq qurutmaqla qurudulmuş marixuana hazırlamışdır. Əkdiyi narkotik tərkibli çətənə bitkilərindən qurudulmuş marixuana hazırlayıb əldə etməklə tikilinin qarşısına daşımaqla saxlamışdır. Bundan başqa Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə ümumi çəkisi 975 kiloqram olmaqla 464 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, dibçəklərin yanındakı 15 ədəd şüşə balon və bankalarda ayrı-ayrılıqda təmiz çəkiləri 55,0 qram, 355,0 qram, 130,0 qram, 200,0 qram, 65,0 qram, 155,0 qram, 100,0 qram, 175,0 qram, 195,0 qram, 210,0 qram, 175,0 qram, 115,0 qram, 160,0 qram, 36,515 qram, 11,450 qram və 33 ədəd yeşikdə təmiz çəkiləri 29 kiloqram 360 qram olmaqla ümumilikdə külli miqdarda 31 kiloqram 497,965 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkibkərinə görə narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana və evin qarşısında yerə sərilmiş 39 ədəd ümumi təmiz çəkisi 17 kiloqram 905 qram yaş vəziyyətdə, əkilib–becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik təbiətli çətənə (kanabis) bitkilərinin hissələrinin aşkar edilmiş olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, yaşlı valideyinlərinin himayəsində olmaqla, atası X1 ağır xəstəliyini və bununla yanaşı himayəsində iki övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 23 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: AR DİN Səbail RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsində aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 31496,065 qram narkotik vasitə qurudulmuş marixuana, 974997,8 qram çətənə (kannabis) bitkiləri və 17901,1 qram çətənə (kannabis) bitki hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə 23.08.2021-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: AR DİN Səbail RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsində aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 31496,065 qram narkotik vasitə qurudulmuş marixuana, 974997,8 qram çətənə (kannabis) bitkiləri və 17901,1 qram çətənə (kannabis) bitki hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə 23.08.2021-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov
Məhkəmə qərarları › İş №1(101)-832/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-832/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver