Məhkəmə qərarları › İş №1(101)-832/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-832/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-832/2024 18.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X24, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1971-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai İstintaq orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, narkotik vasitələri əldə edib satmaq məqsədi ilə «Mikayıl» adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2023-cü ilin may ayının ortalarında naməlum vaxt və şəraitdə əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq sonuncu tərəfindən qoyulmuş ünvan 2 ünvanında yerləşən 300 nömrəli məktəbin yanından satış məqsədi ilə qanunsuz olaraq 288,017 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib tərəzi vasitəsilə bükümlərə bölünməsi üçün yaşadığı ünvan 1 ünvanına daşıyaraq orada saxlamış, narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini 06 (altı) ədəd bükümə bölməklə üzərində saxlayıb daşıyarkən 21 may 2023-cü il tarixində saat 20:15 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş, orada saat 21:20-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki ağ-qara rəngli gödəkçənin ön hissəsində olan cibindən 06 (altı) ədəd şəffaf rəngli sellofon kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,419 qram, 0,380 qram, 0,578 qram, 0,532 qram, 0,548 qram və 0,560 qram olmaqla, ümumi təmiz çəkisi 3,017 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra həmin tarixdə saat 22:10-da yaşadığı ünvan 1 ünvanında baxış keçirilərkən, evin yataq otağındakı divarda olan dolabın içərisindən 01 (bir) ədəd şəffaf rəngli sellofan torbada təmiz çəkisi 285,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, habelə üzərində marixuananın hissəcikləri olan 02 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsi, habelə şahidləri dindirib, toplanmış sübutları və cinayət işinin materiallarını tədqiq edib araşdırıraq elan edilmiş ittiham üzrə aşağıdakıları müəyyən etdi: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil və narkotik vasitələrin satışı ilə məşğul deyil. Onun heç “İnstagram” sosial şəbəkəsi də olmamışdır ki, o, “İnstagram” sosial şəbəkəsi vasitəsilə İran vətəndaşı ilə ünsiyyət yaradıb narkotik vasitə alsın. Onun nə narkotik, nə də siqaret kimi pis vərdişləri olmamışdır. O ailəlidir və 2 övladı var. Onun həbs olunma səbəbi ailədaxili məsələlər olmuşdur. Onu gəlini həbs etdirmişdir. Belə ki, gəlini “İnstagram” sosial şəbəkəsində proqram vasitəsilə pul yarışına qoşulmuşdur. Yarışmaya əsasən iştirakçılar satdıqları müqabilində əlavə pul qazanırmışlar. Onun gəlini ondan yarışmaya qoşulmaq üçün 7000 manat nağd pul istəmiş və o da evdən ona 7000 manat pul vermişdir. Onun gəlini həmin nağd pulu terminal vasitəsilə yarışmada qeyd olunan kart hesabına köçürmüşdür. Lakin gəlini yarışmada 7000 manat pulu uduzmuşdur. 1-2 gün sonra gəlini Polis Bölməsinə gedib ərizə yazmış, ona pul uduzduğu şəxslərin tutulacağını və pullarının geri qayıdacağını demişdir. O da gəlininə qoşularaq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedib ərizə yazmışdır. Bu hadisədən sonra gəlini Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis əməkdaşı ilə sevgili olduğundan onu başından uzaq etmək üçün bu bəhanə ilə onu həbs etdirmişdir. 21 may 2023-cü il tarixində gəlininin sevgilisinin də daxil olduğu 10 nəfər polis əməkdaşı onun evinə basqın etmişlər. Polislər evə basqın edəndə evdə o və gəlini olmuşdur. Polis əməkdaşları onun evində narkotik vasitə olduğunu deyib onu Polis Bölməsinə aparmışlar. Polis Bölməsində 4 saat ərzində polis əməkdaşları onu döymüşlər. Onun işgəncə görməyinə dair sənədlər var. Lakin o, narkotik vasitəni boynuna almadığından polis əməkdaşları ona oğlu və həyat yoldaşı ilə hədə-qorxu gəlmişlər. O, təzyiq altında sənədlərə imza çəkib narkotik vasitəni üzərinə götürmüşdür. Eyni məzmunlu ifadələrini Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə məhkəməyədək icrrat zamanı ibtida istintaqı aparan müstəntiqə bildirmiş (i.v.163-164) və öz ifadələrini üzləşmə zamanı polis əməkdaşların üzünə söyləmişdir.(i.v.165-173) Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs Məhmməd qızı bildirmişdir ki, onun telefonu ”Samsung” markalıdır. O, telefonunu ölkədən kənar başqa yerlərə aparmışdır. Onun gəlini yarışmanı uduzduqdan sonra onu həbs etdirmək qərarına gəlmişdir. Onun gəlininin sevgilisi Binəqədi Rayon Pİ-nin 6-cı PB-nin polis əməkdaşıdır. Lakin sevgilisinin kim olduğunu bilmir. Növbəti məhkəmə iclasında proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, gəlini ilə 2 ildir yaşayır və 2 ildir ki, aralarında münasibətlər yaxşı olmamışdır. Nazir adlı polis əməkdaşı onu döymüşdür. Yəqin ki, gəlininin Nazirlə münasibəti var imiş. O, evdar xanımdır, işləmir, ali təhsilli deyil. Onun gəlini pulu uduzduqdan sonra onun xəbəri olmuşdur. O, Binəqədi RPİ-nin 6-cı PB-nə gəlini ilə birlikdə gedib şikayət ərizəsi yazmış, bir neçə gün sonra Binəqədi RPİ-dən gəlininin telefonuna zəng gəlmiş və onları Polis Bölməsinə çağırmışlar. Bundan sonra gəlininin Cəfər və Nazirlə danışıqları başlamışdır. Xəsarət izləri hələ də qol və ayaqları üzərində qalır. O, evində olarkən saxlanılmışdır. O, döyülmüş və sonra gecə saat 00:00-da yaşadığı mənzilə gətirilmışdır. Narkotik vasitə polis əməkdaşı Nazirin əlində imiş və narkotik vasitəni evinə qoymuşlar. Bu vaxt gəlini də evdə imiş. O, istintaq zamanı narkotik vasitənin oğluna məxsus olduğunu deməmişdir. O istintaq zamanı verilən suala cavab olaraq bildirmişdir ki, əgər narkotik vasitə oğluna məxsus olsa imiş onu yox, oğlunu tutarmışlar. O, məhkəmədə narkotik vasitənin oğluna məxsus olduğunu deyib-demədiyini xatırlamır. O, ***-***-**-** mobil nömrəsindən istifadə edir. O, istintaq zamanı vəkilini tanımırmış. O, sonradan Ayət adlı vəkillə müqavilə bağlamışdır. O, dəfələrlə müstəntiqdən xahiş etmişdir ki, ekspertiza keçirilsin. Lakin müstəntiq bildirmişdir ki, ekspert rəyi də onun narkotik vasitə istifadəçisi olduğunu eynilə göstərəcək, buna görə ekspertizaya ehtiyac yoxdur. İşgəncə ilə bağlı vəkilə bildirmiş və onun vasitəsilə müvafiq qurumlara müraciət etmişdir. O, BİT-ə daxil olanda xəsarət izlərinin olduğunu bildirmiş və bu barədə qeydlər aparılmışdır. Elan olunmuş cinayət işinin 28-29-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Elan olunmuş cinayət işinin 36-38-ci vərəqələrində olan baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 31-32-ci vərəqələrində olan izahatında, 53-55-ci və 77-80-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... Özü narkotik vasitə və psixotrop maddə istifadəçisi olmasa da, 2023-cü ilin may ayının ortalarında pula ehtiyacı olduğundan “instagram” sosial şəbəkəsində özünü «Mikayıl» adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olub narkotik vasitə və psixotrop maddə satmaqla asan yolla gəlir əldə etmək təklifinə razılıq vermişdir. Belə ki, «Mikayıl» adlı həmin şəxs onunla sonradan “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb pulunu satdıqdan sonra verəcəyi şərti ilə ona narkotik vasitə marixuana göndərəcəyini, həmin narkotik vasitə marixuananı təxminən 300 qram çəkidə olmaqla yaşadığı evin yaxınlığına, yəni ünvan 2 ünvanında yerləşən 300 nömrəli məktəbin yanına qoyduracağını bildimişdir. Bundan sonra təxminən 2023-cü ilin may ayının ortalarında o, axşam saatlarında «Mikayıl» adlı şəxsin dediyi qaydada 300 nömrəli məktəbin yanına gedib orada şəffaf rəngli sellofan torbaya bükülmüş narkotik vasitə heroini götürüb yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsi, ev 16A ünvanına aparmışdır. Evdə olarkən həmin sellofan torbanın içərisinə baxıb narkotik vasitə marixuana olduğunu dəqiqləşdirmiş və satarkən miqdarını ölçmək üçün istifadə etmək məqsədi ilə iki ədəd elektron tərəzi ilə birlikdə əlavə bir ədəd şəffaf rəngli sellofan torbanın içərisinə qoymuşdur. Həmin sellofan torbanı yaşadığı evin ikinci mərtəbəsində yerləşən yataq otağının divarında olan kiçik qapılı dolabda gizlətmişdir. 21 may 2023-cü il tarixində axşam saatlarında həmin narkotik vasitə marixuanadan sata bilmək üçün hər birinə az miqdarda olmaqla 06 ədəd sellofan kəsiyi bükümündə həmin maddədən ayırıb əynində olan gödəkçənin ön tərəfindəki cib hissəsinə yerləşdirmişdir. Həmin gün evdən çıxıb yaşadığı yerin yaxınlığında gəzərkən saat 20:15 dəqiqədə mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləyib onu Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə dəvət etmişlər.....» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolu və izahatı təzyiq altında imzalamışdır. Növbəti məhkəmə iclasında proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Nazir onu Polis Bölməsində tək döymüşdür. Nazir narkotik vasitəni boynuna götürməyi üçün onu 21 may 2023-cü il tarixində döymüşdür. Onun oğlu X32 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. X6 cinayət işinə hakim Cavid Hüseynov baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-nin CAŞ-də əməliyyat müvəkkili işləyir. Binəqədi RPİ-nin 6-cı PB-nə Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə inspektoru, polis kiçik serjantı Şahid2 daxil imişlər. 21 may 2023-cü tarixində o və Şahid2 saat 20:15-də piyada olarkən ünvan 1 ünvanının yaxınlığında şəxsə yaxınlaşıb özlərini təqdim edərək şəxsin də kimliyini müəyyən etmişlər. Təqsirləndirilən şəxs nədə şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Binəqədi RPİ-nin 6-cı PB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki ağ zolaqları olan gödəkçəsinin ön hissəsində yerləşən cibindən 06 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləni təqdim edərək masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdəki maddələrin narkotik vasitə “marixuana” olduğunu, həmin narkotik vasitəni «İnstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşından satmaq məqsədi ilə aldığını, həmin şəxslə telefon vasitəsi ilə ünsiyyətləri zamanı yaşadığı yerin yaxınlığında narkotik vasitələrin qoyulduğu yeri müəyyən edib əldə etməsini və onları satdıqdan sonra əldə etdiyi pul vəsaitlərini həmin şəxsin göndərdiyi bank hesabına köçürəcəyini bildirmiş və həmçinin yaşadığı mənzildə də marixuana olduğunu demişdir. Təqsirləndirilən şəxs, müdafiəçi, təhqiqatçının iştirakları ilə ünvan 1 ünvanına gedib həmin evdə yaşayan şəxslərin icazəsi ilə yaşayış sahəsinə baxış keçirmişlər. Həmin baxış zamanı S.M.Manafova taxta pilləkənlərlə həmin evin ikinci mərtəbəsinə qalxıb orada yerləşən yataq otağında "ban" kimi dediyi yerin plastik materialdan olan kiçik qapısını açaraq, oradan bir ədəd şəffaf rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanı açdıqda içərisində qurudulmuş formada yaşıl-qəhvəyi rəngli bitki mənşəli narkotik vasitəyə bənzər kütlənin olduğu daha bir ədəd şəffaf rəngli sellofan torba, həmçinin iki ədəd tərəzi olduğunu görmüşlər. Təqsirləndirilən şəxs həmin predmetləri göstərib bildirmişdir ki, bunlar narkotik vasitə marixuana və həmin narkotik vasitəni çəkmək üçün istifadə etdiyi iki ədəd elektron tərəzilərdir. Həmin əşyalar götürülərək, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni təqdim edib etiraf etmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq olmamışdır. Təqsirləndirilən şəxs evində saxlamamışlar. O, Təqsirləndirilən şəxs evində 1 dəfə olmuşdur. O, Təqsirləndirilən şəxs gəlini Türkanı adlı xanımı tanımır. Onun Türkan adlı xanımla telefon danışığı olmamışdır. O, ***-***-**-** mobil nömrəsindən istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-də uşaqların tərbiyəsi üzrə inspektor vəzifəsində işləyir. 21 may 2023-cü tarixində saat 20:15 radələrində Təqsirləndirilən şəxs əməliyyat müvəkilləri tərəfindən Binəqədi RPİ-nin 6-cı PB–nə gətirilmişdir. Təqsirləndirilən şəxs xanım olduğu üçün şəxsi axtarış zamanı o da iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki ağ zolaqları olan gödəkçəsinin cibindən 06 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləni təqdim edərək masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzildə də marixuana olduğunu demişdir. Təqsirləndirilən şəxs, müdafiəçi, təhqiqatçının iştirakları ilə ünvan 1 ünvanına gedib həmin evdə yaşayan şəxslərin icazəsi ilə yaşayış sahəsinə baxış keçirilmişdir. Həmin baxış zamanı S.M.Manafova evin ikinci mərtəbəsinə qalxıb böyük torbanı təqdim etmişdir. Həmin torbanı açdıqda narkotik vasitəyə bənzər kütlə və iki ədəd tərəzi aşkar olunmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, onun yanında Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq olmamışdır. O, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun bədəni üzərində xəsarət izləri görməmişdir. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nə 21 may 2023-cü il tarixdə saat 20:00-dan sonra gətirilmişdir. O, videoçəkiliş zamanı axıra kimi iştirak etmişdir. Mənzilə baxış saat təxminən 00:00 radələrində aparılmışdır. Mənzilə baxış zamanı evdə Təqsirləndirilən şəxs həyat yoldaşı və gəlini var imiş. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 may 2023-cü tarixində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki ağ zolaqları olan gödəkçəsinin ön hissəsində yerləşən cibindən 06 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləni təqdim edərək masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdəki maddələrin narkotik vasitə “marixuana” olduğunu, həmin narkotik vasitəni «İnstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşından satmaq məqsədi ilə aldığını, həmin şəxslə telefon vasitəsi ilə ünsiyyətləri zamanı yaşadığı yerin yaxınlığında narkotik vasitələrin qoyulduğu yeri müəyyən edib əldə etməsini və onları satdıqdan sonra əldə etdiyi pul vəsaitlərini həmin şəxsin göndərdiyi bank hesabına köçürəcəyini bildirmiş və həmçinin yaşadığı mənzildə də marixuana olduğunu demişdir. Təqsirləndirilən şəxs, müdafiəçi, təhqiqatçının iştirakları ilə ünvan 1 ünvanına gedib həmin evdə yaşayan şəxslərin icazəsi ilə yaşayış sahəsinə baxış keçirmişlər. Həmin baxış zamanı S.M.Manafovanın evinin 2-ci mərətəbəsindən 02 ədəd ağ sellofanda narkotik vasitəyə bənzər paket, 2 ədəd tərəzi aşkar olunmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. O, Təqsirləndirilən şəxs evində 1 dəfə olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış zamanı üzərində hansı geyim olduğunu xatırlamır. Lakin mülki geyimdə imiş. Videoçəkilişi o aparmamışdır. Təqsirləndirilən şəxs evinə gedəndə əlində heç bir torba və əşya olmamışdır. Təqsirləndirilən şəxs gəlini Türkan adlı xanımı tanımır. Türkan adlı xanımla telefon danışığı olmamışdır. Təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs evində narkotik vasitə olmasından onun xəbəri olmamışdır. Yəqin ki, əməliyyat müvəkkilinin xəbəri olmuşdur. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü evində narkotik vasitə olduğunu etiraf etmişdir. O, Təqsirləndirilən şəxs saxlanılması zamanı iştirak etmədiyindən Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının nədən ibarət olduğunu bilmir. O, ***-***-**-** mobil nömrəsindən istifadə edir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 proses iştirakçılarının suallarını cavablandıraraq göstərmişdir ki, məhkəmə kompyuter-texniki ekspertizasının predmeti müxtəlif mobil cihazlardır. Bu iş üzrə məhkəmənin təqdim etdiyi cihaz “Xiaomi” markalı mobil telefondur. Qarşılarına qoyulan sualları cavablandırmaq məqsədi ilə mobil telefon daxilində mövcud məlumatlar, eyni zamanda silinmiş məlumatların bərpa prosesi icra edilərək aşkar edilmiş məlumatlara dair bütün statistik məlumalar köçürülərək xarici yaddaş qurğusunda ayrı-ayrı qovluqlarda məhkəməyə təqdim edilmişdir. Ekspert qarşısında mövcud və pozulmuş məlumatların təqdim edilməsi, mövcud və pozulmuş məlumatlar daxilində konkret göstərilən abonent nömrələri ilə aparılan məlumatların seçilərək məhkəməyə təqdim edilməsi sualı qoyulmuşdur. Tədqiqat zamanı aşkar olunan audio və video yazıların məzmununun nədən ibarət olması, hansı ifadələrin işlədilməsi məhkəmə kompyuter-texniki ekspertizasının predmeti deyildir. Audio-video yazının məzmununun müəyyən edilməsi fonoskapiya ekspertizasının predmetidir, məhkəmə kompyuter-texniki ekspertizasının həll etdiyi məsələ deyildir. Ekspert qarşısında qoyulan suallarda konkret proqram təminatı daxilində audio yazı tipli mesajların məzmununun müəyyən edilməsi sualı qoyulmamışdır. Lakin bu sual qoyulmasa belə tərəflərindən “Xiaomi Poco X3 NFC” maraklı mobil telefonun yaddaşında olan istənilən audio, video yazılar, fotolar xarici yaddaş qurğusunda ayrı-ayrı qovluqlarda məhkəməyə təqdim edilmişdir. Ekspert qarşısında “Xiaomi Poco X3 NFC” maraklı mobil telefonda “Callrecorder” adlı proqramın olub-olmaması barədə konkret sual qoyulmadığından o, hazırda mobil telefonda həmin proqramın olub-olmamasını bilmir. Lakin bununla belə telefonda olan bütün məlumatlar məhkəməyə təqdim edilmişdir. Cinayət işinə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, axtarış və götürmə protokolları, ekspert rəyləri və digər sənədlər də əlavə olunmuşdur. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 21 may 2023-cü il tarixli raportundan görünür ki, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsi, ev 16A ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 21 may 2023-cü il tarixli əməliyyat-axtarış tədbirələrinin həyata keçirilməsi haqqında Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri keçirilməsi və ifşa edilməsi üçün əməliyyat qrupu yaradılması haqqında qərar qəbul edilmiş, lakin qrupa daxil olan əməkdaşların siyahısı göstərilməmişdir. Cinayət işinin 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış əməliyyat qrupunun təşkil edilməsi barədə 21 may 2023-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Binəqədi RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı X25 iştirakı ilə protokol tərtib edərək Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsi, ev 16A ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri keçirilməsi və ifşa edilməsi üçün əməliyyat qrupu təşkil edilmişdir. Protokolu Şahid1 tərtib edərək, protokolda Şahid1 və Şahid2 imza etmələri əks olunmuşdur. Cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 21 may 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20.15-də yaşadığı evin yaxınlığında piyada olan zaman sonuncu Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir. Cinayət işinin 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi təyin edilməsi barədə Binəqədi Rayon Pİ-nin 6-cı Polis Bölməsinin rəisinin adına ünvanlanmış 21 may 2023-cü il tarixli ərizə tərtib olunmuşdur. Cinayət işinin 13-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə edilməsi barədə Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkilinin dəvət edilməsi barədə 21 may 2023-cü il tarixli qərar rəsmiləşdirilmişdir. Cinayət işinin 15-17-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış vəkil orderi və protokoldan görünür ki, 21 may 2023-cü il tarixdə 1258 nömrəli orderə əsasən işə dəvət olunmuş 11 saylı Vəkil bürosunun vəkili X10 Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncunun həmin vəkilin onun hüquqlarını müdafiə etməsinə etirazı olmaması rəsmiləşdirilmişdir. Cinayət işinin 18-19-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinərək saat 21.15-də tutulmuşdur. Cinayət işinin 25-ci vərəqəsiində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 may 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etirazı yoxdur. Cinayət işinin 28-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin təhqiqatçısı X7 tərtib etdiyi şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 21 may 2023-cü il tarixli protokolundan görünür ki, saat 21.20-də Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1, Binəqədi RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2, Binəqədi RPİ-nin KTO-nun inspektoru polis kapitanı X3, Binəqədi RPİ-nin 6-cı Polis Şöbəsinin YYŞ işlər üzrə inspektoru Şahid3 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunaraq baxış keçirilmiş onun üzərindən 6 ədəd bükülülər aşkar edilərək götürülməsi rəsmiləşdirilmişdir. Lakin tərtib edilmiş protokolda müdafiəçi 11 saylı Vəkil bürosunun vəkili X4 iştirakı öz əksini tapmamışdır. Cinayət işinin 33-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 may 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evində baxış aparılmasına etirazı yoxdur. Cinayət işinin 35-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 may 2023-cü il tarixli Təqsirləndirilən şəxs gəlini X9 ərizəsindən görünür ki, ünvan 7 ünvanda baxış keçirilməsinə etirazı olmamışdır. Cinayət işinin 36-39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin təhqiqatçısı X7 tərtib etdiyi “baxış keçirilməsi haqqında” 21 may 2023-cü il tarixli protokoldan görünür ki, saat 22.10-da Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1, Binəqədi RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2, Binəqədi RPİ-nin KTO-nun inspektoru polis kapitanı X3, Binəqədi RPİ-nin 6-cı Polis Şöbəsinin YYŞ işlər üzrə inspektoru Şahid3, müdafiəçi 11 saylı Vəkil bürosunun vəkili X4 iştirakları ilə ünvan 1-ya baxış zamanı evin ikinci mərtəbəsində yerləşən yataq otağındakı divarda olan dolabın içərisindən 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisində qurudulmuş formada yaşıl-qəhvəyi rəngli bitki mənşəli narkotik vasitəyə bənzər kütlə və iki ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 44-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 may 2023-cü il tarixli, 7/749 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: Manafova imza...” yazı və imzalar olan zərfdə 6 ədəd şəffaf rəngli sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi - 0,419 qr, 0,380 qr, 0,578 qr, 0,532 qr, 0,548 qr və 0,560 qr olmaqla, ümumi çəkisi 3,017 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində: Təqsirləndirilən şəxs imza...” yazı və imzalar olan yaşıl rəngli polietilen bağlamada 1 ədəd sellofanda təmiz çəkisi 285,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan 2 ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin 48-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış narkotik vasitələrin məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ayrı-ayrılıqda bükümlər xx.xx.2023-ci il tarixdə saat 12.30-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuşdur. Cinayət işinin 133-135-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2023-cü il tarixli, 7/914 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 ədəd bükümdə olan marixuana, sonuncunun yaşadığı evdən aşkar edilmiş 1 ədəd bağlamada olan marixuana tərkiblərinə görə eynidir. Cinayət işinin 59-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış müstəntiqin 23 may 2023-cü il tarixli qərarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs MSY-dan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 63-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış elektron məlumat daşıyıcasına baxış keçirilməsi barədə 23 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsunq Galaxu A20” markalı ***-***-**-** nömrəli mobil telefonunda “meti” sözü yazılmış, başqa iş üçün zəruri əhəmiyyət daşıyan hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 21 may 2023-cü il tarixdən saat 20.15-dən hesablanmışdır. Cinayət işinin 161-162-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 sentyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə "xxxx" MMC-dən götürülmüş telefon məlumatlarında Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** nömrəli mobil nömrəsi ilə iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar olması müəyyən edilməmişdir. Cinayət işinin 140-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X31 Ambulator X1 13 iyul 2023-cü il tarixli, 4410 nömrəli ekspert rəyində göstərilmişdir ki, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı narkotik vasitələrdən istifadə etmədiyini söyləyir. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 153-156-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X15 hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 13 iyul 2023-cü il tarixli, 1903 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Müayinə zamanı özü narkotik vasitələrdən istifadə etmədiyini, evində narkotik vasitə olmadığını söyləyir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. O öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal- hazırda psixi (ruhi) xəstəlik qeyd olunmur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. O baş verən hadisələri düzgün qavramaq və təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. Ünsiyyətcillik, adaptivlik, özünümüdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlər malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilikəlamətləh aşkar edilmir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törətdiyi zaman Təqsirləndirilən şəxs şüur və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Cinayət işinin 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 05 iyul 2023-cü il tarixli 46- 3/1-9785/23 nömrəli məktubundan görünür ki,əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğu müəyyən edilmiş, lakin narkotik vasitələr əldə etdiyi mənbə , yəni “Mikayıl” adlı şəxs müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsi ilə verilmiş ittihamlar üzrə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə istintaq orqanının qəbul etmiş olduğu Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara istinadən belə nəticəyə gəlir ki, istintaqçı cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil olunmaqla bir-biri ilə müqayisə etməmiş və qanuna müvafiq qaydada qiymətləndirməmişdir. Sübutların tədqiqi və onların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, elan edilmiş ittiham ziddiyyətli sübutlara əsaslanmış və bu ziddiyyətlərin aradan qaldırılması istiqamətində qanunamüvafiq tədbirlər görülməmişdir. Belə nəticə həmçinin cinayət mühakimə icraatının aparılması zamanı qanunvericilik prinsipinə əməl edilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinin müddəalarından da irəli gəlir. Həmin maddəyə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilməsinə yol verir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə «Mikayıl» adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında narkotik vasitələri əldə edib, üzərində və yaşayış evində daşımış və saxlamışdır. Məhkəmə, verilən ittihamın iş üzrə digər sübutlarla tədqiq edilməməsi səbəbindən onların həqiqiliyinə dair əsaslı şübhələrin yaranması qənaətinə gəlir. Sübutların qiymətləndirilməsi qabaqcadan yaranmış yanlış qənaət əsasında aparılıb, təqsirsizliyini sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyulub, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət olunmayıb. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X20 proses iştirakçılarının suallarını cavablandıraraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs gəlinidir. Həyat yoldaşı hazırda həbs olunmuşdur. O, saytda pul uduzduğu üçün qaynanası ilə bir yerdə Binəqədi RPİ-nin 6-cı PB-nə gedib şikayət ərizəsi yazmışdır. Onun ərizəsi Baş İdarədə Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinə verilmişdir. Həmin idarənin rəisi Anar adlı şəxsin qəbuluna girmişlər və ətraflı danışmışlar. Anar adlı şəxs onun nömrəsini də götürmüş və sonra onunla daim əlaqə saxlamışdır. O, Anarla “Telegram” sosial şəbəkəsindən mesajlaşırmış. Həmin müddətdə də həm həyat yoldaşı həbs olunmuş, həm də övladını itirmiş və psixologiyası yerində deyilmiş. O, heç kimlə yola getmirmiş, həmçinin evliliyində də hələ 1 il tamam olmamışdır ki, qaynanası ilə aralarında bəzi söz atmaları olmuş, yola getmirmişlər. Anar müəllim isə ona “Telegram” sosial şəbəkəsindən mesajlarında yazırmış ki, vaxt edib bu işlə bağlı onunla söhbət etsin. Anar müəllim bir gün ona “Telegram” sosial şəbəkəsindən yazmışdır ki, həyat yoldaşına 7 il azadlıqdan məhrumetmə cəzası veriləcək və o azadlığa çıxmayacaqdır. Həqiqətən də Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası ilə hökm oxunmuşdur. O, təəccüblənmiş və Anara mesaj yazaraq bu məlumatı hardan bildiyini soruşmuşdur. Anar ona yazmışdır ki, bu işlər onların əllərindədir və istəsə, hətta həyat yoldaşının cəzasını da ağırlaşdıra bilər. Şəmsiyyə xanım ona tapşırmışdır ki, pul məsələsini unutsun və Anarla danışmasın. O, Anara bunu deyəndə Anar ona yazmışdır ki, niyə ona qaynanası ağalıq edir, onun öz sözü, öz qərarı olmalıdır, hətta istəsə ona ev də tuta bilər. Bir gün Şəmsiyyə xanımla bərk davaları omuş və o, Şəmsiyyə xanıma demişdir ki, “görərsən sənə nə edəcəm!”. O, Anara mesaj yazmış və Anardan soruşmuşdur ki, Anar qaynanasını tutdura bilər. Anarın əlində olan bir işdir. O, Şəmsiyyə xanımın Astara gömrüyündən mal gətirdiyini Anara danışmışdır. Anarın ilk təklifində qəbul etməsə də, sonrakı davalardan sonra bazar günü Anarla razılaşmışdır. Lakin Anar ona demişdir ki, bu əməliyyatda Anarın adı gizli qalacaqdır və Anar özü hər şeyi uzaqdan idarə edəcəkdir. Təxminən 21 may 2023-cü il tarixdə bazar günü Anar ona 3-5 dəqiqəlik çölə çıxmağını tapşırmışdır. Həmin vaxt qaynanası mətbəxdə yemək bişirirmiş. O, marketə getmək adı ilə qaynanası Şəmsiyyə xanımdan pul götürüb həyətə düşmüşdür. Təxminən 21 may 2023-cü il tarixdə bazar günü günorta saat 15:00- 16:00 arası Cəfər adlı uzunboy, sarışın polis əməkdaşı evin yaxınlığında olan “Musiqi” məktəbinin yanında sellofan torbada narkotik vasitə “marixuana” və iki elektron tərəzini ona vermişdir. O, onların tapşırdıqları kimi narkotik vasitə və tərəzilərə evin üçüncü mərtəbəsində qapıdan sağda ayaqqabı yığılan yerə yerləşdirib qoyduğu yerin şəkillərini onlara çəkib atmışdır. Sonra Eltun, Nazir və Cəfər, adlarını bilmədiyi şəxslərlə birlikdə 6-7 nəfər polis əməkdaşı evə daxil olub axtarış keçirirək narkotik vaistə və elektron tərəzini götürüb getmişlər. Qaynanasını Nazir döyüb, Nazir telefonda onunla danışarkən özü etiraf etmişdir ki, qaynanasını döyüb, hətta yaxşı etdiyini də ona demişdir. O, ***-***-**-** mobil nörməsindən istifadə edir. Lakin, polis əməkdaşları ilə qaynatası adına olan ***-***-**-** mobil nömrəsi ilə danışmışdır. Öz ifadələrini davam edərək Türkan Manaflı göstərmişdir ki, Anarın tapşırığı ilə Cəfər adlı uzunboy, sarışın polis əməkdaşı ağ sellofan torbada narkotik vasitə “marixuana” və iki elektron tərəzini gətirib ona vermişdir. 21 may 2023-cü il tarixdə bazar günü Cəfər ona 2 ədəd sellofan torbanı vermişdir. 21 may 2023-cü il tarixdə bazar günü günorta saat 15:00-16:00 arası Cəfər ona torbanı vermişdir. O, Cəfəri piyada gələrkən görmüşdür. O, Cəfərlə evin yanında olan Musiqi məktəbinin yanında görüşmüş və Cəfər torbanı tez vermiş, o da evə gətirmişdir. Narkotik vasitə və elektron tərəzi olan torbanı Cəfərdən təhvil alandan sonra Anar ona mesaj yazaraq torbanın ona çatıb-çatmadığını soruşmuşdur. O da torbanı aldığını Anara bildirmişdir. Tərəzilər ağ və gümüşü rənglərdə imiş. Narkotik vasitə yaşıl rəngdə, iyi isə qəribə imiş. Torbada 3-4 dənə üstü yandırılmış büküm də var imiş. O, narkotik vasitə və tərəzilərə evin üçüncü mərtəbəsində qapıdan sağda ayaqqabı yığılan yerə qoymuşdur. Onun sübutu “Telegram” sosial şəbəkəsində Anarla olan yazışmadır ki, həmin yazışmada Anar Təqsirləndirilən şəxs ailəsinin onu tutdurmaq istədiklərini bildirib, onun məhkəmədə əsla ifadə verməməyini tapşırmışdır. O, Cəfər və Nazirlə telefonda danışarkən başqa telefonla da onların danışdıqlarını qeydə alıb vəkilə vermişdir. Məhkəmə baxışı zamanı 29 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 məhkəməyə 1 ədəd fləşkart təqdim edərək həmin fləşkartda olan videogörüntülərə məhkəmə zalında əyləşmiş şahidlər Şahid2 və Nazim Kərimovun iştirakları ilə baxış keçirilməsini xahiş edərək, videogörüntülərdə təqsirləndirilən şəxsin günahsız olması və dindirilən şahidlərin narkotik vasitələri sonuncunun evinə həmin şəxslər tərəfindən yerləşdirilməsi barədə təkzib olunmaz görüntülər olmasını əsaslandırmışdır. Məhkəmə kollegiyası vəsatəti təmin edərək, müdafiəçinin təqdim etdiyi fləşkartda olan audio və video görüntülərə proses iştirakçılarının və şahidlər Şahid1 və Şahid2 iştirakları ilə məhkəmə zalında quraşdırılmış kompyuter vasitəsilə fləşkartda olan VİD-20230529-202956 adlı videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı ekranda görüntünün 21 may 2023-cü il tarixinə aid olmasına dair təqvim və 4 videogörüntünün əks olunduğu, ekranın sağ tərəfdən aşağı hissəsində üzərində “Camera 4” yazılan görüntünün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsindən Təqsirləndirilən şəxs evindən yuxarıya doğru sol küçəni, ekranın sağ tərəfində “Camera 1” yazılan 1-ci görüntüsünün Təqsirləndirilən şəxs məxsus evin yuxarı hissəsini, ekranın sol tərəfdən yuxarı hissəsində “Camera 3” yazılan görüntüsünün Təqsirləndirilən şəxs məxsus evin ön hissəsinə dair görüntüləri əks etdirdiyi, videogörüntünün 19:13:44-cü dəqiqəsində ekranın sağ tərəfindən “Camera 4” yazılan və ekranın sol tərəfdən yuxarı hissəsində “Camera 3” yazılan görüntülərdən bir nəfər göy rəngli, 5 nəfər qara rəngli mülki geyimdə olan, ümumilikdə 6 nəfər şəxsin Təqsirləndirilən şəxs məxsus evin qapısından içəri daxil olduqları, videogrüntünün 19:26:02-ci dəqiqəsində “Camera 3” yazılan görüntüdən qara rəngli mülki geyimdə olan 1 nəfər şəxsin Təqsirləndirilən şəxs məxsus mənzildən çölə çıxdığı və “Camera 1” və Camera 4” yazılan görüntülərdən həmin şəxsin telefonla danışaraq küçədə bir qədər hərəkət edib təkrar 19:27:33-cü dəqiqəsində Təqsirləndirilən şəxs məxsus mənzilin qapısına gəldiyi və qapıda Təqsirləndirilən şəxs məxsus evdən çıxan qara rəngdə geyimdə olan bir qadının həmin şəxsə nəsə deyərək içəri keçməsi, qara rəngli mülki geyimdə olan şəxsin qapının yanında dayanaraq gözləməsi, 19:20:24-cü dəqiqədə təkrar içəri daxil olması, 19:20:59-cu dəqiqədə yenidən həmin qara rəngli mülki geyimdə olan şəxs Təqsirləndirilən şəxs məxsus mənzildən çölə çıxaraq “Camera 4” yazılan görüntüdə ağ rəngli maşını qarşılayaraq Təqsirləndirilən şəxs məxsus mənzilin ön hissəsinə gətirməsi, “Camera 3” yazılan görüntüdə 19:30:10-cu dəqiqədə ağ rəngli maşının Təqsirləndirilən şəxs məxsus mənzilin qarşısında dayanması və ağ rəngli saroçkada olan şəxsin maşından düşərək Təqsirləndirilən şəxs məxsus mənzilə daxil olması, “Camera 3” yazılan görüntüdə 19:33:51-ci dəqiqədə göy rəngli pencəkdə olan şəxsin əlində selofan torba ilə Təqsirləndirilən şəxs məxsus mənzilə daxil olması, “Camera 3” yazılan görüntüdə 19:35:43-cü dəqiqədə ağ saroçkada olan şəxs və əlində sellofan torba olan qara rəngli köynəkdə olan şəxsin Təqsirləndirilən şəxs məxsus evin qapısından çölə çıxaraq nəsə danışdıqları, “Camera 3” yazılan görüntüdə 19:35:54-də bir nəfər qara rəngli köynəkdə olan şəxsin də Təqsirləndirilən şəxs məxsus evdən çıxaraq onlarla söhbət etdikləri, “Camera 3” yazılan görüntüdə 19:36:24-cü dəqiqədə ağ rəngli saroçkada olan şəxsin telefonla danışaraq Təqsirləndirilən şəxs məxsus evin sol tərəfinə hərəkət edib dayandığı və 19:37:12-də mənzildən göy pencəkdə olan şəxs və 1 nəfər mülki geyimdə şəxs çıxan kimi ağ saroçkada olan şəxsin ağ rəngli maşının ön hissəsinə əyləşdiyi, “Camera 3” yazılan görüntüdə 19:37:50-ci dəqiqədə göy pencəkdə olan şəxsin qara köynəkdə olan şəxsin əlində ağ şəffaf torbanı alaraq əlində tutub “Camera 1” yazılan görüntüdən birlikdə Təqsirləndirilən şəxs məxsus evin yuxarı küçəsinə doğru hərəkət etdiyi, “Camera 3” yazılan görüntüdə 19:30:30-da göy rəngli pencəkdə olan şəxsin yenidən evin qapısına gəldiyi və 4 nəfər şəxsin Təqsirləndirilən şəxs ilə birlikdə mənzildən çölə çıxdıqlarını, “Camera 3” yazılan görüntüdə 19:30:43-cü dəqiqədə Təqsirləndirilən şəxs ağ rəngli maşının sağ arxa tərəfindən maşına əyləşdiyini, maşının sol arxa tərəfində 1 nəfər, ön sağ tərəfində bir nəfər şəxsin əyləşdikləri və maşının hərəkət etdiyi, digər şəxslərin isə piyada hərəkət edərək uzaqlaşdıqları müəyyən edilir. Məhkəmə zalında quraşdırılmış kompyuter vasitəsilə fləşkartda olan VİD- 20230529-203654adlı videogörüntüyə baxış keçirilməsi davam etdirilərək; ekranda görüntünün axşam saatlarına aid olduğu, 21 may 2023-cü il tarixinə aid olmasına dair təqvim və 4 videogörüntünün əks olunduğu, ekranın sağ tərəfdən aşağı hissəsində üzərində “Camera 4” yazılan görüntünün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayeva küçəsindən Təqsirləndirilən şəxs evində yuxarıya doğru sol küçəni, ekranın sağ tərəfində “Camera 1” yazılan 1-ci görüntüsünün Təqsirləndirilən şəxs məxsus evin yuxarı hissəsini, ekranın sol tərəfdən yuxarı hissəsində “Camera 3” yazılan görüntüsünün Təqsirləndirilən şəxs məxsus evin ön hissəsinə dair görüntüləri əks etdirdiyi, “Camera 3” yazılan görüntüdən videogörüntünün 23:16:52-ci dəqiqədə ağ rəngli maşının Təqsirləndirilən şəxs məxsus evin qarşısında dayandığı, maşının arxa sağ oturacağında ağ rəngli köynəkdə olan bir nəfər şəxsin maşından endiyi, “Camera 1” yazılan görüntüdə 23:17:25-ci dəqiqədə həmin ağ rəngli köynəkdə olan bir nəfər şəxsin bir nəfər qadınla görüşdüyü, ağ rəngli köynəkdə olan bir nəfər şəxsin öndə hərəkət etdiyi, qadının ağ rəngli köynəkdə olan bir nəfər şəxsin arxasınca hərəkət etdiyi və “Camera 3” yazılan görüntüdən onların Təqsirləndirilən şəxs məxsus evin qarşısına gəlmələri, “Camera 3” yazılan görüntüdən 23:17:41-ci dəqiqədə qadının Təqsirləndirilən şəxs məxsus evə daxil olduğu, ağ rəngli köynəkdə olan bir nəfər şəxsin maşından ağ rəngdə torba götürərək qadının arxasınca Təqsirləndirilən şəxs məxsus evə daxil olduğu, “Camera 3” yazılan görüntüdən 23:10:13-cü dəqiqədən ağ rəngli maşının həmin evin qarşısından hərəkət edərək uzaqlaşdığı, “Camera 3” yazılan görüntüdən 23:19:39 dəqiqədən ağ rəngli maşının Təqsirləndirilən şəxs məxsus evin qarşısına yenidən gəldiyi,ağ rəngli maşının ön hissəsində 2 nəfər şəxsin əyləşrək gözlədiyi, “Camera 3” yazılan görüntüdə“Camera 3” yazılan görüntüdən 23:22:17-ci dəqiqədən ağ rəngli maşının ön sol oturacağından ağ rəngli köynəkdə bir nəfər şəxsin endiyi və “Camera 4” yazılan görüntüdən həmin şəxsin telefona baxaraq küçənin yuxarı hissəsində 1 qədər gözləyib təkrar ağ rəngli maşının yanına gəldiyi,23:25:03-cü dəqiqədə maşına yenidən əyləşdiyi, “Camera 3” yazılan görüntüdən 23:28:01-ci dəqiqədə ağ rəngli maşının Təqsirləndirilən şəxs məxsus evin qarşısından hərəkət edərək uzaqlaşaraq “Camera 4” yazılan görüntüdən yuxarı küçədə dayandığı, “Camera 4” yazılan görüntüdən 23:30:40-cı dəqiqədə Polis Əməkdaşlarının xidməti maşının Təqsirləndirilən şəxs məxsus evinə doğru hərəkət etdiyi, “Camera 3” yazılan görüntüdən 23:31:06-cı dəqiqədə Polis Əməkdaşlarının xidməti maşının Təqsirləndirilən şəxs məxsus evinin qarşısında dayandığı, “Camera 3” yazılan görüntüdən 23:31:25-ci dəqiqədə ağ rəngli maşından Təqsirləndirilən şəxs və bir qadın 3 kişi olmaqla 4 nəfər şəxsin enərək evin qarşısında dayanmaları, 23:32:02-ci dəqiqədə ikinci maşının Təqsirləndirilən şəxs məxsus evinin qarşısına gəlməyi, “Camera 3” yazılan görüntüdən 23:32:59-cu dəqiqədə sonradna gəlmiş xidməti maşının getdiyi, həmçinin Təqsirləndirilən şəxs ilə birlikdə təxminən 5-6 nəfərin Təqsirləndirilən şəxs məxsus mənzilə daxil olduqları və 2 nəfər polis əməkdaşının qapının ön hissəsində dayandığı, “Camera 4” yazılan görüntüdən sonradan gələn ikinci maşının getdiyini, lakin ağ rəngli maşının hələ də orda hərəkətsiz dayandığı, “Camera 4” yazılan görüntüdən 23:34:17-ci dəqiqədə qara rəngli maşının gəldiyi, “Camera 3” yazılan görüntüdən 23:34:32-ci dəqiqədə qara rəngli maşından 1 nəfər qara rəngli geyimdə olan şəxsin maşından düşərək Təqsirləndirilən şəxs məxsus evə daxil olduğu, qara rəngli maşının Təqsirləndirilən şəxs məxsus evin aşağı küçəsinə doğru hərəkət etdiyi, “Camera 3” yazılan görüntüdən 23:34:50-ci 2 nəfər şəxsin də Təqsirləndirilən şəxs məxsus evin qarşısına gəlmələri, “Camera 3” yazılan görüntüdən 23:35:03-də ağ rəngli köynəkdə olan 1 nəfər şəxsin də Təqsirləndirilən şəxs məxsus evdən çıxaraq polis əməkdaşalrı ilə biryerdə gözlədiyi, “Camera 4” yazılan görüntüdən xidməti maşının gəldiyi və “Camera 3” yazılan görüntüdən Təqsirləndirilən şəxs məxsus evin qarşısında dayandığı,maşından 2 nəfər polis əməkdaşının düşdüyü və digər polis əməkdaşları ilə biryerdə Təqsirləndirilən şəxs məxsus evin qarşısında dayanmaları,davamlı olaraqq mənzildən girib-çıxanların olması, “Camera 3” yazılan görüntüdən 23:46:52-ci dəqiqədə təxminən 6-7 nəfər şəxsin də Təqsirləndirilən şəxs məxsus evə daxil olmaları və 2 nəfər şəxsin qapıda dayanaraq gözlədikləri, “Camera 3” yazılan görüntüdən 23:40:04 qara rəngli pencəkdə olan şəxsin Təqsirləndirilən şəxs məxsus evdən çıxaraq küçədə gözlədiyi, “Camera 3” yazılan görüntüdən 23:40:13-cü dəqiqədə iki polis maşının Təqsirləndirilən şəxs məxsus evin qarşsından daha da ön hissədə qapıya doğru hərəkətə edərək dayandıqları, axşam saat 00:00 olduğundan görüntünün dayandığı və 22 may 2023-cü il tarixli görüntülərə keçildiyi, “Camera 3” yazılan görüntüdən 00:03:46-cı dəqiqədə əlində torba olan şəxsin Təqsirləndirilən şəxs məxsus evdən çıxdığı, 00:05:04-cü dəqiqədə polis əməkdaşlarının Təqsirləndirilən şəxs maşına mindirərək uzaqlaşdıqları müəyyən edilir. Məhkəmə zalında iştirak edən Şahid2 müdafiəçinin sualına cavab verərək bildirmişdir ki, videogörüntüdə 23:16:52-ci dəqiqədə ağ rəngli maşından torbanı götürərək qadınla birlikdə Təqsirləndirilən şəxs evinə girən şəxs o, özüdür. Ağ rəngli maşın Binqədi RPİ-nin 6-cı PB-nin maşınıdır, Təqsirləndirilən şəxs gəlini ilə münasibəti olmamış, Türkanla sonradan münasibəti olmuş, Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşı Anar müəllim ona demişdir ki, evdə qalsın və Türkanı tək qoymasın. Anar müəllim Binəqədi RPİ-nin 6-cı PBdə “Kiber” Cinayətkarlıqla Mübarizə İdarəsində işləyir. Anar müəllim Təqsirləndirilən şəxs gəlini Türkanın əlaqə nömrəsini vermişdir ki, həmin qapıda oxran kimi dayansın və onları gözləsin. Vəkil Müdafiəçi2 məhkəməyə təqdim etdiyi 1 ədəd fləşkartda olan audio yazıların dinlənməsi vaxtı, müdafiəçi bildirmişdir ki, səs yazılarının şərti olaraq A (Təqsirləndirilən şəxs gəlini Türkan Manaflıya aid olduğu) və B (polis əməkdaşı Şahid2 aid səs olduğu) bildirir. Proses iştirakçılarının etirazı olmadığından müdafiəçinin vəsatəti əsasında məhkəmə zalında quraşdırılmış kompyuter vasitəsilə fləşkartda olan AUDİO-2023-11-28- 18-59-35 adlı audio yazısına baxış keçirilir. Səs yazısında: …-«A: - Cəfər, indi məni, birinci səfər mən şahidlik edəcəm, mənə nə suallar veriləcək? Mən onu bilmirəm ha. B: - Heçnə, sənə sual veriləcək ki, qaynanan və yaxud da, hə də, qaynanan narkotik satışı edəndə sən bilirdin? A: - Mən nə deyəcəm? B: - Deyəcəksən ki, yox. Heç bir şeydən xəbərim yoxdur, mən ancaq evin Aiydim, fso. Yaxşı? A: - Hə, evin Aiydim, mən heç nə bilmirəm. Cəfər o sən gətirdiyin maddənin adı nə idi? O biri “kakos”, “patı” onları bilirəm. O birinin adı nə idi, sənin gətirdiyinin? B: - Nə idi? «Nəşə» idi. A: - Əsas odu srok alacaq? Mənə o maraqlıdı. B: - Əlbəttə. A: - Mənə maraqlıdır k, bu srok alacaq ya yox? Allaha and olsun, mən sənə ürəyimi açıram da, elə qorxuram ki, o məhkəmədə prokuror adamı biraz çaşdırır axı, adamın başına oyun açır ey, mən ərimdə görmüşəm. B: - Sən hamısına yox de, fso A: - Bilmirəm ey, bilmirəm. Anar dedi ki, orada tərəzi də çıxmışdı, 2 dənə tərəzi idi dedi. Dedi ki, səndən bunları da soruşacaqlar. Sən de ki, bilmirsən. Sən gətirəndə bura o bağlamada tərəzi və digərləri də içində idi? B: - Həə. A: - Allah axırımızı xeyir etsin. Bu iş bircə sağ-salamat qutarsın. B: - Söhbəti bağla da. Söhbəti qutar da. A: - Qorxuram da, baxma da, balaca bir şey olmayıb ey burada. Qorxuram da, nə edim? B: - Qorxan gözə çöp düşər. A: - Nə vecinə ey, sən əməliyyatçısan, nə hərliyirsən ey, ay səni yaramaz. B: - Həə, belə-belə işlər. Müdafiəçinin vəsatəti əsasında məhkəmə zalında quraşdırılmış kompyuter vasitəsilə fləşkartda olan AUDİO-2023-11-29-13-01-24 adlı audio yazısına baxış keçirilir. Baxış zamanı müdafiəçinin bildirdiyinə görə səs yazılarının şərti olaraq A (Təqsirləndirilən şəxs gəlini Türkan Manaflıya aid olduğu) və B (Səs yazısından Vaqif adlı şəxs olduğu müəyyən edilən şəxs) səs yazılarının iki nəfər arasında olduğu müəyyən edilir. Səs yazısında: A - Yox ee, adam ölsə bundan yaxşıdır. Sənə mesaj atmışdım, oxudun? B - Nədir ki? P*x yeyirlər, ölülərinin dirilərinin ağzına. Mən neynəmişəm ki, məndən şikayət etsinlər? Pul almamışam, eləməmişəm. A - Vaqif, onların vəkili B - Məni bağışla, mənim oğlumun ********* onların vəkili. Mən pul almamışam, eləməmişəm. Məndən nə şikayət edəcək? P**x yeyir ki, məndən şikayət edir. Ürəkləri hara istəyir oraya da şikayət etsin. A - Yox, onu demirəm. Onların vəkili ilə mənim sivyazım var, o mənə nə olmadı, hamısını yığır, deyir. B - Bildim ey, p*x yeyir ey, hara ürəkləri istəyir, ora da desinlər. Hara istəyirlər, hara. A - Bunlar yox, arvad şikayət verib, cavab gəlib ki, işə baxıldı. Prokurorluğa nə verib, deyim sənə. Güya Nazir onu döyəndə sən də orada olmusan. B - Hə A - Hə, onu bir yerdə döymüsünüz. B - Nazir onu döyəndə? A - Hə, Güya sən də orada olmusan. B - Qəti qorxusu yoxdur, əmi qurban. A - Həqiqi? B - Əmi qurban, qəti qorxusu yoxdur…. A - Daha gəlməyəcəksən? B - Sənə bir vəkil tapacam. Vecinə də alma, p*x yeyirlər. Vəkil tapacam sənə kömək etsin. A - İnşallah. Amma, Allah haqqı, Vaqif, Quran haqqı, hər şeydə sağol ki, yanımdasan, kömək edirsən. Ona görə dedim, yəni xəbərin olsun ki, onun döyülməsi artıq sənin boynundadır ha artıq. B - Sağol Müdafiəçinin vəsatəti əsasında məhkəmə zalında quraşdırılmış kompyuter vasitəsilə fləşkartda olan AUDİO-2023-11-29-13-09-43 adlı auidou yazısına baxış keçirilir. Baxış zamanı müdafiəçinin bildirdiyinə görə səs yazılarının şərti olaraq A( Təqsirləndirilən şəxs gəlini Türkan Manaflıya aid olduğu) və B (polis əməkdaşı Şahid1 aid səs olduğu) səs yazılarının iki nəfər arasında olduğu müəyyən edilir. Səs yazısında: A-Nazir arvadın qolları zadı nə gündə idi sən düz eləməmişdin ora prokuror zadda gəlmişdi sonra həkim zad .Kürdəxanıya milət tökülmüşdü ki, qadın pis döyülüb B-Ə cəhənnəmə gəlsində A-Amma Nazir bunu ağzın cırırsan, Anadan əmdiyi südü burnundan gətirirsən Müdafiəçinin vəsatəti əsasında məhkəmə zalında quraşdırılmış kompyuter vasitəsilə fləşkartda olan AUDİO-2023-11-29-13-21-59 adlı auidou yazısına baxış keçirilir. Baxış zamanı müdafiəçinin bildirdiyinə görə səs yazılarının şərti olaraq A( Təqsirləndirilən şəxs gəlini Türkan Manaflıya aid olduğu) və B (polis əməkdaşı Şahid1 aid səs olduğu) səs yazılarının iki nəfər arasında olduğu müəyyən edilir. Səs yazısında: A-Sadəcə deməyim odu ki ona adam vurar qarnına qıçına sən görünən yerlərinə eləmisən. Sənin üçün problem olacaq mənə nə mən döyməmişəm ki B-Onsuzda mənə heç bir problem zad olan deyil. Nə olacaqsada mənə olacaq sənin nəyivə lazımdı? A-İstəmirəm axı Nazir.Allah haqqı səni çox istəyirəm,Qurana and olsun səni çox istəyirəm.İstəmirəm olsun. Allah haqqı Nazir.Cıraramda bunları sənə nəsə olsa Qurana and olsun cıraram! B- A yox, mənə nə olacaq ki?Yaxşı eləmişəm nə etmişəmsə.Cinayətkardıda . Cinayətkarla nətəhər davranmaq lazımdı ki? Müdafiəçinin vəsatəti əsasında məhkəmə zalında quraşdırılmış kompyuter vasitəsilə fləşkartda olan AUDİO-2023-11-28-18-44-39adlı auidou yazısına baxış keçirilir. Baxış zamanı müdafiəçinin bildirdiyinə görə səs yazılarının şərti olaraq A( Təqsirləndirilən şəxs gəlini Türkan Manaflıya aid olduğu) və B (Səs yazısından Vaqif adlı şəxs olduğu müəyyən edilən şəxs) səs yazılarının iki nəfər arasında olduğu müəyyən edilir. Səs yazısında: A -Şeydi sən haçan orda olarsan bölmədə?Gəlib yanıva rahat söhbət eliyərdim -Mən o qurduğum oyunu yenə quracam buna -Mən Əjdərin planın qurum sənə deyəcəm qalan hərəkətə keçmək sənlik B -Oldu oldu yaxşı Müdafiəçinin vəsatəti əsasında məhkəmə zalında quraşdırılmış kompyuter vasitəsilə fləşkartda olan AUDİO-2023-11-28-19-09-26 adlı auidou yazısına baxış keçirilir. Baxış zamanı müdafiəçinin bildirdiyinə görə səs yazılarının şərti olaraq A( Təqsirləndirilən şəxs gəlini Türkan Manaflıya aid olduğu ) və B (Səs yazısından Vaqif adlı şəxs olduğu) səs yazılarının iki nəfər arasında olduğu müəyyən edilir. Səs yazısında: A-Məsələ orasındadı ki, mən sənə acıq danışacam B-Acıq danışdaa .Gəldə bura niyə gəlmirsən? Gələbilmirsən sən bura? A-Gələ bilmirəm də.Məni Biləcəridə görərlər bölməyə zada girən diyərlər həə sən vopşem indi sən bizim dalımızca nəsə eləməy istəyirsən B-Lap başqa yerdə görüşəriy.Lap danış problem deyil ,əzizim. Danış görüm.P*x yeyire görən.Bəyəm nə edirik ki biz? ..Buyur,əzizim,buyur danış A-Mən sənə deyimdə sənin işçin Nazirlə bu Aytən hamısın qatıblar bu alemi bir-birinə. B-Nazirlə Aytən? A-Hə,gətirib Aytən səs zad qoyub ortaya hamısın bütün üstü acıldı.Nazirlə görünən işlər zadlar hamısı indi o heç mənə marağlı deyile A-Mənim qaynatam yapışıb ki , mənim anam gildən and ola Allaha deyir ki,Mən sənin qızınla oğlum heç hərəsinə 5000 verib ordan çıxarmışam.Mən özümü cırıram ki, Ana Allah haqqı o orda 10,000.Deyir ki 10,000 Vaqifə vermişəm 12,200 sənin qızına görə aparıb vermişəm B-10,000 verib? A-Güya sənə 10,000 verib. Dedim Allah haqqı elə söhbət olmayıb B- Nalayiq ifadə işlədilir. 10,000 nədi ? Sən güya bilmirdin o bura nə verib? A-Bəs məndə onu deyirəmdə.Onu araya soxdu güya mənim üçündə 5000 -də mənim üçün verib… B-O p*x yeyir 10000. Orda bilmirəm 3min nə qədər pul olub .10000 nədi az?Xəstədi az o.Yalansa denən (nalayiq ifadələr işlənir)Eybi yox nolar?Çağirtdıram mən onu bura.Görüm 10000 kimə verib burda o A- Hə B-Bir qıraqda oturaq görümdə -görüm səs yazaq orda dinlə mənə ,dinlət mənə axırına çıxacam bu işin.Çünki mən Nazirə özüm kimi inanıram da.Nazir gedib həyatı boyu deməz ki ,Türkanə sizi satıb ,Türkanə iş verənlik edib. Həyatı boyu deyə bilməz də.Mən ona inanıram ,əzizim ,ona görə deyirəm A-Mənə Nazir qayıtdı dediki,Mən heç Nazir tanımırdım.Aytən gətirdi Nazirin nömrəsin verdi. Dedim vay Nazirin səsini eşidən kimi dedim bu mənim qaynanamı döyən oğlandı.Nazirlədə dalaşmışdım burda.Mən qorxurdum acıqı Nazirdən.Dedim Aytən bu oğlanı elə yox edirsən burdan .Mən bunla heç vaxt danışa bilmərəm.Nazir özü mənlə danışdı kı, ay Türkan olan olub. Dedim sözun acıqı mən səndən qorxuram qardaş. Sən arvadı o günə qoymuşdun mənə gör nə edərsən?Çünki bilirsən necə?Orda mənlədə dalaşıb məni atdı otağdan cölə.Hə dedim mən sənlə danışmaq istəmirəm B-Sən indi ərin olmadan necə ayrılırsan? A-Davernos (eytibarnamə) şeyə verib də.Davernusu adını sən de .Əjdərə verib .Yeke davernus veribdi həmdə Orxan çıxırda Orxana 7 il vermişdilər cevirdilər elədilər 2 il.Mayda çıxmalıdı maydan tez çıxaracaqlar B-Orxan sənin ərin? A-Həə B-Həə sənin ərin çıxdı.Anası ancaq qaldı içəridə A-Arvad qaldı içəridə .Heç nə əllərində heç nə yoxdu ki B-Orxanı bir də göndərəm.Əgər yalan deyirlərsə darıxma A-Bax budu B-Mən başa salaram onu .10,000 nədi a? 10,000 nədi? A-Özümü cırıra mee deyirəm sizin başınız xarabdı? 10,000 nədi a? 10,000 özüdə.Bilirsən nə deyir? Qayıdır ki, 10,000 ver 5000 oğlan üçün 5000 qız üçün ver . Plusdakı gedib 1200 başqa.Dedim ki 1200 oğlun müstəntiqi üçün vermisən də B- Yox, o 1200 müstəntiqə verib.Burda da bilmirəm 4000 nə qədər pul verib.Ə p*x yeyir A-Əəə bunlar şərəfsiz insanlardı. Mənim hələ də hayfım qalıb.İndi özlüyümdə Allah haqqı deyirəm Naziri çağırıb əllərindən-ayaqlarından öpəcəm ki sən yaxşı ki əzmisən (Nalayiq ifadə işlənir)…Nəsə eləməy olar onlara? Onlar mənə çox protiv getsə B-Eliyərik eliyərik …Sənədlər stolun üstündə Qurana and olsun.Eliyərik inşAllah eliyərik A-Heç nə özündə muqayət ol .Öpdüm səni B- məndə məndə ,əzizim, məndə Şahid X20 ilə Nazir, Vaqif, Cəfər və Anar adlı şəxslərlə telefon əlaqələrin olubolmamasını müəyyən etmək üçün müdafiəçinin vəsatəti əsasında məhkəmə kollegiyası qərarlar çıxararaq ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-** və ***-***-**-** mobil nömrələrin kimin adına rəsmiləşdirilməsi, SMS mətnlərinin açıqlamaları və zənglər haqqında məlumatlar götürülmüşdür. Cavab məktubları tədqiq olunaraq aşağıdakılar müəyyən edilmişdir: -"xxxx" MMC-dən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olan məktuba əsasən ***-***-**-** mobil nömrəsi Binəqədi RPİ 6-cı PB-nin cinayət atxarış üzrə əməliyyat müvəkkili Şahid2 məxsusdur. -"xxxx" MMC-dən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olan məktuba əsasən ***-***-**-** mobil nömrəsi Binəqədi RPİ-nin Kiber Cinayətkalıqla Mübarizə İdarəsinin əməkdaşı X16 məxsusdur. -"xxxx" MMC-dən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olan məktuba əsasən ***-***-**-** mobil nömrəsi Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət atxarış üzrə əməliyyat müvəkkili Şahid1 məxsusdur. -"xxxx" MMC-dən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olan məktuba əsasən X9 istifadəsində olan ***-***-**-** mobil nömrəsi X26 məxsusdur. -"xxxx" MMC-dən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olan məktuba əsasən ***-***-**-** mobil nömrəsi Binəqədi RPİ-nin 6-cı PB-nin müavini X21 məxsusdur. Məhkəmənin təşəbüsü ilə, məhkəmənin 29 noyabr 2023-cü il tarixli qərarı ilə X11 məxsus və istifadəsində olan «Xiaomi POCO X3» modelli telefon götürülərək tədqiqat üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinnin 17 yanvar 2024-cü il tarixli 3-16-16/2-5/1737/2024 nömrəli məktubla göndərilmiş həmin tarixli 5/1737 nömrəli ekspert rəyinin 3-cü bəndində qeyd edilmişdir ki, tədqiq olunan «Xiaomi POCO X3» modelli telefon mobil yaddaşında ***-***-**-**; ***-***-**-**; ***-***-**-** və ***- ***-**-** mobil nömrələrlə aparılmış yazışmalar seçilərək «Ekspertiza 5-1537» adlı qovluğda xarici yaddaş qurğusuna (fleşkart) köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Rəyə əlavə edilmiş «Ekspertiza 5-1537» adlı qovluqda xarici yaddaş qurğusu (fleşkart) tədqiqi nəticəsində aşağıdakılar müəyyən edilmişdir: -***-***-**-** ("xxxx" MMC-dən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olan məktuba əsasən mobil nömrəsi X22 adına rəsmiləşdirilmiş, lakin X9 istifadəsindədir) mobil nömrəsi ilə ***-***-**-** ("xxxx" MMC-dən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olan məktuba əsasən mobil nömrəsi Şahid1 məxsusdur) arasında müxtəlif tarixlərdə; ***-***-**-**- (Şahid1) «Heç kim olmur axşam yanında» «Tək olmursansa» ***-***-**-**- (X20) «Səsin üçün darıxmışdım» ***-***-**-**- (X20) “Döyülməkdən şikayət vermişdilər başın ağrımadı?”,”Vəkil dedi orda çaxnaşma olub”, “Arvad özüdə məni yığmışdı sənə dedimdə mənlə dalaşdı dedi o Naziri də biabr elədim” “Məni döydüyünə görə” ***-***-**-**- (Şahid1) p“*x yeyir”, “o kimdi məni biabr eləsin” “ boş ver ee onu” ***-***-**-**- (X20) “Allah işini avand eləsin .Bolluca narkoman tut” ***-***-**-**- (Şahid1) «Mənə deyirsən ki, ayrılmısan Orxanla amma paltar yuyub asırsan onların evində»… ***-***-**-**- (X20)«Məhkəmə başlayıb mənə dedilər ona şahidlik et evdə heçnə olmayıb» “Dedim menlik deyil ede bilmerem” ***-***-**-**- (Şahid1)“ düz demisən” “deli” ***-***-**-** (Şahid2) «Türkan sənin üçün həm narahat oluram, həmdə nədəndisə darıxıram səndən ötrü…ağlımdan çıxmırsan, hərdəfə ağlıma gəlirsən…ürəyim necəsən…darıxmışam…nəolarki bir gün vaxt edərdik…görüşərdik… xx.xx.2023-cü il tarixdə ***-***-**-** (Şahid2) «sabah qaynanavın məhkəməsidir» ***-***-**-**- (X20) «Məhkəməyə cıxmalısan …gəlməlisən…» X12 adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəsi və X17 adına rəsmiləşdirilmiş ***- ***-**-** mobil nömrələri ilə ***-***-**-** X20 arasında vatsap danışıqları qeydə alınmışdır. Həmin danışıqlarla əlaqədar məhkəmə iclaslarında əlavə şahid qismində dindirilmiş X20 proses iştirakçılarının suallarını cavablandıraraq göstərmişdir ki, ***-***-**-** mobil nömrəsi onun şəxsi nömrəsidir. Onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə polis əməkdaşları ilə danışmışdır. O, mobil telefonunda Baş İdarədə Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Anarın adını “kiber” olaraq qeyd etmişdir. Anar ***-***-**-** mobil nömrəsindən istifadə edir. Vaqif Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin müavinidir. Vaqif ***-***-**-** mobil nömrəsindən istifadə edir. Onun Anarla münasibəti 2022-ci ilin təxminən son aylarında başlamışdır. O, Anarla Binəqədi RPİ-ə uduzduğu pulla bağlı müraciət etməyə gedərkən tanış olmuşdur. Onlar qaynı Əjdər Manaflının işi ilə bağlı 4.000 manat pulu müavinin özünə vermişlər, 1200 manatı qaynatası ilə İdarəyə aparmışlar və Vaqif pulu onlardan alıb müstəntiqə vermişdir. O, 2023-cü ilin may ayından əvvəl yalnız Anarla danışmışdır. O, 21 may 2023-cü tarixdən sonra davamlı olaraq Cəfər, Nazirlə danışmış və ən son onlarla məhkəmə iclası keçirilən gün, yəni 06 dekabr 2023-cü il tarixinə kimi danışmışdır. Növbəti məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X20 proses iştirakçılarının suallarını cavablandıraraq göstərmişdir ki, o, polislərə zəng etmiş, polislər də ona zəng etmişdirlər. O, Cəfər, Anar, Nazir və Vaqif adlı polis əməkdaşları ilə telefonda da danışırmış, “Whatsapp” sosial şəbəkəsi üzərindən də zəng edərək danışırmış. O, Cəfər, Anar, Nazir və Vaqif adlı polis əməkdaşları ilə Təqsirləndirilən şəxs barəsində danışırmış və həmin polis əməkdaşları ilə öz telefonunda danışarkən qaynı X23 telefonunda səs yazma proqramını qoşub bütün səsləri yazmışdır. Yəni o, polis əməkdaşları ilə olan danışıqlarını öz telefonuna yox, qaynının telefonuna yazmışdır. O, Cəfər, Anar, Nazir və Vaqif adlı polis əməkdaşları ilə telefonda da danışırmış, “Whatsapp” sosial şəbəkəsi üzərindən də zəng edərək danışırmış. İş üzrə əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs gəlini Türkan Manaflı ilə hazırki cinayət işi üzrə təqsrləndirilən şəxsin üzərində keçirilmiş əməliyyat tədbirlərində iştirak etmiş bir neçə polis əməkdaşlarının Təqsirləndirilən şəxs həbs olunması ilə bağlı mobil telefon vasitəsilə aparılmış danışıqlarda səs və nitqlər kimə məxsus olunması üçün məhkəmə kollegiyası dövlət ittihamçısının vəsatəti əsasında 03 may 2024cü il tarixdə məhkəmə-fonoskopik ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 24 iyun 2024-cü il tarixli 3-16-16/2-4/661-4/746 nömrəli məhkəmə-fonoskopik ekspert rəyinin nəticə hissəsindən görünür ki: - ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid2 məxsusdur; -ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi X21 məxsusdur; -ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş mətnlərində «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1 məxsusdur; -ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında olan fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi X11 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd fleş yaddaş kartında olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmadı. Məhkəməyədək icraat zamanı (i.v.163-164) və məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrin ona məxsus olması barədə kamera qarşısında söyləməsi üçün polis əməkdaşları onu döyərək, işgəncələr vermişlər. Cinayət işinin 122-123-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X5 30 iyun 2023-cü il tarixli 283-S-23 nömrəli material üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi öz təsdiqini tapmayaraq, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə kollegiyası öz təşəbüssü ilə işkəncə faktının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8”sorğular göndərilmişdir. Sorğulara cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 02 dekabr 2023-cü il tarixli 2-16-17/38/2-8220 nömrəli məktubundan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı onun hər iki bazu və said nahiyəsində müxtəlif ölçülü, çox sayda tünd bənövşəyi rəngdə qançırlar, hər iki bilək nahiyəsində halqavarı izləri qərtməkli yaralar müşahidə olunmuşdur. Həmin xəsarətlər tibb kitabçasının təsdiq olunmuş kserosurətində öz əksini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X15” X31 15 aprel 2024-cü il tarixli 785 nömrəli məktubuna əlavə edilmiş 16 iyun 2023-cü il tarixli 1106 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər iki bazu və said nahiyəsində müxtəlif ölçülü, çox sayda tünd bənövşəyi rəngdə qançırlar, hər iki bilək nahiyəsində halqavarı izləri qərtməkli yaralar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 21 may 2023-cü il tarixdə əmələ gələ bilərdi. Avropa Məhkəməsi «Layicov Azərbaycana» qarşı işdə (10 aprel 2014-cü il) Yüksək Məhkəməsi qeyd etmişdr ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özüözlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırması üçün bütün zəruri sübutlar tədqiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə işgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti prokurorluğun qərarına görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini araşdırmalıdır. Həmçinin, Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvesiyasının müddəalarına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin hüquqlarının pozulması ilə əldə olunmuş və digər sübutlarla təsdiq olunmayan etirafedici ifadəsi ona qarşı irəli sürülmüş ittihamın təsdiqi üçün sübut növü kimi qəbul edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsi istintaq və ya digər prossesual hərəkətlərin icraatın qaydalarının kobud pozuntularla müşayiət olunması ilə əldə edilən məlumatların sübut kimi qəbul edilməsini istisna edir. «Ğerbera Messeqe və Habordo İspaniyaya qarşı» işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə görə insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsində göstərilir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar qeyri-insanı, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmış məlumatlar sübut kimi qəbul edilə bilməz. Bundan başqa, cinayət işinin 50-50-A vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 5 (001)-1181/2023 nömrəli qərarından görünür ki, Azərbacan Respublikası DİN Bakı şəhəri, Binəqədi RPİ-nin 6-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1-vətəndaş Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 21 may 2023-cü il tarixli qərarının qanunliyinin yoxlanılmasına dair müraciəti yoxlanılaraq faktiki olaraq Təqsirləndirilən şəxs ətrafında heç bir əməliyyat-axtarış tədbirləri keçirilmədiyindən müraciət geri qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarında qeyd edilir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə aparıldığından məhkəmə belə hesab edir ki, cinayət işinin 28-29-cu vərəqələrində olan axtarış və götürmə haqqında protokol, 36-38-ci vərəqələrində olan baxış protokolu, 53-55 və 77-80-ci vərəqələrində olan Təqsirləndirilən şəxs dindirmə protokolları mötəbər sayıla və ittiham sübutu kimi qiymətləndirilə bilməz. Məhkəməyədək icraat zamanı ibtidai istintaq araşdırmasını aparan müstəntiq ittiham aktını tərtib edərək Təqsirləndirilən şəxs ittihamda təqsirli bilmədiyi halda, güya elan olunmuş ittihamda özünü təqsirli bilməsini, Manafovanın etirafedici ilkin dindirmə protokolunun köçürülməsi ilə kifayətlənmişdir. Bu isə Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 289.3.3-cü maddəsində qeyd edilmişdir ki, müstəntiq ittiham aktında təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlara istinad etməlidir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X33rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan bəraətverici əsasla (cinayət hadisəsi olmaması) imtina etmişdir. Dövlət ittihamçısı müraciətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülsə də, qeyd edilən ittihamla bağlı cinayət hadisəsinin baş verməsi sübuta yetirilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Cinayət Prosessual Məcəlləsinin cinayət təqibinə xitam verilməsi qaydasından bəhs edən 41-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır (CPM-nin 43.1, 43.1.1-ci maddələri). Cinayət-Prosessual Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamdan məhkəmə baxışı zamanı imtina edən dövlət ittihamçısının mövqeyini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü və 314.2-cü maddələrinin tələblərinə uyğun hesab edir və bu səbəbdən də belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının ittihamdan imtina etməsi qanuni və əsaslı olduğundan cinayət işinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustağlığı» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrinə əsasən Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs, qanunsuz həbs olunmuş şəxs və cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq Cinayət Prosessual Məcəlləsinin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması Təqsirləndirilən şəxs izah olunmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 3,017 qram və 285,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis), 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra həmin narkotik vasitə ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna göndərilməli və göstərilən narkotik vasitə həmin işin materiallarına əlavə edilməlidir. “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin, habelə Təqsirləndirilən şəxs yaşadığı “Evə baxış keçirilməsi və götürmə” istintaq hərəkətinin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 140 manat (yüz qırx manat) ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməli və həmin pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1, 39.3, 43.1, 43.1.1, 314.2, 344-347, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının ittihamdan bəraətverici əsasla imtina etməsi səbəbindən cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustağlığı» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 3,017 qram və 285,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis), 02 ədəd elektron tərəzi qərar qanuni qüvvəsini aldıqdan sonra həmin narkotik vasitə ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna göndərilsin və göstərilən narkotik vasitə həmin işin materiallarına əlavə edilsin. “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin, habelə Təqsirləndirilən şəxs yaşadığı “Evə baxış keçirilməsi və götürmə” istintaq hərəkətinin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan bir ədəd CD-R disk, həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəməyə təqdim edilmiş xarici yaddaş qurğusu (fləşkart) və məhkəmə iclasında dindirilmiş və üzərinə müvafiq adlar qeyd edilmiş, ekspertizaya təqdim edilmiş X27, Şahid1, Şahid2 və X9 hər birinə məxsus sərbəst nümünələrini əks etdirən xarici yaddaş qurğusunda (fləşkart) cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. 01 ədəd Samsung Galaxy A20 markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 140 (yüz qırx) manat ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin və həmin pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Azad Məcidov Hakimlər Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar