Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-833/2020 21.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri X7, Allahmanov Şöhrət Nəbi oğlunun, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi X1 iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, AR-sı ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə, xx xxxxxxx 2002-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı İdarəetmə və Texnologiya Kollecinin İİİ kurs tələbəsi, subay, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 10-də yaşamış, AR-sı ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1, Şabran rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay sınaq müddəti ilə şərti məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən, götürülmədən və sınaq müddəti başa çatmadığı halda, yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinin sürücüsünə basqın etməklə nəqliyyat vasitəsini ələ keçirməyi təklif edərək ələ keçirilmiş həmin nəqliyyat vasitəsini satıb əldə edəcəyi puldan ona da verəcəyini vəd etməklə ağır cinayətin törədilməsinə sövq edərək cinayətkar fəaliyyətə cəlb edib onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2020-ci il tarixdə saat 04 radələrində ünvan 4 ünvanın qarşısına «İnşaatçılar» metrostansiyasının yaxınlığına gələrək taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs məxsus “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşib həmin avtomobili Yasamal rayonu, X.Dadaşov küçəsi ev 227 ünvanının qarşısına sürdürmüş, orada Təqsirləndirilən şəxs2lə avtomobildən düşərək, həmin küçədən tapdığı içərisində kaktus adlanan bitki əkilmiş plastik materialdan hazırlanmış vedrəni götürüb avtomobilin yük hissəsinə qoymaq istədiyini sürücü Zərərçəkmiş şəxs bildirmiş, sonuncu avtomobilin sükanı arxasından yerə düşüb onlara kömək etmək istəyərkən Zərərçəkmiş şəxs hücuma məruz qoyub həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək ayaqla, əllə və avtomobilin yük yerinə qoymaq adı ilə gətirdikləri içərisində kaktus bitkisi əkilmiş vedrəni silah qismində istifadə edilən əşya kimi tətbiq edərək qəsdən Zərərçəkmiş şəxs vuraraq ona burun sıyrığı, sağ mil-bilək oynağının şişkinliyi kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən və sağ qaş nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək sonuncunun müqavimətini qırıb dəyəri 10000 manat olan avtomobili və avtomobilin salonunda günlük hissədə olan Zərərçəkmiş şəxs məxsus 210 manat pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 10210 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri Yasamal rayonu, “İnşaatçılar” metrostansiyası yaxınlığına gələrək taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək həmin avtomobili Yasamal rayonu, X.Dadaşov küçəsi ev 227 ünvanının qarşısına sürdürərək orada tanışı Təqsirləndirilən şəxs1lə avtomobildən düşərək, həmin küçədən tapdıqları içərisində kaktus adlanan bitki əkilmiş plastik materialdan hazırlanmış vedrəni götürüb avtomobilə yaxınlaşaraq Zərərçəkmiş şəxs həmin vedrəni avtomobilin yük yerinə qoymaq istədiklərini bildirib onlara kömək etməsini istəmiş, sonuncu avtomobilin sükanı arxasından yerə düşüb Təqsirləndirilən şəxs2lə vedrənin hərə bir tərəfindən tutmaq istədikdə Zərərçəkmiş şəxs hücuma məruz qoyub həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək ayaqla, əllə və avtomobilin yük yerinə qoymaq adı ilə gətirdikləri içərisində kaktus bitkisi əkilmiş vedrəni silah qismində istifadə edilən əşya kimi tətbiq edərək qəsdən Zərərçəkmiş şəxs vurub ona burun sıyrığı, sağ mil-bilək oynağının şişkinliyi kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən və sağ qaş nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək sonuncunun müqavimətini qırıb dəyəri 10000 manat olan avtomobili və avtomobilin salonunda günlük hissədə olan Zərərçəkmiş şəxs məxsus 210 manat pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 10210 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Siyəzən rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilib 200 manat cərimə cəzası ilə əvəz edilmişdir. Təyin edilmiş cərimə cəzasının 100 manatını ödəmiş, lakin 100 (yüz) manatını isə ödəyə bilməmişdir. Şabran rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cəzalar Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsi ilə birləşdirilərək ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 100 (yüz) manat miqdarında cərimə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində 100 manat cərimə cəzasını tamamilə ödəyib qurtarmışdır. xx xxxxxx 2020-ci il tarixdə Siyəzən rayonunda olarkən əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2lə rastlaşmış, Elşad ona 2 günlük rayona gəlib, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərinə qayıdacağını demişdir. O da, ona Bakı şəhərinə getmək istədiyini, bildirmiş, bundan sonra xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə çatdıqdan sonra Elşadın kirayədə yaşadığı ünvan 7 ünvanına getmiş, həmin mənzildə pivə içib söhbət edərkən ona Bakı şəhərinə gəlməkdə məqsədi telefon almaq istədiyini bildirmişdir. Onlar birlikdə çölə çıxmış, çölə çıxmaqda məqsədləri bir az gəzmək olmuş, bu məqsədlə də təxminən saat 23.30 radələrində Elşadla birlikdə piyada “Gənclik” metrostansiyası istiqamətində getmişlər. Onlar “Gənclik” metrostansiyasınin ətrafında təxminən 2-3 saat gəzdikdən sonra “İnşaatçılar” metrostansiyası tərəfə getmək qərarına gəlmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 03.30 radələrində “Gənclik” metrostansiyasının yaxınlığında hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşmişlər. Yolda taksi sürücüsü ilə söhbət edərkən həmin sürücü yaşadıqları Siyəzən rayondan olduğunu bildirmiş, nə o, nə də Elşad həmin sürücünü tanımamışlar. Daha sonra Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən 2 saylı tibb kollecinin qarşısında Elşadla birlikdə taksidən düşmüşlər. Bundan sonra onlar “İnşaatçılar” metrostansiyası istiqamətində piyada getməyə başlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində “İnşaatçılar” metrostansiyasının qarşısına çatmışlar. Həmin vaxt orada qara rəngli “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Elşada ilk əvvəl həmin avtomobilə yaxınlaşaq sürücüsünə “Memar Əcəmi” metrostansiyasının yaxınlığına ev əşyası aparmaq istədiklərini bildirməyi lazım olduğunu demişdir. Bundan sonra Elşadla taksi sürücüsünə yaxınlaşaraq “Memar Əcəmi” metrostansiyasının yaxınlığına ev əşyası aparmaq lazım olduğunu bildirmiş, sürücü etiraz etməyərək onlarla razılaşmışdır. O, həmin avtomobilin qarşı oturacağında, Elşad isə arxa oturacağında əyləşmiş, sürücüdən Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Bravo” marketin arxa hissəsində yerləşən küçədən əşya götürməyini bildirib avtomobili həmin küçəyə sürməyini xahiş etmişdir. Həmin vaxt onlar xidmət qarşılığında nə qədər pul məbləği ödəyəcəklərini sürücüyə əvvəlcədən bildirməmiş, ora çatandan sonra avtomobildən düşərək sürücüyə 2 manat pul vermiş və əşyanı götürənədək bir müddət gözləməyini ondan xahiş etmişdir. Təxminən 7-8 dəqiqə gözlədikdən sonra onlar avtomobilə qoymaq üçün küçədə bir ədəd içərisində kaktus olan plastik vedrə tapmış, sonra sürücüyə yaxınlaşmışlar. Elşad sürücü tərəfdən qapını açaraq avtomobili arxaya tərəf sürməyini bildirmiş, sürücü gedib qabaqdan dönüb qayıdacağını desə də lakin Elşad sürücüyə avtomobilini “ver arxaya əşyanı götürək”-demişdir. Sürücü avtomobilini arxaya tərəf sürmüş və Xəqan Dadaşov küçəsinə döndükdən sonra avtomobili saxlamağı bildirmiş, sürücü avtomobili saxladıqdan sonra yük yerini (baqaj) açmışdır. O, belində ağrıları olduğunu bildirmiş və sürücüdən onlara köməklik göstərməyini xahiş etmiş, sürücü Elşada köməklik üçün vedrəni götürmək məqsədi ilə əyildikdə o, sağ ayağı ilə həmin şəxsin üz nahiyəsinə bir təpik zərbəsi endirmiş, Elşad isə yumruğu ilə sürücünün başının arxa nahiyəsindən vurmuşdur. Sürücü müvazinətini itirərək yerə yıxılan zaman, sağ ayağı ilə həmin şəxsin yerdə olan sağ əlinə zərbə endirmiş, həmin şəxs özünə gəlməmiş o, avtomobilin sükanı arxasına əyləşib avtomobilin üstündə olan açarı ilə işə salmış, Elşad da avtomobilin arxa sağ tərəfindən əyləşmiş o avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Bundan sonra onlar Dərnəgül istiqamətində hərəkət etdikdən sonra Nəsimi rayonu “Papanin” adlanan yerə gedib avtomobili küçələrin birində saxlamışlar. Onların məqsədi o, olmuşdur ki, imkan olanda avtomobili sürüb Siyəzən rayonuna aparsınlar, onların əsas məqsədləri avtomobili sürmək olmuşdur. O, avtomobilin günlüyünü yoxladıqda oradan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 2 ədəd avtomobili idarə etmək üçün etibarnamə və nəqliyyat vasitəsinin şəhadətnaməsi olduğunu aşkar etmişdir. Nəqliyyat vasitəsinin şəhadətnaməsini qaytarıb günlüyə qoymuş, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 2 ədəd avtomobili idarə etmək üçün etibarnaməni isə götürərək avtomobildən düşmüşlər. Sonra avtomobilin qapılarını açarla bağlamış, bundan sonra Elşadın kirayədə yaşadığı ünvana tərəf piyada gələndə yolda xatırlamadığı yerdə zibilliyin yanından keçərkən avtomobildən götürdüyü şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və 2 ədəd avtomobili idarə etmək üçün etibarnamələri zibil yeşiyinə atmışdır. Elşadın kirayədə yaşadığı mənzilə qayıdaraq orada yataraq, təxminən saat 08 radələrində yuxudan qalxmışlar. O, şəxsi işləri olduğunu, axşam qayıdacağını və ələ keçirdikləri avtomobili Siyəzən şəhərinə aparacağını deyib mənzildən çıxıb getmiş, həmin vaxtı onun və Elşadın pulu olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhərində fərdi əməklə məşğul olan tanışı Siyəzən şəhər sakini Şahid1 zəng edib avtomobil aldığını, avtomobillə Siyəzənə qayıdacağını, yanacaq tökməyə pulu olmadığını və ona borc pul verməsini xahiş etmişdir. Şahid1 da ona 10 manat pulu olduğunu, ona yalnız 10 manat borc verə biləcəyini bildirmiş, eyni zamanda İlham Siyəzənə gedəcəyini, ona verəcək 10 manat pulun müqabilində onu da, Siyəzənə aparmağını xahiş etmiş, o da ona etiraz etməmişdir. Şahid1 ona Nəsimi rayonu 3-cü Alatavada yerləşən “dəmir pilləkən” adlanan yerə gəlməyini bildirmiş, lakin o, Şahid1 dediyi yerə gedə bilmədiyi üçün təxminən saat 21:30 radələrində İlhamın ***-***-**-** «whatsapp» mobil telefon nömrəsinə zəng edərək gecikdiyini, «malış»ın, yəni Təqsirləndirilən şəxs2 gələcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 də mobil telefonun «whatsapp» nömrəsinə zəng edərək avtomobilə yanacaq tökmək üçün İlhamdan pul istədiyini, İlham ona 10 manat borc verəcəyini, İlham da onunla birlikdə Siyəzən şəhərinə qayıdacağını, hal-hazırda İlhamın Nəsimi rayonu 3-cü Alatavada yerləşən “dəmir pilləkən” adlanan yerdə gözlədiyini, onunla görüşüb yaşadığı mənzilə aparmağını tapşırmışdır. Elşad da ona etiraz etməmiş, o, yenə də Şahid1 zəng edib gecikdiyindən, ora Elşadın gələcəyini bildirmişdir. Həmin gün təxminən saat 23.30 radələrində Elşadın kirayə yaşadığı mənzilə qayıtmış, artıq Elşad İlhamla görüşüb Elşadın kirayə yaşadığı mənzilə qayıtmışlar. Orada Şahid1la görüşmüş, mənzildə oturub az müddət söhbət etdikdən sonra xx.xx.2020-ci il tarixdə təxminən saat 01 radələrində onlar mənzildən çıxıb piyada Elşadla ələ keçirdikləri avtomobili saxladıqları Nəsimi rayonu “Papanin” adlanan küçəyə gəlmişlər. Onların məqsədləri həmin qaçırdıqları avtomobili Siyəzən şəhərinə aparmaq olmuş, lakin Şahid1 onlar həmin avtomobili ələ keçirməkləri barədə heç bir məlumat verməmişlər. O və Elşad İlhama həmin avtomobili kiçik nasazlıqlarına görə Gəncə şəhərindən 2000 manata aldıqlarını bildirmişlər. Avtomobilin yanına çatanda təxminən saat 01 radələri olmuş, üzərində olan açarla avtomobilin qapısını açdıqdan sonra avtomobilə əyləşmişlər və təxminən 1 dəqiqə sonra polis əməkdaşları avtomobilin ətrafını dairəyə almış və onların hər üçünü Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər, o və Təqsirləndirilən şəxs2 avtomobili ələ keçirdiklərini etiraf etmişlər. Lakin Təqsirləndirilən şəxs2lə birlikdə ələ keçirdikləri “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaqcadan və ya hadisədən sonra satacaqları şəxs olmamış, avtomobili qaçırmaqda məqsədləri yalnız avtomobili sürmək olmuşdur. Təqsirləndirilən şəxs2lə aralarında avtomobili hissələrə bölüb hissə-hissə satacağı, ya da avtomobili satıb pul əldə edəcəyi və həmin puldan ona da verəcəyi barədə söhbət olmamışdır. Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** simkart nömrəsi ilə əlaqə saxlamış, Şahid1la xx.xx.2020-ci il tarixdə təxminən saat 21-22 radələrində mobil telefonunda istifadə etdiyi ***-***-**-** nömrəsi ilə əlaqə saxlayaraq aralarında zənglər və «Whatsapp» yazışmaları olmuşdur. Təqsirləndirilən şəxs2 hədə-qorxu gəlməmiş, ona fiziki və psixi təsirlər tətbiq etməmiş, onu aldatmamış və yalan vədlər verməklə cinayət törtməyə sövq və təhrik etməmiş, cinayətkar fəaliyyətə cəlb etməmişdir. Həmin plastmas vedirə istintaq zamanı ona tanımaya təqdim edilmiş və o, həmin plastmas vedrəni tanımışdır. Ona görə də, özünü Azərbaycan Respublikası CM-nin 170 və 181-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilmir, özünü CM-nin 185-ci maddəndə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilir. Bildirmişdir ki, hal-hazırda etdiyi əməldən səmimi peşmandır və gənc olmasının nəzərə alınaraq məhkəmədən onun barəsində mümkün qədər aşağı həddə cəza təyin etməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 8 ünvanında qeydiyyatda olmaqla və ünvan 7 ünvanında yaşamışdır. 2017-ci ildə Siyəzən şəhərində yerləşən 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirərək həmin ildə də Bakı İdarəetmə və Texnologiya kollecinə qəbul olmuş, hazırda həmin kollecin 3-cü kurs tələbəsidir. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərindən Siyəzən şəhərinə ailəsinin yanına getmiş, Siyəzən şəhərində olarkən əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə rastlaşmışdır. Təqsirləndirilən şəxs1 söhbət zamanı Bakı şəhərinə gedəcəyini, ona da Bakı şəhərinə qayıdarkən onunla birlikdə getməyi təklif etmiş, o da etiraz etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Tehranla birlikdə Siyəzən şəhərindən Siyəzən-Bakı marşrutu ilə hərəkət edən yol maşınlarından birinə əyləşərək saat 18 radələrində Bakı şəhərinə çatmışlar. Bakı şəhərinə çatdıqdan sonra Tehranla birlikdə kirayədə yaşadığı ünvan 10 ünvanına gəlmişlər. Yaşadığı mənzildə çay içib söhbət edərkən Tehran Bakı şəhərinə gəlməkdə məqsədi avtomobil qaçırıb aparıb sürmək olduğunu bildirmişdir. O da Tehranla razılaşmışdır. Tehran avtomobili haradan və necə qaçırmaq barədə fikirləşmiş və daha sonra “Gənclik” metrostansiyası istiqamətində gedərək orada taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilinə əyləşib müəyyən istiqamətə sürdürdükdən sonra sürücünü avtomobildən düşürdükdən sonra avtomobili ələ keçirib qaçıracaqları qərarına gəlmişlər. Bu məqsədlə yaşadığı mənzildən çıxıb saat 23.30 radələrində piyada “Gənclik” metrostansiyası istiqamətə tərəf gələrək həmin metrostansiyanın ətrafında təxminən 2-3 saat gəzdikdən sonra “İnşaatçılar” metrostansiyası tərəfə getmək qərarına gəlmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 03.30 radələrində “Gənclik” metrostansiyasının yaxınlığında markasına və dövlət qeydiyyat nişanına diqqət yetirmədiyi və sürücüsünü tanımadığı taksi avtomobilinə əyləşmişlər. Yolda taksi avtomobilinin sürücüsü ilə söhbət edərkən Siyəzən rayon sakini olduğunu bildirdiyindən ona qarşı hər hansı bir cinayət əməli etməkdən daşınmışlar, lakin həmin taksi avtomobilinin sürücüsünün adını soyadını soruşmamışlar. Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən 2 saylı tibb kollecinin qarşısında Tehranla birlikdə həmin taksi avtomobilindən düşmüşlər. Daha sonra isə “İnşaatçılar” metrostansiyası istiqamətində piyada hərəkət etmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində “İnşaatçılar” metrostansiyasının qarşısına çatmışlar. Həmin vaxt orada qara rəngli “Chevrolet Aveo” markalı **- NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Avtomobilə yaxınlaşmamışdan əvvəl Tehran ona ilk əvvəl avtomobilə yaxınlaşıb sürücüyə “Memar Əcəmi” metrostansiyasının yaxınlığına ev əşyası aparmaq istədiklərini deməsini bildirmişdir. Həmin avtomobilin sürücüsünə yaxınlaşıb bu barədə bildirdikdə onlarla razılaşmış, Tehran qarşı oturacaqda sürücünün yanında, o isə, arxa oturacaqda oturmuşdur. Tehran sürücüyə ev əşyasını A.M.Şərifzadə küçəsində yerləşən “Bravo” marketin arxa hissəsində yerləşən küçədən götürməli olduğunu bildirmiş, həmin küçənin qaranlıq və səssiz olduğunu əvvəlcədən bilmişlər. Taksi sürücüsü Tehranın dediyi kimi avtomobili idarə etmiş və sürücünü avtomobili istədikləri yerə “Bravo” marketin arxasındakı küçəyə sürdürmüşlər. Həmin vaxt onlar taksi sürücüsünə xidməti qarşılığında nə qədər məbləğdə pul ödəyəcəklərini bildirməmiş, avtomobildən düşərək sürücüyə 2 manat pul vermişlər. Bundan sonra onlar sürücüdən əşyanı götürənədək bir müddət gözləməyini xahiş etmişlər. O, avtomobilin yanında təxminən 7-8 dəqiqə gözlədikdən sonra Tehran avtomobilə qoymaq üçün küçədən bir ədəd içərisində kaktus bitkisi əkilmiş plastik vedrə tapmış, o isə, sürücü tərəfdən qapını açaraq avtomobili arxaya tərəf sürməyini bildirmişdir. Sürücü gedib qabaqdan dönüb qayıdacağını dedikdə ona avtomobili “ver arxaya əşyanı götürək”-demişdir. Taksi sürücüsü avtomobili arxaya tərəf sürmüş, Xəqan Dadaşov küçəsinə döndükdən sonra avtomobili saxlamağını bildirmişlər. Sürücü avtomobili saxladıqdan sonra yük yerini (baqaj) açmış, Tehran taksi sürücüsünə belində ağrıları olduğunu, ona köməklik göstərməyini xahiş etmişdir. Sürücü Tehrana köməklik üçün vedrəni götürmək məqsədi ilə əyildikdə Tehran sağ ayağı ilə həmin şəxsin ayaq nahiyəsinə vuraraq yerə yıxaraq vedrə ilə baş nahiyyəsinə vurmuşdur. Elə həmin vaxt o da, təpiklə sürücünün sağ ayaq nahiyəsindən vurmuş bundan sonra Tehran, sürücünün sağ əlinə təpiklə zərbə endirmişdir. Sonra həmin şəxs özünə gəlməmiş Tehran avtomobili işə salmış, o da, avtomobilin arxa sağ tərəfindən avtomobilə əyləşmiş, Tehran avtomobili sürərək oradan uzaqlaşmış, daha sonra Dərnəgül istiqamətində hərəkətə başlamışlar. Bir müddət hərəkət etdikdən sonra Nəsimi rayonu “Papanin” adlanan yerə gedərək avtomobili küçələrin birində saxlamışdır ki, imkan olanda sürərək Siyəzən rayonuna aparsınlar. Onlar avtomobildən düşmüş, Tehran avtomobilin qapılarını açarla bağlamış və yaşadığı mənzilə qayıdıb yatmışlar. Təxminən saat 08 radələrində yuxudan qalxaraq Təqsirləndirilən şəxs1 şəxsi işləri olduğunu, axşam qayıdacağını və əl keçirdikləri avtomobili Siyəzən şəhərinə aparacağını deyib mənzildən çıxıb getmişdir. Avtomobili Siyəzən rayonuna aparmaqda məqsədi sürmək olmuş, satmaq məqsədi olmamışdır. Axşam saat 21:30 radələrində o, yaşadığı mənzildə olarkən Tehran ona zəng edərək avtomobilə benzin tökmək üçün İlhamdan pul istədiyini, İlham ona 10 manat borc verəcəyini, İlham da onunla birlikdə Siyəzən şəhərinə qayıdacağını, hal-hazırda İlhamın Nəsimi rayonu 3-cü Alatavada yerləşən “dəmir pilləkən” adlanan yerdə gözlədiyini, onunla görüşüb yaşadığı mənzilə aparmağını tapşırmışdır. O da, etiraz etməmiş, Şahid1 Siyəzən şəhər sakinidir, onu uşaq vaxtdan tanıyır, Siyəzən şəhərində ona yaxın tanışları «malış» ləqəbi ilə müraciət etmişlər. İlhamın «whatsapp» nömrəsinə özündə olan üstündə ***-***- **-** smikart nömrəsi olan «Huawei» markalı mobil telefonu ilə zəng edərək harada olduğunu soruşduqda qeyd olunan yerdə onu gözlədiyini bildirmişdir. O da, həmin yerə getmiş və orada Şahid1la görüşmüşdür. Ona Tehran gələnə qədər kirayədə yaşadığı mənzilə getməyi və orada gözləməyi təklif etmişdir. İlham etiraz etməmiş və onunla birlikdə yaşadığı ünvana gəlmişlər, təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı mənzilə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 01 radələrində evdən çıxmışlar və piyada ələ keçirdikləri avtomobili saxladıqları Nəsimi rayonu “Papanin” adlanan yerə küçəyə gəlmişlər. Təqsirləndirilən şəxs1lə məqsədləri həmin qaçırdıqları avtomobili Siyəzən şəhərinə aparmaq olmuşdur. Lakin Şahid1 nə o, nə də Təqsirləndirilən şəxs1 həmin avtomobili ələ keçirməkləri barədə heç bir məlumat verməmişlər. Tehran və o İlhama həmin avtomobili kiçik nasazlıqlarına görə Gəncə şəhərindən 2000 manata aldıqlarını bildirmişlər. Avtomobilin yanına çatanda təxminən saat 01 radələri olmuş, Tehran üzərində olan açarla avtomobilin qapısını açdıqdan sonra onlar avtomobilə əyləşmiş və təxminən 1 dəqiqə sonra polis əməkdaşları avomobilin ətrafını dairəyə almışlar. Bundan sonra onların hər üçünü Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Polis şöbəsində O və Təqsirləndirilən şəxs1 avtomobili ələ keçirdiklərini etiraf etmişlər. Hadisə vaxtı vedrə ilə Xəqaninin baş nahiyəsinə vurmamış, həmçinin Xəqaninin baş nahiyyəsinə yumruqla və təpiklə vurmamışdır. Təqsirləndirilən şəxs1lə birlikdə ələ keçirdikləri “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanli avtomobili qabaqcadan və ya hadisədən sonra satacaqları şəxs olmamışdır. Təqsirləndirilən şəxs1 «Mİ» markalı mobil telefonu olmuş, onunla istifadə etdiyi ***-***- **-** simkart nömrəsi ilə əlaqə saxlamışdır. Şahid1la xx.xx.2020-ci il tarixdə təxminən saat 21-22 radələrində görüşərkən İlhamın mobil telefonunda istifadə etdiyi ***-***-**-** simkart nömrəsi ilə əlaqə saxlamış, onunla Təqsirləndirilən şəxs1 və Şahid1 arasında zənglər və «Whatsapp» yazışmaları olmuşdur. Təqsirləndirilən şəxs1lə əl keçirdikləri avtomobilin günlük hissəsində 210 manat pul, avtomobili idarə etmək üçün Zərərçəkmiş şəxs və Xətai Səfərovun adına olan etibarnamələr, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin avtomobildə olub-olmaması barədə heç bir məlumatı olmamış, həmin sənədlərin Təqsirləndirilən şəxs1 və ya kimisə tərəfindən götürülməsini görməmişdir. xx.xx.2020-ci il tarixdən əvvəl hər hansı bir cinayəti əməli tək və ya Təqsirləndirilən şəxs1lə birlikdə törətməmiş bu əməlin törədilməsini də ona Təqsirləndirilən şəxs1 təklif etmiş, o da, onunla razılaşmışdır. Bildirmişdir ki, hal-hazırda etdiyi əməldən səmimi peşmandır və məhkəmədən cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, həmçinin hazırda da yetkinlik yaşına çatmamasını nəzərə alaraq onun barəsində mümkün qədər aşağı həddə cəza təyin etməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır. Onlar ailəliklə əvvəllər Yasamal rayonu D.Bünyadzadə Etalon yaşayış kompleksi mənzil 231 ünvanında yaşamışlar, o özü, taksi fəaliyyəti ilə məşğul olur. Atası Zərərçəkmiş şəxs 2018-ci ilin dekabr ayının əvvəllərində X2 2012-ci il istehsalı olan “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət nömrə nişanlı avtomobili 12000 manata almışdır. Atası Zərərçəkmiş şəxs Nərgiz Mahmudovadan “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün xx xxxxxx 2018-ci il tarixli xx.xx.2022-ci il tarixə kimi qüvvədə olan uzun müddətli onun adına etibarnamə almışdır. Həmin avtomobil faktiki olaraq atası Zərərçəkmiş şəxs məxsus olmuşdur. Daha sonra atası Zərərçəkmiş şəxs Nərgiz Mahmudovadan “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün xx.xx.2019-ci il tarixli xx.xx.2020-ci il tarixə kimi qüvvədə olan uzun müddətli etibarnamə almışdır. O və mərhum atası Zərərçəkmiş şəxs həmin etibarnamələr əsasında avtomobili idarə etmişlər. Faktiki olaraq həmin avtomobil atası Zərərçəkmiş şəxs məxsus olmuşdur. O özü, “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət nömrə nişanlı avtomobili axşam saat 23 radələrinə kimi idarə etmiş, saat 23-dən sonra isə atası Xəqani həmin avtomobili idarə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində avtomobili atası Zərərçəkmiş şəxs kirayədə yaşadığı Yasamal rayonu D.Bünyadzadə Etalon yaşayış kompleksində məhəllədə vermişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində atası Xəqani ona zəng edib bildirmişdir ki, Yasamal rayonu X. Dadaşov küçəsi 227 saylı ünvanın qarşısındadır, iki nəfər sərnişin onu döyüb avtomobili əlindən alıb qaçırmışlar. Atası Xəqaniyə narahat olmamasını deyib DİN-nin 102 xidmətinə zəng edib məlumat verəcəyini bildirmiş və dərhal həmin yerə atası Xəqanin yanına getmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və atası Xəqani Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək ərizə yazmışdır. Atam Xəqaninin sağ qaş və burun nahiyələrində sıyrıqlar, sağ əlin arxa səthində isə qançır olmuşdur. Atası Xəqani həmin xəsarətləri avtomobili onun əlindən alan həmin iki nəfər şəxs tərəfindən yetirildiyini bildirmişdir. Mərhum atası Xəqani bildirmişdir ki, avtomobil onun əlindən alınıb qaçırılarkən şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobili idarə etmək üçün adlarına olan etibarnamələr, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və 210 manat pul avtomobilin salonunda günlük hissəyə qoymuşdur. xx.xx.2020-ci il tarixdə gecə saatlarında avtomobili polis əməkdaşları Bakı şəhərində Nəsimi rayonu «Papanin» ərazidə tapmışlar. O və atası Xəqani həmin əraziyə getmiş, maşının üzərində heç bir zədə olmamış, maşının üzərindən heç bir hissələri çıxarılmamışdır. Maşının salonunda yalnız avtomobilin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini aşkar etmişlər, lakin atası Xəqaniyə aid yuxarıda qeyd olunan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobili idarə etmək üçün onlara aid etibarnamələr, 210 manat pul olmamışdır. Atası Xəqaniyə qarşı cinayət törədən şəxsləri tanımır, onlarla heç bir münasibəti və ünsiyyəti olmamışdır. Sonradan eşitmişdir ki, həmin iki nəfər şəxsi polis əməkdaşları saxlamışlar və onlar cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilmişdir. Atası Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında X25 «miokard infarktı, kardiogen şok» diaqnozu ilə daxil olmuş və həmin xəstəxanada müalicə olunarkən xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. “Chevrolet Aveo” markalı **- NJ-*** dövlət nömrə nişanlı avtomobili X2 xx xxxxxx 2018-ci il tarixdə almışlar. Atası Zərərçəkmiş şəxs avtomobili aldıqları tarixi düzgün göstərməmişdir. Bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur,Təqsirləndirilən şəxs1 barəsində isə ədalətli cəza təyin olunmasinı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində Tehran istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng edərək avtomobil aldığını, pulu qurtardığını, avtomobilinə yanacaq doldurmaq üçün pulu olmadığını və avtomobillə Siyəzən şəhərinə gedəcəyini və ona borc olaraq pul verməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 günəmuzd fəhlə işləyərək 10 manat pul qazanaraq aldığını, həmin pulu ona verəcəyini deyərək, onu da Siyəzənə aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 də onunla razılaşmışdır. Tehrana Nəsimi rayonu 3-cü Alatavada yerləşən “dəmir pilləkən” adlanan yerə çağırmış və həmin yerdə onu gözləyəcəyini bildirmişdir. Həmin gün təxminən saat 21:30 radələrində «whatsapp» nömrəsinə Tehran zəng edərək gecikdiyini, Siyəzən şəhərindən tanıdığı Təqsirləndirilən şəxs2 gələcəyini, onunla danışdığını bildirmişdir. Az sonra Elşad onun «whatsapp» nömrəsinə zəng edərək harada olduğunu soruşmuş və onunla qeyd etdiyi yerin yaxınlığında görüşmüşlər. Elşad ona Tehran gələnə qədər kirayədə yaşadığı mənzilə getməyi və orada gözləməyi təklif etmişdir. Etiraz etməmiş və Elşadla birlikdə onun kirayədə yaşadığı ünvan 10 ünvanına gəlmişlər, təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs1 də ora gəlmişdir. Bir müddət sohbət etmişlər. Söhbət zamanı Tehrandan avtomobilin harada olmasını soruşduqda Tehran bildirmişdir ki, avtomobil “Papanin” adlanan yerdədir. Sonra xx.xx.2020-ci il tarixdə təxminən saat 01:00 radələrində onlar, yəni o, Tehran və Elşad mənzildən çıxmışlar və piyada Təqsirləndirilən şəxs1 avtomobili saxladığı Nəsimi rayonu “Papanin” adlanan yerə küçəyə gəlmişlər. Həmin avtomobilin yanına çatdıqda həmin avtomobilin qara rəngli “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını görmüşdür. Tehran üzərində olan açarla avtomobilin qapısını açdıqdan sonra avtomobilə əyləşmişlər və təxminən 1-2 dəqiqən sonra polis əməkdaşları avomobilin ətrafını dairəyə almışlar və onları Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər, etiraz etməmişlər. «Chevrolet Aveo» markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərfindən ələ keçirilməsi barədə məlumatı olmamışdır. Nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 həmin avtomobili ələ keçirmələri barədə ona məlumat verməmişdirlər. Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı ünvan 10 ünvanına gəldikdən sonra Təqsirləndirilən şəxs1 də həmin mənzilə gəlmiş söhbət zamanı qeyd olunan avtomobili Gəncə şəhərindən kiçik nasazlıqlarına görə yəni, ucuz qiymətə düşdüyündən sahibi ilə 2000 manata razılaşıb aldıqlarını ona bildirmişlər. Təqsirləndirilən şəxs1 ondan 10 manat borc pul istəyəndən sonra onunla, Təqsirləndirilən şəxs2lə aralarında aparılan danışıqlardan sonra Nəsimi rayonu “Papanin” adlanan yerdə «Yeganə» şadlıq sarayının yanından dönüb «dəmir pilləkən» adlanan yerdə görüşmüşdür. Təqsirləndirilən şəxs1lə danışanda Elşadla onun kirayədə yaşadığı mənzilə gedib orada gözləməyini, onu da Siyəzən şəhərinə adlığı avtomobilə aparacağını bildirməklə “zor” olacağını demişdir. “Elşad” kiçik yaşlı olduğundan ona məhəllədə “malış” deyə çağırırlar. Tehana da “seli” deyə müraciət edirlər. O da, telefonla danışanda ona “seli” kimi müraciət etmişdir. Təqsirləndirilən şəxs2 və Telman Güləliyevin avtomobil ələ keçirmələrində iştirak etməmiş və onların bu hərəkətləri barədə xəbəri və məlumatım olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, O, Yasamal rayon polis idarəsinin 29-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Səfərov X18 RPİ-nin 29cu PŞ-nə ərizə ilə müracət edib bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 04 radələrində ünvan 12 ünvanının qarşısında naməlum şəxslər ona qarşı zor tərbiq edərək “Chevrolet Aveo” markalı **-NJ- *** dövlət qeydiyyat nişanlı avtomobilini ələ keçirmişdir. Baş vermiş cinayətin isti izlərlə açılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tərbirləri keçirilməyə başlanılmışdır. Ona daxil olmuş əməliyyat məlumatına əsasən müəyyən edilmişdir ki, naməlum şəxslər tərəfindən ələ keçirilmiş “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu («Papanin» adlanan ərazidə) Cəlil Məmmədquluzadə küçəsi dalan 8 ünvanının qarşısında saxlanılmışdır. Ona görə də, həmin əməliyyatın yoxlanılması üçün həmin ünvana yollanmışdır. Həqiqətən də, avtomobilin həmin ünvanda yolun kənarında dayanmış vəziyyətdə içərisində də 3 nəfər şəxsin əyləşdiyini görmüş və bununla əlaqədar telefon vasitəsilə rəhbərliyə zəng edib məlumat vermşdir. Az müddətdən sonra həmin ünvana polis nəfərləri polis serjantı Şahid6, polis serjantı Şahid5, polis baş serjantı Şahid4 və polis serjantı Şahid3 ibarət Yasamal RPİ-nin Post Patrul Xidməti Bölməsinin əməkdaşları gəlmişlər. xx.xx.2020-ci il tarixdə saat 01 radələrində polis əməkdaşları ilə birlikdə həmin avtomobilə yaxınlaşmışlar, içərisində olan şəxslərə özlərini təqdim edərək yuxarıda qeyd etdiyi hadisə ilə əlaqədar “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarıldığını bildirərək 3 nəfər şəxslərin şəxsiyyətləri ilə maraqlandıqda onlar özlərini Siyəzən şəhər sakinləri-xx.xx.1996-cı il təvəllüdlü Şahid1, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.2000-cu ildə təvəllüdlü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişlər. Hadisə ilə əlaqədər sorğu zamanı Təqsirləndirilən şəxs1 və Qanuni nümayəndə xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək avtomobili ələ keçirdiklərini etiraf etmişlər.Bundan sonra həmin şəxsləri 29-cu PŞ-nə dəvət etmişlər, onlar da, etiraz etməyərək birlikdə post patxul xidməti avtomobilinə əyləşərək 29-cu PŞ-nə gəlmişlər, polis nəfəri Şahid4 isə avtomobilin yanında qalmışdır. Bununla əlaqədar raportla rəhbərliyə məruzə etmişdir. Daha sonra Yasamal RPİ-nin İŞnin sabiq müstəntiqi Emin Musayevlə birlikdə icraatında qeyd olunan cinayət faktı ilə bağlı aparılan istintaqla əlaqədar avtomobili aşkar etdiyi Bakı şəhəri, Nəsimi rayonu («Papanin» adlanan ərazidə) Cəlil Məmmədquluzadə küçəsi dalan 8 ünvana gəlmişlər. Həmin ünvanın qarşısına gəlib “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sabiq müstəntiqi Emin Musayevə göstərmiş, və onun tərəfindən avtomobilə baxış keçirilmişdir. Baxış zamanı başqa polis nəfəri Şahid4 da iştirak etmişdir. Həmin avtomobil yolun sağ tərəfində sağ tərəfi hasara yaxın məsafədə dayanmışdır. Avtomobil qara rəngli, arxa və qarşı **-NJ-*** saylı dövlət qeydiyyat nişanı, təkərləri, ehtiyat təkəri yerinlərdə olmaqla avtomobil normal vəziyyətdə olmuşdur. Həmçinin avtomobilin sükan, tormoz sistemi saz vəziyyətdə olmaqla avtomobilin günlük hissəsində “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid nəqliyyat vasitəsinin şəhadətnaməsi aşkar olunmuşdur. Lakin avtomobilin günlük hissəsində və sadıqçasında pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobili idarə etmək üçün etibarnamə aşkar edilməmişdir. Baxış zamanı həmin avtomobilin aşkar olunduğu yerdə avtomobilin foto şəkilləri çəkilmiş. Baxışdan sonra “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunduğu yerdən əşyayi dəlil kimi Yasamal RPİ-nin 29-cu PŞ-də saxlanılması üçün gətirilmişdir. Bu barədə protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantı polis serjantı Şahid5, polis baş serjantı Şahid4 və polis serjantı Şahid3 da Şahid2 ifadəsində göstərdiyi halları və xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid6 həmçinin, ibtidai istintaq zamanı Şahid2 ifadəsində göstərdiyi halları və xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi sıra 12 ev 1-də qeydiyyatda olmaqla Yasamal rayonu D.Bünyadzadə Etalon yaşayış kompleksi mənzil 231 ünvanında yaşamışdır. Təxminən 2 il olar ki, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. Əsasən “İnşaatçılar” metrostansiyasının qarşısında dayanmışdır. İdarə etdiyi avtomobil “Chevrolet Aveo” markalı və **- NJ-*** dövlət nömrə nişanlıdır. X26 həmin avtomobil ilə gündüz vaxtları idarə etməklə taksi fəaliyyəti ilə məşğul olur, axşam 23-dən etibarən isə avtomobili özü idarə edir. Avtomobili X4 xx xxxxx 2018-ci il tarixdə 12.000 manat ödəyərək almışdır. Avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmişə olduğu kimi xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində avtomobili götürərək “İnşaatçılar” metrostansiyasının qarşısında dayanmış və müştəri gözləməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 04 radələrində iki nəfər əvvəllər tanımadığı kişi cinsindən olan şəxslər ona yaxınlaşaraq A.M.Şərifzadə küçəsində yerləşən “Bravo” marketin arxasında olan küçədən ev əşyası götürərək “Memar Əcəmi” metrostansiyasına aparmaq istədiklərini bildirmişlər. Həmin şəxslərdən biri bir az kök bədən quruluşlu, qarabəniz, boyu təxminən 170-175 sm və əynində boz rəngli gödəkcəsi olmuş, digər şəxs isə ağbəniz, arıq bədən quruluşlu, boyu təxminən 160-165 sm və əynində qırmızı rəngli gödəkcəsi olmuşdur. Həmin vaxt onlar xidmət qarşılığında hansı məbləğdə pul ödəyəcəklərini bildirməmişlər və onlarla razılaşmışdır. Həmin iki nəfər şəxslə birlikdə “Bravo” marketin arxasındakı küçəyə getmişlər. Həmin şəxslər avtomobildən düşərək ona 2 manat pul verərək əşyanı götürüb gələnədək bir müddət gözləməyini xahiş etmişlər. O, avtomobilin mühərrikini söndürüb təxminən 7-8 dəqiqə gözlədikdən sonra həmin şəxslər avtomobilə yaxınlaşmış və arıq bədən quruluşlu olan şəxs onun tərəfdən qapını açaraq avtomobili arxaya tərəf sürməyini bildirmişdir. O, həmin şəxsə «gedim qabaqdan dönüm qayıdım» demiş, lakin həmin şəxs “ver arxaya, əşyanı götürək”-demişdir. O, avtomobili arxaya tərəf sürmüş və Xəqan Dadaşov küçəsinə döndükdən sonra həmin şəxslər avtomobili saxlamağını bildirmişlər. O, avtomobili saxladıqdan sonra yük yerini (baqaj) açmış, həmin şəxslərdən bir az kök olan şəxs belində ağrıları olduğunu bildirərək onlara köməklik göstərməyini xahiş etmişdir. O, avtomobildən düşdükdən sonra bir ədəd içərisində kaktus bitkisi əkilmiş plastik materialdan hazırlanmış vedrəni avtomobilə qoymaq lazım olduğunu görmüşdür. O, köməklik üçün vedrəni götürmək məqsədi ilə əyildikdə həmin şəxslərdən arıq bədən quruluşlu şəxs vedrənin bir tərəfindən tutmuş, o özü də, vedrəni tutmaq istədikdə kök olan şəxs sağ ayağı ilə üz nahiyəsinə bir təpik zərbəsi endirmiş, elə həmin vaxt arıq bədən quruluşlu şəxs vedrəni başının arxa nahiyəsinə vurmuşdur. Daha sonra müvazinətini itirərək yerə yıxılan zaman sağ əlini özünə dəstək vermək üçün asfaltın üzərinə qoyduqda, kök bədən quruluşlu şəxs yenidən sağ ayağı ilə sağ əlinə zərbə endirmişdir. O, özünə gəlməmiş kök bədən quruluşlu şəxs avtomobili işə salmış, arıq bədən quruluşlu şəxs də avtomobiln arxa sağ tərəfindən avtomobilə əyləşərək avtomobili sola çevirib sürərək uzaqlaşmışlar. O, tez X26a zəng edərək hadisə barədə məlumat vermişdir. X26 da DİN-in 102 xidmətinə zəng edərək məlumat verəcəyini bildirərək az sonra yanına gəlmiş və polis əməkdaşları da həmin vaxt hadisə yerinə gəlmişlər. Daha sonra Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir.Daha sonra ifadəsində hadisə zamanı xəsarət aldığını və məhkəmə tibbi ekspertizasından keçmək istədiyini bildirmişdir. Həmin şəxsləri tanımır, əvvəllər görməmiş və heç bir münasibəti olmamışdır. Həmin şəxsləri ilk dəfə olaraq görmüşdür. Həmin şəxslər avtomobili ələ keçirərkən ondan heç bir məbləğdə pul tələb etməmişlər. Qeyd olunan avtomobilini 12.000 manata almışdır. Avtomobilinin günlük hissəsinə isə 210 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobili idarə etmək üçün etibarnamə və avtomobilin texniki şəhadətnaməsini olmuşdur. Hadisə zamanı hava qaranlıq olduğundan ətrafda heç kəs olmamışdır. Hadisə xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində X.Dadaşov küçəsi 227 saylı ünvanın qarşısında təxminən 2 dəqiqə ərzində baş vermişdir. «Mİ» markalı mobil telefona Təqsirləndirilən şəxs1 və müdafiəçisi Kamilə Quliyeva iştirakları ilə keçirilən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: «Mİ » markalı mobil telefon üzərində Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı sim kart abonent olması aşkar olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs2 ***-***-**- ** nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 21:14-də, xx.xx.2020-ci tarixdə saat 11:12; 11:14; 16:37; 16:52; 17:09-da , xx.xx.2020-ci il tarixdə saat 14:41; 16:16; 17:19; 17:29; 17:37; 18:23; 21:17; 21:20; 23:07; 23:38; 23:56; 23:57-də zəngləri olmuşdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsindən İlham Soltanovun istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə qarşılıqlı aşağıdakı məzmunda SMS-lər yazmışdır: Saat 21:31də “İlham ayee”, saat 21:33-də İlham Soltanovun istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsindən ***-***-**-** «Whatsapp» nömrəsinə “Hə seli”; 21:34-də ***-***-**-** «Whatsapp» nömrəsindən ***-***-**-** «Whatsapp» nömrəsinə “malısa qoşul get bir yer var” “ora”, “hər şey zor olacaq”; saat 21:35-də ***-***-**-** «Whatsapp» nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “bilirəm, danışmışam”; saat 21:35-də ***-***-**-** «Whatsapp» nömrəsindən ***-***-**-** «Whatsapp» nömrəsinə ”Hə zorr” məzmunlu SMS-lər yazılmışdır. xx.xx.2020-ci il tarixdə saat 23:43-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** «Whatsapp» nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “Əcemide goruseq” saat 23:44-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsindən ***-***-**-** «Whatsapp» nömrəsinə “he”, “3 kurqunda”, saat 23:44-də ***-***-**-** «Whatsapp» nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “çuqun yavaş-yavaş”, ***-***-**-** «Whatsapp» nömrəsindən ***-***-**-** «Whatsapp» nömrəsinə “yox hele”, saat 23:44-də ***-***-**-** «Whatsapp» nömrəsindən ***-***-**- ** «Whatsapp» nömrəsinə “ “orada baxın gəlin 3 kruquna“, saat 23:46-da ***-***-**-** «Whatsapp» nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “Suzde cuxun yol bosdu”, saat 23:46-da ***-***-**-** «Whatsapp» nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “yaxşi” məzmunlu qarşılıqlı SMS-lər yazılması aşkar olmuşdur. (Cild 02 iş vər.116-119) İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadələri yerində yoxlanılarkən o, Təqsirləndirilən şəxs2lə birlikdə xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 79 ünvnında qarşısında «İnşaatçılar» metrostansiyasının yaxınlığında “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanli avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yaxınlaşdıqlarını, həmin Zərərçəkmiş şəxs ev əşyasını götürüb “Memar Əcəmi” metrostansiyasının yaxınlığına aparacaqlarını bildirərək Yasamal rayonu, X.Dadaşov küçəsi ev 227 ünvanının yaxınlığında saxladıqdan sonra hadisə vaxtı həmin yerdə Zərərçəkmiş şəxs qarşı etmiş olduğu hərəkətləri və həmin avtomobili ələ keçirərək Bakı şəhəri, Nəsimi rayonu («Papanin» adlanan ərazidə) Cəlil Məmmədquluzadə küçəşi dalan 8 ünvanının qarşısında avtomobili dayandıqları və xx.xx.2020-ci il tarixdə saat 01 radələrində polis əməkdaşları tərəfindən saxlanıldıqları yerləri əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etməklə yanaşı bilavasitə törətdiyi cinayəti etiraf etmişdir. (Cild 02 iş vər.89-98) Telefona baxış keçirilməsi barədə xx xxx 2020-ci tarixli protokoldan görünür ki, «HAUWEİ» markalı mobil telefon üzərində Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı sim kart abonent olması aşkar olmuşdur. xx.xx.2020-ci il tarixdə ***-***-**-** sim kart nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** sim kart nömrəsinə zəng olunması və ya daxil olması qeydə alınması aşkar olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki«Whatsapp» nömrəsində qeyd edilmiş, “Qulu” Təqsirləndirilən şəxs1dur. xx.xx.2020-ci il tarixdə ***-***-**-** sim kart nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** sim kart nömrəsinə zəng olunması qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** «Whatsapp» nömrəsindən Təqsirləndirilən şəxs2 ***-***-**-** «Whatsapp» nömrəsinə xx.xx.2020-ci tarixdə saat 11:12; 11:14; 14:41; 16:16; 16:37; 16:52; 17:09; 17:19; 17:29; 17:37; 18:23; 21:17; 21:20; 23:07; 23:38; 23:56; 23:57-də zəngləri olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 21:50-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “Nömrə necə”, “idi”; saat 21:50-də “696?”; xx.xx.2020-ci il tarixdə saat 22:37-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “Mesajları sil hamini”; saat 23:43-də “Əcemide goruseq” xx.xx.2020-ci il tarixdə saat 23:44-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** «Whatsapp» nömrəsinə “he”, “3 kurqunda” xx.xx.2020-ci il tarixdə saat 23:44-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “Çuqun yavaş yavaş” xx.xx.2020-ci il tarixdə saat 23:46-da Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “yox hele” xx.xx.2020ci il tarixdə saat 23:45-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “orada baxın gəlin 3 kuruquna“ xx.xx.2020-ci il tarixdə saat 23:46-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “Suzde cuxun yol bosdu,” xx.xx.2020-ci il tarixdə saat 23:46-da Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “yaxşi” məzmunlu qarşılıqlı SMS-lər yazılmışlar. xx.xx.2020-ci il tarixdə saat 21:31-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** «Whatsapp» nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** «Whatsapp» nömrəsinə zəng etmişdir. xx.xx.2020-ci il tarixdə saat 21:42-də ***-***-**-** «Whatsapp» nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** «Whatsapp» nömrəsinə “Malis”, “mən gəlirəm demir pilləkənin yanina” və “5 degeye ordayam” məzmunlu SMS-lər yazılmışdır. SMS yazışlalarına dair məlumatlar çıxarılaraq 2 vərəqədə protokola əlavə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 ***-***-**-** simkart və Whatsapp» nömrəsi Təqsirləndirilən şəxs1, ***-***-**-** sim kart və «Whatsapp» nömrəsi Şahid1 aid olmasını bildirmişdir. (cild 2, iş vərəqə 102-106) xx xxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, o, Təqsirləndirilən şəxs1lə birlikdə xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 79 ünvnında qarşısında «İnşaatçılar» metrostansiyasının yaxınlığında “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanli avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yaxınlaşdıqlarını, həmin Zərərçəkmiş şəxs ev əşyası götürüb “Memar Əcəmi” metrostansiyasının yaxınlığına aparacaqlarını bildirərək Yasamal rayonu, X.Dadaşov küçəsi ev 227 ünvanının yaxınlığına sürdürərək saxladıqdan sonra hadisə vaxtı həmin yerdə Zərərçəkmiş şəxs qarşı etmiş olduğu hərəkətləri və həmin avtomobili ələ keçirərək Bakı şəhəri, Nəsimi rayonu («Papanin» adlanan ərazidə) Cəlil Məmmədquluzadə küçəşi dalan 8 ünvanının qarşısında avtomobili dayandırdıqları və xx.xx.2020-ci il tarixdə saat 01 radələrində polis əməkdaşları tərəfindən saxlanıldıqları yerləri əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etməklə yanaşı bilavasitə törətdiyi cinayəti etiraf etmişdir. (cild 2, iş vərəqə 81-88) xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə kirayədə yaşadığı ünvan 10 saylı ünvanda çay içib söhbət edərkən Təqsirləndirilən şəxs1 ona taksi fəaliyyəti ilə məşqul olan sürücüyə yaxınlaşıb insanların gediş-gəlişinin az olduğu əraziyə avtomobili sürdürüb orada avtomobilin yük yerinə hər hansı bir əşyanı qoymağa köməklik etməsi bəhanəsi ilə sürücünü avtomobildən düşürüb sonra sürücünün üstünə hücum edərək döyüb müqavimətini qırmaqla avtomobili ələ keçirib Siyəzən şəhərinə aparıb orada satıb yaxşı qazanc əldə etmək mümkün olduğunu və əldə etdiyi puldan ona da verəcəyini vəd edərək onunla cinayət törədərkən iştirak etməyi təklif etməsini, onun da bu təklifinə razılaşmasını və xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində qeyd olunan yerdə sürücü- Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 köməklik üçün vedrəni götürmək məqsədi ilə əyildikdə sonucu ayağı ilə onu vuraraq yerə yıxdığını və gətirdiyi həmin plastik vedrə ilə sürücünün baş nahiyyəsinə vurduğunu və özü də həmin vaxt təpiklə sürücü Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsinə vurduğunu, Zərərçəkmiş şəxs özünə gəlməmiş avtomobilin sükanı arxasına əyləşdiklərini, Təqsirləndirilən şəxs1 avtomobili hərəkətə gətirərək oradan uzaqlaşdıqlarını, avtomobili ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs1 avtomobilin satışından əldə edəcəyi puldan imtina etdiyini bilməsini, Təqsirləndirilən şəxs1 isə ona «əməli etmişik, gəl birlikdə də davam edək, onsuz da məni tutsalar, sən də mənim kimi tutulacaqsan»-deməsini üzünə qarşı təsdiq etmişdir. (cild 02 iş vər. 139-143) xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə sabiq müstəntiq Emin Musayev tərəfindən hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə keçirilmiş, baxış zamanı sonuncu ünvan 12 ünvanının qarşısını göstərərək xx.xx.2020-ci il tarixdə saat 04 radələrində 2 nəfər naməlum sərnişin idarə etdiyi “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət nömrə nişanlı avtomobili məhz həmin ünvana sürdürdüyünü, həmin sərnişinlər avtomobildən düşərək içərisində kaktus bitkisi əkilmiş ağ rəngli plastik materialdan hazırlanmış vedrəni gətirdiklərini, həmin verdərini avtomobilin yük yerinə qoymağa köməklik etməsi üçün sükan arxasından dükməsini, həmin şəxslərdən arıq bədən quruluşlu şəxslə vedrənin hərə bir tərəfindən tutduğu vaxt digər kök bədən quruluşlu şəxs sağ ayağı ilə üz nahiyəsinə təpiklə zərbə endirməsini, elə həmin vaxt arıq bədən quruluşlu şəxs vedrəni başının arxa nahiyəsinə vurmasını, yerə yıxılmasını və kök bədən quruluşlu şəxs sağ ayağı ilə sağ əlinə zərbə endirməsini, həmin şəxslər avtomobili ələ keçirərək oradan uzaqlaşdıqlarını bildirmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerindən içərisində kaktus bitkisi( gülü ) əkilmiş ağ rəngli plastik vedrə aşkar edilmiş və bu barədə müvafiq protokol tərtib edilərək götürülmüşdür. (cild 01 iş vər. 6-13) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 016-41939-1220 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2011-ci il tarixdə BC kateqoriyalı AB seriyalı 404675 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Buraxılış ili 2012-ci il olan qara metallik rəngli avtomobilə xx.xx.2018-ci il tarixdə AD263822 nömrəli nəqliyyat vasitəsinə aid şəhadətnamə verilmiş, həmin avtomobil Bakı şəhəri, Sabuncu rayonu Hacınski küçəsi Bakıxanov qəsəbəsi ev 23, mənzil 15-də yaşayan X3 adına qeyd olunmuşdur. X8 tərəfindən həmin avtomobilə əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətinə Zərərçəkmiş şəxs Xətai oğluna, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək X11 adına etibarnamələr verilmişdir. (cild 02 iş vər.24-25) X8 istintaqa ərizə ilə müraciət edərək adına olan“Chevrolet Aveo” markalı **-NJ-*** dövlət nömrə nişanlı avtomobilini 2018-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs 12000 manata satmışdır. Zərərçəkmiş şəxs ona 12000 manat nağd pulu ödəmiş və avtomobili götürmüşdür. Faktiki olaraq həmin avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs olmuşdur. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar ona ziyan dəymədiyindən heç bir şikayəti və tələbi yoxdur. Yasamal RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə onu zərərçəkmiş şəxs qismində tanımamasını xahiş etmişdir. (cild 02 iş vərəqə 51) Hadisədən sonra Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edildiyi Bakı şəhəri, Nəsimi rayonu («Papanin» adlanan ərazidə) Cəlil Məmmədquluzadə küçəşi dalan 8 ünvanının qarşısında küçəsinin sağ kənarında saxlanıldığı yerdən xx.xx.2020-ci il tarixdə sabiq müstəntiq Emin Musayev tərəfindən baxış keçirilərək götürülmüşdür. Həmin baxış zamanı avtomobilin qara metallik rəngli, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan, tormoz sisteminin saz vəziyyətdə, təkərləri, ehtiyat təkəri yerində olmaqla normal vəziyyətdə olması müəyyən edilmişdir. Həmçinin avtomobilin günlük hissəsində “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid nəqliyyat vasitəsinin şəhadətnaməsi aşkar olmuşdur. Lakin avtomobilin günlük hissəsində və sadıqçasında pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobili idarə etmək üçün etibarnamə və hər hansı başqa sənəd aşkar edilməmişdir. Bu barədə tərəfindən müvafiq protokol tərtib edilmişdir. (cild 01 iş vərəqə 27-35) xx xxxxxx 2020-ci il tarixli baxış keçirməsi haqqında protokoldan görünür ki, istintaq zamanı xx.xx.2020-ci il tarixdə sabiq müstəntiq Emin Musayev tərəfindən hadisə yeri olan Yasamal rayonu Xəqani Dadaşov küçəsi ev 227 ünvanın qarşısına keçirilmiş baxış zamanı hadisə yerindən götürülmüş icərisində kaktus bitkisi (gülü) əkilmiş vedrəyə tərəfindən baxış keçirərkən həmin verdənin ağ plastik materitaldan istehsal edilməsi,ağ rəngli tutacağının olması, üzərinə «Bizim tarla, mayeniz» sözləri yazılmış əmtəə nişanı bildirən şəkil yapışdırılması, vedrənin hündürlüyü 22 sm, ağız hissəsində diametri 25 sm, dib hissəsinin diametr 22,5 sm, verdənin dibindən yuxarı 3 sm qalınlığında torpaq olması,həmin vedrənin içərisində kök hissəsi 16 smx 15sm, kökdən yuxarı 7 ədəd yaşıl rənli ləçəkləri olan kaktus bitkisi( gülü) əkilmişdir. Həmin ləçəklərin ortasında olan ləçəyi hündürlüyü kök hissədən 30 sm hündürlüyündə olması müəyyən edilmiş və bu barədə tərəfindən xx xxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək cinayət işinini materiallarına əlavə edilmişdir. (Cild 01 iş vər. 149-150) xx xxxx 2020-ci il tarixli tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, hadisə yerindən götürülmüş içərisində kaktus bitkisi əkilmiş vedrə Təqsirləndirilən şəxs1 tanımaya təqdim edildikdə sonuncu həmin vedrəni tanıyaraq xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu X.Dadaşov küçəsində hadisə zamanı məhz həmin vedrəni küçədən tapıb ələ keçirəcəkləri “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığına gətirdiklərini vedrə olduğunu, sürücü Zərərçəkmiş şəxs vedrəni avtomobilin yük yerinə (baqaja) qoymaq üçün açdıqda sonuncuya belində ağrıları olduğunu, ona köməklik göstərməyini xahiş etdiyini, Zərərçəkmiş şəxs köməklik üçün vedrəni götürmək məqsədi ilə əyildikdə o, sağ ayağı ilə onun üz nahiyəsinə bir təpik zərbəsi endirməsini, elə həmin vaxt Elşad da yumruq ilə sürücünün başının arxa nahiyəsinə vurduğunu, Zərərçəkmiş şəxsi yerə yıxıldıqda ayağı ilə onun əlinə zərbə endirdiyi, avtomobilin sükanı arxasına əyləşib avtomobilin üstündə olan açarı ilə işə salaraq oradan uzaqlaşdıqlarını, həmin vedrənin isə hadisə yerində qaldığını bildirmişdir. (Cild 02 iş vər. 146-147) xx xxxx 2020-ci il tarixli tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, hadisə yerindən götürülmüş içərisində kaktus bitkisi əkilmiş vedrə Təqsirləndirilən şəxs2 tanımaya təqdim edildikdə sonuncu həmin vedrəni tanıyaraq xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri Yasamal rayonu X.Dadaşov küçəsində hadisə zamanı məhz həmin vedrəni Təqsirləndirilən şəxs1 küçədən tapıb ələ keçirəcəkləri “Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığına gətirdiyini, sürücü Zərərçəkmiş şəxs vedrənin avtomobilin yük yerinə (baqaja) qoymaq üçün açdıqda Təqsirləndirilən şəxs1 taksi sürücüsü Zərərçəkmiş şəxs belində ağrıları olduğunu, ona köməklik göstərməyini xahiş etdiyini, sonuncu Təqsirləndirilən şəxs1 köməklik üçün vedrəni götürmək məqsədi ilə əyildikdə Təqsirləndirilən şəxs1 sağ ayağı ilə həmin şəxsin ayaq nahiyəsinə vuraraq yerə yıxıb vedrə ilə baş nahiyyəsinə vurduğunu o da, təpiklə Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsinə vurduğunu, daha sonra avtomobilin sükanı arxasına əyləşib avtomobilin üstündə olan açarı ilə işə salaraq oradan uzaqlaşdıqlarını, həmin vedrənin isə hadisə yerində qaldığını bildirmişdir. (cild 02 iş vər. 144-145) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli 92 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-burun sıyrığı, sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ mil-bilək oynağının şişkinlik halında əzilməsi küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (cild 01 iş vər. 160-161) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli 02 nömrəli meyitin ekspertiza rəyində göstərilmişdir ki, Bakı Baş Səhiyyə X20 Mərkəzində xəstənin adına doldurulmuş 1420-li xəstəlik tarixində yazılanlardan görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 20-30 radələrində həmin xəstəxananın qəbul şöbəsinə yaxınları tərəfindən gətirilmiş və təcili olaraq kardioloqun baxışından sonra miokard infarktı, kardiogen şok diaqnozu ilə hədsiz dərəcədə ağır vəziyyətdə reanimasiya şöbəsinə köçürülmüşdür. Daxil olarkən şikayətləri döş sümüyü arxasında olan yandırıcı ağrılardan, ağrıların sol qola, kürəyə və epiqastral nahiyəyə yayılmasından, hava çatmamazlığından olmuşdur. Həyat yoldaşının deməsinə görə 10 gündür ki, ürək nahiyəsində ağrılar başlayıb, lakin həkimə müraciət etməyib. xx.xx.2020-ci il tarixdə vəziyyəti kəskin olaraq pisləşib, ürək nahiyəsində ağrılar artıb, ürəkbulanma və qusmalar artıb. Xəstənin ümumi vəziyyəti ağır olaraq qalmışdır. Xəstə EKQ olundu və xəstədə miokard infarktı, kardiogen şok diaqnozu təsdiqləndi. Dəri və görünən selikli qişaları avazımışdır və soyuq tərlə örtülmüşdür. Xəstənin sağ qaşında və burnunun üstündə sıyrıntı var və travmatoloqun baxışında sağ əlin arxa səthində azacıq şişkinlik-qançır var. Ağ ciyərlər tənəffüsdə zəif iştirak edir və xırıltılar eşidilir. Aparılan müayinələrdə qanda şəkər təyin edildi və xəstənin vəziyyəti getdikcə ağırlaşdığı üçün digər müayinələr aparmaq mümkün olmadı. Aparılan intensiv terapiya və reanimasiyon tədbirlərə baxmayaraq xx.xx.2020-ci il tarixdə saat 05-45 radəsində xəstədə ürəyin işemiya xəstəliyi, miokard infarktı, kəskin kardiogen şokla baş verən kəskin ürək-qan-damar çatmamazlığından kliniki ölüm baş verdi. Kliniki diaqnoz:- Ürəyin işemiya xəstəliyi, sol mədəciyin ön-yan divarının miokard infarktı, kardiogen şok. Şəkərli diabet 2-ci tip. Mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın alın nahiyəsinin sağ qaş hissəsinin sıyrığı, burnun sıyrığı və sağ əlin arxa səthinin qançırı. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhum Zərərçəkmiş şəxs ölümündən bir qədər əvvəl-yəni sağlığında küt əşya (əşyalar) təsirindən əmələ gəlmiş, törənmə müddəti qərarda göstərilən vaxta- yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlam şəxslərdə həm ayrılıqda, həm də birlikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri qiymətləndirilmir. Bu xəsarətlər qərarda göstərilən şəraitdə və vaxtda da təpiklə vurulma zamanı əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs meyitində digər xəsarətlər o, cümlədən meyitin xarici müayinəsində arxa keçəcəyin girəcəyində və ətraf dərisində zədə aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs sağlığında ürəyin xroniki işemiya xəstəliyinə, hipertoniya xəstəliyinə, şəkərli diabet 2-ci tip orta formada, qara ciyərin piy distrofiyası va nefroskleroz xəstəliklərinə düçar olmuşdur.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin xroniki işemiya xəstəliyi, koronarokardioskleroz, miokardın kəskin infarktı, hipertrofıyası və distrofıyası nəticəsində baş verən kəskin ürək-qandamar çatmamazlığı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümü xəstəxana şəraitində xx.xx.2020ci il tarixdə saat 05-45 radasinda baş vermişdir. (əsas:- Bakı Baş Səhiyyə X20 mərkəzində doldurulmuş 1420 №-li xəstəlik tarixi) (Cild 01 iş vər. 220-226) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Ağsu rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 07 nömrəli məktubundan görünür ki,mərhum Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərlə ölüm arasında səbəbli əlaqə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli T 132/2020 saylı rəyinə əsasən, X.U. Səfərovun almış olduğu xəsarətlər- burun sıyrığı, sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ mil-bilək oynağının şişkinlik halında əzilməsi bərk küt əşyanın (əşyaların) bilavasitə təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə döyülmə nəticəsində törənmişlər və dərəcəsinə görə tikişə ehtiyacı olan sağ qaş nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilmir. (Cild 02, iş vər. 43-48) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci tarixli 9/694 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və məhkəmə ekspertizası mərkəzinin praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2012-ci il buraxılışlı “Chevrolet Aveo” markalı 99NJ-676 dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 10000,00 manat müəyyən olunur. (cild 02, iş vər. 39-41) İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Xətai Səfərov məhkəmə-əmtəəşünaslıq ekspertizanın xx.xx.2020-ci il tarixli 9/694 nömrəli rəyi ilə əlaqədar əlavə dindirilərkən ifadəsində qeyd olunan ekspertizanın rəyi ilə razı olduğunu, “Chevrolet Aveo” markalı 99NJ-676 dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2 il müddətinə istifadə etdiklərində həmin avtomobilin 2020-ci ilin yanvar ayına orta bazar qiymətinin 10000 manat dəyərində qiymətləndirilməsi ilə bağlı heç bir narazılığı olmadığını bildirmişdir. (Cild 02 iş vərəqə. 49-50) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X22 şəxsinin xx.xx.2020-ci il tarixli xx/xx-2292 nömrəli məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkoloji mərkəzində müalicə olunmamışlar və qeydiyyatda deyildirlər. (Cild 01, iş vər. 187) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 X16 məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 355 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayəti törədən vaxt anlaqlı vəziyyətdə olmuşdur və halhazırda da anlaqlı vəziyyətdədir. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmas, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilini dərk etmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmas, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 21və ya 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 01 iş vər. 230-231) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi şəxsinin məhkəmə psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 753 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar edilmir. Fərdi–psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Onda başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Əqli və psixi inkişafı nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək, etdiyi əməlin mahiyyətini, xarakter və mənasını adekvat olaraq dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. (Cild 02 iş vər. 35-36) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 X16 məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 354 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayəti törədən vaxt anlaqlı vəziyyətdə olmuşdur və halhazırda da anlaqlı vəziyyətdədir. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmas, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilini dərk etmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 01 iş vər. 228-229) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi şəxsinin məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 754 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar edilmir. Fərdi –psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Eqosentrizm, inadkarlıq, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Əqli və psixi inkişafı nəzərə alımaqla, Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək, etdiyi əməlin mahiyyətini, xarakter və mənasını adekvat olaraq dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. (Cild 02 iş vər. 37-38) Aparılmış istintaq və keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı “Chevrolet Aveo” markalı 99NJ-676 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda günlük hissəsində zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 210 manat pulun, adına olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, “Chevrolet Aveo” markalı 99NJ-676 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Zərərçəkmiş şəxs və Xətai Səfərovun adlarına olan 2 ədəd etibarnamələrin olduğu yerləri müəyyən etmək mümkün olmamışdır. (Cild 01 iş vər.27-34) Məkəmə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 vədlər verməklə cinayətkar qrupa və ağır cinayət törədilməsinə cəlb etməməsi, hadisə vaxtı Təqsirləndirilən şəxs2lə hadisə yerinə gətirdikləri içərisində kaktus bitkisi əkilmiş plastik verdəni silah qismində istifadə edilən əşya kimi tətbiq etməmələri, avtomobili talama məqsədi olmadan qaçırmaları, ələ keçirdiyi avtomobilin salonunda, günlük hissəsində 210 manat və ya hər hansı bir məbləğdə pul olmamasını, nə onun, nə də Təqsirləndirilən şəxs2 həmin avtomobildən pul götürməmələri barədə ifadələrinə qiymət verərək belə nəticəyə gəlir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun gəlmir və öz məsuliyyətlərini yüngülləşdirməyə yönəlir. Çünki onların bu ifadələri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələr və istintaq materialları ilə tam təkzib olunmuşdur. Təqsirləndirilən şəxs2 hadisə vaxtı Təqsirləndirilən şəxs1lə hadisə yerinə gətirdikləri içərisində kaktus bitkisi əkilmiş plastik vedrəni silah qismində istifadə edilən əşya kimi tətbiq etməməsi barədə ifadələrinə qiymət verərək belə nəticəyə gəlir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun gəlmir və öz məsuliyyətlərini yüngülləşdirməyə yönəlir. Çünki onların bu ifadələri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələr və istintaq materialları ilə tam təkzib olunmuşdur. Beləliklə məhkəmə, işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2005-ci il tarixli 1 nömrəli qərarının 7-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə, özgənin əmlakın talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Həmin Plenum qərarının 15-ci bəndində qeyd olunur ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı, birgə icraçı kimi, CM-in 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər(məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddələr əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (Cild 01 iş vər. 206-207) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamə və Şabran rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Siyəzən rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3 maddələri təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi təbiq edilməklə 200 saat ictimai işlər cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilib ona 200 manat cərimə cəzası təyin edilmişdir. Siyəzən rayon İcra şöbəsinin xx xxxxxxxx 2017-ci il tarixli arayışdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təyin edilmiş 200 manat cərimə cəzasından çəkilməmiş 100 manat qalmışdır. Şabran rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin olmuş cəza Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1. və 177.2.3 maddələri təqsirli bilinərək ona təyin edilmiş və çəkilməmiş 100 (yüz) manat miqdarında cərimə cəzası ilə tamamilə birləşdirilərək ona qəri olaraq 03(üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 100 (yüz) manat cərimə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 6 (altı) ay sınaq müddətinə şərti hesab edilmişdir və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 100 manat cərimə cəzasının müstəqil olaraq icra edilməsini hökm etmişdir. (Cild 01 iş vər.208-214) Cinayət işinə əlavə edilmiş Siyəzən rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 479/2020-64-1 saylı məktubundan götürür ki, Şabran rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü qüvvəyə mindikdən sonra xx.xx.2017-ci il tarixdə icra olunması üçün Siyəzən rayon İcra və probasiya şöbəsinə daxil olmuş, Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il tarixdə qeydiyyata götürülmüş. Ona hüquqları, qanunla məhkəmənin üzərinə qoyulmuş vəzifələri izah edilmiş, yol verilə biləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər nəzərinə çatdırılmışdır. Təqsirləndirilən şəxs1 100 manat cəriməni xx.xx.2019-cu il tarixdə tam ödəmişdir və hal-hazırda da şərti məhkum edilmiş şəxs kimi şöbənin qeydiyyatındadır. (Cild 02 iş vər. 28-29) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə istinad olunan sənədlər və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4cü maddəsi əsasında Təqsirləndirilən şəxs1 əməlində hazırkı iş üzrə cinayətlərin residivi halının müəyyən olunmadığını qeyd edir. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 164) İş materiallarında olan Siyəzən Rayonu İcra Hakimiyyətinin mənzil istismar sahəsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 179) İş materiallarında olan Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəb, Bakı İdarəetmə və Texnologiya Kolleci tərəfindən verilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 180, 183) İş materiallarına əlavə edilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, X17 Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmış, cinayət əməli nəticəsində ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 və onun ailəsi tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasından verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 təcridxanada saxlanıldığı müddət ərzində daxili-rejim qaydalarına əməl etmişdir və müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə ona münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.12 və 59.2-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X10 vurulmuş ziyanın ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onunla barışmasını,əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, hal-hazırda 3-cü kurs tələbəsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilsə də məhkəmə həmin halı cəzanı ağırlaşdıran hallar kimi nəzərə almır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə tövsif edildiyindən, yəni onların əməlləri artıq ağırlaşdıran hal kimi nəzərə alındığından cəza təyin edilərkən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi halı təkrarən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətləri, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzaların şəxslərin islah olunmasına və təqsirləndirilən şəxslərin ailələrinin həyat şəraitinə təsirini, həmçinin Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən yetkinlik yaşına çatmadığını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır və bu nəticəyə gəlir kiTəqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrlə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az cəza təyin edilməsi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Bununla belə, Təqsirləndirilən şəxs1 Şabran rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş sınaq müddəti ərzində ağır cinayətlər törətdiyindən onun barəsində şərti məhkum etmə ləğv edilməli və barəsində Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 19-cu bəndində qeyd olunur ki, Məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar tərəfindən çəkilməsi təxirə alınmış cəza müddəti aiddir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Şabran rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 55.1 və 85.5.1-ci maddələrinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.3-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən məbləğin dəyərinin ümumilikdə 50 (əlli) manat olduğunu nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılması nəzərə alınmalı, Yasamal RPİ-nin növbətçi hissəsində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş “Mİ”markalı üstündə ***-***-**-** simkart nömrəsi olan mobil telefon və Təqsirləndirilən şəxs2 götürülmüş «HAUWEİ» markalı üstündə ***- ***-**-** simkart nömrəsi olan mobil telefon uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qohumlarına qaytarılmalı, Yasamal RPİ-nin növbətçi hissəsində saxlanılan xx.xx.2020-ci il tarixdə hadisə yerinə baxış zamanı ünvan 13 ünvanın qarşısında aşkar edilib götürülmüş hadisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 silah qismində istifadə edib tədbiq etdikləri içərisində kaktus bitkisi əkilmiş plastik materialından hazırlanmış vedrə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokollardan və Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Ona görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətlərinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 90 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1, 181.2.4, 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə --06 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə ona 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Şabran rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən ümumilikdə 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat məbləğində tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar –Chevrolet Aveo” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılması nəzərə alınsın, Yasamal RPİ-nin növbətçi hissəsində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş “Mİ”markalı üstündə ***-***-**-** simkart nömrəsi olan mobil telefon və Təqsirləndirilən şəxs2 götürülmüş «HAUWEİ» markalı üstündə ***-***-**-** simkart nömrəsi olan mobil telefon uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qohumlarına qaytarılsın, Yasamal RPİ-nin növbətçi hissəsində saxlanılan xx.xx.2020-ci il tarixdə hadisə yerinə baxış zamanı ünvan 13 ünvanın qarşısında aşkar edilib götürülmüş hadisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 silah qismində istifadə edib tədbiq etdikləri içərisində kaktus bitkisi əkilmiş plastik materialından hazırlanmış vedrə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 90 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-833/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-833/2020
21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver