Məhkəmə qərarları › İş №1(101)-833/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-833/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-833/2021 11.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi-mütəxəssis X4, təqsirləndirilən şəxslər Mekhtiev Rasumun və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 19 iyun 1974-cü ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, evli, həbs olunanadək işləməyən, üzərində ödənilməmiş məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 8, mənzil 11-də müvəqqəti qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 58, mənzil 3-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Mekhtiev Rasumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 9-da qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, döngə 3, ev 2-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Mekhtiev Rasum təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, daşıma, göndərmə və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2020-ci ilin yanvar ayında qeyri-rəsmi nikahda yaşadığı Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan cinayətkar qrupun üzvündən istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən əldə edilmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə “Zilli” və “Moreschi” markalı 2 (iki) cüt ayaqqabının hər birinin daban hissəsində olan boşluqda gümüşü rəngli falqalara bükülməklə gömrük nəzarətindən gizlədilərək saxlanılmış cəmi 4 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 24,066 qram, 19,782 qram, 23,658 qram və 24,237 qram olmaqla, ümumilikdə külli miqdarda, cəmi təmiz çəkisi 91,743 qram təşkil edən narkotik vasitə heroini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, içərisində həmin narkotik vasitə olan bağlamanı Çexiya Respublikasının Praqa şəhərinə İvana Qorolova adlı şəxsə göndərmək üçün 16 fevral 2020-ci il tarixdə, saat 17:00 radələrində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə “xxxx” MMCnin ünvan 1 ünvanda yerləşən 1 saylı poçt filialının Mərkəzi poçt şöbəsinə gedərək, orada Təqsirləndirilən şəxs2 poçt bağlamasının invoys sənədində adını və ata adını təhrif edərək X11 adından, həmçinin əlaqə saxlanılması üçün istifadəsində olmayan mobil telefon nömrəsini qeyd etməklə CN23EMS nömrəli gömrük bəyannaməsi əsasında 1 (bir) ədəd eynək və 2 (iki) cüt ayaqqabı kimi bəyan edərək izləmə kodu EE002076850AZ olan həmin poçt bağlamasını “Azerexpresspost” poçt daşımaları şirkəti vasitəsi ilə Azərbaycan Respublikasından Çexiya Respublikasına İvana Gorolova adlı şəxsə göndərmiş, qeyd olunan poçt bağlaması 18 fevral 2020-ci il tarixdə Heydər Əliyev X17 Bakı Karqo Terminalında gömrük nəzarətindən keçirilərkən rentgen aparatında şübhəli təsvirlər müşahidə edildiyi üçün yoxlama tətbiq edilmiş, xidməti kinoloji itin reaksiyasına əsasən aparılmış baxış zamanı külli miqdarda, ümumi təmiz çəkisi 91,743 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Mekhtiev Rasum istintaqa məlum olmayan tarixdə və istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,152 qram olan narkotik vasitə heroini əldə etmiş, daşımaqla sonuncu dəfə kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 15 avqust 2020-ci il tarixdə həmin evdə keçirilmiş əməliyyataxtarış zamanı şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,152 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, daşıma, göndərmə və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2020-ci ilin yanvar ayında qeyri-rəsmi nikahda yaşadığı Gürcüstan Respublikasının vətəndaşı Rasum Mekhtiev və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan cinayətkar qrupun üzvündən istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən əldə edilmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə “Zilli” və “Moreschi” markalı 2 (iki) cüt ayaqqabının hər birinin daban hissəsində olan boşluqda gümüşü rəngli falqalara bükülməklə gömrük nəzarətindən gizlədilərək saxlanılmış cəmi 4 (dörd) bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 24,066 qram, 19,782 qram, 23,658 qram və 24,237 qram olmaqla, ümumilikdə külli miqdarda, cəmi təmiz çəkisi 91,743 qram təşkil edən narkotik vasitə heroini cinayətkar qrupun üzvü Rasum Mekhtiev ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, içərisində həmin narkotik vasitə olan bağlamanı Çexiya Respublikasının Praqa şəhərinə İvana Qorolova adlı şəxsə göndərmək üçün 16 fevral 2020-ci il tarixdə, saat 17:00 radələrində cinayətkar qrupun üzvü Rasum Mekhtiev ilə birlikdə “xxxx” MMC-nin ünvan 1 ünvanda yerləşən 1 saylı poçt filialının Mərkəzi poçt şöbəsinə gedərək, orada poçt bağlamasının invoys sənədində adını və ata adını təhrif edərək X11 adından, həmçinin əlaqə saxlanılması üçün istifadəsində olmayan mobil telefon nömrəsini qeyd etməklə CN23EMS nömrəli gömrük bəyannaməsi əsasında 1 (bir) ədəd eynək və 2 (iki) cüt ayaqqabı kimi bəyan edərək izləmə kodu EE002076850AZ olan həmin poçt bağlamasını “Azerexpresspost” poçt daşımaları şirkəti vasitəsi ilə Azərbaycan Respublikasından Çexiya Respublikasına İvana Gorolova adlı şəxsə göndərmiş, qeyd olunan poçt bağlaması 18 fevral 2020-ci il tarixdə Heydər Əliyev X17 Bakı Karqo Terminalında gömrük nəzarətindən keçirilərkən rentgen aparatında şübhəli təsvirlər müşahidə edildiyi üçün yoxlama tətbiq edilmiş, xidməti kinoloji itin reaksiyasına əsasən aparılmış baxış zamanı külli miqdarda, cəmi təmiz çəkisi 91,743 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Mekhtiev Rasum ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanımışdır. Onlar hətta Çexiya Respublikasında bir müddət ərarvad kimi yaşamışlar. Sonradan onlar birlikdə Azərbaycan Respublikasına qayıtmışlar və ünvan 2-də kirayədə yaşamışlar. O, uzun illərdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Aynurə isə heç vaxt narkotik vasitədən istifadə etməmişdir. 16 fevral 2020-ci il tarixdə o, restoranda olarkən Aynurə onun mobil telefonuna zəng edərək Çexiya Respublikasında yaşayan tanışına bağlama göndərmək istədiyini bildirmiş və poçta getmək üçün onu yanına çağırmışdır. O da restorandan çıxıb Aynurə ilə görüşmüş və onlar birlikdə Çexiya Respublikasına bağlama göndərmək üçün poçta getmişlər. Həmin vaxt o, Aynurənin Çexiya Respublikasına ayaqqabı göndərmək istədiyini öyrənmişdir. Onlar poçtda çatdıqda, Aynurə ayaqqabıları Çexiya Respublikasında onların ümumi tanışı Saşaya göndərdiyini ona demişdir. Saşa onun tanışı olmuşdur. O, Çexiyada olduqda, Saşa ilə yaxşı münasibətləri olmuşdur. O, Aynurənin Saşaya bağlama göndərdiyini bilsə də, gömrük bəyannaməsində göstərilmiş İvana Qorolova adlı şəxsi tanımamışdır. O, poçtda bir ədəd eynəyi və eynək qabını Saşaya göndərmək qərarına gəlmişdir. Poçt vasitəsilə göndərilən eynəyi o, göndərmiş, ayaqqabıları isə Aynurə Saşaya göndərmişdir. Saşanın Çexiya Respublikasında ünvanı olmadığından onlar eynəyi və ayaqqabıları İvana Qorolova adlı şəxsin adına göndərmişlər. X26 tanışı olmuşdur. Aynurə də Saşanı tanımışdır. Onun bildiyinə görə Saşa Çexiyada narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Onlar poçtda əvvəlcə bir şöbəyə yaxınlaşmışlar. Orada Aynurə gömrük sənədlərini imzalamışdır. Həmin gün onun üzərində Aynurənin ona verdiyi 100 ABŞ dolları məbləğində pul olmuşdur. O, həmin puldan bağlamanın göndərilməsi üçün xidmət haqqını ödəmişdir. Sonra onlar bağlamanı poçtda işləyən qadına təqdim etmişlər. Sonra onlar poçtdan çıxmışlar və kirayədə yaşadıqları evə getmişlər. O, poçt vasitəsilə göndərilən bağlamanın içərisindəki ayaqqabıların daban hissəsində narkotik vasitənin olduğunu bilməmişdir. Onun həmin ayaqqabılara heç bir aidiyyatı olmamışdır. Onun kirayədə qaldığı evdə aşkar edimiş narkotik vasitəyə gəldikdə isə o, bildirmişdir ki, həmin narkotik vasitə onun özünə məxsus olmuşdur. O, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. O, narkomaniya xəstəsi olduğundan evdə öz istifadəsi üçün həmin narkotik vasitəni saxlamışdır. O, Gürcüstran Respublikasının vətəndaşı olduğundan tez-tez Azərbaycan Respublikasından Gürcüstan Respublikasına və İrana giriş-çıxış etmişdir. Həmçinin o, bəzən gün ərzində 1-2 dəfə İran İslam Respublikasına getmiş və orada narkotik vasitə istifadə etmişdir. O, İran İslam Respublikasında çox rahatlıqla narkotik vasitə alaraq istifadə etmiş və sonra da Azərbaycan Respublikasına geri qayıtmışdır. O, dəfələrlə İran İslam Respublikasına narkotik vasitə qəbul etmək üçün getsə də, Aynurə ilə birlikdə heç vaxt İrana getməmişdir. Təqsirləndirilən şəxs Mekhtiev Rasum ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə yüngül cəza təyin edilməsini və Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə baraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Rasumu Çexiya Respublikasında tanımışdır. O, Çexiya Respublikasının Praga şəhərində fəaliyyət göstərən oteldə işləmişdir. O, oteldə təmizlik işləri ilə məşğul olmuşdur. O, X3 ərarvad kimi yaşamışdır. Pragada Saşa adlı şəxs də yaşamışdır. Saşa Rasumun dostu olmuşdur. O, Rasum vasitəsi ilə Saşanı tanımışdır. O, Saşanın Çexiyada nə işlə məşğul olduğunu dəqiq bilməmişdir. O və Rasum Bakıya qayıtdıqdan sonra bir müddət Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində Rasumun valideynlərinə məxsus evdə yaşamışlar. Sonra isə onlar birlikdə ünvan 2-də kirayədə yaşamışlar. Rasum günlərin birində onların kirayədə yaşadıqları evə 2 (iki) cüt ayaqqabı gətirmişdir. Hər iki ayaqqabı təzə kişi ayaqqabıları olmuşdur. O, Rasumdan həmin ayaqqabıları niyə evə gətirdiyini soruşsa da, sonuncu ona bununla bağlı açıqlama verməmişdir. 16 fevral 2020-ci il tarixdə Rasum həmin ayaqqabıları, bir ədəd eynəyi və eynək qabını Çexiyaya göndərmək istədiyini ona bildirmiş və həmin vaxt Rasumun pasportu olmadığından Rasum ondan birlikdə poçta gedərək onun adından həmin əşyaları Çexiya Respublikasına göndərməyini istəmişdir. O da faktiki olaraq Rasumla ər-arvad olduğundan Rasumun sözündən çıxmamışdır. Sonra 16 fevral 2020-ci il tarixdə onlar birlikdə poçta getmişlər. Onlar poçtda olarkən Rasum ayaqqabıları, eynəyi və eynək qabını Çexiya Respublikasında yaşayan dostu Saşaya göndərdiyini ona demişdir. Onlar əvvəlcə poçtda bir şöbəyə yaxınlaşmışlar. Həmin vaxt Rasum poçtda işləyən qadından bağlamanın neçə günə Çexiyaya çatacağını soruşmuşdur. Həmin işçinin verdiyi cavab Rasumu qane etmədiyindən poçtun işçisi onları ekspres şöbəyə göndərmişdir. Sonra onlar ekspres şöbəyə yaxınlaşmışlar və Rasum bağlamanı göndərmişdir. Rasum bağlamanın onun adından göndərilməsini istəmişdir. O da Rasumun sözünü yerə salmamışdır. Sonra poçtda işləyən qadın bağlamanı onun adından Çexiya Respublikasına göndərilməsini həyata keçirmişdir. Bağlamanın göndərilməsi barədə sənədlərin birində o, öz adını, digərində isə X5 adını qeyd etmişdir. Gömrük bəyannaməsində adının X2 yazmağını ondan Rasum tələb etmişdir. Rasum ona əsl adını yazmamağı bildirmişdir. Həmçinin Rasum ona demişdir ki, “qoy Saşa bilməsin ki, ayaqqabını sən göndərirsən”. Rasum istəmirmiş ki, Saşa onların ər-arvad kimi yaşadıqlarını bilmiş olsun. Digər şöbədən bağlama onun adından Çexiya Respublikasının Praga şəhərində yaşayan İvana Qorolova adlı şəxsə göndərilmişdir. Onun adından İvana Qorolova adına Rasuma məxsus ayaqqabılar, eynək və eynək qabı göndərilsə də, o, İvana Qorolovanı tanımamışdır. X26 tanışı olmuşdur. X27 Saşa vasitəsi ilə tanımışdır. Həmin gün Rasumun pasportu üzərində olmadığından poçtdan bağlama onun adından göndərilmişdir. O, Çexiya Respublikasına öz adından poçt vasitəsilə göndərilən ayaqqabıların daban hissəsində narkotik vasitə olduğunu bilməmişdir. Çünki həmin ayaqqabıları Rasum özü onların kirayədə yaşadıqları evə gətirmişdir. Onun həmin ayaqqabılara heç bir aidiyyatı olmamışdır. Evdə aşkar olunmuş narkotik vasitə Rasumun özünə məxsus olmuşdur. Rasum narkotik vasitələrdən istifadə etmişdir. O, narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Rasum narkotik vasitələrdən istifadə etdiyinə görə hər zaman o, Rasumla buna görə dalaşmışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə ona baraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Mekhtiev Rasumun və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayətlərə aidiyyatlarının olmaması ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında ayrı-ayrılıqda belə məzmunda ifadə verərərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, “xxxx” MMC-nin ünvan 3 ünvanında yerləşən ofisində “Şəbəkə müştəri xidmətləri” filialında əməliyyatçı vəzifəsində işləyir. 16 fevral 2020-ci il tarixdə iş bölgüsünə əsasən o, “xxxx” MMC-də əməliyyatçı (operator) vəzifəsini icra etmişdir. Onun işində növbə sistem əsasında müəyyən olunmuşdur. Onun növbəsi çatdıqda o, bağlama göndərmək üçün müraciət etmiş şəxsə yaxınlaşmışdır. Bağlamanı göndərmək üçün yaxınlaşmış şəxs Rasum Mekhtiev olmuşdur. X29 Respublikasına bağlama göndərmək istədiyini ona demişdir. O, Rasumdan Çexiyaya nə göndərdiyini soruşmuşdur. Rasum isə kişi ayaqqabısı və eynək göndərmək istədiyini ona bildirmişdir. Bundan sonra o, Rasumun göndərmək istədiyi bağlamanı açmış və poçt qaydalarına əsasən həmin bağlamanı yoxlamağa başlamışdır. Həmin vaxt bağlamada şübhəli məqam olmadığından o, həmin bağlamanı qablaşdırmışdır. O, bağlamanı qablaşdırdıqdan sonra Rasum bağlamanın neçə günə Çexiya Respublikasına çatacağını ondan soruşmuşdur. O da bağlamanın 3 həftəyə çatacağını bildirmişdir. Onun Rasuma verdiyi cavab sonuncunu qane etməmişdir. Sonra Rasum ona sual vermişdir ki, “bəs bağlama göndərilən ünvana daha tez necə çatdırıla bilər?”. O da Rasuma “xxxxekspress” şöbəsi vasitəsi ilə daha tez müddətdə bağlamanın çatacağını bildirmişdir. Bundan sonra Rasum göndərmək istədiyi bağlamanı onun işlədiyi poçt vasitəsi ilə göndərməkdən imtina etmişdir. Onun bildiyinə görə Rasum Mekhtiev sonra “xxxxekspress” şöbəsinə getmişdir. Sonrakı hadisələr barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, “xxxx” MMC-nin ünvan 3 ünvanında yerləşən ofisində “EMS ekspress” şöbəsində mütəxəssis vəzifəsində işləyir. 16 fevral 2020-ci il tarixdə Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 əvvəlcə poçtun sadə poçt göndərişləri bölməsinə yaxınlaşmışlar. Lakin həmin poçtda işləyən X15 Rasuma və Təqsirləndirilən şəxs2 sonuncuların göndərmək istədikləri bağlamanın Çexiya Respublikasına 3 həftə ərzində çatacağını bildirmişdir. 3 həftəlik müddət Rasum və Aynurəni qane etmədiyindən sonuncular bağlamanın daha qısa müddətə Çexiya Respublikasına necə göndərə biləcəklərini Kəmalədən soruşmuşlar. Kəmalə Abuzərova da Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 onun işlədiyi şöbəyə yönləndirmişdir. X32 və Təqsirləndirilən şəxs2 onun işlədiyi şöbəyə yaxınlaşmışlar və göndərmək istədikləri bağlamanın hansı müddətdə Çexiya Respublikasına çatdırılacağını ondan soruşmuşlar. O da Rasum Mekhtiev və Təqsirləndirilən şəxs2 qısa müddət ərzində bağlamanın çatdırılacağını bildirmişdir. Onun dediyi müddət Rasum Mekhtiev və Təqsirləndirilən şəxs2 qane etdiyindən sonuncular onunla razılaşmışlar. Rasum Mekhtiev və Təqsirləndirilən şəxs2 Çexiya Respublikasına bağlamanın içərisində kişi ayaqqabısı və eynək göndərmişlər. O, bağlamanı alan zaman bağlamaya baxış keçirməmişdir. Ona qədər poçtun digər şöbəsinin mütəxəssisi Kəmalə Abuzərova həmin bağlamaya baxış keçirdiyindən və bağlamada heç bir şübhəli əşya və predmet aşkar etmədiyindən o, yenidən həmin bağlamaya baxış keçirməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X6 Tətbiqi şöbəsinin baş inspektoru vəzifəsində işləyir. O, 18 fevral 2020-ci il tarixdə Bakı Karqo Terminalında monitor rentgen qurğusunda nəzarəti həyata keçirmişdir. O, həmin gün monitor rentgen qurğusunda nəzarəti həyata keçirərkən bir bağlamanın içərisində narkotik vasitəyə bənzər şübhəli görüntülər müəyyən etmişdir. Şübhəli görüntülər həmin bağlamanın içərisindəki kişi ayaqqabısında olmuşdur. Həmin kişi ayaqqabısının dabanında yad cisimlər müşahidə edilmişdir. Daha sonra o, işlədiyi şöbənin digər əməkdaşı Şahid4lə əlaqə saxlamış və sonuncuya bağlamanın içərisində şübhəli görüntülər müşahidə etdiyini bildirmişdir. Şahid4 isə öz növbəsində İdarənin kinoloji xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra Şahid4 və kinoloji xidmətin əməkdaşı xüsusi təlim keçmiş bir itlə birlikdə onun olduğu yerə gəlmişlər. Kinoloji xidmətin iti də ayaqqabıya reaksiya vermişdir. Sonra iki nəfər hal şahidi onun tərəfindən hadisə yerinə dəvət edilmişdir. Bağlama poçtla göndərildiyindən təqsirləndirilən şəxslər həmin vaxt orada olmamışlar. Hal şahidləri qismində Şahid6 və Şahid7 çıxış etmişlər. Bağlamanın içərisində bir cüt kişi ayaqqabısı olmuşdur. Hal şahidlərinin iştirakı ilə onlar bağlamanın içərisində olan kişi ayaqqabısını götürmüşlər və həmin ayaqqabının hər iki tayının daban hissəsində xüsusi spesifik iyli narkotik vasitə heroinə bənzər bükümlər aşkar edilmişdir. Gömrük xidməti əməkdaşları tərəfindən həmin kütlə tərəzidə çəkilmiş və aşkar edilmiş kütlənin ümumi çəkisi 93 qram təşkil etmişdir. Sonra aşkar edilmiş kütlə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 oxşar məzmunlu ifadə verməklə digər Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. 18 fevral 2020-ci il tarixdə o, Heydər Əliyev adına X7rkən bir nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq poçt bağlamasının yoxlanılması ilə bağlı hal şahidi kimi iştirak etməyi ona təklif etmişdir. O da etiraz etməyərək Bakı Karqo Terminalına getmişdir. Bağlama monitor rentgen qurğusundan keçirilərkən şübhəli görüntülər aşkar edilmişdir. Onun hal şahidliyi ilə bağlamanın içərisindən çıxan ayaqqabılara xidməti it vasitəsi ilə baxış keçirilmişdir. Kinoloji xidmətin iti ayaqqabıya dərhal reaksiya vermişdir. Daha sonra gömrük xidməti əməkdaşları tərəfindən ayaqqabının daban hissəsi açılmışdır. Ayaqqabının hər bir tayında 2 (iki) büküm, ümumilikdə isə 4 (dörd) büküm aşkar edilmişdir. Həmin bükümlərin içərisində olan kütlə kəskin iyə malik olmuşdur. Sonra gömrük xidmətinin əməkdaşları 4 (dörd) bükümdə olan kütləni tərəzidə çəkmişlər və kütlənin ümumi çəkisi 93 qram təşkil etmişdir. Sonra həmin bükümlər qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Digər iştirakçılar kimi o da həmin protokolu imzalamışdır. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 1 (bir) ildən artıqdir ki, gömrük orqanlarında xidmət edir. 18 fevral 2020-ci il tarixdə gömrük əməkdaşı Şahid4 ona Bakı Karqo Terminalında poçt bağlamalarından birində ayaqqabının daban hissəsində şübhəli təsvirlərin aşkar edildiyini ona bildirmiş və həmin bağlamaya kinoloji itin tətbiq edilməsini ondan xahiş etmişdir. O, Şahid4la birlikdə Bakı Karqo Terminalına getmişdir. Həmin vaxt iş bölgüsünə uyğun olaraq gömrük əməkdaşı Şahid3 Bakı Karqo Terminalında ixrac olunan poçt yüklərinin rentgen gömrük baxışını həyata keçirdiyi üçün şübhəli təsvirlər sonuncu tərəfindən müəyyən edilmişdir. Həmin poçt bağlamasının üzərində olan 16 fevral 2020-ci il tarixli CN23EMS gömrük bəyannaməsində göndərən qismində ünvanı Bakı şəhəri, H.Məmmədov küçəsi, ev 9 olan X11, alıcı qismində isə ünvanı Çexiya Respublikası, Praqa şəhəri, “Grafıcka 19” olan İvana Gorolova, eləcə də 16 fevral 2020-ci il tarixli invoys sənədində dəyəri 35 avro olan 1 (bir) ədəd “glasses” və dəyəri 60 avro olan 2 (iki) ədəd “shoes” kimi göstərilmişdir. Daha sonra o, poçt bağlamasına “Ledi” ləqəbli kinoloji xidmətin itini tətbiq etmiş və it bağlamaya reaksiya vermişdir. Daha sonra hal şahidlərinin iştirakı ilə onların keçirdikləri yoxlama zamanı üzəri yapışqan lentlə sarılmış sarı rəngli kağız parçası ilə bükülmüş vəziyyətdə olan poçt bağlamasının içərisində üzərində “Dr.Pepper” sözü yazılmış və üzərində “STR Men” sözü yazılmış 2 (iki) ədəd ayaqqabı qutularının içərisindən çıxan, içində “Zilli” və “Moreschi” sözü yazılmış 2 (iki) cüt ayaqqabının hər birinin dabanında olan boşluğa gizlədilmiş gümüşü rəngli falqa ilə bükülmüş vəziyyətdə 93 qram çəkidə kəskin iyə malik olan 4 (dörd) bükümdə naməlum maddə, həmçinin EE ********* AZ saylı CN23EMS gömrük bəyannaməsi, yükə aid 16 fevral 2020-ci il tarixli invoys sənədi aşkar edilərək protokol əsasında götürülmüş və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən 17A nömrəli evdə yaşayır və Heydər Əliyev adına X16 fəhlə işləyir. O, 18 fevral 2020-ci il tarixdə işdə olarkən təxminən saat 21:00 radələrində bir nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq poçt bağlamasının yoxlanılması zamanı hal şahidi kimi iştirak etməyi ona təklif etmişdir. O da etiraz etməyərək könüllü şəkildə razılığını bildirmişdir. Sonra o, Bakı Karqo Terminalına getmişdir. Orada ona və digər hal şahidinə gömrük əməkdaşı tərəfindən onların hüquq və vəzifələri izah edilmiş və məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Saat 21:10 radələrində poçt bağlamasının yoxlanılmasına başlanılmış və gömrük əməkdaşı poçt bağlamasının X11 adlı şəxs tərəfindən Çexiya Respublikasına göndərildiyini bildirmişdir. Bundan sonra X11 tərəfindən Çexiya Respublikasına göndərilən poçt bağlamasına xidməti it tətbiq edilmiş və xidməti it həmin bağlamaya reaksiya vermişdir. Daha sonra yoxlama zamanı üzəri yapışqan lentlə sarılmış sarı rəngli kağız parçasına bükülmüş vəziyyətdə olan poçt bağlamasının içərisində üzərində “Dr.Pepper” sözü yazılmış və üzərində “STR Men" sözü yazılmış 2 (iki) ədəd ayaqqabı qutularının içərisindən çıxan içində “Zilli” və “Moreschi” sözü yazılmış 2 (iki) cüt ayaqqabının hər birinin dabanında olan boşluğa gizlədilmiş gümüşü rəngli falqa ilə bükülmüş vəziyyətdə, ümumi çəkisi 93 qram təşkil edən kəskin iyə malik olan ümumilikdə 4 (dörd) bükümdə naməlum maddə qablaşdırılmaqla möhürlənmiş, yükə aid sənədlərlə birlikdə protokol əsasında götürülmüş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2020ci il tarixli raportdan (cild 1, iş vərəqə 6) görünür ki, həmin gün Heydər Əliyev adına X17 Bakı Karqo Terminalında “Azerexpresspost” poçt daşımaları şirkəti vasitəsi ilə CN23EMS nömrəli gömrük bəyannaməsi əsasında X11 tərəfindən Çexiya Respublikasının Praga şəhərində yaşayan İvana Gorolovanın yaşadığı ünvana göndərilən 16 fevral 2020-ci il tarixli invoysda dəyəri 35 avro olan 1 (bir) ədəd ”glasses” və dəyəri 60 avro olan 2 (iki) ədəd “shoes” kimi göstərilən, izləmə kodu EE002076850AZ olan poçt bağlamasına rentgen aparatı vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı monitorda şübhəli təsvirlər göründüyündən poçt bağlamasına hal şahidlərinin iştirakı ilə yoxlama tətbiq edilmişdir. X11 tərəfindən Çexiya Respublikasına göndərilən poçt bağlamasına keçirilmiş baxışda Kinoloji Xidmətin xidməti itindən istifadə edilmişdir. Bağlamaya baxış keçirilən zaman “Zilli” və “Moreschi” markalı 2 (iki) cüt ayaqqabının hər birinin dabanında olan boşluqda gümüşü rəngli falqalara bükülərək gömrük nəzarətindən gizlədilmiş cəmi 4 (dörd) bükümdə, ümumi təmiz çəkisi 93 qram təşkil edən açıq qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2020-ci il tarixli əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 1-7) görünür ki, X11 tərəfindən Çexiya Respublikasına göndərilən poçt bağlamasının içərisində olan üzərində “Dr.Pepper” və “STR Men” sözləri yazılan 2 (iki) ədəd ayaqqabı qutularının içərisindən çıxan “Zilli” və “Moreschi” markalı 2 (iki) cüt ayaqqabının hər birinin dabanında olan boşluqda gümüşü rəngli falqalara bükülərək gömrük nəzarətindən gizlədilmiş 93 qram çəkidə 4 (dörd) bükümdə açıq qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitəyə oxşar maddə aşkar edildiyindən poçt bağlaması araşdırma məqsədi ilə götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4450 saylı məhkəmə-bioloji ekspertizası rəyindən (cild 1, iş vərəqə 45-46) görünür ki, tədqiqata təqdim edilmiş bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 24,066 qram, 19,782 qram, 23,658 qram və 24,237 qram, ümumi təmiz çəkisi 91,743 qram olan maddələr - tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (tədqiqata 0,2 qram sərf edilmiş və qalıq çəki 91,543 qram təşkil edir). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 224-229) görünür ki, Rasum Mekhtiev 28 aprel 2007-ci il tarixdən 09 sentyabr 2019-cu il tarixədək mütəmadi olaraq “Şıxlı” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Gürcüstan Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmiş və həmin sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikası istiqamətindən Gürcüstan Respublikasına geri qayıtmışdır. 17 aprel 2019-cu il tarixdən 06 sentyabr 2019-cu il tarixədək o, mütəmadi olaraq “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikası istiqamətindən İran İslam Respublikasına getmiş və həmin sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına qayıtmışdır. O, sonuncu dəfə 27 yanvar 2020-ci il tarixdə, saat 06:35-də “Bakı Aeroportu” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə “Budapeşt A320” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Macarıstan Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmiş, 27 yanvar 2020-ci il tarixdə, saat 16:10-da “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikası istiqamətindən İran İslam Respublikasına getmiş, 28 yanvar 2020-ci il tarixdə, saat 09:56-da “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmiş, 29 yanvar 2020-ci il tarixdə, saat 16:21-də “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikası istiqamətindən İran İslam Respublikasına getmiş, 29 yanvar 2020-ci il tarixdə, saat 23:03-də “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 230-231) görünür ki, Təqsirləndirilən şəxs2 27 yanvar 2020-ci il tarixdə, saat 06:35-də Bakı Aeroportu sərhəd nəzarət məntəqəsi vasitəsi ilə “Budapeşt A320” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Macarıstan Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmiş, 27 yanvar 2020-ci il tarixdə, saat 16:10-da “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikası istiqamətindən İran İslam Respublikasına getmiş, 28 yanvar 2020-ci il tarixdə, saat 09:56-da “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmiş, 29 yanvar 2020-ci il tarixdə, saat 16:21-də “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikası istiqamətindən İran İslam Respublikasına getmiş, 29 yanvar 2020-ci il tarixdə, saat 23:02-də “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2020-ci il tarixli icraatın dayandırılması haqqında qərardan (cild 1, iş vərəqə 250) görünür ki, Gürcüstan Respublikasının vətəndaşları Rasum Mekhtiev və Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanına gətirilənədək cinayət təqibi üzrə icraatın Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli saxlanılmış şəxsin təhvil verilməsi haqqında aktdan (cild 1, iş vərəqə 253) görünür ki, Mekhtiev Rasum 14 avqust 2020-ci il tarixdə, saat 16:30-da, Təqsirləndirilən şəxs2 isə 14 avqust 2020-ci il tarixdə, saat 17:40-da saxlanılmışlar və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin istintaq şöbəsinə təhvil verilmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli qərardan (cild 1, iş vərəqə 254-255) görünür ki, cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 274-275) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 277) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 296-297) görünür ki, həmin gün Mekhtiev Rasumun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 299) görünür ki, həmin gün Mekhtiev Rasum şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 311) görünür ki, X8 məxsus və sonuncu tərəfindən könüllü təqdim edilmiş 1 (bir) ədəd qara rəngli “Huawey” markalı planşet maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2020-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 311) görünür ki, Mekhtiev Rasuma məxsus və sonuncu tərəfindən könüllü təqdim edilmiş 1 (bir) ədəd qara rəngli “Honor” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 1-2) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 14-15) görünür ki, həmin gün Mekhtiev Rasum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2020-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-502/20 saylı qərarından (cild 2, iş vərəqə 56-58) görünür ki, həmin gün Mekhtiev Rasum barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 14 avqust 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2020-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-503/2020 saylı qərarından (cild 2, iş vərəqə 59-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 14 avqust 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2020-ci il tarixli axtarış aparılması haqqında protokoldan (cild 2, iş vərəqə 68-70) görünür ki, həmin gün Mekhtiev Rasumun və Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvanında axtarış aparılmışdır. Axtarış zamanı Rasum Mekhtiev könüllü olaraq yataq otağından sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Həmçinin evdən 500 avroluq pul əskinası, Rasum Mekhtievə məxsus GEO 17AA64539 nömrəli pasport, Təqsirləndirilən şəxs2 məxsus C01407858 nömrəli pasport və AA******* nömrəli şəxsiyyət vəsiqəsi, şəxsi əşyalarının içərisindən isə üzərində fars hərfləri ilə yazılmış sellofan paketdə, narkotik vasitəyə bənzər 6 (altı) ədəd açıq qəhvəyi rəngli maddə və 4 (dörd) ədəd yaddaş kartı aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2020-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-153/2020 saylı qərarından (cild 2, iş vərəqə 231) görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin axtarış aparılması haqqında 15 avqust 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 avqust 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 112-138) görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “X35 T3” markalı planşetə baxış keçirilmiş və Təqsirləndirilən şəxs2 “Whatsapp” sosial şəbəkəsi proqramı vasitəsi ilə istifadəsində olmuş +**********39 saylı mobil telefon nömrəsində istifadəçi adı “A.SH.A.” kimi qeydiyyatdan keçmiş profillə istifadəçi adı qeyd edilməyən, Rusiya Federasiyasına məxsus +**********1 saylı mobil operator nömrəsində qeydiyyatdan keçmiş “Whatsapp” profili arasında axtarışda olduqları üçün Rasumla onun 10.000 (on min) avro müqabilində qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan Respublikasına keçməyə cəhd etməklə bağlı mesajların olduğu müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 avqust 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 139-157) görünür ki, Rasum Mekhtievin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “A.R.” kimi qeydiyyatdan keçmiş profillə istifadəçi adı “Csbo” kimi qeyd edilmiş, “Azercell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəsində qeydiyyatdan keçmiş “Whatsapp” profili arasında və istifadəçi adı “Natik” kimi qeyd edilmiş, Ukrayna Respublikasının mobil operatoruna məxsus +**********47 saylı mobil nömrəsində qeydiyyatdan keçmiş profil arasında axtarışda olduqları üçün Aynurə ilə onun 5.000 (beş min) ABŞ dolları müqabilində qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan Respublikasına keçməyə cəhd etməklə bağlı mesajların olduğu müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 233) görünür ki, Mekhtiev Rasum Bakı Şəhəri Səbail Rayon Xalq Məhkəməsinin 02 fevral 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-1.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, 20 may 1998-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Mekhtiev Rasum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 dekabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1.1, 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinmiş, ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, 28 fevral 2007-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 16 fevral 2020-ci il tarixdə onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 234) görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, ona qəti olaraq 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilərək 2 il müddətində sınaq müddəti təyin edilmişdir. Ona təyin edilmiş sınaq müddəti 21 avqust 2017-ci il tarixdə başa çatmışdır. 16 fevral 2020-ci il tarixdə onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/538 saylı sənədlərin məhkəmə texniki ekspertizası rəyindən (cild 3, iş vərəqə 10-11) görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd N**********7 nömrəli 500 avro nominalı pul əskinasına oxşar obyekt hər hansı bir eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə komputerə köçürülmüş, qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmiş və həqiqi 500 avro nominalı pul əskinasının nümunəsi ilə eynilik təşkil etmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1624 saylı ekspertiza rəyindən (cild 3, iş vərəqə 3-6) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “N200498 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ********* N-li iş üzrə..” yazısı olan polietilen paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,152 qram qəhvəyi rəngli tozşəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin paketdə olan üzərində fars əlifbası ilə yazıları olan polietilen paketdəki ümumi təmiz çəkisi 128 qram altı ədəd dairəvi formada bərk bej rəngli maddələr narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsir edən və zəhərli maddələrə aid deyillər və onlar kalsium tərkibli maddələrdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bükümdəki qəhvəyi rəngli heroin, üzərində MEM-nin “Tədqiqat Obyekti 76 № li” ştamp əksi ilə möhürlənmiş kağız paketdə olan, üzərində “202056 N-li..” yazılmış polietilen paketə qablaşdırılmış 4 (dörd) ədəd bükümdəki heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/608 saylı məhkəmə-xətşünaslıq ekspertizası rəyindən (cild 3, iş vərəqə 67-69) görünür ki, 16 fevral 2020-ci il tarixli “İnvoice” sənədindəki yazılar (“Date” qrafasındakı “16.02”, “İtem no” qrafasındakı “EE002076850A7”, “Total value” qrafasında “35 jevro, 60 jevro, 95 jevro yazılarının qarşısındakı “EUR” yazılarından başqa) Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 16 fevral 2020-ci il tarixli “İnvoice” sənədində “Date” qrafasındakı “16.02” yazıları, “İtem no” qrafasındakı “EE002076850A7” yazıları, “Total value” qrafasında “35 jevro, 60 jevro, 95 jevro yazılarının qarşısındakı “EUR” yazıları Təqsirləndirilən şəxs2 və Rasum Mekhtiev tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 16 fevral 2020-ci il tarixli “İnvoice” sənədinin aşağı sağ hissəsindəki imzanın Təqsirləndirilən şəxs2 və ya Rasum Mekhtiev tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 Şəxsi Ambulator X1 2681 saylı rəyindən (cild 3, iş vərəqə 72-73) görünür ki, Mekhtiev Rasumda psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar olunmadı. Mekhtiev Rasumda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 Şəxsi Ambulator X1 2667 saylı rəyindən (cild 3, iş vərəqə 75-76) görünür ki, X13 narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar olunmadı. Hal-hazırda X13 narkomaniya xəstəliyin əlamətəri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Aynur Əhmədova narkomaniya xəstəliyindən əzab cəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 oktyabr 2020-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-582/20 saylı qərarından (cild 3, iş vərəqə 31-36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 3 ay müddətinə, yəni 14 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 oktyabr 2020-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-583/2020 saylı qərarından (cild 3, iş vərəqə 37-42) görünür ki, həmin gün Mekhtiev Rasumun həbsdə saxlanılma müddəti 3 ay müddətinə, yəni 14 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2020-ci il tarixli mobil telefon əlaqələrinə baxış keçirilməsi haqqında protokoldan (cild 3, iş vərəqə 45-53) görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “xxxx” MMC-nin çağrı mərkəzinə məxsus 012-169 saylı telefon operatoru arasında 11 fevral 2020-ci il tarixdə, saat 18:47:25-də 226 saniyə, 16 fevral 2020-ci il tarixdə, saat 13:33:34-də 87 saniyə, “xxxx” MMC-yə məxsus ***-***-**-** saylı şəhər telefon nömrəsi arasında 18 fevral 2020-ci il tarixdə, saat 17:40:38-də 67 saniyə, “xxxx” MMC-yə məxsus ***-***-**-** saylı şəhər telefon nömrəsi arasında 19 fevral 2020-ci il tarixdə, saat 12:58:59-da 20 saniyə, ***-***-**-** saylı şəhər telefon nömrəsi arasında 19 fevral 2020-ci il tarixdə, saat 12:59:43-də 88 saniyə və ***-***-**-** saylı şəhər telefon nömrəsi arasında 19 fevral 2020-ci il tarixdə, saat 14:04:30-da 57 saniyə müddətində danışıqların aparıldığı müəyyən edilmişdir. Bundan başqa, Rasum Mekhtievin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan və Çexiya Respublikasına məxsus +**********84 saylı mobil telefon nömrəsinə 29 fevral 2020-ci il tarixdə: “Mən səni qardaşım sayırdım, ancaq sən bağlamanı alan kimi itdin, yaxşı-yaxşı Saşa, sən özün belə istədin”, “Mən birinci Jitomirə, daha sonra Praqaya”, “Sən görəcəksən, mən sənə doğma qardaş və ya düşmən ola bilərəm. Sən məni satdın, mənə pulsuz mal vermirlər”, “Eybi yox, mən malı itirdim, sən isə qardaşını”, “Mənim məsləhətim budur ki, pul bizim dostluğumuzun arasında dayana bilməz, zəng elə vəziyyəti başa sal”, “Əgər zəng etməsən nələrin baş verəcəyini təsəvvür belə edə bilməzsən, hələ ki, doğma insanım kimi müraciət edirəm, daha sonra sənin üçün pulun və ya yaxınlarının qiymətli olduğunu özün düşün”, “Biz bilirik ki, bağlama ünvana çatıb”, “bax, vaxtı boşuna itirmə” məzmunda mesaj göndərilmişdir. Bundan başqa, Rasum Mekhtievin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan və Çexiya Respublikasına məxsus +**********84 saylı mobil telefon nömrəsinə 01 mart 2020-ci il tarixdə: “Nə oldu Saşa, 120 qrama görə dostluğu dəyişdin?”, “Mən buna görə 3200 itirdim, insanların işlərinə maneçilik törətdim, onlar onu mənə öz malımız kimi verillər, lakin komponsasiya tələb edirlər”, “Əgər sən hər şeyi düzəltməsən, balalarımın canına and olsun ki, səni bağışlamayacam”, “Satqınlıq çox ciddi cəzalandırılır və bundan yaxınların da əziyyət çəkir, o buna dəymir, heç bir pul buna dəymir”, “Alim salam, Saşaya mənə zəng etməsini dedin?” məzmunda mesaj göndərilmişdir. Bundan başqa, Rasum Mekhtievin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan və Çexiya Respublikasına məxsus +**********84 saylı mobil telefon nömrəsinə 02 mart 2020-ci il tarixdə: “Yaxşı-yaxsı Saşa mən səni başa düşdüm, indi Jitomirdən xəbərləri gözlə”, “Mən səni gözləməkdən yoruldum, əgər insana pul yaxınlarından qiymətlidirsə deməli o, insan deyil və onu ciddi cəzalandırmaq lazımdır”, “Mən 3200-dən keçdim, bilirsən ki, mənim deyil, mənə atmağının nə olduğunu başa düşməyin üçün bütün vaxtımı və sağlamlığımı xərcləyəcəm” məzmunda mesaj göndərilmişdir. X18 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan və Çexiya Respublikasına məxsus +**********84 saylı mobil telefon nömrəsinə 03 mart 2020-ci il tarixdə: “Mən səni qardaşım hesab edirdim, Allah şahiddir ki, mən heç vaxt sənə və yaxınlarına pislik arzulamamışam, ancaq sən özün bunu elədin və indi mən səndən xahiş etməyəcəm, zərbəni alacaqsan” məzmunda mesaj göndərilmişdir. Bundan başqa, Rasum Mekhtievin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan və Çexiya Respublikasına məxsus +**********84 saylı mobil telefon nömrəsinə 07 mart 2020-ci il tarixdə: “Sən elədiyin hərəkətə görə hansısa yaxınının cavab verəcəyini bilərək necə yaşayırsan?”, “Mən səni tanımaqda səhv etmişəm, çox böyük səhv etmişəm” məzmunda mesaj göndərilmişdir. X18 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan və Çexiya Respublikasına məxsus +**********84 saylı mobil telefon nömrəsinə 08 mart 2020-ci il tarixdə: “Sən mənə zəng edib başa sala bilməzsən?” məzmunda mesaj göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 dekabr 2020-ci il tarixli xasiyyətnamədən (cild 3, iş vərəqə 178) görünür ki, Mekhtiev Rasum barəsində yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 190-191) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 217-218) görünür ki, həmin gün Mekhtiev Rasuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 dekabr 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 3, iş vərəqə 237-238) görünür ki, ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 91,463 qram təşkil edən narkotik vasitə heroinin, dabanları sökülmüş vəziyyətdə olan “Zilli” və “Moreschi” markalı 2 (iki) cüt ayaqqabının, 1 (bir) ədəd göy rəngli eynək qabının və 1 (bir) ədəd “Silkouette” markalı eynəyin, Rasum Mekhtievin istifadəsində olmuş 1 (bir) ədəd “Honor” markalı mobil telefonun, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 1 (bir) ədəd “X35 T3” markalı planşetin və onun üzərində olan 1 (bir) ədəd sim kartın maddi sübut kimi tanınması və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 239-262) görünür ki, Mekhtiev Rasumun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234,4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-17/21 saylı qərarından (cild 4, iş vərəqə 29-33) görünür ki, həmin gün Mekhtiev Rasum barəsində həbsdə saxlanılma müddəti 3 ay müddətinə, yəni 14 aprel 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-18/2021 saylı qərarından (cild 4, iş vərəqə 34-38) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlanılma müddəti 3 ay müddətinə, yəni 14 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 4, iş vərəqə 217-218) görünür ki, təqsirləndirilən şəxs Mekhtiev Rasuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Mekhtiev Rasumun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, X20 Respublikasının vətəndaşı, Təqsirləndirilən şəxs2 isə həm Azərbaycan Respublikasının vətəndaşı, həm də Gürcüstan Respublikasının vətəndaşıdır. Belə ki, Təqsirləndirilən şəxs2 hər iki dövlətin səlahiyyətli orqanları tərəfindən ümumvətəndaş pasportu verilmişdir. Cinayət hadisəsi baş verənədək onlar faktiki olaraq ər-arvad münasibətlərində olmuşlar. Rasum Mekhtiev ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə (qeyd edilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə ayrıca icraatda cinayət işinin ibtidai istintaqı aparılır) cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə heroini Azərbaycan Respublikasından poçt vasitəsi ilə Çexiya Respublikasının Praga şəhərinə göndərmək barədə razılığa gəlmişdir. Belə ki, Mekhtiev Rasum Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqında onların kimdən, haradan, hansı tarixdə, hansı miqdarda (çəki), əvəzli və ya əvəzsiz qaydada külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı tərəfindən bu hissədə kifəyət qədər obyektiv və ətraflı araşdırma aparılmamış, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin 16 fevral 2020-ci il tarixdə Rasum Mekhtievin və Təqsirləndirilən şəxs2 qanunsuz sahibliyində 91,743 qram çəkidə narkotik vasitə heroinin olması cinayət işinin mübahisəsiz hallarından biridir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, 16 fevral 2020-ci il tarixdə, təxminən saat 17:00 radələrində X31 Əhmədova ilə birlikdə “xxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən 1 saylı poçt filialının Mərkəzi poçt şöbəsinə getmiş və onlar 1 (bir) ədəd bağlamanı birlikdə Çexiya Respublikasının Praga şəhərinə göndərmək istəmişlər. Sadə qaydada bağlamanın Çexiya Respublikasına göndərilməsi təxminən 3 (üç) həftə müddət tələb etdiyindən, onlar qeyd edilən müddətlə razılaşmamışlar və daha qısa müddət ərzində bağlamanın Çexiya Respublikasına çatdırılmasını arzulamışlar. Bundan sonra onlar yenidən birlikdə poçt filialının digər şöbəsinə yaxınlaşmışlar və həmin bağlamanın daha qısa müddət ərzində Çexiya Respublikasına göndərilməsi üçün zəruri sənədlərin rəsmiləşdirilməsinə nail olmuşlar. 1 (bir) ədəd bağlama Təqsirləndirilən şəxs2 tərəfindən poçt şöbəsinə təqdim edilsə də, sonuncu cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə həmin bağlamanın göndərilməsini öz adından deyil, X11 adından rəsmiləşdirmişdir. Rasum Mekhtiev və Təqsirləndirilən şəxs2 tərəfindən 16 fevral 2020-ci il tarixdə poçt filialına gətirilən və Təqsirləndirilən şəxs2 tərəfindən poçt şöbəsinə təqdim edilən bağlamanın içərisində 2 (iki) cüt ayaqqabı, 1 (bir) ədəd eynək və 1 (bir) ədəd eynək qabı olmuşdur. Sözügedən əşyalar Çexiya Respublikasına göndərilməsi üçün bağlama şəklində qablaşdırılmışdır. Qeyd edilən hallar məhkəmə istintaqında sərbəst şəkildə ifadə verən şahidlər Şahid2 və X12 tərəfindən tam şəkildə təsdiq olunmuşdur. Bu səbəbdən də göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Rasum Mekhtievin və Təqsirləndirilən şəxs2 16 fevral 2020-ci il tarixdə poçt şöbəsinə gətirmiş olduqları və Təqsirləndirilən şəxs2 tərəfindən poçt şöbəsinin səlahiyyətli şəxsinə təhvil verilmiş bağlama 18 fevral 2020-ci il tarixdə Heydər Əliyev adına X17 Bakı Karqo Terminalında gömrük nəzarəti qaydasında yoxlamadan keçirilmiş və yoxlama zamanı həmin bağlamanın içərisində olan 2 (iki) cüt kişi ayaqqabısının daban hissəsində külli miqdarda, yəni 4 (dörd) bükümdə ümumi təmiz çəkisi 91,743 qram təşkil edən narkotik vasitə heroin aşkar edilmişdir. 18 fevral 2020-ci il tarixdə Çexiya Respublikasının Praga şəhərinə göndərilmiş bağlamanın içərisində olan 2 (iki) cüt kişi ayaqqabısının içərisində 4 (dörd) bükümdə ümumi təmiz çəkisi 91,743 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Yuxarıda göstərilmiş və təhlil edilmiş hallar ona dəlalət edir ki, Rasum Mekhtiev və Təqsirləndirilən şəxs2 əvvəlcədən qanunsuz şəkildə əldə etdikləri külli miqdarda, yəni 91,743 qram çəkidə narkotik vasitə heroini 4 (dörd) bükümdə 2 (iki) cüt kişi ayaqqabısının daban hissəsinə gizli şəkildə yerləşdirilməsini təmin etməklə həmin ayaqqabıların (faktiki olaraq həmin ayaqqabıların daban hissəsinə gizli şəkildə yerləşdirilmiş külli miqdarda narkotik vasitə heroini) poçt vasitəsi ilə Çexiya Respublikasının Praga şəhərinə göndərilməsinə nail olmaq istəmişlər. Lakin həmin ayaqqabıların olduğu bağlama 18 fevral 2020-ci il tarixdə gömrük yoxlamasından keçirilərkən bağlamanın içərisində olan ayaqqabıların daban hissəsində gizlədilmiş sözü gedən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Rasum Mekhtiev və Təqsirləndirilən şəxs2 tərəfindən Çexiya Respublikasına poçt vasitəsi ilə külli miqdarda narkotik vasitə heroinin göndərilməsini təsdiq edən hallardan biri də ondan ibarətdir ki, Rasum Mekhtiev istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən şəxsiyyəti istintaqa məlum olmayan başqa şəxsin istifadəsində olan və Çexiya Respublikasının mobil operatorlarından birinə məxsus +**********84 saylı mobil telefon nömrəsinə 2020-ci ilin fevral və mart ayında narkotik vasitələrlə əlaqədar müxtəlif məzmunlu mesajlar göndərilmişdir. Çoxsaylı mesajların məzmunundan görünür ki, X29 Respublikasında olan və şəxsiyyəti istintaqa məlum olmayan şəxsə müraciət edərək onun tərəfindən həmin şəxsə narkotik vasitələrin göndərildiyini, lakin həmin vasitələrin dəyərinin ödənilmədiyini bildirmiş, eləcə də göndərdiyi vasitənin dəyərinin ödənilməsini həmin şəxsdən dəfələrlə tələb etmiş, hətta həmin şəxsə hədə-qorxu da gəlmişdir. Bütün bunlar bir daha onu göstərir ki, 16 fevral 2020-ci il tarixdə Rasum Mekhtiev və Təqsirləndirilən şəxs2 poçt vasitəsi ilə külli miqdarda narkotik vasitə heroinin Çexiya Respublikasına göndərmək arzusunda olmuşlar, bu məqsədlə onlar birlikdə poçt şöbəsinə getmişlər və külli miqdarda narkotik vasitə heroini kişi ayaqqabılarının daban hissəsinə yerləşdirilməsini təmin etməklə bağlama şəklində poçt şöbəsinə təqdim emtişlər. Lakin 18 fevral 2020-ci il tarixdə keçirilmiş gömrük yoxlaması zamanı qeyd edilən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyatının olmamasını bildirsə də, məhkəmə bunu inandırıcı hesab etmir. Belə ki, cinayət işinin materiallarında olan 12 oktyabr 2020-ci il tarixli mobil telefon əlaqələrinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “xxxx” MMC-nin çağrı mərkəzinə məxsus 012-169 saylı telefon operatoru arasında 11 fevral 2020-ci il tarixdə, saat 18:47:25-də 226 saniyə, 16 fevral 2020-ci il tarixdə, saat 13:33:34-də 87 saniyə, “xxxx” MMC-yə məxsus ***-***-**-** saylı şəhər telefon nömrəsi arasında 18 fevral 2020-ci il tarixdə, saat 17:40:38-də 67 saniyə, “xxxx” MMC-yə məxsus ***-***-**-** saylı şəhər telefon nömrəsi arasında 19 fevral 2020-ci il tarixdə, saat 12:58:59-da 20 saniyə, ***-***-**- ** saylı şəhər telefon nömrəsi arasında 19 fevral 2020-ci il tarixdə, saat 12:59:43-də 88 saniyə və ***-***-**-** saylı şəhər telefon nömrəsi arasında 19 fevral 2020-ci il tarixdə, saat 14:04:30-da 57 saniyə müddətində danışıqların aparıldığı müəyyən edilmişdir. Qeyd edilən hallardan məlum olur ki, Təqsirləndirilən şəxs2 11 fevral 2020-ci il tarixdən 19 fevral 2020-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq “xxxx” MMCyə məxsus müxtəlif telefon nömrələri ilə əlaqə saxlayaraq Çexiya Respublikasına poçt göndərişləri ilə bağlı məlumat almışdır. Göstərilən hallar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs2 Rasum Mekhtiev ilə birlikdə narkotik vasitə heroini bağlama şəklində Çexiya Respublikasına poçt vasitəsi ilə göndərməzdən əvvəl bu barədə “xxxx” MMC-dən məlumat almış, daha sonra onlar birlikdə narkotik vasitəni bağlama şəklində Çexiya Respublikasına göndərmişlər, onlara vəd edilən müddət ərzində həmin bağlama Çexiya Respublikasına çatdırılmadıqda, poçt şöbəsindən bağlamanın müqəddəratı ilə maraqlanmışlar. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. Bundan başqa, məhkəmə istintaqında 15 avqust 2020-ci il tarixdə Mekhtiev Rasumun kirayədə yaşadığı evdə baxış keçirilməsi və baxış zamanı evdən şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,152 qram olan narkotik vasitə heroinin aşkar edilməsi də öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Mekhtiev Rasumun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Mekhtiev Rasumun törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Mekhtiev Rasum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişlər. Qeyd edilən cinayət əməlləri məhz Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişlər və bu cinayətlərin törədilməsində Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Mekhtiev Rasum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməlidirlər və həmin maddələr üzrə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxs Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Mekhtiev Rasumun və Təqsirləndirilən şəxs2 cavan olmalarını və müsbət xarakterizə olunmalarını onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməlində cəzanı ağırlaşdıran halların olmadığını, onların hər birinin əvvəllər qəsdən cinayət törətmələrini, aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini, törədilmiş hər bir cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanın sağlamlığına ziyanını, həmin əməllərdən birinin (narkotik vasitənin qaçaqmalçılığı) transmilli cinayət növünə aid olduğunu, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Mekhtiev Rasuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarına uyğun şəkildə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Mekhtiev Rasuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və onlara azadlıqdan məhrum etmə növündə sərt qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxslərə əlavə cəza təyin edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, X21 Respublikasının vətəndaşı olduğundan və ona nisbətdə Cinayət Məcəlləsinin 52.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından qəti əsas cəza ilə yanaşı, ona həm də əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası da təyin edilməlidir. Təqsirləndirilən şəxs2 gəldikdə isə məhkəmə hesab edir ki, o, Gürcüstan Respublikasının vətəndaşı olmaqla yanaşı, həm də Azərbaycan Respublikasının vətəndaşı olduğundan ona əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilməz. Belə ki, Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmçinin, təqsirləndirilən şəxslər Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1, 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə az ağır cinayət təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət onlara təyin ediləcək qəti cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni 14 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 28 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 Şəxsi Ambulator X1 2681 saylı rəyinə əsasən Mekhtiev Rasumda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin cinayət işində olan 28 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 Şəxsi Ambulator X1 2667 saylı rəyinə əsasən X13 narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar olunmamışdır. Hal-hazırda X13 narkomaniya xəstəliyin əlamətəri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Aynur Əhmədova narkomaniya xəstəliyindən əzab cəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyləri nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxs Mekhtiev Rasuma cəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Lakin Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətəri aşkar olunmadığından və o, narkomaniya xəstəliyindən əzab cəkmədiyindən ona çəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmamalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 91,463 qram və 0,102 qram təşkil edən narkotik vasitə heroin, Rasum Mekhtievin kirayə yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 127,8 qram olan 16 (altı) ədəd dairəvi formada bərk bej rəngli maddələr və saxta 500 avroluq əskinası məhv edilməli, dabanları sökülmüş vəziyyətdə olan 1 (bir) cüt “Zilli” və 1 (bir) cüt “Moreschi” markalı ayaqqabı, 1 (bir) ədəd göy rəngli eynək qabı və 1 (bir) ədəd “Silkouette” markalı eynək, Rasum Mekhtievin istifadəsində olmuş 1 (bir) ədəd “Honor” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 1 (bir) ədəd “X35 T3” markalı planşet və planşetin üzərində olan 1 (bir) ədəd sim kartı onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 364 (üç yüz altmış dörd) manat 52 (əlli iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 364 (üç yüz altmış dörd) manat 52 (əlli iki) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Mekhtiev Rasum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri üzrə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Mekhtiev Rasuma qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Mekhtiev Rasuma əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o, qəti əsas cəzanı çəkdikdən sonra icra edilsin. Mekhtiev Rasum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Mekhtiev Rasumun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 avqust 2020-ci il tarixdən hesablansın. Mekhtiev Rasum barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mekhtiev Rasuma cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 91,463 qram və 0,102 qram təşkil edən narkotik vasitə heroin, ümumi qalıq çəkisi 127,8 qram təşkil edən 16 (altı) ədəd dairəvi formada bərk bej rəngli maddələr və saxta 500 avroluq əskinası məhv edilsin. Dabanları sökülmüş vəziyyətdə olan 1 (bir) cüt “Zilli” və 1 (bir) cüt “Moreschi” markalı ayaqqabı, 1 (bir) ədəd göy rəngli eynək qabı və 1 (bir) ədəd “Silkouette” markalı eynək, Rasum Mekhtievin istifadəsində olmuş 1 (bir) ədəd “Honor” markalı mobil telefon Rasum Mekhtievin yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 1 (bir) ədəd “X35 T3” markalı planşet və planşetin üzərində olan 1 (bir) ədəd sim kart onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 364 (üç yüz altmış dörd) manat 52 (əlli iki) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Mekhtiev Rasum və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Mekhtiev Rasuma və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar