Məhkəmə qərarları › İş №1(101)-833/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-833/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-833/2022 11.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X3 şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 27 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən külli miqdarda, ayrı ayrılıqda çəkisi 3,112, 6,830, 7,051, 2,813, 2,810, 2,546, 1,338 qram, ümumi təmiz çəkisi 26,5 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin NMB-nin və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı evin yaxmılığmda yəni ünvan 2 ünvanının qarşısında saxlanılaraq 31-ci PB-nə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 7 (yeddi) ədəd şəffaf sellofana bükülmüş öz aralarında kimyəvi tərkiblərinə görə eyni olan ayrıayrılıqda təmiz çəkiləri 3,112, 6,830, 7,051, 2,813, 2,810, 2,546, 1,338 qram, ümumi təmiz çəkisi 26,5 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sonuncu dəfə polis əməkdaşları tərəfindən saxlanılmazdan 15-16 gün əvvəl narkotik vasitə qəbul etmişdir. Sonra müalicə almaq üçün Masallı rayonuna getmiş və oradan qayıtdıqdan sonra narkotik vasitədən istifadə etməmişdir. 27 avqust 2021-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Əzizbəyov küçəsində yerləşən yaşadığı evdə olmuş və küçədən səs-küy eşitmişdir. Bu vaxt evin qapısını açıb çölə çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ondan əvvəl əmisi oğlunu da tutmuşdular. Polis əməkdaşları onu beyzbol çubuğu ilə döyərək, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə aparmışlar. Orada polis əməkdaşları onu yenə döyərək dişini və qabırğasını sındırmışlar. Bundan əlavə onlar onu anasını da polis bölməsinə gətirəcəkləri və evinə 1 kiloqram narkotik vasitə yerləşdirəcəkləri ilə hədələmişlər. Polis əməkdaşları onun üzərinə narkotik vasitə yerləşdirmişlər. O da bu təzyiqlərə dözməyərək, videoçəkiliş zamanı polis əməkdaşlarının ona dediyi məzmunda danışmışdır. Lakin bu həqiqəti əks etdirmir. Əvvəllər narkotik vasitəni falqada çəkməklə istifadə etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o hazırda Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsində işləyir. Lakin Təqsirləndirilən şəxsı saxladığı vaxt Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili işləmişdir. 27 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxin qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi və istifadə etməsi barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə o və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bülbülə qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxsı Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə dəvət etmişlər. O heç bir etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs özü cibindən 7 büküm çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə kakos olduğunu və Qara Qarayev prospektində 50 (əlli) manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmiş və ona heç bir zor və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Bürcəliyev X1 üzərində narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 27 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 27 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 17:00 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 7 (yeddi) ədəd şəffaf sellofan bükümündə narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o, da həmin bükümlərin içərisində olan maddələrin narkotik vasitə sayılan heroin olmasım və narkotik vasitəni Qara Qarayev metrosunun yaxınlığında yaşayan, üzdən tanıdığı, adını Ramin olaraq bildiyi şəxsdən 50 (əlli) manata özü istifadə etmək üçün almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd DVD Diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2021-ci il tarixli 6/3752 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs Mirmanaf oğlunun üzərindən ...” sözləri, imzalar olan zərfdəki 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,112 qram; 6,830 qram; 7,051 qram; 2,813 qram; 2,810 qram; 2,546 qram; 1,338 qram ümumi təmiz çəkisi 26,5 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi 26,5 qram, tədqiqata sərf edildi 0,14 qram, qalıq 26,36 qram.(ekspertizanın dəyəri 109, 90 manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 29.08.2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 07( yeddi) ədəd şəffaf sellofan bükülmüş kütlələri çıxarıb təqdim etmiş, həmin bükümlər açılıb içərisinə baxıldıqda onların içərisində qəhvəi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Qara Qarayev metrosunun yaxınlığında yaşayan, üzdən tanıdığı, adını Ramin olaraq bildiyi şəxsdən 50 (əlli) manata özü istifadə etmək üçün almasını bildirmişdir. Həmin bükümlər qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilmiş və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işində olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 avqust 2021-ci il tarixli, 4(010)-424/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 25 noyabr 2021-ci il tarixli 4680 No-li rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir, ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Cinayət işində olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 4(010)-653/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 fevral 2022-ci il tarixinədək uzadılmışdır. Cinayət işində olan məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 27 dekabr 2021-ci il tarixli 6/5590 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs Mirmanaf oğlunun üzərindən ...” qeydli zərfdəki 7 ədəd bükümdə heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroinin ümumi qalıq təmiz çəkisi 26,36 qram, tədqiqata sərf edildi 0,14 qram, qalıq 26,22 qram.(ekspertizanın dəyəri 109, 90 manat) Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tюrədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 27 avqust 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və hal ağırlaşdıran hallar müəyyən etməmişdir Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Suraxanı RPİ-də maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərərək götürülmüş ümumi təmiz çəkisi qalıq 26,22 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 219,8 (iki yüz on doqquz, səksən) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 219,8 (iki yüz on doqquz, səksən) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Suraxanı RPİ-də maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərərək götürülmüş ümumi təmiz çəkisi qalıq 26,22 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar