Məhkəmə qərarları › İş №1(101)-833/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-833/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-833/2024 19.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X4 üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi: Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1982-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o,istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq, 17 ədəd olan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,438 qr, 0,497 qr, 0,473 qr, 0,480 qr, 0,453 qr, 0,407 qr, 444 qr, 0,434 qr, 0,456 qr, 7,624 qr, 2,288 qr, 11,105 qr, 18,339 qr, 14,050 qr, 10,194 qr, 158,830 qr, 165,975 qr, ümumi təmiz çəkisi 402,547qram olan qəhvəyi rəngli maddə-lər kustar üsulla hazırlanmış külli miqdar narkotik vasitə heroini, ümumilikdə 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,451qr, 0,940 qr, 0,986 qr, 0,961qr, 0,954 qr, 0,936 qr, 2,724 qr, 3,634 qr, ümumi 11,586 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, əynindəki boz rəngli idman şalvarının sağ yan cibində sarı rəngli fəhlə əlcəyinin və plastik qutunun içərisində, sarı rəngli uşaq maykasına bükülmüş vəziyyətdə daşıyaraq üzərində saxlamış, 27 may 2023-cü il tarixdə, saat 17 radələrində, ünvan 2 ünvanın qarşısında, Bakı şəhəri, Səbail RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşlarının birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı şübhəli şəxs qismində saxlanılıb, ünvan 4 ünvanında yerləşən Səbail RPİ-nin inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki boz rəngli idman şalvarın sağ yan cibində sarı rəngli fəhlə əlcəyinin və plastik qutunun içərisində, sarı rəngli uşaq maykasına bükülmüş vəziyyətdə, həmin 17 ədəd olan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,438 qr, 0,497 qr, 0,473 qr, 0,480 qr, 0,453 qr, 0,407 qr, 0,444 qr, 434 qr, 0,456 qr, 7,624 qr, 12,288 qr, 11,105 qr, 18,339 qr, 14,050 qr, 10,194 qr, 158,830 qr, 165,975 qr, ümumi təmiz çəkisi 402,547 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, ümumilikdə 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,451 qr, 0,940 qr, 0,986 qr, 0,961 qr, 0,954 qr, 0,936 qr, 2,724 qr, 3,634 qr, ümumi 11,586 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, mayın 27-si evdə olan zaman 7-8 nəfər polis əməkdaşı evə daxil olmuşdur. Narkotiklərlər Mübarizə İdarəsinin əməkdaşları olmuşlar. Kimsə polisə onun narkotik vasitə istifadəçisi olduğunu demişdir. Onu evdən idarəyə aparmışlar. Yolda maşında olarkən ondan narkotiki kimdən aldığını soruşmuşlar. X2 İdarəsinin binasına, ordan da şəhərə getmişlar. Daha sonra onu Səbail rayon Polis İdarəsinə təhvil vermişlər. Narkotik vasitəni orada cibinə qoymuşlar. Ona sənədlərə qol çəkməli olduğunu demişlər. O da qol çəkmişdir. Səbaildə olan zaman ondan ittihamı qəbul etməsini istəmişlər. O narkotikin ona məxsus olmadığını demişdir. Onu ailəsi ilə təhdid etmişlər. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman onlar dediklərini qəbul edərək narkotikin ona məxsus olduğunu demişdir. Sonradan ona məlum olmuşdur ki, ona sənəddə 400 qrama qol çəkdirmişlər. İttihamda onun narkotiki Badamdarda yolun qırağından aldığı, sağ cibində 400 qram mal olduğu yazılmışdır. O narkotiki evdən almışdır. Ona qətimkan tədbiri seçilən zaman hakimə narkotik vasitənin ona məxsus olmadığını deməmişdir. Şəxsi axtarış keçirilən bükümləri özləri cibindən çıxarmışdır. Ona hədə-qorxu gəldikləri üçün məcbur olub narkotikin ona məxsus olduğunu demişdir. Təcridxanada olarkən prokurorluğa şikayət etmişdir. Onu evdən apararkən saat 14:00-15:00 aralığı imiş. Maşında onu aparan zaman üzərində 2 telefon var imiş, Samsung və Redmi markalı telefonlar. Hər ikisində vatsap mobil tətbiqi olmuşdur. Əməliyyatçılardan Azərin adını bilir. O, maşında qabaqda əyləşmişdir. Telefonunu da Azər əlindən almışdır. Qabaqda oturub kimləsə yazışırmış. Yazışdığı şəxs çox güman ki, iranlı imiş. İranlıan 2-3 ay imiş ki, narkotik alırmış. Satışla məşğul olmamış, iranlının nömrəsini tanışlardan almışdır. O narkotik istifadəçisidir, polislərin təzyiq altında narkotiki boynuna almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Səbail rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsdirləndirilən şəxsi Səbail rayonu ərazisində narkotik vasitələrin satışı və istifadəsində şübhəli bilinməsi əsası ilə tutmuşlar. May ayının ortaları 20-ci sahə ilə Badamdar deyilən yerin arasında saxlanılmışdır. Şəxsi Səbail rayon Polis İdarəsinə dəvət edib üzərinə vəkilin iştirakı ilə baxış keçirmişlər. Üzərindən iri bükümdə, sarı əlcəyin içində narkotik vasitə aşkar olunmuşdur. Sabirə yaxınlaşıb saxlayan zaman o və şahid Əli olmuşdur, digərlərini xatırlamır. Şəxsin qolları qandallanmışdır, çünki onu saxlayarkən üzərinə baxış keçirə bilmirmişlər və onu idarəyə aparmalı imişlər. Əlcəyin içərisindəki narkotik idarəyə aparılarkən tərəziyə qoyulub çəkilməmişdir. Təqsdirləndirilən şəxsə qarşı heç bir zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs də onlara qarşı hərhansı müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid5, Şahid1 və Şahid4 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitəni satışında təqsirli bilməməsinə və üzərində narkotik vasitə olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 27 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 27 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxsn əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən sarı rəngli fəhlə əlcəyinin içərisndən uşaq maykasına bükülmüş kütlə açıldıqda içərisindən ağ rəngli plastik qabın içərisindən 9 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngi spesifik iyə malik olan, 2 ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik olan kristal formalı, eləcə də sellofana bükülmüş 9 ədəd və 1 ədəd göy rəngli kağıza bükülmüş içərisndə qəhvəyi rəngli spesifik iyə malik olan maddələr aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Ondan aşkar edilmiş maddələrin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs maddələrin bir hissəsinin heroin bir hissəsinin isə metamfetamin olmasını bildirərək xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan Vahid adlı şəxs tərəfindən ona verildiyini, eləcə də bundan başqa yaşadığı mənzildə də narkotik vasitə olduğu bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs sol yan cibindən bir ədəd «Redmi-Notel2» markalı və «Samsung A-32» markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 27 may 2023-cü il tarixli “mənzildə axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3071 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs X.Həkimovun üzərindən aşkar olunmuş..." sözləri olan kağız paketdəki ümumi sayı 17 ədəd olan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,438 qr, 0,497 qr, 0,473 qr, 0,480 qr, 0,453 qr, 0,407 qr, 0,444 qr, 0,434 qr, 0,456 qr, 7,624 qr, 12,288 qr, 11,105 qr, 18,339 qr, 14,050 qr, 10,194 qr, 158,830 qr, 165,975 qr, ümumi təmiz çəkisi 402,547 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, ümumilikdə 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,451 qr, 0,940 qr, 0,986 qr, 0,961 qr, 0,954 qr, 0,936 qr, 2,724 qr, 3,634 qr, ümumi 11,586 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Narkotik vasitə heroinər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrimin siyahısına (Siyahı 1) daxildir. Heroİn 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi-11,586 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq- 11,486 qram; heroinin ümumi təmiz çəkisi-402,547 qram, tədqiqata sərf edildi-0,200 qram, qalıq-402,347 qram (ekspertiza tədqiqatın dəyəri 81 (səksən bir manat)) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-365/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu qeyd etmişdir. Məhkəmə onun barəsində həbsetmənin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs növündə qətimkan tədbiri seçmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 27 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən götürülmüş, istifadəsində olan bir ədəd “Samsung A-32” markalı və bir ədəd “Redmi Note- 12” markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı “Samsung A-32” markalı mobil telefonda olan “wattsap”mesencer proqramı aşkar edilmiş, həmin proqrama və mobil telefonun “Qalareya” bölümündə daxil olub orada olan mesajlara və fotoşəkillərə baxılarkən, iş üçün əhəmiyyət kesb edən hər hansı bir xüsusatlar, yəni narkotik vasitələrin əldə edilməsi, satılması əlaqəli məzmunda məsajlar aşkar edilməmişdir. “Redmi Note-12” markalı mobil telefonda olan “wattsap” mesencer proqramı aşkar edilmiş, həmin proqrama daxil olduqda “Vahd” adı ilə “+98-990- 409-53-83” nömrə ilə, “ev” adı ilə “+994-77-310-08- 83” nömrə ilə, adı olmayan “+994-55-424-10- 35” nömrə ilə və “Allahverdi” adı ilə “+994-50- 215-24-27” nömrə ilə kontaktlar aşkar edilmiş, “ev” adı ilə“+994-77-310-08-83” nömrə ilə və adı olmayan “+994-55-424-10-35” nömrə ilə kontaktlarda hər hansı bir yazılı və səsli yazışma aşkar edilməmiş, “Allahverdi” adı ilə “+994-50-215-24-27” nömrə ilə olan kontaktla yazılı və səsli mesajlar olsa da, həmin mesajlaşmaların məzmunu dinləndikdə iş üçün əhəmiyyət kesb edən hər hansı bir xüsusatlar, yəni narkotik vasitələrin əldə edilməsi, satılması və yayılması ilə əlaqəli məzmunda məsajlar aşkar edilməmiş, “Vahd” adı ilə “+98- ***-***-**-**” saylı xarici nömrə ilə qeyd edilmiş kontaktın təqsirkarın arasında aparılmış yazışmalar narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair olduğundan ksero sürətləri çıxarılaraq protokola əlavə edilmiş, eyni zamanda həmin mobil telefonun “Qalareya” bölümünə daxil olduqda orada olan fotoşəkillər narkotik vasitələrin dövriyyəsi,alqı-satqısına ilə əlaqə olmasına əsaslı şübhələr olduğundan, yəni bükümlərinin elektron tərəzidə çəkilməsi, bükümlərin müəyyən ərazidə qoyularaq dairəyə alınmaqla işarə edilməsi və işiıq şitində qoyulmuş bükümün yerinə ox işarəsi ilə göstərilməsi kimi təsvir olmuş foto-şəkillər çıxarılaraq protokola əlavə edilmiş, həmin baxış protokolu iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə verdiyi ifadəsinə də tənqidi yanaşaraq, ifadəsini inandırıcı saymır və özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 tərəfindən toplanmış 141-C-23 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(009)-90/2023 nömrəli qərarından görünür ki, Müdafiəçi Cavad oğlunun Səbail rayon Prokurorluğunun müstəntiqi X3 15 iyul 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından məhkəmə nəzarəti qaydasında şikayəti qismən təmin edilmiş, qərar ləğv edilərək yenidən araşdırılması üçün Səbail rayon Prokurorluğuna göndərilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 tərəfindən toplanmış 141-C-23 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları müəyyən edilməmiş, toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 4298 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunan qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 27 may 2023-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Səbail RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung A-32” markalı və bir ədəd “Redmi Note-12” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 402,347 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 11,486 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 81 (səksən bir manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7(yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 27 may 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 81 (səksən bir manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Səbail RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung A-32” markalı və bir ədəd “Redmi Note-12” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 402,347 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 11,486 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar