Məhkəmə qərarları › İş №1(101)-833/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-833/2025

03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-833/2025 03.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ağdam rayonu, Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddəni əldə edib, daşıyıb, saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra aralarında olan cinayətkar razılaşmaya əsasən xüsusilə külli miqdarda 10015 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda, yerdən və şəraitdə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə 10015 qram çəkidə psixotrop maddə metamfetamini üzərində saxlayaraq ünvan 3 ünvanının yaxınlığına daşımış, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə saat 22:45-də qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada 25 avqust 2024-cü il tarixdə saat 00:24-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı 01 ədəd qara rəngli sellofan bağlamada 10 ədəd sellofan paketlərdə xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1100 qram, 990 qram, 990 qram, 985 qram, 975 qram, 985 qram, 1000 qram, 990 qram, 1000 qram və 1000 qram olmaqla, ümumi təmiz çəkisi 10015 qram olan və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, “Aqşin” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotorp maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması və “Aqşin” adlı şəxsin xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu barədə əməliyyat orqanına məlumat daxil olmuşdur.

4. xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.

5. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 24 avqust 2024-cü il tarixdə, saat 22:45-də tutulmuşdur.

6. 25.08.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 27-30) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 avqust 2024-cü il tarixdə saat 22:45-də ünvan 4 ünvanının yaxınlığında saxlanılmış, Baş İdarəyə gətirilmiş və orada 25 avqust 2024-cü il tarixdə saat 00:24-dən şəxsi axtarış və götürmə prosesi başlamışdır. Şəxsi axtarış, baxış ve götürmə aparılmasından əvvəl barəsində axtarış va götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış ve götürmənin videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə prosesində iştirak edən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş emeliyyat müvəkkili, polis polkovnik-leytenantı X1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, sübhəli şəxs Aqsin Əmirov buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlinda sağladığı qara rəngli sellofon tobada "patı" olduğunu bildirib həmin sellofon torbanı masanın üzərinə qoymaqla təqdim Bundan sonra əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd "Redmi markalı mobil telefonu, şalvarın sol arxa cibindən isə üzərində "LD" yazısı olan 01 qutu siqaret, 01 ədəd alışqan və 03 ədəd avtomobil açarı çıxardıb masanın üstünə qoymaqla taqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbaya baxış zamanı sellofan torbanın içərisində 10 ədəd şəffaf bağlamanın olması və hər bir bağlamanın pansində, ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs taqdim etdiyi həmin qara rəngli sellofon torba içərisindəki bağlamalarla birlikdə cinayət taqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək ştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilmədi. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd "Remi" markalı mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrə olmasını bildirdi. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd açarın idarə etdiyi "Vaz 2104" markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olmasını bildirdi. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə hər hansı qanunsuz əşya və ya predmet olmadığını və avtomobilə baxışın keçirilməsinə etirazının olmadığını bildirdi. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 qutu siqaret ve 01 ədəd alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarıldı. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd avtomobil açarı da müvəqqəti olaraq şəxsin özünə geri qaytarıldı. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs özünün əvvəllər narkotik vasitə istifadə etdiyini, üstündən aşkar edilmiş maddəni dünən yəni 24 avqust 2024-cü il tarixdə Əvvəllər tanıdığı, lakin anket məlumatlarını bilmədiyi iranlı ilə "Vhatsapp" ani mesajllaşma proqramı vasitəsiylə mesajlaşdıqdan sonra 2.500 manat qarşlığında bir ünvandan başqa ünvana aparmaq məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisindən götürməsini, həmin sellofan torbanı götürməmişdən əvvəl qohumu Şahid2 idarə etdiyi "Vaz 2104" markalı **-BO- *** dövlət nömrə nişanlı avtomobilini Sumqayıt şəhərindən Günəşli qəsəbəsinə gətirməsini bildirməsini, lakin Şahid2 "patı” dan ve puldan məlumatı olmadığını, sellofon torbani "iranlı"nın bildirdiyi ünvandan götürdükdən bir qədər sonra polis əməkdaşlarının yaxınlaşmasını, bu zaman qohumu Şahid2 qaçmasını, özünün də qaçmağa cəhd edən zaman yıxılıb başının dəmir boruya dəyməsini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılıb Baş arayə gətirilən zaman və gətirildikdən sonra polis əməkdaşları tərəfindən hər hansı tazyiqlərə mərzu qalmadığını və bədənin görünməyən nahiyyələrindən heç bir xəsarət və ya onun izi olmadığını bildirdi. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi "Vaz 2104" markalı **-BO-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 25 avqust 2024-cü il tarixdə saat 00:51-də başa çatdı. Şəxsi axtarış ve götürmə zamanı "SONY" markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı.

7. 25.08.2024-cü il tarixli Təqsirləndirilən şəxs ərizəsindən (cil d1, iş vərəqə 31) görünür ki, DİN-in Baş Mütəşəkki Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən idarə etdiyi “Vaz 2104” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir.

8. 25.08.2024-cü il tarixli baxış və götürülmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 33-36) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2104” markalı **-BO-*** qeydiyyat nişanlı avtomobilə “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanıldı. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparıldı. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “Vaz 2104” markalı **-BO-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etdi. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ yan oturacağının üzərində 01 ədəd “Samsung” markalı mobil telefon olması aşkar edildi. Şifahi sorğu zaman Təqsirləndirilən şəxs həmin mobil telefonun qohumu Şahid2 məxsus olmasını bildirdi. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldü. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən qanunsuz hər hansı bir əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2104" markalı **-BO-*** qeydiyyat nişanlı avtomobilə baxış gecə vaxtı, süni işıqlandırma şəraitində keçirildi. Baxış keçirilməsi 25 avqust 2024-cü il tarixdə saat 01:57-də başa çatdı. Baxış keçirilməsi zamanı "Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4315 saylı rəyindən (cild 1, iş vərəqə 48-53) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°6” dairəvi möhür əksləri, “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bağlamada olan psixotrop maddə...” yazıları, imzalar olan torbanın içərisində 10 (on) ədəd sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1100 qram, 990 qram, 990 qram, 985 qram, 975 qram, 985 qram, 1000 qram, 990 qram, 1000 qram, 1000 qram ümumi təmiz çəkiləri 10015 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin üm. təmiz çəkisi - 10015 qram, cəmi tədqiqata sərf edildi - 0,5 qram, qalıq üm. - 10014,5 qramdır.

10. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 76-77) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.

11. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1058/2024 saylı qərarından (cild 01, iş vərəqə 100-104) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır.

12. xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cil d1, iş vərəqə 105) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 10014,5 qram çəkidə psixotrop maddə metamfetamin öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması qərara alınmışdır.

13. 29.08.2024-cü il tarixli Bakı şəhər Nərimanov rayon Məhkəməsinin əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair qərarından (cild 01, iş vərəqə 125) görünür ki, əməliyyat-axtarış tədbrinin aparılması barədə Azərbyacan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir.

14. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş məlumatdan (cild 1, iş vərəqə 128) görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 11:50 radələrində Tibbi-sanitar hissəsində müayinədən keçirilən zaman təpə nahiyyəsində, alnında və sol əlinin arxa nahiyyəsində qərtməkli yara xəsarətləri aşkar olunmuşdur.

15. Azərbaycan Respublikası Ağdam rayon İcra hakimiyyəti tərəfindən verilmiş xasiyyətnaməvə arayışlardan (cild 1, iş vərəqə 130-133) görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olduğu müddətdə onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır, o Ağdam rayonu, Salahlı kəndində daimi qeydiyyatda olmaqla yoldaşı Əmirova Yeganə və qızı Əmirli Xədicə də həmin ünvanda qeydiyyatdadır.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11147 saylı məktubdan (cild 1, iş vərəqə 135) görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır.

17. 22.10.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 145-146) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı üzrə öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

18. 15.11.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 150) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətində müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefon nömrəsi olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir.

19. 16.11.2024-cü il tarixli cinayət işi materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 151) görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatlarına baxış saat 12:05-də başa çatmışdır.

20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 26 avqust 2024-cü il tarixli 5851 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən (cild 1, iş vərəqə 152-153) görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub, lakin müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əmirov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.

21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Məhkəmə-Tibbi Ekspertiza və X8 X10 10 sentyabr 2024-cü il tarixli 442/MEŞ nömrəli canlı şəxsin ekspertizasının rəyindən (cild 1, iş vərəqə 155-157) görünür ki, Təqsirləndirilən şəxs alnın sağ qabarı və sağ qaşüstü nahiyəsinin sıyrıqları, döş qəfəsinin sağ yarısının qançırları, sağ dirsək oynağı, sağ əlvə sağ mil-bilək oynağı nahiyəlrinin sıyrıqları aşkar edilmiş, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinə olunanın göstərdiyi xx.xx.2024-cü il tarixə və şəraitə, yəni qaçarkən yıxılması nəticəsində yaranmğa uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir.

22. 21.11.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 158-159) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.

23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X14 məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2940/K saylı rəyindən (cild 1, iş vərəqə 161-163) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir.

24. 22.11.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 01, iş vərəqə 164-174) görünür ki, təqsirləndirilen şəxs Əmirov Babayar oğluna Azarbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri iş üzrə nəzərə alınması, X7 aid hissədə ibtidai istintaq tamamlandığından ********* nömrəli cinayət işinin materiallarından xüsusilə külli miqdarda psixotrop maddənin mənbə xüsusatına göra cinayət işi ayrılması,qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 10014.5 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin hökmünə kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mubarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılması barədə 26 avqust 2024-cü il tarixli qərar nəzərə alınması, cinayət işinin materiallarına əlavə olunmus X6 üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk sübut hesab edilməsi və cinayət işi materiallarında saxlanılması, X6 barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 22 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar iş üzrə nəzərə alınaraq sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməsi, Şahid2 məxsus 01 ədəd "Samsung" markalı mobil telefon baxış keçirilənədək BMCMİ-nin saxlanma yerində saxlanılması, Təqsirləndirilən şəxs ailə üzvlərinin əməlində heç bir cinayətin tərkib əlamətləri imadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd "Redmi" markalı mobil telefon cihazı cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən onun ailə üzvlərinə və ya müdafiəçisinə qaytarılması, İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4315 saylı, məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2024-cü il tarixli 5851 nömrəli, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 442/MEŞ saylı və məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2940/K saylı, şahid ifadələri, əməliyyat tapşırığına cavab məktubu və Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarı işin bütün halları ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır.

25. 25.11.2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan (cild 01, iş vərəqə 197-198) görünür ki, cinayət işi materiallarından qaçaqmalçılıq, xüsusilə külli miqdarda psixotrop maddənin mənbə xüsusatına, eləcə də şəxsiyyəti istintaqla araşdırılan İİR vətəndaşı və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılması qərara alınmışdır.

26. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə tərəflərinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında, BMCMİ-də əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupu ilə hərəkətə keçərək, Günəşli ərazisində Təqsirləndirilən şəxs saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Aqşin, dərhal müdafiəçi ilə təmin edilmiş, ardınca videoçəkiliş vasitəsi ilə şübhəli şəxsin üzərində şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmişdir. Şəxsi axtarış zamanı o üzərində olan sellofan paketi təqdim edərək, içərisində “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində psixotrop maddələri İran vətəndaşından əldə etdiyini bildirmişdir. O ifadəsində əlavə olaraq narkotik vasitələrdən daha əvvəllər də istifadə etdiyini, İran vətəndaşından külli miqdarda narkotik əldə edərək onu müxtəlif ünvanlara yerləşdirdiyini, yəni bir növ narkokuryerlik fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. İran vətəndaşı sonuncu dəfə Aqşinə ələ keçirilən psixotrop maddələri bir yerdən başqa yerə apararaq yerləşdirməyi və qarşılığında ona 2500,00 Azərbaycan manatı verəcəyini vəd etmişdir. Bunu Aqşin öz ifadəsində də qeyd etmişdir. Əlavə olaraq şəxsi axtarış zamanı onun üzərindən mobil telefon və avtomobil açarı aşkar olunmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefon götürülmüş, avtomobilə isə şübhəli şəxsin iştirakı ilə baxış keçirilmişdir. Vaz 2104 markalı avtomobildən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya yaxud predmet aşkar olunmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar əməliyyat tədbiri zamanı 03 nəfər olmuşlar, Aqşin isə Ağasiflə bir yerdə olmuşdur. Ağasif onların gəldiyini görüb qaçmağa başlamışdır.Onlar daha sonra Ağasifin həqiqətən də cinayət işi ilə heç bir əlaqəsi olmadığı nəticəsinə gəlmişlər. Ağasif özü də ifadəsində cinayət işi ilə heç bir əlaqəsi olmadığını bildirmişdir.- Bu məsələ haqqında hər hansı dəqiq fikir deyə bilmir, təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir, yalnız qaçmağa cəhd etmişdir, bu zaman da yıxılıb yerə dəymişdir, Aqşinin ayağı sürüşmüş və başı yerə dəymişdir.avtomobilə baxış keçirilərkən mobil telefon aşkar olunub götürülmüşdür.təhqiqatçı tərəfindən telefona baxış keçirilmişdir, lakin bu barədə dəqiq deyə bilmir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

27. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o şəxsi istifadəsi üçün narkotik maddə əldə etmək məqsədilə İran vətəndaşı ilə əlaqəyə girmişdir. Daha sonra İİR vətəndaşının ona dediyi ünvana, yəni Günəşli ərazisinə narkotik maddə götürmək üçün getmişdir. Bu zaman əməliyyatçılar tərəfindən saxlanılmışdır. Daha sonra o BMCMİ-yə aparılmış və orada polis əməkdaşları onun qabağına torba qoyaraq, həmin torbada olan narkotik maddələrin ona məxsus olması barədə ifadə verməsi üçün ona təzyiq göstərmişlər.O polis əməkdaşları tərəfindən döyüldüyünü və fiziki zorakılığa məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki,o narkotik vasitə istifadəçisi olmuşdur, o müxtəlif yerlərdən və insanlardan narkotik əldə etmişdir.- İran vətəndaşı ilə taksidə işləyən zamanlarda tanış olmuş, İran vətəndaşı ona narkotik lazım olarsa, ona müraciət edə biləcəyini demişdir. Sonradan İran vətəndaşı özü ona zəng edərək, narkotik lazım olub-olmadığını soruşmuşdur. O da lazım olduğunu demişdir. İran vətəndaşı ona marixuana verməli idi. İran vətəndaşı ilə sonuncu dəfə telefon ilə danışmış, daha sonra əməliyyatçılar tərəfindən saxlanılmışdır. İran vətəndaşı ona whatsapp mobil tətbiqi vasitəsilə mesaj göndərmişdir. O ona marixuana göndərəcəyini və onu istifadə etdikdən sonra qiymətləndirməyini ona demişdir, İran vətəndaşı ona narkotiki Günəşli ərazisindən götürəcəyini demiş, o narkotiki yerləşdirdiyi yerin şəklini çəkib ona atmışdır. İran vətəndaşı narkotiki yerləşdirdiyi yerin koordinatlarını ona göndərmişdir. İran vətəndaşı ona sellofan paketdə, 1-2 qram marixuana qoyduğunu demişdir.O narkotiki götürməyə tək getmişdir. Vaz 2104 markalı avtomobil ona məxsusdur. Ağasif onun qaynındır, o Ağasifə avtomobili Bakıya gətirməsini xahiş etmiş, o narkotiki götürməyə tək getmişdir. O Sumqayıt şəhərindən taksi ilə gələrək Ağasiflə görüşmüş, Ağasif onun maşınını gətirmiş, daha sonra Ağasif çıxıb getmişdir. Ağasifin onun niyyətindən xəbəri yoxdur, daha sonra narkotiki deyilən yerdə axtararkən, əməliyyatçılar və onu məsuliyyətə cəlb etmişlər,o narkotiki tapa bilməmiş, bu zaman polis əməkdaşları gəlmişdir. İran vətəndaşı ona şəkil atmamışdır, o özü İran vətəndaşına pul göndərməli olmuşdur. O ibtidai istintaq zamanı verdiyi izahatı BMCMİ əməkdaşlarının təsiri altında, məcburiyyət qarşısında vermişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülmüşdür. Həmin İran vətəndaşı ilə yalnız whatsapp vasitəsilə danışmış, mobil sim nömrə İran qeydiyyatlı olmuşdur. Həmin şəxs ilə 2-3 dəfə danışmış, sonuncu danışıqları məhz hadisə baş verən gün baş tutmuşdur. Saxlanılan zaman Ağasif onun yanında olmamışdır. O əvvəlcə İran vətəndaşının ona işarə verdiyi yerə, Günəşli ərazisinə getmiş, orada deyilən yerdə narkotiki axtararkən, polis əməkdaşları gələrək onu saxlamış və onu BMCMİ-ə gətirmişlər. Ağasif maşını daha əvvəl ona verərək çıxıb getmişdir. O Ağasif ilə ayrıldıqdan sonra Günəşliyə getmiş, saxlanılan zaman xəsarət almamışdır. “Red Mi” markalı mobil telefon və üzərindəki sim nömrə ona məxsusdur. İran vətəndaşı ilə də həmin telefon və nömrə vasitəsilə əlaqə saxlamış, Ağasifə onun avtomobilini gətirməyi xahiş etmişdir. Daha sonra o çıxıb getmişdir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir.

28. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Aqşin onun qohumudur. O kondisioner ustasıdır. O daha əvvəl həbs olunmuşdur, bu səbəbdən metamfetaminin qiymətini bilir. 01 dəfə metamfetamin istifadə etmişdir. O, kondisioner təmiri ustası kimi fəaliyyət göstərir. Hadisə günü evdə olmuşdur və qonaqlar olmuşdur. Saat təxminən 5-6 radələrində Aqşin ona zəng edərək, ondan özünə avtomobili Köhnə Günəşli qəsəbəsinə gətirməyini xahiş etmişdir. Aqşin də elə Köhnə Günəşli ərazisində saxlanılıb, halbuki istintaq materiallarında Aqşinin guya Nərimanov rayonu ərazisində saxlanıldığı qeyd olunub. O Köhnə Günəşli rəazisində, “Oba” marketin yaxınlığında avtomobili saxlayıb gözləməyə başlamışdır. Aqşin telefonunun enerjisinin bitmək üzrə olduğunu, əgər onunla əlaqə yarada bilməsə, narahat olmamağını demişdir. Lakin Aqşin ancaq 1 saat 30 dəqiqə sonra gəlib çıxmışdır. Onun yanında tanımadığı bir neçə nəfər şəxs olmuşdur və Aqşin onlarla mübahisə etmişdir. O dərhal avtomobili işə salmış və oradan uzaqlaşmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aqşin ona Köhnə Günəşli ərazisinə yollanmamışdan 02 saat əvvəl zəng etmişdir. Aqşin ona zəng edərək, özünə məxsus avtomobili Köhnə Günəşli qəsəbəsinə gətirməyini xahiş etmişdir. Aqşin ona kömək məqsədi ilə müvəqqəti işlərini həll etsin deyə, avtomobilini vermişdir. Avtomobilin baqajında kondisioner təmir alət və vasitələri olmuşdur. Aqşin və yanında olan mülki şəxsləri avtomobilə çatmağa çox az qalmış müşahidə etmişdir. Aqşinin əlində heç bir əşya və predmet olmamışdır. Aqşinin yanında azı 7-8 nəfər tanımadığı şəxs olmuşdur. Hadisə zamanı Aqşinin telefonu sönmüşdür. Aqşin telefonunun enerjisinin bitmək üzrə olduğunu, əgər onunla əlaqə yarada bilməsə, narahat olmamağını demişdir. İbtidai istintaqdakı ifadəni təsdiq etmir. O Ağasifə zəng edən zaman, Qaraçuxur qəsəbəsində olmuşdur. O bildiriş əsasında kondisioner təmir etməyə getmişdir. Ağasifə də avtomobili Köhnə Günəşli ərazisinə gətirməyi xahiş etmişdir. Onun telefonu sönmüşdür. Üüzərində heç bir qadağan olunmuş predmet yox idi. Ona 6-7 nəfər tanımadığı şəxs yaxınlaşmışdır. Polis idarəsində onu döymüşlər və torbanı ona verərək, narkotik vasitələri öz üzərinə götürməsini xahiş etmişlər. Onun telefonu avtomobildə qalmışdır. Əlini uzadaraq telefonunu avtomobilin pəncərəsindən içəri atmışdır. O siqaret çəkmək üçün avtomobildən aşağı düşmüşdür. O daha sonra polis idarəsinə gətirilmişdir.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

29. Maddə 234.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

30. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

31. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

32. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

33. Maddə 56.1.3. Qəsdən törədilmiş xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

34. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

35. Maddə 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirə haldır və CM-nin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

36. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

37. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

38. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

39. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

40. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

41. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir

42. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

43. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, 400 qramdan artıq miqdarı xüsusilə külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

41. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

42. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

43. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

44. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

45. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

46. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

47. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin presedent hüququ:

48. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

49. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Nərimnaov Rayon Məhkəməsinin 4(005)-1058/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək, iranlının ona narkotik vasitəni başqa yerə qoyması barədə bildirdiyini və qarşılığında 2500 manat verəcəyini, İranlı ilə taksi sürücüsü kimi fəalliyyət göstərən zaman tanış olduğunu, özünün narktoik vasitədən istifadə etmədiyini, narkotik vasitənin 10 kiloqram olması barədə bilmədiyini və himayəsində azyaşlı övladı olduğunu bildirmişdir. Həmçinin Məhkəmə-tibbi ekspertiza və X8 X14 442/MEŞ nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı deməsinə görə, xx.xx.25024-cü il tarixdə, saat 22:45 dəqiqədə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsiərazisində saxlanılarkən qaçmış və yıxılaraq xəsarət almışdır.

50. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə üzərində aşkar olunmuş psixotrop maddənin polis əməkdaşlarının ona verdiklərini, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin olmamasını, polis əməkdaşlarının psixoloji və fiziki təzyiqi nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir.

51. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni üzərinə götürməsi ilə bağlı edilən psixoloji və fiziki təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir.

52. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, xüsusilə külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən psixoloji və ya fiziki təsirə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və iddia olunan halların həqiqət olmaması nəticəsinə gələrək hesab edir ki, o, məhkəmədə yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaq və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni polis əməkdaşları tərəfindən psixoloji və fiziki təsirə məruz qalması, xüsusilə külli miqdarda psixotrop maddənin özünə məxsus olmasını qəbul etməyə məcbur edilməsinə dair hallar baş verməmişdir.

53. Məhkəmə kollegiyası cinayət işi üzrə əlavə şahid qismində ifadə vermiş təqsirləndirilən şəxsin qohumu Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq onu sonradan öyrədilmiş, aralarında olan qohumluq əlaqəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmasına cəhd kimi, iş üçün əhəmiyyət kəsb edən hər hansı halı təsdiq etməyən, qeyri-səmimi ifadə kimi qiymətləndirərək cinayət işi üzrə mötəbər və qərəzsiz sübut hesab etmir. Şahid2 verdiyi ifadədən obyektiv həqiqətin müəyyən edilməsi istiqamətində hər hansı bir əhəmiyyət kəsb edən fakt və dəlil əldə edilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şahid2 narkotik maddə istifadəçisi olmuş və əvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif, o cümlədən 234.1-ci maddəsi ilə məhkum edilmişdir.

51. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

52. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (qərarın 40-cı bəndi) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

53. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır.

55. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 36,37,38-ci bəndlərindəki normativ aktlara əsasən).

56. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.

57. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 36-ci bəndi).

58. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

59. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 29,30,31,32-ci bəndləri).

60. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumatda görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə mübət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

63. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

64. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 33-cü bəndi).

65. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır.Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 40,41ci bəndləri).

66. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 24 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

67. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

68. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan çəkisi 10014,5 qram olan metamfetamin məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 42-ci bəndi).

69. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

70. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəf Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 43-cü bəndi).

73. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən 06 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 ödənilməsi üçün Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına 90 ( doxsan) manat məbləğində pul köçürülməlidir

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə pofilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan çəkisi 10014,5 qram olan metamfetamin məhv edilsin, şəxsin üzərində axtarış və götürmə aparılması zamanı, evə və avtomobilə axtarış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 03 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 90 (doxsan) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar