Məhkəmə qərarları › İş №1(101)-834/2019

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-834/2019

19.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-834/2019 19.11.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və "Yusifbəyli və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 27 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 31 yanvar 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 fevral 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq özündə saxlamış, narkotik vasitə heroinin bir qismini siqaretin gümüşü kağızına bükülmüş beş bükümdə - ayrı-ayrılıqda təmiz çəkiləri 0,225 qram, 0,047 qram, 0,018 qram, 0,041 qram, 0,015 qram təşkil etməklə ümumi təmiz çəkisi 0,346 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 26 sentyabr 2018-ci il tarixdə yaşadığı ünvan 4də yerləşən nömrəsiz həyət evində usta işləyən tanışı Şahid2 sonuncunun istifadəsi üçün pul əvəzinə vermiş, bir qismini siqaretin gümüşü kağızına bükülmüş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,064 qram, 0,043 qram, 0,043 qram təşkil edən ümumi təmiz çəkisi 0,150 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroini və on bir ədəd bükümdə - ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,043 qram, 0,031 qram, 0,038 qram, 0,011 qram, 0,039 qram, 0,027 qram, 0,029 qram, 0,042 qram, 0,025 qram, 0,033 qram təşkil etməklə ümumi təmiz çəkisi 0,337 qram olan psixotrop maddə olan metamfetamini ünvan 4-də yerləşən nömrəsiz həyət evində saxlamış, Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin əməkdaşları tərəfındən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 sentyabr 2018-ci il tarixdə, saat 20 radələrində ünvan 4, nömrəsiz evin qarşısında Şahid2 saxlanılaraq üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən onun verdiyi həmin siqaretin gümüşü kağızına bükülmüş beş bükümdə - ayrıayrılıqda təmiz çəkiləri 0,225 qram, 0,047 qram, 0,018 qram, 0,041 qram, 0,015 qram təşkil edən ümumi təmiz çəkisi 0,346 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qeyd edilən ünvanda yataq otağında olan şkafda siqaretin gümüşü kağızına bükülmüş həmin üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,064 qram, 0,043 qram, 0,043 qram təşkil edən ümumi təmiz çəkisi 0,150 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və on bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,043 qram, 0,031 qram, 0,038 qram, 0,011 qram, 0,039 qram, 0,027 qram, 0,029 qram, 0,042 qram, 0,025 qram, 0,033 qram təşkil edən ümumi təmiz çəkisi 0,337 qram olan psixotrop maddə metamfetamin, bir ədəd kiçik ölçülü tərəzi, eləcə də onun məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib ünvan 4-də yerləşən nömrəsiz evin qonaq otağında saxladığı kustar üsulla hazırlanmış hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən bir ədəd xəncər aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar 30 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, "Papanin" adlanan yaşayış massivində məlum olmayan mənbədən satış məqsədi ilə üç bükümdə narkotik vasitə heroini əldə edib daşıyaraq özündə saxlamış, 30 yanvar 2019-cu il tarixdə saat 21 radələrində həmin üç büküm narkotik vasitə olan heroindən iki bükümünü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci yeni yaşayış massivi, Binəqədi yolu, döngə 4, ev 5 ünvanının qarşısında tanışı Şahid1 hər bükümünü 20 manata olmaqla ümumilikdə 40 manata satmış, 31 yanvar 2019-cu il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci yeni yaşayış massivi, Binəqədi yolu, döngə 4, ev 5 ünvanında Binəqədi RPİ 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq hal şahidlərinin iştirakı ilə üstünə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,720 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də 31 yanvar 2019-cu il tarixdə saat 01:30 radələrində Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə Şahid1 yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanına baxış keçirilən zaman evin yataq otağında çarpayının altında onun Şahid1 satdığı bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,360 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və sərbəst ifadəsində, həmçinin proses iştirakçılarının suallarına cavab olaraq əvvəllər məhkum olunsa da, hazırda məhkumluğunun ödənildiyini, özünün narkotik vasitələrdən istifadə etsə də, heç kimə narkotik maddə satmadığını və vermədiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə görə, polis əməkdaşları tərəfindən tutulan vaxt onun üzərində narkotik vasitə olmamışdır. O, Süleymanla birlikdə çay evindən çıxıb onlara gedən vaxt polis əməkdaşları tərəfindən tutulmuşlar. Yaşadığı evdən aşkar edilmiş xəncər suvenir olmuş, onu haradan əldə etdiyini xatırlamasa da, evdə saxlamağın qanunsuz olduğunu bilməmişdir. O, Süleymana narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Sonradan istintaq vaxtı bilmişdir ki, polis əməkdaşları onun üstündən heroin çıxmasını rəsmiləşdirmişlər. Şahid2 onun qonşusu olmuş və onu usta kimi tanımışdır. Sonuncu, onların həyətində təmir işləri görmüş və qalmağa yeri olmadığına görə işlədiyi vaxt onların evində qalmışdır. O, Aynura narkotik vasitə satmamış və ya gördüyü işin müqabilində ona pul əvəzi narkotik verməmişdir. Üzərindən aşkar olunmuş narkotiklə bağlı heç nə izah edə bilmir. Polis işçiləri tərəfindən saxlanılarkən onda ümumiyyətlə narkotik vasitə olmamışdır. İttihamda onun yaşadığı ünvan kimi göstərilən evdə o, ümumiyyətlə qalmamış, həmin evdə onun anası yaşamışdır. Onun özü isə işi ilə əlaqədar Kürdəxanıya getmiş, həmin müddətdə qeyd olunan qəsəbədə işləyib orada da qalmışdır. İfadələri arasında ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri məhkəmə iclasında tədqiq edildi. O, həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.2-ci maddələri ilə qismən təqsirli bilərək göstərmişdir ki, o, uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik vasitələri inyeksiya yolu ilə damara vurmaqla və iynəməklə qəbul edir. Şahid2 onun uşaqlıq dostudur, sonuncu, onun anası ilə birlikdə yaşadığı ünvan 4-də yerləşən nömrəsiz həyət evində 2018-ci ilin sentyabr ayında təxminən 1 ay ərzində usta kimi işləmiş və yaşamışdır. Həmin evdə o, Aynur və anası X1 başqa heç kəs yaşamamışdır. 26 sentyabr 2018-ci il tarixdə o, evdə olmadığı vaxt Şahid2 onların evində olarkən polis əməkdaşları tərəfındən saxlanıldığını və onun üzərindən narkotik maddə aşkar olunduğunu eşitmişdir. Həmin günü o, ümumiyyətlə evnə gəlməmiş və Şahid2 görməmiş, bu barədə sonradan məlumat almışdır. Həmin günü evindən aşkar olunaraq götürülmüş 3 ədəd bükümdə olan narkotik vasitə heroinin, eləcə də 11 ədəd bükümdə olan narkotik vasitə metamfetaminin kimə məxsus olması barədə məlumatsızdır. Narkotik vasitələr yaşadığı evdən aşkar olunduğundan, tutulmaqdan qorxduğu üçün 2019-cu ilin yanvar ayın sonuna kimi bir neçə ay evinə gəlməmiş, müvəqqəti olaraq ayrı-ayrı evlərdə qalmışdır. Bundan başqa, 30 yanvar 2019-cu il tarixdə saat 13-14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi 40-45 yaşlarında şəxsdən 60 manata 1 qram narkotik vasitə heroin almışdır. Həmin heroini üç yerə bölərək bir bükümünü sonradan istifadə etməyi üçün özündə saxlamışdır. Qalan iki bükümü isə həmin tarixdə axşam saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci yeni massiv, Binəqədi yolu döngə 4, 5 saylı evin yanında tanışı Süleymana hər bükümünü 20 manat olmaqla 40 manata satmışdır. 31 yanvar 2019-cu il tarixdə saat 00:30 radələrində Süleymanın yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 2-ci yeni yaşayış massivi, Binəqədi yolu döngə 4, 5 saylı evin qarşısında Süleyman və digər tanışı Samirlə dayanıb söhbət edərkən polis əməkdaşlarının polis geyimində onlara yaxınlaşdıqlarını görüb, Süleymanın yaşadığı evə qaçmışdır. Lakin polis əməkdaşları Süleymanın yaşadığı evin həyətində onları tutmuş və dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə üzərində qeyri-qanuni əşya olarsa təqdim etməyi təklif etdikdə, o, onsuz da baxış zamanı tapılacağını başa düşüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş heroin bükümünü, sol yan cibindən bir ədəd «Kent 8» markalı siqareti, 35 manat pul və bir ədəd alışqanı çıxararaq təqdim etmişdir. Sorğu zamanı, o, həmin bir ədəd bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, ağrıları olduğuna görə öz istifadəsi üçün, həmçinin satış məqsədilə 30 yanvar 2019-cu il tarixdə saat 13-14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdə bir kişidən 60 manata 1 qram narkotik vasitə heroin aldığını, sonradan onu üç yerə bölərək iki bükümünü həmin tarixdə axşam saat 21 radələrində tanışı Süleymana hər bükümünü 20 manat olmaqla 40 manata satdığını etiraf etmişdir. Ondan aşkar edilmiş bir büküm polis əməkdaşları tərəfindən açılıb içərisinə baxış keçiriləndə bükülünün içərisində spesifik iyli heroinə oxşar maddə olduğu aşkar edilmişdir. Bundan sonra, polis əməkdaşları tərəfindən həmin narkotik vasitə zərfləşdirilərək möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş həmin ifadəsinə görə, o, 26 sentyabr 2018-ci il tarixdə Şahid2 üzərindən aşkar olunmuş beş bükümdə narkotik vasitə olan heroini ona zəhmət haqqı kimi pul əvəzinə verməmiş, eləcə də Aynurla narkotik vasitə satmamışdır. 26 sentyabr 2018-ci il tarixdə yaşadığı Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 1-də yerləşən nömrəsiz həyət evində polis əməkdaşları tərəfindən keçirilmiş baxış və axtarış zamanı aşkar olunmuş 1 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tapança, 2 ədəd xəncər, 1 ədəd qılınc və 1 ədəd bıçaq ona məxsus olmuş, həmin əşyaları hal-hazırda xatırlamadığı vaxtlarda və yerlərdən əldə edib evinə gətirib saxlamış, tərəzini isə özü üçün narkotik vasitələri çəkib dozalara bölmək məqsədi ilə evində istifadə etmişdir. Lakin evindən aşkar olunmuş 14 ədəd bükümə bölünmış narkotik vasitə olan heroin və metamfetamin ona məxsus deyildir, həmin narkotik vasitələri o, evə gətirib şkafda saxlamamışdır. Qeyd edilən 14 ədəd bükümdə narkotik vasitələrin evindən aşkar olunmasını istisna etmir, lakin həmin narkotiklər ona məxsus deyildir. Çünkü həmin günü o, evdə olmamış və narkotik vasitələr onun üzərindən aşkar olunaraq götürülməmişdir. Yaşadığı evində olan əşyaların hamısı ona məxsusdur, orada ona məxsus olmayan əşyalar yoxdur, lakin 14 ədəd bükümdə olan narkotik vasitə heroin və metamfetamin ona məxsus deyildir, onların evinə necə gətirilməsi və baxış zamanı aşkar olunaraq götürülməsini deyə bilməz. Evindən aşkar olunmuş 14 ədəd bükümdə olan narkotik vasitə heroin və metamfetamin usta işləyən Şahid2 və anası Mehriban Əzizovaya məxsus deyildir (cild 3, iş vərəqi 99-104, 148-152). Məhkəmədə tədqiq olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs ittihamda göstərilən narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutulan vaxt üzərində narkotik vasitə olmadığını, Şahid1 və Şahid2 narkotik vasitə satmadığını, bu səbəbdən ittihamı qəbul etmədiyini, iki büküm narkotik vasitəni Süleymana 40 manata satmadığını, həmin vaxt ağrıları olduğundan, sorğu-sualın tez qurtarması üçün bu cür cavab verdiyini, istintaq zamanı Süleymanla üzləşibüzləşdirilmədiyini xatırlamadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, narkotik vasitədən istifadə etdiyinə görə 27 sentyabr 2018-ci il tarixdə tutulduğunu, sonradan məhkəməsi olduğunu və ona azadlığın məhdudlaşdırılması cəzası verildiyini göstərdi. Aunyr Həsənovun məhkəmədə verdiyi ifadəsinə görə, o, Təqsirləndirilən şəxs evində usta kimi işləmiş və bir müddət onlarda qalmışdır. Anardan və sonuncunun anasından zəhmət haqqı kimi götürdüyü pulla Hökməli kəndindən tanımadığı şəxsdən özü üçün narkotik vasitə almış və qəbul etmişdir. 27 sentyabr 2018-ci il tarixdə də narkotik vasitə qəbul edərkən polis əməkdaşları onu tutmuş, bu zaman üzərindən təxminən 3-4 büküm narkotik vasitə aşkar olunmuşdur. Anar ona narkotik vasitə verməmş və satmamışdır. Həmçinin o, Anarın narkotik vasitə satdığını görməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edildi. Aunur Həsənovun həmin ifadəsinə görə o, tutulmazdan iki ay əvvəl o, tanışı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi döngə 1-də yerləşən nömrəsiz evində yaşamışdır. Həmin evdə qaynaq işləri görərək dəmir pilləkan düzəltmişdir. Bunun müqabilində Anar ona narkotik maddə olan heroin vermişdir ki, o, damarına vurmaq yolu qəbul etsin. Anar özü də iynə ilə damarına vurmaq yolu ilə narkotik maddə qəbul etmişdir. 26 sentyabr 2018-ci il tarixdə saat 20 radələrində Anar və onun sevgilisi Ayan ilə birlikdə evdə oturmuş, sonra Anarla Ayan evdən çıxıb getmişdir. Anar hara getdiyini deməmiş və ona qəbul etmək üçün beş büküm heroin vermişdir. O, həmin bükümləri cibinə qoyub evin qarşısına çıxmış, bu vaxt polis əməkdaşları ona yaxınlaşmış, üzərinə baxış keçirilən zaman həmin bükümlərdə olan heroin aşkar edilərək götürlmüşdür. O, əvvəlcə Anarı məsuliyyətdən azad etdirmək üçün onun adını verməmiş, fikirləşmişdir ki, yəqin onu da polislər buraxarlar. O, polislərə qaldığı evdə yataq otağında narkotik maddə olduğunu bildirmişdir. Sonra evin sahibi Mehriban Əzizova evə gəlmiş, onun razılığı ilə evə baxış keçirmiş, baxış zamanı evdən Anara məxsus on dörd ədəd bükümdə narkotik, Anarın narkotiki çəkdiyi kiçik tərəzi və xəncərlər aşkar edilib götürülmüşdür. O, həmin əşyaların hamısının ona məxsus olduğunu bildirmişdir. Sonra həbs olunduğunu gördükdə, cibindən çıxan narkotik maddələrin ona məxsus olduğunu, evdən aşkar edilmiş narkotik maddələrlə tərəzi, tapança və xəncərlərin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Onun narkotik vasitə qəbul etməsi barədə yalnız Anarın məlumatı olmuş, lakin heç kimə narkotik satmamışdır (cild 1, iş vərəqi 96-98). Məhkəmədə tədqiq olunmuş ifadələrlə bağlı sualları cavablandıran təqsirləndirilən şəxs Şahid2 həmin ifadəni təsdiq etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Şahid1 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs onun tanışıdır və onunla münasibətləri həmişə normal olmuşdur. 31 yanvar 2019-cu il tarixdə o, polis işçiləri tərəfindən tutulmuş, sonradan məhkəməsi olmuş və narkotik vasitədən istifadə etdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tutulmamışdan bir gün qabaq o, öz evində Anarla birlikdə olmuş, həmin vaxt 30-40 manat pul verib Anardan narkotik vasitə almışdır. Onlar birlikdə evdə olarkən polis əməkdaşları gəlib onları saxlamışlar. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində şahid göstərmişdir ki, təxminən 5 il müddətdə narkotik vasitə olan heroini inyeksiya yolu ilə damara vurmaqla qəbul edir. Tanışı Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etdiyini bildiyindən 30 yanvar 2019-cu il tarixdə saat 21 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 2-ci yeni yaşayış massivi, Binəqədi yolu, döngə 4, 5 saylı evin qarşısında onunla görüşəndə öz istifadəsi üçün narkotik vasitə heroin istəmişdir. Anar da ona bir bükümünü 20 manat olmaqla ümumilikdə 40 manata siqaretin gümüşü kağızına bükülmüş iki büküm heroin satmışdır. Daha sonra o, həmin bükümlərdən birini evində şprits vasitəsilə damarına vurmuşdur. Qalan bir büküm heroini isə yaşadığı evdə özünün yataq otağında çarpayının altında gizlətmişdir. 31 yanvar 2019-cu il tarixdə saat 00:30 radələrində yaşadığı evin qarşısında Anar və digər tanışı Samirlə dayanıb söhbət edərkən polis əməkdaşlarının polis geyimində onlara yaxınlaşdıqlarını görüb yaşadığı evə qaçmışdır. Lakin polis əməkdaşları yaşadığı evin həyətində onları tutmuş və dəvət etdikləri hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirmişlər. Baxış zamanı, o, evdə yataq otağında çarpayının altında narkotik vasitə heroin olduğunu bildirmiş, polis əməkdaşları həmin bir büküm heroini, içərisində 36 ədəd işlənmiş, 8 ədəd təzə boş şpritslər olan balaca karton qutunu, dərman preparatını aşkar edərək götürmüşlər. Sorğu zamanı o, həmin maddənin narkotik vasitə heroin olduğunu, 30 yanvar 2019-cu il tarixdə saat 21 radələrində tanışı Anardan 40 manata iki büküm heroin əldə etdiyini, bükümlərdən birini istifadə etdiyini, qalan bir bükümü isə saxladığını etiraf etmişdir. Polis işçiləri tərəfindən həmin əşyalar qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və polis əməkdaşları onu Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər (cild 2, iş vərəqi 122-125). Məhkəmə iclasında şahid qismində dindilmiş Bakı şəhəri, Binəqədi RPİ 6-cı Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid3 Ağa oğlu ifadəsində bildirdi ki, 26 sentyabr 2018-ci il tarixdə işlədiyi bölməyə «Aynur» adlı şəxsin mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla 6-cı Polis bölməsinin rəhbərliyinə məruzə edilmiş, «Aynur» adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin tarixdə onun da daxil olduğu əməliyyat qrupu saat 20 radələrində ünvan 4-də yerləşən nömrəsiz evin qarşısında xarici görünüşcə «Aynur» adlı şəxsə oxşar bir nəfəri müəyyən edərək saxlamışlar. Saxlanılan şəxs özünü təqdim edərək xx xxxxxx 1985-ci ildə Zəngilan rayonunda anadan olmuş Şahid2 olduğunu bildirmişdir. Daha sonra Şahid2 üzərində qeyri-qanuni əşyalar varsa, təqdim etməsi təklif olunmuş, sonuncu, üzərində beş bükümdə narkotik maddə olan heroin olduğunu bildirərək, göy rəngli cins şalvarının sağ yan cibindən beş ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümləri polis əməkdaşlarına təqdim etmişdir. Aynur həmin narkotik vasitəni öz istifadəsi və başqa şəxlərə satmaq üçün Abşeron rayonu, Hökməli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Şahid2 təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən açıldıqda, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyli kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm olduğu kimi bağlanılmış, iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra isə Şahid2 bildirmişdir ki, müvəqqəti yaşadığı evdə yataq otağında yenə də bükümlərə ayrılmış vəziyyətdə narkotik vasitə vardır, həmin kütlələri də təqdim edə bilər. Bundan sonra qeyd olunan evin, yəni Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 1 nömrəsiz evin sahibi Mehriban Əzizovanın razılığı ilə evə baxış keçirilmiş, evdə Şahid2 yatdığı otaqda on dörd ədəd ayrı-ayrı bükümlərdə spesifik iyə malik kütlələr aşkar edilmişdir. Daha sonra oradan üç ədəd xəncər, bir ədəd bıçaq, bir ədəd pnevmatik tapança aşkar edilmiş, hal şahidlərinin və digər iştirakçıların iştirakı ilə protokol tərtib edilərək qeyd olunan əşyalar qablaşdırılmışdır. Məhkəmə iclasında dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin əməliyyat müvəkkilləri Şahid5 və Şahid4 Elburus oğlu 26 sentyabr 2018-ci il tarixdə Şahid2 müəyyən edilərək saxlanılması, üzərinə və müvəqqəti yaşadığı Mehriban Əzizovaya məxsus Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 1 nömrəsiz evə baxış keçirilməsi zamanı aparılmış əməliyyat-axtarış tədbirlərində qrup üzvləri kimi iştirak etdiklərini bildirərək, polis əməkdaşı Şahid3 məhkəmə iclasında verdiyi şahid ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, 26 sentyabr 2018-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı küçədən keçərkən Binəqədi RPİ 6-cı Polis bölməsinin əməkdaşları ona yaxınlaşaraq Aynur adlı şəxsin üzərinə baxış keçirilərkən hal şahidi kimi iştirak etməyi xahiş etmiş, o da, baxışda iştirak etməyə razılıq vermişdir. Sonra polis əməkdaşları ünvan 4-də yerləşən nömrəsiz evin qarşısında bir nəfəri saxlamış, həmin şəxs Şahid2 olduğunu bildirmişdir. Daha sonra Şahid2 üzərində olan beş bükümdə narkotik maddə heroini əynindəki cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmiş, həmin narkotik vasitəni öz istifadəsi və başqa şəxlərə satmaq üçün Abşeron rayonu, Hökməli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlər açılmış, onun içərisində qəhvəyi rəngli, spesifik iyli kütlə olduğu müəyyən edilmişdir. Sonra bükümlər olduğu kimi bağlanılmış, iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Şahid2 bildirmişdir ki, müvəqqəti yaşadığı evdə yataq otağında yenə də bükümlərə ayrılmış vəziyyətdə narkotik vasitə vardır, həmin kütlələri də təqdim edə bilər. Bundan sonra onlar polis işçiləri ilə birlikdə Biləcəri qəsəbəsində tanımadığı bir evə gəlmiş, ev sahibi olan bir qadının razılığı ilə evə baxış keçirilmişdir. Həmin evdə Şahid2 yatdığı otaqda on dörd ədəd ayrı-ayrı bükümlərdə spesifik iyə malik bükümlər aşkar edilmişdir. Daha sonra oradan üç ədəd xəncər, bir ədəd bıçaq, bir ədəd tapança, bir ədəd balaca tərəzi aşkar edilmiş, protokol tərtib edilərək qeyd olunan əşyalar qablaşdırılmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid6 26 sentyabr 2018-ci il tarixdə Şahid2 saxlanılması, üzərinə və müvəqqəti yaşadığı Mehriban Əzizovaya məxsus Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 1 nömrəsiz evə baxış keçirilməsi zamanı hal şahidi qismində iştirak etdiyini bildirərək, digər hal şahidi Şahid7 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, 2018-ci ilin sonlarında qonşuluqda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə heroin istifadəçisi olduğunu bilib, həmin vaxtlarda təxminən iki dəfə Anarla birlikdə narkotik vasitə heroindən istifadə etmiş, hər ikisi heroini şprislə vurmaqla qəbul etmişlər. Anarın narkotik vasitəni haradan əldə etdiyini bilməmiş, Anardan və digər şəxslərdən narkotik vasitə almamışdır. Şahid8 ifadəsinə görə, Şahid1 Biləcəri qəsəbəsində qonşu kimi görüb tanımış, 31 yanvar 2019-cu il tarixdə saat 00:30 radələrində Süleymanın yaşadığı evin qarşısında Anar və Süleymanla görüşüb söhbətləşərkən polis əməkdaşları onlara tərəf gəlmiş, onlar bunu görüb qaçmağa başlamışdır. Lakin polis əməkdaşları Süleymanın yaşadığı evin həyətində onları tutmuş, onun üzərinə baxış zamanı heç bir qanunsuz əşya aşkar edilməmişdir. Anar və Süleyman arasında nə kimi münasibətlərin olması ona məlum olmamış, onların danışıqlarından bir-birlərini tanıyan şəxslər olduqlarını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindilmiş Bakı şəhəri, Binəqədi RPİ 6-cı Polis bölməsinin əməliyyat müvəkkili Şahid9 ifadəsində göstərdi ki, Bakı şəhər sakini «Anar» adlı şəxsin narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması, satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 31 yanvar 2019-cu il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, ünvan 3 ünvanının yanında sonradan adları dəqiqləşdirilən Təqsirləndirilən şəxs, yanında olan Şahid1 və Şahid8 müəyyən edilmişdir. Onlara yaxınlaşıb özlərini təqdim etmək istədikdə, həmin şəxslər 5 saylı ev istiqamətində qaçmağa başlamışlar. Yaxınlaşıb onları saxladıqdan sonra özlərini təqdim etmiş, daha sonra dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə üzərində qeyriqanuni əşya olarsa təqdim etməyi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızında olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, ağrıları olduğuna görə öz istifadəsi üçün, həmçinin satış məqsədilə 30 yanvar 2019-cu il tarixdə saat 13-14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi 40-45 yaşlarında şəxsdən 60 manata 1 qram narkotik vasitə heroin aldığını, sonradan onu üç yerə bölərək iki bükümünü həmin tarixdə tanışı Şahid1 hər bükümünü 20 manat olmaqla 40 manata satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs götürülmüş bir büküm açıldıqda toz şəkilli spesifik iyli heroinə oxşar maddə olduğunu müəyyən etmişlər. Bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Şahid1 üzərində qeyri-qanuni əşya olarsa təqdim etməyi təklif etdikdə, Süleyman üzərində hər hansı qeyri-qanuni əşya olmadığını, lakin yaşadığı evdə bir bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. İki nəfər hal şahidlərinin iştirakı ilə Şahid1 üzərinə baxış keçirilmiş, heç nə əşya aşkar edilməmiş, sonra onun icazəsilə yaşadığı evə baxış keçirmişlər. Bu zaman yataq otağında çarpayının altında bir büküm heroin, boş şprislər və dərmanlar aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Şahid1 həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, 30 yanvar 2019-cu il tarixdə saat 21 radələrində öz isitifadəsi üçün tanışı Anardan 40 manata iki büküm heroin əldə etdiyini, bükümlərdən birini istifadə etdiyini, qalan bir bükümü isə çarpayının altından aşkar edilən həmin büküm olduğunu etiraf etmişdir. Bundan sonra, aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindilmiş Bakı şəhəri, Binəqədi RPİ 6-cı Polis bölməsinin əməkdaşları Şahid10 və Şahid5 yanvar 2019-cu il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, ünvan 3 ünvanında Təqsirləndirilən şəxs və Şahid1 saxlanılması, onların üzərinə və sonuncunun yaşadığı evə baxış keçirilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, Şahid9 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında dindirilən Şahid13 ifadəsində bildirdi ki, 31 yanvar 2019-cu il tarixdə saat 00:30 radələrində Biləcəri qəsəbəsində yeni yaşayış massivi ilə hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşıb bir nəfərin üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi xahiş etmiş, o da, buna razılıq vermişdir. Baxış zamanı ondan başqa da bir nəfər tanımadığı hal şahidi olmuş, onlar sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etmişlər. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxararaq təqdim etmiş, həmin narkotik vasitəni 30 yanvar 2019-cu il tarixdə «Papanin» adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 60 manata aldığını, sonradan onu üç yerə bölərək iki bükümünü tanışı Süleyman adlı şəxsə 40 manata satdığını, bir bükümü isə özünə saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm polis əməkdaşları tərəfindən açılıb içərisinə baxılmış, orada toz şəkilli spesifik iyli heroinə oxşar maddə olmuş, sonra polis əməkdaşları tərəfindən həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və hamı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən, onun 31 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, ünvan 3 ünvanında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı hal şahidi qismində iştirak etdiyi və Şahid13 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 2, iş vərəqi 55-56). Məhkəmə iclasında dindirilmiş Şahid11 ifadəsində bildirdi ki, 2019-cu il yanvar ayının axırlarında saat 00:30 radələrində Biləcəri qəsəbəsi ilə yaşadığı evə gedərkən polis əməkdaşları ona yaxınlaşıb bir nəfərin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyi xahiş etmiş, o da, bununla razılaşmışdır. Onun və digər hal şahidinin iştirakı ilə polis əməkdaşları əvvəllər tanımadığı, lakin sonradan adının Şahid1 olduğu şəxsin üzərinə və yaşadığı evə baxış keçirmişlər. Süleymanın üzərindən qanunsuz heç nə aşkar edilməsə də, yataq otağında çarpayının altında bir bükümdə narkotik vasitə heroin və boş şprislər aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Şahid1 həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, 30 yanvar 2019-cu il tarixdə saat 21 radələrində öz isitifadəsi üçün tanışı Anardan 40 manata iki büküm heroin əldə etdiyini, bükümlərdən birini istifadə etdiyini, qalan bir bükümün isə çarpayının altından aşkar edilən həmin büküm olduğunu etiraf etmişdir. Bundan sonra, polis əməkdaşları həmin narkotik vasitəni və şprisləri qablaşdıraraq götürmüş, bu barədə protokol tərtib edilmiş və o da, həmin protokolu imzalamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid14 hal şahidi Şahid11 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 01 fevral 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında həmin istintaq hərəkəti keçirilmiş, bu zaman Şahid2 cibindən çıxan narkotik maddələrin özünə məxsus olduğunu, evdən çıxan bükümlərdəki narkotik vasitə heroin, metamfetamin, elektron tərəzi, tapança, xəncərlər və bıçağın isə Təqsirləndirilən şəxs məxsus olduğunu onun üzünə deməklə ifşa etmişdir (cild 1, iş vərəqi 184-186). Cinayət işinə əlavə edilmiş 31 yanvar 2019-cu il tarixli üzləşdirmə protokoluna əsasən, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Şahid1 istintaq orqanına verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir (cild 2, iş vərəqi 96-99). Cinayət işində olan 31 yanvar 2019-cu il tarixli üzləşdirmə protokollarına əsasən, ibtidai istintaq zamanı polis əməkdaşları Şahid9, Şahid10, həmçinin hal şahidləri Şahid12, Şahid13, Şahid11 və Şahid14 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid1 arasında həmin istintaq hərəkətləri keçirilərkən adları çəkilən şahidlər istintaq orqanına verdikləri sərbəst ifadələrini Təqsirləndirilən şəxs və Şahid1 üzünə qarşı bir daha təsdiq edərək onları ifşa etmişlər (cild 2, iş vərəqi 62-65, 66-69, 70-73, 74-77, 78-82, 83-87, 88- 95). İş materiallarına əlavə edilmiş 26 sentyabr 2018-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolun surətindən görünür ki, 26 sentyabr 2018-ci il tarixdə saat 20:10 radələrində Şahid2 ünvan 4 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 5 ədəd siqaretin gümüşü kağızındakı bükülüləri təqdim edib, həmin maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülülər qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 13- 16). Cinayət işinə əlavə edilmiş 26 sentyabr 2018-ci il tarixli mənzilə baxış keçirilməsi, axtarış və götürmə barədə protokolun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən evə baxış zamanı yataq otağında olan şkafda 14 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülülər, bir ədəd silaha oxşar pnevmatik tapança, qonaq otağında üç ədəd xəncər, bir ədəd bıçaq, bir ədəd elektron tərəzi aşkar edilmişdir (cild 1, iş vərəqi 19-22). İş materiallarında olan 31 yanvar 2019-cu il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, 31 yanvar 2019-cu il tarixdə saat 00.30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci yeni massivi Binəqədi yolu, döngə 4 ünvanında saxlanılaraq hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilərkən, göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızında bükülü, sol yan cibindən bir ədəd «Kent 8» markalı siqaret, 35 manat pul və bir ədəd alışqan aşkar edilmişdir. Baxış zamanı bükülüdə tünd qəhvəyi rəngli, spesifik iyli kütlə aşkar olduğu məlum olmuş və həmin kütlə zərfə qoyularaq götürülmüşdür (cild 1, iş vərəqi 231-232). İş materiallarına əlavə edilmiş 31 yanvar 2019-cu il tarixli şəxsi axtarış və götürmə barədə protokolun surətindən görünür ki, 31 yanvar 2019-cu il tarixdə saat 00:30 radələrində Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci yeni massivi, Binəqədi yolu döngə 4 ünvanında saxlanılaraq hal şahidlərinin iştirakı ilə yaşadığı ünvana baxış keçirilərkən yataq otağındakı çarpayının altında bir büküm siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroin, 36 ədəd işlənmiş, 8 ədəd boş şpiris, üzərində «Amoxicilin - 500 ml» yazısı olan dərman qutusu aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür (cild 1, iş vərəqi 234-236). Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 yanvar 2019-cu il tarixli 2742 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə maddə təmiz çəkisi 0,360 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqat zamanı 0,050 qram sərf edilmiş, 0,310 qram qalıq qalmışdır. «Amoxicilin – 500 mgBP» markalanma yazısı olan bir ədəd blisterdəki 2 ədəd kapsuladakı preparat adına uyğun antibiotik dərman vasitədir və Azərbaycan Respublikasında nəzarətdə olan preparatların siyahılarına daxil deyildir. Şahid1 yaşadığı evdən aşkar edilmiş qutudakı 23 ədəd 2 ml-lik və 13 ədəd 1 ml-lik istifadə olunmuş şprislərdə narkotik vasitə-heroinin izləri vardır, 8 ədəd 2 ml-lik şpris istifadə olunmamışdır (cild 2, iş vərəqi 27-31). Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 yanvar 2019-cu il tarixli 2743 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə maddə təmiz çəkisi 0,720 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqat zamanı 0,050 qram sərf edilmiş, 0,670 qram qalıq qalmışdır (cild 2, iş vərəqi 1-4). Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2019-cu il tarixli 3014 saylı rəyindən görünür ki, Şahid1 yaşadığı evdən aşkar edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir, tədqiqat zamanı Şahid1 yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroindən 0,04 qram tədqiqata sərf edilmiş, 0,270 qram qalıq qalmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroindən 0,04 qram tədqiqata sərf edilmiş, 0,630 qram qalıq qalmışdır (cild 2, iş vərəqi 180-183). Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2018-ci il tarixli 25023 saylı rəyindən görünür ki, Şahid2 götürülmüş 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,225 qram, 0,047 qram, 0,018 qram, 0,041, 0,015 qram, ümumi təmiz çəkisi 0,346 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs ünvan 4-də yerləşən nömrəsiz evində aşkar edilmiş 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,064 qram; 0,043 qram; 0,043 qram, ümumi təmiz çəkisi 0,150 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 11 ədəd bükümdə ümumi təmiz çəkisi 0,337 qram olan (0,019 qram; 0,043 qram; 0,031 qram; 0,038 qram; 0,011 qram; 0,039 qram; 0,027 qram; 0,029 qram; 0,042 qram; 0,025 qram; 0,033 qram) kristal şəkilli maddə metamfetamindir (cild 1, iş vərəqi 55- 59). Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 okyabr 2018-ci il tarixli 27286 saylı rəydən görünür ki, Şahid2 götürülmüş 5 ədəd bükümdə və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi döngə 1-də yerləşən nömrəsiz evində aşkar edilmiş 3 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər (cild 1, iş vərəqi 133-136). Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 aprel 2019-cu il tarixli 8916 saylı rəydən görünür ki, Şahid1 yaşadığı evdən və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə Şahid2 üzərindən və Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 1 ünvanında yerləşən fərdi evdən aşkar edilmiş narkotik vasitə heroinlərdən fərqlənir (cild 3, iş vərəqi 1-7). Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2018-ci il tarixli 25024 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış hər iki tərəfi kəsici ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet ucu deşici xassəyə malik, zavod üsulu ilə qılınc formasında hazırlanmış suvenirdir, soyuq silah hesab edilmir, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet ucu deşici xassəyə malik, kustar üsulla xəncər formasında hazırlanmış suvenirdir, soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 60- 64). Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 oktyabr 2018-ci il tarixli 18/364R saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş 4,5 mm kalibrli olmaqla MP- 654K Baykal modelli idman məşq və təlim üçün nəzərdə tutulmuş pnevmatik tapançadır və odlu silah hesab edilmir. Həmin tapança texniki cəhətdən sazdır, lakin içərisində sıxılmış hava ilə doldurulmuş balon olmadığına görə, həmin tapança hal-hazırda təyinatı üzrə istifadə üçün yararsızdır (cild 1, iş vərəqi 128-132). Cinayət işinə əlavə edilmiş 11 fevral 2019-cu il tarixli 274 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 173-174). İş materiallarına əlavə edilmiş 05 mart 2019-cu il tarixli 377 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmuş, onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 178-179). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 12 fevral 2019-cu il tarixli tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs: - Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 aprel 2007-ci il tarixli A-0480/2007 nömrəli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib, 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarına əsasən, 02 sentyabr 2011-ci il tarixdə həmin cəzadan vaxtından əvvəl şərti azad edilmişdir; - Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli 1(101)- 207/2015 nömrəli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli 258-VQR nömrəli qərarının 2.4-cü bəndinə əsasən 01 iyul 2016-cı il tarixdə cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir (cild 2, iş vərəqi 166-167, cild 3, iş vərəqi 34-40). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmişdir və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs ittihamda göstərilən narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən tutulan vaxt üzərində narkotik vasitə olmaması, Şahid1 və Şahid2 narkotik vasitə satmaması, bu səbəbdən ittihamı qəbul etməməsi barədə məhkəmədə gətirdiyi dəlillərə hüquqi qiymət verən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə həmin dəlillər təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən, CM-nin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulan əməl isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 31 yanvar 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlarla bağlı məsələ aşağıdakı qaydada həll edilməlidir: - Binəqədi RPİ-də saxlanılan və 26 sentyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Aslanov küçəsi, döngə 1, nömrəsiz evdə yataq otağında olan şkafdan aşkar olunaraq götürülmüş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,064 qram, 0,043 qram, 0,043 qram - ümumi təmiz çəkisi 0,150 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və on bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,043 qram, 0,031 qram, 0,038 qram, 0,011 qram, 0,039 qram, 0,027 qram, 0,029 qram, 0,042 qram, 0,025 qram, 0,033 qram – ümumi təmiz çəkisi 0,337 qram olan psixotrop maddə metamfetamin, bir ədəd kiçik ölçülü tərəzi, həmçinin həmin ünvandan götürülmüş kustar üsulla hazırlanmış hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən bir ədəd xəncər, bir ədəd mətbəx bıçağı, bir ədəd qılınc formasında hazırlanmış suvenir, bir ədəd xəncər formasında hazırlanmış suvenir, bir ədəd idman məşq təlimləri üçün nəzərdə tutulmuş pnevmatik tapança, eləcə də 31 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə keçirilmiş baxış zamanı aşkar olunmuş bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,720 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatlardan sonra qalıq qalan 0,630 qram hissəsi məhv edilməlidir; - 26 sentyabr 2018-ci il tarixdə Şahid2 saxlanılarkən üzərindən aşkar olunaraq götürülmüş və 5 büküm … əl yazıları olan zərfdəki (N1) 05 ədəd bükümdə ayrı-ayrılıqda qalıq çəkiləri - 0,225 qram, 0,047 qram, 0,018 qram, 0,041 qram, 0,015 qram, ümumi təmiz çəkisi 0,0346 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış heroin qalığının Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 01 avqust 2019-cu il tarixli 1(001)- 241/2019 saylı hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır; - 31 yanvar 2019-cu il tarixdə Şahid1 yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında baxış keçirilərkən götürülmüş bir ədəd bükülüdə təmiz çəkisi 0,360 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tətqiqatından sonra qalıq qalan 0,310 qram hissəsinin Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 06 avqust 2019-cu il tarixli 1(001)- 334/2019 saylı hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əlavə olunan arayışa əsasən iş üzrə məhkəmə xərcləri 668 manat 18 qəpik göstərilmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən olundu ki, qeyd olunan məbləğ təkcə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə deyil, həmçinin hazırkı işdən ayrıca icraata ayrılmış və artıq yekun məhkəmə aktları qəbul edilmiş Şahid2 və Şahid1 barəsində olan cinayət işləri üzrə təyin olunmuş ekspertiza tədqiqatları ilə bağlı müəyyən edilmiş ümumi məbləğdir. Yuxarıda qeyd olunan Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 01 avqust 2019-cu il tarixli 1(001)- 241/2019 saylı və 06 avqust 2019-cu il tarixli 1(001)-334/2019 saylı hökmləri ilə müvafiq olaraq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100.12 (yüz manat on iki qəpik) manatın Şahid1, 238.07 manat (iki yüz otuz səkkiz manat yeddi qəpik) manatın isə Şahid2 tutularaq dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, ittiham aktına əlavə edilmiş arayışda göstərilmiş 668 manat 18 qəpikdən yuxarıda qeyd olunan 338 manat 19 qəpik çıxılmalı, hazırkı iş üzrə məhkəmə məsrəfləri 329 (üç yüz iyirmi doqquz) manat 99 qəpik müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 329 (üç yüz iyirmi doqquz) manat 99 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə-narkoloji ekspertizasının 11 fevral 2019-cu il tarixli 274 nömrəli eskpert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, məcburi müalicəyə əks göstərişi olmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə 5 (beş) il 9 (doqquz) ay müddətə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 31 yanvar 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlarla bağlı məsələ aşağıdakı qaydada həll edilsin: - Binəqədi RPİ-də saxlanılan və 26 sentyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4, nömrəsiz evdə yataq otağında olan şkafdan aşkar olunaraq götürülmüş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,064 qram, 0,043 qram, 0,043 qram-ümumi təmiz çəkisi 0,150 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və on bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,043 qram, 0,031 qram, 0,038 qram, 0,011 qram, 0,039 qram, 0,027 qram, 0,029 qram, 0,042 qram, 0,025 qram, 0,033 qram – ümumi təmiz çəkisi 0,337 qram olan psixotrop maddə metamfetamin, bir ədəd kiçik ölçülü tərəzi, həmçinin həmin ünvandan götürülmüş kustar üsulla hazırlanmış hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən bir ədəd xəncər, bir ədəd mətbəx bıçağı, bir ədəd qılınc formasında hazırlanmış suvenir, bir ədəd xəncər formasında hazırlanmış suvenir, bir ədəd idman məşq təlimləri üçün nəzərdə tutulmuş pnevmatik tapança, eləcə də 31 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə keçirilmiş baxış zamanı aşkar olunmuş bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,720 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatlardan sonra qalıq qalan 0,630 qram hissəsi məhv edilsin; - 26 sentyabr 2018-ci il tarixdə Şahid2 saxlanılarkən üzərindən aşkar olunaraq götürülmüş və 5 büküm … əl yazıları olan zərfdəki (N1) 05 ədəd bükümdə ayrı-ayrılıqda qalıq çəkiləri - 0,225 qram, 0,047 qram, 0,018 qram, 0,041 qram, 0,015 qram, ümumi təmiz çəkisi 0,0346 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış heroin qalığının Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 01 avqust 2019-cu il tarixli 1 (001)- 241/2019 saylı hökmü ilə məhv edilməsi nəzərə alınsın; - 31 yanvar 2019-cu il tarixdə Şahid1 yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında baxış keçirilərkən götürülmüş bir ədəd bükülüdə təmiz çəkisi 0,360 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tətqiqatından sonra qalıq qalan 0,310 qram hissəsinin Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 06 avqust 2019-cu il tarixli 1 (001)- 334/2019 saylı hökmü ilə məhv edilməsi nəzərə alınsın. Məhkəmə məsrəfləri hesab edilən 329 (üç yüz iyirmi doqquz) manat 99 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar