Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-834/2020 08.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 Saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1973-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi ev 16-da qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 07:00-da Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Çinar” restoranının yaxınlığında başqa mənbədən satış məqsədilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib özündə saxlayıb daşımış, xx xxxxxx 2019-cu il tarixdə saat 08:30 radələrində o, ünvan 1 ünvanın qarşısında Bakı şəhəri, Yasamal rayon X2 Mübarizə Bölməsinin əməkdaşı tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparılmış, orada onun əlində saxladığı bir ədəd şəffaf polietilenə bükülü vəziyyətdə külli miqdarda, yəni ümumi çəkisi 3,507 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynindəki şalvarın cibindən bir ədəd şəffaf polietilənə bükülmüş kustar üsulla hazırlanmış külli miqdarda, yəni ümumi çəkisi 21,683 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, narkotik vasitələrin aludəçisidir. Heroindən istifadə edir. xx xxxxxx 2019-cu il tarixdə Məhəmməd adlı şəxsdən istifadə üçün bir qram heroin almışdır. Məhəmmədlə əvvəllər də əlaqəsi olub. İndi onun harada yaşadığını bilmir. Polislər onu xx xxxxxx 2019-cu il tarixdə evindən tutub apardılar. xx xxxxxx 2019-cu il tarixdə üzərindən çıxarılan vasitələr ona məxus deyil. O, metamfetamin qəbul etmir. Müstəntiq onun ifadəsini özündən yazıb. O, müstəntiqin yazdığını bilməyib, sadəcə imza edib. Ona təzyiq göstərib elektroşok veriblər. Onu təhdid ediblər ki, cinayəti boynuna alsın, lakin o, onu təhdid edən və narkotikin ona məxsus olmasını boynuna almasına məcbur edən və ona elektroşok tətbiq edən şəxsləri tanımır. Onların xarici əlamətlərini xatırlamır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət yarandığı üçün onun istintaq zamanı verdiyi xx xxxxxx 2019-cu il tarixli ifadəsi elan edilib araşdırıldı. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 01 il olar ki, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olan zaman narkotik vasitə hesab olunan heroini inyeksiya yolu ilə qəbul edir. Həmçinin psixotrop maddə olan və “Şüşə” deyilən maddədən qəbul edir. Qarabağ uğrunda gedən müharibədə iştirak etmiş və orada yaralandığından başında və bədənində ağrılar olur, elə buna görə də narkotik vasitələrdən istifadə edir. Təxminən 03 il bundan əvvəl “Kubinka” adlanan yerdən tanıdığı İran İslam Respublikasının vətəndaşı olan və Bakı şəhərində yaşayan “Məhəmməd” adlı şəxsi tanımış, lakin son 02 il olar ki, onu görməmişdir. Təxminən 2019-cu ilinin noyabr ayının əvvəllərində təsadüfən “Məhəmməd”-i Yasamal rayonu ərazisində yerləşən metronun “Nizami” stansiyasının qarşısında görmüş, onunla söhbət etmiş, o onun mobil telefonun nömrəsini götürmüş, öz mobil telefonun nömrəsinmi ona verməmişdir. 2019-cu ilinin noyabr ayının ortalarında “Məhəmməd” onun istifadə etdiyi ***-***-**-** nar nömrəsinə gizli nömrədən zəng edərək onunla söhbət etmiş, söhbət əsnasında o narkotik vasitə istifadə edib etməməsini soruşmuş, “Məhəmməd”ə narkotik vasitə istifadə etməsini demiş, həmin vaxt “Məhəmməd” ona “sənə ucuz qiymətə narkotik vasitə olan heroin, yəni öz aralarındada “kakos” adlandırdıqları maddəni təşkil edə bilərəm” demiş, həmin vaxt “Məhəmməd” “01 qram “kakosu”, yəni heroini 20 manata ona verə bilməsini bildirmiş, “Məhəmmədə” ona 15 qram lazımdır demiş, bundan sonra “Məhəmməd” onu Binəqədi rayonu 9-cu mikrorayonun ərazsində yerləşən “Tərlan” şadlıq sarayı ilə üzbəüz olan avtobus dayanacağının arxa tərəfinə gəlməsini, orada olan kolların arasında siqaret qutusunun içərisində “kakos” olacağını, onu götürüb 300 manat pulu ora qoymasını, oradan təxminən 50 metr uzaqlaşdıqdan sonra pulu götürüb ona zəng eləyəcəyini, demiş, onunla razılaşmış və birinci dəfə “Məhəmməddən” 15 qram narkotik vasitə olan heroini 300 manata yuxarıda qeyd etdiyim kimi almış, həmin vaxt “Məhəmmədə” bu heroin onun gündəlik tələbatı nəzərə almaqla 20 gün bəs edəcəyini, 20 gündən sonra isə yenə zəng etməsini ona heroin verməsini demiş, həmin narkotik vasitəni istifadə etmiş, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında “Məhəmməd” yenə onun istifadə etdiyi ***-***-**-** nar nömrəsinə gizli nömrədən zəng etmiş və ona “həm heroin və həmdə “şüşə” adlanan metamfetamin lazımdır.” demiş, bundan sonra o “şüşə də var, onun 01 qramı 40 manat, heroinin isə qramını keçən dəfədən aşağı olmaqla 01 qramını 18 manata verəcəm.” bildirmiş, sonra isə mən ona təxminən 25 qram heroin və 4 qram “şüşə” lazımdır” demiş, “Məhəmməd” ona “ sən dediyin qədər heroin və “şüşə”-nin qiyməti 600 manat edəcəyini, o qədər pulunun olub-olmamasını soruşmuş, ona 300 manat pulunun olmasını yerdə qalan 300 manatı isə gələn dəfə narkotik alanda verə biləcəyini demiş, “Məhəmməd” onunla razılaşmış və “gəl Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yerləşən “Çinar“ restoranından beş mərtəbəli binaya tərəf gedən pilləkənlərinin sol tərəfində olan oturacağının arxasında olan kolların dibində ortadan yapışdırılmış “Hell” içkisinin qutusu olacaq və oradan mal götürüb, pulu da ora qoya” demiş, onunla razılaşmış və xx xxxxxx 2019-cu il tarixdə səhər saat 07:00 radələrində “Məhəmmədin” ona dediyi qayda ilə həmin yerə getmiş, dediyi kimi “ Hell” qutusunun içərisində olan iki ədəd bükülünü götürmüş və 300 manat pulu ora qoymuş, bundan sonra götürdüyü narkotiki əynindəki şalvarın arxa sol cibinə qoymuş, bir müdətdən sonra saat 08:30 radələrində Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 53/55 saylı ünvandan keçən zaman cibimdə olan “şüşə” narkotik bükülünü çıxardıb təmizliyini yoxlamaq istəmiş, həmin vaxt ona mülki geyimdə bir şəxs yaxınlaşmış, özünü polis əməkdaşı kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona deyərək onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmiş, buna etiraz etməyərək onunla birlikdə polis bölməsinə getmiş, polis bölməsində xidməti otaqların birində müdafiəçi dəvət edilərək ona təqdim olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, xidməti otaqda polis əməkdaşları ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmiş, İştirakçıların iştirakı iləüzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümü və əynindəki boz rəngli cins şalvarının sol arxa cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü könüllü təqdim edərək birinci təqdim etdiyi həmin bükülüdə “şüşə” , sol arxa cibindən çıxarıb təqdim etdiyi digər büklüdə isə “kokos” adlanan narkotik vasitə heroin olmasını demiş, həmçinin həmin vaxt əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd metallik rəngli, plastik konstruksiyalı, şüşə sensorlu, kiçik ölçülü tərəzi, eyni cibindən bir ədəd qara rəngli alışqan və 2 ədəd 5 manatlıq və 9 ədəd 1 manatlıq əskinazlarla cəmi 19 manat pul, şalvarın sol yan cibindən bir ədəd qara rəngli, sensor tipli “Samsung J 2” markalı mobil telefonu, həmin cibindən bir ədəd boş siqaret qutusunu, şalvarının arxa sağ cibindən bir ədəd sarımtıl sellofan qabda ağzı bağlı olan, istifadə etmədiyi limon duzu, əynində olan qara rəngli sviter tipli gödəkcənin sağ yan cibindən bir ədəd cib dəsmalını könüllü olaraq təqdim etmişdir. Həmin maddələri xx.xx.2019-cu il tarixdə səhər saat 07:00 radələrində yuxarıda qeyd etdiyi kimi “Məhəmməddən” almış, həmin narkotik vasitələri özü istifadə etmək məqsədilə almış, üzərində şəxsi axtarış aparılmış və özünün təqdim etdiyi kütlədən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Könüllü təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 168 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmış, həmin zərf və bir ədəd tərəzi götrülmüş, bu barədə protokol tərtib olunaraq, müdafiəçinin iştirakı ilə protokol imzalanmış, təqdim etdiyi bir ədəd alışqan, 19 manat pul, bir ədəd mobil telefon, bir ədəd boş siqaret qutusu, bir qutu ağzı bağlı limon duzu, bir ədəd cib dəsmalı ona qaytarılmış, üzərinə şəxsi axtarış və götürmə aparılarkən “Samsung Galaxy A 6” markalı mobil telefondan istifadə edilərək video çəkilş aparılmışdır. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və yaxınlıqları olmayıb. Yasamal Rayon Polis X3 Bölməsinin kiçik inspektoru vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 08:30 radələrində Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 53/55 ünvanından keçən zaman bir nəfər şəxsin narkotik vasitələrin təsiri altında olmasını hiss etmiş və ona yaxınlaşdıqda sağ əlində bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünü görüb ona yaxınlaşmışdır. Onu saxlayıb özünü təqdim edib ondan şəxsiyyətini sorğu etdikdə, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Əlində olan sellofan bükülünün nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs “Süşə”, olmasını dedi. Ona yenə suallar vermiş, lakin o adekvat cavab verə bilmədi. Onu Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmiş, o, razılaşıb onunla birlikdə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin inzibati binasına gəldi. Polis Bölməsində şəxsiyyəti müəyyən edilib saxlanılması barədə rəhbərliyə məruzə edildikdən sonra, araşdırma təhqiqatçı Şahid2 həvalə edildi. Təqsirləndirilən şəxs müadfiə etmək üçün vəkil dəvət edildi və onun da iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə vəkil şəxsi axtarış keçiridi. Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümü və şalvarının sol arxa cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü könüllü təqdim etdi.Birinci təqdim etdiyi bükülüdə “şüşə”, arxa cibindən çıxarıb təqdim etdiyi digər büklüdə isə “kokos” adlanan heroin olmasını dedi. O, həmçinin şalvarın sağ yan cibindən bir ədəd metallik rəngli, plastik, kiçik ölçülü tərəzi, bir ədəd qara rəngli alışqan və 2 ədəd 5 manatlıq və 9 ədəd 1 manatlıq əskinaslarla cəmi 19 manat pul, şalvarın sol yan cibindən bir ədəd qara rəngli, sensor tipli “Samsung J 2” markalı mobil telefonu və boş siqaret qutusunu, şalvarının arxa sağ cibindən bir ədəd sarımtıl sellofan qabda ağzı bağlı olan, istifadə edilməyən limon duzu, gödəkcəsinin sağ yan cibindən bir ədəd cib dəsmalını könüllü olaraq təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri özü istifadə etmək məqsədilə aldığını dedi. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırıldı və möhürləndi, zərf bütün iştirakçılar tərəfindən imzalandı. Zərf və bir ədəd tərəzi götürüldü, bu barədə protokol tərtib olunub imzalandı. Qafarın təqdim etdiyi bir ədəd alışqan, 19 manat pul, bir ədəd mobil telefon, bir ədəd boş siqaret qutusu, bir qutu ağzı bağlı limon duzu, bir ədəd cib dəsmalı onun özünə qaytarıldı. Əlyev Qafara heç kim təsir etməyib O, saxlananda Qafar şərxoş vəziyyətdə idi. Ondan alkoqol qoxusu gəlmirdi. Buna görə də o, hesab edir ki, Qafar saxlanılanda narkotik vasitədən istifadə etmişdi və narkotik sərxoşluğunda idi. Ona elektroşok tətbiq edilməsi və ya narkotiki boynuna almasına nail olmaq üçün onun təhdid edilməsi uydurmadır. Qafar saxlanılan kimi özünün narkoman olduğunu və narkotiki Məhəməməd adlı şəxsdən aldığını dedi. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və yaxınlıqları olmayıb. O, Təqsirləndirilən şəxs barsində təhqiqatı aparıb. Təhqiqat zamanı Əliyev dedi ki, o, Məhəmmədlə əlaqə saxlayıb ondan mütəmadi olaraq ondan narkotik vasitə olan heroin əldə edib. Məhəmməd narkotiki «Çinarlı» adlı restoranının yanında sərinləşdirici içkinin boş qabının içərisinə qoyurdu. O da narkortiki götürüb onun içərisinə hər dəfə 30 manat pulu qoyub getmişdir. O, bildirdi ki, narkotik vasitəni yoxlamaq istdədikdə polis əməkdaşları tərəfindən tutulub və narkotik vasitələri özü könüllü təqdim edib. Ev ünvanını Qafar özü verdi. Qafara polis idarəsində heç bir təzyiq olmayıb, ona qarşı zorakı hərəkətlər edilməyib. Qafar saxlananda şərxoş idi, lakin aydın danışırdı və suallara aydın cavablandırırdı. Ondan alkoqol qoxusu gəlmirdi. Buna görə də o, hesab edir ki, Qafar narkotikdən istifadə etmişdi və narkotik sərxoşluğunda idi. Ona elektroşok tətbiq edilməsi, narkotiki boynuna almasına nail olmaq üçün onun təhdid edilməsi yalandır. Qafar saxlanılan kimi özünün narkotik maddələrdən və psixotrop maddələrdən istifadə etdiyini və narkotiki Məhəməməd adlı şəxsdən aldığını dedi. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümü və əynindəki boz rəngli cins şalvarının sol arxa cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü könüllü təqdim edərək bildirmişdir ki, həmin bükülünün birində “şüşə” digərində isə “kokos” adlanan narkotik vasitələr var. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd metallik rəngli, plastik konstruksiyalı, şüşə sensorlu, kiçik ölçülü tərəzi, beyni cibindən bir ədəd qara rəngli alışqan cə 2 ədəd 5 manatlıq və 9 ədəd 1 manatlıq əskisnazlarla cəmi 19 manat pul, həmin şalvarın sol yan cibiindən bir ədəd samsung markalı, qara rəngli, sensor tipli “ Samsung J2” markalı mobil telefonu, eyni cibindən bir ədəd boş siqaret qutusu,şalvarının arxa sağ cibindən bir ədəd sarımtıl qutuda limon duzu, habelə əynində olan qara rəngli sviter tipli gödəkcəsinin sağ yan cibindən bir ədəd cib dəsmalını könüllü təqdim etmişdir. Məhkəmədə nümayiş etdirildmiş video yazıda və məhkəmədə araşdırılmış bu vidioyazıda əks olunmuş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PB-də keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X1, Yasamal RPİ-nin NMB-nin kiçik inspektoru polis serjantı Şahid1 iştirakı ilə sağ əlində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümü və əynindəki boz rəngli cins şalvarının sol arxa cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü könüllü təqdim edərək həmin bükülünün birində “şüşə” digərində isə “kokos” adlanan narkotik vasitələr olduğunu götərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd metallik rəngli, plastik konstruksiyalı, şüşə sensorlu, kiçik ölçülü tərəzini təqdim etmişdir. Məhkəmədə nümayiş etdirilən xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X1, Yasamal RPİ-nin NMB-nin kiçik inspektoru polis serjantı Şahid1 iştirakı ilə sağ əlində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümü və əynindəki boz rəngli cins şalvarının sol arxa cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü könüllü təqdim edərək bildirir ki, həmin bükülünün birində “şüşə” digərində isə “kokos” adlanan narkotik vasitələr var. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd metallik rəngli, plastik konstruksiyalı, şüşə sensorlu, kiçik ölçülü tərəzini təqdim edir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkətləri keçirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə söyləmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin xx xxxxxx 2019-cu il tarixli, 32248 nömrəli məhkəmə kimyəvi ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-nin zərflər üçün №168 möhür əksi olan zərfdəki 01 bükümdə təmiz çəksi 21.683 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 3.507 qram ağ rəngli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir, Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin əlavə kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 4281 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «c.i ********* Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tərəzi» yazıları olan zərfdəki 01 ədəd elektron tərəzinin ölçmə səthində psixotrop maddə metamefetaminə məxsus izlər müəyyən edilmiş, izlərin təqdim olunmuş kağız paketdəki metamfetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək üçün hazırlanmış nümunədə iz mikrohissəcikləri yetərsiz olduğundan həmin tədqiqatın aparılması mümkün olmamışdır. Üzərində Azərbaycan Respublikası DİN-nin zərflər üçün №168 möhür əksi olan bir ədəd zərfdəki (MEM-nə məxsus kağız paketə qablaşdırılmış) 01 ədəd bükümdə qəhvəyi rəngli maddənin əsas tərkib kompeonentinin diasetilmorfindən heroindən, əlavə komponentlərinin 6-monoasetilmorfin və kofeindən ibarət olması müəyyən edildi ki, bu komponentlər tiryəkdən birbaşa kustar üsulla heroinin alınması proisesində əmələ gəlirlər ki, bu qarşıqların heroindən (diasetilmorfindən) kimyəvi üsulla ayrılması mümkün olmadığından, həmçinin nəzarətdə olan maddələr üçün etalon nümunələr olmadığından miqdarı analizi aparılmır və bu səbəbdən də hər üç komponent birlikdə narkotik vasitə heroinin təmiz çəksinə (ilkin təhqiqat zamanı heroinin təmis çəkisi 21.683 qram olmuşdur) aid edilmiş, həmin zərfdə olan 01 ədəd bükümdəki ağ rəngli, kristal şəkilli maddənin tərkibində kənar qarışıqları olmayan psixotrop maddəmetamfetamin(ilkin təhqiqat zamanl təmiz çəkisi 3,507 qram olmuşdur) müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Məhkəmə Psixiatirik Ekspertizasının xx xxx 2020-ci il tarixli 927 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tələblərinə əsasən məhkəmə-psixiatrik ekspertizası rəyinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Onda hal-hazırda hər hansı bir psixi xəstəliyinin əlamətləri aşkar olunmamış, cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, o, hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir, törətdiyi əməl barəsində anlaqlıhesab edilməlidir, Təqsirləndirilən şəxs hazırkı vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sonuncuya məxsus təmiz çəkisi 21.683 qram və 3.507 qram metamfetamin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 21,603 qram heroin, 3,427 qram metamfetamin maddəsi və bir ədəd ölçmə səthində psixiotrop maddə metamfetaminə məxsus izləri olan 200g/0.01g,QC.PASS8 markalı 12x6 sm ölçüdə metal rəngli plastik kostruksiyalı şüşə sensorlu elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünü əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin predmetini təşkil edən narkotik vasitələrdən xəbərsiz olması, həmin vasitələrin onun üzərinə qoyulması barəsindəki ifadələrini iş üzrə məhkəmədə araşdırılmış sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu ifadələrinin obyektiv reallığa uyğun olmadığı qənaətinə gəli onun bu ifadələrinin özünün müdafiəsinə yönələn cəhdi kimi qiymtələndirir. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi istifadə üçün bir qram heroin alması, onun xx xxxxxx 2019-cu il tarixdə evindən tutub aparması, xx xxxxxx 2019-cu il tarixdə üzərindən çıxarılan vasitələrin ona məxus olmaması, müstəntiqin onun ifadəsini özündən yazması, müstəntiqin ifadəsində nə yazmasından xəbəri olmayıb sadəcə imza etməsi, ona təzyiq göstərilib elektroşok verilməsi, təhdid edilməsi barədə ifadələrini məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri və işin faktiki halları ilə müqayisəli tədqiq edib onun həmin ifadələrini özünün müdafiəsinə və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirib onun ibtidai istintaq zamanı verdiyi ifadələrinə istinad edilməsini əsaslı sayır. Məhkəmə eyni zamanda, Təqsirləndirilən şəxs bu davranışını onun prosessual hüququndan istifadə etməsi kimi nəzərə alır, lakin onun öz müdafiəsi üçün irəli sürdüyü dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğunu nəzərə alır, lakin müdafiə tərəfi bunu etmədi. Məhkəmə, yuxarıda sadalanan sübutları keyfiyyət xarakterləri və sübutların qiymətləndirilməsinə qanunvericilik tərəfindən verilən tələblər baxımından ittihamda nəzərdə tutulan cinayət hadisəsinin baş verməsini və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 07:00-da Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Çinar” restoranının yaxınlığında başqa mənbədən satış məqsədilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib özündə saxlayıb daşımış, xx xxxxxx 2019-cu il tarixdə saat 08:30 radələrində o, ünvan 1 ünvanın qarşısında Bakı şəhəri, Yasamal rayon X2 Mübarizə Bölməsinin əməkdaşı tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparılmış, orada onun əlində saxladığı bir ədəd şəffaf polietilenə bükülü vəziyyətdə külli miqdarda, yəni ümumi çəkisi 3,507 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynindəki şalvarın cibindən bir ədəd şəffaf polietilənə bükülmüş kustar üsulla hazırlanmış külli miqdarda,yəni ümumi çəkisi 21,683 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator Məcburi-Narkoloji tibbi yoxlama ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 510 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq sindiromu (narkamaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkooloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halı nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması qənaətinə gəlir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 109 (yüz doqquz) manat xərclənmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X6 tərəfindən göstərilən hüuqi yardımın dəyəri 240 (iki yüz qırx) manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 35 (otuz beş) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə ona 210 (iki yüz on) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Yasamal RPİ-nin məxsul saxlanıcına verilmiş- Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sonuncuya məxsus təmiz çəkisi 21.683 qram və 3.507 qram metamfetamin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 21,603 qram heroin, 3,427 qram metamfetaminin dövriyyəsi qadağan edildiyi üçün məhv edilmələrini, bir ədəd ölçmə səthində psixiotrop maddə metamfetaminə məxsus izləri olan 200g/0.01g,QC.PASS8 markalı 12x6 sm ölçüdə metal rəngli plastik kostruksiyalı şüşə sensorlu elektron tərəzinin cinayətin predmetini təşkil maddələrin ölçülməsində istifadə edilən vasitə kimi məhv edilməsini, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünü əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin və psixotrop maddələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin və psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu - xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış nikah haqqında AZ-İ 096646 nömrəli nikah haqqında şəhadətnamədən, AZ-İ 488779 nömrəli, AZ-İ 705993 nömrəli,AZ-İİ 555944 nömrəlidoğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmamasını, ailəli olub himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 109 (bir yüz doqquz manat) manat vəsait məhkəmə ekspertiza mərkəzinin hesabına, Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 240 (iki yüz qırx) manat X4 ödənilməsi üçün Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına, 210 (iki yüz on) manat Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Yasamal RPİ-nin məxsul saxlanıcına verilmiş- Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sonuncuya ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 21,603 qram heroin, 3,427 qram metamfetamin dövriyyəsi qadağan edildiyi üçün, bir ədəd ölçmə səthində psixiotrop maddə metamfetaminə məxsus izləri olan 200g/0.01g,QC.PASS8 markalı 12x6 sm ölçüdə metal rəngli plastik kostruksiyalı şüşə sensorlu elektron tərəzi cinayətin predmetini təşkil maddələrin ölçülməsində istifadə edilən vasitə kimi məhv edilsin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-834/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-834/2020
08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver