Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-834/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - «AİM» Vəkil Bürosunun vəkili Müdafiəçi Yahya oğlunun Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda narkotik vasitə hesab edilən heroini, külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini və narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib qeydiyyatda olduğu və yaşadığı ünvanda və üzərində saxlayaraq daşımış, 23 may 2023-cü il tarixdə saat 21:00 radələrində yaşadığı ünvan 1 ünvanın yaxınlığında əməliyyat-axtarış tədbiri keçirən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Qaradağ RPİ-nin 11 -ci PB-ııin inzibati binasına gətirilmiş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılarkən əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,043 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və bir ədəd sellofan bükümdə təmiz çəkisi 3,498 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüş, bundan başqa 24 may 2023-cü il tarixdə saat 02:50 radələrində qeydiyyatda olduğu və yaşadığı Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi, ev 22 ünvanda videoçəkiliş aparılmaqla baxış keçirilərkən yataq otağındakı taxta konstruksiyalı dolabda olan üzərində «Dieke» yazısı əks olunmuş əl çantasından bir bükümdə külli miqdar təşkil edən 13,306 qram qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki bükümdə - 28,814 qram və 9,774 qram ümumi təmiz çəkisi 38,588 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 11,541 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, beləliklə şəxsi axtarış və götürmə zamanı üzərindən və yaşadığı evdən ümumilikdə aşkar edilmiş xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 16,804 qram külli miqdarda narkotik vasitə heroin, şəxsi axtarış və götürmə zamanı üzərindən və yaşadığı evdən aşkar edilmiş xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 39,631 qram külli miqdarda psixotrop maddə metamfetamin və yaşadığı evdən 11,541 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, axşam tərəfi evdə yatdığı zaman 12-13 nəfər polis əməkdaşları qəflətən evə daxil olmuşlar. Həmin vaxt üzərində cəmi 2 qrama yaxın heroin, 5-6 qram da marixuana olmuşdur. Evdə axtarış aparmış, heç nə tapmamışlar. Daha sonra onu polis idarəsinə aparmışlar. Orada ona külli miqdarda narkotik vasitələr və psixotrop maddələr verərək təzyiq və təsir göstərərək həmin narkotik vasitələr və psixotrop maddələrin özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər. Narkotik vasitələri tanımadığı şəxsdən 150 manat müqabilində almışdır. Lakin ittihamda qeyd edilən çəkidə və növdə narkotik vasitələri həmin qiymətdə əldə edilməsi mümkün deyildir. Heç vaxt narkotik vasitələrin satışını həyata keçirməmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrin alüdəçisi olduğu üçün narkomaniyadan əzab çəkir və arada bir tanımadığı şəxslərdən əldə edib müxtəlif üsullarla qəbul etimiş, hadisədən 2 (iki) ay əvvəl sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı “Amil” adlı şəxs ilə tanış olmuş, 150(yüz əlli) manat pulu karta ödəməklə həmin şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, onları evində və üzərində saxlamış, 23 may 2023-cü il tarixdə saat 21:00 dəqiqədə yaşadığı ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşları kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış edib Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına dəvət etmişlər, dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona elan olunmuş, aparılmış şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuş, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini və 1 (bir) ədəd ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur, aparılmış şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd açar, 1 (bir) ədəd içərisində (070) ***-**-** SİM kart nömrəsi olan “Xiaomi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür; təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 6(altı) qram olan heroinin və çəkisi 2(iki) qram olan metamfetamin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefonu və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüşdür, 1 (bir) ədəd açar isə ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən başqa yaşadığı ünvan 1 ünvanında narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyinə dair ərizə yazmışdır. Evə baxış zamanı o, yaşadığı evdə yataq otağındakı taxta konstruksiyalı dolabdan 1 (bir) ədəd üzərində “Dieke” yazısı olan əl çantasını təqdim etmiş, əl çantasının içərisində olan 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin, 2(iki) ədəd ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetamin və 1 (bir) ədəd açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir; həmin kütlələr, elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 22 (iyirmi iki) qram, metamfetaminlərin çəkisi 40 (qırx) qram, qurudulmuş marixuananın çəkisi 13 (on üç) qram olmuş, həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir; evindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Amil” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 2 (iki) ay bundan əvvəl 150 (yüz əlli) manat ödəməklə istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 170- 172). Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Onun narkotik alüdəçisi olduğundan və evdə narkotik saxlamsından xəbərləri olmamışdır. xx.xx.2023-cü il tarixdə evdə olarkən saat 02:30 radələrində 5-6 nəfər polis əməkdaşları evə gəlmiş və Xəyal həmin vəziyyətdə yatılı olmuşdur. Xəyalı gecə vaxtı polis idarəsinə aparmışlar. Xəyalı apardıqdan sonra polis əməkdaşları Xəyalla birlikdə gələrək onun iştirakı ilə videoçəkilişlə evə baxış keçirilmişdir. Xəyal çantanı masanın üzərinə qoymuşdur. Baxış keçirilən zaman narkotik vasitələrin olduğunu görmüş, çantanın içərisinən narkotik vasitələr aşkarlanmışdır. Oğlu Xəyalın evdə narkotik vasitə saxlamasından və ya satışını həyata keçirməsindən məlumatı olmamışdır. Hadisə barəsində heç bir yerə şikayət etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 may 2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 1 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlamış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmiş, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd açar, 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür; Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz təsir göstərilməmiş, belə hallara yol verilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadəsi elan olunaraq tədqiq edilmiş DİN-in BNMİ-nin əməliyyat müvəkkili X1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Şübhəli şəxsin tutulması haqqında 23 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 24-25). Qaradağ Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 85-88). Şəxsi axtarış və götürmə aparılması haqqında 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin 11-ci PB-də, xidməti otaqda, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd açar, 1 (bir) ədəd içərisində (070) ***-**-** nömrəli SİM kart nömrəsi olan “Xiaomi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 34-35). 24 may 2023-cü il tarixli evə baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan və protokola əlavə edilmiş DVD diskə baxış protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi, ev 22 ünvanında müdafiəçisi X5, baxış və götürmə protokolunda qeyd olunan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə yataq otağındakı taxta konstruksiyalı dolabdan 1 (bir) ədəd üzərində “Dieke” yazısı olan əl çantasını təqdim etmiş; həmin 1 (bir) ədəd əl çantasının içərisindən 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 2 (iki) ədəd ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 1 (bir) ədəd açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmış; sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş; heroinə bənzər kütlənin çəkisi 22 (iyirmi iki) qram, metamfetaminə bənzər kütlələrin çəkisi 40 (qırx) qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 13 (on üç) qram müəyyən edilmiş; daha sonra həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və əməkdaşlar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 40-41). Məhkəmə-fiziki-kimyəvi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 6/2985 nömrəli ekspert rəyindən görünür: - tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün NQ7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr; şübhəli şəxs: Təqsirləndirilən şəxs -imza, Müdafiçi -imza, Qablaşdırdı: A.Aslanov -imza..5’ yaza əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 1,043 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,498 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün No7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş maddələr və elektron tərəzi; şübhəli şəxs: Təqsirləndirilən şəxs -imza, Müdafiçi -imza, Qablaşdırdı: A.Aslanov -imza..” yaza əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 13,306 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 02 (iki) ədəd bükümlərdə təmiz çəkiləri 28,814 qram və 9,774 qram ümumi təmiz çəkisi isə 38,588 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır; iz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir (cild 1, iş vərəqi 47-52). Məhkəmə bioloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 7/768 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən ...kütlələr... və 1 ədəd tərəzi ...” yazılar və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 11,541 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələrə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 53-56). Məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 4248 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 131-132). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 76-cı maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilməklə xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 119- 125). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərinə və evinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olmasını, həmin narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs adına olmaqla istifadəsində olmuş (070) ***-**-** mobil nömrəyə 23 mart 2023-23 may 2023-cü il tarixlərə olan zənglər və SMS mətnlərindən müəyyən olunmuşdur ki, sonuncuya müxtəlif adlar altında narkotik vasitə və psixotrop maddələrin istəyinə dair, özünün isə cavab olaraq həmin maddələrin təşkil etməsinə dair SMS mətnləri yazılmışdır, qeyd edilənlər Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop və sair maddələrin təşkil edərək satmasını təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə marixuananın qurudulmuş halda külli miqdarının aşağı həddi 500 qram, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində cəmi 1-2 qram heroin və 5-6 qram marixuana olması, ittihamda qeyd edilən növdə və çəkidə narktotik vasitə və psixotrop maddə olmaması, ittihamda adları qeyd edilməyən polis əməkdaşları tərəfindən saxlanılması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş külli miqdarda narkotik vasitə və psixotrop maddələri videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi, narkotik vasitə istifadəçisi olsa da heç vaxt narkotik vasitələrin satışını həyata keçirməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyildir Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması işin materialları ilə sübut olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirlən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin olması cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdr. İşdə olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 76-cı maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilməklə xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasənm məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2023-cü il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 23 may 2023-cü il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş 2 il müddət keçməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 6 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 23 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini nəzərə almaqla), həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 23 may 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 4248 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 6/2985 nömrəli və məhkəmə bioloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 7/768 nömrəli ekspert rəylərinə əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş narkotik vasitələr və psixotrop maddələr kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar- Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 16,604 qram heroin, 39,331 qram metamfetamin, 11,441 qram marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-bioloji və materialların məhkəmə ekspertizası üzrə tədqiqatlarının dəyəri ümumilikdə 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sonra qalıq qalan 16,604 qram heroin, 39,331 qram metamfetamin, 11,441 qram marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-bioloji və materialların məhkəmə ekspertizası üzrə tədqiqatlarının dəyəri ümumilikdə 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyevə Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-834/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-834/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver