Məhkəmə qərarları › İş №1(101)-835/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-835/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-835/2022 07.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- «FEMİDA» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 avqust 2021-ci il tarixdə saat 20 radələrindən 23 avqust 2021-ci il tarixdə saat 22 radələrinədək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus saxsı qabların təmiri emalatxanasının giriş qapısını dəmir alətlə aralayıb saxlanc yeri hesab edilən həmin binaya qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 60 manat olmaqla 11 ədəd cəmi 660 manat dəyərində qızdırıcı radiator və bir ədəd 1500 manat dəyəri olan “İtaltel” markalı 35 kilovatlıq kombi cihazını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 2160 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 24 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 5,086 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 23:30 dəqiqədə ünvan 3 ünvanın qarşısında Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayon Polis İdarəinin 27-ci Polis Bölməsinə gətirilərək bölmənin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 5,086 qram təşkil edən tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 21 avqust 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi ilə piyada gedərkən 3 mərtəbəli binanın işıqlarının söndüyünü görmüş və həmin binanın girişinə yaxınlaşmışdır. İçəriyə nəzər salanda işıqların yanmadığını və kimsənin olmadığını görmüş, buna görə də qərara gəlmişdir ki, həmin yerə girsin. Ona görə də yerdən tapdığı yastı dəmir parçasını boz rəngli aliminium materialından olan dəmir parçasını qapının arasına salaraq qapını açmış və içəriyə daxil olmuşdur. Həmin dəmir parçasını isə elə oradaca yol kənarına atmışdır. Alışqanın işığı ilə içəriyə baxanda görmüşdür ki, yalnız divarlarda radiatorlar və divara bərkidilmiş kombi aparatı var. Həmin radiatorlardan 4 ədədini və ikinci mərtəbə ilə birinci mərtəbə arasında olan pilləkənlərin üst hissəsində divara quraşdırılmış bir ədəd kombini də açmış və həmin radiatorları və kombini çölə çıxardaraq özü ilə gətirdiyi dəmir arabaya qoyub yaxınlıqda qalayçı işləyən Yusif adlı şəxsin yanına aparmışdır. Yusifə radiatorların və bir ədəd kombinin tanışının olduğunu və həmin adamın evi sökülmək ərəfəsində olduğundan ona köməklik etmək üçün satmaq istədiyini bildirmişdir. Ona görə də kombini Yusifə 300 manata, 4 ədəd radiatoru isə 120 manata ümumilikdə 420 manata satmışdır. Bu minvalla həmin ünvana 22 avqust 2021-ci il və 23 avqust 2021-il tarixlərində saat təxminən 22 radələrində cəmi 3 dəfə girmiş və təxminən 11 ədəd radiatoru sökmüşdür. Səhəri gün isə həmin radiatorların 5 ədədini yoldan tutduğu taksi ilə metronun «20 Yanvar» stansiyasının yaxınlığında əlvan metal qəbulu məntəqəsinə 5 ədəd radiator aparıb hamısını 102 manata satmışdır. 24 avqust 2021-ci il tarixdə axşamüstü ünvan 5 ünvanın qarşısında olduğu zaman ona mülki geyimdə olan dörd nəfər polis əməkdaşı yaxınlaşaraq vəsiqələrini göstərib oğurluq cinayəti törətməkdə şübhəli olduğu üçün onu Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirmişlər. Orada üzərinə qoyduqları narkotik vasitəni boynuna götürmək məcburiyyətində qalmışdır. O, narkotik vasitədən istifadə edir, lakin heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Oğurladığı kombi və radiatorlar isə sahibinə qaytarılmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 20 avqust 2021ci il tarixdən 24 avqust 2021-ci il tarixədək olan müddətdə ona məxsus Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 45 ünvanında yerləşən və təmir işləri görülən saxsı qablarının emalı emalatxanası kimi fəaliyyət göstərən üç mərtəbəli obyektindən oğurluq hadisəsi baş verdiyinə görə Yasamal rayon Polis İdarəsinə ərizə yazmışdır. O, 24 avqust 2021-ci il tarixdə saat 08;00 radələrində emalatxanaya gəldiyi zaman emalatxanın aliminiumdan olan qapısının aralı olduğunu görmüş və emalatxananın 2-ci və 3-cü mərtəbəsində divara bərkidilmiş ümumilikdə 11 ədəd qızdırıcı radiator və 01 ədəd “İtaltel” markalı 35 kilovatlıq kombi cihazının oğurlandığını gördüm və həmin vaxt telefonu üstündə olmadığına görə dostu Elşəndən oğurluq hadisəsi barədə Daxili İşlər Nazirliyinə məlumat verməyi xahiş etmişdir. Sonradan ona polis idarəsində məlum olmuşdur ki, oğurluq edən şəxs X1r və onun satdığı radiatorlar 9 ədədi və kombi ona polislər tərəfindən geri qaytarılmıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Digər polis əməkdaşı Şahid4 ilə birlikdə 24 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində xidmətdə olarkən həmin küçədə 6 saylı binanın qarşısında özünü şübhəli aparan şəxs görmüşlər və yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və satışında şübhəli olmasını bildirərək onu Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət etdikdən sonra təhqiqatçı Fərid Şirinov müdafiəçi, əməliyyat müvəkkili, Şahid4 və onun iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs şalvarının cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli toz formada olan narkotik vasitəyə bənzər maddəni təqdim edərək həmin maddənin heroin olduğunu, onu 24 avqust 2021-ci il tarixdə saat 15 radələrində tanımadığı şəxsdən Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yaşayış sahəsindən 100 manata aldığını və 24 avqust 2021-ci il tarixdə saat 23:30 radələrində ünvan 6 saylı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxs kimi Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəvət edildiyini bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq, möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 Etibar oğlu Şahid3 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, plasmas və digər metal qırıntılarını yığıb topdan satış kimi məntəqədən istəyən adamlara verir. 22 avqust 2021-ci il və 23 avqust 2021-ci il tarixdə saat 10 radələrində işdə oluduğu zaman adını sonradan Aydın kimi bildiyi şəxs məntəqəyə gələrək ona bildirmişdir ki, onda işlənmiş 5 ədəd radiator var. Bundan sonra o, əvvəlcə həmin radiatorların oğurluq olub olmadığını soruşmuşdur. Aydın isə həmin əşyaları oğurluq olmadığını, sadəcə onun tanıdığı bir nəfərin “Sovetski” ərazisində yerləşən köhnə evi sökülmək üzrə olduğuna, ona görə də satmaq üçün ona kömək etdiyini bildirmişdir. Aydından radiatorların və ya öz sənədini təqdim etməsini istəsə də o, sənədləri itdiyini bildirmişdir. Bundan sonra o, radiatorların bir kiloqramını iki manat iyirmi qəpiyə alacağını bildirmişdir. Aydın onunla razılaşdandan sonra məntəqəyə 05 ədəd ağ rəngli düraliminium materialından olan radiator gətirmişdir. O, hesablamış və Aydına ümumilikdə 95 manat pul vermişdir. Sonradan eşitmişdir ki, Aydın həmin radiatorları hardansa oğurlamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, onun özünü və valideyinlərini də qiyabi tanımışdır. Aydın heç vaxtı ona hər hansı bir əşya satmamışdır. Aydının narkoman olduğunu da bilməmişdir. Birinci dəfə Aydın ona zəng edib radiator və kombi satdığını deyəndə Aydından həmin əşyları haradan əldə etdiyini soruşduqda ona demişdir ki, yevreylərin köhnə dmitrov küçəsində köhnə evi olan tanışı var və həmin ev sökülmək üzrədir və evdə qalan radiatoru və kombini satmaqda ona kömək etdiyini demişdir. Aydının onunla yaxın münasibəti olmuşdur. O, yaşadığı evin yaxınlığında qalayçı emalatxanasında işləmiş və Aydın da hərdən həmin küçədən keçəndə salamlaşıb keçirmiş. 21 avqust 2021-ci il tarixdə axşam saat 19 radələrində Aydın emalatxanaya gələrək onda bir neçə ədəd işlək vəziyyətdə olan radiatorun olduğunu demişdir. O, Aydına həmin radiatorları haradan əldə etdiyini soruşanda Aydın bildirmişdir ki, həmin radiatorları bir tanışının evindən götürmüşdür. Belə ki, Aydının tanıdğı həmin adamın evi yəhudilər məhəlləsində 3 mərtəbəli ev sökülür və evin sahibi həmin radiaotorları satdığına görə onun yanına gətirmişdir. O, razılaşmış və Aydından radiatorların harada olduğunu soruşanda radiatorların və 1 ədəd kombinin onun evində olduğunu demişdir. O, Aydının yaşadığı Kərpic döngəsindəki həyət evinə getmişdir. Həyət evinin çöl qapısında çöl tərəfdə 4 ədəd radiator və 1 ədəd kombi cihazı olmuşdur. O, Aydından həmin radiatorları və 1 ədəd kombi cihazını hansı qiymətə satdığını soruşanda Aydın işlənmiş vəziyyətdə olan 1 ədəd kombi cihazını 300 manata, radiatorların 4 ədədini isə 120 manata, yəni hər birini 30 manata satdığını demişdir. O, razılaşmış və ona ümumilikdə 420 manat verib 4 ədəd radiatoru və 1 ədəd kombi cihazını satın almışdır. 24 avqust 2021-ci il tarixdə gecə saatlarında polis əməkdaşları gəlmişlər və o, sonradan bilmişdir ki, Aydın həmin kombi və radiatorları haradansa oğurlamışdır. O, Aydının həmin əşyaları oğurladığını bilsəydi əşyaları almazdı. Həmin 1 ədəd kombi cihazı və 4 ədəd radiator onun evində olmuşdur. O, Aydının narkotik vasitələr istifadə etdiyini bilməmişdir. Aydın tüfeyli həyat tərzi keçirdiyini bilmişdi. Heç bir qeydiyyat aparmadan, heç bir sənəd almadan malları qəbul edərək əvəzində 4 radiatora görə 120 manat, 1 ədəd kombiyə görə 300 manat, ümumilikdə 420 manat pulu Aydına vermişdir. O, Kombi və radiatorlar işlənmiş vəziyyətdə olduğuna görə razılaşıb həmin əşyaların Aydından sənədsiz və ucuz qiymətə almışdır. Aydın evinin qarşısından 4 ədəd radiator və 1 ədəd kombini əl arabasına qoyaraq onun evindən 100-150 metr aralıda yerləşən onun iş yerinin yanında olan evinə gətirmişdir. O, əgər həmin əşyaların oğurluq olduğunu bilsəymiş Aydından onları almazmış. Cild İ, iş vərəq 122-125 Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş Məhkəmə-kimyəvi ekspertizasının 6/3694 saylı 26 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs ” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,086 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə baxışı zamanı zamanı tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 sentyabr 2021-ci il tarixli 2075 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmiçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəli və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcələsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Məhkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 4172 saylı 27 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. 24 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 5,086 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübüt kimi tanınmış və həmin heroinin ekspertiza tədqiqatından sonra 4,986 qram qalığı saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin Saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2018-ci il tarixdə Nəsimi rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin tarixdə barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi nin 39.1.1-ci maddəsi ilə xitam verilmişdir. Təqsirləndirilən şəxs ifadəsində özünü 234.4.3-cü maddə ilə təqsirli bilmədiyini və yalnız narkotik maddəni istifadə etdiyini bildirməsi məhkəmə tərəfindən onun məsuliyyətini yüngülləşdirmək məqsədi güdməsi kimi qiymətləndirilir. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını ağırlaşdıran hal məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə qalıq çəkisi 4,986 qram heroin məhv edilməlidir. İş üzrə 01 ədəd CD diskin iş materiallarına əlavə edilməsi, 09 ədəd radiator və 01 ədəd “İtaltel” markalı 35 kilovatlıq kobmi cihazının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «FEMİDA» Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumemə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «FEMİDA» Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə qalıq çəkisi 4,986 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə 01 ədəd CD diskin iş materiallarına əlavə edilməsi, 09 ədəd radiator və 01 ədəd “İtaltel” markalı 35 kilovatlıq kobmi cihazının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar