Məhkəmə qərarları › İş №1(101)-835/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-835/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-835/2025 24.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X6 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, rus və Azərbaycan dilləri üzrə tərcüməçi – X9 və X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 6 aprel 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada qaynaqçı işləmiş, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla sonuncu dəfə ünvan 2 ünvanında kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 yanvar 2024-cü il tarixdə, saat 17:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən, məlum olmayan tarixdə və vaxtda əldə edərək müəyyən olunmayan qaydada Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində yerləşdirdiyi 1(bir) ədəd qara rəngli torbanın içərisində külli miqdarda təmiz çəkisi 93,395 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1(bir) ədəd ağ rəngli torbanın içərisində külli miqdarda təmiz çəkisi 585 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və üzərində “Methadone 40” markalanma göstəricisi olan təsiredici maddəsinin ümümi miqdarı 0,36 qram təşkil edən 1(bir) ədəd konvalyutda 9(doqquz) ədəd üzərində “F\M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli həbləri 17 avqust 2024-cü il tarixdə məlum olmayan vaxtda həmin yerdən götürüb əldə edərək qeyrisinin təlimatı ilə məlum olmayan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə yaşadığı ünvan 2 ünvanına daşımaqla saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 20 avqust 2024-cü il tarixdə, saat 16:25 radələrində Bakı şəhəri Yasamal rayonu “Melissa” Yaşayış Kompleksi bina D ünvanının yaxınlığında saxlanılaraq, yaşadığı ünvan 3 ünvanına keçirilən baxış zamanı otaqda olan divanın üstündə saxladığı 1(bir) ədəd qara rəngli torbanın içərisində külli miqdarda təmiz çəkisi 93,395 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1(bir) ədəd ağ rəngli torbanın içərisində külli miqdarda təmiz çəkisi 585 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, taxta konstruksiyalı masanın üstündən isə üzərində “Methadone 40” markalanma göstəricisi olan təsiredici maddəsinin ümümi miqdarı 0,36 qram təşkil edən 1(bir) ədəd konvalyutda 9(doqquz) ədəd üzərində “F\M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli həblər, 1(bir) ədəd kiçik ölçüdə elektron tərəzi və döşəmənin üzərində isə böyük ölçüdə 1(bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə (bax iş vərəqi (bundan sonra mətndə-i.v.) 38-39; 69-70; 86-88; 193-194;) əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, narkotik vasitə marixuanadan tutulmazdan bir müddət əvvəl istifadə etməyə başlamışdır. Həmin narkotik vasitəni müxtəlif vaxtlarda müxtəlif yerlərdən əldə etmişdir. Belə ki, “İnstagram” vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikası vətəndaşı “Baba” kimi təqdim edən şəxsdən tutulmazdan əvvəl 2-3 dəfə ardıcıl olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitə marixuana götürüb istifadə etmişdir. Özünü ona Baba kimi təqdim edən həmin iranlı şəxsin adını mobil telefonunda Mehdi kimi qeyd etmiş, sonuncu onun istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə “Whatsapp” vasitəsi ilə +**********87 mobil telefon nömrəsindən əlaqə saxlayaraq narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində deyilən ünvanlara çatdırmaq lazım olduğunu bildirmiş, o da Baba adlı şəxslə razılaşmışdır. Belə ki, iranlı ilə razılığına əsasən narkotik vasitə marixuana götürməyə gedərkən narkotik vasitənin marixuananın çəkisinin artıq olduğunu görüb iranlıya zəng etdikdə sonuncu onun zənginə əvvəlcə cavab verməmiş, buna baxmayaraq o həmin narkotik vasitəni götürmüş, bu zaman torbanın içərisində müxtəlif növlərdə narkotik vasitə olduğunu görmüşdür. İranlı şəxs ona götürdüyü narkotik vasitələri onun təlimatı ilə bölüb dediyi ünvanlara qoymasını, habelə həmin narkotik vasitədən öz şəxsi istifadəsi üçün də müəyyən miqdarda götürməsini bildirmiş, o, əvvəlcə iranlıya etiraz etsə də, sonradan 2-3 ünvana narkotik vasitə qoymuşdur. O, təxminən 4-5 dəfə narkotik vasitələri iranlının dediyi ünvanlara qoymuş, sonuncu nəyi necə etməli olmasını ona izah etmişdir. Sonuncu dəfə 17 avqust 2024-cü il tarixdə Baba onunla yenidən əlaqə saxlayaraq narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində gizlədilmiş yerdən götürərək ünvanlara çatdırmaq müqabilində ona 500 manat pul təklif etmişdir. O, Baba ilə razılaşmış, sonuncu onun istifadə etdiyi mobil telefon nömrəsinə həmin predmetləri gizlətdiyi yerin şəklini atıb “konumunu” göndərmişdir. O həmin narkotik vasitələri ünvanlara çatdırmaq məqsədi ilə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindən götürmüş və kirayə yaşadığı ünvana gətirib saxlamışdır. Bildiyinə görə o, Xəzər rayonundan 160 qram psixotrop maddə metamfetamin, 500 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də metadon həbləri götürmüş, götürdüyü narkotik vasitənin bir hissəsini evində gizlətmişdir. Lakin sonradan hər hansı problemin yaranmaması üçün maşınla narkotik vasitələri evindən kənarda aparıb gizlətmək istəyərkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitənin harada olduğunu soruşmuş, o da gizlətdiyi narkotik vasitələrin yerini polis əməkdaşlarına göstərmişdir. Belə ki, 20 avqust 2024-cü il tarixdə, təxminən saat 16:25 radələrində o, Bakı şəhəri Yasamal rayonu “Melissa” yaşayış kompleksi bina D ünvanının yaxınlığında olan zaman dörd nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək onlarla birlikdə yaşadığı ünvana qalxmağını istəmiş, o da razılaşaraq yaşadığı ünvana qalxmışdır. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynindəki göy rəngli şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsini, 1(bir) ədəd açarı, sağ yan cibindən 1(bir) ədəd “Poco” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra yaşadığı ünvan 2 ünvanındakı evdə saxladığı 1 ədəd ağ və bir ədəd qara rəngli torbanı təqdim etmişdir. Qara rəngli torbanın içərisində metamfetamin, ağ rəngli torbanın içərisində qurudulmuş marixuana, əlavə olaraq taxta stolun üstündən 9 ədəd metadon həbləri, 1 ədəd kiçik ölçülü elektron tərəzi və 1 ədəd böyük ölçülü tərəzi aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən həmin torbalara və həblərə baxış keçirilmiş, ondan həmin torbalarda, eləcə də həblərin nə olması soruşulmuş, o da həmin torbada narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş predmetlər qablaşdırılmaqla bu barədə protokol tərtib edilmiş, o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız pul müqabilində narkotik vasitələrin və psixotrop maddələri ona deyilən ünvanlara çatdırmışdır. “Whatsapp” tətbiqində “Mextişka” adı ilə qeydiyyatdan keçmiş +**********87 “Whatsapp” istifadəçisi özünü “Baba” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşıdır. Şahid4 ilə bir müddət faktiki ərarvad kimi birgə yaşamış, sonradan onun narkotik vasitə istifadə etməsi ilə əlaqədar Şahid4 ilə münasibətləri pozulmuşdur. Belə ki, Samirə ondan narkotik vasitə istifadə etməməsini və müalicə olunmasını tələb etmişdir. Samirə onun narkotik vasitə istifadə etməsini bilsə də, digər işlərlə məşğul olmağından onun məlumatı olmamışdır. Onda ittihamda göstərilən çəkidən də artıq miqdarda, yəni əlavə olaraq 100 qram narkotik vasitə qurudulmuş marixuana və 30 qram psixotrop maddə metamfetamin də olmuş, həmin predmetləri qablaşdırmış, lakin qeyd olunan narkotik vasitələr və psixotrop maddələr ittihamda göstərilməmişdir. İranlı şəxs gördüyü işin müqabilində ona 500 manat məbləğində pul verəcəyini vəd etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşman olduğunu, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmadığını, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini bildirərək məhkəmədən cavan olmağını nəzərə alaraq ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

3. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

4. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

5. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə dəqiq, qərəzsiz və məlum mənbədən əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törədildikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələri və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunverilicikdə nəzərdə tutulmuş qaydada aşkar edilərək götürülməsi və gizli müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə İdarənin rəhbərliyinə raportla müraciət etmişdir. Bundan sonra əməliyyat qrupu уaradılmış, qrupa BNMİ-nin əməkdaşları olan baş əməliyyat müvəkili polis mayoru X7 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 daxil edilmiş, qrupa rəhbərlik ona həvalə olunmuşdur. Qrup üzvləri ilə birlikdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə, saat 16:25-də ünvan 9 ünvanının qarşısında saxlanılmış, özlərini təqdim edərək polis əməkaşları olduqlarını bildirib külli miqdarda narkotik vasitələri və psixotrop maddələri və həmin maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldığını izah edib üzərində, paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün üstünün videoçəklişlə yoxlanılmasına başlanmışdır. Üstünü yoxlama, mənzilə baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində narkotik vasitə olmadığını bildirmiş, əynində olan göy rəngli şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd açar, sağ yan cibindən isə 1 (bir) ədəd “Poco” markalı mobil telefon aşkar olunmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, sürücülük vəsiqəsi götürülmış, digər əşyalar geri qaytarılmışdır. Daha sonra videoçəkiliş dayandırılmadan Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs 14-cü mərtəbədə yerləşən yaşadığı mənzilin qapısını açmış, bu zaman gizlətdiyi narkotikləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı 1 otaqlı mənzildəki divanın üstündə saxladığı 2 (iki) ədəd ağ və qara rəngli torbanı təqdim etmişdir. Qara rəngli torbanın içərisindən ağ rəngli metamfetaminə bənzər, ağ rəngli torbanın içərisindən isə yaşıl rəngli qurudulmuş marixuanaya bənzər, əlavə olaraq taxta konstruksiyalı stolun üzərindən 9 (doqquz) ədəd metadon həbinə bənzər kütlələr, 1 ədəd kiçik ölçülü elektron tərəzi, döşəmənin üzərindən isə nisbətən böyük ölçülü 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumillikdə çəkisi 100 qram, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumillikdə çəkisi isə 616 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 2 (iki) ədəd zərfdə qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Mənzilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni özünü “Baba” adı ilə təqdim edən İran İslam Respublikası vətəndaşının vasitəsi ilə 3 gün əvvəl Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Bundan sonra bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştiraktçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, tərtib edilmiş protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir olunmamış, pis rəftara məruz qalmamış, yaşadığı ünvandan aşkar edilmiş predmetlərlə bağlı hər hansı etirazı olmamış, sərbəst olmaqla suallara ətraflı cavablar vermişdir. Əməliyyat tədbirində ifadəsində qeyd etdiyi kimi onunla birlikdə cəmi 3 nəfər polis əməkdaşı iştirak etmişdir. Aşkar edilmiş predmetlər videoçəkilişlə dərhal qablaşdırılmaqla götürülmüş və sonradan ekspertizaya təqdim edilmişdir. Bu səbəbdən hansısa predmetin miqdarının ittihamda daha az olması kimi təqsirləndirilən şəxsin bildirdiyi iddialar həqiqəti əks etdirmir.

6. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.

7. Məhkəməyədək icraat zamanı 26 avqust 2024-cü il tarixdə şahid qismində dindirilmiş və tərəflərin vəsatəti ilə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 20 avqust 2024-cü il tarixdə, saat 16:20 radələrində ünvan 11 ünvanında əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxsla birgə yaşadığı mənzilə gələrkən Cəbrayılın polis əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Həmin vaxtı ona izah olunmuşdur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin dövriyyəsində şübhəli olduğu üçün saxlanılmış və mənzildən narkotik vasitə aşkar olunmuşdur. Onun bu barədə hər hansı məlumatı olmamış, Cəbrayılın qeyd olunan mənzildə narkotik vasitə saxladığını bilməmişdir. O, Cəbrayıl ilə birlikdə restoranda işləyən zaman 2022-ci ildə tanış olmuş, onun Cəbrayılla yaxşı münasibəti olmuş, onun narkotik vasitə istifadə etməsindən 6 ay əvvəl məlumatı olmuş və bu səbəbdən münasibəti pisləşmişdir. Cəbrayılın müalicə olunması və sağlam həyat yaşaması üçün çalışmış, özü narkotik vasitə istifadəçisi deyil, Təqsirləndirilən şəxs narkotiklərin dövriyyəsi ilə məşğul olmasından məlumatı olmamışdır (Cild 1, i.v.108-110;).

8. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eləcə də ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

9. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə, saat 16:25-də Bakı şəhəri Yasamal rayonu “Melissa” yaşayış kompleksi bina D ünvanının yaxınlığında piyada hərəkət edən zaman BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmış və yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən külli miqdarda olan 93,395 qram psixotrop maddə metamfetamin, külli miqdarda olan 585 qram narkotik vasitə qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram olan üzərində “Methadone 40” markalanma göstəricisi olan bir ədəd konvalyutda 9 ədəd metadon tərkibli həb, 2 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi faktına görə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə - Yasamal RPİ-nin İŞ) müstəntiqi polis mayoru X5 tərəfindən 21 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir (Cild 1, i.v.1-2;)

10. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 avqust 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 2 ünvanında külli miqdarda narkotik vasitə gizlətməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmış, həmin qərar BNMİ-nin rəisi polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə, saat 16:25-də Bakı şəhəri Yasamal rayonu “Melissa” yaşayış kompleksi bina D ünvanının yaxınlığında saxlanılaraq BNMİ-yə gətirilmişdir (Cild 1, i.v. 5-8;).

11. “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair” 20 avqust 2024-cü il tarixli protokoldan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs müvafiq razılıq ərizəsi əsasında həmin gün BNMİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində həmin gün saat 16:30-dan 16:46-dək mənzilinə baxış əməliyyat-axtarış tədbiri, eləcə də üstünün yoxlanılması keçirilmişdir. Protokoldan görünür ki, 20 avqust 2024-cü il tarixdə, saat 16:25 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayonu “Melissa” yaşayış kompleksi bina D ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq ona hüquq və vəzifələri izah olunmaqla, həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzilə gələn Şahid4 da BNMİ-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən paltarında, əşyalarında və ya bədənində, yaşadığı mənzildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üzəri yoxlanılmağa başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirmişdir. Üstünün yoxlanılması zamanı onun əynində olan göy rəngli şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd açar, sağ yan cibindən isə 1 (bir) ədəd “Poco” markalı mobil telefon aşkar olunmuş, iş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefon, sürücülük vəsiqəsi götürülmüş, digər əşyalar isə qaytarılmışdır. Daha sonra videoçəkiliş dayandırılmadan Təqsirləndirilən şəxs yaşadığı ünvanda aparılmış, sonuncu 14-cü mərtəbədə yerləşən yaşadığı mənzilin qapısını açmışdır. Bu zaman ona gizlətdiyi narkotik vasitələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı 1 (bir) otaqlı mənzildəki tavanın üstündə saxladığı 2 (iki) ədəd ağ və qara rəngli torbanı təqdim etmiş, qara rəngli torbanın içərindən isə 2 (iki) ədəd ağ və qara rəngli tobanı təqdim etmişdir. Qara rəngli torbanın içərisindən ağ rəngli, metamfetaminə bənzər, ağ rəngli torbanın içərisindən isə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər, əlavə olaraq taxta konustruksiyalı stolun üzərindən 9 (doqquz) ədəd metadon həbinə bənzər kütlələr, 1 (bir) ədəd kiçik ölçülü elektron tərəzi, döşəmənin üzərindən isə nisbətən böyük ölçülü 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuş, həmin kütlələr elektron tərəzidə çəkildikdə metamfetaminə bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisinin 100 (yüz) qram, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisinin isə 616 (altı yüz on altı) qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 2 (iki) ədəd zərfdə qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Mənzilin hissələrinə baxış keçirilmiş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni özünü “Baba” adı ilə təqdim edən İran İslam Respublikası vətəndaşının vasitəsi ilə 3 (üç) gün əvvəl Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədilə götürdüyünü bildirmişdir. Üstünü yoxlama və mənzilə baxış ünvan 2 ünvanında keçirilmişdir. Protokolda “İphone” markalı mobil telefondan istifadə edilməklə BNMİ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 tərəfindən videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən bu barədə həmin tarixdə, saat 17:30-dan 17:50-dək BNMİ-nin inzibati binasında protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 12-16;).

12. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 20 avqust 2024-cü il tarixli qərar və protokoldan görünür ki, BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis kapitanı X12 tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun evindən aşkar edilərək götürülmüş, raportla məruzə olunmaqla aidiyyəti üzrə təqdim olunmuş 2 (iki) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD diskə həmin tarixdə, saat 18:05-dən saat 18:10-dək baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı qablaşdırılan 2 (iki) ədəd zərfdən 1 (bir) ədədi ağ rəngli metamfetaminə bənzər, 1 (bir) ədəd sellofana bükülmüş, yaşıl rəngli qurudulmuş marixuanaya bənzər, 9 (doqquz) ədəd metadona bənzər kütlələr, 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi təhqiqata təqdim olunaraq götürülmüşdür. Daha sonra bir ədəd DVD-yə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillərin tam olaraq videogörüntüdə öz əksini tapması müəyyən olunmuşdur. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Sony” markalı videokamera vasitəsilə BNMİ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 tərəfindən videoçəkiliş aparılması qeyd olunmuşdur. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmiş və 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə 20 avqust 2024-cü il tarixdə, saat 18:13-dən 18:25-dək protokol tərtib edilmişdir (Cild 1, i.v. 18-20;).

13. “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair” 20 avqust 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-axtarış tədbirləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 16 dəqiqə 55 saniyə həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq İ.F.Qurbanov tərəfindən baxış keçirilməsinə dair 2 sentyabr 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri, habelə üzərinin yoxlanılması və mənzilə baxış keçirilməsi zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş yoxlama və mənzilinə baxış keçirilməsi zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 15; 111-112;).

14. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 20 avqust 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 5 dəqiqə 42 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır (Cild 1, i.v. 20;).

15. “Şübhəli şəxsin tutulması haqqında” 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin baş təhqiqatçısı polis kapitanı X12 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə həmin tarixdə, saat 18:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 20 avqust 2024-cü il tarixdə, saat 16:25-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 30;).

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/4256 saylı, 21 avqust 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 93,395 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan bir ədəd konvalyutda 9 ədəd üzərilərində “F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 9 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04qram metadon olmaqla). Metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi olan bağlamadakı üzərində “Aosai” yazısı olan elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümdəki metamfetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “SH- 125” yazısı olan elektron tərəzinin üzərində narkotik və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” siyahısına (Siyahı İİ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 93,395 qram, tədqiqata cəmi sərf edildi 0,2 qram, qalıq 93,195 qram. Metadon həblərinin ümumi sayı – 9 həb, cəmi tədqiqata sərf edildi – 2 həb, qalıq – 7 həb. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 44-49;).

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizasının” 21 avqust 2024-cü il tarixli, 7/1390 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr..” yazı və imzalar olan bir ədəd kağız bağlamada olan polietilendə təmiz çəkisi 585 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan iki ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Marixuananın təmiz çəkisi – 585 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq çəkisi – 584,95 qram. Aparılmış tədqiqatın dəyərinin 70 (yetmiş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 50-54;).

18. “Mobil telefona baxış keçirilməsi haqqında” 21 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, müstəntiq İsmayıl Qurbanov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Poco” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonun ismarıc qutusunda istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilməmişdir. Mobil telefonda olan “Whatsapp” tətbiqinə baxış zamanı həmin tətbiqdə “Mextişka” adı ilə qeydiyyatdan keçmiş +**********87 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında narkotik vasitələrin satışına, habelə həmin maddələri müəyyən yerlərdən götürüb digər yerlərə yerləşdirilməsinə dair səsli ismarıclar, narkotik vasitələrin yerləşdirildiyi ünvanın fotoşəkilləri, narkotik vasitələrin tərəzi üzərində çəkilməsini özündə əks etdirən fotoşəkillərin olması aşkar edilmişdir. Bundan başqa müxtəlif nömrələr arasında müxtəlif səsli və yazılı ismarıclara, həmçinin mobil telefonun fotoşəkillər olan bölməsinə baxış keçirilmiş, lakin istintaq üçün əhəmiyyətli ola biləcək digər ismarıc və ya fotoşəkillərin olması müəyyən edilməmişdir (Cild 1, i.v.71-75;).

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 4(004)- 786/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 20 avqust 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında törətdiyi əməli etiraf edib özünü təqsirli bilərək şübhəli şəxs qismində saxlanılarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir (Cild 1, i.v. 100-105;).

20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 14 sentyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 1, i.v.127;).

21. “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” 31 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 17 oktyabr 2024-cü il tarixli BKC/LGL-1594/24 nömrəli məktubla daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən sms yazışmaları və danışıqların aparılması müəyyən edilməmişdir (Cild 1, i.v. 147-154;).

22. Yasamal RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Ramin Məmmədovun 31 oktyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə və narkotik vasitələri əldə etdiyi “Baba” adlı İran İslam Respublikasının vətəndaşını müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 155;).

23. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 7 oktyabr 2024cü il tarixli, 6693 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmişdir (Cild 1, i.v. 156-157;).

24. “Ambulator məhkəmə psixiatrik ekspertizasının” 30 sentyabr 2024-cü il tarixli, 2821 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istər ictimai təhlükəli cinayət əməlini törədərkən, istərsə də törətdikdən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəktləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (Cild 1, i.v. 159-160;).

25. “Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” 3 noyabr 2024cü il tarixi qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməklə ona həmin maddələrlə nəzərdə tutulmuş ittihamın yenidən elan edilməsi, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 93,395 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda bir həbdə 0,04 qram, ümumi təsiredici maddəsinin xeyli miqdarda 0,36 qram təşkil edən 9 ədəd üzərində “F\M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli həblər və külli miqdarda təmiz çəkisi 585 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd elektron tərəzi və 1 (bir) ədəd “Poco” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatlarından sonra qalıq 93,195 qram psixotrop maddə metamfetamin, 7 ədəd metadon həbləri və 584,95 qram narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd elektron tərəzi və “Poco” markalı mobil telefonun məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmalarından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsi” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 2 (iki) ədəd DVD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut qismində tanınması, "xxxx" MMC-dən əldə edilmiş diskin iş materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini və metadon tərkibli həbləri əldə etdiyi istintaqa məlum olmayan “Baba” adlı şəxsin şəxsiyyətini müəyyən edərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrılaraq icraata qəbul edilməklə istintaqının aparılması qərara alınmışdır (Cild 1, i.v. 164-176; 204;).

26. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 3 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir (Cild 1, i.v. 178-179;).

27. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 4 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilərək hüquq və vəzifələri ətraflı şəkildə izah olunmuşdur (Cild 1, i.v. 183-185;).

28. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq İ.F.Qurbanov tərəfindən 2 dekabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 4 dekabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.205-214;).

29. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 6886/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həmin təcridxanaya 23 avqust 2024-cü il tarixdə gətirilmiş və tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs hər iki saidin və qarının ön səthində köhnə çapıqlar aşkar olunmuşdur (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

33. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

34. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

35. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

36. Belə ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

37. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Həmin siyahının 111-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə metadonun xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 160 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

38. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı 585 qram narkotik vasitə qurudulmuş marixuananın miqdarının xeyli miqdarından təxminən 117 dəfə, külli miqdarından isə təxminən 1,13 dəfədən artıq olması, həmçinin 93,395 qram psixotrop maddə metamfetaminin miqdarının xeyli miqdarından təxminən 622 dəfədən, külli miqdarından isə təxminən 46,6 dəfədən artıq olması, habelə ümumilikdə 0,36 qram olmaqla 9 ədəd narkotik vasitə metadon həbinin təsiredici miqdarının xeyli miqdarından təxminən 18 dəfə artıq olması, mobil telefonundakı vatsap tətbiqi vasitəsilə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair çoxsaylı daxil olan və çıxan vatsap yazışmalarının, səs yazılarının, fotoşəkillərin və üzərində narkotik vasitə və psixotrop maddə izləri olan elektron tərəzilərin aşkar edilməsi, özünün videoçəkilişlə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, ibtidai istintaq, eləcə də məhkəmə icraatı zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri zamanı qeyriləri ilə qabaqcadan əlbir olaraq özünün qazanc əldə etmək məqsədilə ona bildirilmiş yerlərə narkotik vasitə və psixotrop maddələri qoymaq məqsədinin olması ilə bağlı etirafedici ifadələri, o cümlədən məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə törətdiyi əməli etiraf etməsi və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

39. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

40. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

42. Hökmün 41-ci bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır....Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

43. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə deyil, yalnız həmin predmetlərin iranlı şəxs tərəfindən ona bildirilən ünvanlara qoyulması ilə məşğul olmasına dair verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, eləcə də qeyd etməyi zəruri hesab edir ki, ifadələrində göstərdiyi həmin hallar da yuxarıda şərh edilən qanunvericilik baxımından onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir.

44. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

45. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

46. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

48. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

49. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

50. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

51. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

52. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

53. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 33 yaşında olmaqla cavan olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı zamanı səmimi ifadələr verərək törətdiyi əməlləri etiraf etməklə əməlindən peşman olmasını bildirməsini, narkomaniya xəstəliyindən əzab çəkməməklə məcburi müalicəyə ehtiyacı olmamasını və həm məhkəmədə, həm də məhkəməyədək icraat zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

54. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

55. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə yaxın həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

56. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

57. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

58. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

59. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

60. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 20 avqust 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

61. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 avqust 2024-cü il tarixdən hesablanmalıdır.

62. Məhkəmə hökmün 23-cü bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

63. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

64. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Yasamal RPİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 584,95 qram narkotik vasitə qurudulmuş marixuana, 93,195 qram olan psixotrop maddə metamfetamin, 7 ədəd narkotik vasitə metadon tabletləri (həbləri) və 2 (iki) ədəd elektron tərəzi məhv edilməli, 1 (bir) ədəd “Poco” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsi” əməliyyat tədbiri və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkiliş zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd və "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd, ümumilikdə 3(üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

65. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

66. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 184 (bir yüz səksən dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

67. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak müəyyən edilməmişdir.

68. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

69. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

70. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 20 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 584,95 qram olan narkotik vasitə qurudulmuş marixuana, 93,195 qram olan psixotrop maddə metamfetamin, 7(yeddi) ədəd narkotik vasitə metadon tabletləri (həbləri) və 2 (iki) ədəd elektron tərəzi məhv edilsin, “Poco” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 184 (bir yüz səksən dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar