Məhkəmə qərarları › İş №1(101)-836/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-836/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-836/2021 22.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri: X8, X35, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi4, Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi5, Bakı şəhər 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2, Müdafiəçi3 və “Ədalət” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi: Nümayəndə3, zərərçəkmiş şəxs: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri, Nizami rayonu 32 saylı Şəhər Klinik Xəstəxanasının nümayəndəsi: Nümayəndə1, zərərçəkmiş şəxs: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi: Nümayəndə2 iştirakları ilə, xx.xx.1958-ci ildə Ermənistan SSR, Amasiya rayonu, Balıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 311.3.2, 311.3.3, 32.4,313, 32.4,320.1, 32.4,320.2 və 320.2-ci maddələri ilə, xx.xx.1952-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Keçili kəndində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri, Nizami rayonu 32 saylı Şəhər Klinik Xəstəxanasında poliklinika şöbəsinin müdiri işləyən, Naxçıvan Muxtar Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.2-ci maddələri ilə, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Stasionar şöbəsinin müdiri vəzifəsində işləyən, ünvan 5 ünvanında qeydiyyatda olamaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanası Publik hüquqi şəxsdə tibbi-statist işləyən, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu «3 saylı Şəhər Klinik Xəstəxanası» Publik hüquqi şəxsdə dezinfektor işləyən, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü üçün şəxsən və qeyrisi vasitəsilə birbaşa yolla külli miqdarda maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almış, qeyrilərini xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, hüquqi şəxsin hüquq və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadəyə təkrarən və tamah niyyəti ilə təhrik etmiş, qeyrilərini hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlamağa və satmağa tamah niyyəti ilə təhrik etmiş, qeyrisini bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etməyə tamah niyyəti ilə təhrik etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən tamah niyyəti ilə istifadə etmiş, qeyrilərini şəxsi niyyətlə rəsmi informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə tamah niyyəti ilə təkrarən təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 30 sentyabr 2016-cı il tarixli, 09/11-734 №-li əmrinə əsasən Nazirlik yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin 3.1-cü bəndinəəsasən, əlilliyi qiymətləndirmək, əlilliyi qiymətləndirilən şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən etmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini vəəlilliyin başvermə vaxtını müəyyən etmək, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşəəmək qabiliyyətini, sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əmək qabiliyyətini itirmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi iləəlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşəöyrədilməsinə) ehtiyacı olub-olmadığını müəyyən etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi həmin Əsasnamənin 4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi üçün dövlət səhiyyə müəssisələrinin göndərişlərinin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Sisteminin Tibbi Sosial Ekspertiza və X26 (TSERAS) ötürüldüyü, TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin vəəlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırıldığı, adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərilməsi qeyd olunduğu halda, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Qax rayon sakini Şahid3 heç bir xəstəlikdən əziyyət çəkmədiyi halda sonuncuya əlillik təyin olunması ilə bağlı tanışı Şahid5 2017-ci ilin mart ayında özünə etdiyi müraciətinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən göndəriləcək göndəriş üzrə qanunsuz olaraq müsbət qiymətləndirmə aparılıb Şahid3 ikinci dərəcəli əlillik təyin olunmasına görə sonuncudan özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid5 vasitəsilə 2017-ci ilin mart ayında ünvan 8 ünvanında yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyib, həmin niyyətlə 2017-ci ilin mart ayının ortalarında qeyd olunan ünvanda yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında Şahid5 vasitəsi ilə Şahid3 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində almış, cinayətkar əməllərini davam etdirərək 2017-ci ilin may ayında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Stasionar şöbəsinin müdiri və eyni zamanda həmin xəstəxananın Həkim-məsləhət komissiyasının sədri vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs3 müraciət edib Şahid3 onun yaxın qohumu olmasını bildirib, sonuncuya əlillik dərəcəsi təyin olunması üçün xəstəliyi və əmək qabiliyyətini itirməsi ilə bağlı kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən saxta məlumatlar daxil edərək göndəriş tərtib etməsini xahiş etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs3 razılığını almaqla onu ələ alıb, Təqsirləndirilən şəxs3 həkim-məsləhət komissiyasının sədri kimi komissiyaya müraciət edən xəstələrin sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparmalı olduğu halda qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməkmə qsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək Şahid3 şəxsən görmədiyi, sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparmadığıvəRuqiyyəBilalova müvafiq xəstəlikdən əziyyət çəkmədiyi halda şəxsi niyyətlə rəsmi informasiya resursu olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində 22.09.2017-ci il tarixli 4083003AACLSnömrəliTSEK-ə göndərişdə əsas diaqnoz qrafasında Şahid3 guya “xroniki obstruktivpielonefrit böyrək xəstəliyi”ndən əziyyət çəkməsinə dair bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməklə tərtib etdiyi göndərişi «Əlillik» alt sistemi vasitəsi ilə TSEK-ə göndərməsinə, 22.09.2017-ci il tarixdə Şahid3 əlillik vəziyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona 5 il müddətə ikinci dərəcəli əlillik təyinatı barədə qərar qəbul olunmasına nail olub, sonuncunun adına "xxxx" ASC-də açılmış plastik kart hesabına 22.09.2017-ci il tarixdən 01.07.2020-ci il tarixədək, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əməkdaşları tərəfindən Şahid3 əyani olaraq müayinə edilməklə “şişirdilmiş” diaqnoz qoyulması halının aşkar edilməsinədək olan müddətdə əsassız olaraq 10.005,03 manat (on min beş manat üç qəpik) məbləğində köçürülmüş pul vəsaitinin Şahid3 tərəfindən Qax şəhəri və ətraf rayonların ərazisində bankomatlardan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə, eləcə də, cəmiyyətin və dövlətin əhalinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin layiqli həyat şəraitinin təmin edilməsi, onların cəmiyyətin həyatında tam və səmərəli iştirakına şərait yaradılması, digərləri ilə bərabər səviyyədə müdafiə olunmaq kimi mənafelərinə mühüm zərər vurmasına səbəb olmaqla tamah niyyəti ilə Təqsirləndirilən şəxs3 vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Bundan başqa, o həmin vəzifədə işləyərkən göstərilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi» Qaydalarının 1 və 2ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlənməsi yolu ilə Nazirliyin X2 sisteminin Əlillik alt sistemi vasitəsilə aparıldığı halda, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Bakı şəhər sakini olan Şahid7 heç bir xəstəlikdən əziyyət çəkmədiyi halda onun barəsində əlillik təyin olunmasında köməklik göstərilməsi ilə bağlı 2019-cu ilin oktyabr ayında özünə müraciət edən sonuncunun atası Şahid6 Şahid7 əlilliyinin qiymətləndirilməsi məqsədilə kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən göndəriləcək göndəriş üzrə qanunsuz olaraq müsbət qiymətləndirmə aparılıb Şahid7 ikinci dərəcəli əlillik təyin olunmasına görə 2019-cu ilin oktyabr ayında ünvan 9 ünvanında yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında özü üçün şəxsən birbaşa yolla külli miqdarda maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2019-cu ilin oktyabr ayından həmin ilin dekabr ayının sonuna kimi olan müddət ərzində qeyd edilən xidməti otağında Şahid6 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 5.900 (beş min doqquz yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində alıb, cinayətkar əməllərini davam etdirərək 25.07.2020-ci il tarixdə tanışları olmaqla Bakı şəhəri, Sabunçu rayonu 3 saylı Şəhər Klinikxəstəxanası Publik hüquqi şəxsdə tibbi-statist işləyən Təqsirləndirilən şəxs4 və həmin xəstəxanada dezinfektor işləyən Təqsirləndirilən şəxs5 müraciət edərək Şahid7 şəxsiyyət vəsiqəsinin surətini təqdim edib 150 (bir yüz əlli) manat məbləğində pul müqabilində, sonuncunun 2019-cu ilin avqust ayı, 2020-ci ilin isə yanvar və iyun aylarında guya 3 saylı Klinik xəstəxanada «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu ilə stasionar müalicə almasına dair məzmununda bilə-bilə yalan məlumatlar qeyd olunmuş hüquqverən rəsmi sənəd hesab olunan xəstəlik tarixlərindən ümumilikdə 3 (üç) ədəd çıxarış sənədini qanunsuz tərtib etməyi xahiş edərək Təqsirləndirilən şəxs4 və İradəRzaquliyevanın razılığını alıb onlarla sövdələşməklə, Təqsirləndirilən şəxs4 25.07.2020-ci il tarixdə özündən əldə etdiyi Şahid7 məxsus şəxsiyyət vəsiqəsinin surətindəki məlumatlara əsaslanaraq Şahid7 heç vaxt 3 saylı Şəhər Klinik xəstəxanasında müalicə almadığı halda ünvan 10 ünvanında yerləşən 3 saylı Şəhər Klinik xəstəxanasının inzibati binasında xidməti otağında müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə xəstəlik tarixindən TQS №027, 3697 nömrəli çıxarışın məzmununa diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 02 avqust 2019-cuil tarixdə həmin xəstəxanaya daxil olmaqla 30 avqust 2019-cu il tarixdə çıxmasına və sonuncuya XBT-10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu, 72 nömrəli çıxarışın məzmununa diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 05 yanvar 2020-ci il tarixdə həmin xəstəxanaya daxil olmaqla 31 yanvar 2020-ci il tarixdə çıxmasına və sonuncuya XBT-10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatları yazıb, hər iki çıxarışda «Müalicə həkimi İmzası» qrafasında X12və «Şöbə müdiri İmzası» qrafasında X13 adından fərqli formada imza etdikdən sonra xəstəlik tarixindən 2607 nömrəli çıxarışın məzmununa həmin ünvanda yerləşən xidməti otağında diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 03 iyun 2020-ci il tarixdə həmin xəstəxanaya daxil olmaqla 29 iyun 2020-ciil tarixdə çıxmasına və sonuncuya XBT-10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonikklonik qıcolma tutmaları ilə» diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatları yazıb, «Müalicə həkimi İmzası» və «Şöbə » qrafalarında X15 adından fərqli formada imza etməklə, tərtib etdiyi saxta çıxarışlara xəstəxananın möhürünün vurulması üçün Təqsirləndirilən şəxs5 verməklə sonuncu əvvəlcədən başqa sənəddən skayner vasitəsilə kompüterin yaddaşına köçürdüyü həmin xəstəxananın, mətnində «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 №-li Şəhər Klinik Xəstəxanası Tibbi Sənədlər üçün» yazıları olan üçkünc möhürünün surətini sənədin təsdiq edilməsi görüntüsü yaratmaq üçün surət çıxaran qurğu (printer) vasitəsilə 3697 nömrəli, 72 nömrəli və 2607 nömrəli xəstəlik tarixlərindən çıxarışların üzərinə çap etməsinə nail olub Təqsirləndirilən şəxs4və Təqsirləndirilən şəxs5 istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənədləri vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq hazırlamalarına və 2020-ci ilin iyul ayında ünvan 11 ünvanında yerləşən 3 saylı Şəhər Klinik xəstəxanasının inzibati binasında Təqsirləndirilən şəxs5 əvvəlcədən şərtləşdikləri 150 (bir yüz əlli) manat məbləğində pulu verərək qanunsuz olaraq hazırlanmış saxta sənədləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində satmağa onları tamah niyyəti ilə təhrik edib, bundan sonra, tanışı olmaqla 32 saylı Birləşmiş Şəhər xəstəxanasında poliklinika şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 2020-ci ilin iyul ayında həmin xəstəxananın Bakı şəhəri, Nizami rayonu, X47 küçəsi 61 ünvanında yerləşən inzibati binasında həmin xəstəlik tarixlərindən çıxarışların saxta olduqlarını bilə-bilə həmin saxta sənədlərdən tamah niyyəti ilə istifadə edərək Təqsirləndirilən şəxs2 təqdim edib Şahid7 qohumu olduğunu bildirərək, sonuncuya əlillik dərəcəsi təyin olunması üçün qeyd edilən saxta çıxarışlardan istifadə edərək xəstəliyi və əmək qabiliyyətini itirməsi ilə bağlı kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən saxta məlumatlar daxil edərək göndəriş tərtib etməsini xahiş edərək sonuncunun razılığını almaqla onu ələ alıb, Təqsirləndirilən şəxs2 qeyd edilən xəstəxanada fəaliyyət göstərən həkim-məsləhət komissiyasının üzvü kimi komissiyaya müraciət edən xəstələrin sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparmalı olduğu halda vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi iləöz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərəkvə qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək Şahid7 şəxsən görmədiyi, sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparmadığı və Şahid7 müvafiq xəstəlikdən əziyyət çəkmədiyi halda qeyd edilən saxta çıxarışlardan onların saxta olduğunu bilə-bilə istifadə edib şəxsi niyyətlə rəsmi informasiya resursu olan“Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində 01.09.2020-ci il tarixli 2788003AAB2P nömrəli TSEK-ə göndərişdə «Əsas diaqnoz» qrafasında Şahid7 guya “kompleks parsial qıc olma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş simptomatik epilepsiya və epileptik sindromlar xəstəliyi”ndən əziyyət çəkməsinə dair bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətdikdən sonra saxta qeydlər yazaraq tərtib etdiyi həmin göndərişi Azərbaycan RespublikasıƏmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsinə nail olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 32 saylı Şəhər Klinik Xəstəxanasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə, eləcə də, dövlətin və cəmiyyətin əhalinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin layiqli həyat şəraitinin təmin edilməsi, onların cəmiyyətin həyatında tam və səmərəli iştirakına şərait yaradılması, digərləri ilə bərabər səviyyədə müdafiə olunmaq mənafelərinə eləcə də, cəmiyyətin və dövlətin əhalinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin layiqli həyat şəraitinin təmin edilməsi, onların cəmiyyətin həyatında tam və səmərəli iştirakına şərait yaradılması, digərləri ilə bərabər səviyyədə müdafiə olunmaq kimi mənafelərinə mühüm zərər vurulmasına səbəb olmaqla tamah niyyəti ilə Təqsirləndirilən şəxs2 vəzifə səlahiyyətlərindən sui-istifadə, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən istifadə etməyə və vəzifə saxtakarlığı törətməyə tamah niyyətilə təkrarən təhrik etmişdir. Bundan başqa, o həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi» Qaydalarının 1 və 2ci bəndlərinəəsasən, Azərbaycan Respublikasında şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlənməsi yolu ilə Nazirliyin X2 sisteminin Əlillik altsistemi vasitəsilə aparıldığı halda xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni azyaşlı övladı X14 növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən göndəriləcək göndəriş üzrə müsbət qiymətləndirmə aparılıb Mövlud Cuvarlıya ikinci dərəcəli əlillik təyin olunmasına görə, 2020-ci ilin fevral ayında ünvan 9 ünvanında yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında özünə müraciət etmiş sonuncunun anası Şahid10 özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən istəyib, həmin niyyətlə 2020-ci ilin fevral ayının ortalarında qeyd olunan ünvanda yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında Şahid10 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (ikimin) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 10 dekabr 2018-ci il tarixli **********6 №-li əmrinə əsasən Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləyərkən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi» Qaydalarının 1 və 2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlənməsi yolu ilə Nazirliyin X2 sisteminin Əlillik altsistemi vasitəsilə aparıldığı halda xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Biləsuvar rayon Mərkəzi xəstəxanası tərəfindən Şahid1 adına verilmiş göndəriş əsasında sonuncunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya Xəstəxanasında müayinə olunmaqla, mərkəzi sinir sisteminin üzvi xəstəliyi, davranış pozuntuları diaqnozu qoyulmasına dair həmin xəstəxananın 16-cı şöbəsinin müdiri - müalicə həkimi X9 tərəfindən verilmiş 057800 №-li ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış və digər tibbi sənədlər üzrə əlilliyin qiymətləndirilməsi məqsədilə kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən göndəriləcək göndəriş üzrə qanunsuz olaraq müsbət qiymətləndirmə aparıb Şahid1 İİ qrup əlillik dərəcəsinin təyin edilməsinə görə 2020-ci ilin avqust ayında ünvan 9 ünvanında yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında Şahid1 özü üçün tanışı Şahid2 vasitəsi ilə birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2 sentyabr 2020-ci il tarixdə qeyd olunan ünvanda yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Təqsirləndirilən şəxs2 qeyrisinin təhriki ilə vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, qeyrisinin təhriki ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, hüquqi şəxsin hüquq və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyrisinin təhriki ilə bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən istifadə etmişdir. Belə ki, o, 25 aprel 2004-cü il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri, Nizami rayonu 32 saylı Şəhər Klinik Xəstəxanasında poliklinika şöbəsinin müdiri vəzifəsində işləyərkən həmin Xəstəxana üzrə 4 yanvar 2016-cı il tarixli, 12 №-li əmrə əsasən həmin Xəstəxananın Həkim məsləhət komissiyasının tərkibində həkim vəzifəsinə təyin edilməklə “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnaməyə” əsasən, əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində tanışı olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 qohumu olduğunu bildirdiyi xx.xx.1982-ci il təvəllüdlü ünvan 13 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Şahid7 əlillik dərəcəsi təyin olunması üçün sonuncunun guya 3 saylı Birləşmiş şəhər Xəstəxanasında 2 avqust 2019, 5 yanvar 2020 və 3 iyun 2020-ci il tarixdə stasionar müalicəyə daxil olmaqla ona XBT-10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu qoyulmasına dair xəstəlik tarixlərindən 3697, 72 və 2607 nömrəli saxta çıxarışları Təqsirləndirilən şəxs1 təqdim edib, həmin sənədlərdən istifadə edərək Şahid7 xəstəliyi və əmək qabiliyyətini itirməsi ilə bağlı kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən saxta məlumatlar daxil edərək Tibbi-sosial ekspert komissiyasına göndəriş tərtib olunması ilə bağlı 2019-cu ilin yay aylarında özünə etdiyi xahişə əsasən Təqsirləndirilən şəxs1la razılaşıb, onun təhriki ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək Şahid7 nevroloji xəstəlikdən əziyyət çəkmədiyi halda sonuncuya Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik dərəcəsinin təyin edilməsinə nail olmaq niyyətilə “Həkim məsləhət komissiyası haqqında Əsasnaməyə” əsasən əlillik dərəcəsinin müəyyən edilməsi üçün Tibbi sosial ekspert komissiyasına göndəriş verilərkən həkim məsləhət komissiyasında Şahid7 müayinədən keçməli olduğu halda bunu qəsdən etməyərək, Təqsirləndirilən şəxs1 təhvil aldığı və saxta olduğunu bildiyi Şahid7 guya 3 saylı Birləşmişşəhər Xəstəxanasında 02 avqust 2019-cu il tarixdə stasionar müalicəyə daxil olmaqla 30 avqust 2019-cu il tarixdə çıxmasına, 05 yanvar 2020-ci il tarixdə həmin xəstəxanaya stasionar müalicəyə daxil olmaqla 31 yanvar 2020-ci il tarixdə çıxmasına, 03 iyun 2020-ci il tarixdə həmin xəstəxanaya stasionar müalicəyə daxil olmaqla 29 iyun 2020-ci il tarixdə çıxmasına və XBT-10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu qoyulmasına dair həmin çıxarışlardan Təqsirləndirilən şəxs1 təhriki ilə istifadə edərək, faktiki olaraq əziyyət çəkməsə də, Təqsirləndirilən şəxs1 qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə Şahid7 barəsində kliniki, laborator və instrumental müayinələr aparmadan saxta diaqnozlar hesabına əlillik dərəcəsinin təyin edilməsinə nail olmaq niyyətilə həkim məsləhət komissiyasının cinayətdən xəbərsiz digər üzvlərinin və sədrinin imzaları ilə təsdiq edilmiş rəsmi informasiya resursu olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına göndəriş” vərəqəsinin (Forma 88) özü tərəfindən yazılmalı olan müvafiq qrafasında Şahid7 “Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar” diaqnozlarını 01 sentyabr 2020-ci il tarixdə ünvan 14 ünvanında yerləşən 32 saylı Şəhər Klinik Xəstəxanasının inzibati binasında quraşdırılmış kompüter vasitəsilə 1 sentyabr 2020-ci il tarixli, 2788003AAB2P nömrəli elektron göndərişə şəxsən daxil edib özünün adına alınmış olan Kart **********089 saylı elektron imza vasitəsilə imzalayıb, Komissiya tərəfindən təsdiq etməsindən sonra həmin göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsinə nail olmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 32 saylı Şəhər Klinik Xəstəxanasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədəşəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə, eləcə də, dövlətin və cəmiyyətin əhalinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin layiqli həyat şəraitinin təmin edilməsi, onların cəmiyyətin həyatında tam və səmərəli iştirakına şərait yaradılması, digərləri ilə bərabər səviyyədə müdafiə olunmaq kimi mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs1 təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncunun təhriki ilə vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş və bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etmişdir. Təqsirləndirilən şəxs3 qeyrisinin təhriki ilə vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, qeyrisinin təhriki ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, hüquqi şəxsin hüquq və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 14 aprel 2017-ci il tarixli 475 Ş nömrəli əmrə əsasən Xəstəxananın stasionar şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə həmin xəstəxana üzrə 16 fevral 2016-cı il tarixli 37/Ş nömrəli əmrlə özü, terapevt Əli-X43, cərrah X29, nevropatoloq X3 ibarət tərkibdə yaradılmış həkim məsləhət komissiyasının sədri funksiyasını yerinə yetirməklə, “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmrilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında” Əsasnaməyə əsasən, əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi tanışı olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 qohumu olduğunu bildirdiyi xx.xx.1967-ci il təvəllüdlü Qax rayon sakini Şahid3 əlillik dərəcəsi təyin olunması üçün xəstəliyi və əmək qabiliyyətini itirməsi ilə bağlı kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən saxta məlumatlar daxil edərək Tibbi-sosial ekspert komissiyasına göndəriş tərtib olunması ilə bağlı 2017-ci ilin may ayında özünə etdiyi xahişə əsasən Təqsirləndirilən şəxs1la razılaşıb, onun təhriki ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, Şahid3 müvafiq xəstəlikdən əziyyət çəkmədiyi halda, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək Şahid3 Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik dərəcəsinin təyin edilməsinə nail olmaq niyyətilə “Həkim məsləhət komissiyası haqqında Əsasnaməyə” əsasən əlillik dərəcəsinin müəyyən edilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilərkən Şahid3 həkim məsləhət Komissiyasında müayinədən keçməli olduğu halda bunu qəsdən etməyərək, Komissiyanın cinayətdən xəbərsiz üzvləri – Əli-X43, X29 və X4 iştirakları olmadan faktiki olaraq Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmadığı, kliniki, laborator və instrumental müayinələrdən keçmədiyi halda, Təqsirləndirilən şəxs1 qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 19 sentyabr 2017-ci il tarixdə ünvan 15 ünvanında yerləşən Bakı Dəmiryol Xəstəxanasının inzibati binasındakı xidməti otağında şəxsən kompüterdə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq Şahid3 əsas diaqnozu qismində düzgün olmayan, yəni “xroniki obstruktiv pielonefrit» kimi bilə-bilə yalan məlumatların - xəstəlik və diaqnozun bilərəkdən təhrif edilmiş formada rəsmi informasiya resursu sayılan 19.09.2017-ciiltarixli, 4083003AACLS nömrəli elektron göndərişə daxil edərək özünün və cinayətdən xəbərsiz olan Komissiya üzvlərinin adlarına alınmış olan və qanunsuz olaraq özündə saxladığı elektron imzalar vasitəsilə təsdiq edərək həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərməklə Şahid3 müvafiq xəstəlikdən əziyyət çəkmədiyi halda, əsassız olaraq ona 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilməsinə nail olub, sonuncunun adına "xxxx" ASC-də açılmış plastik kart hesabına 22.09.2017-ci il tarixdən 01.07.2020-ci il tarixədək, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əməkdaşları tərəfindən Şahid3 əyani olaraq müayinə edilməklə “şişirdilmiş” diaqnoz qoyulması halının aşkar edilməsinədək olan müddətdə əsassız olaraq 10.005,03 manat (on min beş manat üç qəpik) məbləğində köçürülmüş pul vəsaitinin Şahid3 tərəfindən Qax şəhəri və ətraf rayonların ərazisində bankomatlardan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsi ilə nəticələnən, bununla da, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə, eləcə də, cəmiyyətin və dövlətin əhalinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin layiqli həyat şəraitinin təmin edilməsi, onların cəmiyyətin həyatında tam və səmərəli iştirakına şərait yaradılması, digərləri ilə bərabər səviyyədə müdafiə olunmaq kimi mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs1 təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncunun təhriki ilə vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs4 qeyrisinin təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və satmışdır. Belə ki, o, Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı Şəhər Klinik xəstəxanasının baş həkiminin 06.01.2003-cü il tarixli 05/K №-li əmrinə əsasən xəstəxananın Tibb hissəsinin tibbi-statisti vəzifəsində işləyərkən 2020-ci ilin iyul ayında tanışı-həmin xəstəxanada dezinfektor işləyən Təqsirləndirilən şəxs5 vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs1 onlara verəcəyi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti müqabilində Təqsirləndirilən şəxs5 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Şahid7 şəxsiyyət vəsiqəsinin surəti əsasında sonuncunun 2019-cu ilin avqust ayı, 2020-ci ilin isə yanvar və iyun aylarında 3 saylı Klinik xəstəxanada «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu ilə stasionar müalicə almasına dair məzmununda bilə-bilə yalan məlumatlar qeyd olunmuş hüquq verən rəsmi sənəd hesab olunan xəstəlik tarixlərindən ümumilikdə 3 (üç) ədəd çıxarış sənədini qanunsuz olaraq hazırlamalarına dair Təqsirləndirilən şəxs1 xahişinə Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində razılıq verib Təqsirləndirilən şəxs1la sövdələşərək sonuncunun təhriki ilə 25.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 əldə etdiyi Şahid7 şəxsiyyət vəsiqəsinin surətindəki məlumatlara əsaslanaraq, Şahid7 heç vaxt 3 saylı Şəhər Klinik xəstəxanasında müalicə almadığı halda, istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə xəstəlik tarixindən TQS №027, 3697 nömrəli çıxarışın məzmununa ünvan 10 ünvanında yerləşən 3 saylı Şəhər Klinik xəstəxanasının inzibati binasındakı xidməti otağında diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 02 avqust 2019-cu il tarixdə həmin xəstəxanaya daxil olmaqla 30 avqust 2019-cu il tarixdə çıxmasına və sonuncuya XBT-10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu, 72 nömrəli çıxarışın məzmununa diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 05 yanvar 2020-ci il tarixdə həmin xəstəxanaya daxil olmaqla 31 yanvar 2020-ci il tarixdə çıxmasına və sonuncuya XBT-10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatları yazıb, hər iki çıxarışda «Müalicə həkimi İmzası» qrafasında X12 və «Şöbə müdiri İmzası» qrafasında X13 adından fərqli formada imza etdikdən sonra, xəstəlik tarixindən 2607 nömrəli çıxarışın məzmununa həmin ünvanda yerləşən xidməti otağında diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 03 iyun 2020-ci il tarixdə həmin xəstəxanaya daxil olmaqla 29 iyun 2020-ci il tarixdə çıxmasına və sonuncuya XBT- 10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmaları ilə» diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatları yazıb, «Müalicə həkimi İmzası» və «Şöbə müdiri İmzası» qrafalarında X13 adından fərqli formada imza etmiş, özünün cinayətkar niyyətini davam etdirərək tərtib etdiyi saxta çıxarışlara xəstəxananın möhürünün vurulması üçün həmin çıxarışları qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs5 verdikdən sonra, sonuncu cinayətkar razılaşmalarına əsasən, əvvəlcədən başqa sənəddən skayner vasitəsilə kompüterin yaddaşına köçürdüyü həmin xəstəxananın, mətnində «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 №-li Şəhər Klinik Xəstəxanası Tibbi Sənədlər üçün» yazıları olan üçkünc möhürünün surətini sənədin təsdiq edilməsi görüntüsü yaratmaq üçün surətçıxaran qurğu (printer) vasitəsilə 3697 nömrəli, 72 nömrəli və 2607 nömrəli xəstəlik tarixlərindən çıxarışların üzərinə çap edərək hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq hazırlayıb 2020-ci ilin iyul ayında ünvan 11 ünvanında yerləşən 3 saylı Şəhər Klinik xəstəxanası Publik hüquqi şəxsin inzibati binasında qanunsuz olaraq hazırladıqları hüquq verən rəsmi sənəd olan 3697 nömrəli, 72 nömrəli və 2607 nömrəli xəstəlik tarixlərindən çıxarışları qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs5 vasitəsilə Təqsirləndirilən şəxs1 təqdim etməklə sonuncudan aldıqları 150 (bir yüz əlli) manat pulu Təqsirləndirilən şəxs5 ilə öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə Təqsirləndirilən şəxs1 təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq hüquq verən saxta rəsmi sənədləri hazırlamış və satmışlar. Təqsirləndirilən şəxs5 qeyrisinin təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və satmışdır. Belə ki, o, Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı Şəhər Klinik xəstəxanasının baş həkiminin 01.02.2008-ci il tarixli 119/K №-li əmrinə əsasən xəstəxananın dezinfektoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs1 verəcəyi 150 (bir yüz əlli) manat pulun müqabilində tanışı olmaqla həmin xəstəxanada tibbi-statist vəzifəsində işləyən Təqsirləndirilən şəxs4 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Şahid7 şəxsiyyət vəsiqəsinin surəti əsasında sonuncunun 2019-cu ilin avqust ayı, 2020-ci ilin isə yanvar və iyun aylarında 3 saylı Klinik xəstəxanada «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma»diaqnozu ilə stasionar müalicə almasına dair məzmununda bilə-bilə yalan məlumatlar qeyd olunmuş hüquq verən rəsmi sənəd hesab olunan xəstəlik tarixlərindən ümumilikdə 3 (üç) ədəd çıxarış sənədini qanunsuz tərtib etmələrinə dair Təqsirləndirilən şəxs1 xahişinə Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində razılıq verib Təqsirləndirilən şəxs1la sövdələşərək sonuncunun təhriki ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs4, aralarındakı cinayətkar razılaşmaya əsasən, 25.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 əldə etdiyi Şahid7 şəxsiyyət vəsiqəsinin surətindəki məlumatlara əsaslanaraq, Şahid7 heç vaxt 3 saylıŞəhər Klinik xəstəxanasında müalicə almadığı halda müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə xəstəlik tarixindən TQS №027, 3697 nömrəli çıxarışın məzmununa ünvan 11 ünvanında yerləşən 3 saylı Şəhər Klinik xəstəxanasının inzibati binasındakı xidməti otağında diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 02 avqust 2019-cu il tarixdə həmin xəstəxanaya daxil olmaqla 30 avqust 2019-cu il tarixdə çıxmasına və sonuncuya XBT-10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu, 72 nömrəli çıxarışın məzmununa diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 05 yanvar 2020-ci il tarixdə həmin xəstəxanaya daxil olmaqla 31 yanvar 2020-ci il tarixdə çıxmasına və sonuncuya XBT-10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatları yazıb, hər iki çıxarışda «Müalicə həkimi İmzası» qrafasında X12 və «Şöbə müdiri İmzası» qrafasında X13 adından Təqsirləndirilən şəxs4 fərqli formada imza etdikdən sonra xəstəlik tarixindən 2607 nömrəli çıxarışın məzmununa həmin ünvanda yerləşən xidməti otağında diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 03 iyun 2020-ci il tarixdə həmin xəstəxanaya daxil olmaqla 29 iyun 2020-ci il tarixdə çıxmasına və sonuncuya XBT-10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmaları ilə» diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatları yazıb, «Müalicə həkimi İmzası» və «Şöbə müdiri İmzası» qrafalarında X13 adından Təqsirləndirilən şəxs4 fərqli formada imza edib, cinayətkar niyyətini davam etdirərək tərtib etdiyi saxta çıxarışlara xəstəxananın möhürünün vurulması üçün özünə təqdim etdikdən sonra, əvvəlcədən başqa sənəddən şəxsən skayner vasitəsilə kompüterin yaddaşına köçürdüyü həmin xəstəxananın, mətnində «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 №-li Şəhər Klinik Xəstəxanası Tibbi Sənədlər üçün» yazıları olan üçkünc möhürünün surətini sənədin təsdiq edilməsi görüntüsü yaratmaq üçün surətçıxaran qurğu (printer) vasitəsilə 3697 nömrəli, 72 nömrəli və 2607 nömrəli xəstəlik tarixlərindən çıxarışların üzərinə çap edərək hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq hazırlayıb 2020-ci ilin iyul ayında ünvan 11 ünvanında yerləşən 3 saylı Şəhər Klinik xəstəxanasının inzibati binasında qanunsuz olaraq hazırladıqları hüquq verən saxta rəsmi sənəd olan 3697 nömrəli, 72 nömrəli və 2607 nömrəli xəstəlik tarixlərindən çıxarışları Təqsirləndirilən şəxs1 aldıqları 150 (bir yüz əlli) manat pul vəsaiti müqabilində sonuncuya təqdim etməklə, həmin pul vəsaitini Təqsirləndirilən şəxs4 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Təqsirləndirilən şəxs1 təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz olaraq hüquq verən saxta rəsmi sənədləri hazırlamış və satmışlar. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2011-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək fəaliyyətini davam etdirmiş, müxtəlif illərdə Suraxanı, Qaradağ və Nizami rayonlarında Tibbi-Sosial Ekspert Komissiyalarının sədri vəzifəsində işləmişdir. 2018-ci ilin dekabr ayından həbs olunanadək 5 saylı Tibbi-Sosial ekspert Komissiyasının sədri işləmişdir. Həmin komissiya əvvəllər Bakı şəhərinin Qaradağ və Binəqədi rayonları ərazisində yaşayan sakinlərə və digər şəxslərə xidmət göstərmiş, təxminən 2020-ci ilin ortalarından Qaradağ rayonu 5 saylı TSEK-dan götürülmüşdür. Bundan sonra onlar yalnız Binəqədi rayon sakinlərinin müraciətlərinə baxmağa başlamışlar. 2015-ci ildən əlillik dərəcələrinin verilməsi üçün vətəndaşların əyani müayinəsi dayandırılaraq, sənədlər elektron qaydada qəbul olunmağa başlanılmışdır. TSEK-lərin rolu elektron qaydada daxil olmuş vətəndaşların tibbi sənədlərinə baxaraq, həmin sənədlərdə qeyd olunmuş diaqnoz əlillik dərəcəsinin verilməsi üçün qənaətbəxş olduqda həmin sənədlərə komissiyanın bütün üzvləri tərəfindən elektron imzalanmaqla təsdiq etməkdən ibarət olmuşdur. Həmin elektron sənədlərə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərən komissiya tərəfindən baxılaraq əlillik dərəcəsinin verilməsi və ya imtina olunmasına dair qərar qəbul olunmuşdur. Həmin imtina qərarından narazı olan şəxslər əyani qaydada müayinə olunmaları üçün Mərkəzə müraciət etmişlər. Əvvəllər həmin narazı şəxsləri Agentlikdə qəbul etsələr də, elan olunmuş pandemiya ilə bağlı vətəndaşların qeydiyyatda olduqları ünvan üzrə TSEK-lər tərəfindən qəbul olunmaları həyata keçirilmişdir. O, 5 saylı TSEK-in sədri kimi şikayət edən vətəndaşları qəbul edərək, ehtiyac olduğu halda yenidən müayinə olunmaları üçün müvafiq xəstəxənalara müraciət etmələrini demişdir. Bu halda vətəndaş bu proseduru keçərək xəstəxanadan epiqrez alaraq yenidən elektron qaydada təkrar müraciət etmiş və tibbi sənədlər elektron qaydada yenidən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərən komissiyaya-altsistemə göndərilmişdir. Həmin elektron sənədlərə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərən komissiya tərəfindən bir də baxılaraq əlillik dərəcəsinin verilməsi və ya imtina olunmasına dair qərar qəbul olunmuşdur. 5 saylı Tibbi-Sosial Ekspert Komissiasının üzvləri ondan başqa terapevt X22 və nevropatoloq X6 ibarətdir. Bundan başqa komissiyada tibb-bacısı Mehriban Ayxan və qeydiyyatçı X19 da işləyirlər. 2020-ci ilin avqust ayında komissiyanın üzvü olan Şölənin atası Vahid onunla əlaqə saxlayaraq bir nəfər tanışının əlillik almaq istədiyini deyərək ona köməklik etməyi xahiş etmişdir. O, Vahidə həmin şəxsin sənədlərini götürərək onun qəbuluna gəlməsini demişdir. Bir neçə gün sonra avqust ayının sonlarında Sulduz ona müraciət edərək onu Vahidin göndərdiyini bildirmişdir. Həmin vaxt Sulduzun yanında bir nəfər qadın da gəlmişdir. Sulduzun xəstəliyi ilə bağlı gətirdiyi sənədləri götürərək ona məlumat veriləcəyini demişdir. Sulduzun sənədlərinə baxaraq ona əlillik dərəcəsinin verilməsinin mümkün olduğunu müəyyən etmişdir. 02 sentyabr 2020-ci il tarixdə Sulduz yenidən onun qəbuluna gəlmiş, onu müayinə otağında deyil, başqa xidməti otaqlardan birində təklikdə qəbul etmişdir. Həmin vaxt Sulduz masanın üzərinə 2300 manat pul qoymuş, o, pulu qəbul etmişdir. Sulduzdan aldığı pulu şəxsi ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Onun rəhbəri olduğu komissiyanın üzvlərinin bu işdən məlumatları olmamışdır. Şahid3 heç vaxt görməmiş, bu şəxslə heç bir münasibəti olmamışdır. Lakin Şahid5 tanıyır, sonuncu onunla qonşuluqda yaşamışdır. 2017-ci ilin may ayında Səxavəddin müraciət edərək, onun tanışı və uzaq qohumu olan Şahid3 əlillik təyin olunmasında köməklik etməyi xahiş etmiş, o da Səxavəddinin xahişini nəzərə alaraq Şahid3 köməklik etməyə söz vermişdir. Ruqiyyəyə əlillik təyin olunması üçün Səxavəddinin vasitəsi ilə 2000 manat pul almış və aldığı pulları şəxsi ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Şahid3 adına forma 88 arayışının tərtib olunması üçün tanışı Təqsirləndirilən şəxs3 müraciət edərək sonuncuya Ruqiyyənin onun qohumu olduğunu bildirmişdir. Səftərə pul verməmişdir. Nəticədə Ruqiyyəyə 2017-ci ilin sentyabr ayında İİ qrup əlillik təyin olunmuşdur. Ruqiyyəyə əlillik təyin olunması isə təsadüfən alınmışdır. Təqsirləndirilən şəxs3 onun adına forma 88 arayışı tərtib edərək sistemə işlədikdən sonra dəqiq xatırlamadığı TSEK-lərdən biri müsbət qərar qəbul etmişdir. Planlaşdırmışdır ki, Ruqiyyəyə əlillik təyin olunmadığı halda sonuncudan Səxavəddinin vasitəsi ilə aldığı pulu qaytarar. Şahid3 2017-ci ildə əlillik təyin olunsa da, 2019-cu ildə müavinətin ödənilməsi dayandırılmışdır. Ruqiyyəyə əlillik təyin etmək səlahiyyəti olmamışdır. Həbs olunandan sonra Ruqiyyədən aldığı 2000 manat pulu qardaşı İlham ona qaytarmışdır. Şahid6 uzun müddətdir ki, tanıyır, Rəfaillə yaxın münasibətləri olmuşdur. Şahid6 ona 2019-cu ildə müraciət edərək övladı Şahid7 əlillik təyin olunmasında köməklik etməyi xahiş etmiş və bu məqsədlə ona hissə-hissə 5900 manat pul vermişdir. Həmin pulu Rəfaildən alaraq əlillik məsələsini qanuni yolla həll edib pulu özünə götürməyi, əlillik alınmadıqda isə pulu qaytarmağı planlaşdırmışdır. Buna görə də o, Rəfaildən hissə-hissə olmaqla 5.900 manat pul almışdır. Bundan sonra 2020-ci ilin yay aylarında Rəfail ondan qızının əlillik məsələsini soruşduğu üçün 3 saylı xəstəxanada dezinfektor işiəyən tanışı Təqsirləndirilən şəxs5 müraciət edərək bir nəfər qohumunun adına stasionar müalicə almasına dair tibbi sənəd almaq istədiyini deyərək, bu işdə ona köməklik etməsini xahiş etmişdir. İradə isə ona Kəmalə adlı iş yoldaşının mobil telefon nömrəsini verərək kimin adına arayış tərtib olunacaqsa həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini göndərməsini demişdir. O da Kəmalənin nömrəsinə Amirənİn şəxsiyyət vəsiqəsinin surətini göndərərək onun adına 3 ədəd xəstəlik tarixindən çıxarış tərtib etməyi xahiş etmiş və sonradan həmin çıxarışları İradədən alaraq sonuncuya 150 manat pul vermişdir. Bundan sonra o, tanışı-32 saylı xəstəxanada poliklinika şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 müraciət edərək Amirənİn onun qohumu olduğunu deyib sonuncunun adına tərtib olunmuş xəstəlik tarixindən çıxarışları təqdim etmiş və Mirzədən Amirənİn həkim məsləhət komissiyasından keçirilməsini xahiş etmişdir. Mirzə onun xahişinə əsasən Amirənİn tibbi sənədləri əsasında ambulator tibbi karta tərtib edərək, onu həkim məsləhət komissiyasından keçirmişdir. Amirəyə həkim məsləhət komissiyasından keçirilsə də ona əlillik verilməsindən imtina olunmuşdur. Həbs olunandan sonra Rəfaildən aldığı 5900 manat pulu qardaşı İlham onun özünə qaytarmışdır. Amirəyə əlillik təyin olunmadığı halda Rəfaildən aldığı pulu r qaytarmağı planlaşdırmışdır. Amirənin göndərişinin qiymətləndirilməsi onun səlahiyyətlərinə aid olmamışdır. Şahid10 bir həmyerli kimi tanımış, onun övladı Mövlud Cuvarlı xəstə olduğu üçün yanına gəlib-getmişdir. 2020-ci ilin əvvəllərində Şahid10 ona müraciət edərək övladının növbəti dəfə ekspert komissiyasından keçirilməsində köməklik etməyi xahiş edib ona 2000 manat pul vermişdir. O da Ramilədən pulu alaraq şəxsi ehtiyaclarına sərf etmişdir. O, həbs olunandan sonra qardaşı İlham Ramilənin pulunu qaytarmışdır. Ramilənin övladına əlillik təyin olunması üçün heç kimə müraciət etməmiş və heç bir aktiv hərəkət etməmişdir. Onun hansısa vətəndaşa əlillik təyin etmək imkanı və səlahiyyəti yoxdur. Çünki göndərişlər sistemə yuklənərkən vətəndaşın məlumatları adsızlaşdırılaraq şifrələnir və göndərişə qiymət verən komissiya konkret olaraq kimin sənədinə qiymət verdiyini bilmir. İttihamında adları göstərilən şəxslərdən pulu alarkən planlaşdırmışdır ki, onların işləri alınmadığı halda pullarını qaytarar. Hazırda əməlindən çox peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2004-cü ildən Bakı şəhəri, 32 saylı Birləşmiş şəhər Xəstəxanasında poliklinika şöbəsinin müdiri vəzifəsində işləyir. Eyni zamanda həmin xəstəxanada fəaliyyət göstərən həkim-məsləhət komissiyasının üzvüdür. Həkim-məsləhət komissiyasının sədri xəstəxananın baş həkimi Şahid9, komissiyanın üzvləri isə nevropotoloq Şahid4dır. Təqsirləndirilən şəxs1 2007-ci ildən tanımış, dost münasibəti olmuşdur. Sonradan Təqsirləndirilən şəxs1 Tibbi-Sosial Ekspert Komissiyalarının sədri olmuşdur. Şahid7 adına tərtib olunmuş ambulator tibbi kitabçada əlyazma qeydlər onun tərəfindən icra olunmuşdur. Şahid7 adına tərtib olunmuş 3 saylı xəstəxananın 3 ədəd xəstəlik tarixindən çıxarış sənədlərini Amirənİn hansısa xatırlamadığı qohumu ona təqdim etmişdir. Həqiqətən də, Şahid7 heç vaxt görməmişdir. Amirənin adına olan tibbi sənədlər əsasında ambulator tibbi kitabça tərtib olunmuşdur. Həmin şəxslərin adlarına tərtib olunmuş 3 saylı xəstəxanada müalicə almalarına dair tibbi sənədlərin saxta olmasını bilməmişdir. Təqsirləndirilən şəxs1 ona müraciət edərək Şahid7 adına forma 88 arayışının tərtib olunmasını xahiş etmişdir. Amirənin adına olan tibbi sənədlər əsasında ambulator xəstənin tibbi kartasını tərtib edərək həkim məsləhət komissiyasına təqdim etmişdir. Bundan sonra isə tibbi sənədlər əsasında forma 88 arayışı tərtib olunmuşdur. Forma 88 arayıları tərtib olunarkən pandemiya olduğu üçün hər iki xəstənin komissiyada iştirakı olmamışdır. Təqsirləndirilən şəxs1 ondan xahiş etməsi barədə xəstəxananın baş həkimi və komissiyanın digər üzvünə məlumat verməmiş, həqiqətən də tibbi sənədlərin saxta olmasını bilməmişdir. Təqsirləndirilən şəxs1 ona Şahid7 valideynindən pul almasını deməmişdir. Katib ona Amirənin onun qohumu olduğunu demişdir. O, Katibin sözlərinə inanaraq onun xahişini yerinə yetirməyə çalışmışdır. Təqsirləndirilən şəxs1 bu məqsədlə ona pul verməmişdir. O, Şahid7 sənədlərinin saxta olmasını bilməmiş, Təqsirləndirilən şəxs1 ona həmin şəxsin, həqiqətən də, nevroloji xəstə olduğunu demişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ilə kimi baş həkimin müavini, 2017-ci ildən stasionar şöbənin müdiri vəzifəsində işləyir və xəstəxanada həkim məsləhət komissiyasının sədridir. Özü Qarabağ müharibəsi veteranı olmaqla «Tərəqqi» medalı ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs1 2016-ci ildə TSEK sədri kimi tanıyır. Onun Katiblə həkim kimi işgüzar münasibəti olmuşdur. Şahid3 şəxsən tanımır, bu şəxslə onun heç bir münasibəti olmamışdır. 2017-ci ilin may ayında Təqsirləndirilən şəxs1 ona müraciət edəib bir nəfər qadın qohumunun əlillik almaq üçün ona müraciət etdiyini deyərək, ona köməklik etməyi, həmin şəxsin adına forma 88 №-li arayışı tərtib etməyi xahiş etmiş və ona Şahid3 tibbi sənədlərini təqdim etmişdir. O da həmin sənədlər əsasında 23.05.2017-ci il tarixdə forma 88 №-li arayış tərtib edərək sistemə işləmişdir. Buna baxmayaraq, həmin şəxsə əlillik verilməsindən imtina olunmuşdur. Bundan sonra həmin ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 yenidən onun yanına gələrək Şahid3 adına yenidən forma 88 arayışı tərtib etməyi xahiş etmiş və ona yeni epikrizlər təqdim etmişdir. O, yenidən forma 88 №-li arayış tərtib edərək sistemə yükləmişdir. Bu dəfə Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq sözlə minnətdarlığını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin şəxslə bağlı ona pul və başqa bir şey verməmiş, Ruqiyyənin onun qohumu olduğunu demişdir. Həkim məsləhət komissiyasının həmin dövrdə üzvləri olmuş həkim terapevt X32 və həkim nevrapotoloq X4 bu məsələdən məlumatları olmamışdır. O, həmin şəxslərin elektron imzalarından istifadə edərək forma 88 arayışını sistemə yükləmişdir. Şahid3 özünü heç vaxt görməmiş, həkim məsləhət komissiyasının sədri kimi əslində bu qadını əyani müayinədən keçirməli olsa da, Təqsirləndirilən şəxs1 ondan xahiş etdiyindən bu qadının gəlməsini israr etməmişdir. Əməlindən səmimi olaraq peşimandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildən 3 saylı şəhər klinik xəstəxanasında tibbi-statist vəzifəsində işləyir. Tibbi-statist kimi vəzifəsi xəstəxananın hesablatlarının tərtib olunmasından ibarətdir. Təqsirləndirilən şəxs1 şəxsən tanımır. İş yoldaşı-xəstəxanada dezinfektor vəzifəsində işləyən Təqsirləndirilən şəxs5 vasitəsi ilə bir neçə dəfə bu şəxslə mobil telefonda yazışmışdır. İradə ona özünün telefonunda «WhatsApp» proqramının olmadığını, bu şəxsin hansısa məlumatlar göndərməli olduğunu, onun telefon nömrəsini Təqsirləndirilən şəxs1 verdiyini demişdir. İradə onunla qonşuluqda yaşadığı üçün onun xahişinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs1 özünün xatırlamadığı mobil telefonundan 051- ***-**-** nömrəsinə ayrı-ayrı şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini göndərmiş, o da həmin məlumatları İradəyə vermişdir. X20 xahişinə əsasən Təqsirləndirilən şəxs1la mobil telefon vasitəsi ilə yazışmışdır. Katib İradə ilə əlaqə saxlayaraq ondan ayrı-ayrı şəxslərin adlarına epiqrez sənədlərinin tərtib olunmasını xahiş etmişdir. İradə də ondan Təqsirləndirilən şəxs1 göndərdiyi şəxslərin adlarına olan sənədlər əsasında epikriz sənədləri tərtib etməyi, Təqsirləndirilən şəxs1 lazımi diaqnoz barədə yazacağını bildirmişdir. 2020-ci ilin may ayından başlayaraq İradə ona bu cür müraciətlər etmişdir. Təqsirləndirilən şəxs1 ona göstərilən tarixlərdə göndərdiyi şəxsiyyət vəsiqələrinin şəkilləri əsasında Şahid7 adına epikriz sənədləri yazaraq İradə Rzazadəyə vermişdir. İradə Rzazadə ona Şahid7 görə ona 100 manat pul vermişdir. İradə ondan aldığı onun tərtib etdiyi epikrizləri özü Təqsirləndirilən şəxs1 vermişdir. Şahid7 adına tərtib olunmuş 02 avqust 2019-cu ildən 30 avqust 2019-cu il tarixə kimi stasionar müalicə almasına dair 3697 №-li, 05 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək stasionar müalicə almasına dair 72 №-li və 03 iyun 2020-ci il tarixdən 29 iyun 2020-ci il tarixə kimi stasionar müalicə almasına dair 2607 №-li xəstəlik tarixindən çıxarışlar onun tərəfindən tərtib olunmuşdur. Mən həmin sənədlərdə Eyvaz Rəhimov və Süxeyla Yusifovanın əvəzindən özü imza etmişdir. Həmin sənədlərdə üçkünc möhürü İradə özü skaner vasitəsi ilə həmin sənədlərə vurdurmuşdur. Körpə uşağı var, İradənin verdiyi 100 manata uşağına yemək və pampers almışdır. Əməlindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı şəhər klinik xəstəxanasında dezinfektor vəzifəsində işləyir. Dezinfektor kimi vəzifəsi sanitariya işlərinin görülməsi olmuşdur. Təqsirləndirilən şəxs4 iş yoldaşı kimi tanımışdır. Təqsirləndirilən şəxs1 isə 2020-ci ilin əvvəllərində tanımış, Katib onun işlədiyi xəstəxanaya anasını gətirmişdir. O, Katiblə təsadüfən xəstəxananın dəhlizində tanış olmuşdur. Katib ona özünün də həkim olduğunu əvvəllər Nizami rayonunda yerləşən xəstəxanaların birində baş həkim işlədiyini bildirmişdir. O, əvvəllər Bakı şəhəri, Nizami rayonu ərazisində yaşadığı üçün Təqsirləndirilən şəxs1 şəxsən tanımasa da, onun xəstəxananın baş həkimi işlədiyini bilirdi. Katib ona anasına yaxşı həkim axtardığını demiş, o da Katibə həkimlərindən birini məsləhət görmüşdür. Təqsirləndirilən şəxs1 ona 5 №-li Tibbi-Sosial Ekspert Komissiyasının sədri işlədiyini və nə lazım olsa ona müraciət etməyi demişdir. Bundan sonra onun Təqsirləndirilən şəxs1la münasibəti yaranmışdır. 2020-ci ilin may ayında sonuncu ona müraciət edərək işlədiyi xəstəxanadan epikriz almaq istədiyini bildirmişdir. Katib ona şəxsiyyət vəsiqəsi və diaqnozu göndərəcəyini, onun isə həmin şəxsin adına epikriz əldə etməyi, bunun müqabiləndə ona 150 manat pul verəcəyini demişdir. X21 həmin dövrdə ürək xəstəsi olduğu, onun müalicəsi üçün pula ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs1 bu sözü ilə razılaşmış və Təqsirləndirilən şəxs1 təklifi barədə xəstəxananın əməkdaşı Təqsirləndirilən şəxs4 demişdir. Təqsirləndirilən şəxs4 ilə bu barədə söhbət edib onu dilə tutaraq bu işə razı salmışdır. Aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqələrini göndərdiyi şəxslərin adlarına epiqrezlər tərtib edib həmin epikrizlərdə həkimlərin əvəzindən imza etməli, o isə həmin epiqrezə skaner vasitəsi ilə möhür vurduraraq Təqsirləndirilən şəxs1 verməli idi. Öz telefonu sadə olduğu üçün Təqsirləndirilən şəxs1 Kəmalənin nömrəsini verərək onun telefonuna məlumatları göndərməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs4 telefonda yazışmışlar. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 hansı şəxslərin şəxsiyyət vəsiqələrini göndərməsini bilmir, həmin şəxsi tanımır. O ancaq Kəmalədən epiqrezləri götürərək həmin sənədlərə xəstəxananın üçkünc möhürünü skaner vasitəsi ilə həkk olunmasına nail olduqdan sonra sənədi Təqsirləndirilən şəxs1 vermişdir. 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1la xəstəxananın qarşısında görüşərək ona Amirənin epikrizlərini vermiş, Təqsirləndirilən şəxs1 bu epiqrezlərə görə ona 150 manat pul vermişdir. Katib ona pulu Amirə adlı qadının sənədini alarkən vermişdir. O, həmin pulun 100 manatını Kəmaləyə vermişdir. 2020-ci ilin sentyabr ayının sonunda əri X21 vəfat etmişdir. Əməlindən səmimi peşmançılıq hissi keçirir. Təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlini törətmələri iş üzrə toplanmış aşağıdakı sübutlarla təsdiqini tapmışdır. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs Bakı Dəmir Yolu Xəstəxanasının nümayəndəsi Nümayəndə2 göstərdi ki, Təqsirləndirilən şəxs3 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 14 aprel 2017-ci il tarixli 475 Ş nömrəli əmrə əsasən Xəstəxananın stasionar şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə həmin xəstəxana üzrə 16 fevral 2016-cı il tarixli 37/Ş nömrəli əmrlə özü, terapevt Əli-X43, cərrah X29, nevropatoloq X3 ibarət tərkibdə yaradılmış həkim məsləhət komissiyasının sədri funksiyasını yerinə yetirməklə, “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmrilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında” Əsasnaməyə əsasən, əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmuşdur. Hazırda xəstəxananın rəhbərliyinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs 32 saylı Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi Nümayəndə1 göstərdi ki, Təqsirləndirilən şəxs2 32 saylı Şəhər Klinik Xəstəxanasında poliklinika şöbəsinin müdiri işləyir. Həmçinin, o, Xəstəxana üzrə 4 yanvar 2016-cı il tarixli, 12 №-li əmrə əsasən həmin Xəstəxananın Həkim məsləhət komissiyasının tərkibində həkim vəzifəsinə təyin edilməklə “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnaməyə” əsasən, əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxsdir. Barəsində aparılmış cinayət araşdırması nəticəsində məsuliyyətə cəlb olunmuş, xəstəxana da publik hüquqi şəxs olaraq zərərçəkmiş qismində işə cəlb olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs2 hər hansı bir şikayət və tələbləri yoxdur. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 30 sentyabr 2016-cı il tarixli 09/11-734 №-li əmrinə əsasən Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmişdir. İşlədiyi müddətdə barəsində daxil olmuş şikayət əsasında istintaq orqanı təərəfindən araşdırma aparılmış və nəticədə barəsində cinayət işi başlanılmışdır. Hesab edir ki, işgüzar nüfuzlarına xələl gəldiyindən zərərçəkmiş şəxs qismində işə cəlb olunmuşlar. Təqsirləndirilən şəxs1 barəsində gələcəkdə tətbiq olunacaq cəza tədbirlərinin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxaraq xahiş edir ki, barəsində qanunla müəyyən olunmuş tədbirlər görülsün. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1992-1993-cü illərdə Qarabağ müharibəsi zamanı Qubadlı rayonu ərazisində aparılan hərbi əməliyyatlarda iştirak etmiş, hərbi əməliyyatlar zamanı başından, sağ bud nahiyyəsindən yaralanmışdır. Sonradan hərbi hospitallarda müalicə almış, hispitallarda xəstə çoxluğu ilə bağlı həkim göndərişi ilə müalicəsini davam etdirilməsi üçün öz yaşadığı Biləsuvar rayonuna göndərilmişdir. Həmin vaxtdan dəfələrlə müxtəlif xəstəxanalarda başından aldığı xəsarətlə bağlı müalicələr almışdır. Başından aldığı xəsarət əsəb, gərginlik, nevroz, hallusinayasiya görmə kimi problemlər yaratmışdır. İlk dəfə 2017-ci ildə əlillik dərəcəsini almaq üçün mürciət edərək xəstəliyi ilə bağlı müvafiq sənədləri təqdim etmişdir. 2017-ci ilin iyun-iyul aylarından birində dəqiq xatırlamadığı tarixdə ilk dəfə Biləsuvar mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsinə müraciət etmişdir. Həmin şöbədə komissiya tərəfindən sənədləri qəbul edilərək elektron sistem vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Bundan 1 ay sonra ona əlillik dərəcəsi verilməsindən imtina edilməsi barədə qərar qəbul olunduğu, ambulator müalicə almasının məsləhət görülməsi bildirilmişdir. Müalicədən sonra yenidən sənədlərinin yoxlanılması üçün göndəriləcəyi deyilərək Respublika 1 saylı psixiatrik xəstəxanasına göndəriş verilmişdir. Təxminən 25 gün Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatrik xəstəxanada stasionar qaydada müalicə alıb yenidən rayona qayıtmışdır. Bu dəfə də eyni qaydada sənədlərini Biləsuvar MRX-yə təqdim etmiş, sənədləri qəbul edilib elektron formatda sistemə göndərilmiş, bundan təxminən 1 ay sonra yenidən ona əlillik dərəcəsi verilməsindən imtina edilməsi barədə qərar qəbul olunduğu, ambulator müalicə almasının məsləhət görülməsi bildirilmişdir. Yenidən təxminən 25-30 gün Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatrik xəstəxanada stasionar qaydada müalicə alıb rayona qayıtmışdır. Yenidən sənədləri qəbul edilib sistemə yüklənilsə də eyni qaydada ona 1 ay sonra imtina cavabı verilmişdir. Müraciət etməyin mənasız olmasını başa düşdüyündən sənədləri verməmişdir. Sonradan o, hazırda xatırlamadığı tanışından Respublika 1 saylı Psixiatrik xəstəxanasında Səriyyə adlı şöbə müdirinin lazımi sənədi hazırlayıb verməsini, onun verdiyi sənədlə əlillik dərəcəsinin təyin olunmasını eşitdiyindən 2020-ci ilin iyun ayının əvvəllərində özü 1 saylı Respublika Psixiatrik Xəstəxanasına gedib orada 16-cı şöbənin müdiri X5 qəbulunda olmuş, ona problemi danışıb kömək etməsini xahiş etmişdir. Səriyyə həkim lazım olan sənədləri hazırlayacağını, həmin sənədlə asanlıqla ona əlillik təyin olunacağını, lakin buna görə ona 600 manat pul verməli olduğunu demişdir. O, buna imkanı olmadığını, kasıb adam olduğunu desə də Səriyyə həkim əks halda işinin alınmayacağını bildirmişdir. Həkimin qəbulundan çıxıb evə qayıtmış, qarşılaşdığı korrupsiya faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmək qərarına gəlmiş və baş verənlər barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdikdən sonra onun üzərinə gizli çəkiliş aparatı qoyulmuşdur. O, əvvəlcə 1 saylı psixiatrik xəstəxanaya müraciət edərək orada Səriyyə Tanverdiyevaya 600 manat pul verərək həmin xəstəxanada stasionar müalicə almasına dair tibbi arayış almışdır. Bundan sonra o, tanışı Zümrüd adlı şəxslə məsləhətləşəndən sonra Vahid adlı tanışı vasitəsi ilə 5 saylı Tibbi Sosial Ekspert Komissiyasına müraciət etməyi qərara almışdır. Zümrüd ona həmin komissiyaya müraciət edərkən onu Vahid adlı şəxsin göndərdiyini deməyi bildirmişdir. Bundan sonra o, birinci dəfə 5 saylı TSEK-na müraciət edərkən komissiyanın sədri Təqsirləndirilən şəxs1 onu xidməti otağında qəbul etmişdir. O, Təqsirləndirilən şəxs1 xəstəliyi ilə bağlı bütün sənədlərini, o cümlədən də, Səriyyə Tanverdiyevadan aldığı sənədləri təqdim etmişdir. Təqsirləndirilən şəxs1 onun sənədlərinə baxaraq özünə qaytarmışdır. Katib onun işi ilə bağlı Vahidin ona söz çatdıracağını demişdir. Bundan sonra Zümrüd onunla əlaqə saxlayaraq Vahidin onunla danışdığını, Təqsirləndirilən şəxs1 ona İİ qrup əlillik dərəcəsi verilməsi üçün tibbi rəy verilməsi məqsədilə 3.000 manat pul istədiyini demişdir. O, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat vermişdir. Bundan sonra yenə də, ona xüsusi cihaz və 2.300 manat pul verilmişdir. O, 02 sentyabr 2020-ci ildə yenidən 5 saylı TSEK-ə müraciət etmişdir. Orada Təqsirləndirilən şəxs1 onu həmişəki müayinə otağında deyil, başqa otaqda təklikdə qəbul etmişdir. O, masanın üzərinə 2.300 manat pulu qoymuş, Təqsirləndirilən şəxs1 həmin pulu götürmüşdür. Təqsirləndirilən şəxs1 özü ona pulu masanın üzərinə qaymağı bildirmişdir. O, pulu masanın üzərinə qoymuş, Katibə pulun 2.300 manat olduğunu deyərək, saymaq lazım olduğunu soruşmuşdur. Katib isə saymaq lazım olmadığını demişdir. Katibdən bunun keçərli olubolmamasını soruşmuş, Katib başını razılıq əlaməti olaraq yelləyərək, iş stajının olubolmamasını soruşmuşdur. O, stajının olduğunu demiş, Katib isə ona təxminən aylıq 200 manat təqaüd veriləcəyini demişdir. Katib onun mobil telefon nömrəsini soruşmuş, ona 050- ***-**-** nömrəsini vermişdir. Katib onun nömrəsini bir vərəqədə qeyd etmişdir. Bundan sonra çıxıb getmişdir. Katib ondan xəstəliyi ilə bağlı tibbi rəy verilməsinə görə 3000 manat istəmiş, o da buna görə sonuncuya 2300 manat vermişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 20 ildir ki, tanıyır, onunla yaxın münasibəti olmuşdur. 2020-ci ilin yay aylarında xatırlamadığı nömrədən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng daxil olmuş, özünü Zümrüd kimi təqdim edən qadın əvvəllər onun tərəfindən müalicə olunduğunu demişdir. O, həmin şəxsi xatırlamasa da, onunla dialoqunu davam etdirmişdir. Zümrüd adlı şəxs ondan bir nəfər tanışının əlillik almaq istədiyini deyərək, həmin şəxsi Təqsirləndirilən şəxs1 tərəfindən qəbul olunaraq məsələsinin həll olunması üçün sonuncudan xahiş etməsini demişdir. O da Zümrüdün xahişinə əsasən Təqsirləndirilən şəxs1 zəng edərək, onun adından bir nəfər şəxsin yaxınlaşacağını, həmin şəxsin əlillik almaq istədiyini, həmin şəxsə köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 Şahid1 3000 manat pul istəməsi, sonra isə ondan 2300 manat pul almasından məlumatsız olmuşdur. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, böyrəyində olan xəstəliklə bağlı 2017-ci ildə Bakı şəhərində əməliyyat olunmuş və xəstəliyi ilə bağlı əlillik almaq istəmişdir. 2017-ci ilin mart ayında Qax şəhərində olarkən həmkəndlisi Səxavət adlı şəxslə söhbət zamanı əlillik almaq istədiyini, lakin kimə müraciət etməli olduğunu bilmədiyini demişdir. Səxavət ona tanışı Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu Tibbi- Sosial Ekspert Komissiyasının sədri olduğunu, onun vasitəsi ilə əlillik almaq məsələsini həll edə biləcəyini, Təqsirləndirilən şəxs1 ona İİ qrup əlillik verəcəyini demiş, o da razılaşmışdır. Bundan sonra Səxavət ona Təqsirləndirilən şəxs1la danışdığını, sonuncunun 2.000 manat pul tələb etdiyini demişdir. O, Səxavətlə Qax şəhəri ərazisində görüşərək 2.000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Səxavət ona heç bir həkim komissiyasına müraciət etməyin lazım olmadığını, Təqsirləndirilən şəxs1 bütün məsələləri özü həli edəcəyini bildirmişdir. 22 sentyabr 2017-ci ildə ona İİ qrup əlillik verilməsi ilə bağlı elektron məlumat daxil olmuşdur. Ona ayda təxminən 220 manat əlillik ödənilmişdir. 2020-ci ilin mart ayında ona əlilliyi ilə bağlı təqaüd verilməsi dayandırılmış və yenidən müayinədən keçməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs1 heç vaxt şəxsən görməmiş, onun adını Səxavətdən eşitmişdir. Əlillik verilməsi ilə bağlı heç bir həkim komissiyasında olmamış, Təqsirləndirilən şəxs1 özü bütün sənədləri həll etmişdir. Ona verilən müavinət dayandırıldıqdan sonra bu barədə Səxavətə demiş, Səxavət onun yanında Təqsirləndirilən şəxs1 zəng edib ona verilən əlilliyin dayandırıldığını demişdir. Katib isə bu barədə maraqlanacağını bildirmişdir. Bundan sonra Səxavət onun şəxsiyyət vəsiqəsinin şəklini çəkərək Təqsirləndirilən şəxs1 göndərmişdir. Şahid5 cinayət işinin 1-cü cildinin 198-ci vərəqində olan və məhkəmədə araşdırılan ifadəsində göstərmişdir ki, “o, əvvəllər Bakı Metropolitenində müxtəlif vəzifələrdə işləmişdir. 2015-ci ildə təqaüdə çıxmış, 2018-ci ildən isə Qax rayonunda yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 20 ildir ki, tanıyır, onunla qonşu olmuşdur. Şahid3 onunla bir məktəbdə oxumuşdur. 2017-ci ildə Qax rayonunda olarkən Ruqiyyə ilə rastlaşmış, onunla söhbət zamanı bir neçə dəfə əməliyyat olunduğunu, əlillik almaq istədiyini, lakin ona əlillik verilmədiyini demiş, ondan köməklik etməyi xahiş etmişdir. O da Ruqiyyəyə bu məsələsi ilə maraqlanacağını bildirmişdir. Bundan sonra o, Katibə müraciət edərək Ruqiyyəyə köməklik etməsini xahiş etmişdir. Katib ona 4.000-5.000 manat pulun müqabilində Ruqiyyəyə əlillik düzəldə biləcəyini demişdir. O, bu barədə Ruqiyyəyə desə də, Ruqiyyə bu qədər pulunun olmadığını, ancaq 2000 manat pula imkanının çatdığını bildirmişdir. O, bu barədə Katibə demiş, Katib əvvəlcə bununla razılaşmamışdır. Katibə Ruqiyyənin başqa imkanının çatmadığını demişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 yenidən onunla əlaqə saxlayaraq Ruqiyyənin verdiyi 2.000 manat pulu ona gətirməyi demişdir. Ruqiyyə ilə Qax şəhərində görüşərək ondan 2.000 manat pulu və onun şəxsiyyət vəsiqəsinin surətini almışdır. 2017-ci ilin mart ayında Bakı Metropoliteninin «Qara Qarayev» stansiyasının yaxınlığında yerləşən Nizami TSEK-in inzibati binasında onun xidməti iş yerində görüşərək 2.000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini Katibin özünə vermişdir. Bundan bir neçə ay sonra 2017- ci ilin sentyabr ayında Katib onunla əlaqə saxlayaraq Ruqiyyəyə təqaüd verildiyini demişdir. Bu barədə Ruqiyyəyə bildirmiş, sonuncu həqiqətən də, ona təqaüd verilməsinə dair qərar qəbul olunduğunu demişdir. 2020-ci ilin yay aylarında təsadüfən Ruqiyyə ilə görüşmüşdür. Ruqiyyə təqaüdünün kəsildiyini demiş və Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq onun işi barədə maraqlanmağı xahiş etmişdir. O, Katiblə əlaqə saxlayıb ona Ruqiyyənin təqaüdünün kəsildiyini demişdir. Katib isə ona Ruqiyyəyə 3 ilə yaxın təqaüd verildiyini, həmin pulu qaytardığı halda onun 2.000 manat pulunu verə biləcəyini demişdir. Ruqiyyə də, buna razı olmamışdır. Bundan başqa Katiblə heç bir əlaqəsi olmamışdır.” Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 1995-ci ilin sentyabr ayından hazırki günə kimi Bakı şəhəri 32 saylı Birləşmiş şəhər Xəstəxanasında həkim nevropatoloq vəzifəsində işləyir, eyni zamanda, həkim-məsləhət komissiyasının üzvüdür. Bu komissiyanın sədri baş həkim Şahid9dur. Komissiyanın digər üzvü isə poliklinika şöbəsinin müdiri həkim pediator Təqsirləndirilən şəxs2dur. Şahid7 tanımır, bu şəxslə heç bir münasibəti olmamışdır. Şahid7 adına tərtib olunmuş 26 avqust 2020-ci il tarixli 2788003AAB2P №-li TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsi onun tərəfindən tərtib olunmamışdır. O, həkim məsləhət komissiyasında bu xəstə ilə rastlaşmamışdır. Şahid7 adına olan ambulator xəstənin tibbi kartasında xəstənin nevroloji xəstəlikdən əziyyət çəkdiyi qeyd olunsa da, onun heç bir qeydi yoxdur. Bu xəstə həqiqətən də, nevroloji xəstə olsaydı onda onun kartasında diaqnozu və digər tibbi qeydlərini həkim nevropotoloq kimi o, yazmalı idi. Həmin kartada 02.08.2019-cu il tarixinə «Həkimin imzası» qrafasındakı imza ona məxsus deyil. Bu xəstəyə yazılan diaqnoza görə onun həkimi nevropatoloq olmalı idi. Qeyd olunan qrafadakı imzanın kimə məxsus olmasını bilmir. Əslində tibbi kartam müalicə həkimi tərtib etməlidir. Bu xəstənin adına olan tibbi kartada onun xətti yoxdur. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2016-cı ildə qırtlağından əməliyyat olunduğu üçün danışmaqda əziyyət çəkir. Amirə onun böyük övladıdır. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Ermənistanda yaşadığı dövrdə Naxçıvana gəlib-gedərkən Təqsirləndirilən şəxs1la tanış olmuş, yaxın münasibətləri olmuşdur. 2019-cu ilin okyabr ayında qızı Şahid7 xəstəliyi ilə bağlı əlillik almaq istəmişdir. Qızı həqiqətən də, xəstədir. Təqsirləndirilən şəxs1 Tibbi-Soisal Ekspert Komissiyasının sədri olduğunu bildiyi üçün ona müraciət etmişdir. Təqsirləndirilən şəxs1 müraciət edərək danışmaqda əziyyət çəkdiyini, fikrini izah edə bilmədiyini deyərək, ona köməklik etməsini xahiş etmişdir. Katib onun qızına İİİ qrup əlillik dərəcəsi almaqda köməklik edəcəyini demişdir. Təqsirləndirilən şəxs2 tanımır. Qızına əlillik verilməsi üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş, ondan qızının get-gələ düşməməsini, ailəsində problemlərin olduğunu bildirmişdir. Katib isə ona narahat olmamağı, Amirənin heç yerə getməyəcəyini demişdir. Buna görə də, qızı 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsində olmamışdır. Katib onlara bütün məsələləri özünün həll edəcəyini, qızına İİİ qrup əlillik dərəcəsi verəcəyini demişdir. 2019-cu ilin oktyabr ayının ortalarında Katiblə onun xidməti otağında görüşmüşdür. Katib onunla söhbət zamanı hazırda təqaüd düzəltməyin çətin olduğunu, xəstənin mütləq xəstəxanada yatmalı olduğunu demişdir. Katibdən kömək etməsini xahiş etmiş, Katib ona 6.000 manat pulun müqabilində bu işdə ona köməklik edəcəyinə dair söz vermişdir. Katibə bu pulu hissə-hissə verəcəyini demiş, Katib də razı olmuşdur. Bir neçə gün sonra yenidən onunla xidməti otağında görüşərək 5.900 manat pulu ona hissə-hissə olaraq 2019-cu ilin dekabr ayına kimi şəxsən vermişdir. O, həmin vaxt Katibə qızının şəxsiyyət vəsiqəsinin surətini və onun əməliyyat olunmasına dair tibbi sənədləri vermişdir. Qızı Amirə təxminən 10 il olar ki, «Topçubaşov» adına xəstəxanada əməliyyat olunmuşdur. Bundan sonra Katib ona 2020-ci ilin yanvar ayında qızına əlillik dərəcəsi veriləcəyini demişdir. Lakin bu tarixə qızı ilə bağlı heç bir xəbər olmamışdır. Bundan sonra onun həyat yoldaşı Kəklik özü Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq Amirənin əlillik işi barədə soruşmuş, Katib də hər dəfə ona narahat olmamağı məsələni həll edəcəyini demişdir. Katib onun qızına İİİ qrup əlillik dərəcəsi verəcəyinə söz versə də sonda bunu etməmişdir. Məhkəmədə dindirilmiş Şahid8 ifadəsində əri Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 12 ildən artıq müddətdir ki, zob xəstəliyindən əziyyət çəkir. Bu xəstəliklə bağlı Bakı Metropoliteninin «20 Yanvar» stansiyasının yaxınlığında yerləşən xəstəxanada əməliyyat olunmuşdur. 2019-cu ildə atası Rəfail onun əlillik almağı üçün tanışı Təqsirləndirilən şəxs1 müraciət etmişdir. O, bu barədə atasının sözlərindən bilmişdir. Özü Təqsirləndirilən şəxs1la heç vaxt görüşməmiş, atasının sözlərindən Təqsirləndirilən şəxs1 Tibbi-Sosial Ekspert Komissiyasının sədri işlədiyini bilmişdir. Atası ona əlillik verilməsi üçün 2019-ci ilin oktyabr-dekabr ayları ərzində hissə-hissə olmaqla Təqsirləndirilən şəxs1 5.900 manat pul verdiyini demişdir. Şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs1 verməsi üçün atasına vermişdir. Bundan başqa heç bir sənəd verməmiş və heç bir həkim müayinəsində olmamışdır. Atası Rəfail və anası Kəklik özləri Təqsirləndirilən şəxs1la əlillik işi ilə maraqlanmışlar. Heç vaxt Bakı şəhəri, Sabunçu rayonu 3 saylı xəstəxananın nevrologiya şöbəsində müalicə olunmamışdır. Yusifova soyadlı həkim və Eyvaz Rəhimov tərəfindən müayinə olunmamışdır. X10 qəbulunda olmamışdır. Bu şəxs onu müayinə etməmişdir. Bu sənədlərdə onun epilepsiya xəstəliyindən əziyyət çəkməyi qeyd olunsa da, bu həqiqətə uyğun deyil. O, zob xəstəliyindən əziyyət çəkir və Təqsirləndirilən şəxs1 müraciət edərkən ona bu barədə demişlər. Adına saxta sənədlərin tərtib olunmasından məlumatı olmamışdır. Onun adına tərtib olunmuş ambulator tibbi kartada qeyd olunanlar həqiqəti əks etdirmir, heç vaxt 32 saylı xəstəxanada olmamış, analizlər verməmiş və həkim məsələhət komissiyasında olmamışdır. Şahid9 cinayət işinin 2-ci cildinin 242-ci vərəqində olan və məhkəmədə araşdırılan ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə işləsə də 2008-ci ildən hazırki günədək Bakı şəhəri, Nizami rayonu 32 saylı Birləşmiş şəhər Xəstəxanasında baş həkim vəzifəsində işləyir. Eyni zamanda, həmin xəstəxanada fəaliyyət göstərən həkim-məsləhət komissiyasının sədridir. Həkim-məsləhət komissiyasının üzvləri Təqsirləndirilən şəxs2 və nevropotoloq Şahid4dır. Təqsirləndirilən şəxs1 Səhiyyə Nazirliyində işlədiyi dövrdə tibb işçisi kimi tanımış, Təqsirləndirilən şəxs1 həmin dövrdə baş həkim vəzifəsində işləmişdir. Katibi tanısa da, heç vaxt onunla yaxın münasibətləri olmamışdır. Şahid7 tanımır. Bu şəxslə heç bir münasibəti olmamışdır. Özü həkim-məsləhət komissiyasının sədri olsa da, komissiyaya müraciət edən bütün xəstələrin adını və soyadanı, o cümlədən də, Şahid7 xatırlaya bilmir. Hesab edir ki, onun müraciəti və komissiyaya təqdim etdiyi tibbi sənədlər əsasında onun adına 2788003AAB2P nömrəli göndəriş tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 qanunsuz əməllərindən məlumatsız olmuş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la nə kimi münasibətlərinin olmasını bilməmişdir. Şahid7 adına forma 88 arayışının tərtib olunmasının hansı qaydada getməsini, Amirənin 32 №-li xəstəxanada olub-olmaması barədə heç nə deyə bilmir. Çünki əvvəlki dövrlərdə o, komissiyanın sədri kimi vətəndaşların komissiyada şəxsən iştiraklarını həmişə tələb etmiş, lakin pandemiya dövründə Təqsirləndirilən şəxs2 xəstələri qəbul edərək sənədləri ilə tanış olmasını, bundan sonra həmin tibbi sənədlər əsasında forma 88 arayışlarının tərtib olunmasını demişdir. Təqsirləndirilən şəxs2 pandemiya olmasından istifadə edərək, Şahid7 tibbi sənədlərini Təqsirləndirilən şəxs1 qəbul edərək Amirənin adına tibbi karta açmış və onun sənədlərini həkim məsləhət komissiyasına təqdim etmişdir. Məhkəmədə dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2008-ci ildə X23 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan 2 övladı dünyaya gəlmişdir. 2011-ci il təvəllüdlü oğlu Mövlud 2 yaşından nevroloji xəstədir. O, 2 yaşı olanda yıxılaraq xəsarət almış, bundan sonra onda nevroloji xəstəliyin əlamətlər aşkar olunmuş, X11 müalicə almış, 2014-cü ildən əlilliklə bağlı müavinət alır, onlar 2 ildən bir onu Tibbi-Sosial Ekspert Komissiyasına təkrar müayinəyə aparmışlar. 2020-ci ildə Mövludun təkrar müayinəsinin vaxtı çatsa da, pandemiya ilə bağlı onun yenidən müayinəsi keçirilməmişdir. Təqsirləndirilən şəxs1 2020ci ilin fevral ayında tanımışdır. 2019-cu ildə Mövluda ödənilən əlillik müavinəti dayandırıldığı üçün o, 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Həmin vaxt onu komissiyanın sədri Təqsirləndirilən şəxs1 qəbul etmişdir. Təqsirləndirilən şəxs1 övladının təkrar müayinəsinin vaxtı çatdığı üçün ona ödənilən əlillik müavinətinin dayandırıldığını demişdir. Katib isə ona bu məsələni özünün həll etmək imkanlarının olduğunu deyib ondan 2.000 manat pul istəyərək bu pulun müqabilində Mövluda ödənilən müavinəti bərpa etdirəcəyini bildirmişdir. Katibin bu təklifinə razılıq verərərk yenidən Təqsirləndirilən şəxs1la onun xidməti otağında görüşmüşdür. Katibə övladının xəstəlik sənədlərinin surətlərini və 2.000 manat pulu vermişdir. Təqsirləndirilən şəxs1 pulu verəndən sonra sonuncu ondan Mövludun şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Katibin nömrəsinə özünün ***-***-**-** nömrəsindən oğlu Mövludun şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Bundan sonra Mövludun işindən heç bir xəbər çıxmamışdır. Dəfələrlə Təqsirləndirilən şəxs1la əlaqə saxlasa da, sonuncu ona pandemiya ilə bağlı heç bir sənədləşmənin aparılmadığını demişdir. Təqsirləndirilən şəxs1 onun övladının əlillik işini hansı qaydada və kimin vasitəsi ilə həll edəcəyini deməmişdir. Sonradan 2020-ci ilin sentyabr ayında Kütləvi İnformasiya vasitələrindən Təqsirləndirilən şəxs1 həbs olunduğunu bilərək ondan şikayət etmişdir. Məhkəmədə dindirilmiş şahid X30 ifadəsində göstərdi ki, 2015-ci ildən 01.12.2016-cı il tarixədək vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi sosial ekspert komissiyaları tərfindən əyani müayinə etməklə müəyyən edilirdi. 2016-cı ildən isə vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında tibbi sosial ekspert komissiyaları tərəfindən adsızlaşdırılmış şəkildə şəxsin iştirakı olmadan qiymətləndirilməklə müəyyən edilir. Vətəndaşın müraciətinə əvvəlcə poliklinika baxır, poliklinika 88 saylı forma verir. Alt sistemə yükləndikdən sonra həmin müraciət edən anonimləşdirilir. Sistemdə heç kim müraciət edənin kim olduğunu öyrənə bilməz. Müraciət anonim şəkildə müxtəlif regionların komissiyalarına göndərilir, həmin komissiyalar isə onlara göndərilmiş sənədlər əsasında rəy verirlər. Rəylər üst-üstə düşsə də düşməsə də son qərarı mərkəz verir. Rəylər üst-üstə düşərkən əksər hallarda əlillik mərkəz tərəfindən təsdiq olunur. Əlillik Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq müəyyən edilir. Son zamanlar pandemiya ilə əlaqədar mübahisəli hallarda əyani müayinəyə icazə verilsə də, yenə son qərarı mərkəz verir. TSEK rəisinin kiməsə əlillik verməyə, əlillliyə görə pensiya təyin etməsinə səlahiyyəti yoxdur. Təqsirləndirilən şəxs1 bir TSEK rəisi kimi hansısa vətəndaşa əlillik müəyyən edə, həmçinin də pensiya təyin edə bilməzdi. Cinayət işinin 1-ci cildinin 21-22-ci vərəqlərində olan 3 sentyabr 2020-ci il tarixli baxış protokoludan görünür ki, baxış zamanı həmin CD diskdə olan «final» video faylında aşağıdakı dialoq qeydiyyata alındığı müəyyən olunmuşdur: K1 (Şahid1): “Katib müəllim salam. Mən Vahid müəllimin adından gəlmişəm.” K2 (Təqsirləndirilən şəxs1): Şahid1 arxası ilə dəvət edərək onu başqa otağa keçirir. Həmin otaqda Təqsirləndirilən şəxs1 masanın arxasına keçərək əyləşir və Şahid1 da, əyləşməsini işarə edir. K1 (Şahid1): “Vahid müəllim deyib də, Sizə?” sualını verir. K2 (Təqsirləndirilən şəxs1): “Bəli” K1 (Şahid1): “Mənə deyildiki 3, and olsun Allaha 2300 düzəltmişəm, 3-5 günə qalanını da..” K2 (Təqsirləndirilən şəxs1): “Problem yoxdur” deyir və Sulduzun ona uzatdığı sənədlərə baxmağa başlayır. K1 (Şahid1): “Biləsuvarda komissiyadan keçdik.” K2 (Təqsirləndirilən şəxs1): “Hərbi ilə bağlıdır?” K1 (Şahid1): “Hərbi ilə alınmaz” “ikinci qrupa nə qədər pul alacam?” K2 (Təqsirləndirilən şəxs1): “Stajın nə qədərdir?” K1 (Şahid1): “Stajım 20 il var” K2 (Təqsirləndirilən şəxs1): “Fondda pul nə qədərdir? Sığorta kartına pul ödəmisənmi?” “Stajı hesablasalar 200 manata yaxın, hesablamasalar 130 manat” K2 (Təqsirləndirilən şəxs1):Şahid1 təqdim etdiyi sənədlərə baxaraq özündə qeydlər aparır. K2 (Təqsirləndirilən şəxs1): “Bu sənəd uje kompyuterə daxil olunub?” K1 (Şahid1): “Bəli, Bəli daxil olunub” K1 (Şahid1): “Bunlar hamısı keçərlidir?” Baxış zamanı video görüntünün 9-cu dəqiqəsində Təqsirləndirilən şəxs1 əli ilə pula işarə edərək “pul səndədir?” sualını verir. K1 (Şahid1): “Bəli məndədir”. Təqsirləndirilən şəxs1 oturduğu masanın üzərini işarə edərək Şahid1 “Qoy” deyir. K1 (Şahid1)50 manatlıq əskinazlardan ibarət olan pulu masanın üzərinə qoyur və “Sayım?” sözünü deyir. Təqsirləndirilən şəxs1 pulu masanın üzərindən götürərək oturaq vəziyyətdə masanın altında sayaraq baş barmağını göstərərək Şahid1 əla işərəsi edir və pulu şalvarının cibinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs1 Şahid1 mobil telefon nömrəsini istəyir. Şahid1 ona “**********” rəqəmlərini deyir, Təqsirləndirilən şəxs1 isə kağızın üzərində qeydlər edir. K1 (Şahid1) “Qalan puldan mənə güzəşt olacaq?” K2 (Təqsirləndirilən şəxs1): “Baxarıq” sözünü deyir Cinayət işinin 2-ci cildinin 213-220-ci vərəqlərində olan məhkəmə-fonoskopik ekspertizasının 8 dekabr 2020-ci il tarixli, 4/1092 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Şahid1, «K2 kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs1 məxsusdur. Cinayət işinin 2-ci cildinin 91-129-cu vərəqlərində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 10 dekabr 2018-ci il tarixli, **********6 №-li və 06 avqust 2020-ci il tarixli, **********0 №-li əmrlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhərinin Qaradağ və Binəqədi rayonları üzrə 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsinə, 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin 1-ci cildinin 155-157-ci vərəqlərində olan Təqsirləndirilən şəxs1 məxsus «Samsung Duos» markalı mobil telefona baxış keçirilməsinə dair 07 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 mobil telefonuna «WhatsApp» mobil tətbiqetməsi vasitəsi ilə ***-***-**-** nömrəsindən 30.07.2020-ci il tarixdə Şahid3 şəxsiyyət vəsiqəsinin şəklinin göndərilməsi aşkar olunmuşdur. Cinayət işinin 2-ci cildinin 12-16-cı vərəqlərində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 28 oktyabr 2020-ci il tarixli, 152 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs3 xəstəxanada fəaliyyət göstərən həkim məsləhət komissiyasının sədri olduğu müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunmuş məktuba əlavə olunmuş 22.09.2017-ci il tarixli 4083003AACLS nömrəli TSEK-ə göndərişdə əsas diaqnoz qrafasında Şahid3 guya xroniki obstruktiv pielonefrit böyrək xəstəliyindən əziyyət çəkməsinə dair qeydlərin olduğu müəyyən olunmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həkim-məsləhət komissiyası tərəfindən tərtib olunmuş 19.09.2017-ci il tarixli, 4083003AACLS nömrəli elektron göndərişə əsasən komissiyanın sədri Təqsirləndirilən şəxs3, komissiyanın üzvləri isə terapevt Əli-X43, ankoloq X29, nevropatoloq X3 ibarət tərkibdə olmuşdur. Cinayət işinin 3-cü cildinin 4-13-cü vərəqlərində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş həkimi Laçın İmanovun 14 aprel 2017-ci il tarixli, 475 Ş nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs3 xəstəxananın stasionar şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 2-ci cildinin 9-10-cu vərəqlərində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş 22,10.2020-ci il tarixli, ********** №-li məktuba əsasən Şahid3 əlillik vəziyyəti Bakı şəhəri dəmir Yol Xəstəxanasının 4083003AACBE nömrəli göndərişi əsasında 23.05.2017-ci il tarixdə Nazirliyin X2 sisteminin (MEİS) «Əlillik» altsistemi vasitəsilə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və barəsində stasionar şəraitdə əlavə müalicə və müayinəyə ehtiyacın olmasına dair qərar qəbul olunmuş, 22.09.2017-ci il tarixdə Şahid3 əlillik vəziyyəti adıçəkilən tibb müəssisəsinin 4083003AACLS nömrəli göndərişi əsasında «Əlillik» altsistemi vasitəsilə TSEK-sı tərəfindən yenidən qiymətləndirilmiş və «ümumi xəstəlik» səbəbindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Bundan başqa qeyd olunan məktuba əsasən Nazirlik tərəfindən 2020-ci ilin əvvəllərində aparılan xidməti araşdırmanın nəticəsinə əsasən Şahid3 adına rəsmiləşdirilmiş göndərişdə qeyd olunan stasionar və ambulator müalicə tarixləri ilə MEİS-in «Əmək müqaviləsi» və «Sığorta» altsistemlərində olan məlumatlar arasında uyğunsuzluq müəyyən edilmiş, sonuncunun adına rəsmiləşdirilmiş göndərişdə stasionar, ambulator müalicə tarixlərinə dair qeydlərin və aktiv əmək müqaviləsinin olmasına baxmayaraq, vətəndaşa həmin dövr ərzində əmək haqqı ödənildiyindən, həmçinin həçinin əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmadığından əlillik müayinəsi «Əlillik» altsistemində etibarsız edilmişdir. Cinayət işinin 2-ci cildinin 198-ci vərəqində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialından daxil olmuş 18.11.2020-ci il tarixli, **********8 №-li məktuba əsasən Şahid3 Fondun Qax rayon filialı tərəfindən 22.09.2017-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi, 30.06.2020-ci il tarixədək sonuncunun adına olan "xxxx" ASC-də olan plastik kart hesabına 10.005,03 manat vəsait köçürülmüş, 01.07.2020-ci il tarixdən Şahid3 əlilliyinin ləğvi ilə əlaqədar ödəniş dayandırılmışdır. Cinayət işinin 2-ci cildinin 92-106-cı vərəqlərində olan “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında” Əsasnaməyə əsasən, həkimməsləhət komissiyasının sədri əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmuşdur. Cinayət işinin 1-ci cildinin 155-157-ci vərəqlərində olan Təqsirləndirilən şəxs1 məxsus «Samsung Duos» markalı mobil telefona baxış keçirilməsinə dair 07 sentyabr 2020-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 mobil telefonuna «WhatsApp» mobil tətbiqetməsi vasitəsi ilə «Kəmalə İradə» adı ilə qeydə alınmış Təqsirləndirilən şəxs4 adına qeydiyyata alınmış ***-***-**-** nömrəsinə 25.07.2020-ci il tarixdə saat 11:38-də «Salam. İradə xanım dedi ki, nəsə göndərəcəksiz. Şəkil atacaqdız, amma hələ gəlməyib. Göndərin də, zəhmət olmasa» sözləri, həmin tarixdə saat 22:50-də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 Şahid7 şəxsiyyət vəsiqəsinin foto şəkilini və «Salam, epilepsiya dz.müainədə kt və EEQ də olsun, 3 epikrez.1 dəsi keçən ilin avqustu, 2 dənəsi bu ilin yanvar və iyun ayı üçün, tutmaların sayı yaddan çıxmasın» sözləri qeyd olunmuş ismarıcların göndərilməsi müəyyən olunmuşdur. Cinayət işinin 2-ci cildinin 201-206-cı vərəqlərində olan məhkəmə-xəttşünaslıq ekspertizasının 03 dekabr 2020-ci il tarixli, 4/1089 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Şahid7 adına olan 02 avqust 2019-cu ildən 30 avqust 2019-cu il tarixə kimi stasionar müalicə almasına dair 3697 N-li xəstəlik tarixindən çıxarışda «Müalicə həkimi imzası» qrafasındakı yazılar və imza, 05 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020ci il tarixədək stasionar müalicə almasına dair 72 N-li xəstəlik tarixindən çıxarışlarda «Müalicə həkimi imzası» qrafasındakı yazılar və imza, Şahid7 adına olan 02 avqust 2019cu ildən 30 avqust 2019-cu il tarixə kimi stasionar müalicə almasına dair 3697 N-li və 05 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək stasionar müalicə almasına dair 72 N-li xəstəlik tarixindən çıxarışlarda «Şöbə müdiri imzası" qrafasındakı imzalar, Şahid7 adına olan 03 iyun 2020- ci il tarixdən 29 iyun 2020-ci il tarixə kimi stasionar müalicə almasına dair 2607 N-li xəstəlik tarixindən çıxarışda «Müalicə həkimi imzası», «Şöbə müdiri imzası" qrafasındakı yazılar və imzalar Təqsirləndirilən şəxs4 tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Bundan başqa qeyd olunan rəyə əsasən ekspertizaya təqdim olunmuş, Şahid7 adına olan ambulator xəstənin tibbi kartasında və TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsindəki yazılar Təqsirləndirilən şəxs2 tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Cinayət işinin 2-ci cildinin 207-212-ci vərəqlərində olan sənədlərin məhkəmə-texniki ekspertizasının 3 dekabr 2020-ci il tarixli 5/902 №-li rəyinə əsasən ekspert tədqiqatına təqdim edilmiş Şahid7 adına 03.06.2020-ci il tarixdən 29.06.2020-ci il tarixədək olan 2607 nömrəli, 02.08.2019-cu il tarixdən 30.08.2019-cu il tarixədək olan 3697 nömrəli, 05.01.2020-ci il tarixdən 31.01.2020-ci il tarixədək olan 72 nömrəli Xəstəlik tarixindən çıxarışlarının, X7 adına 01.02.2019-cu il tarixdən 26.02.2019-cu il tarixədək olan 610 nömrəli, 02.05.2020-ciil tarixdən 27.05.2020-ci il tarixədək olan 2167 nömrəli Xəstəlik tarixindən çıxarışlarının arxa tərəfinin aşağı sağ küncündəki “Şöbənin müdiri” qrafasında olan möhür əkslərinin təsvirləri hər hansı bir sənəddən texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Cinayət işinin 1-ci cildinin 238-248-ci vərəqlərində olan 32 saylı Birləşmiş Şəhər xəstəxanası Publik hüquqi şəxsin 29 sentyabr 2020-ci il tarixli məktubunan görünür ki, Şahid7 ambulator tibbi kartasında olan 02 avqust 2019-cu ildən 30 avqust 2019-cu il tarixə kimi stasionar müalicə almasına dair 3697 №-li, 05 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək stasionar müalicə almasına dair 72 №-li və 03 iyun 2020-ci il tarixdən 29 iyun 2020-ci il tarixə kimi stasionar müalicə almasına dair 2607 №-li xəstəlik tarixindən çıxarışlara əsasən sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı Şəhər Klinik xəstəxanasında stasionar müalicə almasının qeyd olunduğu müəyyən olunmuşdur. Qeyd olunan Şahid7 ambulator tibbi kartasında olan 02 avqust 2019-cu ildən 30 avqust 2019-cu il tarixə kimi stasionar müalicə almasına dair 3697 №-li, 05 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək stasionar müalicə almasına dair 72 №-li və 03 iyun 2020- ci il tarixdən 29 iyun 2020-ci il tarixə kimi stasionar müalicə almasına dair 2607 №-li xəstəlik tarixindən çıxarışlara baxış keçirilməsinə dair 08 oktyabr 2020-ci il tarixli protokola əsasən qeyd olunan çıxarışların 3 saylı Şəhər Klinik xəstəxananın nevrologiya şöbəsində müalicə həkimi Suheyla Yusifova və şöbə müdiri Eyvaz Rəhimov adından tərtib olunduğu, hər üç çıxarışda Şahid7 «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-kionik qıcolma» diaqnozu ilə əlaqədar stasionar müalicə almasının qeyd olunduğu müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cildinin 213-214-cü vərəqlərində olan Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı Şəhər Klinik xəstəxanasının 01 oktyabr 2020-ci il tarixli, 1189 №-li məktubundan görünür ki, Şahid7 heç vaxt həmin xəstəxanaya müraciət etməməsi və stasionar müalicə almadığı müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cildinin 213-214-cü vərəqlərində olan Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı Şəhər Klinik xəstəxanasının baş həkiminin 06.01.2003-cü il tarixli 05/K №-li əmrinə əsasən Təqsirləndirilən şəxs4 həmin xəstəxananın tibb hissəsinin tibbi-statisti vəzifəsinə təyin olunmuşdur. Həmçinin 3 saylı Şəhər Klinik xəstəxanasının baş həkiminin 01.02.2008-ci il tarixli 119/K №-li əmrinə əsasən X33 xəstəxananın dezinfektoru vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin 3-cü cildinin 14-17-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri, Nizami rayonu 32 saylı Şəhər Klinik Xəstəxanasının baş həkiminin 25 aprel 2004-cü il tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın poliklinika şöbəsinin müdiri vəzifəsinə, 04 yanvar 2016-cı il tarixli, 12 №-li əmrə əsasən isə həmin Xəstəxananın Həkim-məsləhət komissiyasının tərkibində həkim vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 2-ci cildinin 130-133-cü vərəqlərində olan ‘Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında” Əsasnaməyə əsasən, həkimməsləhət komissiyasının sədri əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmuşdur. Cinayət işinin 1-ci cildinin 155-157-ci vərəqlərində olan Bundan başqa Təqsirləndirilən şəxs1 məxsus «Samsung Duos» markalı mobil telefona baxış keçirilməsinə dair 07 sentyabr 2020-ci il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs1 mobil telefonuna «WhatsApp» mobil tətbiqetməsi vasitəsi ilə 3 iyun 2020-ci il tarixdə saat 19:50-də Şahid10 məxsus ***-***-**-** nömrəsindən X14 adına şəxsiyyət vəsiqəsinin şəklinin göndərilməsi aşkar olunmuşdur. Cinayət işinin 2-ci cildinin 9-10-cu vərəqlərində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş 22.10.2020-ci il tarixli, ********** №-li məktuba əsasən X24 26.12.2014-cü il tarixdə TSEK tərəfindən ilk dəfə əyani müayinə olunaraq, 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab olunması barədə qərar qəbul edilmiş, 26.12.2016-cı il tarixdə Mövlud Cuvarlının sağlamlıq imkanlarının məhdudluğu Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə» müvafiq olaraq «Əlillik» aitsistemi vasitəsi ilə TSEK tərəfindən3 il müddətinə (26.12.2019-cu il tarixədək) uzadılmış, sonradan Mövlud Cuvarlının yenidən sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsinə dair «Əlillik» altsisteminə göndəriş daxil olmamışdır. Cinayət işinin 2-ci cildinin 92-106-cı vərəqlərində olan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbul etmək, əlilliyin qiymətləndirilməsi və əlillik dərəcələrinin verilməsi və ya bundan imtina edilməsi ilə əlaqədar təşkilati-sərəncamverici səlahiyyətlərə malik olmaları qeyd olunmuşdur. Cinayət işinin 2-ci cildinin 130-133-cü vərəqlərində olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tibbisosial ekspert komissiyaları haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi üçün dövlət səhiyyə müəssisələrinin göndərişlərinin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Sisteminin Tibbi Sosial Ekspertiza və X26 (TSERAS) ötürüldüyü, TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırıldığı, adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərilməsi qeyd olunmuşdur. Cinayət işinin 1-ci cildinin 154-156-cı vərəqlərində olan 4 sentyabr 2020-ci il tarixli axtarış və götürmə protokolundan görünür ki, 4 sentyabr 2020-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs1 xidməti otağında axtarış zamanı sonuncunun xidməti otağında 2.426 manat pul aşkar olunaraq götürülmüşdür. Götürülmüş 2.426 manat pul vəsaiti saxlanılması üçün Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabına keçirilmişdir. Cinayət işinin 3-ci cildinin 18-64-cü vərəqlərində olan 05.02.2021-ci il tarixli qərardan görünür ki, Şahid1 adına tərtib olunmuş 5 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə ambulator kitabçadan (xəstəlik tarixindən) TQS №027, 057800 nömrəli çıxarış, Şahid3 adına tərtib olunmuş 22.09.2017-ci il tarixli 4083003AACLS nömrəli TSEK-ə göndəriş, Şahid7 adına tərtib olunmuş 02 avqust 2019-cu il tarixdən 30 avqust 2019-cu il tarixə kimi stasionar müalicə almasına dair 3697 nömrəli, 05 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixə kimi stasionar müalicə almasına dair 27 nömrəli, 03 iyun 2020-ci il tarixdən 29 iyun 2020-ci il tarixə kimi stasionar müalicə almasına dair 2607 nömrəli xəstəlik tarixlərindən çıxarışlar, Şahid7 adına tərtib olunmuş 01.09.2020-ci il tarixli 2788003AAB2P nömrəli TSEK-ə göndəriş, xəstəlik tarixçəsi, əməliyyat tədbirinin keçirilməsinə dair video görüntülərin qeyd olunduğu DVD disklər, Təqsirləndirilən şəxs1 məxsus «Samsung» markalı mobil telefon öz xüsusiyyətinə və əlamətlərinə, üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək özünün əlillik dərəcəsinin verilməsilə bağlı yekun qərar qəbul etmək səlahiyyətinə malik olmadığını, buna görə də rüşvət almadığını bildirsə də, məhkəmə hesab edir ki, o cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə belə ifadə verir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən Şahid1 ifadəsi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ittihamda qeyd edilən şəxslərdən onların xəstəliyi ilə bağlı tibbi rəy verilməsinə görə müxtəlif məbləğdə pul istəyib almışdır. Göstərilənlərə əsasən, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istəyərək aldığı pulu özü tərəfindən əlillik dərəcəsinin verilməsi ilə bağlı yekun qərar qəbul etmək məqsədilə deyil, bu qərarın qəbul olunması üçün tibbi rəy verilməsi məqsədi ilə istəyərək almışdır ki, belə bir rəyin verilməsi də onun imkanı və səlahiyyəti daxilində olmuşdur. Odur ki, o, dələduzluq cinayətini deyil, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlamağa və satmağa tamah niyyəti ilə təhrik etmə, hüquq verən, qeyrisini bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etməyə tamah niyyəti ilə təhrik etmə, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən tamah niyyəti ilə istifadə etmə, şəxsi niyyətlə rəsmi informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə tamah niyyəti ilə təhrik etmə cinayətlərini törətmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətmələri məhkəmədə tam sübuta yetirilmişdir, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 311.3.2, 311.3.3, 32.4,313, 32.4,320.1, 32.4,320.2 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli CM-nin 308.1, 313 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli CM-in 308.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməli CM-nin 320.1-ci maddəsi ilə tövsif edilmiş, onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 90-91-ci vərəqlərində olan protokoldan və 142-147-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 04 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 107-133-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs3 06 fevral 2021-ci il tarixdə hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 157-183-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs2 08 fevral 2021-ci il tarixdə hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 209-234-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs5 08 fevral 2021-ci il tarixdə hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 184-208-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs4 08 fevral 2021-ci il tarixdə hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 5-7-ci vərəqlərində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 “Tərəqqi”, ”Müharibə veteranı” və “Milli ordu-100” medalları ilə təltif olunmuşdur. Məhkəməyə təqdim edilən xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət xaraskterizə olunurlar, Təqsirləndirilən şəxs4 himayəsində 06.02.2007-ci il təvəllüdlü 1 nəfər yetkinlik yaşına çatmayan və 21.11.2018-ci il təvəllüdlü 1 nəfər azyaşlı uşağı var. Cinayət işinin 1-ci cildinin 205-206-cı vərəqlərində olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır. Əvvəllər məhkum olunmamaları, zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. Cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi, əməlindən səmimi olaraq peşman olması, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmaması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-in 59.1.10 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hallardır. Əməlindən səmimi olaraq peşman olması, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmaması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, orden və medallarla təltif olunması CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallardır. Himayəsində azyaşlı uşağının olması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi, əməlindən səmimi olaraq peşman olması, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmaması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-in 59.1.4, 59.1.10 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzalarını ağırlaşdıran hallar yoxdur. Vəzifə səlahiyyətlərindən sui-ustifadə və vəzifə saxtakarlığına təhrik etmə cinayət əməllərini təkrarən törətməsi, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, bilə-bilə hüquq verən saxta rəsmi sənədləri qanunsuz olaraq hazırlamağa və satmağa, saxta sənədlərdən istifadə etməyə və vəzifə saxtakarlığı törətməyə təhrik etmə və saxta sənədlərdən istifadə etmə cinayət əməllərini tamah məqsədi ilə törətməsi CM-nin 61.1.1 və 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallardır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsində deyilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ittiham olunduğu əməllər vəzifə səlahiyyətlərindən istifadə ilə əlaqədar olduğundan Təqsirləndirilən şəxs1 barəsində də CM-nin 46.2-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi - məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin hər birinin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» olan 12.01.1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Qeyd edilənləri nəzərə almaqla məhkəmə cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür, ona ittiham olunduğu CM-nin müvafiq maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları CM-nin maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2n xx.xx.1952-ci il, Təqsirləndirilən şəxs3 xx.xx.1955-ci təvəllüdlü olmaqla hər ikisinin təqaüd yaşında olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, əvvəllər məhkum olunmamalarını, hər ikisinin hazırda da işləməsini, zərərçəkmiş şəxslərin onlardan şikayət və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs3 “Tərəqqi”, ”Müharibə veteranı” və “Milli Ordu-100” medalları ilə təltif olunmasını nəzərə alaraq hesab edir ki, onlara azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan islah işləri cəzası təyin etməklə də cəzanın CM-də nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” olan 30 aprel 2021-ci il tarixli qərarının 2-ci bəndiddə “Məhnkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” olan 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında dəyişiklik edilərək 2.1-ci bəndində göstərilir ki, cinayətlərin məcmusuna daxil olan cinayətlərə görə islah işləri cəzası təyin edildikdə, cəzalar tamamilə və ya qismən toplanılmaqla qəti cəzanın təyin edilməsi zamanı məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə tutulması müəyyən edilmiş məbləğlərin (faizlərin) toplanılmasına yol verilmir. Törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 əməllərindən səmimi olaraq peşman olmaları, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, zərərçəkmiş şəxslərin onlardan şikayət və tələblərinin olmaması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etmələri, Təqsirləndirilən şəxs4 himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan, 1 nəfər azyaşlı uşağının olması kimi halların məcmusunu nəzərə alaraq qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, onların təyin ediləcək cəzasını real surətdə çəkmələri cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, onlara təyin olunacaq cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsləri və onların ailələrini ciddi məhrumiyyətlərə düçar edər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də onlar barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, hər bir təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə əsasən islah işləri növündə cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs1 04 sentyabr 2020-ci il tarixdən həbsdə saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. İş üzrə maddi zərər və mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 cinayət əməlləri nəticəsində iş üzrə CMnin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan Təqsirləndirilən şəxs1 xidməti otağında axtarış zamanı aşkar olunaraq götürülmüş 2.426 manat pul vəsaiti xüsusi müsadirə olunaraq dövlət nəfinə keçirilməlidir. Maddi sübut- Şahid1 adına tərtib olunmuş 5 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə ambulator kitabçadan (xəstəlik tarixindən) TQS №027, 057800 nömrəli çıxarış, Şahid3 adına tərtib olunmuş 22.09.2017-ci il tarixli 4083003AACLS nömrəli TSEK-ə göndəriş, Şahid7 adına tərtib olunmuş 02 avqust 2019cu il tarixdən 30 avqust 2019-cu il tarixə kimi stasionar müalicə almasına dair 3697 nömrəli, 05 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixə kimi stasionar müalicə almasına dair 27 nömrəli, 03 iyun 2020-ci il tarixdən 29 iyun 2020-ci il tarixə kimi stasionar müalicə almasına dair 2607 nömrəli xəstəlik tarixlərindən çıxarışlar, Şahid7 adına tərtib olunmuş 01.09.2020-ci il tarixli 2788003AAB2P nömrəli TSEK-ə göndəriş, xəstəlik tarixçəsi, əməliyyat tədbirinin keçirilməsinə dair video görüntülərin qeyd olunduğu DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmədə təyinatla Təqsirləndirilən şəxs2 hüquqlarını Bakı şəhəri 2 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi4 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş arayış hesabatlardan görünür ki, müdafiəçilər təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaqla yanaşı məhkəmə iclaslarında cəmi 76 saat iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 üçün 456 (dörd yüz əlli altı) manat pul Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 311.3.2, 311.3.3, 32.4,313, 32.4,320.1, 32.4,320.2 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 32.4,308.1-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il azadlıqdan məhrumetmə cəzasına, CM-nin 311.3.2, 311.3.3-cü maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzasına, CM-nin 32.4,313-cü maddəsi ilə 1 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrumetmə cəzasına, CM-nin 32.4,320.1-ci maddəsi ilə 1 (bir) il azadlıqdan məhrumetmə cəzasına, CM-nin 32.4,320.2 və 320.2-ci maddəsi ilə 10 (on) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 04 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMnin 308.1-ci maddəsi ilə aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 10 (on) ay islah işləri cəzasına, CM-nin 313-cü maddəsi ilə aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 10 (on) ay islah işləri cəzasına, CM-nin 320.2-ci maddəsi ilə aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 10 (on) ay islah işləri cəzasına məhkum edilsin, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il islah işləri cəzası təyin edilsin. Cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 308.1-ci maddəsi ilə aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 10 (on) ay islah işləri cəzasına, CM-nin 313-cü maddəsi ilə aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 10 (on) ay islah işləri cəzasına məhkum edilsin, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il islah işləri cəzası təyin edilsin. Cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəlsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəlsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanılan Təqsirləndirilən şəxs1 xidməti otağında axtarış zamanı aşkar olunaraq götürülmüş 2.426 manat pul vəsaiti xüsusi müsadirə olunaraq dövlət nəfinə keçirilsin. Maddi sübut- Şahid1 adına tərtib olunmuş 5 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə ambulator kitabçadan (xəstəlik tarixindən) TQS №027, 057800 nömrəli çıxarış, Şahid3 adına tərtib olunmuş 22.09.2017-ci il tarixli 4083003AACLS nömrəli TSEK-ə göndəriş, Şahid7 adına tərtib olunmuş 02 avqust 2019cu il tarixdən 30 avqust 2019-cu il tarixə kimi stasionar müalicə almasına dair 3697 nömrəli, 05 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixə kimi stasionar müalicə almasına dair 27 nömrəli, 03 iyun 2020-ci il tarixdən 29 iyun 2020-ci il tarixə kimi stasionar müalicə almasına dair 2607 nömrəli xəstəlik tarixlərindən çıxarışlar, Şahid7 adına tərtib olunmuş 01.09.2020-ci il tarixli 2788003AAB2P nömrəli TSEK-ə göndəriş, xəstəlik tarixçəsi, əməliyyat tədbirinin keçirilməsinə dair video görüntülərin qeyd olunduğu DVD disklər cinayət işinin materiallarında saxlanılsın, «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 üçün 456 (dörd yüz əlli altı) manat Bakı Şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər, apellyasiya şikayəti və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar