Məhkəmə qərarları › İş №1(101)-836/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-836/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-836/2022 28.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, Qazax rayonu, Dəmiryol binası, ev 1, mənzil 24-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nərimanov rayonu, A.Şaiq küçəsi, ev 1, mənzil 66-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində nömrəsiz küçədə cüzi səbəb gətirərək anası Şahid aldığı 3.000 manat pulu qaytarmaması səbəbindən tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla sonuncunun döş qəfəsindən 1 (bir) dəfə qəsdən vuraraq sonuncuya döş qəfəsinin daxilə-plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxsı uzun müddətdir ki, tanıyır. Rəşad əvvəl onun yaşadığı evin yaxınlığında yaşamış və həmin vaxtdan o, Rəşadı qonşu kimi tanımışdır. Onların münasibətləri qonşu kimi həmişə yaxşı olmuşdur. Bir müddət əvvəl o, narkotik vasitədən istifadə etdiyinə görə tutulmuşdur. Sonra məhkəmə onun işinə ədalətli baxaraq ona yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etmiş və o, məhkəmə iclas zalından azad olunmuşdur. O, evə gəldikdə anası Mafiyə ona demişdir ki, “Rəşad səni məhkəmədən buraxdırmağa görə məndən 3.000 manat pul alıb”. O da anasına Rəşada 3.000 manat pul verdiyinə görə iradını bildirmişdir. Rəşadın bu hərəkəti ona çox pis təsir etmişdir. Belə ki, Rəşad onun tutulmağından istifadə edərək onun anasını aldadıb 3.000 manat pul almışdır. Halbuki onun işinə məhkəmədə düzgün baxılmış və o, azadlığa çıxmışdır. Buna görə də, o, Rəşad ilə görüşmüş və sonuncuya niyə onun anasını aldadaraq pul alması barədə iradını bildirmişdir. Rəşad da ona anasını aldatmadığını, əksinə işinə köməklik etmək istədiyini, lakin köməklik göstərə bilmədiyini, sonra isə özünə pul lazım olduğundan onun anasının verdiyi pulu öz ehtiyaclarına xərclədiyini bildirmişdir. Rəşadın bu cavabı onu qane etməmiş və o, Rəşaddan pulu qaytarmasını tələb etmişdir. Rəşad da qısa müddət ərzində pulu qaytaracağını ona demişdir. Lakin Rəşad müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Rəşad ondan qaçmış, zənglərinə cavab verməmişdir. Bir sözlə Rəşad onu bezdirmişdir. O, 22 oktyabr 2021-ci il tarixdə yenidən Rəşadın mobil nömrəsinə zəng etmişdir. O, Rəşad ilə telefonda danışarkən sonuncu ona evdə olduğunu bildirmiş və söhbəti həll etmək üçün yaşadığı evə dəvət etmişdir. Ona görə də o, anası ilə birlikdə Rəşadın Binə qəsəbəsində yaşadığı evə getmişdir. O, Rəşadın yaşadığı evin küçəsinə döndükdə, təsadüfən Rəşadın yolda piyada getdiyini görmüş və ona görə də avtomobili Rəşadın yanında saxlayaraq avtomobilə minməsini demişdir. Rəşad da onun avtomobilinin ön sərnişin oturacağına oturmuşdur. Rəşad oturduqdan sonra o, Rəşada demişdir ki, “niyə pulu qaytarmırsan?” Rəşad isə bildirmişdir ki, “pulum yoxdur”. Bundan sonra onların arasında sözlü mübahisə başlamışdır. Sözlü mübahisədən sonra Rəşad əsəbiləşərək avtomobildən düşmüşdür. O da Rəşadın arxasınca avtomobildən düşərək Rəşada yaxınlaşmışdır. O, Rəşaddan yenidən niyə onun anasını aldatdığını, eləcə də niyə pulu qaytarmadığını soruşmuşdur. Bu vaxt Rəşad onu söymüşdür. Rəşadın bu hərəkəti onu hövsələdən çıxarmış və o, üzərində gəzdirdiyi cib bıçağını cibindən çıxararaq Rəşada sol tərəfdən 1 (bir) dəfə vurmuşdur. Zərbədən sonra Rəşad oradan qaçaraq uzaqlaşmışdır. O da 30-cu Polis şöbəsinə gedərək Rəşadı bıçaqla vurduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, usta işləyir, yəni kondisionerlərin və soyuducuların təmiri, eləcə də quraşdırılması işi ilə məşğul olur. O, Təqsirləndirilən şəxs ilə əvvəllər qonşu olmuşdur. Onların arasında həmişə yaxşı dostluq münasibətləri olmuşdur. Hazırda da onların aralarında yaxşı münasibətlər var. O, 2017-ci il tarixdə ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanından Binə qəsəbəsinə köçmüş və hazırda da orada yaşayır. O, başqa əraziyə köçsə də, onun Zaur ilə həmişə telefon əlaqəsi və münasibəti olmuşdur. 2021-ci il iyul ayının əvvəllərində Zaurun anası Şahid ona zəng edərək Zaurun narkotik vasitələrdən istifadə etdiyi üçün həbs olunduğunu bildirmiş və ondan xahiş etmişdir ki, onu Zaurun saxlanıldığı 3 saylı İstintaq Təcridxanasına aparsın. O da Zaurun anasının sözünü yerə salmamış və Şahid Keşlə qəsəbəsində yaşadığı evə getmişdir. O, ora çatdıqdan sonra Zaura məxsus avtomobil ilə Şahid 3 saylı İstintaq Təcridxanasına aparmışdır. Şahid Zaur ilə görüşdükdən və gətirdiyi sovqatı Zaura verdikdən sonra o, Zaurun avtomobili ilə Mafiyəni yaşadığı evə aparmışdır. O, bir neçə dəfə Şahid Zaurun avtomobili ilə 3 saylı İstintaq Təcridxanasına aparıb-gətirmişdir. Zaur həbsdən çıxdıqdan sonra yenidən narkotik vasitə qəbul edən şəxslərlə əlaqə saxlamışdır. Ona görə də o, Zaurdan ehtiyat edərək uzaqlaşmağa başlamışdır. Zaur isə bir neçə dəfə onun mobil nömrəsinə zəng edərək görüşmək istəmişdir. O isə Zaurla görüşməkdən imtina edərək sonuncunun telefon zənglərinə cavab verməmişdir. Səbəb isə Zaurun narkotiklərdən istifadə edən şəxslərlə yenidən əlaqə saxlaması olmuşdur. Hadisə baş verən gün saat təxminən 18:00 radələrində o, yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən mağazaya getmişdir. O, mağazaya gedərkən Zaurun idarə etdiyi avtomobil onun yanında dayanmış və Zaur ona avtomobilə oturmağını demişdir. O da Zaurun idarə etdiyi avtomobilin qabaq oturacağına oturmuşdur. Həmin vaxt avtomobilin arxa oturacağında Zaurun anası Şahid oturmuşdur. Avtomobildə Zaur ondan soruşmuşdur ki, “sən nə üçün mənim telefonlarıma cavab vermirsən?”. O da Zaura demişdir ki, “Zaur, sənin əhatəndə normal adamlar yoxdur, ona görə də səninlə münasibət saxlamıram”. Onun bu sözü Zaurun xoşuna gəlməmiş və sonuncu avtomobili bir neçə metr sürdükdən sonra saxlayıb ona demişdir ki, “düş aşağı”. O da etiraz etməyərək avtomobildən düşmüşdür. Onunla birlikdə Zaur da avtomobildən düşmüşdür. Sonra onlar bir qədər oradan uzaqlaşmışlar. Onlara kənara çəkildikdən sonra Zaur onunla mübahisə etməyə başlamışdır. Zaurun onunla mübahisə etməsinin səbəbi – onun Zaurun telefonlarına cavab verməməsinin Zaura pis təsir etməsi ilə yanaşı, onun Zaurun avtomobilinə təxminən 500 manat məbləğində ziyan vurması olmuşdur. Zaur mübahisə etdiyi vaxt həmin 500 manatı qaytarmasını, ya da maşını təmir etdirməyini ondan tələb etmişdir. O da hazırda imkanı olmadığından 500 manatı qaytara bilmədiyini və maşını sonra təmir etdirəcəyini demişdir. Bu məsələyə görə onların arasındaki mübahisə daha da gərginləşmişdir. Həmin vaxt ətrafda heç kim olmamışdır. Eyni zamanda Şahid da onların mübahisə etdikləri ərazidən xeyli uzaqda qalmışdır. Mübahisə zamanı o, ani olaraq bədəninin sol hissəsində istilik hiss etmiş və əlini sol tərəfə apardıqda, əlində qan olduğunu görmüşdür. O, həmin vaxt başa düşmüşdür ki, Zaur onu bıçaq ilə vurmuşdur. Lakin o, Zaurun onu vurarkan əlində bıçaq olmasını görməmişdir. Bundan sonra Zaur ondan uzaqlaşaraq öz avtomobilinə getmişdir. O isə həmin vaxt yoldan keçən taksi ilə 3 saylı Kliniki Xəstəxayana getmişdir. Xəstəxanada həkimlər onun yarasına baxmışlar və sonra onu təcili olaraq əməliyyat otağına aparmışlar. Sonra o, xəstəxanada əməliyyat olunmuşdur. O, heç vaxt Zaurun anası Mafiyədən Zauru həbsdən azad etməkdə köməklik göstərilməsi üçün 3.000 manat pul almamışdır. Zaur həbsdə olduğu zaman onun Zaurun anası ilə tez-tez görüşməsinin səbəbi onun Zaurun anası Mafiyənin Zaurun saxlanıldığı təcridxanaya aparıb-gətirməsi ilə bağlı olmuşdur. Hadisə baş verərkən Zaurla arasındaki mübahisənin səbəbi onun Zaurun maşını ilə qəzaya uğraması ilə əlaqədar onun Zaurun maşınına təxminən 500 manat məbləğində zərər vurmağı olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs onun yaşadığı evin yaxınlığında yaşamışdır. Həmin vaxtdan o, Rəşadı və sonuncunun valideynlərini qonşu kimi tanımışdır. 2021-ci ilin iyul ayının əvvələrində Rəşad ona Zaurun həbsdən çıxarılmasına köməklik göstərə biləcəyini və buna görə də 3.000 manat pul lazım olduğunu demişdir. O da Rəşada pulu hazır etdikdə, xəbər edəcəyini və gəlib pulu götürməsini demişdir. Bir neçə gündən sonra o, pulu hazır etmiş və Rəşada zəng edərək demişdir ki, “pul hazırdır, gəlib götürə bilərsən”. Sonra Rəşad onun yaşadığı evə gəlmiş və ondan 3.000 manat pulu götürmüşdür. 19 oktyabr 2021-ci il tarixdə onun oğlu Zaur Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən həbsdən azad edilmişdir. Zaur evə gəldikdə o, Zaura demişdir ki, “sənin həbsdən azad olunmağına görə Rəşad məndən 3.000 manat pul alıb”. Zaur onun sözlərindən əsəbiləşərək ona öz iradını bildirmişdir. Bundan sonra Zaur Rəşadın mobil telefonuna zəng etmişdir. Zaur Rəşad ilə telefonda danışarkən demişdir ki, “anamdan aldığın 3.000 manat pulu qaytar”. Rəşad da telefonda Zaura demişdir ki, “pulu öz ehtiyaclarıma xərcləmişəm. Hazırda pulum yoxdur, qısa müddətdə qaytaracam pulu”. 22 oktyabr 2021-ci il tarixdə Zaur yenidən Rəşada zəng etmiş və sonuncudan niyə pulu vermədiyini soruşanda Rəşad Zaura telefonda demişdir ki, “evdəyəm, gəl burada söhbət edək”. Bundan sonra Zaur onunla birlikdə Rəşadın Binə qəsəbəsində yaşadığı evə getmişdir. O, Zaur ilə Rəşadın yaşadığı evin küçəsinə döndükdə, onlar sonuncunun piyada yol getdiyini görmüşlər. Zaur avtomobilini Rəşadın yanında saxlayaraq sonuncuya avtomobilə minməsini demişdir. Rəşad avtomobilə mindikdən sonra Zaur Rəşada “anamın pulunu niyə qaytarmırsan?” demişdir. Rəşad da Zaura demişdir ki, “hazırda sənə verməyə pulum yoxdur”. O da bu vaxt Rəşada “əgər pulu verməyəcəkdinsə nə üçün bizi bura gətizdirmisən?” demişdir. Onun bu sözünün qarşısında Rəşad heç nə deməmişdir. X7 bu sözündən əsəbiləşərək Rəşad ilə mübahisə etməyə başlamışdır. Bundan sonra Rəşad da əsəbiləşərək avtomobildən düşmüşdür. Rəşaddan sonra Zaur da avtomobildən düşərək Rəşadın arxasınca getmişdir. Sonra Zaurgil avtomobildən uzaqlaşmışlar və o, Zaur ilə Rəşadı görə bilməmişdir. Təxminən 5 dəqiqədən sonra Zaur əsəbi halda avtomobilə qayıdaraq, sükan arxasında əyləşmişdir. O, Zaurdan soruşmuşdur ki, “sən nə üçün belə əsəbisən?”. Zaur heç bir söz deməyərək avtomobili idarə edərək onu evə aparmış və sonra çıxıb getmişdir. Bundan sonra polis əməkdaşları onlara gələrək Zaurun Rəşada bıçaqla xəsarət yetirdiyini bildirmişlər. Onun bundan başqa hadisə barədə məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-316/2021 saylı hökmündən (cild 1, iş vərəqə 104-109) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə əlavə edilməklə oonun üzərində 01 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 5-10) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, hadisə baş verdikdən sonra bıçağı hansı istiqamətə atdığını, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 11) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 32-33) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(010)-536/2021 saylı qərarından (cild 1, iş vərəqə 58-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 1156 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 159-160) görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 73) görünür ki, 22 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs bıçaq ilə Zərərçəkmiş şəxs vuraraq sonuncuya bədən xəsarəti yetirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 92-94) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif vaxtlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 128 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə məhkum olunmuş, sonuncu dəfə isə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 15 sentyabr 2021ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin 2789 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 152-153) görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixoapatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin laktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 5140 nömrəli rəyindən (cild 1, iş vərəqə 155-156) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 yanvar 2022-ci il tarixli Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin məktubundan (cild 1, iş vərəqə 117) görünür ki, cinayət hadisəsi zamanı silah qismində istifadə edilmiş bıçağın yerini müəyyən edib istintaq təqdim etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 1(103)-143/2022 saylı qərarından (cild 1, iş vərəqə 110-116) görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-316/2021 saylı hökmündən verilmiş apellyasiya protesti təmin edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq olunaraq Təqsirləndirilən şəxs üzərində 05 (beş) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 70 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 130-131) görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət - döş qəfəsinin daxilə-plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əyşa (ola bilsin bıçaq), təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 22 oktyabr 2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2022-ci il tarixli əməlin tövsif olunması haqqında qərardan (cild 1, iş vərəqə 132) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 140- 141) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 yanvar 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-36/2022 saylı qərarından (cild 1, iş vərəqə 167-169) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Bayram oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətinə, yəni 24 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 177) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 178-185) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilməklə ona həmin maddə ilə yenidən ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120, 126.2.3 və 131-ci maddələri ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, Şahid və Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatların araşdırılması və Zərərçəkmiş şəxs əməlllərinə hüquqi qiymət verilməsindən ötrü hazırki cinayət işindən material ayrılaraq Suraxanı rayon prokurorluğu vasitəsilə ərazi aidiyyəti üzrə Nizami rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 187-188) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-104/2022 saylı qərarından (cild 1, iş vərəqə 219-222) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Bayram oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri 20 (iyirmi) gün müddətinə, yəni 16 mart 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 aprel 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 273) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2015-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-222/2015 saylı hökmündən (cild 1, iş vərəqə 96-103) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21.06.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçi ilə birlikdə həmin sübutlara dair öz etirazlarını bildirmiş, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş sübutları və irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara həm məcmu halda, həm də ayrı-ayrılıqda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birlərini tanımışlar və onların arasında dostluq münasibətləri olmuşdur. Cinayət hadisəsi baş verməmişdən bir necə ay əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində cinayət işi başlanmış və daha sonra həmin cinayət işinə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarından biridir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbsdə saxlanıldığı vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs anası Şahid ümumilikdə 3.000 manat məbləğində pul vəsaiti almışdır. Zərərçəkmiş şəxs Şahid ümumilikdə 3.000 manat məbləğində pul vəsaitini alması məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsi ilə yanaşı, həmçinin Təqsirləndirilən şəxs ifadəsi ilə təsdiq edilmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs və onun anası Şahid Zərərçəkmiş şəxs 3.000 manat məbləğində pul vəsaitini həmin vaxt Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və həbsdə saxlanılan Təqsirləndirilən şəxs həbsdən azad olunması və bu məsələdə köməklik göstərmək məqsədi ilə aldığını iddia etsələr də, məhkəmə istintaqında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həbsdən azad olunması məqsədi ilə 3.000 manat pulu Şahid almasını müəyyən emtək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında Zərərçəkmiş şəxs ümumilikdə 3.000 manat məbləğində pul vəsaitini Şahid alması tam şəkildə təsdiq olunmuşdur. Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək 3.000 manat məbləğində pul vəsaitini Şahid almasını inkar etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs 3.000 manat məbləğində pul vəsaitini Şahid almasını inkar edərkən həmin pulu gələcəkdə geri qaytarmamaq məqsədi güdmüşdür. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs həm ibtidai isitntaq zamanı, həm də məhkəmə istintaqında 3.000 manat məbləğində pulu Şahid almasını inkar etməklə obyektiv həqiqəti gizlətməyə çalışmışdır ki, sonradan ələ keçirdiyi pul vəsaitini geri qaytarmasın. Bu səbəbdən də Zərərçəkmiş şəxs 3.000 manat məbləğində pulu Şahid alması cinayət işinin mübahisəsiz hallarından biridir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə mahiyyəti üzrə 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxıldıqdan sonra o, Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, habelə barəsində seçilmiş həbs qətimkan tədbiri həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəz edilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində çıxarılmış məhkəmə hökmü elan edildikdən sonra o, həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü əsasında həbsdən azad olunduqdan sonra Zərərçəkmiş şəxs onun anasından 3.000 manat məbləğində pul aldığını öyrənmiş və bu məsələdən hirslənərək bir neçə dəfə Zərərçəkmiş şəxs aldığı pulu qaytarmasını tələb etmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs pul tələbinə məhəl qoymayaraq və müxtəlif səbəblər gətirərək aldığı pulu geri qaytaraqdan imtina etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə görüşmək istəmişdir. 22 oktyabr 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində Təqsirləndirilən şəxs anası ilə birlikdə idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişdir. Zaur Rəşadın yaşadığı ünvana çatdıqda, Rəşadın piyada hərəkət etdiyini görmüş və sonuncunun yanında avtomobilini saxlayaraq Rəşaddan idarə etdiyi avtomobilə oturmasını tələb etmişdir. Zərərçəkmiş şəxs da avtomobilin qabaq oturacağına oturmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında avtomobildə sözlü mübahisə düşmüşdür. Mübahisəyə səbəb Zaurun Rəşaddan pul tələb etməsi olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulun geri qaytarılmasını tələb etdikdə, Zərərçəkmiş şəxs həmin vaxt imkanının aşağı olduğunu bildirərək həmin vaxt pulu qaytara bilməyəcəyini demişdir. Zərərçəkmiş şəxs belə məzmunda cavab verməsindən sonra Təqsirləndirilən şəxs daha da əsəbiləşmişdir. Bundan sonra avtomobildə yaranmış sözlü mübahisə daha da qızışmışdır. Bu vaxt Zərərçəkmiş şəxs yaranmış gərgin vəziyyətdən qurtulmaq məqsədi ilə avtomobildən düşərək oradan uzaqlaşmaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasınca avtomobildən düşərək sonuncuya yaxınlaşmışdır. Bundan sonra Zaur Rəşadı bir qədər kənara çəkmiş və onlar bir qədər uzaqlaşdıqdan sonra insanların olmadığı yerdə yenidən söhbət etməyə başlamışlar. Bu vaxt Təqsirləndirilən şəxs həmin vaxt üzərində saxladığı bıçaqla qəflətən və heç bir əsaslı səbəb olmadan, başqa sözlə, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs döş qəfəsinə 1 (bir) dəfə qəsdən xəsarət yetirməklə sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Qeyd edilənlər də cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, cinayət hadisəsi baş verənədək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı qanunsuz və əxlaqsız hərəkətlər sərgiləməmiş, eyni zamanda pul tələbi ilə bağlı pulu qaytarmaqdan imtina etməmiş, əksinə həmin vaxt imkanının aşağı olması səbəbindən sonra pulu qaytaracağını Təqsirləndirilən şəxs bildirmişdir. Lakin zərərçəkmiş şəxsin bu kimi hərəkətləri Təqsirləndirilən şəxs xoşuna gəlməmiş və o, zərərçəkmiş şəxsin hərəkətlərini özünə qarşı sərgilənmiş neqativ hərəkət kimi qəbul edərək Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, məhkəmə istintaqında təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsi anınadək zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı qanunsuz və əxlaqsız hərəkətlər, habelə zoraki hərəkətlər etməsi, o cümlədən təqsirləndirilən şəxs üçün təhlükə törətməsi halları da təsdiq edilməmişdir. Belliklə, məhkəmə belə nəticəyə gəlir ki, 22 oktyabr 2021-ci il tarixdə, təxminən saat 18:00 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə sözlü mübahisə edən zaman heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla qəflətən Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə qəsdən 1 (bir) dəfə vuraraq Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edir və belə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayət əməlini təşkil edir. Qeyd edilən cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətdən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 1(007)-316/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, daha sonra Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 1(103)-143/2022 saylı qərarı ilə birinci instansiya məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilərək ona azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan ağır cinayət əməlini 21 oktyabr 2021-ci il tarixdə törətməsi cinayətlərin residivini təşkil etmir, lakin qeyd edilən hal özü-özlüyündə Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusunu yaradır. Məsələ ondan ibarətdir, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə (barəsində məhkəmə hökmü çıxarılsa) və həbsdən azad edildiyi gündən 1 (bir) gün sonra ağır cinayət törətsə də, ağır cinayəti törədərkən barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü mövcud deyildir. Bu isə o deməkdir ki, onun əməlində cinayətlərin residivi yoxdur. Lakin Təqsirləndirilən şəxs həbsdən azad edildikdən sonra onun yenidən cinayət törətməsi Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təqsirli bilindiyi həmin Məcəllənin 126.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarı əsasında onun üzərində saxlanılmış 5 (beş) ay 12 (on iki) gün çəkilməmiş azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində işin bütün halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, habelə törədilmiş cinayət əməlinin zoraki cinayət kateqoriyasına daxil olmasını, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməklə həbsdən azad edildikdən 1 (bir) gün sonra yenidən ağır cinayət əməlini törətməsini, başqa sözlə, təqsirləndirilən şəxsin yeni cinayətlər törətməyə meyilli olmasını məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarı ilə təyin edilmiş (üzərində saxlanılmış) cəza ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 1(103)-143/2022 saylı qərarı ilə təyin edilmiş 05 (beş) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və cinayətlərin məcmusu üzrə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 24 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar