Məhkəmə qərarları › İş №1(101)-836/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-836/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-836/2024 01.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi5, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 83-də qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx xxxxx 1977-ci il tarixdə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron Küçəsi ,döngə 9, ev 17A-da qeydiyyatda olan və yaşayan, barəsində 04 avqust 2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx xxxxxxx 1982-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, ali təhsilli, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan və Bakı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 43də yaşayan, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə torpaq sahəsi almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs ucuz qiymətə torpaq sahəsi axtardığını, pulu olduğunu öyrənib əlinə yaxşı fürsət düşdüyünü, lakin həmin pulu təkbaşına ələ keçirə bilməyəcəyindən ehtiyatlanıb özünə möhkəm tərəfdaşlar taparaq əvvəldən tanıdığı Təqsirləndirilən şəxs3, həmçinin sonuncu vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs2 ilə bir araya gəlib etibardan sui-istifadə etmə və aldatma yolu İlə özgənin əmlakını ələ keçirmək barədə razılaşdıqdan sonra əlində pulu olan müştərisi Zərərçəkmiş şəxs barədə bildirib Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olan cinayətkar razılığa əsasən Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən faktiki olaraq X8 Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyində olan 1447,0 kv.m. ölçüdə torpaq sahəsini göstərib Təqsirləndirilən şəxs2 həmin torpağın sahibi kimi təqdim edərək hüquq verən və ya vəzifədən azad edən rəsmi sənəd hesab edilməyən, hər-hansı möhür və ştampla təsdiq edilməyən Nardaran bələdiyyəsindən əldə etdikləri xx.xx.2023-cü il tarixli «Vergi ödəyicisinin uçota alınması haqqında» müqaviləni təqdim etməklə həmin sənədlə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etməyin mümkün olduğuna dair yalan məlumatlar verib etibarını qazanıb inandırmaqla torpaq sahəsini bazar qiymətin nisbətən ucuz qiymətə satıldığını bildirməklə aldadıb bu üsulla xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən «Dadaşda» çay evində beh adı ilə 6000 manat pulunu, sonra isə Təqsirləndirilən şəxs2lə birlikdə xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən «Dəmkeş» adlı çay evində həmin dövrə olan məzənnə ilə 51000 manat təşkil edən 30000 ABŞ dollar pulunu vahid niyyətlə əhatə edilən qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq yolu ilə əldə etdikləri həmin məbləğdəki pul vəsaitini Təqsirləndirilən şəxs3 vəTəqsirləndirilən şəxs2lə birlikdə aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 57000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, son 12 ildir ki, qanuni olaraq “Sea Breezdə” alqı satqı fəaliyyəti ilə məşğuldur. Vergi ödəyicisi kimi qeydiyyatdan da keçmişdir. “Sea Breeze”də ofisi belə vardır. Vəfadar da ofis işlətmişdir. Vəfadar şəhərdən alqı-satqı ilə əlaqədar müştərisi olduğu hallarda ona yönləndirmişdir. Hadisə ilə əlaqədar Vəfadar onu Elxan adlı şəxslə tanış etmiş, Elxan ona torpaq lazım olduğunu bildirdikdə ona mülkiyyət hüququ rəsmi qaydada qeydiyyata alınmış, qiyməti 130000 və 100000 manat olan torpaq sahələri, həmçinin atasından qalan torpaq sahəsini təklif etmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsi 25 ildir ki, onların ailəsinə məxsusdur. Həmin torpaq sahəsi İcra hakimiyyətinin sərəncamı ilə Məlik adlı şəxsə məxsus olmuş, Məlik torpağı şifahi formada atasına versə də 6 il bundan əvvəl Məlikə torpaq üçün etibarnamə verilmədiyini bildirdiyinə görə sonuncu ona müddəti 2040-cı ilə qədər davam edən etibarnamə vermişdir. Torpaqların qiymətləri yerləşmə yerinə görə dəyişir. Elxanla Ramo bütün torpaq sahələrinə baxmış, münasib qiymətə olduğu üçün atasından qalan torpağı seçərək müvafiq zəruri sənədləri özlərinin düzəldəcəklərini bildirmişdirlər. Həmin torpaq sahəsinə aid evdə bəzi sənədlərinin olduğunu bildirdikdə Elxan ona bələdiyyədən zibil pulu arayışının gələcəkdə mülkiyyət hüququnun qeydə alınmasına dair sənədin əldə edilməsi üçün kifayət etdiyini bildirmişdir. Elxan ona torpağı alan şəxsin “güclü” olmasını bildirmiş, müvafiq sənədləri özünün düzəldə biləcəyini vurğulamışdır. Ramo adlı şəxsi birinci dəfə Elxanla birlikdə torpaq sahəsinə baxmaq istəyərkən görmüşdür. Elxan ona Ramonun o torpaqdan xoşu gəlməsini bildirmişdir. Bələdiyyədən arayış almaq üçün getdikdə bələdiyyədən həmin sənədin “torpağa dair mülkiyyət hüququnu təsdiq edən Çıxarışın” əldə edilməsi üçün yetərli olmadığını bildirmələri barədə məlumatı həm Ramoya, həm Elxana deməsinə, nümunə kimi bələdiyyədən aldığı sənədin şəklini “whatshapp” vasitəsilə Elxana atmasına baxmayaraq Elxan bu sənədin “çıxarış” əldə edilməsi üçün yararlı olduğunu qeyd etmişdir. Ramo adlı şəxsə isə sənədin şəklini Elxana göndərmişdir. Torpağın alqı-satqısı üçün çayxanada Ramo, başqa bir şəxs və Elxan ilə görüşmüşdür. Onu çayxanaya Kamran adlı şəxs aparmışdır. Nümunə kimi bələdiyyədən aldığı sənədi stolun üzərinə qoyub əllərini yumaq üçün getmiş, qayıdarkən ağ sellofan paketə bükülü vəziyyətdə pulun stolun üzərində olduğunu görmüşdür. Sənəddə haraya imza atılacağını xatırlamadığı üçün Kamranı oraya çağırmış, Kamran Ramoya haraya imza atılacağını dedikdən sonra Ramo həmin sənədi imzalamışdır. Ramo sənədi imzaladıqdan sonra pulu Elxana, Elxan isə ona vermişdir. Orada 30000 dollar məbləğində pul olmuşdur. Evdə köhnə sənədlərin də olduğunu bildirdikdə Ramo bir həftəyə kəndə gələcəyini həm bələdiyyədən sənədə möhür vurduracağını, həm də onda olan sənədləri götürəcəyini bildirmişdir. Pula görə gəlmədiyini, pulu sənədlər düzəldikdən sonra alacağını bildirsə də Ramo pulun götürülməsini təkid etmiş və digər sənədlərin hazırlanmasını tapşırmışdır. Aralarında olan razılaşmaya əsasən bir həftə ərzində sənədlərin hazırlanması müəyyən edilmişdir. 30000 ABŞ dollarından başqa Elxan ona ofisdə 2000 manat beh də vermişdir. 1000 manat pul vəsaiti isə bütün sənədlər ona təqdim edildikdən sonra verilməsi nəzərdə tutulmuşdur. Pulun verildiyi günün ertəsi polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt 2000 manat beh pulu da üzərində olmuşdur. Ailəsi ilə əlaqə saxlayaraq geridə qalan pulun da gətirilməsini xahiş etmişdir. Xeyriyyəçilik ilə məşğul olur, həmin torpağı kənddə böyük bir soyuducu inşa etdirmək üçün satmışdır ki, əhali oraya öz məhsularını qoysun. Ona 53000 məbləğdə pul vəsaiti çatmış, həmin puldan 1600 manat məbləğ məbləği Vəfadara vermişdir. Vəfadar ümumiyyətlə bu işlə bağlı danışıqlarda iştirak etməmiş, ancaq Elxanı qarşılamaq məqsədilə ona telefon nömrəsi vermiş, işin gedişatı barədə məlumatı olmamışdır. Kənddə həmin torpaq sahəsinin ona atadan qalması barədə hamı məlumatlı olmuşdur. Həmin torpaq sahəsini 48000 manata, sonradan evdə məsləhətləşərək 53000 manata satmağa qərar vermişdir. Elxana ondan aldığı 53000 manat pul vəsaitinin 1600 manatını Vəfadara verəcəyini, 1400 manatı isə sənədlərin düzəldilməsinə sərf edəcəyəni bildirmişdir. Ramoya bəhs etdiyi evdə olan sənədlər həmin torpaq sahəsinə dair sərəncam sənədi və xəritədən ibarət olmuşdur. Həmin sənədlərlə torpağı özəlləşdirmək olurdu. Torpaq sahəsini özəlləşdirməməsinin səbəbi, həm vaxt məhdudluğu, həm Məlik adlı şəxsin ölməsi, sonuncunun həyat yoldaşının Rostovda yaşaması, vərəsəlik proseslərinin uzun olması ilə əlaqədar olmuşdur. Ramoya təqdim etdiyi sənədin torpaq sahəsinin özəlləşdirilməsi üçün yararsız olmasını bildirsə də sonuncu öz tanışları vasitəsilə bunu edəcəyini bildirmişdir. Cinayət işi materiallarına olan sənədləri iş artıq prokurorluqda olarkən tapmışdır. Zərərçəkmiş şəxsə həmin sənədlərdən bəhs etdikdə sonuncu heç o sənədlərə ehtiyacı olmadığını, ona bələdiyyə sənədinin lazım olduğunu bildirdi. Ramo əgər ondan pulunu istəsəydi qaytarardı. İbtidai istintaq dövründə 53100 manatın hamısı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, bütün “maklerlərin” birliyini təsis edən şəxsdir. Təqsirləndirilən şəxs2 də Nardaran ərazisində qanuni əsaslarla ev alqı-satqı fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Elxan ona zəng edərək Nardaran ərazisində alqı-satqı etmək üçün torpaq sahəsi lazım olduğunu bildirdikdə Yusiflə əlaqə saxlamış, sonuncunu Elxanla əlaqələndirməsinin mümkünlüyü barədə fikrini soruşduqdan sonra onun icazəsi ilə Yusifin nömrəsini Elxana vermişdir. Nə sonrakı danışıqlarda, nə də görüşlərdə onun iştirakı istisna olunmuşdur. Tərəflər öz aralarında razılaşdıqdan sonra Elxan torpaq sahəsinin bəyənildiyini, beh verildiyini bildirərək xidmət haqqı olaraq aldığı məbləğin 0,1 % şirkətə ödənilməsi üçün hesab nömrəsini istəmiş, həmin hesaba 500 manat pul vəsaiti köçürülmüşdür. Alqı-satqı həyata keçirildikdən sonra isə Yusif ona zəng edərək torpaq sahəsinin satıldığını bildirərək və 3 % şirkət haqqının ödənilməsi üçün ondan şirkətin hesab nömrəsini istəmişdir. Elxan və Yusif ümumilikdə şirkətin hesabına 2100 manat pul köçürtmüşdürlər. Hansı torpaq sahəsinin satılmasından, zərərçəkmiş şəxsin kim olmasından xəbəri olmamışdır. Kürəkəni tərəfindən onun hesabına keçirilmiş 2100 manat ibtidai istintaq dövründə zərərçəkmiş şəxsə qaytarılmışdır. Aralarında hansısa cinayət əməlinin törədilməsi barədə hər hansı razılıq olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, elanları evdə olarkən müvafiq internet səhifələrinə yerləşdirmişdir. Gecə saat 12-nin yarısı, 12-ə qalmış ona “Ramo” adlı tanımadığı şəxs ona zəng edərək, Bakıxanov ərazisində yerləşən evlə bağlı elanla maraqlandığını bildirdikdə sonuncuya gec olduğunu bildirmiş, ev sahibi ilə danışdıqdan sonra Ramo ilə sabah görüşərək ona 5-6 ev göstərmiş, sonuncu təklif edilən bütün evlərdən mtina etmiş, Mərdəkan, Nardaran ətrafında torpaq sahəsi almaq istədiyini qeyd etmişdir. Vəfadara zəng edib həmin ərazilərdə fəaliyyət göstərən “makler”lərdən birinin nömrəsini istəmiş, sonuncu ona Yusifin nömrəsini vermişdir. O, Ramo ilə birlikdə Yusiflə görüşmüş, Yusif “Sea Breeze” ərazisində 130 000 manatlıq bir torpaq göstərmiş, həmin torpaq sahəsinin son qiyməti kimi Yusif 125 000 manat təklif etmişdir. Ramo həmin yeri bəyəndikdən 1-2 saat sonra onu görüşmək üçün Günəşliyə dəvət etmişdir. Görüş zamanı qaynının Ukraynada işləməsini, həmin torpaq sahəsini 170 000 manata qaynına satmaq istəməsini, satılan torpaqdan əlavə olaraq qaynından 10 000 manat alıb ona verəcəyi barədə təklifi ilə razılaşmamış, torpağı hansı qiymətə satmaq istəməsinin onun öz işi olması, satışdan onlara yalnız 6-7 000 manat pul verilməsininin kifayət etdiyini bildirmişdi. Bu söhbətdən sonra Ramo torpaq sahəsinin “Sea Breeze”in ərazisinə düşdüyü üçün almaq istəmədiyini bildirmişdir. Bir gün sonra Ramo onunla Neftçilər ərazisində görüşmək istədiyini təklif etsə də o, Ramo ilə görüşməmiş, hətta sonuncu ona yol xərcləri üçün 100 manat ödəyəcəyini bildirərək ondan kart hesabı istəmişdir. Ramonun göstərdiyi hər yeri bəyənməməsindən şübhələnərək hətta video-çəkiliş də etmiş və dostlarına göndərmişdir ki, Ramo adlı şəxs vasitəsilə siyasi fəaliyyətinə görə onun barəsində hər hansı cinayət işi başlanılması planlaşdırılır. Belə ki, bu hadisədən öncə 9 dəfə siyasi fəaliyyətinə görə həbs edilmişdir. Ramo sənədsiz torpaq istədiyini, Müdafiə Nazirliyində general Nail Osmanov adlı şəxsin torpağın sənədləşdirərəcəyini ona bildirikdən sonra eyni xüsusatları Yusifin diqqətinə çatdırmış, Yusif həmin günü ona yenə də iki, həm “çıxarışlı”, həm də atasına məxsus “çıxarışsız” torpaq sahəsini ona göstərmişdir. O da Ramoya zəng edərək həm çıxarş sənədi olan, həm də belə sənədi olmayan torpaq sahələrinin olduğunu bildirmiş, Ramo “Çıxarış” sənədi olmayan torpaq sahələrinin şəkillərini çəkdikdən sonra oradan uzaqlaşmış, bir gündən sonra ona zəng edərək “Tarqoviy” ərazisində görüşməyi təklif etmiş, görüşdükləri kafedə Cavidan adlı şəxs də olmuşdur. Görüşmə səbəblərini bilməsə də görüş zamanı Ramo əlində olan 50 manatlıq pul dəstəsini ona verərək 6 000 manat pul olduğunu bildirərək pulu saymağını xahiş etmiş, bəyəndikləri torpaq sahəsinin alınmasını ona təklif etmişdir. Yusifin yanına gələrək Ramonun həmin torpaq sahəsini almasını istədiyini bildirərək aldığı behin 2000 manat pul məbləğində hissəsini sonuncuya vermiş, 500 manatını isə Vəfadarın kart hesabına ödəmişdir. Belə ki, o, torpaq sahəsi hələ satılmadan öz faizini verilmiş beh məbləğindən çıxmışdır. Yusif ona sənədin bir həftəyə hazır olacağını bildirmişdir. O, Yusifin sözlərini Ramoya çatdırsa da sonuncunun təkidi ilə Yusiflə yenidən telefon zəngi vasitəsilə əlaqə saxlamış Ramonun sənəd istədiyini bildirmişdir. Yusif ona əlində bir sənədin olduğunu, lakin həmin sənədə “pul” düşmədiyini bildirərək ona göndərdiyi sənədin şəklini Ramoya ünvanlandırmışdır. Həmin sənəd “Bələdiyyənin zibil sənədi” olmuşdur. Ramo həmin sənədin işinə yarayacağını qeyd edərək axşam saat 6-7 radələrində “Razin” deyilən ünvanda görüşməyi təklif etmiş, Yusif, o və Ramo çayxanada görüşmüş, “Bələdiyyənin zibil sənədi” Ramoya göstərilmiş, Yusifin qardaşı gəlib ondan hansı hissəsinin imzalanmalı olduğunu göstərdikdən sonra Ramo müvafiq sənədi imzalamış, 30000 ABŞ dolları məbləğində pulu ona, o isə Yusifə vermişdir. Ramo pulu ona verərkən 1000 manat kəsir olduğunu, Yusif isə həmin pulu sənədlər tam hazır olduqdan sonra verə biləcəyini bildirdi. O, indiyə kimi Bələdiyyə sənədi ilə torpaq satmamışdır. Ramo ona ucuz torpaq sahəsi tapdığına görə əlavə olaraq pul ödəyəcəyini bildirdiyinə görə hadisənin səhərisi günü ona səhər saat 10-11 radələrində zəng edərkən çay evində görüşməyi təklif etdikdə həmin pul məbləğini ödəyəcəyini düşündüyü üçün razılaşdıqları yerə getmiş, lakin avtomobildən düşən kimi polis əməkdaşları təfərindən saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə aparılmışdır. İdarədə artıq cinayət işinin açıldığı bildirilmişdir. Yusiflə aralarında üzləşmə istintaq hərəkəti aparılmış, sonuncu 53000 manat məbləğindəki pulu ona qaytardığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən Elxan və Yusifi tanımış, Vəfadarı ümumiyyətlə tanımamışdır. Sonuncunu yalnız ibtidai istintaq zamanı aralarında üzləşdirilmə aparılarkən görmüşdür. İnternet səhifəsində yerləşdirilmiş ev elanlarına baxarkən Elxan tərəfindən yerləşdirilmiş elanı görərək axşam saat 11-12 radələrində onunla əlaqə saxlamış, zəng edib həmin evə baxmaq istədiyini bildirmiş, sonuncunun ünvanlandırdığı şəxslə həmin evə getmiş, lakin bəyənməmişdir. Özünün təklifi ilə Elxan ona Saray qəsəbəsində göstərdiyi başqa evi isə uzunmüddətli təmirə ehtiyacı olduğu üçün istəmədiyini, fikrinin dəyişdiyini, torpaq sahəsi almaq istədiyini bildirmiş, Elxan ona torpaq sahəsi tapdığını qeyd etmişdir. Nardarana torpaq sahəsinə baxmağa gedərkən yoldan Yusifi də özləri ilə götürmüşlər. Həmin torpaq sahəsinə barəsində mülkiyyət hüququna dair çıxarış olsa da ərazisi plana düşdüyünü öyrəndikdən sonra almaqdan imtina etmiş, ona başqa torpaq sahəsi göstərilmiş, Elxan həmin torpaq sahəsinin Yusifin atasına məxsus olduğunu, mülkiyyət hüququna dair çıxarış sənədinin olmamasını, yalnız müvafiq bələdiyyə sənədlərinin olduğunu qeyd etmişdir. Elxan və Yusif onu həmin sənəd əsasında gələcəkdə torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması üçün çıxarış əldə edə biləcəyinə inandırmışdır. Həmin torpaq sahəsinin qiyməti aralarında 58 000 manata razılaşdırılmışdır. Elxanın tələbi ilə torpaq sahəsi üçün 6 000 manat beh verilmiş, tam məbləğ yəni, 30 000 ABŞ dolları isə Razində yerləşən kafedə Elxan, Yusif və tanımadığı şəxsin iştirakı ilə ödənilmiş, Elxangil pulu saydıqdan sonra Yusifə vermişlər. O, Elxana əlavə pul verəcəyini də bildirmişdir. Yanında olan dostunun verilən sənədin yoxladılması barədə təklifi ilə razılaşaraq yol üstü yerləşən ev alqı-satqısı fəaliyyəti ilə məğul olan ofisə yaxınlaşaraq torpaq sahəsinə dair ona təqdim edilmiş sənəd əsasında gələcəkdə çıxarış əldə edilməsinin mümkünlüyünün yoxlanılmasını xahiş etmiş, ona həmin sənədin “zibil pulu sənədinin” olduğu bildirildikdən sonra aldadıldığını dərk edərək ərizə ilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etmişdir. Vurulmuş ziyanla əlaqədar Yusif ona 30 000 ABŞ dolları, Vəfadar isə 2100 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs ona məhkəmə iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən təqdim edilən 3900 manat pul vəsaitini qəbul etmək istəmədiyini, digər təqsirləndirilən şəxslərlə barışsa da Təqsirləndirilən şəxs1lə barışmaq istəmədiyini bildirmişdir. Belə ki, sonuncu onu sosial şəbəkələrdə biabr etmiş, mənəvi zərər yetirmişdir. Verilmiş suallara cavab verərkən zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ofisini tanıdığını, lakin na ofisə getmədən, nə də Elxana zəng etmədən birbaşa Polis Bölməsinə şikayət etməsinin səbəbi onu aldadan şəxslərlə həmsöhbət olmaq istəməməsi ilə izah etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, Bakıxanov qəsəbəsində daşınmaz əmlak agenti kimi fəaliyyət göstərir, bir nəfər tanımadığı şəxs çalışdığı ofisə yaxınlaşaraq ona sənəd təqdim edərək, həmin sənəd əsasında torpaq sahəsi barəsində alqı-satqı həyata keçirilməsinin mümkünlüyünü soruşmuş, o isə həmin sənədin torpağa dair vergi müqaviləsinin olduğunu, həmin sənəddə heç adının olmadığını bildirdiyini qeyd etdikdən sonra qeyd edilən şəxs ofisdən uzaqlaşaraq getmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid4 ifadə verərək bildirmişdir ki, hadisə günü Yusif onunla telefon zəngi vasitəsilə əlaqə saxlayaraq maşınının xarab olduğu üçün bələdiyyədən ona aid sənəd olduğunu, həmin sənədi gətirməsini xahiş etmiş, sənədi götürərkən müvafiq bələdiyyə işçisi ona sənəddə hansı qrafanın imzalanmalı olmasını ona göstərmiş, həmin sənədin vergiyə cəlb olunma sənədinin olduğunu bildirmişdir. Sənədin verildiyi torpaq sahəsi Təqsirləndirilən şəxs2 atasına məxsus olmuşdur. Sənədi Yusifə verdikdən sonra sonuncunu xahişi ilə Bakıxanov ərazisinə aparmış, çatdıqdan 5-6 dəqiqə sonra onu da oturduqları kafeyə dəvət etmişlər. Orada Yusifin yanında Elxan və Ramo olmuşdur. Sənəddə hara imza etməli olduqlarını tərəflərə izah etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, vergi müfəttişi vəzifəsində çalışır, Nardaran Bələdiyyəsinin sədri ona zəng edərək Yusifin gələcəyini və vergi qeydiyyatına alınma ilə bağlı sənədin nümunəsini sonuncuya verilməsini tapşırmışdır. Müvafiq torpaq sahəsi Təqsirləndirilən şəxs2 atasına məxsus olmuş, Yusifin əvəzinə sənədi götürmək üçün Şahid4 bələdiyyəyə gəlmiş, həmin sənədi o sonuncuya vermiş, imza yerlərini Şahid4 göstərmişdir. Həmin sənəd nümunə üçün verildiyindən möhürlənməmiş və imzalanmamışdır. Hazırki günə kimi müvafiq torpaq sahəsinə görə vergi ödənilməmişdir. Ona Ramonun şəxsiyyət vəsiqəsinin sürəti verilsə də sənəd nümunə qismində verildiyi üçün orada sonuncunun şəxsiyyətinə dair məlumatlar öz əksini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi Təqsirləndirilən şəxs2 atasına məxsusdur. Həmin torpaq sahəsinin vergiyə cəlb edilmə sənədi ilk dəfə 1990-cı ildə icra hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Yusif 2013-cü ildə onun tərəfindən vergiyə cəlb edilmişdir. Belə ki, 1990-cı ildə X4 həmin torpaq sahəsini Yusifgilə satmışdır. torpaq sahəsinə dair mülkiyət hüuqları qeydə alınmamışdır. 2015-ci ildən sonra müvafiq torpaq sahəsinə dair vergi ödənilməmişdir. Belə ki, Yusifə etibarnamə verən şəxs X4 2016-cı il tarixdə vəfat etmiş, tərəfindən verilmiş etibarnamə öz hüquqi qüvvəsini itirmişdir. İcra hakimiyyətinin torpaq barədə verdiyi yerləşmə sxeminə uyğun olaraq torpaq sahəsi vergiyə cəlb edilmişdir. Torpağın vergiyə cəlb edilməsi barədə sənəd Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməlidir. Yusif ona zəng edərək torpaq sahəsini öz adına deyil, başqa şəxsin adına keçirtmək istədiyini bildirdikdə, o, Yusifə həmin şəxsin özünün gəlib ərizə yazmalı olduğunu bildirmişdir. Yusifin xahişi ilə vergiyə cəlb etmə haqqında sənədin nümunəsi ona verilmişdir. Nümunə sənədi yalnız göstərilmək üçün verilmiş, imzalanması nəzərdə tutulmamış, sənəddə hansı hissənin imzalanmasının bidirilməsinə dair Şahid3 hər hansı göstəriş verilməmişdir. Yusif ona avtomobilinin nasaz olduğu üçün gələ bilməyəcəyini və Kamranın gəlib həmin sənədi götürəcəyini bildirmişdir. Nümunə sənədi sonradan onlara qaytarılması şərtilə verilmiş, növbəti gün sənəd Yusif tərəfindən ona qaytarılmış və sonuncu müştərinin razı olduğu təqdirdə birlikdə gələrək ərizə yazıb sənədi imzalayacaqlarını bildirmişdir. Torpaq sahəsinə dair mülkiyyət hüququ qeydə alınmadığından Yusif həmin torpaq sahəsini nə sata, nə də icarə verə bilərdi. Lakin Yusifə də izah edilmişdir ki, torpaq vergisini başqa şəxs ödəsə, özü də ərizə ilə müraciət etsə vergini ödəyən şəxs müvafiq sistemdə qeydiyyata alına bilər. Mübahisəli torpaq ərazisinin icra hakimiyyəti tərəfindən təsdiq edilə sxemində göstərilən sahəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınma müqaviləsində əks olunan sahəsinin ərazisi harasındakı fərq ondan ibarətdir ki, Yusif sonradan qonşudan əlavə olaraq iki sot torpaq sahəsi alaraq əvvəlki sahəyə birləşdirmişdir. Məhkəmə iclasında ibtidai istintaq dövründə dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Zərərçəkmiş şəxs ilə dostluq münasibətlərində olmuşdur. Ramo ona bir neçə dəfə Sabunçu qəsəbəsində həyət evi olduğu halda deməsini ondan xahiş etmişdir. O, Ramoya “gir internetdə bax bəlkə ordan münasib bir yer taparsan gedib ev tikərsən” demişdir. Bundan sonra Ramo ona Elxan adlı maklerlə danışdığını, biriki yerə baxdığını, lakin, xoşunun gəlmədiyini demişdir. O, Ramo ilə görüşmüş, Elxanla birlikdə öz avtomobili ilə, o, da Ramonun avtomobili ilə gedib Sabunçu rayonu Nardaran qəsəbəsində olan torpaq sahəsinə baxmışlar. Elxan həmin yerin bir sotunun qiymətinin 10.000 manat olduğunu demişdir. X15 “amma sizə 60.000 manata verəcəm, özüdə bələdiyyə sənədi ilə qanuni yerdir” demişdir. Ramo razılıq vermiş, bir-iki gün sonra 23 iyul 2023-cü il tarixdə Elxanla bir yerdə ünvan 5 ünvanında «Dadaşda» çay evində görüşmüşlər. Ramo həmin torpaq sahəsinə görə Elxana 6000 manat beh formasında pul vermişdir. Sonra ümumi məbləğdən 3000 manat endirim edilmiş və 57.000 manata həmin yeri almağa razılaşmışlar. İki gün sonra 25 iyul 2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən «Dəmkeş» adlı çay evində Elxan, Yusif və yanlarında olan tanımadığı şəxslə birlikdə Ramo və o, görüşmüşlər. Həmin vaxt Ramo 30.000 ABŞ dolları pul vermişdir. Elxan həmin pulu yanında olan Yusifə ötürmüş, Yusif və yanında olan tanımadığı şəxs pulu sayıb Elxana vermişlər. Elxan pulu rezinləyib sellofana qoymuş və Yusifə vermişdir. Bundan sonra X2 alınan sənəd kimi təqdim etdiyi 4 vərəqdən ibarət sənədləri Ramoya vermiş və yerin sənədi olduğunu demişdir. Elxan Ramoya “narahat olma sənəd qanunidir, qolunu çək və sənədi götür, yerin çıxarışını al” demişdir. Ramo bələdiyyə işçisinin nə üçün gəlmədiyini soruşmuşdur. Elxan isə “onlar sənədi Yusifə verib qolların çəkib sən qalmısan səndə çək sənədi götür” demişdir. Ramo həmin sənədə qol çəkib götürdükdən sonra həmin şəxslərdən ayrılmışlar. Onlar sənədə baxmış, həmin sənəddə möhür və soyad, ad olmadığı üçün onlara təəcüblü gəlmişdir. Onlar Bakıxanov qəsəbəsində yerləşən ev alqısatqısı ofisinə 11 getmişlər. Onlar sənədi ofisdə işləyən şəxsə göstərib sənədin nə dərəcədə düzgün olduğunu soruşmuşlar. Həmin şəxs “sənəd saxtadır, adi bir müqavilədir, bu bələdiyyə sənədi deyil kimdisə sizi aldadıb” demişdir. Ramo tez Elxana zəng etmiş, lakin, zəng çatmamış və həmin gün bir neçə dəfə Elxana zəng etsə də Elxanı tapa bilməmişdir. Ramo aldadıldığını bilmişdir. Bununla da, Yusif və Elxan Ramonu aldadıb 57.000 manat pulunu ələ keçirmişlər. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 17 avqust 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi X16 küçəsi nömrəsiz ünvanda yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin yanında DƏDK və RPMS-nin 1 saylı Bakı ərazi idarəsinin mütəxəssisləri tərəfindən həmin torpaq sahəsi ölçülmüş və 14 sot olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin torpaq sahəsini göstərib torpaq sahəsini 23 iyul 2023-cü il tarixdən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs satmaq istəmişdir. Həmin torpaq sahəsinin eni 40x35 ölçüdə olmaqla dörd tərəfdən qonşular tərəfindən hasarlanmış və bağlı vəziyyətdədir. Torpaq sahəsində hər hansı bir tikili olmamış, boş olmuşdur(Cild 2, iş vərəqə 121-15). 14 avqust 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, ünvan 5 ünvanında yerləşən “Dadaşda” adlı çay evinin video müşahidə kamerasının “Multi Star” yaddaş aparatına baxış keçirilmişdir. Baxış zamanı 24 iyul 2023-cü il tarixdə saat 15:26-da qeydə alınmış görüntüdən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 (qırmızı köynəkdə) içəri daxil olmuş, sol tərəfdə olan masada əyləşmiş Zərərçəkmiş şəxs və Şahid1 yaxınlaşmış, görüşmüş və həmin masada əyləşmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs sağ yan cibindən çıxardığı pulu Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 pulu qəbul edərək saymış və daha sonra həmin pulu masanın üzərinə qoymuş, danışıb söhbət etmiş və nə isə izah etməyə çalışmışdır. Zərərçəkmiş şəxs təqdim etdiyi masanın üzərində olan pulu Təqsirləndirilən şəxs1 şalvarının sol yan cibinə qoyaraq durub getmişdir. 10 dəqiqə müddətində olan həmin video görüntü bir ədəd CD diskə köçürülüb tərəfimdən götürülmüş və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 2, iş vərəqə 1-4). Bakı şəhəri Nardaran Bələdiyyəsinin 28 iyul 2023-cü il tarixli 69 nömrəli məktubundan görünür ki, Nardaran qəsəbəsi X16 küçəsində yerləşən, sözügedən 0,14 ha torpaq sahəsinə baxış keçirilmişdir. Sözügedən ərazi həmin Bələdiyyənin inzibati ərazisinə aid olsa da, Nardaran Bələdiyyəsinin yaranmasından hazırki vaxta qədər elektron xəritənin təqdim olunmaması səbəbi ilə həmin torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olması ilə bağlı hər hansı bir məlumat olmamışdır. Həmin torpaq sahəsi hər hansı bir vətəndaşın mülkiyyətində olmamışdır (Cild 1, iş vərəqə 194). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 30 avqust 2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri mişar daş hasar ilə hasarlanmışdır. Tikili yoxdur. Bundan əlavə faktiki sahə 1447.0. kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə X8 Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsidir. Sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir (Cild 2, iş vərəqə 32). Cinayət işinə əlavə edilmiş Sabunçu rayonu Nardaran Bələdiyyəsi ərazisində sənədsiz istifadədə olan torpaq və əmlak sahəsinə görə ödəniləcək vergi üçün yerli vergi ödəyicisinin uçota alınması haqqında 25 iyul 2023-cü il tarixli 2389 nömrəli müqavilədən görünür ki, həmin müqavilə Zərərçəkmiş şəxs ilə Sabunçu rayonu Nardaran bələdiyyəsinin YVXO-nın rəhbəri X9 arasında bağlandığı göstərilsə də imza qrafasında Şahid3 imza etmişdir (Cild 1, iş vərəqə 6-9). İstintaq zamanı Azercell MMC-dən 21 avqust 2023-cü il tarixli 18334 nömrəli məktubla daxil olmuş bir ədəd diskə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli telefon nömrəsi arasında 25 iyul 2023-cü il tarixdə saat 16:33 dəqiqədə 185 saniyə müddətində, həmin tarixdə saat 17:48 dəqiqədə isə 42 saniyə müddətində danışıq aparıldığı müəyyən edilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** nömrəli telefon nömrəsi arasında 21 iyul 2023-cü il tarixdə saat 10:21 dəqiqədə 107 saniyə müddətində, 22 iyul 2023-cü il tarixdə saat 10:08 dəqiqədə 130 saniyə müddətində, 24 iyul 2023-cü il tarixdə saat 15:19 dəqiqədə 56 saniyə müddətində, 25 iyul 2023-cü il tarixdə saat 11:14 dəqiqədə 107 saniyə müddətində, həmin tarixdə saat 16:51 dəqiqədə 39 saniyə müddətində, saat 18:10 dəqiqədə 134 saniyə müddətində, 26 iyul 2023-cü il tarixdə saat 15:14 dəqiqədə 38 saniyə müddətində, həmin tarixdə saat 15:54 dəqiqədə 14 saniyə müddətində, saat 16:28 dəqiqədə 51 saniyə müddətində və saat 16:33 dəqiqədə 58 saniyə müddətində danışıq aparılmışdır (Cild 1, iş vərəqə 16-28). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Həmin əməl qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi, külli miqdarda ziyan vurmaqla törədilməsi müşaiyət olunquda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunur. Cinayət Məcəlləsinin 177-ci maddəsinə Qeyddən görünür ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyasına görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 , Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilməmələri barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, iş materillarından görünür ki, Zərərçəkmiş şəxs ev almaq məqsədilə internet səhifəsilə Təqsirləndirilən şəxs1 tərəfindən alqı-satqı obyekti qismində yerləşdirilmiş evi taparaq sonuncu ilə əlaqə saxlamış və aralarında ev alqı-satqı agenti və müştəri münasibətləri formalaşmışdır. Digər tərəfdən Təqsirləndirilən şəxs1 tərəfindən tanış olduğu Təqsirləndirilən şəxs2 də ev alqı-satqı agenti kimi tanımış, ofisinin yerini tanımış və hər iki tqəsirləndirilən şəxsin qanuni şəkildə fəaliyyət göstərdiyinə əmin olmuşdur. Aldığı torpaq sahəsinə dair gələcəkdə mülkiyyət hüququnun əldə edilməsinin mümkünlüyü məsələsi isə dəfələrlə tərəfindən həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2lə dəqiqləşdirilmiş, onlar Ramoya torpaq sahəsinin Yusifin atasına məxsus olmasını bildirmişlər. Mübahisəli torpaq sahəsinin faktiki olaraq Təqsirləndirilən şəxs2 atasına məxsus olması iş üzrə dindirilmiş şahid ifadələri ilə təsdiq edilsə də iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nardaran Bələdiyyəsinin 28 iyul 2023-cü il tarixli 69 nömrəli məktubu ilə sözügedən ərazinin 0,14 ha torpaq sahəsi olmaqla yanaşı Bələdiyyənin inzibati ərazisinə aid olsa da həmin torpaq sahəsinin dövlət və ya bələdiyyə, o cümlədən vətəndaşın mülkiyyətində olması müəyyən edilməmişdir. Digər tərəfdən zərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 30 avqust 2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş baxış zamanı həmin torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən sahə X8 Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsi olması müəyyən edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsi ilə də müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs təqdim edilmiş müqavilə yalnız vergi ödəyicisi kimi qeydiyyata alınma müqavilə nümunəsi olmuş, ertəsi gün geri qaytarılması şərtilə Təqsirləndirilən şəxs2 verilmiş, bu səbəbdən həmin müqavilə nə imzalanmamış, nə möhürlənməmiş, imzalanaması və ya möhürlənməsi barədə tərəfindən heç kimə göstəriş verilməmişdir. Təqsirləndirilən şəxs2 digər şəxsin vergi ödəyicisi kimi qeydiyyata alına biləcəyini yalnız özünün və digər şəxsin ərizəsi əsasında mümkünlüyü izah edilmişdir. Həmçinin şahidin ifadəsindən görünür ki, nümunə qismində verilmiş müqavilə ona qaytarılmış, Yusif müştəri razı olduğu təqdirdə sonuncu ilə birlikdə gələrək ərizə yazıb sənədi imzalayacaqlarını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 sonuncunun ifadəsini təsdiq edərək müvafiq müqavilənin imzalanması üçün Zərərçəkmiş şəxs bələdiyyəyə getməsi barədə məlumatlandırıldığını etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs qeyd olunan informasiya barəsində ümumiyyətlə məlumatlandırılmamış, həmin sənədin gələcəkdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona müvafiq əraziyə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün əsas olmasına inandırılmışdır. Məhkəmə iclasında təqdim edilən sənədlərdən həmçinin müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Lenin rayonunun Milli Deputatlar Sovetinin İcra Komitəsinin 11 iyun 1990-cı il tarixli qərarı ilə X1 yaşayış sahəsinin tikilməsi üçün təqdim edilmiş, sonuncu 06 oktyabr 2010-cu il tarixli etibarnamə əsasında həmin torpaq sahəsini X5 vermişdir. Ölüm haqqında şəhadətnamədən isə görünür ki, X4 04 iyul 2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadələrindən həmçinin məlum olmuşdur ki, X4 2015-cı il tarixdə vəfat etdiyindən onun tərəfindən verilmiş etibarnamə artıq qüvvəsini itirdiyindən müvafiq torpaq sahəsinə Təqsirləndirilən şəxs2 tərəfindən vergi ödənilməsi belə dayandırılmışdır. Təqsirləndirilən şəxs2, sahib olduğu mövcud sənədlər əsasında torpağın özü tərəfindən özəlləşdirilməklə daha baha qiymətə satılmamasının səbəbləri barədə verilmiş sualları isə vaxt məhdudluğu, Məlik adlı şəxsin ölməsi, sonuncunun həyat yoldaşının Rostovda yaşaması, vərəsəlik proseslərinin uzun olması ilə əlaqələndirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ifadələrində “Dəmkeş” kafesinə pul almaq məqsədilə getmədiyini, əlində bir sənəd olduğunu, lakin həmin sənədə “pul” düşmədiyini zərərçəkmiş şəxsə bildirdiyini qeyd etsə də həmin sənədin Zərərçəkmiş şəxs təşəbbüsü ilə əldə edilməməsi ona dəlalət edir ki, artıq aralarında razılaşdırılmış əməlin sona çatdırılması üçün zərərçəkmiş şəxsin aldadılması məqsədilə istifadə edilməsi istiqamətində müvafiq sənəd nümunəsi bələdiyyədən alınmışdır. Müqavilənin tərəflərindən biri qismində X7 göstərilməsinə baxmayaraq onun Şahid3 imzalaması, möhürlənməməsi də həmin sənədin bələdiyyə tərəfindən məhz nümunə kimi təqdim edilməsini təsdiq etməklə hər hansı hüququn qeydiyyata alınması məqsədilə deyil məhz alqı-satqı görüntüsü yaratması üçün əldə edilməsini bir daha təsdiq edir. Göründüyü kimi alqı-satqı agenti kimi fəaliyyət göstərən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Vergi ödəyicisinin uçota alınma ” müqaviləsi əsasında torpağa dair mülkiyyət hüququnun əldə edilməsinin mümkün olmadığını bilsələr də zərərçəkmiş şəxsdən bu məlumatı gizlətmək yolu ilə sonuncunu aldadaraq ona məxsus olan 57000 manat pul vəsaitini hissə-hissə, əvvəlcə 6000 manat hissəsini beh kimi, sonradan 30000 ABŞ dollar hissəsini razılaşdırılmış qiymət kimi əldə edərək dələduzluq yolu ilə talamışlar. Təqsirləndirilən şəxs3 danışıqlarda və görüşlərdə iştirak etməməsi barədə məhkəmədə verdiyi ifadələr ilə əlaqədar isə məhkəmə qeyd edir ki, hər iki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən “beh” və torpaq sahəsinin “satış”ı müqabilində dələduzluq yolu ilə əldə etdikləri pul vəsaitinin bir qismi onun kart hesabına keçirilmişdir. Digər tərəfdən Azercell MMC-dən 21 avqust 2023-cü il tarixli məktubla daxil olmuş bir ədəd diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli telefon nömrəsi arasında 25 iyul 2023-cü il tarixdə saat 16:33 dəqiqədə 185 saniyə müddətində, həmin tarixdə saat 17:48 dəqiqədə isə 42 saniyə müddətində, Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** nömrəli telefon nömrəsi arasında 21 iyul 2023-cü il tarixdə saat 10:21 dəqiqədə 107 saniyə müddətində, 22 iyul 2023-cü il tarixdə saat 10:08 dəqiqədə 130 saniyə müddətində, 24 iyul 2023-cü il tarixdə saat 15:19 dəqiqədə 56 saniyə müddətində, 25 iyul 2023-cü il tarixdə saat 11:14 dəqiqədə 107 saniyə müddətində, həmin tarixdə saat 16:51 dəqiqədə 39 saniyə müddətində, saat 18:10 dəqiqədə 134 saniyə müddətində, 26 iyul 2023-cü il tarixdə saat 15:14 dəqiqədə 38 saniyə müddətində, həmin tarixdə saat 15:54 dəqiqədə 14 saniyə müddətində, saat 16:28 dəqiqədə 51 saniyə müddətində və saat 16:33 dəqiqədə 58 saniyə müddətində danışıq aparılmışdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 , Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus ümumilikdə 57000 manat məbləğində olan pul vəsaitini, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmələri, yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 avqust 2023-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkumluğu olmamışdır (Cild 1, iş vərəqə 243-245, 248-249). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökm ləğv edilmiş, CM-nin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinin icraatına xitam verilmişdir. O, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyul 2019- cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyul 2019- cu il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə hökmlə təyin edilmiş cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 24 sentyabr 2007, 17 yanvar 2009, 18 mart 2017-ci il təvəllüdlü övladları var. Tərəfindən vurulmuş ziyan zərərçəkmiş şəxsə məhkəmə iclasında təqdim edilsə də sonuncu Təqsirləndirilən şəxs1lə barışmaq istəmədiyindən həmin məbləği qəbul etmədiyindən müdafiəçisi tərəfindən zərərçəkmiş şəxsin poçt ünvanına göndərilməklə ödənilmişdir. Məhkəmə onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, iki yetkinlik yaşına çatmayan övladının olmasını həmin Məcəllənin 59.2, cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsini könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzasının yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Cinayət işi materiallarına əlavə edilmiş elektron məhkəmə sistem məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 10 may 2007-ci il təvəllüdlü azyaşlı övladı var. Zərərçəkmi şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci , cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsini tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzasının yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Cinayət işi materiallarına əlavə edilmiş elektron məhkəmə sistemi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 08 aprel 2014-cü il təvəllüdlü azyaşlı övladı vardır. Zərərçəkmi şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında Təqsirləndirilən şəxs3 qarşı hər hansı bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi, cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsini tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs1 , Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 , Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, hər iki təqsirləndirilən şəxs onların payına düşən hissədə zərəri dərhal ödəmiş, Zərərçəkmiş şəxs isə həmin təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə hesab edir ki, cəza təyini zamanı təqsirləndirilən şəxslərin şəxsiyyəti, iştirakçılıq dərəcələri, zərərçəkmiş şəxslə barışığın əldə edilməsi məsələrini nəzərə alınmalıdır. İş materiallarından görünür ki, torpaq sahəsinin tapılmasının və satışının həyata keçirilməsi bilavasitə Təqsirləndirilən şəxs1 tərəfindən həyata keçirilmiş və cinayətin törədilməsində əsas icraçı kimi Təqsirləndirilən şəxs1 çıxış etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs1lə birlikdə qabaqcadan əlbir olan bir qrup daxilində icraçı kimi cinayət törətmələrinə baxmayaraq əsas əlaqələndirici şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. Qeyd olunan halları, habelə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la zərərçəkmiş şəxsin barışıq əldə etməsini, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayətdə iştirak dərəcəsini, şəxsiyyətini səciyyələndirilən halları, barəsində olan yüngülləşdirici halları, habelə Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün əsasların olması hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 oğlu 26 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarı ilə ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 26 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 34, 146-149). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə onun hüquqlarının müdafiəsi müvafiq olaraq dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 60(altmış) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış ) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6(altı) sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 məhkəmə mərhələsində göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar