Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-836/2025 17.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi9, Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri: Müdafiəçi7, Müdafiəçi6, Müdafiəçi5, Müdafiəçi3, Müdafiəçi4, Müdafiəçi2, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi8, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi10 və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi11 iştirakı ilə açıq məhkəmə iclasında
1. xx.xx.1996-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühafizəçi işləmiş, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi ev 51-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ev 2A, mənzil 67-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə,
2. xx.xx.1993-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2024-cü il təvəllüdlü azyaşlı uşağı olan, orta təhsilli, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC-də mühafizəçi işləmiş, Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə,
3. xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühafizəçi işləmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, 6-cı mədən, ev 38, mənzil 5də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, -hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan
Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə,
4. xx.xx.1991-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2020-ci il təvəllüdlü azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühafizəçi işləmiş, Ağcabədi rayonu, İmamqulubəyli kəndində qeydiyyatda olmaqla, Baki şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 61, mənzil 9-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş,hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə,
5. xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühafizəçi işləmiş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi, döngə 1, ev 15A qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə,
6. xx.xx.1986-cı ildə Laçın rayonu, Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2013-cü il təvəllüdlü azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu, Güləbird kəndində qeyydiyyatda olmqla, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəs nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq,
müəyyən etdi:
Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə mühafizəçi patrul işləyən iş yoldaşı Təqsirləndirilən şəxs2 mühafizəsini həyata keçirdikləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisindəki anbarda saxlanılan televizorları oğurlayıb sataraq əldə etdikləri pul vəsaitini bölmək barədə təklifini qəbul edib Təqsirləndirilən şəxs2 ilə birlikdə anbarın mühafizəçiləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 bu barədə məlumatlandırıb oğurluğa razı olduqlarını müəyyən edib onlarla və əvvəllər həmin ərazidə işlədiyi üçün ətrafa yaxşı bələd olan, əvvəlcədən qrup üzvü Təqsirləndirilən şəxs2 ilə razılaşmış sonuncunun tanışı Təqsirləndirilən şəxs6 ilə plan qurub qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 01 radələrində rol bölgüsünə əsasən anbarın mühafizəçisi Təqsirləndirilən şəxs5 sığortalamaq və kənar şəxs gələcəyi halda vaxtında məlumat vermək üçün anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, həmin gün saat 02 radələrində rol bölgüsünə əsasən anbarın digər mühafizəçisi Təqsirləndirilən şəxs4 anbarın giriş hissəsinin darvazasını açaraq həmin anbarın elektrik xəttini ayırıb müşahidə kameralarının çəkilişini dayandıraraq anbarın jalüz qapısını qaldırmaqla açmış, Təqsirləndirilən şəxs2 və o özü anbara gələ biləcək şəxslər barədə vaxtında məlumat almaq məqsədi ilə ətrafda yerləşən mühafizə postlarını yoxlamaqla müşahidə aparmış, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs6 taksi qismində tutduğu cinayətdən xəbəri olmayan Şahid5 idarə etdiyi ** JN *** dövlət qeydiyyat nişanlı JAC markalı yük avtomobilini həmin anbara sürdürüb anbara qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 860 manat təşkil edən 25 ədəd 55UR78006LK modelli LG markalı televizoru, 01 ədədinin dəyəri 1325 manat təşkil edən 02 ədəd 65UR78066LK modelli LG markalı, ümumilikdə 27 ədəd televizoru özü ilə fəhlə qismində gətirdiyi cinayətdən xəbəri olmayan Şahid4 və Şahid6 həmin yük avtomobilinə yüklətdirib gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-nin ərazisini tərk edərək televizorların bir hissəsini satmaqla əldə etdikləri vəsaiti qrupun üzvləri arasında bölmüş, bununla da, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 24.150 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə mühafizəçi patrul işləyən iş yoldaşı Təqsirləndirilən şəxs2 mühafizəsini həyata keçirdikləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisindəki anbarda saxlanılan televizorları oğurlayıb sataraq əldə etdikləri pul vəsaitini bölmək barədə təklifini qəbul edib Təqsirləndirilən şəxs2 ilə birlikdə anbarın mühafizəçiləri Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 bu barədə məlumatlandırıb oğurluğa razı olduqlarını müəyyən edib onlarla və əvvəllər həmin ərazidə işlədiyi üçün ətrafa yaxşı bələd olan, əvvəlcədən qrup üzvü Təqsirləndirilən şəxs2 ilə razılaşmış sonuncunun tanışı Təqsirləndirilən şəxs6 ilə plan qurub qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü tarixdə saat 02 radələrində rol bölgüsünə əsasən anbarın mühafizəçisi Təqsirləndirilən şəxs5 anbarın giriş hissəsinin darvazasını açaraq həmin anbarın elektrik xəttini ayırıb müşahidə kameralarının çəkilişini dayandıraraq anbarın jalüz qapısını qaldırmaqla açıb anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, anbarın digər mühafizəçisi Təqsirləndirilən şəxs3 sığortalamaq və kənar şəxs gələcəyi halda vaxtında məlumat vermək üçün anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, Təqsirləndirilən şəxs2 və o özü anbara gələ biləcək şəxslər barədə vaxtında məlumat almaq məqsədi ilə ətrafda yerləşən mühafizə postlarını yoxlamaqla müşahidə aparmış, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs6 taksi qismində tutduğu cinayətdən xəbəri olmayan Şahid5 idarə etdiyi ** JN *** dövlət qeydiyyat nişanlı JAC markalı yük avtomobilini həmin anbara sürdürüb anbara qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 860 manat təşkil edən 54 ədəd 55UR78006LK modelli LG markalı televizoru, 01 ədədinin dəyəri 1325 manat təşkil edən 07 ədəd 65UR78066LK modelli LG markalı, 01 ədədinin dəyəri 699 manat təşkil edən 02 ədəd 43UR78006LK modelli LG markalı televizoru, ümumilikdə 63 ədəd televizoru özü ilə fəhlə qismində gətirdiyi cinayətdən xəbəri olmayan Şahid4 və Şahid6 həmin yük avtomobilinə yüklətdirib gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-nin ərazisini tərk edərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 57.113 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə mühafizəçilərin növbə rəisi işləyən iş yoldaşı Təqsirləndirilən şəxs1 mühafizəsini həyata keçirdikləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisindəki anbarda saxlanılan televizorları oğurlayıb sataraq əldə etdikləri pul vəsaitini bölmək barədə təklif irəli sürüb onu razı saldıqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə anbarın mühafizəçiləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 bu barədə məlumatlandırıb oğurluğa razı olduqlarını müəyyən edib onlarla və əvvəllər həmin ərazidə işlədiyi üçün ətrafa yaxşı bələd olan, əvvəlcədən onunla razılaşmış tanışı Təqsirləndirilən şəxs6 ilə plan qurub qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 01 radələrində rol bölgüsünə əsasən anbarın mühafizəçisi Təqsirləndirilən şəxs5 sığortalamaq və kənar şəxs gələcəyi halda vaxtında məlumat vermək üçün anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, həmin gün saat 02 radələrində rol bölgüsünə əsasən anbarın digər mühafizəçisi Təqsirləndirilən şəxs4 anbarın giriş hissəsinin darvazasını açaraq həmin anbarın elektrik xəttini ayırıb müşahidə kameralarının çəkilişini dayandıraraq anbarın jalüz qapısını qaldırmaqla açmış, Təqsirləndirilən şəxs1 və o özü anbara gələ biləcək şəxslər barədə vaxtında məlumat almaq məqsədi ilə ətrafda yerləşən mühafizə postlarını yoxlamaqla müşahidə aparmış, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs6 taksi qismində tutduğu cinayətdən xəbəri olmayan Şahid5 idarə etdiyi ** JN *** dövlət qeydiyyat nişanlı JAC markalı yük avtomobilini həmin anbara sürdürüb anbara qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 860 manat təşkil edən 25 ədəd 55UR78006LK modelli LG markalı televizoru, 01 ədədinin dəyəri 1325 manat təşkil edən 02 ədəd 65UR78066LK modelli LG markalı, ümumilikdə 27 ədəd televizoru özü ilə fəhlə qismində gətirdiyi cinayətdən xəbəri olmayan Şahid4 və Şahid6 həmin yük avtomobilinə yüklətdirib gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-nin ərazisini tərk edərək televizorların bir hissəsini satmaqla əldə etdikləri vəsaiti qrupun üzvləri arasında bölmüş, bununla da, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 24.150 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə mühafizəçilərin növbə rəisi işləyən iş yoldaşı Təqsirləndirilən şəxs1 mühafizəsini həyata keçirdikləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisindəki anbarda saxlanılan televizorları oğurlayıb sataraq əldə etdikləri pul vəsaitini bölmək barədə təklif irəli sürüb onu razı saldıqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə anbarın mühafizəçiləri Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 bu barədə məlumatlandırıb oğurluğa razı olduqlarını müəyyən edib onlarla və əvvəllər həmin ərazidə işlədiyi üçün ətrafa yaxşı bələd olan, əvvəlcədən onunla razılaşmış tanışı Təqsirləndirilən şəxs6 ilə plan qurub qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü tarixdə saat 02 radələrində rol bölgüsünə əsasən anbarın mühafizəçisi Təqsirləndirilən şəxs5 anbarın giriş hissəsinin darvazasını açaraq həmin anbarın elektrik xəttini ayırıb müşahidə kameralarının çəkilişini dayandıraraq anbarın jalüz qapısını qaldırmaqla açıb anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, anbarın digər mühafizəçisi Təqsirləndirilən şəxs3 sığortalamaq və kənar şəxs gələcəyi halda vaxtında məlumat vermək üçün anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, Təqsirləndirilən şəxs1 və o özü anbara gələ biləcək şəxslər barədə vaxtında məlumat almaq məqsədi ilə ətrafda yerləşən mühafizə postlarını yoxlamaqla müşahidə aparmış, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs6 taksi qismində tutduğu cinayətdən xəbəri olmayan Şahid5 idarə etdiyi ** JN *** dövlət qeydiyyat nişanlı JAC markalı yük avtomobilini həmin anbara sürdürüb anbara qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 860 manat təşkil edən 54 ədəd 55UR78006LK modelli LG markalı televizoru, 01 ədədinin dəyəri 1325 manat təşkil edən 07 ədəd 65UR78066LK modelli LG markalı, 01 ədədinin dəyəri 699 manat təşkil edən 02 ədəd 43UR78006LK modelli LG markalı televizoru, ümumilikdə 63 ədəd televizoru özü ilə fəhlə qismində gətirdiyi cinayətdən xəbəri olmayan Şahid4 və Şahid6 həmin yük avtomobilinə yüklətdirib gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-nin ərazisini tərk edərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 57.113 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə mühafizəçi patrul işləyən iş yoldaşı Təqsirləndirilən şəxs2 mühafizəçilərin növbə rəisi işləyən iş yoldaşı Təqsirləndirilən şəxs1 mühafizəsini həyata keçirdikləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisindəki anbarda saxlanılan televizorları oğurlayıb sataraq əldə etdikləri pul vəsaitini bölmək barədə təklif irəli sürüb Təqsirləndirilən şəxs1 razı saldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə anbarın mühafizəçisi Təqsirləndirilən şəxs5 və onun özünü bu barədə məlumatlandırıb oğurluğa razı olduqlarını müəyyən edib onlarla və əvvəllər həmin ərazidə işlədiyi üçün ətrafa yaxşı bələd olan, əvvəlcədən qrup üzvü Təqsirləndirilən şəxs2 ilə razılaşmış sonuncunun tanışı Təqsirləndirilən şəxs6 ilə plan qurub qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü tarixdə saat 02 radələrində rol bölgüsünə əsasən anbarın mühafizəçisi Təqsirləndirilən şəxs5 anbarın giriş hissəsinin darvazasını açaraq həmin anbarın elektrik xəttini ayırıb müşahidə kameralarının çəkilişini dayandıraraq anbarın jalüz qapısını qaldırmaqla açıb anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, o özü də sığortalamaq və kənar şəxs gələcəyi halda vaxtında məlumat vermək üçün anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 anbara gələ biləcək şəxslər barədə vaxtında məlumat almaq məqsədi ilə ətrafda yerləşən mühafizə postlarını yoxlamaqla müşahidə aparmış, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs6 taksi qismində tutduğu cinayətdən xəbəri olmayan Şahid5 idarə etdiyi ** JN *** dövlət qeydiyyat nişanlı JAC markalı yük avtomobilini həmin anbara sürdürüb anbara qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 860 manat təşkil edən 54 ədəd 55UR78006LK modelli LG markalı televizoru, 01 ədədinin dəyəri 1325 manat təşkil edən 07 ədəd 65UR78066LK modelli LG markalı, 01 ədədinin dəyəri 699 manat təşkil edən 02 ədəd 43UR78006LK modelli LG markalı televizoru, ümumilikdə 63 ədəd televizoru özü ilə fəhlə qismində gətirdiyi cinayətdən xəbəri olmayan Şahid4 və Şahid6 həmin yük avtomobilinə yüklətdirib gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-nin ərazisini tərk edərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 57.113 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs5 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə mühafizəçi patrul işləyən iş yoldaşı Təqsirləndirilən şəxs2 mühafizəçilərin növbə rəisi işləyən iş yoldaşı Təqsirləndirilən şəxs1 mühafizəsini həyata keçirdikləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisindəki anbarda saxlanılan televizorları oğurlayıb sataraq əldə etdikləri pul vəsaitini bölmək barədə təklif irəli sürüb Təqsirləndirilən şəxs1 razı saldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə anbarın mühafizəçisi Təqsirləndirilən şəxs4 və onun özünü bu barədə məlumatlandırıb oğurluğa razı olduqlarını müəyyən edib onlarla və əvvəllər həmin ərazidə işlədiyi üçün ətrafa yaxşı bələd olan, əvvəlcədən qrup üzvü Təqsirləndirilən şəxs2 ilə razılaşmış sonuncunun tanışı Təqsirləndirilən şəxs6 ilə plan qurub qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 01 radələrində rol bölgüsünə əsasən o özü sığortalamaq və kənar şəxs gələcəyi halda vaxtında məlumat vermək üçün anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, həmin gün saat 02 radələrində rol bölgüsünə əsasən anbarın digər mühafizəçisi Təqsirləndirilən şəxs4 anbarın giriş hissəsinin darvazasını açaraq həmin anbarın elektrik xəttini ayırıb müşahidə kameralarının çəkilişini dayandıraraq anbarın jalüz qapısını qaldırmaqla açmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 anbara gələ biləcək şəxslər barədə vaxtında məlumat almaq məqsədi ilə ətrafda yerləşən mühafizə postlarını yoxlamaqla müşahidə aparmış, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs6 taksi qismində tutduğu cinayətdən xəbəri olmayan Şahid5 idarə etdiyi ** JN *** dövlət qeydiyyat nişanlı JAC markalı yük avtomobilini həmin anbara sürdürüb anbara qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 860 manat təşkil edən 25 ədəd 55UR78006LK modelli LG markalı televizoru, 01 ədədinin dəyəri 1325 manat təşkil edən 02 ədəd 65UR78066LK modelli LG markalı, ümumilikdə 27 ədəd televizoru özü ilə fəhlə qismində gətirdiyi cinayətdən xəbəri olmayan Şahid4 və Şahid6 həmin yük avtomobilinə yüklətdirib gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-nin ərazisini tərk edərək televizorların bir hissəsini satmaqla əldə etdikləri vəsaiti qrupun üzvləri arasında bölmüş, bununla da, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 24.150 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs5, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə mühafizəçi patrul işləyən iş yoldaşı Təqsirləndirilən şəxs2 mühafizəçilərin növbə rəisi işləyən iş yoldaşı Təqsirləndirilən şəxs1 mühafizəsini həyata keçirdikləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisindəki anbarda saxlanılan televizorları oğurlayıb sataraq əldə etdikləri pul vəsaitini bölmək barədə təklif irəli sürüb Təqsirləndirilən şəxs1 razı saldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə anbarın mühafizəçisi Təqsirləndirilən şəxs3 və onun özünü bu barədə məlumatlandırıb oğurluğa razı olduqlarını müəyyən edib onlarla və əvvəllər həmin ərazidə işlədiyi üçün ətrafa yaxşı bələd olan, əvvəlcədən qrup üzvü Təqsirləndirilən şəxs2 ilə razılaşmış sonuncunun tanışı Təqsirləndirilən şəxs6 ilə plan qurub qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü tarixdə saat 02 radələrində rol bölgüsünə əsasən o özü anbarın giriş hissəsinin darvazasını açaraq həmin anbarın elektrik xəttini ayırıb müşahidə kameralarının çəkilişini dayandıraraq anbarın jalüz qapısını qaldırmaqla açıb anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, anbarın digər mühafizəçisi Təqsirləndirilən şəxs3 sığortalamaq və kənar şəxs gələcəyi halda vaxtında məlumat vermək üçün anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 anbara gələ biləcək şəxslər barədə vaxtında məlumat almaq məqsədi ilə ətrafda yerləşən mühafizə postlarını yoxlamaqla müşahidə aparmış, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs6 taksi qismində tutduğu cinayətdən xəbəri olmayan Şahid5 idarə etdiyi ** JN *** dövlət qeydiyyat nişanlı JAC markalı yük avtomobilini həmin anbara sürdürüb anbara qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 860 manat təşkil edən 54 ədəd 55UR78006LK modelli LG markalı televizoru, 01 ədədinin dəyəri 1325 manat təşkil edən 07 ədəd 65UR78066LK modelli LG markalı, 01 ədədinin dəyəri 699 manat təşkil edən 02 ədəd 43UR78006LK modelli LG markalı televizoru, ümumilikdə 63 ədəd televizoru özü ilə fəhlə qismində gətirdiyi cinayətdən xəbəri olmayan Şahid4 və Şahid6 həmin yük avtomobilinə yüklətdirib gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-nin ərazisini tərk edərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 57.113 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs6 qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs6 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs MMC-də mühafizəçi patrul işləyən tanışı Təqsirləndirilən şəxs2 mühafizəçilərin növbə rəisi işləyən iş yoldaşı Təqsirləndirilən şəxs1 mühafizəsini həyata keçirdikləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisindəki anbarda saxlanılan televizorları oğurlayıb sataraq əldə etdikləri pul vəsaitini bölmək barədə təklif irəli sürüb Təqsirləndirilən şəxs1 razı saldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə anbarın mühafizəçisi Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 bu barədə məlumatlandırıb oğurluğa razı olduqlarını müəyyən edib onlarla və onun özü ilə razılaşaraq plan qurub qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 01 radələrində rol bölgüsünə əsasən anbarın mühafizəçisi Təqsirləndirilən şəxs5 sığortalamaq və kənar şəxs gələcəyi halda vaxtında məlumat vermək üçün anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, həmin gün saat 02 radələrində rol bölgüsünə əsasən anbarın digər mühafizəçisi Təqsirləndirilən şəxs4 anbarın giriş hissəsinin darvazasını açaraq həmin anbarın elektrik xəttini ayırıb müşahidə kameralarının çəkilişini dayandıraraq anbarın jalüz qapısını qaldırmaqla açmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 anbara gələ biləcək şəxslər barədə vaxtında məlumat almaq məqsədi ilə ətrafda yerləşən mühafizə postlarını yoxlamaqla müşahidə aparmış, aralarında olan razılaşmaya əsasən o özü taksi qismində tutduğu cinayətdən xəbəri olmayan Şahid5 idarə etdiyi ** JN *** dövlət qeydiyyat nişanlı JAC markalı yük avtomobilini həmin anbara sürdürüb anbara qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 860 manat təşkil edən 25 ədəd 55UR78006LK modelli LG markalı televizoru, 01 ədədinin dəyəri 1325 manat təşkil edən 02 ədəd 65UR78066LK modelli LG markalı, ümumilikdə 27 ədəd televizoru özü ilə fəhlə qismində gətirdiyi cinayətdən xəbəri olmayan Şahid4 və Şahid6 həmin yük avtomobilinə yüklətdirib gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-nin ərazisini tərk edərək televizorların bir hissəsini satmaqla əldə etdikləri vəsaiti qrupun üzvləri arasında bölmüş, bununla da, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 24.150 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs6, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs MMC-də mühafizəçi patrul işləyən tanışı Təqsirləndirilən şəxs2 mühafizəçilərin növbə rəisi işləyən iş yoldaşı Təqsirləndirilən şəxs1 mühafizəsini həyata keçirdikləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisindəki anbarda saxlanılan televizorları oğurlayıb sataraq əldə etdikləri pul vəsaitini bölmək barədə təklif irəli sürüb Təqsirləndirilən şəxs1 razı saldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə anbarın mühafizəçisi Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 bu barədə məlumatlandırıb oğurluğa razı olduqlarını müəyyən edib onlarla və onun özü ilə razılaşaraq plan qurub qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü tarixdə saat 02 radələrində rol bölgüsünə əsasən anbarın mühafizəçisi Təqsirləndirilən şəxs5 anbarın giriş hissəsinin darvazasını açaraq həmin anbarın elektrik xəttini ayırıb müşahidə kameralarının çəkilişini dayandıraraq anbarın jalüz qapısını qaldırmaqla açıb anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, anbarın digər mühafizəçisi Təqsirləndirilən şəxs3 sığortalamaq və kənar şəxs gələcəyi halda vaxtında məlumat vermək üçün anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 anbara gələ biləcək şəxslər barədə vaxtında məlumat almaq məqsədi ilə ətrafda yerləşən mühafizə postlarını yoxlamaqla müşahidə aparmış, aralarında olan razılaşmaya əsasən o özü taksi qismində tutduğu cinayətdən xəbəri olmayan Şahid5 idarə etdiyi ** JN *** dövlət qeydiyyat nişanlı JAC markalı yük avtomobilini həmin anbara sürdürüb anbara qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 860 manat təşkil edən 54 ədəd 55UR78006LK modelli LG markalı televizoru, 01 ədədinin dəyəri 1325 manat təşkil edən 07 ədəd 65UR78066LK modelli LG markalı, 01 ədədinin dəyəri 699 manat təşkil edən 02 ədəd 43UR78006LK modelli LG markalı televizoru, ümumilikdə 63 ədəd televizoru özü ilə fəhlə qismində gətirdiyi cinayətdən xəbəri olmayan Şahid4 və Şahid6 həmin yük avtomobilinə yüklətdirib gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-nin ərazisini tərk edərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 57.113 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə mühafizəçi patrul işləyən iş yoldaşı Təqsirləndirilən şəxs2 mühafizəçilərin növbə rəisi işləyən iş yoldaşı Təqsirləndirilən şəxs1 mühafizəsini həyata keçirdikləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisindəki anbarda saxlanılan televizorları oğurlayıb sataraq əldə etdikləri pul vəsaitini bölmək barədə təklif irəli sürüb Təqsirləndirilən şəxs1 razı saldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə anbarın mühafizəçisi Təqsirləndirilən şəxs5 və onun özünü bu barədə məlumatlandırıb oğurluğa razı olduqlarını müəyyən edib onlarla və əvvəllər həmin ərazidə işlədiyi üçün ətrafa yaxşı bələd olan, əvvəlcədən qrup üzvü Təqsirləndirilən şəxs2 ilə razılaşmış sonuncunun tanışı Təqsirləndirilən şəxs6 ilə plan qurub qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 01 radələrində rol bölgüsünə əsasən anbarın mühafizəçisi Təqsirləndirilən şəxs5 sığortalamaq və kənar şəxs gələcəyi halda vaxtında məlumat vermək üçün anbardan nisbətən uzaqlaşaraq ətrafda müşahidə aparmış, həmin gün saat 02 radələrində rol bölgüsünə əsasən o özü anbarın giriş hissəsinin darvazasını açaraq həmin anbarın elektrik xəttini ayırıb müşahidə kameralarının çəkilişini dayandıraraq anbarın jalüz qapısını qaldırmaqla açmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 anbara gələ biləcək şəxslər barədə vaxtında məlumat almaq məqsədi ilə ətrafda yerləşən mühafizə postlarını yoxlamaqla müşahidə aparmış, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs6 taksi qismində tutduğu cinayətdən xəbəri olmayan Şahid5 idarə etdiyi ** JN *** dövlət qeydiyyat nişanlı JAC markalı yük avtomobilini həmin anbara sürdürüb anbara qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 860 manat təşkil edən 25 ədəd 55UR78006LK modelli LG markalı televizoru, 01 ədədinin dəyəri 1325 manat təşkil edən 02 ədəd 65UR78066LK modelli LG markalı, ümumilikdə 27 ədəd televizoru özü ilə fəhlə qismində gətirdiyi cinayətdən xəbəri olmayan Şahid4 və Şahid6 həmin yük avtomobilinə yüklətdirib gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-nin ərazisini tərk edərək televizorların bir hissəsini satmaqla əldə etdikləri vəsaiti qrupun üzvləri arasında bölmüş, bununla da, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 24.150 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də mühafizəçi vəzifəsinə işə düzəlmiş, bu MMC ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən 2024-cü ilin may ayndan həbs edilənə kimi olan müddət ərzində mühafizəçilərin növbə rəisi işləmişdir. Onunla birlikdə işləyən mühafizəçi Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin ərazisində olan dəmir qırıntıları satıb pul qazansınlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 08:00-da Arzumanla dəmir qırıntıları olan anbarın yanına getdikdə həmin qırıntıları aşkar etməmişlər. Elə həmin gün Arzuman ona yaxınlaşıb bildirmişdir ki, Rəşad adlı tanışı vardır, Rəşad əvvəllər Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində sahə rəisi işləyib, ərazidən hansı bir əşyanı oğurlayıb çıxartmağa ona şərait yaratmaq olar, Rəşad onlara pul verər. Arzumanla sonuncu ilə birlikdə Arzumanın dediyi anbara getmişlər. Həmin anbarda mühafizəçisi Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 xidmət aparmışlar. O, Kənandan soruşmuşdur ki, anbarda hansı əşyalar vardır. Kənan ona demişdir ki, anbarda LG markalı çoxlu sayda televizorlar və kondisionerlər vardır. O, Kənanla Qabilə demişdir ki, Rəşad adlı tanışları avtomobili anbarın yanına sürdürərək televizorları yükləyib aparacaq. Televizorlar satıldıqdan sonra əldə olunan qazanc aralarında bərabər bölünəcəkdir. Kənanla Qabil onunla razılaşmış, sonra isə o, Arzumandan Rəşadın telefon nömrəsini alıb onunla danışıb televizorları gəlib aparmasını demişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində Rəşad onunla telefon əlaqəsi saxlayıb yaxınlıqda olduğunu bildirmişdir. O da Kənanla telefon əlaqəsi saxlayıb elektrik xəttini ayırmasını demış, bundan sonra Rəşadın göndərdiyi yük maşını anbarın qapısının qarşısına gəlmiş, mühafizəçilər anbardan uzaqlaşaraq televizorların oğurlanmasına şərait yaratmışlar.Xatırladığı gədər anbardan həmin gün 21 ədəd televizoru oğurlamışdır. xx.xx.2024-cü il tarixdə Rəşad onunla görüşüb ona 3000 ABŞ dolları vermiş, o, ona 100 manat qaytarmışdır. Həmin gün Rəşad nömrəsi yadında qalmayan ABB kart hesabına iki dəfəyə 1000 manat pul köçürmüşdür. O da həmin gün öz kart hesabından Qabilin kart hesabına 1500 manat pul göndərmiş və Qabilə demişdir ki, 600 manat Kənana versin, o, özü də 300 manat Kənana verəcək. Daha sonra o, Kənanın kart hesabına 300 manat pul köçürtmüşdür. Həmçinin həmin gün Rəşad Yasamal rayonu ərazisində onunla görüşüb 01 ədəd LG markalı televizoru ona vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 08:00-da o, növbə rəisi kimi xidmətdə olduğu zaman o, Rəşad ilə telefon əlaqəsi saxlayıb əlavə televizor oğurlamağı təklif etmış, Rəşad isə ona əvvəlki qaydada gələcəyini, oğurladıqları televizorları satıb pulunu aralarında böləcəklərini demişdir.Həmin gün Təqsirləndirilən şəxs4 işə gəlmədiyi üçün həmin anbarda mühafizəçi kimi Təqsirləndirilən şəxs3 olmuşdur. Həmin gün günorta saatlarında o Arzumana və Qabilə gecə oğurluq edəcəkləri barədə məlumat vermiş, Kamilin mobil telefenuna isə zəng vurub demişdir ki, mühafizəsini təşkil etdiyi anbardan gecə televizor oğurlayacaqlar, anbara yük avtomobili gələcək, televizoru oğurlamağa şərait yaradıb, həmin ərazini tərk etsin. Kamil əvvəlcə onunla razılaşmamış, o ona demişdir ki, narahat olmasın, televizor satılandan sonra ona da pul verəcəkdir. Kamil də onunla razılaşmışdır. Beləliklə xx.xx.2024-cü il tarixdə təxminən saat 02 radələrində Rəşad onunla telefon əlaqəsi saxlayıb yaxınlıqda olduğunu bildirmişdir. O da Qabil ilə telefon əlaqəsi saxlayıb ona demişdir ki, elektrik xəttini ayırsın, anbarın qapısını açıq qoysun, televizorları aparan adam yük avtomobili ilə gəlmişdir. Qabil elektrik xəttini ayırıb anbarın qapısını açmış, bir neçə dəqiqə sonra Rəşad JAC markalı yük avtomobili ilə oğurluq edəcəkləri anbarın qarşısına gəlmişdir. JAC markalı yük avtomobil anbara daxil olduqdan sonra o, növbə rəisi olduğu ərazidə mühafizəçilərin postlarını yoxlamağa başlamış, Arzuman da anbardab uzaqlaşaraq oğurluğa şərait yaratmışlar. O da həmin anbardan oğurluq edildiyini bildiyi üçün həmin anbara yaxın getməmişdir. Qabil də, oğurluğa şərait yartmaq üçün anbardan uzaqlaşmışdır. Qabil anbarın elektrik xəttini ona görə ayırmışdır ki, müşahidə kameraları işləməsin. Onun bildiyinə görə Kamil də anbardan bir qədər uzaqlaşmışdır. Rəşad həmin gün anbardan televizorları avtomobilə yükləyib Zərərçəkmiş şəxs MMC-nin ərazisini 42-ci dalan deyilən yerdən tərk etmişdir. Həmin gün Rəşad onunla telefon əlaqəsi saxlayıb demişdir ki, 54 ədəd televizor oğurlamışdır, satıb pulunu aralarında bərabər böləcəkdir. xx.xx.2024-cü il tarixdə səhər satlarında o, növbəni təhvil verib evə getmiş, lakin törətdikləri oğurluq cinayətinin üstü qısa müddətdə açıdıqdan sonra onu 42-ci PB-nə dəvət etmişlər və o, orada etdiyi oğurluq cinayətini etiraf etmiş, yaxın qohumları payına düşən maddi ziyanın ödənilməsi üçün tədbirlər görmüş, ümumilikdə Zərərçəkmiş şəxs MMC-yə vurulmuş maddi ziyan onun və digər təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmiş, MMC-nin nümayəndəsilə barışıq əldə edilmişdir. Artıq on aya yaxındır ki, həbsdədir, etdiyi əməlin səhv hərəkət olduğunu tam anlamış və bu hərəkətdən peşmandır, islah olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 "xxxx" MMC-də mühafizəçi işləməklə müqavilə əsasında Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində olan obyektlərin mühafizəsini həyata keçirmişlər. Təqsirləndirilən şəxs1 növbə rəisi olmuşdur. Təqsirləndirilən şəxs6 isə Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində işləyən şəxs olmuşdur. O, bir gün işləyib iki gün evdə istirahət edirdi. xx.xx.2024-cü il tarixdə səhər saat 08:00-da o, işdə olduğu zaman növbə rəisi Təqsirləndirilən şəxs1 təklifi ilə anbarın mühafizəçisi olan Təqsirləndirilən şəxs4 yanına getmişlər. Kənanla söhbət zamanı Təqsirləndirilən şəxs1 onlara bildirmişdir ki, bir nəfər Rəşad adlı tanışı vardır, anbardan hansı bir əşyanı oğurlayıb çıxartmağa ona şərait yaratmaq olar, Pərviz Kənandan anbarda nə olduğunu soruşmuş, Kənan bildirmişdir ki, anbarda elektrik avadanlıqları, televizorlar, elektrik naqilləri, kondisionerlər və sair əşyalar vardır. Pərviz Kənana bildirmişdir ki, Rəşad adlı şəxs Qabilin və onun mühafizə etdiyi anbardan televizor oğurlayıb ərazidən çıxaracaq, bu barədə post yoldaşı Qabil ilə də razılaşacaqlar, o bu işə göz yumsun, televizorları oğurlayarkən onlara mane olmasın, şərait yaratsın, oğurlanmış televizorlar satıldıqdan sonra, əldə olunan qazanc aralarında bərabər bölünəcəkdir. Kənan onlarla razılaşmış, sonra onlar mühafizəçi Təqsirləndirilən şəxs5lə bu mövzuda söhbət edib onun da razılığını almışlar. Bundan sonra o özü Rəşad ilə telefon əlaqəsi saxlayıb bildirmişdir ki, işlədiyi ərazidə yerləşən anbarda çoxlu sayda televizorlar vardır, həmin televizorların oğurlanması üçün şərait yaradacaqlar, həmin anbara girib televizorları oğurlayacaq, satıb pulunu aralarında böləcəklər. Rəşad onun təklifi ilə razılaşmış və xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 02 radələrində Rəşad «Prado» markalı avtomobillə əraziyə gəlmiş, onun arxasınca «JAC» markalı yük avtomobili də gəlmişdir. O, Rəşada telefon vasitəsilə anbarın yerləşdiyi yerin məkanını göndərmişdir. Rəşad anbara çatmamışdan əvvəl Pərviz Kənanın mobil telefonuna zəng edib demişdir ki, anbarın elektrik xəttini ayırsın, anbarın qapısını açsın, televizorları oğurlamağa gələn şəxs avtomobil ilə gəlir. O, Kənana bildirmişdir ki, anbarın qapısını açdıqdan sonra oranı tərk etsin. Özü isə anbarın ətrafında olan ərazidə olmuşdur. Həmin anbardan oğurluq edildiyini bildiyi üçün həmin anbara yaxın getməmiş, lakin ətrafa nəzarət etmişdir ki, gəlib-gedən olsa xəbər etsin. Həmçinin Pərviz də növbə rəisi olduğu ərazidə mühafizəçilərin postlarını yoxlamağa başlamışdır. Qabil də, anbardan uzaqlaşıb ətrafa nəzarət edirdi ki, gəlib-gedən olsa xəbər etsin. Rəşad isə yük maşını ilə anbara yaxınlaşaraq özü ilə gətirdiyi fəhlələrə anbarda olan televizorları avtomobilə yüklətdirmiş və oğurluq edildikdən sonra yük avtomobili Zərərçəkmiş şəxs MMC-nin ərazisini 42-ci dalan deyilən yerdən tərk etmişdir. Anbardan çıxdıqdan sonra Rəşad bir ədəd 65 dioqanallı LG markalı televozoru avtomobildən düşürdüb ona vermiş, o da, taksi sifariş verib həmin televizoru yaşadığı ünvana göndərmişdir. Səhərə yaxın Pərviz ona zəng edib demişdir ki, Rəşad anbardan 12 ədəd televizor oğurlamışdır. xx.xx.2024-cü il tarixdə axşam satlarında Pərviz onun kart hesabına iki dəfəyə 3250 manat pul göndərmişdi. O, həmin puldan Kənanın kart hesabına 300 manat göndərmişdir. Pərvizə isə pulu Rəşad özü vermişdir. Dəqiq məbləği o bilmir. Bundan başqa xx.xx.2024-cü il tarixdə axşam saatlarında mühafizəçi kimi işdə olduğu zaman Pərviz ona demişdir ki, gecə Rəşad əvvəlki qaydada televizor oğurlamağa gələcək, onlar ona şərait yaratmalıdırlar. O, Pərvizlə razılaşmış və həmin gün Təqsirləndirilən şəxs4 işə gəlmədiyi üçün həmin anbarda mühafizəçi kimi növbədə olmuş Təqsirləndirilən şəxs3 oğurluq təklifini etmişlər. Sonuncu isə nlarla razılaşmış, nəticədə xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Rəşad əvvəlki qaydada «JAC» markalı yük avtomobil ilə oğurluq edəcəkləri anbarın qarşısına gəlmiş,anbarda növbədə olan mühafizəçilər anbarın qapısını açmaqla və işıqları söndürməklə oranı tərk etmişlər ki, Rəşad gətirdiyi maşın və fəhlələrlə rahat şəkildə televizorları yığıb aparsın. Rəşad həmin gün anbardan fəhlələrə televizorları avtomobilə yüklətdirmiş, sonra isə ərazini tərk edib getmişlər. Pərvizdən bilmişdir ki, Rəşad 06 ədəd televizor oğurlamışdır. Növbəti gün evində olduğu zaman müdirləri Vasif müəllim zəng edib işə gəlməsini xahiş etmişdir. Orada polislər tərəfindən saxlanılaraq 42-ci PB-nə aparılmış və etdiyi oğurluq cinayətini etiraf etmişdir. xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluqla bağlı ona pul verilməmişdir. Etdiyi oğurluq cinayətini etiraf edir, yaxın qohumları payına düşən maddi ziyanın ödənilməsi üçün tədbirlər görmüş, ümumilikdə Zərərçəkmiş şəxs MMC-yə vurulmuş maddi ziyan onun və digər təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmiş, MMC-nin nümayəndəsilə barışıq əldə edilmişdir. Artıq on aya yaxındır ki, həbsdədir, etdiyi əməlin səhv hərəkət olduğunu tam anlamış və bu hərəkətdən peşmandır, islah olunmuşdur. Məhkəmədən cəza təyin etdikdə az yaşlı övladının olmasını nəzərə almasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 "xxxx" MMC-də mühafizəçi işləməklə müqavilə əsasında Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində olan obyektlərin mühafizəsini həyata keçirmişlər. Təqsirləndirilən şəxs1 növbə rəisi olmuşdur. Təqsirləndirilən şəxs6 isə Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində işləyən şəxs olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində 42-ci dalanda mühafizə postu olmaqla əraziyə nəzarət edirdi. xx.xx.2024-cü il tarixdə «X22» MMC-də xidmətdə olduğu zaman növbə rəisi Pərviz ona demişdir ki, Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində yerləşən mərkəzi anbarda mühafizəçi işləyən Kənan icazəlidir, onun post yoldaşı Qabil postda təkdir, ona kömək üçün bu gün həmin anbara posta çıxacaqdır. O, da Pərvizin göstərişi ilə həmin anbarda posta çıxmışdır. Həmin gün təxminən saat 18 radələrində Pərviz onun mobil telefonuna zəng vurub demişdir ki, mühafizədə olduğu anbara gecə yük avtomobili gələcək, anbarda olan televizorları oğurlamağa şərait yaradıb həmin ərazini tərk etsin. O, əvəvlcə Pərvizlə razılaşmamış, lakin Pərviz ona demişdir ki, narahat olmasın, Qabil ilə də razılaşmış, televizorlar satılandan sonra da ona pul veriləcəkdir. Bundan sonra o Pərvizlə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 02 radələrində Pərviz Qabilin mobil telefonuna zəng edib elektrik xəttini ayırmağını demiş,sonuncu da elektrik xəttini ayırmış və onlar anbarın qapısını açaraq həmin postdan kənara çəkilib ətrafa nəzarət edirdilər ki, oğurluğa hər hansı bir maneə olmasın. O, anbarın ərazsindən kənara çəkildikdən sonra kiçik yük avtomobili gəlib anbara daxil olmuşdur. Təxminən 30 dəqiqə sonra həmin yük avtomobili anbardan çıxmışdır. Bir az sonra Qabil Pərvizin mobil telefonuna zəng edib hansı sayda televizor oğurlandığını soruşmuş, sonuncu isə Qabilə demişdir ki, 20-25 ədəd televizor anbardan oğurlanmışdır. Səhər saat 08:00-da isə o, növbəni təhvil verib evə getmişdir. xx.xx.2024-cü il tarixdə o, 42-ci PB-nə dəvət edilmiş, orada törətdiyi oğurluq əməlini etiraf etmişdir. Ona oğurlanan televizorların satışından hər hansı bir məbləğdə pul verilməmişdir. Etdiyi oğurluq cinayətini etiraf edir, yaxın qohumları payına düşən maddi ziyanın ödənilməsi üçün tədbirlər görmüş, ümumilikdə Zərərçəkmiş şəxs MMC-yə vurulmuş maddi ziyan onun və digər təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmiş, MMC-nin nümayəndəsilə barışıq əldə edilmişdir. Artıq on aya yaxındır ki, həbsdədir, etdiyi əməlin səhv hərəkət olduğunu tam anlamış və bu hərəkətdən peşmandır, islah olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 "xxxx" MMC-də mühafizəçi işləməklə müqavilə əsasında Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində olan obyektlərin mühafizəsini həyata keçirmişlər. Təqsirləndirilən şəxs1 növbə rəisi olmuşdur. Təqsirləndirilən şəxs6 isə Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində işləyən şəxs olmuşdur. Onun mühafizə etdiyi yer “X22” MMC-nin tikinti sahəsində yerləşən mərkəzi anbardır. Həmin anbarın ərazisi böyükdür, anbarda elektrik avadanlıqları, televizorlar, elektrik naqilləri və sair əşyalar vardır. Onun post yoldaşı Təqsirləndirilən şəxs4dur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində «X22» MMC-də xidmətdə olduğu zaman həmkarı Təqsirləndirilən şəxs2 növbə rəisi Təqsirləndirilən şəxs1la birlikdə ona yaxınlaşmışlar. Pərviz ona bildirmişdir ki, bir nəfər tanışı vardır, onun və Kənanın mühafizə etdiyi anbardan televizor oğurlayıb ərazidən çıxaracaq, həmin televizorların satışından əldə etdiyi puldan onlara da verəcəkdir. Pərviz bildirmişdir ki, bu barədə post yoldaşı Kənan ilə də razılşamışdır, indi də onun razılığını almağa gəlmişdir. O, televizorların oğurlanmasına mane olmamalı, buna şərait yaratmalıdır. O, əvvəlcə razılaşmasa da, Pərviz onu arxayın salmasından sonra razılaşmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 01 radələrində Pərviz onun mobil telefonuna zəng edib demişdir ki, Təqsirləndirilən şəxs4 avtomobilinə əyləşib yanına gəlsin. O, da Kənanın avtomobilinə əyləşib anbardan kənarlaşmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 03 radələrində Pərviz onunla telefon əlaqəsi saxlayıb demişdir ki,posta qayıda bilər, artıq televizrlar aparılmışdır. O, anbara qayıtdıqdan sonra Pərviz ona zəng edib demişdir ki, anbardan 06 ədəd televizor oğurlanmışdır. xx.xx.2024-cü il tarixdə Pərviz onun kart hesabına 1500 manat pul göndərmiş və telefon əlaqəsi saxlayıb demişdir ki, həmin puldan Kənana 600 manat versin, o da Kənanla görüşərək sonuncuya 600 manat pul vermişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə mühafizəçi kimi xidmətdə olduğu zaman Pərviz onunla telefon əlaqəsi saxlayıb demişdir ki, axşam maşın gələcək, anbardakı televizorlardan təkrarən aparacaqlar. O da Pərviz ilə razılaşmış, həmin gün post yoldaşı Təqsirləndirilən şəxs3la anbarı mühafizə etmişlər. Pərviz artıq Təqsirləndirilən şəxs3 da oğurluğa şərait yaratmaq üçün razılığını almışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 02 radələrində Pərviz onunla telefon əlaqəsi saxlayıb demişdir ki, maşın gəlir, elektirk xəttini söndürsün və anbarın qapısını açsın. O da Pərvizin göstərişinə əsasən elektrik xəttini ayırmış, anbarın qapısını açıb Kamilin avtomobilinə əyləşib oradan ikisi də uzaqlaşmışlar ki, televizorların oğurlanmasına maneçilik törətməsinlər. Təxminən 40 dəqiqə sonra o, öz postuna qayıdaraq artıq televizorların avtomobilə yüklənib aparıldığını bilmişdir. Pərvizin deməsinə görə anbardan həmin gün 25-30 arası televizor oğurlanmışdır. Səhər açılandan sonra isə o, növbəni təhvil verib evinə getmişdir. xx.xx.2024-cü il tarixdə isə baş vermiş oğurluq hadisəsinin üstü açıldığından onu 42-ci PB-nə dəvət etmişlər, orada o, baş verənləri etiraf edərək izahatını vermişdir. O, xx.xx.2024-cü il tarixdə mühafizəsini təşkil etdiyi anbardan televizorların oğurlanmasına görə Pərviz ona 900 manat pul vermişdir. O, anbardan konkret olaraq hansı sayda televizorun oğurlandığını bilmir. Lakin Pərviz ona demişdir ki, 1-ci dəfə 6 ədəd, 2-ci dəfə 25-30 arası televizor anbardan oğurlanmışdır. Etdiyi oğurluq cinayətini etiraf edir, yaxın qohumları payına düşən maddi ziyanın ödənilməsi üçün tədbirlər görmüş, ümumilikdə Zərərçəkmiş şəxs MMC-yə vurulmuş maddi ziyan onun və digər təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmiş, MMC-nin nümayəndəsilə barışıq əldə edilmişdir. Artıq on aya yaxındır ki, həbsdədir, etdiyi əməlin səhv hərəkət olduğunu tam anlamış və bu hərəkətdən peşmandır, islah olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 "xxxx" MMC-də mühafizəçi işləməklə müqavilə əsasında Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində olan obyektlərin mühafizəsini həyata keçirmişlər. Təqsirləndirilən şəxs1 növbə rəisi olmuşdur. Təqsirləndirilən şəxs6 isə Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində işləyən şəxs olmuşdur. Onun mühafizə etdiyi yer Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində yerləşən mərkəzi anbar olmuşdur. Həmin anbarın ərazisi böyükdür, anbarda elektrik avadanlıqları, televizorlar, elektrik naqilləri və sair əşyalar vardır. Onun post yoldaşı Təqsirləndirilən şəxs5 olmuşdur. Həmin anbarın qarşısında post var, həmin posta o cavabdeh idi. xx.xx.2024-cü il tarixdə «X22» MMC-də xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs2 və növbə rəisi Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq anbarda hansı əşyaların olduğunu soruşmuş, o da bildirmişdir ki, anbarda elektrik avadanlıqları, televizorlar, elektrik naqilləri, kondisionerlər və sair əşaylar vardır. Pərviz ona bildirmişdir ki, bir nəfər tanışı vardır, Qabilin və onun mühafizə etdiyi anbardan televizor oğurlayıb ərazidən çıxaracaq, buna şərait yaratmaq lazımdır, bu barədə post yoldaşı Qabil ilə də razılaşacaqlar. O, bu işə göz yummalı, televizorlar oğurlanarkən o, onlara mane olmamalı, əksinə oğurluğa şərait yaratmalıdır. Oğurlanmış televizorlar satıldıqdan sonra ona da pul veriləcək. O, əvvəlcə razılşmasa da, Pərviz ona demişdir ki, narahat olmasın, kameralar işləmir, oğurluq vaxtı onu həmin postdan uzaqlaşdıracaqdır. Tamah ona güc gəldiyi üçün Pərviz ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 01:40 radələrində Pərvizin göstərişi ilə Qabilin maşını ilə ərazini tərk etmişlər. Bundan əvvəl isə anbarın elektrik xəttini aralamış, anbarın qapısını açmışlar. Kənardan bir yük avtomobilinin gəlib anbara daxil olduğunu görmüş, təxminən 30 dəqiqə sonra həmin yük avtomobili anbardan çıxıb ərazini tərk etmişdir. Bundan sonra o, elektrik xəttini birləşdirmişdir. Bir az sonra Qabil də anbara gəlmişdir. Həmin gün səhərə yaxın Pərviz ona demişdir ki, anbardan 06 ədəd televizor oğurlanmışdır. xx.xx.2024-cü il tarixdə Pərviz Qabilin kart hesabına 1500 manat pul göndərmiş, Qabil də həmin puldan ona 600 manat vermiş, bir gün sonra isə Arzuman da onun kart hesabına 300 manat pul göndərmişdir. Artıq ibtidai istintaq zamanı ona məlum olmuşdur ki, həmin gün anbardan 27 ədəd televizor oğurlanmışdır. Etdiyi oğurluq cinayətini etiraf edir, yaxın qohumları payına düşən maddi ziyanın ödənilməsi üçün tədbirlər görmüş, ümumilikdə Zərərçəkmiş şəxs MMC-yə vurulmuş maddi ziyan onun və digər təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmiş, MMC-nin nümayəndəsilə barışıq əldə edilmişdir. Artıq on aya yaxındır ki, həbsdədir, etdiyi əməlin səhv hərəkət olduğunu tam anlamış və bu hərəkətdən peşmandır, islah olunmuşdur. Məhkəmədən cəza təyin etdikdə az yaşlı övladının olmasını nəzərə almasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin dekabr ayına qədər Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsində usta işləmiş, həmin əraziyə gedib gəldiyi müddətdə Zərərçəkmiş şəxs MMC-də mühafizəçi işləyən Arzumanı tanımış, münasibətləri yaranmışdır. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs MMC-də mühafizəçi işləyən Arzuman onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, işlədiyi ərazidə yerləşən anbarda çoxlu sayda televizorlar vardır, mühafizə növbə rəisi Pərviz ilə də danışmışdır, onun üçün şərait yaradacaqlar, həmin anbara girib televizorları oğurlayaq, satıb pulunu aralarında bölsünlər. Həmin televizorları oğurlamaq üçün yük avtomobili və fəhlələr təşkil etmiş, xx.xx.2024-cü il tarixdə gecə vaxtı yük maşını və iki fəhləsi ilə birlikdə “X22” MMC-nin ərazisində yerləşən anbara daxil olaraq anbarda olan LC markalı televizorları avtomobilə yüklətdirmiş, bu zaman anbarın qapısı açıq olmuş, işıqlar söndürülmüş, mühafizəçilər isə olmamışdır. Həmin anbardan maşina 27 ədəd LG markalı televizoru yüklənmiş, həmin televizorlardan anbardan çıxdıqdan sonra bir ədədini oğurluğu təşkil edən Arzumana vermişdir. Həmin ərazidən çıxdıqdan sonra o, fəhlələrin hər birinə 100 manat, sürücüyə isə 150 manat pul vermişdir. Televizorları yaşadığı Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə boşaltmışdır. Səhər açılandan sonra Sədərək TM-də işləyən tanışı Yusif ilə telefon əlaqəsi saxlayıb ona münasib qiymətə televizor olduğunu bildirmiş, Yusif həmin televizorları Sədərək TM-də televizor satılan mağazada işləyən Həzi adlı şəxsin işlədiyi mağazaya gətirib sonuncuya verməsini demişdir. O da televizorları həmin Həzi adlı şəxsin mağazasına aparmış və kiçik dioqanallı televizoru 800 manata, böyük dioqanallı televizoru isə 1200 manata satmaqla Həzidən 20.400 manat pul almışdır. Həmin gün o, Pərvizin ona dediyi yadında qalmayan kart hesabına bir neçə dəfəyə 6000 manat pul köçürmüşdür. Bundan başqa Arzumanın kart hesabına da iki dəfəyə 3250 manat pul göndərmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 02 radələrində Pərvizlə razılıq əldə etdikdən sonra «JAC» markalı yük avtomobili və birinci oğurluqda iştirak edən iki fəhləsi ilə birlikdə sözü gedən anbarın qarşısına gəlmişdir. O, anbarın qarşısına gələndə anbarın qapıları açıq, elektrik xətti isə söndürülmüş vəziyyətdə olmuşdur. Anbarda mühafizəçilər olmamışdır. O, əvvəlki qaydada 54 ədəd eyni ölçüdə televizorları avtomobilə yüklətdirmiş, sonra isə ərazini tərk etmişdir. Sürücüyə həmin televizorları Sədərək TM-nə aparacağını, televizorların səhərə kimi onun avtomobilində qalmasını, səhər isə televizorları Sədərək TM-nə apacaqlarını demişdir. Səhər açılanda sürücü ilə telefon əlaqəsi saxlamış, o avtomobili Sədərək TM-nə sürdürmüşdür. O, Yusif ilə telefon əlaqəsi saxlamış, lakin Yusif ona demişdir ki, həmin televizorlar alan Həzi adlı şəxs televizorları almaqdan imtina etmişdir. O da məcbur olub televizorları yaşadığı həyətə boşaltmışdır. xx.xx.2024-cü il tarixdə isə o, 42-ci PB-nə çağırılmış, orada törətdiyi əməli etiraf etmiş, sonra isə həyətində olan oğurluq televizorları, yəni 54 ədədini polisə təqdim etmişdir. Etdiyi oğurluq cinayətini etiraf edir, yaxın qohumları payına düşən maddi ziyanın ödənilməsi üçün tədbirlər görmüş, ümumilikdə Zərərçəkmiş şəxs MMC-yə vurulmuş maddi ziyan onun və digər təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmiş, MMC-nin nümayəndəsilə barışıq əldə edilmişdir. Artıq on aya yaxındır ki, həbsdədir, etdiyi əməlin səhv hərəkət olduğunu tam anlamış və bu hərəkətdən peşmandır, islah olunmuşdur. Məhkəmədən cəza təyin etdikdə az yaşlı övladının olmasını nəzərə almasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu onun oğludur. Oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-də mühafizəçi işləmişdir. 2024-cü ilin avqust ayının ortalarında Cəlilabad rayonunda yaxın qohumunun yasında olduğu zaman ona polisdən zəng gəlmişdir ki, oğlu Pərviz İsmayılov Zərərçəkmiş şəxs MMC-nin anbarından televizor oğurladığı üçün şübhəli şəxs qismində tutulmuşdur. O da dərhal Cəlilabad rayonundan yaşadığı Bakı şəhərinə qayıtmış, evdə qutuda 65 dioaqanallı LG markalı televizorun olduğunu görmüş, həmin televizorun Pərvizin oğurladığı televizorlardan olduğunu başa düşərək televizoru polisə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki,təqsirləndirilən şəxsləri tanıyır. Onlardan Təqsirləndirilən şəxs6la bir yerdə işləmiş, digərlərini isə oğurluq edilən ərazidəki mühafizə əməkdaşları kimi tanıyır. Onları yalnız televizorları anbardan aparan zaman görmüşdür. Təqsirləndirilən şəxs6 2024-cü il tarixdən tanıyır. Belə ki, Rəşad karkas yığmaq üzrə usta işləyəndə o da onun usta işlədiyi tikintidə fəhlə işləmişdir. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Rəşad ona zəng edərək Zərərçəkmiş şəxs MMC-dən ucuz qiymətə televizorlar aldığını, həmin televizorları yük avtomobilinə yükləmək üçün fəhlə lazım olduğunu, bui şi ona təklif etdiyini bildirmişdir. Rəşad bu iş üçün ona 100 manat zəhmət haqqı verəcəyini demişdir. O, da bui şin qanuni olduğunu düşünərək Rəşad ilə razılaşmış, xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində “X22” MMC-nin yaxınlığında yerləşən marketin qarşısına gəlmiş, orada əvvəllər onunla birlikdə fəhlə işləmiş Etibarla rastlaşmış, sonuncu Rəşad tərəfindən televizor yükləməyə çağırıldığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 00:30 radələrində Rəşad iövlət qeydiyyat nişanına fikir vermədiyi Toyota markalı avtomobil ilə gəlib Etibarla onu avtomobilinə əyləşdirib həmin yerə gələn yük avtomobili ilə birlikdə Zərərçəkmiş şəxs MMC-nin ərazisində yerləşən anbarın yanına sürüb saxlamış, yük avtomobilinin sürücüsü avtomobili qapısı açıq olan anbarın içərisinə sürmüşdür. Anbarın qapısını mühafizəçilər özləri açmışdır. Həmin vaxt anbarın işıqları sönülü olmuşdur. Anbardan televizorları avtomobilin yük yerinə yükləmişlər. Lakin o, avtomobilə yüklədikləri televizorların sayını bilməmişdir. Televizorları yük avtomobilinə yüklədikdən sonra Etibar ilə o özü Rəşadın idarə etdiyi avtomobilə əyləşmiş, həmin ərazidən çıxdıqdan sonra Rəşad ona 100 manat zəhmət haqqı vermiş, sonra Etibar onun avtomobilindən düşüb yaşadığı evə getmiş, o özü isə Rəşadın Qızıldaş qəsəbəsində yerləşən evinə getmiş və orada Rəşad ilə birlikdə televizorları avtomobildən Rəşadın həyətinə boşaltmışlar. Oradan isə Sumqayıt şəhərində kirayədə yaşadığı evinə getmişdir. Həmin vaxtdan bir neçə gün sonra Rəşadın təklifi ilə bir dəfə də Zərərçəkmiş şəxs MMC-dən anbardan yük maşınına televizorlar yükləmiş, yenə anbarlar mühafizəçilər tərəfindən qapıları açıq olmaqla işıqları söndürülmüşdür. Yük maşını anbara daxil olmuş və o, digər fəhlə olan Etibarla birlikdə sayını bilmədiyi qədər televizorları maşina yükləmişdir. Televizorları yük avtomobilinə yüklədikdən sonra Etibar ilə Rəşadın idarə etdiyi avtomobilə əyləşmiş, həmin ərazidən çıxdıqdan sonra Rəşad ona demişdir ki, televizorları satıb sabah onun 100 manat zəhmət haqqını verəcəkdir. Lakin Rəşad tutulduğu üçün ona verəcəyi 100 manat zəhmət haqqını verməmişdir. Polisə dəvət olunduqda bilmişdir ki, Rəşadın onlara yüklətdirdiyi televizorlar oğurluq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs6 tanıyır. Rəşadı tanışı Yusifin vasitəsilə tanımışdır. O, 2014-cü ildən Sədərək TM-nin Şirniyyat zonası 3-cü sırada yerləşən 14-16 nömrəli LG mağazada satıcı işləyir. Həmin mağazada elektrik məişət avadanlıqlarının satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə o, ticarətlə məşğul olduğu zaman Sədərək TM-də əvvəllər ticarətlə satıcı işləmiş tanıdığı Yusif zəng edərək Rəşad adlı tanışının televizor alveri ilə məşğul olduğunu, onda LG markalı televizorların olduğunu, ona maya dəyərinə satacağını bildirmişdir. O da Yusifə bildirmişdir ki, televizorlara baxdıqdan sonra həmin televizorları alıb-almayacağı barədə bir söz deyə bilər. xx.xx.2024-cü il tarixdə o, Sədərək TM-də satıcı işlədiyi mağzada olduğu zaman Yusif onunla telefon əlaqəsi saxlayıb Sədərk TM-də olduğunu demişdi. Yusif Rəşad adlı şəxslə onun mağazasına 25 ədəd LG markalı televizoru gətirmiş, həmin televizorlardan 24 ədədi 55 dioqanallı, 1 ədədi 65 dioqanallı olmaqla 55 dioqanallı televizorun 800 manata, 65 dioqanallı televizorun isə 1200 manata alacağını bildirmişdir. Həmin vaxt Rəşaddan həmin televizorların oğurluq olub-olmadığını soruşmuşdur. Rəşad isə televizorların oğurluq olmadığını bildirmişdir. O, Rəşada 20.400 manat pul ödəmiş, daha sonra onlar çıxıb getmişlər. Həmin televizorlardan 16 ədədini həmin gün satmış, 9 ədədi isə qalmışdır. Polisə çağırıldıqda televizorların oğurluq olduğunu bilmiş, mağazada qalan 09 ədəd 55 dioqanallı LG markalı televizoru polisə təqdim etmiş, qalan televizorların dəyərini isə Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsinə tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməllərində təqsirlilikləri özlərinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin rəisinə “X22” MMC-nin baş anbardarı Nümayəndə tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində anbara baxış keçirilən zaman 88 ədəd LG markalı, 55 dioqanallı 50 ədəd, 43 dioqanallı 30 ədəd və 65 dioqanallı 8 ədəd dəyəri 85.000 (səksən beş min) ABŞ dolları televizorların oğurlanması müəyyən edilmişdir (cildi 1, i/v 4). Məhkəmədə elan edilib araşdırılmış “baxış və götürmə barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs6 təqdim etdiyi 54 televizor LG markalıdır, qutulardadır, qutular bağlı vəziyyətdədir, qutuların üzərində LG UHD Aİ sözləri yazılıb, televizorlar 55 dioqanallı, 55UR78006LK modellidir. Qutular açıldıqda içərisində televizorların olması aşkar edilmişdir. Qutuların və televizorların üzərində hər hansı bir zədə yoxdur (cildi 1, i/v 10). Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs1 həmin gün saat 16:00 dəqiqədə Sabunçu RPİ-nin İŞ-də müdafiəçi 7 saylı Vəkil Bürosunun vəkili X16 iştirakı ilə tutulmuşdur (cildi 1, i/v 29). Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs2 həmin gün saat 17:30 dəqiqədə Sabunçu RPİ-nin İŞ-də müdafiəçi 7 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə tutulmuşdur (cildi 1, i/v 49). Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində X12 həmin gün saat 18:50 dəqiqədə Sabunçu RPİ-nin İŞ-də müdafiəçi 7 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə tutulmuşdur (cildi 1, i/v 69). Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs5 həmin gün saat 21:10 dəqiqədə Sabunçu RPİ-nin İŞ-də müdafiəçi 7 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə tutulmuşdur (cildi 1, i/v 88). Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs4 həmin gün saat 22:40 dəqiqədə Sabunçu RPİ-nin İŞ-də müdafiəçi 7 saylı Vəkil Bürosunun vəkili X13 iştirakı ilə tutulmuşdur (cildi 1, i/v 107). Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs6 xx.xx.2024-cü il tarixdə saat 00:15 dəqiqədə Sabunçu RPİ-nin İŞdə müdafiəçi 7 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə tutulmuşdur (cildi 1, i/v 126). Məhkəmədə elan edilib araşdırılmış “baxış və götürmə barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Şahid2 təqdim etdiyi 09 ədəd televizor LG markalıdır, qutulardadır, qutular bağlı vəziyyətdədir, qutuların üzərində LG UHD Aİ sözləri yazılıb, televizorlar 55 dioqanallı, 55UR78006LK modellidir. Qutular açıldıqda içərisində televizorların olması aşkar edilmişdir. Qutuların və televizorların üzərində hər hansı bir zədə yoxdur (cildi 1, i/v 142). Məhkəmədə elan edilib araşdırılmış “X22” MMC-nin AV21-01 nömrəli xx.xx.2024-cü il tarixli etibarnaməsindən müəyyən olunur ki, anbarda baş vermiş oğurluq faktı ilə bağlı cəmiyyəti Azərbaycan Respublikasının bütün Dövlət qurumlarında Nümayəndə səlahiyyətlidir (cildi 1, i/v 145). Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”-dən müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 iş yerinin adı "xxxx" MMC-dir və vəzifəsi məşğulluq təsnifatı üzrə mühafizəçi, əmək müqaviləsi üzrə mühafizəçidir (cildi 1, i/v 152). Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”-dən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 iş yerinin adı "xxxx" MMC-dir və vəzifəsi məşğulluq təsnifatı üzrə mühafizəçi, əmək müqaviləsi üzrə mühafizəçidir (cildi 1, i/v 153). Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”-dən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 iş yerinin adı "xxxx" MMC-dir və vəzifəsi məşğulluq təsnifatı üzrə mühafizəçi, əmək müqaviləsi üzrə mühafizəçidir (cildi 1, i/v 154). Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”-dən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 iş yerinin adı "xxxx" MMC-dir və vəzifəsi məşğulluq təsnifatı üzrə mühafizəçi, əmək müqaviləsi üzrə mühafizəçidir (cildi 1, i/v 155). Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”-dən müəyyən olunur ki, Təqsirləndirilən şəxs5 iş yerinin adı "xxxx" MMC-dir və vəzifəsi məşğulluq təsnifatı üzrə mühafizəçi, əmək müqaviləsi üzrə mühafizəçidir (cildi 1, i/v 156). Məhkəmə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-511/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cildi 2, i/v 15-18). Məhkəmə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-508/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cildi 2, i/v 19-22). Məhkəmə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-509/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs5 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cildi 2, i/v 23-28). Məhkəmə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-510/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cildi 2, i/v 29-34). Məhkəmə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-513/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs6 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cildi 2, i/v 35-40). Məhkəmə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-512/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cildi 2, i/v 41-46). Məhkəmədə elan edilib araşdırılmış “baxış və götürmə barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Şahid1 təqdim etdiyi 01 ədəd televizor LG markalıdır, qutulardadır, qutular bağlı vəziyyətdədir, qutuların üzərində LG UHD Aİ sözləri yazılıb, televizorlar 65 dioqanallı, 65UR78066LK modellidir. Qutular açıldıqda içərisində televizorların olması aşkar edilmişdir. Qutuların və televizorların üzərində hər hansı bir zədə yoxdur (cildi 2, i/v 51). Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, “X22” MMC-nin nümayəndəsi Nümayəndə cəmiyyətin anbarından oğurlanmış, təhqiqat və istintaq orqanına təqdim edilmiş 63 ədəd 55 dioqanallı LG markalı televizoru, 01 ədəd 65 dioqanallı LG markalı televizoru təhvil almışdır (cildi 2, i/v 64). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabun çu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Samir Ağayevə vətəndaş X11 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən və həmin tarixli protokoldan müəyyən olunur ki, Aysel Mikayılova xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs4 “X22” MMC-yə vurduğu maddi ziyana görə Kənanın üzərinə düşən 5533 manat pulu istintaqa ödəmişdir (cildi 2, i/v 66-67). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabun çu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Samir Ağayevə vətəndaş Şahid1 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən və həmin tarixli protokoldan müəyyən olunur ki, Şahid1 xx.xx.2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs1 “X22” MMC-yə vurduğu maddi ziyana görə Təqsirləndirilən şəxs1 üzərinə düşən 5533 manat pulu istintaqa ödəmişdir (cildi 2, i/v 69-70). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabun çu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Samir Ağayevə vətəndaş X20 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən və həmin tarixli protokoldan müəyyən olunur ki, Kamil Ağayev xx.xx.2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs2 “X22” MMC-yə vurduğu maddi ziyana görə Təqsirləndirilən şəxs2 üzərinə düşən 5533 manat pulu istintaqa ödəmişdir (cildi 2, i/v 72-73). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabun çu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Samir Ağayevə vətəndaş X14 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən və həmin tarixli protokoldan müəyyən olunur ki, Malik Qasımov xx.xx.2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs6 “X22” MMC-yə vurduğu maddi ziyana görə Təqsirləndirilən şəxs6 üzərinə düşən 5533 manat pulu istintaqa ödəmişdir (cildi 2, i/v 75-76). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabun çu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Samir Ağayevə vətəndaş X21 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən və həmin tarixli protokoldan müəyyən olunur ki, Vaqif Eyubov xx.xx.2024-cü il tarixdə bacısı oğlu Təqsirləndirilən şəxs3 “X22” MMC-yə vurduğu maddi ziyana görə Təqsirləndirilən şəxs3 üzərinə düşən 5533 manat pulu istintaqa ödəmişdir (cildi 2, i/v 78-79). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabun çu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Samir Ağayevə vətəndaş X2 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən və həmin tarixli protokoldan müəyyən olunur ki, Xanmirzə Allahverdiyev xx.xx.2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs5 “X22” MMC-yə vurduğu maddi ziyana görə Təqsirləndirilən şəxs5 üzərinə düşən 5533 manat pulu istintaqa ödəmişdir (cildi 2, i/v 82-83). Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, “X22” MMC-nin nümayəndəsi Nümayəndə 33.200 manat pul qaytarılmışdır (cildi 2, i/v 128). Məhkəmədə elan edilib araşdırılmış X22” MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, X22” MMC-nin tikinti sahəsinin ərazisində yerləşən anbarından 110.300 manat dəyərində LG markalı televizorların oğurlanması ilə bağlı MMC-yə dəymiş maddi ziyan tam ödənilmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı heç kimdən heç bir iddia və tələb yoxdur (cildi 2, i/v 134). Məhkəmədə elan edilib araşdırılmış məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilib rəy alınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspetizasının xx.xx.2024-cü il tarixli 9/7141 saylı rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatina təqdim edilmiş 01 ədəd LG markalı 55UR78006LK modelli televizorun 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 860 manat, 01 ədəd LG markalı 65UR78066LK modelli televizorun 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 1325 manat, 01 ədəd LG markalı 43UR78006LK modelli televizorun 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 699 manat müəyyən edilir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, X22” MMC-nin tikinti sahəsinin anbarı Bakı şəhər, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşir.Sözü gedən anbar dəmir tor ilə əhatəyə alınmışdır. Anbarın ərazisinə daxil olan darvaza dəmirdəndir, əl ilə açılıb-bağlanır. Anbarın ərazisi 1,5 ha ölçüdədir. Ərazisində iki ədəd anbar vardır. Oğurluq hadisəsi baş vermiş anbarın divarları daşdan, damı şiferdəndir. Anbarın giriş qapısı dəmir bağlanır. Anbarda müxtəlif elektrik avadanlıqları, tikinti materialları vardır. Həmçinin anbarın ərazisində giriş hissədə bir neçə dəmir kontenerlər vardır. Baxış zamanı protokola əlavə edilməsi üçün fotoşəkillər çəkilmişdir (cildi 2, i/v 247-252). Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamələrindən müəyyən olunur ki, təqsirləndirilən şəxslərin üzərində məhkumluq yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, məhkəmə-əmtəəşünaslıq ekspetizasının xx.xx.2024-cü il tarixli 9/7141 nömrəli rəyi işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilərək və cinayət işinin materiallarına əlavə edilmişdir, Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisində yerləşən anbardan oğurlanmış 63 ədəd 55UR78006LK modelli LG markalı televizor, 01 ədəd 65UR78066LK modelli LG markalı televizor maddi sübut kimi tanınmış, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmiş, Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisində yerləşən anbardan oğurlanmış 63 ədəd 55UR78006LK modelli LG markalı televizor, 01 ədəd 65UR78066LK modelli LG markalı televizorun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi, istintaq zamanı olduqları yerin müəyyən edilərək istintaqa təqdim edilməmiş 16 ədəd 55UR78006LK modelli LG markalı televizor, 02 ədəd 43 dioqanallı 43UR78006LK modelli LG markalı televizor və 08 ədəd 65UR78066LK modelli LG markalı televizorlara görə dəymiş maddi ziyanla bağlı təqsirləndirilən şəxslərin valideynlərinin tərəfindən ümumilikdə 33.200 manat pulun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə ödənilərək dəymiş ziyanın tam ödənilmişdir (cildi 3, i/v 24-51). Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özlərinin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri etirafedici ifadələri, şahidlərin ifadələri, “baxış və götürmə barədə” protokollar, dəymiş ziyanın ödənilməsinə dair protokollar, barışıq ərizəsi, Bakı şəhər Sabunçu rayon məhkəməsinin qətimkan tədbirinin seçilməsinə dair qərarları, ekspertiza rəyi, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə onların barəsində ədalətli şəkildə cəza təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxslər ibtidai araşdırma orqanına verdikləri ifadələrində, Bakı şəhər Sabunçu rayon məhkəməsində barələrində həbsqətimkan tədbiri seçilən zaman və məhkəmə istintaqı zamanı X22” MMC-nin tikinti sahəsinin anbarından oğurluq hadisəsində özlərini təqsirli bilərək, etirafedici ifadə vermişlər və törətdikləri əməldən peşman olduqlarını bildirmişlər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının: Qərarın 1-ci bəndi: Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarın 2-ci bəndi:Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Qərarın 4-cü bəndi: Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Qərarın 7-ci bəndi: Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Qərarın 21-ci bəndi: Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir Qərarın 22-ci bəndi: Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Qərarın 26-cı bəndi: Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Qərarın 27-ci bəndi: Özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli və ya xüsusilə külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdardan az olarsa, müvafiq olaraq əməllər Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad olunmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluğa cəhd kimi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə, xeyli miqdarda soyğunçuluğa cəhd kimi Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə və başa çatmış quldurluq kimi Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman faktiki olaraq talanmış əmlakdan çıxış etməklə əməlin həm də bitmiş oğurluq və ya soyğunçuluq, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsfi edilməsinə ehtiyac yoxdur. Yalnız şəxsin faktiki ələ keçirdiyi özgə əmlakının məbləği cinayətkar məqsədlə ehtiva olunan məbləğdən az olsa da, “xeyli miqdarda ziyan”ın hüdudlarında olduqda, məsələn təqsirkar əlli min manat məbləğində özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq etdiyi halda faktiki olaraq otuz min manat məbləğində ziyan vurduqda, əməl cinayətə cəhd və yaxud başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi deyil, faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış xeyli miqdarda ziyan vurmaqla oğurluq və yaxud xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq kimi qiymətləndirilməlidir. Eyni yanaşma şəxs külli miqdarda və yaxud xüsusilə külli miqdarda özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq, quldurluq cinayətlərini törətdiyi hallarda da tətbiq edilməlidir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X24 11250 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 oğli, X15, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar (cildi 2, i/v 126). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cinayət işi üzrə təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar:
1. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.
2. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci və 59.1.13cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.
3. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.
4. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci və 59.1.13cü maddələrinə əsasən Təqsirləndirilən şəxs4 himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs5 zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci və 59.1.13cü maddələrinə əsasən Təqsirləndirilən şəxs6 himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs6 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Belə olan haldatəqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və X10 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddələsilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-ci maddələri ilə cəza təyin edildikdə CM-nin 60-cı maddəsinin tələbləri tətbiq edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 təqsirli bilindikləri maddələr üzrə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin maddə 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 əməllərindəki cəzanı yüngülləşdirən halların məcmusunu, yəni onlardan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 evli olmaqla, həmdə himayələrində azyaşlı uşaqlarının olmasını, onların etiraf edici ifadələri və etdikləri əməldən peşman olmalarını həm ibtidai, həmdə ki məhkəmə istintaqı zamanı bildirmələri, hər birinin cavan olmasını, məhkumluqlarının olmamasını, yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisində yerləşən anbardan oğurlanmış 63 ədəd 55UR78006LK modelli LG markalı televizor, 01 ədəd 65UR78066LK modelli LG markalı televizor zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. Əlavə olaraq istintaq zamanı olduqları yerin müəyyən edilərək istintaqa təqdim edilməmiş 16 ədəd 55UR78006LK modelli LG markalı televizor, 02 ədəd 43 dioqanallı 43UR78006LK modelli LG markalı televizor və 08 ədəd 65UR78066LK modelli LG markalı televizorlara görə dəymiş maddi ziyanla bağlı təqsirləndirilən şəxslərin valideynlərinin tərəfindən ümumilikdə 33.200 manat pulun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə ödənilərək dəymiş ziyanın tam ödənilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 təqsirli bilindikləri maddələr üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin belə vəziyyətdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 elə bir həcmdə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir ki, bu cəza həm onların şəxsiyyətinə, həm onların ailə və həyat şəraitinə uyğun olsun, eləcə də onların islah olunmasına kifayət etsin, ələlxüsus da törətmiş olduqları cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə cavab vermiş olsun. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 törətmiş olduqları cinayət əməllərinə tənqidi yanaşır və hesab edir ki, hər bir təqsirkar şəxs törətdiyi cinayətə görə məsuliyyət daşımalıdır. Heç bir səbəb ictimai təhlükəli əməlin törədilməsinə əsas ola bilməz və cinayət əməllərinin törədilməsinə haqq qazandıra bilməz. Cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 təqsirli bilindikləri maddənin sanksiyası həddində, yəni yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onların törətdikləri əməllərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Belə ki, qeyd edilən təqsirləndirilən şəxslərə onların təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, başqa sözlə, ağır cəzanın təyin edilməsi onların üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə təqsirləndirilən şəxslərə və onların ailə üzvlərinə mənfi təsir göstərəcək. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü-cü il tarixli 04 saylı qərarının 5-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Həmin qərarın 8-ci bəndində isə müəyyən edilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-nin 53-cü maddəsi xatırlanmadan birbaşa CM-nin 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər. Məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, iş üzrə təqsirləndirilən şəxslər vurduqları zərəri və taladıqları əşyaları cinayət əməlləri müəyyən edildiyi xx.xx.2024-cü il tarixdən cəmi iki gün sonra istintaqla fəal əməkdaşlıq edərək zərərin ödənilməsini təmin etmişlər. Təqsirləndirilən şəxs4 elə bir həcmdə cəza təyin edilməlidir ki, bu cəza həm onun şəxsiyyətinə, həm onun ailə və həyat şəraitinə uyğun olsun, eləcə də onun islah olunmasına kifayət etsin, ələlxüsus da törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə cavab vermiş olsun. Belə ki, Təqsirləndirilən şəxs4 üzərinə düşən məbləğdə zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam ödəmiş və barışıq əldə etmiş, etdiyi əməldən peşmandır, himayəsində az yaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin etdikdə nəzərə alır ki, onu təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında azadlıqdan məhrumetmə cəza növü ilə yanaşı azadlığın məhdudlaşdırılması cəza növüdə mövcuddur. Məhkəmə yuxarıda sadalanan Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən halları, onun məsuliyyətini ağırlaşdıran halların olmadığını, etdiyi əməldən səmimi peşman olmaqla vurduğu zərəri ödəməklə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsilə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 islah olunması ona ittiham olunan maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə islah olunması mümkündür. Belə ki, qeyd edilən Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi maddələrin sanksiyasında olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, başqa sözlə, ağır cəzanın təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə mənfi təsir göstərəcək. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü-cü il tarixli 04 saylı qərarının: Qərarın 3-1-ci bəndi. Məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etmək zərurəti yarandıqda, Cəzaların İcrası Məcəlləsinin 51-3.3-cü maddəsinə müvafiq olaraq buna icazəni məhkumun müraciətinə əsasən icra məmuru verir. Məhkumun yaşayış yerini tamamilə dəyişməsinə icazəni isə Cəzaların İcrası Məcəlləsinin 53-3.6.1 – 53-3.6.3-cü maddələrində göstərilən müstəsna hallar olduqda, məhkumun müvafiq ərizə ilə icra məmuruna müraciət etməsindən sonra icra məmurunun tərtib etdiyi təqdimat əsasında məhkəmə verir. Təqsirləndirilən şəxsin üzərinə məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək vəzifəsini qoyarkən məhkəmə belə yerlərin əlamətlərini də mütləq göstərməlidir (məsələn, alkoqollu içkilər satılan satış məntəqələri və ya ictimai iaşə obyektləri və s.). Eynilə təqsirləndirilən şəxs üçün kütləvi və digər tədbirləri təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək kimi vəzifələri müəyyən edərkən də, məhkəmələr nəzərə almalıdırlar ki, belə qadağalar həm bütün kütləvi tədbirlərə, həm də cəzanın məqsədi baxımından bunların bir hisəssinə aid edilə bilər. Hər bir halda bu məsələ hökmün təsviri-əsaslandırıcı hissəsəsində əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs müəyyən vəzifələr yerinə yetirməlidir. Bu vəzifələr müvafiq olaraq maddələr üzrə: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 52-1.3-cü maddəsinə əsasən isə məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər. Bu vəzifələr müvafiq olaraq maddələr üzrə: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. 52-1.5. Məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmin məcəllənin 69.3-cu maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Məcəllənin 15-1.2-ci maddəsinə əsasən probasiya nəzarəti azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslərə tətbiq edildiyi müəyyən olunur. Həmin məcəllənin Vİİ-İ fəsilində azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası qaydaları təsbit edilmişdir. Məcəllənin 51-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasını həyata keçirən icra məmuru məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surətini və həmin hökmün icrası barədə göstərişi aldığı vaxtdan 3 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildiriş göndərir. Məcəllənin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Cəzaların İcrası Məcəlləsinin 51- 3.1-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət işində olan Təqsirləndirilən şəxs4 “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)- 512/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilməklə hökm çıxarılanadək həbsdə saxlanıldığı 09 (doqquz) ay 24 (iyirmi dörd) gün təşkil edən müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bu səbəbdən də Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o məhkəmə iclas zalında dərhal azad olunmalı, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs4 yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin məcəllənin 52-1.2-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini qoymalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1, 15-1, 51-2 və 51- 3.1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə icra məmuru tərəfindən icra edilməli, probasiya nəzarəti tətbiq edilməli, cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındıgı vaxtdan hesablanmalıdır. Məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspetizasının xx.xx.2024-cü il tarixli 9/7141 nömrəli rəyi işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilərək və cinayət işinin materiallarına əlavə edildiyini, Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisində yerləşən anbardan oğurlanmış 63 ədəd 55UR78006LK modelli LG markalı televizor, 01 ədəd 65UR78066LK modelli LG markalı televizor maddi sübut kimi tanınaraq, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verildiyini, Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisində yerləşən anbardan oğurlanmış 63 ədəd 55UR78006LK modelli LG markalı televizor, 01 ədəd 65UR78066LK modelli LG markalı televizorun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsini, istintaq zamanı olduqları yerin müəyyən edilərək istintaqa təqdim edilməmiş 16 ədəd 55UR78006LK modelli LG markalı televizor, 02 ədəd 43 dioqanallı 43UR78006LK modelli LG markalı televizor və 08 ədəd 65UR78066LK modelli LG markalı televizorlara görə dəymiş maddi ziyanla bağlı təqsirləndirilən şəxslərin valideynlərinin tərəfindən ümumilikdə 33.200 manat pulun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə ödənilərək dəymiş ziyanın tam ödənilməsini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən etmədiyindən hesab edir ki, təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə olunmalı əmlak, alət və vasitə yoxdur. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, X12 və Təqsirləndirilən şəxs4 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi7, Müdafiəçi6, Müdafiəçi5, Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçilər Müdafiəçi7, Müdafiəçi6, Müdafiəçi5, Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi2 üçün 500 AZN (beş yüz) manat pul Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
3. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
4. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CMnin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
5. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
6. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsin əsasən Təqsirləndirilən şəxs4 barəsində xx.xx.2024-cü il tarixdən hökm çıxarılan xx.xx.2025-ci il tarixədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 07 (yeddi) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs4 Bakı şəhəri Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın və Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 22:00dan növbəti gün saat 06-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından azad olunsun, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Zərərçəkmiş şəxs MMC-nin tikinti sahəsinin ərazisində yerləşən anbardan oğurlanmış 63 ədəd 55UR78006LK modelli LG markalı televizor, 01 ədəd 65UR78066LK modelli LG markalı televizor zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi7, Müdafiəçi6, Müdafiəçi5, Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi2 üçün hər birinə ayrı-ayrılıqda 500 AZN (beş yüz) manat pul Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, X12 və Təqsirləndirilən şəxs4 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova