Məhkəmə qərarları › İş №1(101)-837/2019

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-837/2019

02.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-837/2019 02.10.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Məzlumağa oğlunun vəMüdafiəçi iştirakları ilə, xx.xx.1990-cıil tarixdəBakışəhərində anadan olmuş, Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdiəməkləməşğulolan, Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi Yeniyolküçəsiev 11-də yaşamış, AR.ƏN-nin PX-nin Bakıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəldəntanıdığıdigərşəxsəməxsus ünvan 1 ünvanında yerləşən evdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz olaraq satışını aralarında razılaşdıqdan sonra, sonuncu tərəfindən Təqsirləndirilən şəxs verilmiş selofan kəsiyi bükümlərində hər birinin çəkisi ayrı-ayrılıqda 0,378 qram, 0,383 qram 0,362 qram vəçəkisi 0,055 qram olan siqaretin gümüşü kağızına bükülmüş halda dörd ədəd bükümdə, ümumitəmizçəkisi 1,178 qramolantiryəkdənkustarüsüllahazırlanmışnarkotikvasitəheroini satış məqsədiiləüzərində saxlayaraq daşıyarkən, o, 03 yanvar 2019-cuiltarixdə,saat 17.20radələrindəBinəqədirayonu, Xocasənqəsəbəsi, YeniyolküçəsindəBinəqədiRPİ-nin 40-cıPB-ninəməkdaşlarıtərəfindənkeçirilənəməliyyattədbirləri zamanısaxlanılmışvəonun üzərinə şəxsi axtarış keçirilərkən əyinində olan tündgöyrənglicinsşalvarınsolarxacibindən qeyd olunan bükümlərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsməhkəmə iclasında ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin aludəçisidir. O, narkotik vasitələrinin satışı ilə məşğul olmur. Əldə etdiyi narkotik vasitələri İlham adlı şəxsdən almışdır. 03 yanvar 2019-cu il tarixdə ona polis formasında üç nəfər yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. O, qaçmağa cəhd etsə də yer yaş, olduğundan sürüşüb yerə yıxılmış, polis əməkdaşları onu tutmuşlar. Sonra dəvət olunmuş iki nəfər hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. O, buna etiraz etməmişdir. Polis əməkdaşları ona üzərində qeyri-qanuni əşya varsa onlara təqdim etməsini təklif etmişlər. O da əynindəki tünd göy rəngli cins şalvarın sol arxa cibindən dörd ədəd bükümdə olan narkotik vasitə heroini çıxarıb polislərə təqdim etmişdir. Onlara həmin bükümlərdə narkotik maddə heroin olduğunu və həmin heroinin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları axtarışı davam etdirmişlər və şalvarının qabaq sol cibindən 191 manat pulu aşkar edərək götürmüşlər. Cibindən çıxan həmin 03 ədəd bükümdə olan narkotik vasitəni satmaq üçün, 4-cü bükümü isə, yəni bir ədəd kiçik bükümdə olan narkotik vasitəni isə özü istifadə etmək üçün cibində saxlamışdır. Bundan sonra hamı birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getmişlər. Orada xidməti otaqların birində dəvət edilmiş hal şahidləri və onun iştirakı ilə polis əməkdaşları tərəfindən həmin bükümlər açılıb baxılmış, sonra qablaşdırılaraq zərfə qoyub möhürləmişlər. Polis əməkdaşlarının şifahi sorğu-suallarına cavab verib həmin narkotik vasitə olan üç büküm heroini 03 yanvar 2019-cu il tarixdə verərək Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində Yeni Yol küçəsində Etibar adlı şəxs ona satmaq üçün vermişdir. Bir ədəd balaca bükümü isə narkotiki satmağına görə özü istifadə etmək üçün ona verilmişdir. O, İlhamın evinin yaxınlığında polis əməkdaşları tərəfindən tutularkən, həyət darvazasının yanında Etibarı görüb və Etibarın polislərin onu necə tutmalarını seyr etməsi, onun polislərdən qurtulmağına kömək etməməsinə bərk əsəbləşib polislərə üzərindən çıxan narkotik bükümlərini Etibarın verdiyini bildirmişdir. Əsil həqiqətdə isə narkotik vasitələri ona Etibar yox, İlham vermişdir. O İlhamın həyətində iş görmüş və gördüyü işin müqabilində ona narkotik vasitə vermişdir. O, heç vaxt İlhama narkotik vasitə almağına görə pul verməmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmədətədqiqedilmişiş materialları ilə tam sübuta yetirilmişdir. MəhkəməiclasındaşahidqismindədindirilmişŞahid6 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 40-cı PB-də CA-üzrə əməliyyat müvəkkili vəzifəsində çalışmışdır, polis leytenantıdır. 03 yanvar 2019-cu il tarixdə işlədiyi polis bölməsinə Xocasən qəsəbə sakini Elvin adlı şəxs mütamadi olaraq üzərində narkotik vasitə gəzdirməsi, narkotik vasitələrin satışı, daşınması və istifadə edilməsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuş və ona görə də, həmin günü bölmənin rəhbərliyi tərəfindən əməliyyat tədbirlərinin keçirilməsinə dair əməliyyat qrupu yaradılmış və o, da həmin əməliyyat qrupuna daxil edilmişdir. Həmin tarixdə təxminən saat 17.20 radələrində o, digər əməliyyat qrupunun üzvləri ilə birlikdə «Elvin» adlı şəxsi, yaşadığı BakışəhəriBinəqədirayonuXocasən qəsəbəsi Yeni yol küçəsində müəyyən etmişlər və ona yaxınlaşaraq öz xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduğuqlarını bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs qəflətən geri dönüb qaçaraq uzaqlaşmaq istədikdə, yer yaş və sürüşkən olduğuna görə o, sürüşüb yerə yıxılmış, onlar onu tutaraq saxlamış və ona onun üzərinə şəxsi axtarış və götürmə keçirmək istədiklərini bildirmişlər. Sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və digər anket məlumatlarını dedikdən sonra o, üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Daha sonra şəxsi axtarış və götürmədə iştirak etmək üçün yoldan keçən iki nəfər hal şahidi dəvət edilmiş, şəxsi axtarış və götürmə keçirilməyə başlanılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya varsa, ona könüllü təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əlini tünd göy rəngli cins şalvarının sol arxa cibinə salaraq, oradan selofan kəsiklərinə bükülmüş halda üç bükümdə və siqraetin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü çıxartmış və onlara həmin bükümləri təqdim etmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs, təqdim etdiyi, həmin 04 ədəd bükümdə olan maddələr narkotik vasitə heroin olduğunu və həmin narkotik maddələrin onun özünə məxsus olmasını, onları həm satmaq, həm də özü üçün istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra, onun üzərinə baxış davam etdirilmiş və onun şalvarın qabaq sağ cibindən müxtəlif əskinazlarda 191 manat məbləğində pul aşkar edərək götürülmüşdür. BundansonraTəqsirləndirilən şəxs vəhalşahidləriniBinəqədiRPİ-nin 40-cıPBnədəvətetmişlər, onlarla birlikdə 40-cıPB-nə gəlmişlər. Oradaxidmətiotaqlarınbirində Təqsirləndirilən şəxsvəhalşahidlərininiştirakıiləpolis əməkdaşları tərəfindən həmin bükümlər açılıbbaxılmış, sonrahəmin bükümlər onların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan dörd büküm heroini 03yanvar 2019-cuiltarixdəBinəqədi rayonuXocasən qəsəbəsində Yeni Yol küçəsində şəxsi evlərin birində fəhlə kimi işləyən Etibar adlı şəxsdən 30 manata satmaq və özü istifadə etmək üçün almasını, üzərindən aşkar edilmiş 191 manat məbləğ pulun isə əvvəllər satdığı 5 çet narkotik vasitənin pulu olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid3 Şahid6 ifadəsinə uyğun ifadə verərək özlərinə aid hissələrdə bir daha təsdiq etmişlər. Məhkəmə iclasındaşahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 yanvar 2019-cu il tarixdə təxminən saat 17.20 radələrində o, BakışəhəriBinəqədirayonuXocasən qəsəbəsində yerləşən Yeni yol küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və bir nəfər şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsində iştirak etmək üçün hal şahidi qismində dəvət etmişlər. O, bir vətəndaş kimi və həmçinin ona maraqlı olduğuna görə polis əməkdaşları ilə razılaşmışdır. Elə orada, küçədə onun və digər bir nəfər hal şahidinin hüquqları və vəzifələri onlara izah edildikdən sonra, adı ona sonradan məlum olan X1 üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirmişlər. Polis əməkdaşları axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif etdilər ki, əgər üzərində qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əlini əynində olan tünd göy rəngli cins şalvarının sol arxa cibinə salaraq selofana bükülmüş halda 03 ədəd, gümüşü rəngli siqaret kağızına bükülmüş halda isə 01 ədəd bükümdə əşya çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Orada polis əməkdaşları ondan təqdim etdiyi 04 ədəd bükümdə olan maddənin nə olması barədə soruşanda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 04 ədəd bükümdə narkotik maddə heroindir və həmin narkotik onun özünə məxsusdur. Həm satmaq, həm də özü istifadə etmək üçün üstündə saxlamışdır. Bundan sonra polis əməkdaşları onun üzərində axtarışı davam etmişlər və onun şalvarın sağ cibindən 191 manat məbləğində pul çıxarmışlar. Bundansonra polis əməkdaşlarıTəqsirləndirilən şəxs və onları, yəni halşahidləriniBinəqədiRPİ-nin 40-cıPB-nədəvətetmişlər. O, da razılaşmış, onlarlabirlikdə 40-cıPB-nəgetmişdir. Oradaxidmətiotaqlarınbirində onların və Təqsirləndirilən şəxs iştirakıiləpolis əməkdaşları tərəfindən həmin bükülülər açılaraq baxılmışdır. Bükülülərin içərisində xırda halda spesifik iyəmalik maddə olduğu bəlli olmuş və sonra polis əməkdaşları tərəfindən həminmaddə bükümləri qablaşdırılıb, zərifə qoyulmuş və möhürlənmişdir. Polis əməkdaşlarının şifahi sorğularına cavab olaraq Təqsirləndirilən şəxs, həmin narkotik vasitə olan dörd büküm heroini 03yanvar 2019cuiltarixdəBakışəhəriBinəqədi rayonuXocasən qəsəbəsində Yeni Yol küçəsində Etibar adlı şəxsdən satmaq üçün hər birini 30 manatdan almasını və 4-cü büküm heroini isə özü istifadə etmək üçün aldığını bildirmişdir. Məhkəmə iclasındaşahid qismində dindirilmiş Şahid2Əli oğlu Şahid1ifadəsinəuyğunifadəvermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X2 uşaqlıqdan tanımış, 2018-ci ilin yayından etibarən onun həyətində saxladığı mal heyvana baxmışdır. Bu iş üçün İlham ona gündəlik 15 manat məbləğində maaş vermiş, bundan əlavə gündə bir dəfə pulsuz nahar yeməyi vermişdir. O, işlədiyi həyət İlhama məxsus olmuş, həyətdə iki mərtəbəli ev olmuşdur. Həyətdə saxladığı pəyədə çoxlu sayda mal-qara olmuşdur. O, mal-qaraya baxmış, onları yemləmiş, altlarını təmizləmişdir. İşə gəldikdən təxminən 2-3 gün sonra İlham ona bir çet, yəni bir büküm narkotik vasitə kakosheroin vermiş və o, həmin heroini falqada çəkməklə qəbul etmişdir. Həmin gündən başlayaraq İlham ona demək olar ki, hər gün qəbul etmək üçün “kakos”, yaxud da “şüşə” adlanan narkotik maddə vermiş və o, narkotik maddələri özü falqada qəbul etmişdir. Təxminən 3-4 ay işlədikdən sonra artıq narkomanlığa doğru getdiyini görmüş və bu yoldan çəkinmək üçün işdən çıxmaq istədiyini və həmin işə öz qaynı Etibarı işə götürməsini təklif etmişdir. İlhamın razılığını aldıqdan sonra Zərdabda yaşayan qaynı Etibarı İlhamla görüşdürmək üçün Bakıya çağırtmış, Etibar onun çağırşı ilə Bakıya gəmiş və İlhamla onu görüşdürmüşdür. İlham Etibarı iş şərtləri ilə, yəni həyətdəki mal-qaraya baxmaqla gündəlik 15 manat verəcəyini bildirmiş və o, razılaşdıqdan sonra orada işləməyə başlamışdır. Etibar hər gün onun evində qalaraq gecələmişdir. Bir neçə gündən sonra İlham Etibardan savayı başqa Xocəsən sakini, tanıdığı hamının Abdulla kimi tanıdığı, əsl adı Elvin olan şəxsi həyətində işləməyə götürməsi məlum olmuşdur. Etibarın sözlərindən o, mal-heyvana baxsa da, Elvin konkret olaraq İlhamın narkotik maddələrini satmaqla məşğul olması ona məlum olmuşdur. İlham və onunla həyət qonşusu olan qardaşı Nurlan qəsəbədə sırf narkotik alveri ilə məşğul olmuş, mal-heyvana baxmaq bəhanəsi ilə işə götürdüyü şəxslərə isə öz narkotik maddələrini satdırmışdır. O, özü İlhamın həyətində işlədiyi vaxtlarda, onun mal-heyvanına baxmaqla yanaşı, onun narkotik maddələrini də satmışdır. Bunun üçün İlham ona zəhmət haqqı kimi gündə bir və ya iki dəfə qəbul etməyi üçün narkotik maddə vermişdir. İlham həmişə ona öz istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəng vurmuş, qapıya gələn şəxsə ona verdiyi narkotik maddə bükümünü vermiş, pulunu almağını bildirmiş və onun göstərişlərini yerinə yetirmiş, onun narkotik maddələrini satmışdır. Satdığı narkotik maddələri çet, büküm şəkilində çəkisinə uyğun olaraq 10,20 və ya 30 manata satmışdır. İlhamın satmaq üçün gətdirdiyi narkotik maddələri evin birinci mərtəbəsində, heç kimin girib çıxmağa icazə verilmədiyi otağında öz balaca tərəzisində çəkib bükümlərə ayırmaqla məşğul olmuşdur. 2019-cu ilin yanvar ayının əvvəllərində Elvini 40-cı polis bölməsinin əməkdaşları İlhamın evinin yaxınlığında tutduqdan iki gün sonra qaynı Etibar işdən çıxmış, yaşadığı Zərdab rayonuna getmişdir. Həmin vaxtdan sonra onların İlhamla əlaqələri kəsilmişdir. İlham Etibarın işdən çıxmasına səbəb kimi ona gündəlik pulunu verməyə imkanı olmadığını əsas gətirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 Şahid4 ifadəsində göstərilənləri özünə aid hissədə bir daha təsdiq etmişdir. Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşlarının şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edərək götürdüyü4 ədəd bükümdə, təmiz çəkisi 1,178 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin narkotik vasitənin qalığı 0,098 qram heroin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 03 yanvar 2019-cu il tarixli 94 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş” sözlər və imzalar olan bir ədəd zərfdəki 4 ədəd bükümdə, təmiz çəkisi 1,178 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2019-cu il tarixli 359 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidləri tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsiilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi mualicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. TəqsirləndirilənşəxsHeybətəliyevElvinİbrahimoğlununifadəsinəhüquqiqiymətverərək məhkəməhesabedirki, oözünüqisməntəqsirlibilməsini, habelə, narkotik vasitələrin satışı ilə məşğulolmadığınıbildirməkləyalnızağırcinayətməsuliyyətindənyaxaqurtarmaqməqsədigüd müşdür. Beləliklə, məhkəmə iclasında şahidlərin vermiş olduğu ifadələr, habelə, digər protokol və materiallar üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyindən, HeybətəliyevElvinİbrahimoğlutəqsirlibilinibcəzalandırılmalıdır. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edirki, HeybətəliyevElvinİbrahimoğlununəməliAzərbaycanRespublikası CM-nin 234.4.1-ci maddəsiilətövsifedilməli və o, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsiüçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. MəhkəməistintaqızamanıHeybətəliyevElvinİbrahimoğlununəməlində AzərbaycanRespublikasının 59 və 61cimaddələrindənəzərdətutulmuşcəzasınıyüngülləşdirən vəağırlaşdıranhallarmüəyyənolunmamışdır. İş materiallarından görünür ki, HeybətəliyevElvinİbrahimoğlu 03 yanvar 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, odur ki, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilmə müddətinin əvvəli 03 yanvar 2019-cu il tarixdən hesablanmalıdır. HeybətəliyevElvinİbrahimoğlu Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfləri 91 manat 76 qəpik HeybətəliyevElvinİbrahimoğlundan dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,98 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməlidir. Maddi sübut, telefon danışıqlarına dair çıxarışlar, cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs HeybətəliyevElvinİbrahimoğluna Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəməistintaqızamanı“İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cümaddələrinintələblərinəzərəalınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onunhüquqlarınımüdafiəetmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlətbüdcəsininhesabındanBakışəhər12 saylıvəkilbürosununhesabına 180 (yüzsəksən) manatpulödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxsbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 yanvar 2019cu il tarixdənhesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinəəsasən, HeybətəliyevElvinİbrahimoğlubarəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin vəəraziüzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfləri 91 manat 76 qəpik HeybətəliyevElvinİbrahimoğlundan dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,98 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. Maddi sübut telefon danışıqlarına dair çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Bakışəhəri12 saylı vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 180 (yüzsəksən) manatpul ödənilsin Hökmdən, elanolunduğu, Təqsirləndirilən şəxsbrahim oğlu isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar