Məhkəmə qərarları › İş №1(101)-837/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-837/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-837/2021 17.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 2000-ci il tarixdə İmişli rayonu, Allahmədətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, “Osmanlı Dönər” restoranında kuryer işləmiş, İmişli rayonu, Allahmədətli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir; belə ki, o, 10 noyabr 2020-ci il tarixdə saat 16 radələrində işlədiyi ünvan 2 ünvanında yerləşən “Osmanlı Dönər” restoranının kuryeri Şahid1 ilə birlikdə idarə etdiyi “Kuba” markalı mopedlə qeyd olunan restorandan sifarişləri qəbul edib müxtəlif müştərilərə çatdırdıqdan sonra işlədiyi restorana qayıdarkən bir neçə saat əvvəl Şahid1 ilə Bakı şəhəri, ünvan 5 №-li binanın qarşısında sözlə mübahisə etmiş Zərərçəkmiş şəxs onunla birgə mopeddə olan Şahid1 ünvanına uca səslə iradlar bildirdiyini və üzərinə adam gətirdiyini eşitdikdən sonra mopedi saxlayaraq Zərərçəkmiş şəxs yaxınlaşaraq birlikdə sonuncuya məxsus “Mercedes Sprinter” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə keçərək heç bir səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərməklə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbələr vuraraq sol qaş nahiyəsində bir ədəd alının sağ yarasının tüksüz hissəsində üç ədəd alının tüksüz hissəsinin mərkəzində iki ədəd həyat və sağlamlıq üçün təhlükəli olmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmiş, onların kənar şəxslər tərəfindən ayırmalarından sonra Zərərçəkmiş şəxs onu söyməsini cüzi səbəb kimi bəhanə edərək sonuncunu öldürmək qərarına gəlib işlədiyi “Osmanlı Dönər” restoranına gedərək restoranın arxa qapısından girib mətbəx otağında olan soyuq silah olmayan məişət təyinatlı bıçağı götürüb Zərərçəkmiş şəxs dayandığı Bakı şəhəri ünvan 5 №-li binanın yanına qayıtmış və Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə sonuncunun bədəninin qoltuqaltı nahiyəsinə bıçaqla bir zərbə vurmaqla sol qoltuqaltı nahiyənin böyük kalibrli qoltuqaltı arteriya və venaların zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə nüfuz etməyən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid deşilmiş-kəsilmiş bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs aldığı bədən xəsarəti nəticəsində baş vermiş kəskin qanitirmə və hemorragik şokdan ölmüş, o, bu hərəkətləri ilə silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən 2 ay əvvəl işləmək üçün İmişli rayonundan ünvan 3 ünvanında dayısı Hacıyev Şahid Azay oğlu və nənəsi Gülnaz Hacıyeva ilə birlikdə yaşamağa başlamışdır. Bakı şəhərinə gəldikdən sonra “Doyum” restoranında kuryer olaraq işləmişdir. Təxminən 1 ay orada işlədikdən sonra rayona qayıtmışdır. Hadisədən təxminən 1 həftə əvvəl yenidən ünvan 4 ünvanında yerləşən “Osmanlı Dönər” restoranında kuryer olaraq işləməyə başlamışdır. Hərgün saat 10:00-dan 18:00-dək işdə olmaqla restoran tərəfindən ona verilmiş “Kuba” markalı mopedlə sifarişləri çatdırmışdır. 10.11.2020-ci il tarixdə saat 16 radələrində iş yoldaşı Kamillə birlikdə sifarişləri çatdırdıqdan sonra restorana qayıdan zaman ünvan 5 ünvanında yerrləşən köşkdən siqaret almaq üçün mopedi saxlamış, mopeddən düşüb köşkə tərəf getmiş, Kamil isə mopeddə oturmuşdur. Köşkə tərəf gedən zaman sonradan adının X9 olduğunu bildiyi bir nəfər şəxsin Kamilə: “Üstümə adam gətirmisən?”,- dediyini eşitmişdir. Dayanıb Kamildən məsələnin nə olduğunu soruşmuşdur. Lakin, Kamil ona heç nə deməmişdir. Əli yaxınlaşmış və: “Gəlin oturun maşına”,- demişdir. O da Əlidən maşına niyə minməli olduqlarını soruşduqda yaxasından tutmuş və ağ rəngli “Mercedes Sprinter” markalı avtomaşına tərəf dartmağa başlamışdır. Bu zaman yumruqla Əlinin sifət nahiyəsindən bir zərbə vurmuşdur. Əli də onun sifət nahiyəsindən yumruqla bir zərbə vurmuşdur. Kamildən onları ayırması üçün adam çağırmasını xahiş etmiş, Kamil də adam çağırmağa getmiş, bundan sonra bir neçə nəfər ora gəlib onları ayırmağa çalışmış, onu aralayıb kənara çəkdikləri zaman Əli anasını və bacısını söymüşdür. Bundan daha da əsəbiləşmiş və 100- 150 metr irəlidə yerləşən işlədiyi “Osmanlı Dönər” restoranına gedib mətbəxdən 1 ədəd məişət təyinatlı bıçağı götürüb hadisə yerinə qayıtmışdır. Ora çatan kimi Əlinin üzərinə getmiş və sağ əlində olan bıçaqla onun sol döş nahiyəsindən bir zərbə vurmuşdur. Əlini vurduqdan sonra ətrafdakı şəxslər onu ayırıb kənara çəkmiş, həmin vaxt bıçaq əlindən yerə düşmüşdür. Bundan sonra restoranın qabağına gəlmişdir. Bir neçə dəqiqə orada dayanmış, Kamil də sonradan restoranın qarşısına gəlmişdir. Orada olan zaman Kamildən məsələnin nədən ibarət olduğunu soruşduqda, Kamildən öyrənmişdir ki, günorta saatlarında restorandan çıxan zaman X12 dönər gətirməsini demiş, Kamil isə sifarişlərinin çox olduğunu bildirdikdə Əli Kamili söyüşlə təhqir etmişdir. Bundan sonra iş yerindən velosiped götürüb oradan ayrılmışdır. Yol gedərkən dayısı Murada zəng edib bir nəfər şəxsi bıçaqla vurduğunu demişdir. Dayısı ilə “Eurohome”un yanında görüşüb 3 saylı şəhər kliniki xəstəxanasına gedib ora yaralı bir şəxs gətirilib-gətirilmədiyini soruşmuş, belə bir şəxsin xəstəxanaya gətirilmədiyini bilmiş, dayısı hadisənin necə olduğunu soruşduqda: “Yəqin ki balaca cızıq olub, ona görə xəstəxanaya gəlməyib”,- demişdir. Bundan sonra, dayısı işinə, o da yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 6A ünvanına qayıtmışdır. Axşam saatlarında polis əməkdaşları yaşadığı ünvana gələrək onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirmişlər; X4 əvvəllər tanımamış, əvvəllər heç bir şəxsi münasibəti olmamışdır. Əli onun anasını və bacısını söydükdən sonra əsəbiləşdiyi üçün Əlini öldürmək istəmiş, məqsədi ailəsini və onu təhqir etdiyi üçün Əlini cəzalandırmaq olmuşdur. Restorandan bıçaq götürən zaman mətbəxdə heç kəs olmamış, lakin restorandan çıxanda əlində bıçaq olduğunu iş yoldaşları görüb arxasınca düşərək hadisə yerinə gəlmişlər. Hadisə zamanı orada olan şəxslərdən iş yoldaşı Kamildən başqa heç birini tanımamışdır. Kamili “Osmanlı dönər restoranında işlədiyi vaxtdan, yəni hadisədən 1 həftə əvvəl tanımış, iş yoldaşı kimi münasibəti olmuşdur. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri olmuşdur. 17.09.2010-cu il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, iki övladı - 23.11.2019-cu il təvəllüdlü X5 və 19.05.2014-cü il təvəllüdlü X6 doğulmuş, müxtəlif ünvanlarda kirayə yaşamış, təxminən 4 ildir ki, ünvan 7 ünvanında yaşamışlar; Əli yük maşınları ilə “Dərnəgür adlanan ərazidə mal daşımaqla məşğul olmuş, 10.11.2020-ci il tarixdə saat 07 radələrində işə getmək adı ilə evdən çıxmış, saat 12 radələrində Əlinin istifadəsində olan (055) ***-**-** mobil nömrəsinə zəng etmiş, oğlu Musa, qızı Mələk və özü Əli ilə danışmışlar. Həmin gün torpaqların azad olunması ilə bağlı şəhərə çıxmaq istəmiş və bu barədə Əliyə demiş, Əli də çox gecikməmələrini tapşıraraq getmələrinə icazə vermişdir. Onlar da evdən çıxaraq taksi ilə dənizkənarı bulvara getmiş, yolda olan zaman da Əli ilə danışmışlar. Sonuncu dəfə Əli ilə saat 15:47-də ona zəng etmiş və evə-qayıdıb qayıtmadıqlarını soruşmuş, o da taksi gözlədiklərini demiş, Əli qaranlıq düşmədən evə getmələrini bildirib telefonu söndürmüş, saat 16:45-də yenidən Əliyə zəng etmiş, telefonu tanımadığı şəxs açmış və ona Əlini 5 saylı şəhər kliniki xəstəxanasına apardıqlarını demiş, yeznəsi Rizvan ona zəng edib xəstəxanada olduğunu deyib evə getmələrini tapşımış, o da evlərinə getmişdir, atası Əziz Həmzəyev onlara gəlmiş və saat 19 radələrində onlar 5 saylı xəstəxanaya gəlmişlər, həmin vaxt Əlinin öldüyünü bilmiş, daha sonra Əlinin meyitini təhvil almış və oradan çıxıb evlərinə getmişlər; Zərərçəkmiş şəxs heç kimlə ədavəti və düşmənçiliyi olmamış, Əli bugünədək heç kəslə dava belə etməmişdir. Sadəcə işinə gedib evinə gələn, böyük-kiçik yeri bilən adam olmuşdur. Onun üçün və övladları üçün əlindən gələn hər bir şeyi etmişdir. Əri Zərərçəkmiş şəxs qəsdən öldürmüş şəxsin ən ağır şəkildə cəzalandırılmalıdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonunda yerləşən 172 saylı tam orta məktəbin 4-cü sinifini bitirdikdən sonra ailəsinin maddi imkanı olmadığından məktəbdən ayrılmışdır. Elə həmin vaxtlardan uşaq yaşlarında olmasına baxmayaraq müxtəlif ünvanlarda yerləşən əsasən dönərxanalarda sifarişlərin çatdırılması ilə məşğul olub ev üçün dolanışıq əldə etmişdir. Təxminən avqust ayından etibarən Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə əvvəlki iş yerlərindən olan tanışları vasitəsilə yeni açılmış “Osmanlı dönər” restoranında yenə də sifarişlərin çatdırılması kuryeri işləmişdir. Sifarişləri restorana məxsus velosiped ilə çatdırmışdır. Belə ki, sifarişlərin çox hissəsi restoran ilə yaxın məsafədə yerləşən ünvanlardan verilmişdir. İş günü saat 10:00-dan saat 18:00-dək olmuşdur. Təqsirləndirilən şəxs da “Osmanlı dönər” restoranında kuryer işlədiyi zaman tanımışdır. Elnur da həmin kafedə kuryer işləmiş və sifarişləri kafeyə məxsus moped ilə daşımışdır. Elnur ilə münasibətləri yaxşı olmuş, 10 noyabr 2020-ci il tarixdə səhər saatlarında işə gəlmişdir. Həmin vaxt Elnur da işdə olmuşdur. Gün ərzində müxtəlif ünvanlara kafedə hazırlanmış yeməkləri velosiped ilə sifarişlərin çatdırılmasını həyata keçirmişdir. Həmin gün təxminən saat 15 radələrində kafedən sifarişləri götürüb velosiped ilə kafenin yaxınlığında “Baksol yolu” adlanan ərazidə yerləşən tikinti materiallarının satışı nöqtəsi tərəfə yollanmışdır. Sifarişləri çatdırdıqdan sonra gəldiyi yol ilə yenidən kafeyə qayıdarkən kafeyə 100-200 metr qalmış yerləşən yolun kənarında dayanmış ağ rəngli yük avtomobilinin sərnişin tərəfində olan pəncərəsindən bir nəfər şəxs ona əl ilə işarə edərək dayanmasını xahiş etmiş, sonradan onu saxlatdıran şəxsin adının Əli Zeynalov olmasını bilmişdir, velosipedi düz pəncərəsinin qarşısında saxladıqda Əli elə avtomobilində əyləşməkdə davam edərək ondan dönər gətirməsini istəmişdir. Əli Zeynalova kuryer olduğu üçün sifariş qəbul edə bilmədiyini, özünün restoranın nömrəsinə zəng edərək sifariş etməsindən sonra restoranda sifarişi ona gətirə biləcəyini demişdir. Bu zaman heç bir səbəb olmadan Əli Zeynalov onu söyüşlə təhqir etmiş və avtomobilin pəncərəsini bağlamışdır. Əlinin yaşca böyük olmasına fikir vermiş, habelə hər hansı bir münaqişə yaranmaması üçün heç nə deməyib restorana getmişdir. Kafeyə gəldikdə Elnurun sifarişləri çatdırmaq üçün hazırlaşmasını görmüşdür. Elnur ondan yoldaşlıq üçün birlikdə getməyi təklif etdikdə, sifariş olmadığını görüb razılaşmışdır. Bundan sonra Elnurun mopedinə əyləşib kafedən çıxmışlar. Sifarişləri verdikdən sonra geri qayıdarkən Elnur mopedi elə Əli Zeynalov ilə söhbət etdikləri yerin yaxınlığında köşkün qarşısında siqaret almaq üçün saxlamışdır. X8 yaxınlaşıb ona üstünə adam gətirməsini demiş, cavabında üstünə heçkəsi gətirmədiyini demişdir. Əli avtomaşına oturmalarını istəmişdir. Elnur Əlidən maşına niyə minməli olduqlarını soruşduqda, Əli Elnurun yaxasından tutmuşdur. Bu zaman Elnur yumruqla Əlinin sifətindən vurub yerə yıxmışdır. Həmin an Elnurun özü də Əlinin üzərinə yıxıldıqda onlar yerdə dalaşmağa davam etmişlər. Onların fiziki cəhətdən ondan daha güclü olmasına görə onları ayıra bilməyəcəyini güman edib yaxınlıqda gördüyü tanımadığı iki nəfər şəxsdən kömək etmələrini xahiş etmişdir. Həmin şəxslərdən biri Elnurun, digəri isə Əlinin qarşısında dayanıb onları dava etməmələri üçün tutub saxlamışlar. Ayrılandan sonra Əli Elnurun anasınının ünvanına söyüşlə təhqiramiz ifadə işlətmişdir. Onları saxlayan iki nəfər şəxs Qarabağın qaytarıldığı gündə dava etmələrinin düzgün olmaması barədə iradlarını bildirdikdə, Elnur heç nə demədən onu saxlayan şəxsin əllərinin arasından çıxıb qaça-qaça üzü kafeyə tərəfə getmişdir. O isə, orada qalmışdır. Elnur ilə Əlinin davasını ayıran şəxs ona uşaq olduğuna görə onunla işinin olmamasını söyləmişlər, o da dava olmaması üçün Əliyə onu bağışlamasını, dava olmasını istəmədiyini demişdir. Əlinin sakitləşməsini görüb kənara çəkilmiş, Elnurun mopedinin yerini dəyişmək üçün çəkib kənara saxlamaq istədikdə, bir anlıq Elnurun restoran istiqatmədindən qaça-qaça hadisə baş verən gəldiyini və onun arxasınca kim olduğunu dəqiq xatırlamadığı bir neçə nəfər şəxsin də qaçmasını görmüşdür. Elnur avtomobilin arxasına keçib Əli ilə yenidən dava etməyə başlamışdır. Bu zaman yenə oradakı şəxslər araya girib onları saxlamışdırlar. Həmin vaxt Elnurun sağ əlində üzərində qana bəznər ləkələr olan bıçaq tutduğunu, Əliyə baxdıqda isə, onun sol qolunun altından, yəni sol qoltuqaltı nahiyəsindən dayanmadan qanın axmasını gördüyü an Elnurun əlində tutduğu bıçaqla Əliyə zərbə vurduğunu düşünmüş, dayanmadan axan qanı gördükdə halı pisləşdiyindən və baş vermiş hadisə nəticəsində bərk qorxu yaşadığından heç onlara yaxınlaşmadan işlədiyi restorana tərəf getmişdir. Elnurun restoranın qarşısında dayandığını görmüş, Elnurla kənara çəkilib danışdıqda, ona Əli ilə arasında keçən söhbəti danışmış, daha sonra Elnur heç nə demədən onun sürdüyü velosipedi sürüb çıxıb getmişdir Elnurun hara getməsini, habelə Əlinin necə olmasını bilməmişdir. Belə ki, Elnur tez oradan uzaqlaşdığından heçkəs ondan heç nə soruşa bilməmişdir Sonradan hüquqmühafizə orqanlarından Əli Zeynalovun almış olduğu xəsarət səbəbindən öldüyünü, Elnurun isə polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından Nərimanov rayonu, Baksol yolunda yerləşən taxta dükanında fəhlə işləyir, işi həmin mağazadan alınan malları avtomaşına yığıb-boşaltmaqdan ibarət olmuşdur, Zərərçəkmiş şəxs da həmin mağazada işləyən zaman tanımış, Əli yük avtomaşını ilə yükləri daşıdığı üçün bəzən maşın lazım olanda Əlini çağırmışlar. 10.11.2020-ci il tarixdə saat 09 radələrində işə gəlmiş, saat 12 radələrində Əlinin həmişə dayandığı svetoforun yanında olduğunu görmüş, saat 15-16 radələrində işlədiyi mağazadan çölə çıxmış və mağaza ilə üzbəüz yolun əks tərəfində insanların toplaşdığını görüb səs-küy gəldiyini eşitmiş, həmin yerə qaçmış, Əlinin qol və sinə hissəsinin qana bulaşdığını, çox sürətlə qan axdığını və yerdə mətbəx bıçağı olduğunu görmüşdür. Orada olan şəxslərdən Elnur adlı şofer təcili tibbi yardıma zəng edib məlumat vermiş, həmin vaxt yollarda güclü tıxac olduğu üçün və pandemiya ilə əlaqədar təcili tibbi yardıma çağırış çox olduğundan gec gələcəyini düşünmüşlər. Əli də qan itirdiyindən sonuncunu Əlinin özünün idarə etdiyi ağ rəngli “Mersedes Sprinter” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına əyləşdirmişlər. O da keçib arxada Əlinin yanında oturmuş, Əlini sağ tərəfi üstə uzandırıb öz gödəkcəsini başının altına qoyub saxlamışdır. Təxminən 2-3 dəqiqə sonra Əli: “Nəfəs ala bilmirəm, havam çatmır, qapını aç”,- demiş, o da çatmalarına az qaldığını bildirərək, Əliyə səbrli olmasını demiş, bundan sonra Əli heç nə danışmamışdır. Təxminən 10-15 dəqiqəyə 5 saylı şəhər kliniki xəstəxanasına çatmış, Əlini avtomaşından düşürdüb əməliyyat otağına qaldıran zaman sonuncu artıq keçinmişdir; Zərərçəkmiş şəxs heç kəslə ədavəti və düşmənçiliyi olmamış, Əlinin bu günədək kimləsə dava etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs ilə aralarında olan münasibət barədə heç bir məlumat verməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 2010-cu ildən ona məxsus “Kamaz” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Nərimanov rayonu, Baksol yolunda yerləşən inşaat materialları satılan mağazalardan müştərilərin aldığı sifarişləri ünvanlarına çatdırır. Zərərçəkmiş şəxs da təxminən iki il bundan əvvəl tanımışdır. Əli də onun kimi Bakı şəhəri Nərimanov rayonu Baksol yolunda yerləşən inşaat materialları satılan mağazalardan müştərilərin aldığı sifarişləri ünvanlarına çatdırmaqla məşğul olmuşdur. Beləliklə, Əli ilə münasibətləri yaranmışdır. 10.11.2020-ci il tarixdə saat 16 radələrində çay içib avtomaşınını həmeşə saxladığı svetoforun yanına tərəf gəlmişdir. Bu zaman svetoforun yaxınlığında insanların toplaşdığını görmüş, dərhal iti addımlarla həmin yerə doğru getmişdir. Ora çatdıqda Əlinin bıçaqla vurulduğunu və qan itirdiyini görmüş, orada təcili tibbi yardıma zəng edib məlumat verdiklərini bildirmişlər. Həmin vaxt yollarda güclü tıxac olduğu üçün və pandemiya ilə əlaqədar təcili tibbi yardıma çağırış çox olduğundan gec gələcəyini düşünmüşlər. Əli də qan itirdiyindən sonuncunun idarə etdiyi ağ rəngli “Mersedes Sprinter” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına əyləşdirmişlər. O, avtomaşının sürücü hissəsində, orada şofer işləyən Elnur yanında, adını dəqiq bilmədiyi orada mağazaların birində fəhlə işləyən şəxs isə, arxada Əlinin yanında oturmuşdur. Təxminən 10-15 dəqiqə sonra 5 saylı şəhər kliniki xəstəxanasına gəlib çatmışlar. Əlini avtomaşından düşürüb xəstəxananın içərisinə keçirtmişlər. Daha sonra liftlə yuxarı mərtəbəyə qaldırmışlar. Həkimlər Əlini müayinə etdikdə onun artıq öldüyünü bildirmişlər. Bir neçə dəqiqə sonra hüquq mühafizə orqanları əməkdaşları gəlmiş və Əlinin meyiti MTE və PA ETT Birliyinin Nərimanov rayon şöbəsinə keçirilmişdir; Əlinin heç kəslə ədavəti və düşmənçiliyi olmamış, Əlinin bugünədək kimləsə dava etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti olmamışdır. Əli Təqsirləndirilən şəxs ilə aralarında olan münasibətləri barədə ona heç nə danışmamışdır. Əlinin qan içərisində olduğunu gördükdən sonra çox həyəcan keçirtmiş, ona görə də ətrafda hansı şəxslərin olubolmamasına fikir verməmiş, hadisə zamanı toplaşmış insanların ətrafdakı mağazalarda işləyən şəxslər olmasını qeyd etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 şahid Şahid3 ifadəsinə və işin faktiki hallarınauycun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, 2020-ci ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək Nərimanov rayonu, Baksol yolunda yerləşən “Osmanlı Dönər” restoranında kuryer olaraq işləmişdir. Təqsirləndirilən şəxs da işlədiyi restorandan tanımışdır. Belə ki, Elnur 2020-ci ilin noyabr ayının əvvəllərində onun işlədiyi restoranda kuryer olaraq işləməyə başlamışdır. İş rejimləri həftə içi hər gün saat 10:00-dan 17:00-dək olmuşdur. Zərərçəkmiş şəxs tanımamış, 10.11.2020ci il tarixdə saat 11 radələrində işə gəlmiş, həmin gün onunla birlikdə digər kuryerlər Elnur və Kamil də işdə olmuşdur. Gün ərzində müxtəlif ünvanlara kafedə hazırlanmış yeməklərin şəxsi motosikleti ilə sifarişlərin çatdırılmasını həyata keçirmişdir. Həmin gün təxminən saat 16 radələrində sifarişini çatdırıb restorana girmiş, yeni sifariş olub-olmamasını soruşan zaman Tahir Elnur əlində bıçaq götürüb qaçdığını bildirmişdir. Daha sonra Qorxmazın da üzü yuxarı svetofora tərəf qaçdığını görmüşdür. Nə baş verdiyini öyrənmək üçün motosikletinə minib həmin yerə doğru getmiş, ora çatdıqda Elnurun artıq geriyə restorana tərəf iti addımlarla qayıtdığını görmüşdür. Həmin yerdə bir kişidən qan axdığını görmüş, təcili tibbi yardıma zəng edib məlumat vermişdir. Daha sonra orada olan şəxslər də təcili tibbi yardıma zəng etdiklərini bildirmişlər. Bir-iki dəqiqə sonra həmin şəxsi avtomaşına qoyub aparmışlar. O, yenidən restorana qayıtmış və Elnurun restoranın yanında olduğunu görmüşdür. Elnurdan nə baş verdiyini soruşduqda, “uzun söhbətdir” deyib heç nə danışmamış, sonuncuya polisə getməsini məsləhət görmüşdür. Elnur da: “Gedərəm”,demiş, velosipedə oturmuş və restorandan çıxıb getmişdir. Daha sonra Elnur işə gəlməmiş, 2-3 gün sonra Elnurun vurduğu şəxsin öldüyünü və Elnurun tutulduğunu öyrənmişdir; Zərərçəkmiş şəxs tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs ilə aralarında olan münasibətləri barədə heçnə danışmamış, Zərərçəkmiş şəxs tanımamış, Elnur da həmin şəxsi tanımamış və onunla münasibəti olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, 1978-ci ildən etibarən həkim terapevt kimi fəaliyyət göstərir. 1994-cü ilin aprel ayından isə 5 saylı şəhər kliniki xəstəxanasının qəbul şöbəsinin növbətçi terapevt həkimi olaraq işləyir. 10.11.2020-ci il tarixdə saat 16:30-da növbədə olduğu zaman xx.xx.1984-cü ii təvəllüdlü Zərərçəkmiş şəxs ağ rəngli “Mersedes Sprinter” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə sol qoltuqaitı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 5 saylı şəhər kliniki xəstəxanasına gətirilmişdir. ilkin müayinə zamanı Zərərçəkmiş şəxs öldüyü müəyyən edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertiza üzrə 10 noyabr 2020-ci il tarixli 116 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol qaş nahiyəsinin, alının tüksüz hissəsinin sağ yarısının və mərkəzi hissəsinin sıyrıqları, sol qoltuqaltı nahiyəsinin böyük kalibrli qoltuqaltı arteriya və venaların zədələnməsi ilə müşayiət edilən 1 ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd edilən xəsarətlərdən sol qaş nahiyəsinin, alının tüksüz hissəsinin sağ yarısının və mərkəzi hissəsinin sıyrıqları, həyatı olub küt əşyanın (əşyaların) təsirindən törənmişdir mərhumun ölümündən az əvvəl olmaqla qərarda qeyd olunan 10.11.2020-ci il tarixdə əmələ gələ bilər, ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərini daşıyır, ölümlə heç bir səbəbli əlaqəsi yoxdur, xarakter və lokalizasiyasına görə qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi. Kəskin qanaxma və hemaraqiq şokla müşayiət olunan sol qoltuqaltı nahiyənin böyük kalibrli qoltuqaltı arteriya və venaların zədələnməsi ilə müşayiət edilən 1 ədəd deşilmiş-kəsilmiş yarası isə deşici kəsici alətin təsirindən törənmişdir, törənmə müddətləri mərhumun ölümündən az əvvəl olmaqla qərarda qeyd olunan 10.11.2020-ci il tarixdə və şəraitdə ekspertizaya təqdim edilmiş bıçağın (eləcədə o tip digər bıçaqların) tiyəsinin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir və ölümlə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünə səbəb “sol qoltuqaltı nahiyənin böyük kalibrli qoltuqaltı arteriya və venalarının zədələnməsi ilə müşayiət olunan 1 ədəd deşilmiş kəsilmiş yarası nəticəsində baş vermiş kəskin qanitirmə və hemorragik şok” olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 3-6 saat əvvələ uyğun gəlir hansı ki, meyit əlamətlərinin inkişaf dərəcələrinə əsasən inkar edilmir. Zərərçəkmiş şəxs meyitdə aşkar edilmiş sol qoltuqaltı nahiyənin böyük kalibrli arteriya və venalarının zədələnməsi ilə müşayiət olunan 1 ədəd deşilmiş kəsilmiş yaranın en kəsiyinin ölçüsü 2,4x0,2 sm-dir, yara kanalının dərinliyi təqribən 4-5 sm-ə qədərdir, istiqaməti isə soldan sağa aşağıdan-yuxarıya doğrudur. Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan xəsarətləri alarkən üzbə-üz və ya bədənin sol yarısı xəsarət yetirən şəxsə tərəf olmaqla müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturmuş, uzanmış və.s.) ola bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər çox qısa müddət ərzində yetirildikdən onların yetirilmə ardıcıllığını təyin etmək mümkün deyil. Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan xəsarətlər yetirildikdən sonra, bir müddət ərzində hər hansı bir aktiv hərəkətlər etmək iqtidarında olmuşdur. Bu müddət bir neçə dəqiqəyə qədər zaman müddəti ola bilərdi. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına, morfoloji xüsusiyyətlərim yara kanalının dərinliyini, istiqamətini hadisənin baş vermə şəraiti haqqında olan məlumatları nəzərə alaraq demək olar ki, qeyd olan xəsarətin şəxsin özü-özünə yetirilməsi mümkün deyil. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin əynində olan köynəyin üzərində aşkar edilmiş zədə lokalizasiyasına görə meyitin üzərində olan xəsarət ilə üst-üstə düşür. İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 11 noyabr 2020-ci il tarixli 850 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər - sol almacıq nahiyəsinin, sol çiyin qurşağının qançırları, sol gözün üst qapağının, sol gözaltı nahiyənin, burunun, alt dodağın, boyunun, sol saidin, sağ çiyin qurşağının, döş qəfəsinin sol yarısının arxa səthinin sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 10.11.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil (1-ci cild iş vərəqi 121-124). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 12 noyabr 2020-ci il tarixli 852 saylı ekspert rəyindən görünür ki, Şahid1 məhkəmə-tibb müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir ( l-ci cild iş vərəqi 125-128). İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertiza üzrə 25 dekabr 2020-ci il tarixli 2514 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs psixiemosional halında hər hansı dəyişiklik müşahidə olunmadı. O, ünsiyyətçillik, özünəməxsus mövqe və prinsipə malik olmaq, qıcığa qarşı həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən halında hirslilik yaranmışdır (2-ci cild iş vərəqi 24-28). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 24 dekabr 2020-ci il tarixli 3530 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya və ya alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və ya alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild iş vərəqi 21-23). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 10 fevral 2021-ci il tarixli 31/2021-MTBŞ saylı ekspert rəyinlən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Abeta(H)/ll/. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu-O/l/-. Ekspertizava təqdim olunmuş 1 ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxsa məxsus idman gödəkcəsi, alt mayka, köynək,cins şalvar, trusik, 01 cüt ayaqqabı, 1 cüt corab, Təqsirləndirilən şəxs məxsus cins şalvar, maşından götürülmüş gödəkcə, 04 ədəd pambıq tamponlara hopdurulmuş ləkələrdə insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda «A» və «H» antigenləri, əksər ləkələrdə beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/ll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə ləkələrdə Təqsirləndirilən şəxsda qarışmış qanın olması mümkündür, əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət varsa. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus sviter və 1 cüt idman ayaqqabısı üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı (2-ci cild iş vərəqi 41-47). İşdə olan məhkəmə-kriminalistik ekspertiza üzrə 11 fevral 2021-ci il tarixli 20- MTKŞ/2021 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən əmələ gələ bilərdi və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabısında, bir cüt corabda, trusikdə, şalvarda, maykada və gödəkçədə hər hansı bir zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədəyə görə o, zədəni alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, zədə nahiyyəsi isə iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus koftada, şalvarda və bir cüt ayaqqabısında hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş maddi sübutların (Zərərçəkmiş şəxs məxsus idman gödəkçə, alt mayka, köynək, şalvar, trusik, bir cüt ayaqqabı, bir cüt corab, Təqsirləndirilən şəxs məxsus olan cins şalvar, avtomaşından götürülmüş gödəkçə və bıçaq) məhkəmə-bioloji tədqiqat zamanı 31/2021-MTBŞ saylı rəy) aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimi qiymətləndirmək olar: Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin bütün səthində geniş sahədə, alt maykanın və köynəyin bütün ölçü boyu, cins şalvarın bütün səthində, əsasən hər iki ayağının ön tərəfində geniş sahədə, trusikin geniş sahədə və bir cüt ayaqqabının hər iki tayı üzərində və corabda yerləşən qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə ) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində, bəziləri isə (alt maykada, (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində, bəziləri isə (alt maykada, köynəkdə, trusikdə və corabda olan qan ləkələri) sonra materialına fiziki- kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər. Təqsirləndirilən şəxs məxsus olan cins şalvarın sol ayağında aşkar edilmiş qan ləkələri qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə ) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində və sonra materialına fiziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər. Avtomaşından götürülmüş gödəkçədə aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində əmələ gələ bilərdi. Təqdim edilmiş bıçağının tiyəsinin hər iki səthində aşkar edilmiş qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthi ilə) dinamik (hərəkətli) kontaktı nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (2-ci cild iş vərəqi 48-54). İşdə olan diskə baxış keçirilməsi haqqında 06 fevral 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 1822 nömrəli 29.01.2021-ci il tarixli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş (050) ***-**-** mobil nömrə ilə aparılan telefon danışıqlarına dair bir ədəd elektron məlumat daşıyıcısında (diskdə) olan məlumatlara baxış zamanı diskdə olan fayllarda iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir məlumat aşkar edilməmişdir (2-ci cild iş vərəqi 32-35). İşdə olan DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən 003-15480-1220 №-li 15.12.2020-ci il tarixli məktubla 05 ədəd DVD diskdə göndərilmiş Təhlükəsiz Şəhər Xidmətinin TŞ 6- 059 nömrəli kameralarının 10.11.2020-ci il tarixdə saat 14:00-dan saat 17:00-a qədər olan müddət ərzində ünvan 8 ünvanında quraşdırılmış "TŞ6-059” nömrəli təhlükəsiz şəhər videokameralarında qeydə alınmış görüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 10.11.2020-ci il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi mopedlə Bakı şəhəri Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi ilə üzü Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olan zaman dönüb geriyə qayıdaraq ünvan 8 ünvanında yerləşən köşkün yanına çatdıqda Zərərçəkmiş şəxs görüb mopedi saxlayaraq yerə enmiş, onlar birlikdə yolun kənarında dayanmış vəziyyətdə olan “Mercedes Sprinter” markalı **- NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə keçərək dava etmiş, həmin vaxt Şahid1 onlardan kənarda dayanaraq əl hərəkətləri ilə yaxınlıqda olan şəxsləri çağırmış, bundan sonra iki nəfər şəxs onların yanına gələrək Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ayırmış, bundan sonra Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs üzərinə hücum etmiş və orada olan şəxslər yenidən onları ayırmışdır. Saat 16:02-də Elnur işlədiyi “Osmanlı dönər” restoranı istiqamətində getmişdir. Şahid1 isə, orada qalmışdır. Saat 16:06:02-də Təqsirləndirilən şəxs iti addımlarla yenidən hadisənin baş verdiyi yerə qayıtmış və ora çatan zaman Zərərçəkmiş şəxs üzərinə hücum edərək onu vurmuş, orada olan şəxslər araya girərək Təqsirləndirilən şəxs saxlamış və ayıraraq kənara çəkmişdir. Saat 16:06:40-da Təqsirləndirilən şəxs oradan ayrılaraq işlədiyi “Osmanlı dönər” restoranı istiqamətində getmişdir. Daha sonra ətrafda olan şəxslər həmin yerə toplaşmışdır. Saat 16:14-də orada toplaşmış şəxslər Zərərçəkmiş şəxs “Mercedes Sprinter” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə əyləşdirmiş və həmin avtomobil oradan çıxıb getmişdir (1-ci cild iş vərəqi 232-236). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 30 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Kürdəmir rayon məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli 1(041)-69/2015 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib ona bir il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza bir il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir (1-ci cild iş vərəqi 211-216 və 2-ci cild iş vərəqi 10-14). Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 10 noyabr 2020-ci il tarixdə yəni, sonuncu məhkumluğu üzrə sınaq müddəti qurtardıqdan 4 il sonra törətmişdir. Beləliklə, Cəfərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 12 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 20). İşdə olan Bakı şəhər Nərimanov rayon məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu 12 noyabr 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 117-120). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 221.3-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 2-ci bəndində da göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir”. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzər tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzər tutulan cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 12 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.2.2 və 221.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 12 noyabr 2020-ci il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübutlar - Nərimanov rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd üzərində “yojust” yazısı yazılmış qarışıq rəngli kofta, bir ədəd qara rəngli cins şalvarı və bir cüt qara rəngli üzərində qırmızı zolağları olan idman ayaqqabısı, Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli mayka, bir ədəd alt paltarı (tuman) , bir ədəd qara rəngli köynək, bir ədəd üzərində göy rəngli cins şalvar, bir cüt qara rəngli ayaqqabı, bir cüt corab və bir ədəd üzərində ağ və qırmızı zolaqlar olan qara rəngli gödəkçə, hadisə yerində aşkar olunmuş 1 ədəd bıçaq və 02 ədəd pambıq tampon vasitəsi ilə götürülmüş qan ləkələri, avtomaşına baxış zamanı aşkar olunmuş gödəkçə və 2 ədəd pambıq tampon vasitəsi ilə götürülmüş qan ləkələri məhv edilməlidir; Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Nokia” markalı “M360” modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Nokia” markalı “360” modelli mobil telefon isə Zərərçəkmiş şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə ekspertiza xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə üzərində qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Nərimanov rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd üzərində “yojust” yazısı yazılmış qarışıq rəngli kofta, bir ədəd qara rəngli cins şalvarı və bir cüt qara rəngli üzərində qırmızı zolağları olan idman ayaqqabısı, Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli mayka, bir ədəd alt paltarı (tuman) , bir ədəd qara rəngli köynək, bir ədəd üzərində göy rəngli cins şalvar, bir cüt qara rəngli ayaqqabı, bir cüt corab və bir ədəd üzərində ağ və qırmızı zolaqlar olan qara rəngli gödəkçə, hadisə yerində aşkar olunmuş 1 ədəd bıçaq və 02 ədəd pambıq tampon vasitəsi ilə götürülmüş qan ləkələri, avtomaşına baxış zamanı aşkar olunmuş gödəkçə və 2 ədəd pambıq tampon vasitəsi ilə götürülmüş qan ləkələri məhv edilsin; Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Nokia” markalı “M360” modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Nokia” markalı “360” modelli mobil telefon isə Zərərçəkmiş şəxs yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə ekspertiza xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar