Məhkəmə qərarları › İş №1(101)-837/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-837/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-837/2022 28.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər:X5 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1984-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə 30 oktyabr 2021-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində şəxsiyyəti məlum olmayan şəxsdən 80 manata külli miqdarda 2,677 narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlayıb, daşımış və Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 oktyabr 2021-ci il tarixdə saat 20:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ 30-cu PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə olunmaqla üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilən zaman, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,680 qram, 0,349 qram, 0,701 qram, 0,511 qram, 0, 436 qram, ümumi təmiz çəkisi 2,677 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona verilən ittiha üzrə özümü təqsirli bilmir. 30 oktyabr 2021-ci il tarixdə saat 11-12 radələrində yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 21B, mənzil 99-dan evdən təxminən 500 metr uzaqlaşdığı zaman 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, onu məcburi qaydada maşına əyləşdirib Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasına aparmışlar. Həmin binada onu boş otaqlardan birinə aparıb, fiziki təsir göstərərək, ona veriləcək maddələrin kamera çəkilişi zamanı özünə məxsus olduğunu bildirməyə məcbur etmişlər. Sonra onu təhqiqatçının otağına aparmışlar, orada tanımadığı polis əməkdaşı bükümləri ona verib, cibinə qoymağı tələb etmişdir. Sonra videoçəklişlə üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmiş, o da məcbur qalaraq ona verilmiş bükümləri çıxararaq masanın üstünə qoymuş və özünün olduğunu bildirmişdir. Sorğu zamanı isə həmin maddələri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən əldə etdiyini bildirmişdir. Sonra üzərindən aşkar edilmiş həmin beş ədəd büküm paketə qoyularaq qablaşdırılmışdır. Əslində isə üzərində narkotik vasitə olmamışdır. Üzərindən aşkar olunan narkotik vasitəni polislərin tələbinə görə cibinə qoymuş və videoçəkliş zamanı məcbur qalıb təqdim etmişdir. Polislərin onu qanunsuz həbs etmələrinin səbəbi əvvəllər çox sayda su sayğaclarını oğurlaması ilə əlaqədar olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş DİN Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinnin əməliyyat-müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2021-ci il tarixdə “Alik” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və istifadə etməsi barədə işlədiyi şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 Alik adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Bölmənin rəisi tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. “Alik” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına, istifadə, satmasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəis tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri Şahid1, üzvü isə onun özü təyin olunmuşdur. Bundan sonra Alik adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, Şahid1 ilə birlikdə “Alik” adlı şəxsin yaşadığı ünvan 5 ünvanın qarşısına gəlmişdir. Həmin ünvanın qarşısında dayanmış şəxsin əlamətlərini Alikin əlamətlərinə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs oğlu kimi təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər, sonuncu da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə polis şöbəsinə getmişlər. Şahid1 bu barədə dərhal raport yazıb şöbə rəsinə məruzə etmişdir. Sonra 30-cu polis şöbəsinə müdafiəçi dəvət olunmuş, xidməti otaqların birində Təqsirləndirilən şəxs oğluna hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olubolmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 5 (beş) ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli tozşəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olması barədə sual verilmiş, o da həmin bükümdə “kakos” kimi tanıdığı narkotik maddə olduğunu, Suraxanı rayonu, Hövsan qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 80 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinnin əməliyyat-müvəkkil Şahid1 ifadələrində Şahid2 oğlunun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 30 oktyabr 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Suraxanı rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 01 noyabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 oktyabr 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 30 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və təhqiqatçı ona şübhəli şəxsin hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan edir və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs oğlu bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanda 5 bükümdən ibarət toz şəklində olan narkotik vasitə heroinə bənzər maddələri çıxararaq stolun üstünə qoyur. Ona həmin bükümlərdə nə olması sual verilir. O isə həmin bükümlərdə narkotik vasitə heroinin olduğunu bildirir. Ona həmin narkotik maddələri kimdən əldə etməsi barədə sual verilir. O, da həmin bükümləri tanımadığı şəxsdən aldığını bildirir. Ona nə qədər müddətdir ki, narkotik maddələrdən istifadə etməsi barədə sual verilir. O, üç ildir ki, narkotik maddələrdən istifadə etdiyini bildirir. Bundan sonra həmin 05 ədəd şəffaf sellofanda olan bükümlər bir ədəd zərdə qablaşdırılır. Üzəri iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərində Suraxanı RPİ-nin 30-cu polis şöbəsində xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən DVD diskə tməhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü 30 oktyabr 2021-ci tarixdə çəkilmiş, çəkilmiş videoçəkilişdən görünür ki, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasının içərisində Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilmiş və təhqiqatçı ona şübhəli şəxsin hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacağı barədə qərarı elan edir və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs oğlu bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ağ şəffaf sellofanda 5 bükümdən ibarət toz şəklində olan narkotik vasitə heroinə bənzər maddələri çıxararaq stolun üstünə qoyur. Ona həmin bükümlərdə nə olması sual verilir. O, isə həmin bükümlərdə narkotik vasitə heroinin olduğunu bildirir. Ona həmin narkotik maddələri kimdən əldə etməsi barədə sual verilir. O, da həmin bükümləri tanımadığı şəxsdən aldığını bildirir. Ona nə qədər müddətdir ki, narkotik maddələrdən istifadə etməsi barədə sual verilir. O, üç ildir ki, narkotik maddələrdən istifadə etdiyini bildirir. Bundan sonra həmin 05 ədəd şəffaf sellofanda olan bükümlər bir ədəd zərdə qablaşdırılır. Üzəri iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarına əlavə edilmiş edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 30 oktyabr 2021-ci il tarixli 6/4826 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN-nin “Zərflər üçün N 45” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs oğlunun üzərindən...” yazılar olan zərfdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0, 349 qram, 0,701 qram, 0,511 qram, 0,436 qram ümumi təmiz çəkisi 2,677 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X2 X3 Komissiyasının verdiyi 09 dekabr 2021-ci il tarixli 5000 saylı rəydən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0, 349 qram, 0,701 qram, 0,511 qram, 0,436 qram ümumi təmiz çəkisi 2,677 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİNin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 30.03.2016-cı il tarixli hökmü ilə 01 il 08 ay azadlıqdan məhrumməhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmiş, hazırda məhkumluğu yoxdur. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqdarı gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CMnin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən edilərək götürülmüş narkotik vasitələr ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 2,577 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçrilməsi videogörüntüləri özündə əks etdirən və bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 30 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat 82 (səksən iki) qəpiq məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən edilərək götürülmüş narkotik vasitələr ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 2,577 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçrilməsi videogörüntüləri özündə əks etdirən və bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat 82 (səksən iki) qəpiq məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar