Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-837/2024 13.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi2, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən psixotrop maddə olan MDMA-nı (metilendioksimetamfetamin) qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasımın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə əldə etmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının sonlarında külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq qəsdən Polşadan əldə edilməsi, saxlanılması və Azərbaycan Respublikasına poçt göndərişləri vasitəsilə göndərilməklə daşınması, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilərək ölkə ərazisində qanunsuz dövriyуəsinin həyata keçirilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyуətə uyğun olaraq, cinayətkar qrupun Polşada olan üzvləri tərəfindən 23 iyun 2023-cü il tarixədək olan müddət ərzində külli miqdarda 15 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə edilmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə 1 ədəd üzərində "Nivea men 75 ml” yazısı olan dairəvi formalı dəmir qablaşdırmanın içərisində gizlədilərək "xxxx" poçt daşımaları şirkəti vasitəsi ilə Polşadan Azərbaycan Respublikasına onun ünvanına göndərilmiş, 23 iyun 2023-cü il tarixdə saat 11 radələrində Dövlət Gömrük Komitəsi Hava Nəqliyуatında Baş Gömrük İdarəsinin "Bakı Karqo Terminalı Hava Limanı" gömrük postunda üzərində alıcının ünvanı "Bakı şəhəri, Səməd Vurğun 43". alıcının adı isə "Təqsirləndirilən şəxs" kimi qeyd edilmiş, izləmə kodu "1Z1T14WD042001814” olan poçt bağlamasına gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq уolu ilə keçirilmiş qeyd olunan külli miqdarda 15 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi aşkar edilərək götürülmüş,sonuncu sözügedən bağlamanı 25 iyun 2023-cü il tarixdə "xxxx" poçt daşımaları şirkətinin ünvan 5 ünvanında yerləşən inzibati binasında təhvil alarkən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci il tarixdən Polşa vətəndaşı olan şəxslə xarici ölkələrdən narkotik vasitə, psixotrop maddə əldə edərək satışı ilə məşğul olmuşdur. İbtidai istintaq dövründə verdiyi etirafedici ifadələrini təsdiq edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, “darkweb” internet şəbəkəsinə daxil olmuş, narkotik vasitələrin satış səhifələrini axtarmaq üçün axtarış yerinə “DRUG” sözünü yazmış, drug-sözü ümumilikdə narkotik vasitələrə aid olan sözdür. Beləliklə “Darkweb”də Polşa Respublikasında narkotik vasitə satan səhifə ilə rastlaşmış, həmin səhifənin domeni mütəmadi olaraq dəyişdirildiyi üçün həmin vaxt qeyd etdiyi səhifənin adının nə olduğunu hazırda xatırlamır. Qarşısına qoyduğu məqsədə çatmaq üçün narkotik vasitələr və psixotrop maddələr satan həmin səhifədə olan “Teleqram” səhifəsinə keçid etməklə yolu ilə həmin səhifənin istifadəçisi ilə əlaqə saxlamış, həmin şəxslə səsli və ya görüntülü danışıqları olmayıbdır. Lakin həmin şəxs “Ağa” adı ilə istifadə etdiyi profil hesabı ilə onunla əlaqə saxlayırmış və səmimi münasibətləri yarandığından həmin şəxs ona özünün də Azərbaycanlı olduğunu, Polşa Respublikasında yaşadığını bildirmişdir. O, həmin şəxsdən MDMA psixotrop maddəsini Azərbaycana poçtla göndərməsi ilə bağlı razılığa gəlmiş və beh kimi həmin şəxsə 300 manat qarşılığı olan kriptovalyuta göndərmişdir. 2023-cü ilin əvvəllərində həmin “Ağa” kimi tanıdığı şəxs ona “Azərpoçt” vasitəsilə göz altında olan qaraları aparan krem qablarının içərisində 15 qram MDMA göndərmişdir. Heç bir problem olmadan o, Bakı şəhəri 28 May ərazisində yerləşən poçt məntəqəsindən bağlamanı götürmüşdür. “Ağa” psixotrop maddənin hər qramına görə 150 manat kimi hesablayırmış, o da həmin pulu ödəməliymiş. İlkin olaraq 300 manat, daha sonra isə psixotrop maddəni sataraq əlavə 1950 manat olmaqla ümumilikdə 2250 manat qarşılığında olan kriptovalyutanı “Ağa” adlı şəxsin ona “Teleqram” vasitəsilə göndərdiyi hesaba göndərirmiş. Həmin hesab yalnız göndərən tərəfindən görülür, o, həmin hesab nömrəsi və kimin adına olması barədə məlumatları görə bilmir. “Ağa”-dan aldığı MDMA psixotrop maddəsini sifarişlərə uyğun olaraq qramlara bölüb istifadəsində olan “Teleqram” üzərindən satışını həyata keçirtmişdir. Belə ki, həmin psixotrop maddəyə “Teleqram”-da olan müxtəlif qruplarda 1 qramı üçün 180-200 manat olmaqla alıcı tapdıqdan sonra alınan psixotrop maddənin dəyərinə uyğun məbləğdə pulu adına olan **********195428 nömrəli "xxxx"a məxsus bank kartına köçürülməsini təmin edib ödənişə dair müvafiq qəbzin şəkilini ona göndərirmişlər, o da həmin psixotrop maddəni Bakı şəhərinin mərkəzində müxtəlif yerlərdə gizlədib həmin yerlərin şəkillərini çəkib və həmin yerin konumunu alıcı tərəfə göndərirmiş. Bundan sonra alıcı şəxs gedib psixotrop maddəsini həmin yerdən götürürmüş. Bundan sonra alıcı tərəf təhlükəsizlik baxımından onunla olan “Teleqram” üzərindən apardığı müvafiq yazışmanı sildiyi üçün həmin yazışmalar ondan da silinmişdir. Qeyd etdiyi faktdan sonra da bu ilin təxminən fevral-may aylarında eyni qaydada və təxminən eyni çəkilərdə olmaqla 2 dəfə MDMA psixotrop maddəsini “Ağa”nın vasitəsilə sifariş etmiş, lakin bu dəfə sifarişlərinin daha sürətli çatdırılması üçün o, “UPS.az” karqo şirkəti vasitəsilə göndərilməsini Polşada olan “Ağa” adlı şəxsə bildirmiş, həmin şəxs də onun istəyinə uyğun olaraq bağlamanı həmin karqo şirkətinə vermiş və o, həmin maddəni burada sataraq pulunu kriptovalyuta vasitəsilə eyni qaydada “Ağa”ya ödəmişdir. O, hər 3 halda sifariş etdiyi MDMA psixotrop maddəsini “Selection” adlı telegram sosial şəbəkəsində tanımadığı şəxslərə satışını həyata keçirmişdir. Sonuncu dəfə 2023-cü ilin may ayının sonlarında “Ağa” ilə əlaqə saxlamış və həmin şəxsdən ona eyni qaydada 15 qram MDMA psixotrop maddəsi göndərməsini xahiş etmiş, həmin şəxs də onunla razılığa gəldikdən sonra o, həmin şəxsə beh olaraq 700 manat dəyərində kriptovalyuta göndərmiş, bundan bir neçə gün sonra “Ağa” onunla əlaqə saxlayaraq imkan olan kimi həmin miqdarda MDMA psixotrop maddəsini “UPS.az” karqo şirkəti vasitəsilə ona göndərəcəyini bildirmişdir. Həmin əlaqə zamanı əvvəlki partiyalarda olduğu kimi bu dəfə də “Ağa” ona həmin MDMA psixotrop maddəsini hansı formada gizlədib göndərəcəyi barədə əvvəlcədən məlumat verməmişdir. Sadəcə olaraq bildirmişdir ki, əvvəlki partiyalarda olduğu kimi bu dəfə də kosmetik vasitələr yığdığı bağlamada göndərəcəkdir. Təxminən bir neçə gün əvvəl “Ağa” onunla əlaqə saxlayaraq bildirmişdir ki, artıq həmin MDMA psixotrop maddəsini 1 ədəd bağlamada ona çatdırması üçün karqo şirkətinə təhvil vermişdir. 25 iyun 2023-cü il tarixdə səhər saat 8-9 radələrində “UPS.az” karqo şirkətindən onunla əlaqə saxlanılmış və adına daxil olan bağlamanı gedib götürə biləcəyi bildirilmişdir. O da içərisində həmin MDMA olan bağlamanı götürmək məqsədilə 28 May metrostansiyası tərəfdə yerləşən həmin karqo şirkətinin ofisinə getmiş, orada adına olan bağlamanı təhvil almağına dair müvafiq jurnalda imza edib bağlamanı təhvil almış, sonra həmin yeri tərk etmək istəyən zaman özünü gömrük əməkdaşı kimi təqdim edən şəxslər ona yaxınlaşaraq onu saxlayıb Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə aparmışlar. O, həmin MDMA psixotrop maddəsini maddi vəziyyəti yaxşı olmadığı üçün satış məqsədilə sifariş edib ölkəyə gətirmiş. Onları əvvəllər 3 dəfə olduğu kimi, bu dəfə də “Telegram” sosial şəbəkəsində yaratdığı “Selection” səhifəsi vasitəsilə tanımadığı adamlara satacaqdı. Əvvəllər gətirdiyi həmin psixotrop maddələri müxtəlif qruplarda tanımadığı şəxslərə satmışdır. O, MDMA psixotrop maddəsini ölkə ərazisində 1 qramını təxminən 180-200 manata satırmış. Adına bağlamanı göndərən şəxs “Teleqram”da “Ağa” adlı profildən istifadə edir, ona bildirməsinə görə Polşada yaşayan Azərbaycanlıdır. Lakin həmin şəxsin anket məlumatları və mobil telefon nömrəsi barədə heç bir məlumatı yoxdur. Ağa adlı şəxs kriptovalyuta üzərindən işlədiyi üçün həmin şəxsin bank hesabları barədə heç nə bilmir. Satdığı MDMA psixotrop maddələrinin ölkə ərazisində satılmasında ona heç kim köməklik göstərmirmiş, o, özünün telegram səhifəsində olan istifadəçi profili üzərindən MDMA-ların satışını həyata keçirirmiş. O, “Ağa” ilə tanış olub bir dəfə həmin şəxsin vasitəsilə MDMA psixotrop maddəsini ölkəyə gətirdikdən sonra, bir neçə il bundan əvvəl şəhərdə olan Pub-ların birində tanış olduğu Rza adlı tanışına bu barədə bildirmiş, həmçinin Rzaya bu işi görməyi təklif etmiş, Rza da bu işi görmək istədiyini bildirdiyindən o, Rzanı “Ağa” ilə tanış etmişdir. Bundan sonra Rzanın təxminən 2023-cü ilin fevral ayında ona bildirməsinə görə 1 dəfə həmin “Ağa” adlı şəxsdən narkotik vasitə almışdır. Bundan bir qədər sonra Rza ilə aralarında mübahisə olduğundan sonuncu ilə əlaqəsini kəsmişdir. Rzanın anket məlumatları, eləcə də istifadə etdiyi mobil nömrə barədə məlumatı yoxdur. Rzanın hazırda harada olmasını və narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirib-keçirməməsi barədə bilmir. Rza təxminən 30-31 yaşlarında, arıq bədən quruluşlu, orta boylu, sarışın bir şəxsdir. Onun bildiyi qədərilə Rza narkoitk vasitələrdən istifadə etmir. O, “Ağa” ilə eyni zamanda kriptovalyutalarla bağlı olan internet saytlarına daxil olurmuş, Ağa onun aldığı MDMA psixotrop maddəsinin dəyərinə uyğun miqdarda kriptovalyuta alırmış və həmin kriptovalyutaya görə ödənilməli olan ödənişin linkini ona göndərirmiş, o da həmin linkə daxil olub müvafiq məbləğdə ödənişi özünə məxsus "xxxx" kartı vasitəsilə həyata keçirdirmiş. Onun psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak etməyi barədə heç bir tanışının məlumatı yoxdur. Eləcə də o, həmin maddələri satdığı adamların heç birini tanımır. O, heç bir narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmir. Onun əvvəllər məhkumluğu olmayıbdır. Saxlanan zaman gömrük əməkdaşları tərəfindən hər hansı bir zorakılıq, döymə və ya təhqir edilmə halları ilə qarşılaşmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 nə özünün, nə də Kamilin narkotik vasitə istifadəçisi olmamasını, ibtidai istintaq dövründə psixoloji təzyiq təsiri altında ifadə verdiyini, narkotik vasitə satmasının şahidi olmadığını bildirmişdir. Psixoloji təzyiqin məzmunu onunla izah etmişdir ki, ona Kamilin sevgilisi olduğu üçün narkotik vasitəyə görə saxlanılacağı, həbsdə “panik atak” xəstəliyi ilə ona çətin olacağı bildirilmişdir. Kamil səsyazma studiyasında işləmiş, gəlir yeri də elə iş yeri olmuşdur. Məhkəmə iclasında şahiddən ifadəsi elan edilmədiyi və ifadəsini oxumadan imza etdiyi təqdirdə ibtidai istintaq dövründə verdiyi ifadənin məzmunu barəsində necə məlumatlı olması barədə sualı cavablandırarkən sonuncu müdafiəçinin ona ibtidai istintaq dövründə dindirilməsi protokolunu göstərdiyini, öz imzasını tandığını bildirsə də müdafiəçi əlində yalnız ittiham aktının olmasını, şahidlə hər hansı əlaqəsinin olmamasını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs poçt göndərişləri postunda bağlamanı qəbul edərkən tərəflərindən saxlanmış, hava limanındakı inzibati binaya, təhqiqat şöbəsinə aparılmışdır. Bağlamanın içində şübhəli əşya olmağı əvvəlcədən monitorda aşkar olunmuş, onlar bağlamanı götürməsi üçün təqsirləndirilən şəxsin gəlməsini gözləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, poçt əməkdaşı kimi fəaliyyət göstərir. Saxlanılan malı görmüşdür. Saxlanılan 3 ədəd bağlamada “Nivea” məhsulu, pudraya bənzər məhsul və kofe qabında toz halında maddə olmuşdur. Bağlamaların qablaşdırılması qaydası şübhə doğurmuş və içərilərindən kəskin iyə məxsus maddələr müəyyən edilmişdir. Belə ki, qablaşdırmanın kustar üsulla həyata keçirilməsi baxış zamanı özünü biruzə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 22 iyun 2023-cü il tarixdə, monitor qarşısında xidməti vəzifəsini icra edərkən Azərbaycan ərazisinə gətirilən bağlamalar gömrük nəzarətindən keçirən zaman şübhə yaratdığından həmin bağlama tərəfindən saxlanılmış, "xxxx" şirkətin nümayəndəsi Rahim Məhərrəmov dəvət edilmiş, sonuncunun da iştirakı ilə bağlamaya baxış həyata keçirilmişdir. Bağlamalar o səbəbdən şübhə çəkmişdir ki, monitor vasitəsilə müşahidə edilərkən “Nivea Men 75ml” yazılmış qabın yarımçıq doldurulması, bağlamalarda toz və maye halında olan vasitələrin olması özünü biruzə vermişdir. Baxış keçirilən zamanı göndərmə sənədlərinin üzərində alıcının adı Təqsirləndirilən şəxs, ünvanı isə Səməd Vurğun 43 kimi göstərilmişdir. Ümumi çəkisi 0.5 qram olan poçt bağlamasına baxış keçirən zaman dəmir qabın içərisində üzərində “Nivea Men 75ml”, “Lovely powder 5.5 gr” və “Chicoree Cicoria 100 G” yazısı olan qabların içində kəskin iyə malik narkotik maddəyə bənzər maddələr aşkar olunmuşdur. Sonradan həmin maddələr elektron tərəzidə çəkilmiş,“Nivea Men 75ml” yazılmış qabın içində narkotik vasitəyə bənzər maddənin çəkisi 37 qram, üzərində “Lovely Powder 5.5 gr” yazısı olan bağlamanın içərisində ağ kristal şəkilli narkotik vasitəyə bənzər maddənin çəkisi 67 qram, üzərində “Chicoree Cicoria 100 G” yazısı olan dəmir qablaşdırmanın içində kəskin iyə malik narkotik vasitəyə bənzər maddənin çəkisi 128 qram təşkil etmişdir. Çəkilər qablaşdırma ilə birlikdə hesablanmışdır.Sonradan hal şahidlərinin iştirakı ilə qeyd edilən hallar protokollaşdırılmışdır. Bağlama ölkə ərazisinə Polşadan gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 oğlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ünvanlanan bağlamanı götürən yerdə saxlanılması barədə əməliyyat tapşırığına əsasən təqsirləndirilən şəxs tərəfindən tutulmuş və təhqiqat orqanına təhvil verilmişdir. Təqsirləndirilən şəxs “UPS” poçt göndərişləri ofisində saxlanılmışdır. Təqsirləndirilən şəxs bağlamaların özünə aid olduğunu mübahisələndirməmiş, poçt göndərişi ona Polşadan göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, əməliyyat qrupunun üzvü kimi təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində yerləşən “UPS- AZ” poçt şirkətinin ofisində tərəflərindən saxlanılmışdır. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 da Şahid9 verdiyi məzmunda ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadə verərək göstərmişdir ki, narkotik vasitə istifadəçisi deyildir. Kamildən narkotik vasitə satın almamışdır. 2021-ci ildə Qəbələdə olarkən içki içdikdən sonra təqsirləndirilən şəxsdən bir ədəd dərman “lirika” əldə etmişdir. Lakin həmin dərman müqabilində sonuncuya hər hansı pul vəsaiti təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadə verərək göstərmişdir ki, Kamili musiqi tədbirlərinə təşkilatçılıq edən şəxs kimi tanımışdır. Sonuncunun Şamaxı rayonunda təşkil etdiyi musiqi tədbirlərində iştirak etmişdir. Kamil onun axşam qızla görüşəcəyini bilib 1 ədəd (həb) vermiş və ona “axşam istifadə elə, yaxşı şeydi” demişdir. O da həmin tableti axşam qızla cinsi əlaqədən əvvəl istifadə etmiş və həqiqətən təsirini görmüşdür. Bundan bir-iki ay sonra o, yenidən hansısa qızla görüşmək istəyərkən Kamildən həmin tabletdən almışdır. Lakin həmin tabletlər müabilində ona hər hansı pul vəsaiti təqdim etməmişdir. Xatırladığı qədər başqa şəxslər də Kamildən dərman almışdır. Həmin dərmanın narkotik vasitə tərkibli dərman olduğunu bilməyərək qəbul etmişdir.Kamilin tədbirdən razı getmələri üçün onlara həmin tabletləri pulsuz verməsini düşünmüşdür. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid14 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, beynəlxalq tədbirlərin təşkili sahəsi üzrə tədbir təşkilatçısı olaraq işləyir. Hazırda heç bir narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. Lakin əvvəllər marixuana narkotik vasitəsindən istifadə etmiş, həmin marixuananı hazırda xatırlamadığı adamlardan alıb istifadə edirmiş. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sonlarından tanıyır, Kamil həmin vaxtlar musiqi sahəsində səslərin yazılması, tədbirlərin təşkil edilməsi ilə məşğul olurmuş. Hazırda xatırlamadığı tədbirlərin birində Kamil ilə tanış olmuş və səmimi münasibətləri yaranmışdır. Kamili sonuncu dəfə təxminən 2022-ci ilin yay aylarında Bakı şəhərində görmüş, həmin vaxtdan bu günə qədər Kamil ilə heç bir əlaqəsi olmayıbdır. 2021-ci ilin may ayının sonlarında hansısa musiqi tədbiri ilə bağlı Kamil ilə Qəbələ rayonuna səfər etmişlər. O, əvvəllər Kamilin yanında bir dəfə marixuana istifadə etdiyindən Kamil onun narkotik vasitə istifadə etdiyini bilirmiş. Qəbələdə olan zaman Kamil onun axşam qızla görüşəcəyini bilib təmannasız olaraq ona 1 ədəd qırmızı rəngli tablet (həb) vermiş və ona “axşam istifadə elə, yaxşı şeydi” demişdir. O da həmin tableti axşam qızla cinsi əlaqədən əvvəl istifadə etmiş və sanki əsəsblərinin sakitləşdiyini hiss eləmişdir. Bundan bir-iki ay sonra o, yenidən hansısa qızla görüşmək istəyərkən Kamildən 2 dəfə həmin qırmızı tabletdən pulu ilə almışdır. Kamil hər dəfəsində həmin tabletin birini ona 10 manatdan satırmış və o, pulu Kamil ilə görüşən zaman nağd şəkildə sonuncuya verirmiş. Kamil ona həmin tabletləri Bakı şəhəri Səbail rayonu Nizami küçəsi tərəflərdə görüşüb şəxsən verirmiş. Bundan sonrakı dövrlərdə o, beynəlxalq tədbirlərlə - futbol üzrə dünya çempionatı, formula 1, exspo2020-Dubay və sair tədbirlərlə bağlı ölkə xaricində olduğundan Kamil ilə əlaqəsi kəsilmişdir. O, Kamil ilə münasibəti olan zaman Kamilin konkret olaraq kiməsə narkotik vasitə və psixotrop maddə satmasını görməmiş, lakin Kamilin hərəkətlərindən, işləmədiyi halda hamıdan çox pul xərcləməsindən, eləcə də ətrafda olan narkotik istifadəçilərinin lazım olduğu təqdirdə bununla bağlı Kamilə müraciət etmələrindən ona aydın olmuşdur ki, Kamil narkotik vasitə və psixotrop maddələrin satışını gizlin şəkildə həyata keçirir. O, Təqsirləndirilən şəxs ona verdiyi həbləri (tabletləri) və başqa adamlara təşkil etdiyi narkotik vasitələri kimdən və haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur. Kamilin Polşadan ölkəyə narkotik vasitə və ya psixotrop maddələr gətirməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti Şahid14 ibtidai istintaq dövründə həyəcanlı olması ilə izah etməyə çalışsa da təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışına əlinin çatdığını, aldığı məvacibin xərclədiyi pullara uyğun gəlməməsini müşaiyət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Məhərrəm oğlu ifadə verərək göstərmişdir ki, o, özü poçt nümayəndəsidir. Müşahidə aparatından keçirilən bağlamalarda şübhəli predmetlər müəyyən olunmuş, qeyd edilən bağlamaya baxış keçirildikdən sonra həmin yük oradan götürülmüş və bağlamada narkotik vasitə olduğu, bağlamada 2-3 ədəd “Nivea” firmasına məxsus olan qabda həmin firmaya aid olmayan qoxulu maddə müəyyən edilmişdir. Bağlamaya inspektor tərəfindən yerində baxış keçirilmiş, bağlama bütövlükdə götürüldükdən sonra protokol tərtib edilmiş, narkotik vasitəni gömrük əməkdaşları aşkar etmişdirlər. Onlar bağlamaları yoxlama məntəqəsinə (monitora) qoyduqdan sonra orada olan yad cisimləri gömrük əməkdaşları özləri aşkar etmişdirlər. Onlar hər gün hava limanına, yəni gömrük əməkdaşlarının olduğu yerə gedib onlara məxsus olan bağlamaları yoxlanışdan keçirib götürmüşdürlər. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Şahid19 ifadə verərək göstərmişdir ki, Qəbələyə gedərkən Kamildən “lirika” götürmüş, Kamildə narkotik vasitənin olması barədə məlumatı dostlarından əldə etmişdir. Kamilin özünün narkotik vasitə istifadə etməsini görməmiş, narkotik vasitəni özü üçün almış, Kamildən həmin dərmanı rahatlaşdırıcı vasitə kimi əldə etmişdir. Kamildən bir dəfə narkotik vasitəni pulsuz almışdır. Məhkəmə zalında elan edilərək tədqiq edilmiş Şahid19 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o, Akademik Milli Dram Teatrında səhnə maşinisti vəzifəsində işləyir. Hazırda heç bir narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. Lakin əvvəllər marixuana narkotik vasitəsindən, sonuncu dəfə isə təxminən 2023-cü ilin fevral ayında marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs təxminən 2019-cu ildən tanıyır. Kamil həmin vaxtlar musiqi sahəsində “Event” dedikləri tədbirlərin təşkil edilməsi ilə məşğul olmuşdur. Hazırda xatırlamadığı tədbirlərin birində Kamil ilə tanış olmuş və yaxın münasibətləri yaranmışdır. Kamili sonuncu dəfə təxminən 2023-cü ilin əvvəllərində Bakı şəhərində hansısa gecə klubunda keçirilən “event”də görmüş, həmin vaxtdan bu günə qədər Kamil ilə heç bir əlaqəsi olmayıbdır. 2021-ci ilin may ayının sonlarında onlar Qəbələ rayonunda “event” təşkil etmək qərarına gəlmişlər, bunun üçün Qəbələ rayonunda hazırda xatırlamadığı bir həyət evini 2 günlük kirayələmişlər və Kamil ilə ortaq tanışları ilə birlikdə Qəbələ rayonuna səfər etmişlər. Qəbələyə getməmişdən əvvəl Kamil ona özündə 300-lük 6 həb lirika narkotik vasitəsi olduğunu bildirmiş, bu zaman o, Kamilə sonuncudan 1 həb ala biləcəyini bildirmiş və Qəbələ rayonunda olarkən həmin 1 həb lirikaya görə Kamilə 8- 10 manat arası nağd pul verməklə onu Kamildən alıb gecələdikləri həmin həyət evində istifadə etmişdir. Həmin vaxt Kamil onlarla birlikdə oraya gedən Şahid18, Şahid14 və Şahid15 da istifadə etmələri üçün lirika satmışdır. Lakin o, həmin vaxt Kamilin həmin şəxslərə lirikadan neçə həb və hansı qiymətə satdığını bilməmişdir. O, Kamil ilə münasibəti olan vaxtlarda qeyd etdiyi haldan başqa Kamilin kiməsə narkotik vasitə və psixotrop maddə satmasını görməmişdir. Lakin Kamilin ona lirikanı pul ilə verməyindən ona aydın olmuşdur ki, Kamil narkotik vasitələrin satışı ilə də məşğul olur. Təqsirləndirilən şəxs ilə çox yaxın olmadığından Kamilin ona və digər adamlara satdığı narkotik vasitələri kimdən və haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur. Nə Kamil ona bu barədə bildirmiş, nə də ki o Kamildən həmin narkotik vasitələri haradan və kimdən əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs Polşa Respublikası ilə əlaqələri, eləcə də həmin ölkədən Azərbaycan Respublikasına narkotik vasitə və ya psixotrop maddələr gətirməsini təşkil etməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyəti Şahid19 ibtidai istintaq zamanı dindirilərkən təzyiqə məruz qaldığını bildirsə də təzyiqi nədən ibarət olduğunu məhkəmədə izah edə bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Bakı Karqo Terminalı Hava Limanı" gömrük postunda tərtib olunmuş "Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC vasitəsilə Polşa Respublikasından Azərbaycan Respublikasına daşınması həyata keçirilən, üzərində alıcının ünvanı "Bakı şəhəri, Səməd Vurğun 43” olaraq, alıcının adı isə "Təqsirləndirilən şəxs” kimi qeyd edilmiş, izləmə kodu "1Z1T14WD**********" olan ümumi çəkisi 0.5 kq olan poçt bağlamasının içərisindən üzərində "Nivea men 75 ml” yazısı olan dairəvi formalı dəmir qablaşdırmanın içərisində kəskin iyə malik narkotik vasitəyə bənzər maddə, üzərində "X8 Powder 5.5 g" yazısı olan şüşə qablaşdırmanın içərisində kristalşəkiİli narkotik vasitəyə bənzər naməlum maddə, üzərində "Chicoree Cicoria 100 G" yazısı olan dəmir qablaşdırmanın içərisində kəskin iyə malik açıq-qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər naməlum maddə aşkar edilmişdir. Aşkar edilən predmetlər elektron tərəzidə çəkilmiş, üzərində "Nivea men 75 ml” yazısı olan dairəvi formalı dəmir qablaşdırmanın içərisində olan kəskin iyə malik narkotik vasitəvə bənzər naməlum maddənin qablaşdırma ilə birlikdə çəkisinin təxminən 37 qram olduğu, üzərində "X8 Powder 5.5 g” yazısı olan şüşə qablaşdırmanən içərisində olan kristalşəkilli narkotik vasitəyə bənzər naməlum maddənin qablaşdırma ilə birlikdə çəkisinin təxminən 67 qram olduğu, üzərində "Chicoree Cicoria 100 G" yazısı olan dəmir qablaşdırmanın içərisindən olan kəskin iyə malik açıq-qəhvəvi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər naməlum maddənin qablaşdırma ilə birlikdə çəkisinin təxminən 128 qram olduğu məlum olmuş və aşkar edilən həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (Cild 1, iş vərəqə 6-17). 25 iyun 2023-cü il tarixli "şəxsin saxlanılması haqqında" protokoldan görünür ki, 23 iyun 2023-cü il tarixdə "xxxx" MMC vasitəsilə Polşa Respublikasından Azərbaycan Respublikasına daşınması həyata keçirilən, üzərində alıcının ünvanı "Bakı şəhəri, Səməd Vurğun 43” olaraq, alıcının adı isə "Təqsirləndirilən şəxs” kimi qeyd edilmiş, izləmə kodu "1Z1T14WD**********" olan, ümumi çəkisi 0.5 kq olan poçt bağlamasını 25 iyun 2023-cü il tarixdə saat 09:37-də götürməyə gələn Təqsirləndirilən şəxs poçt bağlamasını Bakı şəhəri, Nəsimi rayonu, 28 May 72 ünvanında yerləşən "xxxx" MMC-nin binasından saat 09:40-da götürərək bağlamanın götürülməsinə dair müvafiq sənədləri imzaladıqdan sonra binadan çıxmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılaraq Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gətirilməsi təmin edilmişdir (Cild 1, iş vərəqə 72-73). 25 iyun 2023-cü il tarixli "Mobil telefonun götürülməsi və baxış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs məxsus "İphone 11“ markalı mobil telefon təhqiqat araşdırması aparılması üçün götürülmüş, keçirilmiş baxış nəticəsində iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumatlar video qeydedici vasitəsilə yaddaşa vazılıb DVD diskə köçürülərək protokola əlavə edilmişdir(Cild 1, iş vərəqə 57-58). Cinayət işinə əlavə edilmiş "DVD-yə baxış keçirilməsi haqqında" 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 25 iyun 2023-cü il tarixli “Mobil telefonun götürülməsi və baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd DVD-də olan video görüntülərə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs məxsus "İphone 11" markalı mobil telefonda mövcud olan “Telegram" tətbiqinin mesajlar bölməsində "Ms.Whatsyourname", "Omar", "Mzxs”, "Rufet", “Elchin Taghiyev” adlı adlı profil istifadəçiləri ilə "Selection" adlı istifadəçi (Təqsirləndirilən şəxs) arasında ayrı-ayrı vaxtlarda narkotik vasitələrin satışı ilə bağlı danışıqlara, Təqsirləndirilən şəxs narkotik vasitələrin istənilməsi ilə bağlı , sonuncunun razılıq verməsi və kart məlumatlarını ona ünvanlaması, məzmununda məsajlara rast gəlinmişdir (Cild 1, iş vərəqə 131-133). Cinayət işinə əlavə edilmiş "Mobil telefona əlavə baxış keçirilməsi haqqında" 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "İphone 11" markalı mobil telefonda 25 iyun 2023-cü il tarixli "DVD-yə baxış keçirilməsi haqqında" protokolda qeyd edilənlərdən əlavə telefonun üzərində ***-***-**-** mobil nömrəsi olması, "Telegram" tətbiqindən ***-***-**-** nömrəsi və "Selection" istifadəçi adı ilə qeydiyyatdan кeçməsi müəyyən edilmişdir.Bundan başqa həmin sosial şəbəkədə “Elikram” istifadəçisi adı ilə qeydə alınmış şəxslə qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində narkotik vasitələrin alqı-satqısını həyata keçirmələri məzmununda ismarıclar aşkar edilmişdir. Digər tərəfdən “Silinmiş hesab” adı ilə telegram sosial şəbəkəsində qeydiyyatdan keçmiş istifadəçi ilə 31 may 2022-ci il tarixdə Polşadan Azərbaycan Respublikası ərazisinə krem qablarında UPS- AZ poçt şirkəti vasitəsilə “epsom duzu” adlı maddənin göndərilməsi, gömrük sərhəddindən keçməsi üçün krem formasına salınması barədə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs həmin şəxsə kuryerin onunla əlaqə saxlaması məqsədilə telefon nömrəsini vermişdir. Bundan sonra həmin şəxslə Təqsirləndirilən şəxslə ayrı-ayrı vaxtlarda “patı”, “mefedron”, “amf” və digər maddələrin Polşadan satılması üçün Azərbaycan Respublikası ərazisində göndərilməsi barədə razılıq əldə edilməsi, sonuncu tərəfindən həmin maddələrə görə pul vəsaitlərinin ödənilməsi və satılması məzmununda ismarıclara rast gəlinmişdi(Cild 1, iş vərəqə 134-157). İş materiallarına əlavə edilmiş "Bank məlumatlarına baxış keçirilməsi haqqında" 23 avqust 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" Kommersiya Bankı ASC-dən daxil olmuş 08 avqust 2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd diskdə olan məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına qeydə alınmış "Leobank” ASC-yə məxsus **********195428 nömrəli bank kartı vasitəsilə UPS_PL beynəlxalq poçt daşıma şirkətinə 12 yanvar 2023-cü il tarixdə saat 17:15 və 17:28-də olmaqla 2 dəfə 230 Polşa zlotısı (90.967 Azərbaycan manatı) dəyərində pul köçürməsi icra edilmiş, lakin hər iki halda ödənişlər bir neçə saniyədən sonra geri qaytarıİmışdır. Bundan başqa Təqsirləndirilən şəxs adına qevdə alınmış "Unibank” Kommersiva Bankı ASC-və məxsus **********062849 nömrəli və ”Leobank” ASC-yə məxsus **********195428 nömrəli bank kartlarına ödəmə terminalları və həmin və ya başqa bank kartları ilə köçürmələr yolu ilə müxtəlif vaxtda və məbləğlərdə pul köçürmələri həyata keçirilmişdir. Bankomatlar vasitəsilə qeydə alınmış görüntülərə əsasən isə həmin kartlarda olan pul vəsaitləri müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs tərəfindən nağdlaşdırıİmışdır. Sözügedən bank kartlarına mədaxil edilmiş vəsaitlərin əsas hissəsi köçürmə yolu ilə "Unibank” Kommersiva Bankı ASC və "xxxx" ASC-nin müştərilərindən olan X2 məxsus 409858******0292 nömrəli kartdan Təqsirləndirilən şəxs adına qeydə alınmış "xxxx" Kommersiva Bankı ASC-yə məxsus **********062849 nömrəli bank kartına 23 may 2023cü il tarixdə 130 manat, 24 may 2023-cü il tarixdə 130 manat, 18 iyun 2023-cü il tarixdə 100 manat, 23 iyun 2023-cü il tarixdə 400 manat, 24 iyun 2023-cü il tarixdə 800 manat və Ləman Rufullayevin həmin kartından Təqsirləndirilən şəxs adına qeydə alınmış "xxxx" ASC-və məxsus **********195428 nömrəli bank kartına 06 may 2023-cü il tarixdə 130 manat, Şahid25 məxsus 409858******3084 nömrəli kartdan Təqsirləndirilən şəxs adına qeydə alınmış "xxxx" Kommersiva Bankı ASC-və məxsus **********062849 nömrəli bank kartına 21 may 2023-cü il tarixdə 130 manat, 23 may 2023-cü il tarixdə 125 manat və Şahid25 həmin karlından Kamil Rzavevin adına qeydə alınmış "xxxx" ASC-və məxsus **********195428 nömrəli bank kartına 02 mart 2023-cü il tarixdə 650 manat, Şahid23 məxsus 409858******0787 nömrəli kartdan Təqsirləndirilən şəxs adına qevdə alınmış "xxxx" Kommersiva Bankı ASC-yə məxsus **********062849 nömrəli bank kartına 15 may 2023-cü il tarixdə 60 manat, 19 may 2023-cü il tarixdə 120 manat və Şahid23 həmin kartından Təqsirləndirilən şəxs adına qeydə alınmış ”Leobank” ASC-yə məxsus **********195428 nömrəli bank kartına 03 may 2023-cü il tarixdə 140 manat, 06 may 2023cü il tarixdə 100 manat, CanŞahid14 Oqtay oğluna məxsus 409858******6188 nömrəli kartdan Təqsirləndirilən şəxs adına qevdə alınmış "xxxx" ASC-yə məxsus **********195428 nömrəli bank kartına 08 yanvar 2023-cü il tarixdə 50 manat, 10 yanvar 2023-cü il tarixdə 50 manat. 05 mart 2023-cü il tarixdə 120 manat, 08 aprel 2023-cü il tarixdə 100 manat, 12 aprel 2023-cü il tarixdə 130 manat, 13 aprel 2023-cü il tarixdə 39 manat, 17 aprel 2023-cü il tarixdə 25 manat, Şahid22 məxsus 409858******6675 nömrəli kartdan Təqsirləndirilən şəxs adına qeydə alınmış "Leobank” ASC-yə məxsus **********195428 nömrəli bank kartına 26 dekabr 2022-ci il tarixdə 250 manat, 15 yanvar 2023-cü il tarixdə 45 manat, 17 yanvar 2023-cü il tarixdə 178 manat, 04 mart 2023-cü il tarixdə 45 və 25 manat, 09 aprel 2023-cü il tarixdə 70 manat, 14 aprel 2023-cü il tarixdə 170 manat, 15 aprel 2023-cü il tarixdə 20 manat, 21 aprel 2023-cü il tarixdə 115 manat, 29 aprel 2023-cü il tarixdə 60 manat, 02 may 2023-cü il tarixdə 130 manat və 04 may 2023-cü il tarixdə 142.5 manat məbləğində pul köçürülmüşdür. (Cild 1, iş vərəqə 127-150). “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd diskdə olan məlumatlara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına qeydə alınmış "xxxx" ASC-yə məxsus 4098 5844 5089 8653 nömrəli bank kartından X4 adına qeydə alınmış "xxxx" ASC-yə məxsus 4189 8000 8049 3719 nömrəli kartına xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 200 manat və həmin gün əlavə olaraq 200 manat pul köçürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs həmin kartından X3 adına qeydə alınmış "xxxx" ASC-yə məxsus 4127 2093 0492 9075 nömrəli bank kartına xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat və xx.xx.2022-ci il tarixdə 200 manat məbləğində, eləcə də Təqsirləndirilən şəxs adına qeydə alınmış "xxxx" ASC-yə məxsus **********724856 nömrəli bank kartından Azad Əsədullayevin həmin kartına xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023cü il tarixdə 500 manat və həmin gün əlavə olaraq 300 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 30 manat və həmin gün əlavə olaraq 50 manat məbləğində pul vəsaiti göndərilmişdir. Bundan əlavə X3 adına qeydə alınmış "xxxx" ASCyə məxsus 4127 2093 0492 9075 nömrəli bank kartına mədaxil-məxaric olan vəsaitlərin əsasən elektron kommersiya vasitəsilə həyata keçirildiyi və həmin kartla Polşa Respublikasının Varşava şəhərində yerləşən müxtəlif obyektlərdə ödənişlərin aparıldığı müəyyən edilmişdir. (cild 1, iş vərəqə 185-206). 24 iyun 2023-cü il tarixli məhkəmə kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, DGK-nə məxsus kağız paketdə olan üzərində “Chicoree Cicoria 100 G” yazısı olan plastik qabda təmiz çəkisi 95,0 qram olan açıq qəhvəyi rəngli toz maddənin və üzərində “X8 Powder 5.5 g” yazısı olan qabda təmiz çəkisi 25,0 qram olan ağ rəngli maddənin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməmişdir. Təqdim edilmiş üzərində “Nivea men 75 ml” yazısı olan bir ədəd qabda təmiz çəkisi 15,0 qram olan ağ rəngli kristallik maddə psixotrop maddə MDMA (metilendioksimetamfetamin)dir. MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı 2) daxildir. Ekpertiza tədqiqatından sonra psixotrop maddə MDMA-nın qalıq çəkisi 14,9 qram, açıq qəhvəyi rəngli maddənin qalıq çəkisi 94,9 qram, ağ rəngli maddənin qalıq çəkisi 24,9 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 45-47). 26 iyun 2023-cü il tarixli qərarla cinayət işi üzrə aşkar edilərək götürülmüş 15 qram MDMA (metilendioksimetamfetamin ) psixotrop maddəsi, 25 qram ağ rəngli və 95 qram açıq qəhvəyi rəngli naməlum maddələr, həmçinin Təqsirləndirilən şəxs adına **********195428 nömrəli "xxxx" ASC-yə məxsus, **********062849 nömrəli "xxxx" ASC-yə məxsus və **********724856 nömrəli "xxxx" ASC-yə məxsus bank kartları, 1 ədəd “İphone 11” markalı mobil telefon maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,9 qram təşkil edən MDMA (metilendioksimetamfetamin ) psixotrop maddəsi, 24,9 qram ağ rəngli və 94,9 qram açıq qəhvəyi rəngli naməlum maddə saxlanılmaq üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs məxsus yuxarıda adı çəkilən bank kartlarınən və “İphone 11” markalı mobil telefonun cinayət işi materiallarına əlavə edilməsi müəyyən edilmişdir (Cild 1, iş vərəqə 168). 04 iyul 2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 184). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin tarixli 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respubliası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəzhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə narkotik vasitələrin keçirilməsi formasında təzahür edən qaçaqmalçılıq əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcələsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuşdur. Satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, müvafiq əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi isə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 106-ci bəndinə (təzə redaksiyada) əsasən – beş qram və daha artıq çəkidə MDMA (metilendioksimetamfetamin) külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi etiraf edici ifadələri iş üzrə toplanmış digər sübutlar Təqsirləndirilən şəxs mobil telefonuna keçirilmiş baxış, eləcə də onun adına olan bank kartları və istifadəsində olan mobil nömrə üzrə əldə edilmiş məlumatlarla, şahid ifadələri ilə müqayisə edərək, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə hər iki maddədə öz əksini tapan əməllər ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, həmin Məcəllənin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirici hallar, 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 206.3.2-ci, həm də 234.4.1 və 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). 25 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 iyun 2023-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu vaxtdan hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir ( cild 1, iş vərəqə 162-166) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun tutularaq həbsə alındığı vaxtdan, yəni, 25 iyun 2023-cü il tarixdən hesablanmalıdır 21 avqust 2023-cü il tarixli narkoloji məhkəmə ekspertizası rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur ( cild 2, iş vərəqə 233- 234). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14.9 qram təşkil edən narkotik vasitə MDMA (metilendioksimetamfetamin), 24.9 qram ağ rəngli, 94.9 qram açıq qəhvəyi rəngli naməlum maddə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə narkotik vasitələrin ekspertizasına çəkilmiş 145 (yüz qırx beş ) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 44). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 48(qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz)) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03. 2011-ci il, tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əmələrini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 iyun 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar : - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq çəkisi 14,9 qram təşkil edən psixotrop maddə MDMA, habelə 24.9 qram ağ rəngli, 94.9 qram açıq qəhvəyi rəngli naməlum maddələr məhv edilsin; -Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs aid olan **********195428 nömrəli "xxxx" ASC-yə, **********062849 nömrəli "xxxx" ASC-yə və **********724856 nömrəli "xxxx" ASC-yə məxsus bank kartları, habelə 1 ədəd “İphone 11” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 48 (qırx səkkiz )iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi3 üçün 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-837/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-837/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver