Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-837/2025 01.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X3, X6 və X1 ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ramiz oğlunun, 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Rasim qızının, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi 4048-49, ev 195 mənzil 4-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində fərdi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6 və 170.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs digər şəxsin sifarişi əsasında Tik-Tok sosial şəbəkəsində «X11 Dədəsi» adlı səhifədə kriminal aləmin üzvü hesab etdiyi məhrum «Rövşən Lənkəranski» ləqəbli «qanuni oğru» kimi adlandırılan və haqqında paylaşdığı video müraciəti izlədikdən sonra kriminal aləmin üzvü haqqında dediklərini təkzib etmək, «qanuni oğru» statusunu bir daha önə çəkərək cinayətkar ünsürləri və onların həyat tərzini təbliğ etməkdən ötrü habelə bu hərəkətlərin qisasını almaq üçün xx.xx.2007-ci ildə və xx.xx.2008-ci ildə doğulmaqla yetkinlik yaşına çatmayan şəxsləri əməllərinin kriminal ünsürlərə rəğbət bəsləyən şəxslər tərəfindən alqışla qarşılanacağı, bununla yüksək hörmətə malik olacaqları kimi aldadıb, vədlər verməklə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməklə, habelə digər şəxsin sifarişi ilə qeyriləri və şəxsiyyətləri istintaqa məlum olmayan digər səxslərlə cinayət əlaqəsinə girərək sonuncularla cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib həmin video müraciətin müəllifi olan Zərərçəkmiş şəxs şəxsiyyətini və olduğu yeri müəyyən etməklə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs mobil telefon nömrəsini əldə edərək aralarında olan cinayətkar sövdələşmə əsasında edəcəkləri hərəkətlərin bölgüsü üzrə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində qrupun digər üzvü mobil telefonu vasitəsi ilə Zərərçəkmiş şəxs iş adı ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən 118 nömrəli marşrut avtobusun sonuncu dayanacağına çağıraraq gəlməsinə nail olduqdan sonra cinayətkar qrupun digər üzvlərinə bu haqda, yəni üzərinə düşən işin öhdəsindən gəlməsi barədə məlumat vermiş, həmin gün saat 17 radələrində Zərərçəkmiş şəxs söhbətə tutaraq piyada hərəkət etməklə əvvəlcədən təyin edilmiş yerə qədər yəni həmin dayanacaqdan bir qədər aralıya cinayət qrupunun digər üzvlərinin idarə etdiyi və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərin Qaz 3302 yük markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində gözlədikləri yərə apararaq öncədən qurulmuş plana görə qrupun yuxarıda qeyd olunan üzvü oradan uzaqlaşmış, şəxsiyyəti istintaqla müəyyənləşdirilmiş və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər isə zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə, sifarişlə və istintaqa məlum olamayan kəsici-deşici alətdən, yəni silah qismində istifadə edilən əşyaları tətbiq etməklə Zərərçəkmiş şəxs oğurlayıb döyərək fiziki güc tətbiq etməklə öz iradəsi ziddinə həmin avtomobilin yük yerinə yerləşdirib müqavimətini qıraraq sonuncunun əl, ayağını habelə ifşa olunmamaları üçün gözlərini yapışqan lentlə bağlayıb Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evə apararaq evin həyətində olan toyuq damına salmaqla orada yetkinlik yaşına çatmayan şəxsləri cinayətkar qrupa və ağır cinayətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə, silah qismində istifadə edilən əşyaları tətbiq etmə, sifarişlə adam oğurlama cinayət hərəkətlərini inadla davam etməklə, sonradan oraya gəlmiş digər qrup üzvü ilə birlikdə tərəflərindən oğurlanmış Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə bədənin müxtəlif nahiyələrinə vuraraq hər iki gözyuvası ətrafı, hər iki dodaq və sol baldır nahiyələrinin qançırı, sağ diz nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə zərər vurmayan xəsarət yetirməklə döyərək və ona psixi iztirab verməklə onun bu məqsədlə əvvəlcədən istintaqa məlum olmayan mənbədən əldə edərək özləri ilə gətirdikləri el arasında «gəlinlik» kimi tanınan qırmızı rəngli qadın paltarını (yaylıq və ətək) zorla geynidirməklə sosial şəbəkədə paylaşdığı videogörüntülərdəki sözlərini təkzib etməsini və «böyük qardaşlardan» üzr istəməsini tələb edərək buna nail olduqdan sonra istifadələrində olan mobil telefonlarla həmin görüntülərin çəkilişini aparıb internet vasitəsi ilə sifarişçi şəxsə göndərməklə «Tik-Tok» sosial şəbəkəsində yayımını təşkil edərək istədiklərini əldə edib qanuna zidd əməllərini bitmiş hesab etməklə məruz qaldığı işgəncədən huşunu itirmiş Zərərçəkmiş şəxs huşsuz vəziyyətdə həmin avtomobilə mindirərək sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 118 nömrəli marşrut avtobusunun son dayanacağının yaxınlığına aparıb yerə atmaqla oradan uzaqlaşmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6 və 170.3-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hadisə baş verən gün səhər saat 8-in yarısında evdən çıxaraq anasını dayısıgilin evinə aparmış daha sonra işə getmişdir. İşə adətən səhər 08:00 radələrində gedir, vəsiqəsini işdə olan mühafizəçiyə göstərərək işlədiyi müəssisənin inzibati binasına daxil olur və saat 18:00 radələrində işdən çıxır. Hadisə günü də qrafiki eyni olmuşdur. Zığ qəsəbəsindən işdən çıxdıqdan sonra Qaraçuxur qəsəbəsində iş yoldaşını düşürərək, evə yola düşmüş, saat 18:30-19:00 radələrində yaşadığı evə çatmış, evdə cəmi 15 dəqiqə olmuşdur. Evə çatdıqda qapını qardaşı açmışdır. Həyətdə başqa heç kimi görməmişdir. Daha sonra evdə duş qəbul edərək, Koroğlu metrostansiyasına Məhərrəm adlı şəxslə görüşmək üçün getmişdir. Bu hadisədən heç bir məlumatı olmamış, heç kim ilə arasında telefon danışığı olmamışdır. Evə gələndə atasıgilin artıq Nəzirxanı yola saldıqlarını görmüşdür. Həmin vaxt Nəzirxanın üzündə xəsarət izi olmamış, əl-qolunu isə bağlı şəkildə görməmişdir. Zərər çəkmiş şəxs Nəzirxanı əvvəllər tanımamış, hər hansı videosunu görməmişdir. Hadisənin səhəri günü onun üzr videosunu “tiktok” sosial şəbəkəsində görmüş və ona xatırlamadığı tarixdə “whatsapp” vasitəsilə göndərilmişdir. Nəzirxanın talışları söydüyü üçün ata tərəfindən evə gətirildiyini sonradan bilmişdir. Nəzirxanı yola salanda onun kim olmasını soruşduqda ona Nəzirxanın talışları söyən şəxs olmasını, onu gətirib üzr istətdirdiklərini bildirmişlər. Nəzirxanın Qazelin yük yerinə mindirilməsini və toyuqların saxlanma yerində olmasının şahidi olmamışdır. Həmçinin polis əməkdaşları maşından düşərək üzərinə hücum etdikdə ona zərər yetirməmələri üçün qaçmış, hətta onlar maşının qapısını təpiklə də vurmuşlar. Onların polis əməkdaşları olduğunu əvvəlcədən bilməmiş, Nəzirxanın qohumları olduğunu fikirləşmişdir. Ona zərər yetirməmələri üçün qaçmışdır. Sonra Məhərrəm zəng edəndə ona qanunsuz saxlanıldıqlarını, bu barədə 102 xidmətinə zəng etməli olduqlarını demişdir. Hadisə günü heç kim tutulmasa da, atası həmin gün gedib özü təslim olmuşdur. ibtidai istintaqda ifadə verməmiş, sadəcə psixi təzyiq altında yazılanlara imza etmişdir. Həmin ifadəni ittiham aktını aldıqdan sonra oxumuşdur. Bu səbəbdən ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 133.2.1, 133.2.3, 133.2.6 və 170.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, yeni yaşayış massivində ailə üzvlərilə birlikdə yaşayır, istifadəsində ***-***-**-** saylı telefon nömrəsi vardır. 2022-ci il tarixdən “X16 Şirkəti”ndə çilingər vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yeni yaşayış massivində yaşadığı evə getmiş, əynini dəyişib həyətə çıxıb görmüşdür ki, evin arxasında olan toyuq damında səs gəlir. O, gedib içəri daxil olmasa da qapıdan baxanda “Tik-Tok” səhifəsindən tanıdığı lakin anket məlumatlarını bilmədiyi Nəzirxan adlı şəxsin əl və ayaqlarının skoçla bağlı şəkildə yerdə oturmasını görmüşdür. Həmin vaxt Nəzirxanın yanında atası Şücaət, qohumu Samir və qardaşı Murad olmuşdur. Murad telefonla Nəzirxanı videoya çəkmiş, atası isə Nəzirxandan üzr istəməsini tələb etmişdir. O, atasına, Nəzirxanı burada saxlamağın adının olmadığını və getməsi üçün buraxmasını demişdir. Bundan sonra o, “Koroğlu” metrosunun yanına getmiş və Nəzirxanı nə vaxt buraxmaları barədə məlumatı olmamışdır. O, öncədən atası Şücaətin Nəzirxanı axtarmasını bilməsə də, Nəzirxanın “Tik-Tok” sosial şəbəkəsində talışlar barədə xoşagəlməz söyüşlə olan sözlər deməsini bilmişdir. O, həmçinin Nəzirxanın atasının istifadəsində olan “Qazel” markalı avtomobillə gətirilməsini bilsə də bu barədə heç bir söz soruşmamış və deməmişdir. Zərərçəkmiş şəxs döyülməsi barədə videonun onun istifadəsində olan “Samsung Galaxy A03” markalı telefonla çəkilməsindən və baxış zamanı həmin görüntülərin onun mobil telefonunda olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə baş verən gün əvvəlcə evdə olmuşdur. Arvadı kafedə xadimə işləmişdir. Səlim də həmin kafedə kafel-metlax işi gördüyü üçün onun nömrəsini arvadından almışdır. Səlim ilk dəfə hadisədən iki gün qabaq usta işi ilə bağlı ona zəng edərək, işlə bağlı çağırdığını bildirdiyi üçün o, hadisə baş verən gün Səlimlə görüşməyə getmişdir. Səlimlə bir qədər söhbət etdikdən sonra Səlim ona birlikdə çörək kəsməyi təklif etmiş, o da razılaşmışlar. Səlimlə “Kafe 999” adlı yeməkxananın qarşısında görüşərək onun işlədiyi evə qalxmışlar. “Kafe 999”-un qarşısından Səlimin işlədiyi evə doğru təxminən 10 dəqiqə yol getmişlər. Aralarında evdə görüləsi işlər və qiymət barədə söhbət aparmışlar. Hətta Səlimin arvadı içəri gəlsə də, Səlim talışca nəsə sözlər deyərək, onu qovmuşdur. Səlim yemək üçün pomidor, pendir və kolbasa almaqla yanaşı içməyə də araq almışdır. O, içki içmədiyini bildirsə də, Səlim az da olsa içməyi təklif etmişdir. Səlim çox israr etdiyi üçün 50 qram araq içmişdir. Bu vaxt Səlimin yanına özünü maşın ustası kimi təqdim edən tanımadığı şəxs gəlmiş və qalan arağı Səlimlə həmin şəxs ikisi içmişlər. Orada olduğu vaxt Səlimə zəng gəlmiş, Səlim isə oradan çıxaraq telefonla danışıb içəri gəlmişdir. Səlimin işlədiyi evdə günorta saat 12-nin yarısından günorta saat 4 radələrinədək oturmuş, Səlimə yenidən kimsə zəng etmiş və onlar məhəllədə sağollaşaraq ayrılmışlar. İlk öncə arvadının işlədiyi kafenin yanına çatmış, həmin kafedə əyləşib bir stəkan çay içmək istəsə də, saatın 5-in yarısı olduğunu həm də pulunun olmadığını görərək fikrini dəyişmiş, evə tərəf getməyi qərara almışdır. Təxminən bir neçə metr getdikdən sonra yol kənarında bir “Qazel” markalı avtomobilin dayandığını görmüşdür. Qazelin yanına çatdıqda əlini cibinə salaraq telefonu çıxarlb baxmaq istədikdə arxadan kimsə təpik zərbəsi ilə belindən vurmuş, zərbənin təsirindən o, yerə yıxılmışdır. Ona təpiyin kimin vurmasını görməmişdir. Həmin an başı telefona baxmağa qarışdığından,, üzərində olan “rezak”la özünü müdafiə edə bilməmişdir. Onu vuran şəxs və ya şəxslər yerə yıxıldıqdan sonra əl-qolunu bağlayaraq, başına torba keçirərək Qazel markalı avtomobilin yük yerinə tullamış, elə avtomobildə olan zaman da həmin şəxslər tərəfindən döyülmüşdür. Həmin şəxslər 7-8 nəfər olmuş, üzlərini görməsə də, müstəntiqin iştirakı ilə həmin şəxsləri səslərindən tanımışdır. Onu döyən, Qazelə mindirən şəxsləri gözləri bağlı olduğu üçün görməsə də Şücaəti səsindən tanımışdır. Daha sonra təxminən 20 dəqiqə yol getdikdən sonra onu Şücaətin tövləsi dedikləri yerə salmışlar. Tövlədə ona 5 saat işgəncə verən zaman üzünü bağlamış, sadəcə kimlərəsə görüntülü zəng edən zaman üzünü açmışlar. Həmin vaxt 7-8 nəfərin üzünü görmüşdür. Həmin şəxslər onu “Talışlarda mərd insan yoxdur” ifadəsini işlətdiyi və “Rövşən”in ünvanına söyüş söydüyü üçün döydüklərini demişlər. Onu döyən şəxslərə ögey anasının da talış olmasını desə də həmin şəxslər onun anasınıı da söymüşlər. Onu döyən şəxslər 10-15 nəfər şəxsə videozəng vasitəsilə zəng edərək onu göstərmişlər. Bir qədər döydükdən sonra üstünə su tökərək onun “altını batırdığını” görüntülü danışdıqları şəxslərə bildirmişlər. Kamranı sadəcə tövlədən çıxarıb yola salan zaman görmüşdür. Təqsirləndirilən şəxs əynində hərbi köynək olmuşdur. Həmin anda Kamran heçnə deməmiş və onu vurmamışdır. Gözləri bağlı olduğu zaman isə Kamranın onu vurub-vurmamasını görməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı tövlədə görmüşdür. Lakin onu tövlədən çıxarıb aparan Təqsirləndirilən şəxs olmamışdır. Şücaət onun başına torba keçirərək Qazel markalı avtomobilin yük yerinə atmış, Bu səbəbdən Qazel markalı avtomobili kimin sürdüyünü görməmişdir. Onu axşam saat 10 radələrində gətirib evinin yaxınlığındakı qəbiristanlıq yolunda tullamışlar. Müstəntiq onun tərəfindən ifadə zaman bildirdiklərinin yalnız 50 faizini düzgün yazmış, qalan hissəni isə özü bildiyi kimi qeyd etmişdir. Belə ki, müstəntiq çox sənədə qol çəkdirdiyi üçün həmin sənədlərin hamısını oxuya bilməmiş və oxumadan imzalamışdır. Müstəntiq “Whatsapp” tətbiqində görüntülü zəng edərək, Kamranı göstərib Kamran olubolmadığını soruşmuş və o da həmin şəxsin Kamran olduğunu ona demiş və bildirmişdir ki, “orada olanlardandır”. Zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsini elan edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 118 nömrəli marşurut avtobusunun son dayanacağında fərdi yaşayış evində yaşayır. 2023-cü ilin noyabr 2024cü ilin yanvar aylarında “Qanuni oğrular” Quli və Rövşən barədə, həmçinin talışlar barədə “Tik-Tok” sosial şəbəkəsində «X11 Dədəsi» adlı səhifədə paylaşım etmiş və talışların içərisində mərd adam görmədiyini demiş, Rövşənin tərəfdarlarını söymüşdür. Bu sözləri deməsinə səbəb, ona oğru kimi özünü təqdim edən şəxslərdən kim ona zəng edəcəkdir. Həmin söhbətdən sonra ona bir neçə nəfər tanımadığı və xatırlamadığı nömrələrdən zəng etmişlər və “Sən oğru ola bilməzssən, telefonda və ya Tik-Tokda oturan oğru olmaz" deyə bildirmişlər. Həmin vaxtdan sonra bir müddət keçmişdir. xx.xx.2024-cü il tarixdə bir gün qabaq gördüyü elana görə arvadı Zemfira gedib Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Fazenda” kimi tanınan yerdə yerləşən “999 kafe”yə qabyuyan kimi işə düzəlmişdir. xx.xx.2024-cü il tarixdə ona bir nəfər Səlim adlı şəxs zəng etmiş və yanında usta işinin olduğunu, nömrəsini arvadı Zenfiradan götürdüyünü demişdir. O usta işlədiyini hazırda boş olduğunu demişdir. Səlim isə sabah danışaraq görüşməyi təklif etmişdir. Səhəri gün xatırlamadığı vaxtda Səlim ona zəng edərək, xx.xx.2024-cü il tarixdə səhər saat 9-da Sabunçu rayonu Zabrat qəsəbəsində 118 nömrəli marşurutun son dayanacağında görüşməyi təklif etmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Səlimin istifadəsində olan 077 *** ** ** saylı telefon nömrəsinə zəng etmiş, Səlim telefonu açmamışdır. Təxminən həmin gün saat 11 radələrində Səlim ona zəng etmiş və 118 nömrəli marşurutun son dayanacağına gəlməsini bildirmişdir. O, həmin yerə yaşadığı evdən çıxıb ayaqla 2 km yolu piyada qət etməklə getmiş və Səlimlə həmin yerdə görüşüb yaxınlıqda olan evə baxmışlar. Həmin ev 2 mərtəbəli olmaqla hər mərtəbədə 3 otaq olmuşdur. Danışıq belə olmuşdur ki, səhəri gün təmirə başlasın. Bundan sonra evə getmək istəsə də Səlim evə buraxmamış və bir tikə çörək yeməyi demişdir. O, razılıq vermiş, Səlim yemək üçün pomidor, pendir və kolbasa almaqla yanaşı içməyə də araq almışdır. O, 16 ildir ki, araq içmədiyini desə də, Səlim ondan tövbəli olub-olmadığını soruşmuşdur. O, isə araq içməmək barədə qardaşına söz verdiyini demişdir. Səlim ona, tək içməməsi üçün qardaşlıq etməsini söyləmiş, hər şeyin yaxşı olacağını demişdir. Səlim çox israr etdiyi üçün 2 rumka yəni 100 qram araq içmişdir. Bu vaxt Səlimin yanına onun tanımadığı şəxs gəlmiş, özünü maşın ustası kimi təqdim etmiş və qalan arağı ikisi içmişdir. Ara vaxtlarda Səlimə zəng gəlmiş, Səlim isə harasa çıxıb getmiş və hardasa telefonla xeyli, yəni 10 dəqiqəyə yaxın danışaraq içəri gəlmişdir. Səlimə yenidən zəng gəldiyindən çıxmış, sonra isə o evə getmək istədiyini demiş, birlikdə evdən çıxmışlar. Maşın ustası evinə gedəcəyini deyərək onlardan ayrılaraq getmişdir. O, Səlimlə 118 saylı marşurutun son dayanacağına tərəf ayaqla getməyə başlamışdır. Səlim yolda dayanmış, harasa zəng etmiş və yol üstü kiminsə evinə keçəcəyini deyərək ondan ayrılmışdır. O, tək başına getməyə başlamış, təxminən 100 metr getdikdən sonra yol kənarında tentli bir Qazel markalı avtomobilin dayanmasını görmüşdür. Qazelin yanına çatdıqda əlini cibinə salaraq telefonu çıxarmaq istədikdə arxadan kimsə təpik zərbəsi ilə belindən vurmuş, zərbənin təsirindən o, yerə yıxılmışdır. Sonradan tanıdığı Şücaət adlı şəxs onun əl-ayağını tutmalarını və avtomobilə qoymalarını bildirmişdir. Həmin vaxt iki nəfər ayağından, iki nəfər isə əlindən tutmuşdur. Şücaət onlara göstəriş verməklə bir nəfər şəxs isə onlardan qabağa qaçaraq “Qazel”in yük yerində olan örtüyünü qaldırmaqla onu yük yerinə qoymuşlar. Hadisə saat 17 radələrində baş vermişdir. Qazelin yük yerində Şücaətin yanında olanlar onun başına torba keçirtməklə əl ayağını skoçlamış və bədəninin müxtəlif yerlərindən təpik zərbələri ilə vurmağa və söyüş söyməyə başlamışlar. Həmin vaxt onu Qazelə döyərək basan şəxslər 7 nəfər olmuşlar. Qazel işə salınmış, hardasa 10 dəqiqə yol qət etdikdən sonra həyətə salıb darvaza bağlanmış və onu yük yerindən döyə-döyə düşürüb bir yerə aparmışlar, sonra başından torbanı çıxarmışlar. Torba başından çıxarılandan sonra görmüşdür ki, toyuq damındadır və ətrafında 5 nəfər şəxs var. Onlardan istintaq zamanı tanıdığı Şücaət, Murad, Əhməd, Elnur və Təbriz onu əl və ayaq zərbələri ilə vurub döyməyə başlamışlar. Onlar hər dəfə onun bədəninin müxtəlif yerlərindən təpik və sillə ilə vurmuş, hər zərbədən sonra halı pisləşmiş, əli ayağı bağlı olduğu üçün havası çatmırmış, sonra özünə gəlmişdir. Özünə gəlməyi üçün başına su tökürmüşlər ayılmışdır. Onu aparandan hardasa yarım saat və ya bir saat spnra Samir adlı şəxs gəlmiş, o nə qədər sizə pul veriblər ki, məni döyürsüz demiş, bu zaman Samir onun yaxasından tutub itələmişdir. Samirdən yarım saat sonra Kamran gəlmişdir. Əllərində telefon tanımadığı şəxslərə özünü Elsevər kimi təqdim edən və digər şəxslər canlı video açmaqla çəkiliş edib, həm Samirin, həm Muradın, həm Təbrizin həm Kamranın video çəkib dəfələrlə, bəlkə 25 dəfə Rövşən Lənkəranskinin ailə üzvilərindən və qəbrindən üzr istətmişlər və bu azmış kimi hər dəfə votsapla görüntülü yığıb etdikləri hərəkəti ona işgəncə verməklərini Elsevər adlı Rövşən Lənkəranskinin dayısı oğlu kimi özünü təqdim edən şəxsə və Elsevərin konfrans etdiyi digər şəxslərə göstərməyə başlamışlar. O, həmin şəxslərin hərəkətindən və işgəncələrindən artıq dözə bilməmiş, xahiş etmişdir ki əl ayağını açsınlar, zəif adam olduğunu demiş, lakin rəhimləri gəlməmişdir. Kamran təpiklə sinəsindən vurmuş, özündən getmiş, başına su töküb əyininə gətirdikləri qırmızı gəlinlik xına paltarını geyindirib başına fata qoyub və onu dayanmadan vəhşicəsində döyməyə başlamışlar. Buna baxmayaraq vatsapda danışan şəxslərdən ancaq Elsevərin adını öyrənə bilmişdir, çünki Elsevər özünü “Kriminal avtoritet” kimi təqdim etməklə hər dəfə bunu təkrar etmişdir. Murad qışqırıb onu söymüş, o cavab verə bilməmiş, başından vurduqlarından huşu getmişdir. Başına gələn hadisə hardasa xx.xx.2024-cü il tarixdə saat 17 radələrindən 22 radələrində qədər 5 saat davam etmişdir. Bu müddət ərzində Kamran bir dəfə gedib yenidən toyuq damına qayıtmış, '‘Çaşanda adamı belə edirlər" deyib ona baxaraq qışqırmış və sinəsindən təpiklə vurmuşdur. Əhməd ona özündən gedəndə su vermiş, başına yaylıq bağlayan Şücaət o qədər başından vurmuşdur ki havası çatmamışdır. Ən çox dedikləri söz “Böyük qardaşlardan üzr istə”, “De qələt eləmişəm, var-yoxumun ağzı ilə” olmuşdur. O, həmin şəxslərin dediklərini etmişdir ki, onu öldürməsinlər, çünki o qədər döyülməyi və işgəncələrə məruz qalmağının sonunda hiss edtmişdir ki, onu öldürəcəklər. Sonradan nə oldu kimdən göstəriş aldılar bilmir, amma bilir ki, həmin şəxslər onu sifarişlə gətirmişlər. Çünki hər biri tam olaraq hazırlıqlı adamlar olmuşdur. Nə oldusa telefonda göstəriş verən adamla nə danışdılarsa ona şikayət etməməsini, şikayət edərsə öldürəcəklərini demişlər. O, əminlik yaratmışdır ki, şikayət etməyəcək və bu barədə kiməsə nə isə deməyəcəkdir. Nədənsə elə bil ona inanmışlar və əl ayağını açmışlar. Halsızlıqdan ayağa dura bilmədiyi üçün Şücaət, Murad, Kamran, Əhməd və Elnur onu sürüyərək Qazelə qədər aparıb yük yerinə atmışlar. Yük yerinə onu qoyandan sonra Əhməd onun yanında qalmış, Şücaət və digərləri qazelə əyləşmişdir. Onu aparıb yaşadığı evin yanında olan qəbiristanlığın qarşısına atmışlar. Halı və huşu özündə olmadığı üçün evə getmək əvəzinə qəbirsanlığa tərəf 10 metr güclə gedib huşunu itirb yerdə qalmışdır. Bir neçə dəqiqədən sonra birtəhər evə getmiş və başına gələnləri arvadına danışsa da, “Kriminal aləmin” sifarişi ilə onu döyüb, işgəncə verən və oğurlayan şəxslərin qorxusundan şikayət etməmişdir. Səhəri gün isə “Tik-tok”da üzr videolarını, döyülüb işgəncələrə məruz qalmağını əks etdirən videoları izləmişdir. Zenfiranın və övladlarının başına daha ağır hadisə gəlməsin deyə polisə müraciət etmək qərarına gəlmişdir. Həmçinin həmin ərəfədə öyrənmişdir ki, Zenfiranın işlədiyi kafenin müdiri Müştəba da onun başına bu oyunun açılmasını təşkil edən şəxsdir. Müştəba onun arvadını işə götürməklə onu üzə çıxarmaq üçün Səlimin köməyindən istifadə edib oğurlatmış və başına sözü gedən hadisənin gəlməsinə nail olmuşdur. Bundan başqa, ifadəsinin alınması zamanı Zərərçəkmiş şəxs ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, o, işdən gəldiyi üçün cibində rezak olmuş, həmin rezakla kiməsə xəsarət yetirmək, heç cibindən çıxarmaq imkanı olmamışdır. Onu saxlayıb toyuq damında döyən şəxslərdən Muradın əlində və yanında olan şəxsin əlində bıçaq olmuş, onlar həmin bıçağı ona nümayiş etdirib şikayət etməmək tapşırığı vermişlər, amma onu bıçaqla vuran olmamışdır. Ona qarşı cinayət hadisəsini törədən şəxsləri görsə tanıyar, onları toyuq damında onu saxladıqları yerdə hardasa 5 saat görmüşdür. Həmin vaxt onun mobil telefonu onlarda olmuş, telefonunu ona verməmişlər aparıb düşürən zaman Şücaətin yanında olan Elnur adlı şəxs vermişdir özünə və “Kiməsə yığsa incimə həyatınla vidalaş” demişdir. Kiməsə dedikdə yəqin ki, polisi nəzərdə tutmuşdur. Çünki həmin şəxslər onu döyən zaman da “Polisə şikayət etsən, bizdən incimə özün və ailə üzvlərin üçün ağır nəticələnəcək” demişlər. Başına gələn hadisədən sonra qorxudan bədəni ağrıyır və həmin şəxslərin cəzalandırılmasını istəyir və onlardan şikayətçidir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 Gülbala oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edərək göstərdi ki, o milliyyətcə talışdır. Hadisəyə kimi Zərərçəkmiş şəxs tanımamışdır. Bir gün Siyəzən rayonunda yaşayan dostu Tik-tok sosial şəbəkəsində onunla eyni ərazidə yaşayan bir nəfər şəxsin talışları söydüyünü deyərək Nəzirxanın videosunu göndərmiş və onu tanıyıb-tanımadığını soruşmuşdur. Həmin səhifəyə baxdıqda Nəzirxan adlı şəxsin "X11 dədəsi" adlı səhifədə talışları söydüyünü görmüşdür. Barəsində maraqlandıqda onun yaşadığı ərazidə, iki məhəllə uzaqda yaşayan Nəzirxan adlı şəxs olduğunu öyrənmişdir. Onun mobil əlaqə nömrəsini taparaq zəng etmiş və niyə talışları söydüyünü soruşmuşdur. Nəzirxan onu görüşə çağırdığı üçün onunla görüşə getmişdir. Nəzirxanla görüşdükdə, o maşına əyləşmiş və onun sadəcə söhbət etmək üçün birlikdə evinə yola düşmüşlər. Evə çatmazdan əvvəl Nəzirxan yolda onu təhqir etmiş, buna görə də o, maşını saxlamış və ikisi də maşından düşmüşdür. Daha sonra Nəzirxan kəsici alət "rezak" vasitəsi ilə ona zərbə endirməyə çalışmışdır. Bundan sonra onu tutaraq maşının baqaj yerinə atmış və əlini-ayağını bağlayaraq həyətə aparmışdır. Həyətdə onu maşından düşürərək həm toyuq damı kimi istifadə olunan, həm də ehtiyat hissələri saxladığı otağa aparmışdır və ondan niyə talışları söydüyünü soruşmuşdur. Həmin vaxtı oğlu Şahid3 və bacanağı Şahid8 da orada olmuşdur. X21 videoya çəkməsini tapşırmış, Nəzirxana qadın paltarı geyindirib talışlardan və kriminal avtoritet Rövşən Lənkəranskinin anasından üzr istəməsini tələb etmişdir. Nəzirxan həmin çəkilişdə üzr istəmişdir. Sonra isə whatsapp mobil tətbiqində digər talış dostlarından Elcan adlı şəxsə görüntülü zəng edərək Nəzirxanın üzr istəməsini onlara göstərmişdir. Nəzirxan təxminən 1 saat müddət həmin yerdə saxlanılmış, qulağına iki şillə vuran kimi üzr istəmişdir. Daha sonra bacanağı Şahid8 Nəzirxanı sərbəst buraxmağını xahiş etmiş, Şahid4 isə sonradan gəlmişdir. Müştəba, Səlim və Təbrizin və digərlərinin isə bu məsələdən xəbəri olmamışdır. Oğlu Kamranın bu işlə ümumiyyətlə əlaqəsi yoxdur. Nəzirxanı həyətdən çıxaran vaxtı Kamran ilə rastlaşmışdır. Müstəntiq onu saxta ittihamla həbs etdirərək barəsində cinayət işi başlamışdır. Kamran orada olmamışdır. Kamran gələn zaman Nəzirxanla artıq bütün hadisələr yekunlaşmışdır. Kamran isə Nəzirxanın kim olduğunu bilməmişdir. Kamran səhər 6-7 radələrində evdən çıxmış, axşam 19 radələrində də işdən qayıtmışdır. Günorta vaxtı da heç evə gəlməmişdir. Nəzirxanı isə saat 17 radələrində evə aparmış, həmin vaxt Kamran işdə olmuşdur. O, taxta-şalban satışı ilə məşğul olduğu üçün həyətinə gəlib-gedənlər olurdu. Kamran ona görə də gələn adamın alverə görə yoxsa başqa məsələyə görə gəldiyini bilməmişdir. Bütün bu hadisələrdən sonra Şücaəti maşına mindirmiş, bacanağı isə cibinə 40 manat pul qoyaraq onu aparıb yola salmışlar. Nəzirxan ifadəsini müstəntiqin dediklərinə əsasən vermişdır. Hətta Nəzirxan həyətdə olarkən özü demişdir ki, onu söyməsini 15-ci Polis Bölməsinin polisləri öyrətmişdir. Lakin o, həmin vaxtı videoya çəkmədiyi üçün dediklərini qeydə ala bilməmişdir. Nəzirxan talışları, onun özünü, ailəsini, qohum-əqrəbalarını 8 aydır ki söymüşdür. Bacısı şəhid ailəsi, oğlu Kamran Vətən müharibəsi iştirakçısı, özü isə 1-ci Qarabağ müharibəsində könüllü döyüşən şəxs olmuşdur. Nəzirxanın söyməsinə səssiz qala bilməmiş və bunun üçün onu cəzalandırmışdır. Həmçinin, Şahid2 ifadəsinin təsdiq etmədiyi hissəsinə, yəni, Təqsirləndirilən şəxs hadisə yerində olması ilə əlaqədar ifadəsində göstərdiklərinə münasibət bildirərək qeyd etdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni müstəntiq özü istədiyi kimi yazaraq ona imza etdirdiyi üçün onun fikirləri tam şəkildə əksini tapmamışdır. Hətta o, latın qrafikalı əlifba oxuya bilmir. Belə ki, Kamran orada olmamış, digər oğlu Murad orada olmuşdur. Kamran həyətə daxil olanda Nəzirxanın kim olmasını və həyətdə nə işi olmasını bilməmişdir. Təxminən 8 aydır ki Nəzirxanla olan məsələ davam etmişdir. Lakin Kamranın bu məsələ ilə əlaqəsi olmamış, Kamran onkoloji xəstə anasının səhhəti ilə məşğul olmuşdur. Ona heç bu məsələlər maraqlı olmamışdır. Hətta Kamran nə üçün Nəzirxan kimi bir adamın həyətə gətirilməsini onlara irad tutmuşdur. Şahid2 Gülbala oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadədə göstərmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində «X11 Dədəsi» adlı səhifədə «Talışlar» haqqında paylaşdığı videonu 6 ay bundan qabaq, yəni hardasa 2023-cü ilin oktyabr aylarında görmüş və həmin şəxsin barəsində maraqlanmış, 2024-cü ilin fevral ayında yenidən “Tik-Tok” sosial şəbəkəsinə baxan zaman Nəzirxanın talışlar barədə yeni paylaşım edib nəlayiq ifadələr işlətməsinin şahidi olmuşdur. Nəzirxanın bu hərəkəti onu daha da qıcıqlandırmış, Zabrat qəsəbəsində 81 nömrəli məktəbin yaxınlığında 24 saat fəaliyyət göstərən marketə getmiş, orda işləyən adını bilmədiyi 28-30 yaşlarında olan şəxsə videonu göstərib həmin şəxsi tanıyıb-tanımadığı barədə soruşmuş, həmin şəxs isə Nəzirxanın videosunu görüb tanıdığını, lakin ünvanını bilmədiyini demişdir. 2024-cü ilin mart ayının əvvəlində istifadəsində olan “Qazel" markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən zaman marketdə işləyən oğlanı görmüş, Nəzirxan barədə soruşmuş, lakin həmin şəxs Nəzirxanı görmədiyini demiş, o isə həmin şəxsi gördüyü halda videoları silməsini, camaatı söyməməsini demiş, həmçinin üzr istəməsi barədə həmin şəxsə tapşırıq vermişdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Zabrat qəsəbəsində “Fazenda" kimi tanınan yerdən keçən zaman Nəzirxanı təsadüfən görmüş, avtomobili saxlamış, yanında olan 16 yaşında olan oğlu Muradla birlikdə avtomobildən düşərək yaxınlaşıb tutmaq istədikdə Nəzirxan cibindən çıxartdığı ‘Tezak”la ona şram atmaq istəmiş, bu zaman oğlu Murad Nəzirxanı tutmuş və yerə yıxmış, o isə Muradı avtomobilində saxladığı skoçu gətirmək üçün göndərmiş, Nəzirxanın əl və ayağını həmin skoçla bağlayıb “Qazel” markalı avtomobilinin yük yerinə qoyub yaşadığı evə aparmışdır. O, avtomobili həyətə salıb Nəzirxanı yük yerindən çıxarıb söhbət etmək istəmiş, lakin Nəzirxan söyüş söyməyə və qışqırmağa başlamışdır. O, oğlu Muradla birlikdə Nəzirxanı həyətdə olan toyuq damına aparmış, orada Nəzirxanı əli ilə baş nahiyyəsindən və ayaq nahiyyəsindən qəsdən vurmuşdur. Daha sonra isə talışları hansı səbəbdən söyməsini soruşmaqla üzr istəməsini tələb etmişdir. O, həmçinin Nəzirxanın bu hərəkətlərini istifadəsində olan mobil telefonu vasitəsilə video lentə almış və çəkməyə başlamışdır. O, Nəzirxanı yaşadığı evə gətirməyi və toyuq damında saxlaması barədə bacanağı Samirə məlumat vermiş, bir neçə dəqiqə sonra isə Samir gələrək onların yanında dayanmışdır. O, həmin vaxt Nəzirxandan üzr istəməsini tələb etsə də, Nəzirxan bundan imtina etdiyi üçün, gedib yaşadığı evdən qırmızı rəngli qadın yaylığı gətirərək Nəzirxanın başına bağlamışdır. Bundan sonra oğlu Murad mobil telefon vasitəsi ilə Nəzirxanın başı yaylıqlı vəziyyətdə videosunu çəkərək “Tik-tok” sosial şəbəkəsində paylaşmışdır. Nəzirxan üzr istədikdən sonra, oğlu Murad onun Lerik rayonu Blaband kəndindən olan tanışı Elcan adlı şəxsə görüntülü zəng etmiş və Elcan Nəzirxanın üzr istəməsini canlı olaraq şahidi olmuşdur. Elcan həmin vaxt Nəzirxana “ba belə talışları nə qədər söyən var ağzı hamısı belə cırılacaq” demiş və oğlu Murad telefonu söndürmüşdür. Həmçinin həmin vaxt o, Rövşən Lənkəranskinin anası hacı xanımdan üzr istəməsini tələb etdikdə, Nəzirxan onun tələbini yerinə yetirərək yenidən üzr istəmişdir. Nəzirxanın əl-ayağını skoçla bağlayıb gətirərkən eynəyi sındığından və gödəkçəsi cırıldığından onun bacanağı Samir Nəzirxanın cibinə 40 manat pul qoymuş, daha sonra isə o, Nəzirxanın əl-ayağını açaraq “Qazel” markalı avtomobilin yük yerinə qoymaqla aparıb yaşadığı evlərinin qarşısında düşürmüşdür. Bundan başqa, ifadəsinin alınması zamanı Şahid2 ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, Kamran onun oğludur və sonradan onların olduqları yerə gəlmişdir. Ona dəmir və işlənmiş taxta yığmaqda kömək edən şəxsin hadisə yerində olmasını və bacanağı Samir gələrkən darvazanı açmasını xatırlamır. Hadisə zamanı oğlu Murad onun tanışı Elcan adlı şəxsdən başqa tanımadığı şəxslərə videogörüntülü zənglər etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisinin nəvəsi yəni əmisinin qızının oğludur. Təqsirləndirilən şəxs anası onkoloji xəstə olduğundan o, həftədə 2-3 dəfə meyvə alaraq əmisinin qızını ziyarətə getmişdir. Hadisə günü Şücaət əmisi qızını anasıgilə göndərmişdir. Həmin gün qaynanası ona zəng edərək Şücaətin əsəbi olduğunu, zənglərə cavab vermədiyini bildirmiş, buna görə də ona Şücaətə zəng etməsini tapşırmışdır. Bu səbəbdən Şücaətə 30-40 dəqiqə zəng etmiş, lakin, Şücaət zənglərə cavab verməmişdir. Bundan sonra Şücaətlə telefonda danışmış, həmin vaxt Şücaət əsəbi cavab verdiyindən o, avtobusa minərək axşam saat 18:00-dan sonra qonaq kimi onlara getmişdir. Həmin vaxt bacanağı, Kamranın qardaşı Şahid3 və tanımadığı bir oğlan həyətdə ağacların arxasında yerləşən tövlənin qarşısında dayanmışlar. Orada sadəcə Şücaət və Muradı görmüş, həyətdə isə qonşulardan başqa heçkimi görməmişdir. Tövləyə daxil olanda orada Nəzirxan adlı şəxsi yerdə oturmuş vəziyyətdə əli qolu bağlı vəziyyətdə görmüşdür. Həmin vaxt Murad video çəkmiş, Nəzirxan adlı şəxs “Tik-tok” sosial şəbəkəsində 8 aya yaxın müddətdir ki, talışlara qarşı söyüş söydüyü üçün üzr istəmişdir. O, Şücaəti kənara çəkərək nə baş verdiyini soruşduqda Şücaət Nəzirxan adlı şəxsin “Tik-tok” sosial şəbəkəsində Talışlara qarşı söyüş söydüyünü demişdir. Həmçinin, Nəzirxanın Zabrat qəsəbəsində yaşadığını və Şücaətin maşını ilə oraya gətirildiyini bildirmişdir. O, Nəzirxan adlı şəxsdən Talışları niyə söydüyünü soruşmuş, Nəzirxan da evini zəbt edənlərin Talışlar olduğunu demişdir. Buna görə də Nəzirxana probleminin talışlarla yox, 2-3 nəfərlə olduğunu bildirmişdir. Nəzirxan adlı şəxs söyüş söydüyü üçün onu sinəsindən itələmişdir. Daha sonra Nəzirxan hətta özünün “gic” olduğunu bildirmişdir. O, Şücaətə həmin şəxsi buraxmağını, etdiyinin cinayət olduğunu, Nəzirxanın da artıq üzr istədiyini demişdir. Nəzirxan adlı şəxsin əlləri açılandan sonra ona su, 20-25 manat pul, siqaret alaraq vermişdir. Sonra Şücaətə onu evinə aparmağını tapşırmışdır. O, taksi sifariş vermiş, Şücaət də Nəzirxanı evinə aparması üçün darvazanı açmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ağ rəngli 07 maşınla qapının qarşısında dayanmışdır. Həyətdən maşın çıxdığı üçün o, Kamrana maşını geridə saxlamağını demişdir. İstintaq zamanı da Kamranla bağlı ifadə verməmişdir. Təqsirləndirilən şəxs nə olduğunu soruşduqda o, heç nə deyərək taksi ilə evə getmişdir. Bundan sonra nə baş verdiyini bilməmişdir. Həmin vaxt əsgər formasında bir nəfər oğlan da orada olmuş, lakin həmin oğlanı tanımamışdır. Əhməd adlı şəxsi isə yaxından tanımamışdır. Əhmədi evin içərisində yox həyətdə görmüşdür. Hesab edir ki, o, qonşuluqda yaşayan şəxs olmuşdur. İbtidai istintaq zamanı Şahid8 ifadəsində qeyd etmişdir ki, o, 2024-cü ilin mart ayının əvvəllərində “Tik-Tok” sosial şəbəkəsində «X11 Dədəsi” adlı səhifədə «talışlar» haqqında paylaşılmış videonu görmüş və əmisi qızının əri Şücaətlə danışdıqda bu barədə məlumat vermiş, Şücaət isə bu şəxs barəsində heçnə bilmədiyini, İsrail Dövlətində yaşadığını demişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Şücaət ona zəng edərək harda olduğunu soruşmuş, o isə axşam onlara gələcəyini desə də Şücaət ona Nəzirxanı tutduğunu və tez olaraq evinə gəlməsini bildirmişdir. O da taksiyə əyləşib Bakıxanov qəsəbəsindən Şücaətin yaşadığı evə getmişdir. O ünvana çatdıqda qapını döymüş, darvazanı Şücaətin işlərində kömək edən kök bədən quruluşlu, adını və anket məlumatlarını bilmədiyi şəxs açmış və Şücaətin toyuq damında olmasını bildirməklə onunla birlikdə Şücaətin yanına getmişdir. O, toyuq damına daxil olduqda Şücaətin və oğlu Muradın bir nəfər şəxsi döyərək əl və ayağını skoçla bağlamasını görmüşdür. O, həmin şəxsin nə üçün əl-ayağını bağladığını soruşduqda, Şücaət açmayacağını demişdir. Bundan sonra o, Nəzirxan adlı şəxsə üzr istəməsini, yalnız bundan sonra əl-ayağının açılaraq sərbəst qala biləcəyini demişdir. Şücaət əlində olan telefonla Elcan adlı şəxsə zəng etmiş və görüntülü danışmağa başlamışlar. Həmin vaxt Nəzirxan Elcanın gözü qarşısında üzr istəmişdir. Bu vaxt hərə bir tərəfdən video çəkməyə başlamışdır. Daha sonra isə Şücaət qırmızı rəngli qadın yaylığını gətirərək Nəzirxanın başına bağlamış, o, bu hərəkətləri dəstəkləməsə də Nəzirxanın talışları söyməsi ona pis təsir etmişdir. Bu ərəfədə hadisə yerinə Şücaətin digər oğlu Kamran gəlmiş və Nəzirxandan nə üçün belə bir iş tutub talışları təhqir etməsinin səbələrini soruşmuşdur. Bundan sonra Nəzirxan üzr istəmiş və onlar Nəzirxanın əl-qolunu açaraq yenidən “Qazel” markalı avtomobilin yük yerinə qoymaqla Şücaət və oğlu Murad yaşadığı evə qaytarmışdır. Hadisə ilə əlaqədar o 2 saat müddətində Şücaətin evində olmuşdur. Bundan başqa, ifadəsinin alınması zamanı Şahid8 ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, Nəzirxanın hadisə yerinə gətirilməsi barədə Şücaət ona, “Qazel”lə hərəkətdə olduğu zaman təsadüfən görərək tutub gətirdiyini və səhvini bilməsi üçün başa salmasını demişdir. Rövşən Canıyev kimi tanınan “Qanuni oğru” onun Lənkəran rayonunda "Kiçik bazar” adlandırılan yerdə qonşusu olmuş və vəfat etmişdir. Nəzirxanı görmək üçün başqa kimlərə görüntülü zənglər olunduğunu bilməmiş, lakin Şücaət və Murad video çəkib danışdığını görmüşdür. O, toyuq damına gəldikdən sonra Şücaət Nəzirxanı bir iki dəfə yumruq və təpiklə onların iştirakı ilə olmuşdur. Bu işi görməyi ona heç kim təklif etməmiş və Şücaətə isə kimin təklif etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə günü dostu Şahid4la birlikdə özünün yaşadığı evdə olmuşlar. Axşam radələrində həyətdən səs-küy gəldiyini eşidərək Əhmədlə birlikdə evdən çıxaraq həyətə düşmüşlər. Bu zaman atasının idarə etdiyi Qazel markalı nəqliyyat vasitəsi ilə həyətə daxil olduğunu, bir şəxsi maşından düşürtdüyünü görmüşdür. Atası onları səsləyərək yanına çağırmışdır. Bu zaman həyətdən qışqırıq səsi gəlmişdir. Daha sonra həmin şəxsi həyətdəki tövləyə aparmış və tövlədə onu üzr istəməyə məcbur etmişlər. Həmin vaxt özü də tövlədə olmuş, lakin, Nəzirxanı vurmamışdır. Atası sadəcə Nəzirxan talışları və şəhidləri təhqir etdiyi üçün onu üzr istəməyə məcbur etmişdir. Atası Nəzirxandan talışların qadınlarının nə günahı olduğuna görə söydüyünü soruşmuşdur. O, həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu sonradan bilmişdir. Qardaşı Təqsirləndirilən şəxs isə həmin vaxt evdə olmamışdır. Kamran işdən evə axşam qayıtmışdır. O, evə gələrkən Nəzirxan artıq tövlədən çıxarılaraq Qazelə mindirilmişdir. Kamran maşından düşüb birbaşa evə girmiş, paltarını dəyişərək harasa getmişdir, yəni nə Qazelə minmiş, nə də Nəzirxanın yanına getmişdir. Kamranda bıçaq olduğunu görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan Şahid3 ifadəsi məhkəmə iclasında elan edilmişdir. Belə ki, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 27 mart 2024-cü il tarixdə saat 12 radələrində evə qayıdan zaman məhəllədə “Kənan” marketin yanında atasını görmüş, atası ondan hara getməsi barədə maraqlandıqda, o evə getdiyini demiş, atası isə evə getməməsini, onunla birlikdə kərpic zavoduna gedib yük gətirməsini tapşırmışdır. O, atasının idarə etdiyi “Qazel” markalı, 10RU243 dövlət qeydiyyat nişanlı avtomobilin kabinasında atasının yanında əyləşmişdir. Onlar avtomobillə gedən zaman “Fazenda” kimi tanınan yerdə atası Şücaət avtomobili saxlamış və həmin vaxt “Tik-Tok” sosial şəbəkəsində “talışlar” barəsində xoşa gəlməz sözlər deyən Nəzirxan adlı şəxsi görüb avtomobildən düşmüşdür. Atası Nəzirxana yaxınlaşıb, “Talışları söyən sən idin?” dedikdə, Nəzirxan “Rezak” çıxarmış, o isə atasına xəsarət yetirəcəyini düşünüb avtomobildən düşüb Nəzirxanı qolundan itələmiş və Nəzirxan sərxoş olduğundan yerə yıxılmışdır. O bundan sonra avtomobilə qayıdıb oturmuş, atası isə tək Nəzirxanın əlayağını skoçla bağlamış və götürərək avtomobilin yük yerinə atmışdır. Bundan sonra onlar yaşadıqları evə qayıtmış və avtomobili həyətə salaraq darvazanı bağlamışlar. Atası Nəzirxanı götürüb toyuq damına aparmış və öz telefonunu ona verərək video görüntü çəkməsini tapşırmışdır. Həmin vaxt Nəzirxanın əl-ayağı bağlı olmuş və skoçlanmışdır. Bundan sonra o, atasının tapşırığı əsasında atasının istifadəsində olan “Samsung” markalı mobil telefonla Elcan adlı şəxsə “Whatsapp” vasitəsi ilə videozəng etmiş və Nəzirxanı Elcana göstərmişdir. Elcan da öz növbəsində Elsevər adlı şəxsi telefonda video zəngə qoşmuşdur. Həmin şəxslər video görüntü ilə baş verənləri görə-görə atası Nəzirxana bir-iki sillə vurmuşdur. Daha sonra isə atası gedib yaşadıqları evdən qırmızı rəngli qadın yaylığı və parça gətirərək Nəzirxanın başına bağlamışdır. Həmin vaxt o, bütün olanları video görüntüyə almış və çəkiliş aparmışdır. Çəkiliş zamanı X8 kimi tanınan kriminal aləmin nümayəndəsinin anası hacı xanımdan, Elsevərdən, Elcandan və digər onların qohumlarından üzr istəmişdir. Həmin görüntüləri isə atası “Tik-tok" sosial şəbəkəsində paylaşmışdır. Bu hadisələr baş verdikdə qohumu Şahid8 və qardaşı Kamran da onların yanına gəlmişdir. Samir onların yanında olsa da qardaşı Kamran həmin yerdə çox qalmamış və biraz dayandıqdan sonra getmişdir. Nəzirxan 3-4 saat ərzində onların yanında, yəni toyuq damında qalmışdır. O və atası Nəzirxanı gətirdikdən sonra arzularına çatmış, Nəzirxana dedizdirməli olan sözləri dedirtdikdən sonra o evə getmiş, atası isə Nəzirxanın əl-qolunu açaraq “Qazel” markalı avtomobilin yük yerinə qoyaraq aparıb götürdükləri yerə qoymuşlar. baş vermiş hadisə zamanı yanında Nəzirxan, Samir, atası Şücaət, qardaşı Kamran olmuşdur. Həmin şəxslərdən başqa onların yanında heç kim olmamışdır və qardaşı Kamran sadəcə bir neçə dəqiqə sonra gəlib Nəzirxanı görüb, az bir müddət dayanıb getmişdir. Hadisə zamanı o, Nəzrixanı döyməmişdir, ancaq itələmişdir və Nəzirxan yerə yıxılmışdır. Hadisəni telefonda canlı olaraq görən Elcan və Elsevərdən başqa heç kimi tanımır, həmin şəxsləri, eləcə də Elcan və Elsevəri atası tanıyır, onları da atası nömrələrin dedikdən sonra telefonla zəng edib “Whatsapp” vasitəsi ilə qoşmuşdur. Baş vermiş hadisəni törətmək üçün atasının kimdən tapşırıq aldığını bilmir, çünki atasının kiminlə danışdığını bilmir, ona Nəzirxanı döyüb başına yaylıq bağlatdırıb üzr istətdirdikləri zaman atası canlı video açmasını demişdir, o da atasının tapşırığını yerinə yetirmişdir. Həmçinin Elcan və Elsevər adlı atasının tanışlarını canlı yayıma qoşmuş, Elsevər canlı görüntülü danışıq zamanı yaylığı Nəzirxanın başına bağlamasını atasına demiş, atası da həmin qırmızı yaylığı Nəzirxanın başına bağlamışdır. Baş vermiş hadisə zamanı atasının Nəzirxanı döyməsini, o Nəzirxanı tutub avtomobilin yük yerinə atdıqları zaman ətrafda kənar şəxslərin olduğunu görsə də həmin şəxslər həmin vaxt onlara yaxınlaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid2 oğlu Şahid3 onun dostu olmuşdur. Boş vaxtlarında Şahid2 evində işlədiyindən hadisə günü onun evində olmuş, Şüacət Zərərçəkmiş şəxs gətirən vaxt onlar evdə olmuş, kömək lazım olanda onunla dostu Muradı çağırmışdır. Şahid2 onları çağırdığı üçün həyətə düşdükdə Zərərçəkmiş şəxs əli-qolu bağlı yük yerində olduğunu görmüşlər. Şahid2 həmin vaxt tək olmuşdur. Şahid2 onların üzərinə qışqıraraq dediklərini etməyə məcbur etmişdir. Muradla o, azyaşlı olduğu və ilk dəfə belə halla rastlaşdığı üçün qorxaraq deyilənləri etmişlər. O, Murad və Şücaət birlikdə Zərərçəkmiş şəxs yük maşınından düşürərək tövləyə aparmışlar. Şahid2 Zərərçəkmiş şəxs müqavimət göstərməməsi üçün Nəzirxanın köynəyindən tutub saxlamağı ona tapşırmış, Muradı isə telefonla çəkməyə məcbur etmişdir. Şahid2 Zərərçəkmiş şəxs vurmağa başlamışdır. Şücaətin bunları etməkdə məqsədi Nəzirxanı üzr istəməyə məcbur etməsi olmuşdur. Şahid2 evdən qırmızı rəngdə paltar, yəni don gətirərək Zərərçəkmiş şəxs çiyninə sərmişdir. Bu vaxt o, Zərərçəkmiş şəxs təhqir etməmişdir. Həmin hadisəyə kimi Nəzirxan adlı şəxsi tanımamışdır. Kamran həmin vaxt orada olmamışdır. Zərərçəkmiş şəxs aparılanda axşam vaxtı Kamran oraya gəlmişdir. Kamran gələndən sonra onlar Zərərçəkmiş şəxs maşına mindirirdilər. Bu vaxt o Murad ilə pəncərədən baxdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs maşına mindirən zaman görmüşdür. İbtidai istintaq zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yay aylarından fəhlə kimi qonşusu Şücaət Razyevin yanında işləmişdir. O, Şücaətlə birlikdə gedib tikintilərdən işlənmiş taxtaları yığıb həyətə gətirərək üzərinə pul qoymaqla həmin taxtaları yeni ev tikənlərə satmışlar. Həmçinin, Şücaətin oğlu Muradla dostluq etmişdir. Şücaət “Rövşəni” təhqir etdiyinə görə Nəzirxan adlı şəxsi axtarmışdır. 27 mart 2024-cü il tarixdə saat 14 radələrində Muradgilin gedib Nəzirxanı götürməli olduqlarını bir gün qabaqdan bildiyi üçün onlara getmişdir. Muradgilə çatdıqdan sonra o, Şücaət və Murad “Qazel” markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin kabinasında oturmuş, avtomobili isə X10 idarə etmişdir. Bundan sonra onlar birlikdə kəndin içi ilə məhəllələrdən keçərək 118 saylı marşurut avtobusunun sonuncu dayancağına getmişlər. Yolda olarkən Şücaət kiminləsə telefonla danışmış və Nəzirxanın gələcəyi yolu dəqiqləşdirməklə koordinatları öyrənmişdir. Bundan sonra onlar gedib bir tərəfi boş sahələr olan yerdə avtomobili saxlayıb gözləməyə başlamışlar. Bu zaman 3 nəfər talış millətindən olan, 25-27 yaşlarında biri saqqallı olmaqla digərləri saqqalsız, arıq bədən qurluşlu 170-175 sm boylarında Şücaətin tanışları olan şəxslər onlara yaxınlaşmışlar. Bir qədər gözlədikdən sonra isə Nəzirxanın gəldiyini görüb, daş hasarın arxasına keçib gizlənmişlər, Elnur isə sükan arxasında gözləmişdir. Nəzirxan avtomobilin yanına çatdıqda onlar birlikdə onu dairəyə alıb hərə bir tərəfdən təpiklə vurub yerə yıxıb, əlindən və ayağından tutub avtomobilin yük yerinə qoyduqları zaman skoçla əl-ayağını, ağzını bağlamış və başına torba keçirmişlər. Onların bu hadisəni törətməsini yoldan keçən tanımadığı şəxslər və ətrafda qoyun otaran çoban görmüşdür. Nəzirxanı avtomobilin yük yerinə qoyduqdan sonra Elnur dərhal avtomobili işə salıb hadisə yerindən uzaqlaşmışlar. Bu vaxt onların yanına gəlmiş üç nəfər şəxsdən ikisi ayırılıb çıxıb getmiş, saqqalı olan şəxs isə onlarla birlikdə avtomobilə minmişdir. O, Şücaət, Murad və saqqallı olan oğlan yolla gedən zaman yük yerində Nəzirxanı vurmuşlar və bunu həmin saqqallı oğlan, yəni Təbriz telefonu ilə video çəkiliş olaraq çəkmişdir. Nəzirxan qışqırmasın deyə əli və ayağından başqa ağzınıda skoçlamışlar. Eyni hərəkətləri hər biri yük yerində Nəzirxana qarşı etmişlər. Elnur avtomobili düz Şücaətin evinə qədər idarə etmiş, evə çatanda Murad və Təbriz yerə düşüb darvazanı açmış, Elnur isə avtomobili içəri salmışdır. Birbaşa Elnur və onlar dördü köməkləşib Nəzirxanı evin arxasında yerləşən toyuq damına aparmışlar. Huşu getdiyi üçün Nəzirxanının üstünə və başına su töküb ayıltmışlar. Sonra isə Təbriz və Elnur özü üçün video çəkmiş, Murad və Şücaət isə “Whatsapp” vasitəsi ilə müxtəlif adamlara videozəng edib canlı görüntülü olaraq Nəzirxanı skoçlanmış və döyülmüş vəziyyətdə göstərmişlər. Həmin vaxt onlar Rövşən Lənkəranski və onun yaxınları başda olmaqla talışlardan üzr istəməsini tələb etdikdə, Nəzirxan bundan imtina etdiyi üçün Murad, Şücaət və Təbriz birlikdə Nəzirxanı döyməyə başlamışlar və əl-ayaq zərbələri ilə onu vurmuşlar. Nəzirxan üzünü ona tərəf tutub “Kişi çörəyi ilə böyüyənlər mənimlə danışsın” demiş, onun bu sözündən sonra o da Nəzirxanı sillə ilə vurmuşdur. Təxminən bir saat sonra Təbriz çıxıb getmiş, saat 17 radələrində isə Samir adlı şəxs toyuq damına gəlib Şücaətlə talış dilində danışmağa başlamışdır. Bundan sonra Nəzirxan söyməyə başlayıb sizə nə qədər pul veriblər ki, məni döyürsüz dedi, bu zaman orda olanlar təpiklə onun qarın və ayaq nahiyələrinə vurmuşdur. Murad, Şücaət və Elnur Nəzirxanı döymüş, Nəzirxan huşunu itirdikçə o su daşıyıb üstünə tökməklə ayıltmışdır. Bundan sonra Samir özü ilə gələndə alıb gətirdiyi gəlinlik paltarı hesab olunan qırmızı ətəyi və qırmızı rəngli qadın yaylığını Şücaətə təqdim etmiş və Şücaət də həmin qırmızı yaylıq və ətəyi Nəzirxana geyindirmişdir. Murad və Şücaət bunu çəkib canlı olaraq paylaşmış, saat 18 radələrində Kamran gəlmiş və Kamran içəri daxil olub Nəzirxanı söyüb, təpiklə sinə və ayaq tərəfindən vurmuşdur. Həmin vaxt Kamran Nəzirxana “Talışları söyənin axrı belə olur” demişdir. Kamran 10-15 dəqiqə onların yanında dayanmışdır. Tərtib edilmiş plana uyğun Nəzirxanın sındırılıb istənilən şəkildə hamıdan üzr istəməsinə nail olduqları üçün buraxmaq qərarına gəlmişlər. Hətta Nəzirxan döyülən zaman Şücaətdən “Sizə nə qədər pul veriblər ki mənim başıma bu oyunu açırsınız?” deyə soruşmuşdur. Həmin gün saat 20 radələrində Kamran yenidən onların yanına gəlmiş və Nəzirxanın artıq üzr istəməsini görərək “Görürsən axır ki, başa düşdün və üzr istədin” sözlərini demişdir. Şücaət Murad və Elnur Nəzirxandan istədiklərini almaqla yanaşı istədikləri qədər videosunu çəkdikləri üçün və hər kəsə canlı olaraq yığıb üzr istətdirdikləri üçün buraxmaq qərarına gəlmişlər. Nəzirxan taqətsiz vəziyyətdə olduğu üçün Şücaət və Samir onu avtomobilin yük yerinə mindirmişlər. O, da Nəzirxanın yanına, yəni yük yerinə minsə də, Samir, Murad və Şücaət avtomobilin kabinəsində əyləşmişlər. Elnur yenə də avtomobili idarə etmiş, Kamran isə evdə qalmışdır. Onlar yolda olarkən Samir yolda düşmüş, digərləri isə Nəzirxanı aparıb 118 nömrəli marşurut avtobusunun son dayanacağına yaxın yerdə, yəni Nəzirxanın evinin yanında düşürmüşlər. O, Murad və Şücaət kabində olmaqla Elnur avtomobili idarə etməklə Şücaətin evinə qayıtmışlar. Elnur avtomobili həyətə daxil edib, sonra onlarla sağollaşaraq çıxıb getmişdir. O, isə Şücaətin evində qalmışdır və Kamran isə heç bir yerə getməmişdir. Onlar dördü, yəni o, Şücaət, Kamran və Murad söhbət etmişlər. Söhbət zamanı Şücaət və oğulları Nəzirxanın dərsini verdikləri üçün öyünürmüşlər. Elsevər adlı şəxs isə tez-tez zəng edərək hər şeyə görə təşəkkür edir və onlarla guya fəxr etdiyini bildirmişdir. X12 kimi tanınan ara uşağı da Murada zəng edərək bu hərəkətə görə sağol demişdir. Həmin aün axsam o. Şücaətin evində qalmış və evə getməmişdir. 30 mart 2024cü ildə Şücaət axtardığını və qaçıb gizlənməli olduğunu demişdir. O, da getməyə yerinin olmadığından heç yerə getməmişdir. Bir müddət sonra Murad tutulmuş, arxasınca isə Kamran tutulmuşdur. Kamran tutulduqdan iki gün sonra buraxılmış və onu tapıb, “Səni bilirlər, tutacaqlar qaç gizlən” demişdir. O, isə “Qaçsam da gedən yerim yoxdur” desə də, Kamran ona “Özün bilərsən” deyib, ona tutulan zaman kimisə satmamağı, adlarını deməməyi, hadisə barədə məlumat verməməyi barədə tənbehləmiş və polisə “Bilmirəm, görmürəm" deməsini bildirmişdir. Bu gün polis tərəfindən saxlanılan zaman atasına bu barədə demiş, atası da hər şeyi olduğu kimi polisə danışmağı məsləhət görmüşdür. Bundan başqa, ifadəsinin alınması zamanı Şahid4 ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, onlar Nəzirxanı küçədə döyüb qazelə qoyanda, nə də toyuq damında rezak olduğun bilməmişlər. Evinə aparıb düşürən zaman əli Nəzirxanın gödəkçənin cibinə dəymiş, nə isə olduğunu hiss edib əlini gödəkçənin yan cibinə salmış və rezakı götürmüşdür. Bu barədə o Şücaətə, Murada və Kamrana evə qayıtdıqdan sonra məlumat vermişdir və həmin şəxslərin ümumiyyətlə Nəzirxanın cibində rezak olduğunu bilməmişlər. Birdə onlar Nəzirxanı döyəndə dəfələrlə huşu gedib-gəlib, evinə düşürən zaman isə Nəzirxan halsız vəziyyətdə, yəni huşu getmiş halda olmuşdur. Nəzirxanı qəbirsanlıqda düşürmüşlər və düşürəndə qoyduqları yerdə donmuş vəziyyətdə qalmış və hərəkət edə bilməmişdir. Şücaət Nəzirxanın arxasınca gedərkən zəng etmiş, telefonda Nəzirxanı gətirməyə getdiyimizi demiş və onun da gəlməsini istəmişdir. Şücaət, çox vaxt Samirlə və ya başqa talışlarla talış dilində danışdığından başa düşməmişdir. Hadisə vaxtı onun əlində bıçaq olmamışdır və başqa kiminsə əlində bıçaq olubsa bilməmişdir. Ola bilsin ki, Muradın əlində bıçaq olmuşdur, çünki o, Muradın üzərində bir neçə dəfə bıçaq görmüşdür. Nəzirxanı tutmamışadan qabaq yanlarına gələn 3 nəfər şəxsdən biri Müştəbanın oğlu Təbriz olmuşdur ki, Nəzirxanı bir yerdə “Qazel”ə qoyandan sonra onlarla birgə Şücaətin evinə gəlmiş və orada Nəzirxanı döyüb video çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, “Fazenda” kimi tanınan yerdə Müştəbanın kafesində usta kimi tikinti işləri görərək işləmişdir. Zərərçəkmiş şəxs həyat yoldaşının işə ehtiyacı olduğu üçün işə götürülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs onun telefonunu götürmüş, daha sonra həyat yoldaşına zəng edərək iş barədə danışmışdır. Ondan həyat yoldaşının hansı işləri bacardığını soruşduqda hər işi bacardığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yoldaşının sabahdan işə başlaması üçün gəlməyini bildirmişdir. Növbəti gün Zərərçəkmiş şəxs və yoldaşı kafeyə gəlmişlər. Kafedə 3-4 saat söhbət etdikdən sonra getmişlər. Nəzirxan onunla birlikdə evdə işləmişdir. Şücaət köhnə binalardan tikinti material götürərək həyətində gətirib satmaq ilə məşğul olmuşdur. Bu səbəbdən də nə vaxtsa lazım olar deyə Şücaətin nömrəsini götürmüşdür. Şücaəti ilk dəfə tutulmazdan 1 il əvvəl, son dəfə də tutulmazdan 1-2 ay əvvəl görmüşdür. Şücaətlə aralarında kiminsə cəzalandırılması barədə danışıq olmamışdır. Nəzirxanın arvadı ilk dəfə işləməyə gəldikdə Müştəbaya zəng edərək kafesində işləyən Nəzirxan adlı şəxsin həyat yoldaşı onun yanında işləməyə gəldiyini demişdir. Heç kəsin toplaşmasına zəmin yaratmamışdır. Nəzirxanın haqqında Müştəba ilə arasında olan söhbət həyat yoldaşının işə götürüləməsi barədə olmuşdur. Nəzirxanın arvadı 4 gün işləmiş, sonra işləri dayanmışdır. Bundan sonra o, Polis İdarəsinə çağırılmışdır. Müstəntiq 1-2 saat otağında saxlayaraq sual-cavab etmişdir. Polisin suallarına cavab versə də, ifadəsi alınmamışdır. Müstəntiq 15-ci Polis Bölməsinin əməkdaşlarını çağırmışdır. Əməliyyat müvəkkili Ramil Babayev əllərini qandallayaraq 11 may 2024-cü il tarixdə saat 14:00-da 15-ci Polis Bölməsinə aparmışdır. O, Polis Bölməsində təzyiqə məruz qalmışdır. Təqsirləndirilən şəxs tanımamış, tutulandan sonra həmin şəxsi Bakı İstintaq Təcridxanasında görmüşdür. Şücaəti isə cəmi iki dəfə görmüşdür. Təqsirləndirilən şəxs kafeyə gələrək Nəzirxanla görüşməmişdir. O, Təqsirləndirilən şəxs məxsus həyətdə aparılan söhbətlərdə iştirak etməmişdir. Müştəba və oğlunu tanımış, Şücaəti də 1-2 dəfə görmüşdür. İstintaq zamanı verdiyi ifadəni təzyiq altında vermiş, həmin ifadəni təsdiq etməyərək məhkəmədə verdiyi ifadəni təsdiq edidiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan Şahid5 ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 20 mart 2024-cü il tarixdə qonşu kəndçisi Şücaət, Müştəbanın işlətdiyi Zabrat qəsəbəsində "Fazenda” kimi tanınan yerdə Sara Aşurbəyli küçəsində yerləşən 999 kafeyə gəlmişdir. Onlar bir stolda əyləşib çay içərək söhbət etdikləri zaman Şücaət telefonunda “Tik-Tok”da paylaşılmış Rövşən Lənkəranski və talışları söyən Nəzirxan adlı şəxsin videosunu göstərmişdir. Bundan sonra Şücaət, bu şəxsi tapa bilmədiklərini və Moskvadan da bu adamı maraqlandıqlarını demişdir. 24 mart 2024-cü il tarixdə saat 13 radələrində yenidən kafedə olan zaman Müştəba, Nəzirxanın arvadını kafeyə işə götürdüyünü, Nəzirxanın usta işlədiyini və Nəzirxanın arvadından usta işinin olması bəhanəsi ilə ərinin nömrəsini almasını demişdir. O, da Zemfira xanıma yaxınlaşıb, usta kimi işlədiyini, əlində işinin olduğunu və köməkçiyə ehtiyacının olmasını demiş və ondan Nəzirxanın nömrəsini istəmişdir. Zemfira da ərinə zəng edib danışdıqdan sonra nömrəsini ona vermişdir. Öncədən qurduqları plana uyğun olaraq Müştəbanın sözü ilə xx.xx.2024-cü il tarixdə Nəzirxanla danışmış və sabah gəlib işə baxması ilə əlaqədar razılığa gəlmişlər. O, bu barədə Müştəbaya məlumat vermiş, həmçinin bu arada Şücaət də ona zəng edib planın nə zaman baş tutacağı barədə soruşmuşdur, lakin o Şücaətə bir söz deməmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Nəzirxanla danışmış və Zabrat qəsəbəsində 118 nömrəli marşurut avtobusunun son dayanacağına gəlməsini bildirmişdir. Bir qədər sonra isə Nəzirxan onun dediyi yerə gəlmiş və onunla həmin ünvanda görüşmüşdür. O, Nəzirxanı görüş yerindən təxminən 500-600 metr kənarda yerləşən usta kimi təmir etdiyi Zabrat qəsəbəsi, Pirhüsyn Hüseynov küçəsində olan 2 mərtəbəli evə aparmışdır. Müştəbaya bu barədə məlumat verdikdə, Müştəba ona, gedib mağazadan araq almasını və Nəzirxanı içirtməyə çalışması barədə tapşırıq vermişdir. O, işlədiyi yerin qonşuluğunda olan mağazadan 0,5 litrlik araq, kolbasa, çörək və pomidor almış və Nəzirxana oturub yeyib-içməyi təklif etmişdir. Nəzirxan isə 16 ildir araq içmədiyini bildirsə də, o israrla onu araq içməyi təklif etmişdir. Onun təkidlərinə görə Nəzirxan 100 qram, yəni iki rumka araq içmişdir. Müştəba ona zəng edərək, evin yaxınlığında uşaqların onları gözlədiyini və evdən çıxmalarını bildirmişdir. Bundan sonra o, Nəzirxanla birgə təxminən 16 radələrində evdən çıxmış və “999 kafe”yə tərəf getməyə başlamışdır. Hardasa 300 metr getdikdən sonra o, işlərinin olmasını bəhanə edərək Nəzirxandan ayılmışdır. Nəzirxan isə tək başına “999 kafe”yə tərəf getməyə başlamışdır. Təxminən 5 dəqiqə sonra səs-küy yarandığından o, Şücaətgilin Nəzirxanı götürdüklərini bilmişdir. O, digər ara yolla kafeyə getmiş və Müştəbanı görərək Nəzirxanı maşına basıb hara apardıqlarını soruşmuşdur. Müştəba da ona harasa apardıqlarını demiş, o isə nə yaxşıki kafeyə gətirmədiyini bildirmişdir. O, Şücaətin istifadəsində olan 050 *** ** ** saylı telefona öz istifadəsində olan 077 *** ** ** saylı telefondan zəng etmiş və Nəzirxanı hara apardıqlarını soruşmüş, Şücaət isə "Qalanı sənlik deyil” demişdir. O, da Nəzirxana başqa nəsə etməməyi, ölüdüyü təqdirdə başının bəla çəkəcəyini demişdir. Bu məsələdən bir gün sonra Nəzirxanın “Tik-Tok” sosial şəbəkəsində üzr videolarını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. Zərərçəkmiş şəxs həyat yoldaşı onun kafesində işləmişdir. Bir gün kafedə işləyən ofisiantlardan biri cənub bölgəsindən xeyli sayda adamın kafeyə gələrək Nəzirxanla bağlı suallar verdiyini, Nəzirxanın sosial şəbəkədə onları söydüyünü və onu axtardıqlarını bildirmişdir. O da hadisə barədə 25 mart 2024-cü il tarixdə Sabunçu RPİ əməliyyat üzrə müavininə də bu barədə məlumat vermişdir. Hətta polisə geolokasiya da göndərmişdir. 2-3 gün sonra 12-ci polis bölməsinin əməliyyatçılarından Nəzirxanın başına gələnləri eşitmişdir. Lakin Nəzirxanın başına gələnlərdə bir iştirakı olmamışdır. Şahid2 yaşadığı ərazinin sakini kimi taxta-şalban satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Hadisə günü Şücaətlə telefon ilə danışığı olmamışdır. Ona zəng etmiş, lakin, Şücaət zəngə cavab verməmişdir. Nəzirxanın üzr istədiyi videonu isə görməmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq etmədiyi hissəsinə, yəni, Nəzirxan ilə maraqlanması ilə əlaqədar ifadəsində göstərdiklərinə münasibət bildirərək qeyd etdi ki, kafe işlətdiyi, Nəzirxanın həyat yoldaşı Zemfiranın isə həmin kafedə işlədiyi doğrudur. Nəzirxan barədə Zemfiradan soruşmasının səbəbi dövlət orqanlarına Nəzirxanın axtarıldığını məlumat verdikdən sonra həmin orqanların əməkdaşları tərəfindən Zemfiradan Nəzirxan barədə məlumat öyrənib onlara deməsini tapşırmaları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Şahid2, Şücaətin oğlu Kamran və Zərərçəkmiş şəxs ilə aralarında tanışlıq olmamışdır. Nəzirxanın başına gələnlərlə əlaqəsi olduğunu müstəntiq uydurmuşdur. Müstəntiqin onun Sabunçu RPİ-ə çağırması ilə əlaqədar polis idarəsinə getmişdir. İdarədə onu iki nəfər mülki geyimli şəxs tutaraq 15-ci polis bölməsinə aparmışdır. Bölmədə ona narkotik vasitə istifadəçisi kimi cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələyib qarşısına qoyduqları sənədlərə imza çəkməyini tələb etmişlər. Müstəntiqin niyə cinayət işi açdığının səbəbini belə bilməmişdir. O, ibtidai istintaq zamanı da ifadə verməkdən imtina etmişdir. Nəzirxana işgəncə verilən gün axşam ya Balaxanı ərazisində ya da evində olmuşdur. Lakin, Şahid2 evində olmamışdır. ***-***-**-** telefon nömrəsi kafelərinin iş nömrəsi olmuşdur. Həmin telefon axşam onun üzərində olmamışdır. Telefonun anten dairəsi, trayektoriyası barədə məlumatı yoxdur. Nəzirxana işgəncə verilən vaxt nömrənin anten dairəsinin niyə Şahid2 evində göründüyü bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, fərdi qaydada tikintilərdə usta fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2 ildir ki, yaşadığı ərazidən tanımışdır. Kamran axşamlar işdən çıxarkən idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə onu işlədiyi yerdən götürərək hər ikisi Zabratda yaşadığından evinə aparmışdır. Kamran taksi fəaliyyəti ilə məşğul olmasa da ona benzin pulu üçün kömək etmişdir. 27 mart 2024-cü il tarixdə, axşam saat 19 radələrində Kamran onu Koroğlu metrosunun yaxınlığında, Heydər Əliyev prospektində olan iş yerindən götürmüş və birlikdə Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən yaşadığı evə getmişlər. Yolda olduqları zaman Kamran ona Nəzirxan barədə heçnə deməmişdir. Həmçinin, Kamranın yolda kiminləsə mesajlaşmasına, kiminləsə müəmmalı, şübhəli, üstüörtülü danışmasına şahid olmamışdır. Kamran onu düşürdükdən sonra qayıtmışdır. Aprel ayının əvvəllərində Kamranla birlikdə Zabrat qəsəbəsində yerləşən 20 saylı poliklinikanın yaxınlığında dayandıqları zaman bir maşın yanlarında saxlamış və maşından mülki geyimli şəxslər düşdükdə Kamran həmin şəxslərin ona tərəf gəldiyini görüb maşına minərək qaçmışdır. Həmin şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını, Kamranla nə kimi əlaqələrinin olduğunu, Kamranın hara qaçdığını soruşmuşlar. Onlara Kamranın tanışı olduğunu, hara getdiyini isə bilmədiyini demişdir. Daha sonra Kamrana zəng edərək niyə qaçdığını soruşmuş, Kamran isə maşından düşən şəxslərin onun üzərinə hücum etmələri səbəbindən qaçdığını bildirmişdir. Həmin vaxt Kamranın niyə axtarılması barədə məlumatı olmamışdır. Aprel ayının əvvəllərində Kamranla birlikdə Zabrat qəsəbəsi, 20 saylı poliklinikanın yaxınlığında dayandıqları vaxt bir maşın gəlib yanlarında saxlayaraq, mülki geyimli şəxslər düşmüş və Kamranın üzərinə qaçmışlar. Mülki geyimdə olan şəxslərin gəldiyini gördükdə Kamran maşına minərək oradan uzaqlaşmışdır. Həmin şəxslər onlardan kim olduqlarını, Kamranla nə kimi əlaqələrinin olduqlarını soruşmuşlar. Kamranı axtaran şəxslərin Polis əməkdaşları olduqlarını bildikdən sonra onlara Kamranın tanışları olduqlarını bildirmişlər. Bundan sonra 12-ci PB-yə aparılmışlar. Bölmədə onların şəxsiyyətlərini müəyyən etdikdən sonra sorğu-sual edilərək, Kamranın atası barədə soruşmuşlar. Daha sonra onun telefonunu götürərək Kamrana zəng etmişlər. Telefon danışığı zamanı Kamran ona maşından düşən şəxslərin üzərinə hücum çəkdikləri üçün qaçdığını bildirmişdir. Həmin gün Kamranın niyə qaçması və maşından düşən şəxslərin Kamranı niyə axtarması barədə məlumatı olmasa da sonradan idarəyə gedərək ifadə verdiyi zaman Zərərçəkmiş şəxsla bağlı hadisə barədə məlumatı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə Şahid2 iştirakı ilə Bakı şəhəri Sabunçu rayonu Zabrat 2 qəsəbəsində yerləşən yaşadığı evin həyətinə və hadisə yerinə baxış keçirilmiş, hadisə yerindən cinayətin törədilməsində istifadə edilmiş skoç, qırmızı yaylıq, kəndir və s. əşyalar götürülmüşdür. Baxış zamanı Şahid2 zərərçəkmiş şəxsi oğurladıqdan sonra bu yerə Qazellə gətirdiklərini və burda onu döyüb işgəncə verdiklərini bildirmişdir. Qeyd edilən protokol sübut növü hesab olunaraq sübutlar siyahısına salınmışdır, hadisə yerindən götürülmüş 02 (iki) ədəd “Winston” markalı siqaret kötükləri, 01 (bir) ədəd skoç rulonu, 01 (bir) ədəd boş skoç kartonu, istifadə edilmiş skoç-kəndir topası, 01 (bir) ədəd kəlağayı və 01 (bir) ədəd don maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim olunmuş şəxslərdən Şahid2 göstərərək onu Qazelə mindirərək əl ayağını bağlayan və onu döyən şəxslərdən biri olmasını demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 686 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı hər iki gözyuvasıətrafı, hər iki dodaq və sol baldır nahiyyələrinin qançırı, sağ diz nahiyyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Müddəti qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2024-cü ilə uyğun gəlir, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. 07 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə iş üzrə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, sonuncu Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 18 radələrində onu oğurlayıb Qazelə qoyub ağzını skoçlayan şəxslərin yanına gəldiyini, yaxasından tutaraq adamı belə edirlər dediyini, sonra isə təpiklə ayağına və qarnına vurduğunu, bu hərəkətləri edən zaman Rövşəni söyənin axrı bundan da ağır olur dediyini üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təqsirləndirilən şəxslər Şahid6 istifadəsində olmuş ***-***-**-** və Şahid4 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, 10085/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Üzərində markalanma göstəricisi olmayan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 08 ədəd fayıl olması müəyyən olunur. Həmin fayıllardan beş ədədi SMS-lər barədə olmaqla baxış keçirilmiş, lakin iş üçün əhmiyyətli hər hansı bir hal müəyyən edilməmişdir. Bundan başqa ***-***-**-** saylı telefon nömrəsinin Şahid6 adına olması, ***-***-**-** və ***-***-**-** saylı telefon nömrəsinin isə Əhmədin atası Samirin və qardaşı Mahirin adına olması müəyyən edilmişdir. Şahid6 telefon məlumatları xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində çıxarılmış və məlum olmuşdur ki, hadisənin iştirakçılarından Şahid2 istifadəsində olan 050 ***-**-** saylı nömrəsi ilə onun əvvəlki dövürlərdə danışıqları olmamış hadisə baş verməmişdən 5 gün qabaq bunların danışıqları olmağa başlamışdır. Yəni, danışıqlar xx.xx.2024-cü il tarixdən saat 13:14:14-dən başlamış, həmin gün saat 16:47:55-ə qədər davam etmişdir. Bu dövr ərzində 12 zəng olmuş, Şahid6lə 055 ***-**-** nömrəsi ilə əsas da Şahid2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə hadisə baş verən gün xx.xx.2024-cü il tarixdə 16:25:46-da 6 saniyə, 16:38:49-da 5 saniyə, 16:47:55-də 28 saniyə danışıqlar olmuşdur. Həmçinin götürülmüş 7 ay ərzində daxil olan çıxan zənglərə baxdıqda Şahid6lə tanışı Şahid5 arasında zənglər xx.xx.2024-cü il tarixdən saat 16:33:25-dən başladığı məlum olmuş və Şahid5 saxlanıldığı vaxtdan 4 gün qabağa qədər yəni xx.xx.2024-cü il tarixədək saat 10:35:47-ə qədər davam etmişdir. Hadisə baş verən gün isə Şahid5lə xx.xx.2024-cü il tarixdə 14:28:42-də ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamışdır. Məlum hadisə olandan sonra Şahid6 Şahid5lə danışıqları intensivləşmişdir. Şahid4 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs İstifadəsində olan telefon ***-***-**-** nömrəsi arasında müxtəlif vaxtları əhatə edən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə 30 zəng vardır. Həmçinin iş materiallarında Şahid3 ***-***-**-** saylı telefon nömrəsini istifadə etdiyi barədə məlumat vermişdir.Telefon zənglərinə və anten dairəsinə baxış keçirildikdən sonra hadisənin baş verdiyi dövrü əks etdirən məlumatlar diskdən çıxarılaraq çap edilməklə protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli "xxxx" MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, üzərində markalanma göstəricisi olmayan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 06 ədəd fayl olması müəyyən olunur. Həmin fayllarda ***-***-**-** saylı nömrə Şahid6 adına olmasına baxmayaraq sonuncunun tanışı X7 tərəfindən istifadə edilir. ***-***-**-** saylı telefon nömrəsi isə Şahid7 tərəfindən istifadə edilir. Həmin fayllardan iki ədədi SMS-lər barədə olmaqla baxış keçirilmiş, lakin iş üçün əhəmiyyətli hər hansı bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamış, məhkəmə iclas zalından azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı rayon Qaraçuxur qəsəbəsində tutularaq 15-ci Polis Bölməsinə gətirilərək aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-540/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablanmaqla iki ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(008)-669/2024 nömrəli qərarına əsasən həbsdə saxlama müddəti 01 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 sentyabr 2024-cü il tarixli, 2831 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Şahid7 əvvəllər SN Respublika Psixiatriya Xəstəxanasında müayinə olunsa da, onda hər hansı psixi xəstəlik aşkar olunmamış, psixi pozuntu ilə əlaqədar psixiatrik müəssisələrə müraciət etməmiş, hazırkı müayinə zamanı onda psixi xəstəlik əlamətləri qeyd olunmamışdır. Aparılmış eksperimental-psixoloii müayinə gedisində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmadığından onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri (diqqət, qavrayış hafizə, təfəkkür və s.), intellektual imkanları normaya uyğundur. O, öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs psixi-emosional sferasında hər hansı normadan kənar hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi, lakin o, özünü müdafiə etmək məqsədilə yalan danışa bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Daxili İşlər nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında xx.xx.2006-cı il tarixdən “VAZ 21060” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Təqsirləndirilən şəxs etibarnamə ilə istifadəsində və ya xx.xx.2022-ci il tarixdən sonra onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı, xx.xx.2016-cı il tarixli X14 və xx.xx.2013-cü il tarixli X13 adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi surətdə heç bir şikayət daxil olmamışdır. Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həbsdə olduğu müddət ərzində daxili intizam qaydalarına riayət etmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6 və 170.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilməməsinə dair, həmçinin ibtidai istintaq aparılan zaman polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair ifadəsində göstərdiyi xüsusatlara tənqidi yanaşaraq, həmin ifadəni özünü müdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndirir və bu xüsusatları həqiqətə uyğun hesab etmir. Belə ki, iş materiallarında olan aşağıdakı sübutlara əsasən onun təqsirli olması tam sübuta yetirilir: İbtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, “...halsızlıqdan ayağa dura bilmədiyi üçün Şücaət, Murad, Kamran, Əhməd və Elnur onu sürüyərək Qazelə qədər aparıb yük yerinə atmışlar.” Həmçinin, hazırki iş üzrə Şahid8 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “...hadisə yerinə Şücaətin digər oğlu Kamran gəlmiş və Nəzirxandan nə üçün belə bir iş tutub talışları təhqir etməsinin səbələrini soruşmuşdur”. Bundan əlavə Şahid4 da ibtidai istintaq zamanı ifadəsində Kamranın içəriyə daxil olub Nəzirxanı söyməsini, təpiklə sinə və ayaq tərəfindən vurmasını, həmin vaxt Kamranın Nəzirxana “Talışları söyənin axrı belə olur” deməsini bildirmişdir. Şahid8 və Şahid4 məhkəmə iclasında ibtidai istintaq zamanı ifadələrini təzyiq altında verdiklərini bildirsələr də, iş üzrə toplanmış sübutların məcmusundan görünür ki, adı çəkilən şəxslərin məhkəmədə ifadələrini dəyişdirmələrinin məqsədi Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmağa çalışmaq olmuşdur. Eləcə də, 07 noyabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs ilə iş üzrə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkətindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində onu oğurlayan şəxslərin yanına gəldiyini, yaxasından tutaraq adamı belə edirlər dediyini, sonra isə təpiklə ayağına və qarnına vurduğunu, bu hərəkətləri edən zaman Rövşəni söyənin axrı bundan da ağır olur sözlərini işlətdiyini demişdir. Bundan başqa Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxslə birlikdə olduğu vaxt Kamran onu axtaran polis əməkdaşlarını gördüyü vaxt həmin yerdən qaçmış, bundan sonra Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları onu şöbəyə apararaq Kamranın yerini müəyyən etmək məqsədilə sorğu-sual etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində toplanmış material üzrə qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalaraq qanunsuz olaraq etmədiyi cinayət əməllərini törətməsini etiraf etməsinin ondan tələb edilməsi, məcbur olub etirafedici məzmunda izahat verməsi və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə dair göstərdiyi xüsusatlar öz əksini tapmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməllərinin cinayət hüquqi tövsifi düzgün olmuşdur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6 və 170.3-cü maddələri ilə tövsifini düzgün hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsini, Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il taixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməli ilə bağlı epizodu, cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini, vurulmuş ziyanın ödənilməməsini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6 və 170.3-cü maddələri ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək həbsdə olduğu 03 (üç) gün müddət ona hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 19 (qırx) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 209 (iki yüz doqquz) manat pul ödənilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 48 (qırx səkkiz) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Rasim qızına 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6 və 170.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.6-cı maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Sabunçu RPİ-nin maddi sübutlar otağında saxlanılan 02 ədəd “Winston” markalı siqaret kötükləri, 01 ədəd skoç rulonu, 01 ədəd boş skoç kartonu, istifadə edilmiş skoç-kəndir topası, 01 ədəd kəlağayı və 01 ədəd don hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Rasim qızına 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 209 (iki yüz doqquz) manat məbləğində pul ödənilsin. İş üzrə məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elmin Rüstəmov Hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-837/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-837/2025
01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver