Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-838/2023 28.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12 : 55 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, 7-ci mikrorayon, X9 küçəsi, i/B, ev1-də olan ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan dairəsi “Qaçqınlar yataqxanasında” yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 09 sentyabr 2022-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində naməlum şəxsdən 30 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,010 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdikdən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibində 01 ədəd ağ rəngli kağız bükümdə saxlamaqla daşımış, 09 sentyabr 2022-ci il tarixində saat 10.30 radələrində Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində «Ozan dairəsi» yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə gətirilmiş və 09 sentyabr 2022-ci il tarixində saat 12.00 dəqiqədə üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd kağız bükümdə əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda təmiz çəkisi 2,010 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 09 sentyabr 2022-ci il tarixində saat 09:30 radələrində Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları özlərini təqdim etmədən onu yaşadığı evdən zor tətbiq edərək Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə aparmışlar. Polis Bölməsində rəis müavini kimi təqdim edilən şəxsin tapşırığı ilə ona fiziki zor tətbiq edərək üzərində heç bir qanunsuz vasitə olmamasına baxmayaraq, işgəncə yolu ilə narkotik vasitələrin ona aid olduğunu boynuna almasını tələb etmişlər. O, işgəncələrə dözə bilməyərək, 0,5 qram çəkidə narkotik vasitənin ona məxsus olması ilə əlaqədar sənədlərə imza etmişdir. Daha sonra isə ona qarşı irəli sürülmüş ittihamda narkotik vasitə heroinin miqdarının 2,010 qram qeyd edildiyini görmüşdür. O, Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində aşkar edilmiş xəsarətlər səbəbindən təcridxananın rəisi onu ilk öncə qəbul etmək istəməmiş, lakin, o, yenidən Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə geri qaytarılmamaq üçün yalvararaq, onu təcridxanaya qəbul etmələrini xahiş etmişdir. Daha sonra isə səhhəti ilə əlaqədar vərəm xəstələri üçün nəzərdə tutulan X2 köçürülmüşdür. Onu polis idarəsində Alqayıt, Elnur, Nizami adlı polis əməkdaşları, həmçinin, bölmənin rəis müavini döymüşdür. O, əvvəllər narkotik vasitələrdən istifadə etməsi səbəbindən həbs edilmişdir. Evindən polis əməkdaşları tərəfindən aparılan zaman baş verənləri qonşuları görmüşdür. Onun qənaətinə görə o, döyüldükdən sonra, ciyərinə ləkə düşmüş və bu səbəbdən vərəm xəstəliyinə tutulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı rütbəsindədir. Çalışdığı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında xx xxxx 1990-ci ildə Mingəçevir şəhərində doğulmuş, Bakı şəhəri, 7-ci mikrorayon, X9 küçəsi İ/B, ev 1-də pasport qeydiyyatında olan və faktiki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan dairəsi, «Qaçqınlar Yataqxanasın»da yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə onun tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, rəhbərlik etdiyi, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru Şahid2 da daxil olduğu əməliyyat qrupu təşkil edilmişdir. Üzərində narkotik vasitələri daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü ilə birlikdə 09 sentyabr 2022-ci il tarixində saat 10:30-da xarici əlamətlərindən Təqsirləndirilən şəxs oxşayan şəxsi tutmaq üçün bir müddət müşahidə etdikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində «Ozan dairəsi» yaxınlığında piyada olan zaman əlverişli şərait yarandığından saxlayaraq özlərini təqdim edib həmin şəxsin kimliyi ilə maraqlanmışlar. Bu şəxs həqiqətən də xx xxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu təsdiq etmiş və bundan sonra narkotik vasitələrin qanunsuz əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirmişlər. Burada əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair olan sənədləri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Ağahüseyn Həsənova təqdim edilməklə istintaq hərəkətinin aparılması həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər bükümü çıxararaq masanın üzərinə qoyub təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, lakin sonuncu üzərində başqa heç nə olmadığını bildirmişdir. Odur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq, o cümlədən ciblərinə və ayaqqabılarına baxış keçirilmiş, lakin ondan başqa heç bir predmet və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üst-başını səliqəyə saldıqdan sonra ondan masanın üzərinə qoyduğu əşyanın adını deməklə təqdim etməsi təklif olunmuşdur. Həmin şəxs də cavabında bildirmişdir ki, təqdim etdiyi bir ədəd ağ rəngli kağızın içində el içində «kokos» deyilən narkotik vasitə heroindir. Sonra həmin narkotik vasitəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs da bildirmişdir ki, həmi bükümü o, 09 sentyabr 2022-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi adlanan ərazidə olarkən tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manat müqabilində alaraq öz üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Ağahüseyn Həsənov tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunaraq bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Bİnəqədi rayon Polis İdarəsinin 6cı Polis bölməsinin sahə inspektoru, polis mayoru Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2022-ci il tarixli, 6/5009 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №175» dairəvi möhür əksi olan, «Məmmədov» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,010 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 51-55) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X10 Ambulator X4 06 oktyabr 2022-ci il tarixli, 5812 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Psixostimiyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 128-129) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17 dekabr 2022-ci il tarixli, 3356 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona İttiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəliklər aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyəti onunla istintaq hərəkətləri aparmasına imkan verir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 131-132) İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən 09 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kağız bükümü təqdim edərək içərisində «kokos» deyilən narkotik vasitə heroin olduğunu və həmin vasitəni 09 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 30 (otuz) manat müqabilində əldə edərək üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. (iş vərəqə 28-30) İş materiallarında olan 10 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisi 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə tərtib edilmiş “Diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyaların təqdim edilməsi təklif edildikdə o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kağız bükümü təqdim edərək içərisində «kokos» deyilən narkotik vasitə heroin olduğunu və həmin vasitəni 09 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 30 (otuz) manat müqabilində əldə edərək üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Bundan başqa, həmin baxışda iştirak etmiş Təqsirləndirilən şəxs videokadrlarda görünən şəxsin məhz özü olduğunu təsdiq etmişdir. (iş vərəqə 66) Bakı Ağır Cinayətlər Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən təqdim edilmiş xx.xx.2023cü il tarixli tibbi arayışdan görünür ki, xəstə-məhbus 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ƏN PX Bakı istintaq təcridxanasından “Ağciyər vərəmi” diaqnozu ilə ƏN PX X2 (İMM) daxil olmuşdur. Xəstə stasionarda kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma və sola səpələnmə mərhələsində, VM (+) pozitiv. Xroniki “B” və “C” viruslu hepatit, subklinik mərhələ” kliniki diaqnozu təsdiqlənmişdir. Xəstə xx.xx.2023-cü il tarixdə 1-ci sıra vərəm əleyhinə dərmanlarla müalicəyə cəlb edilmişdir. Xəstə-məhbus Təqsirləndirilən şəxs İMM-nə daxil olarkən üzərində heç bir xəsarət izi aşkar edilməmişdir. Hal-hazırda xəstənin ümumi vəziyyəti kafidir, vərəm əleyhinə müalicəsi davam etdirilir Qeyd: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ƏN PX Bakı istintaq təcridxanasına daxil olarkən ilkin baxış zamanı xəsarət aldığını bildirmiş, vizual müayinədə sağ əlin birinci barmağında üzəri qərtməkli yara, hər iki ayağının 1-ci və 2-ci barmaqlarında dırnaq yatağında qançır aşkar edilmişdir. Bakı şəhəri Binəqədi rayon Prokurorluğundan Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs işgəncə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya məruz qoyulması faktı öz təsdiqini tapmadığından AR Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, polis əməkdaşları izahatlarında Təqsirləndirilən şəxs müvəqqəti saxlanma yerində divara sağ əli və ayaqları ilə bir neçə dəfə zərbə vuraraq, oradan çıxarılmasını tələb etdiyinə şahid olduqlarını qeyd etmişlər. Həmçinin, xx.xx.2022-ci il tarixli qərarda qeyd edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2168 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəninə BİT-də xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman onun bədən səthində aşkar edilmiş xəsarətlər – sağ əlin İ barmağının üzəri qərtməkli yarası, hər iki İ və İİ ayaq barmaqlarının dırnaq yatağının bənövşəyi qançırı bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti xx.xx.2022-ci il tarixli müayinədən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəmə tərfindən göndərilmiş xx.xx.2023cü il tarixli sorğuya Binəqədi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti saxlanma yerində quraşdırılmış videomüşahidə kameralarının 09 sentyabr 2022-ci il tarixdə qeydə aldığı görüntülər uzun müddət keçdiyi üçün silindiyindən həmin videoyazıların təqdim edilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, polis əməkdaşlarının onu yaşadığı evdən çıxarması, saxlanılarkən üzərində hər hansı qanunsuz əşya, eləcə də, ittihamda qeyd edildiyi kimi 2,010 qram narkotik vasitə heroin olmaması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi, özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2022-ci il tarixli, 6/5009 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X10 Ambulator X4 06 oktyabr 2022-ci il tarixli, 5812 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17 dekabr 2022-ci il tarixli, 3356 nömrəli rəyi, 09 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, 10 sentyabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisi 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə tərtib edilmiş “Diskə baxış keçirilməsi haqqında» protokol, Təqsirləndirilən şəxs işgəncə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya məruz qoyulması xüsusatlarının öz təsdiqi tapmaması, AR Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir narkotik vasitələr qəbul etmiş və bu onda artıq asılılıq yaratmışdır. 09 sentyabr 2022-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Binəqədİ rayonu, Biləcəri qəsəbəsi, Binəqədİ şossesində əvvəllər tanımadığı, arıq bədən quruluşlu, təxminən 40-45 yaşlarında, anket məlumatlarını bilmədiyi qaraşın şəxsdən 30 manat pulun müqabilində 01 ədəd kağız bükümdə narkotik vasitə əldə etmişdir ki, həmin narkotik vasitəni vaxtaşırı istifadə etsin. Həmin gün, yəni 09 sentyabr 2022-ci il tarixində saat 10.30 radələrində Bakı şəhəri, Binəqədİ rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi ilə hərəkət etdiyi vaxt «Ozan dairəsi» yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Bakı şəhəri, Binəqədİ Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələr əldə etməyi barədə məlumat əldə etdiklərini bildirib Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifləri ilə razılaşaraq onlarla birlikdə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə gəlmiş və burada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunmuşdur. Vəkil gəldikdən sonra konfidensial görüşləri təşkil olunmuş və bundan sonra hüquqları izah olunaraq ona üzərində videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. O, polis əməkdaşlarına vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirmələrini bildirərək bu barədə ərizə də vermişdir və bundan sonra polis əməkdaşları şəxsi axtarışın başlanıldığını elan etmişlər. Daha sonra polis əməkdaşları tərəfindən ona üzərində qanunsuz əşya varsa təqdim olunması təklif olunmuşdur. O, polis əməkdaşlarının təklifləri ilə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində «kakos» adlanan narkotik vasitə heroin olan 01 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları ondan həmin bükümdəki kütlənin nə olduğu barədə soruşduqda, o, həmin bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün 09 sentyabr 2022-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində əvvəllər tanımadığı şəxsdən 30 manata əldə etdiyini bildirmişdir. Aşkar edilmiş 01 ədəd kağız bükümdəki narkotik vasitə heroin qablaşdırılaraq üzəri möhürlənmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilmiş, ona və iştirakçılara uca səslə oxunmuş, sonra da imzalanmışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış aparılmış və axtarış zamanı hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Həmçinin onun icazəsi və razılığı ilə vəkilinin iştirakı olmadan yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan dairəsi, «Qaçqınlar Yataqxanasın»dakı mənzilə baxış keçirilmiş, həmin baxış zamanı hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilmiş, protokol ona və iştirakçılara uca səslə oxunaraq imzalanmışdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17 dekabr 2022-ci il tarixli, 3356 nömrəli rəyində qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs yeniyetmə yaşlarından xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas olub, əsəbi gərginlik zamanı özünə xəsarət yetirmişdir. Ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs əsəbilikdən şikayət etmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs hər iki qolunun said nahiyyələrində özünə yetirmiş olduğu köhnə kəsik izləri müşahidə edilmişdir. (iş vərəqə 131-132) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2,010 qram təşkil edən narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, 24 may 2019-cu il tarixində cəzasının sonu ilə azad edilmişdir. (iş vərəqə 101-102, 103-106) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Həmçinin, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-59/2023 nömrəli hökmündən və hökmdəki anlaşılmazlığın aradan qaldırılmasına dair xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərində 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü, azadlığın məhdudlaşdırılmasının iki günü, islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü, ictimai işlərin səkkiz saatı bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş, 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il, 2 (iki) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi”, xroniki “B” və “C” viruslu hepatit xəstəliklərinin olmasını onun cəzasını yüngülləşirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 18) İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 98-102) İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli çıxarışdan görünür ki, “həbsdə saxlanma müddətinin uzadılmasına dair” təqdimat təmin edilməmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. (iş vərəqə 176) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarından yayınması səbəbindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 1(101)-838/2023 nömrəli qərarı ilə cinayət işi üzrə icraat dayandırılmaqla məhkəmə iclası qeyri müəyyən müddətə təxirə salınmış, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək axtarış elan edilmişdir. (iş vərəqə 195-196) Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 ay ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan, yəni, 28 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X10 Ambulator X4 06 oktyabr 2022-ci il tarixli, 5812 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda təmiz çəkisi 2,010 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,960 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri "Femida" Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş, 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il, 2 (iki) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 ay ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan, yəni, 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,960 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza xərcinin dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri "Femida" Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-838/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-838/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver