Məhkəmə qərarları › İş №1(101)-838/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-838/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-838/2024 29.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X7 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçimütəxəssislər X1, X8, zərərçəkmiş şəxs X9 və onun nümayəndəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “As Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, taksi sürücüsü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Ramanı qəsəbəsində nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal- hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etməklə, belə zor tətbiq etmə hədəsi ilə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 11 iyun 2023-cü il tarixdə gecə saat 03 radələrində icarə əsasında idarə etdiyi “Hyundai Accent” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu zaman mobil telefonunda istifadə etdiyi taksi sifarişi proqramı olan “Bolt” mobil tətbiqi vasitəsilə edilmiş təsadüfi sifariş əsasında ünvan 3 ünvanında müştəri qismində avtomobilin arxa oturacağına əyləşmiş Rusiya Federasiyasının vətəndaşı, əvvəllər tanımadığı X5 taksi xidməti göstərməklə “Heydər Əliyev” adına X13 çatdırmalı olduğu halda cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədilə yol boyunca avtomobili qəsdən aşağı sürətlə hərəkət etdirib sonuncunun iradəsinə zidd olaraq etdiyi əxlaqsız və intim təkliflərə rədd cavabı aldıqdan sonra həmin tarixdə saat 03:30 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisində Bakı-Mərdəkan şossesində yolun hərəkət hissəsinin kənarında heç bir zərurət olmadan avtomobili təxminən 20 dəqiqə ərzində saxlayaraq qapıları bağlayıb fiziki vəziyyətinə görə müqavimət göstərmək imkanı olmayan Elizaveta İsakovanın köməksiz vəziyyətindən istifadə etməklə əli ilə sifətinin sol yanaq nahiyyəsindən vurub, bədəninin müxtəlif hissələrinə zərbələr endirib fiziki ağrı yetirərək ağız boşluğunun selikli qişasının əzilmiş yarası və sol bazunun qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirilməsi ilə nəticələnən müqavimətini qırmağa yönəlmiş fiziki zor tətbiq edib, habelə cinayətkar niyyətindən irəli gələn tələblərini yerinə yetirməyəcəyi halda belə zoru tətbiq edəcəyi hədəsi ilə çiyin və qollarından itələyib avtomobilin arxa oturacağında uzanıqlı vəziyyətə gətirdikdən sonra öz əynində olan bütün paltarları çıxarıb Elizaveta İsakovanı da soyundurub çılpaq hala gətirərək əli ilə bədəninin intim nahiyələrinə toxunub üzərinə uzanaraq başını məcburi tutub müqavimətini qırdıqdan sonra Elizaveta İsakovanın dodaqlarından öpüb sovurmuş və öz kişi cinsiyyət üzvünü ağız boşluğuna bir neçə dəfə daxil edib çıxararaq cinsi ehtirasını pozğun şəkildə təmin edib zərərçəkmiş şəxs Elizaveta İsakovaya seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, X5 sonuncuya taksi xidməti göstərməsi ilə əlaqədar tanımışdır. Maşına oturan zaman Elizaveta İsakovna biraz içkili olmuş və avtomobili onun qeyd etdiyi dəqiq ünvanda saxlamadığına görə qəzəblənmişdir. Sonuncu maşını yalnız sifariş edilən ünvanda saxlaya biləcəyini qeyd etdikdən sonra Elizaveta İsakovnaya başqa taksinin xidmətindən istifadə etməsini təklif etmiş, lakin o, avtomobili sürməyini tələb etmiş və telefonla danışarkən Azərbaycan millətinə qarşı nalayiq ifadələr işlətmişdir. Rus dilini orta səviyyədə bildiyinə görə Elizaveta İsakovnaya nalayiq ifadələr işlətməməsini bildirmiş, lakin Elizaveta İsakovna sonuncuya məhəl qoymadan deyinməyə davam etmişdir. Elizaveta İsakovnaya artıq cavab qaytardığına görə “Bolt” mobil tətbiqində olan sərnişindən “şikayət et” funksiyasından istifadə etməmişdir. Sərnişinlə arasında olan mübahisəyə əsasən onun özündən şikayət edildiyini fikirləşmişdir. Elizaveta İsakovnanın sakitləşməsi üçün maşını yolun kənarında bir dəfə saxlamış, həmçinin yanacaq doldurmaq üçün də 15 dəqiqə “Azpetrol” yanacaq doldurma məntəqəsində dayanmışdır. İdarə etdiyi avtomobilinin qapısının kilidli vəziyyətə salma funksiyası olmamışdır. Yanacaq dolduma məntəqəsində üzərində kifayət qədər pul olmadığına görə üzərində olan rus rublunu azərbaycan manatına mübadilə etməyi Elizaveta İsakovnaya təklifi etmişdir. Sərnişini 30 dəqiqə ərzində hava limanına çatdırmış, Elizaveta İsakovna maşından düşərkən heç bir narazılıq etməmiş, daha sonra sonuncu 2 saat hava limanında gözləmişdir. Həmin müddət ərzində Elizaveta İsakovnanın ondan şikayət etməsi üçün fürsəti olmuşdur. Ona aralarında baş vermiş mübahisəyə baxmayaraq sərnişin tərəfindən “Bolt” mobil tətbiqi vasitəsilə “beş ulduz” qoyulmasının səbəbini bilməmişdir. 20 iyun 2023-cü il tarixdə isə hava limanında dostları ilə çay içdikdən sonra üç nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq döyülmüş, “Mercedes” markalı avtomobilə mindirilərək Bakı Şəhər Baş Polis İdarəsinə gətirilmiş, orada bədəninə 22-dən çox xəsarət yetirilmişdir. İbtidai istintaq zamanı ailəsi ilə təhdid edildiyi üçün təzyiq altında ifadə vermişdir. Maşının yük hissəsində aşkar edilmiş “Vizit" markalı prezervativ sonucuya məxsus olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, 11 iyun 2023-cü il tarixində gecə saat 2 radələrində hava limanına getmək üçün taksi sifariş etmiş, taksiyə əyləşdikdən sonra sürücü ona xoşagəlməz suallar verməyə başlamışdır. Sürücünün suallarına baxmayaraq yola davam etməyi qərara almış, taksi sürücüsünün baxışları xoşuna gəlməmişdir. Belə ki, sürücü ondan sevgilisinin olubolmamasını və onun kimi gözəl qızın gecə vaxtı çöldə niyə tək olduğunu, Azərbaycan Respublikası ərazisində neçə müddətdir qalmasını soruşmuşdur. Yanacaq doldurma məntəqəsində sürücü ona malik olduğu təqdirdə rublla manat mübadiləsi etmək istəmiş , lakin o , üzərində nağd pulu olmadığını bildirmişdir. Sürücü yol boyu ona qabaq oturacaqda otura, arxa oturacaqda uzana biləcəyini, hava limanında onunla birlikdə çay içəcəyi təqdirdə 1000 rubl verəcəyini bildirmişdir. Magistral yolda sürücü avtomobili asta idarə edən zaman öz telefonu vasitəsilə “Bolt” mobil tətbiqində təcili düyməsini basmış, lakin “Bolt” xidmətindən onun istifadəsində olan telefona zəng gələn zaman təqsirləndirilən şəxs ona telefonu söndürməyəcəyi təqdirdə bunun onun üçün pis olacağını söyləmişdir. Qorxduğu üçün telefondakı zəngi qəbul etməmiş, sürücünün əxlaqsız təkliflərinə isə razılıq verməmişdir. Təqsirləndirilən şəxs arxa oturacağa keçmiş, əvvəlcə özü soyunmuş, sonra onu soyundurmuşdur. Sürücü onun ağız nahiyəsinə öz cinsi orqanını salıb-çıxarmış və cinsi əlaqədə olmağı təklif etmişdir. Taksi sürücüsü onun telefonunu götürmüş, hava limanına çatdıqdan sonra “Bolt” mobil tətbiqi vasitəsilə özünə “beş ulduz” vermiş və mobil telefonundan özünə 50 manat məbləğində pul köçürmək istəsə də bu hərəkəti həyata keçirə bilməmişdir. Fransa səyahətini bir il öncədən ad günü üçün planlaşdırdığından səyahətini ləğv etmək istəməmişdir. Bu səbəbdən təyyarəyə gecikmək istəməməsi və habelə qorxması səbəblərindən başına gələnlər barəsində hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Hadisədən dərhal sonra şok vəziyyətində olduğuna görə bu barədə heç kəsə məlumat verməmiş, Fransada olduğu müddət ərzində başına gələn hadisələr barəsində məlumatı Azərbaycanda olan rəfiqəsinə bildirmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Anna Vladimirovna ifadə verərək göstərmişdir ki, zərərçəkmiş şəxsi 2023-cü ilin aprelindən tanımış, onunla birlikdə Bakıda şirkətdə çalışmışdır. Zərərçəkmiş şəxs səyahətdən qayıtdıqdan sonra ona başına gələn hadisə, yəni taksi sürücüsünün intim xarakterli hərəkətlər etməsi barədə məlumat vermişdir. Hadisə zərərçəkmiş şəxsin iradəsi ilə baş verməmişdir. Başına gələnlərdən sonra zərərçəkmiş şəxs Elizaveta ağır emosional vəziyyətə düşmüş, hər gün ağlamış və psixoloqa müraciət etmişdir. Hadisə gecə saatlarında baş vermiş, sürücü yol boyu Elizavetaya ədəbsiz təkliflər etmişdir. Elizaveta şok vəziyyətində olduğuna görə təyyarəyə minmiş və hadisə barədə ilkin olaraq heç kəsə məlumat verməmişdir. Zərərçəkmiş şəxsə konkret hansı xəsarətlərin yetirildiyi barəsində məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Aleksandr Lojkin ifadə verərək göstərmişdir ki, 10 iyun tarixində zərərçəkmiş şəxs ona Avropaya rəfiqəsinin yanına getməsini bildirmişdir. Elizaveta İsakovna hava limanına taksi sifariş etmiş, lakin maşında olarkən görmüşdür ki, sürücü sifariş verdiyi taksini sürən adam deyil. Yol boyu taksi sürücüsü zərərçəkmiş şəxsə əxlaqsız təkliflər etmişdir. Belə olan halda zərərçəkmiş şəxs “Bolt” mobil tətbiqi vasitəsilə “yardım” düyməsini sıxmışdır. Sürücü zərərçəkmiş şəxsə telefonu yerə qoymadığı təqdirdə onu təyinat nöqtəsinə aparmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs qorxduğuna görə telefondakı zəngi dayandırmış və heçnə deyə bilməmişdir. Hava limanına gedən yolda sürücü maşını yolun sağ kənarında saxlamış, arxa oturacağa keçmiş, zərərçəkmiş şəxsi soyunduraraq onu zorlamış, sonra ona paltarlarını geyinməyə icazə vermişdir. Taksi sürücüsü zərərçəkmiş şəxsi hava limanına apardıqdan sonra onun telefonunda “Bolt” mobil tətbiqi vasitəsilə özünə “beş ulduz” göndərmiş, həmçinin öz hesabına 50 manat göndərmək istəsə də bu prosesi həyata keçirə bilməmişdir. Təqsirləndirilən şəxs hədəqorxu gələrək Elizaveta İsakovnaya hadisə barədə heç kəsə məlumat verməməsini tapşırmışdır. Zərərçəkmiş şəxs affekt və şok vəziyyətində olduğuna görə hadisə barəsində heç kəsə məlumat verməmişdir. O, 2 gün sonra Elizavetanın başına gələn hadisələri “telegram” mobil tətbiqi vasitəsilə öyrənmişdir. Elizaveta çalışdığı şirkətin təhlükəsizlik məsələləri üzrə mütəxəssisləri ilə baş verən hadisəni müzakirə etmiş, onlar zərərçəkmiş şəxsə Bakıya qayıtdıqdan sonra polisə müraciət etməsini məsləhət görmüşlər. Elizavetanın ərizə verdiyi gün Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. Zərərçəkmiş şəxs hələ də baş vermiş hadisənin təsirindın qorxduğu üçün taksi xidmətlərindən istifadə etmir. Zərərçəkmiş şəxs ona kömək göstərilməsi barədə arasında olan yazışmalar müstəntiqə o təqdim etmiş, telefonun ekran görüntüsünün şəkilləri çəkilərək cinayət işi materiallarına əlavə edilmişdir. 21 iyun 2023-cü il tarixli tanınmaya təqdim etmə haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, zərərçəkmiş şəxs Elizaveta İsakovna ona təqdim edilmiş şəxsləri nəzərdən keçirərək boyuna, bədən quruluşuna, sifətinə, iri tünd gözlərinə görə Təqsirləndirilən şəxs işarə etmiş tanımışdır (cild 1, iş vərəqi 75-78). 21 iyun 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Elizaveta İsakovanın ifadə verərkən qeyd etdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqi 79-85). 21 iyun 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol” və ona əlavə edilmiş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxsin ifadəsi yerində yoxlanılarkən Elizaveta İsakovna Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı avtomobili saxlayaraq qapıları kilidləyərək onun əyləşdiyi arxa oturacağa keçdiyini, onu soyunduraraq çılpaq hala gətirdiyini, həmçinin özü də soyunduqdan sonra cinsi orqanını onun ağız boşluğuna salıb çıxardığını, əli ilə onun bədəninin çılpaq nahiyələrinə toxunduğunu bildirmişdir. X10 həmin şəxsə müqavimət göstərdiyini, ona gücünün çatmadığını Təqsirləndirilən şəxs onun üzünü əli ilə vurduğunu qeyd etmişdir (cild 1, iş vərəqi 86-89). 21 iyun 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 20 iyun 2023-cü il tarixdə müayinədən keçirilmiş Elizaveta İsakovanın bədən səthi üzərində ağız boşluğunun selikli qişasının əzilmiş yarası və sol bazunun qançırları bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti müayinədən 7-9 gün əvvəl olmaqla qərarda göstərilən tarixi və şəraiti inkar etmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Göstərilən xəsarətlərin yerləşmə nahiyələrini, sayını və xüsusiyyətlərini nəzərə alaraq onların şəxsin özü tərəfindən yetirilməsi inkar edilir (Cild 1, iş vərəqə 91-92). 22 iyun 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol” və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Bakı-Mərdəkan şosesinin hava limanına dönən körpüyə çatmamış yolun hərəkət istiqamətinin kənarına gələrək, məhz həmin yerdə 11 iyun 2023-cü il tarixdə gecə saatlarında idarə etdiyi avtomobili saxlayaraq qapıları bağlayıb, arxa oturacağa əyləşmiş, Elizaveta İsakovanın yanına keçib onu soyunduraraq bir neçə dəfə sonuncunu vurub hədələyərək zorakılıqla öz cinsiyyət orqanını bir neçə dəfə Elizaveta İsakovanın ağız boşluğuna saldığını bildirmişdir. Təxminən 20 dəqiqə ərzində qeyd etdiyi yerdə dayandıqdan sonra o yoluna davam etmiş və Elizaveta İsakovanı hava limanına çatdırmışdır (cild 1, iş vərəqi 117-118). Maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş 11 iyun 2023-cü il tarixdə zərərçəkmiş şəxs X2 “Heydər Əliyev” adına Beynəlxalq hava limanında sərhəd keçməsi zamanı saat 04:32-də çəkilmiş rəngli fotoşəklindən görünür ki, zərərçəkmiş şəxs Elizaveta İsakovanın həyəcanlı və təşviş içində olmuş, nədənsə narahatlıq hissi keçirmiş, həmçinin üzünün sol yanaq hissəsinin şişkin olması müəyyən edilmişdir (Cild 1, iş vərəqə 204-206). 23 iyun 2023-cü il tarixli Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı **- CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxış zamanı avtomobilin arxa yük hissəsində zərərçəkmiş şəxsin ifadəsində qeyd etdiyi kimi bir ədəd ağ rəngli qutuda “Vizit" markalı prezervativin olması aşkar edilmişdir (Cild 1, iş vərəqə 140-145). 12 iyul 2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Telegram” mobil tətbiqi vasitəsi ilə iş üzrə zərərçəkmiş şəxs X9 ilə 13 iyun 2023-cü il tarixə olan yazışmaların olması müəyyən edilmişdir. Şahid Aleksandr Lojkin həmin yazışmalarda Elizaveta İsakovanın seksual zorakılığa məruz qalması barədə ona bildirdiyini qeyd etmişdir. 13 iyun 2023-cü il tarixdə Elizaveta İsakovanın rus dilində “Bazar günü gecə mən hava limanına getdiyim zaman məni taksi sürücüsü zorlayıb. Dünən Mədinəyə bu barədə danışmağı qərara aldım, belə bir halda o mənə bir HR kimi nə edəcəyim barədə məsləhət verəcəyini düşündüm, o bilmir, bunu İvana ötürməyə qərarlaşdırdıq, İvanda kimdənsə dəqiqləşdirmək üçün getdi; Sərsəri bir haldayam, şirkətdən hər-hansısa kömək istəyirəm, lakin kömək alacağıma dair əmin deyiləm; Tək başına, işə baxılma, polisə getmə, bunun öhdəsindən tək gələ bilməyəcəm” məzmunlu mesajlar göndərməsi müəyyən edilmişdir. Həmçinin 16 iyun 2023-cü il tarixdə Elizaveta İsakovanın “Aydın məsələdir ki proses mən Bakıya geri döndükdə başlayacaq, heç olmasa indi nəsə etmək olar ki; Mənə elə gəlir ki mən möcüzə ilə sağ qalmışam” məzmunlu mesajlar göndərmişdir. Bundan əlavə Aleksandr Lojkinin suallarına cavab olaraq Elizaveta İsakova “Bəli, Bolt Komfort idi lənətə gəlmiş; Avtomobil həmindir, lakin sükan arxasındakı gənc tətbiqdə göstərilən adam deyildir; Mən artıq qorxuram, çünki o adam mənə artıq hədə-qorxu gəlib, əgər hansısa istintaq başlanarsa, o mənim ünvanımı bilir” məzmunlu mesajlar göndərməsi müəyyən olunmuşdur. Aleksandr Lojkin tərəfindən təqdim edilən mobil telefonda "Telegram” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmalar istintaq üçün əhəmiyyət kəsb etdiyindən çıxarış şəklində götürülərək cinayət işi materiallarına əlavə edilmiş (Cild 1, iş vərəqə 191-200). 18 iyul 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının 303 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patalogiya aşkar edilməmişdir (Cild 1, iş vərəqə 223-226). 17 iyul 2023-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 1954 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kobudluq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. O, yaş xüsusiyyətləri, əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi hərəkətlər zamanı psixi-emosional halında iş üçün mühüm əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs təlqinə qapanmağa və başqalarının təsiri altında hərəkət etməyə meylilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs özündən uydurmağa meylilik əlamətləri müşahidə edilmədi. Lakin o, situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edildiyindən onun qanunazidd əməllərə meylli olması istisna edilmir (Cild 1, iş vərəqə 216-221). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən daxil olmuş 15 iyul 2023-cü il tarixli 3-13-3/2-12012/2023 nömrəli Təqsirləndirilən şəxs idarə etdiyi **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 11 iyun 2023-cü il tarixdə saat 03:00- dan 04:00-dək olan müddət ərzində hərəkəti barədə məlumatları özündə əks etdirən məktub və ona əlavə edilmiş 01 ədəd diskdən və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə olan faylda cədvəl şəklində videomüşahidə cihazları vasitəsilə Təqsirləndirilən şəxs idarə etdiyi **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 11 iyun 2023-cü il tarixdə saat 03:01-də Xətai rayonu, Y.Səfərov küçəsi "xxxx" ASC-nin binasının qarşısında, saat 03:09-da Neftçilər prospekti istiqamətində, saat 03:12-də Xətai rayonu, Azəriqaz” ASC-nin, yənı Heydər Əliyev prospekti istiqamətində, 03:17-də Heydər Əliyev prospekti “ASK Arena” yaxınlığı hava limanı istiqamətində, saat 03:23-də “Olimpiya” stadionu yaxınlığında, saat 03:24-də Sabunçu rayonu, yerüstü keçidin yaxınlığında, saat 03:25-də Komsomol körpüsünün yaxınlığında, saat 03:30-da “Buta Palace” şadlıq sarayının yaxınlığında və saat 03:57-də “Heydər Əliyev” adına Beynəlxalq hava limanının girişi istiqamətində hərəkət etməsi barədə göstərilmişdir. Diskdə olan digər fayllarda həmin avtomobilin qeyd olunan ünvanlarda videomüşahidə cihazları vasitəsilə qeydə alınmasına dair fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkillər çap edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin baxış zamanı 11 ədəd faylda qeyd olunan avtomobilin hərəkətini əks etdirən videogörüntülər əlavə edilmişdir. Keçirilən baxış zamanı iş materiallarından məlum olduğu kimi 01 dəqiqə 31 saniyə davam edən şərti olaraq qeyd edilmiş birinci videogörüntüdə zərərçəkmiş şəxs Elizaveta İsakovanın Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində avtomobilə əyləşməsi müşahidə edilmişdir. Digər videogörüntülərdə avtomobilin yuxarıda qeyd olunan ünvanlar üzrə aşağı sürətlə hərəkət etməsi müşahidə edilmişdir. 1 saat 20 dəqiqə davam edən sonuncu videogörüntüdə isə 11 iyun 2023-cü il tarixdə saat 03:34-də avtomobilin Bakı-Mərdəkan şosessində “Heydər Əliyev” adına Beynəlxalq hava limanı istiqamətinə dönən körpüyə çatmamış qəza işiqlarını yandıraraq asfalt yolun kənarında saxlaması müşahidə edilmişdir. Ardınca avtomobilin hərəkət etmədən həmin yerdə təqribən 20 dəqiqə ərzində dayanması müəyyən edilmişdir. Qeyd olunan müddət ərzində avtomobilin qəza işıqlarının yanmış vəziyyətdə olması və gecə saatları olduğu üçün yoldan çox az sayda avtomobillərin keçməsi müşahidə edilmişdir. Baxışda iştirak edən Elizaveta İsakova bildirmişdir ki, bu görüntülər həqiqətəndə sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs ona qarşı avtomobildə etdiyi cinayət əməlinin qeydə alınmasına dair görüntülərdir, sonuncu videogörüntüdən göründüyü kimi avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs onun yanına arxa oturacağa keçərək müqavimət göstərməsinə baxmayaraq zor tətbiq edib ona qarşı seksual xarakterli zorakılıq hərəkətlərini etmişdir. Daha sonra videogörüntüdə saat 03:53-də Təqsirləndirilən şəxs qapını açıb avtomobildən düşərək arxa yük hissəyə keçməsi görünmüşdür. Videogörüntüdən Təqsirləndirilən şəxs avtomobilin hansı qapısından düşməsini müəyyən etmək mümkün deyildir. Saat 03:54-də təqsirləndirilən şəxsin yenidən avtomobilə əyləşməsi və avtomobilin hərəkətə gələrək yoluna davam etməsi müşahidə edilmişdir. Baxışda iştirak edən Bakı Şəhər BPl-nin Təhlükəsiz Şəhər Xidmətinin operatoru Rəşad Şıxıyev bildirmişdir ki, videogörüntülərdə qeyd edilən həmin avtomobilin keçdiyi yollarda quraşdırılmış müşahidə kameralarının ardıcıllığı, vaxt aralığı və hərəkət trayektoriyasını nəzərə alıb müəyyən etmək olur ki, Bakı-Mərdəkan şossesində 20 dəqiqə ərzində dayanmış avtomobil məhz Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı **- CS-*** dövlət qeydiyyat nişanlı avtomobildir (Cild 2, iş vərəqə 30-38). 27 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs taksi sürücüsü kimi sifarişi icra etdikdən sonra müştəri qismində avtomobilinə əyləşmiş zərərçəkmiş şəxs Elizaveta İsakova tərəfindən ən yüksək reytinq ulduzu olan “5 ULDUZ” ilə qiymətləndirilmişdir (Cild 2, iş vərəqə 97). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyasının Moskva vilayəti Balaxişinski şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 150.000 rubl cərimə cəzası təyin edilməklə 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, 25 may 2021-ci il tarixdə cərimə tam ödənilmişdir. Həmçinin Rusiya Federasiyasının Odintsovo Şəhər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə Rzayev X4 Federasiyasının Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci hissəsi ilə, 70 və 73-cü maddələrinə əsasən 02 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası 02 il şərti sınaq müddəti olmaqla, 01 il 02 ay 16 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsi cəzasına məhkum edilmişdir (Cild 1, iş vərəqə 171-172). 3 avqust 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərardan” görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti barədə məlumatları özündə əks etdirən 1 ədəd disk və “Hyundai Accent” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd qutuda “Vizit” markalı prezervativ, X6 11 iyun 2023-cü il tarixdə “Heydər Əliyev” adına Beynəlxalq hava limanında çəkilmiş olan fotoşəkil cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmişdir (cild 2, iş vərəqi 39-51). İttiham aktına əlavə edilmiş arayışdan görünür ki, X2 11 iyun 2023-cü il tarixdə “Heydər Əliyev” adına Beynəlxalq hava limanında çəkilmiş olan fotoşəkil və Təqsirləndirilən şəxs idarə etdiyi **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti barədə məlumatları özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, “Hyundai accent” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd qutuda “Vizit” markalı prezervativ qablaşdırılaraq saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir(cild 2, iş vərəqi 152). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə üzrə cinayət məsuliyyəti isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə həm şübhəli, həm təqsirləndirilən şəxs qismində dindirilərkən işgəncəyə məruz qalması səbəblərindən etiraf edici ifadələr verməsi, zərərçəkmiş şəxsə ümumiyyətlə toxunmaması, aralarında yalnız “milli ayrı seçkilik” zəminində mübahisə səbəbindən sonuncunun ona böhtan atması, idarə etdiyi avtomobildən gətirdiyi suyu zərərçəkmiş şəxsə baş vermiş mübahisədən sonra sonuncunun qorxduğunu gördüyü üçün su təklif etdiyini qeyd etməsi barədə ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, hadisələr, o cümlədən, cinayət hadisələri təbiətdə və cəmiyyətdə yaratdığı izlərin əsasında müəyyən edilir. Hər bir iz birbaşa və ya dolayı sübutlarla müşaiyət edilir ki, həmin sübutların məcmusu hadisənin baş vermə səbəbi, mexanizmi və şəraiti barədə təsəvvürün yaradılmasına xidmət göstərir. Zərərçəkmiş şəxs İsakova Elizaveta həm ibtidai, həm də məhkəmə istintaqı zamanı hadisə barəsində ifadə verərək hadisənin baş vermə şəraitini və mexanizmini kifayət qədər anlaşılan şəkildə izah etmiş, məhz onun verdiyi ifadə əsasında əvvəlcə təqsirləndirilən şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxs “Bolt” tətbiqi proqramında öz adına qeydiyyatdan keçmədiyinə görə zərərçəkmiş şəxsin sifariş etdiyi avtomobili idarə edən şəxs əvvəlcə aşkar edilmiş, tanınma üçün zərərçəkmiş şəxsə təqdim edilmiş və cinayət prosessual qanunvericiliyin şərtlərinə uyğun şəkildə həyata keçirilmiş istintaq hərəkəti nəticəsində hadisə günü İsakova Elizaveta barəsində iddia etdiyi hərəkətlərin törədən şəxsin Təqsirləndirilən şəxs olması aydınlaşdırılmışdır. Daha sonra məhz zərərçəkmiş şəxsin verdiyi ifadə əsasında ona taksi qismində xidmət göstərən “Hyundai accent” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət trayektoriyası, Mərdəkan yolunda 20 dəqiqə qəza işıqları yanılı vəziyyətdə hərəkətsiz qalması, təqsirləndirilən şəxsin həqiqətən də avtomobildən düşərək yük yerinə getməsi müəyyən edilmişdir. Digər tərəfdən zərərçəkmiş şəxs qoruyucu vasitəni görməsə də təqsirləndirilən şəxsin məhz qorunma vasitəsi gətirmək üçün avtomobildən düşərək yük hissəsinə yaxınlaşdığını söylədiyini, lakin ona su gətirdiyini bildirmiş və həmin ifadə yoxlanılarkən avtomobilə keçirilmiş baxış nəticəsində yük hissəsindən həqiqətən bir qutuda “Vizit” markalı prezervativ aşkar edilmişdir. Bundan başqa, məhkəmə iclas zalında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin avtomobildən düşərək yük hissəsinə getdiyi müddətdə avtomobili tərk edə bilməməsini sonuncu tərəfindən üzərindən çıxarılmış paltarları geyinməsi ilə izah etmişdir. Zərərçəkmiş şəxsin ifadələrindən, həmçinin, görünür ki, təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası ərazisində yaşayıb-yaşamamasını, üzərində rubl olubolmamasını soruşmuşdur. Həm zərərçəkmiş şəxsin göstərilən ifadəsi, həm də təqsirləndirilən şəxsin məhkəmə iclasında zərərçəkmiş şəxsi hava limanına düşürtdükdən sonra iki saat orada gözləməsi və zərərçəkmiş şəxsə zorakılıq hərəkətlərinə yol verdiyi təqdirdə sonuncunun hansı səbəblərdən şikayət etməməsini bildirməsi barədə ifadəsi ona dəlalət edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin turist olduğunu düşünmüş, gələcəkdə yol verdiyi hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi məsələsini konkretləşdirmək məqsədilə onun ölkə ərazisini tərk edib-etməməsindən əmin olmaq istəmişdir. Məhkəmə müdafiə tərəfinin zərərçəkmiş şəxs Elizaveta İsakovanın həqiqətən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qaldığı təqdirdə dərhal şikayət etməməsi ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, zərərçəkmiş şəxs ilə Aleksandr Lojkin arasında telegram sosial şəbəkəsində aparılmış yazışmalardan görünür ki, hadisədən üç gün sonra ona başına gələnləri danışmış, lakin təkbaşına şikayət etməsi ilə bağlı narahatçılıqlarını bildirmiş, təqsirləndirilən şəxsin onun yaşadığı yerdən aparmasını vurğulayaraq evini tanıması səbəbindən sonuncudan qorxduğunu qeyd etmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs şikayət edib etməməsi ilə bağlı tərəddüd etmiş, lakin ona yaxın olan digər şəxslərin dəstəyi ilə müvafiq ərizə ilə barəsində yol verilmiş seksual xarakterli zorakılıq hərəkətləri ilə bağlı istintaq orqanına şikayət etmişdir. Digər tərəfdən cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində ifadə verərkən, istərsə də Elizaveta İsakova ilə üzləşdirilərkən, zərərçəkmiş şəxsi soyundurmasını, öz cinsiyyət orqanını onun ağız boşuluğuna salmasını, onun bədəninin çılpaq nahiyələrinə əlləri ilə toxunmasını etiraf etsə də sonuncunun da onunla cinsi əlaqədə olmasını istədiyini düşündüyünü söyləmişdir. Lakin bütün bu hərəkətlərin zərərçəkmiş şəxsin onun yol boyu etdiyi söhbətlərdən narazı qalaraq kömək üçün “Bolt” proqramında müştəri xidmətlərinə daxil olaraq zəng etməsindən və bu səbəbdən ona məxsus olan telefonu əlindən almasından sonra edilməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə münasibətdə yol verdiyi hərəkətlərin hər iki tərəfin razılığı əsasında olması barədə ifadəsinin ağlabatanlılığını təkzib edir. Məhkəmə onu da qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş 20 iyun 2023-cü il tarixli Təqsirləndirilən şəxs məxsus əlyazma ilə icra edilmiş ərizəsi ilə də zərərçəkmiş şəxs barəsində yol verdiyi seksual xarakterli hərəkətlərini etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Müdafiə tərəfindən təqsirləndirilən şəxsin “Hyundai accent” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış istintaq hərəkətinin həyata keçirilməsində iştirak etməməsi səbəbindən həmin istintaq hərəkətinin və Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə işgəncəyə məruz qalması səbəbindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi protokollarının sübutlar siyahısından çıxarılması barədə dəlilləri ilə əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.3-cü maddəsində göstərilir ki, baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. İş materiallarına əlavə edilmiş “Hyundai accent” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış protokolundan görünür ki, həmin istintaq hərəkətində hal şahidlərindən savayı təqsirləndirilən şəxsin müdafiəçisi Altay Hüseynov, habelə, anası və arvadı iştirak etmiş və istintaq hərəkəti protokolunu imza edərək baxışla bağlı hər hansı etirazlarının olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə işgəncəyə məruz qalması səbəbindən şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələr verməsi barədə müdafiə tərəfinin dəlilləri ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitenisar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən göndərilən 27 noyabr 2023-cü il tarixli məktubla müşayiət edilən tibbi müayinə sənədlərində sonuncunun təcridxanaya daxil olan zaman ilkin tibbi müayinə zamanı sağ bel nahiyəsində 4 sm ölçüdə əzilmiş bönövşəyi rəngli qançır sol kürək və sol döş nahiyəsində sarımtıl rəngli qançır hər iki dirsək nahiyəsində üzəri qərtməkli yara müşahidə olunması göstərilmişdir.Həmin məlumatlara əsasən məhkəmənin öz təşəbbüsü ilə əldə edilən 23 noyabr 2023-cü il tarixli məktubla müşaiyət olunan 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə Bakı şəhər prokurorluğunda aparılmış araşdırma zamanı toplanmış material əsasında cinayət işinin başlanmasının rədd edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi və digər qanunsuz hərəkətlərə məruz qalması, həmçinin hadisənin ətrafdakı taksi sürücüləri tərəfindən götürülməsi barədə əməliyyat tapşırığının icrası ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, həmçinin hadisə yerinin yaxınlığında fəaliyyət göstərən taksi sürücüləri və digər şəxslərlə kəşfiyyat xarakterli söhbətlər aparılmış, lakin qeyd olunan fakt öz təsdiqini tapmadığından müsbət nəticə əldə olunmamışdır. Qərar qəbul edilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sağ qulaq seyvanı, sağ qulaqarxası, sağ kürəküstü döş qəfəsinin ön səthi , sol dirsək oynağı, sağ mil –bilək oynağı, sol əl, sol əlin barmağı, qarın, sağ sağrı, hər iki qasıq, sol baldır və sağ aşağı baldır körpücük sol dirsək oynağı, sağ said, sağ mil bilək oynağı və sağ baldır nahiyyələrinin sıyrıqları xəsarətlərin müayinə olunduğu tarixdən, yəni 23 iyun 2023-cü il tarixdən 5-8 gün əvvələ təsadüf etməsi barədə 23 iyun 2023-cü il tarixli məhkəmə tibbi ekspertizanın rəyi əsas götürülmüşdür. Bundan başqa Bakı şəhəri Baş Polis İdarəsindən daxil olmuş 26 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə müraciət əsasında Bakı şəhər Baş Polis İdarəsində aparılmış xidməti yoxlama nəticəsində polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə xüsusatlar təsdiqlənməmişdir. Göründüyü kimi, “Hyundai accent” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi protokollarının mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələblərinə əsasən şübhə altına alınması üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, aralarında olan mübahisəyə baxmayaraq zərərçəkmiş şəxs tərəfindən “Bolt” proqramı vasitəsilə təqsirləndirilən şəxsin taksi xidmətinin “beş ulduz” kimi qiymətləndirilməsinin səbəbləri barədə sualları cavablandıra bilməmişdir. Məhkəmə üzləşdirmə, ifadənin yerində yoxlanılması və digər istintaq hərəkətləri protokolllarını, zərərçəkmiş şəxsin və şahidin ifadələrini ekspertiza rəylərini, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 dekabr 2016-cı il təvəllüdlü bir azyaşlı övladı vardır (cild 1, iş vərəqə 173 ). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 dekabr 2016-cı il təvəllüdlü bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını, nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 61), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 20 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 122-126). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 72 (yetmiş iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 432 (dörd yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: X6 11 iyun 2023-cü il tarixdə “Heydər Əliyev” adına Beynəlxalq hava limanında çəkilmiş olan fotoşəkili və Təqsirləndirilən şəxs idarə etdiyi **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti barədə məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. “Hyundai accent” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd qutuda “Vizit” markalı prezervativ məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş 72 (yetmiş iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi 12 saylı Vəkil Bürosunun hesabına 432 (dörd yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar