Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-839/2022 23.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Şahid3 və müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs bir qrup şəxs halında birləşərək xuliqanlıq niyyəti ilə insan sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, həmçinin silah qismində əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər yetirmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən "Leon" şadlıq sarayının qarşısında dostu Şahid1 ilə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək açıq aşkar heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə acıqca hörmətsizlik ifadə edib, şəxslər üzərində zor tətbiq edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib, cibindən çıxartdığı silah qismində istifadə edilən bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs 01 (bir) dəfə döş qəfəsinin sol aşağı nahiyəsindən vuraraq ona sol tərəfli hemopnevmatorks, mədə və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra və qarın boşluğuna (daxilə -döş və qarın boşluqlarına) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, qrupun üzvü Famil Fərzullayev isə zərərçəkən Zərərçəkmiş şəxs real hərəkətlərlə vurmağa cəhd edərək şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə qanuni nümayəndəsi Şahid3 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü yalnız Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilir. O, Zığ qəsəbəsində yerləşən 65 nömrəli orta məktəbi 7-ci sinifə qədər oxuyub sonra çıxmışdır. Orta məktəbdən çıxandan sonra yunan-roma güləş idman növüylə məşğul olmağa başlamış və atasının icarəyə götürüb işlətdiyi tikinti materialları mağazasına gedib ona köməklik etmişdir. Həmin dükana taksi fəaliyyəti ilə məşğul olan Çingiz tez-tez gəlmiş, Çingiz bir neçə gün hadisədən qabaq atası Natiqi 27 noyabr 2021-ci il tarixdə oğlu Amalın toyuna dəvət etmişdir. Toy Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Lion” şadlıq sarayında təşkil olunmuşdur. Atası Natiq spirtli içkilər olan məclislərə getmədiyi üçün o, toya getməli olmuş, atası Natiq işlətdiyi tikinti materialları mağazasında fəhlə işləyən və dostluq münasibətində olduğu Şahid1 də toya dəvətli olmuşdur. O, Şahid1lə birlikdə Yeni Suraxanı qəsəbəsində taksiyə minib təxminən 18:30 radələrində “Lion” şadlıq sarayına çatmışlar. O, restoranın həyətinə çıxıb siqaret çəkəndə Yeni Suraxanı qəsəbəsində yaşayan Elsevəri görmüş və aralarında sözlü mübahisə baş vermiş, həmin vaxtı Famil gəlib onunla Elsevəri sakitləşdirmişdir. Daha sonra Elsevər onun əvvəllər tanımadığı adları ona sonradan məlum olan Elşən və Namik adlı şəxslərlə restorana daxil olmuşlar. O da tək onların arxasınca restorana qalxanda Elsevərin Elşənə onunla mübahisə etdiyini dediyini eşitmişdir. Bundan sonra Elşən də onun ünvanına "var yox söyüşü" söymüş, o da onun söyüşünə əhəmiyyət verməmiş və onların arxasınca gəlməli olan atası Natiqi gözləmişdir. Bir qədər sonra atası özünə məxsus “Kia” markalı avtomobillə restoranın qarşısına gəlmiş, o və Famil avtomobilə əyləşmişlər. O, avtomobildə olanda atası Natiqə özünü pis hiss etdiyini, ona qarşı pis söyüş söyüldüyünü bildirmiş, həmin vaxtı onlar yenidən "Lion" şadlıq sarayına qayıtmışlar. Onların hər üçü avtomobildən düşmüş, atası Natiq həmin vaxtı orada olan qırmızı gödəkcə geyinmiş Elşənə yaxınlaşaraq onu nə üçün söydüyünü soruşmuşdur. Elşən isə onu söymədiyini demiş, bu vaxt Elşən onun atası Natiqə yenidən onu söymədiyini deyəndə o, buna əsəbləşmiş və Elşəni vurmaq istəmişdir. Onun Elşəni vurmaq istədiyini görən Famil də Namiki vurmaq istəyəndə Famili kənardan tanımadığı şəxslər tutub saxlamışlar. Namik yumruqla onun sifətindən bir dəfə vurmuş və o, cibindən bıçaq çıxardıb özünü müdafiə etmək üçün bıçağı hərəkət etdirərəkən Namikin qarın nahiyəsindən bir dəfə dəymişdir. Bundan sonra onlar oradan uzaqlaşmış, mübahisə 27 noyabr 2021-ci il tarixdə, saat təxminən 22 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Lion" şadlıq sarayının həyətində baş vermişdir. Həmin vaxtı hadisənin şahidləri o, Namik, Famil, Elşən, atası Natiq və tanımadığı digər şəxslər olmuş, baş vermiş mübahisənin səbəbkarı Elşən olmuşdur. Belə ki, Elşən onun ünvanına var-yox söyüşü söymüş, Namikdə onu vurmuş, Elşəndə onun atası ilə gobud danışmışdır. O, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə vurmamış, onların təşəbüsü ilə başlanmış mübahisə zamanı hadisə baş vermişdir. O, mübahisə zamanı istifadə etdiyi bıçağı əsəbi və həyəcanlı olduğundan tulladığı yeri bilməmişdir, hazırda Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 27 noyabr 2021-ci il tarixdə bibisi oğlu Şahid2 ona zəng edərək, tanışının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Lion" şadlıq sarayında toyda olduğunu, həmin tanışının avtomobilini Elşənin sürəcəyini, onun da Elşənin avtomobilini sürüb Suraxanı qəsəbəsinə qayıtmağı xahiş etmiş, o da Elşənlə razılaşmışdır. O və Elşənin idarə etdiyi "VAZ 2104" markalı avtomobillə "Lion" şadlıq sarayına getmiş, Elşənin tanışı Elsevər onları restoranın foyesinə dəvət etmişdir ki, orada çay içsinlər. Həmin vaxt Elsevər ona və Elşənə toyda olan kiminləsə mübahisə etdiyini bildirmiş, onlar isə buna əhəmiyyət verməmiş, Elşənlə restoranın foyesinə qalxmışlar. Həmin vaxt təxminən saat 21:30 radələri olmuşdur. Onlar çay içmiş, təxminən 10-15 dəqiqə sonra evə getmək üçün o və Elşən restoranın həyətinə çıxanda onlara onun əvvəllər adı sonradan ona məlum olan Natiq adlı bir kişi yaxınlaşaraq oğlu Əbdürəhmanı söydüyünü bildirmişdir. Elşən isə Natiqə heç kəsi söymədiyini, Əbdürəhmanı tanımadığını bildirmiş, həmin vaxtı Elsevər orada olmamışdır. Ətrafa çoxlu sayda adam yığılmış və orada o, Elşəndən başqa heç kəsi tanımamış, həmin vaxt Famil və Əbdürəhman onun və Elşənin üstünə cumaraq onları vurmaq istəmişlər. O və Elşən özlərini müdafiə edərək Famil və Əbdürəhmanı özlərindən uzaqlaşdırmaq üçün kənara itələmiş, bu zaman Əbdürəhman əlində olan bıçaqla onun sol qarın nahiyəsindən bir dəfə vurmuş, bundan sonra onun baş verənlərdən xəbəri olmamışdır. Baş vermiş hadisə xx.xx.2021-ci il tarixdə, saat təxminən 22 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Lion" şadlıq sarayının qarşısında olmuşdur. Hadisə təxminən 10 dəqiqə davam etmiş, hadisənin şahidləri o, Elşən, Əbdürəhman, Famil, Natiq və tanımadığı şəxslər olmuşdur. Hadisəyə səbəb isə Əbdürəhmanın və Familin onu və Elşəni vurmaq istəməsi səbəbindən olmuşdur. Həmin vaxtı hava qaranlıq olduğundan Əbdürəhmanın onu vurduğu bıçağı görməmiş, mübahisə zamanı o və Elşən heç kəsə xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası) Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Əbdürəhman onun icarə götürüb işlətdiyi tikinti materialları mağazasına gəlib ona köməklik etmişdir. Həmin dükanda taksi fəaliyyəti ilə məşğul olan Çingiz tez-tez dükana gəlmiş, Çingiz hadisədən bir neçə gün qabaq onu 27 noyabr 2021-ci il tarixdə oğlu Amalın toyuna dəvət etmişdir. Toy Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Lion” şadlıq sarayında təşkil olunurmuş, o, spirtli içkilər olan məclislərə getmədiyi üçün Əbdürəhmanı toya mağazasında işləyən Famil ilə birlikdə göndərmişdir. 27 noyabr 2021-ci il tarixdə saat 22 radələrində o, Famil ilə Əbdürəhamanı götürüb evə aparması üçün özünə məxsus “Kia” markalı “Sorento” modelli avtomobillə restoranın qarşısına çatmış Əbdürəhman və Famil avtomobilə əyləşmişlər. Əbdürəhman avtomobildə olanda ona qarşı pis söyüş söyüldüyünü bildirmiş, onlar yenidən "Lion" şadlıq sarayına qayıtmışlar ki, öyrənsin ki, Əbdürəhmanı niyə söyüblər. O, həmin vaxt orada olan qırmızı gödəkcə geyinmiş Elşənə yaxınlaşaraq oğlu Əbdürəhmanı nə üçün söydüyünü soruşmuş, Elşən isə ona söyüş söymədiyini demişdir. Həmin vaxt anidən ara qarışmış və o, dava edənləri aralamağa çalışmışdır. Bundan sonra ara sakitləşmiş və o, Famili və Əbdürəhmanı avtomobilə əyləşdirib evə aparmış və bundan sonra polis bölməsindən zəng gəlmiş və onlar polis bölməsinə getmişlər. Orada ona məlum olmuşdur ki, Əbdürəhman hadisə vaxtı bıçaqla Namiki vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Natiqə məxsus Suraxanı qəsəbəsində yerləşən tikinti materialları mağazasında fəhlə işləyir. Həmin dükana taksi fəaliyyəti ilə məşğul olan Çingiz tez-tez gəlmişdir. Çingiz bir neçə gün hadisədən qabaq Natiqi və onu 27 noyabr 2021-ci il tarixdə oğlu Amalın toyuna dəvət etmişdir. Toy Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Lion” şadlıq sarayında təşkil olunurmuşdur. Natiq spirtli içkilər olan məclislərə getmədiyi üçün oğlu Əbdürəhman toya getməli olmuş, o, və Əbdürəhman toya getmiş, o, məclisdə bir qədər spirtli içki olan araq qəbul etmişdir. O, pilləkənlərdən aşağı düşəndə Elsevərlə Əbdürəhmanın sözlü mübahisə etdiklərini görüb onları sakitləşdirmişdir. Daha sonra Elsevər onun əvvəllər tanımadığı adları ona sonradan məlum olan Elşən və Namik adlı şəxslərlə birlikdə restorana daxil olmuşlar. O, aşağıda qalmış Əbdürəhman isə onların arxasınca qalxmış, bir qədər sonra Natiq özünə məxsus “Kia” markalı “Sorento” modelli avtomobillə restoranın qarşısına gəlmiş, o və Əbdürəhman avtomobilə əyləşmişlər. Onlar avtomobildə olanda Əbdürəhman atasına özünü pis hiss etdiyini, ona qarşı pis söyüş söyüldüyünü bildirmişdir. Həmin vaxt onlar yenidən "Lion" şadlıq sarayına qayıtmışlar. Həmin vaxt onların hər üçü avtomobildən düşmüş, Natiq həmin vaxt orada olan qırmızı gödəkcə geyinmiş Elşənə yaxınlaşaraq oğlu Əbdürəhmanı nə üçün söydüyünü soruşmuş, Elşən isə Əbdürəhmanı söymədiyini demişdir. Bu vaxt X5 söymədiyini deyəndə buna Əbdürəhman əsəbləşmiş və Elşəni vurmaq üçün cəhd etmişdir. O, isə onların Əbdürəhmanı və Natiqi vuracağına görə Namiki vurmaq üçün üstünə cummuşdur. Həmin vaxt kimsə yumruqla onun sifətindən bir dəfə vurmuş, lakin o, həmin şəxsi görməmişdir. Həmin vaxt o, Namiki vurmaq istəsə də kənarda olan tanımadığı şəxslər onu tutub saxlamışlar. Həmin vaxt Əbdürəhman cibindən bıçaq çıxartdıb Namikin qarın nahiyəsindən bir dəfə vurmuş və onlar oradan uzaqlaşmışlar. Hadisə şahidləri o, Namik, Əbdürəhman, Elşən, Natiq və tanımadığı digər şəxslər olmuş, mübahisəyə səbəb Elşənin Əbdürəhmanı söyməsi, Namikin Əbdürəhmanı vurması və Elşənin Natiqlə kobud danışması olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 21 noyabr 2021-ci il tarixdə qonşusu Çingiz onu ailəvi olaraq oğlu Amalın toyuna dəvət etmişdir. O da 27 noyabr 2021-ci il tarixdə anası Yasəmənlə birlikdə həmin toya getmişdir. O, həmin toyda spirtli içki olan araq qəbul etmiş, sonra o və Əbdürəhman bir-biri ilə sözlü zarafat etmişlər. Lakin onun zarafatı Əbdürəhmanın xoşuna gəlməmiş və restoranın həyətinə söhbət etməyə çıxıb sözlü mübahisə etməyə başlamışlar. Həmin vaxt Famil gəlib onları sakitləşdirmiş, sonra o, içkili olduğu üçün özünə məxsus avtomobili idarə edə bilmədiyi üçün tanışı Elşənə zəng vurmuşdur ki, gəlib onun avtomobilini idarə edərək onu Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən evlərinə düşürtsün. Elşən etiraz etməyərək gələcəyini bildirmiş, müəyyən müddətdən sonra Elşən özünə məxsus "VAZ 2104" markalı, **-BO-*** nömrəli avtomobillə "Lion" şadlıq sarayına sonradan adını bildiyi dayısıoğlu Namiklə birlikdə gəlmişdir. Elşən onun avtomobilini özü idarə edəcəyini, Elşənin avtomobilini isə dayısıoğlu Namikin idarə edəcəyini bildirmişdir. Həmin vaxt o, Elşən və Namikə toyda mübahisə etdiyini bildirmiş, Elşən və Namik restoranın foyesinə qalxmışlar. Həmin vaxt təxminən saat 21:30 radələri olarmış, Elşən və Namiq foyedə çay içmişlər. O, Elşən və Namikə 10-15 dəqiqəyə gedəcəklərini bildirmiş, o, anasına hazırlaşmağı demiş, özü də restoranın foyesində anasını gözləməyə başlamışdır. Anası çıxandan sonra onlar aşağıya düşmüş, lakin aşağıda nə Elşən nədəki Namiki görməmişdir. O, Elşənə mobil telefonla zəng edib harda olduğunu soruşmuş, Elşən ona dayısıoğlu Namikin bıçaqlandığını bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 27 noyabr 2021ci il tarixdə tanışı Elsevər ona zəng edərək, Binə qəsəbəsində toyda olduğunu, sərxoş olduğundan onun avtomobilini sürmək üçün gəlməyini xahiş etmişdir. O, da dayı oğlu Namikə zəng edərək, tanışının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Lion" şadlıq sarayında toyda olduğunu, həmin tanışının avtomobilini onun sürəcəyini, onun da avtomobilini Namikin sürüb Suraxanı qəsəbəsinə qayıtmağı xahiş etmiş və Namik də onunla razılaşmışdır. O və Namik onun idarə etdiyi "VAZ 2104" markalı, **-BO-*** nömrəli avtomobillə "Lion" şadlıq sarayına getmişlər. Həmin vaxt Elsevər onu və Namiki toyda olan kiminləsə mübahisə etdiyini bildirmiş onlar isə buna əhəmiyyət verməmişlər. O və Namik restoranın foyesinə qalxmışlar, həmin vaxt təxminən saat 21:30 radələri olarmış. Onlar çay içmişlər. Təxminən 10-15 dəqiqə sonra evə getmək üçün o və Namik restoranın həyətinə çıxanda onlara əvvəllər tanımadığı adı sonradan ona məlum olan Natiq adlı bir kişi yaxınlaşaraq oğlu Əbdürəhmanı onun söydüyünü bildirmişdir. O, isə Natiqə heç kəsi söymədiyini, oğlunu tanımadığını bildirmişdir. Həmin vaxt Elsevər orada olmamışdır. Ətrafa çoxlu sayda adam yığılmış və o, orada Namikdən başqa heç kəsi tanımırmış. Həmin vaxt Famil və Əbdürəhman onunla Namikin üstünə cumaraq onları vurmaq istəmişlər. Namik və o, özlərini müdafiə edərək Əbdürəhmanla Famili özlərindən uzaqlaşdırmaq üçün kənara itələyirmişlər. Bu zaman Əbdürəhman əlində olan bıçaqla Namikin qarın nahiyəsindən bir dəfə vurmuşdur. Namik yerə yıxılmış və onlar oradan uzaqlaşıb çıxıb getmişlər. O, da Namiki idarə etdiyi avtomobilə əyləşdirərək 3 saylı BŞX-na aparmış və Namiki orada əməliyyat etmişlər. Baş vermiş hadisə xx.xx.2021-ci il tarixdə, saat təxminən 22 radələrində o, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Lion" şadlıq sarayının qarşısında olmuş, hadisə təxminən 10 dəqiqə davam etmiş, hadisənin şahidləri o, Namik, Əbdürəhman, Famil, Natiq və tanımadığı şəxslərin olduğunu, baş vermiş mübahisəyə səbəb Əbdürəhmanın və Familin onu və Namiki vurmaq istəməsi olduğunu, hava qaranlıq olduğundan Əbdürəhmanın Namiki vurduğu görmədiyini, mübahisə zamanı ona heç kəsin xəsarət yetirmədiyini bildirmişdir. (cild 01, iş vərəqə 147-149) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X3 X6 məhkəmə-tibbi ekspertizasının 07 dekabr 2021-ci il tarixli 1483 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - sağ almacıq nahiyəsinin qansızması küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmətibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyasına əsasən demək olar ki, bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. (cild 01, 163-164) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X3 X6 məhkəmə-tibbi ekspertizasının 17 yanvar 2022-ci il tarixli, 49 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - sol tərəfli hemopnevmatorks, mədə və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra və qarın boşluğuna (daxilə -döş və qarın boşluqlarına) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik olan əşya -alət (ola bilsin bıçaq) təsirindən törənmiş törənmə müddəti onun "X9" X8 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət kənar şəxs tərəfindən yetirilmişdir. (cild 01, 167-169) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X3 X6 məhkəmə kompleks tibbi-kriminalistik ekspertizasının ekspertizasının 22 fevral 2022-ci il tarixli, 61-MTKŞ/2022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus köynəkdə 01 ədəd, maykada 01 ədəd keşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və ya iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəkdə 01 ədəd və maykada 01 ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan sol tərəfli hemopnevmotoraks, mədə və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəkdə 01 ədəd və maykada 01 ədəd deşilmiş-kəsilmiş zədələrin qrup daxilində morfoloji əlamətləriarasında oxşarlıq aşkar edildi. Bu halda güman etməyə əsas verir ki, zədələrin eyni alətlə yetirilməsi inkar olunmur. (cild 01, 234-236) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X3 X6 məhkəmə kompleks tibbi-kriminalistik ekspertizasının ekspertizasının 15 fevral 2022-ci il tarixli, 78/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu və şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu AB(İV)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus boğazlı kofta və mayka üzərində olan ləkələrdə AB(İV) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB(İV) qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 01, 226-230) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə X2 X6 ambulator məhkəməpsixiatrik ekspertizasının 14 fevral 2022-ci il tarixli, 376 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. (cild 01, iş vərəqə 232-233) İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (cild 01, iş vərəqə 214-216) İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (cild 01, iş vərəqə 217-219) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, hadisə zamanı onun əməlində xuliqanlıq niyyətinin olmaması, özünü yalnız AR CM-in 126.1-ci maddəsi ilə təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi həqiqəti əks etdirməyərək, məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır, iş üzrə ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları və iş üzrə digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 01, vərəqə 152) İş materiallarında olan xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi, iddiası yoxdur. (cild 01, iş vərəqə 151) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini və hazırda da yetkinlik yaşına çatmamasını, AR CMin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə cəza təyin edilərkən, ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. X7 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. X7 12-ci bəndinin 5-ci abzasına əsasən, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. X7 12-ci bəndinin 6-cı abzasında qeyd olunur ki, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. 29 noyabr 1985-ci il tarixli BMT-nin yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə dair X1ydalarının 17-19-cu maddələrinə əsasən yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə baxışının gedişində və hökm çıxarılan zaman məhkəmənin ümumi qəbul olunmuş beynəlxalq-hüquqi prinsipləri rəhbər tutması qeyd edilmişdir. Həmin prinsiplərə aşağıdakılar daxildir; a) yetkinlik yaşına çatmayan şəxs başqa şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət olunan ciddi əmələ yol verməmişdirsə, yaxud digər ciddi cinayəti təkrar törətməkdə təqsirli bilinməmişdirsə və ya digər müvafiq təsir tədbirləri mövcud olmadıqda, onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədə uyğun qəbul edilməmişdir; b) yetkinlik yaşına çatmayan şəxsin islah müəssisəsinə yalnız son tədbir kimi və zəruri olan minimum həddə yerləşdirilməlidir; c)yetkinlik yaşına çatmayan şəxsin azadlığının məhdudlaşdırılması haqqında qərar, bu məsələyə mükəmməl baxıldıqdan sonra və müddəti mümkün qədər minimuma endirilməklə qəbul olunmalıdır; ç) təsir tədbirləri bütün hallarda nəinki cinayətin hallarına və ağırlığına, həm də yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, həmçinin cəmiyyətin tələbatına uyğun gəlməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan 28 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 noyabr 2021-ci il tarixdə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında AR Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən) cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edilərkən, onun 28 noyabr 2021-ci il tarixdən hökm elan edilənədək həbsdə saxlanıldığı müddət hesaba alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Xəzər RPİ-də maddi sübutların saxlanc kamerasında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd sarı rəngli uzunboğaz köynək və 01 ədəd ağ rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xəzər RPİ-də maddi sübutların saxlanc kamerasında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd sarı rəngli uzunboğaz köynək və 01 ədəd ağ rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-839/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-839/2022
23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver