Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-839/2024 23.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 2009-cu il təvəllüdlü uşağı olan, fərdi əməklə məşqul olan, məhkumluğu olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hereoini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1040 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 15:10 dəqiqədə yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31ci PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd qəhvəyi rəngli qolsuz gödəkçənin iç hissəsindən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi külli miqdarda 1040 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotikdən istifadə edir, evlidir, himayəsində bir 16 yaşlı bir uşağı vardır. Əvvəllər, yəni 2015-2016-cı illərdə oğurluğa görə tutulmuş, azad olunduqdan sonra yenə şprislə inyeksiya yolu ilə kakos istifadə etmiş,oğurluq əməllərini törətmişdir. Oğurluğa görə yenə məhkum olunmuş, 2023-cü ilin mart-aprel ayında azadlığa çıxmışdır. Bundan sonra o, Nizami rayonu ərazisində maşın oğurlamış, bundan başqa Əmircan qəsəbəsindən də maşınlardan bir neçə maqnitafon oğurlayaraq aparmışdır. Onu bu oğurluqlarla bağlı saxlamışlar, lakin hər bir oğurlanan maqnitafonun dəyəri 100 manatdan aşağı olduğu üçün o, cinayət məsuliyyətinə cəlb edilməmişdir. Buna baxmayaraq xx.xx.2023-cü il tarixdə saat 15:10 dəqiqədə yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsinin qurtaracağında Suraxanı RPİ-nin 31-ci PB-nin Kənan adlı polis əməkdaşı və həmin bölmə risinin sürücüsü tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir. Bölmədə Kənan ona bildirmişdir ki, o, onun ərazisində çoxlu oğurluqlar törətmiş, bu səbəbə görə onu narkotiklə «sroka» göndərəcəkdir. Bölmədə onun üzərinə narkotik vasitəsi olan heroini Kənanla Orxan adlı polis əməkdaşları qoymuşlar. Faktiki isə onun üzərində yalnız içi boş şpris olmuşdur, hansı ki, həmin şpris vasitəsi ilə narkotiki qəbul etmişdir. Bundan sonra həmin əməkdaşlar ona fiziki zor tətbiq etmiş, xəsarətlər yetirmişlər. Həmin xəsarətlər tibbi kartada qismən öz əksini tapmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş və əynində olan tünd qəhvəyi rəngli qolsuz gödəkçənin iç hissəsindən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi külli miqdarda 1040 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi aşkar edilərək götürülmüşdür. Həmin narkotik ona məxsus deyildir. Həmin kütləni onun gödəkçəsinin iç tərəfinə Kənanla Orxan qoymuşlar. Baxış protokolunu ona edilmiş təzyiq nəticəsində imzalamışdır. Ona 3 saylı İT-dan təqdim edilmiş tibbi kartın surəti elan edilmiş, həmin kartda göstərilmişdir ki, müayinə zamanı sağ qaş nahiyyəsində sıyrılmış qərtməkli yara aşkar edilmişdir. Lakin onun alnında çapıq olmuş, həmin çapıq kartda qeyd edilməmişdir. Həmin çapıq polislər onu maşina mindirən zaman başı maşina dəyərək yaranmışdır. O, İT-da olduğu zaman özünə dəmir parçası ilə xəsarətlər yetirmişdir. Ona verilmiş ittihamla razı deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbiri nəticəsində tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Rəhbərliyə məruzə etdikdən sonra müvafiq qərar qəbul edilmiş, ondan və həmkarı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və elə həmin gün saat 15.10-da Təqsirləndirilən şəxs Əmircan qəsəbəsində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq bölməyə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs təhqiqatçı Elnur Mənsimova təqdim etmişlər. Elnur Mənsimov müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və vəkilin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxış videoçəkilişlə aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki gödəkçənin iç cibindən bir ədəd büküm təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içində qəhvəyi rəngli heroinə bənzər maddə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində olan «Nokia » markalı telefonu da təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 200 manata şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra həmin vasitə qablaşdırılmış, möhürlənmiş və baxışda iştirak edən şəxslər tərəfindən zərf imzalanmışdır. Həmçinin baxışla bağlı protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. İstər saxlanılan, istərsə də bölməyə gətirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və psixoloji təsir olmamış, onun üzərinə heç kəs qanunsuz əşya qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkarı Şahid1 daxil olmuş məlumat və bu məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Ondan və həmkarı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və elə həmin gün saat 15.10-da Təqsirləndirilən şəxs Əmircan qəsəbəsində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq bölməyə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs təhqiqatçı Elnur Mənsimova təqdim etmişlər. Elnur Mənsimov müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və vəkilin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxış videoçəkilişlə aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki gödəkçənin iç cibindən bir ədəd büküm təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içində qəhvəyi rəngli heroinə bənzər maddə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində olan «Nokia » markalı telefonu da təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 200 manata şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra həmin vasitə qablaşdırılmış, möhürlənmiş və baxışda iştirak edən şəxslər tərəfindən zərf imzalanmışdır. Həmçinin baxışla bağlı protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. İstər saxlanılan, istərsə də bölməyə gətirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və psixoloji təsir olmamış, onun üzərinə heç kəs qanunsuz əşya qoymamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2023cü il tarixli raportdan, eyni tarixli 3-13-54-2/Ə57/23 saylı “əməliyyat qrupunun yaradılması barədə” əmrdən, “əməliyyat tədbirinin keçirilməsi barədə” və “əməliyyat qrupunun yaradılması barədə” qərarlardan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan “Nazim” adlı şəxsin cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirinin keçirilməsi üçün polis əməkdaşları Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qrup rəhbəri olmaqla, qrupun üzvü Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yaşadığı evin qarşısında saat 15.10-da saxlanılaraq 15.20-də Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 15 may 2023-cü il tarixdə saat 17.10 radələrində müdafiəçisi X9 iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, o, şəxsi axtarış və götürməni müdafiəçisi X9 iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 15 may 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o əynindəki tünd qəhvəyi rəngli qolsuz gödəkçənin sol yan cibindən içərisində 03 ədəd siqaret olan üzərində “Rothmans” yazısı olan siqaret qutusu, “Nokia” markalı mobil telefon, əynindəki tünd qəhvəyi rəngli qolsuz gödəkcənin iç hissəsindən 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan qara rəngli sellofana bükülmüş büküm və əynindəki boz rəngli şalvarın yan cibindən isə 25 manat pul təqdim etmişdir. Sorğu zaman Nazir Əsgərov təqdim etdiyi 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan qara rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni üzdən tanıdığı adını bilmdəyi şəxsdən 200 manata öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir.Protokol işitrakçılara ucadan oxunmuş, onlar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2023-cü il tarixli 6/2819 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 195” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ..” yazı və imzalar olan bağlamadakı təmiz çəkisi- 1040 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 3801 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görünür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 1771 saylı 24 iyun 2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan onun əməlıi Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış 5(010)-235/2023 nömrəli 16 may 2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin baş əməliyyat-müvəkkili Şahid2 “əməliyyat tədbirinin keçirilməsi haqqında” 15 may 2023-cü tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 4(010)-208/2023 nömrəli 17 may 2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən olmaqla 04 (dörd) ay müddətinə həbs seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-dən daxil olmuş xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli “əməliyyat tapşırığı”-na cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin, həmçinin sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq nəticəsi müsbət olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən olunur ki, araşdırma zamanı baş əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməmiş və sonuncuya hər hansı işgəncə tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatların yalan olduğunu, məsuliyyətdən boyun qaçırmaq üçün göstərdiyi xüsusatların şər və böhtan xarakterlidir. 246-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Naziliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin Bakı Ağır Cinayətlər məhkəməsinin öz təşəbbüsü ilə qəbul etdiyi 30 yanvar 2024-cü il tarixli qərarı əsasında təyin edilərək 13 fevral 2024-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək keçirilmiş 125 saylı ekspertiza rəyindən N.X.Əsəgoruvun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ qaşın səthi əzilmiş yarası küt əşya; boynun, sağ və sol saidin qarnın kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət) tərsirindən törənmişlər. Qeyd olunan xəsarətlərdən; sağ qaşın səthi əzilmiş yarasının törəmə müddəti onun 3 saylı İstintaq Təcridxanasına müraciətindən və müayinəsindən 3-4 gün əvvəl olmaqla, müayinə olunanın göstərmiş olduğu xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir; boynun, sağ və sol saidin, qarnın kəsilmiş yaralarının törənmə müddətləri isə onun xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına müraciətindən və müayinəsindən az əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş sağ qaşın səthi əzilmiş yarası müqavimət göstərərkən və eləcədə müxtəlif şəraitlərdə törənməsi; boynun, sağ və sol saidin qarnın kəsilmiş yaraları isə şəxsin özü tərəfindən özünə yetirilməsi istisna olunmamışdır. Əlavə olaraq, məhkəmənin təşəbbüsü ilə «01» mart 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon prokurorluğuna Təqsirləndirilən şəxs barəsində aldığı xəsarətlərlə bağlı təkrar araşdırma keçirilməsi üçün “məhkəmə-tibbi” ekspertizasının 125 saylı ekspertiza rəyi göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Murad Əlişanov tərəfindən keçirilmiş araşdırmanın nəticəsi olaraq Bakı Ağır Cinayətlər məhkəməsinə 23 aprel 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı göndərilmişdir. Qeyd olunan qərar tədqiq edilən zaman müəyyən olunmuşdur ki, prokurorluq orqanı tərəfindən əlavə araşdırma zamanı izahatları alınmış polis əməkdaşları Şahid2 bə Şahid1 bildirmişlər ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis bölməsinə gəlməkdən imtina etdiyindən, onu saxlayıb bölməyə gətirən zaman yaxa qurtarmağa çalışaraq sağa sola çırpınmışdır. Təqsirləndirilən şəxs qeyd olunan zaman xəsarət alması mümkündür. Araşdırma zamanı toplanmış materialda Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi öz təsdiqini tapmamışdır. Qeyd olunan xüsusatlar alınmış izahatlar və məhkəmə-tibbi eksperti rəyi ilə də bir daha öz təsdiqini tapmış və belə olduğu halda Təqsirləndirilən şəxs Xəli oğlu barəsində 246-C- 23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «toplanmış sübutların qiymətləndirilməsi» haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalan 1039,8 qram narkotik vasitə heroin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1, 178.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 ay müddətində azadlıqdan məhrum etmə cəzası tətbiq edilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası tətbiq edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 185.2.2, 326 və 66.5-ci maddələri ilə təqsirli bilinərək barəsində 05 il 03 ay azadlıqdan məhrum etmə cəzası tətbiq edilmiş,bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04 ay azadlıqdan məhrum etmə cəzası tətbiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 234.1, 317-2.1, 66.3, 66.5, 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 06 il 02 ay 17 gün azadlıqdan məhrum etmə cəzası tətbiq edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan mərum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılıb 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasında saxlanılmaqla xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Eləcə də həmin tələbnamədən Təqsirləndirilən şəxs barəsində Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə istintaq edilmiş ********* saylı cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin hakimi X1 1(007)-343/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir.Hal-hazırda baxılan iş üzrə cinayət əməlini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə törətmiş, belə olan halda Təqsirləndirilən şəxs əvvəlki hökmlə cəza təyin edilmiş əməl az ağır cinayət olduğu üçün və bu hökm üzrə cəzasını çəkib qurtardığı gündən Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən iki il keçmədiyi üçün Təqsirləndirilən şəxs halhazırda məhkumluğu olan şəxs sayılmaqla əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinə əsasən residivə görə cəzanın təyin edilməsi zamanı Təqsirləndirilən şəxs əməlində residiv olduğundan ona təyin edilmiş cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs qismən öz ifadəsi və şahid ifadələri, üzərinə baxış protokolları, “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarlar, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində aşkarlanmış narkotik vasitənin özünə aid olmamasını və polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıqlara məruz qalaraq qeyd olunan narkotik vasitənin özünə aid olmasını təsdiq etməsi əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD disk görüntüsu,cinayət işinin başlanmasını rədd etmə qərarı, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində də qaş nahiyyəsində olan çapığın başı maşının qapısına dəydiyi zaman yarandığını, digər xəsarətlərin isə özüözünə yetirdiyi zaman əmələ gəldiyini göstərmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin bükümlərdə olması, çəkiləri külli miqdar təşkil edən 1039,8 qram narkotik vasitə heroinin şəxsi istifadə məqsədilə deyil, satış məqsədi ilə qanunsuz əldə edib saxlamasını təsdiq edir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən (cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması) cəzasını yüngülləşdirən hal müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən (cinayətlərin residivi) cəzasını ağırlaşdıran hal müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 15 may 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edildiyindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1039.8 qram narkotik vasitə heroin məhv edilməli, üzərində şəxsi axtarış və götürmə aparılmasınının videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Nokia” markalı mobil telefon aparatının anası X2 qaytarılması nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi) pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 1039.8 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Nokia” markalı mobil telefon aparatının anası X2 qaytarılması nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-839/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-839/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver