Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-839/2025 18.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X4 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru – Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri 5 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 04 iyul 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni və güclü təsiredici maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Maqa” ləqəbli İran İslam Respublikası vətəndaşı ilə danışıb narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri sonuncunun yerləşdirdiyi ünvanlardan götürüb müəyyən hissələrə bölməklə ona tapşırılan yerlərə daşıyıb çatdırması barədə razılaşaraq həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə “Maqa” ləqəbli şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə hesab edilən 71.131 qram heroini, külli miqdarda psixotrop maddə 231,746 qram metamfetamini, 1 ədəd üzərlərində “F/M- 40”” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb, iki ədəd ½ qəhvəyi rəngli həb hissələri olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən xeyli miqdarda narkotik vasitə metadon, təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edən 9 ədəd güclü təsir edən preqabalin kapsulu və təmiz çəkisi 0,16 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı evə daşıyaraq həmin narkotik vasitələri, psixotrop maddəni və təsiredici maddələri hissələrə bölməklə 65,923 qram külli miqdar narkotik vasitə heroini götürüb üzərində saxlayaraq daşımış, qalan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri evində gizlədərək saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsini əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi ev 62 ünvanının yaxınlığında saxlanılaraq Qaradağ rayonu Sahil qəsəbəsi Məhərrəm Seyidov 1 ünvanında yerləşən RPİ-nin 38-ci Polis Bölməsinin inzibati binasına gətirilib, saat 02:10-da üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 65,923 qram külli miqdar narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq xx.xx.2024-cü il tarixdə, saat 03:20 dəqiqədə yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, baxış zamanı evin girişindən sol tərəfdə yerləşən yataq otağındakı dolabda olan gödəkcəsinin cibindəki bir ədəd sellofan torbanın içərisindən iki ədəd bükümdə ümumi təmiz çəkisi 5,208 qram külli miqdar narkotik vasitə hesab edilən heroin, bir ədəd sellofan torbada təmiz çəkisi 230 qram və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,357 qram və 1,389 qram olmaqla, ümumi təmiz çəkisi 231,746 qram külli miqdar psixotrop maddə metamfetamin, üzərilərində xeyli miqdarda “Methadone-40” markalanma göstəricisi olan 1 ədəd üzərilərində “F/M-40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb, iki ədəd qəhvəyi rəngli həb hissələri olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən xeyli miqdarda narkotik vasitə metadon, üzərində “Preqabalin 150” markalanma göstəricisi olan kovalyutdakı 6 ədəd narıncı-göy və üzərində “прегабалин” markalanma göstəricisi olan konvalyutdakı 3 ədəd narıncı ağ rəngli olmaqla təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edən 9 ədəd güclü təsir edən preqabalin kapsulları və təmiz çəkisi 0,16 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və satış məqsədilə istifadə olunan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, məhlədə olan zaman polis əməkdaşları onu görmüşdür. Onu döyə-döyə idarəyə aparmışlar. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. O, polis əməkdaşlarına narkotik vasitə istifadə etməyi ilə bağlı qeydiyyatda olduğunu bildirmişdir. Ondan dərmanların harada olduğunu soruşmuşlar, o da evdə olduğunu bildirmişdir. Daha sonra onu təkrar yaşadığı evin məhləsinə gətirmişlər. O maşında qalmış, polislər isə evə qalxmışlar. O, maşında təxminən 40 dəqiqəyə yaxın gözləmişdir. Müdafiəçi gəldikdən sonra onu evə qaldırmışlar və evə baxış keçirmişlər, daha sonra isə onu bölməyə aparmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o preqabalin istifadə edir, əvvəllər isə heroin və metadon həbləri istifadə etmişdir. Tutulan vaxtdan 3 ay əvvəl qeydiyyata alınmışdır. O, metamfetamin istifadə etməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı və kuryerliklə məşğul olmamışdır. Ona qarşı avtomobilin içində olan zaman fiziki təsir olmuşdur. O, üzərində olan preqabalini aptekdən almışdır. Narkoloji dispanserdə qeydiyyata alındığı kodu aptekə təqdim edərək şəxsiyyət vəsiqəsi ilə həbi alırmış. Qeydiyyata alınmağı ilə bağlı heç bir rəsmi sənədi yoxdur. Evdən aşkar edilmiş narkotik vasitələr ona aid deyil. O, taksi fəaliyyəti ilə məşğul olurmuş. Bir azyaşlı uşağı var. Onu üç nəfər polis əməkdaşı saxlamışlar. Onu ilk dəfə məhlədə tutan zaman döymüşlər, daha sonra isə maşında da fiziki təsir göstərmişlər. Yəqin ki, maşında 40 dəqiqə gözləməyinin səbəbi müdafiəçinin gəlməsini gözləmələri olmuşdur. Evdə iki dəfə videoçəkiliş aparmışdır. İttiham aktında qeyd olunmuş heroindən 0.03 qram, yarım metadon həbi, preqabalin və marixuana ona məxsus olmuşdur. Digər narkotik vasitələr isə ona aid deyil. Ona tapancanın arxasıyla zərbələr vurmuşlar. Üzərində preqabalindən başqa digər narkotik vasitələri gəzdirməyinin səbəbi, ağrısı olan zaman onlardan istifadə etmək olmuşdur. Heroini iyləmək yolu ilə qəbul etmişdir. Üzərində olan narkotik vasitələrin hamısından istifadə etmişdir. Heç bir şəxsə narkotik vasitə satmamışdır. Yazışmalarda olan şəkillərdə əks olunmuş narkotik vasitələri o özü üçün götürmüşdür. O, üç mobil telefondan istifadə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 30 iyul 2024-cü il tarixdə səhər saat 00:30 radələrində Qaradağ rayonunda yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona təqdim etdilər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra sonra üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim edilməsi təklif olundu. Bundan sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən 28 (iyirmi səkkiz) AZN pul, 1(bir) ədəd açar, şəxsiyyət vəsiqəsi, **********792613, **********929175 nömrəli bank kartları, əynində olan şalvarın sol arxa cibindən 3(üç) ədəd “İphone” markalı mobil telefonlar aşkar olundu. Sonra heroin elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 82 qram (səksən iki qram) oldu. Sonra həmin kütlə qablaşdırıldı, təhqiqatçı, müdafiəçi, tərəfindən imzalandı və götürüldü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartları və şəxsiyyət vəsiqəsi götürüldü, digər əşyalar və pul onun özünə geri qaytarılmışdır. Sorğu sual zamanı polisə üzərindən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Maqa” adlı şəxsin vasitəsi ilə 5 (beş) gün əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi 100 qram narkotik maddənin qarşılığında “Maqanın” ona 150 AZN pul verəcəyini, bundan əvvəl 1 (bir) dəfə 10 (on) gün əvvəl "Maqanın” tapşırığı ilə narkotik maddələri Abşeron rayonu ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, 077-010 *** ** ** nömrələrini işlətdiyini, heroindən istifadə etdiyini, əlavə olaraq Qaradağ rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirdi və bununla bağlı onun ərizəsi alındı. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 4 ünvanına getmişlər. Bu təklifdən sonra həmin evin girişindən sol tərəfdə, yataq otağında yerləşən dolabdaki gödəkçənin cibində gizlətdiyi 1 (bir) ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içindən 2(iki) bükümdə qəhvəyi rəngli, narkotik vasitə hesab edilən heroin, 1 (bir) ədəd sellofan torbada və 2 (iki) bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetamin, 1 (bir) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd tam 2 (iki) ədəd 0,5 metadon, 9 (doqquz) ədəd preqabalin həbi və 1 (bir) ədəd elektron tərəzi aşkar olundu. Sonra heroin elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə ümumi çəkisi 10 qram (on qram) oldu. Daha sonra sellofan torbada olan metamfetamin elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 230 qram (iki yüz otuz qram) oldu. Sonra metamfetamin elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə ümumi çəkisi 2 qram (iki qram) oldu. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 1 qram (bir qram) oldu. Daha sonra aşkar olunmuş predmetlər 1 (bir) ədəd torbada əlverişli işıqlı şəraitdə qablaşdırıldı, üzərində müvafiq qeydlər aparılmaqla möhürləndi və götürüldü. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol özünün və digər iştirakçılar tərəfindən imzalanmışdır. (cild 1, iş vərəqə 72-80) Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. 30 iyun saat 01:30 radələrində Sahil qəsəbəsində Təqsirləndirilən şəxs saxlanılaraq 38-ci Polis Bölməsinə gətirilmişdir. Bölmədə üzərinə baxış keçirilən zaman bank kartları, mobil telefonlar, ev açarı və bir büküm heroinə bənzər narkotik vasitə aşkar olunmuşdur. Heroinin çəkisi 80 qram olarmış. Təqsirləndirilən şəxs özü narkotik vasitəni “Maqa” adlı İran vətəndaşından aldığını və onun dediyi yerlərə çatdırdığını bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman yataq otağında metamfetaminə bənzər maddə, heroinə bənzər maddə, marixuana və metadon həbləri aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupunda 3 nəfər olmuşlar. Əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs Qaradağ rayonu, Sahil qəsəbəsində gecə 01:30 radələrində yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yanında tutulan zaman heç kəs olmamış və Elnur piyada hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs evində narkotik vasitələr yataq otağında gödəkçənin cibindən aşkar olunmuşdur. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Təqsirləndirilən şəxs işi ilə bağlı əməliyyat-qeydiyyat işi açılmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Bölməyə gəldikdən sonra üzərinə baxış çəkilişlə keçirilmişdir. Təqsirləndirilən şəxs evində narkotik vasitə olması barədə məlumat olmamış, bunu Təqsirləndirilən şəxs özü bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə evində narkotik vasitə olduğunu bildirmişdir. Üzərindən çıxan açarların nə olduğunu soruşanda, Elnur cavabında evinin açarı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs evinə videoçəkilişlə baxış keçirilmişdir. Evə əvvəlcə Təqsirləndirilən şəxs özü daxil olmuşdur. Evdə Təqsirləndirilən şəxs anası olmuşdur. Evə baxış keçirilən zaman anasından heç bir ərizə almamışlar, Təqsirləndirilən şəxs özü evə baxış keçirməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs evdə narkotik vasitənin harda olduğunu özü göstərmişdir. Narkotik vasitəni evin qapısından girən kimi sol tərəfdə olan otaqda şkafın içindəki gödəkçənin cibindən aşkar etmişlər. Narkotik vasitənin olduğu gödəkçəni Təqsirləndirilən şəxs özü təqdim etmişdir. Şkafda olan digər paltarlara baxış keçirmək təhqiqatçının səlahiyyətində olmuş, onun bu barədə məlumatı yoxdur. Digər paltarlara baxış keçirilib-keçirilməməsini xatırlamır. Evdə olan digər əşyalara vizual baxış keçirmişlər. Təqsirləndirilən şəxs avtomobilinin olub-olmaması barədə məlumat verib-vermədiyini xatırlamır. Təqsirləndirilən şəxs üzərində bir büküm heroin aşkar edilmiş, evdə isə 10 qram heroin aşkar edilmişdir. Evdə elektron tərəzi də aşkar edilmişdir. Elektron tərəzinin haradan aşkar edildiyini xatırlamır. Təqsirləndirilən şəxs gecə saat 01:30-da saxlamışlar. Təqsirləndirilən şəxs evinə bölməyə getdikdən sonra getmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 29 iyul 2024-cü il tarixdə etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda Elnur adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı məqsədilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Tərəflərindən Elnur adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilərək həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Dərhal əməliyyat qrupu yaradılaraq, əməliyyat tədbirləri həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 30 iyul 2024-cü il tarixdə saat 00:30 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 66 ünvanının yaxınlığında piyada hərəkət edən zaman onlar tərəfindən saxlanılaraq 38 BP-nə gətirildi. Şəxsi axtarış və baxış götürülməzdən əvvəl barəsində axtrarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında və əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixatrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə hesab edilən heroinə bənzər kütlələri təqdim etdi. Həmin heroinə bənzər kütlə elektron çəkidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 82 (səksən iki) qram oldu. Sonra həmin kütlə qablaşdırıldı və şübhəli şəxs, müdafiəçi, tərəfindən imzalandı və götürüldü. Şübhəli şəxs qismində tutulmuş, şəxsi axtarış zamanı sonuncu Bakı şəhəri, Sahil qəsəbəsində yerləşən yaşadığı nömrəsiz fərdi evdə maddə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs, həmin evin girişindən sol tərəfdə yerləşən yataq otağında yerləşən dolabdakı gödəkçənin cibində gizlətdiyi 1 (bir) ədəd sellofan torbanı təqdim etdi. Həmin sellofan torbanın içindən 2 (iki) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 1 (bir) ədəd sellofan torbada və 2(iki) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1 (bir) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 (bir) ədəd elektron tərəzi aşkar olundu. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə ümumi çəkisi 10 (on) qram oldu. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 1 (bir) qram olmaqla aşkar olunmuş predmetlər 1 (bir) ədəd torbada qablaşdırılaraq müvfiq qeydlər aparılmaqla möhürlənərək şübhəli şəxs, iştirakçılar, müdafiəçi və onlar tərəfindən imzalandı. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, həmin protokolda imzalar etmişdirlər. (cild 1, iş vərəqə 122-125) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN BNMİ-nin baş əməliyyat müvəkkili Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs Sahil qəsəbəsi ərazisində yaxınlaşmışlar və özlərini təqdim edərək onu 38-ci polis bölməsinə gətirmişlər. Burada üzərinə baxış keçirən zaman heroin aşkar edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmişdir. Evinə baxış keçirilən zaman metamfetamin, heroin, marixuana, metadon və preqabalin həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs dediyinə görə narkotik vasitələri “Maqa” adlı İran vətəndaşının qoyduğu yerdən Sabunçu rayonu ərazisindən götürmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupunda 3 nəfər olmuşlar: o, Şahid1 və Şahid2. Əlavə dəstəyə ehtiyac yaranmamışdır. Təqsirləndirilən şəxs axşam saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs Sahil qəsəbəsində, binaların yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş və piyada hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman sonuncuya qarşı fiziki təsir göstərməmişlər. Təqsirləndirilən şəxs saxlanan zaman heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə aşkar edilmiş, səhv etmirsə 3 qram olmuşdur. Evdə narkotik vasitə olduğunu Təqsirləndirilən şəxs özü demişdir. Evdə metamfetamin, heroin, metadon və preqabalin həbləri aşkar edilmişdir. Narkotik vasitələr evin qapısından girən zaman sol tərəfdə otaqda olan şkafdaki gödəkcənin cibindən aşkar edilmişdir. Tərəzinin olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxs saxladıqları yer idarənin yaxınlığı olmuşdur. Təqsirləndirilən şəxs gecə saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra 38-ci polis bölməsinə aparmışlar və bölmədə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü evdə narkotik vasitə olduğunu bildirmişdir. Elnur özü evində narkotik vasitə olmasını bildirməsəydi onlar yenə də, Elnurun evinə baxış keçirəcəkdirlər. Evə baxış vizual qaydada keçirilir. Evə daxil olan zaman Elnurun yaşlı anası evdə olmuşdur. Evə baxış keçirilməzdən əvvəl anasından ərizə alınıb-alınmadığını bilmir. Narkotik vasitə Təqsirləndirilən şəxs yataq otağından aşkar edilmişdir. Əvvəlcə bölməyə getmişlər, daha sonra evə baxış keçirməyə qayıtmışlar. Tərəfindən şəxsə fiziki və psixi təsir və təzyiq olmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 29 iyul 2024-cü il tarixdə etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda Elnur adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı məqsədilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Dərhal tərəflərindən əməliyyat qrupu yaradılaraq, əməliyyat tədbirləri həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdən sonra 30 iyul 2024-cü il tarixdə saat 00:30 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində hərəkət edən zaman tərəflərindən saxlanılaraq 38-ci BP-nə gətirilmişdir. Daha sonra şəxsi axtarış və baxış götürülməzdən əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında və əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixatrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif olunmuşdur. Belə ki, daha sonra şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə hesab edilən heroinə bənzər kütlələri təqdim edərək stolun üzərinə qoymuşdur. Həmin heroinə bənzər kütlə elektron çəkidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisi 82 (səksən iki) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış və şübhəli şəxs, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. Şübhəli şəxs qismində tutulmuş, şəxsi axtarış zamanı sonuncu Bakı şəhəri, Sahil qəsəbəsində yerləşən yaşadığı nömrəsiz fərdi evdə narkotik maddə saxladığını və həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs, həmin evin girişindən sol tərəfdə yerləşən yataq otağında yerləşən dolabdakı gödəkçənin cibində gizlətdiyi 1(bir) ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içindən iki ədəd bükümdə ümumi təmiz çəkisi 5,208 qram külli miqdar narkotik vasitə hesab edilən heroin, bir ədəd sellofan torbada təmiz çəkisi 230 qram və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,357 qram və 1,389 qram olmaqla, ümumi təmiz çəkisi 231,746 qram külli miqdar psixitrop maddə metamfetamin, üzərərində “Methadone-40” markalanma göstəricisi olan 1 ədəd üzərlərində “F/M-40”” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb iki ədəd ½ qəhvəyi rəngli həb hissələri olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən narkotik vasitə metadon, təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edən 9 ədəd güclü təsir edən preqabalin kapsulu və təmiz çəkisi 0,16 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və satış məqsədilə istifadə olunan bir ədəd elektron tərəzi aşkar olunmuş predmetlər 1(bir) ədəd torbada qablaşdırılaraq müvfiq qeydlər aparılmaqla möhürlənərək şübhəli şəxs, iştirakçılar, müdafiəçi və tərəflərindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibətləri olmamışdır. (cild 1, iş vərəqə 129-132) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, iyun ayının 30-da təxminən saat 00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində Təqsirləndirilən şəxs müəyyən edərək saxlamışlar və özlərini təqdim etmişlər. Daha sonra şəxsi 38-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə vəkilin iştirakı ilə Elnurun üzərinə axtarış keçirilmiş və Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni bir neçə gün öncə “Maqa” adlı iranlı şəxsin qoyduğu yerdən Sabunçu rayonu ərazisindən götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmiş və onlar Elnurun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən evinə baxış keçirmək üçün yollanmışlar. Təqsirləndirilən şəxsla birlikdə evə daxil olmuşlar. Təqsirləndirilən şəxs özü evində gödəkçənin cibindən metamfetamin, heroin və metadon həblərini təqdim etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupunda 3 nəfər olmuşlar: o, Şahid1 və Şahid3. Qrup rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs gecə saat təxminən 00:30 radələrində yaşayış binalarının arasında yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən heroin aşkar edilmiş, evdən isə metamfetamin, heroin, marixuana və metadon həbləri aşkar edilmişdir. Narkotik vasitə evin girişindən solda yerləşən otaqda gödəkçənin cibində olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmazdan əvvəl harada olduğunu xatırlamır. Təqsirləndirilən şəxs saxladıqları binalar köhnə tikili binalar olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları yerlə evinin arasında nə qədər məsafə olduğunu xatırlamır. Evdə Təqsirləndirilən şəxs yaşlı anası olmuşdur. Onlar evə gedən zaman Təqsirləndirilən şəxs anasının narkotik vasitə aşkar edilən otaqda yatıb-yatmamasını xatırlamır. Evdə narkotik vasitə olması barədə onlarda məlumat olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs özü evində narkotik vasitə olduğunu demişdir. Narkotik vasitə evdə gödəkçənin cibində aşkar edilmişdir. Narkotik vasitə aşkar edilmiş gödəkçənin rəngini xatırlamır. Əməliyyat tədbiri zamanı mobil telefon istifadə etmirlər. Əməliyyat tədbiri keçirilən yerə hansı avtomobillə getdiklərini xatırlamır. Elektron tərəzi Təqsirləndirilən şəxs evində aşkar edilmişdir. O, evə baxış keçirən zaman Təqsirləndirilən şəxs qardaşlarını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Tərəfindən şəxsə fiziki və psixi təsir və təzyiq olmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 29 iyul 2024-cü il tarixdə etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda Elnur adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı məqsədilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Tərəflərindən Elnur adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilərək həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Dərhal tərəflərindən əməliyyat qrupu yaradılaraq, əməliyyat tədbirləri həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 30 iyul 2024-cü il tarixdə saat: 00:30 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 66 ünvanını yaxınlığında piyada hərəkət edən zaman tərəflərindən saxlanılaraq 38-ci BP-nə gətirilmişdir. Daha sonra şəxsi axtarış və baxış götürülməzdən əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında və əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixatrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif olunmuşdur. Belə ki, daha sonra şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə hesab edilən heroinə bənzər kütlələri təqdim edərək stolun üzərinə qoyulmuşdur. Həmin heroinə bənzər kütə elektron çəkidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisi 82(səksən iki) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırıldı və şübhəli şəxs, müdafiəçi, tərəfindən imzalandı və götrülmüşdür. Şübhəli şəxs qismində tutulmuş, şəxsi axtarış zamanı sonuncu Bakı şəhəri, sahil qəsəbəsində yerləşən yaşadığı nömrəsiz fərdi evdə narkotik maddə saxladığını və həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs, həmin evin girişindən sol tərəfdə yerləşən yataq otağında yerləşən dolabdakı gödəkçənin cibində gizlətdiyi 1(bir) ədəd sellofan torbanı təqdim etmişdir. Həmin iki ədəd bükümdə ümumi təmiz çəkisi 5,208 qram külli miqdar narkotik vasitə hesab edilən heroin, bir ədəd sellofan torbada təmiz çəkisi 230 qram və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,357 qram və 1,389 qram olmaqla, ümumi təmiz çəkisi 231,746 qram külli miqdar psixitrop maddə metamfetamin, bir həbdə 0,04 qram, iki ədəd hər həb hissədə 0,02 qram metadon olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən psixotrop maddə metadon, təsiredici maddəsinin ümumi miqdarı 1, 35 qram təşkil edən 9 ədəd güclü təsir edən preqabalin kapsulu və təmiz çəkisi 0,16 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və satış məqsədilə istifadə olunan bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 10(on) qram olduş daha sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birklikdə şəkisi 1 (bir) qram olmaqla aşkar olunmuş predmetlər 1(bir) ədəd torbada qablaşdırılraq müvfiq qeydlər aparılmaqla möhürlənərək şübhəli şəxs, iştirakçılar, müdafiəçi və tərəfimizdən imzalanmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibətləri olmamışdır. (cild 1, iş vərəqə 128-128) Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Şahid4 Səfər qızı ifadə verərək bildirmişdir ki, o xəstə olmuş və dərman içib uzanmışdır. Daha sonra Təqsirləndirilən şəxs telefonuna 3 dəfə zəng gəlmiş, o kim olduğunu soruşanda, Elnur tanımadığını bildirmişdir. Daha sonra Elnur bəlkə müştəri olacağını düşünüb getmək istəmişdir. Gecə saat 00:05 radələri olmuşdur. O, Elnura getməməsini demiş, lakin Elnur, yenə də çıxıb getmiş və ona da yatmağını demişdir. O, yerinə uzanmışdır. Təxminən 10 dəqiqədən sonra qapı açılmış, o Elnur olub-olmadığını öyrənmək üçün səslənmiş, daha sonra yerindən durub baxanda başqa bir adam olduğunu görmüş və həmin şəxsdən kim olduğunu soruşmuşdur. Həmin adam ondan Elnurun otağının harada olduğunu soruşmuşdur. O, otağı göstərmiş, həmin şəxs otağa girmiş və qapını bağlamışdır. O həmin vaxt həyəcan keçirmişdir. Bir az sonra Elnur və bir oğlan da evə gəlmişdir. Evdə olan oğlanlardan biri Elnuru otağa aparmış, digəri isə onun yanına gəlmişdir. O nə olduğunu soruşmuş, həmin oğlan ondan evdə pul olub-olmadığını soruşmuşdur. O isə kasıb adam olduqlarını, evdə pulun nə gəzdiyini demişdir. O həmin şəxslərin oğru olduğunu düşünmüş və halı pisləşmişdir. Həmin şəxsin yanında olan oğlan onu divana aparmış və o divanda uzanmışdır. Saat 00:30 radələrində başqa bir şəxs də evə gəlmiş, əlində kamera olmuşdur. Daha sonra hamısı Elnurun otağına keçmişlər. O həmin vaxt bacısına zəng vurmuş, halının pis olduğunu və onlara gəlməsini demişdir. Daha sonra əlində kamera olan oğlanın çəkiliş etdiyini görmüşdür. Həmin şəxs bir dəfə çəkiliş aparmış, sonra kameranı söndürmüş, daha sonra təkrarən çəkiliş etməyə başlamışdır. O, çəkiliş edən oğlandan nə olduğunu soruşanda, həmin şəxs ona narahat olmamağını və yaxşı olacağını demişdir. Sonra onun halı pisləşmiş və təcili tibbi yardım çağırmışlar. Ondan sonra isə baş verənlərdən məlumatı yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 Səfər qızı bildirmişdir ki, evə əvvəlcə tanımadığı şəxs tək daxil olmuşdur. Həmin şəxs Təqsirləndirilən şəxs otağına girərərk qapını örtmüş və təxminən 10 dəqiqə orada qalmışdır. Təqsirləndirilən şəxs evə gələndə yanında bir nəfər də olmuşdur. Təqsirləndirilən şəxs evə gələn zaman şalvarı və köynəyi cırıq-cırıq olmuşdur. Həmin paltarlar hal-hazırda da evdədir. Evə gələn şəxslər Elnurun otağına keçmişlər və əvvəlcə Elnurun otağında çəkiliş etmişlər. Çəkiliş edən şəxs bir dəfə çəkiliş etmiş, sonra dayanmış, daha sonra təkrar çəkiliş etmişdir. Evin digər otaqlarında axtarış keçirilməmişdir. Evə daxil olarkən ondan icazə almamışlar və ərizə yazmamışlar. Evə girən şəxslər ona polis olduqlarını deməmişlər. Onun olduğu otaqda əkiliş aparan zaman otaqda ondan başqa heç kəs olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri,Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və həmin tarixli əməliyyat qrupunun yaradılması barədə 3-13-7/Ə219/2024 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü BNMİ-də əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 5-6, 9) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30-da ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmişdir. (cild 1, iş vərəqə 10) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 01:40-da şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 00:30-dan tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 19-20) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 iyul 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 28 (iyirmi səkkiz AZN pul, 01 (bir) ədəd açar, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, **********792613, **********929175 nömrəli bankr kartları, əynində olan şalvarın sol arxa cibindən 03 (üç) ədəd “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 82 (səksən iki) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartları və şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşyalar və pul sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Maqa” adlı şəxsin vasitəsi ilə 5(beş) gün əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi 100 qram narkotik maddənin qarşılığında “Maqanın” ona 150 AZN pul verəcəyini, bundan əvvəl 01 (bir) dəfə 10 (on) gün əvvəl “Maqanın” tapşırığı ilə narkotik maddələri Abşeron rayonu ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşlarının ona zor tətbiq etmədiyini, 077-***-***-**-** nömrələrini işlətdiyini, heroindən istifadə etdiyini, əlavə olaraq Qaradağ rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 28-31) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək ünvan 4 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 1, iş vərəqə 32) xx.xx.2024-cü il tarixli evə baxış və götürmə aparılması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin girişindən sol tərəfdə yerləşən yataq otağında yerləşən dolabdakı gödəkcənin cibində gizlətdiyi 01 (bir) ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içindən 2 (iki) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 1(bir) ədəd sellofan torbada və 2 (iki) bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1(bir) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1(bir) ədəd tam 2 (iki) ədəd 0,5 metadon, 9(doqquz) ədəd preqabalin həbinə bənzər kütlələr və 1(bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 230 (iki yüz otuz) qram olmuşdur. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 2 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 1 (bir) ədəd torbada əlverişli işıqlı şəraitdə qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. (cild 1, iş vərəqə 33-35) Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3882 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7 dairəvi möhür əksi, “Vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlə Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 65,923 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə küstra üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7 dairəvi möhür əksi, “Vətəndaşı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan kütlə Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan bağlamadakı, - 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,366 qram və 1,842 qram, ümumi təmiz çəkisi 5,208 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd torbada təmiz çəkisi 230 qram və 2(iki) ədəd ağ rəngli kristalşəkilli maddələr kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -üzərində “methadone 40” markalanma göstərici olan 1 (bir) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rənglli dairəvi formalı həb və iki ədəd 1/2 qəhvəyi rəngli həb hissələri metadon tərkibli həblərdir və həmin həblərdə metadon təsiredici maddəsinin ümumi 0,08 qram təşkil edir (bir həbdə 0,04 qram,iki ədəd hər həb hissədə 0,02 qram metadon olmaqla), -üzərində: “preqabalın 150” markalanma göstəricisi olan konvalyutdakı 6 ədəd narıncı- göy kapsul və üzərində “прегабалин” markalanma göstəricisi olan konvalyutdakı 3 ədəd narıncı-ağ rəngli kapsul preqabalin tərkibli kapsullardır və ümumilikdə 9 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edir. -1 (bir) ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmaması müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi çəkisi 71,131 qramdır və həmin heroinlər xarici əlamətlərinə görə və kimyəvi komponent tərkibinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisjndə övriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon “Azərbaycan respublikasınınm ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına daxildir. 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən preqabalin “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” na daxildirlər. QEYD: üzərindən götürülmüş heroinin təmiz çəkisi: 65,923 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 65,723 qram, Yaşadığı evdən götürülmüş heroinin ümumi təmiz çəkisi 5,208 qram, tədqiqata sərf edildi ümumi 0,15 qram, qalıq 5,058 qram, Metamfetaminin təmiz çəkiləri 230 qram və 1,746 qram, tədqiqata sərf edildi 0,2 qram və ümumi 0,15 qram, qalıq 229,8 qram və 1,596 qram, Metadon həbləri1 hənb və 2 ədəd ½ həb hissəsi, tədqiqata sərf edildi hər həbdən ½ həb hissəsi, qalıqlar: ½, ¼ və ¼ həb hissələri, Preqabalin kap. 9 ədəd, tədqiqata sərf edildi: 2 kap, qalıq: 7 kap. (cild 1, iş vərəqə 43-48) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1232 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükülüdə tütün ilə qarışıqda təmiz çəkisi 0,16 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini və eyniliyini müəyyən etmək mümkün deyildir. Qeyd: marixuananın ümumi çəkisi 0,16 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,14 qram. (Cild 1, iş vərəqə 51-54) CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 02 ədəd DVD formatındakı diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, təhqiqatçı Nəcəf Abşuru arxa tərəfində stulda əyləşmiş şəxs, 22 saylı vəkil bürosunun vəkili X5, sol tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adları təhqiqatçı tərəfindən sadalanan DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş təhqiqatçı Nəcəf Abşuru şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələri təqdim edir, həmin 1 ədəd qara rəngli sellofan bükümdə “kakos” adlanan narkotik vasitə heroin olmasını, həmin maddəni iran İslam Respublikası vətəndaşı “Maqa" adlı şəxsin vasitəsi ilə 5(beş) gün əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi 100 qram narkotik maddənin qarşılığında “Maqanın” ona 150 AZN pul verəcəyini, bundan əvvəl 1 (bir) dəfə 10(on) gün əvvəl “Maqanın” tapşırığı ilə narkotik maddələri Abşeron rayonu ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını, həmçinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə polis əməkdaşlarının baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması müşahidə olunur. Axtarış zamanı Təqsirləndirilən şəxs olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd açar, 28 manat nağd pul, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 2 ədəd plastik bank kartı, eynində olan şalvarın sol arxa cibindən 3 ədəd “"İphone" markalı telefon aşkar edilir, 1 ədəd açar və 28 manat nağd pul şəxsin özünə qaytarılır. Aşkar edilmiş 1 ədəd bükümün elektron tərəzidə çəkilməsi və zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə alınır. (cild 1, iş vərəqə 58) CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, video Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən yerləşən yaşayış evinin içərisində qeydə alınır. Video görüntüdən müəyyən edilir ki, baş təhqiqatçı Nəcəf Abşuru qarşı sağ tərəfində ayaq üstə dayanmış 22 saylı vəkil bürosunun vəkili X5, qarşısında sağ tərəfdə ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adları təhqiqatçı tərəfindən sadalanan DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3dir, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş-leytenantı, Şahid2, videoçəkiliş edən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1dir. Video çəkilişin davamında baş təhqiqatçı Nəcəf Abşuru şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, yaşadığı evdə hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, yaşadığı evin girişindən sol tərəfdə yerləşən yataq otağında yerləşən dolabdakı gödəkçənin cibində gizlətdiyi 1 (bir) ədəd sellofan torbanı təqdim etdi. Həmin sellofan torbanın içindən 2(iki) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 1 (bir) ədəd sellofan torbada və 2(iki) bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1 (bir) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 (bir) ədəd tam 2(iki) ədəd 0,5 metadon, 9(doqquz) ədəd preqabalin həbinə bənzər kütlələr və 1 (bir) ədəd elektron tərəzi təqdim edir. Aşkar edilmiş kütlələr və 1 ədəd elektron tərəzinin qablaşdırılması, elektron tərəzidə çəkilməsi və möhürlənməsi video görüntü zamanı qeydə alınır. (cild 1, iş vərəqə 59) Əşyanın maddi sübut hesab edilməsi haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 1 bükümdə heroinə bənzər, 2 bükümdə heroinə, 1 ədəd torbada 2 bükümdə metamfetaminə, 1 bükümdə qurudulmuş marixuanaya bənzər, 1 ədəd tam 2 ədəd 0,5 ölçüdə metadon, 9 ədəd preqabalin həbinə bənzər kütlələr və bir ədəd elektron tərəzi ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekpertiza tədqiqatından sonra qalıq qalmış 65,723 qram heroin, yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,058 qram heroin, 229,8 qqram və 1,596 qram metamfetamin, 1/2, % və % həb hissələri, 7 kapsula preqabalin, 0,14 qram marixuana qalığı və 1 ədəd elektron tərəzi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 60-61) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.3 və 240.1-ci maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 62-63) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 64-65) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(002)-190/2024 saylı qərarından (hakim:R.K.Mürsəlov) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 iyul 2024-cü il tarixdən, saat 00:30-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 86-89) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 100) Elektron daşıyıcıya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş bir ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir fakt aşkar edilməmişdir. (cild 1, iş vərəqə 103) Telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış götürmə zamanı üzərənindən aşkar olunmuş 3 ədəd “İphone” markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı “İphone 8” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində “M.@.G.@.ME@D” adında qeyd olunan +**********16 nömrəli İran İslam Respublikası vətəndaşına məxsus olan mobil operator ilə daimi olaraq əlaqə saxlamış və müxtəlif vaxtlarda və yerlərdən qanunsuz narkotik vasitə hesab edilən heroinlərin, psixotrop maddə metamfetaminlərin, narkotik vasitə hesab edilən xeyli miqdarda metadonların, güclü təsir edən preqabalin kapsullarının, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və satış məqsədilə istifadə olunan bir ədəd elektron tərəzinin sübut əhəmiyyəti kəsb edəcək yazışmalar, səs yazılar, video görüntülər aşkar edilmişdir. (cild 1, iş vərəqə 105-120) Elektron daşıyıcıya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Azerfon MMC”-dən 18 oktyabr 2024-cü il tarixli, AZF/LGL-9172/24 saylı məktubla göndərilmiş bir ədəd “CD” diskə tərəfimdən xx.xx.2024-cü il tarixli protokol ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30 dəqiqədə şübhəli şəxs qismində tutulan zaman Qaradağ rayonu, Sahil qəsəbəsi Emin Quliyev küçəsində olması, həmçinin hər bir fayla, eləcə də, sms fayllarına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadəsinə dair məlumat aşkar edilmişdir. (cild 1, iş vərəqə 137-138) Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 7209 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 143-144) Toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 206.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş 65,923 qram külli miqdar narkotik vasitə hesab edilən heroin, 5,208 qram külli miqdar narkotik vasitə hesab edilən heroin, bir ədəd sellofan torbada təmiz çəkisi 230 qram və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,357 qram və 1,389 qram olmaqla, ümumi təmiz çəkisi 231,746 qram külli miqdar psixotrop maddə metamfetamin, üzərilərində xeyli miqdarda “Methadone-40” markalanma göstəricisi olan 1 ədəd üzərilərində “F/M-40”” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb, iki ədəd ½ qəhvəyi rəngli həb hissələri olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən xeyli miqdarda narkotik vasitə metadon, üzərində “Preqabalin 150” markalanma göstəricisi olan kovalyutdakı 6 ədəd narıncı-göy və üzrəində “прегабалин” markalanma göstəricisi olan konvalyutdakı 3 ədəd narıncı ağ rəngli olmaqla təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edən 9 ədəd güclü təsir edən preqabalin kapsulları və təmiz çəkisi 0,16 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və satış məqsədilə istifadə olunan bir ədəd elektron tərəzi ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınması və ekpertiza tədqiqatından sonra qalıq qalmış 65,723 qram heroin, yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,058 qram heroin, 229,8 qqram və 1,596 qram metamfetamin, ½, ¼ və ¼ həb hissələri, 7 kapsula preqabalin, 0,14 qram marixuana qalığı və 1 ədəd elektron tərəzinin xx.xx.2024cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmələri və saxlanılmaları üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilməsi nəzərə alınmış, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə keçirilmiş “Şəxsi Axtarış və Götürmə” zamanı qeydə alınmış video görüntü olan 02 ədəd disk və Azərfon və Bakcell MMC-dən daxil olmuş 02 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, şəxsiyyəti istintaqa Maqa adı ilə məlum olan lakin şəxsiyyəti məlum olmayan şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə ********* nömrəli başqa cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 146-155) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarından ********* saylı başqa cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 158) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə ittiham elan olunmuşdur. (cild 1, iş vərəqə 161-163) Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(002)-284/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 20 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş Fatimə adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən məhlədə olan zaman polis əməkdaşlarının onu gördüyünü, döyə-döyə idarəyə apardıqlarını, üzərində heç bir narkotik vasitə olmadığını, polis əməkdaşlarına narkotik vasitə istifadə etməyi ilə bağlı qeydiyyatda olduğunu bildirdiyini, polis əməkdaşlarının ondan dərmanların harada olduğunu soruşduqlarını, o da evdə olduğunu bildirdiyini, onu təkrar yaşadığı evin məhləsinə gətirdiklərini, onun maşında qaldığını, polislər isə evə qalxdığını, maşında 40 dəqiqəyə yaxın gözlədiyini, müdafiəçi gəldikdən sonra onu evə qaldırdıqlarını və evə baxış keçirdiklərini, sonra onu bölməyə apardıqlarını, metamfetamin istifadə etmədiyini, heç vaxt narkotik vasitələrin satışı və kuryerliklə məşğul olmadığını, ona qarşı avtomobilin içində olan zaman fiziki təsir olduğunu, üzərində olan preqabalini aptekdən aldığını, narkoloji dispanserdə qeydiyyata alındığı kodu aptekə təqdim edərək, şəxsiyyət vəsiqəsi ilə həb aldığını, qeydiyyata alınmağı ilə bağlı heç bir rəsmi sənədi olmadığını, evdən aşkar edilmiş narkotik vasitələrin ona aid olmadığını, ilk dəfə məhlədə tutan zaman polis əməkdaşlarının onu döydüklərini, daha sonra maşında da fiziki təsir göstərildiyini, ittiham aktında qeyd olunmuş heroindən 0.03 qram, yarım metadon həbi, preqabalin və marixuananın ona məxsus olduğunu, digər narkotik vasitələrin ona aid olmadığını, polis əməkdaşları tərəfindən ona tapancanın arxasıyla zərbələr vurduqlarını, üzərində preqabalindən başqa digər narkotik vasitələri gəzdirməyinin səbəbi, ağrısı olan zaman onlardan istifadə etmək olduğunu, heç bir şəxsə narkotik vasitə satmadığını, yazışmalarda olan şəkillərdə əks olunmuş narkotik vasitələri özü üçün götürdüyünü bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-143/2025 nömrəli məktubdan və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın srətindən görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı sağ dirsək, sol kürək nahiyəsində 4-5 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara, sol bazunun bayır səthində, sağ körpücük nahiyəsində sarımtıl qançır aşkar edilmişdir. Bundan başqa Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3- 13-48/2-2669/2025 nömrəli məktubundan və məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il traixdə Qaradağ RPİnin MSY-nə daxil olarkən onun üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs sağ və sol dirsək nahiyəsində, kürək hissəsində sıyrıqlar və qızartılar aşkar edilmişdir. Deməsinə görə MSY-nə gəirilməzdən öncə olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 14 mart 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 12 mart 2025-ci il tarixli, 479 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sağ dirsək və sol kürək nahiyələrinin sıyrıqları, sol bazunun və sağ körpücük nahiyələrinin qançırları aşkar edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Tibbi sənəddə xəsarətlərin təsvirinə əsasən müddəti onun BİT-də müayinəsindən (xx.xx.2024-cü il) 3-5 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsi olması müəyyən edilməmiş, ona görə də Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə material üzrə cinayət işinin başlanılması hissəvi rədd olunmuş, Təqsirləndirilən şəxs bədənində olan dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı hissədə əlavə araşdırma aparılmasının təmin edilməsi üçün materialın surəti Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmiş, həmin qərar Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəmə nəzarəti funksiyasını həyata keçirən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət etmək hüququ izah olumuşdur. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 hər biri ayrı-ayrılıqda ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olduğunu, əməliyyat qrupunda 3 nəfər olduqlarını, 30 iyun saat 01:30 radələrində Sahil qəsəbəsində Təqsirləndirilən şəxs tək piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılaraq Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə gətirildiyini, bölmədə üzərinə baxış keçirilən zaman bank kartları, mobil telefonlar, ev açarı və bir büküm heroinə bənzər narkotik vasitə aşkar olunduğunu, Təqsirləndirilən şəxs özünün narkotik vasitəni “Maqa” adlı İran vətəndaşından aldığını və sonuncunun dediyi yerlərə çatdırdığını etiraf etdiyini, daha sonra Təqsirləndirilən şəxs evində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirdiyini, bununla bağlı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman sonuncunun narkotik vasitənin harda olduğunu özü göstərdiyini, yataq otağında gödəkçənin cibindən metamfetaminə bənzər maddə, heroinə bənzər maddə, marixuana və metadon həbləri, həmçinin, elektron tərəzinin də aşkar edildiyini, narkotik vasitənin olduğu gödəkçəni Təqsirləndirilən şəxs özü təqdim etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir və ya təzyiq olmadığını bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə və evə baxış istintaq hərəkətləri keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin, mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən qəbul edilmiş 14 mart 2025-ci il tarixli qərarda istinad edilmiş sənədlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 14 mart 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş Məhkəmə-Tibbi Ekspertizasının 12 mart 2025-ci il tarixli, 479 saylı rəyi ilə, həmçinin, BİT-dan daxil olmuş tibbi kitabça ilə müəyyən edilmiş xəsarətlə bağlı məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Yəni, narkotik vasitənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxsə zor göstərilməsini istisna edir. Onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı aparılmış araşdırmanın nəticəsində mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 14 mart 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs həmin qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olunmasına baxmayaraq o, müdafiə tərəfi olaraq həmin qərardan şikayət verməmiş və qərarı mübahisələndirməmişdir. Həmin qərar hazırda qüvvədədir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Şahid4 Səfər qızının məhkəmə istintaqı zamanı ifadəsində göstərdiklərinə gəldikdə isə Şahid4 təqsirləndirilən şəxsin anası olması Şahid4 Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə verməsini daha inandırıcı edir. Məhkəmə Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarış və götürmənin və evə baxış keçirilməsinin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin özünün şəxsi mobil telefonunda apardığı əməliyyatlar və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan narkotik vasitənin və psixotrop maddələrin, həmçinin dərman həblərinin onun olmaması, həmin narkotik vasitənin və psixotrop maddələrin, həmçinin dərman həblərinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, döyülməsi nəticəsində məcburiyyət qarşısında etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılmış və həmin xüsusatlar (polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması) öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiə tərəflərindən qeyd edilən qərar mübahisələndirilməmiş və həmin qərar hazırda qüvvədədir. Məhkəmə qəbul edir ki, xəsarətlərin aşkar edilməsi halında həmin xəsarətlərin təqsirləndirilən şəxsin dediyi şəraitdə baş verməməsi, yəni cinayəti etiraf etməsi üçün döyülməsi nəticəsində yetirilməməsi halını sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfindən təqdim edilən yuxarıda sadalanan sübutların məcmusu təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsinə kifayət qədər əsaslar verdiyindən əlavə olaraq təqsirləndirilən şəxsin cinayəti etiraf etməsi ilə bağlı ona zor tətbiq olunması məntiqli görünmür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdə sonradan aşkar edilmiş xəsarətlər cinayəti etiraf etməsi ilə bağlı ona tətbiq olunan zorakılıq hərəkətləri olmaması sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin halın sübuta yetirilməsi hazırkı araşdırma predmeti üçün yekun hüquqi qərar qəbul etməyə kifayət edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində olan şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “evə baxış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımasına görə, həmçinin, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşıma və ya göndərməyə görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa qeyd olunan qərarda göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, yəni, məhlədə olan zaman polis əməkdaşlarının onu gördüyünü, döyə-döyə idarəyə apardıqlarını, üzərində heç bir narkotik vasitə olmadığını, polis əməkdaşlarına narkotik vasitə istifadə etməyi ilə bağlı qeydiyyatda olduğunu bildirdiyini, polis əməkdaşlarının ondan dərmanların harada olduğunu soruşduqlarını, o da evdə olduğunu bildirdiyini, onu təkrar yaşadığı evin məhləsinə gətirdiklərini, onun maşında qaldığını, polislərin isə evə qalxdığını, maşında 40 dəqiqəyə yaxın gözlədiyini, müdafiəçi gəldikdən sonra onu evə qaldırdıqlarını və evə baxış keçirdiklərini, daha sonra onu bölməyə apardıqlarını, metamfetamin istifadə etmədiyini, heç vaxt narkotik vasitələrin satışı və kuryerliklə məşğul olmadığını, ona qarşı avtomobilin içində olan zaman fiziki təsir olduğunu, üzərində olan preqabalini aptekdən aldığını, narkoloji dispanserdə qeydiyyata alındığı kodu aptekə təqdim edərək, şəxsiyyət vəsiqəsi ilə həb aldığını, qeydiyyata alınmağı ilə bağlı heç bir rəsmi sənədi olmadığını, evdən aşkar edilmiş narkotik vasitələr ona aid olmadığını, ilk dəfə məhlədə tutulan zaman polis əməkdaşlarının onu döydüklərini, daha sonra maşında da fiziki təsir göstərildiyini, ittiham aktında qeyd olunmuş heroindən 0.03 qram, yarım metadon həbi, preqabalin və marixuananın ona məxsus olduğunu, digər narkotik vasitələrin ona aid olmadığını, polis əməkdaşları tərəfindən ona tapancanın arxasıyla zərbələr vurduqlarını, üzərində preqabalindən başqa digər narkotik vasitələri gəzdirməyinin səbəbi, ağrısı olan zaman onlardan istifadə etmək olduğunu, heç bir şəxsə narkotik vasitə satmadığını, yazışmalarda olan şəkillərdə əks olunmuş narkotik vasitələri özü üçün götürdüyü barədə məhkəmə iclaslarında verdikləri bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Evə baxış və götürmə aparılması haqqında” protokol, mobil telefona baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaqda verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi, evə baxış keçirilməsi, ibtidai istintaq zamanı eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 65,923 qram külli miqdar narkotik vasitə heroin aşkar edilməsi, yaşadığı evdən 5,208 qram külli miqdar narkotik vasitə heroin, 230 qram və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,357 qram və 1,389 qram olmaqla, ümumi təmiz çəkisi 231,746 qram külli miqdar psixotrop maddə metamfetamin, üzərilərində xeyli miqdarda “Methadone-40” markalanma göstəricisi olan 1 ədəd üzərilərində “F/M-40"" yazısı həkk olunmuş həb, iki ədəd qəhvəyi rəngli həb hissələri olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən xeyli miqdarda narkotik vasitə metadon, üzərində “Preqabalin 150” markalanma göstəricisi olan kovalyutdakı 6 ədəd narıncı-göy və üzərində “прегабалин” markalanma göstəricisi olan konvalyutdakı 3 ədəd narıncı ağ rəngli olmaqla təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edən 9 ədəd güclü təsir edən preqabalin kapsulları və təmiz çəkisi 0,16 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi aşkar edilməsi və mobil telefonunda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı səs yazılarının, narkotik vasitənin və psixotrop maddələrin olduğu ərazinin konumu və narkotik vasitənin və psixotrop maddələrin qoyulduğu ərazinin fotoşəkillərinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin və psixotrop maddənin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, həmin narkotik vasitələrin və psixotrop maddələrin ayrı-ayrı bağlamalarda olması, əldə etdiyi narkotik vasitəni, psixotrop maddəni, həmçinin, güclü təsir edən və ya zəhərli maddələri üzərində və evində saxlaması, evə baxış zamanı evindən elektron tərəzinin aşkar edilməsi, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasını, mobil telefonunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı səs yazışmalarının, narkotik vasitənin və psixotrop maddələrin olduğu ərazinin konumu və narkotik vasitənin və psixotrop maddələrin qoyulduğu ərazinin fotoşəkili”olmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni, həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz əladə etmiş, saxlamış və daşımışdır. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış götürmə zamanı üzərənindən aşkar olunmuş 3 ədəd “İphone” markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı “İphone 8” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində “M.@.G.@.ME@D” adında qeyd olunan +**********16 nömrəli İran İslam Respublikası vətəndaşına məxsus olan mobil operator ilə daimi olaraq əlaqə saxlamış və müxtəlif vaxtlarda və yerlərdən qanunsuz narkotik vasitəhesab edilən heroinlərin, psixotrop maddə metamfetaminlərin, narkotik vasitə hesab edilən xeyli miqdarda metadonların, güclü təsir edən preqabalin kapsullarının, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və satış məqsədilə istifadə olunan bir ədəd elektron tərəzinin sübut əhəmiyyəti kəsb edəcək yazışmaların, səs yazılarının, video görüntülər aşkar edilmişdir (cild 1, iş vərəqə 211-213) Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, evə baxış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitənin və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, həmin narkotik vasitələrin və psixotrop maddələrin ayrı-ayrı bükümlərdə olmasına, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasına, mobil telefonunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı səs yazışmalarının, narkotik vasitənin və psixotrop maddələrin olduğu ərazinin konumu və narkotik vasitənin və psixotrop maddələrin qoyulduğu ərazinin fotoşəkili”- olmasına, evindən elektron tərəzinin aşkar edilməsinə, əldə etdiyi külli miqdarda narkotik vasitəni və psixotrop maddəni üzərində və evində saxlamasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllər cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına, 240.2.1-ci maddəsində nəzərdə tutulmuş əməl isə cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin, psixotrop maddənin və həblərin növünü, həmçinin, çəkilərini, iş üzrə cəzasını yüngülləşdirən hal kimi himayəsində 01 (bir) nəfər azyaşlı uşağının olmasını, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına, CM-nin 240.2.1-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır və şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30-da azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, xx.xx.2024-cü il tarixdə, saat 01:40da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli azadlığı faktiki olaraq məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 00:30-dan hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 186 (bir yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Qaradağ RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, 65,723 qram və 5,058 qram heroin, 229,8 qram və 1,596 qram metamfetamin, ½, ¼ və ¼ həb hissələri,7 kapsula preqabalin, 0,14 qram marixuana qalığı və 1 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması, həmçinin evə baxış və götürmə aparılması görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, “Azerfon MMC”-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd “İphone 8” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Qaradağ RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, 65,723 qram və 5,058 qram heroin, 229,8 qram və 1,596 qram metamfetamin, ½, ¼ və ¼ həb hissələri, 7 kapsula preqabalin, 0,14 qram marixuana qalığı və 1 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması, həmçinin evə baxış və götürmə aparılması görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, “Azerfon MMC”-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd “İphone 8” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 186 (bir yüz səksən altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-839/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-839/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver