Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-84/2020 12.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Məzlumağa oğlu və x2, Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx.xx.1981-ci ildə Ağcəbədi şəhərində doğulmuş, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Ağcəbədi şəhəri, H.Aslanov küçəsi, ev 100-də qeydiyyatda olan, barəsində «həbs » qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 55000 manat müqabilində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi və Pirallahı rayonu Dübəndi qəsəbəsində boş torpaq sahələrini özəlləşdirib çıxarış almağı vəd edib 23 dekabr 201 7-ci il tarixdə ünvan 1 saylı ünvanda yerləşən 1 saylı Bakı “ASAN xidmət" mərkəzinin inzibati binasının yaxınlığında ümumilikdə 55000 manat pulu Zərərçəkmiş şəxs1 alıb ələ keçirərək, onu müxtəlif bəhanələrlə aldatmış, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və bununla da Zərərçəkmiş şəxs1, ümumilikdə 55000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 adına Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində yerləşən 6 sot torpaq sahəsini özəlləşdirib çıxarış almağı vəd edib, 9 mart 2018-ci il tarixdə saat 15 radələrində ünvan 3 saylı ünvanda yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasının birinci mərtəbəsində 90000 manat pulu ondan alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 aldadıb, həmin pulları öz şəxsi ehityaclarına xərcləmiş və bununla da zərərçəkıniş şəxsə 90000 manat məbləğində külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını etibardan sui istifadə elmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinin özəlləşdirilib sonradan sataraq həmin pulu geri qayatarılacağına və əlavə 5000 manat gəlir əldə ediləcəyini Zərərçəkmiş şəxs1 vəd edib 13 aprel 2018-ci il tarixdə Bakı şəhəri. Nəsimi rayonu. Tbilisi prospekti 34 saylı ünvanda yerləşən "'Qafqaz'' oteldə 65000 manat pulu alıb ələ keçirib, vədinə əməl etməyərək zərərçəkmiş şəxsi müxtəlif bəhanələrlə aldatmış, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və bununla da zərərçəkmiş şəxsə 65000 manat məbləğində külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Anarı o, təxminən 2015-ci ildən tanıyır. Həmin vaxt o, Anara Abşeron rayonunda yerləşən torpaq sahəsinin özəlləşməsi ilə bağlı köməklik etmişdir. O vaxtdan da etibarən Anarla münasibət saxlamışlar. Onun Anarla arasında olan pul söhbətinin məbləği 92000 manat təşkil etmiş və o, həmin məbləğin 10000 manat pulunu 2018-ci ilin iyul avının 17-də qaytarmışdır. Həmin pulu o, Anardan borca almışdır. Ərizədə qeyd olunan Zərərçəkmiş şəxs3 adlı şəxsi ümumiyyətlə tanımır, Zərərçəkmiş şəxs2 isə Anarın yeznəsi olduğu üçün Eminlə bir neçə dəfə Anarın məsələsi ilə bağlı görüşmüşdür. O, həmin pulu Anardan faizə borca almışdır. Bu barədə aralarında 2018-ci ilin təxminən iyun ayında qəbz də tərtib olunaraq imzalanmışdır. Onun tərəfindən həmin pulu borca almasını həmin müqavilənin bir daha təsdiq etdiyini qeyd etmişdir. Anarla arasında torpaq sahələrini özəlləşməsi ilə bağlı heç bir razılaşma olmamış, ona verilən bu ittiham şərdir. Bundan başqa. Mərdəkan qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinin özəlləşməsinə görə 65000 manat pulun onun tərəfindən ələ keçirilməsi də yalandır, bunu Anar həmin borcun məbləğini şişirmək üçün bildirmişdir. Zərərçəkmiş şəxs4la bağlı irəli sürülən ittihamı etiraf edir. Ehtiyacları olduğu üçün xərcləmiş, lakin buna baxmayaraq həmin puldan 10000 manatını bir, 7000 manat bir, 4000 manat bir geri qaytarmışdır. Həmin pulu Zərərçəkmiş şəxs4 ehtiyacı olduğu üçün almış, tez bir zamanda geri qaytara biləcəyini düşündüyü üçün almış, lakin qaytara bilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmədətədqiqedilmişdigərprotokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2011-ci il tarixdən tanımış, həmin ərəfədə Novxanı qəsəbəsində yerləşən bağ evinə sənəd çıxartmaq istəmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs köməkliyi ilə bağ evinə çıxarış almışdır. Həmin vaxtdan sonra Səyavuşun torpaq sahələrinin sənədləşməsi ilə məşğul olduğunu bilmişdir. Təqsirləndirilən şəxs rəsmi olaraq Azərbaycan Respublikasının Dövlət x1 rayon idarəsinin əməkdaşıdır. Belə ki, 2017-ci ilin noyabr ayının əvvələrində yeznəsi Zərərçəkmiş şəxs2 və dostu Zərərçəkmiş şəxs3lə birlikdə torpaq sahəsi almaq istəmişlər. Həmin ərəfədə Səyavuş Xəzər rayonunun Mərdəkan qəsəbəsində və Pirallahı rayonunun Dübəndi qəsəbəsində boş torpaq sahələrinin olduğunu, həmin sahələri qanuni şəkildə özəlləşdirə biləcəyini və çıxarış verəcəyini deyib bunun qarşılığında ondan Mərdəkan qəsəbəsində olan torpaq sahəsinə görə 25000 manat, Dübəndi qəsəbəsində yerləşən torpaq sahəsinə görə isə 30000 manat pul lazım olduğunu bildirmiş, hətta, Səyavuş tanışı Şahid4 Dübəndi qəsəbəsində olan boş torpaq sahələrinin yerləri barədə Səyavuşa təqdim etdiyi Dövlət Katastr xidmətinə məxsus dediyinə görə məxfi hesab olunan həmin qəsəbənin xəritəsini "Watsapp" proqramı vasitəsi ilə təxminən 2017-ci ilin noyabr ayının ortalarında göndərərək həmin xəritədə olan boş sahələrindən seçməyini təklif etmiş, Səyavuş xəritəni göndərdikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinin adını xatırlamadığı mühəndisini onunla görüşdürmüş və bundan sonra mühəndislə birlikdə xəritədə seçdiyi torpaq sahəsinə gedərək sahəyə baxış keçirmişdir. Həmin vaxt Səyavuş ondan koordinatların şəklini çəkib göndərməyini istəmişdir. Buna görə də, mühəndis tərəfindən gətirilmiş xüsusi aparat vasitəsi ilə qeyd olunan sahəyə aid koordinatlar götürüldükdən sonra kordinatların şəklini mobil telefonum ilə çəkərək Səyavuşa göndərmişdir. Səyavuş qeyd olunan sahələrin dövlət reyestr xidmətinin balansında olduğunu və özəlləşdirilməsinin mümkün olduğunu demişdir. Belə ki, Səyavuşa inandığı və etibar etdiyi üçün təxminən 2017-ci ilin dekabr ayının əvvəllərində 20000 manat, yeznəsi Zərərçəkmiş şəxs2 25000 manat, dostu Zərərçəkmiş şəxs3 isə 10000 manat alaraq ümumilikdə 55000 manat məbləğində pul vəsaitini toplayıb yaşadığı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 9 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs vermişdir. Həmin torpaq sahələri danışığa görə üçünün arasında bölünməli, belə ki, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi Zərərçəkmiş şəxs2, Dübəndidə yerləşən torpaq sahəsi isə üçünün arasında bölünməli olmuşdur. Pulu verən zaman Səyavuş pulun 25000 manatı ilə Mərdəkan qəsəbəsində olan torpaq sahəsini, 30000 manatı ilə isə Dübəndi qəsəbəsində olan torpaq sahəsini sənədləşdirəcəyini, həmin pulların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları Məmməd və Kamal adlı şəxslərə verəcəyini, onların köməkliyi ilə bu işi görəcəyini demişdir. Həmin vaxt Səyavuş torpağa aid sənədlərin iki ay ərzində hazır olacağını vəd etmişdir. Pulu verdikdən sonra 2018-ci ilin aprel ayınadək Səyavuş müxtəlif bəhanələr gətirərək torpağın sənədlərinin hazır olmadığını deyib aprel ayında isə seçkilərə bir ay qalmış bütün sənədləşmələrin dayandırıldığını, buna görə da sənədin seçkilərdən sonra hazır olacağını bildirmişdir. Səyavuşa inandığı üçün Səyavuşun hər dəfə ona dediyi bəhanələri qəbul edib pulunu tələb etməmişdir. Həmin vaxt pulu Səyavuşa tək olaraq vermişdir. Belə ki, ilk dəfə 25000 manat Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinə görə özünə vermiş, 30000 manat isə 20 gün sonra özünə təklikdə vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2018-ci ilin mart ayında ona Mərdəkan qəsəbəsində yerləşən hərəsi 1 sot olmaqla ümumilikə 6 sot torpağın sənədini göstərərək, həmin sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində kiçik özəlləşdirmənin rəisi Şahid5 tərəfindən verildiyini və qanuni şəkildə özəlləşdirilməli olduğunu, bunun üçün 65000 manat lazım olduğunu, torpağı özəlləşdirdikdən sonra sataraq gəlir əldə edəcəyini, həmin gəlirdən də ona 5000 manat xeyir verəcəyini bildirmişdir. O, yenə də, Səyavuşa inandığı və etibar etdiyi üçün yeznəsi Zərərçəkmiş şəxs2 iki aylığına borca 35000 manat pul almış, özü isə 30000 manat pul əlavə edib cəmi 65000 manat pul düzəltmişdir. Yeznəsi Zərərçəkmiş şəxs2 pulu alarkən Eminə həmin pulu borc götürdüynü, iki aydan sonra qaytaracağını demişdir. Belə ki, 2018ci ilin aprel ayında yaşadığı binanın qarşısında Səyavuşla görüşüb ona 65000 manat pul vermişdir. Pulu verən zaman Səyavuş 20 gün ərzində torpağı sənədləşdirəcəyini və maksimum 1 ay müddətində pulu tam şəkildə qaytaracağını demişdir. Lakin, buna baxmayaraq hal-hazıradək Səyavuş onun pullarını qaytarmamışdır. Həmin vaxt pulu Səyavuşa verəndə ikisi olmuşlar. 2018-ci ilin təxminən may-iyun ayında Səyavuş ona “Elmlər Akademiyası"' metrosu yaxınlığında boş torpaq sahəsinin olduğunu, ora baxış keçirdiyini və oranı özəlləşdirmək istədiyini demişdir. O, öz növbəsində Səyavuşdan bu özəlləşdirmənin hansı yolla həll olunacağını soruşduqda Səyavuş köhnə tarixə sərəncam tapdığını və qeyd olunan sərəncamı təklif etdiyi torpaq sahəsinin sürüşdürmə yolu ilə həll edəcəyini bildirmişdir. Həmin vaxt o, özəlləşdirmənin qeyri qanuni olduğunu başa düşmüş və buna razılıq verməmişdir. Bundan sonra Səyavuşun saxta sənədlər hazırladığını öyrənib ondan aldığı pulların müqabilində Mərdəkan və Dübəndi qəsəbələrində yerləşən torpaq sahələrinin də, sürüşdürmə yolu ilə həll olunub-olunmayacağını soruşduqda Səyavuş ona eyni üsulla yəni, ona görə özəlləşdirəcəyi torpaqların da başqa torpaq sahələrinə məxsus sənədlərin vasitəsi ilə sürüşdürmə yolu ilə sənədləşdirəcəyini demişdir. Həmin vaxt başa düşmüşdür ki, Səyavuş başqa şəxslərə məxsus torpaqları, həmin adamların köməkliyi ilə qanunsuz olaraq sənədləşdirib. Bundan sonra Təqsirləndirilən şəxs artıq onu aldatdığını, qanuni yolla torpaq sənədləşdirəcəyi adı ilə ondan aldığı 120000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, saxta sənəd düzəldəcəyini başa düşmüşdür. Bundan sonra Səyavuşdan dəfələrlə pulunu tələb etsə də Səyavuş müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 5-6 il olar ki, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində yerləşən 6 sot torpaq sahəsi almış, bununla bağlı ona Xəzər rayon İcra Hakimiyyətindən sənəd verilsə də torpaq sahəsinin özəlləşməsinə dair heç bir sənədi olmamışdır. O, həmin torpağı sənədləşdirmək istəmişdir. Həmin vaxt tanışı olan Ceyhun bildirmişdir ki, Səyavuş adlı şəxs ona bu sahədə köməklik edə bilər, belə ki, əvvəl də Ceyhuna bu işdə köməklik edib. Ceyhun demişdir ki, Səyavuş Əmlak Komitəsinin işçisidir və oranın rəhbər şəxsləri Səyavuşun yaxın qohumlarıdır. Ona görə də Səyavuşla görüşüb bu barədə danışmaq qərarına gəlmiş və beləliklə də Ceyhun Səyavuşla danışıb bu məsələni 120.000 manata həll edəcəyini demişdir. O, bir qədər fikirləşib buna razı olmuşdur. Ceyhun bildirmişdir ki, ilkin olaraq bu məsələyə görə işin başlanması üçün 30.000 manat pul verilməlidir. Buna görə də Ceyhunla təxminən 2017-ci ilin noyabr ayında Nəsimi rayonu "Qızıl Tac'" restoranın yaxınlığında görüşüb orada Ceyhuna 30.000 manat pul vermişdir. Həmin vaxt Səyavuş demişdir ki, tez bir zamanda əlaqə saxlayacaq ki, yerdə qalan pula ödəsin və hazır olacaq sənədləri götürsün. Bundan sonra ikinci dəfə yenidən Ceyhunla birlikdə görüşüb Səyavuşun dediyi kimi yerdə qalan 90.000 manat pulu Səyavuşa Xətai rayonu Əmlak Komitəsinin İnzibati binasında xidməti kabinetdə vermişdir. Həmin gün, yəni 09 mart 2018-ci il tarixdə Səyavuş dediyi kimi həmin yerə gəlmişlər və Səyavuş onları Ceyhunla Komitənin 1-ci mərtəbəsində yerləşən otaqda qarşılamış və orada Səyavuşa 90.000 manat pul vermişdir. Həmin vaxt Səyavuş ona demişdir ki, Ceyhun Səyavuşu yaxşı tanıyır, hər şeyin qaydasında olduğunu və təxminən may ayının axırlarına sənədlərin hazır olacağına söz vermişdir. Lakin həmin vaxt gəldikdə Səyavuş müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış və onda başa düşmüşlər ki, Səyavuş onları aldadıb. Bundan sonra o, öz əlaqələri vasitəsilə öyrənmişdir ki, Səyavuş ümumiyyətlə həmin Komitənin işçisi deyil, sadəcə olaraq orada işləyən tanışlarının adından istifadə edib. Bir neçə müddət sonra, eşitmişdir ki, Səyavuş ondan başqa da bir neçə şəxsi eyni üsulla aldadıb və ona görə o bu barədə ərizə yazmaq qərarına gəlmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs4 ifadəsində uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qaynı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. 2017- ci ilin noyabr ayının əvvəllərində torpaq sahəsi almaq istəmiş, həmin ərəfədə qaynı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsın torpaq sahələrinin sənədləşməsi ilə məşğul olduğunu, boş torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində işləyən tanışları vasitəsi və köməkliyi ilə pul qarşılığında sənədləşdirilməsinin mümkün olduğunu bildirmişdir. Həmin vaxt Anar Səyavuşa demişdir ki, Səyavuş tərəfindən Xəzər rayonunun Mərdəkan qəsəbəsində və Pirallahı rayonunun Dübəndi qəsəbəsində boş torpaq sahələrinin olması, həmin sahələri qanuni şəkildə özəlləşdirəcək və çıxarış verəcək, bunun qarşılığında Mərdəkan qəsəbəsində olan torpaq sahəsinə görə 25000 manat, Dübəndi qəsəbəsində yerləşən torpaq sahəsinə görə isə 30000 manat pul alacaq. Hətta Anar özü və dostu Zərərçəkmiş şəxs3 də Səyavuşdan torpaq alacağını, bunun müqabilində pul verəcəyini demişdir. O da Səyavuşun əlaqələrinin geniş olduğunu düşünüb qaynı Anarla razılaşmış və Mərdəkan qəsəbəsində olan torpaq sahəsini almağa görə Səyavuşa verməsi üçün Anara 25000 manat pul vermişdir. Bir neçə gün sonra öyrənmişdir ki, Anar özü də 20000 manat düzəldib, dostu Zərərçəkmiş şəxs3 10000 manat və onun verdiyi 25000 manatı da əlavə edib, ümumilikdə Təqsirləndirilən şəxs Mərdəkan və Dübəndi qəsəbələrində olan torpaq sahələrinə görə 55000 manat pul verib. Səyavuş Anara torpaq sahələrinin sənədlərinin iki ay ərzində hazır olacağını demişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 2018-ci ilin mart ayında ondan 35000 manat borc pul alıb həmin pulu Təqsirləndirilən şəxs verəcəyini, iki aydan sonra qaytaracağını demişdir. Lakin, buna baxmayaraq hal-hazıradək Səyavuş torpaq sənədləşdirəcəyi adı ilə Anardan ümumilikdə 120000 manat pulu dələduzluq yolu ilə alıb ələ keçirərək geri qaytarmamışdır. Buna görə də, Səyavuş tərəfindən pulun qaytarılmadığını görüb o da 2018-ci ilin iyun ayının ortalarında Səyavuşla görüşmüşdür. Səyavuş hər dəfə ona pulu qaytaracağını vəd etmiş, lakin, pulu qaytarmamışdır. Səyavuş hər dəfə pulu Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində işləyən tanışlarına verdiyini, həmin şəxslərdən pulu ala bilmədiyini, həmin şəxslərlə 20 illik dost olduğunu, münasibətlərinin pozulmasının istəmədiyini, pulu özü qaytaracağını deyib müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3ifadəsində göstərmişdir ki,2017-ci ilin noyabr ayının əvvəllərində torpaq sahəsi almaq istəmişdir. Həmin ərəfədə dostu Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs adlı tanışının torpaq sahələrinin sənədləşməsi ilə məşğul olduğunu, Səyavuş tərəfindən boş torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində işləyən tanışları vasitəsi ilə pul qarşılığında sənədləşdirilməsinin mümkün olduğunu bildirmişdir. Həmin vaxt Anar demişdir ki, Səyavuş tərəfindən Xəzər rayonunun Mərdəkan qəsəbəsində və Pirallahı rayonunun Dübəndi qəsəbəsində boş torpaq sahələrinin olması, həmin sahələri qanuni şəkildə özəlləşdirə biləcəyi və çıxarış verəcəyi, bunun qarşılığında onlardan Mərdəkan qəsəbəsində olan torpaq sahəsinə görə 25000 manat, Dübəndi qəsəbəsində yerləşən torpaq sahəsinə görə isə 30000 manat pul alacağı deyilmişdir. Hətta Anar özü və yeznəsi Zərərçəkmiş şəxs2 adlı şəxsin də Səyavuşdan torpaq alacağını, bunun müqabilində pul verəcəyini demişdir. O da dostu Anarla razılaşmış və Dübəndi qəsəbəsində olan torpaq sahəsini almağa görə Səyavuşa verməsi üçün Anara 10000 manat pul vermişdir. Bir neçə gün sonra öyrənmişdir ki, Anar özü də 20000 manat düzəldib, yeznəsi Zərərçəkmiş şəxs2 25000 manat alıb və onun verdiyi 10000 manatı da əlavə edərək ümumilikdə Təqsirləndirilən şəxs Mərdəkan və Dübəndi qəsəbələrində olan torpaq sahələrinə görə 55000 manat pul verib. Səyavuş Anara torpaq sahələrinin sənədlərinin iki ay ərzində hazır olacağını demişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq heç bir torpaq sənədini onlara verməmişdir. Daha sonra Anar Səyavuşa verdiyi pulu tələb etsə də Syavuş müxtəlif bəhanələr gətirərək pulları qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Raqif oğlu ifadəsində göstərmişdir ki, 2004-cü ildən etibarən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində işləmişdir. 2008-ci ildən etibarən isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsində mühəndis vəzifəsində işləyir. İşinin əsas fəaliyyət istiqaməti mühəndis kimi torpaq səhələrinin ölçü işləri, texniki baxış və sənədlərin idarəyə təhvil verilməsidir. Təqsirləndirilən şəxs təxminən 2017-ci ildən etibarən tanımışdır. Həmin vaxt Səyavuş bilmişdir ki, o, Əmlak Komitəsində işləyir. Həmin ərəfədə yeznəsi ilə Səyavuşun birgə iş birliyi olmuşdur. Bundan sonraki vaxtlarda Səyavuşla Aqilin arasında yanacağın ödənişi ilə bağlı problem yaranmış və Aqilin Səyavuşa ona məlum olmayan məbləğdə borcu yaranmışdır. Bundan sonraki vaxtlarda isə yeznəsinin Bakı şəhəri Yasamal rayonunda ev alqı-satqısı ilə bağlı dələduzluqda təqsiri müəyyən olunduğuna görə Aqilin barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və elə həmin vaxtlardan da Səyavuş Aqilin borcunu kömək kimi ondan və Aqilin digər qohumlarından tələb etmişdir. Onunda Əmlak Komitəsində işlədiyini bildiyi üçün Səyavuş ondan bir neçə dəfə özünə lazım olduğu təqdirdə torpağa dair sənəd düzəldə bilib-bilməyəcəyini soruşmuş, lakin o, Səyavuşa bu işdə heç bir köməklik edə bilməvəciyini demişdir. Sıxıntılar olduğunu bildirib ondan dəfələrlə sənədlə bağlı kömək etməyini istəsə də o, Səyavuşa bu işin həllinin mümkün olmadığını, qanuni yolla müraciət edərək sənəd almasını məsləhət görmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs işləri barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2009-cu ildən etibarən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mühəndis vəzifəsində işləyir. İşinin əsas fəaliyyəti torpaq sahələrinə verilən texniki pasportların doldurulmasıdır. Təqsirləndirilən şəxs təxminən 3-4 il olar ki, tanıyır. Səyavuş onun işlədiyi idarəyə gəlib getdiyi üçün Səyavuşla tanışlığı formalaşmışdır. Bundan başqa, həmin vaxt həmyerlisi Şükran adlı şəxs Səyavuşun Ağcabədi rayonunda işlətdiyi yanacaqdoldurma məntəqəsində işləmişdir və beləliklə ümumi tanışlıqları yaranmışdır. 2017-ci ilin noyabr ayının axırlarında Səyavuş telefonla zəng edib müraciət edərək dediyinə görə özünə almaq istədiyi torpaq sahəsinin boş olub-olmamasını yoxlamağı ondan xahiş etmişdir. Buna görə də Səyavuş xüsusi aparatla çəkilmiş ərazinin koordinatlarının şəklini sosial şəbəkə vasitəsilə göndərmiş və o, da işdə həmin koordinat nöqtələrini internet səhifəsində google.map saytında axtarışa verib həmin ərazini xəritədə tapmış və internetdə həmin ərazinin Pirallahı qəsəbəsində yerləşən torpaq sahəsi olduğunu və özəl sahə olub sarı rənglə haşiyələndiyinə görə həmin ərazinin boş olduğunu müəyyən edib bunu Səyavuşa bildirmişdir. Həmin xəritənin də şəklini ekrandan çəkərək Səyavuşa sübut kimi göndərmişdir ki, əyani olaraq görsün. Onun tərəfindən həyata keçirilən əməliyyatı istənilən şəxs internet vasitəsilə həyata keçirə bilər. Bunun üçün xüsusi bilik və ya xüsusi cihazın olması tələb olunmur. Bundan sonra baş verənlərdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin şəklini Zərərçəkmiş şəxs1 göndərməsi və sənədləşdirilməsi üçün pul alıb vədinə əməl etməməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2018-ci ilin aprel ayından etibarən Əmlak Məsələri Dövlət Komitəsində Şöbə müdirinin müavini vəzifəsində işləyir. Cinayət işi üzrə barəsində şikayət olunan Təqsirləndirilən şəxs ortaq tanışlarının vasitəsilə əmisi oğlu Kamala görə tanımışdır. Son dəfə də Səyavuşu təxminən 2 il bundan əvvəl görmüşdür. O, ümumiyyətlə Kiçik Özəlləşmənin rəisi vəzifəsində işləməmişdir. Kamal isə ümumiyyətlə Reyestr xidmətində işləməmişdir. Səyavuşun nə onunla, nə də ki, əmisi oğlu Səyavuşla belə bir məsələni ümumiyyətlə müzakirə etməmişlər. Zərərçəkmiş şəxs1 adını ilk dəfə istintaq zamanı eşitmişdir. Səyavuşun etdiyi əməllərdən xəbəri olmamış, onun iş fəaliyyəti dövlət əmlakının icarəyə verilməsi və bununla bağlı müqavilənin bağlanmasıdır. Təqsirləndirilən şəxs kiminsə adına torpaq sənədləşdirilməsi məsələsinə görə ona heç vaxt müraciət etməmiş və ona belə bir məsələyə görə heç vaxt heç bir məbləğdə pul verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, cinayət işi üzrə barəsində şikayət olunan Təqsirləndirilən şəxs o, ortaq tanışlarının vasitəsilə tanımışdır. Ara-bir ova getdiyi üçün həmin ərazidə ov edən tanışlarının vasitəsilə tanış olmuşlar. Səyavuş da orada onları tanıyaraq harada işlədiklərindən xəbərdar olmuşdur. Son dəfə Səyavuşu nə vaxt gördüyünü xatırlamadığını qeyd etmişdir. Ərizədə qeyd olunan xüsusatlarla bağlı bildirmişdir ki, Şahid5 onun əmisi oğludur. Məmmədin ümumiyyətlə Kiçik Özəlləşmənin rəisi vəzifəsində işləməmiş, taktiki olaraq Əmlak Məsələləri Komitəsinin icarələr üzrə özəlləşmənin müdir müavini vəzifəsində işləmişdir. Özü isə ümumiyyətlə Reyestr Xidmətində heç vaxt işləməmişdir. Məmməd həmin vəzifəyə 2018-ci ilin aprel ayında təyin olunmuşdur. Səyavuşun onlarla elə bir münasibəti belə olmamış ki, onlar Səyavuşla belə bir məsələni ümumiyyətlə müzakirə etsinlər. O ki, qaldı həmin məsələyə, Səyavuşun nə ona, nə də ki, Məmmədə bununla bağlı heç vaxt müraciət etməmiş, Zərərçəkmiş şəxs1 adını isə ilk dəfədir ki, eşitmişdir. Səyavuşun etdiyi əməllərdən xəbəri yoxdur. Təqsirləndirilən şəxs kiminsə adına torpaq sənədləşdirilməsi məsələsinə görə ona heç vaxt müraciət etməmiş, ona belə bir məsələyə görə heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 90000 manat pulu Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 9 mart 2018-ci il tarixdə alması barədə heç nə deyə bilməz, həmin məsələdən xəbərsizdir. İş materiallarına əlavə edilmiş "Triınble" cihazı ilə çəkilmiş ərazinin koordinatları və torpaq sahəsinin xəritəsi barədə bildirmiş ki. həmin məsələdən xəbərsizdir. İstənilən vətəndaş mühəndisə müraciət edərək özünə məxsus olan torpaq sahəsini ölçməyi xahiş edə bilər. Çünki bu əməliyyat torpağa dair sənəd düzələn zaman həmin torpaq sahəsin başqa adamın adına ola bilməsi ehtimalını yoxlamaq üçündür. O ki, qaldı xəritəyə bunu istənilən şəxs onda olan koordinatları internet vasitəsilə saytın axtarış hissəsinə vurub xəritəni çıxara bilər. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, Zərərçəkmiş şəxs1 pulu borca alması və cəmi 90000 alması barədə öz müdafiəsi üçün gətirdiyi dəlillər zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspert rəyi və toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəlişəkildə obyektiv hüquqi qiymət verərəkməhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs QasımovSəyavuşArifoğlununittihamolunduğucinayətəməli məhkəməistintaqızamanıtamsübutayetirilmişdir. Məhkəməəməlinhüquqitövsüfiməsələsinimüzakirəedərəkhesabedirki, QasımovSəyavuşArifoğlununəməliistintaqorqanıtərəfindənAzərbaycanRespublikası CMnin 178.3.2-ci maddəsiilədüzgüntövsifedilmiş və o, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsiüçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə olunmuş ərizələrdən müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 dəymiş zərər təqsirləndirilən şəxsin qohumları tərəfindən tam ödənilmiş və onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxshimayəsində2 yetkinlik yaşına çatmayan övladının olması, zərərçəkmişşəxslərədəymişziyanıntamödənilməsi, zərərçəkmiş şəxslərlə barışıq əldəedilməsivəzərərçəkmişlərinondanşikayətvətələbininolmamasıAzərbaycanRespublikası nın Cinayət Məcəlləsinin 59-cu maddəsinəəsasənonun cəzasını yüngülləşdirən hal kiminəzərəalınır. Təqsirləndirilən şəxsəməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsindənəzərdətutulmuşcəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, törədilmiş cinayətin ictimai təhlükəliliyinin aradan qaldırılmasını, himayəsində2 yetkinlikyaşınaçatmayanövladınınolması, zərərçəkmiş şəxslərədəymişziyanıntamödənilməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi vəzərərçəkmişlərin ondanşikayətvətələblərininolmamasınəzərə alaraq Təqsirləndirilən şəxsna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materialarından görünür ki, Təqsirləndirilən şəxs 10.12.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində Bakı şəhər Nəsimi rayon məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 12 yanvar 2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edildiyindən Təqsirləndirilən şəxs barəsində 08 fevral 2019-cu il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. AzərbaycanRespublikasıCPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətişəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarınınicra edildiyi andan hesablanır. Odurki, QasımovSəyavuşArifoğlunun10 dekabr 2018-ciiltarixdən 08 fevral 2019cuiltarixədəkhəbsdəsaxlanıldığı01 ay29 günmüddətonatəyinolunacaqcəzadançıxılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəmədən yayındığı üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2020-ciiltarixliqərarıiləbarəsində seçilmişqətimkantədbirinin həbslə əvəz edilərək axtarış elan olunmuş və o, 19 mart 2020ci iltarixdəhəbsolunaraq Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Odurki, Təqsirləndirilən şəxs19mart 2020-ci il tarixdən bugünəyəni 12 iyun 2020ciiltarixəolanmüddət, 2 ay 24 gün10 dekabr 2018-ciiltarixdən 08 fevral 2019-cu il tarixədəkhəbsdəsaxlanıldığı 01 ay29 günmüddətlə toplanaraq ümumilikdə həbsdə saxlanıldığı 4 ay 23 günonatəyinolunacaqcəzadançıxılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə 3 ədəd SD diskləri maddi sübut kimi iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 dekabr 2018-ci il tarixdən 08 fevral 2019-cu il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 29 (iyirmi doqquz) gün və 19 mart 2020-ci il tarixdən bu günə yəni 12 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 24 (iyirmi dörd) gün, ümumilikdə 04 (dörd) ay 23 (iyirmi üç) gün ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 07 (yeddi) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxsdavranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsbarəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə 3 ədəd SD diskləri maddi sübut kimi iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən, elanolunduğuandan20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-84/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-84/2020
12.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver