Məhkəmə qərarları › İş №1(101)-840/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-840/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-840/2022 06.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanda da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəlsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdə Bakı şəhərində başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,088 qram çəkidə narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşımış, həmn tarixdə də o, Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 01:00 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin inzibati binasına gətirilmiş və polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən bir bükümdə 2,088 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, özü narkotik vasitə istifadəçisidir. O, 25 noyabr 2021-ci il tarixində “Papanin” adlanan yerdən adını bilmədiyi şəxsdən 40 (qırx) manata narkotik vasitə olan heroin alaraq özündə saxlamışdır. 26 noyabr 2021-ci il tarixində ünvan 5 ünvanın qarşısında olan zaman ona iki nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdilər. Polis əməkdaşları onun narkotik vasitələrin əldə etməsi və qəbulunda şübhələndiklərini bildirib ondan onlarla birlikdə polis bölməsinə getməyi xahiş etmişdirlər. Polis bölməsində ona vəkil təqdim edilmiş, sonra otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və bir nəfər video çəkiliş aparan mütəxəssisin iştirakları ilə videoçəkiliş ilə onun üzərinə baxış keçirildi. Baxış zamanı o, əynindəki şalvarın cibində olan bükümü, digər cibindən 01 ədəd elektron tərəzini və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən isə bir tərəfi ağ, digər tərəfi isə qırmızı rəngdə olan və içərisində heç bir şey olamyan 01 kağız bükümünü çıxardıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş siqaretin gümüşü rəngli kağızında bükülmüş maddə narkotik vasitə heroindir və onu öz istifadəsi üçün üzərində saxlayırmış. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırıldı, istintaq hərəkəti iştirakçılar tərəfindən imzalandı və möhürləndi. Onun üstündən aşkar edilib götürülmüş tərəzini də o, özərində elə-belə gəzdirirmiş. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid1 ifadələrində göstərdi ki, o, Nəsimi RPİ-nin 20-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Məlumat Ozalın narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə idi. Bu məlumatın yoxlanılmasından ötrü o, bölmə rəisinə raportla məruzə edib iş yoldaşı əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdə, saat 01:00 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-yə gətirilmişdir. Polis bölməsində o, müdafiəçi ilə təmin edildi. 20-ci PB-nin təhqiqatçısı polis mayoru Rasim Əliyevin xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi. Axtarış zamanı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması ona təklif edilmişdir. O da əynindəki şalvarının cibindən bir ədəd boz rəngli üzərində heç bir yazısı olmayan, üst hissəsi plastik qapaq ilə bağlanan elektron tərəzini, digər cibindən isə 01 ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş maddəni çıxaraq masanın üzərinə qoydu və üzərində başqa heç bir qanunsuz əşyanın və ya narkotik vasitənin olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, lakin heç nə tapılmadı. Bundan sonra onun təqdim etdiyi bükümlər açıldı, həmin bükümlərdən birində heç bir şey aşkar edilmədi, şalvarının cibindən çıxararaq təqdim etdiyi büküm açıldıqda isə onun içərisindən qəhvəyi rəngli maddə aşkar edildi. Ondan həmin maddənin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə bildirdi ki, o, 5 ildir ki, narkotik vasitə istifadə edir, təqdim etdiyi maddə heroindir, həmin maddəni 25 noyabr 2021-ci il tarixində “Papanin” adlanan yerdən Şamxal adlı şəxsdən 40 (qırx) manata alaraq öz istifadəsi üçün üzərində saxlayır. Bundan sonra 01 ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş maddə zərfə qoyuldu, zərf isə bağlanıb möhürləndi. Daha sonra bu barədə protokol tərtib edildi və ucadan oxundu. Heç bir əlavə və şikayət daxil olmadı. Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi hallara uyğun ifadələr verdi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onun əynindəki şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroin, sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşqdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 26 noyabr 2021-ci il tarixli 6/5256 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,088 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılıb cinayət işinin materiallarına əlavə olunmuş 17 dekabr 2021-ci il tarixli 6/5511 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “01 ədəd boz rəngli elektron tərəzi” yazısı və imzalar olan zərfdə 1 ədəd 6-12 sm ölçüdə boz rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,088 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd boz rəngli üzərində heç bir yazısı olmayan, üst hissəsi plastik qapaq ilə bağlanan elektron tərəzi 23 yanvar 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq hissə - 1,988 qram narkotik vasitə heroin, 01 ədəd boz rəngli üzərində heç bir yazısı olmayan, üst hissəsi plastik qapaq ilə bağlanan elektron tərəzi saxlanılması üçün Nəsimi RPİ-nin NH-yə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan 070 223 42 41 saylı mobil nömrəyə daxil olan və çıxan zənglər və sms mətnlərinə keçirilən baxış zamanı, “arif necesen menem ozal qaqa tema lazim olsa dinen mene pulun temiz olsun ureyin isteyen kimi yola salaram”, “Salam ay brat necəsən? menem ozal, yetim tema lazim olsa dinen mene meslehetdi tema var bide normalni yola salaram pul kesir olmasa”, “Qardasim 04 kola 01 fanta necədi?”,”Qerdes birazdan gorusek men aramiz temiz olanan sora ele gorusende imkan varmı nese vermeye”,”Qerdes bir xeber dimedin iteyirsen yoxsa qaytarım bele sene lazimdisa gotrum usaqlari yola salim xeber eleyersen getirerem mene verersen yazdigimi," ”Qardas terezi var istemirsen” məzmulu danışıqlar müəyyən olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə Psixiatrik Ekspertizasının 25 dekabr 2021-ci il tarixli, 4416 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ünsiyyətcillik, hövsələsizlik, məsuliyyətsizlik, hirslilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına uyğun olaraq etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində özünü təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi, lakin onun bu ifadələri məhkəmədə araşdırlmış sübutlarla, şahid ifadələri, onun istifadəsində olan telefona daxil olan və telefondan göndərilən məlumatlarda onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən məlumatlarla, iş üzrə maddi sübut kimi tanınmış narotik vasitə və belə maddələri ölçmək üçün istifadə etdiyi tərəzi ilə təkzib olundu. Bu səbəbdən də məhkəmə onun bu ifadələrini faktiki əsası olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. İstintaq orqanı bundan başqa Təqsirləndirilən şəxs elan edilmiş ittihama bir ədəd elektron tərəzini də daxil etmişdir. Məhkəmə, elektron tərəzininin sərbəst dövriyyəsi qadağan olunmadığını nəzərə alıb Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan «bir ədəd elektron tərəzi»nin xaric olunmasını əsaslı sayır və ittihamdan həmin ifadələri xaric edir. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə, ibtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 163 (yüz altmış üç) manat 52 (əlli iki) qəpik xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləği məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxsndun tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı sayır. Çünkü məhkəmədə Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,088 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd boz rəngli üzərində heç bir yazısı olmayan, üst hissəsi plastik qapaq ilə bağlanan elektron tərəzi 23 yanvar 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq hissə - 1,988 qram narkotik vasitə heroin, 01 ədəd boz rəngli üzərində heç bir yazısı olmayan, üst hissəsi plastik qapaq ilə bağlanan elektron tərəzi saxlanılması üçün Nəsimi RPİ-nin NH-yə təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi, 1,988 qram narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş maddə kimi, 01 ədəd elektron tərəzini istehlak dəyərini itirdiyi üçün məhv edilməsini əsəaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi təqsirli bilindiyi cinayət əməllərinin törədilməsi halları barəsində qismən etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxsun məsuliyyətini ağırlşdıran hallar müəyyən olunmadı. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 26 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şübhəli şəxs qismində tutulub, 27 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində həbs qətimkan tədbiri seçilərək hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanseri tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli 5246 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 26 noyabr 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 163 (yüz altmış üç) manat 52 (əlli iki) qəpik Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb Nəsimi RPİ-nin NH-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,088 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, qalığı 1,988 qram narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş maddə kimi, 01 ədəd elektron tərəzi istehlak dəyərini itirdiyi üçün məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Иш № 1(101)-840/2022 Мцшавиря отаьынын протоколу 06 ийул 2022-ъu iл Бакы шящяри Бакы Аьыр Ъинайятляр мящкямясинин щакими Кяримов Новруз Аьакярим оьлунун сядрлийи ilə, щакимляр Расим Якбяр оьлу Садыховдан və Azər İslah oğlu Paşayevdən ибарят тяркибдя Ялийев Озал Филйод oğlunun Азярбайъан Республикасы ЪМ-нин 234.4.3ъц maddəси ilə тягсирляндирилмясиня даир ъинайят ишиня бахыб Азярбайъан Республикасы Ъинайят-Просессуал Мяъяллясинин 346-ъы маддясиндя эюстярилян мясяляляри ардыъыллыгла мцзакиря едяркян, ашаьыдакы гяти гярарлар гябул едилди вя Азярбайъан Республикасы ЪПМ-нин 51-ъи вя 347-ъи маддяляринин тялябяриня мцвафиг щазыркы протокол тяртиб едилди. Ялийев Озал Филйод Respublikası CM-nin 234.4.3-ъц maddəси ilə Тясдигеди Инкареди тягсирляндирилир; ъи ъи ъаваблар ъаваблар ын сайы ын сайы -cinayяt hadisяsinin olmasы сцbuta yetirilди; __ сяс __ сяс - tягсирляндирилян шяхсин яmяlляриндя cinayяt tяrkibinin olmasы сцbuta __ сяс __ сяс yetirilди; -cinayяtin tюrяdilmяsinя онун aidiyyяtiнин олмасы сцbuta yetirilди; __ сяс __ сяс - онун яmяlляри Azərbaycan Respublikası CM-nin 234.4.3-cü маддясинин __ сяс __ сяс яlamяtlяrиnя uyьunдур; - o, Azərbaycan Respublikası CM-nin 234.4.3-ъц маддяси иля тягсирли __ сяс __ сяс билинди; -щямин яmяlлярин cinayяt olmasыnы aradan qaldыran hallar мцяййян __ сяс __ сяс олунмады; - ъязаны aьыrlaшdыran щаллар мцяййян олунmadı; __ сяс __ сяс -ъязаны йцнэцлляшдирян hallar мцяййян олунdu; __ сяс __ сяс -cinayяt mяsuliyyяtindяn azad etmя цчцн яsaslar йохдур; __ сяс __ сяс - тибби характерли мяъбури тядбирлярин тяйин едилмяси цчцн ясаслар __ сяс __ сяс йохдур; - она Azяrbaycan Respublikası CM-nin 234.4.3-cц maddəси i ilə ( ) il mцddяtinя азадлыгдан мящрум етмя ъязасы təyin edilməlidir - Təqsirləndirilən şəxs Ялийев Озал Филйод ekspetiza xərclərini təşkil __ сяс __səs edən 163,50 ( йцз алтымыш цч manat ялли qəpik) Məhkəmə Ekspertiza __səs Mərkəzinin AZ34CTRE********************01 saylı hesabına ödənilsin. - İş üzrə maddi sübut kimi tanınıbtanınıb Nəsimi RPİ-nin NH-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş __səs 2,088 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, qalığı 1,988 qram narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş maddə kimi, 01 ədəd elektron tərəzi istehlak dəyərini itirdiyi üçün məhv edilsin - İş üzrə mülki iddianın verilməməsi nəzərə alınmalıdır; __ сяс __səs - İш цзря хцсуси гярар чыхарылмасы цчцн ясаслар мцяййян олунмады Məhkəmədə müzakirə olunan məsələlər və qəbul edilən qərarlarla bağlı fffff hakimlər arasında fikir ayrılığı yaranmadı və hakimlərin heç birinin xüsuxüsusi rəyi olmadı. ----сяс Щакимляр: Расим Садыхов Azər Paşayev Сядрлик едян: Новруз Кяримов

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar