Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-840/2023 08.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, taksi sürücüsü, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 14 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs rəsmi nikaha daxil olmadan əvvəllər faktiki ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs onunla birlikdə yaşamaqdan imtina edib ayrılması səbəbindən qısqanclıq zəmnində sonuncunu öldürməyi qərarlaşdıraraq həmin cinayətkar niyyətini həyata keçirməkdən ötrü soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan (“Kəpənək” formalı) cib bıçağını özü ilə götürüb üzərində gəzdirərək xx.xx.2022ci il tarixdə saat 02:15 radələrində Zərərçəkmiş şəxs ofisiant kimi işlədiyi Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən “Krevetka” adlı restoranının önünə gəlib, sonuncunun işdən çıxmasından sonra küçədə Zərərçəkmiş şəxs bir dəfə yumruq zərbəsi vurub sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən alın nahiyəsinin qançırı xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs yerə yıxıldıqda üzərində gəzdirdiyi həmin bıçaqla xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə hücum edərək müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, sonuncuya işgəncə və xüsusi ağrılar verməklə bədən səthinə ardıcıl bıçaq zərbələri vurub öz hərəkətləri ilə xüsusi əzab verdiyini dərk və arzu edərək Zərərçəkmiş şəxs ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid təpə nahiyəsinin 1 (bir) ədəd, ənsə nahiyəsinin 1 (bir) ədəd, boyun nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin 11 (on bir) ədəd, bel nahiyəsinin 1 (bir) ədəd, sağ bazu nahiyəsinin 1 (bir) ədəd və sol said nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən (cəmi 17 ədəd) deşilmiş-kəsilmiş yaraları, həmçinin ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid diafraqmanın, çənbər bağırsağın zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarısının bayır səthinin 1 (bir) ədəd, qarının sol yarısının 1 (bir) ədəd: iki tərəfli hemopnevmotoraksa (hər iki döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin ön səthinin 2 (iki) ədəd döş və qarın boşluqlarına daxilə nüfuz edən (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarətlər yetirmiş, həmin vaxtı hadisənin baş verməsindən xəbər tutan insanların hadisə yerinə gəlməsindən qorxaraq oradan uzaqlaşdığından və Zərərçəkmiş şəxs vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq orada sonuncuya ixtisaslı tibbi yardım göstərilib həyatı xilas olunduğundan bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən etdiyi əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2017-ci il tarixdə Sevda Qafarova ilə ailə həyatı qurmuş və həmin evlilikdən Yunus və Almaz adlı 2 övladı olmuşdur. O, taksi sürərək qazandığı pulla ailəsini təmin etmişdir. Lakin 3 il əvvəl anası Almaz vəfat etdikdən sonra o, depressiya yaşamış, anasının ölümü ona çox pis təsir etmiş və o, həmin vaxtlarda xatırlamadığı sosial şəbəkədə baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə yazışmaqla tanış olmuş və bir neçə gün sonra «Qara Qarayev» metrostansiyasının yaxınlığında görüşmüşlər. Vüsalə ilə vaxt keçirmək onun xoşuna gəlmiş və onların münasibətləri daha da yaxınlaşmışdır. O, artıq Vüsaləyə bağlanmış və tez-tez onunla görüşməyə başlamışdır. Vüsalə ilə tanışlıqdan təxminən 2 ay sonra o, arvadı Sevdaya Vüsalə ilə münasibəti barədə danışmış, Sevda bunu çox pis qəbul etsə də, bir müddət sonra artıq onun həyatında başqa qadın olduğunu Sevda qəbul edəsi olmuşdur. hadisədən təxminən 1 il əvvəl isə Vüsalə ilə artıq sonuncunun Bakıxanov qəsəbəsində, Yanğın Mühafizə Xidmətinin yaxınlığında yerləşən kirayədə yaşadığı evdə birlikdə yaşamağa başlamışlar. Bəzi vaxtlarda isə arvadı ilə uşaqlarının yaşadığı evə də getmişdir. Vüsalənin 17 yaşlı Nəzirə adlı qızı olmuş, lakin Nəzirə Biləsuvar rayonunda Vüsalənin anası ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Vüsalə ilə bir yerdə yaşamağa başladıqdan sonra o, Vüsalənin mobil telefonunda adını və nömrəsini xatırlamadığı bir kişi ilə yazışdığını görmüşdür. Maraqlandıqda, Vüsalə onu çox istədiyini, ona xəyanət etmədiyini, telefonla yazışdığı adamı çoxdan tanıdığını və daha yazışmayacağını bildirmişdir. Vüsalə həmin adama mobil telefonda təxminən “Tərlandan ayrılım, Türkiyəyə gedərik” tipli bir mesaj yazmışdır. O, Vüsaləyə bağlandığı üçün Vüsalənin xoş sözlərindən sonra barışmış və münasibətləri normal davam etməyə başlamışdır. Təxminən 6 ay öncə o, Vüsalənin mobil telefonunda yenə başqa bir kişi ilə yazışdığını görmüşdür. Həmin vaxt Vüsalə yenə ona səhv etdiyini bildirmiş və onu bağışlamasını xahiş etmişdir. O, yenə Vüsaləyə bağlandığı üçün onunla barışmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, birlikdə olduqlarıü müddətdə Vüsalə ondan heç bir şey istəməmiş, əziyyəti də özü çəkmişdir. Ancaq o özü də laqeyid yanaşmamış, güçüm çatanı etmişdir. Lakin hadisədən təxminən 1 ay əvvəl Vüsalə Bakıxanov qəsəbəsində yerləşən “Krevetka” adlı restoranda işləməyə başlamışdır. Vüsalə orada işləməyə başladıqdan sonra evə gəlib, ona qız dostlarının sevgilililərinin onlara “İphone” markalı telefon, avtomobil aldıqlarını və həmin şeyləri istədiklərini bildirmişdir. O isə Vüsaləyə taksi sürücüsü olduğunu, ona avtomobil, telefon almağa maddi imkanının olmadığını bildirmişdir. O, Vüsaləyə onun heç nəyi olmadığını bildiyini demiş, taksi şoferi olduğunu demiş, lakin saf ürəyi və saf sevgisi olduğunu bildirmişdir. Bundan sonra Vüsalə evdə onunla danışmamış, ona qarşı pis münasibət göstərmişdir. O, Vüsalədən pis münasibətinin səbəbini soruşsa da, Vüsalə ona cavab verməmiş, onunla danışmaq istəmədiyini demişdir. O, Vüsaləni çox qısqanmış və məhz buna görə ondan ayrılıb evdən çıxıb arvadı ilə yaşadığı evə getmiş və son bir ayı artıq Vüsalə ilə yaşamamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 14 oktyabr 2022ci il tarixdə, təxminən saat 02 radələrində yaşadığı evdən çıxıb Vüsalənin işlədiyi “Krevetka” restoranına qədər piyada gəzə-gəzə getmiş, saat təxminən 03 radələrində həmin restoranının qarşısına çatmış və elə həmin vaxzt Vüsalənin həmin restorandan çıxdığını görmüşdür. Vüsalə onu görüb əvvəlcə qorxmuş, çox pis tonda ondan niyə gəldiyini, nə istədiyini soruşmuşdir. O, Vüsaləyə əvvəlcə yalandan ölkədən çıxıb getmək istədiyini bildirmiş, sonuncu dəfə onu görmək üçün gəldiyini demiş, sonra isə onunla danışmaq, bir kənara çəkilib bir-iki dəqiqə söhbət etmək, belə etməsinin səbəblərini aydınlaşdırmaq istədiyini ona demişdir. Vüsalə ilə bu barədə danışarkən sonuncunun mobil telefonuna zəng gəlmiş, onun telefonu “titrəşim” rejimində olduğundan o, Vüsaləyə zəng gəldiyini bilmişdir. O, özü hadisədən təxminən bir il əvvəl ***-***-**-** saylı telefon nömrəsindən istifadə etməyə başlamış, Vüsalə isə ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Son zamanlar Vüsalənin başqa mobil nömrəsinin də olmasından o, şübhələnmişdir. Zəng edənin kimliyi ilə maraqlandıqda Vüsalə ona “Cəhənnəm ol çıx get, nə istəyirsən məndən?” deyən zaman o, çox əsəbləşmiş və sol əli ilə Vüsaləyə bədəninin üst nahiyəsindən yumruqla vurmuş və yumruqdan sonra Vüsalə arxası üstə yerə yıxılmışdır. Bu zaman Vüsalənin mobil telefonu cibindən yerə, onun önünə düşmüşdür. O, mobil telefonu götürüb zəngə cavab verdikdə bir nəfər adını bilmədiyi kişi cinsli şəxs ondan onun kim olduğunu, Vüsalənin harada olduğunu soruşmuşdur. O, zəng edən şəxsə Vüsaləni vurduğunu və onun altında olduğunu demişdir. Bundan sonra o, Vüsalədən həmin adamın kim olduğunu soruşmuş və Vüsalə ona yalandan həmin adamın iş yoldaşı olduğunu demişdir. O, Vüsayələ gecənin bu saatında və işdən yeni çıxmasına baxmayaraq iş yoldaşının ona nə üçün zəng etdiyni soruşmuş və bundan sonra bir dəqiqəlik əsəbinə hakim ola bilməmiş və daha da əsəbləşib əynindəki qara rəngli gödəkcənin sağ cibindən qara rəngli “kəpənək” deyilən bıçağı çıxararaq Vüsalənin bədəninin müxtəlif nahiyələrinə, yəni hardan gəldi bıçaq zərbələri endirməyə başlamış, Vüsalənin bədəninin hansı hissəsinə vurduğunu dəqiq bilməmişdir. O, bıçaq zərbələri vuran zaman Vüsalə birinci zərbədə müqavimət göstərsə də, sonra heç bir müqavimət göstərməmişdir. O, bıçaq zərbəsi endirdikcə Vüsalə “ay mama” deyib qışqırmışdır. Xatırladığına görə onun bıçaq zərbələrinin təsirindən artıq Vüsalənin müqaviməti qırılmış və arxası üstə çevrildikdə o, Vüsalənin bel hissəsindən də bıçaqla vurmuşdur. O, ətrafdan qışqırıq səsləri eşitmiş və Vüsalənin səsinə insanların yaxınlaşacağından qorxduğu üçün bıçaq əlində hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Həyəcanlı olduğundan Vüsalənin mobil telefonu da o, uzaqlaşan anda onun əlində olmuş, amma onun Vüsalənin mobil telefonunu talamaq kimi bir niyyəti olmamışdır. Təxminən 400-500 metr sonra o, istifadə etdiyi bıçağı küçəyə atmış və küçədə olan zaman polis avtomobilinin işıqlarını görmüş və təslim olmağa qərar vermişdir. O, polis avtomobilinə yaxınlaşıb təslim olmuş və Vüsalənin mobil telefonunu polislərə təqdim etmiş və hətta cinayəti törətdiyi bıçağın yerini göstərmişdir. Hadisə zaman istifadə etdiyi bıçaq “kəpənək” adlandırılan qara rəngli bıçaq olmuşdur. Həmin bıçağı o, təxminən 10 il öncə metro çıxışlarının birində mağazadan almışdır. Hadisə zamanı onun əynində qara gödəkcə və boz rəngli, üzərində “Emporio Armanı” yazısı olan köynək və göy rəngli cins şalvar olmuşdur ki, hadisədən sonra o, həmin paltarları da könüllü olaraq istintaqa təqdim etmişdir. Vüsalənin isə üzərində göy rəngli şalvar və pencək olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, onun Vüsaləni bıçaqla vurmasına səbəb onu qısqanması, mobil telefonuna başqa kişidən gələn zəng, Vüsalənin ona xəyanət etməsini, onu alçaltmasını düşünməsi olmuşdur. O, Vüsalənin restoranlarda ofisiant kimi işləməsini qəbul etməmişdir. Belə ki, Vüsalə restoranda daimi olaraq kişilərlə ünsiyyət qurmalı olmuşdur ki, o, bunu qəbul etməmişdir. Vüsalə ilə ayrılmasını isə ümumiyyətlə qəbul edə bilməmişdir. Onun Vüsaləyə qarşı olan sevgisi, ona olan bağlılığı onu rahat buraxmadığından o, hadisə günü Vüsalə ilə dil tapmağa, onunla barışmağa getmiş, onu öldürmək istəməmişdir. Baş verən mübahisələr zamanı o, və Vüsalə birbirilərini təhqir etmiş, təhqirlər qarşılıqlı olmuşdur. O, Vüsaləni öldürmək istəməmiş, onu həyatdan məhrum etmək kimi bir niyyəti olmamış, Vüsalənin ona qeyriləri ilə xəyanət etdiyini fikirləşib, bu üsulla ondan qisas almaq istəmişdir. O, Vüsaləyə 12 bıçaq zərbəsi vurduğunu təqribi bilmiş, lakin sonradan Vüsaləyə 21 bıçaq zərbəsi vurduğunu öyrəndikdə özü şoka düşmüşdür. Həmin an çox qısa bir müddət olmuşdur. O, yaşadığı evdən çıxarkən üzərində bıçaqla çıxsa da, onun Vüsaləni bıçaqla vurub xəsarət yetirmək niyyəti olmamışdır. O, Vüsaləni əvvəllər heç vaxt döyməmiş, onu öldürməyə cəhd etməmişdir. Əməlindən peşimandır, himayəsində iki nəfər azyaşlı uşağının, xəstə atasının və xəstə qardaşının olmasını nəzərə almağı məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi ziddiyyətli hissələrdə elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona etdiyi xəyanətə və onu alçaltdığına görə bağışlamayacağını və Vüsaləni öldürmək istəmişdir. O, taksi sürücüsü olmuş, tanımadığı şəxsləri avtomobilinə əyləşirmiş və ehtiyat etdiyindən həmişə üzərində bıçaq olmuşdur. O, Vüsaləni bıçaqla vurub öldürmək istəmiş, adəcə ətrafdan insan səsləri gəldiyindən qorxaraq oradan uzaqlaşmış və Vüsaləyə bıçaq zərbələri vurmağı dayandırmışdır (iş vərəqə: 57-61, 197-199, 227-229). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, qeyd olunan həmin istintaq hərəkəti keçirilərkən o, hadisə vaxtı Zərərçəkmiş şəxs işlədiyi və hadisə günü işdən çıxdığı yeri, mübahisə etdikləri və sonuncunu bıçaqla vurduğu anda olan şəraiti və vəziyyəti, sonuncuya bıçaq zərbələri yetirdikdən sonra qaçdığı istiqaməti, cinayətin törədilməsində istifadə etdiyi bıçağı atdığı yeri əyani şəkildə göstərmiş, tədqiq olunan istintaq hərəkəti protokolu tərtib edilmiş və müvafiq fotoşəkillər çəkilərək tədqiq olunan protokola və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 76-88). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, heç vaxt rəsmi olaraq ailə həyatı qurmamışdır, lakin onun Nəzrin adında bir qızı vardır. O, özü təxminən son 10 il ərzində Bakı şəhərində yaşamış və işləmiş, qızı Nəzrin isə Biləsuvar rayonunda onun valideynləri ilə birlikdə yaşamışdır. Təxminən 2 il öncə sosial şəbəkədə baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə tanış olmuş, bir müddət yazışdıqdan sonra «Qara Qarayev» metrosunun yaxınlığında görüşmüşlər. Tərlan ilə vaxt keçirmək onun xoşuna gəlmiş və onların münasibətləri daha da yaxınlaşmışdır. Tərlanın da onunla vaxt keçirməkdən xoşu gəlmişdir. Bildiyi qədərilə Tərlan evli olmuş, onun 2 övladı olmuşdur. O, Tərlanın evli olmasını qəbul etməmiş, lakin Tərlan arvadı ilə ayrıldıqdan sonra Tərlanla birlikdə onun (zərər çəkmiş şəxsin) Bakıxanov qəsəbəsində yerləşən evində yaşamağa başlamışlar. Tərlan taksi sürücüsü işləmiş və qazandığı pulla həyatını təmin etmişdir. Tərlanın deməsinə görə arvadı Sevda da Tərlanın onunla yaşamasını qəbul etmiş, amma Tərlan rəsmi olaraq boşanmamışdır. Hadisənin baş verməsinin, bugünki gündə də vəziyyətin bu yerə gəlib çıxmasının səbəbi o özü olmuş, Tərlanda qətiyyən günah olmamışdır. Günah onun özündə olmuş, öz problemlərini özü həll etmək istəmiş, lakin güçü çatmamışdır. Əsəb keçirmiş, əsəblərini də onun üzərinə tökmüşdür. Zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, Tərlanla onun münasibəti əvvəllər yaxşı olsa da, 2021-ci ilin yay aylarının birində Tərlanın ona qarşqı qısqanclığı başlamış və işi ilə əlaqədar onu qısqanmağa başlamışdır. O, həmin vaxt restoranların birində ofisiant işləmişdir. Tərlan restorana gələn müştərilərdən biri ilə gülərüz danışdığı üçün onu qısqanmış və yaşadıqları evdə aralarında mübahisə baş vermişdir. Bundan sonra Tərlanın qısqanclığı artmağa başlamış və ona heç kimlə danışmamağı, heç kimlə əlaqə saxlamamağı tapşırmışdır. Lakin o, bunu qəbul etmədiyindən aralarında tez-tez mübahisələr yaşamağa başlamışlar. Onlar tez-tez mübahisə yaşasalar da, o, hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Tərlan onu döyməmiş və öldürməyə cəhd etməmişdir. O, Tərlandan ayrılmaq istəmiş və bu barədə o, Tərlana da bildirmişdir. Lakin Tərlan birlikdə yaşadıqları evi tərk etməmişdir. Tərlan onun soyuq münasibət göstərdiyini görmüş və 2022-ci ilin sentyabr ayının ortalarında birlikdə yaşadıqları evi tərk etmiş və ona artıq ayrıldıqlarını və bir daha onun qarşısına çıxmayacağını bildirmişdir. Subay və tək olduğu üçün o da başqası ilə, iş yoldaşı ilə münasibət qurmuş, aralarında başqa heç nə olmamış, sosial şəbəkələrdə yazışmışlar. Lakin Tərlanla birlikdə olduğu müddətdə ona xəyanət etməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, 2022-ci ilin təxminən sentyabr ayında Bakıxanov qəsəbəsində yerləşən “Krevetka” restoranında ofisiant kimi işləməyə başlamış və 13 oktyabr 2022-ci il tarixdə, yəni hadisə günü restoranda işdə olmuşdur. 13 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixə keçən gecə, saat təxminən 03 radələrində o, restorandan çıxan zaman restoranın qarşısında, küçədə Tərlanı görmüşdür. O, Tərlanı görən kimi ona “Nəsə olub? Niyə gəlmisən?” deyə soruşmuş, Tərlan da ona ölkədən getmək istədiyini bildirmiş, sağollaşmağa, halallaşmağa gəldiyini demişdir. O, Tərlana “Allah yolunu açıq etsin, hara gedirsən get» demiş, sözünü qurtarıb qurtarmadığını soruşmuşdur. Tərlan ona “yox” cavabı verib, onun qolundan tutaraq onu kənara qaranlıq yerə dartmış, üzərində gəzdirdiyi bıçaqla ona çoxsaylı zərbələr vurmuş və o, huşunu itirmiş, sonrakı hadisələri xatırlaya bilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Tərlana xəyanət etməsi, Tərlandan avtomobil və telefon tələb etməsi və buna görə də münasibətlərinin korlanması ilə bağlı Tərlanın dedikləri yalan olmuşdur. Tərlan onu qısqanmış və buna görə onların münasibətləri korlanmışdır. Tərlan onun restoranlarda ofisiant kimi işləməsini, kişi iş yoldaşları ilə əlaqəsinin olmasını qəbul edə bilməmiş, onu tez-tez təhqir etmiş, ona görə də onların münasibətləri soyumuş və ayrılmışlar. Tərlan ona bıçaq zərbələri vuran zaman onun mobil telefonuna bildiyi qədəriylə iş yoldaşı Əli ona zəng etmiş, həmin vaxt Tərlan telefonu açaraq Əliylə danışmışdır. Lakin həmin vaxt onun huşu getdiyi üçün Tərlanla Əlinin nə danışdıqlarını o, bilməmişdir. Təqsirləndirilən şəxs ona bıçaq xəsarətləri yetirməsinin səbəbini o, bilməmişdir. Hadisə vaxtı isə hadisə yerində kimsə olmasa da, Tərlanın bıçaq zərbələri vurmağa davam edən zaman iş yoldaşı Əlinin ora gəldiyini və hadisənin şahidi olduğunu, Əlini gördüyü üçün Tərlanın hadisə yerindən uzaqlaşdığını sonradan Əli ona danışmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs ona xəsarətlər yetirdiyi bıçaq “kəpənək” deyilən, açılıb bağlanan qara rəngli bıçaq olmuş, o, həmin bıçağı əvvəllər Tərlanın üzərində görmüşdür. Tərlan taksi sürücüsü işləmiş və həmin bıçaq həmişə onun avtomobilində olmuşdur. Bütün buna baxmayaraq o, Tərlanı bağışlamış, ona qarşı kin, şikayət saxlamamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilən üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı hadisə vaxtı sonuncunun ona bıçaq zərbələri vurduqdan sonra onun mobil telefonunu götürüb danışdığını, telefon danışığından öncə artıq Tərlanın onu bıçaq zərbələri ilə vurub öldürmək istədiyini, Tərlanın işi ilə bağlı onu qısqandığını, o, Tərlandan ayrıldığından sonuncunun onu öldürmək niyyətində olduğunu, hadisə vaxtı iş yoldaşı Əli adlı şəxsin hadisə yerinə gəlməyəcəyi təqdirdə Tərlanın onu öldürəcəyini bildirmiş, sərbəst ifadəsində göstərdiyi bütün xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı bir daha təsdiq etmişdir(iş vərəqə: 200-204). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, təxminən sentyabr ayından Bakıxanov qəsəbəsində yerləşən “Krevetka” restoranında ofisiant köməkçisi kimi işləmiş, orada işləyən zaman iş yoldaşı Vüsalə adlı ofisiantla tanış olmuş və onların bir-birlərindən xoşu gəlmişdir. Onlar sosial şəbəkə vasitəsilə mesajlaşmış və Vüsalənin də subay olduğunu, həyatında Tərlan adlı şəxsin olduğunu və Tərlandan ayrıldığını öyrənmişdir. Vüsalə ona Tərlan haqqında çox danışmamış, sadəcə ayrıldıqlarını bildirmişdir. Hadisə günədək o, Tərlanı heç vaxt görməmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 13 oktyabr 2022ci il tarixdə o, işdə olmuş, həmin gün Vüsalə də işdə olmuşdur və o, Vüsalədə qeyri-adi nəsə hiss etməmişdir. 13 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixə keçən gecə, saat təxminən 03 radələrində Vüsalə işdən çıxmış, o, həmin vaxt hələ işdə olmuşdur. Vüsalə işdən çıxandan bir iki dəqiqə sonra o, Vüsalənin telefonunun adapterinin iş yerindədə qaldığını görüb Vüsaləyə zəng etmiş, lakin Vüsalə telefonu açmamışdır. Təxminən 2-3 dəqiqə sonra o, Vüsaləyə yenidən zəng etmiş, bu dəfə adının Tərlan olduğunu sonradan öyrənib bildiyi şəxs, yəni Vüsalənin ayrıldığı Tərlan telefonu açmış və ondan kim olduğunu soruşmuşdur. O, Tərlana Vüsalənin iş yoldaşı olduğunu demişdir. Bundan sonra Tərlan Vüsalədən “Əli kimdir?” deyə soruşmuşdur. Həmin vaxt o, Vüsalənin səsini eşitmiş, Vüsalənin səsi çox zəif, halsız gəlirmiş və asta səslə “eləmə” dediyini eşitmişdir. O, Vüsalənin səsindən onun həyatının təhlükədə olduğunu başa düşmüşdür. O, Tərlanın telefonla danışan vaxt artıq Vüsaləyə bıçaq zərbələri vurduğunu sonradan anlamışdır. O, qulağında telefon restorandan küçəyə çıxmış, həmin vaxt küçədən Vüsalənin yüksək səslə qışqırıq səslərini eşitmişdir. O, restorandan kömək çağırmış, özü isə Vüsalənin qışqırıq səsi istiqamətinə qaçmışdır. Həmin vaxt qaranlıq olsa da, o, küçədə Tərlanın Vüsaləyə bıçaq zərbələri vurmasını görmüşdür. Tərlan ayaqüstə olmuş və bıçaq onun sağ əlində olmuşdur. Vüsalə isə yerdə oturmuş və ayaqları uzanıqlı vəziyyətdə olmuşdur. Tərlan onu görən kimi oradan qaçaraq uzaqlaşmış və bıçaq da həmin vaxt sonuncunun əlində olmuşdur. O, qaranlıqda Tərlanını əlindəki bıçağın əlamətlərini görməmişdir. Elə həmin vaxt restoranın adını xatırlamadığı işçiləri və administratoru Vüsal da ora gəlmiş, təcili tibbi yardıma zəng olunmuş və təcili yardım avtomobili dərhal gəlmişdir. Vüsalə avtomobilə mindirilərək xəstəxanaya aparılmışdır. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində onun Vüsaləyə zəng etdikdən sonra əsəbləşərək Vüsaləyə bıçaq zərbələri vurması ilə bağlı dediklərinin doğru olmamış, o, Vüsaləyə zəng edərkən Tərlan artıq Vüsaləyə bıçaq zərbələri vurmuşdur. Çünki Tərlan telefonu açan zaman o, Vüsalənin səsindən artıq sonuncunun həyatının təhlükədə olduğunu və ona nəsə olduğunu anlamış, Vüsalənin səsi çox zəif gəlmişdir. Tərlan sağ əlində bıçaqla Vüsalənin başının üzərində dayanmış və Vüsaləni sağ əlindəki bıçaqla vurmuşdur. O, Tərlanın sonuncu dəfə Vüsaləyə bıçaqla vurmasını görmüşdür. Belə ki, Tərlan sağ əlindəki bıçaqla Vüsalənin belinin sağ üst nahiyəsindən vurmuş və onun gəlməyini görüb dərhal oradan qaçaraq uzaqlaşmışdır. O, Vüsaləyə yaxınlaşdıqda Vüsalə ağlamış, lakin heç nə deməmişdir. Hadisə günü o, hadisə yerinə getməyəcəyi təqdirdə Tərlan Vüsaləyə xəsarət yetirməyə davam edəcək və onu bıçaq zərbələri ilə öldürəcəkmiş. Tərlan onu gördüyü üçün oradan qaçaraq uzaqlaşmışdır. Tərlanın Vüsaləni əvvəllər döyməsi, öldürməyə cəhd etməsi barədə onun məlumatı olmamışdır (iş vərəqə: 117-124). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, hadisədən təxminən 2 il əvvəl əmək müqaviləsi əsasında Bakıxanov qəsəbəsində yerləşən “Krevetka” restoranında menecer vəzifəsində işləmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs təxminən sentyabr ayından etibarən “Krevetka” restoranında ofisiant kimi işləyir. Vüsalə işlədiyi müddət ərzində özünü normal aparmış, hətta onun həyatında Tərlan adlı birinin olduğunu bilmişdir. Vüsalə ona Tərlan haqqında heç nə danışmamış, sadəcə bir neçə dəfə Tərlanın Vüsalənin arxası ilə işlədikləri restoranın qarşısına gəldiyini görmüşdür. 13 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixə keçən gecə, saat təxminən 03 radələrində Vüsalə işdən çıxmış, o, həmin vaxt hələ işdə olmuş, Vüsalədə qeyri-adi heç nə hiss etməmişdir. Vüsalə işdən çıxandan bir neçə dəqiqə sonra o, tualetə getmiş, tualetdən çıxdıqdan sonra ofisiant köməkçisi Şahid1 restorana daxil olaraq içəridəkilərdən kömək istəmişdir. Həmin vaxt o, və ofisiant Cəmalə adlı qadın dərhal həyətə çıxmış, Əlinin qaçdığı istiqamətə getdikdə Vüsalənin yerdə oturduğunu, ayaqlarının uzanıqlı vəziyyətdə olduğunu və Vüsalənin oturduğu yerin bütün qan olduğunu görmüşlər. Həmin vaxt Əli ona Vüsaləni Tərlanın bıçaqla vurduğunu və bıçağı da özü ilə götürüb qaçdığını demişdir. Lakin o, restoranın həyətində Tərlanı orada görməmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi-yardım əməkdaşları gəlmiş və Vüsaləni xəstəxanaya aparılmışlar. O, Təqsirləndirilən şəxs əvvəllər Zərərçəkmiş şəxs döyməsini və ya öldürməyə cəhd etməsini görməmiş, habelə bu barədə hər hansı məlumatı olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X3 və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid3 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər (iş vərəqə: 145-147, 148-151). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN, Bakı şəhəri Sabunçu rayon Mühafizə İdarəsində sürücü polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, onun xidməti ərazisi Bakıxanov qəsəbəsidir və avtopatrul xidməti ilə xidmət göstərməkdədir. O, xidməti vəzifələrini digər polis nəfəri Şahid5la birlikdə həyata keçirmişdir. 13 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixə keçən gecə onlar xidmətdə olmuşlar. 14 oktyabr 2022-ci il tarixdə, saat təxminən 03 radələrində Şahid5la polis avtomobili ilə xidməti ərazidə hərəkətdə olarkən Bakıxanov qəsəbəsində yerləşən “Krevetka” restoranı tərəfdə insan səs-küyü eşidib avtomobili dərhal həmin istiqamətdə sürmüş və həmin vaxt küçədə adının Vüsalə olduğunu sonradan öyrənib bildiyi qadının bıçaqlanaraq yerdə uzandığını, insanların onun başının üstünə toplaşdığını görmüş, Vüsalənin “Krevetka” restoranında ofisiant işlədiyini öyrənmişlər. Vüsaləni bıçaqlayan şəxsin hadisə yerindən yenicə uzaqlaşdığı və hal-hazırda yolda ola biləcəyi onlarak bildirilmiş, hətta Vüsaləni bıçaqlayan şəxsin qaçdığı istiqaməti onlara göstərmişlər. Bundan sonra o, və Yalçın dərhal göstərilən istiqamətdə avtomobillə hərəkətə başlamış, təxminən 300-400 metr getdikdən sonra yaşayış binasının önü ilə hərəkət edən bir nəfəri görmüşlər. Həmin vaxt gecə saat 03 radələri olduğundan və küçədə insanlar olmadığından həmin şəxsi tək gördükdə onun cinayətin törədilməsində şübhəli şəxs olduğunu fikirləşmişlər. Avtomobili həmin şəxsin yanında saxlamış və onlar hər ikisi avtomobildən enərək qeyd olunan şəxsə, hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Tərlan onların gəldiyini göbrüb qaçmaq imkanı olsa da, qaçmağa cəhd göstərməmiş, onlar özlərini təqdim etmiş və Tərlan törətdiyi cinayəti etiraf edərək qızı vurduğunu demişdir. Bundan sonra onlar Tərlanı polis bölməsinə dəvət etmiş, Tərlan da etiraz etməmişdir. Onlar Tərlanı avtomobilə mindirib 13-cü PB-nə məlumat vermiş, sonra 13-cü PB-dən digər polis əməkdaşları gəlmiş və Tərlanı təhvil almışlar. Tərlan hadisəni törətdiyi bıçağı atdığı yeri onlara göstərmiş, həmçinin zərər çəkmiş Vüsalənin telefonunu polislərə təqdim etmişdir. Tərlanın bıçağı yaşayış binasının önünə atdığı, Vüsalənin telefonunu da hadisə zamanı özü ilə apardığı müəyyən edilmişdir. Tərlan Vüsalənin telefonunu hadisənin həyəcanı ilə özü ilə apardığını bildirmişdir. Şahid polis nəfəri Şahid4 ifadəsinin davamında göstərdi ki, o, hadisənin birbaşa şahidi olmamış, hadisədən dərhal sonra hadisə yerinə gəlmiş və Tərlanı tutub bölmənin əməkdaşlarına təhvil vermişlər. Təqsirləndirilən şəxs polisə könüllü təslim olmamış, onlar polis əməkdaşları olaraq formada yaxınlaşdıqdan sonra Tərlan təslim olmuş və cinayəti etiraf etmişdir. Onlar Tərlanı görən zaman onun əli qanlı olmuş, cinayəti törətdiyi bıçağı isə artıq atmışdır. Tərlan ilə hadisə barədə hər hansı bir söhbətləri olmamış, hadisənin səbəblərini soruşmamışlar. Tərlanı saxladıqdan sonra hadisə yerinə gəldikdə isə təcili tibbi-yardım avtomobili gəlib Vüsaləni xəstəxanaya aparmışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən digər polis nəfəri Şahid5 məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» 14 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən “Krevetka” restoranının önündən keçən küçədir. Küçədə yol asfaltdır, avtomobil yoludur. Ətrafda yaşayış evləri və kommersiya obyektləri vardır. Evlər hasara alınmışdır. Restoranın çıxış qapısından sağa doğru təxminən 30 metr məsafədə, yaşayış binalarına doğru əsas yoldan ayrılmış yolun ortasında yerdə asfalt üzərində qanabənzər ləkələr vardır. Qanabənzər ləkələr gölməçə şəkilli, damcı şəkillidir. Həmin qanabənzər ləkələrdən nümunə olaraq 2 ədəd çubuqlu pambıq tampona hopdurulma yolu ilə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, hadisə yerinə baxış Təqsirləndirilən şəxs saxlanıldığı istiqamətə doğru davam etdirilmiş, qanabənzər ləkələrin olduğu məsafədən təxminən 300 metr məsafədə, Gənclik prospektində yerləşən doqquz mərtəbəli yaşayış binasının həyətyanı sahəsində, 5-ci blokun birinci mərtəbəsinin balkonun altında üzərində qanabənzər ləkələr olan “kəpənək” formalı bıçaq müəyyən edilmişdir. Həmin “kəpənək” formalı bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: 07-11). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 2489 №-li, 19 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs diafraqmanın, çənbər bağırsağın zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarısının bayır səthinin 1 (bir) ədəd, qarının sol yarısının 1 (bir) ədəd: iki tərəfli hemopnevmotoraksa (hər iki döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin ön səthinin 2 (iki) ədəd döş və qarın boşluqlarına nüfuz edən (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları, təpə nahiyəsinin 1 (bir) ədəd, ənsə nahiyəsinin 1 (bir) ədəd, boyun nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin 11 (on bir) ədəd, bel nahiyəsinin 1 (bir) ədəd, sağ bazu nahiyəsinin 1 (bir) ədəd və sol said nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən (cəmi 17 ədəd) deşilmiş-kəsilmiş yaraları, həmçinin alın nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənə bilməsi inkar olunmur, alın nahiyəsinin qançırı isə bərk küt əşya təsirindən törənmişdir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, aşkar olunan xəsarətlərin müddətləri qərarda göstərilən 14 oktyabr 2022-ci il tarixə uyğun gəlir. Dərəcəsində görə xəsarətlərdən diafraqmanın, çənbər bağırsağın zədələnməsinə səbəb olan, döş qəfəsinin sol yarısının bayır səthinin 1 (bir) ədəd, qarının sol yarısının 1 (bir) ədəd, iki tərəfli hemopnevmotoraksa (hər iki döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin ön səthinin 2 (iki) ədəd döş və qarın boşluqlarına daxilə nüfuz edən (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, təpə nahiyəsinin 1 (bir) ədəd, ənsə nahiyəsinin 1 (bir) ədəd, boyun nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin 11 (on bir) ədəd, bel nahiyəsinin 1 (bir) ədəd, sağ bazu nahiyəsinin 1 (bir) ədəd, və sol said nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən (cəmi 17 ədəd) deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, alın nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməmişdir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Yuxarıda qeyd olunan xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən xəsarətlərin hansı ardıcıllıqla yetirilməsini təyin etmək mümkün deyildir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs qeyd olunan xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanıqlı) ola bilməsi mümkün hesab edilmişdir. Xəsarətlərdən sol said nahiyəsinin deşilmiş-kəsilmiş yarası isə zərər çəkmiş şəxsin özünün müdafiəsi zamanı ala bilməsi mümkün hesab edilmişdir (iş vərəqə: 166-171). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi-bioloji ekspertizasının 694/2022-MTBŞ №-li, 30 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Tədqiq olunan rəydən görünür ki, ekspertizaya təqdim edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs uzunqol koftası, Təqsirləndirilən şəxs şalvarı, iki ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə və bir ədəd qatlanan bıçağın tiyəsi üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni, Zərərçəkmiş şəxs uzunqol koftası üzərində, həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Qeyd olunan həmin ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, təqdim olunmuş bir ədəd qatlanan bıçağın dəstəyi üzərində qan, Təqsirləndirilən şəxs uzunqol köynəyi və qolsuz gödəkçəsi üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (iş vərəqə: 178-183). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi-kriminalistik ekspertizasının 551/MTKŞ-2022- №-li, 05 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin arxa səthinin yuxarı hissəsində bir ədəd, arxa səthinin sol yarısında bir ədəd, arxa səthinin orta hissəsində üç ədəd və arxa səthinin sol yan nahiyəsində bir ədəd dəlib-kecən zədə vardır. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan zədələr və onun bədən səthində olan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilməsi mümkün hesab edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun bədəninin arxa səthində olan xəsarətlər yerləşməsinə və xarakterinə görə bir-biri ilə uyğunluq təşkil edir. Zərər çəkmiş Zərərçəkmiş şəxs bədəninin digər nahiyyələrində olan deşilmiş-kəsilmiş yaralara uyğun köynəyin üzərində zədə aşkar edilmədi ki, buda bəzi xəsarətin paltarla örtülü olmayan baş nahiyyəsində olması, köynəyin hərəkətli olması və hadisənin baş vermə şəraitindən asılı olaraq xəsarət yetirilən zaman köynəyin xəsarət nahiyyəsini örtməməsi ilə izah edilmişdir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvarın ön səthinin sol yarısında bir ədəd zədə aşkar edilmişdir. Qeyd olunan həmin zədə cırılmış zədə olub, küt yaranma mexanizmi ilə törənmişdir. Təqsirləndirilən şəxs məxsus qolsuz gödəkcənin və uzunqol köynəyin üzərində zədə aşkar edilməmişdir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır (“Kəpənək” formalı) və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə: 172- 177). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Əşyanın tanımaya təqdim edilməsi haqqında» 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayətin aləti olmuş bir ədəd qatlanan cib bıçağı (“Kəpənək” formalı) prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tanınma üçün Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu təqdim olunan bıçaqların içərisində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi bıçağı göstərmişdir. İstintaq hərəkəti prosesində müvafiq fotoşəkillər çəkilərək tədqiq olunan protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 62-67). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəməpsixiatrik və psixoloji ekspertizasının 3249 №-li, 05 dekabr 2022-ci il tarixli rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı psixi xəstəlik aşkar edilməyib. Təqsirləndirilən şəxs ictaimi təhlükəli əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da hər psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci, 21.3-cü və ya 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Tədqiq olunan rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissədən görünür ki, Təqsirləndirilən şəxs nümayişkaranəlik, qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional halında qəzəb, aqressiya yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (iş vərəqə: 184-188). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Sübutların qiymətləndirilməsi haqqında» 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd cins şalvar, 1 ədəd qolsuz gödəkcə və 1 ədəd uzunqol köynək, Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd köynək, həmçinin hadisənin predmeti olmuş 1 ədəd bıçaq və hadisə yerinə baxış zamanı qan ləkələrindən götürülmüş 2 ədəd çubuqlu pambıq tamponda nümunələr iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerinə verilmişdir(iş vərəqə: 205-219). "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrə tövsiyyə edir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 12 dekabr 2002-ci il tarixli həmin Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baş vermiş cinayət hadisəsi təqsirləndirilən şəxsin birbaşa qəsdi ilə əhatə olunmuş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən – kənar şəxslərin hadisə yerinə gəlməklə hadisəyə müdaxilə olunmasının, zərər çəkmiş şəxsin dərhal tibb müəssisəsinə çatdırılması və ona vaxtında tibbi yardım göstərilməsi səbəbindən baş verməmişdir. Məhkəmə baxışı zamanı bir daha təsdiq olundu ki, baxılan iş üzrə cinayət hadisəsi zamanı təqsirləndirilən şəxsin niyyəti, zərər çəkmiş şəxsin ondan ayrılması, həmçinin zərər çəkmiş şəxsin qeyriləri ilə ona xəyanət etməsi şübhələri səbəbindən məhz xüsusi amansızlıqla, yəni təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən çoxsaylı və həyat üçün mühüm orqanlara xəsarət yetirilməklə, qəsdən adam öldürməyə yönəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması ilə bağlı gətirdiyi dəlilləri müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini bildirsə də, son sözlə məhkəməyə müraciət edərkən tutduğu əməldən səmimi peşman olduğunu bildirmiş, həmçinin himayəsində iki nəfər azyaşlı uşaqlarının, xəstə atasının olmasını nəzərə alıb, ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin işdə olan əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 115-116). Məhkəməyədək icraat mərhələsində rəsmi sənədlər təqdim olunmasa belə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il və 2021-ci il təvəllüdlü olmaqla iki nəfər azyaşlı övladı vardır (AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış cinayət işinə əlavə edilmişdir). Məhkəmə icraatı zamanı notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir (iş materialları). Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını qüvvədə olan Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını və tutduğu əməldən səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinin sanksiyası daxilində, başa çatmayan cinayətə görə və cəzanı yüngülləşdirən hallar olduqda cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12ci maddəsinə əsasən baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinə münasibətdə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, CM-nin 59.1.9 və 59.1.10-cu (hazırda qüvvədə olan qanunvericiliyə əsasən CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü) maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza, konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda, CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinə uyğun cəza təyin etmə prinsiplərinin imperativliyini və Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan tövsiyyələrini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, törətdiyi xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd cinayət əməlinə görə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz, ona təyin olunacaq qəti cəza CM-nin 62-ci maddəsinə istinad edilmədən təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 oktyabr 2022-ci tarixdə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 14 oktyabr 2022-ci tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd cins şalvar, 1 ədəd qolsuz gödəkcə və 1 ədəd uzunqol köynək, Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd köynək, cinayət hadisəsinin predmeti olan 1 ədəd bıçaq və hadisə yerinə baxış zamanı qan ləkələrindən götürülmüş 2 ədəd çubuqlu pambıq tamponda nümunələr məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 14 oktyabr 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlar – Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd cins şalvar, 1 ədəd qolsuz gödəkcə və 1 ədəd uzunqol köynək, Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd köynək, cinayət hadisəsinin predmeti olan 1 ədəd bıçaq və hadisə yerinə baxış zamanı qan ləkələrindən götürülmüş 2 ədəd çubuqlu pambıq tamponda nümunələr məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-840/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-840/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver