Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-840/2024 12.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1963-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 13-də qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 240.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni təkrarən əldə edib özündə saxlamaqla daşımış, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,838 qram çəkidə narkotik vasitə heroini və 1,672 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 12 oktyabr 2022-ci il tarixdə Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,838 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi 1,672 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,225 qram çəkidə psixotrop maddə metamfetamini, tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram təşkil edən 02 ədəd konvalyutda ümumilikdə 12 ədəd «Alyse 150 mq (preqabalin)» göstəricili dərman preparatlarını əldə edib özündə saxlamaqla daşımış, 01 dekabr 2022-ci il tarixdə saat 17:30da Binəqədi rayon polis idarəsinin istintaq şöbəsində barəsində aparılan cinayət işi ilə bağlı həmin polis idarəsinin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşarkən özünü şübhəli apardığından Binəqədi rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri tərəfindən saxlanılaraq Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,225 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və əynindəki gödəkcənin cibindən güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram təşkil edən « Alyse 150 mq(preqabalin)» göstəricili 12 ədəd həmin dərman kapsulları aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,325 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 06 fevral 2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 21:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq 19-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 02 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,152 qram və 0,173 qram olmaqla, ümumi təmiz çəkisi 0,325 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,275 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 19 may 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 12:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 6,275 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və əynindəki gödəkcəsinin cibindən narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 40 ilə yaxın müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, dəfələrlə istifadəçi kimi məhkum olunmuşdur. Ailəlidir, 2 böyük övladı var. Lakin onun övladları ali təhsil alaraq normal həyat tərzi sürürlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Nəsimi rayonu “Papanin” deyilən ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığı el arasında “kokos” və “patı” adlanan narkotik vasitələri üzərində saxlamışdır ki, istifadə etsin. Lakin həmin tarixdə saat təxminən 19:30 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsi 2 ünvanın yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 5-ci PB-yə aparmışlar. Orada videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, baxış zamanı o özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofona bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Bu epizodu tam etiraf edir. Həmin epizodla bağlı ona həbs qətimkan tədbiri tətbiq edilməmiş, azadlıqda qalmışdır. 01 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi RPİ-in istintaq şöbəsinə çağırıldığı üçün həmin idarənin növbətçi hissəsinə gəlmiş, lakin polis əməkdaşı onu müstəntiqin yanına buraxmamışdır. O zaman üzərində patı, preqabalin həbləri olmuşdur və onları üzərinə baxxış zamanı təqdim etmişdir. Digər epizodlar üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradan əməllərini etiraf edir, lakin ona satış məqsədilə, yəni CM-nin 234.42 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamı qəbul etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞnin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid10 əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi ev 62-də yaşayan «Rəhim» adlı şəxs narkotik vasitələri əldə edir, saxlayır, gəzdirir və istifadə edir. Həmin məlumat əsasında həmkarı Şahid10la birlikdə 06 fevral 2023-cü il tarixdə saat 20:40 radələrində ünvan 5 ünvanı müşahidəyə almış, təxminən 20 dəqiqə sonra, yəni saat 21:00da hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs həmin ünvana yaxınlaşdığını görərək ona yaxınlaşıb özlərini xidməti vəsiqələrini göstərməklə təqdim etmiş, daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onu Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparmışlar. Orada onu baş təhqiqatçı Elçin Bədəlzadəyə təqdim etmişlər. Sonuncu müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masa üzərinə qoymasını təklif etdikdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülmüş bükümü, bir ədəd isə konfet kağızında olan bükülünü çıxarıb masanın üzərinə qoyaraq gümüşü rəngli siqaretin iç kağızında və konfet kağızında olan bükülülərinün içərisində «şüşə» adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin kütlələri bir gün əvvəl “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Həmçinin baxışa dair protokol tərtib olunmuş və tərtib olunmuş protokol da bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin əməkdaşı, polis çavuşu Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə həmkarı Şahid9 və digərləri ilə birlikdə Binəqədi RPİ-nin giriş hissəsində mühafizə xidməti aparan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq müstəntiq tərəfindən çağırıldığını bildirmiş və binaya keçmək istəmişdir. Ondan üzərində mobil telefon olub-olmamasını soruşduqda bildirmişdir ki, mobil telefonu yoxdur. Lakin elə bu zaman Təqsirləndirilən şəxs ciblərindən birində olan mobil telefon zəng çalmışdır. Bundan sonra onun davranışından şübhələnərək 5-ci PR-nin əməkdaşlarını dəvət etmiş, sonuncular hadisə yerinə gələrək onu bölməyə aparmışlar. Əməkdaşlar ora gəldikdə Təqsirləndirilən şəxs özü onlara üzərində qanunsuz əşyalar olmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs bölmədə üzərinə baxışda iştirak etməmiş, baxış zamanı Təqsirləndirilən şəxs dəqiq nə aşkar edildiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin əməkdaşı, polis çavuşu Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə həmkarı Şahid8 və digərləri ilə birlikdə Binəqədi RPİ-nin giriş hissəsində mühafizə xidməti aparan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq müstəntiq tərəfindən çağırıldığını bildirmiş və binaya keçmək istəmişdir. Ondan üzərində mobil telefon olub-olmamasını soruşduqda bildirmişdir ki, mobil telefonu yoxdur. Lakin elə bu zaman Təqsirləndirilən şəxs ciblərindən birində olan mobil telefon zəng çalmışdır. Bundan sonra onun davranışından şübhələnərək 5-ci PR-nin əməkdaşlarını dəvət etmiş, sonuncular hadisə yerinə gələrək onu bölməyə aparmışlar. Əməkdaşlar ora gəldikdə Təqsirləndirilən şəxs özü onlara üzərində qanunsuz əşyalar olmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs bölmədə üzərinə baxışda iştirak etməmiş, baxış zamanı Təqsirləndirilən şəxs dəqiq nə aşkar edildiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PBnin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 12 oktyabr 2022-ci il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1963-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhər ərazisində qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında həmkarları Şahid6 və Şahid5la birlikdə keçirilmiş tədbir zamanı 12 oktyabr 2022-ci il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs ünvan 8 ünvanının yaxınlığında saxlanılmış və Binəqdi RPİ-nin 5-ci PB-nə gətirilərək təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin videoçəkiliş aparılması üçün Binəqədi RPİ-nin kriminalisti dəvət olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki göy rəngli cins şalvarın cibindən 2 ədəd şəffaf rəngli sellefona bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içində olan narkotik maddə heroin və psixotrop maddə metafetamin vardır. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda birinin içində heroinə, digərinin içində isə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin heroini və metamfetamini xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində öz istifadəsi üçün 10 manata Nəsimi rayonu «Papanin» adlanan ərazidə tanmadığı şəxsdən aldığını bildirmişdir. Həmin bükümlər qablaşdırılaraq möhürlənmiş, daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 12 oktyabr 2022-ci il tarixdə bölməyə daxil olmuş məlumatda xx.xx.1963-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhər ərazisində qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında həmkarları Şahid6 və Şahid4 ilə birlikdə keçirilmiş tədbir zamanı 12 oktyabr 2022-ci il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs ünvan 8 ünvanının yaxınlığında saxlanılmış və Binəqdi RPİ-nin 5-ci PB-nə gətirilərək təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin videoçəkiliş aparılması üçün Binəqədi RPİ-nin kriminalisti dəvət olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki göy rəngli cins şalvarın cibindən 2 ədəd şəffaf rəngli sellefona bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içində olan narkotik maddə heroin və psixotrop maddə metafetamin vardır. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda birinin içində heroinə, digərinin içində isə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin heroini və metamfetamini xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində öz istifadəsi üçün 10 manata Nəsimi rayonu «Papanin» adlanan ərazidə tanmadığı şəxsdən aldığını bildirmişdir. Həmin bükümlər qablaşdırılaraq möhürlənmiş, daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin PPXB-nün polis nəfəri Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə həmkarı Şahid8 və Şahid9la birlikdə Bakı şəhəri Binəqədi RPİ-nin giriş hissəsində mühafizə xidməti aparan zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq müstəntiq tərəfindən çağırıldığını bildirmiş və binaya keçmək istəmişdir. Ondan üzərində mobil telefon olub-olmamasını soruşduqda bildirmişdir ki, mobil telefonu yoxdur. Lakin Təqsirləndirilən şəxs üzərini qanunsuz hər hansı predmetin olub-olmamasını yoxladıqda üzərində mobil telefon olmasını, sellofan büküm olmasını və həblər olmasını müəyyən etdikdə onun davranışından şübhələnərək 5-ci PB-nin əməkdaşlarını dəvət edərək Təqsirləndirilən şəxs onlara təqdim etmişlər. O da Təqsirləndirilən şəxs bölməyə müşahidə etmiş, orada üzərinə baxışda iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq təhqiqatçıya bir bükümdə psixotrop maddə metamfetamin və həbləri təqdim etmiş, həblərin də narkotik olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Ona əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi ev 62-də yaşayan «Rəhim» adlı şəxs narkotik vasitələri əldə edir, saxlayır, gəzdirir və istifadə edir. Həmin məlumat əsasında həmkarı Şahid3la birlikdə 06 fevral 2023-cü il tarixdə saat 20:40 radələrində ünvan 5 ünvanı müşahidəyə almış, təxminən 20 dəqiqə sonra, yəni saat 21:00-da hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs həmin ünvana yaxınlaşdığını görərək ona yaxınlaşıb özlərini xidməti vəsiqələrini göstərməklə təqdim etmiş, daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onu Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparmışlar. Orada onu baş təhqiqatçı Elçin Bədəlzadəyə təqdim etmişlər. Sonuncu müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masa üzərinə qoymasını təklif etdikdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülmüş bükümü, bir ədəd isə konfet kağızında olan bükülünü çıxarıb masanın üzərinə qoyaraq gümüşü rəngli siqaretin iç kağızında və konfet kağızında olan bükülülərinün içərisində «şüşə» adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin kütlələri bir gün əvvəl “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Həmçinin baxışa dair protokol tərtib olunmuş və tərtib olunmuş protokol da bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 19 may 2023-cü il tarixdə idarəyə daxil olan əməliyyat məlumatdan məlum olmuşdur ki, ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışi ilə məşğuldur. Məlumatla əlaqədar müvafiq qərar qəbul edilmiş, ondan və həmkarı Şahid2 ibarət əməliyyat qrupu yaradılmaqla elə həmin gün saat 11.30-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanının yaxınlığında sonuncu saxlanılmış və Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilməklə təhqiqatçıya təqdim edilmişdir. Bundan sonra təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş və sonuncu təhqiqatçının təklifi əsasında özü könüllü olaraq əynində olan qəhvəyi rəngli gödəkcəsinin iç cibindən 1 ədəd kibrit qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi pul özünə qaytarılmış, ona məxsus 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kibrit qutusuna baxış keçirilən zaman içərisindəki gümüşü rəngli kağız bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki maddənin narkotik maddə heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, saxlanıldığı gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis bölməsində olan zaman ona qarşı heç bir zor tətbiq edilməmiş, üzərinə narkotik vasitə qoulmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid6 Sayad oğlunun ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Bİnəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. 01 dekabr 2023-cü il tarixdə işdə olan zaman Bİnəqədi RPİ-nin PPXBnün polis nəfərləri polis serjantı Şahid7, Şahid9 və Şahid8 raportla Binqədi RPİ-nin 5-ci PBnin rəisinə raportla məruzə edərək bildirmişlər ki, Bİnəqədi RPİ-nin 1 saylı nəzarət buraxılış məntəqəsində xidmət aparan zaman, Rəhim adlı şəxs 1 saylı posta yaxınlaşaraq istintaq şöbəsinə gəldiyini və müstəntiq Rasim Məmmədovun çağrışı ilə gəldiyini bildirmişdir. Həmin şəxsin hərəkətlərindən şübhələnərək həmin şəxsi saxlamışlar, həmin şəxs verilən suallara cavab verə bilmədiyindən və özünü şübhəli apardığından şəxsiyyətini təsdiq edən sənədi tələb etdikdə üzərində sənəd olmamasını bildirdikdə Rəhim adlı şəxsi ərazi üzrə Bİnəqədi RPİ-nin 5-ci PB-nə əməliyyat qrupunun gəlməsi barədə 5-ci PB-nə, Bİnəqədi RPİ-nin Növbətçi həssəsinə məlumat vermişdirlər. Bununla əlaqədar o və polis nəfəri Şahid7 həmin şəxsi PB-nə gətirərək təhvil vermişdirlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrarayon M.Cəlil küçəsi ev 62, mənzil 4-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqların birinə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin Bİnəqədi RPİ-nin kriminalisti dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol arxa cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü və qara rəngli gödəkcənin sol iç cibindən 12 ədəd üzərində “Alsye” yazılan həbləri çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan həmin şalvarrın sağ yan cibindən bir ədəd İNOİ markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülər açıldıqda psixotrop maddə memamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünün içində olan psixotrop maddə metamfetamindir, 12 ədəd həb isə təsiredici maddədir. Həmçinin Təqsirləndirilən şəxs bildirdi ki, həmin maddələri 2022-ci ilin oktyabr ayının əvvəllərində 12 ədəd həbi Semaşka xəstəxanasının yaxınlığında tanımadığı şəxsdən 2 manata almış bir ədəd bükümü isə Kubinka deyilən ərazidə tanmadığı lakin adının Oktay olduğunu bildiyi şəxs pay vermişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. xx.xx.2023-cü il tarixli epizod üzrə sübutlar: Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlananxx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olur. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi ev 62 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirlmiş, baxış zamanı əynində olan gödəkcəninin sağ yan cibindən 01 ədəd elektron tərəzini, şalvarın sağ yan cibindən «Nokia» markalı mobil telefonu, sol yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içində olan narkotik maddə heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, bu gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində tanmadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarxili Bakı şəhər Nəsimi rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkantədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmin qərarın mətnindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmədə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları onu saxladıqda üzərində 0,04 qram narkotik vasitə heroin olduğunu, həmin heroini şəxsi istifadəsi üçün saxladığını, elektron təərəzini isə məişətdə istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən müəyyən olunur ki, o 40 ildir ki, narkotik vasitə olan «kakos» kimi adlanın heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində ünvan 12 ünvanın qarşısında iki nəfər mülki geyimli polis əməkdaşaları tərəfindən saxlanılmış, ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhələnərək onu Nəsimi RPİ-nə dəvət etmişlər. Həmin vaxt üzərində narkotik vasitə olmuşdur. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirilmiş və o əynindəki gödəkçənin ciblərində olan bir ədəd elektron tərəzini, əynində olan şalvarının ciblərində saxladıığı «Nokia» markalı mobil telefonu və bir ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusunda gümüşü rəngli kağız bükümüdə heroin olduğunu bildirmiş və həmin kibrit açıldıqda bükümdə olan heroin aşkar edilmişdir. Tərizi ilə heroin qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri onun və digər iştirakçıları tərəfindən imzalanmışdır. Həmin heroini xx.xx.2023-cü il tarixdə «Papanin» deyilən ərazidə 25 manata əldə emişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus «Nokia» markalı mobil telefonda olan məlumatlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edə biləcək sms mətni və ya dicər məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 19 may 2023cü il tarixli, 6/2915 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə maddə, təmiz çəkisi 6,275 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli narkotik vasitənin saxlanılması üçün verilməsinə dair qərardan müəyyən oluqnur ki, 19.05ö2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğtlunda aşkar olunaraq götürülmüş. Ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,225 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli epizod üzrə sübutlar: Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid10 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, ünvan 13 ünvanda yaşayan «Rəhim» adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması daşıması və istifadəsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 21:00-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 62 ünvanın qarşısında narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməklə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış videoçəkiliş aparılmaqla keçirilmiş “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 06 fevral 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan idman şalvarın sağ cibindən 01 ədəd gümüşü rəngli siqaretin iç kağızında, 01 ədəd isə konfer kağızında olan bükülünü çıxarıb masanın üzərinə qoymuş, həmin 01 ədəd konfer kağızında «kakos» olduğunu, siqaretin iç kağızında isə «şüşə» olduğunu bildirərək, həmin maddələri bir gün əvvəl «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadə üçün 10 manata aldığını bildirmişdir. Həmin bükümlər qablaşdırılmış, möhürlənmiş və baxışın iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/733 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan – 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,152 qram, 0,173 qram ümumi təmiz çəkisi 0,325 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsindən müəyyən olunur ki, o şəxsi axtarış zamanı üzərində olan 02 bükümdən birinin içərisində səhvən heroin olmasını bildirmişdir. Əslində isə ondan aşkar edilmiş hər iki bükümdə psixotrop maddə metamfetamin olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon prokurorunun 08 fevral 2023-ci il tarixli «vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında» qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsina dair müstəntiq Ədil Bayramovun xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli epizod üzrə sübutlar: Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri Şahid7, Şahid9 və Şahid8 -1.12.2022-ci il tarixli parortundan müəyyən olunur ki. Həmtin tarixdə saat 17:30 radələrində Binəqədi RPİ-nin mühafizəsində xidmətdə olarkən posta bir nəfər Rəhim adlı şəxs istintaq şöbəsinə keçmək istəyini bildirmiş, lakin həmin şəxs meyxoş vəziyyətdə olduğundan və özünü şübhəli apardığından inzibati binaya daxil olmasına icazə verməmiş və onu 5-ci PB-nin əməkdaşlarına təhvil vermişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinməklə tutulmuşdur Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında" 01”12.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, 01 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sol arxa cibindən 01 ədəd gümüşü kağıza bükülmüş büküm və qara rəngli gödəkcəsinin sol iç cibinedən 12 ədəd “Alyse” markalı preqabalin həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 6/6850 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə maddə, təmiz çəkisi 0,225 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində “Alyse 150 mq (preqabalin)” markalanma göstəricisi olan 2 ədəd konvalyutdakı ümumilikdə 12 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır. Təqdim edilmiş 12 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,8 qramdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 6/5907 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd bükümdə təmiz çəkisi 0,838 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 1,672 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış 03 dekabr 2022-ci il tarixli Bakı şəhəri Binəqədi rayon prokurorunun «təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirin seçilməsi barədə” qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsina dair müstəntiq Raciv Almazovun xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Binəəqədi RPİ-nin MSY-dən azad edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə barsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli epizod üzrə sübutlar: Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Elvin Əmrlinin xx.xx.2022-ci il tarixli raportundan müəyyən olunur ki, ünvan 13 ünvanda yaşayan Təqsirləndirilən şəxsn qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 20:35-də CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə sellofan bükümü aşkar edilmişdir. Təqsirləndirilən şəxs deməsinə görə bükümlürin dirində «kokos». Digərində isə «patı» vardır. Həmin bükümləri həmin gün saat 15 radələrində «Papanin» deyilən ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 6/5907 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd bükümdə təmiz çəkisi 0,838 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 1,672 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış 14 oktyabr 2022-ci il tarixli Bakı şəhəri Binəqədi rayon prokurorunun «təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirin seçilməsi barədə» qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsina dair müstəntiq Rasim Məmmədovun xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-dən azad edilməsi müəyyən edilmişdir. 14 oktyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə təqstirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, 01.12.022-03.12.022-ci il tarixlərdə, xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə - 09 gün müddətində həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2781 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərər məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1688 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı psixi fəaliyyətin və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmayıb. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “telefon məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə aid CD diskə baxış protokolundan görünür ki, SMS tarixçəsində olan sms mətnlərində aşağıdakılar müəyyən edilmişdir: ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 23:49-da daxil olmuş sms mətnində “Qaqaş 30m vermişəm sənə çetnən vermisən mənə diyirsən 03-də səhər verərəm verdiyin 02-diki beyəm”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 23:44-də daxil olmuş sms mətnində “Rəhim olmadiki qaqaş daşdardı diiye bu.02-di beyəm”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 23:29-da daxil olmuş sms mətnində “Əyib olsun sənə 02, 03 temaya görə özüvü tüliaga kimi aparırsan”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 09:25-də daxil olmuş sms mətnində “gələndə gətir də yarım” sms mətnləri aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 51/2-31223 nömrəli, 13 iyul 2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilsə də, üstündən aşkar edilmiş narkotik vasitəni harada və kimlərdən almasını, kimlərə narkotik vasitə verməsi və ya satması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, 19 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,225 qram narkotik vasitə olan heroin və 01 ədəd elketron tərəzi,xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,225 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. 01 dekabr 2022-ci il tarixdə Rəhim Ağamirzə oğlundan götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,175 qram psixotrop maddə metamfetamin,10 ədəd güclü təsir edən maddə preqabalin kapsulları, 12 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq 0,788 qram narkotik vasitə heroin və 1,622 olan psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmədə tədqiq olunmuş təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunduğunu və cəzanı çəkib qurtardıqdan iki il keçdiyini nəzərə alaraq o, məhkumluğu ödənilmiş hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi əməllər üzrə üzərinə baxış protokolları, sms yazışmaları, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarında qeyd olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıya əsasən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hər birinin təmiz çəkisi 2 qramdan artıq olduğu halda külli miqdar kimi qiymətləndirilməlidir. Cinayət işi üzrə toplanmış istintaq materialları ilə müəyyən edilmişdir ki, 19 may 2023cü il tarixdə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz yolla əldə etmiş olduğu narkotik vasitə heroinin təmiz çəkisi 6,275 qram təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş təmiz çəkisi 6,275 qram təşkil edən narkotik vasitə heroin qeyd olunan Qərarda göstərilənlərə əsasən külli miqdar hesab olunmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarın 3 bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə təmiz çəkisi külli miqdar təşkil edən 6,275 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində heroinin izləri olan narkotik vasitələrin satışı üçün istifadə edilən elektron tərəzi, xx.xx.2023-cü il tarixdə ayrı-ayrılıqda təmiz çəkisi 0,152 qram və 0,173 qram olmaqla ümumi təmiz çəkisi 0,325 qram olan üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 dekabr 2022-ci il tarixdə təmiz çəkisi 0,225 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində “Alyse 150 mq (preqabalin)” markalanma göstəricisi olan 2 ədəd konvalyutdakı tərkibindəki güclü təsir edən maddə preqabalinin təsiredici miqdarının 1,8 qram təşkil edən dərman preparatları, 12 oktyabr 2022-ci il tarixdə təmiz çəkisi 0,838 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 1,672 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi axtarış zamanı aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində isə göstərilir ki, Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş güclü təsir edən maddə preqabalini üzərində satış məqsədilə saxlamaqla daşımış bu isə Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsinin tərkib hissəsini yaradır. Təqsirləndirilən şəxs subyektiv cəhətdən öz əməllərinin ictimai təhlükəliliyini dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Belə ki, o, qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, elə də, güclü təsir edən maddə preqabalini satış məqsədilə əldə etdiyini, həmin əldə etdiyi maddələri üzərində saxladığını və gəzdirdiyini dərk etmiş, öz əməllərinin ictimai təhlükəli olduğunu anlamış və istəmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin, güclü təsir edən maddə preqabalinin özünə məxsus olmasını bildirsə də, belə vasitə və maddənin satışı ilə məşğul olmadığını və yalnız istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsini həqiqətə uyğun olmayan, şahid ifadələri, telefon məlumatlarına baxış keçirilməsi protokolları, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunan ifadə kimi qiymətləndirilir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəza çəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərər məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,225 qram narkotik vasitə olan heroin və 01 ədəd elketron tərəzi, 0,225 qram psixotrop maddə olan metamfetamin, Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,175 qram psixotrop maddə metamfetamin, 10 ədəd güclü təsir edən maddə preqabalin kapsulları, 0,788 qram narkotik vasitə heroin və 1,622 olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 351 (üç yüz əlli bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçina üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə, CM-nin 240.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, 01.12.022-03.12.022-ci il tarixlərdə, xx.xx.2023-xx.xx.2023-cü il tarixdlərdə, həbsdə saxlanıldığı 09 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətində azıdlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,225 qram narkotik vasitə olan heroin və 01 ədəd elketron tərəzi, 0,225 qram psixotrop maddə olan metamfetamin, Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,175 qram psixotrop maddə metamfetamin, 10 ədəd güclü təsir edən maddə preqabalin kapsulları, 0,788 qram narkotik vasitə heroin və 1,622 olan psixotrop maddə metamfetamin məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 351 (üç yüz əlli bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-840/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-840/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver