Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-840/2025 09.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Cəlilabad rayonu, Novoqolovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 az yaşlı uşağı olan, orta təhsilli, İİİ qrup əlil, işləməyən, məhkumluğu olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massivdə yerləşən nömrəsiz fərdi evdə yaşamış, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-15/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 569/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 07 (yeddi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edərək saxlayıb daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı İİR-nın vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək naməlum şəraitdə və vaxtda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 12135 qram narkotik vasitə qurudulmuş marixuananı Salyan rayonu ərazisindən əldə edib bir ədəd kisədə olmaqla etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərinə yerləşdirib daşıyaraq saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 20:10-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Qaradağ rayonu, BDYPİ-nin 719 saylı stasionar postunun yaxınlığında saxlanılaraq həmin tarixdə saat 20:15-dən etibarən etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün iştirakı ilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən bir ədəd sarı rəngli kisənin içərisindən on iki ədəd bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 1000 qram, 990 qram, 1030 qram, 1005 qram, 1025 qram, 1030 qram, 1010 qram, 1000 qram, 1090 qram, 990 qram, 1000 qram, 965 qram olmaqla, ümumi təmiz çəkisi 12 kq 135 qram külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, yenidən qəsdən təkrarən şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışının həyata keçirilməsi barədə əvvəlcədən razılığa gəlib naməlum şəraitdə və vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq eyni tərkibli külli miqdarda dərman tabletlərini Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə edərək bir ədəd polietilen bağlamada qablaşdırıb qanunsuz olaraq öz üzərində daşımaqla yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massivdə yerləşən nömrəsiz fərdi evində gizlədib saxlamış və həmin evə baxış keçirilən zamanı bir ədəd polietilen bağlamada 965 qram çəkidə külli miqdarda bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 101,516 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərlərində “Methadone 40...Faran” yazıları olan 06 ədəd blisterdə tərkiblərində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 2,36 qram təşkil edən 59 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş eyni tərkibli külli miqdarda dərman tabletlər və üzərlərində “Namadol 225mg...Tramadol Hydrochloride” yazıları olan 30 ədəd blisterdə tərkiblərində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadolun təsir maddəsinin ümumi miqdarı 67,5 qram təşkil edən 300 ədəd üzərlərində “225” yazısı həkk olunmuş eyni tərkibli külli miqdarda dərman tabletləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, idarə etdiyi “VAZ 2107” markalı atomobilində saxladığı və çəkisi təxminən 12 kq olan marixuananı həqiqətən də özünü “Baba” kimi təqdim edən şəxsdən əldə etmişdir. Belə ki, tutulmamışdan təxminən dörd gün əvvəl sosial şəbəkələrin birində bir nəfər şəxslə tanış olmuş, həmin şəxs özünü ona “Baba” kimi təqdim edib İİR-nın vətəndaşı olduğunu və uzun müddətdir ki, narkotiklərin dövriyyəsi ilə məşğul olduğunu bildirərək ona pul müqabilində kömək etməsini xahiş etmişdir. O da həmin şəxsə maddi imkanı zəif olduğu üçün razılığa gəlmiş, razılığa əsasən o, heç kimlə əlaqəyə girmədən Babanın ona göndərdiyi ünvandan narkotikləri götürərək bir qədər özündə saxlamış və ona deyilən vaxtlarda və ünvanlara yerləşdirmiş və bunun müqabilində Baba onun istifadəsində olan bank kartına pul göndərmişdir. Onlar Baba ilə bu cür qaydada 3-4 dəfə iş görmüşlər. Sonuncu dəfə saxlanıldığı gün Baba onunla əlaqə saxlayaraq Salyan rayonuna getmək lazım olduğunu deyərək ona gedəcəyi ünvanın konumunu göndərmişdir. O da Salyana gedərək həmin ünvandan 01 ədəd iri həcmli torbanı idarə etdiyi “VAZ 2107” markalı atomobilin arxa oturacağına qoyub yola çıxmışdır. Baba bu işi gördüyü üçün onun kartına 300 manat pul göndərmişdir. Bakıya çatan zaman yorulduğu üçün avtomobili magistral yolun kənarına çəkərək hava almaq üçün maşından düşmüşdür. Maşının yanında su içən zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək videoçəkilişlə üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilməli olduğunu bildirmişlər. O, buna etiraz etməmiş və həmin vaxt ona üzəridə qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, üzərində və ciblərində olan bütün əşyaları təqdim etmiş, onun şəxsiyyət vəsiqəsi ilə mobil telefonu götürülmüşdür. Daha sonra isə avtomobilin arxa oturacağında yerləşdirdiyi, Salyan rayonuna gedərək götürdüyü və içərisində 12 ədəd bağlamada nəşə olan kisəni çıxarıb təqdim etmişdir. Həmin maddələri “Baba” adlı İranlı şəxsin vasitəsilə əldə etmiş və pul müqabilində ona deyiləcək yerlərə yerləşdirəcəkmiş. Bundan başqa heç bir yerdə narkotik vasitə saxlamamasını və yaşadığı mənzildə aşkar olunan narkotik vasitələr barədə məlumatının olmadığını bildirmişdir. Daha sonra gənc, İİİ qrup əlil və 1 az yaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərində olan videogörüntülər, CD disklərində olan bank məlumatlarını özündə əks etdirən pul köçürülməsinə dair məlumatlar və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə BNMİ-yə daxil olmuş məlumatda 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, idarə etdiyi “VAZ” markalı avtomobildə daşıması və yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massivdə yerləşən evdə saxlaması göstərilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmişdir. Həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, yaradılmış əməliyyat qrupunun rəhbərliyi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri kimi isə həmin İdarənin baş əməliyyat müvəkkilləri Şahid2, Şahid4 və əməliyyat müvəkkilləri Şahid3 ilə Şahid5 təyin edilmişlər. xx.xx.2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 20:10-da Bakı şəhəri, Qaradağ rayonu, BDYPİ-nin 719 saylı stasionar postunun yaxınlığında idarə etdiyi VAZ 2107 markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkət edən zaman saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sonuncunu sorğu etmişlər və saxlanılmış şəxs özünü onlara təqdim edərək adını və soyadını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilməklə hüquq və vəzifələri izah edilmişdir. Sonuncunun paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onun üzəri tərəfindən videoçəkilişlə əməliyyat tədbirində iştirak edən əməkdaşlardan ibarət tərkibdə olmaqla yoxlanılmışdır. Videoçəkiliş “iPhone” markalı mobil telefonun videokamera funksiyasından istifadə etməklə Şahid3 tərəfindən aparlmışdır. Bu vaxt Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra sonuncu əynində olan şalvarının ciblərindən özünə məxsus şəxsiyyət vəsiqəsini, nağd pul, açarları və bir ədəd mobil telefonunu təqdim etmişdir. Həmin əşyalardan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə mobil telefonu götürülmüş, digər əşyalar isə özünə geri qaytarılmışdır. Bundan sonra sonuncunun avtomobilinə baxış keçirilməzdən əvvəl həmin nəqliyyat vasitəsində ola bilməsi ehtimal edilən dövriyyəsi qadağan edilmiş maddələri təqdim etməsi təklif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin avtomobilin qapısını açaraq arxa oturacağın üzərində olan bir ədəd sarı rəngli kisəni çıxarıb təqdim etmişdir. Həmin kisə açılaraq içərisinə keçirilən baxış zamanı orada 12 ədəd hər birinin içərisində qurudulmuş ota bənzər, zahiri görünüşünə və qoxusuna görə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə kütlələri olan bağlamalar aşkar edilmişdir. Həmin kütlələr qablaşdırılıb götürülmüş və elektron tərəzidə çəkilmişdir. Qeyd edilən maddələrdən əlavə avtomobildə əlavə heç bir maddə aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr barədə sonuncu bildirmişdir ki, həmin maddə narkotik vasitə qurudulmuş marixuanadır və həmin maddəni sonradan ayrı-ayrı yerlərə yerləşdirmək məqsədi ilə internet vasitəsilə tanış olduğu İİR-nın vətəndaşının vasitəsilə Salyan rayonu ərazisinə gedərək əldə etmiş və avtomobildən başqa yaşadığı evdə də narkotik vasitə saxladığını və evə baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Bundan sonra qeyd olunan tərkibdə saxlanılmış şəxsin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7ci massivdə yerləşən nömrəsiz fərdi evə yollanılmışdır. Həmin evə çatanda videoçəkilişlə baxış aparılmasına başlanılmışdır. Videoçəkiliş bu dəfə də Şahid3 tərəfindən mobil telefon vasitəsilə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs evdə saxlaması barədə məlumat verdiyi maddələri təqdim etməsi təklif edilmişdir. Bundan sonra sonuncu yaşadığı evin mətbəx hissəsində yerləşən dolabı açaraq oradan bir ədəd göy rəngli torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman torbanın içərisindən bir ədəd bağlamada qurudulmuş ot şəklində, zahiri görünüş və qoxusuna görə narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan kütlə, bir ədəd bükümdə qəhvəyi rəngli, zahirən narkotik vasitə heroinə bənzər maddə, 59 ədəd üzərində “metadon” və 300 ədəd üzərində “namadol” yazıları olan həblər aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Aşkar edilmiş maddələr barədə Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitələr olduğunu, pul müqabilində ona deyiləcək ünvanlara çatdırmaq məqsədilə İİR-nın vətəndaşı vasitəsilə gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Hər iki baxışla əlaqədar yerində protokol tərtib edilməsinə şərait olmadığına görə onlar BNMİ-yə çatan zaman bu barədə ayrıca olaraq iki müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə saxlanılmış şəxs aşkar edilərək götürülmüş maddələrlə birlikdə araşdırmanın aparılması həvalə edilmiş təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçı tərəfindən təqdim edilmiş qablaşmalara videoçəkilişlə qeyd edilən tərkibdə BNMİ-də xidməti kabinetdə baxış keçirilmişdir. Baxış zamanı təqdim olunan kisələr və iki ədəd DVD disk tədqiq olunmuş, aşkar edilmiş maddələr barədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bir daha sorğu edilərkən qeyd edilən maddələri İİR-nın vətəndaşının vasitəsilə Salyan və Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə edərək deyiləcək ünvanlara yerləşdirmək məqsədilə idarə etdiyi avtomobildə və yaşadığı evdə saxladığını, bu işə görə özünə ilk əvvəl 100 manat, daha sonra isə əlavə 300 manat pul verildiyini qeyd etmişdir. Aşkar edilmiş maddələr qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkilləri Şahid3 və Şahid5 məhkəmə iclasında onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr verərək göstərmişlər ki, həqiqətən də Təqsirləndirilən şəxs məxsus olan VAZ 2107 markalı **-NV- *** dövlət qeydiyyat nişanlı avtomobildən içərisində 12 ədəd hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan bağlamalar olan kisə aşkar edilmişdir. Bundan başqa sonuncunun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7ci massivdə yerləşən nömrəsiz fərdi evdən içərisində 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan kütlə, 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 59 ədəd üzərində “metadon” və 300 ədəd üzərində “namadol” yazıları olan həblər olan torba aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri İİR-nın vətəndaşının vasitəsilə Salyan və Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə edərək ona deyiləcək ünvanlara yerləşdirmək məqsədilə idarə etdiyi avtomobildə və yaşadığı evdə saxladığını, bu işə görə özünə ilk əvvəl 100 manat, daha sonra isə əlavə 300 manat pul verildiyini bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X4 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə BNMİ-yə daxil olmuş məlumatda 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, idarə etdiyi “VAZ” markalı avtomobildə daşıması və yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massivdə yerləşən evdə saxlaması göstərilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmişdir. Həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, yaradılmış əməliyyat qrupunun rəhbərliyi Şahid1 həvalə edilmiş, əməliyyat qrupunun üzvləri kimi isə özü, həmin İdarənin baş əməliyyat müvəkkili Şahid2 əməliyyat müvəkkilləri Şahid3 ilə Şahid5 təyin edilmişlər. xx.xx.2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 20:10-da Bakı şəhəri, Qaradağ rayonu, BDYPİ-nin 719 saylı stasionar postunun yaxınlığında idarə etdiyi VAZ 2107 markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkət edən zaman saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sonuncunu sorğu etmişlər və saxlanılmış şəxs özünü onlara təqdim edərək adını və soyadını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilməklə hüquq və vəzifələri izah edilmişdir. Sonuncunun paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onun üzəri tərəfindən videoçəkilişlə əməliyyat tədbirində iştirak edən əməkdaşlardan ibarət tərkibdə olmaqla yoxlanılmışdır. Videoçəkiliş “iPhone” markalı mobil telefonun videokamera funksiyasından istifadə etməklə Şahid3 tərəfindən aparlmışdır. Bu vaxt Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra sonuncu əynində olan şalvarının ciblərindən özünə məxsus şəxsiyyət vəsiqəsini, nağd pul, açarları və bir ədəd mobil telefonunu təqdim etmişdir. Həmin əşyalardan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə mobil telefonu götürülmüş, digər əşyalar isə özünə geri qaytarılmışdır. Bundan sonra sonuncunun avtomobilinə baxış keçirilməzdən əvvəl həmin nəqliyyat vasitəsində ola bilməsi ehtimal edilən dövriyyəsi qadağan edilmiş maddələri təqdim etməsi təklif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin avtomobilin qapısını açaraq arxa oturacağın üzərində olan bir ədəd sarı rəngli kisəni çıxarıb təqdim etmişdir. Həmin kisə açılaraq içərisinə keçirilən baxış zamanı orada 12 ədəd hər birinin içərisində qurudulmuş ota bənzər, zahiri görünüşünə və qoxusuna görə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə kütlələri olan bağlamalar aşkar edilmişdir. Həmin kütlələr qablaşdırılıb götürülmüş və elektron tərəzidə çəkilmişdir. Qeyd edilən maddələrdən əlavə avtomobildə əlavə heç bir maddə aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr barədə sonuncu bildirmişdir ki, həmin maddə narkotik vasitə qurudulmuş marixuanadır və həmin maddəni sonradan ayrı-ayrı yerlərə yerləşdirmək məqsədi ilə internet vasitəsilə tanış olduğu İİR-nın vətəndaşının vasitəsilə Salyan rayonu ərazisinə gedərək əldə etmiş və avtomobildən başqa yaşadığı evdə də narkotik vasitə saxladığını və evə baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Bundan sonra qeyd olunan tərkibdə saxlanılmış şəxsin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massivdə yerləşən nömrəsiz fərdi evə yollanılmışdır. Həmin evə çatanda videoçəkilişlə baxış aparılmasına başlanılmışdır. Videoçəkiliş bu dəfə də Şahid3 tərəfindən mobil telefon vasitəsilə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs evdə saxlaması barədə məlumat verdiyi maddələri təqdim etməsi təklif edilmişdir. Bundan sonra sonuncu yaşadığı evin mətbəx hissəsində yerləşən dolabı açaraq oradan bir ədəd göy rəngli torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman torbanın içərisindən bir ədəd bağlamada qurudulmuş ot şəklində, zahiri görünüş və qoxusuna görə narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan kütlə, bir ədəd bükümdə qəhvəyi rəngli, zahirən narkotik vasitə heroinə bənzər maddə, 59 ədəd üzərində “metadon” və 300 ədəd üzərində “namadol” yazıları olan həblər aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Aşkar edilmiş maddələr barədə Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitələr olduğunu, pul müqabilində ona deyiləcək ünvanlara çatdırmaq məqsədilə İİR-nın vətəndaşı vasitəsilə gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Hər iki baxışla əlaqədar yerində protokol tərtib edilməsinə şərait olmadığına görə onlar BNMİ-yə çatan zaman bu barədə ayrıca olaraq iki müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə saxlanılmış şəxs aşkar edilərək götürülmüş maddələrlə birlikdə araşdırmanın aparılması həvalə edilmiş təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçı tərəfindən təqdim edilmiş qablaşmalara videoçəkilişlə qeyd edilən tərkibdə BNMİ-də xidməti kabinetdə baxış keçirilmişdir. Baxış zamanı təqdim olunan kisələr və iki ədəd DVD disk tədqiq olunmuş, aşkar edilmiş maddələr barədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bir daha sorğu edilərkən qeyd edilən maddələri İİR-nın vətəndaşının vasitəsilə Salyan və Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə edərək deyiləcək ünvanlara yerləşdirmək məqsədilə idarə etdiyi avtomobildə və yaşadığı evdə saxladığını, bu işə görə özünə ilk əvvəl 100 manat, daha sonra isə əlavə 300 manat pul verildiyini qeyd etmişdir. Aşkar edilmiş maddələr qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin İ cild 6-7-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN BMCMİnin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxanlanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin İ cild 121-122-ci vərəqələrində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, SDS-3-6-8/1-5664/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin İ cild 37-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 20:10-dan şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 90-95-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 15-16-cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 50-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/1615 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan göy rəngli polietilen bağlamadakı 01 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi - 965 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan narıncı rəngli sintetik torbadakı 12 (on iki) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1000 qram, 990 qram, 1030 qram, 1005 qram, 1025 qram, 1030 qram, 1010 qram, 1000 qram, 1090 qram, 990 qram, 1000 qram, 965 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 13100 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: 1.Tədqiqatlar “Çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” (Bakı, 2005-ci il) metodik vəsaitində göstərilmiş metodlarla aparıldı.
2. Marixuananın ümumi çəkisi – 13100 qram, tədqiqata istifadə olundu – 1,3 qram (hər obyektdən 0,1 qram götürüldü), qalıq – 13098,7 qram. Cinayət işinin İ cild 96-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4736 saylı ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №7” möhür əksi “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkarlanmış maddi sübut ...” və s. soyadlar, imzalar olan bağlamadakı 01 ədəd bükümdə təmi zçəkisi 101,516 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərlərində “Methadone 40...Faran” yazıları olan 06 ədəd blisterdə üzərlərində F/M40 yazısı həkk olunmuş olunmuş ümumilikdə 59 ədəd eyni tərkibli dərman tabletlərinin tərkibində ümumilikdə 2,36 qram narkotik vasitə metadon təsiredici maddəsi (01 tabletdə 0,04 qram) müəyyən edildi, üzərlərində “Namadol 225 mg...Tramadol Hydrochloride” yazıları olan 30 ədəd blisterdə üzərlərində “225” yazısı həkk olunmuş ümumilikdə 300 ədəd eyni tərkibli dərman tabletlərinin tərkibində ümumilikdə 67,5 qram güclü təsir edən tramadol təsiredici maddəsi (01 tabletdə 0,225 qran) müəyyən edildi. Qeyd: Heroinin təmiz çəkisi – 101,516 qram, tədqiqata sərf eidldi – 0,1 qram, qalıq 101,416 qram. Metadon tabletləri üm. – 59 əd. - tədqiqata sərf edildi – 05 tabl, qalıq – 54 tabl. Tramadol tabletləri üm. – 300 əd. - tədqiqata sərf edildi – 10 tabl, qalıq – 290 tabl. Cinayət işinin İ cild 51 və 97-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 78 (yetmiş səkkiz) və 110 (bir yüz on) manat olmaqla cəmi 188 (bir yüz səksən səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 193-194-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6822 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 119-120-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış kustar üsulla hazırlanmış ümumi çəkisi 13098,7 qram narkotik vasitə qurudulmuş marixuana, 101,416 qram heroin, 54 ədəd metadon və 290 ədəd tramadol həbləri maddi sübutlar kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin İ cild 131-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsin 234.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası məhkum edilmişdir; 2) Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 04 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il 06 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin İ cild 174-188-ci vərəqələrində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(099)-140/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin İ cild 133-142-ci vərəqələrində olan Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-15/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-569/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 06 ay 07 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işinin İ cild 20-ci vərəqəsində olan əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsinin gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə, saat 20:15-dən 20:34-dək Bakı şəhəri, Qaradağ rayonu, YPİ-nin 719 saylı stasionar postun yaxınlığında “İphone” markalı mobil telefon vasitəsilə qeydə alınır. İlk öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur daha sonra DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələr və ya psixotrop maddələri təqdim etməsi təklif edilir və bundan sonra sonuncu əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, həmin şalvarın sağ yan cibindən 40 manat pul, 03 ədəd açar, sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edir. Təqsirləndirilən şəxs üzəri yoxlanılır və sonuncunun üzərindən başqa heç bir əşya aşkar edilmir. Daha sonra idarə etdiyi “VAZ 2107” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməmişdən öncə avtomobildə olması ehtimal edilən külli miqdarda narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilir və bundan sonra Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağından bir ədəd sarı rəngli kisədən 12 ədəd bağlamalarda ümumilikdə 12680 qram çəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı təqdim edir. Həmin marixuanaya bənzər kütlələr qablaşdırılır, möhürlənir və sonuncu tərəfindən imzalanır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı İİR-nın vətəndaşının göndərdiyi ünvandan gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini, narkotik vasitə satmadığını və istifadə etmədiyini, avtomobilindən başqa yaşadığı evdədə narkotik vasitə saxladığını bildirir. Cinayət işinin İ cild 23-cü vərəqəsində olan əməliyyat-axtarış tədbirinin və evə baxış keçirilməsinin gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə, saat 21:40-dan 21:56-dək Bakı şəhəri, Qaradağ rayonu, 7-ci massivdə yerləşən nömrəsiz fərdi evdə “İphone” markalı mobil telefon vasitəsilə qeydə alınır. İlk öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur daha sonra DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, 7-ci massivdə yerləşən nömrəsiz fərdi evdə olması ehtimal edilən külli miqdarda narkotik vasitələr və ya psixotrop maddələri təqdim etməsi təklif edilir və bundan sonra sonuncu yaşadığı evin mətbəx hissəsində yerləşən dolabı açaraq oradan bir ədəd göy rəngli torbanı çıxarıb təqdim edir. Həmin torbanın içərisinə baxış keçirilən zaman torbanın içərisindən bir ədəd bağlamada qurudulmuş ot şəklində, zahiri görünüş və qoxusuna görə narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan kütlə, bir ədəd bükümdə qəhvəyi rəngli, zahirən narkotik vasitə heroinə bənzər maddə, 59 ədəd üzərində “metadon” və 300 ədəd üzərində “namadol” yazıları olan həblər aşkar edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı İİR-nın vətəndaşının göndərdiyi ünvandan gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini, daha öncə 2-3 dəfə narkotik vasitə götürdüyünü, ona bu iş müqabilində 100 və 300 manat pul verildiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirir. Cinayət işinin İ cild 215-ci vərəqəsində olan bank məlumatlarını özündə əks etdirən CD disklər məhkəmədə tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********011416 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 100 manat və xx.xx.2024-cü tarixdə 300 manat məbləğində pullar ödəniş terminalı vasitəsilə mədaxil edilmişdir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-8046/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs, anası S.Ə.Əmənovadır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdardan artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər, CD disklərində olan bank məlumatlarını özündə əks etdirən pul köçürülməsinə dair məlumatlar, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, yaşadığı mənzildən aşkar edilən narkotik vasitələrlə bağlı məlumatının olmaması barədə verdiyi ifadələrini özünü müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şübhəli şəxsin izahatı (İ cild i/v 45-46), şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirilməsi (İ cild i/v 64-67, 81-83), şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsi, evə baxış keçirilməsi haqqında protokollardan (İ cild i/v 18- 19, 21-22), Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərarından görünür ki (İ cild i/v 90-95), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsə də məhkəmə iclasında özünü təqsirli bilərək əməlindən peşman oldunu bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında avtomobilə baxış keçirilməsinin gedişatını özündə əks etdirən DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa oturacağından 01 ədəd kisədən 12 ədəd bağlamalarda ümumilikdə 12 kq 680 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək yaşadığı mənzildə də narkotik vasitələr saxladığını bildirmişdir (İ cild i/v 20). Bundan başqa məhkəmə iclasında mənzilə baxış keçirilməsinin gedişatını özündə əks etdirən DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən içərisində 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan kütlə, 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 59 ədəd “metadon” və 300 ədəd “namadol” həbləri olan 01 ədəd torbanı təqdim edərək həmin maddələri İİR-nın vətəndaşının göndərdiyi ünvandan ayrı-ayrı ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini, ona bu iş müqabilində 100 və 300 manat pul ödənildiyini və daha öncə də bu şəkildə 2-3 dəfə narkotik vasitə götürdüyünü bildirmişdir (İ cild i/v 23). Bundan əlavə "xxxx" ASC-dən alınmış bank məlumatlarını özündə əks etdirən CD disklər məhkəmədə tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus **********011416 nömrəli kart hesabına ödəniş terminalı vasitəsilə xx.xx.2024-cü il tarixdə 100 manat və xx.xx.2024-cü tarixdə 300 manat məbləğində pullar mədaxil edilmişdir (İ cild i/v 215). Həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan marixuanın xeyli miqdarından təxminən 2620 dəfə, külli miqdarından təxminən 26.2 dəfə artıq, narkotik vasitə heroinin xeyli miqdarından təxminən 676.7 dəfə, külli miqdarından təxminən 50.7 dəfə artıq olmasının müəyyən edilməsi, müxtəlif növ narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin olması bir daha təsdiq edir ki, o, narkotik vasitələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri məhz satış məqsədi ilə əldə etmişdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 240.3.2-ci maddəsinə əsasən Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün- ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 1 az yaşlı uşağının və İİİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(008)-15/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək və həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq azad olunmasına baxmayaraq, iki il keçmədən, yəni xx.xx.2024-cü il tarixdə yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-569/2023 saylı qərarı ilə onun barəsində təyin olunmuş cəzadan 01 (bir) il 06 (altı) ay 07 (yeddi) gün müddətə vaxtından əvvəl şərti azad olunmasına və cəzaçəkmənin sonu xx.xx.2024-cü ilə təyin olunmasına baxmayaraq, hazırki cinayət əməlini cəzanın çəkilməmiş hissəsi ərzində, yəni xx.xx.2024-cü ildə törətmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı halı yəni cinayətin residivini və yüngülləşdirici halları yəni himayəsində bir az yaşlı uşağının və İİİ qrup əlil olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən eyni tərkibli cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməli, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)- 569/2023 saylı qərarı ilə sonuncunun barəsində təyin olunmuş cəzadan 01 (bir) il 06 (altı) ay 07 (yeddi) gün müddətə vaxtından əvvəl şərti azad etmə ləğv edilməli və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən sonuncuya Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-15/2021 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 07 (yeddi) gün müddəti hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3650 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (İ cild, i/v 193-194). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs şəxsi axtariş zamanı, həmçinin avtomobilinə, mənzilinə və təqdim etdiyi əşyalara baxışın gedişatını əks etdirən 03 ədəd DVD və "xxxx" ASC-dən əldə edilən 02 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübutlar Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, kustar üsulla hazırlanmış 13098,7 qram narkotik vasitə qurudulmuş marixuana, 101,416 qram narkotik vasitə heroin, 54 ədəd metadon və 290 ədəd tramadol həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcinin cəmi 188 (bir yüz səksən səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 7(003)-569/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzadan 01 (bir) il 06 (altı) ay 07 (yeddi) gün vaxtından əvvəl şərti azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-15/2021 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 07 (yeddi) gün müddəti hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD və 02 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 13098,7 qram narkotik vasitə qurudulmuş marixuana, 101,416 qram heroin, 54 ədəd metadon və 290 ədəd tramadol həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 188 (bir yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 32 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov