Məhkəmə qərarları › İş №1(101)-841/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-841/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-841/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 18 avqust 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 4,749 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 6,266 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək həmin metamfetamini iki ədəd bükümlərə bölüb narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə üzərində saxlamaqla qanunsuz olaraq Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti, 515 saylı binada yerləşən “X3’’ mərkəzinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 1 dekabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 21:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada həmin tarixdə saat 23:34-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümlərdə ayrılıqda çəkiləri 3,098 qram və 3,168 qram olmaqla ümumilikdə külli miqdarda - 6,266 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd kibrit qutusunda 4,749 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməmiş, həmin Məcəllənin 234.1-ci madəsi ilə təqsirli bilərək göstərmişdir ki, mütəmadi olaraq narkotik vasitə qurudulmuş marixuana, bəzən isə idman etdikdən sonra ağrıları olduğu üçün marixuana və psixotrop maddə metamfetamin istifadə etmiş, narkomaniya xəstəliyindən - marixuana və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromundan əziyyət çəkmiş, lakin bunu hamıdan gizlətmiş, dostları ilə birlikdə güləş idman növü ilə məşğul olmuşdur; narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini əsasən tanımadığı şəxslərdən alaraq üzərində saxlayıb istifadə etmiş, narkotik və psixotrop vasitələri heç bir vaxt satmamışdır; 1 dekabr 2021-ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini həmin gün təxminən saat 11-12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi Arif adlı şəxsdən ümumilikdə 60 manat pul müqabilində öz şəxsi istifadəsi üçün almışdır; ailə üzvlərinin onun narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin istifadə etməsindən xəbərləri olmadığı üçün bükümləri üzərində saxlayırmış, 01 dekabr 2021-ci il tarixdə saat 21 radələrində bir yerdə idmanla məşğul oluduğu tanışları Şahid8 və Şahid7 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində yerləşən “Baku Ekspo” mərkəzinə getmişlər; orada olarkən 5-6 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə marixuana və “şüşə” adı ilə tanıdığı psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış, Şahid8 və Şahid7 üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə marixuana və “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd kibrit qutusunu və iki ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu və 20 manat pulu çıxardıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusunun içində narkotik vasitə marixuana və iki ədəd sellofan bükümün içində isə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusu və iki ədəd sellofan büküm iştirakçıların yanında açılmış, kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuana və iki ədəd sellofan bükümün içərisindən isə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini 1 dekabr 2021-ci il tarixdə təxminən saat 11-12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Arif’ adlı şəxsdən ümumilikdə 60 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, həmin narkotik vasitəni və psixotrop maddələri öz istifadəsi üçün üzərində saxlayıb daşıdığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana və iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı əldə etmişdir. Qeyd edilən məlumat raportla Baş İdarə rəisinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara əsasən əməliyyat qrupu yaradılmışdır. O, qrupun rəhbəri, Şahid6, Şahid3, Şahid4, Şahid2 və Şahid5 isə qrupun üzvləri təyin edilmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında olması qeyd edilmişdir. 01 dekabr 2021-ci il tarixdə saat 21-22 radələrində qeyd edilən ünvana yollanmışlar. Həmin ünvana çatdıqda bir nəfər xarici görünüşcə Təqsirləndirilən şəxs bənzəyən şəxsin olduğunu, həmin şəxsin yanında başqa iki nəfərin olduğunu müəyyən etmişlər, onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gəldiklərini bildirmişdir. İlk əvvəl Təqsirləndirilən şəxs anket məlumatlarını soruşmuş, Təqsirləndirilən şəxs anket məlumatlarını bildirdikdən sonra yanında olan digər iki nəfər şəxsdən anket məlumatlarını dəqiqləşdirmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların Şahid8 və Şahid7 olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaqda və daşımaqda şübhəli olduğu bildirib onu barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbrilərinin keçirilməsi barədə qərar”la tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq üzərində psixotrop maddənin olduğunu bildirmişdir. Bundan sonra hər üç şəxsi Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilmiş və ona təqdim edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan 1 dekabr 2021-ci il tarixdə saat 23 radələrində Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına, Şahid8 və Şahid7 üzərinə isə baxış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş aparılmaqla BMCMİ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində narkotik vasitə marixuana və “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd kibrit qutusunu və iki ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibində olan bir ədəd “Samsung" markalı mobil telefonu və 20 manat pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunun içində narkotik vasitə marixuana və iki ədəd sellofan bükümün içində isə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu və iki ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda, kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə və iki ədəd sellofan bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni və psixotrop maddə metamfetaminə oxşar maddələri 1 dekabr 2021-ci il tarixdə təxminən saat 11-12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Arif’ adlı şəxsdən ümumilikdə 60 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni və psixotrop maddələri öz şəxsi məqsədləri üçün istifadə etməsi üçün üzərində saxlayıb daşıdığını, narkotik vasitələrin satışı ilə heç bir zaman məşğul olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid8 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Şahid8 baxışın videoçəkiliş vasitəsi ilə BMCMİ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmişdir. Şahid8 buna etiraz etmədiyini bildirdikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid8 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarının sol yan cibində olan bir ədəd "Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 20 manat pulu və bir ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid8 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid8 Təqsirləndirilən şəxs ilə aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 20 manat pul, bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd siqaret qutusu iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid8 özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid7 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Şahid8 baxışın videoçəkiliş vasitəsi ilə BMCMİnin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, Şahid7 buna etiraz etmədiyini bildirdikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid7 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarının sağ yan cibində olan bir ədəd “İphone” markalı mobil telefonu və şalvarının arxa sağ yan cibində olan 20 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid7un üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid7 Təqsirləndirilən şəxs ilə aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 20 manat pul və bir ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid7 Özünə qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satdığı və ya pay kimi verdiyi şəxslər müəyyən edilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid4 və Şahid6 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə verərək göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə raportda göstərdikləri məlumat öz təsdiqini tapmamış, belə ki, Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən Təqsirləndirilən şəxs istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşgul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır. İbtidai stintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Birlikdə idmanla məşğul olurmuşlar. Şahid8 da uzun müddətdir ki, tanıyır. Normal dostluq münasibətləri olmuşdur. 1 dekabr 2021-ci il tarixdə Zaur və Elvirlə görüşərək Elvirin idarə etdiyi avtomobillə Şüvəlana getmişlər. Orada işləri həll etdikdən sonra geri qayıtmaq üçün Şüvəlandan çıxmışlar. 01 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Elvir avtomobili Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində yerləşən “Baku Ekspo” mərkəzinin yaxınlığında saxlamış və avtomobildən düşmüşlər. Bu zaman 5-6 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə marixuana və “şüşə” adı ilə tanıdığı psixotrop maddə vardır, Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra videoçəkiliş aprılmaqla polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, onun və Şahid7 üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana və “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd kibrit qutusunu və iki ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu və 20 manat pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunun içində narkotik vasitə marixuana və iki ədəd sellofan bükümün içində isə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu və iki ədəd sellofan büküm iştirakçıların yanında açıldıqda, kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuana və iki ədəd sellofan bükümün içərisindən isə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini 01 dekabr 2021-ci il tarixdə təxminən saat 11-12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Arif adlı şəxsdən ümumilikdə 60 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni və psixotrop maddələri üzərində saxlayıb daşıdığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana və iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır; aşkar edilmiş 20 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung" markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Şahid8 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid8 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarının sol yan cibində olan “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 20 manat pulu və bir ədəd siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid8 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid8 Təqsirləndirilən şəxsla arasında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından baxış keçirilənə qədər məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 20 manat pui, mobil telefon və siqaret qutusu onun özünə qaytarılmışdır. Bundan sonra onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarının sağ yan cibində olan “İphone” markalı mobil telefonu və şalvarının arxa sağ yan cibində olan 20 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxsla aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 20 manat pul və mobil telefon özünə qaytarılmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. (1-ci cild iş vərəqi 80-83). İbtidai stintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. Özünə məxsus Saipa markalı **-PZ-*** qeydiyyat nişanlı avtomobillə taksilik fəaliyyəti ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onlar birlikdə idmanla məşğul olurlar. Şahid7 da uzun müddətdir ki, tanıyır. Normal dostluq münasibətlərimi olmuşdur. 01 dekabr 2021 -ci il tarixdə o, Zaur və Namiqlə görüşərək idarə etdiyi avtomobillə Şüvəlana getmişlər. Onlar orada işlərini həll etdikdən sonra geri qayıtmaq üçün Şüvəlandan çıxmışlar. 01 dekabr 2021-ci il tarixdə saat 21 radələrində avtomobili Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində yerləşən “Baku Ekspo” mərkəzinin yaxınlığında saxlamış və avtomobildən düşmüşlər. Bu zaman 5- 6 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə marixuana və “şüşə” adı ilə tanıdığı psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, onun və Şahid7 üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana və “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd kibrit qutusunu və iki ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu və 20 manat pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunun içində narkotik vasitə marixuana və iki ədəd sellofan bükümün içində isə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu və iki ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda, kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuana və iki ədəd sellofan bükümün içərisindən isə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanam və psixotrop maddə metamfetamini 01 dekabr 2021-ci il tarixdə təxminən saat 11-12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Arif adlı şəxsdən ümumilikdə 60 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni və psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana və iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 20 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarının sol yan cibində olan “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 20 manat pulu və bir ədəd siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı o, Təqsirləndirilən şəxsla aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığımı, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 20 manat pul və mobil telefon onun özünə qaytarılmışdır. Bundan sonra Şahid7 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid7 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarının sağ yan cibində olan “İphone” markalı mobil telefonu və şalvarının arxa sağ yan cibində olan 20 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid7 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid7 Təqsirləndirilən şəxsla arasında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 20 manat pul və mobil telefon Şahid7 özünə qaytarılmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. (1-ci cild iş vərəqi 84-87). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 02 dekabr 2021-ci il tarixli, 6/5322 nömrəli ekspert rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,098 qram, 3,168 qram, ümumi təmiz çəkiləri 6,266 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 2 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi - 6,266 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 6,166 qram (1-ci cild iş vərəqi 51-56). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 02 dekabr 2021-ci il tarixli 7/1236 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kibrit qutusunda olan təmiz çəkisi 4,749 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qudurulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi - 4,749 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq - 4,729 qram (1-ci cild iş vərəqi 57-60). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2021-ci il tarixli 4843 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psxiotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicətə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür (1-ci cild iş vərəqi 115-116). İşdə olan şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 02 dekabr 2021-ci il tarixli protkoldan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusi ilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən tərtib edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 dekabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 21:50-də ünvan 4 ünvanda yerləşən “X3” mərkəzinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 23:34-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrılıqda çəkiləri 3,098 qram və 3,168 qram olmaqla ümumilikdə külli miqdarda - 6,266 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd kibrit qutusunda 4,749 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 27-31). İşdə olan narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 04 dekabr 2021-ci il tarixli 007-15725-1221 nömrəli əməliyyat tapşırığına 27 dekabr 2021-ci ci il tarixli 007-16003- 1221 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (1-ci cild iş vərəqi 155). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 5(010)-613/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 01 dekabr 2021 -ci il tarixli qərar qanuni hesab edilmişdir (1-ci cild iş vərəqi 146-147). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 5(005)-1473/2021 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 1 dekabr 2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (1-ci cild iş vərəqi 150). İşdə olan 25 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,166 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 4,729 qram olan narkotik vasitə qurudulmuş marixuana xx.xx.2022-ci il tarixli qərarla maddi sübut qismində tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi saxlama kamerasına təhvil verilmişdir (1-ci cild iş vərəqi 191-208). İşdə olan 24 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik-İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 160). İşdə olan tutulma haqqında 1 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 20). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 1 dekabr 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 126-131). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 bükümdə 6,266 qram çəkidə psixotrop maddə metamfetamini və bir ədəd kibrit qutusunda 4,749 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, 01 dekabr 2021-ciil tarixli raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarja narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğğul olması göstərilsə də, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, bildirmişdir ki, uzun müddət ərzində mütamadi olaraq marixuana və psixotrop maddə metamfetamin istifadə etmiş, narkomaniya xəstəliyindən - marixuana və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromundan əziyyət çəkmiş, lakin bunu hamıdan gizlətmiş, dostları ilə birlikdə güləş idman növü ilə məşğul olmuş, üzərindən aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni də şəxsi istifadəsi üçün əldə etmişdir; Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı psixotrop maddənin və narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb öglünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 02 dekabr 2021-ci il tarixli 4843 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan mteamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılın sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, həmin tibbi yoxlamanın anamnezində Təqsirləndirilən şəxs 7-8 ildir ki, narktik vasitə oaln marixuananı siqaretə doldurub çəkməklə istifadə etməsini və təxminən 5-6 aydır ki, psixotrop maddə olan mteamfetaminidən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etməsini bildirməsi göstərilmişdir; narkotik vasitələrin satışı ilə məşğul olması barədə etirafı olmamış, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı məhkum olunmamış, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə psixotrop maddələrin və narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilən şahidlər tərəfindən Təqsirləndirilən şəxs üzərindən akşar edilmiş narkotik vasitənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə özlərinin tərtib etdikləri raporta göstərdikləri məlumatın öz təsdiqini tapmadığı bildirərək göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamış - Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən Təqsirləndirilən şəxs istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik və psixotrop vasitələrin satışı ilə məşgul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır;aşkar edilmiş narkotik psixotrop maddə metamfetamin 6,266 qram çəkidə və bükümlərin sayı 2 büküm olmaqla və narkotik vasitə qurudulmuş marixuana bir ədəd kibrit qutusunda 4,749 qram çəkidə olmaqla çəkilib xırda bağlamalara bükülməməmiş, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələr almış şəxs, yəni istehlakçı müəyyən edilməməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, məhkəmə zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat, sübut müəyyən edilməmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. Təqsirləndirilən şəxs Zaur Qədimvov üzərindən aşkar edilmiş 6,266 qram psixotrop maddə metamfetamini və 4,749 qram çəkidə nakrotik vasitə qurudulmuş marixuananı özünün bir neçə dəfə istifadə etməsi üçün almış, üzərində saxlayaraq daşımışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində 2 bükümdə 6,266 qram çəkidə psixotrop maddə metamfetamini və bir ədəd kibrit qutusunda 4,749 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddəni və narkotik vasitəni məhz satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş, belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş psixotrop maddə metamfetamini və narkotik vasitə marixuananı satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Təqsirləndirilən şəxs 2psixotrop maddə metamfetamini v ənarkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlaması ambulator məcburinarkoloji tibbi yoxlama üzrə xx.xx.2021-ci il tarixli 4843 nömrəli ekspert rəyində də öz təsdiqini tapmışdır, belə ki, həmin ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psxiotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicətə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq 6,266 qram miqdarda və narkotik vasitə marixuananı şəxsi istehlak miqdarından artıq olmayan 4,749 qram miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir: belə ki, o, məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istfiadəsi üçün şəxsi istehlak miqdarından artıq olan - 6,266 qram çəkidə psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında 4,749 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək həmin metamfetamini iki ədəd bükümlərə bölüb narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə üzərində saxlamaqla qanunsuz olaraq ünvan 3 ünvanda yerləşən “X3’’ mərkəzinin yaxınlığına daşımış, Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 1 dekabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 21:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada həmin tarixdə saat 23:34-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümlərdə ayrılıqda çəkiləri 3,098 qram və 3,168 qram olmaqla ümumilikdə şəxsi istehlak miqdarından artıq külli miqdarda olsa da şəxsi istifadəsi üçün əldə edilmiş 6,266 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarında 4,749 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi külli miqdar təşkil edən 6,266 qram olmuş, qeyd edilən tövsiyyələrə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdar hesab edilməsi üçün ən aşağı həddən təxminən 4,266 qram çox metamfetaminin yalnız miqdarı, onun narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 1 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 1 dekabr 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 4843 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsinndə yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş ekspertiza tədiqaqtından sonra qalıq qalan 6,166 qram psixotrop maddə metamfetamin və 4,729 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 181 (yüz səksən bir) manat 90 doxsan qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 1 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş ekspertiza tədiqatından sonra qalıq qalan 6,166 qram psixotrop maddə metamfetamin və 4,729 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 181 (yüz səksən bir) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar