Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-841/2024 12.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X9-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8, X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanında yaşamış, barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimi X5 qərarıilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq başqa vaxtda və mənbədən külli miqdarda, yəni 16,273 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi əldə edib, daşımaqla üzərində saxlamış, 14 fevral 2023-ci il tarixdə saat 12 radələrində üzərində saxladığı narkotik vasitə-heroinin 3,763 qram olan hissəsini üç bükümdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanışı X4 80 manata satdıqdan sonra həmin günü saat 16:30-da Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısmda saxlanılaraq Bakı şəhər Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki gödəkcənin sol cibindən 05 ədəd büküdə ayrıaynhqda təmiz çəkiləri 2,855 qram, 1,935 qram, 3,029 qram, 2,093 qram, 2,598 qram ,ümumi təmiz çəkisi 12,510 qram miqdarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilməyərək ifadələrində göstərdi ki, 14 fevral 2023-cü il tarixdə səhər saat 08 radələrində evdən çıxıb işə gedərkən Nurlan və Akif adlı polis əməkdaşları onu saxladılar, daha sonra onun taksi fəaliyyəti göstərdiyi avtomobilini axtardılar, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar olunmadı. Daha sonra evini axtaracaqlarını dedilər. Əsgərbala məhlələrinə yaxın qalırdı, daha sonra polis əməkdaşları onu saxladılar. Həmin gün axşam saat 11 radələrində işdən evə geri qayıtdı. Bu zaman 2 nəfər polis əməkdaşı gəlib onlarla Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə getməli olduğnu bildirdilər. Avtomobildə Nurlan adlı polis əməkdaşı onun mobil telefonunu götürüb-götürmədiyini soruşdu, o da götürmədiyini demişdir. Bundan sonra yenidən onun evineə qayıtmışlar. Evdən onun telefonunu götürüb bölməyə getmişlər. Bölmədə polis əməkdaşları ona narkotik vasitənin satışı ilə məşğul olduğunu, Əsgərbalaya narkotik vasitə satdığını dedilər, O da polis əməkdaşlarına narkotik vasitənin satışı ilə deyil, istifadəsi ilə məşğul olduğunu bildirdi. Bölmədə ona fiziki zor tətbiq edilərək narkotik vaitənin satışı ilə məşğul olduğunu qəbul etməyə məcbur etdilər. Daha sonra o, tanıdığı polis əməkdaşı vasitəsilə tədqiqatçı Şahid4 onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini öyrənmişdir. Müvəqqəti saxlama yerində Əsgərbala polis əməkdaşlarının onu döydüyünü, buna görə də narkotik vasitəni ondan aldığını demək məcburiyyətində qaldığını söylədi. Daha sonra məhkəmədə o, döyüldüyünü, bütün hadisələri hakimə bildirmişdir. Əsgərbala da dediklərini təsdiq etdi. Buna görə də, onu məhkəmə zalından buraxmışlar. Daha sonra qərardan protest verildi və yenidən gəlib onun araşdırdılar. Onun telefonundakı smslər narkotik vasitənin satışı ilə deyil, istifadəsi ilə məşğul olduğu barədədir. O, Əsgərbalaya narkotik vasitəni bir yerdə istifadə etmək üçün vermişdir. Polis əməkdaşları onu 14 fevral 2023-cü il tarixdə saat on iki və bir radələrində evindən götürüblər. Polis əməkdaşları onu evdən götürən zaman evdə həyat yoldaşı X13 var idi, həmçinin qonşusu Rüfət də polis əməkdaşlarının onu apardıqlarını görmüşdür. Əsgərbalanı uşaqlıqdan tanıyır, onunla eyni məhlədə böyümüşlər. Əsgərbalanın 80 manata ondan narkotik vasitə alması barədə verdiyi ifadəsi doğru deyil. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 5 ünvanın qarşısında olarkən mülki geyimdə olan iki polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində hər hansı bir miqdarda narkotik vasitə-maddə olmamışdır. Suraxanı RPİ-nin 31-ci PB-nə apardıqdan sonra Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşı Nurlan adlı şəxsin ona 05 büküm heroin verərək, üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən ona məxsus olduğunu və tanımadığı şəxsdən aldığım bildirməsini istəmişdir. Ona görə də o, Nurlan adlı polis əməkdaşından qorxduğundan üzərində şəxsi axtarış aparılarkən Nurlanın ona verdiyi 05 bükümdə heroini təqdim edərək, özünə məxsus olduğunu, tanımadığı şəxsdən aldığını bildirmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Bayramov Əsgərbala adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitən kimdən əldə etməsi barədə ondan soruşulduqda o, narkotiki Təqsirləndirilən şəxs aldığını dedi. Bununla bağlı əməliyyat tədbiri həyata keçirildi və Təqsirləndirilən şəxs saxlanıldı. Hikmətin üzərindən nə qədər miqdarda narkotik vasitə çıxması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğundan onun barəsində axtrarış tədbirləri həyata keçirmişdir. O, Hikmətin üzərinə baxış zamanı iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs saxlanılması zamanı da iştirak etməmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması barədə axtarış qərarı var idi. Təqsirləndirilən şəxsin barəsində axtraış tədbirlərini həyata keçirtmək ona həvalə olunmuşdu. Hikmət istintaq orqanına gəlmədiyinə görə onun barəsində axtarış qərarı elan edildi. O, Hikmət barəsində sadəcə axtarış tədbirlərini həyata keçirtmiş, saxlanılmasında və üzərinə baxış keçirilməsində iştirak etməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxsonun barəsində dedikləri həqiqəti əks etdirmir. Bildiyinə görə Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 14 fevral 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış aparılarkən ondan narkotik vasitə-heroin aşkar edilmişdir. O, Təqsirləndirilən şəxs saxlanılmasında və ya üzərində şəxsi axtarış aparılmasında iştirak etməmiş və onu görməmişdir. Həmin günü onun və 31-ci PB-nin digər əməkdaşı tərəfindən PB-nə gətirdikləri X3 üzərindən şəxsi axtarış aparılarkən üç bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı Əsgərbala Bayramov həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqsirləndirilən şəxs bunu bildiyindən və buna görə də məsuliyyətdən yayınmaq üçün yalan danışır. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Daxil olmuş məlumat əsasında o və iş yoldaşı Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 14 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:30 radələrində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən, özünü şübhəli aparan şəxsə yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirərək, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etdilər. Polis Bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcəsinin sol yan cibindən içərilərində qəhvəyi rəngli kütlə olduğu görünən beş ədəd ağ rəngli sellofan bükümlərini, sağ yan cibindən bir ədəd kiçik elektron tərəzini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində “kakos”, yəni narkotik vasitə heroin olduğunu, həmin heroini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən cəmi 40 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığım bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar Şahid1 məlumat daxil olmuşdur. Polis bölməsində şəxsi axtarış polis mayoru Şahid4 tərəfindən həyata keçirilib. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin sahə inspektoru, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 14 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əmrulla Dadaşov küçəsi, 1 (keçmiş Kommunist küçəsi 1) saylı evin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığım bildirib, onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə getməli olduğunu demişlər. Polis Bölməsinə getdikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ- nin 31-ci PB-nin təhqiqatçı, polis mayoru Şahid4 tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq ona şübhəli şəxsin hüquq və vəzifələri izah oiundu, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcəsinin sol yan cibindən içərilərində qəhvəyi rəngli kütlə olduğu görünən beş ədəd ağ rəngli sellofan bükümlərini, sağ yan cibindən bir ədəd gümüşü rəngli kiçik elektron tərəzini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində “kakos”, yəni narkotik vasitə heroin olduğunu, həmin heroini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən cəmi 40 manata aldığım, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığım bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildikdə üzərində hər hansı bir başqa əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin beş ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Bu barədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs soruşulduqda o, özü də saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmadığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmayıb, polis əməkdaşları tərəfindən bölmədə ona fiziki zor tətbiq edildiyinə görə Hikmətdən narkotik vasitə aldığını demək məcburiyyətində qalmışdır. Narkotik vasitəni Hikmətdən aldığını deməyi üçün ona fiziki zor tətbiq edən polis əməkdaşının adı Nurlan idi. Hadisə 14 fevral 2024-cü il tarixdə günorta radələrində baş verib. İbtidai istintaqda verdiyi ifadənin doğru olmadığını məhkəmədə bildirmişdi. Əgər Hikmət narkotik vasitə satıcısı olsa idi, elə narkotik vasitəni ondan alardı ki, daha sonra tutulma ehtimalı az olsun. 14 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq edilmiş ********* saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 7-8 aya yaxın müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Sonuncu dəfə 14 fevral 2023-cü il tarixdə saat 12 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşadığı küçədə Hikmət adlı şəxsdən 03 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə kakos kimi tanıdığı narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün ümumillikdə 80 (səksən) manata almış və sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. Məhkəmədə elan edilib araşdırılmaqla cinayət işinin materiallarına əlavə olunmuş: 14 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməmişdən əvvəl ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən beş ədəd ağ rəngli sellofan bükümünü, sağ yan cibindən bir ədəd gümüşü rəngli kiçik ölçülü elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya-kütlə aşkar edilməməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd bükümlərdə “kokos” adı ilə tanınan narkotik vasitə heroin otduğunu öz istifadəsi üçün cəmi 40 manata əldə edib üzərində saxladığım bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, 05 ədəd bükümlər və elektron tərəzi təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 fevral 2022-ci il tarixli 6/922 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində imza Təqsirləndirilən şəxs.” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,855 qram; 1,935 qram; 3,029 qram; 0,093 qram; 2,598 qram ümumi təmiz çəkisi 12,510 qram olan maddələr kustar üsulla hazırlanmış xarici görünüş və əlamətlərinə və kimyəvi kimponent tərkiblərinə görə eyni olub narkotik vasitə-heroindir. ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs X3 şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş və istintaqa təqdim olunmuş bir ədəd «Samsunq» markalı mobil telefona baxış keçirilməsi barədə 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, istintaqa təqdim olunmuş bir ədəd «Samsunq» markalı mobil telefonun ismariclər və WhatsApp bölməsinə baxış keçirilmiş və baxış zamanı ***-***-**-** nömrə ilə işləyən «Samsunq» markalı mobil telefonun WhatsApp bölməsində Təqsirləndirilən şəxs foto şəkili qeydə alınmış «Hlkmettttt Cinnn» adı ilə telefonun kontaktında ***-***-**-** nömrə ilə aşağıdakı məzmunlarda səs yazıları olduğu müəyyən edilmişdir: “Əsgərbala Bayramov: «Gece getirib yarı xoşuna gelib deyir pulum yoxdur 5 manatım var deyir alınar. Dedim maraq edim deyərəm. Ne deyim ona qaqaş.” Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrədən göndərilmiş səs yazısı- “Yox da yox qaqaş yarıdan aşağı vermirəm, 5-lik zad nədi, 5 məni görmüsən birdən”, Əsgərbala Bayramov: “ Lab gör san mene satdıqın siqaret aparatı vare onu versəy 0,5 verer; Sen satdıqın siqaret aparatı vare mene onu versey ona nece 0,5 verer bize temiz 0,5 .Yoxsa yox”. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrədən göndərilmiş səs yazısı” “ Əsgər nə siqaret apparat gic gic danışırsan pul, ancaq pul”, Əsgərbala Bayramov; “Oyaqsan qaqaş yatmamısan, daş lazım idi onuncun yazdım Qaqaş evdəsen Torpaq istəyirdim gelim getin”, Əsgərbala Bayramov; “ Salam Necesen, navar neyox Hardasan bele qaqaş indi durmuşam yuxudan yatmışdım Evdəsən qaqaş Neyse var qaqaş Nevaxta düzələr deyim uşaqlara”, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrədən göndərilmiş səs yazısı: “ yoxeee hələki yox qurtarıb zakaz vermişəm deyirəm yoxdur deyirsən naxadu düzələr, kola var kola istəyirsən çıx qapıya gəlib çatıram məhləyə Əsgər tema 30 manatdan aşağı yoxdur sənə nisye şey vermək olur nisyə sene qurtardıye ne edirəm ki, 30 manata görə camaata nəğd pul verməliyəm”. Ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 1937 saylı 15 iyul 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal- hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcbui müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı ibtidai istintaq zamanı fiziki zorakılıq edilməsini bəyan edib ittihamı mübahisələndirdiyi hissədəki iddiası araşdırıldı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılıq edilməsi barədə məhkəmədə verdiyi ifadəsi digər ifadələr və ya sənədlərlə öz təsdiqini tapmamışdır. Məhkəmə onun bu ifadələrini öz müdafiəsinə yönəlmiş faktiki əsası olmayan ifadələr kimi qiymətləndirir. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünümüdafiə məqsədi ilə göstərdiyi digər halları da, yəni narkotik vasitənin satışı ilə məşğul olmadığı, istifadə etdiyi, Əsgərbalaya narkotik satmadığı ilə bağlı ifadələrini də məhkəmədə araşdırılmış sübutların məcmusu ilə bağlı müqayisəli araşdıraraq hesab edir ki, onun həmin ifadələri cinayət işinin faktiki hallarına uyğun olmayan, özünü müdafiəsinə yönələn faktiki əsası olmayan iddialar olub, ittihamı təsdiq edən sübutlarla təkzib olundu. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə zidd ifadə verərək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ondan narkotik vasitə almadığını, həmin ifadələrini təzyiq altına olaraq verdiyini göstərmişdir. Məhkəmə onun bu ifadələrini onun Təqsirləndirilən şəxs əleyhinə ifadə verəcəyi təqdirdə güman etdiyi qınaqdan yayınmaq üçün əsassız cəhd kimi qiymətləndirir və onun ********* saylı cinayət işi üzrə 16 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinə ittihamı təsdiq edən sübut kimi istinad olunmasını əsaslı sayır. Çünki o, onun üzərində aparılan şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş və istintaqa təqdim olunmuş bir ədəd «Samsunq» markalı mobil telefonda aşkar olunmuş mesajların mətnindən də görünür ki, Bayramov Əsgərbala Təqsirləndirilən şəxs fərqli tarixlərdə narkotik vasitə istəmiş, istədiyi narkotik vasitənin məbləğini və yaxud çəkisini yazmış, başqa şəxslər də Əsgərbala vasitəsi ilə ondan, yəni Təqsirləndirilən şəxs narkotik vasitə istəmişdir. Məhkəmə həmin ifadələrin özü-özlüyündə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, onun X4 narkotik vasitələr satmasını və ittihamda göstərilən digər xüsusatları təsdiq etdiyi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşıması ittihamı irəli sürülmüşdür. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 110 (yüz on) manat xərclənməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 60 (altmış) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 360 ( üç yüz altımış ) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 110 (yüz on) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını, lakin onun müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,010 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzinin məhv edilməsini, 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə və psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2024-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, həmin tarixdə Suraxanı rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, 03 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən hesablanmaqla 03 ay 28 gün müddətində həbs növündə qətimkan tədbiri seçilmiş, həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin əsasında dayandırılmış, 21 iyun 2023-cü il tarixdə Cabbarov X10 RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən tutularaq, saxlanması üçün Suraxanı RPİ-nin MSY-nə verilmiş, hazırkı vaxta qədər həbsdədir. Məhkəmə onun şübhəli və təqsirləndirilən şəxs qismində tutulub həbsdə saxlanıldığı iki gün müddətin onun təyin olunacaq cəza müddətinə daxil edilməsini əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yünülləşdirən hal kimi əvvəllər məhkum olunmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, törətdiyi əməl nəticəsində böyük ictimai təhlükəli nəticələrin baş verməməsi müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının 4636 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlann qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının bu rəyini nəzərə alıb ona narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların mövcudluğun, cəzasını ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli olan cəzanın qalıq müddəti 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün olaraq hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 21 iyun 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 110 (yüz on) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 360 ( üç yüz altmış) manat vəsait Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,010 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məımmədova
Məhkəmə qərarları › İş №1(101)-841/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-841/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver