Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-841/2025 30.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X6 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1991-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu, Mədən 1 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Tahir” ləqəbli şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Tahir” ləqəbli şəxsin sifarişi, daha sonra isə gələcəkdə “müştərilərə” çatdırılması üçün müəyyən pul təklifi müqabilində sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonunda “Göy Zavod” adlanan ərazidə yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 19709,35 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən qanunsuz olaraq əldə edib idarə etdiyi BMW markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa saxlanc yerində saxlayaraq Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanının yaxınlığına daşıdıqdan sonra narkotik vasitə qurudulmuş marixuanın 19,35 qram hissəsini satış üçün bir bükümdə ayıraraq üzərində, qalan narkotik vasitələri isə idarə etdiyi avtomobilin arxa saxlanc yerində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 16 iyul 2024cü il tarixdə, saat 23:30-da yuxarıda qeyd olunun ünvanda saxlanılaraq ünvan 4arkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada 17 iyul 2024-cü il tarixdə, saat 01:40-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 19,35 qram olan narkotik vasitə qurudulmuş marixuana, 17 iyul 2024-cü il tarixdə saat 02:55-dən etibarən özünün icazəsi və razılığı əsasında Təqsirləndirilən şəxs idarə etdiyi atası X5 məxsus BMW markalı **- ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin yük yerindən iki ədəd qara rəngli sintetik torbada olan 18 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi 1015 qram, 1010 qram, 1035 qram, 1020 qram, 1035 qram, 1015 qram, 1010 qram, 1010 qram, 970 qram, 1035 qram, 995 qram, 1580 qram, 1570 qram, 1365 qram, 970 qram, 1005 qram, 1020 qram və 1030 qram olmaqla ümumi çəkisi 19709,35 qram külli miqdarda tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 16 iyun tarixində axşam saat 10 radələrində iranlıdan zəng gözləmiş və həmin şəxsdən özünün istifadəsi üçün səkkiz qram “ot” istəmişdir. İranlı ilə ikinci dəfə danışmış, yazışmanı “whatsapp” üzərindən aparmış və ***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Saat 22:00-da iranlı onunla əlaqə saxlayaraq Qaradağ rayonu ərazisində yerləşən zavodun yanına getməsini demiş və çatanda narkotikin yerini deyəcəyini bildirmişdir. Atasına məxsus maşınla həmin yerə gedərkən dostu Əmiraslanı görərək özü ilə aparmışdır. Deyilən yerə çatanda bağlamaların iri olduğunu görmüş və iranlıya zəng edərək orada olan bağlamaların istədiyi olmadığını, iri olduğunu bildirmişdir. Bu zaman iranlı “bu sənin deyil, çıx get” demişdir. Bundan sonra Yasamal rayonu ərazisinə girəndə onu yol polisi saxlamış və sonra əməliyyatçılar gələrək onu ayrı, Əmiraslanı isə ayrı maşına mindirmişlər. Həmin vaxt maşınının açarını ondan almışlar, təxminən 15-20 dəqiqə sonra onu düşürdərək maşının baqajını açıb həmin bağlamaların olduğunu göstərmişlər və bu barədə soruşduqda ona məxsus olmadığını bildirmişdir. Bundan sonra onu idarəyə apararaq orada döymüşlər. İdarədə cibinə büküm qoyaraq onun olduğunu demişlər və o da bununla razılaşmışdır. Bundan sonra gedib maşında çəkiliş etməyi dedikdə o, bununla razılaşmamış, bu zaman ona “aparıb evinə qoyacağıq, atanı, qardaşını da qatacağıq” demişlər. Buna görə də üzərinə iyirmi səkkiz qram və maşınına iyirmi kiloqram narkotik qoyaraq ona məxsus olduğunu bildirmişlər. O, aparılan videoçəkiliş zamanı aşkar edilənlərin ona məxsus olduğunu bildirmişdir. İdarəyə aparıldıqdan sonra saat ikiyə qalmış üzərinə baxış keçirilmiş və təxminən saat dördə qalmış maşına baxış keçirilmişdir. Məhkəməyə çıxarılmazdan əvvəl müstəntiq Yusif Yusifov ona “gedək məhkəməyə, narahat olma səni ev dustaqlığına buraxacam, məhkəmədə mən dediklərimi demək lazımdır” demişdir. Bundan sonra müstəntiqin dediklərini məhkəmədə demiş, onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və müstəntiq narahat olmamasını, 21 gündən sonra onu buraxdıracağını bildirmişdir. O, yalnız narkotik vasitə marixuanadan istifadə etmiş və narkotikin qramını səkkiz manatdan kartla ödəniş etməklə əldə etmişdir. Əmiraslan yol yoldaşı kimi onunla getmiş və nə üçün getdiklərindən məlumatı olmamışdır. Əmiraslan əvvəllər narkotik istifadə etmiş, lakin artıq istifadə etmir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 17 iyul 2024-cü il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün həbs edilmiş və barəsində azadlığın məhdudlaşdırılması növündə cəza verilmişdir. Şahid5 1-2 il olar ki, tanımışdır. O, özü narkotik və psixotrop maddələr istifadəçisidir, Əmiraslan da əvvəllər narkotik istifadəçisi olmuşdur. Hazırda Əmiraslanın özünün dediyinə görə istifadə etmir. Təxminən 4-5 ay olar ki, sosial şəbəkə vasitəsi ilə İran vətəndaşı Tahir adlı şəxslə tanış olmuşdur. Ona narkotik lazım olanda Tahirə “Whatsapp” sosial şəbəkə tətbiqi vasitəsi ilə yazmış, onun göndərdiyi hesab nömrəsinə pul köçürdükdən sonra ona xəritə üzərindən yer göndərmiş, o da həmin yerə gedib narkotik götürmüşdür. Təxminən bir neçə gün əvvəl Tahir ona müxtəlif növ narkotik vasitələr göndərəcəyini, onun narkotik vasitələri bir yerdən götürüb başqa yerə qoymalı olduğunu demişdir. Buna görə ona həm pul verəcəyini, həm də özünün də narkotiklərdən istifadə edəcəyini demişdir. O, Tahirin təklifi ilə razılaşmışdır. Tahirin ona 16 iyul 2024-cü il tarixdə axşam saatlarında xəritə üzərindən yer atacağını, onun da həmin yerə gedib narkotik vasitələri götürəcəyini danışmışlar. Gündüz tanışı Əmiraslanla görüşərək axşama kimi vaxt keçməsi üçün biraz şəhərdə gəzmişlər. O, atasına məxsus olmaqla idarə etmək üçün heç bir sənədinin olmadığı BMW markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili atasından istəyib almışdır. Həmin avtomobillə Əmiraslanı Bakı şəhəri Koroğlu metrostansiyası yaxınlığından götürmüşdür. Onlar şəhərdə gəzən zaman İranlı Tahir ona “Whatsapp” vasitəsi ilə xəritə üzərindən narkotikin olduğu yerin kordinatlarını göndərmişdir. O, Əmiraslana guya Qaradağ rayonunda yaşayan xalasıgilə gedib gəlmək adı ilə deyib Əmiraslandan onunla getməsini xahiş etmişdir. Əmiraslan da etiraz etməmiş və onlar birlikdə atasına məxsus BMW markalı avtomobillə Qaradağ rayonu istiqamətinə getmişlər. Təxminən göy zavod deyilən yerdən dəniz qırağı istiqamətində reklam lövhəsinin yanında o, avtomobili saxlayıb orada gizlədilmiş iki ədəd qara rəngli sellofan torbaları avtomobilin yük yerinə qoymuşdur. Əmiraslan həmin vaxt telefonla danışmış və o, Əmiraslana bir söz deməmişdir. O, narkotik maddələri götürüb Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. 16 iyul 2024-cü il tarixdə, saat 23:30 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanının yaxınlığında idarə etdiyi BMW markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dostu Əmiraslanla birlikdə olarkən 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu və Əmiraslanı BNMİ-nin inzibati binasına dəvət etmişlər, avtomobili isə Baş İdarənin həyətinə yerləşdirilmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd avtomobil açarı, 01 ədəd içərisində 077 ***-**-** simkart nömrəsi olan “İphone” markalı, 01 ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 200 (iki yüz) manat pul aşkar edilərək götürülmüşdür. Sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 23 (iyirmi üç) qram olmuşdur. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, üzəri o, Əmiraslan, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefon ona izah verildikdən sonra götürülmüş, 01 ədəd avtomobil açarı və 200 (iki yüz) manat pul isə özünə geri qaytarılmışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Tahir” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoyduğuna görə “Tahir” adlı şəxslə danışaraq pul əldə edəcəyini, “Tahir” adlı şəxsi təxminən 4-5 (dörd-beş) ay olar ki, tanıdığını, üzərində narkotik vasitə olması ilə bağlı heç kimin məlumatı olmadığını, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Əmiraslan isə verilən suallara cavab olaraq onun üzərində və avtomobilində narkotik vasitə olmasından məlumatı olmadığını, onun Əmiraslana üzərində və avtomobilində narkotik vasitə saxlamağını demədiyini bildirmişdir. Avtomobilə baxışın keçirilməsi üçün inzibati binadan çıxmışlar. Sonra idarə eldiyi BMW markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanında olarkən ona avtomobildə saxladığı narkotik maddələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, avtomobilin yük hissəsindən 18 (on səkkiz) ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın ümumilikdə çəkisi 20 (iyirmi) kq 650 (altı yüz əlli) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılaraq möhürlənmiş, üzəri o, Əmiraslan, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. O, sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Tahir” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoyduğuna görə “Tahir” adlı şəxslə danışaraq pul əldə edəcəyini, “Tahir” adlı şəxsi təxminən 4-5 (dörd-beş) ay olar ki, tanıdığını, avtomobilində kütlələrin olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Əmiraslan verilən suallara cavab olaraq avtomobildə narkotik vasitə olmasından məlumatı olmadığını, onun Əmiraslana avtomobildə narkotik vasitə saxlamağını demədiyini bildirmişdir (İ cild, səh. 78-81). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “Qara Qarayev” metrosu yaxınlığında Bəhlulun maşınına əyləşmiş və Bəhlul ona xalasıgilə getdiyini demişdir. Birlikdə Qaradağ rayonu ərazisinə getmişlər, “Göy Zavod” deyilən ərazinin yaxınlığına çatanda Bəhlula zəng gəlmiş və Bəhlul maşından düşüb telefonla danışmağa başlamışdır. Bundan sonra Bəhlul maşına əyləşmiş və onlar geri qayıtmışlar. Hərəkətdə olduqları zaman yol polisi maşını saxlamalarını demiş və Bəhlul maşını saxlayaraq polislə danışmaq üçün düşmüşdür. Həmin vaxt maşının qabağında başqa maşın saxlamış, güzgüdən baxanda Bəhlulu görməmiş və bundan sonra polislər onu da tutmuşlar. Bundan sonra polislər onları apararaq ona da, Bəhlula da təzyiqlər göstərmişlər. O, Bəhlula olan təzyiqləri də görmüş, polis əməkdaşları Bəhlula təzyiqlər göstərib hədə-qorxu gəlmişlər və Bəhlula “üzərinə götürməsən evindən çıxarılacaq, qardaşını da buraya gətirəcəyik” demişlər. Bundan sonra isə o başqa otağa aparılmış və Bəhlula nə olmasını bilməmişdir. Bəhlula psixoloji təzyiqlər edilməsinin şahidi olmuş, fiziki təzyiqlərin şahidi olmamışdır. Bəhlulun üzərinə şəxsi axtarış keçirilməsinin şahidi olmamışdır. O, hərdən narkotik vasitə istifadə etmiş və Bəhlulun narkotik vasitə istifadəçisi olmasını bilməmişdir. O, Marixuananı adətən İran vətəndaşından əldə etmişdir. Narkotik lazım olarkən onunla birgə istifadə edən dost-tanışlarından da istəmiş, lakin Bəhlul həmin tanıdıqları şəxslər siyahısına aid deyil. Bəhlul yolda olarkən ona Qaradağ rayonu ərazisindən narkotik götürəcəyi barədə heç bir söz deməmiş və “Göz Zavod”un yanından geri qayıdarkən nəyə görə geri qayıtdıqlarını yaşca böyük olduğundan Bəhluldan soruşmamışdır. O, telefonla danışdığı müddətdə Bəhlulu görmüş, əgər Bəhlul nə isə gedib götürsə idi bunu görərdi. Qaradağdan qayıdarkən avtomobildə narkotik olsa idi bilərdi, çünki az miqdarda narkotik olanda iyi artıq hər tərəfi bürüyür. Qaradağ rayonu ərazisində olarkən polislərin onları izləməsi kimi hansısa şübhəli məqamı görməmişdir. Saxlanılıb aparılarkən onu döyən və incidən olmamışdır. Polis əməkdaşlarının ona narkotiki üzərinə götürməsi barədə hədələri olmamışdır. Polis bölməsində üzərinə axtarış keçirilmiş və üzərindən heç bir şey aşkar edilməmişdir. O, avtomobildən narkotik vasitə aşkar edilməsinin şahidi olmuş, lakin Bəhlulun üzərindən narkotik aşkar edilməsini görməmişdir. Bəhlulun maşınından aşkar edilən narkotikləri iranlıdan əldə etməsi barədə onun məlumatı olmamışdır. O, Tahir adlı şəxsi tanımamışdır. 6.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün həbs olunmuşdur. 2-3 il olar ki, həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs 1-2 il olar ki, tanımışdır. Bəhlulun narkotik istifadəçisi olduğunu bilmişdir. Özü əvvəllər narkotik istifadə etsə də son vaxtlar müalicə almış və ondan uzaqdır. Bəhlulun da deməsinə görə istifadə etmir. 16 iyul 2024-cü il tarixdə Bəhlul ilə Koroğlu metrostansiyası yaxınlığında görüşüb Bəhlulun atasına məxsus olan BMW markalı avtomobili ilə şəhərin mərkəzinə gəzməyə çıxmışlar. Axşam radələrində Bəhlulun ona demiş ki, xalasıgil Qaradağ rayonu tərəfdə yaşayır, ora getməlidir, işi var, ona təklif etmişdir ki, bir yerdə gedib gəlsinlər. Onlar birlikdə getmişlər. Bəhlul magistral yoldan bir qədər kənarda qaranlıq yolla maşını idarə etmiş, o, telefonla danışdığından həmin yerlər tam yadında qalmamışdır. Bəhlul yolun kənarında düşüb yenidən maşına minib sürmüşdür. O, həmin ərazini yaxşı tanımadığından Bəhluldan heç nə soruşmamışdır. 16 iyul 2024-cü il tarixdə, saat 23:30 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanının yaxınlığında Bəhlul idarə etdiyi BMW markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlamışdır. Onlar aşağı düşən zaman 4 nəfər mülki geyimli şəxsin onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək Bəhlulun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları BNMİ-nin inzibati binasına dəvət etmişlər. Avtomobili isə Baş İdarənin həyətinə yerləşdirmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə Bəhlul şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərinə şəxsi axtarış aparılmış, üzərində qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Bəhlul əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1(bir) ədəd avtomobil açarı, 1(bir) ədəd içərisində 077 ***-**-** simkart nömrəsi olan “İphone” markalı, 1(bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 200 (iki yüz) manat pul aşkar edilərək götürülmüşdür. Sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Bəhlulun təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 23 (iyirmi üç) qram olmuşdur. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Bəhlul, özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “İphone” və 1(bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə Bəhlula izah verildikdən sonra götürülmüş, 1(bir) ədəd avtomobil açarı və 200 (iki yüz) manat pul isə Bəhlula geri qaytarılmışdır. Bəhlul sorğu zamanı təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Tahir” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tahir” adlı şəxslə danışaraq pul əldə edəcəyini, “Tahir” adlı şəxsi təxminən 4-5 (dörd-beş) ay olar ki, tanıdığını, üzərində narkotik vasitə olması ilə bağlı heç kimin məlumatı olmadığını, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O, verilən suallara cavab olaraq Bəhlulun üzərində və avtomobilində narkotik vasitə olmasından məlumatının olmadığını, Bəhlulun ona üzərində və avtomobilində narkotik vasitə saxlamasını demədiyini bildirmişdir. Daha sonra Bəhlulun idarə etdiyi avtomobilə onun da iştirakı ilə baxış keçirilmiş və Bəhlul avtomobilin yük hissəsindən 18 (on səkkiz) ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Sonra həmin kütlələrin elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın ümumilikdə çəkisi 20 (iyirmi) kq 650 (altı yüz əlli) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Bəhlul, özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bəhlul sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Tahir” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tahir” adlı şəxslə danışaraq pul əldə edəcəyini, “Tahir” adlı şəxsi təxminən 4-5 (dörd-beş) ay olar ki, tanıdığını, avtomobilində narkotik vasitə olması ilə bağlı heç kimin məlumatı olmadığını bildirmişdir. Eyni zamanda ona verilən suallara cavab olaraq avtomobildə narkotik vasitə olmasından məlumatının olmadığını, Bəhlulun ona avtomobildə narkotik vasitə saxlamasını demədiyini bildirmişdir. O, Bəhlulun üzərində narkotik vasitə olmasından, naroktik vasitəni kimdən və haradan əldə etməsindən xəbərinin olmadığını, polis əməkdaşları yaxınlaşıb bildirdikdən və Bəhlulun üzərindən narkotik vasitə aşkar edildikdən sonra bu barədə məlumatının olduğunu bildirmişdir (İ cild, səh. 82-85). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, şəxsin külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, əməliyyat tədbirində dörd nəfər iştirak etmiş və təqsirləndirilən şəxs 16 iyun 2024-cü il tarixində, gecə saat 11-12 radələrində onlar tərəfindən Yasamal rayonu ərazisində piyada olan zaman saxlanılaraq baxış keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Daha sonra şəxs müdafiəçi ilə təmin edilərək videoçəkilişlə üzərinə baxış keçirilmiş, üzərindən təxminən çəkisi iyirmi qram olan marixuana aşkar edilərək götürülmüş və bundan sonra idarə etdiyi avtomobilə baxış keçirilərkən təxminən çəkisi iyirmi kiloqramdan artıq olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı vasitəsilə əldə etdiyini, pul qarşılığında lazımi ünvanlara çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında Əmiraslan adlı başqa şəxs olmuşdur. Bəhlulu hadisə günü izləməmişlər və Bəhlulun narkotiki əvvəlcədən hansı ünvandan götürəcəyi barədə məlumatları olmamışdır. Əməliyyat məlumatında Bəhlulun sadəcə külli miqdarda narkotikin dövriyyəsi ilə məşğul olması göstərilmiş və məlumatı verən etibarlı mənbə Bəhlulun məhz harada olacağını bildirmişdir. Səhv etmirsə şəxsi axtarış zamanı Bəhlul özü avtomobilində narkotik vasitə olduğunu qeyd etmişdir. Saxlanılan zaman və idarədə Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün barəsində qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarinin XMİÜ baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 da daxil edilmişdir. 16 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanının yaxınlığında olacağı müəyyən edilmiş, bunun üçün onlar qrup üzvləri ilə birlikdə həmin ünvana getmişlər. Həmin tarixdə saat 23:30-da eyni ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu müşahidə etmişlər, həmin zaman Bəhlula oxşar şəxsin yanında başqa bir şəxs də olmuşdur. Təqsirləndirilən şəxs oxşar şəxs BMW markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq dayanmışlar. Həmin vaxt onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxslərin də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid5 olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu avtomobillə birlikdə BNMİ-nə dəvət etmişlər. Eyni zamanda Şahid5 da Baş İdarəyə dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs müdafiə hüquqlarının təmin edilmiş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Bəhlul əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd bükümdə qurudulmuş marixuanaya oxşar kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1(bir) ədəd avtomobil açarı, 1(bir) ədəd içərisində 077 ***-**-** simkart nömrəsi olan “İphone” markalı, 1 (bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 200 (iki yüz) manat pul aşkar edilərək götürülmüşdür. Sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Bəhlulun təqdim etdiyi qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya oxşar kütlənin çəkisi 23 (iyirmi üç) qram olmuşdur. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “İphone” və 1(bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə Bəhlula izah verildikdən sonra götürülmüş, 1(bir) ədəd avtomobil açarı və 200 (iki yüz) manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Tahir” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tahir” adlı şəxslə danışaraq pul əldə edəcəyini, “Tahir” adlı şəxsi təxminən 4-5 (dördbeş) ay olar ki, tanıdığını, üzərində narkotik vasitə olması ilə bağlı heç kimin məlumatı olmadığını, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid5 verilən suallara cavab olaraq Bəhlulun üzərində və avtomobilində narkotik vasitə olmasından məlumatının olmadığını, Bəhlulun ona üzərində və avtomobilində narkotik vasitə saxlamasını demədiyini bildirmişdir. Daha sonra Bəhlulun idarə etdiyi avtomobilə baxış keçirilmiş, Bəhlul avtomobilin yük hissəsindən 18 (on səkkiz) ədəd bağlamada qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilərkən qurudulmuş marixuanaya oxşar kütlənin ümumilikdə çəkisi 20 (iyirmi) kq 650 (altı yüz əlli) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bəhlul sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan '”Tahir” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tahir” adlı şəxslə danışaraq pul əldə edəcəyini, “Tahir” adlı şəxsi təxminən 4-5 (dörd-beş) ay olar ki, tanıdığını, avtomobilində narkotik vasitə olması ilə bağlı heç kimin məlumatı olmadığını bildirmişdir. Əmiraslan verilən suallara cavab olaraq avtomobildə narkotik vasitə olmasından məlumatının olmadığını, Bəhlulun ona avtomobildə narkotik vasitə saxlamasını demədiyini bildirmişdir. Şahid5 Bəhlulun üzərində narkotik vasitə olmasından, naroktik vasitəni kimdən və haradan əldə etməsindən xəbərinin olmadığını bildirmişdir (İ cild, səh. 130-132). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 16 iyun 2024-cü il tarixində, gecə saat 12 radələrində Bəhlulun barəsində daxil olmuş narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair məlumatın icrasına başlamışlar. Saat 12 radələrində “Moskva” prospektində nəqliyyat vasitəsi saxlanılmış və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək onları Baş İdarəyə dəvət etmişlər. İdarədə keçirilmiş baxış zamanı Bəhlulun üzərindən narkotik aşkar edilmiş, Bundan sonra özü nəqliyyat vasitəsində də narkotik olduğunu bildirmiş və avtomobilin yük hissəsinə baxış keçirilərkən səhv etmirsə 18 bükümdə bağlama aşkar edilmişdir. Əməliyyat tədbirində dörd nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən yanında Əmiraslan adlı şəxs olmuşdur. Təqsirləndirilən şəxsə qarşı hansısa zor və təzyiq olmamışdır. Əvvəllər Bəhlul barəsində ona məlumat daxil olmamış və hadisə günü şəxsi izləməmişlər. 10.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 121-123). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat tədbirində dörd nəfər iştirak etmişlər və təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixində, təxminən saat 23 radələrində “Moskva” prospekti ərazisində, “BMW” markalı avtomaşının yanında olarkən tərəflərindən saxlanılmışdır. Saxlanılan zaman Əmiraslan adlı şəxs də təqsirləndirilən şəxsin yanında olmuşdur. Saxlanılan şəxslər Baş Narkotiklərlə İdarəsinə aparılmış və Baş İdarədə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən marixuana aşkar edilmiş, bundan sonra özü maşında da narkotik olduğunu etiraf etmiş, avtomobilə baxış keçirilən zaman 18 bağlamada narkotik vasitə marixuana aşkar edilmiş və tərəzi ilə baxış keçirilərkən 20 kq çəkidə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və müdafiəçinin iştirakı da təmin edilmişdir. Təqsirləndirilən şəxs özü narkotikləri “Tahir” adlı şəxsin vasitəsilə əldə etdiyini və məqsədinin həmin şəxsin dediyi ünvnanlara yerləşdirmək olduğunu bildirmişdir. Bəhlulun barəsində daha əvvəllər də onlara məlumatlar daxil olmuş, lakin biz Bəhlulu tua bilməmişlər. Saxlanılmasından altı ay əvvəl Binə ərazisində ev kirayələmişdir. Onlarda Bəhlul adında şəxsin barəsində məlumat olsa da kim olması məlum olmamışdır. Hətta vətəndaşların da yaşadıqları ərazilərə kiminsə narkotik yerləşdirməsi barədə müraciətləri olmuşdur. Bəhlulun əsas işi narkotiki yerləşdirərək fotosunu çəkib İranlıya göndərmək olmuşdur. Dediyi hallar barədə məlumat onda, hazırki iş üzrə məlumat isə Şahid1 olmuşdur. Onlar hadisə günü Bəhlulu güdməmiş, Bəhlulun hansı vaxtda və hansı yerdə olmasını Arif müəyyənləşdirmiş, o isə əməliyyat qrupunun üzvü olmuşdur. Məlumat şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olmuş, məlumatın məzmunu narkotiki haradan götürməsi deyil, şəxsin üzərində narkotik olması barədə olmuşdur. Polis əməkdaşlarının narkotik vasitələri təqsirləndirilən şəxsə verməsi halları həqiqəti əks etdirmir. Saxlanılan zaman, həmçinin idarədə Təqsirləndirilən şəxs heç bir zor və təzyiq olmamışdır. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 12.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 124-126). 13.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 iyun 2024-cü il tarixində, gecə saat 11-12 radələrində Yasamal rayonu, “Moskva” prospekti ərazisində avtomobilin yanında dayanmış Bəhlul adlı şəxs və onunla birgə olan Əmiraslan adlı şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra onlar Baş İdarəyə dəvət edilmiş, idarədə üzərilərinə baxış keçirilmiş və Bəhlulun üzərindən bir ədəd qurudulmuş marixuanaya bənzər büküm aşkar edilmişdir. Əmiraslan adlı şəxs üzərində heç bir şey olmadığını bildirmişdir. Bundan sonra Bəhlul avtomobilində daha artıq miqdarda narkotik olduğunu bildirmiş və avtomobilin yük yerinə baxış keçirilərkən oradan bükümlərdə narkotik aşkar edilmişdir. Aşkar edilənlərin ümumi çəkisi təxminən iyirmi kiloqram olmuşdur. Şəxs aşkar edilənləri İran İslam Respublikasının vətəndaşı olan “Tahir” adlı şəxslə əlaqə saxlayaraq Qaradağ rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Əməliyyat tədbirində dörd nəfər iştirak etmişlər. O, Bəhlulu əvvəllər tanımamış və Bəhlulun barəsində ona hansısa məlumat daxil olmamışdır. Saxlanıldığı gün Bəhlulun barəsində hansısa izləmə və ya başqa əməliyyat tədbiri həyata keçirilməmişdir. Saxlanılan zaman, idarədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir zor və təzyiq göstərilməmişdir. 14.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 127-129). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2024-cü il tarixli, 3-16-16/2-7/1161 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi - 19,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs avtomobilindən... təqdim etdiyi...” yazısı və imzalar olan qara rəngli sintetik torbadakı 10 (on) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram; 1010 qram; 1035 qram; 1020 qram; 1035 qram; 1015 qram; 1010 qram; 1010 qram; 970 qram; 1035 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş qara rəngli sintetik torbadakı 08 (səkkiz) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 995 qram; 1580 qram; 1570 qram; 1365 qram; 970 qram; 1005 qram; 1020 qram; 1030 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 19709,35 qram. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 46-50). 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 02 sentyabr 2024-cü il tarixli 5995 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 192-193). 17.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 iyul 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotk vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1(bir) ədəd avtomobil açarı, 1(bir) ədəd içərisində 077 ***-**-** simkart nömrəsi olan “İphone” markalı, 1(bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 200 (iki yüz) manat pul aşkar edilərək götürülmüşdür. Sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marxuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 23 (iyirmi üç) qram olmuşdur. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən mzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “İphone” və 1(bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1(bir) ədəd avtomobil açarı və 200 (iki yüz) manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Tahir” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən unvanlara qoymağına görə “Tahir” adlı şəxslə danışaraq pul əldə edəcəyini, “Tahir” adlı şəxsi təxminən 4-5 (dörd-beş) ay olar ki, tanıdığını, üzərində narkotik vasitə olması ilə bağlı heç kimin məlumatı olmadığını, idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyin biildirmişdir (İ cild, səh. 30-32). 18.«Avtomobilə baxış və götürmə aparılması haqqında» 17 iyul 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin yük hissəsindən 18 (on səkkiz) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 20 (iyirmi) kq 650 (altı yüz əlli) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılaraq möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən mzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bəhlul sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan '”Tahir” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tahir” adlı şəxslə danışaraq pul əldə edəcəyini, “Tahir” adlı şəxsi təxminən 4-5 (dörd-beş) ay olar ki, tanıdığını, avtomobilində narkotik vasitə olması ilə bağlı heç kimin məlumatı olmadığını bildirmişdir (İ cild, səh. 36-37). 19.«SMS məlumatlarına baxış keçirilməsi haqqında» 07 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsinə baxış keçirilmiş, baxış zamanı aşağıdakı mesai mətnləri aşkar olunmuşdur: xx.xx.2023 00:28:50, **********02, **********56, terefe gedecek hecne yoxdu, alib gedib evinde ceksem basqa sey alib gedib onun yaninda cekirsen oda ona dusmur bele puluylada olsa dusmur. xx.xx.2023 00:33:58, **********56, **********02, rum at oralara bir yere keçim yene mene qowacansa kimise denen … bir wey tapim canim agriyir. xx.xx.2023 00:36:03, **********02. **********56. neysede semed menden puluylada olsa vermirem qaqaw. menden ona hence istemirem getsin, mende biliremki sende gelib gitursende menden onada dawda olsa. xx.xx.2023 00:36:03, **********02 1.1.**********56 otureceksen yada onla cekeceksen. ona gorede vermirem qaqaw. bawqa yerden tap qaqa. bele pisen ureyin isteyir gel vezyetden cixarim aamma gelib burda m. xx.xx.2023 00:36:04 **********02 1.1.**********56 ene nagil danismada. gedim.ube uz yola getirib pulun verib goturecem zad. Ureyin isteyir gel vezyetden cix sirada min taksine cix get hara isteyirsen. xx.xx.2023 00:38:51 **********02 1.1.**********56 falqa getir ozunle falqa zad hecne yoxdu. xx.xx.2023 00:38:53 1.1.**********56 1.1.**********02 falqa getir ozunle. xx.xx.2023 00:59:15 1.1.**********02 1.1.**********56 deqiq falqa tap gelsense. hevne yoxdu. xx.xx.2023 21:06:07 xx.xx.2023 21:06:08 1.1.**********44 1.1.**********02 Qaqa neynirsen vezyet zad qaqa sen o paltarlari neynedin goturesi oldun yoxsa nece. xx.xx.2023 21:51:55 1.1.**********44 1.1.**********02 Tez gelseydin lap yaxwi olardi evde heckim yoxdu ama belede nece istesen gel menim otagimda oturariq. xx.xx.2023 18:34:26 1.1.**********44 1.1.**********02 Necesen qaqa neynirsen veziyet necedi qaqa o paltari goturdun sen denen bilimde mende eger goturmusense deyimki goturmuwem. xx.xx.2023 17:15:27 xx.xx.2023 17:15:28 1.1.**********44 1.1.**********02 Neynirsen qaqa veziyet necedi qaqa imkan var o paltarin pulunu vermeye yoxsa nece (İ cild, səh. 168). 20.«SMS məlumatlarına baxış keçirilməsi haqqında» 27 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsinə baxış keçirilmiş, baxış zamanı aşağıdakı mesai mətnləri aşkar olunmuşdur: xx.xx.2024 18:07:31 1.1.**********02 1.1.**********26 Sene kartina pul vurum. Eleye bileceksen ozun. Kartina atim. Kart yaz birden uşağlara atim helelik 10 manat atsinlar karta. Qaranligda qalma (İ cild, səh. 179). 21.«Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 02 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung» markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış zamanı mobil telefon aparatının «WhatsApp» ani mesailaşma mübadilə sisteminə və «Galareya» bölməsindəki fotoşəkillərə baxış keçirilərkən iş üçün əhəmiyyətli olan «WhatsApp» ani mesajlaşma mübadilə sistemində Taleh adı ilə qeyd edilmiş, İran İslam Respublikasının mobil operatorlarına aid olan +98 914 *** **** mobil nömrəsi, həmin mobil nömrədən daxil olan zəng və narkotik vasitənin qoyulduğu yerin ehtimal edilən fotoşəkli aşkar edilmişdir (İ cild, səh. 117-120). 22.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 4(005)- 937/2024 nömrəli nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 18 iyul 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitəni Qara Qarayevdən götürdüyünü bildirmişdir. İran vətəndaşı ona zəng etmiş narkotik vasitəni Qara Qarayevdə yerləşən ünvandan götürüb şəhərə aparmalı olduğunu bildirmişdir (İ cild, səh. 92-96). 23.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 17 avqust 2024-cü il tarixli, 1/3318 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməyib (İ cild, səh. 141). 24.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 21 avqust 2024-cü il tarixli, 10223 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 152). 25.«Maddi sübut hesab edilməsi haqqında» 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 19709,35 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmiş, tədqiqatdan sonra 02 ədəd sintetik torbalarda və 01 ədəd qəhvəyi rəngli kağız paketdə qablaşdırılan, qalıq qalan 19707,45 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 107-108). 26.«Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)-1749/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 1749/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs məxsus 055.797-03-02 saylı mobil nömrəyə dair "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd «Samsung» markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (İ cild, səh. 253-269). 27.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ çiynin üzərində 1-2 sm ölçüdə sarımtıl qançır, hər iki saidin ön səthində köhnə çapıq toxuması aşkar olunmuşdur. 28.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (İ cild, səh. 216-218). 29.«Şübhəli şəxsin tutulması haqqında» 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və azadlığının məhdudlaşdırıldığı 16 iyul 2024-cü il tarixdən tutulmuş hesab edilmişdir (İ cild, səh. 21). 30.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 4(005)- 937/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 iyul 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 92-96). 31.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(007)-433/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 sentyabr 2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İ cild, səh. 142-143, 145-151). 32.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 27 may 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, AR CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsinin 1(007)-433/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü və onun icrası barədə xx.xx.2023-cü il tarixli göstərişi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarəyə gələrək qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Nərimanov Rayon Məhkəməsinin 4(005)-937/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs cəza müddətinin axımı xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. Nizami Rayon Məhkəməsinin 1(007)-433/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixə 07 ay 04 gün hissəsi məhkum tərəfindən çəkilmiş, 02 il 01 ay 22 gün hissəsi çəkilməmiş qalmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 33.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 34.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 35.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 36.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 maddəsinin xaric olunmasını əsaslı sayır. 37.Belə ki, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs verilmiş ittihamda cinayət əməlinin məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi aparılan hərtərəfli məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. 38.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. 39.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin hər hansı iştirakçıları ilə aralarında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilməmiş, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olması, həmçinin həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirlik nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. 40.İstintaq orqanı Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Tahir” ləqəbli şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsini... qeyd etmiş, lakin məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında Təqsirləndirilən şəxs hər hansı şəxslə, eləcə də şəxsiyyəti istintaqla araşdırılan “Tahir” ləqəbli şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad edilən cinayət əməlini törətməsi müəyyən edilməmişdir. 41.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. 42.İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan “Tahir” ləqəbli şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif etmişdir. 43.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına dair digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsində iştirakını təsdiq edən sübut müəyyən olunmamışdır. 44.Məhkəmənin bu qənaəti əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə aid cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. 45.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 46.Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 47.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 48.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 49.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 50.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 51.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 52.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 53.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 54.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 55.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 56.Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və göndərilən sms mətnlərinə dair məlumatların əks olunduğu elektron məlumat daşıyıcısına baxış zamanı jarqon sözlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 57.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ çiynin üzərində 1-2 sm ölçüdə sarımtıl qançır, hər iki saidin ön səthində köhnə çapıq toxuması aşkar olunmuşdur. Eyni zamanda, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 58.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 59.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 60.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı və avtomobilə baxış barədə videoçəkilişlərin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şəxsi axtarış və götürmə aparılması haqqında» 17 iyul 2024-cü il tarixli və «avtomobilə baxış və götürmə aparılması haqqında» 17 iyul 2024-cü il tarixli protokolların, həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən disklərin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş narkotik vasitələrin və ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 61.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı həmin sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 62.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının və avtomobilə baxışın şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 63.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 64.Məhkəmə həmçinin şahid qismində dindirilmiş Şahid5 ifadəsinə münasibətdə qeyd edir ki, onun təqsirləndirilən şəxsin xeyrinə müdafiə xarakterli ifadə verməsi istisna olunmur. Həmin ifadə iş materialarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təkzib olunur. 65.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 66.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. 67.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 68.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olmasının ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 69.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 70.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 71.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 72.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 73.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 74.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 75.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 76.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 77.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 78.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 79.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 80.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 81.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 82.Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(007)-433/2023 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 83.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(007)-433/2023 nömrəli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. 84.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 85.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(007)- 433/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 01 (bir) il 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. 86.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 87.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 88.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 89.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 90.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 16 iyul 2024-cü il tarixdən hesablanmalıdır. 91.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 92.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 93.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 94.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 19707,45 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı və avtomobilə baxış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 2 ədəd DVD formatlı diskin, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş, SMS məlumat tarixçəsini özündə əks etdirən 2 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 95.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 96.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 97.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 98.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(007)-433/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 01 (bir) il 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı - 16 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 19707,45 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 2 ədəd DVD formatlı və 2 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev