Məhkəmə qərarları › İş №1(101)-842/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-842/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-842/2020 19.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydadad fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən,Yasamal Rayon Xalq Məhkəməsinin xx xxxx 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Yasamal Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207.2, 189-1.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2002-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 1(004)- 170/2013 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 221.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxx 2017-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, dalan 15, ev 12-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 19:10-da idarə etdiyi “Saipa" markalı “**- NF-***" dövlət qediyyat nişanlı avtomobillə ictimai yer hesab edilən ünvan 1 saylı ünvanın qarşısında olarkən uzun müddətə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına, təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozaraq, ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin qanuni mənafelərinə toxunan hərəkətlər edib, özünün şəxsiyyətini digər şəxslərin fövqünda qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edib şəxslər üzərində zor tətbiq etməklə müşayiət edilən qərəzli hərəkətlər edərək “Toyota Prius" markalı, “**-UP-***" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs işıqforun qırmızı qadağanedici işığında dəfələrlə siqnal verib ardınca avtomobildən düşməklə qışqıraraq avtomobili sürməyi tələb etmiş, sonuncu işıqforun qırmızı işığında avtomobili idarə etməyin qadağan olunduğunu, habelə qarşısında digər avtomobillərin saxladığını bildirdiyinə görə o, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yaxınlaşaraq nalayiq ifadələr işlədərək təhqir etmiş və bu səbəbdən aralarında yaranmış mübahisə zamanı özünü Zərərçəkmiş şəxs şəxsiyyəti fövqündə qoyaraq sonuncunun sağlamlığına laqeyid münasibət göstərməklə üzərində olan bıçağı silah qismində istifadə edərək ilk öncə sonuncunun qarşısında bıçağı hərəkət etdirmiş, daha sonra isə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən onun sol qabırğaaltı nahiyəsinə bir zərbə vuraraq sol qabırğaaltı nahiyəsinin qarın boşluğuna nüfuz edərək böyük piyliyi zədələyən və daxili qanaxma ilə müşayiət olunun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, həyat üçün təhlükəli olan xəsarət yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən Ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. xx xxxx 2020-ci il tarixdə saat 19:20 radələrində idarə etdiyi "**-NF-***” dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanına gəlmişdir. Həmin vaxt işıqforun qırmızı qadağanedici işığı yandıqda qarşısında "Toyota Prius” markalı avtomobil dayanmışdır. Həmin avtomobilin qarşısında da 3 avtomobil dayanmışdır. Bu vaxt işıqforun yaşıl işığı yandıqda “Toyota Prius” markalı avtomobilin qarşısında dayanmış qabaqda olan 3-cü maşın yerindən tərpənməmiş və qarşıdan sol zolaqdan avtomobillər gəlib keçmişlər. O, məcbur olub siqnal vermişdir ki, qarşıdakı avtomobillər də hərəkətə keçsinlər. Bu vaxt “Toyota Prius” markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Zərərçəkmiş şəxs qapını açaraq avtomobildən düşüb üstünə gələrək, ondan ona siqnal verib-verməməyini soruşmuşdur. O, Valehə bildirmişdir ki, onunqarşısındakı avtomobillərə siqnal verir. Valeh üzünü çevirib avtomobilinə tərəf hərəkət etmiş və onun ünvanına nalayiq sözlər işlətmişdir. Onun nalayiq sözlərini eşitdikdə avtomobildən düşüb Valehə kiminünvanına nalayiq sözlər işlətməsinisoruşmuş. Valeh ona "sən siqnalı mənə vermirdinsə mən də söyüşü birinci maşına, yəni işıqforun yaşıl işığında sürməyən sürücüyə deyirdim” cavabını vermişdir. Ardınca həmin avtomobildən adını sonradan bidiyi Rəhman adlı şəxs də düşüb üzərinə gəlmişdir. O, düşünüb ki, onu döymək istəyirlər. Bundan sonra o, üzərində olan dəmir mətbəx bıçağını götürüb Valehin qarşısında əli ilə hərəkət etdirməyə başlamışdır. Təqsirləndirilən şəxs ona daha yaxın gəldikdə o, sağ əlində tutduğu bıçaqla Valehin sol qarın nahiyəsinə bıçaqla bir zərbə vurmuşdur. Sonra bıçağı qarşısında hərəkət etdirmiş, lakin yenidən Valehə xəsarət yetirməyə imkanı olsa da bunu etməyərək geri çəkilmişdir. Bundan sonra isə idarə etdiyi avtomobilə əyləşib oradan çıxıb getmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında dostum Rəhmanla birlikdə idarə etdiyi “Toyota Prius" markalı avtomobillə Nərimanov rayonundan Bakı şəhəri, Yasamal rayonuna doğru hərəkət etmişdir. Nəsimi rayonu, Füzuli küçəsində avtomobildə olarkən svetoforun qırmızı işığı yandığından idarə etdiyi avtomobili Füzuli küçəsində soldan ikinci zolaqda saxlamış və bu vaxt svetoforun qırmızı işığının yanmasına baxmayaraq arxada “Saypa" markalı avtomobilin sürücüsü, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilin arxasında saxlayaraq dayanmadan siqnal verməyə başlamışdır. Ondan əvvəl 3 avtomobil dayanmış, təqsirləndirilən şəxsin avtomobili isə onun avtomobilinin arxasında dayanmışdır. Bu zaman o, Anara ona nə səbəbə qışqırdığını irad bildirirək yol ayrıcında svetoforun qırmızı işığının yandığını izah etmişdir. Lakin, təqsirləndirilən şəxs ona doğru gəlib nalayiq söyüşlər işlətməyə başlamışdır. Həmin vaxt kənarda olan şəxslər və avtomobillərdə olan adamlar onlara baxsalar da onlara yaxınlaşmamışlar. O, avtomobildən düşərək nə səbəbə nalayiq söyüşlər işlətdiyini bildirdikdə heç bir səbəb olmadan Anar onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Anarın ünvanımn işlətdiyi nalayiq ifadələri yenidən onun ünvanına cavablandırdıqda Anar əlində bıçaqla onun üzərinə doğru gəlib, bıçağı qarşısında hərəkət etdirmiş və qəfil ona doğru hərəkət edib sol qabırğa altı nahiyəsinə bıçaqla bir zərbə vurmuşdur. Daha sonra isə yenidən qarşısında bıçağı hərəkət etdirməyə başlamış, lakin, ona xəsarət yetirməyə imkanı olsa da bunu etməyərək idarə etdiyi avtomobilə əyləşib oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxsin bacısının əri onun müalicə xərcinə kömək etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə etmişlər. Ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında dostum Valehlə birlikdə Valehin idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Nərimanov rayonundan Yasamal rayonuna doğru hərəkət etmişlər. Bir qədər hərəkət etdikdən sonra saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsinə gəlmişlər. Avtomobildə olarkən svetoforun qırmızı işığı yandığından Valeh idarə etdiyi avtomobili Füzuli küçəsində soldan ikinci zolaqda saxlamış və svetoforun qırmızı işığının yanmasına baxmayaraq arxada "Saypa" markalı "**-NF-***" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onların əyləşdiyi avtomobilin arxasında saxlayaraq dayanmadan siqnal verməyə başlamış, habelə avtomobildən düşərək qışqırıb söyməyə başlamış və avtomobili sürməyi tələb etmişdir. Bu zaman Valeh həmin şəxsə nə səbəbə qışqırdığını irad bildirirək yol ayrıcında svetoforun qırmızı işığının yandığını izah etmişdir. X6 doğru gəlib, yenidən ona nalayiq söyüşlər işlətməyə başlamışdır. Bu zaman Valeh də avtomobilidən düşərək nə səbəbə nalayiq söyüşlər işlətdiyini bildirdikdə heç bir səbəb olmadan Anar əlində olan bıçaqla Valehə doğru hərəkət edib kənarda olan şəxlərin və orada avtomobil idarə edən insanların gözü qarşısında nalayiq ifadələrlə Valehin qarşısında bıçağı hərəkət etdirməyə başlamışdır. Ardınca isə Valehə qəfil yaxınlaşıb onun sol qabırğasının alt hissəsinə bıçaqla bir zərbə vurmuş, yenidən qarşısında bıçağı hərəkət etdirmiş, lakin ona bədən xəsarəti yetirməyə imkanı olsa da, bunu etməyərək idarə etdiyi avtomobilə əyləşib oradan çıxıb getmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan Nəsimi RPİ-nin 21-ci PB-nin məsul növbətçisi, polis leytenantı Ə.Bayramovun xx xxxx 2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 20:50-də 102 xidmətinə vətəndaş Zərərçəkmiş şəxs “Qış” parkının yaxınlığında “Saipa” markalı, “**-NF-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən bıçaqlanması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 10-14-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 1 saylı ünvanın qarşısıdır. Hadisə avtomobil yolunda baş vermişdir. Baxış zamanı hadisənin şahidi olmuş Şahid xx xxxx 2020-ci il tarixdə xalası oğlu Zərərçəkmiş şəxs məxsus “Toyota Prius” markalı avtomobillə işıqforda dayanan zaman, “Saipa” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığı yanmasına baxmayaraq dayanmadan siqnal verdiyini və Valehin ünvanına söyüşlər söydüyünü, bundan sonra Valeh avtomobildən düşmüş və həmin avtomobilin sürücüsü ilə mübahisə etməyə başlamışlar, bu zaman “Saipa” markalı avtomobilin sürücüsü Valehə bıçaqla xəsarət yetirərək idarə etdiyi avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Cinayət işinin 22-23-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş, iç tərəfində “STAR” yazısı olan 1 ədəd maykaya baxış keçirilərək götürülmüş və baxış zamanı maykanın ön hissəsinin sol-orta nahiyəsində, aşağı sərbəst kənarından 24 sm yuxarıda, sağ yan tikişindən 4.5 sm sağda çəp istiqamətli, uzunluğu 1,6 sm olan bir ədəd zədə olduğu müəyyən edilmişdir. Cinayət işinin 63-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi bıçağı könüllü olaraq istintaq orqanına təqdim etmiş, bıçaq götürülmüş və baxış zamanı bıçağın dəstək və tiyədən ibarət olduğu və ümumi uzunluğunun 185 mm olduğu müəyyən edilmişdir. Bıçağın tiyəsi gümüşü metaldandır, tiyənin bir tərəfi itilənmiş, digər tərəfi isə irilənməmiş formadadır. Bıçağın dəstəyi qara rəngli, plastik lövhədən ibarətdir. Bıçağın tiyəsi üzərində qırmızı rəngli ləkə müşahidə edilmişdir. Cinayət işinin 70-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Şahid ona tanınmaq üçün təqdim olunmuş şəxsləri nəzərdən keçirib, həmin şəxslər arasından əlində şərti olaraq “3” rəqəmi tutmuş şəxsin Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 74-79-cu vərəqələrində olan xx xxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 80-82-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid istintaqa verdiyi ifadəsini əyani olaraq Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, Təqsirləndirilən şəxs ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kim qəbul edir. Cinayət işinin 139-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X2” X4 xx xxx 2020-ci il tarixli, 197/2020 MTKŞ №-li maddi sübutların ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus maykanın ön hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Bu zədəni yetirən alətin daxil olma səviyyəsində eni 2 sm-ə qədər olmuşdur. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi əyri olduğuna görə bu bıçaqla müqayisəli müayinə üçün eksperiment aparılmamışdır. Ona görə də Zərərçəkmiş şəxs məxsus paltar üzərində aşkar edilmiş zədənin bu bıçaqla yetirilib-yetirlməməsi haqqında fikir söyləmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol qabırğaaltı nahiyəsinin qarın boşluğuna nüfuz edən eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatli mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 144-147-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X2” X4 xx xxx 2020-ci il tarixli, 320/2020 MTBŞ №-li maddi sübutların ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) ( şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli mayka üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız B antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri B alfa (İİİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 153-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X2” X4 xx xxx 2020-ci il tarixli, 372 №-li ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət-sol qabırğaaltı nahiyəsinin qarın boşluğuna nüfuz edərək böyük piyliyi zədələyən və daxili qanaxma ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən, onun tibbi yardım üçün Ak.M.O.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşİci-kəsici təsirindən əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Cinayət işinin 164-166-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini əyani olaraq Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, Təqsirləndirilən şəxs ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kim qəbul edir. Cinayət işinin 167-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il saat 19:10-da iki nəfər şəxsin ünvan 1 saylı ünvanda, "Heydər Əliyev” adına sarayın sağ tərəfində yerləşən yolda mübahisə etdikləri və bir nəfər şəxsin digər şəxsin üzərinə gedərək əl-qol hərəkətləri atması müşahidə olunur. DVD diskə yazılmış TŞ03-049.1-ci fayldakı 5 dəqiqəlik videonun 56-cı saniyəsində, yəni xx xxxx 2020-ci il saat 19:10-da iki nəfər şəxsin bir-biriləri ilə ünvan 1 saylı ünvanın qarşısındakı avtomobil yolunda, avtomobillərin ətrafında tıxac zamanı mübahisə etdikləri müşahidə olunur. İş üzrə təqsirləndirilən şəxs qismində baxışda iştirak edən Təqsirləndirilən şəxs videoyazılarda olan şəxsin özü olduğunu və xx xxxx 2020-ci il tarixdə saat 19:10-da ünvan 1 saylı ünvanda Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini və mübahisə zamanı ona bıçaqla xəsarət yetirib hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, hadisəni özünü müdafiə etmək məqsədilə törətmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin verdiyi ifadələrini məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs həmin ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 128-130-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Xalq Məhkəməsinin xx xxxx 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Yasamal Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207.2, 189-1.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2002-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; cinayət işinin 132-137-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 1(004)-170/2013 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxx 2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqdan iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 149-151-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx xxxx 2020-ci il tarixli, 619 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xronik psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq aşkar edilmir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU aşkar olunur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimi təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında konfliktə meyillilik, hövsələsizlik, emosional qeyri-sabitlik, dəyişkən əhval ruhiyyəlik müəyyən olunur. Eqosentrizm, inadkarlıq, kobudluq, neqativ amillərə qarşı dözümsüzlük kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla o, cinayət hadisəsinin baş verdiyi şəraiti, iş üçün əhəmiyyətli halları düzgün qavramaq. hərəkət və davranışına nəzarət etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən şəxsiyyətin emosional davamsız tip pozuntusu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən şüuru və psixi fəaliyyətini məhdudlaşdıran psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə zamanı psixi vəziyyətində fizioloji affekt, güclü ruhi həyəcan, stress, emosional-psixi gərginlik, frustrasiya və s. yaranmamışdır. Cinayət işinin 182-ci vərəqəsində olan Zərərçəkmiş şəxs xx xxx 2020-ci il tarixli ərizəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq, onun faktiki tutulduğu, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 54-cü vərəqəsində olan cinayətin törədilməsində şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 114-118ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(006)-114/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsdə olmanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin NH-nə təhvil verilmiş 1 ədəd bıçaq və 1 ədəd mayka məhv edilməli, 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti və dəyəri olmayan digər əşyalar olmadıqda isə məhv edilməlidir; İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) aymüddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il 06 (altı) aymüddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) ilmüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin NH-nə təhvil verilmiş 1 ədəd bıçaq və 1 ədəd mayka məhv edilsin, 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar