Məhkəmə qərarları › İş №1(101)-842/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-842/2021

08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-842/2021 08.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, Bakı şəhəri Səbail rayonu 1-ci qəsr döngəsi ev 60-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İ və İİ siyahısı ilə müəyyən edilmiş 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,925 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış külli miqdarda heroini, 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,010 qram və 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,312 qram kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlınmış psixotrop maddə olan, ümumilikdə təmiz çəkisi 5,322 qram külli miqdarda metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 25 oktyabr 2020-ci il tarixdə saat 00:20 radələrində Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən hərbi vəziyyət rejimi ilə bağlı şəhər ərazisində tətbiq edilən komendant saatını pozduğu üçün saxlanılaraq Sumqayıt şəhəri Sülh küçəsində “Sumqayıt” lövhəsinin yaxınlığında saxlanılıb üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan satış məqsədi ilə saxladığı “Rothmans” siqaret qutusunun içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,925 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış külli miqdarda heroini, 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,010 qram və 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,312 qram kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlınmış psixotrop maddə olan, ümumilikdə təmiz çəkisi 5,322 qram külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, üzərindən aşkar olunan narkotik vasitə olan heroini və metamfetamini şəxsi istifadəsi üçün internet vasitəsi ilə türk nömrəsini işlədən, özünü Musa kimi təqdim edən şəxsdən almışdır. O, narkotik vasitə çatdırılması ilə məşğul olmamışdır. O, ilkin ifadəsində özündə olmamış və 450 manat müqabilində naroktik vasitənin çatdırılması ilə məşğul olduğunu demişdir. Lakin o, həmin işlə məşğul olmamış, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. O, həmin şəxsdən əldə etdiyi narkotik vasitəni onun dediyi hesab nömrələrinə 160 manat bir, 700 manatda bir pul vurmuşdur. Həmin pulları tutulduğu gün Bakı şəhəri Axundov bağının yannıda olan Spar marketdə Pay Point vasitəsi ilə vurmuşdur. Həmin şəxsin ona satdığı mal, naroktik vasitə türk malı olduğuna görə bahalı olmuşdur. Məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istisnaq zamanı verdiyi ilk ifadəsi arasında ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istisnaq zamanı verdiyi ilk ifadəsi tədbiq olunmuşdur. O, ibtidai zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu 1-ci qəsr döngəsi ev 60-da ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evdə nənəsi və ər-arvad münasibətində olduğu Şahid1 ilə birlikdə yaşayır. Daimi olaraq heç bir yerdə işləmir, narkotik vasitə qəbul etmir. Təxminən 2 ay bundan öncə “İnstagram” sosial şəbəkəsində adını Musa kimi bildiyi bir nəfər şəxslə tanış olaraq, həmin şəxs ona narkotik vasitə kuryerliyi ilə məşğul olmağı təklif etmiş və bunun əvəzində ona 450 manat aylıq maaş verəcəyini demiş, o da onunla razılaşıb fikirləşmişdir ki, həm bu işlə məşğul olub gəlir əldə edib özünə maşın alar, həm də özünə narkotik vasitə lazım olanda istifadə edər. Beləliklə o həmin şəxsə “Whatsapp” nömrəsini vermiş, onun “Whatsapp” nömrəsi ***-***- **-** saylı mobil nömrədə olmuşdur. O həmin şəxslə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Həmin şəxs ona öz adını deməmiş, o həmin şəxsin kim olduğunu bilməmişdir. O “Whatsapp” proqramı vasitəsi ilə həmin şəxsin 0090-***-***-**-** saylı nömrəsi ilə danışmışdır. Həmin şəxs ona narkotik vasitənin olduğu yeri deyib həmin yerin şəklini ona çəkib göndərmiş, o da qeyd olunan yerlərdən narkotik vasitəni götürüb onun dediyi yerlərə qoymuşdur. Onun vasitəsilə narkotik vasitəni götürən şəxslər isə onun hesab nömrəsinə pul vurmuşlar, o da həmin pulu çıxardıb ona verilən hesab nömrəsinə pulu göndərmişdir. O ilk ayı onun dediyi sifarişləri yerinə yetirmiş və o, bunun əvəzində onun elektrn hesab nömrəsinə 450 manat pul vurmuşdur. Onun hesab nömrəsi kapital bankda açdırmış və hesab nömrəsi 4169-7413-6508-1452 olmuşdur. O sonuncu dəfə 24.10.2020-ci il tarixdə təxminən saat 12:30 radələrində həmin şəxsin onun dediyi ayrı ayrı 2 hesab nömrələrinə 160 manat və 700 manat məbləğində pul göndərmişdir. 24.10.2020ci il tarixdə təxminən saat 21:30 radələrində həmin şəxs ona “Whatsapp” proqramı vasitəsi ilə zəng edərək Sumqayıt şəhərində Sumqayıt sözü yazılmış lövhənin arxasında dəmir dəmir dirəklərdən birinin yanına narkotik vasitə qoyduğunu, həmin maddəni götürməsini, götürdükdən sonra onunla əlaqə saxlamasını və onun deyəcəyi yerə aparıb qoymasını bildirmişdir. O həmin gün Şahid1 ilə Bakı şəhəri Sovetski deyilən ərazidə kirayə qaldığı evdən İçəri şəhərdə yaşadığı ünvana köçdükləri üçün evdə yır-yığış etmişlər. Onun dostu Şahid2 da ona köçməkdə köməklik etmişdir. O işini bitirdikdən sonra Mənsurə və Cahangirə Sumqayıt şəhərində işi olduğunu demiş və onlar birlikdə saat 23:30 radələrində Sumqayıt şəhərinə yola düşmüşlər. O təxminən saat 00:20 radələrində ona deyilən yerdən yəni, Sumqayıt şəhəri “Sumqayıt” lövhəsi yazılan yerdən 3 bükümdə olan narkotik vasitələri götürmüş və avtomobilinə yaxınlaşanda ona 2 nəfər polis geyimində olan şəxs yaxınlaşmışdır. Onlar polis əməkldaşları olduğunu deyib şəhər ərazisində hərbi rejimlə bağlı tətbiq olunmuş komendant saatı ilə əlaqədar icazənin olub olmadığını soruşmuşlar, onlar da icazələrinin olmadığını dedikdə polis əməkdaşları onlara komendant rejimini pozduqlarına görə onları Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə aparacaqlarını demişlər. O polis əməkdaşları ilə bölməyə gedərkən yolda polis əməkdaşlarına üzərində 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin və 1 ədəd şəffaf sellofan bükümdə, 1 ədəd isə gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan şüşə kimi tanıdığı metamfetamin olduğunu demişdir. Onlar polis bölməsinə çatdıqda ona hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirələcəyi deyilmişdir. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri olan bildiriş təqdim olunmuş, polis əməkdaşları ona həmin bildirişlə tanış olmasını dedikləri üçün o, hüquq və vəzifələri olan bildirişlə tanış olmuşdur. Daha sonra polis əməkdaşları üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini izah edib, bununla əlaqədar etirazının olub-olmadığını soruşmuşlar, o da etirazının olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları ona üstündə olan bütün qanunsuz əşyaları təqdim etməyi təklif etmişlər. O da könüllü olaraq üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən “Rothmans” siqaret paketinin içərisindən 2 ədəd şəffaf rəngli sellofan büküm və 1 ədəd gümüşü rəngli kağız büküm çıxardıb təqdim etmişdir. O 1 ədəd şəffaf rəngli sellofan bükümü açıb içərisində kakos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, digər 1 ədəd şəffaf rəngli sellofan bükümdə şüşə kimi tanığım metamfetamin, həmçinin 1 ədəd gümüşü rəngli kağız bükümdə də şüşə kimi tanığı metamfetamin olduğunu demişdir. Polis əməkdaşları ondan həmin maddələri haradan, hansı məqsədlə əldə etdiyini soruşduqda o polis əməkdaşlarına internet vasitəsi ilə tanış olduğu şəxsdən “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb qoyulan ünvanlardan malı götürüb deyilən ünvanlara malı yerləşdirmək üçün Sumqayıt şəhərinin girişində “Sumqayıt” lövhəsinin arxasından bugün tutularkən götürdüyünü və həmin şəxsə məlumat verə bilmədən polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Həmçinin o, bildirmişdir ki, həmin şəxsi şəxsən tanımır, həmin şəxs də ona bu xidməti qarşılığında hər ay 450 manat pul verirdi. Həmin şəxslə 2-ci aydır ki, işlədiyini də qeyd etmişdir. Bundan sonra üzərindən aşkar olunan 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, çəkisi 5.2 qram olduğu müəyyən edilmiş, eyni zamanda 1 ədəd şəffaf rəngli sellofan bükümdə metemfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 5.4 qram olduğu və 1 ədəd gümüşü rəngli kağız bükümdə metemfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 0.6 qram olduğu müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitələr qablaşdırıb möhürləmişlər və bu barədə protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və o digər iştirakçılarla birlikdə protokola imza etmişdir. “Whatsapp” proqramı vasitəsi ilə narkotik vasitənin yerini ona deyən şəxsi tanımamış, həmin şəxsi görməmişdir. 24.10.2020-ci il tarixdə təxminən saat 13:30 radələrində həmin şəxsin dediyi hesab nömrələrinə 160 manat və 700 manat pul göndərmiş, həmin hesab nömrələrini dəqiq xatırlamamış, lakin telefonunda həmin hesab nömrələrinə pul göndərməyinin qəbzlərinin şəkli var, belə ki, o həmin qəbzlərin şəklini çəkib həmin şəxsə “Whatsapp” vasitəsi ilə göndərmişdir. Mobil telefonunda narkotik vasitənin yerlərini deyən şəxslə “Whatsapp” vasitəsi ilə olan danışıqları qalmamış, qorxduğu üçün bölməyə gələrkən “Whatsapp” proqramını telefonundan silmişdir. Onunla birlikdə gələn Şahid2 və Şahid1 Sumqayıt şəhərinə nə səbəbə gəldiyini bilməmişlər, onlar ümumiyyətlə onun bu işlə məşğul olduğunu bilməmişlər. Narkotik vasitənin alqı-satqısı ilə məşğul olması ilə bağlı bildirmişdir ki, o ona deyilən yerdən narkotik vasitəni və ya psixotrop maddəni götürüb ona deyilən yerə aparıb qoymuş, narkotik vasitəni alan şəxs onun hesab nömrəsinə pul vurmuş, o da həmin pulu sonda çıxardıb internet vasitəsi ilə tanış olduğu şəxsin hesab nömrəsinə vurmuşdur. O narkotik vasitənin kimə və neçəyə satıldığını bilməmişdir. Narkotik vasitənin kimə və hansı məbləğə satıldığını həmin şəxs özü bilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ona məxsus «Xiamomi Redmi Note7» markalı telefona baxış keçirilməsi haqqında protokola tanış olarkən bildirmişdir ki, 24.10.2020-ci il tarixdə çəkilmiş şəkillərdən xəbəri olmamışdır. Yəqin telefonu nasaz olması, nədəki həmin şəkillər çəkilmişdir. O telefonunun fotoqalereyasının albomlar bölməsində olan “vatsap images” papkasında 24.10.2020-ci il tarixdə şəkillərlə tanış olub bildirmişdir ki, həmin şəkillərin içərisində Sumqayıt yazısı olan şəkillə bağlı qeyd etmişdir ki, həmin şəkili ona “Musa” kimi tanıdığı narkotik vasitəni aldığı şəxs ona çəkib göndərmiş və tutulduğu gün üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni həmin «Sumqayıt» yazısı olan lövhənin üstündə olduğunu ona demişdir. O da Sumqayıt şəhərinə gedib həmin yerdən onları götürmüşdür. Həmin papkada olan tərəzi şəkli ilə tanış olub bildirmişdir ki, həmin tərəzinin üstündə 0,87 qram çəkidə maddənin nə olduğunu bilməmişdir. Həmin şəkli ola bilsin ona Musa göndərmişdir. Həmin papkada olan küçə yol şəkilləri ilə tanış olarkən bildirmişdir ki, həmin şəkillər telefonun nasazlığı ilə əlaqədar çəkilmiş təsadüfi şəkillər olmuşdur. Bundan başqa həmin papkada olan qəbz şəkilləri onun Musaya çəkib göndərdiyi şəkillər olmuşdur. O Musadan narkotik vasitə alması üçün Musanın dediyi hesablara göndərdiyi pulların qəbzləri olmuşdur. Ona məxsus telefona baxış keçirilərkən fotoqalereyanın “vatsap images” papkasında 20.10.2020-ci il tarixdə olan yazışma barədə bildirmişdir ki, Musa həmin şəkli ona gönəərmiş, lakin həmin şəkildə yazılanları kimə göndərdiyini bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, "xxxx" ASC-dən daxil olmuş ona məxsus kart hesabı ilə bağlı məlumatlarla tanış olaraq bildirmişdir ki, narkotik vasitə olan heroin və metamfetamini «İnstaqram» sosial şəbəkəsində tanış olduğu “Musa” kimi tanıdığı şəxsdən almış və həmin şəxsin ona göndərdiyi bank hesabı X4 adına olmuşdur. Bildiyinə görə həmin adda şəxs yoxdur. O dəfələrlə Musa adlı şəxsdən narkotik vasitə almış və o narkotik vasitə olan olduğu yerin şəklini çəkib ona atmış, o da narkotik vasitəni qoyulan yerdən götürüb özü istifadə etmişdir. Onlar bir-birləri ilə görüşməsələr də münasibətləri olmuş və Musa onun kart hesabına 2020-ci ilin sentyabr ayından tutulan günə qədər müxtəlif məbləğlərdə, təxminən 600, 700 manat civarında pul göndərmiş və ondan xahiş etmişdir ki, həmin pulları onun dediyi hesablara göndərsin. O da onun dediyi yimi pulları çıxardıb, dediyi hesablara göndərmişdir. Eyni zamanda o internet vasitəsi ilə gündəlik olaraq Kazino oynadığı üçün hər gün kartına xırda məbləğlərdə, yəni 10, 15, 20, 25 manat və s. Məbləğlərdə kartına mədaxil və məxaric olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad kimi bir yerdə yaşayırlar.24.10.2020-ci il tarixdə saat 21:30 radələrində onlar Bakı şəhəri Sovetski deyilən ərazidə kirayə qaldıqları evdən İçəri şəhərdə yaşadıqları ünvana köçdükləri üçün evdə yır-yığış etmişlər. İlqarın dostu Şahid2 da onlara köçməkdə köməklik etmişdir. İşlərini bitirdikdən sonra İlqar ona və Cahangirə Sumqayıt şəhərində işi olduğunu demiş və onlar birlikdə həmin gün saat 23:30 radələrində Sumqayıt şəhərinə yola düşmüşlər. 25.10.2020-ci il tarixdə saat 00:20 radələrində onlar Sumqayıt şəhərinin çıxışında Sumqayıt yazısı olan lövhənin yaxınlığına gəlmişlər, İlqar maşından düşmüşlər. O və Cahangir də maşından düşüb İlqarı gözləyən zaman İlqar onlardan aralanıb «Sumqayıt» sözü yazılmış lövhənin arxa hissəsinə keçmişdir. İlqarın nə məqsədlə Sumqayıt şəhərinə gəldiyini bilməmişdir.Təxminən 5-10 dəqiqə sonra İlqar onların yanına gələrkən 2 nəfər polis geyimində olan şəxs yaxınlaşmışdır. Onlar polis əməkldaşları olduğunu deyib şəhər ərazisində hərbi rejimlə bağlı tətbiq olunmuş komendant saatı ilə əlaqədar icazənin olub olmadığını soruşmuşlar, onlar da icazələrinin olmadığını dedikdə polis əməkdaşları onlara komendant rejimini pozduqlarına görə Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə aparacaqlarını demişlər. Onlar polis əməkdaşları ilə bölməyə gedərkən İlqar yolda polis əməkdaşlarına üzərində 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin və 1 ədəd şəffaf sellofan bükümdə, 1 ədəd isə gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan tanımetamfetamin olduğunu demişdir. Onlar polis bölməsinə çatdıqda İlqara hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirələcəyi deyilmişdir. İlqarın üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri olan bildiriş təqdim olunmuş, polis əməkdaşları ona həmin bildirişlə tanış olmasını demişlər, o hüquq və vəzifələri olan bildirişlə tanış olmuşdur Daha sonra polis əməkdaşları İlqarın üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini izah edib, bununla əlaqədar etirazının olub-olmadığını soruşmuşlar, İlqar da etirazının olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları ona üstündə olan bütün qanunsuz əşyaları təqdim etməyi təklif etmişlər. O da könüllü olaraq üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən “Rothmans” siqaret paketinin içərisindən 2 ədəd şəffaf rəngli sellofan büküm və 1 ədəd gümüşü rəngli kağız büküm çıxardıb təqdim etmişdir. İlqar 1 ədəd şəffaf rəngli sellofan bükümü açıb içərisində heroin olduğunu, digər 1 ədəd şəffaf rəngli sellofan bükümdə metamfetamin, həmçinin 1 ədəd gümüşü rəngli kağız bükümdə metamfetamin olduğunu demişdir. Polis əməkdaşları İlqardan həmin maddələri haradan, hansı məqsədlə əldə etdiyini soruşduqda o polis əməkdaşlarına internet vasitəsi ilə tanış olduğu şəxsdən “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb qoyulan ünvanlardan malı götürüb deyilən ünvanlara malı yerləşdirmək üçün Sumqayıt şəhərinin girişində “Sumqayıt” lövhəsinin arxasından bugün tutularkən götürdüyünü və həmin şəxsə məlumat verə bilmədən polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Həmçinin İlqar bildirmişdir ki, həmin şəxsi şəxsən tanımır, həmin şəxs də ona bu xidməti qarşılığında hər ay 450 manat pul vermişdir. Həmin şəxslə 2-ci aydır ki, işlədiyini də qeyd etmişdir. Bundan sonra İlqarın üzərindən aşkar olunan 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, çəkisi 5.2 qram olduğu müəyyən edildi, eyni zamanda 1 ədəd şəffaf rəngli sellofan bükümdə metemfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 5.4 qram olduğu və 1 ədəd gümüşü rəngli kağız bükümdə metemfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 0.6 qram olduğu müəyyən edilmişdir. Bundan sonra İlqarın üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri onların iştirakları ilə qablaşdırıb möhürləmişlər və bu barədə protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və onlar da digər iştirakçılarla birlikdə protokola imza etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni konkret olaraq kimdən aldığını bilməmişdir. Bölmədə olanda İlqar həmin narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu bir nəfər şəxsdən aldığını, belə ki, həmin şəxs narkotik vasitəni konkret olaraq hər hansı bir yerə qoymuş, həmin yerin şəklini çəkib İlqara “Whatsapp” proqramı ilə atmış, İlqar isə həmin narkotik vasitəni olduğu yerdən götürüb başqa yerə qoymuşdur. Narkotik vasitənin pulunu isə elektron bank kartı ilə hesaba vurulmuşdur. Ümumiyyətlə İlqarın bu işlə məşğul olduğunu bilməmişdir. Həmçinin o İlqarın hansı məqsədlə Sumqayıt şəhərinə getdiyini də bilməmişdir. Onun İlqarın ümumiyyətlə bu işlə məşğul olub-olmaması, onun narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edibetməməsi və yaxud da satışı ilə məşğul olub-olmamaı barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verərək həmin xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, 25.10.2020-ci il tarixdə saat 02 radələrində o Sumqayıt ŞPİ-nin PPXT-un 1-ci bölüyünün polis nəfəri, polis serjantı Şahid4la birlikdə Sumqayıt şəhər çıxışında xidmətdə olduğu zaman 3 nəfər şəxsin Sumqayıt şəhər çıxışında «Sumqayıt» yazısı olan lövhənin yaxınlığında görüb onlara yaxınlaşaraq özlərini təqdim edib şəhər ərazisində hərbi rejimlə bağlı tətbiq olunmuş komendant saatı ilə əlaqədar küçəyə çıxmağa hər hansı bir icazələrinin olub olmadığını soruşmuşlar, onlar da heç bir icazələrinin olmadığını demişlər. Onlar da onlara komendant rejimini pozduqlarına görə onları Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə aparacaqlarını demişlər. Onlar da etiraz etməyərək xidməti avtomobillə onlarla birlikdə həmin bölməyə gedərkən yolda həmin şəxslərdən biri, yəni Təqsirləndirilən şəxs üzərində 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin və 1 ədəd şəffaf sellofan bükümdə, 1 ədəd isə gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan tanımetamfetamin olduğunu demişdir. Onlar polis bölməsinə çatıb həmin şəxsləri bölməyə təqdim etmişlər. Həmin bölmədə təhqiqatçı Ramin Əhmədov tərəfindən İlqara hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirələcəyi deyilmişdir. İlqarın üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri olan bildiriş təqdim olunmuş, o hüquq və vəzifələri olan bildirişlə tanış olmuşdur. Daha sonra təhqiqatçı X18 üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini izah edib, bununla əlaqədar etirazının olub-olmadığını soruşmuş, İlqar da etirazının olmadığını bildirmişdir. Daha sonra onların iştirakları və İlqarın yanında olan digər 2 nəfər şəxs, yəni Şahid1 və Şahid2 iştirakı ilə İlqara üstündə olan bütün qanunsuz əşyaları təqdim etməyi təklif edilmişdir. O da könüllü olaraq üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən “Rothmans” siqaret paketinin içərisindən 2 ədəd şəffaf rəngli sellofan büküm və 1 ədəd gümüşü rəngli kağız büküm çıxardıb təqdim edib, 1 ədəd şəffaf rəngli sellofan bükümü açıb içərisində heroin, digər 1 ədəd şəffaf rəngli sellofan bükümdə metamfetamin, həmçinin 1 ədəd gümüşü rəngli kağız bükümdə metamfetamin olduğunu demişdir. İlqardan həmin maddələri haradan, hansı məqsədlə əldə etdiyini soruşduqda o onlara internet vasitəsi ilə tanış olduğu şəxsdən “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb qoyulan ünvanlardan malı götürüb deyilən ünvanlara malı yerləşdirmək üçün Sumqayıt şəhərinin girişində “Sumqayıt” lövhəsinin arxasından bugün tutularkən götürdüyünü və həmin şəxsə məlumat verə bilmədən tutulduğunu bildirmişdir. Həmçinin İlqar bildirmişdir ki, həmin şəxsi şəxsən tanımır, həmin şəxs də ona bu xidməti qarşılığında hər ay 450 manat pul vermişdir. Həmin şəxslə 2-ci aydır ki, işlədiyini də qeyd etmişdir. Bundan sonra İlqarın üzərindən aşkar olunan 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, çəkisi 5.2 qram olduğu müəyyən edilmiş, eyni zamanda 1 ədəd şəffaf rəngli sellofan bükümdə metemfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 5.4 qram olduğu və 1 ədəd gümüşü rəngli kağız bükümdə metemfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 0.6 qram olduğu müəyyən edilmişdir. Bundan sonra İlqarın üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri onların iştirakların ilə qablaşdırıb möhürləmişlər və bu barədə protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və onlar da digər iştirakçılarla birlikdə protokola imza etmişlər. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir.Təqsirləndirilən şəxs saxlanılarkən, heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-un 1-ci bölüyünün polis nəfəri, polis serjantı Şahid4 Əlizamin oğlu, Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X7 da Şahid3 ifadəsinə oxşar ifadələr verdilər. Cinayət işinin 1-ci cildinin 29-33-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 25.10.2020-ci il tarixli, 6/2269 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində:“saxlanılan şəxs (imza) Əsədov İ…» və s. Qeydlər olan zərfdəki 02 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 5,010 qram və 0,312 qram ümumi təmiz çəkisi 5,322 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr psixotrop maddə olan metamfetamindir. Həmin zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,925 qram olan qəhvəyi rəngdi tozşəkilli hissəciklərdən ibarət maddə isə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Cinayət işinin 1-ci cildinin 169-172-ci vərəqlərində olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 21.11.2020-ci il tarixli, 6/2539 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat Obyekti №66» ştampı əks olunan MEM-ə məxsus paketdə bir ədəd ağ rəngli zərfin içərisində iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,960 qram və 0,262 qram olmaqla ümumi çəkisi olan metamfetamin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir.Tədqiqata təqdim edilmiş, üzərində «Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat Obyekti №66» ştampı əks olunan MEM-ə məxsus paketdə bir ədəd ağ rəngli zərfin içərisində təmiz çəkisi 4,875 qram qəhvəyi rəngli tozşəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 1-ci cildinin 178-179-cu vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 19.11.2020-ci il tarixli, 3239 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Asıllıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi Müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyat alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 173-176-cı vərəqlərində olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasıının 20.11.2020-ci il tarixli 2303 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yəni anlaqlı hesab edilməlidir. O hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Buna görə Təqsirləndirilən şəxs məcburi müaliyəcə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs ünsiyyətçilik, situativlik, adaptivlik və s.kimi fərdi-psixi xüsusiyətlərə malikdir. Təqsirləndirilən şəxs qeyd olunan hadisəni törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabilliyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb düzgün ifadə vermək qabiliyyətinə malikdəir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillik əlamətləri müşahidə edilmədi. Cinayət işinin 1-ci cildinin 203-216-cı vərəqlərində olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “X1 **********0922 ********* BKC” kimi qeyd olunmuş fayla baxış keçirilərkən 55-529-29-79 saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına sənədləşdirildiyi müəyyən olundu. Baxış zamanı Təqsirləndirilən şəxs həmin nömrənin özünə məxsus olduğunu bildirdi. Bundan başqa “Zənglərin Detallaşması **********923 555292979” kimi qeyd olunmuş faylda olan məlumatlara baxış keçirilən zaman faylın yaddaşında 01.10.2020 02:05:25 tarixdən 25.10.2020 12:23:43 tarixədək Təqsirləndirilən şəxs məxsus 994-55-529-29-79 saylı nömrəyə daxil və xaric olan zənglər, zəng olunan vaxt nömrənin anten məlumatları və internet “GPRS” istifadəsi olması və həmin məlumatların "xxxx" MMC tərəfindən tərtib olunmuş siyalırda 187 səhifədə olması müəyyən olundu. Həmin məlumatlara baxış keçirilən zaman 24.10.2020-ci il tarixdə olan məlumatların 175-ci səhifədən başlanıldığı müəyyən olundu. 24.10.2020-ci il tarixdə saat 00:04:00-dan Təqsirləndirilən şəxs Lalə İsmayılovanın adına sənədləşdirilmiş 55-202-00-79 saylı nömrə ilə 82 saniyə danışıldığı müəyyən olundu, baxış zamanı Təqsirləndirilən şəxs həmin nömərnin kimə məxsus olduğu və həmin şəxslə nə danışıldığını soruşanda o, həmin nömrənin məhəllə uşağı Cavadın xalasıoğlu Orxan olduğunu, Cavad müharibədə olduğu üçün və onu Cavadla əlaqə saxladığına görə Orxanın onunla əlaqə saxlayıb Cavadın hal əhvalını soruşduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə ilə saat 01:01:07-də 54 saniyə danışıldığı müəyyən olundu, baxış zamanı Təqsirləndirilən şəxs həmin nömərnin kimə məxsus olduğu və həmin şəxslə nə danışıldığını soruşanda o, həmin nömrənin dostu Elçinə məxsus olduğunu, lakin onunla nə danışdığını xatırlamadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə ilə saat 01:54:46-da 2546 saniyə danışıldığı müəyyən olundu, baxış zamanı Təqsirləndirilən şəxs həmin nömərnin kimə məxsus olduğu və həmin şəxslə nə danışıldığını soruşanda o, həmin nömrənin xalası oğlu Kənana məxsus olduğunu, lakin onunla nə danışdığını xatırlamadığını bildirdi. Məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs 24.10.2020-ci il saat 00:01 radələrindən gün ərzində internetdən istifadə etməsi və internetdən istifadə etdiyi müddətdə anten məlumatlarlardan görünür ki, müxtəlif ərazilərdə olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin sevgilisi Şahid1 istifadə etdiyini qeyd etdi. Təqsirləndirilən şəxs 24.10.2020-ci il tarixdə əlaqədə olduğu nömrələrə baxış keçirilən zaman istintaq əhəmiyyət kəsb edən məlumatlar əldə etmək mümkün olmadı. Lakin anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə 24.10.2020-ci il saat 19:49:58-dən Sumqayıt şəhəri ərazisində olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhərində nə vaxtdan olduğunu soruşduqda o, narkotik vasitə almaq üçün qeyd olunan tarixdən Sumqayıt şəhərində olduğunu, narkotiki alacağı şəxdən narkotik vasitəni qoyacağı yeri gözlədiyini bildirdi. Cinayət işinin 1-ci cildinin 93-95-ci vərəqlərində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 25.10.2020-ci il tarixdə saat 00:20 radələrində Sumqayıt ŞPİ-nin PPXT-un 1-ci bölüyünün polis nəfəri, polis baş leytenantı Şahid4, Sumqayıt ŞPİ-in 5-ci PBnin əməliyyat müvəkkili polis leytenantı Şahid3 Sumqayıt şəhər çıxışında xidmət aparan zaman “Sumqayıt” sözü yazılan lövhənin yaxınlığında ölkə ərazisində tətbiq olunmuş komendant saatının şərtlərini pozduğuna görə X9, Şahid1 və Şahid2 saxlanılaraq 5-ci PByə gətirilmiş, bölməyə gələrkən Təqsirləndirilən şəxs yolda polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını bildirdiyi üçün bölmədə xidməti otaqların birində təhqiqatçı Ramin Əhmədov tərəfindən İlqara hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçinin təqdim olunması və videoçəkilişlə üzərində şəxsi axtarış keçirələcəyi deyilir. İlqarın üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri olan bildiriş təqdim olunur. O hüquq və vəzifələri olan bildirişlə tanış olur. Daha sonra təhqiqatçı X18 üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini izah edib, bununla əlaqədar etirazının olub-olmadığını soruşur, İlqar da etirazının olmadığını bildirir. Daha sonra polis əməkdaşlarının və İlqarın yanında olan digər 2 nəfər şəxs, yəni Şahid1 və Şahid2 iştirakı ilə İlqara üstündə olan bütün qanunsuz əşyaları təqdim etməyi təklif edilir. O da könüllü olaraq üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən “Rothmans” siqaret paketinin içərisindən 2 ədəd şəffaf rəngli sellofan büküm və 1 ədəd gümüşü rəngli kağız büküm çıxardıb təqdim edir. O 1 ədəd şəffaf rəngli sellofan bükümü açıb içərisində heroin, digər 1 ədəd şəffaf rəngli sellofan bükümdə metamfetamin, həmçinin 1 ədəd gümüşü rəngli kağız bükümdə metamfetamin olduğunu deyir. İlqardan həmin maddələri haradan, hansı məqsədlə əldə etdiyini soruşduqda o internet vasitəsi ilə tanış olduğu şəxsdən “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb qoyulan ünvanlardan malı götürüb deyilən ünvanlara malı yerləşdirmək üçün Sumqayıt şəhərinin girişində “Sumqayıt” lövhəsinin arxasından götürərək üzərində gəzdirdiyini və sifarişləri yerinə yetirdiyinə görə həmin şəxsin onun bank hnsabına aylıq olaraq pul köçürtdüyünü bildirir. Bundan sonra İlqarın üzərindən aşkar olunan 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin elektron tərəzidə çəkildi, çəkisi 5.2 qram olduğu müəyyən edildi, eyni zamanda 1 ədəd şəffaf rəngli sellofan bükümdə metemfetamin elektron tərəzidə çəkildi, çəkisi 5.4 qram olduğu və 1 ədəd gümüşü rəngli kağız bükümdə metemfetamin elektron tərəzidə çəkildi, çəkisi 0.6 qram olduğu müəyyən edilir. Bundan sonra İlqarın üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr götürülərək qablaşdırıb möhürlənir. Videoçəkiliş dayandırılır. Cinayət işinin 1-ci cildinin 20-21-ci vərəqlərində olan şəxsi axtarış keçirilməsi barədə 25.10.2020-ci il tarixli protokoldan görünür ki, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən “Rothmans” siqaret paketinin içərisindən 2 ədəd şəffaf rəngli sellofan büküm və 1 ədəd gümüşü rəngli kağız büküm külli miqdar yəni 5.2 qram çəkidə heroin və külli miqdarda yəni, 2 bükümlə birlikdə ümumilikdə 6 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 54-55-ci vərəqlərində olan 25.10.2020-ci il tarixli təqdim etmə və götürmə aparılması haqqında protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Xiaomi Redmi Note7” markalı mobil telefon Şahid1 tərəfindən təqdim edilir və telefon əhəmiyyət kəsb etdiyi üçün tərəfimdən götürülür. Cinayət işinin 1-ci cildinin 109-123-cü vərəqlərində olan telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Xiaomi Redmi Note7” markalı mobil telefona baxış keçirilmiş, Mobil telefonun imei kodunun isə **********28410 və **********69412 saylı olduğu, həmin telefonda Bakcell MMC-nin +99***- ***-**-** saylı mobil nömrə olduğu müəyyən edilmişdir. Telefonun “Mesajlar”, “Kontaktlar” və “Qalereya” qovluqlarına daxil olunmuş və telefonun “Mesajlar”, “Kontaktlar” qovluqlarında istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Mobil telefonun “Qalereya” qovluğuna baxış keçirdikdə həmin qovluqda müxtəlif adlarda qovluqlar olması müəyyən olundu. Qalereyada olan “Kamera” adlı qovluğa baxış keçirdikdə qovluda istintaq üçün əhəmiyyət kəsb edən 24.10.2020-ci il tarixdə çəkilmiş fotoşəkillər olduğu müəyyən olundu. Həmin tarixdə çəkilmiş fotoşəkillərdən görünür ki, həmin telefonla müxtəlif yerlərin şəkilləri çəkilib, həmin şəkillərə baxdıqda ehtimal etmək olur ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin qoyduğu yerlərin şəkilləridir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi narkotik vasitələrin qoyulduğu yerlərin şəkili çəkilib ona göndərilir, o, da həmin yerlərdən narkotik vasitələri götürüb başqa yerlərə qoyur, müştərilər isə narkotik vasitəni götürüb onun bank hesabına pul göndərir. Həmin şəkillərlə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin doğru olması öz təsdiqini tapır. Bundan başqa Qalereya qovluğunda olan “Whatsapp images” adlı qovluğa baxış keçirdikdə qovluqda istintaq üçün əhəmiyyət kəsb edən 24.10.2020-ci il tarixdə onun “Whatsapp” mobil nömrəsinə göndərilmiş və ya onun nömrəsindən göndərilmiş fotoşəkillər olduğu müəyyən olundu. Həmin tarixdə çəkilmiş fotoşəkillərdən görünür ki, “kamera” qovluğunda olduğu kimi müxtəlif yerlərin şəkilləri çəkilib. Eyni zamanda elektron tərəzinin üstünə qoyulmuş çəkisi 0.87 qram çəkidə narkotik vasitəyə bənzər kütlə olmasını təsdiq edən fotoşəkil olması, bundan başqa Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi, 24.10.2020-ci il tarixdə Narkotik vasitəni ona verən şəxsin dediyi hesabları göndərdiyi pul məbləğinin qəbzlərinin fotoşəkilləri aşkar edilmişdir. Qəbzin olduğu fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs 24.10.2020-ci il tarixdə saat 12:36:34də Anvar Hasanzada (kart nömrəsi 4****3212 olan) adına olan ******************** saylı hesab nömrəsinə 700 AZN və 24.10.2020-ci il tarixdə saat12:38:04-də Sevinc Aliyeva (kart nömrəsi 4****2278 olan) adına olan ******************** saylı hesab nömrəsinə 160 AZN pul göndərmişdir. Bundan başqa həmin qovluqda 20.10.2020-ci il tarixdə olan şəkillərə baxış keçirdikdə “Musa Tik_Tok” adlı kontaktla olan yazışmanın şəkili olduğu aşkar olundu. Həmin şəkildə “Musa Tik_Tok” adlı kontakdan “rahat yasıyırda, ama minim isime diqqetsiz yanasır buda olmaz, xetrine deyməsin, ayiracam yollarımızı onunla, mene qardaşlıq elemedi, bax zakaz yazmısam baxmır, 10 dk keçib, men dink gədi baxıram tez, o 1q kolanı qoy yerinə, goturduynuz, gagas gelir goture, 20 dk ordadı” mezmunlu smslər var, qəbul edilən şəxs tərəfindən isə cavab verilən smslərin üzəri bənövşəyi rənglə rənglənmişdir. Həmçinin telefonun menyusuna baxıldıqda telefonda “Whatsap” və hər hansısa sosial şəbəkə proqramları olmadığı da müəyyən edildi. Telefonda olan fotoşəkillər də bu qənətə gəlmək olur ki, Təqsirləndirilən şəxs həqiqətən də ifadəsində qeyd etdiyi kimi ona deyilən yerdən qoyulmuş narkotik vasitələri götürüb başqa yerə çatdırır və bunun qarşılığında o, mənfəət əldə edir. Cinayət işinin 1-ci cildinin 223-250, 2-ci cildinin 1-58-ci vərəqlərində olan 16 fevral 2021-ci il tarixdə "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs adına olan məxsus ******************** saylı kapital bank hesab nömrəsinin, X3 adını olan ******************** saylı kapital bank hesab nömrəsinin və X2 adına olan **********611162180 saylı kapital bank hesab nömrəsinin məlumatlarına və 1 ədəd CD-RW formatlı diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, üzərində zavod üsulu ilə “Verbatim” və sair, eləcədə qara qələmlə yazılmış “574”, “Sumqayıt Şəh Məhk.” yazıları olan bir ədəd kompakt diski kompüter dəstinin sistem blokuna daxil etdikdə diskin yaddaşında “200730330 saylı cinayət işi” kimi qeyd olunmuş 24.3 MB həcmində qovluq vardır. Həmin qovluğa daxil olduqda qovluğun içərisində daha 3 ədəd adları “X16”, “X23”, “X12” kimi qeyd olunmuş qovluqlar olması müyyən olunmuş, həmin qovluqlara bir bir daxil olunmuş və həmin qovluqlarda yuxarıda adları qeyd olunan bank kartlarından kimlər tərəfindən bankomatlardan pul çıxaran şəxslərin fotoları olması müəyyən olunmuşdur. “X23”adlı qovluqda isə bankomatdan həmin kartdan Təqsirləndirilən şəxs tərəfindən pul çıxarılması müəyyən olunmuşdur. Həmin fotoşəkillərdən digər istintaq üçün əhəmiyyət kəsb edən məlumat əldə etmək mümkün olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs adına olan məxsus ******************** saylı kapital bank hesab nömrəsinin "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumatlara baxış keçirilmiş, Baxışla müəyyən olunmuş ki, həmin hesab nömrəsindən bank əməliyyatları 04.09.2019-cu il tarixdən 26.10.2020-ci il tarixə olan dövrü əhatə edir. Həmin bank məlumatları 54 vərəqədə təqdim olunmuşdur. Bank məlumatlarından görünür ki, Həsənzadə Ənvər oğlunun istifadəsində olan kartdan birbank vasitəsi ilə Təqsirləndirilən şəxs kartına 24.08.2020-ci il tarixdə 20 manat, həmin tarixdə daha 15 manat, 27.08.2020-ci il tarixdə 10 manat, 05.10.2020-ci il tarixdə 400 manat köçürmə etmişdir. Eyni zamanda X5 istifadəsində olan kartdan birbank vasitəsi ilə Təqsirləndirilən şəxs kartına 14.09.2020-ci il tarixdə 525 manat, həmin tarixdə daha 606 manat, 16.09.2020-ci il tarixdə 606 manat, 21.09.2020-ci il tarixdə ayrı ayrılıqda 5 dəfə olmaqla 606 manat, 606 manat, 600 manat, 606 manat, 700 manat, 23.09.2020-ci il tarixə 2 dəfə 656 manat, 707 manat, 24.09.2020-ci il arixdə 707 manat, 25.09.2020-ci il tarixdə 707 manat, 28.09.2020-ci il tarixdə 707 manat, 02.10.2020-ci il tarixdə 707 manat, 05.10.2020-ci il tarixdə 707 manat, 08.10.2020-ci il tarixdə 606 manat, 09.10.2020-ci il tarixdə ayrı ayrılıqda 2 dəfə olmaqla 606 manat, 606 manat, 12.10.2020-ci il tarixdə ayrı ayrılıqda 3 dəfə olmaqla 606 manat, 606 manat, 606 manat, 13.10.2020-ci il tarixdə 707 manat, 14.10.2020-ci il tarixdə 606 manat, 15.10.2020-ci il tarixdə 707 manat, 16.10.2020ci il tarixdə 707 manat, 19.10.2020-ci il tarixdə ayrı ayrılıqda 3 dəfə olmaqla 707 manat, 707 manat, 707 manat, 21.10.2020-ci il tarixdə 606 manat, 23.10.2020-ci il tarixdə 707 manat, 24.10.2020-ci il tarixdə 707 manat pul köçürmüşdür. Yuxarıda qeyd olunanlardan görünür ki, 14.09.2020-ci il tarixdən 24.10.2020-ci il tarixədək olan müddət ərzində X5 istifadəsində olan kartdan birbank vasitəsi ilə Təqsirləndirilən şəxs kartına 20257 azn məbləğində pul vəsaiti köçürülmüşdür. Təqsirləndirilən şəxsla Yunis Məmmədovun arasında olan ilk bank əməliyyatı 12.12.2019-cu il tarixdə olmuşdur, belə ki, Yunis Məmmədovun istifadəsində olan kartından Təqsirləndirilən şəxs istifadəsində olan kartına 30 manat köçürmə olmuşdur. Bank məlumatlarından görünür ki, X13 Əsədovun arasında 14.09.2020-ci il tarixədək dəfələrlə qarşılıqlı pul köçürmələri olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs hesabına baxış keçirdikdə görünür ki, onun hesabına mütəmadi olaraq müxtəlif məbləğlərdə internet ödənişləri, eyni zamada müxtəlif məbləğlərdə mədaxillər və müxtəlif şəxslərin hesabına pul köçürmələri olmuşdur. Eyni zamanda X2 adına olan **********611162180 saylı kapital bank hesab nömrəsinin "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumatlara baxış keçirilmiş, baxışla müəyyən olunmuş ki, həmin hesab nömrəsindən bank əməliyyatları 24.12.2019-cu il tarixdən 22.12.2020-ci il tarixə olan dövrü əhatə edir. Həmin bank məlumatları 25 vərəqədə təqdim olunmuşdur. Bank məlumatlarından görünür ki, 24.10.2020-ci il tarixdə 12:37:43-də, yəni Təqsirləndirilən şəxs mobil telefonunda olan qəbz şəklindəki fotoşəkildə göstərilən tarixdə, 700 manat karta mədaxil edilmişdir. Qeyd olunan bank məlumatlarından istintaq əhəmiyyət kəsb edəcək digər məlumat əldə etmək mümkün olmamışdır. Eyni zamanda X3 adını olan ******************** saylı kapital bank hesab nömrəsinin "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumatlara baxış keçirilmiş, baxışla müəyyən olunmuş ki, həmin hesab nömrəsindən bank əməliyyatları 29.07.2020-ci il tarixdən 21.01.2021-ci il tarixə olan dövrü əhatə edir. Həmin bank məlumatları 2 vərəqədə təqdim olunmuşdur. Bank məlumatlarından görünür ki, 24.10.2020-ci il tarixdə 12:38:44-də, yəni Təqsirləndirilən şəxs mobil telefonunda olan qəbz şəklindəki fotoşəkildə göstərilən tarixdə, 160 manat karta mədaxil edilmişdir. Qeyd olunan bank məlumatlarından istintaq əhəmiyyət kəsb edəcək digər məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cildinin 61-76-cı vərəqlərində olan qərardan görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 4,875 qr narkotik vasitə olan heroinin, ayrı-ayrı bükümlərdə olan 4910 qram və 0,212 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmiş, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi Note7” markalı **********28410 və **********69412 imei kodlu mobil telefon və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 1-ci cildinin 185-ci vərəqində olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə daşıma əməlini törətmədiyini desə də, həmin xüsusatlar özünü müdafiə xarakteri daşıyıb əsassız olduğundan və iş materialları ilə uyğunluq təşkil etmədiyindən iş üzrə protokollar, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və istintaq zamanı toplanmış digər istintaq sübutlarla tam təkzib olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 13, 79-80-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayətin hərbi vəziyyət şəraitində törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.11-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 25 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 19.11.2020-ci il tarixli, 3239 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 197,16 (bir yüz doxsan yeddi manat on altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 4,875 qr narkotik vasitə olan heroinin, ayrı-ayrı bükümlərdə olan 4,910 qram və 0,212 qram psixotrop maddə olan metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi Note7” markalı **********28410 və **********69412 imei kodlu mobil telefon yaxın qohumlarına qaytarılmalı və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X8 ödənilməli haqq 120 AZN (yüz iyirmi manat) Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun nəfinə, məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Museyib oğluna 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 25 oktyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 197,16 (bir yüz doxsan yeddi manat on altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 4,875 qr narkotik vasitə olan heroinin, ayrı-ayrı bükümlərdə olan 4,910 qram və 0,212 qram psixotrop maddə olan metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi Note7” markalı **********28410 və **********69412 imei kodlu mobil telefon yaxın qohumlarına qaytarılsın və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X8 ödənilməli haqq 120 AZN (yüz iyirmi manat) Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun nəfinə, məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Museyib oğluna 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar